Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-289/2025 27.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Qasımov Zaur Zabil oğlu və kiçik ədliyyə müşaviri Rəhimov Müşfiq Rəhim oğlunun, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Babayev Azər Vaqif oğlunun və təqsirləndirilən şəxs Əliyev Sənan Oqtay oğlunun iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 01 oktyabr 1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işsiz, Gəncə şəhəri Dədə Qorqud küçəsi ev 22A, mənzil 16-da qeydiyyatda olmaqla, tutulanadək Gəncə şəhəri, Cavadxan qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan – Əliyev Sənan Oqtay oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Əliyev Sənan Oqtay oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in I siyahısına və 2005-ci il 28 iyun tarixli 961-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların I-ci siyahısına əsasən, külli miqdarda, yəni təmiz çəkisi 14.310 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədilə əldə edib bükümlərə bölərək üzərində daşımaqla saxlamış, sonradan 25 may 2024-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin CAİ-nə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 17:25 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsində “Komandir”in küçəsində yerləşən «Bərbərxana»nın yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan göy rəngli şalvarın sağ ön cibindən 1 ədəd mavi rəngli sellofanda ayrı-ayrılıqda çəhrayı rəngli selofanlara bükülmüş 1.249 qram, 1.372 qram, 1.280 qram, 1.153 qram, 1.255 qram, 0.896 qram, 1,034 qram, 1.145 qram, 1.375 qram, 1.221 qram, 1.236 qram, 1.094 olmaqla cəmi 12 bükümdə təmiz çəkisi 14.310 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Əliyev Sənan Oqtay oğlu ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Gəncə şəhəri “Komandir”in küçəsi adlanan ünvanda yaşamışdır. 25 may 2024-cü il tarixdə yaşadığı ərazidə yerləşən “Bərbərxana”nın yaxınlığında olarkən markasını bilmədiyi qara rəngli, “AP” dövlət qeydiyyat nişanlı avtomobil yanında saxlamış, içərisində olan şəxslər əllərini qandallayaraq maşına əyləşdirmiş və onu Gəncə BPİ-yə aparmışlar. Gəncə BPİ-də onu 2ci mərtəbədə yerləşən otağa apararaq, ona “göstəriş gəlib, sən sroka gedəcəksən” deyə bildirmişlər. O, həmin polis əməkdaşlarına hansı səbəbdən tutulmalı olduğunu soruşduqda, gah “COP29” ilə bağlı tutulduğunu, gah da göstəriş gəldiyi üçün tutulduğunu bildirmişlər. O, həmin şəxslərdən “COP29” ilə onun nə əlaqəsi olduğunu soruşduqda, “mümkün deyil göstəriş var sən sroka gedəcəksən” deyə ona bildirmişlər. O, ondan hər hansı bir şikayət daxil olmadığı halda, dövlət əleyhinə bir cinayət törətmədiyi halda (terrorist) hansı səbəbdən tutulacağını bildirmiş, cavabında isə üzərinə götürməsə də, həmin narkotik vasitəni onun üzərinə yerləşdirəcəklərini bildirmişlər. Bundan sonra ona videoçəkilişlə üzərinə şəxsi axtarış həyata keçirilən zaman aşkar olunan narkotik vasitəni yerdən tapdığını, istifadə etmək məqsədi ilə üzərində saxladığını və satış məqsədinin olmadığını bildirməsini tələb etmişlər. O, polis əməkdaşlarına ondan tələb etdiklərini etməyəcəyini bildirdikdə, həmin narkotik vasitəni evindən çıxaracaqlarını, atasını da gətirəcəklərini və mobil telefonunda olan yaxın adamlarının nömrələrinə zəng edib onları da çağıracaqlarını bildirərək ona psixoloji təzyiqlər göstərmişlər. O, həmin psixoloji təzyiqlərdən sonra narkotik vasitəni cibinə qoyub, videoçəkilişlə üzərinə baxış keçirilən zaman üzərinə yerləşdirilən narkotik vasitənin onun olduğunu etiraf etmək məcburiyyətində qalmışdır. Həmçinin çəkiliş zamanı həmin narkotik vasitəni saat 11:00-da yerdən tapdığını, satış məqsədinin olmadığını və daha sonra polis əməkdaşlarının onu tutduqlarını bildirməsini tələb etmişlər. O da, videoçəkiliş ilə üzərinə şəxsi axtarış və baxış həyata keçirilən zaman sözügedən narkotik vasitənin onun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Əliyev Sənan Oqtay oğlu verilən suallara cavab olaraq bildirmişdir ki, o narkotik vasitə istifadəçisi deyil və narkotik vasitələri tanımır. Narkoloji ekspertizadan keçirilən zaman narkotik vasitə istifadəçisi olmadığı müəyyən edilmiş və eyni zamanda ekspertə də narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Ekspert isə onun məcburi müalicəyə ehtiyacının olmadığını, lakin epizodik olaraq narkotik vasitə istifadə etməsi barədə yanlış olaraq rəy vermişdir. Qətimkan tədbiri ilə bağlı məhkəməyə çıxarılan zaman narkotik vasitə istifadə etmədiyini, onun üzərinə sözügedən narkotik vasitəni polis əməkdaşlarının yerləşdirdiklərini bildirsə də, məhkəmə onun barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçmişdir. Ondan prokurorluq orqanın əməkdaşları izahat almışlar. Polis əməkdaşları ona narkotik vasitəni saat 11:00-da yerdən tapdığını bildirməsini tələb etmişlər. Onun telefonu polis əməkdaşlarında olmuş və ehtimal edir ki, mobil telefonuna polis əməkdaşları tərəfindən baxış həyata keçirilmişdir. O, parfüm (ətir) satmaqla məşğuldur. O, ehtimal edir ki, əvvəllər məhkumluqları olduğu üçün onu tutmuşlar, lakin şöbəyə apardıqda polis əməkdaşları onu “COP29” tədbiri ilə əlaqədar tutduqlarını bildirmişlər. Ətrafında olan dostları kriminal fikirdə olan insanlar deyil, əksinə iş adamlarıdır. Onun əvvəllər CM-177 və 228-ci maddələri ilə məhkumluqları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıyev Zaur Eldar oğlu ifadəsində göstərmişdir ki, Əliyev Sənan Oqtay oğlunun narkotik vasitələri üzərində gəzdirməsi və istifadəsi etməsi barədə CAİ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibinə o və CAİ-nin kiçik inspektoru Hökmalıyev Araz Polad oğlu daxil edilmişlər. O və Araz Hökmalıyev birlikdə Əliyev Sənan Oqtay oğlunun Gəncə şəhəri “Komandir”in küçəsi adlanan ərazidə olduğunu müəyyən etdikdən sonra, Sənan Əliyevə yaxınlaşıb onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, onu Gəncə şəhər BPİ-yə dəvət etmişlər. Sənan Əliyev də heç bir müqavimət göstərməyərək onlarla birlikdə Gəncə şəhər BPİ-yə getmişdir. Gəncə şəhər BPİ-də təhqiqat şöbəsinə məxsus inzibati otaqda müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Sənan Əlieyevin üzərinə baxış həyata keçirilmişdir. Baxış zamanı Sənan Əliyev əynində olan şalvarının sağ yan cibindən 01 ədəd büküm çıxararaq təqdim etmişdir. Təqdim etdiyi bükümü tapdığını, narkotik vasitə istifadə etmədiyini və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Şahid Hacıyev Zaur Eldar oğlu verilən suallara cavab olaraq göstərmişdir ki, əməliyyat məlumatı ona daxil olmamış, əməliyyat məlumatının məzmunu Sənan Əliyevin narkotik vasitələri üzərində gəzdirməsi və satışı ilə bağlı olmuş, lakin satış ilə bağlı fakt təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələri tapdığını və üzərində saxladığını bildirmiş, lakin istifadə etmədiyini də qeyd etmişdir. Təqsirləndirilən şəxsin barəsində əməliyat tapşırığı verilmiş, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. O, əməliyyat tədbirində Araz Hökmalıyev ilə birlikdə iştirak etmiş və təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Həmçinin təqsirləndirilən şəxs də onlara qarşı müqavimət göstərməmiş, onlarla birlikdə Gəncə şəhər BPİ-yə gəlmişdir. Təqsirləndirilən şəxsi təxmini 2024-cü il yanvar ayında saxlamışlar. Təqsirləndirilən şəxsi saxladıqları vaxtı dəqiq xatırlamamış, ehtimal edir ki, şəxsi günortadan sonra saxlamışlar. Təqsirləndirilən şəxsin peşə fəaliyyəti, həmçinin şəxsin “COP29”-la bağlı tədbirdə iştirak etmək istəyi ilə bağlı məlumatı olmamışdır. Təhqiqatçı təqsirləndirilən şəxsdən üzərində hər hansı qanunla qadağan olunmuş narkotik vasitə və psixotrop maddə olması barədə soruşduqda təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirib, 1 ədəd büküm və onun içərisində də 12 ədəd bükümdə olan narkotik vasitəni çıxararaq təqdim etmişdir. O, əlavə olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hökmalıyev Araz Polad oğlu şahid Hacıyev Zaur Eldar oğlu ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25.05.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Əliyev Sənan Oqtay oğlu 25 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Əliyev Sənan Oqtay oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Məhkəməsinin 26 may 2024-cü il tarixli, 4(125)-165/2024 saylı qərarından görünür ki, Əliyev Sənan Oqtay oğlunun barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən, yəni 25 may 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 iyun 2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Əliyev Sənan Oqtay oğlunun Gəncə şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, Gəncə şəhər BPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Məhərrəmov Hüseynalı Şərif oğlu, Gəncə şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Hacıyev Zaur Eldar oğlunun və həmin idarənin kiçik inspektoru, polis baş serjantı Hökmalıyev Araz Polad oğlu, həmçinin Gəncə 1 saylı vəkil bürosunun vəkili Mustafayev Nofəl Qara oğlu və şübhəli şəxs Əliyev Sənan Oqtay oğlunun iştirakı ilə Sənan Əliyevin üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Sənan Əliyevə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulur. Həmin vaxt Əliyev Sənan Oqtay oğlu əynində olan göy rəngli şalvarın sol ön cibindən bir ədəd «İphone» markalı mobil telefonu, sağ ön cibindən isə bir ədəd mavi rəngli sellofanın içərisində ayrıca bükümlər halında cəhrayı rəngli sellofanlarda bükülmüş 12 ədəd içərisində narkotik vasitə heroinlər olan bükümləri təqdim edir. Sənan Əliyev həmin bükülülərdə olanın narkotik vasitə heroin olduğunu və onu 25.05.2024-cü il tarixdə səhər saatlarında yaşadığı küçədə evlərinin yaxınlığından yerdən tapdığını, həmin bükülülərdən istifadə etmədiyini, heç kimə satmadığını və başqa yerdə saxlamdığını bildirdi. Sonra Sənan Əliyevin üzərində şəxsi axtarış keçirilir və üzərindən başqa heç bir əşya aşkar edilmir. Bundan sonra Sənan Əliyevin üzərində aşkar olunmuş kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilir və hər birinin çəkisi 1.36; 1.25; 1,29; 1,21; 1,17; 1,33; 1,16; 1,27; 1,44; 1.31; 1,25 və 1,33 qram olaraq müəyyən olunur. Həmin kütlələr götürülərək iştirakçıların yanında zərfə qoyulub Azərbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Bundan sonra Sənan Əliyevin təqdim etdiyi bir ədəd «İphone» markalı mobil telefon da götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 may 2024-cü il tarixli 16/613 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Əliyev Sənan Oqtay oğlunun təqdim etdiyi kütlə …..» yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd göy rəngli sellofan kəsiyi bükümündə olan 12 (on iki) ədəd cəhrayı rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1.249 qram, 1.372 qram. 1.280 qram. 1.153 qram. 1.255 qram, 0,896 qram. 1,034 qram, 1.145 qram. 1.375 qram. 1,221 qram. 1.236 qram, 1,094 qram ümumi təmiz çəkisi 14.310 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Kimyəvi tərkibinə görə eynidir. -Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (1-ci siyahı) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 avqust 2024-cü il tarixli 1391 nömrəli rəyindən görünür ki, Əliyev Sənan Oqtay oğlunda narkotik vasitə olan heroindən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, verilmiş əməliyyat tapşırığına 09 iyul 2024-cü il tarixli, 3-13-57/1-17625/2024 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev Sənan Oqtay oğlunun üzərindən aşkar edilmiş narkotik vasitə heroini satış məqsədilə əldə edib daşıyaraq saxlaması müəyyən edilmişdir. Onun narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən edilməsi istiqamətində hazırda müsbət nəticə əldə olunmasa da bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. Bundan əlavə bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, Əliyev Sənan Oqtay oğlunun narkotik vasitə olan heroini hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, qanunsuz olaraq narkotik vasitə əldə etməsində Əliyev Sənan Oqtay oğluna kiminsə köməklik etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əliyev Sənan Oqtay oğlu Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.05.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 08.11.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.2.1. 228.4, 177.2.1. 29, 177.2.3, 177.2.1. 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 07.06.2023-cü il tarixli qərarı ilə 02 ay 11 gün vaxtından əvvəl şərti azad edilib, 18.08.2023-cü il tarixdə cəza müddəti başa çatıb. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Belə olan halda Əliyev Sənan Oqtay oğlunun məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 27 may 2024-cü il tarixli 4203 nömrəli arayışdan görünür ki, Əliyev Sənan Oqtay oğlu Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserindən verilmiş 21 may 2024-cü il tarixli 1983 nömrəli arayışdan görünür ki, Əliyev Sənan Oqtay oğlu Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19.08.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Əliyev Sənan Oqtay oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 13.710 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş və Əliyev Sənan Oqtay oğlunun üzərində şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən Əliyev Sənan Oqtay oğlunun məhkəmə baxışı iclasında ona elan olunmuş ittihamda qeyd olunan narkotik vasitələrin ona məxus olmamasına, polis əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qalmasına, aşkar olunan narkotik vasitələrin polis əməkdaşlarının özü tərəfindən onun üzərinə qoyulmasına dair xüsusatlara tənqidi yanaşır, sözügeden xüsusatlar məhkəmə istintaqı zamanı danılmaz sübutlarla (təqsirləndirilən şəxsin özünün ilkin qismən etirafedici ifadəsi, tutulma və şəxsi axtarış, baxış, götürmə istintaq hərəkətlərində iştirak etmiş polis əməkdaşlarının ifadələri və digər istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, əməliyyat-axtarış subyektinin məlumatları və.s) tam təkzib edilmişdir. Eyni zamanda məhkəmə baxışı iclasında dindirilmiş şahidlər Zaur Hacıyev və Araz Hökmalıyev, məhkəmə baxışı iclasında verdikləri ifadələrində təqsirləndirilən şəxs Sənan Əliyevin narkotik vasitələri satmasını özündə ehtiva edən əməliyyat məlumatında, qeyd olunan satış faktının öz təsdiqini tapmadığını bildirmişlər. Bununla bağlı məhkəmə tərkibi vurğulayır ki, sözügedən şəxslərin ifadələrində qeyd etdikləri satış faktının təsdiq olunmaması, özü-özlüyündə Sənan Əliyevin 1 ədəd bükümdə, içərisində ayrı-ayrılıqda cəmi 12 büküm olmaqla üzərindən aşkar olunmuş narkotik vasitələri satış məqsədilə saxlamadığını inkar edən hal deyildir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxs Əliyev Sənan Oqtay oğlunun əməlində cinayət tərkibi vardır. Əliyev Sənan Oqtay oğlunun əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Əliyev Sənan Oqtay oğlu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o, həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əliyev Sənan Oqtay oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd olunan maddi norma ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin külli miqdarda əldə edilməsi və ya saxlanılmasını, hazırlanılmasını, istehsal edilməsini, emal edilməsini, daşınmasını, göndərilməsini, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmanı özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu ««Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 №-li qərarında həmçinin göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Əliyev Sənan Oqtay oğlunun əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa təqsirləndirilən şəxs Əliyev Sənan Oqtay oğlunun cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Əliyev Sənan Oqtay oğlunun törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Əliyev Sənan Oqtay oğluna törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Əliyev Sənan Oqtay oğlunun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs Əliyev Sənan Oqtay oğlunun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Əliyev Sənan Oqtay oğlunun məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Əliyev Sənan Oqtay oğlunun əməlində cinayətin residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əliyev Sənan Oqtay oğlu Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.05.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 08.11.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.2.1. 228.4, 177.2.1. 29, 177.2.3, 177.2.1. 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, Bakı şəhəri. Xəzər rayon məhkəməsinin 07.06.2023-cü il tarixli qərarı ilə 02 ay 11 gün vaxtından əvvəl şərti azad edilib, 18.08.2023-cü il tarixdə cəza müddəti başa çatıb. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Belə olan halda Əliyev Sənan Oqtay oğlunun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu hesabla Əliyev Sənan Oqtay oğluna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti 6 (altı) ildən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslərin cəzasını – ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Əliyev Sənan Oqtay oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Əliyev Sənan Oqtay oğlunun tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 25.05.2024-cü il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Əliyev Sənan Oqtay oğluna ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə məhkəmə-narkoloji ekspertizasının 16 avqust 2024-cü il tarixli 1391 nömrəli rəyindən görünür ki, Əliyev Sənan Oqtay oğlunda narkotik vasitə olan heroindən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də təqsirləndirilən şəxs Əliyev Sənan Oqtay oğlu yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Əliyev Sənan Oqtay oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 13.710 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş və Əliyev Sənan Oqtay oğlunun üzərində şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski isə iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlanc anbarında saxlanca verilmiş ekspertiza tədqiqindən sonra Əliyev Sənan Oqtay oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 13.710 qram narkotik vasitə heroin məhv edilməli və Əliyev Sənan Oqtay oğlunun üzərində şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə təqsirləndirilən Əliyev Sənan Oqtay oğlunun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Babayev Azər Vaqif oğlu həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03.05.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxs Əliyev Sənan Oqtay oğluna göstərilmiş 26 (iyirmi altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Babayev Azər Vaqif oğlunun işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 156 (bir yüz əlli altı manat) məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 60 manat 80 qəpik (altmış manat səksən qəpik) məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Əliyev Sənan Oqtay oğlunun maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Əliyev Sənan Oqtay oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 25 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş ”həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əliyev Sənan Oqtay oğlu yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut – Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş qalıq çəkisi 143,10 qram olan narkotik vasitə olan heroin məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Əliyev Sənan Oqtay oğlundan 60 manat 80 qəpik (altmış manat səksən qəpik) məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs Əliyev Sənan Oqtay oğluna göstərilmiş 26 (iyirmi altı) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Babayev Azər Vaqif oğlunun işlədiyi Gəncə şəhər 1 (bir) saylı vəkil Bürosunun hesabına 156 manat (bir yüz əlli altı manat) məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-289/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-289/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver