Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-286/2023 05.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1992-ci ildə Goranboy rayonu, Qasımbəyli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən 01 (bir) il 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Naftalan şəhərinin Qasımbəyli kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsində barəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində xx.xx.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılarkən ailə üzvləri ilə apardığı telefon danışıqları zamanı qardaşı arvadı X2 qonşuları Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi münasibətinin olduğunu öyrəndikdən sonra həmin halın ailəsinin nüfuzuna xələl gətirdiyi qənaətinə gələrək qisas almaq məqsədilə Zərərçəkmiş şəxs öldürməyi qərara almış, barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra 2022-ci ilin dekabr ayında Naftalan şəhərinin Qasımbəyli kəndində yaşadığı evə gələrək Zərərçəkmiş şəxs öldürmək üçün əlverişli şərait yaranmasını gözləmiş, 28 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq Naftalan şəhəri istiqamətində getdiyini görüb məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib öz yaşadığı evin həyətində saxladığı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını bıçağı götürüb əynindəki şalvarın kəməri altına qoyaraq sonuncunu izləmiş, Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən “Samovar Market” adlı ərzaq mağasına daxil olduğunu görüb küçədə onu bir müddət gözlədikdən sonra Zərərçəkmiş şəxs çıxmadığını görüb saat 15:41-də həmin mağazaya daxil olaraq sonuncunu söhbət etmək bəhanəsi ilə çölə çağırmış, Zərərçəkmiş şəxs mağazadan çıxmayacağını bildirdikdə üzərində olan bıçağı çıxarıb öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə ardıcıl bir neçə bıçaq zərbələri endirib sonuncuya yetirildiyi anda həyat üçün təhlükəli olmaqla sağlamlığa Ağır zərərvurmaya aid olan döş qəfəsinin hər iki plevra boşluğuna nüfuz edən ikitərəfli hemopnevmatoraks və ağciyərin zədələnməsi ilə fəsadlaşan iki tərəfli torakosentez, gövdənin geniş sahəli dərialti emfizemasi, travmatikhemoragik şok İİ dərəcə, sağ ağ ciyərin aşağı payının fibrozu, posthemoragik anemiya ilə nəticələnən döş qəfəsinin arxa səthinin üç ədəd deşilmiş-kəsilmiş yaraları, habelə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa Yüngül zərər vurmaya aid olan alt çənənin, sağ gözaltı nahiyənin, alın nahiyəsinin, sağ əlin ovuc səthinin, sol qoltuqaltı nahiyənin deşilmiş-kəsilmiş yaraları və sağ Vİİİ qabırğanın xətti sınığı xəsarətlərini yetirmiş, zərərçəkmiş ona aktiv müqavimət göstərdiyi və ətrafda olan şəxslərin bıçağı əlindən alaraq onu zərərçəkmiş şəxsdən araladıqları üçün, həmçinin Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılmaqla ixtisaslaşdırılmış tibbi yardım göstərilərək həyatı xilas edildiyindən bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə işin faktikti halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilməyib, CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Naftalan şəhərinin Qasımbəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, arabir usta olan atasına kömək edir, ayrı hər hansı bir fəaliyyətlə məşğul olmur, əvvəllər Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, cəzasını tam çəkib bitirmişdir. Zərərçəkmiş şəxs tanıyır, sonuncu onun həmkəndlisi və qonşusudur, təxminən il yarım, iki il bundan əvvələ qədər Zərərçəkmiş şəxslə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Abşeron rayonununda gedən cinayət işi ilə əlaqədar olaraq istintaq təcridxanasında olduğu müddət ərzində aradabir ailə üzvləri ilə əlaqə saxlamışdır. Əlaqə saxlayarkən ailə üzvlərinin hamısı o cümlədən qardaşının keçmiş həyat yoldaşı Elnarə ilə danışmışdır. Bir müddət sonra o, ailə üzvləri ilə danışanda Elnarə ilə də danışmaq istəyəndə, ailə üzvləri Elnarənin evdə olmadığını, anasının xəstə olduğunu demişlər .Ürəyində şübhələr yaranmış, təkidindən sonra qardaşı Fariz ona Elnarədən telefon aşkar etdiyini, həmin telefonun kodda olduğunu, telefonun kodunu açdırmaq üçün evdən çıxanda Elnarənin evdən qaçdığını, qonşuları Teymurla Elnarənin həmin telefonla münasibət saxladığını bildirmişdir. Təxminən bir il əvvəl cəzasını çəkib bitirdikdən sonra evə gəlmiş, bir neçə gün sonra Zərərçəkmiş şəxslə qonşu olduğu üçün küçədə rastlaşmışdır. Yanında adamlar olduğu üçün ucadan Teymurun ünvanına nalayiq ifadələr işlətmişdir, Teymur isə həmin yerdən qaça-qaça uzaqlaşmışdır. O, Zərərçəkmiş şəxs cəzalandırmaq yəni sonuncunu döyüb layiq olduğu təhqiredici hərəkətlər etmək istəsə də Teymuru görə bilməmişdir. Teymur hərbi qulluqçu olmuşdur və xidmətini işğaldan azad olunmuş Laçın rayonunda aparmışdır. O, 27 dekabr 2022-ci il tarixdə axşam evdə olarkən qonşuluqda yaşadıqları üçün Zərərçəkmiş şəxs səsini eşitmiş və sonuncunu izləməyə başlamışdır ki, hardasa tutub “sındırsın”. 28 dekabr 2022-ci il təxminən saat 14:00 radələrində Teymurun evdən çıxdığını görmüş, əgər qaçarsa hər ehtimala qarşı onu bıçaqla yaralasın deyə yaşadığı evin həyətində həyət işləri görmək üçün işlətdiyi bıçağı götürmüş sağ arxa tərəfdən kəmərin altına taxmış və Teymuru izləməyə başlamışdır. Teymur piyada Qasımbəyli kəndindən Naftalan şəhəri istiqamətində getmiş, Teymurun arxası ilə gələ biləcəyini görüb qaçacağını güman etdiyi üçün yol maşını ilə Naftalan şəhəri, Nəriman Nərimanov parkına gəlib Teymuru gözləmişdir. Təxminən saat 15 radələrində Zərərçəkmiş şəxs Naftalan şəhəri, Nizami küçəsində yerləşən “Samovar market” adlı mağazaya daxil olmuşdur. 30-35 dəqiqə keçəndən sonra Teymur mağazada olub-olmamasını dəqiqləşdirmək üçün siqaret almağa ora girmişdir. Teymurun mağazada görüb və siqareti alıb çıxmış, Nəriman Nərimanov parkına gedib Teymuru gözləmişdir. Teymur təxminən 10 dəqiqə sonra mağazadan çıxıb, telefonla danışanda onun orada olduğunu görmüş və yenidən mağazaya daxil olmuşdur. O, Zərərçəkmiş şəxs avtomobil çağırıb qaçacağını fikirləşdiyi üçün mağazaya daxil olmuşdur. O, Teymura kassanın qabağında çölə çıxmasını, işi olduğunu, söhbət etmək istədiyini dəfələrlə desə də, Teymur onu yola verib “gözlə, sonra söhbət edərik, çıxmayacam” demişdir. Zərərçəkmiş şəxs üzərində gətirdiyi bıçaqla vurmaq istəsə də kassanın yanında balaca azyaşlı uşağı görüb, əl saxlamış, uşaq çıxandan bir müddət sonra sağ əli ilə Teymurun qolundan tutub çölə çıxartmaq istəmiş, Teymur isə əlini yuxarı qaldırıb kiməsə zəng etmək istəmişdir. Teymurun səsini qaldırıb camaatı çağıracağını, işin alınmayacağını fikirləşib üzərində gətirdiyi qara rəngli bıçağı sağ əli belində qoyduğu yerdən çıxarıb Teymuru kassa masasının qarşısında vurmağa başlamışdır. Teymura bıçaq olan əli ilə yumruq atanda təxminən sonuncunun sol çıyinini tutmuş, ikinci cəhddə isə Teymur sağ əlini tutduğu üçün sol əli ilə yumruqla baş və üz nahiyələrinə bir neçə dəfə zərbələr endirmişdir. Teymur yerə yıxılmış, onu da əli ilə tutduğu üçün hər ikisi bərabər yerə yıxılmışlar. Yerdə olanda bıçağı sağ əlindən sol əlinə keçirib, sol əli ilə Zərərçəkmiş şəxs sağ böyür nahiyəsindən iki dəfə vurmuşdur. Teymur onun sağ əlini buraxdıqdan sonra həmin əli ilə yumruqla Teymura zərbələr vurmağa başlamış, bıçağı sağ əlinə keçirib vurmaq istəyəndə sonuncu bir daha onun əlindən tutmuşdur. Mağazaya Şahid1 gəlib onları aralamaq istəmiş, O Toğrula məsələnin qeyrət söhbəti olduğunu, ona dəxlisi olmadığını, qarışmayıb çəkilməsini demişdir. Lakin Toğrul onun əlindən tutmuş və o bu müddətdə Teymuru vura bilməmişdir. Daha sonra Elnur adlı şəxs onlara yaxınlaşıb özünü bədbəxt etməməsini, tutulacağını, Teymuru vurmamasını deyib əlini tutub aralamaq istəmişdir. Elnura məsələnin qeyrət söhbəti olduğunu bildirmiş, Toğrulla Xəzri adında şəxs onlara yaxınlaşıb əlindən bıçağı zorla almışlar. O, əsəbi soyumadığı üçün ayağa durub Zərərçəkmiş şəxs təpik və yumruqla vurmağa başlamışdır. Sonra isə mağazadan çıxıb, yaxınlıqdakı Nəriman Nərimanov parkında siqaret yandırmış, bir az gözləmiş və hadisə yerinə polis əməkdaşlarının gəldiyini gördükdə özü sonunculara yaxınlaşmış, şəhər polis şöbəsinin əməkdaşları onu polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qardaşı Fariz Bayramovun arvadı Elnarə ilə münasibət quraraq onun ailəsinin nüfuzuna xələl gətirdiyi üçün qisas almaq məqsədilə bıçaqla vurduğunu, lakin sonuncunu öldürmək məqsədi olmadığını, Zərərçəkmiş şəxs qisas almaq niyyətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən yarandığını, məqsədinin isə sonuncunu cəzalandırmaq və xəsarət yetirmək olduğunu bildirmişdir. Hadisə zamanı istifadə etdiyi bıçağı uzun müddət əvvəl xatırlamadığı yerdən alıb yaşadığı evin həyətində saxlamış, hadisə günü isə Teymurun arxası ilə getməmişdən həyətdə görüb özü ilə götürmüşdür. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmış və sağlamlığına vurduğu ziyanı tam. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Naftalan şəhəri, Qasımbəyli kəndində arvadı X6 və 2018-ci il təvəllüdlü oğlu Cahidlə birlikdə yaşayır. İşlədiyi hərbi hissə işğaldan azad edilmiş Laçın rayonunda yerləşdiyi üçün əsasən orada olmuş, ayda bir neçə dəfə evinə gəlmişdir. Təqsirləndirilən şəxs qonşusudur. 2020-ci ilin sonuna qədər onun Fəqanla və bütün ailə üzvləri ilə münasibətləri yaxşı olmuş, heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Qonşu kimi bir-birinin evinə gedib-gəlmişlər. 2020-ci ilin payız aylarında dəqiq xatırlamadığı tarixdə, Vətən Müharibəsinin gedişində o, yaşadığı evə gəlmiş, həmin vaxt tanımadığı nömrədən onun mobil nömrəsinə xatırlamadığı məzmunlu mesaj sonra isə zəng gəlmişdir. O, zəngə cavab verdikdə zəng edənin qadın olduğunu bilmiş, həmin qadın ona “Salam Teymur, nətərsən?” demişdir. Yanına azyaşlı oğlu gəlmiş, zəng edən qadın onun oğlunun səsini eşidib telefonu söndürmüşdür. O, geri zəng etsə də telefona cavab verən olmamışdır. Bir neçə gün sonra həmin qadın ona yenidən zəng etmiş və onunla tanış olmaq istədiyini bildirmişdir. O, kim olduğunu soruşsa da, qadın kim olduğunu deməmişdir. Təxminən 15-20 gün müddətində o, həmin qadınla telefonla danışıb yazışmışdır. Sonra qadın ona qonşusu Farizin arvadı Elnarə olduğunu demişdir. Bir müddət Elnarə ilə danışmış, 2020-ci ilin dekabr ayının sonu dəqiq xatırlamadığı tarixdə Fariz Elnarənin telefonunu tutmuş və sonuncunun onunla yazışdığını müəyyən etmişdir. Hadisədən sonra Elnarə evdən qaçıb getmişdir. Fəqan bu müddətdə Bakı şəhərində həbsdə olmuş, Fariz və qohumları söz göndərərək köçüb getməsə evini yandıracaqlarını bildirmişlər. Çox vaxt işlədiyi hərbi hissədə olduğu üçün Fariz və qohumları ilə qarşılaşmamış, sonuncular onun ailə üzvlərindən ona söz göndərmişlər. Fariz və qohumlarının onu hədələməsi barədə bir neçə dəfə şəhər polis şöbəsinə müraciət etmişdir. 2021-ci ildə xatırlamadığı tarixdə Fəqan azadlığa çıxıb yaşadığı evə qayıtmış, O, Fariz və Fəqanla Naftalan şəhərində bir neçə dəfə qarşılaşsa da sonuncular ona heç bir söz deməmişlər. 26 dekabr 2022-ci ildə ona işdən 5 günlük icazə verilmişdir. 26 dekabr 2022-ci il tarixdə axşam saatlarında o, yaşadığı evə gəlmiş, 28 dekabr 2022-ci il tarixdə günortadan sonra o, yaşadığı evdən çıxıb Naftalan şəhərinə mağazadan iş yoldaşlarına ərzaq alıb göndərməyə getmişdir. O, yaşadığı kənddən Naftalan şəhərinin Nizami küçəsinə piyada gəlib orada yerləşən “Samovar Market” adlı ərzaq mağazasına daxil olmuşdur. Mağazadan ərzaq məhsulları alıb qablaşdırmış, iş yoldaşlarından kimsə ona zəng edəndə danışmaq üçün mağazanın önünə çıxmışdır. Telefonla danışan zaman Fəqanın mağazanın arxa tərəfində yerləşən parkda olduğunu görmüş, telefonla danışıb yenidən mağazaya girmiş, kassa aparatının qarşısında dayanmışdır, bu zaman Fəqan da mağazaya daxil olmuşdur. Fəqan ona yaxınlaşaraq çölə çıxmağını istəmiş, o isə çıxmayacağını demişdir. 2-3 dəfə onun çölə çıxmağını tələb edəndən sonra Fəqan əynindəki şalvarın remeninə taxdığı bıçağı çıxarıb həmin bıçaqla onu vurmağa başlamış, özünü qorumaq üçün Fəqanın ayaqlarından tutmuşdur. Yerə yıxılsa da Fəqan onu vurmağa davam etmiş, yerdə olduğu zaman Fəqanın əlini tutmuş və sonuncunun onu vurmasına mane olmuşdur. Daha sonra iki nəfər şəxs yaxınlaşıb Fəqanın əlindən bıçağı almış və sonuncunu ondan aralamış, xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Naftalan şəhəri, Nizami küçəsində yerləşən “Samovar market” adlı ərzaq mağazası ona məxsusdur. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. 28 dekabr 2022-ci il tarixdə təxminən 16:00 radələrində o, siqaret çəkmək üçün çöldə, həmin mağazanın sağ tərəf küncündə olarkən mağazada satıcı işləyən X3 ağlaya-ağlaya çölə çıxıbaraq onun yanına gəlmişdir. Ona mağazada dava olduğunu və tez gəlməyini bildirmişdir. Bundan sonra dərhal mağazanın içərisinə daxil olmuş içəri sağ orta tərəfdə iki nəfərin yerə yıxılaraq dava etdiyini və yerin qan olduğunu, mağazanın içərisində bir sıra ərzaq məmulatlarının yerə dağıldığı ərzaq məhsulları olan soyuducu və vitrinlərin yerinin dəyişdiyini görmüşdür. Həmin vaxt Fəqan Teymurun üzərində mağazanın döşəməsinə yıxılı vəziyyətdə olmuşdur. Fəqanın əlində uzun qara rəngli bıçaq olmuşdur. Bıçağı Fəqanın əlində gördükdə və ölçüsü böyük olduğu üçün bir az qorxmuş əvvəl yaxınlaşmaq istəməsə də bir qədər tərəddüddən sonra yaxınlaşmışdır. Teymur isə Təqsirləndirilən şəxs altında çabalayaraq, ona müqavimət göstərməyə çalışmış, üzü və paltarı qan içində olmuşdur. O, sonunculara yaxınlaşıb aralamaq istədikdə Fəqan ona “Toğrul sənlik deyil, bu namus-qeyrət məsələsidir, mağazadan çıx, bizi aralama” demişdir. O, sonuncuları aralamaq və Fəqanın əlində olan qara rəngli uzun bıçağı almaq istəsə də, buna nail ola bilməmiş, mağazanın qarşısına çıxıb mobil telefonla Naftalan şəhər polis şöbəsinin rəis müavininə zəng edib məlumat vermişdir. Daha sonra mağazaya daxil olub onları aralamağa cəhd etmiş, hər ikisi yorulduğu üçün Fəqanın bıçağını zorla özünün qol gücünə əlindən almış və mağazanın çölünə doğru kənara atmışdır. Fəqanı isə Teymurun üstündən götürüb aralamış, lakin ayağa durduqda Fəqan Teymuru təpik və yumruqla vurmağa başlamışdır. O, Fəqanı mağazadan çölə çıxartmış və sonra mağazaya daxil olub Zərərçəkmiş şəxs kömək etmək istəmiş, ona görədə mağazanın yanında olan “Samovar” kafesində işləyənlərə su gətirməyi bildirmişdir. Orada işləyən qadın su gətirdikdən sonra o, Teymurun əl-üzünə su vurmuş, Naftalan ŞPŞ-nin əməkdaşları yaxınlaşdıqda, o, Təqsirləndirilən şəxs bıçağını polisə təhvil vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilərək araşdırılmış Şahid2 Cahangir oğlu ifadəsində göstərmişdir ki, “Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Naftalan şəhərinin Qasımbəyli kənd sakinləri kimi tanıyır, heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. 28 dekabr 2022-ci il tarixdə o, Naftalan şəhərində Nərimanov parkında olmuş, təmizlik işləri görmüşdür. Saat 15:40 radələrində o, qəfildən “Samovar Market” adlı ərzaq mağazasının qarşısından yüksək qadın səsi gəldiyini eşitmişdir. O, mağazanın qarşısına getmiş və ora bir neçə insanın toplaşdığını görmüşdür. Mağazanın qarşısına toplanan insanlar içəri girməmiş, satıcısı Elnarə isə mağazanın qarşısında durub ağlamışdır. O, mağazaya daxil olmuş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerə yıxıb döydüyünü görmüşdür. Təqsirləndirilən şəxs əlində qara rəngli bıçaq olmuşdur. O, Təqsirləndirilən şəxs əlindən bıçağı almaq istəmiş, lakin bacarmamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxsla söhbət etmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki: “Xəzri, sən qarışma, bu əclaf mənim evimin içinə girib, ölməlidi”. Zərərçəkmiş şəxs isə ona müraciətlə “mənə kömək et, öldürəcək məni”. Ondan sonra mağazanın sahibi Şahid1 gəlmiş və onlar birlikdə köməkləşib Təqsirləndirilən şəxs əlindən bıçağı almışlar. Bundan sonra Təqsirləndirilən şəxs mağazadan çölə çıxmış, O isə Teymura kömək edib mağazadan çölə çıxartmışdır. Teymurun üzünə su vurmuş, polis əməkdaşları gəlib Teymuru xəstəxanaya aparmışlar”. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən “Samovar Market” adlı ərzaq mağazasının içərisidir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi və götürmə aparılması” haqqında 30 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:40-da zərərçəkmiş şəxs Quliyev X8 marketin qarşısında telefonla danışmış, 15:41-də Təqsirləndirilən şəxs ona yaxınlaşaraq söhbət etmiş, əvvəlcə Zərərçəkmiş şəxs, bir qədər sonra isə Təqsirləndirilən şəxs mağazaya daxil olmuşdur. Təqsirləndirilən şəxs içəriyə daxil olaraq qapını örtmədən ətrafa baxır. 15:42-də kassaya kənar şəxs yaxınlaşanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qolundan tutub çölə çıxartmaq istəyir, lakin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla razılaşmayaraq telefona baxır. İçəri azyaşlı uşaq daxil olur, həmin uşaq getdikdən sonra Təqsirləndirilən şəxs əli ilə mağazadan çöl tərəfi, yəni küçəyə Zərərçəkmiş şəxs işarə etdiyi görünür. Bir qədər mübahisə etdikdən sonra 15:43-də Təqsirləndirilən şəxs bıçağı belindən çıxararaq Zərərçəkmiş şəxs ardıcıl bir neçə zərbə endirir. Kassada əyləşən Elnarə Sadıqova və mağazada olan qeyri şəxs mağazadan qaçıb küçəyə çıxır. Zərərçəkmiş şəxs əyilib Təqsirləndirilən şəxs ayaqlarından tutmaq istəyir, lakin sonuncunu qaldıra bilmir və özü yerə yıxılaraq Təqsirləndirilən şəxs altına düşür. Təqsirləndirilən şəxs əlindəki bıçaqla, həmçinin yumruqla Zərərçəkmiş şəxs ardıcıl zərbələr endirməyə davam edir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sağ əlini tutub bıçaqdan qorunmağa çalışır, sonuncu isə bıçağı sol əlinə keçirib yenə Zərərçəkmiş şəxs vurur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sol əlini tutduğu zaman sonuncu bıçağı yenə sağ əlinə keçirir. Zərərçəkmiş şəxs bıçaqdan qorunmaq məqsədilə yenidən Təqsirləndirilən şəxs sağ əlini tutur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbələr endirməyə çalışması, lakin Zərərçəkmiş şəxs müqaviməti nəticəsində istəyinə nail olmaqda çətinlik çəkməsi müşahidə olunur. Saat 15:44 dəqiqədə mağazaya daxil olan X15 Bayramovun əlindən bıçağı almağa çalışır lakin Təqsirləndirilən şəxs ona bıçağı vermir. Sonradan mağazanın sahibi Şahid1 içəri daxil olur. Sonuncu da bıçağı Təqsirləndirilən şəxs ala bilmir. Şahid1 cibindən mobil telefonu çıxarıb mağazadan çıxır. Zərərçəkmiş şəxs isə Fəqanın əlindən tutaraq ona mane olmağa çalışır və özünü müdafiə etmək istəyir. Bir qədər sonra cinayət işi üzrə ifadəsi elan edilmiş Şahid2 mağazaya daxil olur və ondan sonra da Şahid1 yenidən mağazaya daxil olaraq Təqsirləndirilən şəxs əlindəki bıçağı almağa çalışır. 15:46-da Şahid1 çətinliklə, Şahid2 köməyi ilə Təqsirləndirilən şəxs əlindən bıçağı alır. Lakin bundan sonra Təqsirləndirilən şəxs yenə də Zərərçəkmiş şəxs təpiklə və yumruqla zərbələr endirməyə davam edir. 15:46-da Təqsirləndirilən şəxs mağazadan çıxır. Bundan sonra 15:47-də Zərərçəkmiş şəxs çətinliklə ayağa qalxaraq kassanın yanına gəlir. Ətrafda olan insanların köməyi ilə Zərərçəkmiş şəxs mağazadan çıxarılır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “baxış keçirilməsi və götürmə aparılması haqqında” 29 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs bıçaq xəsarətləri ilə “Goranboy rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Acil şöbəsinə daxil olarkən əynində olmuş paltarları 1 ədəd qəhvəyi rəngli qış gödəkçəsi, 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd boz rəngli uzunqol qış alt geyimi, 1 ədəd boz rəngli qış alt geyimi(şalvar), 1 ədəd qara rəngli mayka və 1 ədəd qara rəngli uzunqol kofta götürülərək baxış keçirilmiş, müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 56 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) – döş qəfəsinin hər iki plevra boşluğuna nüfuz edən ikitərəfli hemopnevmatoraks və ağ ciyərin zədələnməsi ilə fəsadlaşan ikitərəfli torakosentez, gövdənin geniş sahəli dərialtı emfizeması, travmatik-hemoragik şok İİ dərəcə, sağ ağ ciyərin aşağı payının fibrozu, posthemoragik anemiya ilə nəticələnən döş qəfəsinin arxa səthinin üç ədəd, alt çənənin, sağ gözaltı nahiyənin, alın nahiyəsinin sağ əlin ovuc səthinin, sol qoltuqaltı nahiyənin deşilmiş-kəsilmiş yaraları, sağ Vİİİ qabırğanın xəti sınığı aşkar olundu. Qeyd olunan bu xəsarətlərdən a) döş qəfəsinin arxa səthinin üç ədəd daxilə keçən deçilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir, b) alt çənənin, sağ gözaltı nahiyənin, alın nahiyəsinin, sağ əlin ovuc səthinin, sol qoltuqaltı nahiyənin deşilmiş-kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, c) döş qəfəsinin arxa səthində sağ Vİİİ qabırğanın xətti sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Xəsarətlərdən döş qəfəsinin arxa səthində sağ Vİİİ qabırğanın xətti sınığı qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən küt alətlə(təpik, yumruq və s.) vurulma zamanı əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş digər xəsarətlər qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən ekspertizaya təqdim olunmuş bir ədəd ov bıçağı ilə vurulma zamanı əmələ gələ bilərdi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Ədliyyə Nazirliyi Məhkəmə X5 Regional Bölməsinin kompleks məhkəmə-ballistik və məhkəmətrasoloji ekspertizasının 7 fevral 2023-cü il tarixli, 16/41/42 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və təyinatı üzrə istifadəyə yararlıdır. Təqdim olunan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş gödəkçənin səthində olan 11(on bir) ədəd “a”, “b”, “c”, “d”, “e” zədələri, uzunqol poluverin səthində olan 08 (səkkiz) ədəd “f”, “k”, “l”, “m” zədələri, uzunqol isti alt köynəyin səthində olan 05 (beş) ədəd “n”, “o”, “p”, “t” zədələri və maykanın səthində olan 04 (dörd) ədəd “g”, “ğ”, zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd predmet (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş yuxarıda qeyd olunan paltarların səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Ədliyyə Nazirliyi Məhkəmə X5 Regional Bölməsinin kompleks məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 16/43 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 1 ədəd pulloverin üzərindən tapılmış açıq-boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 1 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 1 ədəd şalvarın üzərindən tapılmış qara rəngli poliestr kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 1 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 1 ədəd şalvarın üzərindən tapılmış tünd-göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 1 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X7” X13 Goranboy rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 923 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) - sağ əlin arxa səthinin qançırı yumruqla vurma zamanı əmələ gələ bilərdi, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin məhkəməpsixiatrik eskpertizasının xx.xx.2023-cü il tarixli, 127 nömrəli №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs 28 dekabr 2022-ci il tarixdə cinayət əməlini törədərkən də hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs 28 dekabr 2022-ci il tarixdə cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Hazırda da Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik keçirmir, öz hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 16 yanvar 2023-cü il tarixli, 3-13-11/2-483/2023 nömrəli məktubundan görünür ki, “Samovar market” adlı mağazadan xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlaması faktı üzrə hadisə yerindən götürülmüş 3 (üç) ədəd qan nümunəsi və cinayət predmeti olan bıçağın tiyə hissəsindən götürülmüş 1 ədəd qan nümunəsinin aparılmış müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatı nəticəsində təqdim edilmiş 3 ədəd qan nümunəsi və cinayət predmeti olan bıçağın tiyə hissəsindən götürülmüş 1 ədəd qan nümunəsi Zərərçəkmiş şəxs məxsus olması müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Naftalan şəhər İcra Hakimiyyəti başçısının Qaşaltı-Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 yanvar 2023-cü il tarixli, 9 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs ibtidai araşdırma və məhkəmə istintaqı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, onun təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 24 mart 2023cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə maddi sübut olan hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd ov bıçağı, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1(bir) qara rəngli cins şalvar, 1(bir) ədəd boz rəngli uzunqol kofta və 1(bir) ədəd qara rəngli gödəkçə, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş, 1(bir) ədəd qəhvəyi rəngli gödəkçə, 1(bir) ədəd göy rəngli cins şalvar, 1(bir) dəst boz rəngli qış alt geyimi, 1(bir) ədəd qara rəngli mayka və 1(bir) ədəd qara rəngli uzunqol kofta - Goranboy rayon prokurorluğunda saxlanılır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 sentyabr 2022-ci il tarixli tələbnaməsindən və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən 1 (bir) il 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 28 dekabr 2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Goranboy rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. İbtidai araşdırma və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü qəsdən adam öldürməyə cəhddə deyil qəsdən sağlamlığa ağır xəsarət yetirmədə təqsirli bildiyini göstərsə də məhkəmə baxışı zamanı müəyyən edilmiş cinayət işinin faktiki hallarından, eləcə də cinayət işi üzrə toplanmış maddi sübutlardan, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən, hadisənin baş verdiyi yerin müşahidə kamerası ilə qeydə alınmış videogörüntülərindən, təqsirləndirilən şəxsin hadisəni törədən zaman və sonrakı dövrdə davranışlarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Teymur Əliyevin qardaşı arvadı ilə 2021-ci ildə qeyri-rəsmi əlaqə yaradaraq, sevgi münasibətində olmasını özü və ailəsi üçün təhqir hesab edərək sonuncudan qisas almaq üçün məhz qəsdən öldürmək qərarına gəlmiş, həbsdə olduğuna görə özündən asılı olamayan səbəblərdən həmin niyyətini təxirə salaraq, cəzaçəkmə müəssisəsindən buraxıldıqdan sonra məqsədini həyata keçirtmək üçün hərbi xidmət qulluqçusu olan zərərçəkmiş şəxsin evə gəlməsini və əlverişli məqam yaranmasını gözləmiş, xx.xx.2022-ci ildə Teymur Əliyevin yaşadıqları yerin yaxınlığından olan ərzaq mağazasına getməsini görərək onu izləmiş, məlum olmayan mənbədən və tarixdə əldə edib yaşadığı evin həyətyanı sahəsində gizlədərək saxladığı soyuq silah hesab edilən ov bıçağını özü ilə götürərək, ünvan 2 ünvanda yerləşən “Samovar” marketə girdiyini sonradan da onu gördüyünə görə çölə çıxmadığını görən Teymur Əliyevi çölə çağırmış, sonuncu baş verəcəkləri ehtimal edərək onun yanına gəlməkdən imtina etdikdə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qaçıb gedəcəyinə əmin olduqdan sonra onu marketin içərisində öldürmək qərarını qətiləşdirmiş və sonuncuya onun məhz həyatı üçün vacib əhəmiyyətli orqanların yerləşdiyi sinə nahiyyəsinə çoxsaylı xəsarətlər yetirmiş, hadisə vaxtı zərərşəkmişin özünü müdafiə edərək ona aktiv müqavimət göstərməsi və ətrafdakı şəxslərin müdaxiləsi, yəni çətinliklə olsa da əlindən cinayətin aləti olan bıçağı alaraq onu hadisə yerindən kənarlaşdırmaları və zərərçəkmiş şəxsin vaxtında tibbi müəssisəsinə aparılaraq orada təxili və təxirəsalınmaz tibbi yardım göstərilməsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən qəsdən adamöldürmə cinayətini başa çatdıra bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli qərarının 3-cü bəndinə əsasən Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Hazırki iş üzrə də məhkəmə baxışı zamanı alınmış ifadələrdən və tədiq edilmiş hadisə yerinə baxış protokoluna əlavə edilmiş videogörüntülərin olduğu DVD diskdən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət hadisəsi törədilən vaxt olan bütün davranışı zərərçəkmiş şəxsin həyatdan məhrumedilməsinə yönəlmiş, cinayətin aləti kimi hər hansı kəsici deşici xüsusiyyətlər malik əşya deyil məhz soyuq silah olan və ölçüləri ilə fərqlənən ov bıçağı istifadə edilmiş, zərərçəkmiş şəxsə xəsarətlər nisbətən az zərərlə nəticələnəcək ayaq və aşağı ətrafa deyil, məhz daxili orqanların sıx yerləşdiyi qarın və sinə boşluğuna doğru yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X14 oğlunun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin xüsusi təhlükəli residivi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından,........xüsusi təhlükəli residivə görə isə cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanın dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 27.2-ci maddəsinə əsasən cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. CM-nin 27.3-cü maddəsinə əsasən başa çatmayan cinayətə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırlmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. CM-nin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq......soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, gəzdirmə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanı tam olaraq ödəməsini, CM-in 59.2-ci maddəsinə əsasən isə zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayətin xüsusi təhlükəli residivinin olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş zərəri tamamilə ödəməsini yüngülləşdirici hal kimi nəzərə alınsa da, cinayətin xüsusi təhlükəli residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qəbul edildiyindən cəza təyin olunarkən bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlindən əvvəl də eyni xarakterli, şəxsiyyətin hayat və sağlamlığı əleyhinə törətdiyi ağır cinayətə (qəsdən sağlamlığa ağır xəsarət yetirməyə) görə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, lakin azad edildikdən qısa müddət sonra yəni məhkumluğu götürülmədən və ödənilmədən qəsdən eynixarakterli və xüsusilə ağır cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci tətbiqi mümkünlüyünə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl eyni xarakterli əmələ görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq etmiş, ibtidai araşdırma dövründə həbsdə saxlanıldığı müddəti nəzərə alıb cəza təyin edilməklə, məhkəmə iclas zalında həbsdən azad etmiş, məhkəmənin timsalında ədalət mühakiməsi və dövlətin humanizm prinsipini tətbiq etmişdir.Lakin təqsirləndirilən şəxs ona tətbiq edilmiş güzəşt və humanizmi anlaya bilməmiş, yenidən eynixarakterli xüsusilə ağır cinayət əməlini törətmişdir. Baxılan iş üzrə hadisənin motivi zərərçəkmiş şəxsin qeyri əxlaqi hərəkəti olmasına və hazırda zərərçəkmiş şəxslə barışıb dəymiş ziyanı tamamilə ödəməsinə baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, göstərilənlər Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyininin əsası ola bilməz. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi mümkünlüyü ilə əlaqədar məhkəmə tərkibi hesab edir ki, təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın təqsirləndirilən şəxsə şərti olaraq tətbiqi cəzanın ümumi və xüsusi xəbərdaredici funksiyasının əhəmiyyətini itirməsinə, cəmiyyətdə xüsusilə də kriminal aləmə meylli şəxslər arasında cəzasızlıq mühitinin yaranmasına və sosial ədalətin pozulmasına gətirib çıxartmaqla ümumilikdə cinayətkarlığa meyl və sair mənfi tendensiyaların artmasına gətirib çıxara, ədalət mühakiməsinin mənafeyinin zədələnməsinə səbəb ola bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları və soyuq silahdan istifadə edərək törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddənin sanksiyasında nəzərdə tutulmuş digər yüngül cəza növü deyil, məhz azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Göstərilən qənaətə gələrkən məhkəmə nəzərə alır ki, cinayətin aləti olan predmet təqsirləndirilən şəxsin məhkəmə baxışında da göstərməsinə görə uzun müddət əvvəl özü tərəfindən yaşadığı evin həyətində gizlədilməsinə baxmayaraq təqsirləndirilən şəxs törədəcəyi xüsusilə ağır cinayət əməlində məhz həmin alətdən istifadə etmək qərarına gəlmiş və cinayəti digər kəsici-deşici alətlə deyil, məhz soyuq silah hesab edilən predmetlə törətmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı....... xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Goranboy rayon prokurorluğunda saxlanılan cinayətin aləti olan bir ədəd ov bıçağı məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1(bir) qara rəngli cins şalvar, 1(bir) ədəd boz rəngli uzunqol kofta və 1 (bir) ədəd qara rəngli gödəkçə, Zərərçəkmiş şəxs məxsus 1(bir) ədəd qəhvəyi rəngli gödəkçə, 1(bir) ədəd göy rəngli cins şalvar, 1(bir) dəst boz rəngli qış alt geyimi, 1(bir) ədəd qara rəngli mayka və 1(bir) ədəd qara rəngli uzunqol kofta sahiblərinə qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertizaların dəyəri olan 127.8 (bir yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 28 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Goranboy rayon prokurorluğunda saxlanılan ov bıçağı məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1(bir) qara rəngli cins şalvar, 1(bir) ədəd boz rəngli uzunqol kofta və 1(bir) ədəd qara rəngli gödəkçə, Zərərçəkmiş şəxs məxsus 1(bir) ədəd qəhvəyi rəngli gödəkçə, 1(bir) ədəd göy rəngli cins şalvar, 1(bir) dəst boz rəngli qış alt geyimi, 1 (bir) ədəd qara rəngli mayka və 1(bir) ədəd qara rəngli uzunqol kofta sahiblərinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 127,8 (yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-286/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-286/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver