Məhkəmə qərarları › İş №1(100)-287/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-287/2025

23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-287/2025 23.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu, Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, ədliyyə müşaviri X20, zərərçəkmiş şəxsin hüquqi varisi X17, müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Tovuz rayonu, Cilovdarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Tovuz rayonu, Yuxarı Öysüzlü kənd Mədəniyyət evinin müdiri vəzifəsində işləmiş, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Tovuz rayonu, Yuxarı Öysüzlü kənd qəbiristanlığında xx.xx.1958-ci ildə anadan olmuş, Tovuz rayonu, Yuxarı Öysüzlü kənd sakini X9 özünə məxsus heyvanları qəbiristanlıq ərazisində otarmasına etiraz edərək əvvəlcə onunla sözlə mübahisə etmiş, mübahisə zamanı ona təhqiramiz ifadələr işlətdiyi üçün sonuncunun da öz növbəsində ona qarşı təhqiramiz ifadələr işlətməsindən sonra aralarında yaranmış mübahisə zamanı Novruz Hacıyevin sağlamlığına qəsdən ağır zərər vurmaq qərarına gəlmiş, bu məqsədlə əvvəlcə Novruz Hacıyevlə əlbəyaxa olub onu yerə yıxaraq yumruq zərbələri ilə qəsdən onun bədəninin müxtəlif nahiyələrinə, o cümlədən baş nahiyyəsinə bir neçə dəfə vurmuş, daha sonra isə ayağa qalxan Novruz Hacıyevin əlindəki çomağı ondan alaraq onunla yenidən əlbəyaxa olub onu yerə yıxmaqla qəsdən sağlamlığına ağır zərər vurmaq niyyəti ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə, o cümlədən bel və sağ qabırğa nahiyyələrinə həmin çomaqla çoxsaylı zərbələr endirərək, Novruz Hacıyevə sağ alın, təpə, gicgah və ənsə paylarının subdural hematoması, eyni zamanda alın, təpə, gicgah və ənsə paylarının subaraxnoidal qanaxması ilə, həmçinin sol almacıq sümüyünün, sol gicgah sümüyünün almacıq çıxıntısının və sol əng sümüyünün ön divarının sınıqları ilə müşayiət edilən sol almacıq-gicgah nahiyəsinin qançır-şişkinliyi, İ bel fəqərəsinin sağ köndələn çıxıntısının xətti sınığı, sağ tərəfli X, Xİ və Xİİ qabırğaların qəlpəli, yerdəyişməli sınığı, sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət edilən döş qəfəsinin arxa səthinin sağ yarısının qançırı kimi dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid, həmçinin hər iki dirsək oynağının, sol kürək nahiyəsinin və sağ diz oynağının sıyrıqları kimi sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə X1 qəsdən ağır zərər vurmuş, nəticədə Novruz Hacıyevin aldığı həmin xəsarətlərdən sağ alın, təpə, gicgah və ənsə paylarının subdural hematoması, həmçinin alın, təpə, gicgah və ənsə paylarının subaraxnoidal qanaxmasından inkişaf edən beyin ödemi nəticəsində 01 iyul 2024-cü il tarixdə saat 07:15 radələrində müalicə olunduğu Tovuz rayon X15 Hüquqi Şəxsdə ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heyvanlari qəbirsanlıqdan çıxaran zaman o qəbirin içində 1 inək olduğunu görmüş,qiraqda zərəçəkmiş şəxs X9 uzandığını görmüşdür. Həmin vaxt ondan inəyin kimin olmasını soruşmuş, Novruz isə inəyin kimin olmasından xəbərinin olmamsını bildirmişdir. Bundan sonra o icra nümayəndəsi Şaqi adlı şəxsə zəng edərək inəklərin yiyələrinə tapşırmasını xahiş etmişdir. Belə ki, həmin inəklər qəbristanlığı dağıtmışlar. O inəyi tutmaq istəyən zaman X14 ona “dəymə mənimkdir” demişdir. O həmin vaxt inəyi tutacağını və dövlətə təhvil verəcəyini demişdir. O deyəndə ki, “mənimkidir” o həmin inəyi yenə də tutmaq istəmiş, o inəyi tutmaq istəyən zaman Novruz əlində ağac parcası ilə onun üzərinə gəlmişdir. X5 ilə təqribən 3 dəqiqə mübahisəsi olmuşdur. Novruz onu vurmaq istəyən zaman o ağac paraçasını əli ilə tutmuş və Novruzun əlindən almaq istəmiş, lakin Novruzun əlindən ağac parçasını ala bilməmişdir. Bundan sonra Novruz ondan uzaqlışmış, uzaqlaşmasının səbəbi isə onun icra nümayəndəsini görməsi olmuşdur. İcra nümayəndəsi həmin əraziyə gəldikdə, Novruza “mən tapşırmışam axı, niyə heyvanları bura salmısız” demişdir. Bundan sonra icra nümayəndəsi Novruza “sabah 09:30-da icra nümayəndəliyində olmasını” bildirmişdir. Sonra Novruz zəng etmiş və telefonda onun qəbirstanlıqdan qovulmasını kiməsə bildirmişdir. Təqribən bir saat sonra o qəbirstanlıqdan getmiş, sonra onlar qəbirstanlıqda səliqə-səhman yartamışlar. Daha sonra Novruz yenidən onun üzərinə gəlmişdir. O qayıtdıqdan sonra su suvarma sistemi olan yerdə su yolu yuduğundan ora çıxaraq yıxılmışdır. Bundan sonra kənd icra nümayəndəliyi onu çağırmış və mərhumun yıxıldığını və ona kömək etməsini xahiş etmiş, o, Novruzu qaldırmaq üçün icra nümayəndəsinə köməklik etmişdir. O həmin yerə çatdıqda Novruzun ailəsi də ora gəlmişdir. O təcili tibbi yardıma zəng etmiş və həmin əraziyə təcili tibbi yardım avtmobili gəlmiş və Novruz xəstəxanaya aparılmıdır. Novruzun bədənində nə əl izi ,nə də başqa hər hansı bir xəsarət olmamışdır. Sadəcə Novruzun əvvəldən xəstəliyi olmuş, Novruzun xəstə olmasını o sonradan bilmişdir. O icra nümayəndəliyində həmin şəxsin kim olmasını bilmişdir. O Novruzu vurmamış, sadəcə olaraq aralarında mübahisələri olmuşdur. Onun yanında heç kəs olmamışdır. Sonradan ona Novruzun qabırqasından xəsarət alması bildirilmişdir. Kiminsə Novruzu vurmasını görməmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, şikayətləri özü yazır, amma oxuya bilmir. Onun əri 7:15-də nəvəsi Fuada zəng etmiş və onu şəhid ailələrinin öldürməsini bildirmişdir. O həmin vaxt Novruzdan nə üstə öldürməklərini soruşmuşdur. O hadisə yerinə çatan zaman o təqsirləndirilən şəxsdən sual olaraq “sənin gülünə dəymişdir deyə soruşmuş, təqsirləndirilən şəxs isə xeyr demişdir və allah şeytana nəhlət eləsin» demişdir. Əri onun qəbrinin üstünə yaxına belə gəlməmişdir. O ora gedən zaman ərinin əynində köynəyinin olmamasını görmüşdür. O həmin vaxt ərinin köynəyinin harda olmasını soruşmuş, cavab olaraq ona ərinin lüt gəlməsini demişlər. O ərinin papaqının harda olmasını soruşmuş, ona papağının da olmamasını demişlər. Daha sonra papaq tapılmışdır. O ora gedən zaman təqsirləndirilən şəxs və onun qardaşını orada görmüşdür. Onun ərinin qolundan tutaraq onu sürüyərək gətirməsinin şahidi olmuşdur. Onun oğlu dərhal taksi sürücüsü Eldar adlı şəxsə zəng etmiş, Eldar ora gəlmişdir. Onun ərinin ölməsindən xəbəri olmamışdır. O ərinin sağ olmasını düşünmüşdür. Hadisə yerində o ərinin kim tərəfindən belə edilməsini soruşmuş, həmin vaxt orada olan şəxslər onun ərinə heç nə etmədiklərini demişlər. Bu iş iki qardaş və kənd soveti tərəfindən edilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ağır cəza verilməsini məhəkəmədən xəhiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, qohumluq və düşmənçəliyi yoxdur. Hadisə olan günü onlar qəbir üstə getmişlər. Orada səs gəlmiş o səs olan tərəfə getmiş, məsafə uzaq olmuş, həmən vaxt Mübarizlə mərumun mübahisə etdiyini görmüşdür. Mübariz mərhuma “sən niyə qəbirstanlıqda heyvan otarırsan” demişdir. Dava- dalaş güclü bir şey olmamışdır. Qəbirin üstündə inək olmuşdur. Mübariz həmin vaxt inəyin kimin olmasını soruşmuş mərhum isə xəbərinin olmamasını demişdir. Bundan sonra Mübariz icra nümayəndəliyinə zəng edərək inəyin götürülməsini və hərbiçiərə təhvil verilməsini demişdir. Həmin vaxt mərhum uzaqdan gələrək inəyin onun olmasını bildirmişdir. Mərhum qaça-qaça gələn zaman yıxılmışdır. Həmin vaxt Mübariz ona “bəs deyirdin sizn deyil” ona görə onların arasında mübahisə olmuşdur. Daha sonra icra nümayəndəliyi gəlmişdir. Həmin vaxt mərhum oğluna zəng edərək şəhid ailəsinin onun üzərinə hücum çəkməsini bildirmişdir. İcra nümayəndəsi gəldikdən sonra onlar həmin yerdən getmişlər. Həmin vaxt mərhum inək və qoyunların götürüb getmişdir. Mərhum ilə onların məsafəsi təqribən 50-60 metr olmuşdur. Onlar orada olan zaman heç bir şey olmamışdır. Sonradan onlara məlum olmuşdur ki, mərhum yıxılmışdır. İş üzrə Şahid1 məhkəmədə qısa ifadə verdiyindən və məhəkəmədə verdiyi ifadə ilə istintqaqda verdiy ifadə arasında ziddiyət olduğundan şahidin istintaq verdiyi ifadəsi tədqiq edilərək elan olunmuşdur. Şahid1 istintqada verdiyi ifadəsində göstərmişdir ki, «….xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində nənəsinin məzarını ziyarət etmək üçün xalası Mahirə ilə birlikdə Yuxarı Öysüzlü kənd qəbirstanlığına getmişlər. Qəbirstanlığa gedəndə orada heç kimi görməmişlər. Nənəsinin məzarının üzərində olarkən olduqları yerdən təxminən 30-40 metr aşağı tərəfdə yüksəkdən kişi səslərinin, yəni səs-küyün gəldiyini eşitmişlər. Nənəsinin məzarının yanından həmin yer görsənmişdir. Xalası ilə biraz qabağa tərəf gedib səs gələn tərəfə baxanda 2 nəfər kişinin yerdə əlbə-yaxa dalaşdıqlarını görmüşlər. Həmin vaxtı kişilərdən biri yerdə arxası üstə yıxılmış digər kişini yumruqla döymüşdür. Xalası ona “ay Emin qoyma öldürəcək” demiş, o da tez yolla deyil qəbirlərin dəmir barmaqlıqlarının üzərindən tullanıb onların yanına getmişdir. Birinci həmin yerə özü çatmışdır. Həmin yerə çatdıqda sonradan adının Mübariz olduğunu bildiyi şəxsin, sonradan adının Novruz olduğunu bildiyi şəxsi yerə yıxaraq sağ əli ilə onun sifət, baş nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirdiyini görüb tez onlara yaxınlaşaraq onları aralamağa çalışmış, Mübarizi aralamağa çalışsa da, o Novruzdan aralanmamış, onları aralayan zaman Mübariz Novruzun sifət nahiyəsinə 3-4 yumruq zərbəsi vurmuş, Novruz Mübarizə xəstə adam olduğunu, onu vurmamağı bildirmiş, bir təhər onları araladıqdan sonra Novruzun sifətinin sol tərəfində, yəni gicgah nahiyyəsində sol almacıq hissədə şişkinlik olduğunu görmüş, həmin dava-dalaş zamanı həmin hissədən xəsarət almışdır. Novruzu kənara çəkmiş, xalası da Mübarizin yanında olmuş, həmin vaxtı Novruzun əynində açıq göy rəngli, səhv etmirsə zolaqlı köynək olmuş, köynəyin arxa tərəfi cırılmışdır. Onları aradıqdan sonra Novruz kiməsə zəng edib şəhid ailəsinin onu döydüyünü bildirmiş, Novruza hətta qohumlarını çağırmasını da bildirmiş, Novruzun belində də sıyrıq xəsarəti olmuşdur. Ancaq həmin nahiyədə qan olmamışdır. Mübariz icra nümayəndəsinin müavini olan Vüsal adlı şəxsə zəng edib qəbirstanlıqda yiyəsiz heyvan otarıldığını bildirdiyini də deyib sonra Vüsala zəng edib harada qaldığını, nəyə görə gəlib çatmadığını demişdir. Həmin vaxtı xalası ilə o da Novruza nəyə görə qəbirstanlıqda heyvan otardığını bildirib ona öz iradlarını bildirmişlər. Həmin yerdə olan məzarlarının birinin içərisində həmin vaxt 1 inək də olmuş, Mübariz Novruza inəyin kimə məxsus olduğunu soruşduqda, Novruz inəyin ona məxsus olmadığını bildirmişdir. Mübariz də ona əgər elədirsə inəyi dövlətə təhvil verəcəyini bildirmişdir. Sonra isə Novruzun üzərinə doğru gedib onun əlindən çomağı güclə alıb onu yerə yıxmışdır. Bu zaman Novruz halsız vəziyyətdə yerdə üzü üstə, yəni əli və dizləri üstə dayanmış, ayağa qalxa bilməmişdir. Mübariz isə Novruzun əlində olan çomağı götürüb həmin çomaqla Novruzun bədəninə, o cümlədən sağ tərəfdən yanına-yanına zərbə ilə vurmuş, həmin vaxtı o, inəyin məzarın içərisinə girməsinin videosunu çəkmişdir. Həmin videoda da Mübarizin Novruzu çomaqla döyməsi görsənmişdir. O videonu dayandırıb onların yanına gedərək Mübarizi Novruzdan çətinliklə aralamışdır. Həmin vaxtı Novruz bir neçə saniyə yerdə huşsuz vəziyyətdə qalmışdır. Sonra özü Novruza köməklik edib onu yerdən qaldırmışdır. Həmin vaxtı Novruzun əynində köynəyi olmamışdır. Onun əynindəki köynəyin hansı şəraitdə əynindən çıxdığını görə bilməmişdir. Onları araladıqdan sonra icra nümayəndəsinin müavini olan Vüsal hadisə yerinə gəlmiş, Vüsal hadisə yerinə gələndə Mübarizlə Novruz yenidən mübahisə etsələr də, Vüsal onları sakitləşdirmişdir. Daha sonra isə Vüsal Novruzu oradan kənarlaşdırmışdır. Onlar da Mübarizin şəhid oğlunun məzarını ziyarət etməyə getmişlər. Mübariz özü onlara şəhid atası olduğunu bildirmişdir. Həmin vaxtı onun adının Mübariz olduğunu bilmişlər. Mübarizin oğlunun məzarını ziyarət etməyə gedəndə Mübarizin qardaşı, sonradan adının Müqabil olduğunu bildiyi şəxsin orada olduğunu görmüşdür. Həmin vaxtı xalası Mahirə Müqabillə sinif yoldaşı olduqlarını xatırlamış, onlar şəhidin məzarının üstündə “Fatihə” surəsi oxumuşlar, daha sonra isə xalası ilə birlikdə çıxıb getmişlər. Hadisədən sonra onlar Tovuz RPŞ-də ilkin izahat verəndə Mübariz şəhid atası olduğu üçün onun əleyhinə izahat verməmək üçün izahatında Mübarizin Novruza hər hansı xəsarət yetirmədiyini, onların dava-dalaşının olmadığını bildirmişdir. Həm də fikirləşmişdir ki, yəqin Novruz sağaldıqdan sonra Mübariz şəhid atası olduğu üçün, eyni zamanda onlar həmkəndli olduqları üçün onların barışacaqlarını zənn etmişdir. Sonradan Novruzun xəstəxanada öldüyünü eşitmişdir. Bundan sonra isə özü-özünə vicdan əzabı çəkmiş və hər şeyi olduğu kimi danışmağı qərara almışdır. Ancaq Novruzun hansı səbəbdən öldüyünü bilmir. Həmçinin hadisə baş verən günün axşamı Mübariz ona zəng edib onu icra nümayəndəliyinin binasına çağırmış, o da ona maşınının olmadığını, piyada gec gələcəyimi bildirmiş, daha sonra Mübariz onun olduğu yeri soruşub bir neçə dəqiqə sonra küçələrinin girişinə özünün idarə etdiyi E-Klass markalı avtomobillə gəlmiş, Mübarizin maşınında oturduqdan sonra Mübariz ona onlar getdikdən sonra Novruzun yerə yıxıldığını, onu xəstəxanaya apardıqlarını bildirmiş və ona Novruzu döyməyi barədə heç kimə heçnə deməməyi tapşırmışdır. Qeyd etdiyi kimi onların sonradan barışacaqlarını fikirləşdiyi üçün bu barədə heç kimə heçnə deməmişdir. Qeyd etdiyim kimi onlar öz qəbirlərinin yanından baxanda Mübarizin Novruzla əlbə-yaxa olduğunu görüb onların yanına qaçaraq getdikdə Mübariz Novruzun sifət, baş nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirirmiş. Mübarizi aralamağa çalışsa da, o Novruzdan aralanmamışdır. Onları aralayanda da Mübariz Novruzun sifət nahiyəsinə 3-4 yumruq zərbəsi vurmuşdur. Onları araladıqdan sonra Novruzun sifətinin sol tərəfində, yəni gicgah nahiyyəsində sol almacıq hissədə şişkinlik olduğunu görmüş, həmin dava-dalaş zamanı həmin hissədən xəsarət almışdır. İkinci dəfə isə o, video çəkəndə Mübariz Novruzu çomaqla döymüşdür. Mübarizin təxminən Novruza çomaqla onu yerə yıxıb belinə 3-4 dəfə zərbə vurduğunu görmüşdür. Həmin vaxtı da onları yenə o aralamışdır. Şahid4 hadisə zamanı X11 hər hansı xəsarət yetirməyib. Müqabil dava-dalaş olanda orada olmayıbdır. X6 almacıq nahiyəsində olan xəsarəti birinci dəfə onları aralamağa gedəndə Mübariz onun baş və sifət nahiyəsinə yumruq zərbələri vuranda alıbdır. Çünki həmin vaxtı onları aralayanda qeyd etdiyi kimi Novruzun sifətinin həmin hissəsində şişkin xəsarət olmuşdur». Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə qohumluq və düşmənçəliyim yoxdur. Onun anası vəfat etmişdir. Axşam radələrində onlar ansının 40 mərasimini verdikdən sonra axşam anasını ziyarət etmək üçün qəbirsanlığa getmişdir. O həmin vaxt telefonda yasin surəsini qoymuş və qulaq asmışdır. Sonra aşağıdan səs gəlməsini eşitmiş, kişinin heyvanı qəbir üstə salmasını görmüşdür. Heyvanın ağzı bağlı olmuş məzaın qabağında isə qoyun sürüsü olmuşdur. Həmin vaxt Mübariz “eyib deyilmi hamının ölüsü var bu heyvanın sənin ölünün yanına salsaq xoşuna gələrmi sözlərini” demişdir. Heyvanı məzar daşının üstündən saldıqdan sonra qapısını bağlamışdır. Sonra Mübariz icra nümayəndəliyinə zəng etmiş və kimisə çağırmışdır. Adam ayaqda dik durmuşdur. Bundan sonra onlar həmin ərazidən getmişlər. O orada döymə və ya öldürmə hadisəsi görməmişdir. O orada bacısı oğlu Emin ilə birgə olmuşdur. İcra nümayəndəliyi ora gələn zaman onlar ordan uzaqlaşmışlar. Mübarizin qardaşını görməmiş, onlar oradan çıxanda 2 nəfər gəlmişdir. O Mübarizi həmin vaxt tanımamışdır. İcra nümayəndəsini üzdən tanımışdır. Mübariz icra nümayəndəliyini çağırmasını bildirmişdir. Həmin vaxt Mübariz icra nümayəndəliyini çağıraraq heyvanın dövlətə təhvil verməsini bildirmişdir. Mərhumun inəyə qarşı qaçan zaman yıxılmasını görmüşdür. Lakin yıxıldıqdan sonra ayaq üstə durmuşdur. Mərhum həmin vaxt telefon ilə danışmışdır. O təqribən orada 10 dəqiqə olmuş, daha sonra nələr olduğundan məlumatsız olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, İyun ayının 27-si, saat 18:49 radələrində o işdən evə gəlmişdir. Mübariz ona zəng etmiş və yüksək səslə qəbirsanlığa gəlməsini istəmişdir. O nə üçün gəlməsini soruşmuş ona “gəl gələndə görəcəksən” demişdir. O qəbirstanlığa getmiş, həmin vaxt Mübarizin qardaşı Qabilin oğlunun qəbir daşının təmizləməsini görmüşdür. O, Qabildən nə olmasını soruşmuş, Qabil isə xəbərsiz olduğunu bildirmişdir. O bir az qabağa getmiş və orada 4 nəfər adamların olduğunu görmüşdür. 1 nəfərin isə paltarının olmamasını görmüşdür. Bir az başqa şeylər başa düşmüş və yaxına gedəndə yaşlı adamların olmasını görmüşdür. Həmin vaxt Novruzun Mübarizlə sözlə mübahisə etdiyni görmüş, Mübariz Novruza “sən bura məzarın içinə heyvan salmısan” demiş Novruz isə “mən salmamışam”demişdir. O onların hər ikisini sakitləşdirmişdir. Daha sonra o Novruza heyvanın aparılmsını və yoldaşı ilə icra nümayəndəliyinə yaxınlaşmasını bildirmişdir. Bundan sonra Novruz heyvanı çıxarmış və onlardan uzaqlaşmışdır. Bunda sonra o Zenfiraya zəng etmiş və Novruzun evə çağrılmasını istəmişdir. Həmin vaxt Zenfiranın mobil telefonu Novruzda olmuş və zəngə Novruz cavab vermişdir. O dava-dalaş olmasın deyə Novruzu yola saldıqdan sonra orada bir az gözləmişdir. Daha sonra Novruz geri qayıtmış və o Novruza onun avtomobilinə əyləşməsini və onu evə aparmaığını təklif etmişdir. Novruz isə cavabında özünün getməsini bildirmişdir. O Novruzun yavaş-yavaş uzaqlaşmasını görmüş və həmin vaxt Novruzun yerişinin itirməsini görmüşdür. Novruz 4-5 addım atdıqdan sonra yerə yıxılmışdır. O dərhal ora qaçmış onun arxası ilə Mübariz gəlmişdir. Təxminən 1-2 dəqiqə sonra Novruzun ailəsi həmin əraziyə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onlar uşaqlarını ziyarət etmək üçün qəbristanlığa getmişlər. Qardaşı orada 5-6 heyvan görmüş və heyvanları oradan çıxarmışdır. Novruzla Mübarizin arasında mübahisə olmasının şahidi olmamışdır. Onun qardaşı icra nümayəndəsini çağırmış və icr nümayəndəsi Vüsal müəllim ora gəlmişdir. Onlar qəbir üstünə bayraq bağlayan zaman Rövşən müəllim ağsaqqalın yıxılmasını demişdir. Həmin yerə o və qardaşı getmişdir. O ora çatdıqdan sonra mərhumun ailə üzvüləri həmin yerə gəlmişlər. Bundan sonra o kənarlaşıb qıraqda durmuşdur. O mabhisə zamanı qardaşından aralıda olmuşdur. O qəbristanlıqda olan su çənindən uşaqların gülləri üçün su daşımışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o evdən Novruza zəng etmişdir. Novruz ona onu döymələrini və onun gəlməsini istəmişdir. O isə həmin yerə gəlmiş, həmin vaxt həmin yerdə arvadı və oğlu olmuşdur. Həmçinin Mübariz , onun qardaşı və icra nümayəndəsi Vüsal müəllim də orada olmuşlar. Həmçinin orada təcili tibbi yardım avtomobili olmuş, onlar Novruzu xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, atasi evə zəng etmiş, onu şəhid ailələrinin döyməsini bildirilmişdir. O atasından harda olmasını soruşmuş, atasi ona yuxarıdan heyvanları otarıb gətirməsini, qəbirstanlığın arasında olan yolda olmasını demişdir. O taksi çağırmış və həmin yerə getmişdir. Bundan sonra onlar tez çatmaq üçün taksinin qabağına getmişlər. Onlar ora çatdıqda təqsirləndirilən şəxs və onun qardaşının atasını sürüyərək gətirməsini görümüşlər. Həmin vaxt atasının dili qatlanmışdır. O bunun kimin etməsini soruşmuş, orada olan şəxslər onlar tərəfindən edilmədiyini bildirmişlər. Həmin vaxt orada olan şəxslər ona “buda bizim yaxşılığımızdırmı araqdan içib orada yatmışdır” kimi sözlər demişdir. O atasının dilini çıxarmış, təcil tibbi yardım və polisə zəng etmişdir. Həmin vaxt atası xırıldamışdır. Onlar atasını Gəncə şəhərinə gətirmişlər. Orada olan zaman təqsirləndirilən şəxs heyvan satacağını bildirmişdir. Qohumlar öz aralarında 4.000 min manat pul düzəltmişlər. Təqsirləndirilən tərəf onlara kömək etməyi vəd etsələr də, lakin kömək etməmişlər. Müayinə zamanı atasında xəsarətlər aşkar edilmişdir. Pulları olmadığı üçün onlar məcburi atasını Tovuz rayonuna qaytarmışlar. Məhkəmədə tədqiq edilmiş 04 iyul 2024-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Tovuz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 iyul 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilmiş “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu bir daha Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə zamanı Novruz Hacıyevə yumruqla və çomaqla bədəninin müxtəlif nahiyələrinə, o cümlədən baş nahiyəsinə və bel nahiyyəsinə bədən xəsarətləri yetirdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş “üzləşdirmə” protokolundan görünür ki,Şahid1 vermiş olduğu ifadəsinin düzgünlüyünü müəyyən edib dəqiqləşdirmək məqsədilə videoçəkilişdən istifadə etməklə 06 iyul 2024-cü il tarixdə ifadəsi yerində yoxlanarkən o, hadisə zamanı Təqsirləndirilən şəxs Novruz Hacıyevə hansı şəraitdə xəsarətlər yetirməsini, harada yetirməsini, yəni Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsinin yerini və şəraitini göstərmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X16 Publik Hüquqi şəxsin Tovuz rayon şöbəsinin zərərçəkmiş şəxs X9 (canlı şəxs) məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 526 saylı tibbi rəyindən görünür ki, X9 bədənində aşkar edilmiş xəsarətlər-sağ alın, təpə, gicgah və ənsə paylarının subdural hematoması, eyni zamanda alın, təpə, gicgah və ənsə paylarının subaraxnoidal qanaması ilə həmçinin sol almacıq sümüyünün, sol gicgah sümüyünün almacıq çıxıntısının və sol əng sümüyünün ön divarının sınıqları ilə müşayiət edilən sol almacıq-gicgah nahiyəsinin qançır-şişkinliyi; bel fəqərəsinin sağ köndələn çıxıntısının xətti sınığı; sağ tərəfli Vİİİ, İX, X qabırğaların sınığı ilə müşayiət edilən döş qəfəsinin arxa səthinin sağ yarısının qançırı; hər iki dirsək oynağının, sol kürək nahiyəsinin və sağ diz oynağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X9 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni həm insan bədəninin hissələri (yumruq, təpik və s.) və digər küt əşyalar ilə endirilmiş zərbələrin təsiri, həm də N.M.Hacıyevin yıxılması, yerdə sürünməsi və s nəticəsində əmələ gəlməsi istisna edilmir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X16 Publik Hüquqi şəxsin Tovuz rayon şöbəsinin mərhum X9 meyitinin məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 24 saylı rəyindən görünür ki, X9 meyiti üzərində sağ alın, təpə, gicgah və ənsə paylarının subdural hematoması, eyni zamanda alın, təpə, gicgah və ənsə paylarının subaraxnoidal qanaxması ilə, həmçinin sol almacıq sümüyünün, sol gicgah sümüyünün almacıq çıxıntısının və sol əng sümüyünün ön divarının sınıqları ilə müşayiət edilən sol almacıq-gicgah nahiyəsinin qançır-şişkinliyi, İ bel fəqərəsinin sağ köndələn çıxıntısının xətti sınığı, sağ tərəfli X, Xİ və Xİİ qabırğaların qəlpəli, yerdəyişməli sınığı, həmçinin sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət edilən döş qəfəsinin arxa səthinin sağ yarısının qançırı, hər iki dirsək oynağının, sol kürək nahiyəsinin və sağ diz oynağının sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, həyatidirlər, N.M.Hacıyevin ölümündən 3-5 gün əvvəl yəni, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir, ölümlə bir başa səbəbli əlaqələri vardır. Həmin xəsarətlərdən sağ alın, təpə, gicgah və ənsə paylarının subdural hematoması, eyni zamanda alın, təpə, gicgah və ənsə paylarının subaraxnoidal qanaxması ilə, həmçinin sol almacıq sümüyünün, sol gicgah sümüyünün almacıq çıxıntısının və sol əng sümüyünün ön divarının sınıqları ilə müşayiət edilən sol almacıqgicgah nahiyəsinin qançır-şişkinliyi və bel fəqərəsinin sağ köndələn çıxıntısının xətti sınığı, sağ tərəfli X, Xİ və Xİİ qabırğaların qəlpəli, yerdəyişməli sınığı, həmçinin sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət edilən döş qəfəsinin arxa səthinin sağ yarısının qançırı dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərdən sağ alın, təpə, gicgah və ənsə paylarının subdural hematoması, eyni zamanda alın, təpə, gicgah və ənsə paylarının subaraxnoidal qanaxması ilə, həmçinin sol almacıq sümüyünün, sol gicgah sümüyünün almacıq çıxıntısının və sol əng sümüyünün ön divarının sınıqları ilə müşayiət edilən sol almacıqgicgah nahiyəsinin qançır-şişkinliyi xəsarəti insan bədəninin hissələri (yumruq, təpik və s) ilə endirilmiş zərbənin təsiri, İ bel fəqərəsinin sağ köndələn çıxıntısının xətti sınığı, sağ tərəfli X, Xİ və Xİİ qabırğaların qəlpəli, yerdəyişməli sınığı, həmçinin sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət edilən döş qəfəsinin arxa səthinin sağ yarısının qançırı xəsarəti isə bərk küt əşya (əşyalar) ilə endirilmiş zərbənin təsiri nəticəsində əmələ gəlməyə uyğun gəlir, hər iki dirsək oynağının, sol kürək nahiyəsinin və sağ diz oynağının sıyrıqları xəsarətləri isə N.M.Hacıyevin yıxılması, yerin bərk səthində sürünməsi və s. nəticəsində əmələ gələ bilərdi. X9 ölümünə sağ alın, təpə, gicgah və ənsə paylarının subdural hematoması, həmçinin alın, təpə, gicgah və ənsə paylarının subaraxnoidal qanaxması nəticəsində inkişaf edən beyin ödemi olmuşdur. X9 ölümü Tovuz RMX-nın Reanimasiya şöbəsində xx.xx.2024-cü il tarixdə saat 07:15-də baş vermişdir. X9 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və digər güclü təsirə malik maddələr aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X16 Publik Hüquqi şəxsin Tovuz rayon şöbəsinin mərhum X9 meyitinin məhkəmə-tibbi ekspertizasına dair xx.xx.2024-cü il tarixli 02 saylı əlavə rəyindən görünür ki, X9 meyiti üzərində sağ alın, təpə, gicgah və ənsə paylarının subdural hematoması, eyni zamanda alın, təpə, gicgah və ənsə paylarının subaraxnoidal qanaxması ilə, həmçinin sol almacıq sümüyünün, sol gicgah sümüyünün almacıq çıxıntısının və sol əng sümüyünün ön divarının sınıqları ilə müşayiət edilən sol almacıq-gicgah nahiyəsinin qançır-şişkinliyi, İ bel fəqərəsinin sağ köndələn çıxıntısının xətti sınığı, sağ tərəfli X, Xİ və Xİİ qabırğaların qəlpəli, yerdəyişməli sınığı, həmçinin sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət edilən döş qəfəsinin arxa səthinin sağ yarısının qançırı, hər iki dirsək oynağının, sol kürək nahiyəsinin və sağ diz oynağının sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, həyatidirlər, N.M.Hacıyevin ölümündən 3-5 gün əvvəl yəni, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir, ölümlə bir başa səbəbli əlaqələri vardır. Həmin xəsarətlərdən sağ alın, təpə, gicgah və ənsə paylarının subdural hematoması, eyni zamanda alın, təpə, gicgah və ənsə paylarının subaraxnoidal qanaxması ilə, həmçinin sol almacıq sümüyünün, sol gicgah sümüyünün almacıq çıxıntısının və sol əng sümüyünün ön divarının sınıqları ilə müşayiət edilən sol almacıqgicgah nahiyəsinin qançır-şişkinliyi və bel fəqərəsinin sağ köndələn çıxıntısının xətti sınığı, sağ tərəfli X, Xİ və Xİİ qabırğaların qəlpəli, yerdəyişməli sınığı, həmçinin sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət edilən döş qəfəsinin arxa səthinin sağ yarısının qançırı dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərdən sağ alın, təpə, gicgah və ənsə paylarının subdural hematoması, eyni zamanda alın, təpə, gicgah və ənsə paylarının subaraxnoidal qanaxması ilə, həmçinin sol almacıq sümüyünün, sol gicgah sümüyünün almacıq çıxıntısının və sol əng sümüyünün ön divarının sınıqları ilə müşayiət edilən sol almacıqgicgah nahiyəsinin qançır-şişkinliyi xəsarəti insan bədəninin hissələri (yumruq, təpik və s) ilə endirilmiş zərbənin təsiri, İ bel fəqərəsinin sağ köndələn çıxıntısının xətti sınığı, sağ tərəfli X, Xİ və Xİİ qabırğaların qəlpəli, yerdəyişməli sınığı, həmçinin sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət edilən döş qəfəsinin arxa səthinin sağ yarısının qançırı xəsarəti isə bərk küt əşya (əşyalar), eləcə də ekspertizaya təqdim edilmiş çomaqla (ağac parçası) ilə endirilmiş zərbənin təsiri nəticəsində əmələ gəlməyə uyğun gəlir, hər iki dirsək oynağının, sol kürək nahiyəsinin və sağ diz oynağının sıyrıqları xəsarətləri isə N.M.Hacıyevin yıxılması, yerin bərk səthində sürünməsi və s. nəticəsində əmələ gələ bilərdi. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 24 saylı rəyindən görünür ki, X9 meyiti üzərində aşkar edilmiş xəsarətlərdən sağ alın, təpə, gicgah və ənsə paylarının subdural hematoması, eyni zamanda alın, təpə, gicgah və ənsə paylarının subaraxnoidal qanaxması ilə, həmçinin sol almacıq sümüyünün, sol gicgah sümüyünün almacıq çıxıntısının və sol əng sümüyünün ön divarının sınıqları ilə müşayiət edilən sol almacıq-gicgah nahiyəsinin qançır-şişkinliyi xəsarəti çox güman ki, onun tərəfindən Novruz Hacıyevə yumruq zərbəsinin vurulması nəticəsində əmələ gəlmişdir. Məhz həmin xəsarət onun ölümünə səbəb olubdur. X9 meyiti üzərində aşkar edilmiş İ bel fəqərəsinin sağ köndələn çıxıntısının xətti sınığı, sağ tərəfli X, Xİ və Xİİ qabırğaların qəlpəli, yerdəyişməli sınığı, həmçinin sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət edilən döş qəfəsinin arxa səthinin sağ yarısının qançırı xəsarəti ilə bağlı isə hər hansı fikri yoxdur. Məhkəmədə tədqiq edilmiş götürmə aparılması haqqında 02 iyul 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X9 oğlu Şahid6 təqdim etdiyi xx.xx.2024-cü il tarixdə hadisə zamanı atası X9 əynində olmuş 01 ədəd hərbi geyim forması hesab edilən şalvar və atasının heyvan otaran zaman istifadə etdiyi 01 ədəd çomaq götürülmüş və tədqiqata təqdim edilmişdir. Məhkəmədə tədqiq edilmiş götürmə aparılması haqqında 05 iyul 2024-cü il tarixli protokoldan görünür ki, şahid qismində dindirilmiş X8 təqdim etdiyi xx.xx.2024-cü il tarixdə hadisə zamanı atası Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd boz rəngli qısaqol köynək və 01 ədəd göy rəngli şalvar götürülmüş və tədqiqata təqdim edilmişdir. Məhkəmədə tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/3914 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, Şahid4 və X11 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Şahid4 və X11 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Şahid4 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs və X11 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş X11 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs və Şahid4 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının 30 avqust 2024-cü il tarixli 3-16-16/2-3/1226, 3/1227 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd taxta predmet əldə düzəltmə üsulla hazırlanmış, təsərrüfat-məişət təyinatlı alətdirağac parçasıdır, soyuq silah hesab edilmir, üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş geyim əşyaları üzərində hər hansı bir trasoloji zədə aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 510/2024-MTBŞ saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X9 ABO sistemi üzrə qrup göstəricisi:A( 11) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(1) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. Şahid4 ABO sistemi üzrə qrup göstəricisi: 0(1) /şəxsisvət vəsiqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilmiş Novruz Hacıyevin şalvarı, Təqsirləndirilən şəxs məxsus bir ədəd qısaqol köynək və şalvar, Şahid4 məxsus bir ədəd qısaqol köynək və şalvar, bir ədəd çomaq üzərində qan, hadisə yerindən götürülmüş bir ədəd kepka üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 30 iyul 2024-cü il tarixli, 536 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi dövrdə hər hansı ruhi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs cinayət törədərkən ruhi xəstəlik keçirmədiyindən o, öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnın 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda ruhi xəstəlik keçirmir və bu səbəbdən öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının 30 iyul 2024-cü il tarixli, 536 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, törətdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi və hazırki ekspertiza zamanı da anlayır. Təqsirləndirilən şəxs tərəfindən edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra qorxmuş və həyəcanlı psixi-emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olan gerilik əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs uydurmağa, yalan danışmağa meyilli deyildir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmənarkoloji ekspertizasının 03 sentyabr 2024-cü il tarixli, 1476 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş Tovuz RPŞ-dən daxil olmuş 02 avqust 2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Tovuz rayonu, Yuxarı Öysüzlü kənd qəbirstanlığında xx.xx.1958-ci ildə anadan olmuş, Tovuz rayonu, Yuxarı Öysüzlü kənd sakini X14 ilə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arasında Novruz Hacıyevin özünə məxsus heyvanları qəbirstanlıq ərazisində otarması səbəbindən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Novruz Hacıyevlə əlbəyaxa olub ona yumruqla və Novruz Hacıyevin əlində olan çomağı onun əlindən alaraq həmin çomaqla onun baş və bədən nahiyəsinə çoxsaylı zərbələr endirmiş, nəticədə Novruz Hacıyev aldığı həmin xəsarətlərdən 01 iyul 2024-cü il tarixdə saat 07:15 radələrində müalicə olunduğu Tovuz rayon X15 Hüquqi Şəxsdə vəfat etmişdir. Baş vermiş hadisə zamanı hadisənin bilavasitə şahidləri Tovuz rayonu, Yuxarı Öysiizlü kəndində anadan olmuş, Bakı şəhərində yaşayan Şahid2 qızı və Şahid1 olmuşlar. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə X14 ilə Şahid4 arasında hər hansı narazılıq və münaqişənin olması müəyyən edilməmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində X9 meyitinin daxili müayinəsi zamanı meyitin bədənində aşkar edilmiş döş qəfəsinin arxa səthində sağ yarıda 10-cu, 11-ci, 12-ci qabırğaların sınığı xəsarətlərinin Təqsirləndirilən şəxs çomaqla endirdiyi zərbələr nəticəsində, sol almacıq-gicgah nahiyəsinin sol almacıq qövsünün sınığı xəsarətlərinin isə Təqsirləndirilən şəxs tərəfindən yumruqla endirilmiş zərbələr nəticəsində yaranması müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış zamanı xx.xx.2024-cü il tarixli protokolla götürülmüş 01 ədəd zərfdə kül nümunələri və X11 məxsus 01 ədəd kişi papağı, 02 iyul 2024-cü il tarixli qərar əsasında götürülmüş hadisə zamanı zərərçəkmiş şəxs X9 əynində olmuş 01 ədəd hərbi geyim forması hesab edilən şalvar və sonuncunun heyvan otaran zaman istifadə etdiyi 01 ədəd çomaq, 05 iyul 2024-cü il tarixli qərar əsasında götürülmüş hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd boz rəngli qısaqol köynək və 01 ədəd göy rəngli şalvar cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası “X4 X10”ndan çıxarışdan görünür ki,Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğu barədə məlumat yoxdur. Məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 132110 saylı “Ölüm haqqında şəhdətnamədən” görünür ki, X12 xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində qəlpələrlə zədələnmələr nəticəsində “Şuşa” şəhərində vəfat etmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Medalının vəsiqəsi İ-9248, İ- 4196, İ-18304, İ-25208, İ-10368 vəsiqələrindən görünür ki, X2 azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Şuşanın azad olunmasına görə, Vətən uğrunda, Cəsur döyüşcü medalı ilə ölümündən sonra təltif olunmuşdur. Məhkəmədə tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 2097 nömrəli vəsiqədən görünür ki, X12 ölümündən sonra “Sücaətə” görə medalı ilə təltif edilmişdir. Məhəkəmə təqsirləndirilən şəxsin zərəçəkmiş şəxsi vurmaması və ona xəsarət yetirməməsi, sadəcə aralarında mübahisə olması ilə bağlı ifadəsinə tənqidi yanaşaraq işin faktiki hallarına uyğyn olmadığından və şahidlərin ifadələri, zərəçəkmiş şəxsin hüquqi varisin ifadəsi, ekspertiza rəyləri, üzləşdirmə protokolları və digər sübutlarla təkzib edildiyindən həmin ifadəni inandırıcı hesab etməyib özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Belə ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması cinayət işinin istintaqı zamanı toplanmış mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının CM-nin 126.3-cü maddəsinin dispozisiyasında göstərilmişdir ki, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan şərərçəkmiş şəxsin ölümünə səbəb olduqda bu cinayət əməli sayılır. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, qəsdən sağlamlığa ağır zərər qurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir. Onun əməlinin ilkin nəticəsi məhz CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş əlamətlərdən biri üzrə müəyyən edilən sağlamlığa vurulmuş ağır zərərdir. Baş vermiş ölüm isə artıq sağlamlığa vurulmuş ağır zərərin nəticəsidir. Bu isə o deməkdir ki, əməlin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməsi üçün ilk əvvəl əməldə CM-nin 126.1 və ya 126.2-ci maddələrinin tərkib əlamətləri olmalı, daha şonra isə qeyd edilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmalıdır. Yəni sağlamlığa vurulmuş ağır zərərlə baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqə olmalıdır. Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir, obyektiv çəhəti isə başqa şəxsin sağlamlığına ağır zərər vurulmasından ibarətdir. Məhkəmə hesab edir ki,baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X14 ilə əlbəyaxa olub onu yerə yıxaraq yumruq zərbələri ilə qəsdən onun bədəninin müxtəlif nahiyələrinə, o cümlədən baş nahiyyəsinə bir neçə dəfə vurması, daha sonra isə ayağa qalxan Novruz Hacıyevin əlindəki çomağı ondan alaraq onunla yenidən əlbəyaxa olub onu yerə yıxmaqla qəsdən sağlamlığına ağır zərər vurmaq niyyəti ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə, o cümlədən bel və sağ qabırğa nahiyyələrinə həmin çomaqla çoxsaylı zərbələr endirərək, Novruz Hacıyevə sağ alın, təpə, gicgah və ənsə paylarının subdural hematoması, eyni zamanda alın, təpə, gicgah və ənsə paylarının subaraxnoidal qanaxması ilə, həmçinin sol almacıq sümüyünün, 501 gicgah sümüyünün almacıq çıxıntısının və sol əng sümüyünün ön divarının sınıqları ilə müşayiət edilən sol almacıq-gicgah nahiyəsinin qançır-şişkınliyi, T beј fəqərəsinin sağ köndələn çıxıntısının xətti sınığı, sağ tərəfli X, Xİ və XP qabırğaların qəlpəli, yerdəyişməli sınığı, sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət edilən döş qəfəsinin arxa səthinin sağ yarısının qançırı kimi dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid, həmçinin hər iki dirsək oynağının, sol kürək nahiyəsinin və sağ diz oynağının sıyrıqları kimi sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə X1 qəsdən ağır Zərər vurması, nəticədə Novruz Hacıyevin aldığı həmin xəsarətlərdən sağ alın, təpə, gicgah və ənsə paylarının subdural hematoması, həmçinin alın, təpə, gicgah və ənsə paylarının subaraxnoidal qanaxmasından inkişaf edən beyin ödemi nəticəsində 01 iyul 2024-cü il tarixdə saat 07:15 radələrində müalicə olunduğu Tovuz rayon X15 Hüquqi Şəxsdə ehtiyatsızlıqdan ölümünə səbəb olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə onun oğlunun İkinci Qarabağ müharibəsində şəhid olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədimiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. İş üzrə maddi sübutlar- Tovuz rayon prokurorluğunda saxlanılan 01 ədəd zərfdə kül nümunələri, heyvan otaran zaman istifadə etdiyi 01 ədəd çomaq məhv edilməli, X11 məxsus 01 ədəd kişi papağı, zərərçəkmiş şəxs X9 əynində olmuş 01 ədəd hərbi geyim forması hesab edilən şalvar zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı imtina etdikdə məhv edilməldir. Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd boz rəngli qısaqol köynək və 01 ədəd göy rəngli şalvar ona qaytarılmalı, imtina etdikdə məhv edilməldir. İş üzrə 331 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının CM-nin 126.3-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar- Tovuz rayon prokurorluğunda saxlanılan 01 ədəd zərfdə kül nümunələri, heyvan otaran zaman istifadə etdiyi 01 ədəd çomaq məhv edilməli, X11 məxsus 01 ədəd kişi papağı, zərərçəkmiş şəxs X9 əynində olmuş 01 ədəd hərbi geyim forması hesab edilən şalvar zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarısın, imtina etdikdə məhv edilsin. Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd boz rəngli qısaqol köynək və 01 ədəd göy rəngli şalvar ona qaytarısın, imtina etdikdə məhv edilsin İş üzrə 331 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar