Məhkəmə qərarları › İş №1(100)-289/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-289/2021

02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-289/2021 02.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 və X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüqüqşünas Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı övladı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, Z.Hacıyev küçəsi, bina 52, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamışdır. Belə ki, o, məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda yəni, ümumi təmiz çəkisi 40.735 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, 37.467 qramını yaşadığı evdə, 3.268 qramını üzərində saxlamış, barəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində və evində saxlaması, satışı ilə məşğul olması barədə Kəpəz RPİ-nə daxil olmuş məlumat əsasında Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 07 aprel 2021-saat 13:15 radələrində Gəncə şəhər Heydər Əliyev prospektində, Dəmiryol Vağzalının yaxınlığında saxlanılaraq, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nə gətirilmiş, həmin ünvanda onun üzərinə baxış keçirilən zaman üzərində olan tünd rəngli göy cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 3.268 qram kustar üsulla hazırlanmış narkotik vasitə aşkar edilərək götürülmüş, həmin gün saat 16:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman isə yaşadığı 1 otaqlı evdə çarpayının arxasında yerləşən yararsız sobanın içərisindən 1 ədəd şəffaf sellofana bükülü vəziyyətdə ümumi təmiz çəkisi 37.467 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi üzrə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, 05.04.2021-ci il tarixdə “Dəmiryol Vağzalı”nın yaxınlığında olan zaman Hüseyn adlı polis əməkdaşı xatırlamadığı mobil nömrə ilə zəng edərək onunla işinin olduğunu, Kəpəz CAŞ-nin rəisi Şahin müəllimin onunla görüşmək istədiyini demişdir. Bundan sonra o, polis əməkdaşı Hüseynə məxsus “VAZ 2107” markalı avtomobilə əyləşərək polis idarəsinə getmişdir. Polis idarəsində Şahin müəllimin iş otağında söhbət edən zaman sonuncu ona həbsə getməli olduğunu demiş, o isə ondan hansı səbəbdən həbs olunmalı olduğunu soruşmuşdur. Bu zaman Şahin müəllim onu ora aparan polis əməkdaşlarına tərəf çevrilib “ə bu hələ danışır, aparın bunu mən dediyim kimi edin” demiş, həmin vaxt 3-4 nəfər tanımadığı mülki geyimli polislər onu digər otağa keçirib gözlərini bağlayaraq, bütün bədənini skoçlayayıb, əllərini isə arxadan qandallamışlar. Həmin polislərdən biri onun şalvarının qabağını açıb, şalvarını yarıya qədər aşağı salmışdır. Bundan sonra polislərdən biri onun alt paltarını da çıxarmasını demiş və kim isə əlini atıb onun alt paltarını da aşağı çəkmək istəmişdir. Bu zaman o onlara dayanmalarını, narkotik vasitənin onun olmasa belə onun olduğunu deyəcəyini bildirmişdir. Bundan sonra o, məcburiyyət qarşısında qalıb qorxusundan polislərin dedikləri ilə razılaşmışdır. 07.04.2021-ci il tarixdə onu Şahin müəllimin otağına aparmışlar. Həmin vaxt Şahin müəllim ona bəzən gedib qaldığı dostu Fazilə məxsus evə heroin qoyduğunu, oraya çəkilişə gedəcəklərini, çarpayının aşağı tərəfində sobada heroin olduğunu, çəkiliş zamanı əvvəlcədən onun heroinin yerini deməsini, həmin heroinin ona məxsus olmasını etiraf etməsini tələb etmiş, onun CM-nin 234.4.3-cü maddə ilə deyil, 234.1-ci maddə ilə məsuliyyətə cəlb olunacağını, nə isə problem olarsa həll edəcəyinə vəd etmiş, o da məcburiyyət qarşısında razılaşmışdır. Bundan sonra polis idarəsində müdafiəçi Yusif Hüseynovun iştirakı ilə onun üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan tünd göy rəngli cins şalvarımın sağ yan cibindən 1 ədəd ağ rəngli siqaret falqasına bükülü vəziyyətdə tünd rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin çəkisi 4.19 qram olmaqla aşkar edildiyi siqaret falqası ilə birlikdə zərfdə qablaşdırılmış, ağzı möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişdir. Daha sonra yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün onun yaşadığı evə baxış keçirilməsi bildirilmişdir. Polis idarəsində olarkən üzərindən çıxan yaşadığı evin açarlarını polislər götürmüş və evə baxış keçirilmədən öncə onun yaşadığı evə gedərək ora narkotik vasitə heroin yerləşdirmişlər. Bundan sonra üzərinə baxışda iştirak etmiş polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun yaşadığı ünvan 4 ünvana baxış keçirilmiş, əvvəlcədən polislər tərəfindən yaşadığı evində olan otaqdakı çarpayının arxasındakı istifadəyə yararsız sobanın içərisində gizlədilmiş şəffaf sellofana bükülüdə narkotik vasitə heroini polislərə təqdim etmişdir. Onun üzərindən və yaşadığı evindən aşkar olunmuş narkotik vasitə heroin ona məxsus olmamışdır. Həmin narkotikləri polis onu məcbur etdiyi üçün sonuncu məcburiyyət qarşısında boynuna almışdır. Məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə Sərvan adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi, yaşadığı evdə saxlaması, istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin şəxsin Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi bina 52 mənzil 3-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra 07.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üstünə baxış keçirilməsi barədə qərar çıxarılmış, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə narkotik vasitə olması və Gəncə şəhəri, H.Əliyev prospektində, Dəmiryol vağzalının yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Gəncə şəhər Kəpəz RPİ-nin Uçot Qeydiyyat və Statistika operatoru polis serjantı Şahid2 ilə birlikdə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən Dəmiryol Vağzalının yaxınlığına getmişdir. Onlar həmin yerə çatdıqda Təqsirləndirilən şəxs yaxınlıqda dayandığını müşahidə etmiş, onlar sonuncuya yaxınlaşaraq özlərini təqdim edib onun barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan etmişlər. Daha sonra onlar Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz RPİ-nə dəvət etmiş, idarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra vəkil X18 oğlunun sonuncunun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və ya hər hansı qanunsuz əşyanın olması soruşulmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncununüzərində olan boz rəngli gödəkçənin sol yan cibindən 01 qutu Rothmans markalı siqaret, üzərində olan boz rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd eynək, üzərində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli siqaret falqasına bükülü halda, qara rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər kütlənin çəkisi 4.19 qram olmuşdur. Bundan sonra həmin kütlə zərfdə qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhər Zülfü Hacıyev küçəsi, bina 52, mənzil 3 ünvanında da narkotik vasitə saxlaması şübhəsi olduğundan Təqsirləndirilən şəxs və onun müdafiəçisi ilə birlikdə həmin ünvana gedilmiş, ilkin olaraq Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmaması barədə ərizə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs baxış keçirilməsinə ehtiyac olmadığını, yaşadığı evin otağında çarpayının arxasında yerləşən istifadəyə yararsız sobanın içərisində narkotik vasitə olduğunu bildirmiş, həmin sobadan 01 ədəd şəffaf sellofanda olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin götürülmüş kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər kütlənin çəkisi 41.35 qram olmuş, həmin kütlə zərfdə qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 07 aprel 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs qızı 07 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 07 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs oğlunun üzərinə baxış keçirilən zamanı əynindəki göy cins şalvarın cibindən aşkar edilərək götürülmüş 4.19 qram çəkidə narkotik vasitə heroin zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 07 aprel 2021-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, yaşayış evinə baxış keçirilməsi haqqında protokol tərtib olunmuş, video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilən zamanı otaqdakı yararsız vəziyyətdə olan sobanın içərisindən aşkar edilərək götürülmüş 41.35 qram çəkidə narkotik vasitə heroin zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 08 aprel 2021-ci il tarixli, 16/328 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş şəffaf sellofana bükülü narkotik vasitə » sözləri olan kağız paketdəki 1(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 37.467 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmçinin ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitəyə bənzər kütlə” sözləri olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 3.268 qram olan madə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Eyni zamanda, tədqiqata təqdim olunmuş heroinlər xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının 1 –ci bəndinə aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji və Gəncə Rayonlararası Narkoloji Dispanserlərinin 08.04.2021-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji və Gəncə Rayonlararası Narkoloji Dispanserlərində qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 4(043)55/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 aprel 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12 iyul 2021-ci il tarixli, 819 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə edir,narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəytə ehtiyacı vardır və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs narkotik vasitələrin haradan əldə etməsi, kiməsə narkotik vasitə satması, o cümlədən narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X11 tərəfindən əməliyyat tapşırığı verilmiş və cinayət işinə əlavə olunmuş 10.07.2021-ci il tarixli, 120-19256-1220 nömrəli əməliyyat tapşırığına cavab məktubundan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitəni haradan, kimdən əldə etməsi, eləcə də kimlərə satması müəyyən edilməməsinə baxmayaraq, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı onun üzərindən və yaşadığı evindən aşkar olunan narkotik vasitə heroinin ona məxsus olmaması, polislər tərəfindən üzərinə və yaşadığı evinə yerləşdirilməsi, polis bölməsində olarkən ona fiziki və mənəvi işgəncələr verilərək həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etməsi ilə bağlı verdiyi ifadəsi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi, şahid ifadələri, baxış protokolu, əlavə edilmiş video çəkiliş və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən, həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20.06.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 170.1, 177.2.1, 177.2.3-cü maddələrinə əsasən qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 21.09.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 185.2.2, 234.1-ci maddələrinə əsasən qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28.03.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 04.12.2018-ci il tarixli qərarı ilə 04 ay 26 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, 29.04.2019-cu il tarixdə cəzasını çəkib qurtarmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrinə əsasən 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-cü maddələrinə əsasən, qəti olaraq 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. DİN-nin BƏSİİ-dən alınmış arayışdan və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 04.12.2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 04 ay 26 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, həmin hökm üzrə məhkumluğu ödənilmiş, həmin vaxtdan sonra 2 il müddətində törətdiyi cinayətlərə görə sonuncu dəfə cinayət törədən zaman yəni 07.04.2021-ci il tarixdə üzərindən və yaşadığı evdən narkotik vasitə heroin aşkar edilərək götürülən zamana qədər onun barəsində hər hansı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmamış, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətdikdən sonra, barəsində Gəncə şəhrəi Kəpəz Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli 1(043)-29/2021 və 07.07.2021-ci il tarixli, 1(043)-48/2021 saylı hökmləri çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda yəni, ümumi təmiz çəkisi 40.735 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, 37.467 qramını yaşadığı evdə, 3.268 qramını üzərində saxlamış, barəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində və evində saxlaması, satışı ilə məşğul olması məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyləri, baxış və götürmə protokolları, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona ittiham elan olunan cinayət əməlini törətməsi şahid ifadələri, istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və həm üzərində, həm də evdə saxlamasını nəzərə alaraq hesab edir ki, o, narkotik vasitələri məhz satış niyyəti ilə əldə edib saxlamışdır. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki,“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərini həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıdığına və saxladığına görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 20.06.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 170.1, 177.2.1, 177.2.3, 66.3-cü maddələrinə əsasən 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 21.09.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 185.2.2, 234.1, 66.3-cü maddələrinə əsasən 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Kəpəz Rayon Məhkəməsinin 28.03.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04.12.2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 04 ay 26 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, 29.04.2019-cu il tarixdə cəzasını çəkib qurtarmış, Kəpəz Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Kəpəz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 66.2, 66.5-ci maddələrinə əsasən 03 il, 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. DİN-nin BƏSİİ-dən alınmış arayışdan və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 04.12.2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 04 ay 26 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, həmin vaxtdan sonra 2 il müddətində törətdiyi cinayətlərə görə sonuncu dəfə cinayət törədən zaman yəni 07.04.2021-ci il tarixdə üzərindən və yaşadığı evdən narkotik vasitə heroin aşkar edilərək götürülən zamana qədər onun barəsində heç bir məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmamış, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətdikdən sonra onun barəsində Kəpəz Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 1(043)-29/2021 və 07.07.2021-ci il tarixli 1(043)-48/2021 saylı hökmləri çıxmış, həmin hökmlər üzrə residiv yoxdur, həmçinin 28.03.2018-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən hal-hazırda onun əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən cəzanı yüngülləşdirən halı, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbi qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 07 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 3.068 qram, 37.267 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün onun hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3cü maddələri və CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, cinayətlərin məcmusu qaydasında hazırkı iş üzrə ona təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 3.068 qram, 37.267 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə 32,40 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 həyata keçirdiyindən 120 manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar