Məhkəmə qərarları › İş №1(100)-287/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-287/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-287/2022 16.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi4 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1991-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sürücü işləyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə, xx xxxxxx 1982-ci ildə Füzuli rayonu, Babı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Füzuli rayonu, Babı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şössesi, Döngə 13 ünvanında yaşıyan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 2021-ci ilin noyabr ayında istintaqla müəyyən edilməmiş vaxtda Bakı şəhərində tanışı Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 ilə, sonucunun vasitəsi ilə Gürcüstanın Batumi şəhərində və Azərbaycan Respublikasında isə şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə xeyli miqdarda pirotexniki vasitələri və külli miqdarda dərman preparatlarını tamah niyyəti ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə, qaçaqmalçılıq yolu ilə keçirmə və bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini külli miqdarda satış məqsədi ilə saxlama cinayətlərini törətmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq o, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 tapşırığına əsasən 2000 manat məbləğində qazanc əldə etmək niyyətiylə sonuncunun sahibliyində olan “Daf TE47/2" markalı, 90MG622/ 19ZB836 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə 14 noyabr 2021-ci il tarixdə saat 07:14-də, Təqsirləndirilən şəxs2 özü isə 15 noyabr 2021-ci il tarixdə saat 15:11-də Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postundan keçərək Gürcüstana getmiş, o, 21 noyabr 2021-ci il tarixdə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2lə orada görüşərək birlikdə Gürcüstanın Batumi şəhərində cinayətkar qrupun Gürcüstanda olan şəxsiyyəti istintaqa məlum olmayan üzvündən ümumilikdə 215 karton qutularda qablaşdırılmış 1 qutusunun qiyməti 6,05 manat olmaqla 9075 manat dəyərində, 1500 qutuda üzərində “Prednizalon 5 mg" yazılmış, 1 flakonunun qiyməti 23 manat olmaqla 1518 manat dəyərində, 66 flakonda olan üzərində “Fosit 4 g" yazılmış 2 adda və bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda - 10593 manat dəyərində dərman vasitələri və 1 ədədinin qiyməti 10 manat olmaqla 13440 manat dəyərində,1344 ədəd üzərində “FireWorks NS-RC-0808" yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla 17280 manat dəyərində, 1440 ədəd üzərində “Roman Candle 0.8 10 shots" yazılmış, 1 ədədinin qiyməti 10 manat olmaqla 9600 manat dəyərində, 960 ədəd üzərində “Roman Candle 0.8 8 shots" yazılmış, 1 ədədinin qiyməti 2 manat olmaqla 11520 manat dəyərində, 5760 ədəd üzərində “Red stars With report" yazılmış, 1 ədədinin qiyməti 25 manat olmaqla 10000 manat dəyərində, 400 ədəd üzərində “FireWork star 16 shot" yazılmış, 1 ədədinin qiyməti 30 manat olmaqla 14400 manat dəyərində, 480 ədəd üzərində “FireWork star 25 shot" yazılmış fişənglər, 1 qutusunun qiyməti 5 manat olmaqla 9600 manat dəyərində, 1920 qutu üzərində “Explosive" yazılmış, 1 qutusunun qiyməti 8 manat olmaqla 3200 manat dəyərində, 400 qutu üzərində “Plastik torpil" yazılmış, 1 qutusunun qiyməti 4 manat olmaqla 1000 manat dəyərində, 250 qutu üzərində “Srebrna piratka" yazılmış, 1 qutusunun qiyməti 5 manat olmaqla 5400 manat dəyərində, 1080 qutu üzərində “Leopard power" yazılmış, 1 qutusunun qiyməti 12 manat olmaqla 24000 manatlıq, 2000 qutu üzərində “Big bang" yazılmış, 1 qutusunun qiyməti 12 manat olmaqla 12000 manat dəyərində, 1000 qutu üzərində “Cracker enigma fire Works" yazılmış, 1 qutusunun qiyməti 8 manat olmaqla 3200 manat dəyərində, 400 qutu üzərində “Silver chines" yazılmış, 1 qutusunun qiyməti 8 manat olmaqla 3200 manatlıq, 400 qutu üzərində “Tiger Power" yazılmış, 1 qutusunun qiyməti 5 manat olmaqla 1200 manat dəyərində, 240 qutu üzərində “Korsarka" yazılmış, 1 ədədinin qiyməti 1,5 manat olmaqla 7200 manat dəyərində, 4800 ədəd üzərində “Sterminator" yazılmış, 1 qutusunun qiyməti 12 manat olmaqla 6000 manat dəyərində, 500 qutu üzərində “Zenga" yazılmış, 1 qutusunun qiyməti 8 manat olmaqla 6000 manat dəyərində, 750 qutu üzərində “Argentinen cracker" yazılmış petarda olmaqla 18 adda 158240,00 manat dəyərində pirotexniki vasitələr, ümumilikdə isə xeyli miqdarda cəmi 168833,00 manat dəyərində malları tamah məqsədi ilə əldə etmiş, həmin tarixdə cinayətkar qrupun Gürcüstanda olan şəxsiyyəti istintaqa məlum olmayan üzvü və Təqsirləndirilən şəxs2lə birlikdə ümumi cinayətkar niyyətə uyğun olaraq onun idarə etdiyi Təqsirləndirilən şəxs2 sahibliyində olan “Daf TE47/2" markalı, 90MG622/ 19ZB836 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qapılarını rəzəsindən (petləsindən) çıxararaq yarımqoşqudakı Türkiyə Respublikasında qeydiyyatda olan “X19 San. Ve Tic. A.Ş." firmasından yüklədiyi Azərbaycan Respublikasında qeydiyyatda olan, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Birgə Müəssisəsinə gətirilməsi üçün nəzərdə tutulmuş 88 ədəd “DSP” yükünü yerə boşaltdırmaqla Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün nəzərdə tutulmuş qeyd olunan 215 qutuda olan pirotexniki vasitə və dərman preparatlarını yarımqoşquya yükləyərək qəsdən satış məqsədi ilə saxlamış, bundan sonra cinayəkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 22 noyabr 2021-ci il tarixdə saat 02:05-də Gürcüstandan Azərbaycan Respublikasına qayıtmış, o isə ümumi cinayətkar niyyətə uyğun olaraq idarə etdiyi “Daf TE47/2" markalı, 90MG622/ 19ZB836 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə 23 noyabr 2021-ci il tarixdə saat 00:36-da Gürcüstandan Azərbaycan Respublikasına gələrək Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postuna daxil olaraq postda gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən xx.xx.2021-ci il tarixli, KF**********4951 nömrəli yük müşayət sənədini (invoys) və həmin tarixli yol qaimə sənədini (CMR) gömrük orqanına təqdim edərək sənədlərdən aldatma yolu ilə istifadə etməklə nəqliyyat vasitəsindəki ümumilikdə, xeyli miqdarda 168833,00 manat dəyərində 215 qutuda pirotexnika vasitələri və dərman preparatlarını “DSP“ yükü adı altında Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs2 2021-ci ilin noyabr ayında istintaqla müəyyən edilməmiş vaxtda Bakı şəhərində tanışı Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 ilə, Gürcüstanın Batumi şəhərində və Azərbaycan Respublikasında isə şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə xeyli miqdarda pirotexniki vasitələri və külli miqdarda dərman preparatlarını tamah niyyəti ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə, qaçaqmalçılıq yolu ilə keçirmə və bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini külli miqdarda əldə edib satış məqsədi ilə saxlama cinayətlərini törətmə və həmin malların Azərbaycan Respublikasında satışını həyata keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, qabaqcadan əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq onun tapşırığına əsasən cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 sahibliyində olan “Daf TE47/2" markalı, 90MG622/ 19ZB836 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edərək 14 noyabr 2021-ci il tarixdə saat 07:14-də, o, özü isə 15 noyabr 2021-ci il tarixdə saat 15:11-də Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postundan keçərək Gürcüstana getmiş, 21 noyabr 2021-ci il tarixdə onlar orada görüşərək birlikdə Gürcüstanın Batumi şəhərində cinayətkar qrupun Gürcüstanda olan şəxsiyyəti istintaqa məlum olmayan üzvündən ümumilikdə 215 karton qutularda qablaşdırılmış 1 qutusunun qiyməti 6,05 manat olmaqla 9075 manat dəyərində, 1500 qutuda üzərində “Prednizalon 5 mg" yazılmış, 1 flakonunun qiyməti 23 manat olmaqla 1518 manat dəyərində, 66 flakonda olan üzərində “Fosit 4 g" yazılmış 2 adda və bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda - 10593 manat dəyərində dərman vasitələri və 1 ədədinin qiyməti 10 manat olmaqla 13440 manat dəyərində,1344 ədəd üzərində “FireWorks NS-RC-0808" yazılmış, 1 ədədinin qiyməti 12 manat olmaqla 17280 manat dəyərində, 1440 ədəd üzərində “Roman Candle 0.8 10 shots" yazılmış, 1 ədədinin qiyməti 10 manat olmaqla 9600 manat dəyərində, 960 ədəd üzərində “Roman Candle 0.8 8 shots" yazılmış, 1 ədədinin qiyməti 2 manat olmaqla 11520 manat dəyərində, 5760 ədəd üzərində “Red stars With report" yazılmış, 1 ədədinin qiyməti 25 manat olmaqla 10000 manat dəyərində, 400 ədəd üzərində “FireWork star 16 shot" yazılmış, 1 ədədinin qiyməti 30 manat olmaqla 14400 manat dəyərində, 480 ədəd üzərində “FireWork star 25 shot" yazılmış fişənglər, 1 qutusunun qiyməti 5 manat olmaqla 9600 manat dəyərində, 1920 qutu üzərində “Explosive" yazılmış, 1 qutusunun qiyməti 8 manat olmaqla 3200 manat dəyərində, 400 qutu üzərində “Plastik torpil" yazılmış, 1 qutusunun qiyməti 4 manat olmaqla 1000 manat dəyərində, 250 qutu üzərində “Srebrna piratka" yazılmış, 1 qutusunun qiyməti 5 manat olmaqla 5400 manat dəyərində, 1080 qutu üzərində “Leopard power" yazılmış, 1 qutusunun qiyməti 12 manat olmaqla 24000 manatlıq, 2000 qutu üzərində “Big bang" yazılmış, 1 qutusunun qiyməti 12 manat olmaqla 12000 manat dəyərində, 1000 qutu üzərində “Cracker enigma fire Works" yazılmış, 1 qutusunun qiyməti 8 manat olmaqla 3200 manat dəyərində, 400 qutu üzərində “Silver chines" yazılmış, 1 qutusunun qiyməti 8 manat olmaqla 3200 manatlıq, 400 qutu üzərində “Tiger Power" yazılmış, 1 qutusunun qiyməti 5 manat olmaqla 1200 manat dəyərində, 240 qutu üzərində “Korsarka" yazılmış, 1 ədədinin qiyməti 1,5 manat olmaqla 7200 manat dəyərində, 4800 ədəd üzərində “Sterminator" yazılmış, 1 qutusunun qiyməti 12 manat olmaqla 6000 manat dəyərində, 500 qutu üzərində “Zenga" yazılmış, 1 qutusunun qiyməti 8 manat olmaqla 6000 manat dəyərində, 750 qutu üzərində “Argentinen cracker" yazılmış petar olmaqla 18 adda 158240,00 manat dəyərində pirotexniki vasitələr əldə etmiş, ümumilikdə isə xeyli miqdarda cəmi 168833,00 manat dəyərində pirotexniki vasitə və dərman preparatlarından ibarət malları tamah məqsədi ilə əldə etdikdən sonra həmin tarixdə cinayətkar qrupun Gürcüstanda olan şəxsiyyəti istintaqa məlum olmayan üzvü və Təqsirləndirilən şəxs1lə birlikdə ümumi cinayətkar niyyətə uyğun olaraq “Daf TE47/2" markalı, 90MG622/ 19ZB836 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qapılarını rəzəsindən (petləsindən) çıxararaq yarımqoşqudakı Türkiyə Respublikasında qeydiyyatda olan “X19 San. Ve Tic. A.Ş." firmasından yüklədiyi Azərbaycan Respublikasında qeydiyyatda olan, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Birgə Müəssisəsinə gətirilməsi üçün nəzərdə tutulmuş 88 ədəd “DSP” yükünü yerə boşaltdırmaqla Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsi məqsədilə nəzərdə tutulmuş qeyd olunan 215 qutuda olan xeyli miqdarda pirotexniki vasitə və külli miqdarda dərman preparatlarını yarımqoşquya yükləyərək qəsdən satış məqsədi ilə saxlamış, bundan sonra törətdiyi qanunsuz əməllərə və həmin malların Azərbaycan Respublikasına çatdırılması müqabilində aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2000 manat pul verəcəyini vəd edərək o, 22 noyabr 2021-ci il tarixdə saat 02:05-də Gürcüstandan Azərbaycan Respublikasına qayıtmış, ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə onun sahibliyində olan “Daf TE47/2" markalı, 90MG622 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edərək 23 noyabr 2021-ci il tarixdə saat 00:36-da Gürcüstandan Azərbaycan Respublikasına gəlmiş, Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı körpü” gömrük postuna daxil olaraq postda gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən xx.xx.2021-ci il tarixli, KF**********4951 nömrəli yük müşayət sənədini (invoys) və həmin tarixli yol qaimə sənədini (CMR) gömrük orqanına təqdim edərək sənədlərdən aldatma yolu ilə istifadə etməklə nəqliyyat vasitəsindəki ümumilikdə, xeyli miqdarda 168833,00 manat dəyərində 215 qutuda pirotexnika vasitələri və dərman preparatlarını “DSP“ yükü adı altında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə tamah məqsədilə qəsdən keçirilməsinə nail olmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onların Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, müxtəlif şirkətlərə və şəxslərə məxsus yük nəqliyyat vasitələrində sürücü kimi işləmişdir. Təqsirləndirilən şəxs2 təxminən 5 ildir ki, sürücü kimi tanımışdır. Sonradan Əsədlə yaxın münasibətləri yaranmışdır. +99***-***-**-** saylı mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs2 olmuş, onun Əsədlə yaxın münasibəti olduğuna görə onu bəzi hallarda Bəhlul kimi çağırmışdır. İdarə etdiyi “Daf TE47/2" markalı, 90MG622/19ZB836 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şahid3 adına olmuşdur. Həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi Şahid3 olsa da, qeyd edilən nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs2 sahibliyində olmuşdur. Həmin nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs2 Şahid3 ilə razılaşaraq qiymətinin müəyyən hissəsini ödəməklə, yerdə qalan hissəsini isə az-az ödəməklə sonuncudan satın alması barədə qeyri-rəsmi olaraq razılaşmışlar. Lakin Təqsirləndirilən şəxs2 pulunu tam ödəmədiyi üçün həmin nəqliyyat vasitəsi Şahid3 adında olmuşdur. Həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi Şahid3 olsa da, qeyd edilən nəqliyyat vasitəsi etibarnamə əsasında Təqsirləndirilən şəxs2 sahibliyində olmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərmişdir ki, sonuncu dəfə yük gətirməmişdən əvvəl Gürcüstan Respublikasından sürücü kimi tanıdığı David adlı şəxs pirotexniki vasitələr və dərman preparatlarını qaçaqmalçılıq yolu ilə Gürcüstandan Azərbaycan Respublikasına aparmağı müqabilində 5000 manat pul təklif etmişdir. Onun Təqsirləndirilən şəxs2 ilə razılaşmasına əsasən həmin pirotexniki vasitə və dərman preparatlarını qaçaqmalçılıq yolu ilə keçirdikdən sonra veriləcək 5000 manat pulun 3000 manatı maşının sahibi kimi Əsədə, 2000 manatı isə ona qalmalı idi. O, maddi sıxıntısı olduğu üçün bu təkliflə razılaşmışdır. Təqsirləndirilən şəxs1 ifadəsində daha sonra göstərmişdir ki, o, 13 noyabr 2021-ci il tarixdə yük gətirmək üçün Türkiyə Respublikasına getmiş, orada “Dinçer və Carçıoğlu” firmasından sifariş qəbul etmiş və 18 noyabr 2021-ci il tarixdə həmin şirkətin yükünü Samsun şəhərindən götürmüş, həmin gün Gürcüstana getmiş və Batumi şəhərində David adlı şəxs ona **********489 saylı mobil telefon nömrəsi ilə zəng edərək görüşmək istədiyini bildirmişdir. 2021-ci ilin noyabr ayının 21-də saat 15 radələrində David və Əsədlə Batumi şəhərində kafedə görüşmüşlər. David pirotexniki vasitələri və dərman preparatlarını 5000 manat müqabilində qaçaqmalçılıq yolu ilə Gürcüstandan Azərbaycan Respublikasına aparmağı təklif etmişdir. O, bu təkliflə razılaşmışdır. Onun həmçinin Təqsirləndirilən şəxs2lə razılaşmasına əsasən həmin 5000 manat pulun 3000 manatı maşının sahibi kimi Əsədə, 2000 manatı isə ona çatmalı idi. Daha sonra Davidlə Batumi şəhərində bir evə getmişlər. Həmin evdə Əsədlə idarə etdiyi yük nəqliyyat vasitəsinin arxa qapısını petlədən (rəzədən) çıxartmış və saat 22 radələrində Davidin özü ilə gətirdiyi fəhlələr tərəfindən qutular nəqliyyat vasitəsində olan “Dinçer və Carçıoğlu” firmasına göndərilən “DSP” yükünün 2.5 paleti nəqliyyat vasitəsindən yerə boşaldılmış və boşaldılan yükün çəkisi miqdarında da pirotexnika və dərman vasitələri yüklənmişdir. Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirdiyi 215 qutuda olan pirotexniki vasitələr və dərman preparatları nəqliyyat vasitəsinə yüklənərkən həmin nəqliyyat vasitəsinin qoşqusunda olan qapılar petlədən çıxarıldığına görə həmin nəqliyyat vasitəsinə Türkiyə Respublikasında vurulmuş plomb zərər görməmişdir. Nəqliyyat vasitəsinin qoşqusunda olan qapıları petlədən (rəzədən) çıxarılmasını özü təklif etmişdir. Həmin malların Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsi nəzərdə tutulmuş, bundan sonra, o nəqliyyat vasitəsini idarə edərək yola düşmüşdür. 23 noyabr 2021-ci il tarixdə saat 00:36-da Qırmızı Körpü gömrük postuna daxil olmuş və gömrük postunda sənədlərini idxal xəttində vahid pəncərə otağına təqdim etmişdir. Sonra ona bir neçə şəxs yaxınlaşaraq özlərinin gömrük əməkdaşları olduqlarını bildirmiş və nəqliyyat vasitəsini terminalın ərazisinə sürməyini istəmişlər. Orada nəqliyyat vasitəsinin yük yerini açıb içərisinə baxış keçirmişlər. Baxış zamanı yük yerində Davidin verdiyi qutularda olan pirotexniki vasitələr və dərman preparatları aşkar edilmişdir. Həmin qutular yük yerindən düşürülmüş, içərisinə baxış keçirilən zaman 213 (iki yüz on üç) ədəd iri həcmli qutuda pirotexniki vasitələr və 2 (iki) ədəd iri həcmli qutuda dərman vasitələri olduğu müəyyən olunmuşdur. Aşkar olunan qutular sayıldığı zaman üzərində “FireWorks NS-RC-0808" yazılmış 1344 (min üç yüz qırx dörd) ədəd fişəng, üzərində “Roman Candle 0.8 10 shots" yazılmış 1440 (min dörd yüz qırx) ədəd fişəng, üzərində “Roman Candle 0.8 8 shots" yazılmış 960 (doqquz yüz altmış) ədəd fişəng, üzərində “Red stars With report" yazılmış 5760 (beş min yeddi yüz altmış) ədəd fişəng, üzərində “FireWork star 16 shot" yazılmış 400 (dörd yüz) ədəd fişəng, “FireWork light 25 shot" yazılmış 480 (dörd yüz səksən) ədəd fişəng, üzərində “Explosive" yazılmış 1920 (min doqquz yüz iyirmi) ədəd qutuda cəmi 38000 (otuz səkkiz min) ədəd petarda, üzərində “Plastik torpil" yazılmış 400 (dörd yüz) ədəd qutuda cəmi 16000 (on altı min) ədəd petarda, üzərində “Srebrna piratka" yazılmış 250 (iki yüz əlli) ədəd qutuda cəmi 25000 (iyirmi beş min) ədəd petarda, üzərində “Leopard power" yazılmış 1080 (min səksən) ədəd qutuda cəmi 12960 (on iki min doqquz yüz altmış) ədəd petarda, üzərində “Big bang" yazılmış 2000 (iki min) ədəd qutuda cəmi 20000 (iyirmi min) ədəd petarda, üzərində “Cracker enigma fire Works" yazılmış 1000 (bir min) ədəd qutuda cəmi 20000 (iyirmi min) ədəd petarda, üzərində “Silver chines" yazılmış 400 (dörd yüz) ədəd qutuda cəmi 14400 (on dörd min dörd yüz) ədəd petarda, üzərində “Tiger Power" yazılmış 400 (dörd yüz) ədəd qutuda cəmi 14400 (on dörd min dörd yüz) ədəd petarda, üzərində “Korsarka" yazılmış 240 (iki yüz qırx) ədəd qutuda cəmi 12000 (on iki min) ədəd petarda, üzərində “Sterminator" yazılmış 400 (dörd yüz) ədəd qutuda cəmi 4800 (dörd min səkkiz yüz) ədəd petarda, üzərində “Zenga" yazılmış 500 (beş yüz) ədəd qutuda cəmi 10000 (on min) ədəd petarda, üzərində “Argentinen cracker" yazılmış 750 (yeddi yüz əlli) ədəd qutuda cəmi 15000 (on beş min) ədəd petarda və üzərində “Prednizalon 5 mg" yazılmış hər birində 28 həb olan cəmi 1500 (min beş yüz) qutu və üzərində “Fosit 4 g" yazılmış toz şəklində 66 (altmış altı) flakon dərman vasitələri olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş fakt üzrə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 ifadəsinin yekununda göstərmişdir ki, qaçaqmalçılıq yolu ilə keçirdiyi malları Bakı şəhərində təhvil verməli idilər və Davidə mobil telefon vasitəsilə zəng etməli idi. David isə onları malı götürəcək şəxslə əlaqələndirməli idi. Nəqliyyat vasitəsində olan “DSP" yükünü idxal edən “Dinçer və Carçıoğlu" firmasının əməkdaşlarının pirotexniki vasitələrin və dərman preparatlarının gətirilməsindən məlumatı olmamışdır. Həmçinin bildirir ki, David 45-47 yaşlarında, dolu bədənli, sarışın, orta boylu bir şəxs olmuş və həmin şəxsin yaşadığı ünvanı, soyadını bilməmişdir. Eyni zamanda onu da bildirir ki, Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirdiyi 215 qutuda olan pirotexniki vasitələrin və dərman preparatlarının Azərbaycan Respublikasında kimə gətirildiyini bilməmiş, mallar Azərbaycan Respublikasına daxil olduqdan sonra David onunla əlaqə saxlamalı və Davidin dediyi şəxsə malları verdikdən sonra 5000 manatı götürməyi planlaşdırmışdılar. Törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2001-ci ildən etibarən sürücülük fəaliyyəti ilə məşğul olur. 2009-cu ildən isə beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olur. Bir çox ölkələrə- Almaniya, Hollandiya, Polşa, Belarusiya, Rusiya, Qazaxıstan, Ukrayna, Türkiyə, İran, Gürcüstan və digər ölkələrə yük daşımışdır. 2013-2014-cü illərdə isə Almaniyadan Azərbaycana nəqliyyat vasitəsi gətirərək satışını həyata keçirmişdir. Təxminən 5 il olar ki, o, Təqsirləndirilən şəxs1lə tanış olmuş və həmin şəxsi sürücü kimi tanımışdır. Onun sahibliyində olan 90MG622/19ZB836 nömrəli nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs1 sürücü kimi idarə etmişdir. “Daf TE47/2" markalı, 90MG622/19ZB836 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şahid3 adına olmuşdur. Həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi Şahid3 olsa da, qeyd edilən nəqliyyat vasitəsi onun sahibliyində olmuşdur. Həmin nəqliyyat vasitəsini o, Şahid3 ilə razılaşaraq qiymətinin müəyyən hissəsini ödəməklə, yerdə qalan hissəsini isə az-az ödəməklə sonuncudan satın alması barədə qeyri-rəsmi olaraq razılaşmışlar. Lakin o, pulunu tam ödəmədiyi üçün həmin nəqliyyat vasitəsi Şahid3 adında olmuşdur. Həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi Şahid3 olsa da, qeyd edilən nəqliyyat vasitəsi etibarnamə əsasında onun sahibliyində olmuşdur. Eyni zamanda onu da qeyd edir ki, həmin yük nəqliyyat vasitəsinə qoşulmuş “KOGEL” markalı, 2004-cü il buraxılışlı, 19ZB836 qeydiyyat nişanlı tentli qoşqu isə onun mülkiyyətindədir və ona məxsusdur. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərmişdir ki, 2022-ci ilin noyabr ayında Gürcüstanda olarkən David adlı şəxs Gürcüstandan Azərbaycan Respublikasına pirotexnika vasitələri və dərman preparatlarını 5000 manat müqabində ona məxsus nəqliyyat vasitəsi ilə qaçaqmalçılıq yolu ilə keçirməyi ona və Nicata təklif etmişdir. Maddi imkanı yaxşı olmadığına görə bu təkliflə razılaşmış və həmin vaxtı onun sahibliyində olan 90MG622/19ZB836 nömrəli nəqliyyat vasitəsi ilə Təqsirləndirilən şəxs1 Türkiyədən Azərbaycana Gürcüstandan tranzit keçməklə “DSP” yükü gətirmişdir. Onun Təqsirləndirilən şəxs1lə razılığına əsasən nəqliyyat vasitəsinin sahibi kimi 3000 manat ona qalmalı, 2000 manat isə Nicata qazanc kimi qalmalı idi. Nicat da maddi imkanı yaxşı olmadığına görə 2000 manat müqabilində malların Gürcüstandan Azərbaycan Respublikasına keçirilməsinə razılıq vermişdir. 2021-ci ilin noyabr ayının təxminən 21-də Nicat Davidlə görüşərək “DSP” yükünün bir hissəsini yerə boşaldaraq qaçaqmalçılıq yolu ilə keçiriləcək pirotexniki vasitə və dərman yükünün nəqliyyat vasitəsinə yüklənməsini təmin etmişdir. 2021-ci ilin noyabr ayının 22-də o, Gürcüstandan Azərbaycan Respublikasına qayıtmışdır. Nicat isə 2021-ci ilin noyabr ayının 23-də Gürcüstandan Azərbaycan Respublikasına qayıdarkən saxlanılmış və onun maşınında olan mallar aşkar edilərək götürülmüşdür. Həmin malların kimə gətirilməsindən onun və Nicatın məlumatı olmamışdır. Mallar Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirildikdən sonra həmin malların sahibi onlarla əlaqə saxlamalı və 5000 manat pul verməli idi. O, nəqliyyat vasitəsinin sahibi olduğuna görə onun Nicatla razılaşmasına əsasən qaçaqmalçılıq yolu ilə malların keçirilməsi üçün nəzərdə tutulmuş 5000 manatın 3000 manatı ona verilməli idi. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs1lə arasında “Vatsap“ proqramı vasitəsi ilə həyata keçirilmiş danışıqların həqiqətən də onlar arasında aparıldığını təsdiq edərək xx.xx.2021-ci il tarixdə saat 14:11-də onun +99***-***- **-** saylı nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərdiyi “Bəlkə elə sənin, mənim dostlarımdı bizi satan?” məzmunlu səsli mesajın qaçaqmalçılıq yolu ilə keçirdikləri mallar barədə gömrük orqanına kim tərəfindən məlumat verilməsini öz aralarında müzakirə etdiklərini etiraf etmişdir. Həmçinin onu da bildirir ki, nəqliyyat vasitəsində olan “DSP" yükünü idxal edən “Dinçer və Carçıoğlu" firmasının və Türkiyə Respublikasında olan şirkətin törədilən əməllərdən xəbəri olmamışdır. O, törətdiyi cinayət əməlindən peşmandır. Himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, həmçinin onun yaşlı və ikinci qrup əlil olan ata və anasının, eyni zamanda hərbi xidmətlə əlaqədar olaraq ikinci qrup əlil olan qardaşının da onun himayəsində olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onların qeyd edilən cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Hazırki cinayət işi üzrə bildirir ki, daxil olmuş məlumata əsasən dərman vasitələrini və pirotexniki vasitələri gətirəcək “Daf TE47/2" markalı, 90MG622/19ZB836 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nəzarətə götürülmüş, xx.xx.2021-ci il tarixində saat 00:30 radələrində həmin nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postuna Gürcüstan Respublikası istiqamətindən daxil olmuş, sürücü nəqliyyat vasitəsini idxal xəttinə sürmüş və əməkdaşlar ona yaxınlaşaraq nəqliyyat vasitəsinin kənara çəkilməyi istənilmişdir. Sonra nəqliyyat vasitəsinə baxış keçirmək üçün iki nəfər hal şahidi dəvət edilmiş, hal şahidlərinə onların hüquq və vəzifələri izah olunduqdan sonra onların iştirakı ilə qeyd olunan nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə nəqliyyat vasitəsinin yük yeri açılmış və yük yerində “DSP" materialı və karton qutulara rast gəlinmişdir. Həmin qutuları açdıqda içərisində pirotexniki vasitələr olduğu görülmüş və 213 ədəd qutu açılmış, hər bir qutuda fişəng və petardalara rast gəlinmişdir. Yalnız 2 ədəd qutunun içərisində dərman vasitələrinin olduğu görülmüş və aşkar olunan pirotexniki vasitələr və dərmanlar əməkdaşlar tərəfindən 1344 (min üç yüz qırx dörd) ədəd fişəng, üzərində “Roman Candle 0.8 10 shots" yazılmış 1440 (min dörd yüz qırx) ədəd fişəng, üzərində “Roman Candle 0.8 8 shots" yazılmış 960 (doqquz yüz altmış) ədəd fişəng, üzərində “Red stars With report" yazılmış 5760 (beş min yeddi yüz altmış) ədəd fişəng, üzərində “FireWork star 16 shot" yazılmış 400 (dörd yüz) ədəd fişəng, “FireWork light 25 shot" yazılmış 480 (dörd yüz səksən) ədəd fişəng, üzərində “Explosive" yazılmış 1920 (min doqquz yüz iyirmi) ədəd qutuda cəmi 38000 (otuz səkkiz min) ədəd petarda, üzərində “Plastik torpil" yazılmış 400 (dörd yüz) ədəd qutuda cəmi 16000 (on altı min) ədəd petarda, üzərində “Srebrna piratka" yazılmış 250 (iki yüz əlli) ədəd qutuda cəmi 25000 (iyirmi beş min) ədəd petarda, üzərində “Leopard power" yazılmış 1080 (min səksən) ədəd qutuda cəmi 12960 (on iki min doqquz yüz altmış) ədəd petarda, üzərində “Big bang" yazılmış 2000 (iki min) ədəd qutuda cəmi 20000 (iyirmi min) ədəd petarda, üzərində “Cracker enigma fire Works" yazılmış 1000 (bir min) ədəd qutuda cəmi 20000 (iyirmi min) ədəd petarda, üzərində “Silver chines" yazılmış 400 (dörd yüz) ədəd qutuda cəmi 14400 (on dörd min dörd yüz) ədəd petarda, üzərində “Tiger Power" yazılmış 400 (dörd yüz) ədəd qutuda cəmi 14400 (on dörd min dörd yüz) ədəd petarda, üzərində “Korsarka" yazılmış 240 (iki yüz qırx) ədəd qutuda cəmi 12000 (on iki min) ədəd petarda, üzərində “Sterminator" yazılmış 400 (dörd yüz) ədəd qutuda cəmi 4800 (dörd min səkkiz yüz) ədəd petarda, üzərində “Zenga" yazılmış 500 (beş yüz) ədəd qutuda cəmi 10000 (on min) ədəd petarda, üzərində “Argentinen cracker" yazılmış 750 (yeddi yüz əlli) ədəd qutuda cəmi 15000 (on beş min) ədəd petarda və üzərində “Prednizalon 5 mg" yazılmış hər birində 28 həb olan cəmi 1500 (min beş yüz) qutu və üzərində “Fosit 4 g" yazılmış toz şəklində 66 (altmış altı) flakon dərman vasitələri olduğu müəyyən olunmuşdur. Aşkar olunmuş faktla əlaqədar protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, həmin nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən həmin avtomaşında qeyd edilən əşyaların gizlədilməsi üçün hər hansı xüsusi saxlanc yerləri və ya hər hansı gizli yerlərin olması müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun daimi iş yeri olmadığı üçün adətən “Qırmızı Körpü” gömrük postunun terminalına gedərək, orada nəqliyyat vasitələrinin yüklərinin boşaldılmasında fəhlə kimi kömək etməsi müqabilində fiziki və hüquqi şəxslərdən pul almaqla ailəsini dolandırır. xx.xx.2021-ci il tarixdə axşam saatlarında terminalın ərazisində həmkəndlisi Natiqlə yük boşaltma prosesi bir qədər uzun çəkdiyindən gecə yarısına kimi orada olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində onlara bir nəfər yaxınlaşaraq gömrük əməkdaşı olduğunu və adının Elfaq olduğunu bildirmişdir. Elfaq adlı şəxs onlara Gürcüstan Respublikasından gələn nəqliyyat vasitəsinə baxış keçirməli olduğunu və həmin baxışda iştirak etməklərini təklif etmişdir. O, həmin təkliflə razılaşmışdır. Elfaq onu və həmkəndlisi Natiqi “Qırmızı Körpü” terminalının ərazisində olan “Daf TE47/2" markalı, 90MG622/19ZB836 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yanına aparmışdır. Nəqliyyat vasitəsinin sürücüsü adı və soyadı onlara sonradan məlum olan Təqsirləndirilən şəxs1 da orada olmuşdur. Gömrük əməkdaşı hal şahidi qismində iştirak etdikləri üçün onlara qanunvericiliyə uyğun olaraq hüquq və vəzifələrini izah etmiş və keçirələcək gömrük baxışında diqqətli olmağı və ehtiyac olduğu təqdirdə gələcəkdə bu barədə izahat verəcəklərini bildirmişdir. Bundan sonra qeyd olunan nəqliyyat vasitəsinə baxış keçirməyə başlanılmışdır. Baxış zamanı əvvəlcə nəqliyyat vasitəsinin yük yeri açılmış, yük yerində “DSP" materialı və karton qutulara və həmin qutuları açdıqda içərisində pirotexniki vasitələrə rast gəlinmişdir. 213 ədəd qutu açılmış və hər bir qutuda fişəng və petardalar müşahidə edilmiş, yalnız 2 ədəd qutunun içərisində dərman vasitələri olduğu aşkar olunmuşdur. Aşkar olunan pirotexniki vasitələr və dərmanlar əməkdaşlar tərəfindən çeşitlənərək sayılmış və üzərində “FireWorks NS-RC-0808" yazılmış 1344 (min üç yüz qırx dörd) ədəd fişəng, üzərində “Roman Candle 0.8 10 shots" yazılmış 1440 (min dörd yüz qırx) ədəd fişəng, üzərində “Roman Candle 0.8 8 shots" yazılmış 960 (doqquz yüz altmış) ədəd fişəng, üzərində “Red stars With report" yazılmış 5760 (beş min yeddi yüz altmış) ədəd fişəng, üzərində “FireWork star 16 shot" yazılmış 400 (dörd yüz) ədəd fişəng, “FireWork light 25 shot" yazılmış 480 (dörd yüz səksən) ədəd fişəng, üzərində “Explosive" yazılmış 1920 (min doqquz yüz iyirmi) ədəd qutuda cəmi 38000 (otuz səkkiz min) ədəd petarda, üzərində “Plastik torpil" yazılmış 400 (dörd yüz) ədəd qutuda cəmi 16000 (on altı min) ədəd petarda, üzərində “Srebrna piratka" yazılmış 250 (iki yüz əlli) ədəd qutuda cəmi 25000 (iyirmi beş min) ədəd petarda, üzərində “Leopard power" yazılmış 1080 (min səksən) ədəd qutuda cəmi 12960 (on iki min doqquz yüz altmış) ədəd petarda, üzərində “Big bang" yazılmış 2000 (iki min) ədəd qutuda cəmi 20000 (iyirmi min) ədəd petarda, üzərində “Cracker enigma fire Works" yazılmış 1000 (bir min) ədəd qutuda cəmi 20000 (iyirmi min) ədəd petarda, üzərində “Silver chines" yazılmış 400 (dörd yüz) ədəd qutuda cəmi 14400 (on dörd min dörd yüz) ədəd petarda, üzərində “Tiger Power" yazılmış 400 (dörd yüz) ədəd qutuda cəmi 14400 (on dörd min dörd yüz) ədəd petarda, üzərində “Korsarka" yazılmış 240 (iki yüz qırx) ədəd qutuda cəmi 12000 (on iki min) ədəd petarda, üzərində “Sterminator" yazılmış 400 (dörd yüz) ədəd qutuda cəmi 4800 (dörd min səkkiz yüz) ədəd petarda, üzərində “Zenga" yazılmış 500 (beş yüz) ədəd qutuda cəmi 10000 (on min) ədəd petarda, üzərində “Argentinen cracker" yazılmış 750 (yeddi yüz əlli) ədəd qutuda cəmi 15000 (on beş min) ədəd petarda və üzərində “Prednizalon 5 mg" yazılmış hər birində 28 həb olan cəmi 1500 (min beş yüz) qutu və üzərində “Fosit 4 g" yazılmış toz şəklində 66 (altmış altı) flakon dərman vasitələri olduğu müəyyən olmuşdur. Aşkar olunmuş faktla əlaqədar protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə şahid kimi dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən etibarən "xxxx" MMC-də əmək fəaliyyətinə başlamışdır. Çalışdığı cəmiyyətin əsas fəaliyyəti beynəlxalq yükdaşıma və logistikadan ibarətdir. 2014-2018-ci illərdə “Daf TE47/2" markalı, 90MG622 nömrəli nəqliyyat vasitəsinin həm mülkiyyətçisi, həm də sahibi olmuşdur. O, sonradan həmin nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs2 satması barədə qeyri-rəsmi olaraq razılaşmışdır. Lakin Təqsirləndirilən şəxs2 həmin nəqliyyat vasitəsinin pulunu tam şəkildə ödəmədiyinə görə qeyd edilən nəqliyyat vasitəsi onun mülkiyyətində qalmışdır. Həmin nəqliyyat vasitəsi halhazırda da onun mülkiyyətindədir və onun şəxsi əmlakıdır. Təqsirləndirilən şəxs2 sonradan ona zəng edərək həmin nəqliyyat vasitəsinə dair Nicat adlı sürücünün adına etibarnamə verilməsini xahiş etmişdir. Daha sonra Nicat adlı şəxs ona zəng edərək nömrənin ona Əsədin verdiyini, etibarnaməni onun adına verməli olduğunu bildirmişdir. 2021-ci ilin iyul ayında nəqliyyat vasitəsinin idarə edilməsi üçün Əsədin zəngi əsasında Təqsirləndirilən şəxs1 etibarnamə vermişdir. Həmin nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs2 etibarnamə əsasında sahibliyində olsa da, o, həmin avtomaşının mülkiyyətçisidir. Onun mülkiyyətində olan “Daf TE47/2" markalı, 90MG622 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə törədilən cinayət əməlindən heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Yevlax rayonunda yerləşən çörək zavodunda sürücü işləyir. Təqsirləndirilən şəxs1 təxminən 20 ildir ki tanıyır. Təqsirləndirilən şəxs1 ona Əsəd adlı şəxsin nəqliyyat vasitəsini sürücü kimi idarə etdiyini və Əsəd adlı şəxsin bir neçə “Daf” nəqliyyat vasitəsinin olduğunu bildirmişdir. xx.xx.2021-ci ildə gecə Nicat ona zəng edərək gömrükdə saxlanıldığını söyləmişdir. Həmin vaxt o, narahat olmuş və çoxlu saylı zənglər etməsinə baxmayaraq, Nicat telefonlarını götürməmişdir. Daha sonra Nicat ona zəng edərək məsələnin həll edildiyini və Əsədin həmin problemləri yoluna qoyacağını qeyd etmişdir. Bundan əlavə, Nicat ona maşının sahibi olan Əsədin də törədilən cinayətdən xəbəri olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq əməlini törətməsində maşının sahibi Əsədin xəbərinin olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs1 ona Əsədin xəbəri olmasa həmin malları qaçaqmalçılıq yolu ilə gətirə bilməyəcəyini bildirmişdir. Şahid5 ifadəsinin davamında göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məxsus olan “Daf” markalı, 90MG622 nömrəli nəqliyyat vasitəsini almasına və ya Əsədə borcu olmasına dair ona məlumat verməmiş, belə bir hal olduğu halda ona dost və yaxın adamı kimi mütləq məlumat verərdi. Nicat yalnız sürücü kimi Əsədə məxsus nəqliyyat vasitəsini idarə etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən etibarən beynəlxalq yükdaşıma ilə məşğul olur. Təqsirləndirilən şəxs1 təxminən 2012-ci ildən tanıyır, həmin şəxsi ilk olaraq sürücü kimi tanımış, daha sonra münasibəti yaranmış və Təqsirləndirilən şəxs1 onun oğlunun kirvəsi olmuşdur. Təqsirləndirilən şəxs1 ilə münasibətləri olduğuna görə Nicatın işləri ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs1 Əsəd adlı şəxsə məxsus nəqliyyat vasitəsi ilə sürücü kimi beynəlxalq yükdaşıma ilə məşğul olmuşdur. 27 noyabr 2021-ci il tarixdə Nicat özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə ona məxsus olan +994 55 ***-**-** nömrəyə “Vatsap” proqramı vasitəsi ilə çoxlu qutuda pirotexnika şəkilləri göndərmiş və gömrükdə tutulduğunu bildirmişdir. Həmin vaxt ona irad bildirərək Əsədin ona problem yaratdığını diqqətinə çatdırmışdır. Daha sonra X22 metrostansiyasının yanında olan müvəqqəti yaşadığı evə gedərək onunla görüşmüş və Təqsirləndirilən şəxs1 ona nəqliyyat vasitəsini idarə etdiyi Əsədlə birlikdə xx.xx.2021-ci il tarixdə Gürcüstandan Azərbaycan Respublikasına pirotexniki vasitə və dərman preparatlarını keçirdiyini, bunun müqabilində qazanc əldə edəcəklərini, törədilən cinayətdən Əsədin xəbərinin olduğunu, xx.xx.2021-ci il tarixdə malların Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilməsini Əsədlə birlikdə təşkil etdiklərini bildirmişdir. Şahid X8 ifadəsində həmçinin göstərmişdir ki, 2017-ci ildən etibarən Təqsirləndirilən şəxs2 da sürücü kimi tanıyır. Həmin şəxsi sürücü kimi tanısa da, onunla hər hansı bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 Əsədin yanında sürücü işləyən zaman onun haqqında danışmışdır. Nicatla təxminən xx.xx.2022-ci il tarixdə Gürcüstanda görüşmüş, həmin vaxt X17 Allahverdiyevə məxsus digər bir “Daf” markalı nəqliyyat vasitəsi ilə gəldiyini bilmişdir. Nicatdan Azərbaycan Respublikasından çıxaraq Gürcüstana necə gəldiyini soruşmuşdur. Nicat da qaçaqmalçılıq yolu ilə Əsədlə Gürcüstandan Azərbaycan Respublikasına malların keçirilməsi zamanı gömrükdə yaranmış çətinliyin qismən həll edildiyini bildirmiş, lakin Azərbaycana qayıtmaq istəmədiyini demişdir. O isə Nicata Azərbaycana qayıtmamağının, qaçmağın həll yolu olmadığını bildirmişdir. Nicatın sürücü kimi işlədiyi nəqliyyat vasitələrinin sahibi Təqsirləndirilən şəxs2 olmuş, Nicat həmin nəqliyyat vasitəsində yalnız sürücü kimi işləmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, qeyri-ərzaq mallarının satışı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 təxminən 2021-ci ildən sürücü kimi tanımışdır. 2021-ci ilin təxminən avqust ayında Gəncəyə gələn zaman onunla görüşmüşdür. Nicatla 2021-ci ilin noyabr ayında telefon danışığı zamanı Gürcüstandan fişəng gətirən zaman gömrük əməkdaşı tərəfindən tutulduğunu bildirmişdir. O, qanunsuz əməllərdən uzaq durmağı böyük kimi ona tövsiyyə etmişdir. Təqsirləndirilən şəxs1 onunla telefon danışığı zamanı qaçaqmalçılıq yolu ilə keçirilən malların kimə və ya kimlərə gətirilməsi, o cümlədən həmin əməlin törədilməsində iştirak edən şəxslər barədə hər hansı bir məlumat verməmişdir. Sadəcə olaraq qaçaqmalçılıq yolu ilə keçirilən fişənglərin şəkillərini ona göndərmiş, o da hətta qaçaqmalçılıq yolu ilə keçirilən malların şəkillərinin nəyə görə ona göndərməsi barədə Təqsirləndirilən şəxs1 iradını bildirmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən etibarən beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olmuşdur. O, idarə etdiyi nəqliyyat vasitəsi ilə müvafiq sifarişlərə əsasən Türkiyə Respublikası, Rusiya Federasiyası, Gürcüstan, İran İslam Respublikası üzrə beynəlxalq yükdaşıma ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 təxminən 1 ildir ki, sürücü kimi tanımışdır. Təqsirləndirilən şəxs1 Əsəd adlı şəxsə məxsus nəqliyyat vasitəsində sürücü kimi işləmişdir. Əsədi də beynəlxalq yükdaşıma ilə məşğul olan şəxs kimi tanımış, onlarla dostluq münasibəti olmamışdır. Nicat xx.xx.2022-ci il tarixdə ona məxsus telefona “Vatsap” proqramı vasitəsilə video çarx göndərmiş, həmin videoda nəqliyyat vasitəsində gömrük əməkdaşları tərəfindən pirotexnika və dərman vasitələrinin aşkar edildiyi göstərilmişdir. Həmin video çarxda Nicatın Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə pirotexnika və dərman gətirərkən saxlanıldığı görünürdü. Nicat maddi problemi olduğuna görə belə əməl törətmişdir. O, Təqsirləndirilən şəxs1 törətdiyi əməlinin düzgün olmadığını bildirmiş, Nicat isə gətirdiyi malların fişəng və dərman preparatları olduğunu, zərərli bir mal olmadığını bildirdirmişdir. Şahid8 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 sadəcə olaraq qaçaqmalçlıq yolu ilə keçirilən fişənglərin şəkillərini ona göndərmiş, qaçaqmalçılıq yolu ilə keçirilən malların kimə və ya kimlərə gətirilməsi, o cümlədən həmin əməlin törədilməsində iştirak edən şəxslər barədə hər hansı bir məlumat verməmişdir. O, hətta qaçaqmalçılıq yolu ilə keçirilən malların şəkillərini nəyə görə ona göndərməsi barədə Nicata iradını bildirmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, Azərbaycan Respublikasında olmadığından məhkəmədə iştirak edə bilməməsi və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsinə dair məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlamış, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid9 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 qardaşıdır. Rusiya Federasiyasına işləməyə getmiş, həmin tarixdən etibarən Moskva şəhərində qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olmuşdur. Qardaşı Təqsirləndirilən şəxs1 4 ildir ki, beynəlxalq sürücülüklə məşğul olmuş, müxtəlif şəxslərin yanında sürücü kimi işləyirmiş. 2021-ci ilin təxminən sentyabr ayında Nicat Əsəd adlı şəxsin nəqliyyat vasitəsini idarə etməyə başlamışdır. Təxminən həmin vaxtlarda Bakı şəhərinə gəlmiş və Əsəd adlı şəxsi Nicatın yanında görmüş və onların da yanında Nicatı qanunsuz əməllər törətməməsi üçün tənbeh etmişdir. Daha sonra 2021-ci ilin noyabr ayında Nicat onunla telefon vasitəsi ilə danışarkən Əsədə məxsus maşınla Əsədin tapşırığı ilə Gürcüstandan Azərbaycana qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə fişəng gətirəcəyini, həmin malların qaçaqmalçılıq yolu ilə gətirilməsinə görə pulu Əsəddən alacağını, başqa şirkətə mal gətirən zaman nəqliyyat vasitəsində həmin malların yanında qaçaqmalçılıq yolu ilə gətirəcəkləri malları yerləşdirəcəklərini bildirmişdir. Nicatın dediklərinə əsasən həmin malların qaçaqmalçılıq yolu ilə keçirilməsinə görə Əsəd Nicata 2000 manat pul verəcəyini bildirmişdir. xx.xx.2021ci il tarixdə Nicat Gürcüstanda olan zaman o, Nicatla telefonla danışmış və malları qaçaqmalçılıq yolu ilə Gürcüstandan Azərbaycana keçirəcəyini söyləmiş və ondan Nicat üçün dua etməyini istəmişdir. O isə əməlinin qanunsuz olduğunu Nicata bildirmişdir. Lakin xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək gömrükdə idarə etdiyi nəqliyyat vasitəsinin saxlanıldığını, lakin Əsədgilin həmin məsələni həll edəcəklərini bildirmişdir. Həmin nəqliyyat vasitəsinin sahibi Əsəddir, Nicat isə sürücüsü olmuşdur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Nəqliyyat vasitəsinə baxış və götürmə keçirilməsi haqqında” 23 noyabr 2022-ci tarixli protokoldan görünür ki, 23 noyabr 2021-ci il tarixdə saat 00:36-da Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasında qeydiyyatda olan, İstanbul şəhərində fəaliyyət göstərən “X19 San. Ve Tic. A.Ş." firmasından Azərbaycan Respublikasında qeydiyyatda olan, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" Birgə Müəssisəsinə tikinti materialı yükü gətirən Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Daf TE47/2" markalı, 90MG622/19ZB836 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində keçirilmiş gömrük yoxlaması zamanı həmin nəqliyyat vasitəsinin qoşqusundan gömrük orqanına təqdim edilmiş 18 noyabr 2021-ci il tarixli, **********7718 nömrəli qısa idxal bəyannaməsində və digər yük müşayiət sənədlərində qeyd edilməyən, gömrük orqanına bəyan edilməmiş üzərində “Prednizalon 5 mg" yazılmış hər birində 28 həb olan cəmi 1500 qutu və üzərində “Fosit 4 g" yazılmış 66 flakon olan 2 adda, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş külli miqdarda, 10593 manat dəyərində dərman vasitələri və üzərinə “FireWorks NS-RC-0808" yazılmış 1344 ədəd fişəng, üzərində “Roman Candle 0.8 10 shots" yazılmış 1440 ədəd fişəng, üzərində “Roman Candle 0.8 8 shots" yazılmış 960 ədəd fişəng, üzərində “Red stars With report" yazılmış 5760 ədəd fişəng, üzərində “FireWork star 16 shot" yazılmış 400 ədəd fişəng, “FireWork light 25 shot" yazılmış 480 ədəd fişəng, üzərində “Explosive" yazılmış 1920 ədəd qutuda cəmi 38000 ədəd petarda, üzərində “Plastik torpil" yazılmış 400 ədəd qutuda cəmi 16000 ədəd petarda, üzərində “Srebrna piratka" yazılmış 250 ədəd qutuda cəmi 25000 ədəd petarda, üzərində “Leopard power" yazılmış 1080 ədəd qutuda cəmi 12960 ədəd petarda, üzərində “Big bang" yazılmış 2000 ədəd qutuda cəmi 20000 ədəd petarda, üzərində “Cracker enigma fire Works" yazılmış 1000 ədəd qutuda cəmi 20000 ədəd petarda, üzərində “Silver chines" yazılmış 400 ədəd qutuda cəmi 14400 ədəd petarda, üzərində “Tiger Power" yazılmış 400 ədəd qutuda cəmi 14400 ədəd petarda, üzərində “Korsarka" yazılmış 240 ədəd qutuda cəmi 12000 ədəd petarda, üzərində “Sterminator" yazılmış 400 ədəd qutuda cəmi 4800 ədəd petarda, üzərində “Zenga" yazılmış 500 ədəd qutuda cəmi 10000 ədəd petarda, üzərində “Argentinen cracker" yazılmış 750 ədəd qutuda cəmi, 15000 ədəd petarda olmaqla, 18 adda 158240,00 manat dəyərində pirotexniki vasitələr, ümumilikdə, xeyli miqdarda 168833,00 manat dəyərində mallar aşkar edilib götürülmüşdür (iş vərəqə: cild 2, səh.13-15). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə, saat 07:14-də “Qırmızı Körpü” gömrük nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqaməti üzrə ölkə ərazisini tərk etmiş və xx.xx.2021-ci il tarixdə, saat 00:36-da həmin nəzarət məntəqəsindən keçməklə Respublika ərazisinə geri qayıtmışdır. Təqsirləndirilən şəxs2 isə xx.xx.2021-ci il tarixdə, saat 15:11-də “Qırmızı Körpü” gömrük nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqaməti üzrə ölkə ərazisini tərk etmiş və xx.xx.2021-ci il tarxidə, saat 02:05-də həmin nəzarət məntəqəsindən keçməklə Respublika ərazisinə geri qayıtmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 qaçaqmaçılıq yolu ilə malları gətirərkən malların yerləşdirildiyi 19ZB836 nömrəli yarımqoşqunun sahibi Təqsirləndirilən şəxs2, 90MG622 nömrəli dartıcının mülkiyyətçisi isə Şahid3dur (iş vərəqə: cild 1, səh.102- 107). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Mobil telefona baxış keçirilməsi haqqında” 26 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan +99***-***-**-** saylı mobil nömrə arasında hadisə baş verən dövr ərzində xx.xx.2021-ci il tarixdə 3 dəfə, xx.xx.2021-ci il tarixdə 1 dəfə, xx.xx.2021-ci il tarixdə 3 dəfə, xx.xx.2022-ci il tarixdə istintaqa dəvət edilərkən 10 dəfə, istintaq orqanına gələn zaman xx.xx.2022-ci il tarixdə 1 dəfə danışıq həyata keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 “Vatsap” proqramı vasitəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan +99***-***- **-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 12:58-də ASAN xidməti qarşısında olarkən “Mən çatdım bura. Nə deyim mən? Deyim itirmişəm? İtirmişəm desəm, çox çəkməz ki bu? Arayış falan. Bir dənə yaz mənə görüm, Əsəd, tez. Yığ görüm, 160 manat pul istəyir” məzmunlu səsli mesaj göndərmiş, Təqsirləndirilən şəxs2 isə ona “Birinci yoxlat. Denən ki, mənim banka borcum var, yoxlayın görün mənim qabağımda “stop” var ya yoxdur, sürücüyəm, uzaq məsafələrə işləmək istəyirəm. Desələr işlə, hə, denən. Yox, olmasa, denən pasportumu itirmişəm, tapa bilmirəm. Bir günə düzəlməyi görək neçəyə başa gəlir.” məzmunlu səsli mesaj göndərmiş, Təqsirləndirilən şəxs2 isə ona “Gəldim, müraciət elədim. İtirildiyinə görə rüsum 170 manatdır. Belə birinci səfər alanda 160 manat ödəyirsən. Yox ey, qabağımda heçnə yoxdur. Niyə də yox” məzmunlu səsli mesaj göndərmiş, daha sonra xx.xx.2021-ci il tarixə saat 14:11-də isə “Doğma qardaşın Qalib soruşsa, “Nicat, hara gedirsən?”, bax bu sözümü bir daha təkrarlayıram, denən, heç yerə 8-ci mikrorayonda qalırdım, ordan da çıxartdılar indi maşında qalıram. Vəziyyətim pisdir. Ay reysim düzəldi, ay işə gedirəm demə belə sözləri. Ay Türkiyədəyəm, oteldə şəkil çəkirəm, demə belə bir şey. Bəlkə elə sənin, mənim dostlarımızdır bizi satan?” məzmunlu səsli mesaj göndərmiş, Təqsirləndirilən şəxs1 isə xx.xx.2021-ci il tarixdə saat 12:56-da Təqsirləndirilən şəxs2 “Salam qaqa, necəsən? Sən öl, bu gədəyə zəng zad çatmır, gedə pulu da götürüb aradan çıxdı, getdi, sən öl, bir adamın iki whatsappı işləməz, iki gündü mən bunu yığıram zəng çatmır. İndi elə şeylər çoxdu, vapşe çoxdu son vaxtlar. Sabah mən gedəcəyəm evə, ta mən burda nəyə qalıram, bayramdı. Mənə bir 200-300 manat ya denən bulara versin, yada kartıma deyərsən bir nəfərə qoysun, bazarlıq eləyim gedim evə, oturum evdə sən gələnə kimi. Sən gələndə də bu iş bilirəm ki, uzanacaq məni tutacaqlar da. Uzandıye çox uzandı, bu bağlanmalı idi. Böyük adamdısa, sən gəl, sən gələn kimi biletimi alaq mənim, mən çıxım burdan.” məzmunlu səsli mesaj göndərmişdir. Bununla yanaşı, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 “Vatsap” proqramı vasitəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən mobil telefonunda “Musu” kimi qeyd edilmiş X4 istifadəsində olan +994 55 ***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 10:09-da pirotexnikaların şəklini göndərərək “Budur. Şükür salamatçılıqdı. Mənim adım zadım çəkilmir, prosta heç kim bilmir mənəm. Hə, sağ salamat inşallah” məzmunlu səsli mesaj göndərmiş, Müşviq Zeynalov isə Təqsirləndirilən şəxs1 “Mən bilirdim, sən nəsə səhv işlə məşğulsan. Əsədin yanında, yekə oğlansan ə, bəs deyirdin, qutarmışam, belədi elədi. İndi də səni salıb kurçoka. A Mişanı tutdurdu. Qaqa eşidirsən bu səsimi, istəyirsən özünə də göndər, mənim vecimə də deyile (söyüş söyür). Mişanı tutdurdu, amma atasının qorxusundan onu içəridə saxlaya bilmədi, başa düşürsən Mişanı bada verə bilmədi. Sənin kimin var? Sənin dalınca kim gələcək? Sənin sözünü kim gəlib Əsədə deyəcək? Ta o söhbətlərdə yoxdu, varavskoy falan gedib işinə. Təmiz oğlan, yaxşı oğlan pullu oğlandı. Sənin dalınca kim gələcək Nicat, hə, bax de görüm mənə onun atası var idi. Atasının qorxusundan, Nərbala kişinin qorxusundan onu içəridə saxlaya bilməzdi. Bilirdi ki, Nərbala onu məhv eləyər. Əlaqələri genişdi, falan, özün bilirsən, onu pis hala salar. Əsəd ondan çox qorxdu. Tərəzinin gözünə pulu qoydu, bir gözünə də onu qoydu. Onu çıxartdılar ordan. Nə bilim bax da qaqa, nə bilim. O oturub qıraqda pul qazanacaq sənin kimisini də bada verəcək nə bilim belə pis çıxmasına ən gözəl pul halal yolla qazanılan puldu, yəni dini bərəkəti olur. Onun dini bərəkəti də yoxdu. Axırı da yoxdu. Sənlik deyil o iş, yenə də bax da. Söz vermişdin. Tövbə eləmişdin. Nə bilim, and içmişdin. Demirəm ta nəyə and içmişdin, öz işindi. Qardaş mən səndən ötrü deyirəm, vallah, sən orda, mən burda. Yeri gəlsə, mənim nəyimə lazımdı? Yetim oğlansan, arxan yox, dayağın yox. Qurana and olsun. Nicat sən getsən, arxanca 60 min, 50 min dollar verməyəcəklər, inan allaha, verməyəcək. Yenə də, məsləhət sənindi.” məzmunlu səsli mesaj göndərmiş, daha sonra Təqsirləndirilən şəxs1 Müşviq Zeynalova xx.xx.2021-ci il tarixdə saat 10:20-də “Qaqa, düz deyirsən. Allah canını sağ eləsin, amma narahat olma. Verilibdi də, bağlanıbdı da. Hər şey qaydasındadır. Yaxşıdı, heç narahat olma. Eləməyə də bilməzdilər. Başa düşürsən? Eləməyə də bilməzdilər. O ki qaldı, düz deyirsən, and içmişdim ki, pis-pis dərman-mərman, çox apasnı şeylərdi. Bu da elə şeydi ki, qaqa, bunu 10 gündən sonra cammat hər yerdə qoyub qabağına satacaqdı küçənin ortasında. Bu dərmana-mərmana zada baxma. Buna tutdu yoxdu. Var e külli miqdardadı düzdü, yəni də qutarıbdı da. Verildi nə lazım idi, verildi. Qutarıldı, narahat olma. Ürəyini sıxma, prosta, musu, görüşərik. Gələndə söhbət eləyərik də. Elə çətinliklər var ki, onların altından bir az tez qazımaq lazımdı da, qardaşım. Mənim, özün bilirsən, dayağım yox, köməyim yox, ona görə dedim, biraz özümü düzəldim. Görək, nətər olur, inşallah, narahat olma. Yaxşıdır, hər şey qaydasındadır” məzmunlu səsli mesaj göndərmiş, daha sonra Müşviq Zeynalov isə Təqsirləndirilən şəxs1 “Sən tutulsan, Əsədin əcdadını (söyüş söyür)” məzmunlu səsli mesaj göndərmiş, daha sonra Təqsirləndirilən şəxs1 Müşviq Zeynalova “Ə yoxe, narahat olma. Yaxşı olar. Yazıq o (Əsədi nəzərdə tutur) dayanmır dana konkret. Dünən gecə də getmişdik. O adamlarla görüşməyə, prosta bir iki dənə tema var. O malın dəyəri var. 50 mindən yuxarı olsa, cinayət işi açılır. Aşağı oldusa, day belə olmur. Cərimə ilə olur. 59 mindi. İndi onu veriblər. Elə bil ki, şeyə dəyərini azaldıb təzdən qaytarmalıdılar ora. Dəyər azalandan sonra 38 min ödəməlidilər” məzmunlu səsli mesaj göndərmiş, Bundan başqa, baxış zamanı müyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 “Vatsap” proqramı vasitəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən mobil telefonunda “Mesedi” kimi qeyd edilmiş Şahid9 istifadəsində olan +7 906 ***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 22:37-də “O boyda pul qazandılar. Reysinə 2 min verdi” məzmunlu səsli mesaj göndərmiş, daha sonra Təqsirləndirilən şəxs1 Şahid9 “Hə ( söyüş söyür ), 20 min dollarlıq mal getdi. 20 min də belə zibilə düşdülər. Adamları var. Problem yoxdu biz tərəfdən, narahat olma” məzmunlu səsli mesaj göndərmiş, daha sonra Şahid9 Təqsirləndirilən şəxs1 “Yeyə bilməzlər axı haqqını vermədiyi şeyi” məzmunlu səsli mesaj göndərmiş, daha sonra Təqsirləndirilən şəxs1 Şahid9 “Əlbəttə ki, Əsədi də peşman elədilər. 60 mindən çox buna verəsidilər. O da ki, inanmıram verəcəklər. Özünə də demişəm. Yaxşı eləyirlər, əsas elə budur. Dirəşmişəm ki, davay 5 min də mənə ver. 2-3 gün vaxt vermişəm” məzmunlu səsli mesaj göndərmişdir. Baxış zamanı həmçinin müyyən edilmişdir ki, telefonun yaddaşına adı qeyd edilməmiş +7-***-***-**-** saylı mömrədən “Vatsap” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə 22:36-da “Bir dənə pis var ki, ad uje qara siyahıya düşdü” məzmunlu səsli mesaj göndərmiş, daha sonra Təqsirləndirilən şəxs1 həmin şəxsə “Hə də, brat, hə, bəli, qara siyahı, sən öl, eşidirsən? Heç nə məsuliyyətsizlikdən, qurana and olsun. Mənə deyilmədi ki, orda oturublar. Əsəd də həmin vaxtı keçirdi. Qoymazdım dal qabaq keçərdik. Onsuz da Əsədi görən kimi aparacaqdılar rentgenə. Ara qarışıb. Məzhəb itəcəkdi. Mən də keçib gedəcəkdim, onlar orda uje məni görməyəcəkdilər. Prosta deyilmədi də, məsuliyyətsizlikdən heç nə, sən öl, yolum bağlandı, İndi görək də, indi gəlmişəm. Deyir ad, soyadı dəyişəndə, bir də maşının nömrəsini dəyişəndə, ya maşının nömrəsini, ya maşını dəyişəndə, mən maşını hər bir halda dəyişəcəm, ad soyadı da dəyişəcəm. Deyir onda ümumiyyətlə olmursan da sistemdə” məzmunlu səsli mesaj göndərmişdir. Bununla yanaşı, baxış zamanı müyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən telefonun yaddaşına adı “Eli qaqam” kimi qeyd edilmiş Şahid8 istifadəsində olan +994 51 ***-**-** saylı nömrəyə “Vatsap” proqramı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə “Hə, qaqa mənəm mənim maşınımdı, hə. İçəridədi, hardasa bir ay yarıma yaxındı. İnşallah, görüm sabah, ya sabah, ya birigün çıxartmalıyam. Allah qoysa, görək allahın köməyi ilə. Ə biraz belə problemlərə düşdüm. Heç nə, neçə vaxtdı başım qarışıqdı. Sən neynirsən? Nətərdi vəziyyətin zadın? Eləməsəm də, alınmır, qaqa, mən təkəm, problem çoxdu. Axırıncı reys idi öz də. Əli, sən öl, ilişdim 5ci reysdə.” məzmunlu səsli mesaj göndərmiş, Şahid8 isə Təqsirləndirilən şəxs1 “Brat, çox səhv addım atmısan. Çox səhv idi. Çox səhv eləmisən. Heç yaraşdırmadım sənə. O nə bilim, Allah köməyin olsun. Özün özünə problem yaratmısan, nə deyim Nicat sənə? Sənə elə həmişə problemdən qaçırsan, özün problemi tapırsan. Problem səni tapmır e, sən problemi tapırsan. Allah köməyin olsun” məzmunlu mesaj göndərmiş, Təqsirləndirilən şəxs1 isə ona “əsas odur ki, kiməsə mərdiməzarçılıq eləməmişik. Fişəngdi, bir də baş ağrı dərmanları, vse. Bir-iki qutu dərman idi. 2 manatdı. Burda aptekdə birdə fişəng zad idi, partladan belə” məzmunlu səsli mesaj göndərmişdir. Eyni zamanda, baxış zamanı müyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən telefonun yaddaşına adı “Ruslan Fehmi” kimi qeyd edilmiş +7 966 ***-**-** saylı nömrəyə “Vatsap” proqramı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 22:05-də “içərisində pirotexnika olan qaçaqmalçılıq yolu ilə keçirilmiş malların fotosunu göndərmişdir”, +7 966 ***-**-** nömrənin istifadəçisi isə ona “Nicat, a sən kriminalsan ki, riskli mal zad keçirdirsən” məzmunlu səsli mesaj göndərmiş, daha sonra Təqsirləndirilən şəxs1 ona “hə, qaqa, hə belə təkəbbürlük kimi çıxmasın, mən həmişə riskovunnu sürücü olmuşam, amma ziyankar bir şey deyil də, kiməsə vrenni, kiməsə mərdiməzarçılıq, bir şey deyil də. Fişəngdi, bir də ağrıkəsici. Elə-belə baş ağrı dərmanlarıdı” məzmunlu səsli mesaj göndərmişdir. Bundan başqa, baxış zamanı müyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən telefonun yaddaşına adı “Rəna” kimi qeyd edilmiş +7 965 ***-**-** saylı nömrəyə “Vatsap” proqramı vasitəsi ilə xx.xx.2022ci il tarixdə saat 22:00-da “Kontrabanda. Yüklə keçirdəndə” məzmunlu mesaj göndərərək foto şəkili əlavə etmişdir, “Rəna” adlı şəxs isə ona “Bəs sən niyə aparmısan onu. Sən bilmirsən ki, olmaz?” məzmunlu səsli mesaj göndərmiş, daha sonra Təqsirləndirilən şəxs1 ona “Mən həmişə aparıram. Onu sadəcə satmışdılar. Elə eləməsən, pul qazanmaq olmur. Nə bilim, şərəfsizdilər də. Nə olsun ey, 15 gündən sonra bayramdır. Elə hamı onu qoyur qabağına açıq-aşkar satır belə, o fişəngi, partladanı” məzmunlu səsli mesaj göndərmişdir. Baxış zamanı həmçinin müyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən telefonun yaddaşına “Mama” kimi qeyd edilmiş X5 məxsus +99***-***-**-** saylı nömrəyə “Vatsap” proqramı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə “Axşamın xeyir, mama, axşamın xeyir. Belə, sabahın xeyir ey, yatmışdım, indicə durmuşam. Hə, Bakıdayam. Bu arada başıma bir az işlər gəlib, problemlər gəlib. Neynirsən, nağarırsan? Yaxşısan? Xəbərlərdə göstərmişdilər, baxmamışdın ki? Bir maşın fişənglə tutmuşdular” məzmunlu səsli mesaj göndərmiş, daha sonra Cəfərova Tamella ona “Ay bala, sən neynəmisən, nə iş görmüsən, oğlum. Elə indicə baxdım. Bunu maşın yiyəsi bilirdi? Necə qurtardın özünü, ay Nicat? Ay bala, ehtiyatlı ol da, eləmə belə, oğul. Necə qurtardın özünü, ay oğul? Qurtara bildin özünü?” məzmunlu səsli mesaj göndərmiş, daha sonra Təqsirləndirilən şəxs1 ona “Hə, mama, narahat olma. Heç üç saat olmadı qaldım içəridə. Bircə maşın qalıb, onu da 2-3 günə çıxardacam, Allah qoysa. Hə, xəbərləri var idi maşının yiyəsinin. Nə bilim, eləməsəm də olmur da. Yaxşı olacaq, Allah qoysa. Belə hər şey yaxşıdır. Bu da elə belə adamların deyildi, bu da bərk gedən adamların malıydı, özdə axırıncı reysiydi, satmışdılar” məzmunlu səsli mesaj göndərmişdir. Qeyd edilənlərdən başqa, baxış zamanı həmçinin müyyən edilmişdir ki, telefonun yaddaşına “Tural” kimi qeyd edilmiş Şahid5 +99***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Vatsap” proqramı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə “Nağarırsan, qaqa? Salamatçılıqdır?” məzmunlu səsli mesaj göndərmiş, daha sonra Təqsirləndirilən şəxs1 ona “Hə, şükür. Görək, sabah çağırıblar. Nə deyirlər. Nə olur” məzmunlu səsli mesaj göndərmiş, daha sonra Şahid5 ona “Hələ indi çağırırlar?” məzmunlu səsli mesaj göndərmiş, daha sonra Təqsirləndirilən şəxs1 ona “Hə ey, qoy görək. Vəziyyət pisdir ey, brat. Qaqa! kimi tapırıq bu işi görsün, düzsün-qoşsun. Konkret o yuvadır, bu yuvadır. Biyabirçılıqdır da sən öl. Qalmışam belə, ortalıqda. Bu cür pis vəziyyət yaranıb. Vaxt da qutarır, biyabırçılıq” məzmunlu səsli mesaj göndərmişdir (iş vərəqə: cild 1, səh.118-139). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında” 30 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə, saat 07:14-də “Qırmızı Körpü” gömrük nəzarət məntəqəsindən keçməklə Gürcüstan istiqaməti üzrə ölkə ərazisini tərk etmiş və xx.xx.2021-ci il tarixdə, saat 00:36-da həmin nəzarət məntəqəsindən keçməklə Respublika ərazisinə geri qayıtmışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə 215 qutuda olan malları Gürcüstandan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirdikdən sonra, özünə məxsus olan pasportu könüllü olaraq təhqiqat orqanına təqdim etməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə 5 saylı Asan Xidmət Mərkəzinə müraciət etməklə pasportunun itdiyini əsas gətirərək xx.xx.2021-ci il tarixdə C035457042 nömrəli yeni pasport əldə etmişdir (iş vərəqə: cild 1, səh.206-225). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Vais altmoduluna qeydiyyat şəhadətnamə məlumatlarına baxış keçirilməsi haqqında” 1 fevral 2022-ci il tarixli protokoldan və sərhədkeçmə məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 18 yanvar 2022-ci ildə ilk dəfə olaraq istintaq oranında şahid qismində ifadə verdikdən sonra istintaq orqanına telefon vasitəsi ilə zəng edərək Yevlax rayonunda olduğunu, səhhətində problem olduğunu bildirsə də, 5 saylı Asan Xidmət Mərkəzindən əldə etdiyi yeni xx.xx.2021-ci il tarixdə C035457042 nömrəli pasportla xx.xx.2022-ci il tarixdə saat 07:28də Azərbaycan Respublikasından Şıxlı sərhəd nəzarət məntəqəsindən keçməklə “Daf” markalı, 99NZ526 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gürcüstana getmiş, Təqsirləndirilən şəxs2 da xx.xx.2022-ci il tarixdə telefon danışığı zamanı istintaq orqanına Təqsirləndirilən şəxs1 Yevlax rayonunda ağır xəstə olduğunu bildirsə də baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə mülkiyyətində olan digər “Daf” markalı, 99NZ526 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün xx.xx.2022-ci il tarixdə elektron formada Təqsirləndirilən şəxs1 etibarnamə vermiş və həmin nəqliyyat vasitəsi ilə Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 07:28-də Azərbaycan Respublikasından Gürcüstana getməsini təmin etmişdir (iş vərəqə: cild 1, səh.238-239). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “CD-yə baxış keçirilməsi haqqında” haqqında 16 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 28 yanvar 2022-cu il tarixli, 5(004)-92/2022 nömrəli qərarına əsasən "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***- ***-**-** mobil nömrələrdən ötürücü stansiyaları göstərilməklə daxil və xaric olan zənglərin siyahısının, zənglərə dair dislokasiyanın, göndərilən və qəbul edilən SMS-lərin mətnlərinin, daxil və xaric olan zənglərin edildiyi, SMS-lərin qəbul edildiyi və ötürüldüyü nömrələrin məxsus olduğu şəxslərə dair anket məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə arasında xx.xx.2021-ci il (22:58), xx.xx.2021-ci il (10:07, 10:53, 11:51, 11:55, 17:23), xx.xx.2021-ci il (00:51, 14:29), xx.xx.2021-ci il tarixdə (17:01, 18:04, 18:09), xx.xx.2021-ci il (22:31), xx.xx.2021-ci il (11:16, 11:19), xx.xx.2021-ci il tarixdə (10:41) ümumilikdə 15 dəfə uzunmüddətli danışıq həyata keçirilmişdir. Bununla yanaşı, baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə arasında xx.xx.2021-ci il tarixdə 12:44, 23:03, xx.xx.2021-ci il tarixdə 21:46, xx.xx.2021-ci il tarixdə 11:43 tarixlərdə danışıqlar həyata keçirilmişdir (iş vərəqə: cild 2, səh.63-64). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Nəqliyyat vasitəsində olan “DSP” yükünə baxış keçirilməsi haqqında” 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, “DAF” markalı, 90MG622/19ZB836 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində 17 mart 2021-ci il tarixli invoysa əsasən 15 ədəd palet, hər paletdə 33 ədəd olmaqla ümumilikdə 495 ədəd “DSP” olmalı olduğu halda, həmin nəqliyyat vasitəsində tamlığı zərər görməmiş 12 ədəd palet, hər birində 33 ədəd “DSP” olmaqla (12*33=396) 396 ədəd “DSP” və 11 ədəd “DSP” olmaqla (396+11=407) ümumilikdə 407 ədəd “DSP” yükünün olduğu, 88 ədəd “DSP” yükünün olmadığı (495-407) müəyyən edilmişdir (iş vərəqə: cild 2, səh.99-103). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “CD-yə baxış keçirilməsi haqqında” haqqında 1 mart 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 5(004)-164/2022 nömrəli qərarına əsasən "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrədən ötürücü stansiyaları göstərilməklə daxil və xaric olan zənglərin siyahısının, zənglərə dair dislokasiyanın, göndərilən və qəbul edilən SMS-lərin mətnlərinin, daxil və xaric olan zənglərin edildiyi, SMS-lərin qəbul edildiyi və ötürüldüyü nömrələrin məxsus olduğu şəxslərə dair anket məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrə arasında xx.xx.2021-ci il (22:58), xx.xx.2021-ci il (10:07, 10:53, 11:51, 11:55, 17:23), xx.xx.2021-ci il (00:51, 14:29), xx.xx.2021-ci il tarixdə (17:01, 18:04, 18:09), xx.xx.2021-ci il (22:31), xx.xx.2021-ci il (11:16, 11:19), xx.xx.2021-ci il tarixdə (10:41) ümumilikdə 15 dəfə uzunmüddətli danışıq həyata keçirilmişdir. Bununla yanaşı baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə arasında xx.xx.2021-ci il tarixdə 01:07, 01:22, 01:39, 01:40, 04:12, 14:59, 15:03,15:29, 17:29, 18:03, 18:08, 19:22, 19:29, 20:05 saatlarında danışıqlar həyata keçirilmişdir (iş vərəqə: cild 2, səh.123-124). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X10” X20 2 dekabr 2021-ci il tarixli, 04118905 nömrəli məktubundan görünür ki, 2 adda olan “Prednizalon 5 mg" yazılmış hər birində 28 həb olan cəmi 1500 qutu və üzərində “Fosit 4 g" yazılmış 66 flakon olan dərman preparatlarının dövlət qeydiyyatı yoxdur (iş vərəqə: cild 1, səh.53). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8 dekabr 2021-ci il tarixli, 6/5266 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 adda olan “Prednizalon 5 mg" yazılmış hər birində 28 həb olan cəmi 1500 qutu və üzərində “Fosit 4 g" yazılmış 66 flakon olan dərman preparatları Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildirlər. Tədqiqata təqdim olunmuş preparatlarının yararlıq müddəti keçməmişdir (iş vərəqə: cild 1, səh.57-61). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2021-ci il tarixli, 3/1965 nömrəli və 11 mart 2022-ci il tarixli, 3/254 nömrəli ekspert rəylərindən görünür ki, cinayət işi üzrə maddi sübut hesab edilən 18 adda pirotexniki vasitələr bayramlarda, şənliklərdə müxtəlif səs effektlərinə malik olan və kinopirotexniki məqsədlər üçün istifadə olunan partlayıcı vasitələrdir, petardalar-fişənglərdir, döyüş sursatı hesab edilmirlər, təyinatı üzrə istifadəyə yararlıdırlar (iş vərəqə: cild 1, səh.67-70, cild 2, 161-164). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6 yanvar 2022-ci il tarixli, 9/8567 nömrəli ekspert rəyindən görünür ki, cinayət işi üzrə maddi sübut hesab edilən 18 adda pirotexniki vasitələrin və 2 adda dərman preparatlarının 23 noyabr 2021-ci il tarixə ümumilikdə orta bazar qiyməti 168833,00 manat təşkil edir (iş vərəqə: cild 1, səh.71-75). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Dəyərin hesablanması barədə” 10 yanvar 2022-ci il tarixli aktdan görünür ki, dərman preparatlarının dəyəri 10593 manat, pirotexniki vasitələrin dəyəri 158240 manat, sadalanılan malların ümumi dəyəri 168833 manat təşkil edir (iş vərəqə: cild 1, səh.76). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 mart 2022-ci il tarixli, 9/912 nömrəli ekspert rəyindən görünür ki, qaçaqmalçılıq cinayətinin törədilməsində vasitə kimi istifadə edilmiş “Daf" markalı, “TE47/2” modelli, 2005-ci il buraxılışlı 90MG622 dövlət qeydiyyat nişanlı, yedəkli, dartıcı yük avtomobilinin (qoşqusuz) orta bazar qiyməti 48000 manat, “Kogel” markalı, 2004-cü il buraxılışlı, 19ZB836 qeydiyyat nişanlı tentli qoşqunun qiyməti 12000 manat təşkil edir (iş vərəqə: cild 2, səh.153-156). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, “Daf TE47/2" markalı, 90MG622/ 19ZB836 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsidən aşkar edilmiş 2 adda “Prednizalon 5 mg" yazılmış hər birində 28 həb olan cəmi 1500 qutu və üzərində “Fosit 4 g" yazılmış 66 flakon olan dərman preparatları (tədqiqata sərf edilmiş hissəsi nəzərə alınmaqla), 18 adda pirotexniki vasitələr (1344 ədəd üzərində “FireWorks NS-RC-0808" yazılmış, 1440 ədəd üzərində “Roman Candle 0.8 10 shots" yazılmış, 960 ədəd üzərində “Roman Candle 0.8 8 shots" yazılmış, 5760 ədəd üzərində “Red stars With report" yazılmış, 400 ədəd üzərində “FireWork star 16 shot" yazılmış, 480 ədəd üzərində “FireWork star 25 shot" yazılmış fişənglər, 1920 qutu üzərində “Explosive" yazılmış, 400 qutu üzərində “Plastik torpil" yazılmış, 250 qutu üzərində “Srebrna piratka" yazılmış, 1080 qutu üzərində “Leopard power" yazılmış, 2000 qutu üzərində “Big bang" yazılmış, 1000 qutu üzərində “Cracker enigma fire Works" yazılmış, 400 qutu üzərində “Silver chines" yazılmış, 400 qutu üzərində “Tiger Power" yazılmış, 240 qutu üzərində “Korsarka" yazılmış, 4800 ədəd üzərində “Sterminator" yazılmış, 500 qutu üzərində “Zenga" yazılmış, 750 qutu üzərində “Argentinen cracker" yazılmış petar olmaqla pirotexniki vasitələr) maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmiş, bundan başqa Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung” markalı mobil telefonlar maddi sübut kimi tanınmış, həmçinin Təqsirləndirilən şəxs2 sahibliyində olan “Daf TE47/2" markalı, 90MG622/ 19ZB836 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi maddi sübut kimi tanınaraq Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin dayanacağında saxlanılması nəzərə alınmışdır (iş vərəqə: cild 2, səh.16-18). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin dayanacağında saxlanılan “Daf TE47/2" markalı, 90MG622 dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı yük avtomobilinin və “KOGEL” markalı, 2004-cü il buraxılışlı 19ZB836 qeydiyyat nişanlı tentli qoşqusunun üzərinə həbs qoyulmuşdur (iş vərəqə: cild 2, səh.214-215). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “KOGEL” markalı, 2004-cü il buraxılışlı 19ZB836 qeydiyyat nişanlı tentli qoşqu Təqsirləndirilən şəxs2 mülkiyyətindədir, bundan başqa “Daf TE47/2" markalı, 90MG622 dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı yük avtomobili Şahid3 mülkiyyətindədir (iş vərəqə: cild 1, səh.17). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hazırki cinayət işinin materiallarından David, X11 və qeyrilərinin barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild 2, səh.248-272). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh.155). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh.197-199). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh.248). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh.294-297). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətiomkan tədbiri ilə əvəz olunmuşdur (iş vərəqə: cild 2, səh.236-245). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli tələbnаmələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları yoxdur (iş vərəqə: cild 2, səh.4, 45). Cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış pirotexniki vasitələrin və dərman preparatlarının qanuni sahibi müəyyən olunmadığından həmin vasitələrin dövlət nəfinə müsadirə edilməsinə etiraz etmirlər (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Füzuli rayon İcra Hakimiyyətinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Füzuli rayonunun Babı kəndində qeydiyyatdadır, məcburi köçkündür, məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şössesi, Döngə 13-də yaşayır (iş vərəqə: cild 2, səh. 48). Cinayət işinin materiallarına əlavə edilmiş Füzuli rayon İcra Hakimiyyətinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild 2, səh.50). Cinayət işinin materiallarına əlavə edilmiş Yevlax şəhər İcra hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild 2, səh.90). Cinayət işinin materiallarına əlavə edilmiş Yevlax şəhər İcra hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Yevlax rayonu, S.Əsgərova küçəsi, 45 saylı evdə qeydiyyatdadır və ailə üzvləri atasından və qardaşından ibarətdir (iş vərəqə: cild 2, səh.91). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində üç nəfər azyaşlı uşaqları var (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2, onun atası və arvadı məcburi köçkündürlər (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi xəstəlik tarixinə dair ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 insulindən asılı olmayan şəkərli diabet xəstəliyindən əziyyət çəkir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 qardaşı X6 hərbi xidmətlə əlaqədar olaraq ikinci qrup əlildir, atası X3 ikinci qrup əlildir, anası X2 ikinci qrup əlildir (cinayət işinin materialları). Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri təqsirləndirilən şəxslərin etirafedici ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, təqsirləndirilən şəxslərin istifadələrində olmuş mobil nömrələrlə “Vatsap” proqramı vasitəsi ilə göndərilən səsli və yazılı mesajlara baxış protokolları ilə, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq olunmuş və sübuta yetirilmişdir. Odur ki, onların əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200- 1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və onlar Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 19-ci bəndində qeyd olunmuşdur ki, “.... Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir”. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200- 1.2.3 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrlə onlara cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, onun və ailəsinin məcburi köçkün olmasını, həmçinin onun yaşlı və ikinci qrup əlil olan ata və anasının, eyni zamanda hərbi xidmətlə əlaqədar olaraq ikinci qrup əlil olan qardaşının da onun himayəsində olmasını, məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, bundan başqa Təqsirləndirilən şəxs1 məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını müvafiq olaraq onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsini müzakirə edərkən onların cəzasını yüngülləşdirən hallarla yanaşı, həmçinin onların cəzasını ağırlaşdıran halların olmamasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, Təqsirləndirilən şəxs2 himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, həmçinin onun yaşlı və ikinci qrup əlil olan ata və anasının, eyni zamanda hərbi xidmətlə əlaqədar olaraq ikinci qrup əlil olan qardaşının da onun himayəsində olmasını, məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, bundan başqa Təqsirləndirilən şəxs1 məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, təqsirləndirilən şəxslərin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə onlara təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, davranışları üzərində nəzarət müvafiq olaraq onların yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayətin xarakterinə görə və həm onların özləri və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə onlara Azərbaycan Respublikası Cinayət 200-1.2.2, 200-1.2.3 maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, qeyd edilməlidir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən hazırki hökm çıxarılan xx.xx.2022-ci il tarixədək, yəni 07 (yeddi) ay 20 (iyirmi) gün müddətində həbsdə olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən hazırki hökm çıxarılan xx.xx.2022-ci il tarixədək, yəni 07 (yeddi) ay 14 (on dörd) gün müddətində həbsdə və ev dustaqlığında olmuşdur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 2 və 2.21-ci bəndlərində göstərilmişdir ki:

2. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin.....: 2.21. Qərarın 25-ci bəndinin birinci abzasında “bir və ya bir neçə növ” sözləri çıxarılsın və aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin: “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Bundan başqa, cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi üzrə Şahid3 mülkiyyətində olan “Daf TE47/2" markalı, 90MG622 dövlət qeydiyyat nişanlı, 2005ci il buraxılışlı yük avtomobili və Təqsirləndirilən şəxs2 mülkiyyətində olan “KOGEL” markalı, 2004-cü il buraxılışlı, 19ZB836 qeydiyyat nişanlı tentli qoşqu maddi sübut kimi tanınaraq Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin dayanacağında saxlanılmış, həmin yük avtomobilinin və qoşqusunun üzərinə həbs qoyulmuşdur. Məhkəmə hesab edir ki, xüsusi müsadirə təqsirləndirilən şəxslərin qanuni əsaslarla əldə etdiyi əmlaklarına, habelə təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilməməlidir. Belə ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquq olmaqla ali insani dəyərləri özündə əks etdirən, demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. İnsan hüquq və əsas azadlıqları haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin tələblərinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Balkanovun Rusiyaya qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin ilk və ən əhəmiyyətli tələbi ondan ibarətdir ki, ictimai hakimiyyətin mülkiyyətdən maneəsiz istifadə hüququna dövlətin hər hansı müdaxiləsi qanuni olmalıdır. Birinci bəndin ikinci cümləsi nəzərdə tutur ki, əmlakdan məhrum etməyə yalnız qanunda nəzərdə tutulan hallarda yol verilir. İkinci bənd isə müəyyən edir ki, dövlət mülkiyyətdən istifadə üzərində “qanunla” icra etmək yolu ilə nəzarəti həyata keçirmək hüququna malikdir. Deməli cəmiyyətin maraqları ilə şəxsiyyətin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa nail olunması məsələsi yalnız o vaxt meydana çıxa bilər ki, şikayət verilən müdaxilə özbaşına olmamaqla qanunilik tələbinə müvafiq olsun. Həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin müddəalarına riayət edilməsi üzərində nəzarət etmək sahəsində onun səlahiyyətləri məhduddur. Milli məhkəmələrin pul vəsaitlərinin müsadirə edilməsinin hüquqi əsaslarını göstərməməsi və milli qanunvericiliyə münasibətdə presedent hüququnun ziddiyyətli olmasına görə Avropa Məhkəməsi hesab etdi ki, işin hallarının mövcud vəziyyətində ərizəçinin özünün hərəkətlərinin nəticəsini nəzərə ala bilməsinin təmini baxımından nəzərdən keçirilən milli qanunvericilik dəqiqliklə müəyyənləşdirilməmişdir. Deməli, mülkiyyət hüququna müdaxilə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından qanuni müdaxilə kimi nəzərdən keçirilə bilməz. Eyni nəticəyə Avropa Məhkəməsi “Qrifrost Fransaya qarşı” işində də gəlmişdir. Qaçaqmalçılıq cinayətinin predmeti olan əşyaların sahibinə qaytarılması məsələsi İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “İsmayılovun Rusiyaya qarşı işi üzrə” xx.xx.2008-ci il tarixli qərarı ilə də müəyyən edilmişdir. Qərarın 37-ci bəndində göstərilir ki, İsmayılovun törətdiyi qaçaqmalçılıq cinayətində cinayətin predmeti olan pullar qanuni yolla əldə edilmişdir və bu vəsaitin ölkəyə gətirilməsi gömrük orqanlarına bəyan edilməsi şərti ilə yol verilən idi. Deməli ona istinad edilən yeganə kriminal davranış aktı həmin əmlakın gömrük orqanına bəyan edilməməsi olmuşdur. Bunları, eləcə də İsmayılov barəsində tətbiq olunmuş müsadirə tətbiqinin zərərə görə maddi kompensasiya kimi çıxış etmədiyini nəzərə alan Avropa Məhkəməsi baxılan işdə ərizəçinin qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmasına sınaq müddəti ilə azadlıqdan məhrum edilmə cəzasına şərti məhkum olunmasına baxmayaraq, məqsədi onu “çəkindirmək, cəzalandırmaq” olan və bu səbəbdən əlavə sanksiya kimi çıxış edən müsadirəyə məruz qaldığını hüquq pozuntusu kimi qeyd etdi və cəza ilə yanaşı müsadirənin də tətbiq edilməsini onun üzərinə ifrat yükün (cəzanın) qoyulması kimi qiymətləndirdi və qaçaqmalçılıq cinayətinin predmeti olan pul vəsaitinin məcburi qaydada dövlət nəfinə alınması ilə onun Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətin müdafiəsi hüququnun pozulması haqqında nəticəyə gəldi. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu da eyni mövqedən çıxış edərək özünün 02 iyun 2016-cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarında göstərmişdir ki, məhkəmələr qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı”iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun həmin qərarında göstərilmişdir ki, nəzərə alınsın ki, təqsirkar şəxsə məxsus nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onun malların və ya digər əşyaların gizlədilməsi üçün xüsusi saxlanc yerləri (malların gizlədilməsi üçün hazırlanmış, eləcə də nəqliyyat vasitələrində eyni məqsədlər üçün əvvəlcədən sökülmə və yığılmaya məruz qalmış konstruktiv tutum və əşyalarla təchiz olunmuş və düzəldilmiş gizli yerlər) ilə təchiz olunması müəyyən edildikdə, həmin nəqliyyat vasitəsi cinayətin törədilməsində istifadə olunmuş alət kimi qiymətləndirilərək CPM-nin 132.1.1-ci maddəsinə və CM-nin 99-1.1-ci maddəsinə əsasən müsadirə olunur. Məhkəmə bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin dayanacağında saxlanılan Şahid3 mülkiyyətində olan “Daf TE47/2" markalı, 90MG622 dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı yük avtomobili və Təqsirləndirilən şəxs2 mülkiyyətində olan “KOGEL” markalı, 2004-cü il buraxılışlı, 19ZB836 qeydiyyat nişanlı tentli qoşqu cinayət yolu ilə əldə olunmadıqlarından, eləcə də həmin nəqliyyat vasitələri malların və ya digər əşyaların gizlədilməsi üçün xüsusi saxlanc yerləri (malların gizlədilməsi üçün hazırlanmış, eləcə də nəqliyyat vasitələrində eyni məqsədlər üçün əvvəlcədən sökülmə və yığılmaya məruz qalmış konstruktiv tutum və əşyalarla təchiz olunmuş və düzəldilmiş gizli yerlər) ilə təchiz olunmadığından xüsusi müsadirə cinayət-hüquqi tədbirinin müsadirə obyekti ola bilməz və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsinin tələbinə əsasən həmin əmlaklar müvafiq olaraq qanuni sahibinə qaytarılmalıdır. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin dayanacağında saxlanılan “Daf TE47/2" markalı, 90MG622 dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı yük avtomobili üzərində olan həbs götürülməklə qanuni sahibi (mülkiyyətçisi) Şahid3, bundan başqa “KOGEL” markalı, 2004-cü il buraxılışlı, 19ZB836 qeydiyyat nişanlı tentli qoşqu isə üzərində olan həbs götürülməklə qanuni sahibi (mülkiyyətçisi) Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. Bundan başqa, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung” markalı mobil telefonlar müvafiq olaraq sahibləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. Göstərilənlərlə yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış pirotexniki vasitələr və dərman vasitələri qanuni sahibini müəyyən etmək mümkün olmadığından, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən həmin pirotexniki vasitələr və dərman vasitələri məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Qeyd edilənlərə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 2 adda “Prednizalon 5 mg" yazılmış hər birində 28 həb olan cəmi 1500 qutu və üzərində “Fosit 4 g" yazılmış 66 flakon olan dərman preparatları (tədqiqata sərf edilmiş hissəsi nəzərə alınmaqla) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilməlidirlər. Bundan başqa, Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 18 adda pirotexniki vasitələr (1344 ədəd üzərində “FireWorks NS-RC-0808" yazılmış, 1440 ədəd üzərində “Roman Candle 0.8 10 shots" yazılmış, 960 ədəd üzərində “Roman Candle 0.8 8 shots" yazılmış, 5760 ədəd üzərində “Red stars With report" yazılmış, 400 ədəd üzərində “FireWork star 16 shot" yazılmış, 480 ədəd üzərində “FireWork star 25 shot" yazılmış fişənglər, 1920 qutu üzərində “Explosive" yazılmış, 400 qutu üzərində “Plastik torpil" yazılmış, 250 qutu üzərində “Srebrna piratka" yazılmış, 1080 qutu üzərində “Leopard power" yazılmış, 2000 qutu üzərində “Big bang" yazılmış, 1000 qutu üzərində “Cracker enigma fire Works" yazılmış, 400 qutu üzərində “Silver chines" yazılmış, 400 qutu üzərində “Tiger Power" yazılmış, 240 qutu üzərində “Korsarka" yazılmış, 4800 ədəd üzərində “Sterminator" yazılmış, 500 qutu üzərində “Zenga" yazılmış, 750 qutu üzərində “Argentinen cracker" yazılmış petar olmaqla pirotexniki vasitələr) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 409,82 (dörd yüz doqquz manat səksən iki qəpik) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin dayanacağında saxlanılan “Daf TE47/2" markalı, 90MG622 dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı yük avtomobili üzərində olan həbs götürülməklə qanuni sahibi (mülkiyyətçisi) Şahid3 qaytarılsın, “KOGEL” markalı, 2004-cü il buraxılışlı, 19ZB836 qeydiyyat nişanlı tentli qoşqu isə üzərində olan həbs götürülməklə qanuni sahibi (mülkiyyətçisi) Təqsirləndirilən şəxs2 qaytarılsın. Bundan başqa, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung” markalı mobil telefonlar müvafiq olaraq sahibləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaytarılsın. Həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 2 adda “Prednizalon 5 mg" yazılmış hər birində 28 həb olan cəmi 1500 qutu və üzərində “Fosit 4 g" yazılmış 66 flakon olan dərman preparatları (tədqiqata sərf edilmiş hissəsi nəzərə alınmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilsin. Eləcə də, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 18 adda pirotexniki vasitələr (1344 ədəd üzərində “FireWorks NS- RC-0808" yazılmış, 1440 ədəd üzərində “Roman Candle 0.8 10 shots" yazılmış, 960 ədəd üzərində “Roman Candle 0.8 8 shots" yazılmış, 5760 ədəd üzərində “Red stars With report" yazılmış, 400 ədəd üzərində “FireWork star 16 shot" yazılmış, 480 ədəd üzərində “FireWork star 25 shot" yazılmış fişənglər, 1920 qutu üzərində “Explosive" yazılmış, 400 qutu üzərində “Plastik torpil" yazılmış, 250 qutu üzərində “Srebrna piratka" yazılmış, 1080 qutu üzərində “Leopard power" yazılmış, 2000 qutu üzərində “Big bang" yazılmış, 1000 qutu üzərində “Cracker enigma fire Works" yazılmış, 400 qutu üzərində “Silver chines" yazılmış, 400 qutu üzərində “Tiger Power" yazılmış, 240 qutu üzərində “Korsarka" yazılmış, 4800 ədəd üzərində “Sterminator" yazılmış, 500 qutu üzərində “Zenga" yazılmış, 750 qutu üzərində “Argentinen cracker" yazılmış petar olmaqla pirotexniki vasitələr) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 409,82 (dörd yüz doqquz manat səksən iki qəpik) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar