Məhkəmə qərarları › İş №1(100)-289/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-289/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-289/2022 18.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, X4 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1960-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulanadək ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3, 149.2.4 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının əvvəlində günorta saatlarında uşaq serebral iflici qalıq dövrü, yüngül dərəcəli əqli gerilik, davranış və nitq pozuntuları diaqnozu ilə Gəncə şəhəri 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının nevrologiya şöbəsində qeydiyyatda olan, xx.xx.2005-ci il təvəllüdlü, qonşuluqda yaşaması ilə əlaqədar olaraq aşkar surətdə yetkinlik yaşına çatmadığını bildiyi Zərərçəkmiş şəxs yaş və intellektual inkişafına görə onunla edilən hərəkətlərin xarakteri və mənasını tam dərk etmək qabiliyyətinə, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmadığını müşahidə etdikdən sonra, aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib sonuncunu zorlamaq qərarına gələrək qeyd olunan vaxtda Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə təkbaşına su apararaq darvazadan içəri daxil olduğunu görüb, həmin zaman evdə başqa şəxslərin olmadığına əmin olduqdan sonra darvazanın açıq olmasından istifadə edib cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs ilə birlikdə sonuncunun iradəsinə zidd evin həyətyanı sahəsinə daxil olaraq sonuncuya səsküy salacağı təqdirdə onu öldürəcəyi ilə, yəni zor tətbiq edəcəyi ilə hədələyərək cinsi ehtirasını təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs yaşayış evinin qonaq otağına aparıb orada olan divana ayaq üstə əyilməsini tələb etmiş, daha sonra Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan şalvarını aşağı çəkərək öz gərginləşmiş cinsiyyət orqanını sonuncunun uşaqlıq yoluna yeridərək onunla anatomik quruluşu imkan verən qızlıq pərdəsi pozulmadan təbii yolla cinsi əlaqədə olub, Zərərçəkmiş şəxs bətnində biloloji atası Təqsirləndirilən şəxs olan qadın cinsli dölün əmələ gəlməsinə səbəb olmaqla, aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib zor tətbiq etmə və öldürmə hədəsi ilə sonuncu ilə cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs zorlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3, 149.2.4 və 157.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1985-ci ildə ailə qurmuş və həmin nikahdan üç övladları doğulmuşdur. Şahid1 onun qonşuluğunda yaşamış, Şahid1 təxminən 30 ildən artıqdır ki, tanımış, Şahid1 evi ilə onun evinin ara məsafəsi təxminən 200-250 metrdir, onun Pərvanə ilə heç vaxt ədavəti və düşmənçiliyi olmamışdır. Pərvanənin yaşadığı ev ata evidir, Pərvanə həmin evdə övladları Günel və Fatma ilə birlikdə yaşamış, həmin ailə ilə onun münasibətləri normal olmuşdur. Qonşu kimi onların evinin elektrik işini təmir etmək, odun kəsmək və digər işlərdə, həmçinin nə vaxt çağırmışlarsa onlara əlindən gələn köməkliyi etmişdir. 2022-ci ilin təxminən yanvar ayının 15-də o Məktəb küçəsində arxın üzərində dəmir körpü düzəldərkən Pərvanə və qızı Fatma onu nalayiq ifadələrlə təhqir edərək Günelin hamilə olduğunu və onun Güneli zorladığını demişlər. O isə Pərvanə və qızı Fatmaya etiraz edərək belə bir halın olmadığını, heç vaxt elə bir iş görmədiyini demişdir.O, qonşusu Zərərçəkmiş şəxs ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmamış, ona qarşı zorakılıq hərəkətləri etməmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Günelə heç bir hədə-qorxu gəlməmiş, Zərərçəkmiş şəxs onun adını niyə çəkməsini anlamamış, onlara heç bir pisliyi dəyməmişdir. Günelin hamilə qalmasının ona aidiyyəti olmamış, ekspertiza rəylərilə razılaşmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o anası Şahid1 və bacısı Şahid2 ilə birlikdə yaşayır. X8 2014-cü ildə dünyasını dəyişmiş, ailələrində kişi olmadığından və maddi imkanları zəif olduğundan qonşular mütəmadi olaraq onlara kömək edərək ərzaq gətirib vermiş, onlara maddi dəstək olmuşlar. Təqsirləndirilən şəxs onlarla qonşu olmuş və onlara ev işlərində köməklik etmişdir. Təqsirləndirilən şəxs onların evinə anası Şahid1 çağırışı əsasında gələrək evdə bəzi təmir işlərinin görülməsində və həyətlərində olan ağacların budanmasında onlara köməklik etmişdir. 2021-ci ilin avqust ayının əvvəllərində anası Şahid1 ilə bacısı Şahid2 yaşadıqları evdən birlikdə çıxaraq göz həkiminə getdiklərindən o evdə oturub anası Pərvanənin tapşırığı əsasında küçəyə gələn su maşınını gözləmişdir ki, həmin avtomobildən su götürsün. Təxminən günorta saatlarında su maşını yaşadıqları küçəyə gələrək siqnal verməyə başlamış, o həmin səsi eşidib evdə olan su qablarını götürərək yaşadığı evin darvazasından çölə çıxıb təxminən 50 metr irəli gedib küçənin kəsişməsində olan su satan avtomobilə doğru irəliləmiş, su satan avtomobilə yaxınlaşaraq evdə olan 8 ədəd kiçik su qablarını doldurub iki-iki olmaqla evə daşımağa başlamış, sonuncu iki ədəd su qabını əlinə götürüb evin darvazasından içəri daxil olan zaman arxasınca kiminsə gəldiyini hiss etmiş, o darvazadan içəri girib əlindəki su ilə dolu qabları yerə qoyub qapını bağlamaq istəyən zaman Təqsirləndirilən şəxs əli ilə onun ilk öncə qolundan tutmuş, daha sonra isə onun saçını yolub səsini çıxarmamağını söyləyib baş nahiyəsinə şillə ilə vuraraq səsini çıxaracağı halda onu öldürəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs onu şillə ilə vurduğunu görüb onu öldürə biləcəyini fikirləşib səsini ucadan çıxarmayaraq evdən çıxıb getməsini söyləmiş, o Təqsirləndirilən şəxs dəfələrlə evdən çıxıb getməsini bildirib yalvarsa da, Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymayaraq saçından tutub onu pilləkənlə evə qaldırıb qonaq otağına doğru aparmış, onu divana doğru itələmiş, zərbənin təsirindən o divana sarı gedib ayaq üstə əyilmiş halda əlləri divana dayanmış vəziyyətdə qalmış, ağlaya-ağlaya Rəşidə yalvararaq onu buraxmasını xahiş etsə də, Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymayaraq əynində olan şalvarı aşağı çəkərək öz cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil edərək irəli geri hərəkət etdirmiş, onunla cinsi əlaqədə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının qarşısını bağlayıb bu barədə kiməsə məlumat verəcəyi halda onu öldürməklə hədələyib qaçaraq evdən getmiş, o Rəşidin onların evinə yenidən gəlməsindən, onu öldürməsindən qorxub, həmçinin utandığından anasına, bacısına və heç kəsə bu barədə məlumat verməmişdir. Sonrakı günlərdə onda ürək bulantısı və halsızlıq olmuş, həmçinin hər ayın əvvəli aybaşı olduğu halda, həmin ay aybaşı olmamış, elə bununla bağlı anası bir neçə dəfə evə təcili tibbi yardım çağırmış, həkimlər isə ona müəyyən dərmanlar təyin etmiş, bundan sonra o həmin dərmanları qəbul etmiş, sonrakı günlərdə anası Şahid1 aptekdən dərman alıb evə gələn zaman Təqsirləndirilən şəxs onun qarşısını kəsərək ona qarşı etdiyi təcavüzlə bağlı heç kəsə məlumat verməməyini bildirib əks halda onu öldürəcəyini söyləmiş, o Təqsirləndirilən şəxs hərəkətlərindən və onu öldürməsindən qorxaraq yenə də, bu barədə heç kəsə məlumat verməmişdir. Bir müddətdən sonra onun qarnı böyüməyə başlamış, həmin vaxt anası və bacısı narahat olduğundan xx.xx.2022-ci il tarixdə onu Gəncə şəhər A.Səhhət adına xəstəxanaya aparmış, orada həkim müayinəsindən sonra 22 həftəlik hamilə olduğu müəyyən olunmuşdur. Həmin vaxt anası və bacısı onu xəstəxanada danışdırdıqda o xəstəxanada anası və bacısına bütün olanları danışaraq Təqsirləndirilən şəxs tərəfindən zorlandığını söyləmişdir. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Həyat yoldaşı 2013-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişmişdir. Bundan sonra o restoranlarda xadiməçi kimi çalışaraq 2 qız övladını böyütmüş, böyük qızı Şahid2 hazırda kollecdə tələbədir, kiçik qızı Zərərçəkmiş şəxs isə əqli qüsuru olmaqla psixoloji xəstədir. Zərərçəkmiş şəxs anadan gəlmə qüsurlu olmaqla mütəmadi olaraq həkim müalicəsində və müayinəsində olmuşdur. Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 2 ünvanına yaxınlıqda yaşayaraq onlarla qonşu olmuşdur. Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, D.Bünyatzadə küçəsində yerləşən yaşayış evində yaşasa da hər gün onların yaşadığı küçədə olmuş, fərdi şəkildə ustalıq fəaliyyətini həyata keçirmişdir. Təqsirləndirilən şəxs dəfələrlə onun yaşadığı evə gələrək ağacları budamış, evdə olan təmir işlərində onlara köməklik etmişdir. O bir neçə dəfə evin darvazasından çölə çıxan vaxt Təqsirləndirilən şəxs onların evin yaxınlığında yerləşən çinar ağacının altında dayandığını və onları izlədiyinin şahidi olmuşdur. Qızı Zərərçəkmiş şəxs hamilə olması ilə bağlı bildirmişdir ki, 2021-ci ilin sentyabr ayında qızı Zərərçəkmiş şəxs halı pisləşdiyi üçün təcili tibbi yardım çağırmış, həmin vaxt həkimlər Zərərçəkmiş şəxs müayinə edərək ona dərmanlar təyin etmiş, bundan bir müddət sonra o qızı Güneli sahə həkiminin yanına apararaq orada da müayinə etdirmiş, həmin vaxt həkim onlara Günelin ödündə problem olduğunu bildirərək ona müalicəvi çaylar təyin etmişdir. 2022-ci ilin yanvar ayının 5-də böyük qızı Fatma digər qızı Güneli çimizdirən zaman onun qarnında şişkinlik olduğunu görüb bu barədə ona məlumat vermiş, həmin vaxt o da xəstələndiyindən qızı Güneli dərhal xəstəxanaya apara bilməcəyini, sağalandan sonra Güneli xəstəxaya aparıb müayinə etdirəcəyini qızı Fatmaya bildirmiş, 2022-ci ilin yanvar ayının 15-də o, qızları Fatma və Günel ilə birlikdə poliklinkadan aldığı göndəriş əsasında Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxanaya yollanmış, orada USM-nin həkimi qızı Zərərçəkmiş şəxs yoxlayan zaman onun 22 həftəlik hamilə olduğunu ona bildirmişdir. Onlar həmin vaxt olanları anlamamış, daha sonra qızı Zərərçəkmiş şəxs nə baş verdiyini soruşmuş, həmin vaxt qızı Günel ona ilkin olaraq cavab verməyərək qorxub çəkinmiş, lakin evə Rəşidin daxil olduğunu bildirmiş, evdə olan zaman isə qızını danışdırdıqda Zərərçəkmiş şəxs həmin vaxt bütün olanları tam şəkildə olmasa da ona danışmağa başlamış, danışıq zamanı qızı Günel ona bildirmişdir ki, o və digər qızı Fatma göz həkiminə gedən zaman qonşuları Rəşid onların evdə olmamağından istifadə edərək su gətirdikdən sonra Güneli güdərək arxasınca yaşadıqları evin həyətinə daxil olmuş, həmin vaxt qızının qolundan tutub saçından dartaraq, üz nahiyəsinə şillə ilə vuraraq, əqli gerilik xəstəliyindən istifadə edib qorxudaraq dəhlizdə olan divana doğru aparmış, həmin vaxt Güneli ayaq üstə divana doğru uzadaraq əynində olan şalvarını çıxarmış və Günellə cinsi əlaqədə olmaqla zorlamışdır. Həmin vaxt o qızı Zərərçəkmiş şəxs nə üçün bu barədə ona və bacısına məlumat vermədiyini soruşduqda Günel ona Rəşidin bu barədə ona və digər şəxsə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələdiyini, bunun üçün qorxaraq bu barədə heç kəsə məlumat vermədiyini ona bildirərək ağlamışdır. Bundan sonra Kəpəz RPİ-nin əməkdaşları onun yaşadığı ünvana gəlmiş, onlar isə olanları polis əməkdaşlarına bildirərək qonşuları Rəşiddən şikayət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. X8 2013-cü ildə dünyasını dəyişdikdən sonra anası Şahid1 restoranlarda xadiməçi işləyərək onları saxlamışdır. Maddi imkanları yaxşı olmadığından qonşuları onlara maddi köməklik etmişlər. Bacısı Zərərçəkmiş şəxs əqli qüsurlu xəstə olmaqla mütəmadi olaraq həkim nəzarəti altında müayinə və müalicə olunmuşdur. Təqsirləndirilən şəxs qonşu kimi tanımışdır. O, usta kimi fəaliyyət göstərmiş, dəfələrlə onların evində olaraq təmir işlərini həyata keçirmiş, həyətdə olan ağacları kəsmişdir. Bir neçə dəfə evdən çölə çıxdığı vaxt Rəşidin evlərinin yaxınlığında dayanaraq onların darvazasına baxmasının şahidi olmuşdur. 2021-ci ilin sentyabr ayının 16-da bacısı Günelin halı pisləşdiyi üçün təcili tibbi yardım çağırmışlar. Həkimlər onu müayinə edərək dərman yazmışlar. 2022-ci ilin yanvar ayının 5-də Güneli çimizdirən vaxt onun qarın nahiyyəsində şişkinlik olduğunu görüb bu barədə anasına məlumat vermişdir. 2022-ci ilin yanvar ayının 15-də Abbas Səhhət adına xəstəxanaya getmişlər. Orada bacısı USM-dən keçdikdən sonra müəyyən olunmuşdur ki, Günel 22 həftəlik hamilədir.Bundan sonra anası ilə birlikdə bacısı Güneldən xəstəxananın dəhlizində baş verənləri soruşmuşlar, Günel əvvəlcə qorxduğu üçün cavab verməsə də, sonradan “Rəşiddi” deyə cavab vermişdir. Bundan sonra evlərinə getmişlər. Evdə olan zaman Güneli ətraflı olaraq danışdırmağa başlamışlar. Danışıq zamanı bacısı Günel onlara bildirmişdir ki, o və anası 2021-ci ilin yay aylarında göz həkiminə gedən zaman qonşuları Rəşid onların evdə olmamağından istifadə edərək su gətirdikdən sonra Güneli güdərək arxasınca yaşadıqları evin həyətinə daxil olmuş, həmin vaxt bacısının qolundan tutub saçından dartaraq, üzünə sillə ilə vuraraq, əqli geriliyindən istifadə edib qorxudaraq dəhlizdə olan divana doğru aparmış, həmin vaxt Güneli ayaq üstə divana doğru uzadaraq əynində olan şalvarını çıxarmış və Günellə cinsi əlaqədə olmaqla zorlamışdır. Bundan sonra o Güneli öldürəcəyi ilə hədələyərək heç kimə məlumat verməməsini tapşırmışdır. Bundan sonra Kəpəz RPİ-nin əməkdaşları onların yaşadığı ünvana gəlmiş, onlar isə olanları polis əməkdaşlarına bildirərək qonşuları Rəşiddən şikayət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu olmaqla onu təxminən 40 il olar ki, tanımışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə onun adına olsa da, nömrəni təxminən 10 ildən artıqdır ki, Təqsirləndirilən şəxs istifadə etmiş, o Təqsirləndirilən şəxs ilə birlikdə nömrə almağa gedən zaman Təqsirləndirilən şəxs üzərində şəxsiyyət vəsiqəsi olmadığından Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil nömrəni onun adına alaraq sənədləşdirmiş, həmin vaxt o Rəşidlə yanaşı özünə də ***-***-**-** mobil nömrəsini alaraq təxminən 8 il istifadə etdikdən sonra həmin nömrəni müştəri xidmətlərinə yaxınlaşaraq bağlatdırmış, lakin Təqsirləndirilən şəxs həmin nömrəni 10 ildən artıqdır ki, istifadə etmiş, həmin ***-***-**-** mobil nömrə alındığı vaxtdan Təqsirləndirilən şəxs istifadəsində olmuş, həmin nömrəni ondan başqa heç kəs istifadə etməmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 2021-ci ilin avqust ayında yaşadığı evdə Rəşid adlı şəxs onunla zorla cinsi əlaqədə olmuş, bakirəliyini pozmuşdur. xx.xx.2022-ci il tarixdə xəstəxanada bilmişdir ki, 5 aylıq hamilədir. Qız uşağı olduğu üçün əvvəlcə qorxduğu üçün heç kimə deməmiş və heç bir yerdə şikayət etməmişdir. Odur ki, Rəşid barəsində qanuni tədbir görüb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş şəxsyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2005-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X2” X9 18 yanvar 2022-ci il tarixli, 86 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində xəsarətlərin obyektiv əlamətləri müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs anus dəliyi nahiyəsində müəyyən edilmiş anal dəlik sfiktorunun boşalması, şüavari büküşlərinhamarlaşması, anal dəlik vasitəsilə qeyri təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlərdəndir. Zərərçəkmiş şəxs hal-hazırda 22-23 həftəlik hamilədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X2” X9 22 fevral 2022-ci il tarixli, 267 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu onunla pozulmadan cinsi əlaqəyə girməyə imkan verir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 22/137 R nömrəli ekspert rəyindən görünür ki, keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bətnindəki qadın cinsindən olan dölün bioloji atası 99,99999862% ehtimalla Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X2” X9 23 fevral 2022-ci il tarixli, 274 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Bakı şəhəri 1 saylı X6 tərəfindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli 39 saylı arayışa əsasən, Təqsirləndirilən şəxs zöhrəvi xəstəliklərdən trichomaniaz və maya göbələyi aşkarlandı. Hal-hazırda sperma ifraz etməyə qadirdir, mayalandırma qabiliyyəti var. Respublika QİÇS-lə Mübarizə Mərkəzində aparılmış müayinələrə əsasən Təqsirləndirilən şəxs insan immunçatışmazlığı virusu (QİÇS) aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasına dair 17 fevral 2022-ci il tarixli, 97/33 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində), davranış pozuntuları ilə xbt 10 ( Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış ) F70.1 keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, ona qarşı törədilmiş qanunazidd əməl zamanı öz hərəkətlərini qiymətləndirmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməlin mahiyyətini tam dərk etməmiş və həmin əməlin mümkün nəticələrini görə bilmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs onunla edilən hərəkətlərin xarakter və mənasını tam dərk etmək və anlaya bilmək qabiliyyətində olmamış, bu səbəbdən həmin əməli törədən şəxsə müqavimət göstərə bilməmişdir. Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını tam dərk etmək qabiliyyətində olmamışdır. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyəcanlı psixi emosional halda olmuşdur. Həmin psixi-emosional halın yaranma səbəbi təqsirləndirilən şəxsin ona qarşı etdiyi qanunazidd hərəkətlər ola bilər. Zərərçəkmiş şəxs özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halından asılı olaraq o, müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs psixioloji vəziyyəti törənmiş hadisə ilə əlaqədar deyil, onda yüngül dərəcəli əqli gerilik əlamətləri müşahidə olunur. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir. Zərərçəkmiş şəxs hazırkı psixioloji durumuna əsasən valideyn kimi öz vəzifələrini yerinə yetirə bilmək iqtidarında deyildir İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X2” X9 12 mart 2022-ci il tarixli, 386 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı QİÇS və zöhrəvi xəstəliklər – RW siflis, trixamanoz və qonareya xəstəlikləri aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasına dair 15 mart 2022-ci il tarixli, 154/47 nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs AR CM-nin 21.1-ci maddəsinin təsir altında düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək, görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərini və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə birlikdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onların yaşadığı evə zorla daxil olduğunu, daha sonra onu vuraraq yaşadığı evin qonaq otağına apardığını, orada onu ayaqüstə divana doğru əyərək arxadan önə doğru onun iradəsinə zidd cinsi əlaqədə olaraq zorladığını bildirərək həmin sözləri Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli AZF/LGL-5467/22 məktubla daxil olmuş telefon danışıqları olan diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə mütəmadi olaraq Gəncə şəhərində olmuş və həmin nömrədən istifadə edilmişdir. Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilmişdir ki, iş üzrə təqdim edilmiş bütün tədqiqat obyektləri, eləcə də, Təqsirləndirilən şəxs götürülmüş qan və “yanaq epiteli qaşıntısı” nümunələri üzərində tədqiqat keçirilmiş və DNT profili əldə edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş qan və “yanaq epiteli qaşıntısı” nümunələrindən əldə edilmiş DNT profilləri 15 somatik STR və 1 cinsiyyəti müəyyən edən faktor üzrə tam eynilik təşkil edir və hər hansı mutasiya halı qeydə alınmamışdır. xx.xx.2022-ci il tarixli 22/137R saylı ekspertiza rəyinin tərtib olunmasında texniki səhvə görə “Təqsirləndirilən şəxs götürülmüş qan və “yanaq epiteli qaşıntısı” nümunəsi” ifadəsinin əvəzinə “Təqsirləndirilən şəxs götürülmüş “yanaq epiteli qaşıntısı” nümunəsi” ifadəsindən istifadə edilmişdir. Rəyin tərtibatında baş vermiş bu texniki səhvin nəticəyə hər hansı təsiri mümkün deyildir. Odur ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsi tədqiqat zamanı tədqiq edilmiş və sərf edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 149.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(043)-62/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 ay 9 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 11 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3, 149.2.4 və 157.1-ci maddələri ilə elan olunmuş ittihamlarla özünü təqsirli bilməyərək qonşusu Zərərçəkmiş şəxs ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmadığını, ona qarşı zorakılıq hərəkətləri etmədiyini, Günelin hamilə qalmasının ona aidiyyətinin olmamasını, ekspertiza rəylərilə razılaşmadığını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi həmin ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri işin faktiki hallarına uyğun olmayan, uydurma, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edir. Məhkəmə onun təqsirinin zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapdığını hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş canlı şəxsin ekspertizasına dair rəydən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu onunla pozulmadan cinsi əlaqəyə girməyə imkan verir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Həmçinin iş materiallarında olan Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən təqdim edilmiş ekspert rəyindən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bətnindəki qadın cinsindən olan dölün bioloji atası 99,99999862% ehtimalla Təqsirləndirilən şəxsdur. Bundan başqa Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilmişdir ki, iş üzrə təqdim edilmiş bütün tədqiqat obyektləri, eləcə də, Təqsirləndirilən şəxs götürülmüş qan və “yanaq epiteli qaşıntısı” nümunələri üzərində tədqiqat keçirilmiş və DNT profili əldə edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş qan və “yanaq epiteli qaşıntısı” nümunələrindən əldə edilmiş DNT profilləri 15 somatik STR və 1 cinsiyyəti müəyyən edən faktor üzrə tam eynilik təşkil edir və hər hansı mutasiya halı qeydə alınmamışdır. xx.xx.2022-ci il tarixli 22/137R saylı ekspertiza rəyinin tərtib olunmasında texniki səhvə görə “Təqsirləndirilən şəxs götürülmüş qan və “yanaq epiteli qaşıntısı” nümunəsi” ifadəsinin əvəzinə “Təqsirləndirilən şəxs götürülmüş “yanaq epiteli qaşıntısı” nümunəsi” ifadəsindən istifadə edilmişdir. Rəyin tərtibatında baş vermiş bu texniki səhvin nəticəyə hər hansı təsiri mümkün deyildir. Odur ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsi tədqiqat zamanı tədqiq edilmiş və sərf edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 149.2.3, 149.2.4 və 157.1-ci maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-in 15.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəza çəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.3, 149.2.4 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.3 və 149.2.4-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə 1 (bir) il müddətə islah işləri cəzasının dörd günü Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla müəyyən edilmiş 3 (üç) ay azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar