Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-288/2023 20.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X16 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ağstafa rayonu, Yuxarı Göycəli kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,340 qram, 0,358 qram, 0,434 qram, 0,370 qram, 0,338 qram, 0,384 qram, 0,358 qram, 0,339 qram, 0,379 qram, 0,408 qram, 0,339 qram, 0,374 qram, 0,336 qram, 0,354 qram, 0,320 qram, 0,367 qram, 0,321 qram, 0,336 qram, 0,362 qram, 0,307 qram və 0,330 qram olmaqla bir ədəd dairəvi formalı plastik qabın içərisində şəffaf rəngli sellofan bükümdə qablaşdırılmış, ümumi təmiz çəkisi 7,454 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ayrı-ayrılıqda təmiz çəkiləri 0,109 qram, 0,112 qram, 0,201 qram, 0,250 qram, 0,138 qram, 0,346 qram, 0,354 qram, 0,393 qram, 0,350 qram, 0,457 qram, 0,441 qram, 0,433 qram, 0,405 qram, 0,328 qram, 0,436 qram, 0,368 qram, 0,350 qram, 0,402 qram, 0,451 qram, 0,402 qram, 0,386 qram, 0,370 qram, 0,364 qram, 0,343 qram, 0,364 qram, 0,378 qram, 0,420 qram, 0,384 qram, 0,433 qram, 0,374 qram, 0,403 qram, 0,379 qram, 0,388 qram, 0,396 qram, 0,440 qram, 0,368 qram, 0,351 qram, 0,396 qram, 0,387 qram, 0,382 qram, 0,375 qram, 0,368 qram, 0,383 qram, 0,372 qram, 0,359 qram, 0,368 qram, 0,369 qram, 0,344 qram, 0,380 qram və 0,431 qram olmaqla 5 (beş) ədəd göy rəngli kağız bükümdə və 45 (qırx beş) ədəd sellofan bükümlərdə qablaşdırılmış, ümumi təmiz çəkisi 18,181 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib tanışı Şahid1 Eldar oğlunun idarə etdiyi “NAZ LİFAN” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində yerləşən 01 ədəd ağ rəngli su qızdırıcı qurğunun içərisində saxlamış və daşımış, 12 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Şahid1 Eldar oğlunun idarə etdiyi “NAZ LİFAN” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağstafa rayonu, Yuxarı Göycəli kəndi ərazisində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin duracağında Şahid1 Eldar oğlunun idarə etdiyi “NAZ LİFAN” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilin arxa yük yerində yerləşən 01 ədəd ağ rəngli su qızdırıcı qurğunun içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,340 qram, 0,358 qram, 0,434 qram, 0,370 qram, 0,338 qram, 0,384 qram, 0,358 qram, 0,339 qram, 0,379 qram, 0,408 qram, 0,339 qram, 0,374 qram, 0,336 qram, 0,354 qram, 0,320 qram, 0,367 qram, 0,321 qram, 0,336 qram, 0,362 qram, 0,307 qram və 0,330 qram olmaqla bir ədəd dairəvi formalı plastik qabın içərisində şəffaf rəngli sellofan bükümdə qablaşdırılmış, ümumi təmiz çəkisi 7,454 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 0,109 qram, 0,112 qram, 0,201 qram, 0,250 qram, 0,138 qram, 0,346 qram, 0,354 qram, 0,393 qram, 0,350 qram, 0,457 qram, 0,441 qram, 0,433 qram, 0,405 qram, 0,328 qram, 0,436 qram, 0,368 qram, 0,350 qram, 0,402 qram, 0,451 qram, 0,402 qram, 0,386 qram, 0,370 qram, 0,364 qram, 0,343 qram, 0,364 qram, 0,378 qram, 0,420 qram, 0,384 qram, 0,433 qram, 0,374 qram, 0,403 qram, 0,379 qram, 0,388 qram, 0,396 qram, 0,440 qram, 0,368 qram, 0,351 qram, 0,396 qram, 0,387 qram, 0,382 qram, 0,375 qram, 0,368 qram, 0,383 qram, 0,372 qram, 0,359 qram, 0,368 qram, 0,369 qram, 0,344 qram, 0,380 qram və 0,431 qram olmaqla 5 (beş) ədəd göy rəngli kağız bükümdə və 45 (qırx beş) ədəd sellofan bükümlərdə olmaqla qablaşdırılmış, ümumi təmiz çəkisi 18,181 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən narkotik vasitə istifadə edir və şəxsi istifadəsi üçün narkotik vasitələri hazırda xatırlamadığı müxtəlif şəxslərdən qanunsuz olaraq əldə etmişdir. O, müxtəlif yollarla əldə etdiyi narkotik vasitələri yalnız çəkərək qəbul etmişdir. Şahid1 Eldar oğlu ilə uzun müddətdir bir tanış və qonşu kimi münasibəti olmuşdur. 08 sentyabr 2022-ci il tarixdə Şahid1 məxsus “NAZ LİFAN” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ailə üzvləri olan həyat yoldaşı X13, iki azyaşlı övladları Ömür və Onur Musayevlər ilə birlikdə Ağstafa rayonu, Göycəli kəndindən çıxaraq Bakı şəhərinə getmişlər. Şahid1lə birlikdə bir neçə gün Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən özünə məxsus yaşadığı evdə qalmışlar. 12 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində Şahid1 məxsus “NAZ LİFAN” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sonuncu ilə birlikdə Bakı şəhərindən Gəncə şəhərinə qayıtmışlar. Bakı şəhərində olarkən o, Binəqədi rayonunda yerləşən kirayə yaşadığı evdən bir ədəd kombi radiatoru kimi bilinən istilik qurğusunu və bir ədəd pitiminutka adlanan su qızdırıcını götürərək Şahid1 avtomobilinin yük yerinə yerləşdirmişdir. O, qarşıdan qış ayları gəldiyi üçün havaların soyuq keçməsi səbəbindən həmin əşyaları valideynlərinin istilik şəraitini təmin etmək üçün aparmışdır. Həmin gün onun Gəncə şəhərində apellyasiya məhkəməsi olmuşdur. Buna görə də o, həmin məhkəmə iclasında iştirak etmək üçün Bakı şəhərindən Gəncə şəhərinə geri qayıtmış, saat təxminən 17 radələrində Gəncə şəhərində işlərini yekunlaşdırıb Şahid1lə birlikdə Ağstafa rayonu, Yuxarı Göycəli kəndində yaşayan valideynlərinə baş çəkməyə getmiş və saat 19 radələrində həmin kəndə çatmışlar. Kəndə çatan kimi üç nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını bildirib onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və narkotik vasitə satmaqda şübhəli olduğunu demişlər. Daha sonra polis əməkdaşlarının dəvəti ilə o və Şahid1 “NAZ LİFAN” markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz RPŞ-nə getmişlər. Tovuz RPŞ-nin inzibati binasında müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin qanunla istifadəsi və saxlanması qadağan olunan hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları Şahid1 razılığı ilə sonuncuya məxsus “NAZ LİFAN” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmişlər. Baxış zamanı qeyd olunan avtomobilin arxa yük yerində olan ona məxsus su qızdırıcı aparatın içərisindən ağ rəngli sellofana bükülmüş halda çoxlu sayda, ayrı-ayrı bükümlərdə olmaqla kütlə aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitələrə polis əməkdaşları tərəfindən açılaraq baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. O, avtomobilin yük yerində olan su qızdırıcı aparatının və kombi radiatorun ona məxsus olduğunu bildirsə də, həmin su qızdırıcısının içərisindən aşkar olunaraq götürülmüş bükümlərdə olan kütlələr barəsində hər hansı bir məlumatının olmadığını demişdir. Onun 2022-ci ilin avqust və sentyabr ayları dövründə istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 məxsus avtomobilin yük yerindəki su qızdırıcısı və radiator ona məxsus olsa da, su qızdırıcısının içərisindən aşkar olunmuş çoxlu sayda narkotik vasitələr və psixotrop maddələr ona məxsus olmamış, o, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, hadisə günü Bakı şəhərindən birbaşa Gəncə şəhərinə gəlmiş, apellyasiya məhkəməsində prosesdə iştirak etmiş və prosesə girən zaman Şahid1 də onunla birlikdə prosesə girmiş, daha sonra onlar Ağstafa rayonu, Göycəli kəndinə getmişlər. Ona görə də Bakı şəhərindən Ağstafa rayonu Göycəli kəndinə qədər başqa hər hansı bir yerdə dayanmamışlar. Yol boyu da birlikdə olduqları üçün Şahid1 idarə etdiyi avtomobildə tək qalmağa imkanı olmamışdır. Tovuz rayon polis şöbəsində polis əməkdaşları onu döymüş və təzyiq göstərmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Eldar oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıq illərdən tanıyır. O, Təqsirləndirilən şəxslə uzun illərdən sonra ilk dəfə 07 sentyabr 2022-ci il tarixdə Qazax rayonu, Səməd Vurğun küçəsində təsadüfən qarşılaşmış və həmin vaxt sonuncu tək olmuşdur. Təqsirləndirilən şəxslə danışıqları əsnasında sonuncu ondan hazırda nə işlə məşğul olduğunu soruşmuş, o isə hər hansı bir işlə məşğul olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan Ağstafa rayonu, Göycəli kəndində olan ailə üzvlərini, yəni həyat yoldaşı və iki azyaşlı övladını ona məxsus avtomobil ilə Bakı şəhərinə aparmasını xahiş etmişdir. O, fiziki qüsurlu olduğundan, yəni sağ əli çiyin nahiyəsindən kəsilib götürüldüyü üçün uzaq məsafəyə avtomobil idarə etməkdə çətinlik çəkdiyini Təqsirləndirilən şəxs bildirmiş, sonuncu isə ondan təkidlə xahiş edərək yolboyu növbəli avtomobili idarə edəcəklərini və ailə üzvlərini Bakı şəhərində yerləşən yaşadıqları evə apardıqdan sonra onunla birlikdə yenidən Qazax rayonuna geri qayıdacağını demişdir. O da İlhamla razılaşmış və sonuncu ilə şəxsi münasibəti olduğundan ailə üzvlərini pul qarşılığında Bakı şəhərinə aparmışdır. 09 sentyabr 2022-ci il tarixdə saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək Ağstafa rayonu, Göycəli kəndinə dəvət etmiş, o da idarə etdiyi “NAZ LİFAN” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə tək həmin kəndə getmişdir. Daha sonra Təqsirləndirilən şəxs və ailə üzvləri olan həyat yoldaşı ilə iki azyaşlı övladını yaşadıqları evdən götürüb idarə etdiyi avtomobil ilə Bakı şəhərinə aparmışdır. Təqsirləndirilən şəxs Ağstafa rayonu, Göycəli kəndində yerləşən yaşadığı evdən çıxarkən özü ilə birlikdə geyim əşyaları, övladlarının oyuncaqları və qida məhsullarını götürərək avtomobilinin salonuna və yük yerinə yerləşdirmişdir. Onlar saat 04 radələrində Bakı şəhərində hazırda dəqiq xatırlamadığı ünvanda yerləşən Təqsirləndirilən şəxs yaşadığı evinə getmişlər. O, 12 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxslə birlikdə sonuncuya məxsus Bakı şəhərindəki yaşadığı evdən çıxaraq idarə etdiyi “NAZ LİFAN” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax rayonuna qayıtmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdən çıxarkən özü ilə birlikdə iki ədəd sellofan torbanı gətirərək avtomobilin arxa yük yerinə yerləşdirmək istəmiş, o, həmin əşyaların nə olduğunu soruşduqda sonuncu həmin əşyaların bir ədəd kombi radiatoru olaraq bilinən istilik qurğusu və bir ədəd pitiminutka adlanan su qızdırıcı olduğunu bildirib həmin əşyaları rayonda yaşayan valideynlərinin istifadəsinə vermək üçün özü ilə aparmaq istədiyini demişdir. O da öz növbəsində etiraz etmədiyi üçün Təqsirləndirilən şəxs həmin əşyaları onun idarə etdiyi avtomobilin arxa yük yerinə yerləşdirmişdir. O, həmin əşyaların içərisinə açıb baxmamış, Təqsirləndirilən şəxs həmin əşyaları yaşadığı evdən necə götürmüşdürsə o cür də avtomobilin yük yerinə yerləşdirmişdir. Həmin gün saat 19 radələrində o, Təqsirləndirilən şəxslə birlikdə Ağstafa rayonu, Yuxarı Göycəli kəndinə çatmışlar. Həmin vaxtı kəndin mərkəz küçəsində mülki geyimdə olan şəxslər idarə etdiyi avtomobilə yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Bundan sonra polis əməkdaşları idarə etdiyi avtomobildə narkotik vasitə olmasında şübhəli olduqlarını bildirib onları Tovuz RPŞ-yə dəvət etmişlər. O və Təqsirləndirilən şəxs polis əməkdaşlarının dəvəti ilə razılaşaraq Tovuz RPŞ-yə getmişlər. Tovuz RPŞ-nin inzibati binasında ona məlum olmuş ki, Təqsirləndirilən şəxs narkotik vasitə satmaqda şübhəli olduğu üçün onları Tovuz RPŞ-yə dəvət etmişlər. Tovuz RPŞ-də polis əməkdaşları müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar, lakin qanunla istifadəsi və saxlanması qadağan olunan hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları razılığı ilə onun idarə etdiyi “NAZ LİFAN” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmişlər. Baxış zamanı qeyd olunan avtomobilin arxa yük yerində Təqsirləndirilən şəxs məxsus olan su qızdırıcı aparatın içərisində ağ rəngli sellofana bükülmüş halda olan çoxlu sayda kütlə aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilərkən onların narkotik vasitə olan heroin və metamfetaminə bənzəyən kütlələr olduğu müəyyən edilmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümlərdəki narkotik vasitələr qablaşdırılaraq möhürlənmişdir. O, idarə etdiyi “NAZ LİFAN” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerində aşkar olunmuş su qızdırıcı aparatın Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Belə ki, həmin əşyaları Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən yaşadığı evdən götürmüş və rayona aparmaq üçün ona məxsus avtomobilin yük yerinə yerləşdirmişdir. Həmçinin onun həmin əşyanın içərisində Təqsirləndirilən şəxs narkotik vasitə yerləşdirməsindən məlumatı olmamışdır. Ona məxsus “NAZ LİFAN” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində yerləşən Təqsirləndirilən şəxs məxsus su qızdırıcısının içərisindən aşkar olunmuş narkotik vasitələr çoxlu sayda kiçik bükümlərdə olmuşdur. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, saxlanılan zaman və polis şöbəsində olarkən hər hansı bir polis əməkdaşı nə ona, nə də ki Təqsirləndirilən şəxs qarşı fiziki zorakılıq hallarına yol verməmiş, döyməmiş və təzyiq göstərməmiş, 12 sentyabr 2022-ci il tarixdə onlar Bakı şəhərindən birbaşa Gəncə şəhərinə gəlmiş, Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində prosesdə iştirak etmiş və prosesə girən zaman o da sonuncu ilə birlikdə prosesə girmiş, daha sonra onlar Ağstafa rayonu, Göycəli kəndinə getmişlər. Ona görə də Bakı şəhərindən Ağstafa rayonu Göycəli kəndinə qədər başqa hər hansı bir yerdə dayanmamışlar. Yol boyu da birlikdə olduqları üçün onun idarə etdiyi avtomobildə tək qalmağa imkanı olmamışdır. Məhz buna görə də, idarə etdiyi avtomobilinin yük yerindəki Təqsirləndirilən şəxs məxsus su qızıdırıcısının içərisindən aşkar edilmiş narkotik vasitələrdən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tovuz RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə narkotik vasitə əldə edib saxlaması və daşıması faktına dair daxil olmuş əməliyyat məlumatı əsasında o, Tovuz RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid4 və RPŞ-nin PPXB-nin polis nəfəri Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs Ağstafa rayonu, Yuxarı Göycəli kəndi ərazisində sonuncunun tanışı Şahid1 Eldar oğlunun idarə etdiyi “NAZ LİFAN” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində müəyyən edib yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə narkotik vasitə əldə edib saxlaması və daşımasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və tanışı Şahid1 Tovuz RPŞ-ə dəvət etmişlər. Tovuz RPŞ-də müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin qanunla istifadəsi və saxlanması qadağan olunan hər hansı əşya aşkar olunmamışdır. Daha sonra onlar Şahid1 razılığı ilə sonuncuya məxsus “NAZ LİFAN” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobilin arxa yük yerindən içərisində 01 (bir) ədəd yuvarlaq şəkildə plastik qab olan 1 (bir) ədəd ağ rəngli su qızdırıcı aparatı aşkar edilmişdir. Su qızdırıcı aparatının içərisində yerləşdirilmiş yuvarlaq şəkildə plastik qaba baxış keçirildikdə həmin qabın içərisində 21 (iyirmi bir) ədəd ümumi çəkisi 9 qram olan şəffaf rəngli sellofan bükümlərdə olan, ilkin baxışdan narkotik vasitə olan heroinə bənzəyən kütlələr, 45 (qırx beş) ədəd ümumi çəkisi 19 qram olan şəffaf rəngli sellofan bükümdə və 05 (beş) ədəd ümumi çəkisi 1.15 qram olan göy rəngli siqaret folqasına bükülmüş ilkin baxışdan psixotrop maddə olan metamfetaminə bənzəyən kütlələr aşkar edilmişdir. Avtomobilin sahibi Şahid1 aşkar olunmuş kütlələrdən xəbəri olmadığını, həmin kütlələrin yerləşdirildiyi su qızdırıcı aparatının tanışı Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs də su qızdırıcısının özünə məxsus olduğunu, Bakı şəhərində yerləşən kirayə yaşadığı evdən həmin su qızdırıcı aparatını götürərək tanışı Şahid1 avtomobilin yük yerinə yerləşdirdiyini etiraf etmiş, lakin su qızdırıcı aparatın içərisindən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmadığını bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs istintaq hərəkəti keçirilən zaman istifadəsində olan mobil telefonu bilərəkdən asfalt örtüyün üzərinə ataraq yararsız hala salmışdır. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və psixoloji təsir və ya təzyiq göstərilməmiş, hər hansı bir polis əməkdaşı sonuncunu döyməmiş və xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tovuz RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid4 və RPŞ-nin PPXB-nin polis nəfəri Məmmədov X10 Orxan Arzu oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, təxminən iki ildir qanunsuz olaraq narkotik vasitə qəbul edir. O, adətən marixuana və “patı” olaraq bildiyi metamfetamin istifadə etmişdir. Şəxsi istifadəsi üçün narkotik vasitələri nağd şəklində ödəmə yolu ilə Ağstafa rayon sakini Təqsirləndirilən şəxs satın alaraq əldə etmişdir. Təqsirləndirilən şəxslə təsadüfən Ağstafa rayonu, Dağ Kəsəmən kənd ərazisində yolda tanış olmuşlar. Belə ki, Ağstafa rayonu Dağ Kəsəmən kənd ərazisində onun avtomobili sınmış, həmin vaxt Təqsirləndirilən şəxs təsadüfən qeyd edilən ərazidən keçərkən onun yanında saxlayıb köməklik göstərmişdir. Elə həmin yerdə danışıq əsnasında Təqsirləndirilən şəxs ona “Baxıram “hal əhlinə” oxşayırsan” deyə bildirmişdir. O, Təqsirləndirilən şəxs tanımadığı üçün ilk öncə narkotik vasitədən istifadə etdiyini danmış, lakin Təqsirləndirilən şəxslə bir qədər danışdıqdan sonra sonuncunun səmimi münasibətinə inanıb narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olduğunu bildirərək nə vaxt lazım olsa əlaqə yaradaraq hər cür narkotik vasitə əldə edə biləcəyini bildirmiş və ***-***-**-** saylı mobil nömrəsini ona vermişdir. Həmin gündən sonra o, təxminən 3-4 dəfə Təqsirləndirilən şəxslə görüşüb sonuncudan psixotrop maddə “patı” deyilən metamfetamin və narkotik vasitə sayılan qurudulmuş marixuana almışdır. O, psixotrop maddə və narkotik vasitəni həmişə İlhamın yaşadığı Ağstafa rayonu, Göycəli kəndində yerləşən evindən gedib almışdır. Bu günə qədər aldığı psixotrop maddəni və narkotik vasitəyə görə İlhama təxminən 50-60 manat pul vermişdir. O, marixuananın bir bükümünə 10 manat, “patı” deyilən metamfetaminin 0,5 qramına isə 30-35 manat nağd pul verərək satın almışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır və sonuncu onun qonşusu olmuşdur. Sonradan Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçmüşdür. O, Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu bilmişdir. 2022-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək bir tanışına məxsus avtomobilin şüşəsinə qara örtük (plyonka) vurmaq lazım olduğunu bildirmişdir. O, həmin dövrdə Qazax rayonu, Heydər Əliyev prospektində yerləşən “EvoMax” avtoçexol dükanında işlədiyi üçün problem olmadığını və avtomobili işlədiyi mağazaya gətirməsini demişdir. Həmin gün Təqsirləndirilən şəxs tanımadığı bir nəfər şəxslə birlikdə “QAZ-21031” markalı, qara rəngli minik avtomobili ilə onun işlədiyi mağazaya gəlmişdir. Təqsirləndirilən şəxs avtomobilin arxa pəncərəsini göstərərək qara örtük (plyonka) çəkməyini xahiş etmişdir. O da bir neçə dəqiqə sonra əlində olan işini bitirib çəkəcəyini demişdir. Bu vaxt Təqsirləndirilən şəxs və sonuncu ilə birlikdə gəlmiş tanımadığı şəxs “QAZ-21031” markalı, qara rəngli minik avtomobildə əyləşmişlər. O, bir neçə dəqiqə sonra gördüyü işi bitirib həmin şəxslərə doğru getmiş və avtomobilə yaxınlaşıb arxa qapını açdıqda “QAZ-21031” markalı, qara rəngli minik avtomobilinin arxa oturacağında əyləşmiş İlham və tanımadığı şəxsin narkotik vasitə çəkdiklərini görmüşdür. İlhamın əlində bir ədəd alışqan və folqada növünü və adını bilmədiyi narkotik vasitə görmüşdür. Təqsirləndirilən şəxs yanında olan şəxsin ağız hissəsində olan “turbuçka”ya (borucuq) doğru əlində olan gümüşü rəngli folqanı uzadaraq alışqanla yandırmış, həmin tanımadığı şəxs isə tüstü formasında çəkmişdir. Həmin vaxt İlhamın ağız hissəsindən tüstü çıxdığını görmüşdür. O, qapını açdıqda tüstünün adi siqaret tüstüsünün qoxusuna bənzəmədiyindən İlham və onunla birlikdə avtomobilin arxa oturacağında əyləşən tanımadığı şəxsin narkotik vasitə çəkdiklərini başa düşmüş və mübahisə edərək sonuncuları işlədiyi mağazadan qovmuşdur. O, 2022-ci ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən tutulduğunu rayon sakinlərindən eşitmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin xx.xx.2022-ci il tarixli, 16/1103 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət Şahid1 Eldar oğluna məxsus **-BL-*** qeydiyyat nişanlı, NAZ LİFAN markalı avtomobilin yük yerində olan su qızdırıcı aparatın içərisindən aşkar olunaraq götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd dairəvi formalı plastik qabdakı 21 (iyirmi bir) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,340 qram, 0,358 qram, 0,434 qram, 0,370 qram, 0,338 qram, 0,384 qram, 0,358 qram, 0,339 qram, 0,379 qram, 0,408 qram, 0,339 qram, 0,374 qram, 0,336 qram, 0,354 qram, 0,320 qram, 0,367 qram, 0,321 qram, 0,336 qram, 0,362 qram, 0,307 qram, 0,330 qram ümumi təmiz çəkisi, 7,454 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş 5 (beş) ədəd göy kağız bükümdə və 45 (qırx beş) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,109 qram, 0,112 qram, 0,201 qram, 0,250 qram, 0,138 qram, 0,346 qram, 0,354 qram, 0,393 qram, 0,350 qram, 0,457 qram, 0,441 qram, 0,433 qram, 0,405 qram, 0,328 qram, 0,436 qram, 0,368 qram, 0,350 qram, 0,402 qram, 0,451 qram, 0,402 qram, 0,386 qram, 0,370 qram, 0,364 qram, 0,343 qram, 0,364 qram, 0,378 qram, 0,420 qram, 0,384 qram, 0,433 qram, 0,374 qram, 0,403 qram, 0,379 qram, 0,388 qram, 0,396 qram, 0,440 qram, 0,368 qram, 0,351 qram, 0,396 qram, 0,387 qram, 0,382 qram, 0,375 qram, 0,368 qram, 0,383 qram, 0,372 qram, 0,359 qram, 0,368 qram, 0,369 qram, 0,344 qram, 0,380 qram, 0,431 qram, ümumi təmiz çəkisi 18,181 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”–in siyahısına (Siyahı l) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələr” - in siyahısına (Siyahı 2) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 7,454 qr., tədqiqata sərf edildi – 1,47 qr., qalıq – 5,984 qram. Metamfetaminin ümumi təmiz çəkisi – 18,181 qr., tədqiqata sərf edildi – 1,5 qr., qalıq – 16,681 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 1877 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 740 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə saat 21:05-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən qanunla əldə edilməsi, daşınması və saxlanılması qadağan olunan hər hansı bir əşya aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, “NAZ LİFAN” markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı arxa yük yerindən 50 (əlli) ədəd ümumilikdə 20,15 qram çəkidə psixotrop maddə olan metamfetaminə və 21 (iyirmi bir) ədəd ümumilikdə 9 qram çəkidə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin ona məxsus olmadığını bildirərək törətdiyi cinayət əməlini etiraf etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Azercell MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəyə aid telefon nömrələrinin siyahısı, mesajların mətnləri, şəxslər haqqında məlumat və nömrələrin antena dairəsi əks olunmuş informasiya daşıyıcısı olan diskdəki məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrə ilə müxtəlif telefon nömrələrinin istifadəçiləri arasında narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair aşağıdakı məzmunda SMS mətnlərinin olması müəyyən edilmişdir: - 7/08/2022,16:27:21,**********37,**********26, qaqa ozude ne qeder isdiyyener vardi ona calisiram qoy duzeldim senin 30 nu yogacam; - xx/xx/2022,14:58:37,**********60,**********26, qaqa ma bir kelme cavab ver bilim isimi yoxdusa buyanan ısimi gorum ya navar neyoxunu de ma nolar bilim isimi qaqa; - xx/xx/2022,15:07:09,**********60,**********26, qaqa sa qurvan olaram nolar mende pis vezyetdeyem hec olmaya bu dediyni dunenki cete oxsar ele, vermek ıstediyin dasa hemdeki men korpunun yandayam gej gelersen; - xx/xx/2022,18:20:39,**********66,**********26, qardas senin qadan alaram vallah vezyetim yaman pisdi qadan alaram bir yaxin qardas kimi erk eliyib seni narahat eliyirem olum qadan alaram bidene qadasin alaram ma yari pati duz qos vezyetden cixim qadan alaram yaman agriyiram son umudum sensen qardas bursuyun pulum olacaq valla hormetinden cixacam qadasin alaram buyun bidene meni vezyetden cixart qadasin alaram; - xx/xx/2022,21:59:48,**********66,**********26, olum varsa masin var qadasin alaram agstafadayam ele gelim qadasin alaram ma yari pati duz qos qurvan olaram valla bursuyun evezini cixacam qaqa bidene meni buyun idare et. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “NAZ LİFAN” markalı, **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5,984 qram narkotik vasitə olan heroin və 16,681 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nin saxlanc anbarında məsul saxlanca verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin baş əməliyyat müvəkkili Şahid3 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportda göstərilmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, üzərində saxlamaqda və Tovuz rayon sakini X2 şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin baş əməliyyat müvəkkili Şahid3 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportda göstərilmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, üzərində saxlamaqda və satmaqda şübhəli olduğundan 12 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Ağstafa rayonu, Yuxarı Göycəli kəndində sərnişin kimi əyləşdiyi “NAZ LİFAN” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Tovuz RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş əməliyyat tapşırığına verilmiş Tovuz RPŞ-nin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Tovuz, Ağstafa və Qazax rayon sakinlərinə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr satması barədə çoxsaylı əməliyyat məlumatları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz rayon prokurorluğunun 05 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə RPŞ-nin MSY-nə daxil olan zaman tibbi müayinədən keçirilmiş və bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həzm traktında bir ədəd metal yad cismin aşkar olunması barədə 2 saylı İstintaq təcridxanasının xx.xx.2022-ci il tarixli məlumatı əsasında rayon prokurorluğunda araşdırma aparılmış və cinayət hadisəsi müəyyən edilmədiyindən 15 yanvar 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən rədd qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs döyülmə xüsusatı ilə bağlı məhkəmə-tibb ekspertizasından keçirilmiş və xx.xx.2022-ci il tarixli, 527 nömrəli məhkəmə-tibb ekspertizasının rəyində Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olması öz təsdiqini tapmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 2 saylı İstintaq təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 2 saylı İstintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X3 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanadan psixoloji qeydiyyatda olmasa da, 2019-cu ildən “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Musayev X14 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-nin 69.3cü maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) ay 08 (səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə, CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) il 07 (yeddi) ay 18 (on səkkiz) gün çıxılaraq üzərində 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü qismən, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni hökm çıxarılmış, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs CM-nin 66.2 və 69.3-cü maddələri ilə qəti cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, həmin hökmə əsasən Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, CM-nin 66.2-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 03 (üç) ay 24 (iyirmi dörd) gün və apellyasiya instansiyası məhkəməsində icraat zamanı həbsdə saxlanıldığı 02 (iki) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə müddətinə bir gününə bir gün hesabı ilə, eləcə də çəkmiş olduğu 10 (on) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası həmin cəzanın iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla cəza müddətinə hesablanaraq üzərində 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AA4466330 və AA4466324 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Ömür Musayeva və xx.xx.2019-cu il təvəllüdlü Onur Musayev Təqsirləndirilən şəxs övladlarıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RİH başçısının şəhər İƏDÜN-i tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü Ömür və xx.xx.2019-cu il təvəllüdlü Onur Musayevlər adlı övladları vardır, Təqsirləndirilən şəxs də yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Şahid1 məxsus avtomobilin yük yerindəki su qızdırıcısının və radiatorun ona məxsus olmasına baxmayaraq, su qızdırıcısının içərisindən aşkar olunmuş çoxlu sayda narkotik vasitələrin və psixotrop maddənin ona aid olmadığını, ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Tovuz rayon polis şöbəsində polis əməkdaşlarının onu döydüyünü və ona təzyiq etdiklərini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Musayev X8 Aydın Eldar oğluna məxsus avtomobilin yük yerindən aşkar olunmuş içərisində çoxlu sayda, yəni bükümlərdə narkotik vasitələr və psixotrop maddə olan su qızdırıcısının özünə məxsus olmasını etiraf edir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində də göstərmişdir ki, hadisə günü Bakı şəhərindən birbaşa Gəncə şəhərinə gəlmiş, apellyasiya məhkəməsində prosesdə iştirak etmiş və prosesə girən zaman Şahid1 də onunla birlikdə prosesə girmiş, daha sonra onlar Ağstafa rayonu, Göycəli kəndinə getmişlər. Ona görə də Bakı şəhərindən Ağstafa rayonu Göycəli kəndinə qədər başqa hər hansı bir yerdə dayanmamışlar. Yol boyu da birlikdə olduqları üçün Şahid1 idarə etdiyi avtomobildə tək qalmağa imkanı olmamışdır. Eyni zamanda şahid qismində dindirilmiş Şahid1 də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünə məxsus avtomobilin yük yerindən aşkar olunmuş su qızdırıcısının Təqsirləndirilən şəxs məxsus olduğunu, həmin qızıdırıcını sonuncunun Bakı şəhərində onun avtomobilinə qoyduğunu, Təqsirləndirilən şəxs həmin əşyaları yaşadığı evdən necə götürmüşdürsə o cür də avtomobilin yük yerinə yerləşdirdiyini, 12 sentyabr 2022-ci il tarixdə Bakı şəhərindən birbaşa Gəncə şəhərinə gəldiklərini, Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində prosesdə iştirak etdiyini və prosesə girən zaman özünün də sonuncu ilə birlikdə prosesə girdiyini, daha sonra birlikdə Ağstafa rayonu, Göycəli kəndinə getdiklərini və Ağstafa rayonu Göycəli kəndinə qədər başqa hər hansı bir yerdə dayanmadıqlarını, Bakıdan Ağstafaya qədər də yol boyu birlikdə olduqları üçün onun idarə etdiyi avtomobildə tək qalmağa imkanının olmadığını göstərmişdir. Göründüyü kimi Şahid1 məxsus avtomobilin yük yerindən aşkar olunmuş su qızdırıcısı İlham Msuayevə məxsus olmuş və 12 sentyabr 2022-ci il tarixdə Bakı şəhərindən Ağstafa rayonuna çatana qədər həmin qızdırıcıya kənar müdaxilə olmamışdır. Bu hal isə bir daha su qızdırıcısının içərisindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin Təqsirləndirilən şəxs məxsus olmasını təsdiq edir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində Tovuz rayon polis şöbəsində polis əməkdaşlarının onu döydüyünü və ona təzyiq etdiklərini göstərsə də, iş materiallarında olan 2 saylı İstintaq təcridxanasının məktubunda Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən tibbi müayinədən keçirildiyi və bədəni üzərində hər hansı bir xəsarətin aşkar olunmadığı göstərilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə” protokoluna əlavə olunmuş videoçəkilişdən də Təqsirləndirilən şəxs bədənin gözlə görünən hissələrində xəsarətin olması müəyyən edilməmişdir. Həmçinin Tovuz RPŞ-nin məktubunda da Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə RPŞ-nin müvəqqəti saxlama yerinə daxil olarkən müayinədən keçirildiyi və bədəni üzərində hər hansı bir xəsarətin aşkar olunmadığı göstərilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs İnsan Hüquqları və X9 Haqqında Konvensiyanın 3-cü maddəsinin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlarından yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır (“Assenov və Digərləri” işi, 102-ci bənd və “Labita İtaliyaya qarşı” (Labita v. İtaly [GC], no. 26772/95, § 131, ECHR 2000-İV)). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmaması deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir (“Boisenko Moldovaya qarşı” (Boicenco v. Moldova, no. 41088/05, § 121, 11 July 2006); “Kolevi Bolqarıstana qarşı” (Kolevi v. Bulgaria, no. 1108/02, § 193, 5 November 2009) və “X1rşı” (X5. Ukraine, no. 1727/04, § 66, 24 June 2010)). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarların əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdır (“Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutlar toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdır. (“Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gül v. Turkey, no. 22676/93, § 89, 14 December 2000)). Göründüyü kimi Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına, döyülməsinə və təzyiqlərə məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, Təqsirləndirilən şəxs də qeyd edilən xüsusatlarla bağlı hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə məhz fiziki və psixi zorakılığın təsiri altında qalması, o cümlədən iddia etdiyi qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs müdafiəçisi də qeyd edilən xüsusatlarla bağlı məhkəməyədək icraat dövründə hər hansı bir orqana müraciət etməmişdir. Bundan əlavə barəsində tərtib olunmuş müayinə sənədlərində də Təqsirləndirilən şəxs bədəni üzərində saxlanılan tarixə və şəraitə uyğun xəsarətlərin olması öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Hazırkı cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli, 16/1103 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 7,454 qramdır, metamfetaminin isə ümumi təmiz çəkisi 18,181. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metafmetaminin ayrı-ayrılıqda ümumi təmiz çəkiləri külli miqdar təşkil edir. Beləliklə yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs məxsus su qızdırıcısının içərisindən ayrı-ayrılıqda iki növ, yəni narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar olunması, həmçinin heroinin 21 bükümdə, metamfetaminin isə 50 bükümdə olması, həm heroinin, həm də metamfetaminin ümumi çəkisinin ayrı-ayrılıqda külli miqdar təşkil etməsi Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitələri və psixotrop maddələri ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Hazırkı iş materiallarından görünür ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsi səciyyələndirən hallarda Təqsirləndirilən şəxs əvvəl məhkum olunması göstərmiş və əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Bununla belə, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsində görünür ki, Təqsirləndirilən şəxs həmin hökm üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2 maddəsində nəzərdə tutulmuş cinayət əməlini xx.xx.2019-cu il tarixdə və CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini xx.xx.2018-cu il tarixdə törətmiş, hazırkı iş üzrə ittiham olunduğu əməli isə 12 sentyabr 2022-ci il tarixdə törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdə cinayət əməlini törədərkən onun barəsində olan birinci iş üzrə hökm qanuni qüvvəyə minməmişdir. Bu isə o deməkdir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini törədərkən məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 46-cı bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini törədərkən məhkum olunmamışdır və onun əməllərində cinayətin residivi mövcud deyildir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü qismən, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni hökm çıxarılmış, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs CM-nin 66.2 və 69.3-cü maddələri ilə qəti cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, həmin hökmə əsasən Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, CM-nin 66.2-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 03 (üç) ay 24 (iyirmi dörd) gün və apellyasiya instansiyası məhkəməsində icraat zamanı həbsdə saxlanıldığı 02 (iki) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə müddətinə bir gününə bir gün hesabı ilə, eləcə də çəkmiş olduğu 10 (on) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası həmin cəzanın iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla cəza müddətinə hesablanaraq üzərində 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(104)-449/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci iş üzrə ibtidai araşdırma zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 03 (üç) ay 24 (iyirmi dörd) gün və apellyasiya instansiyası məhkəməsində icraat zamanı həbsdə saxlanıldığı 02 (iki) ay 22 (iyirmi iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir gününə bir gün hesabı ilə hesablanmalı, eləcə də CM-nin 68.1.1-1-ci maddəsinə əsasən çəkmiş olduğu 10 (on) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası həmin cəzanın iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 52-ci bəndində göstərilmişdir ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi yeri (həbsxana və ya müəyyən növ cəzaçəkmə müəssisəsi) yalnız qəti cəza təyin edildikdən sonra göstərilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Ona görə də Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli hazırkı iş üzrə tutulduğu vaxtdan, yəni 12 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 26 (iyirmi altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 156 (bir yüz əlli altı) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nin saxlanc anbarında məsul saxlanca verilmiş “NAZ LİFAN” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5,984 qram narkotik vasitə olan heroin və 16,681 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, xx.xx.2022-ci il tarixli, 1877 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(104)-449/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci iş üzrə ibtidai araşdırma zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 03 (üç) ay 24 (iyirmi dörd) gün və apellyasiya instansiyası məhkəməsində icraat zamanı həbsdə saxlanıldığı 02 (iki) ay 22 (iyirmi iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir gününə bir gün hesabı ilə hesablanmaqla, eləcə də CM-nin 68.1.1-1-ci maddəsinə əsasən çəkmiş olduğu 10 (on) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası həmin cəzanın iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla ona təyin olunmuş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hazırkı iş üzrə tutulduğu vaxtdan, yəni 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 156 (bir yüz əlli altı) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nin saxlanc anbarında məsul saxlanca verilmiş “NAZ LİFAN” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5,984 qram narkotik vasitə olan heroin və 16,681 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-288/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-288/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver