Məhkəmə qərarları › İş №1(100)-284/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-284/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-284/2025 11.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X10 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1987-ci il tarixdə Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, natamam orta təhsilli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(045)-88/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 7(104)-28/2024 saylı qərarı ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(045)-88/2022 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 08 (səkkiz) gününün iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla 05 (beş) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Goranboy rayonu, Dəliməmmədli şəhəri, R.Süleymanov küçəsi, ev 4-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,554 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib bir ədəd üzəri polietilen kəsikləri ilə sarınmış ağ rəngli kağız bükümdəki bir ədəd iç-içə qoyulmuş sellofan kəsiyi bükümündə sol ayağına geyinmiş olduğu qara rəngli corabın balağında saxlayaraq daşımış, 21 iyun 2024-cü il tarixdə saat 17:15 radələrində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində yolun kənarında saxlanılaraq polis şöbəsinə gətirmiş və üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd üzəri polietilen kəsikləri ilə sarınmış ağ rəngli kağız bükümdəki bir ədəd iç-içə qoyulmuş sellofan kəsiyi bükümündə təmiz çəkisi 3,554 qram külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin sol ayağına geyinmiş olduğu qara rəngli corabın balağından aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam tərəfi Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən çayxanada olduğu zaman polis əməkdaşları onu orada saxlayıb şöbəyə aparmışlar. Həmin vaxt üzərində 2 qram nəşə olmuşdur. Şöbədə olarkən polis əməkdaşları onu döyərək ağır söyüşlərlə təhqir etmişlər. Ona verilmiş ittihamda göstərilən psixotrop maddəni ya üzərinə götürməli olduğunu, ya da bunun üçün başqa şəxsin adını verməli olduğunu demişlər. O, polislərə etiraz etmiş, üç övladı olduğunu demiş və onu bədbəxt etməmələrini xahiş etmiş, lakin sonuncular yenə də psixotrop maddəni üzərinə götürməli olduğunu bildirib ona ağır söyüşlər demişlər. Saxlanılan zaman üzərində olan nəşəni sol ayağındakı corabın yuxarı hissəsinə qoymuşdur. Polis əməkdaşları ona məxsus olan nəşəni götürüb əvəzində özlərində olan bükümü oraya qoymuşlar. Bir qədər sonra ekspert həmin bükümə baxdıqda içərisində metamfetamin olduğunu bildirmişdir. O, həmin maddənin özünə məxsus olmadığını demişdir. Bu zaman polis əməkdaşları onu ağır formada təhqir edərək həmin maddəni üzərinə götürməli olduğunu və 234.1-ci maddə ilə sənədləşdirəcəklərini demişlər. O da razılaşmış, lakin istintaq təcridxanasında olarkən sənədlərə baxdıqda 234.1-1-ci maddə ilə ittiham verildiyini bilmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, sadəcə narkotik vasitə olan marixuanadan istifadə etmiş, heç vaxtı metamfetamin istifadə etməmiş, ibtidai istintaq zamanı narkoloji ekspertizadan keçirilmiş, lakin nəticəsindən məlumatı olmamışdır. Polis əməkdaşları ondan narkotik vasitənin satışı ilə məşğul olan başqa bir şəxsin adını verməsini istəmiş, lakin o, buna razılıq verməmişdir. Üzərində şəxsi axtarış mobil telefon vasitəsilə video çəkilişlə keçirilmiş, müdafiəçi də iştirak etmiş, müdafiəçi ondan döyülübdöyülmədiyini soruşmuş, o isə döyüldüyünü demiş, bundan sonra vəkil “baxarıq” demişdir. Polislər onu döydükləri üçün o, “patı”-nı üzərinə götürmüşdür. Sanksiyaya çıxarılan zaman onu saxlayan polis əməkdaşları orada olduğu üçün o, döyülməsi barədə heç nə deməmiş, heç bir anlayışı olmadığı üçün də sonradan polis əməkdaşları tərəfindən döyülməsi barədə hər hansı bir orqana şikayət etməmişdir. Əvvəllər məhkum olunmuş, saxlanılan zaman ayağında elektron nəzarət vasitəsi olmuş, polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı prokurorluğun müstəntiqi tərəfindən izahatı alınmamış, saxlanılan zaman da üzərində 2 qramdan az “nəşə” olmuşdur. Ona görə 2 qramdan az olduğunu demiş ki, həmin narkotikin üzərindən iki dəfə istifadə etmişdir. Ona sonradan üzərindən götürülmüş “nəşə”-ni təqdim etməmişlər, “patı”-nı verib üzərinə götürməli olduğunu demişlər. Polis əməkdaşları başqa şəxsin adını verəcəyi təqdirdə “patı”-nı üzərinə qoymayacaqlarını demiş, o, həmin “nəşə”-ni İran vətəndaşından aldığını bildirsə də polislər Dəliməmmədli şəhəri ərazisində kimin nə işlə məşğul olduğunu deməsini bildirmişlər, lakin o, bununla razı olmamışdır. O, gündəlik fəhləliklə məşğul olmuş, Elnur və Şahin adlı polis əməkdaşları onu döymüş, sonuncular onun gözünü yapışqan lentlə bağlayıb yerə yıxaraq vurmuşlar. Onun yalnız boğaz nahiyəsində xəsarəti olmuşdur. Saxlanılarkən üzərində “nəşə” olmuş, metamfetamini isə polis əməkdaşları üzərinə qoymuşlar. Üzərində olan “nəşə”-ni İran vətəndaşından istifadəsində olan +99***-***-**-** mobil nömrə ilə “WhatsApp” vasitəsilə danışıb almışdır. O, iranlıya pulu göndərdikdən sonra sonuncu ona narkotik vasitənin atıldığı məkan məlumatlarını göndərmişdir. Saxlanılarkən üzərində olan “nəşə”-ni Dəliməmmədli şəhərində kanalın yanından götürmüşdür. Polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə göstərmişdir ki, baş vermiş güclü külək nəticəsində Goranboy rayonu, Dəliməmmədli şəhəri tam orta məktəbinin yaxınlığına aşmış ağacları doğramaq üçün xx.xx.2024-cü il tarixdə saat 09 radələrində yaşadığı evdən həmin yerə getmişdir. Həmin gün saat 13 radələrində aşmış ağacları doğrayıb qurtardıqdan sonra yaxınlıqda yerləşən çay evinə getmiş, çay evində boş masaların birində əyləşərək çay sifariş vermişdir. Təxminən 20 dəqiqə keçdikdən sonra tanımadığı özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxs +**********03 nömrənin “WhatsApp” sosial şəbəkəsi vasitəsilə ilə onun istifadəsində olan +99***-***-**-** nömrənin “WhatsApp” sosial şəbəkəsinə zəng etmişdir. Həmin şəxs ona telefonda “sənə telefonla konum göndərəcəm, orada narkotik vasitə olacaq, onu götürərsən” demiş, o da həmin şəxslə razılaşmışdır. Sonra həmin şəxs onun istifadəsində olan telefonun “WhatsApp” sosial şəbəkəsinə konum göndərmişdir. O da həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 14 radələrində istifadəsində olan +99***-***-**-** nömrənin “WhatsApp” sosial şəbəkəsi vasitəsilə həmin şəxsin istifadəsində olan +**********03 nömrənin “WhatsApp” sosial şəbəkəsinə zəng edib konumun gəldiyini bildirmişdir. O, təxminən 1 saat sonra çay evindən çıxıb piyada həmin şəxsin ona telefon vasitəsilə göndərdiyi yerə, yəni Goranboy rayonu, Dəliməmmədli şəhəri, Sarovlu kəndi ərazisində yerləşən kanalın yaxınlığına getmişdir. O, həmin yerə saat 17 radələrində çatmış, orada konumla göstərilən su kanalının yolun altından keçən körpüsünün kənarına tökülmüş betonunun yanında olan daşı qaldırıb altına baxanda 1 ədəd şəffaf sellofana bükülmüş büküm görmüşdür. Həmin sellofanın içərisində narkotik vasitə olduğunu bilib özü istifadə etmək üçün sol ayağına geyindiyi qara rəngli corabın boğaz hissəsinə yerləşdirmişdir. Sonra o, Goranboy rayonu Dəliməmmədli şəhərinə qayıtmışdır. Həmin gün, yəni saat 17 radələrində Goranboy rayonu, Dəliməmmədli şəhərindən Faxralı kəndi istiqamətində avtomobil təmiri sexinin qarşısından piyada yolun kənarı ilə gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitənin üzərində saxlanılmağında şübhəli olduğunu bildirib və hüquq və vəzifələrini izah edib üzərində şəxsi axtarış aparılacaqlarını deyərək rayon polis şöbəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində hüquqlarını müdafiə edilməsi üçün vəkil dəvət edildikdən sonra şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin və RPŞ-nin əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Onun üzərində şəxsi axtarış aparılan zaman foto və video çəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış aparılmazdan əvvəl hüquq və vəzifələri ona izah olunaraq üzərində olan əşyaları, eləcə də narkotik vasitə vardırsa çıxarıb masanın üzərinə qoymağı təklif edilmiş, o da sol ayağına geyindiyi qara rəngli corabın boğaz hissəsindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitəni və əynində olan tünd göy rəngli cins şalvarının sağ qabaq yan cibində olan bir ədəd “Samsung A50” markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparan zaman şalvarının qabaq sol yan cibindən bir ədəd 5 manatlıq pul əsginasını çıxarıb masanın üzərinə qoymuşlar. Şəxsi axtarış zamanı o, narkotik vasitəni xx.xx.2024-cü il tarixdə İran İslam Respublikası vətəndaşının daşın altına qoyduğu yerdən özü istifadə etmək üçün götürdüyünü bildirmişdir. Onun şəxsi istifadəsi üçün üzərində gəzdirdiyi bir ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamin maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün elektron tərəzidə çəkilərək 5,60 qram olduğu müəyyən edilmiş və ekspert tədqiqatına göndərilməsi üçün bir ədəd ağ rəngli zərfdə qablaşdırılmışdır. Üzərindən aşkar edilmiş 1 ədəd 5 manatlıq pul əsginası maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmış, lakin “Samsung A50” markalı mobil telefon götürülmüşdür. O, tanımadığı İran İslam Respublikasının vətəndaşı ilə “WhatsApp” sosial şəbəkəsi ilə danışarkən sonuncuya “varındırsa daşın altına qurudulmuş marixuana qoyarsan” demiş, həmin şəxs də ona qurudulmuş marixuanasının qalıb-qalmadığını, əgər qalsa daşın altına marixuana və ya metamfetamin qoyacağını demişdir. O da iranlı ilə razılaşmışdır. O, təxminən 1 aydır ki, narkotik vasitədən istifadə etmiş, üzərindən aşkar edilmiş metamfetamindən heç kimə satmamış, verməmiş, özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Metamfetamini verən iranlını tanımamış, birinci dəfə idi ki sonuncudan narkotik vasitə almışdır. İranlıya üzərindən aşkar olunan metamfetaminə görə pul verməmiş, həmin şəxs ona “narkotik vasitəni yoxlayarsan əgər xoşuna gələrsə mənə 45 manat pul göndərərsən” demişdir. O da həmin şəxslə razılaşmışdır. Mobil telefonun “WhatsApp” sosial şəbəkəsində olan +**********03, +**********14 və +**********04 İran nömrələri eyni şəxsə məxsus olmuşdur. Həmin şəxs ona müxtəlif İran İslam Respublikasına məxsus nömrələrlə zəng etmiş, o da həmin nömrələrlə narkotik vasitə əldə etmək üçün danışmışdır. Polis əməkdaşları onu saxlayan zaman yanında heç kim olmamış, tək olmuşdur. Saxlanılan zaman, eləcə də üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşları ona hüquq və vəzifələrini izah edərək vəkil təqdim etmiş, RPŞ-yə gətirilərkən, üzərində şəxsi axtarış aparılan zaman da ona hər hansı bir təzyiq, təsir və güc tətbiq olunmamışdır. Etdiyi əməldən peşman olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, “ifadəm mənə ucadan oxundu, doğrudur imzamla təsdiq edirəm” ifadəsi onun tərəfindən yazılmamış, o, yazıb-oxuya bilməmiş, lakin ifadələrinin sonundakı imzanı o, çəkmiş, savadı olmadığı üçün ibtidai istintaq zamanı onun xeyrinə olduğuna inanıb ifadəsində polis əməkdaşlarının ona bildirdiklərini demişdir. Sanksiya ilə bağlı məhkəmə iclasında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəyini düşündüyü üçün özünü təqsirli hesab etdiyini demiş, o, yazıb-oxuya bilmədiyi üçün İran vətəndaşının “WhatsApp” proqramı vasitəsilə ona məkan məlumatlarından başqa nə göndərdiyini bilməmişdir. Saxlanılarkən yanında Qasım adlı oğlan da olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkil Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Dəliməmmədli şəhərində avtomobil təmiri sexinin qarşısında saxlanılmışdır. Bundan sonra sonuncunu Goranboy rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı narkotik vasitə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni İran vətəndaşından aldığını bildirmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki yaxud psixoloji təzyiq göstərilməmişdir. Sonuncunun üzərindən bir büküm psixotrop maddə olan metamfetamin aşkar edilmiş, lakin çəkisini xatırlamamışdır. Təqsirləndirilən şəxs Goranboy rayonu, Dəliməmmədli şəhərindən Goranboy rayonu, Faxralı kəndi istiqamətində yolun sağında yerləşən avtomobil təmir sexinin qarşısında saxlamışlar və həmin vaxt sonuncu tək olmuşdur. Avtomobil təmir sexinin yanında çayxana olmuşdur. Təqsirləndirilən şəxs yalan danışmış, sonuncuya heç bir fiziki yaxud psixi təzyiq göstərilməmiş, narkotik vasitə Təqsirləndirilən şəxs corabının baş nahiyəsindən aşkar edilmiş, şifahi sorğu-sual zamanı da Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşından aldığını və məkan məlumatı əsasında Goranboy rayonu, Dəliməmmədli şəhəri, Sarovlu kəndi ərazisindən keçən su kanalının kənarından götürdüyünü demişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman şalvarının ayağını yuxarı çəkib corabında narkotik vasitə olduğunu demiş, bundan sonra sonuncunun üzərinə şöbədə baxış keçirilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın rəisi Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 16/713 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilmiş üzərində “Goranboy rayonu, Dəliməmmədli kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir büküm sellofanda narkotik vasitə hesab edilən metamfetaminə bənzər kütlə...” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd üzəri polietilen kəsikləri ilə sarınmış ağ rəngli kağız bükümdəki 1 (bir) ədəd iç-içə qoyulmuş sellofan kəsiyi bükümündə təmiz çəkisi 3,554 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahisının İİ bəndinə daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi – 3,554 qr., tədqiqata sərf edildi – 0,1 qr., qalıq – 3,454 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1236 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddədən istifadə edir, psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 17:15-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 iyun 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu sol ayağına geyinmiş olduğu qara rəngli corabın boğaz nahiyəsindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər maddəni və əynində olan tünd göy rəngli cins şalvarın sağ qabaq cibində olan “Samsung A50” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Qeyd edilən büküm elektron tərəzidə çəkildikdə 5,60 qram olması müəyyən edilmişdir. 01 (bir) ədəd büküm və mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə olan maddənin nə olmasını bilmədiyini, nəşə olmasını ehtimal etdiyini, həmin maddəni xx.xx.2024-cü il tarixdə saat 17 radələrində adını bilmədiyi İran vətəndaşından aldığı mesaj əsasında Goranboy rayonu, Dəliməmmədli şəhərində kanalın yaxınlığında olan daşın altından götürdüyünü, qeyd edilən maddədən heç kimə satmadığını və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung A50” markalı mobil telefona baxış zamanı mobil telefonun sosial zənglər qovluğunda xx.xx.2024-cü il tarixdə saat 14:10-da Təqsirləndirilən şəxs İran İslam Respublikasına məxsus olan nömrəyə zəng etməsi, eləcə də əvvəlki günlərdə onunla İran İslam Respublikasına məxsus olan müxtəlif mobil nömrələr arasında qarşılıqlı zənglərin olması aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə götürdüyü Goranboy rayonu, Dəliməmmədli şəhəri, Sarovlu kəndi ərazisində yerləşən su kanalının yolun altından keçən körpüsünün kənarına tökülmüş betonun yanında olan daşın altına qoyulmuş yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və gəzdirməsi barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,454 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə istifadəçisi olduğu, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığı, üzərindən aşkar edilmiş psixotrop maddəni xx.xx.2024-cü il tarixdə mobil telefonun “WhatsApp” sosial şəbəkəsi ilə İran İslam Respublikasına məxsus +**********03 nömrəsi ilə danışdığı şəxsin Goranboy rayonu, Dəliməmmədli şəhəri, Sarovlu kəndi ərazisində yerləşən su kanalının yolun altından keçən körpüsünün kənarına tökülmüş betonun yanında olan daşın altına qoyduğu yerdən götürərək özü istifadə etmək niyyəti ilə üzərində saxladığı, onun niyyətinin həmin psixotrop maddəni satmaqdan ibarət olmadığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarının surətlərindən görünür ki, Sadıqov X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(045)-88/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 7(104)-28/2024 saylı qərarı ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(045)-88/2022 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 08 (səkkiz) gününün iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla 05 (beş) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung A50” markalı mobil telefon sonuncunun arvadı X3 qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə RPŞ-nin MSY-nə daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X5 tərəfindən 1463 C-24 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2024-cü il tarixdə qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Goranboy RPŞ-nin əməkdaşı Vahid Əhmədov tərəfindən təhqir olunması və hədələnməsi barədə müraciəti əsasında xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət hadisəsi olmadığından xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, cəza çəkdiyi müddət ərzində məhkum Təqsirləndirilən şəxs dəfələrlə elektron nəzarət vasitəsini (mobil nəzarət qurğusunu) gəzdirmək vəzifəsini yerinə yetirmədiyindən məktubda göstərilən müddətlərdə onun ərazi məhdudiyyətini pozması istisna edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sadıqov X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(045)-88/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 7(104)-28/2024 saylı qərarı ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(045)-88/2022 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 08 (səkkiz) gününün iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla 05 (beş) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy rayon İH başçısının Dəliməmmədli şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı - xx.xx.1987-ci il təvəllüdlü X7, övladları – xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013cü il təvəllüdlü X9 ilə birlikdə Goranboy rayonu, Dəliməmmədli şəhəri, R.Süleymanov küçəsi, ev 4-də yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X9 adlı övladları vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində saxlanılan zaman üzərində sadəcə 2 qrama yaxın nəşə olduğunu, heç vaxtı metamfetamindən istifadə etmədiyini, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini polis əməkdaşlarının onun üzərinə qoyduqlarını, ona qarşı edilmiş fiziki və psixi zorakılıq nəticəsində məcbur olaraq üzərinə qoyulmuş psixotrop maddə metamfetamini videoçəkiliş zamanı özünə məxsus olmasını etiraf etdiyini və ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş bir bükümdə olan psixotrop maddə metamfetamini tutulan günü tanımadığı İran İslam Respublikası vətəndaşı ilə danışdıqdan sonra sonuncunun ona göndərdiyi məkana gedərək oradan götürdüyünü və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf edərək saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və izahatla ifadələrin sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq izahatla ifadələrini oxuduğunu, onun sözləri ilə doğru yazıldığını, hər hansı şikayət və tələbinin olmadığını göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs sol ayağına geyinmiş olduğu qara rəngli corabın boğaz nahiyəsindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə olan maddənin nə olmasını bilmədiyini, nəşə olmasını ehtimal etdiyini, həmin maddəni xx.xx.2024-cü il tarixdə saat 17 radələrində adını bilmədiyi İran vətəndaşından aldığı mesaj əsasında Goranboy rayonu, Dəliməmmədli şəhərində kanalın yaxınlığında olan daşın altından götürdüyünü, qeyd edilən maddədən heç kimə satmadığını və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda təhqiqatçının sualına qəti olaraq cavab verib ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, bədəni üzərinə xəsarətin olmadığını, üzərindən aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, tutulan günü tanımadığı İran İslam Respublikası vətəndaşı ilə danışdıqdan sonra sonuncunun ona göndərdiyi məkana gedərək oradan götürdüyünü və şəxsi istifadəsi üçün üzərində saxladığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanıldığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən sonuncuya qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin Təqsirləndirilən şəxs döymədiyini, üzərinə psixotrop maddə metamfetamin qoymadığını, şəxsi axtarış zamanı üzərindən aşkar olunan bir bükümdə olan psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu, həmin maddəni tutulan günü adını bilmədiyi İran vətəndaşından aldığı mesaj əsasında Goranboy rayonu, Dəliməmmədli şəhərində kanalın yaxınlığında olan daşın altından götürdüyünü, qeyd edilən maddədən heç kimə satmadığını və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etdiyini göstərmişlər. O cümlədən iş materiallarında olan həm Goranboy RPŞ-dən, həm də 2 saylı İstintaq təcridxanasından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Habelə iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X5 tərəfindən 1463 C-24 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2024-cü il tarixdə qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təsviri-əsasladırıcı hissəsindən görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinədən keçirilmiş və xx.xx.2024-cü il tarixli, 567 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi ilə onun bədəni üzərində xəsarətin olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü iddia etsə də, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də digər tibbi sənədlərlə onun bədəni üzərində tutulduğu günə uyğun gələn döyülməyə xarakterik xəsarətin olması öz təsdiqini tapmamışdır. Eləcə də iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinə münasibət bildirərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs heç vaxtı metamfetamindən istifadə etmədiyini göstərsə də, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1236 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyi ilə onun dediyi xüsusatlar təkzib olunaraq onun psixotrop maddədən istifadə etməsi və psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Hətta Goranboy RPŞ-nin əməkdaşı Vahid Əhmədov tərəfindən təhqir olunması və hədələnməsi barədə Təqsirləndirilən şəxs müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət hadisəsi olmadığından xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə baxmayaraq, həmin qərardan Təqsirləndirilən şəxsla dövlət hesabına müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, o cümlədən barəsində tərtib olunmuş tibbi sənədlərdə və həbs qətimkan tədbirlərinin seçilməsinə dair məhkəmə qərarında Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs təhqiqatçının suallarına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa da məruz qalmadığını göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə təqsirləndirilən şəxsin, nə də ki dövlət hesabına müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşıması tam olaraq sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur; xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qramdır, külli miqdarın aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 16/713 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisi 3,554 qram olmaqla külli miqdar təşkil edir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnamədən, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmünün surətindən və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Sadıqov X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(045)-88/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 7(104)- 28/2024 saylı qərarı ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(045)- 88/2022 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 08 (səkkiz) gününün iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla 05 (beş) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarının çıxarıldığı gündən, yəni xx.xx.2024-cü il tarixdən 05 (beş) ay 19 (on doqquz) gün hesabladıqda Təqsirləndirilən şəxs həmin qərarla Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsinin əvəz edildiyi azadlıqdan məhrum etmə cəzasını hazırkı iş üzrə davamlı olaraq həbsdə olduğu üçün xx.xx.2024-cü il tarixdə çəkərək başa çatdırmışdır. Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum olunduğu Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğunun ödənilmə müddətinin axımı Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən, yəni xx.xx.2024-cü il tarixdə hesablanmalıdır. Bundan başqa, məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan ittiham aktında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması göstərilsə də, iş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 46-cı bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyi üçün onun əməlində cinayətlərin residivi yoxdur, lakin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkum olunmuş şəxs hesab olunur. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla belə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarının çıxarıldığı gündən, yəni xx.xx.2024-cü il tarixdən 05 (beş) ay 19 (on doqquz) gün hesabladıqda Təqsirləndirilən şəxs həmin qərarla Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsinin əvəz edildiyi azadlıqdan məhrum etmə cəzasını hazırkı iş üzrə davamlı olaraq həbsdə olduğu üçün xx.xx.2024-cü il tarixdə çəkərək başa çatdırdığına görə onun əvvəlki hökm üzrə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi faktiki olaraq qalmamışdır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin edilmiş cəzanı tam olaraq çəkib qurtardığı üçün ona Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüksək ictimai təhlükəli şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 21 iyun 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 26 (iyirmi altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 156 (bir yüz əlli altı) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Goranboy RPŞ-nin saxlanc anbarına məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,454 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1236 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 21 iyun 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 156 (bir yüz əlli altı) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy RPŞ-nin saxlanc anbarına məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,454 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar