Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-289/2024 04.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X1 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Şahniyar oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1979-cu ildə Gədəbəy rayonu, İnəkboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı qəsdən zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla silah qismində istifadə olunan əşyadan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 28 aprel 2021-ci il tarixdə, saat 18 radələrində ünvan 2 ünvanında yerləşən kafedə olarkən tanışı Zərərçəkmiş şəxs Şahniyar oğlu onu yemək yeyib spirtli içkilər qəbul etdiyi masaya dəvət edərək birlikdə spirtli içkilər qəbul etməyi təklif etdikdə o, Zərərçəkmiş şəxs Şahniyar oğluna “sən fahişəliyə cəlb etməklə məşğul olursan, kişi deyilsən, səninlə oturmaq olmaz” sözlərini demiş, sonuncunun isə buna cavab olaraq “bu sözlər sənə aiddir” deməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, onlar sözlə mübahisə etdikdən sonra Təqsirləndirilən şəxs çıxıb evinə getmiş, evində olarkən yaxın münasibətdə olduğu həmkəndlisi, həmçinin Zərərçəkmiş şəxs qardaşı Şahid4 Şahniyar oğlu ilə birlikdə çay içmək üçün həmin kafeyə getmişlər, həmin kafedə Qasımov X3 Həsənovdan bayaq nəyə görə barəsində o cür sözlər deməsini soruşduqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində dediyi həmin sözlərə görə onların arasında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı iti ülgücü, iti ucu və tiyəsinin uzunluğu 124 mm, dəstəyinin uzunluğu 100 mm ölçüdə, zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik olan, soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağından silah qismində istifadə edib Zərərçəkmiş şəxs Şahniyar oğlunun qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq sonuncuya qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən dalağın zədələnməsi nəticəsində inkişaf edən, kəskin qanitirmə ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə, Zərərçəkmiş şəxs Şahniyar oğlunun sağlamlığına silah qismində istifadə olunan əşyadan istifadə edərək qəsdən ağır zərər vurmaqla ictimai yer sayılan restoranda Zərərçəkmiş şəxs Şahniyar oğlunun ünvanına nalayiq ifadələr, söyüşlər işlədərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini göstərmişdir. 28 aprel 2021-ci il tarixdə yaşadığı evdən çıxıb Tovuz rayonu, Qovlar qəsəbəsi, Azadlıq küçəsində yerləşən Dilarə adlı qadının işlətdiyi kafenin yanından keçərkən Zərərçəkmiş şəxs, Şahid2 və Şahid3 Sevda adlı qadınla kafedə oturub yeyibiçdiklərini görmüşdür. Zərərçəkmiş şəxs ona demişdir ki, “gəl, bizimlə yemək ye”. O isə demişdir ki, “evdə içki içmişəm, sağ olun, sizə nuş olsun, yeyin-için”. O, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Zərərçəkmiş şəxs ona demişdir ki, “niyə heç evə dəvət etmirsən məni?” O, içkili olduğuna görə sərt cavab vermiş və demişdir ki, “mən fahişəliyə cəlb edənlə oturmuram”. Bu sözü dediyinə görə Zərərçəkmiş şəxsla arasında mübahisə yaranmış, sözlə mübahisə etdikdən sonra o, çıxıb evinə gedib yatmışdır. O, evində bir az yatdıqdan sonra Rəhimin qardaşı Şahid4 onun evinə gəlib onu çağırmışdır. O, Şahid4la ailəvi dostdur, bir-birilərinə gediş-gəlişləri var. Şahid4 ona birlikdə gedib çay içməyi təklif etmişdir. O, Şahid4la birlikdə Dilarənin işlətdiyi kafeyə gəlmişdir. Dilarə onların oturması üçün stol təşkil etməklə bağlı neçə nəfər olduqlarını soruşmuşdur. Şahid4 iki nəfər olduqlarını demişdir. Elə bunu deyəndə Zərərçəkmiş şəxs onun yanına gələrək ona demişdir ki, “bayaq mən sənə nə demişdim ki, sən o sözü dedin?” O isə demişdir ki, “içkili idik, oldu keçdi, xahiş edirəm, məndən bir az aralı dur”. Həmin vaxt Zərərçəkmiş şəxs onu stol ilə vurmuşdur. Bu vaxt Rəhimin qardaşı Şahid4 onları aralamışdır. Zərərçəkmiş şəxsla bir-birilərinə söyüş söymüşlər, artıq-əksik sözlər demişlər. Şahid4 da onlara demişdir ki, “siz ki bir-birinizi başa düşmürsünüz, gedin bir-birinizi yeyin, mənlik deyil”. Zərərçəkmiş şəxs əlindəki stolla onu vurmağa başlamışdır. O, yoldan daş qırığını götürüb Rəhimə atmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs çapacaqla onu vurmuşdur, ondan qan axdığını hiss etmişdir. Zərərçəkmiş şəxs əlindəki çapacağı görəndə elə bilmişdir ki, onu öldürmək fikrindədir. Həmin vaxt o, stolun üstündən bıçağı götürüb bıçaqla Zərərçəkmiş şəxs vurmuşdur. Sonra o, üzünün qanını silə-silə polis şöbəsinə getmişdir. X12 çağıraraq onu xəstəxanaya aparmışlar. Xəstəxanada çapacaqla aldığı xəsarətlə bağlı əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxsla aralarında baş vermiş münaqişə zamanı Rəhimin əlində çapacaq olmuşdur. O, Rəhimin yaxasından tutarkən görmüşdür ki, Rəhimin əlində çapacaq var. O, həmin vaxt zənn etmişdir ki, Rəhim onu vurmaq istəyir. O, çapacağı Rəhimin əlindən almaq üçün heç nə etməmişdir. Həmin münaqişə zamanı Rəhimin qardaşı Şahid4 da orada olmuşdur. Həmin vaxt Dilarə adlı qadın kafedə olsa da, hadisə vaxtı kafenin mətbəxində olmuşdur. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq daha sonra göstərmişdir ki, onun Zərərçəkmiş şəxsla arasında münaqişə yaranmamışdan əvvəl ilk öncə Dilarə adlı qadının işlətdiyi kafeyə gələrkən Zərərçəkmiş şəxs onu niyə evlərinə dəvət etmədiyini soruşmuşdur, o isə içkili olduğu üçün bu sualı pis mənada başa düşmüşdür. O, sonradan Rəhimin qardaşı Arizlə həmin kafeyə yenidən gələrkən Rəhim ona demişdir ki, “sən niyə mənə fahişəliyə cəlb edənlə oturmuram dedin?” O isə demişdir ki, “içkili idik, məndən bir az aralı gəz”. Onlar bir-birilərinə artıq-əksik sözlər deyib söyüş söymüşlər. Həmçinin bildirir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi daha təfərrüatlı ifadələri elan olunmaqla tədqiq edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 28 aprel 2021-cü il tarixdə verdiyi izahatından və 30 may 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən daha təfərrüatlı verdiyi ifadələrindən görünür ki, o, Tovuz rayonu, Qovlar qəsəbəsində ailəsi ilə birlikdə kirayədə yaşayır. Himayəsində bir azyaşlı uşağı var. Qalan övladları yetkinlik yaşına çatmışdır. O, Zərərçəkmiş şəxs Şahniyar oğlunu otuz ilə yaxındır ki, tanıyır. Rəhim onun yaşadığı Böyük Qaramurad kəndində yaşayır. Onunla aralarında düşmənçilik və ədavət olmamışdır. Hətta Rəhimin qardaşı Şahid4la yaxın dostluq münasibəti var. 28 aprel 2021-ci il tarixdə, saat 17 radələrində yaşadığı evdən çıxıb Tovuz rayonu, Qovlar qəsəbəsi, Azadlıq küçəsinə gəlmişdir. Həmin vaxt yemək yeyib spirtli içki araq qəbul etdiyi üçün sərxoş vəziyyətdə olmuşdur. Azadlıq küçəsində yerləşən Dilarə adlı qadının işlətdiyi kafenin yanından keçərkən Rəhim, Qafur və Xəqani adlı şəxslərin orada oturub yemək yediklərini görmüşdür. Həmin vaxt Rəhim onu da onlarla birlikdə yemək yeməyə dəvət etdikdə o, onlara yemək yediyini və araq içdiyini deyib Rəhimin təklifini qəbul etməmişdir. Bu vaxt Rəhim ona “niyə məni evinə dəvət etmirsən” dedikdə Rəhimin oturduğu stolda Sevda və Dilarə adlı əxlaqsız qadınları görüb Rəhimə “evimə əxlaqsızları dəvət etmirəm” cavabını vermişdir. Bu vaxt aralarında sözlə mübahisə yaransa da, dalaşmamışlar. Bundan sonra yaşadığı evə getmişdir. Təxminən bir saat evdə yatdıqdan sonra Rəhimin qardaşı Ariz onun evinə gəlmişdir. Arizlə dost olduğu üçün o, evinə tez-tez gəlir. Evdən həmin vaxt ondan başqa heç kim olmadığı üçün Arizə Dilarənin yeməkxanasına gedib orada çay içməyi təklif etmişdir. Təklifindən sonra onlar birlikdə Dilarənin yeməkxanasına çay içməyə getmişlər. Yeməkxanaya gəlib burada həyətdə stollardan birində əyləşmişlər. Ariz Dilarəni çağırıb çay sifariş vermişdir. Həmin vaxt Rəhim yeməkxanada zalda oturmuşdur. Bu zaman Rəhim zaldan çıxıb onların yanına gəlmiş və ona “mən sənin hansı yaxınının başını tutmuşam” sözlərini deyərək ona sual verdikdə ona “sən mənim yaxınlarımın başını tuta bilməzsən, get öz yaxınlarının başını tut” deyib ondan kənarlaşmasını tələb etmişdir. Bu vaxt Rəhim oturacaq stulunu götürüb kürək nahiyəsindən, başından və bədəninin müxtəlif yerlərindən vurmuşdur. Həmin vaxt oturmuş vəziyyətdə olmuşdur. Tez ayağa qalxmışdır. Həmin vaxt dalaşmanın böyüməməsi üçün Ariz onları aralamışdır. Orada kənar şəxslərin olmasını xatırlamır. Həmin vaxt Rəhimi vurmamış və ondan aralaşıb yaşadığı ev istiqamətində getmişdir. Ariz də ondan aralanıb evinə tərəf getmişdir. Lakin Rəhim arxasınca gəlib onun övladlarını söydükdə söyüşlərə görə dözə bilməmiş və Rəhimin ünvanına söymüşdür. Ariz onların sakitləşmədiyini görüb evə getmiş, onlara da “nə edirsiniz edin” deyib onlardan aralanmışdır. Həmin vaxt başqa heç kim ətrafda olmamışdır. Ariz gedəndən sonra Rəhim yenidən onun arxasınca gələrək onu söyməyə davam etmişdir. Bu dəfə özünü saxlaya bilməmiş, geri qayıdıb yerdən daş, səhv etmirsə kubik qırığı götürüb Rəhimə yaxınlaşıb ona tərəf atmadan onu həmin daşla mədəsindən vurmuşdur. Həmin vaxt yeməkxanada mətbəxin bayır tərəfində manqalın yanında olan stolun üzərində 1 ədəd çapacaq və 1 ədəd bıçaq olmuşdur. Rəhimi daşla sinəsindən vurduqda onun əlində olan stul yerə düşmüşdür. Rəhim isə stolun üzərində olan çapacağı götürüb onun sifətindən, yəni alın və üzünə doğru bir dəfə vurmuşdur. Zərbənin təsirindən büdrəmiş və dizlərini yerə qoymuşdur. Üzündən qan gəldiyi üçün gözünü silmiş və Rəhimin ikinci dəfə onu vurmaq istədiyini görmüşdür. Bu vaxt o da stolun üzərində olan həmin bıçağı götürüb Rəhimin qarın hissəsindən bir dəfə zərbə endirmişdir. Lakin zərbənin Rəhimin qarının hansı hissəsinə dəydiyini görməmişdir. Onun Rəhimi öldürmək məqsədi və niyyəti olmamışdır. Olsa idi bunu həmin vaxtı edə bilərdi. Bıçağı kafeyə atıb təslim olmaqdan ötrü Qovlar polis bölməsi istiqamətində getmişdir. Belə ki, Polis Bölməsi hadisə baş verən yerə yaxın yerdə yerləşir. Orada bölməyə daxil olaraq baş vermiş hadisə barədə məlumat vermişdir. Rəhim isə onun arxasınca Polis Bölməsinə gəlmiş, onun polis bölməsinin binasına daxil olduğunu gördükdə qayıdıb getmişdir. Qovlar polis bölməsində ona tibbi yardım göstərilməsi üçün X12 avtomobili çağırılmış və sonra o, Tovuz mərkəzi rayon xəstəxanasına aparılmışdır. Tovuz mərkəzi rayon xəstəxanasında ona tibbi yardım göstərilmiş və o, təxminən səkkiz gün xəstəxanada tibbi yardım aldıqdan sonra evə buraxılmışdır (iş vərəqə: cild İ, səh. 20-22, 92-94). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Şahniyar oğlu ifadəsində göstərmişdir ki, 28 aprel 2021-ci il tarixdə Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində yerləşən yeməkxananın həyətində oturub yeyib- içirmişlər. Orada işləyən Sevda adlı xanım da orada olmuşdur. O, Qafur və Xəqani ilə oturubmuş. Həmin vaxt Təqsirləndirilən şəxs da yeməkxanaya gəlmişdir. O, Təqsirləndirilən şəxs demişdir ki, “gəl otur, çörək yeyək”. Təqsirləndirilən şəxs demişdir ki, “mən yemək yemirəm, evdə yeyib gəlmişəm”. O da demişdir ki, “evdə yemək olanda çağırsan gəlib biz də oturub yeyək”. Həmin vaxt Təqsirləndirilən şəxs pis ifadə işlətmişdir. Təqsirləndirilən şəxs işlətdiyi həmin ifadəyə görə onlar mübahisə etməyə başlamışlar. Təqsirləndirilən şəxs ona demişdir ki, “sən baş tutmusan”. O isə demişdir ki, “sən harada görmüsən baş tutduğumu?” Onların arasında bu mübahisə başa çatdıqdan sonra Təqsirləndirilən şəxs yeməkxanadan çıxıb getmişdir. Təxminən yarım saat sonra Təqsirləndirilən şəxs onun qardaşı Şahid4la birlikdə həmin yeməkxanaya gəlib çay içmişlər. O, Təqsirləndirilən şəxs yanına gəlib demişdir ki, “bayaq sənə pislik etmədim ki, səni yeməyə dəvət etdim. Bayaq sən nəyə görə mənə dedin ki, mən baş tutmuşam”. Təqsirləndirilən şəxs ona demişdir ki, “sən özününkülərin başını tuta bilərsən, mənimkilərin yox”. Həmin söz ona pis təsir etmişdir. O, stulu götürüb Təqsirləndirilən şəxs vurmuşdur. Sonra Təqsirləndirilən şəxs ona söyüş söyə-söyə getmiş, yerdən beton daş qırığı götürüb onu vurmuşdur. Təqsirləndirilən şəxs onu daşla vurarkən o da stulla yenidən Təqsirləndirilən şəxs vurmuşdur. Həmin vaxt o, yerdə kötüyün üstündə olan çapacağı əlinə götürmüşdür, bu vaxt Təqsirləndirilən şəxs ona kəllə atmışdır. Təqsirləndirilən şəxs ona kəllə atanda başı çapacağa dəymişdir. Həmin vaxt Təqsirləndirilən şəxs kötüyün yanından bıçağı götürüb onu vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getmişdir. Zərərçəkmiş şəxs Şahniyar oğlu verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxs stulla vurandan sonra sonuncu da onu daşla vurmuşdur. Daha sonra o, çapacaqla Təqsirləndirilən şəxs vurmuşdur. Təqsirləndirilən şəxs isə bıçaqla onu vurmuşdur. Həmin vaxt hadisə yerinə ətrafda olan camaat yığışmışdır. Onlar mübahisə vaxtı bir-birilərinə nalayiq ifadələr işlətmişlər. Hadisə vaxtı kafeni işlədən Dilarə adlı qadın kafedə olmuşdur. O, hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 aprel 2021-ci il tarixdə Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində işlətdiyi kafedə olarkən Zərərçəkmiş şəxs kafedə yemək yeyirmiş. Daha sonra kafeyə Təqsirləndirilən şəxs gəlmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onlarla birlikdə yemək yeməyə dəvət etmişdir. Lakin Təqsirləndirilən şəxs onlarla oturmamışdır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə qurtardıqdan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. Bir az keçdikdən sonra Təqsirləndirilən şəxs Rəhimin qardaşı Şahid4la birlikdə gəlib kafedə çay içmişlər. Həmin vaxt Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs mübahisə edirmişlər. O, kafenin mətbəxindən çıxdıqda bıçaqlaşma olmasını görmüşdür. Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vurmuşdur. Şahid1 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, həmin gün Təqsirləndirilən şəxs birinci dəfə onun işlətdiyi kafeyə gələrkən o, Şahid3, Zərərçəkmiş şəxs, Şahid2 və Sevda adlı qadın kafedə olmuşlar. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs demişdir ki, “gəl çörək yeyək”. Təqsirləndirilən şəxs isə nalayiq ifadə işlədərək demişdir ki, “mən sizlə yemək yemirəm”. Nalayiq ifadəyə görə Şəbanla Rəhim mübahisə etməyə başlamışlar. Daha sonra Şəban çıxıb getmişdir. Bundan bir az keçdikdən sonra Şəban Rəhimin qardaşı Arizlə birlikdə kafeyə çay içməyə gəlmişlər. O, çay hazırlayarkən Rəhimlə Şəban mübahisə etmişlər. O, kafenin mətbəxindən çıxarkən görmüşdür ki, Şəbanın başı yarılıb, qan axır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs mübahisə edərkən bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 28 aprel 2021-ci il tarixdə Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində yerləşən Şahid1 işlətdiyi kafedə o, Şahid3, Zərərçəkmiş şəxs oturub yeyib-içirmişlər. Daha sonra Təqsirləndirilən şəxs kafeyə gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs demişdir ki, “gəl yemək yeyək”. Bu vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nəsə demişdir və bu sözə görə onların arasında dava düşmüşdür. Onların dalaşmalarını qoymamışlar və onları aralamışlar. Sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. Bu mübahisədən sonra o da kafedən çıxıb getmişdir. Sonradan camaatdan eşitmişdir ki, bıçaqlaşma baş verib. Həmçinin bildirir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 Şahniyar oğlu ifadəsində göstərmişdir ki, 28 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla birlikdə çay içmək üçün kafeyə getmişlər. O, Şabanla birlikdə kafeyə getməmişdən əvvəl Şabanın onun qardaşı Zərərçəkmiş şəxsla arasında mübahisələri yaranıbmış. X6 arasında əvvəlcə yaranmış mübahisə zamanı o, kafedə olmamışdır. Sonradan o, çay içmək üçün Şəbanla Dilarənin işlətdiyi kafeyə gedərkən kafedə Təqsirləndirilən şəxs əvvəlcədən qardaşı Zərərçəkmiş şəxs hansısa dediyi sözə görə onların arasında mübahisə düşmüş və Şəbanla Rəhim əlbəyaxa olmuşlar. Onları aralaşdırmağa çalışmışdır. O, bağçanın arxasına çatdıqda səs-küy eşitmişdir. Görmüşdür ki, Təqsirləndirilən şəxs başı qanlı şəkildə polis şöbəsinə gedir. Qardaşı Rəhim də əli ilə böyrünü tutmuşdu. O, bilmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Sonradan həmçinin bilmişdir ki, qardaşı Rəhim də çapacaqla Şəbanı vurub. Mübahisə zamanı kafedə təxminən 2-3 nəfər olmuşdur. Həmin vaxt Şahid1 da kafedə idi. Dava zamanı onlar birbirilərinə söyüş söyürdülər. Şahid4 Şahniyar oğlu daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla çay içmək üçün kafeyə gedərkən kafedə qardaşı Zərərçəkmiş şəxs gəlib Şəbana demişdir ki, “harada görmüsən mənim baş tutanlığımı?” Şəban isə demişdir ki, “get, sonra söhbət edərik”. Qardaşı Rəhim də demişdir ki, “sübut elə”. Sonra davadalaş düşmüşdür. Həmçinin bildirir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, “Elektron məhkəmə sistemindən çıxarış”a əsasən Azərbaycan Respublikası hüdudlarından kənarda olmasına görə məhkəmədə iştirakının təmin edilməsinin mümkün olmaması ilə əlaqədar olaraq məhkəmə istintaqı zamanı iştirak etməyən və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs Şahniyar oğlu və Təqsirləndirilən şəxs ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. 28 aprel 2021-ci il tarixdə, saat 17 radələrində Rəhman adlı şəxsə məxsus yeməkxanada olmuşdur. Bir müddət çayxananın yan tərəfinə keçmişdir. Bu zaman çayxananın həyət tərəfindən səs-küy gəlməsini eşitmişdir. Oraya gəldikdə Zərərçəkmiş şəxs Şahniyar oğlunun Təqsirləndirilən şəxs ilə sözlü mübahisə etdiyini, bir-birinə söydüklərini, yeməkxanada işləyən Dilarə adlı qadının, Sevda adlı şəxsin və tanışı Xəqani adlı şəxsin onları sakitləşdirməyə çalışdıqlarını görmüşdür. Sakitlik yarandıqdan sonra Şəban yeməkxananı tərk edib getmişdir. Bundan sonra yeməkxanada 5-10 dəqiqə oturmuş, sonra yeməkxananı tərk edib buradan təxminən 50-60 metr uzaqlıqda olan, Qovlar polis bölməsi ilə üzbəüz yerləşən “Babək” kafesinə getmişdir. Orada tək oturub çay içmişdir. Saat 18 radələrində küçədən səs-küy gəlməsini eşidib yeməkxanadan çıxdıqda Təqsirləndirilən şəxs başında və sifətində qan olduğunu, bu vəziyyətdə də onun qaça-qaça Qovlar polis bölməsinə tərəf gəldiyini görmüşdür. Həmin vaxtı Zərərçəkmiş şəxs da onun arxasınca gəlmişdir. Zərərçəkmiş şəxs yaxınlaşdıqda onun əyinində olan köynəyin qarın nahiyəsində qan izi olduğunu görmüşdür. Rəhim ona “kömək et” dedikdə tanımadığı sürücünün idarə etdiyi “VAZ-21011” markalı avtomobili saxlayıb onu xəstəxanaya yola salmışdır. Sonradan eşitmişdir ki, həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs yeməkxanaya qayıtmış, ”baş tutan” sözünə görə yaranmış sözlü mübahisə sonradan Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs Şahniyar oğlunun bıçaqlanması ilə nəticələnmiş hadisəyə səbəb olmuşdur. Həmin vaxtı hadisə yerində olmamışdır (iş vərəqə: cild İ, səh. 138-141). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 28 aprel 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən kafedir. Hadisə kafenin həyətində baş vermişdir. Hadisə yerində bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağı və bir ədəd bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı çapacaq aşkar olunaraq götürülmüşdür (iş vərəqə: cild İ, səh. 4-14). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 28 aprel 2021-ci il tarixli “könüllü gəlib təqsirini boynuna alma haqqında protokol”dan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Tovuz Rayon Polis X10 Bölməsinə gələrək bıçaqla Zərərçəkmiş şəxs Şahniyar oğluna xəsarət yetirdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh. 16). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və X8 rayon şöbəsinin 22 may 2021-ci il tarixli, 250 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs Şahniyar oğlunun bədən səthində aşkar edilmiş xəsarət- qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən dalağın zədələnməsi nəticəsində inkişaf edən, kəskin qanitirmə ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası iti kənara malik əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs Şahniyar oğlunun bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni iti kənara malik əşyanının (alətin), eləcə də mətbəx bıçağının deşici-kəsici hissəsinin təsiri nəticəsində əmələ gələ bilməsi istisna edilmir (iş vərəqə: cild İ, səh. 71-72). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və X8 rayon şöbəsinin 28 may 2021-ci il tarixli, 262 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol təpə-alın, sol qaş-alın və burun nahiyələrinin çapılmış yarası iti kənara malik əşyanın (alətin) təsirindən onin tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdir və dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni iti kənara malik əşyanının (alətin), eləcə də əl çapacağının tiyəsinin kəsici hissəsinin təsiri nəticəsində əmələ gələ bilməsi istisna edilmir (cinayət işinin materialları). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2” X11 18 may 2021-ci il tarixli, 229- 2021/ MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs Şahniyar oğluna məxsus köynəyin və maykanın ön səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə iti ülgücü, iti ucu və özünü kafi dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş bıçaq deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim edilmiş çapacaq məişət təyinatlı mətbəx çapacağıdır və soyuq silah hesab olunmur (iş vərəqə: cild İ, səh. 63-70). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X11 01 iyun 2021-cü il tarixli, 308/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Şahniyar oğlunun qan qrupu AB0 sistemi üzrə qrup göstəricisi: A beta /H/ (İİ), Təqsirləndirilən şəxs qan qrupu AB0 sistemi üzrə qrup göstəricisi: A beta /H/ (İİ)-dir. Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, 01 ədəd çapacaq, Zərərçəkmiş şəxs məxsus mayka və kofta üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alınmışdır. Aqqlyutininlər isə alınmamışdır. Belə olan halda bu qan ləkələri A beta /H/ (İİ) qruplu şəxsə (şəxslərə), o cümlədən də Zərərçəkmiş şəxs Şahniyar oğluna və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). (iş vərəqə: cild İ, səh. 112-117). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin 28 mart 2022-ci il tarixli, 171 saylı məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur,yəni anlaqlı olmuşdur, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir, onda anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur (iş vərəqə: cild İ, səh. 166-167). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 noyabr 2023-cü il tarixli “əşyaya baxış keçirilməsi barədə protokol”dan görünür ki, hadisə zamanı götürülmüş bir ədəd mətbəx bıçağına baxış keçirilmiş, baxış zamanı bıçağın tiyəsi boz gümüşü rəngli materialdan hazırlanmış, tiyəsinin uzunluğu 12,4 sm, eni 2,4 sm-dir, uc hissəsi batıcıdır, tiyəsinin üzərində gözlə görünən qanaoxşar ləkələr müşahidə olunur, həmin protokolda bıçağın digər əlamətləri də öz əksini tapmışdır (iş vərəqə: cild İ, səh. 223-225). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 noyabr 2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Şahniyar oğlunun arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı demişlər (iş vərəqə: cild İ, səh. 246-247). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 103-104). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 14 avqust 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işinin materiallarından Zərərçəkmiş şəxs Şahniyar oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild İ, səh. 150). Cinayət işinin materiallarına əlavə edilmiş 20 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, cinayət işi üzrə bir ədəd məişət təyinatlı mətbəx bıçağı və bir ədəd çapacaq, Zərərçəkmiş şəxs Şahniyar oğluna məxsus bir ədəd qısaqol köynək, bir ədəd mayka maddi sübut kimi tanınaraq Tovuz Rayon Polis Şöbəsinə təhvil verilmişdir, həmin qərardan həmçinin görünür ki, Zərərçəkmiş şəxs Şahniyar oğlunun barəsində ayrılmış cinayət işi üzrə icraata 10 noyabr 2021-ci il tarixdə 8 Noyabr Zəfər günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin amnistiya qərarının 1.16-cı bəndi rəhbər tutulmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir (iş vərəqə: cild İ, səh. 249- 261). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin Hərbi Tribunalının xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin “A” bəndi ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli Amnistiya qərarının 1.12-ci bəndinə əsasən cəzadan azad edilmiş, Tərtər Qarnizonu Hərbi Məhkəməsi tərəfindən xx.xx.2000-ci il tarixli hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241-ci maddəsinin “A” bəndi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmış, Tovuz Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsi barədə olan cinayət işinə Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmiş, bundan başqa xx.xx.2014-cü il tarixdə Tovuz Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir (iş vərəqə: cild İ, səh. 108-109). Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh. 178-179). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Şahniyar oğlunun ibtidai istintaq zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam həcmdə ödənilmiş, Təqsirləndirilən şəxsla barışmış, heç bir şikayət və tələbi yoxdur (iş vərəqə: cild İ, səh. 248). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı var (iş vərəqə: cild İ, səh. 43). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Şahniyar oğlunun məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, səhhəti ilə bağlı dəymiş zərər tam şəkildə ödənilmişdir (cinayət işinin materialları). Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna əsaslanmaqla, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq təqsirləndirilən şəxsin törədilmiş cinayət hadisəsində onun təqsirləndirildiyi Cinayət Məcəlləsinin hər iki maddəsi üzrə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma, yəni Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə və silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq, yəni Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir. Məhkəmə baxışı zamanı yuxarıda göstərilən sübutların tədqiqi və araşdırılması nəticəsində müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu qəsdən sağlamlığa ağır zərər vurma cinayətini xuliqanlıq niyyətilə törətməsinə dair istintaq orqanının gəldiyi nəticə işin faktiki hallarına və ümumiyyətlə iş materiallarına uyğun deyil, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun həmin əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Hüquq normalarının dəqiq tətbiq olunmasının ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirərkən yuxarıda qeyd edilən sübutlarla yanaşı işin faktiki hallarına əsaslanmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Şahniyar oğlunun qəsdən sağlamlığına ağır zərər vurması faktı əsaslı şəkildə müəyyən edilsə də, ibtidai istintaq orqanı tərəfindən həmin xüsusata düzgün hüquqi qiymət verilməmiş, təqsirləndirilən şəxsin əməli heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulması və cinayətin xuliqanlıq niyyətilə törədilməsinə dəlalət edən hal kimi qiymətləndirilmiş və bunun nəticəsi kimi Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurulmasında ifadə olunmuş cinayət əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırması zamanı dindirilmiş şəxslərin həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdikləri ifadələri, cinayət işinin faktiki halları və işin bütün materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Şahniyar oğlunun arasında yaranmış münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən qabaq həmin gün kafedə tanışı Zərərçəkmiş şəxs Şahniyar oğlunu görərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yemək yeyib spirtli içki qəbul etdiyi masaya dəvət etmiş, bu vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “sən fahişəliyə cəlb etməklə məşğul olursan, səninlə oturmaq olmaz” demiş, Təqsirləndirilən şəxs dediyi həmin sözlərə görə onunla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs dediyi həmin sözlərlə əlaqədar onların arasındakı mübahisə başa çatdıqdan sonra Təqsirləndirilən şəxs kafedən çıxıb getmişdir. Sonradan həmin gün zərərçəkmiş şəxsin qardaşı Şahid4la birlikdə Təqsirləndirilən şəxs çay içmək üçün yenidən həmin kafeyə gəlmişdir. Təqsirləndirilən şəxs kafeyə gələrkən Zərərçəkmiş şəxs hələ də həmin kafedə olmuşdur, Təqsirləndirilən şəxs Şahid4la birlikdə oturub çay içərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yanına gəlib demişdir ki, “sən niyə mənə fahişəliyə cəlb edənlə oturmuram dedin?” O isə demişdir ki, “içkili idik, məndən bir az aralı gəz”. Həmin vaxt onlar bir-birilərinə söyüş söymüşlər və aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuş, həmçinin Zərərçəkmiş şəxs da çapacaqla Təqsirləndirilən şəxs vurmuşdur. Hadisənin məhz qeyd edilən şəkildə cərəyan etməsinin təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, cinayət işi üzrə digər sübutlarla və işin faktiki halları ilə təsdiq olunması zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında şəxsi münasibətlər zəminində münaqişə yarandığını və Təqsirləndirilən şəxs qəsdən ağır zərər vurma cinayət əməlini məhz şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı törətdiyini sübut etməklə, ibtidai istintaq orqanının təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə törədilməsinə dair gəldiyi əsassız qənaəti tamamilə təkzib etmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, “Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir.” Həmin Qərarda təsdiq edilmiş hüquqi mövqedən də göründüyü kimi, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilməsi üçün konkret cinayətin motivini xuliqanlıq niyyəti təşkil etməlidir. “Xuliqanlıq niyyəti”nin anlayışı «Qəsdən adam oldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında şərh edilmişdir. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, “Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Hazırki iş üzrə cinayət əməli törədilməmişdən əvvəl təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında yuxarıda göstərilən mübahisənin yaranmasına, sonradan həmin mübahisə ilə əlaqədar zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən nəyə görə barəsində həmin sözləri dediyini soruşmaqla onların arasında yaranmış münaqişənin konkret göstərilən səbəblərinin olmasına, cinayət əməlindən əvvəl onların arasında mübahisəli vəziyyətin mövcudluğuna, aralarında əvvəlcədən yaranmış mübahisə ilə əlaqədar yenidən münaqişə yaranmasına, həmin mübahisə ilə əlaqədar şəxsi münasibətlər zəminində qarşılıqlı dava zamanı cinayətin törədilməsinə baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən həmin cinayət əməlinin heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə törədilməsinə dair gəlinmiş qənaətin tamamilə əsassız olması məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur. Göründüyü kimi, şəxsi münasibətlər zəminində baş vermiş qarşılıqlı münaqişə zamanı Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunan sağlamlığa ağır zərər vurma cinayətini törətməsi nəticəsində birmənalı olaraq zərərçəkmişə ağır xəsarət yetirilmiş, lakin hadisə baş verən anda işin faktiki halları ilə onun özünün hərəkətləri ilə Zərərçəkmiş şəxs xuliqanlıq niyyətilə vurması ümumiyyətlə müəyyən olunmamışdır. Beləliklə də, sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilməsi barədə, yəni onun qəsdinin məhz xuliqanlıq niyyətilə qəsdən sağlamlığına ağır zərər vurmağa yönəlməsi ilə bağlı qənaəti- Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin dispoziyasına və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə uyğun deyil. Bu isə onu deməyə əsas verir ki, Həsənov X4 Rəhim Şahniyar oğlu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun qəsdən sağlamlığına ağır zərər vurması ilə bağlı öz əməlinin mümkün ictimai təhlükəli nəticəsini qabaqcadan görmüş, bunu arzu etməklə, həmin ictimai təhlükəli nəticəyə münasibətdə onun birbaşa qəsdi mövcud olmuşdur ki, qeyd olunan əməl cinayət olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə əhatə olunur. Göstərilənlərdən başqa, məhkəmə araşdırması zamanı cinayət işi materiallarına əlavə edilmiş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yanaşı, təqsirləndirilən şəxsin hərəkətləri eyni zamanda ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər olmaqla, onun hərəkətləri cəmiyyət və ictimai qayda əleyhinə, ictimai qaydanın kobud şəkildə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasına yönəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini törədərkən onun qəsdi zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurmaqla yanaşı, həmçinin birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməsi- hadisənin ictimai yer sayılan restoranda törədilməsi, həmin yerdə başlanan münaqişə zamanı nalayiq ifadələr, söyüşlər işlədərək zərərçəkmişə qarşı təqsirkar tərəfindən zor tətbiq edilib sağlamlığına ağır zərər vurması kimi cinayət əməlinin restoranın həyətində törədilməsi və təqsirləndirilən şəxs restoranın həyətində həmin əməli törədərkən ətrafdan keçən şəxslərə məhəl qoymadan cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edərək, şəxsi münasibətlər zəminində zərərçəkmişin sağlamlığına ağır zərər vurmasını qabaqcadan görüb buna şüurlu surətdə yol verərək və bunu arzu edərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq törətdiyi xuliqanlıq hərəkətləri də onun əməllərində hərəkətverici amil rolunu oynamışdır. Məhkəmə araşdırması zamanı cinayət işi üzrə digər sübutlarla yanaşı, həmçinin Təqsirləndirilən şəxs özünün kafedə zərərçəkmişlə dalaşarkən və bu vaxt Şahid4 onları aralaşdırarkən Zərərçəkmiş şəxs söyüşlər söyməsinə, bir-birilərinə artıq-əksik sözlər deməsinə dair ifadəsi ilə, Zərərçəkmiş şəxs Şahniyar oğlunun həmin vaxt hadisə yerinə ətrafda olan camaatın yığışmasına, mübahisə vaxtı təqsirləndirilən şəxsin nalayiq ifadələr işlətməsinə, hadisə vaxtı kafeni işlədən Dilarə adlı qadının da kafedə olmasına dair ifadəsi ilə, Şahid1 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla mübahisə edərkən nalayiq ifadələr işlətməsinə dair ifadəsi ilə, Şahid4 Şahniyar oğlunun mübahisə zamanı kafedə təxminən 2-3 nəfər olmasına, həmin vaxt Şahid1 da kafedə olmasına, dava zamanı təqsirləndirilən şəxsin söyüşlər söyməsinə dair ifadələri ilə və cinayət işinin bütün materialları ilə Təqsirləndirilən şəxs zorakı cinayət əməlini törədərkən həqiqətən də ictimai qaydanı kobud surətdə pozduğu, cəmiyyətə açıq hörmətsizlik etdiyi, cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkətlərə yol verdiyi birmənalı şəkildə sübuta yetirilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, qalmaqal salmağa meyillilik motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli Qərardadında göstərilmişdir ki, “İctimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun”. Hazırki cinayət işinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cəmiyyətə açıqca hörmətsizlik göstərib ictimai qaydanı kobud şəkildə pozması ilə müşayiət edilən hərəkətləri ilə Zərərçəkmiş şəxs Şahniyar oğluna zor tətbiq etməklə onun qəsdən sağlamlığına ağır zərər vurarkən təqsirləndirilən şəxsin həmin hərəkətləri məhz xuliqanlıq motivindən irəli gəlmiş, təqsirləndirilən şəxs ictimai yer sayılan restoranda törətdiyi zorakı cinayət hərəkətləri ilə özünü bilərəkdən ictimai qaydaya qarşı qoymaqla və qalmaqal salmaqla, silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 221.3-cü maddələri ilə tam əhatə olunduğundan həmin maddələrlə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində həmin əməli törədərkən Zərərçəkmiş şəxs əlindəki çapacağı görərkən onu öldürmək istədiyini zənn etməsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, həm cinayət işinin materialları ilə, həm də məhkəmə baxışı zamanı dindirilmiş şəxslərin ifadələri ilə təsdiq olunmuşdur ki, onun qəsdən törədilmiş, qeyriqanuni və ictimai təhlükəli əməli, yəni qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma cinayətini törətməsini zəruri edən heç bir obyektiv səbəblər olmamış və törədilmiş cinayət əməli tam olaraq Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, maddi sübutları və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirildiyindən onun əməli Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalı və o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmişin səhhəti ilə bağlı dəymiş ziyanın ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər bir neçə dəfə məhkum olunması ilə bağlı qeyd edir ki, onun həmin məhkumluqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.10, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır və az ağır cinayətlər törətməsi nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1, 221.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Bununla yanaşı, eyni zamanda qeyd edilməlidir ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində şərti məhkum etmənin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməməlidir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunsa da, o, əvvəllər bir neçə dəfə qəsdən sağlamlığa zərər vurmaqla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş, sonradan zərərçəkmiş şəxslə barışmaqla bağlı Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, şərti məhkumetmənin təyin edilməsi şəxsin islah olunması məqsədinə cavab verməlidir. Cinayət qanunvericiliyinin tələblərinə əsasən şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır (CM-nin 70.1-ci maddəsi). Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Odur ki, göstərilənlər nəzərə alınarsa, şərti məhkum etmə institutunun onun barəsində tətbiq edilməsi təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiq hesab edilə bilməz. Həmçinin təqsirləndirilən şəxsin barəsində cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin nəzərdə tutulduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi üçün də qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hallar müəyyən edilməmişdir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 04 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Tovuz Rayon Polis Şöbəsində saxlanılan maddi sübutlar – bir ədəd məişət təyinatlı mətbəx bıçağı və bir ədəd çapacaq məhv edilməli, Zərərçəkmiş şəxs Şahniyar oğluna məxsus bir ədəd qısaqol köynək, bir ədəd mayka sahibi Zərərçəkmiş şəxs Şahniyar oğluna qaytarılmalıdır, qəbul etmədikdə isə məhv edilməlidir. Hazırki cinayət işi üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak, həmçinin ekspertiza xərci müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 04 iyul 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsinə saxlanca verilmiş bir ədəd məişət təyinatlı mətbəx bıçağı və bir ədəd çapacaq məhv edilsin, Zərərçəkmiş şəxs Şahniyar oğluna məxsus bir ədəd qısaqol köynək, bir ədəd mayka sahibi Zərərçəkmiş şəxs Şahniyar oğluna qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov
Məhkəmə qərarları › İş №1(100)-289/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-289/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver