Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-285/2024 06.11.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və X2 ibarət tərkibdə, X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, ədliyyə müşaviri X7, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X11 və onun müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Daşkəsən rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Əzizbəyov küçəsi, ev 2-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi 5-ci küçədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X11 qəsdən xüsusi amansızlıqla adam öldürməyə, yəni digər şəxsi qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki o, onunla birlikdə yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs yenidən onunla yaxın münasibət saxlamasından imtina etdiyi və bu səbəbdən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisələrə birdəfəlik son qoymaq üçün onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə qeyd edilən cinayətkar niyyətini həyata keçirməkdən ötrü xx.xx.0223-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi ,5-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evində sonuncu ilə şəxsi münasibətlər zəminində mübahisə edərək yataq otağındakı masanın üzərindən götürdüyü tiyəsinin uzunluğu 90mm, dəstəyinin uzunluğu 98mm, ümumi uzunluğu 188mm olan, qatlanmayan tipli, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan kustar üsulla hazırlanmış, məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə həmin yaşayış evində olan xx.xx.2018-ci il təvəllüdlü azyaşlı oğlu Sübhan İmanaovun gözü qarşısında ona əzab və iztirab verdiyini dərk etməklə, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, eyni zamanda Zərərçəkmiş şəxs xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq, həmçinin, azyaşlı oğlu Şahid3 münasibətdə əziz olan anasına qarşı zorakı əməlləri etməklə ona da əzab və iztirab verdiyini dərk edərək, onun gözləri qarşısında Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr vuraraq ona hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin ön səthinin üç ədəd, döş qəfəsinin arxa səthində sağda bir ədəd, sağ bazu nahiyəsində bir ədəd və sol said nahiyəsində bir ədəd, bundan başqa hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, döş qəfəsinin ön səthində yerləşən və hər iki ağciyəri zədələyən iki ədəd (ümumilikdə 08 ədəd) yara xəsarətləri yetirmiş, lakin Zərərçəkmiş şəxs ona azyaşlı övladlarının olmasını və ona çoxsaylı xəsarətlər yetirməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməyəcəyini bildirməsi və sonuncuya vaxtında təcili və ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edildiyindən, Ramil İmanov bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 ona Azərbaycan Respublikasının CM-in 29,120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə yaşadıqları evdə axşam saatlarında baş vermiş, həmin vaxt özündə olmadığından ilk olaraq özünə daha sonra isə həyat yoldaşına xəsarət yetirmişdir. Açıqlı olması səbəbini bilmədiyini və özündə olmadığı üçün bu hadisəni törətmişdir. Arvadı ilə ayrı qaldıqları müddətdə ona qarşı çox haqsızlıqlar olmuşdur. O, arvadının hansı bədən nahiyyələrinə xəsarət yetirdiyini xatırlamır. Hadisə vaxt özündə olmamış, arvadını öldürmək fikiri olmamışdır. Evdə usta işləmiş həmin vaxt balta və ya böyük bıçaqla arvadını öldürmək imkanı olmuşdur.Birinci özünə daha sonra arvadına xəsarət yetirmişdir. Özünə 2 bıçaq zərbəsi vurmuşdur. Ayrıldıqlarına baxmayaraq, hadisədən 10-15 gün əvvəl arvadı ilə barışmış və bir yerdə yaşamışlar. Hadisə vaxtı uşaq yatmış,hadisəni gorməmişdir. hadisədən sonra qayınatasına zəng vurmuş və evə ilk olaraq qayınanası, sonra istə qayınatası gəlmişlər. Son vaxtlar evdə usta işləmiş və Şəhlanın sözləri onun sinirinə toxunmuşdur. Uşağı evdə olduğu üçün arvadını özü xəstəxanaya apara bilməmişdir. İlk olaraq özünə xəsarət yetirmiş daha sonra arvadına xəsarət yetirmişdir. O qayınatasına zəng vurmasına baxmayaraq, hadisə yerinə ilk öncə qayınanası gəlmişdir. Daha sonra isə qayınatası gəlmiş onu və arvadını xəstəxanaya aparmışdır. Şəhlanı öldürmək niyyəti olmamış, öldürmək niyyəti olsadı ona heç kim mane olmurdu. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o hamamdan çıxdıqdan sonra televizora baxmış oğlu Sübhan isə evdə oynamışdır. Onun özünü isə yuxu tutmuş və o yatmışdır. Daha sonra ərinə gələn zəngə oyanmış və zəng edənin kim olduğunu soruşmuşdur. Əri isə zəng edənin əmisi Eldar olduğunu bildirmişdir. Eldarın nə üçün zəng etdiyini soruşmuş əri isə Eldar onu məktəbin həyətinə hava almaq üçün çağırdığını demişdir. Əri yeni hamamdan çıxdığı üçün getməmiş və əri əmisi Eldarı evə dəvət etmişdir. Əmisi evin həyətinə gələrək söhbət etmiş oğlu Sübhan isə həyətdə yanlarında oynamışdır. Daha sonra əri Sübhanı evə gətirmiş və ona təhvil vermiş və uşağı çölə buraxmamasını demişdir. Şahid5 getdikdən sonra əri evə gəlmiş və onu yuxudan oyadaraq ona çay verməsini istəmişdir. Ərinə çay verdikdən sonra əri ona “təpənə dəysin bu nə çaydı mənə veribsən” çay soyuqdur demişdir. Bundan sonra o çayı dəyişmiş və yenisini gətirmişdir. Əri onunla söhbət etmək istədiyini bildirmiş o isə saatın gec olmasını yorğun olduğunu və sabah evdə usta işləyəciyini demiş və yatmağa getmişdir. Əri çayı içdikdən sonra yatağın ayaq tərəfində uzanaraq televizora baxmışdır. Daha sonra o yerindən durmuş və çölə çıxmış sonra isə geri qayıtmışdır. Əri ondan nə iş gördüyünü soruşmuş o isə heç nə etmədiyini bildirərək yatağına uzanmışdır. O yatağa uzandıqdan sonra əri ona kənara çəkilməsini deyib və dərhal sonra heç nə demədən bir əli ilə onun boğazından tutaraq digər əli ilə bıçağı alıb xəsarət yetirməyə başlamışdır. O 9-12 arası bıçaq zərbəsi ilə xəsarət almışdır.6 yaşlı oğlu onu qorumuşdur. Əri ona xəsarət yetirdikdən sonra bıçaqla özünə xəsarət yetirmişdir. O isə əlindən tutaraq qoymamağa çalışmışdır. Uşaq öz yataq otağında yatmış, hadisəni görmüş və ağlayaraq “ata etmə demiş, atpasının əlindən tutumuş atası isə qorxma hec nə etmirəm” demişdir. Əri həmin vaxt özündə olmamasını bildirmişdir. Daha sonra o uşağının onu qan içində görməyindən pis olub ərindən atasına zəng edib çağırmağını istəmişdir. Əri isə öz mobil telefonu və onun telefonunu götürərək çölə çıxıb daha sonra içəri girdikdə onun vəziyyətinin yaxşı olmadığını görüb ona su vermişdir. O isə suyu rədd etmişdir. Daha sonra o Sübhana aynanı açıb kömək istəməyini demişdir, Sübhan isə atası ərinə, babasına zəng etməyini anasını ölməyə qoymamağını istəmişdir. Əri isə qayınatasına zəng edib xəbər etmişdir. Daha sonra isə əri ona onu tutdurmamağı barədə and içməsini istəmişdir. O isə and içmişdir. Evə ilk anası gəlmiş və ərindən bu nə haqq hesabdı deyə soruşmuş, əri isə “qızını öldürmüşəm indidə özümü öldürəcəm deyərək əlindəki bıçağla sol döş qəfəsi nahiyəsinə zərbə endirərək özünə xəsarət vetirmişdir”. Daha sonra evə onun atası və ərinin əmisi gəlmişdir. Onun atası dərhal onu xəstəxanaya götürmək üçün avğomobilə aparmış, ərinin əmisinə isə ərini gətirməsini demişdir. Daha sonra ərini və onu Abbba Səhhət adına xəstəxanaya gətirmişlər. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza verilməsini məhəkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, gecə 00:00-01:00 radələrində İmanov Rami ona zəng etmiş və telefonda “qızını da vurmuşam özümü də bizi balnisəyə çatdır” demişdir. Qonşu avtomobili ilə yaxınını xəstaxanaya çatdırmalı olduğunu xahiş etmiş, İmanov Ramilin əmisi ilə birlikdə hadisə yerinə gələrək hər ikisini yaralı vəziyyətdə olduğunu görüb və dərhal xəstəxanaya çatdırmışlar. Daha sonra qızını 3 nömrəli xəstəxanaya aparmışdır. Ramil qızını bıçaqla vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü Zərərçəkmiş şəxs ona zəng vurmuş və evdə işıqların keçdiyini və onlara şam gətirməyini istəmişdir. Hadisədən yoldaşının xəbəri olduqdan dərhal sonra yoldaşından daha tez hadisə yerinə getmiş, icəri girdikdə isə İmanov Ramilin “qızını öldürdüm indi də özümü öldürəcəm” deyərək özünə xəsarət yetirdiyini görmüşdür. Daha sonra otağa girmiş və qızı Zərərçəkmiş şəxs qan içində görmüş təlaşlanaraq dərhal çölə çıxaraq həyat yoldaşına səslənib tez gəlməsini demişdir. Daha sonra isə xəstəxanaya çatdırıldıqlarını bildirmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, atası ilə anasının mübahisə etmiş, hadisəni görmüş, atası anasını vurmuş və qorxaraq ağlamışdır. O,həmin vaxt ağlayaraq atası Ramilin əlindən tutaraq dayanmasını demiş və atası vurmağı dayandırmışdır. Atasının anasının qoluna vurduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, axşam Ramilin qayınatası tərəfindən gələn zəngdən sonra Ramil İmanovun həyat yoldaşına və özünə bıçaqla xəsarət yetirdiyini bilmişdir. Daha sonra o, Ramil İmanovun qaynatası ilə onları xəstəxanaya aparmışdır. Hadisə ilə bağlı əlavə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki,o hadisə barədə heç nə bilməmişdir. Saat 9-10 arası Ramil gilə getmiş və Ramilə zəng edərək harda olmasını soruşmuş, sonuncu evdə olmasını bildirmişdir. O, Ramildən 5 dəqiqəlik həyətə çıxmasını və söhbət etmək istədiyini demiş, Ramil hamamdan çıxdığını bildirmiş onun evə gəlməsini istəmişdir. O evə getmiş və Şəmkir rayonuna maşına baxmalı olduğunu bildirib, Ramillə birgə getməsini düşünmşüdür. Hava yağışlı olmuş o, Ramillə 5-3 dəqiqə söhbət etmiş və həmin vaxt Ramil arvadı Şəhlaya çay verməsini demişdir. Ramilin arvadı çay vermiş və onlar söhbət edərək çay içmişlər. Həmçinin o uşaqla zarafat etmiş, maşının açarını uşağa vermiş və daha sonra getməsini Ramilə imkan olsa getmələrini bildirərək Ramilgildən çıxıb getmişdir. Hadisə barədə Şəhlanın atası Arif ona məlumat vermiş, gecə saat 01:00 - 02:00 radələrində onu yuxudan oyatmış, ona Ramilin özünü və Şəhlanı bıçaqlamasını bildirmişdir. Həmçinin Arif ona hər ikisini xəstəxanaya aparmasını bildirmişdir. Ramil ilə Şəhla boşanmışlar. Hadisənin hansı səbəbdən baş verməsini bilməmişdir. Hadisədən 2-3 gün əvvəl o, Ramilgildə olmuşdur. Hadisədən əvvəl o, Ramil gilə gələrək “şükür Allaha yenə evində eşiyində salamatçılıqdır” deyib ,göz aydınlığı vermiş və getmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, X11 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-346/2023 saylı qərarından görünür ki, X8 barəsində 03 ay 28 gün müddətinə yəni 01 noyabr 2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 1079 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində 8 (səkkiz) kəsilmiş-deşilmiş yara müəyyən edilmişdir. Bu yaralardan üç ədəd döş qəfəsinin ön səthində solda, iki ədəd yara döş qəfəsinin ön səthində sağda, bir ədəd yara döş qəfəsinin arxa səthində sağda, bir ədəd yara sağ bazu nahiyyəsində, bir ədəd yara isə sol said nahiyyəsində yerləşir. Döş qəfəsinin ön səthində olan yaralardan iki ədəd yara daxilə keçib, hər iki ağciyəri zədələdiyindən bu xəsarətlər hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, digər xəsarətlər isə hər biri ayrıayrılıqda sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilən yuxarıda göstərilən xəsarətlər deşici-kəsici alətlə (alətlərlə) yetirilmişdir və yetirilmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni, xx.xx.2023-cü il tarixə uyğun gəlir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 1062 saylı rəyindən görünür ki, X8 bədəni üzərində döş qəfəsinin ön səthində solda iki ədəd deşilmiş-kəsilmiş yara müəyyən edilmişdir. Bu xəsarətlərdən biri döş boşluğuna keçərək hemopnevmotoksla müşayiət olunduğundan ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, digər xəsarət isə daxilə keçmədiyindən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. X8 bədəni üzərində müəyyən edilən xəsarətlər deşici-kəsici alətlə (alətlərlə) yetirilmişdir. Yetirilmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. X8 bədəni üzərində deşilmiş-kəsilmiş yaralardan başqa digər hər hansı bir xəsarət müəyyən edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-trasoloji və məhkəmə soyuq silah ekspertizasının 11 oktyabr 2023-cü il tarixli 16/921/922 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan 07 ədəd “a”, “b”, “c” zədələri, maykanın üzərində olan 03 ədəd “d”, “e” zədələri, busqalterin üzərində olan 01 ədəd zədə və X10 məxsus köynəyin üzərində olan 03 ədəd zədələr, maykanın üzərində olan 03 ədəd zədələr bir tərəfi kəsici, ucu deşic xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin, maykanın, busqalterin və X10 məxsus köynəyin, maykanın üzərində olan zədələrdə zədə yaradan predmetinə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim olunan Zərərçəkmiş şəxs məxsus idman şalvarının vəİ manov Ramil Rafiq oğluna məxsus şortikin üzərində hər hansı zədə aşkar edilməmişdir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2023-cü il tarixli, 15.07.023-cü il tarixli 1062, 1079 saylı ekspert rəylərində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim eilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin olan 07 ədəd “a”, “b”, “c” zədələri, maykanın üzərində olan 03 ədəd “d”, “e” zədələri, busqalterin üzərində olan 01 ədəd zədə və X16 məxsus köynəyində olan 03 ədəd zədələr, maykanın üzərində olan 03 ədəd zədələr müqayisə edilmiş və müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədənində yerləşən “yaralardan üç ədədi döş qəfəsinin ön səthində solda, iki ədəd yara döş qəfəsinin ön səthində sağda, bir ədəd yara döş qəfəsinin arxa səthində sağda”və İmanovRamil Rafiq oğlunun bədənində yerləşən “döş qəfəsinin ön səthində solda iki ədəd deşilmişkəsilmiş yara” xəsarətləri ilə yuxarıda qeyd edilən zədələr yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni yuxarıda qeyd edilən zədələr və xəsarətlər üst-üstə düşür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-lifli ekspertizasının 04 oktyabr 2023-cü il tarixli 16/920 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X10 və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlindəgöstərilmişdir. X10 məxsus geyim əşyalarının üzərində Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının tərkib liflərinə uyğun liflər yoxdur. Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış qara rəngli poliakrilonitril liflər cinsi əlamətlərinə görə X10 məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində X10 məxsus digər geyim əşyalarının tərkib liflərinə uyğun liflər yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 472 saylı rəyindən görünür ki, X11 cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. X11 ittiham olunduğu ictimai təhlükəli əməli törətdiyi zaman psixi xəstə olmamışdır. O, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və (və ya) onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. X8 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. X11 ittiham edildiyi cinayət əməlini törətdikdən sonra, hal-hazırda psixi xəstəlikdən əziyyət çəkmir. O, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməlləri idarə etmək imkanındadır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3 maddəsinin təsiri altına düşmür. X8 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs X11 aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs X11 cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Bu vəziyyətin yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs X11 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (keçirməmişdir). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 532/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu 0 alfa, beta (İ)-dir. X8 AB0 sistemi üzrə qan qrupu 0 alfa, beta (İ)-dir. Ekspertizaya təqdim edilmiş bıçaq, 08 ədəd pambıq topası, Zərərçəkmiş şəxs məxsus qısaqol mayka, busqalter, qolsuz mayka, şalvar, X10 məxsus qolsuz mayka, qısaqol köynək, şort vəŞahid3 məxsus qolsuz mayka üzərində insan qanı ləkləri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigenti alındı. “H” antigenti 0 alfa, beta (İ) qrupunun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa, beta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya eyni qruplu olan X10 məxsus ola bilər (əgər sonucuda qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 25 avqust 2023-cü il tarixli 1411 saylı rəyindən görünür ki, X11 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 4779 saylı arayışından görünür ki, X3 şəhəri rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 5894 saylı arayışından görünür ki, X3 şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkolofi Mərkəzinin xx.xx.2023-sü il tarixli xx/xx-9099 saylı məktubundan görünür ki, X11 qeyd edilən mərkəzdə narkoloji qeydiyyata olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Daşkəsən rayonu İcra Hakimiyyəti Başçısının Yuxarı Daşkəsən qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2029cü il tarixli xasiyyətnamədən görünür ki, X11 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya Texnologiyaları İdarəsinin xx.xx.2025-cü il tarixli 2-2415/2-027227/2023 saylı məktubundan görünür ki, X8 məhkumluğu yoxdur. Məhkəmə təqsirləndirilən şəxs X8 məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsi öldürmək məqsədinin olmaması və zərəçəkmişi vurarkən oğlunun yatması və hadisəni görməməsi ilə bağlı ifaədəsini işin faktiki hallarına uyğun olmadığından və eləcə də onun özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, Şahid3 və digər şahidlərin ifadəsi, ekspertiza rəyləri ilə təkzib edildiyindən, həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətlərini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, X8 əməlində Azərbaycan Respublikasının CM-nin 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə təqsirləndirilən şəxs Ramil İmanovun törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edib hesab edir ki,təqsirləndirilən şəxsin zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməyə cəhd etməsi və iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışıdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə hesab edir ki, Ramil İmanovun əməli Azərbaycan Respublikasının CM-nin 29,120.2.4 -cü maddəsi ilə tövsif edilmədir. Məhəkəmə bu nətcəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 12 dekabr tarixli qərarının izahını da nəzərə alır. Belə ki,Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 12 dekabr tarixli qərarından görünür ki, təqsirkarın əməlini xüsusi amansızlıqla adam öldürməyə cəhd etmə kimi CMnin 29, 120.2.4-cü maddəsinə tövsif edərkən, nəzərə almaq lazımdır ki, burda xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürməyə cəhd etmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə cəhd etmə kimi yönəlmiş olsun, Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etməyə cəhd etmə ərəfəsində və ya adam öldürməyə cəhd prosesində zərərçəkmiş şəxsə azab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə və s.) yetirilməsi hallarında mövcud olur. Xususi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməyə cəhd etmədə də ifadə oluna bilər. Cinayət işinin materiallarından görünür ki, X11 onunla birlikdə yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs yenidən onunla yaxın münasibət saxlamasından imtina etdiyi və bu səbəbdən Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisələrə birdəfəlik son qoymaq üçün onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə qeyd edilən cinayətkar niyyətini həyata keçirməkdən ötrü (xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi 5-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evində sonuncu şəxsi münasibətlər zəminində mübahisə edərək yataq otağındakı masanın üzərindən götürdüyü tiyəsinin uzunluğu 90 mm, dəstəyinin uzunluğu 96 mm, ümumi uzunluğu 188 mm olan, qatlanmayan tipli, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan kustar üsulu ilə hazırlanmış, məişət təyinatı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə həmin yaşayış evində olan xx.xx.2018-si təvəllüdlü azyaşlı oğlu Sübhan İmanaovun gözü qarşısında ona əzab və iztirab verdiyini dərk etməklə, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, eyni zamanda Zərərçəkmiş şəxs xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq, həmçinin, azyaşlı oğlu Şahid3 münasibətdə əziz olan anasına qarşı zorakı əməlləri etməklə ona da əzab və iztirab verdiyini dərk edərək, onun gözləri qarşısında Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq sonuncunu öldürməyə cəhd etmişdir. Məhəkəmə hesab edir ki, belə vəziyyətdə təqsirləndirilən şəxs X8 əməli Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş xüsusi amansızlıqla adam öldürməyə cəhd etmə cinayəti kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə cinayət qanunvericiliyinin müddəalarını, Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarında göstərilən izahını, habelə qəsdən adam öldürməyə cəhdə dair zəruri olan halların olması ilə bağlı tövsiyələrini nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X17 Bayramovanı qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməyə cəhd etmiş, yəni iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs Ramil İmanovun törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, Ramil İmanovun əməli Azərbaycan Respublikasının CM-nin 29,120.2.4 -cü maddəsi ilə tövsif edilməli,təqsirləndirilən şəxs Ramil İmanovun həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən və təqsirləndirilən şəxsin qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxs X10 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələbinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X10 təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 29,120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, X8 cəzasını yüngülləşdirilən hal yoxdur. Təqsirləndirilən şəxs X8 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, təqsirləndirilən şəxs X11 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, X8 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2023-cü tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar-Gəncə rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd böz rəngli qısaqol köynək, 01 ədəd qara rəngli qolsuz mayka, 01 ədəd qara rəngli busqalter, boz rəngli idman şalvarı ona və yaxın qohumlarına qaytarılmalı, imtina etdikdə məhv edilməldir. X10 məxsus 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd qara rəngli qolsuz mayka və 01 ədəd şortik ona və yaxın qohumlarına qaytarılmalı, imtina etdikdə məhv edilməldir. Hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq məhv edilməldir. İş üzrə məhkəmə məsrəfi 123.80 manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxs, X6 tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinərək,ona 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X11 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X8 cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. X8 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar-Gəncə rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd böz rəngli qısaqol köynək, 01 ədəd qara rəngli qobuz mayka, 01 ədəd qara rəngli busqalter, boz rəngli idman şalvarı ona və yaxın qohumlarına qaytarısın, imtina etdikdə məhv edilsin. X10 məxsus 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd qara rəngli qolsuz mayka və 01 ədəd şortik ona və yaxın qohumlarına qaytarısın, imtina etdikdə məhv edilsin. Hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq məhv edilsin. İş üzrə məhkəmə məsrəfi 123.80 manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxs, X6 tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-285/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-285/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver