Məhkəmə qərarları › İş №1(100)-29/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-29/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-29/2023 26.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi: hakimləri Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu, X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibləri: X5, X4 və İbrahimova Nuranə Lazım qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X11 və ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 oğlunun iştirakı ilə, xx.xx.1977-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx.xx.1990-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ev 14 mənzil 33-də qeydiyyatda olmaqla, Yevlax rayonu Hürüuşağı kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda və mənbədən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,379, 0,290, 0,360 qram, 0,319 qram, 0,220 qram və 0,325 qram, ümumi təmiz çəkiləri 1,893 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroini, üzərlərində “Methadone 40 Faran” yazıları olan 05 ədəd blister kəsiklərində ümumilikdə 10 ədəd, səthlərində “FM 40” yazısı həkk olunmuş ümumi təmiz çəkisi 0,4 qram olmaqla tərkibində metadon maddəsi müəyyən edilmiş dərman tabletlərini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış və 12 mart 2021-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilinərək saxlanılmış, polis şöbəsinə gətirilib baxış keçirilən zaman üzərində olan qara rəngli gödəkçənin sol iç cibindən 06 ədəd şəffaf bükümdə ümumi təmiz çəkisi 1,893 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 10 ədəd ümumi təmiz çəkisi 0,4 qram olan üzərində “Methadone 40 Faran” yazıları olan dərman həbləri aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdar - 5600 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 1102,481 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərləri və Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia Rio” markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 Şöbəsinin əməkdaşları tərəfindən 12 aprel 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20.10 radələrində Bakı-Qazax avtomobil yolunun 344-cü kilometrliyində yerləşən Baş Dövlət Yol Polis İdarəsinin YPX-nin 723 saylı stasionar postu yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 41 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 Şöbəsinə gətirilmiş, üzərlərinə və avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki gödəkçəsinin iç sol döş cibindən kağız bükümdə 17,481 qram külli miqdarda narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia Rio” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sol arxa ayaqaltı hissəsindən isə göy rəngli sellofan torbada ümumi təmiz çəkisi 1085 qram külli miqdarda narkotik vasitə olan heroin və 5600 qram külli miqdar narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, hemofiliya xəstəliyindən əziyyət çəkir və İİ qrup əlildir. Hazırki iş üzrə tutulmamışdan təxminən 7-8 ay əvvəl ağrıları ilə bağlı narkotik vasitədən istifadə etmiş, narkotik vasitələri qiyabi olaraq tandıığı bariqaya zəng edib əldə etmişdir. Suraxanı rayonunda üzərindən aşkar olunmuş narkotik vasitələr bükümlərdə, metadon isə həblər şəklində olmuş, digər narkotik vasitədən az stifadə etmiş, metadonla isə ağrıdan çıxmışdır. Həmin arkotik vasitələr özünə məxsus olsa da onalrdan kiməsə satmamış belə bir niyyəti olmamışdır. Təqsirləndirilən şəxs3 arvadı Aybənizin əmisi oğludur. Təqsirləndirilən şəxs2 2021-ci ilin aprel ayının əvvəllərindən Təqsirləndirilən şəxs3 görə tanımışdır. Feruz taksi sürücüsüdür, xidmət haqqı müqabilində Bakı şəhəri ərazisində Feruzun avtomobili ilə işlərinin arxası ilə gedibgəlmişdir. 11 aprel 2021-cı tarixdə “Cobu İlqar” adlı şəxs Watssap proqramı vasitəsi ilə zəng edib, Gəncə şəhəri ətrafında yaşayan tanışın narkotik vasitə olan heroin və qurudulmuş marixuana saxladığını, həmin narkotik vasitələri Gəncə şəhərindən götürüb Bakı şəhərinin girəcəyində onun dediyi əraziyə atmaq lazım olduğunu və bu işi görməsi müqabilində 300 manat pulu plastik karta köçürəcəyini demişdir. Pula ehtiyacı olduğu üçün onunla razılaşıb, 12 aprel 2021-ci il tarixdə təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs3 yaşadığı evdə olan zaman istifadəsində olan mobil telefonla Feruza zəng edib Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında həbsdə olan qaynının götürüləsi paltarları olduğunu, həmin paltarları götürmək üçün Gəncə şəhərinə aparıbgətirməsini xahiş etmişdir. Feruz Gəncə şəhərinə 80 manata aparacağını bildirmiş, Feruza Gəncə şəhərinə gedib yenidən Bakı şəhərinə geri qayıtması 70 manat pul verə biləcəyini demişdir. Feruz da razılaşdıqdan sonra Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Al Marketin” yanına gəlib onu götürməsini xahiş etmişdir. Emildən birlikdə Gəncə şəhərinə getməyi xahiş etmiş, Emil etiraz etməmiş, sonra evi tərk edib Nərimanov rayonu ərazisində yerləşən “Al marketin” yanına getmişdir. Bir neçə dəqiqə sonra Feruz idarə etdiyi Kia Rio markalı avtomobililə gəlmiş, Emillə birlikdə avtomobilə əyləşmişlər. Təxminən saat 14 radələrində hər üçü Bakı şəhərindən Gəncə istiqamətində hərəkətə başlamışlar. X29 getməyin səbəbini soruşanda Feruza həbsdə olan qaynı Paşaya məxsus paltarları Gəncə şəhərindən götürdükdən sonra geri qayıdacaqlarını demiş, 70 manat taksi pulunu vermişdir. Vahid adlı İran vətəndaşı olduğunu güman etdiyi şəxsin istifadəsində olan vatsap telefon nömrəsinə sms və səs atıb Gəncəyə getdiyini və narkotiki hazır etməsini bildirmişdir. Yol boyu harada olması barədə ona mütəmadi məlumatlar vermiş, Feruz və Emilin onun “Vahid adlı” şəxslə danışmasından xəbəri olub-olmamasını dəqiq bilmir. Təxminən saat 19 radələrində Gəncəyə çatmış, “Nizami Məqbərəsi”-nin yaxınlığında Feruzdan avtomobili saxlamağı xahiş etmiş, sonra narkotik vasitə olan torbanın açıq sahədə qoyulduğu yeri Emilə göstərib ayağı ağrıdığına görə Emildən gedib torbanı gətirməsini xahiş etmişdir. Emil avtomobildən düşüb piyada bir qədər irəliyə getmiş və göy rəngli sellofan torbanı götürüb avtomobilə qayıtmışdır. Torbanı götürdükdən sonra Bakı istiqamətində hərəkətə davam etmiş.Saat 20 radələrində “Zazalı postu” kimi adlanan yol polis polis postunda polis əməkdaşları onları saxlayıb ərazidə süni tıxac yaratmışlar. Sonra polis əməkdaşları avtomobili saxlamış, onları öz gəldikləri maşına mindirib Gəncə şəhərində yerləşən X26 aparmışlar. Orada üzərində axtarış keçrilsə də hər hansı qanunsuz əşya olmadığından onun üzərinə polis əməkdşları tərəfindən narkotik vasitə qoyulmuş, edilən psixi təzyiq təsiri ilə aparılmış videoçəkiliş zamanı həmin narkotik vasitənin özünə məxsus olmasını demişdir. Feruzla, Emilin də üzərində axtarış aparılmış şəxsi əşyaları və sənədlərindən başqa heçnə aşkar edilməmişdir. Bundan sonra şöbənin həyətində olan gəldikləri avtomobilə baxış keçirilmiş, oradan isə götürdükləri göy rəngli çantadan fərqli olaraq daha ağır çəkidə bağlama aşkar edilmişdir. Həmin bağlamaya sonradan polis əməkdaşları tərəfindən əlavə narkotik vasitə olan heroin və marixuana qoyulduğunu ehtimal edir Çünki Emil gətirib bağlamanı ona verəndən sonra o əlində qısa müddət həmin bağlamanı saxlamış, orada təxminən 2 kilo 2,5 kilo çəkidə narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında verilən suallara cavab olaraq bildirmişdr ki, xx.xx.2021-ci ildə Gəncə şəhərinə daxil olandan sonra təxminən 15 dəqiqəyə yaxın dayanmış, narkotik vasitənin olduğu yer barədə “Vahid” ona şəkil və məkan göndərildikdən sonra, ayağında ağrılar olduğu, çəlikdən istifadə etdiyi üçün Emilə düşüb həmin bağlamanı götürməyi demişdir. Gəncəyə narkotik vasitə götürməyə gəlməsi barədə həmin vaxta qədər Emil və Feruza məlumat verməmişdir. Gəncədə onun götürməli olduğu büküm təxminən 0,5 kq heroin və 1,5-2 kiloqram marixuana olmuş qalan narkotik vasitələr isə polis əməkdaşları tərəfindən sonradan maşına qoyulmuşdur. Gəncə regional şöbədə olduğu müddətdə onlara qarşı fiziki zorakılıq edilmiş, buna görə dedikləri ilə razılaşıb şəxsi axtarış və avotmobildə keçirilmiş axtarış vaxtı etirafedici ifadələr vermişlər. Həmin vaxtlar işləmədiyi pula ehtiyacı olduğu və “Vahid” adlı şəxs də ona narkotik vasitənin Gəncədən bakı şəhərinə aparılması müqabilində 300 manat pul verəcəyi üçün çün razılaşmış, narkotik vasitə istifadə etdiyim üçün bağlamanın üzərindən biraz da xəbərsiz götürməyi, onunla biryerdə gedən Feruz və Emilə də verməyi fikirləşdiyi üçün 1 ədəd gümüşü rəngli tərəzini də özü ilə götürmüşdür. Feruz taksi sürücüsü olduğu üçün ona zəng edib getməyi təklif etmiş, sumkada paltarlar olduğunu onları götürüb qayıtmaq lazım olduğunu demişdir Gəncəyə çatıb “Qala Qapıları” deyilən yeri keçdikdən sonra mağazanın yanında avtomobili saxlamış, telefonuna şəkil göndərilmiş plakatın yanına getmiş, Emil avtomobildən düşüb və göy rəngli sellofan torbanı götürüb yenidən avtomobilə əyləşmişdir. Narkotik vasitə olan həmin sellofan torabanı Gəncə şəhərindən götürüb Bakı şəhərinə aparıb, dediyi yerə qoymaq müqabilində 300 manat pul almalı imiş. Polis İdarəsində avtomobildən aşkar edilmiş narkotik vasitə isə Gəncə şəhərindən götürdüyü narkotik vasitə olmamışdır. O narkotik vasitə olan heroinin 0,5 kiloqram, marixuananın isə 1,5 2 kiloqram olduğunu ehtimal edir. Narkotikin qalan hissəsinin isə götürməli olduğu narkotik vasitəyə aidiiyyəti yoxdur. Emil Eyubbovun narkotik gətirməyə gəldiyini etiraf etmədiyi üçün polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını özü gözləri ilə görmüşdür. Ehtimal edir ki, onunla Vahid adı ilə danışan şəxs Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional idarəsinin rəisi olan Elvindir. Sonradan götürdükləri bağlamaya artıq çəkidə narkotik vasitə olan heroin və marixuana qoyan da odur. Bu barədə istintaq təcridxanasına getdikdən sonra şikayət ərizəsi ilə müxtəlif instansiyalara müraciət etmiş, Gəncə prokurorluğundan gələn prokurorluq işçisi tərəfindən dindirilmiş, ona da hazırki məhkəmə baxışında dediklərini bildirmiş, lakin hər hansı tədbir görülməmişdir. Məhkəmədən ona əlilliyini, himayəsində azyaşlı övladı olmasını nəzərə alaraq Bakı şəhəri Suraxı rayonunda etdiyi cinayətə görə yüngül cəza hazırki iş üzrə isə bəraət verilməsini xahiş edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Pərviz əmisi qızı Aybənizin həyat yoldaşıdır, 4 ildən artıqdır ki, onu tanıyır, aralarında dostluq münasibəti olmuşdur. Təxminən bir ilə yaxındır ki, narkotik vasitə olan heroini damara vurmaq yolu ilə qəbul edir. Feruzu isə Mingəçevir şəhərində yaşayan vaxtdan tanıyır. Mingəçevir şəhərində Feruzla qonşuluqda yaşayır, 2018-ci ilin mart ayının əvvəllərindən Pərviz Bakı şəhərində kirayədə yaşadığı evə gəlib onlarla birlikdə qalmışdır. xx.xx.2021-ci il tarixdə Pərviz ona Gəncə şəhərinə getmək istədiyini, Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında həbsdə olan əmisi oğlu X12 çirkli paltarlarını götürüb Bakı şəhərinə qayıtmaq istədiyini demişdir. Ona birlikdə getməyi təklif etmiş, Pərvizdən kimlə gedəcəklərini, avtomobil olmadığını deyəndə özünün də tanıdığı Feruzun avtomobili ilə gedib qayıdacaqlarını demişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 16 radələrində Feruz özünə məxsus olan “Кiа Rio” markalı avtomobillə gəlmişlər. Yolda olarkən təxminən Kürdəmir ərazisində narkotik avsitə olan heroin qəbul etmişlər. Hər üçü, təxminən saat 19 radələrində Gəncə şəhərinə çatmışlar. Gəncə şəhərinə gəldikdən sonra “Nizami Məqbərəsi”-nin yaxınlığına getmiş, orada isə Pərviz avtomobili saxlamağı torbanın açıq sahədə qoyulduğu yeri göstərib ayağı ağrıdığına görə ondan gedib həmin torbanı götürüb gətirməyi xahiş etmişdir. Avtomobildən düşüb piyada bir qədər irəliyə getmiş və göy rəngli torbanı görüb götürüb gıətirib Pərvizə vermiş sonra da avtomobilin salonuna qoymuşlar. Avtomobili Feruz idarə etmiş, özü isə həmin vaxt narkotik vasitənin təsiri altında olsa da sellofanı götürdükdən sonra sellofanda paltar olmadığını hiss etmiş və Pərvizə bu barədə demiş, Pərviz isə səbrli olmağı birazdan hər şeyi izah edəcəyini demişdir. Torbanı götürdükdən sonra Bakı istiqamətində hərəkətə başlamış, saat 20 radələrində “Zazalı postu” kimi adlanan polis postunda onları saxlamışlar. Polislər işçiləri Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını demiş və onları Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şəhərində yerləşən X13 Şöbəsinə aparmışlar. Üç nəfər polis əməkdaşı da Feruzun avtomobilinə əyləşmiş və onları polis şöbəsinə apamışlar. Polis şöbəsində ilk əvvəl onları şifahi sorğu sual etmiş narkotik vasitəni götürmək üçün Gəncə şəhərinə gəlmələrini bildirmişlər. Lakin O etiraf etməmiş və məlumatı olmadığını demişdir. Bu zaman sonradan da videoçəkişi aparan şəxs və nisbətən iri cüssəli olan şəxs onu yumruqla onun başına vurmuş, hər iki gözü və qulaqlarından xsəarət almışdır. Döyüldükdən sonra fiziki ağrıya dözə bilmədiyi üçün narkotik vasitədən məlumatı olduğunu və onu götürmək üçün gəlmələrini etiraf etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərmişdir ki, sellofan bükülünü götürəndə içində nə olduğunu görməmişdir. O Pərvizin deməsinə görə güman etmişdir ki, Gəncə şəhərinə əmisioğlu X14 məxsus çirkli paltarları götürmək üçün gedirlər. Feruzla taksi pulunu Pərvizin danışmış, pulu da Feruza avtomobildə vermiş, özü rahat yeriyə bilmədiyi üçün sellofan torbanı onun xahişi ilə özünün Nizami məqbərəsi yaxınlığındakı plakatın altından götürüb avtomobilə gətirmişdir. Polislər onları “Zazalı” postu adlanan ərazidə saxlamış, maşını Feruz idarə etmiş, avtomobildə olarkən Pərviz Feruza 70 manat pul vermişdir. Polis şöbəsində də ona təsir və təzyiq göstərilmişdir. Ona qarşı fiziki zorakılıq edilmiş və döyülmüşdür. İstintaq təcridxanasına gətirildikdən sonra tibbi müayinədən keçirilmiş, ifadəsində göstərdiyi gözaltı nahiyyədə və qulaqlarının arxasında olan xəsarətlər aşkar edilmişdir. Təcridxana rəhbərliyinə verdiyi izahatda da həmin xəsarətləri xx.xx.2021-ci ildə polis əməkdaşları tərəfindən saxlanılarkən aldığını demişdir. Sonradan Gəncə şəhər prokurorluğundan əməkdaş gəlib ondan izahat almış, müstəntiq özü izahatı əlyazma ilə yazmışdır. Həmin dövrdə isə xəsarətləri artıq olmadığı, izi qalmadığı üçün tibbi ekspertizadan keçmək istəməmiş, lakin prokurorluq işçisinə narkotik vasitəni götürməyə gəlməsini etiraf etmədiyi üçün polis əməkdaşları tərtəfindən döyüldüyünü bildirmiş və şikayətçi olduğunu demişdir. Yazılmış izahat isə ona oxunmamış, prokurorluq işçisinə inandığı üçün imza etmişdir. Məhkəmədən azyaşlı uşağı olduğunu nəzərə alıb ona bəraət verilməsini xahiş edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 göstərmişdir ki, icarəyə götürdüyü Kia Rio markalı, ** UP *** nömrə nişanlı avtomobillə Bakı şəhərində taksilik fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 tanışıdır.12 aprel 2021-ci il tarixdə Pərviz ona zəng edib Gəncə şəhərinə gedəcəyini və taksi kimi onu aparıb aparmayacağını soruşmuşdur. Pərvizə onu Gəncə şəhərinə 80 manat pul müqabilində apara biləcəyini demiş, Pərviz isə onu Gəncə şəhərinə aparıb yenidən Bakı şəhərinə qaytarmaq üçün 70 manat pul verəcəyini demişdir. Bakı şəhərində Nərimanov rayonunda yerləşən “Al Marketin” yaxınlığında Pərvizi əvvəl tanıdığı Emillə birlikdə götürmüşdür. O Emili Mingəçevir şəhərində eyni ərazidə yaşadığı üçün tanımış və Emillə Pərvizin qohum olduğunu bilmişdir. xx.xx.2021-ci tarixdə təxminən saat 14 radələrində üçü Bakı şəhərindən Gəncə istiqamətində hərəkətə başlamışdır. Pərvizdən nə məqsədlə Gəncə şəhərinə getməyi soruşanda Pərviz həbsdə olan qaynının evə çanta göndərdiyini, həmin çantanı götürüb Gəncə şəhərinə qayıdacağını demişdir. Pərviz pulu yolda olarkən vermiş, 70 manatdan 20 manatını benzinə verib, 9 manatına isə yolda ərzaq almışdır. Təxminən saat 20 radələrində Gəncə şəhərinə çatmış, “Nizami Məqbərəsi” yaxınlığına çatanda Pərviz avtomobili saxlamağı paltarları sellofanda oralara qoyulduğunu demişdir. Pərviz sellofan torba olan açıq sahədəki yeri Eminə göstərib götürüb gəlməsini demiş, Emin də gedib həmin göy rəngli torbanı gətirib qayıtmışdır. Torbanı götürdükdən sonra Bakı şəhər istiqamətində hərəkəti davam etdirmiş, “Zazalı postu” kimi adlanan polis postunda isə yol polis əməkdaşları onları saxlamış, digər mülki geyimli polis işçiləri də onlara yaxınlaşın Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını demiş və Emillə Pərvizi gəldikləri maşına mindirib Gəncə şəhərində yerləşən X13 Şöbəsinə aparmışlar. Digər üç nəfər polis əməkdaşı isə onun avtomobilinə əyləşmiş və şöbəyə gəlmişlər. Orada özü, Pərviz və Emilin üzərinə baxış keçirilmiş, təkcə Pərvizin üstündən narkotik vasitə olan heroin və tərəzi götürülmüşdür. Əvvəllər Emillə biryerdə narkotik vasitə istifadə etmiş, Pərviz isə ona çəkmək üçün az miqdar narkotik vermişdir, lakin xx.xx.2021-ci ildə Gəncəyə narkotik vasitə götürməyə gəlmələrindən məlumatı olmamış, bağlamada nə olmasını isə X15rkən bilmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərmişdir ki, Gəncəyə gələrkən Pərviz onun yanında ön sərnişin yerində əyləşmiş, sellofan torbanının götürülməsini görməmiş, hava qaranlıq olmuşdur, Emil avtomobildən düşmüş, qısa müdət sonra qayıdıb gəlmişdir. İdarə etdiyi avtomobilə keçirilmiş baxışda şəxsən iştirak etmiş, baxış video çəkiliş vasitəsi ilə həyata keçirilmiş, baxış zamanı avtomobildən narkotik vasitə marixuana və kakos aşkar olunmuşdur. Emil sellofan torbanı gətirəndə içində nə olduğunu bilməmişdir. Emilin gətirdiyi sellofan göy rəngli olmuşdur. Emil onun məhlə uşağı olsa da Pərvizi sonradan tanımış, əvvəllər narkotik vasitədən istifadə etmiş, həmçinin Emillə birlikdə də narkotik vasitə isifadə etmiş, bir-birinə narkotik vasitə verməsələr də sadəcə olaraq birlikdə istifadə etmişlər. Baxış zamanı üzərindən çıxan pul Pərvizin oan yol haqqı olaraq verdiyi pul olmuş, 70 manat pul verməsini Emil də görmüşdür. Polislər onları Gəncə şəhərində “Zazalı” postunda olarkən saxlamış, regional şöbəyə gələndən sonra avtomobilin açarları əvvəlcə özündə olmuş, avtomobilə baxış keçirilən zaman polislər açarı götürmüşlər. Narkotik vasitələrə aidiyyəti yoxdur, günahsız olduğu üçün ona bəraət verilməsini xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 Mükafat oğlu ifadəsində göstərmişdir ki, rəsmi olaraq Bakı şəhəri, Suraxanı RPİ-nin 30 polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. ünvan 4 ünvanında qeydiyyatda olan, Suraxanı rayonu Hövsan qəsəbəsində kirayəşin yaşayan Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, düşmənçiliyi və ədavəti olmamışdır. 12 mart 2021-ci il tarixdə saat 18 radələrində 30-cu şöbədə gündəlik xidmətində olan Pərviz adlı şəxs rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumat şöbə rəhbərliyinə məruzə olunandan sonra Hövsan qəsəbəsi O.Şabanov küçəsində özünü şübhəli aparan adı, soyadı sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 həmin küçədə saxlanılmış, üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün polis şöbəsinə gətirilmiş və dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərində qanunla saxlanılması və gəzdirilməsi qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əsk təqdirdə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 könüllü olaraq əynində olan qara rəngli gödəkcənin iç cibində olan 6 ədəd bükümdə “kakos” kimi tanıdıqları narkotik vasitə olan heroini və 10 ədəd “Methadone 40” dərman həbini təqdim etmiş, sorğu zamanı həmin kütlələrin narkotik vasitə heroin və metadon olduğunu, özünün ağrılarını sakitləşdirmək üçün istifadə etdiyini, bu günə qədər narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Həmçinin həmin tanımadığı şəxsdən 40 manata heroini, 20 manata da metadonu aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan kütlələr tərkiblərinin və dəqiq miqdarlarının müəyyən edilməsi üçün qablaşdırılaraq götürülmüş, üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirildikdən sonra şifahi sorğu-sual və keçirilmiş şəxsi axtarış аxtarış zamanı üzərindən aşkar edilmiş 6 bükümdə heroini və 10 ədəd “Methadon 40” yazıları olan həbləri bir müddət əvvəl tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları olsa da aşkar edilən narkotik vasitələrin mənbəyini müəyyən etmək mümkün olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, istifadəsindəki “BMW” markalı avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 təxminən 2021-ci ilin fevral ayının əvvəllərindən sonuncunun qaynı, hazırda cəza çəkən Paşa adlı şəxsə görə tanımışdır. 2021-ci ilin fevral ayında Paşa onun maşını ilə müştəri kimi Bakı şəhəri Xətai rayonu ərazisində müxtəlif ünvanlara gedibgəlmiş, onun mobil nömrəsini götürmüşdür. Dəqiq xatırlmadığı vaxtda, 2021-ci ilin mart ayının əvvəli o, Paşa ilə görüşən zaman sonuncu onu Pərvizlə tanış etmiş, Pərvizlə aralarında münasibət yaranmışdır. Pərvizin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu sonuncunun özündən öyrəndikdən sonra o, Pərvizdən şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin istəmişdir. 2021-ci ilin mart ayının 4də Pərviz ona adına olan "xxxx" ASC-yə məxsus plastik kartın nömrəsini vermişdir. O, həmin nömrəyə, qardaşı X6 məxsus plastik kartdan 30 manat pul göndərmişdir. Təxminən 2 saat sonra o, Pərvizlə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Nargilə” adlanan restoran yaxınlığında görüşüb ondan sellofan bükülüdə təxminən 0,3 qram çəkidə psixotrop maddə olan “patı” adı ilə tanıdığı metamfetamin götürmüşdür. Metamfetamini üzərində gəzdirməklə bir neçə gün falqa üzərinə qoyub çəkmişdir. Təxminən 10 gün sonra o, yenidən Pərvizlə mobil telefonla əlaqə saxlayıb sonuncudan yenə psixotrop maddə olan metamfetamin istəmişdir. Pərviz Bakı şəhəri Keşlə qəsəbəsi ərazisinə yerləşən təcili tibbi yardım stansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli bina evinin yaxınlığına gəlməsini demiş, görüş zamanı sonuncuya iyirmi beş manat pul vermiş və ondan 0,3 qram çəkidə metamfetamin götürmüşdür. O, Pərvizdən ayrıldıqdan sonra kimsəsiz yerdə metamfetaminin üzərindən götürüb falqada çəkmişdir. 08 aprel 2021-ci il tarixdə yenidən Pərvizə zəng edib ondan metamfetamin istəmişdir. Pərviz ona plastik kart nömrəsi vermişdir. O, həmin karta 19 manat pul vurduqdan sonra Pərviz onu yaşadığı evə dəvət etmişdir. O, Pərvizin yaşadığı Bakı şəhəri, Keşlə qəsəbəsində yerləşən evinə getmiş, sonuncudan təxminən 0,3 qram çəkidə metamfetamin alıb yaşadığı evdə çəkmişdir. 2021ci ilin aprel ayının ortalarında isə O, Pərvizin Gəncə şəhəri ərazisində polis əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. Onun psixotrop maddədən istifadə etdiyini anası və qardaşı bildikdən sonra sonuncular onu ev şəraitində müalicə etmişlər. Pərvizdən aldığı metamfetaminləri hər hansı bir şəxsə satmamış və verməmişdir. Məhkəmənin əvvəlki tərkibi tərəfindən şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamışdır. Heç bir düşmənçiliyi, yaxud ədavəti olmamışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 Şöbəsinin əməkdaşları tərəfindən 12 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı- Təqsirləndirilən şəxs1 Qazax magistralının 344-cü kilometrliyində yerləşən 723 saylı YPX postunun yaxınlığında KİA-RİO markalı avtomobillə və yanında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə saxlanılaraq şöbəyə gətirilmiş, avtomobil isə şöbənin duracağına qoyulmuşdur. Sonra Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya olmasını ehtimal edərək onun üzərinə şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli uzun qol gödəçcəsinin iç sol cibindən 1 ədəd elektron tərəzi və içərisində 01 bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd içərisi boş bükülü təqdim etmişdir. Üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd və sol yan cibindən də 1 ədəd olmaqla ümumilikdə 2 ədəd “Samsung” markalı mobil telefon, şalvarın arxa sağ cibindən içərisində 90 manat pul, şəxsiyyət vəsiqəsi, hemofiliya pasportu, əlillik vəsqəsi plastik kartlar olan pul kisəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükülüdüki heroin bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, özünün narkotik vasitə olan heroin istifadəçi olduğunu, üzərindən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Vahid” adlı şəxsdən 2 gün əvvəl Bakı şəhərində təyin olunmuş yerdən götürdüyünü bildirmişdir. Narkotik vasitə qablaşdırılıb ekspertizaya təqdim etmək üçün üzəri möhürlənib götürülmüşdür. Şifahi sorğu zamanı o gəldikləri maşında da narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 300 manat pul müqabilində Gəncə şəhərindən Bakı şəhərinə “Vahid”in göstərəcəyi yerə aparacağını demişdir. Saxlanılan digər şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı şəxsi sənədlər və qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi Kia Rio markalı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin salonundan arxa sol oturacağın ayaq altısından 01 ədəd göy rəbngli sellofan torba aşkar olunmuş, sellofan torbanın içərisindən 1 büküm açıq qəhvəyi rəngli, spesfik iyə malik, narkotik vasitə heroinə bənzər, digər bağlamada isə açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin bağlama olan kütlələr çəkilmiş və qablaşdıırlmış protokol tərtib edilərək götürülmüş və ekspertizaya göndərilmişdir. Məhkəmə verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həmin narkotiki 300 manat pul müqabilində Bakı şəhərinə aparacağını demiş, Emil oan görəcəyi iş müqabilində Pərvizin metadon həbi və 50 manat pul verəcəyini, Pərviz isə dıqiq miqdarını xatırlamadığı miqdar heroin verəcəyini dediyi üçün razılaşıb gəldiyini demişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 göstərmişdir ki, məlumat Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. İdarədə şəxsi axtarış və avtomobilə baxış zamanı təqsirləndirilən şəxslərə qarşı hansısa zorakılıq olmamış, psixi təsir göstərilməmişdir. Özləri törətdikləri cinayəti səmimi etiraf etmiş, bunu aparılmış videoçəkiliş zamanı da göstərmişlər. Məhkəmənin əvvəlki tərkibi tərəfindən şahid qismində dindirilmiş Şahid4 və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 Azad oğlu da eyniməzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmiş, təqsirləndirilən şəxslərin xx.xx.2021-ci ildə DYP YPX postunda saxlanılıb X26 gətirilərkən və olduqları müddətdə onlara qarşı hansısa zorakılıq və psixi təsir olmamış, özləri törətdikləri əməlləri səmimi etiraf etdiyini bildirmişlər. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 göstərmişdir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Şöbəsinin əməkdaşları tərəfindən 12 aprel 2021-ci il tarixdə saat 20:15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Bakı-Qazax magistralının 344-cü kilometrliyində yerləşən 723 saylı YPX postu yaxınlığında KİA-RİO markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə saxlanılaraq şöbəyə gətirilmiş, avtomobil şöbənin duracağına qoyulmuş, üzərlərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə keçirilmi şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli uzun qol gödəkçəsinin iç sol cibindən 1 ədəd elektron tərəzi və içərisində 01 bükümdə heroinə bənzər kütləni və 1 ədəd içərisi boş büküm olan parça qabı təqdim etmişdir. Onun üzərinə şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı və sol yan cibindən də 1 ədəd “Samsung” markalı mobil telefon, pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, plastik kartlar olan pul kisəsi aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 büküm heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 19,11 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, özünün narkotik vasitə heroin istifadəçisi olduğunu, üzərindən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı “Vahid” adlı şəxsdən 2 gün əvvəl Bakı şəhərində təyin olunmuş yerdən götürdüyünü bildirmişdir. Həmin kütlə, bükümlər və 1 ədəd elektron tərəzi qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış keçirilmiş, qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 idarə etdiyi Kia Rio markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı isə avtomobilin salonunda arxa sol oturacağın ayaq altısından 01 ədəd göy rəngli sellofan torba aşkar olunub götürülmüşdür. Sellofan içindəki 2 bağlamadan birində açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə, digər bağlamada isə açıq yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər bitki kütləsi olmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələrin də ona məxsus olduğunu, İran İslam Respublikası vətəndaşı “Vahid” adlı şəxslə “votsap” vasitəsi ilə əlaqə saxlayaraq 300 manat müqabilində Gəncə şəhərində Bakıya aparmağa razılaşdığını, onunla birlikdə getmiş Emilin bağlamanı yerdən götürüb avtomobilə qoyduğunu, Emilə və Pərvizə onunla birlikdə getdiyi və bağlamanı aparmaq müqabilində narkotik verəcəyini demişdir. Bağlamalar qablaşdırılıb götürülərək ekspertizaya göndərilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş X3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxs3 tanışıdır, aralarında düşmənçilik və ədavət olmamışdır. 2021-ci ilin fevral ayının ortaları həbsdən çıxmış, 2021-ci ilin mart ayının əvvəli Emil və Pərvizlə görüşmüşdür. Mütəmadi olaraq Emillə birlikdə narkotik vasitə heroini şpris ilə damara vurma yolu ilə qəbul etmişlər. Emil 12 aprel 2021-ci il tarixdə ona istifadəsində olan mobil telefonun “Watsapp” proqramında mesaj yazıb kartına 60 manat pul vurmağı xahiş etmiş, Gəncədən heroin və marixuana götürüb Bakı şəhərinə getdiklərini demişdir. Lakin sonra Emilin telefonuna zəng çatmamış, 1-2 gün sonra televizora baxanda Emil və Pərvizin adını bilmədiyi şəxslə Gəncədə narkotiklə tutulduğunu görmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, ünvan 7 ünvan qarşısında bir nəfər şəxs özünü şübhəli apardığı üçün yaxınlaşıb sənəd təqdim edilməsi təkilf edildikdə şəxsiyyət vəsiqəsi olmadığını bidirib şübhəli hərəkətlərinə davam etdiyi üçün Suraxanı rayon 30-cu Polis Şöbəsinə gətirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 12 mart 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol əlavəsi olan DVD diskdən görünür ki, 12 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş baıxş zamanı sonuncunun üzərindən protokoldan görünür ki 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,379, 0,290, 0,360 qram, 0,319 qram, 0,220 qram və 0,325 qram, ümumi təmiz çəkiləri 1,893 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroini, üzərlərində “Methadone 40 Faran” yazıları olan 05 ədəd blister kəsiklərində ümumilikdə 10 ədəd, səthlərində “FM 40” yazısı həkk olunmuş ümumi təmiz çəkisi 0,4 qram olmaqla tərkibində metadon maddəsi müəyyən edilmiş dərman tabletləri götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli əməliyyat məlumatının daxil olması barədə raport və həmin tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında”qərar və əməliyyat qrupunun yaradılması haqqında” əmrdən, eləcə də xx.xx.2021-ci il tarixli “şəxslərin saxlanılıb təhvil verilməsi avtomobiln duracağa yerləşdirilməsi barədə raportdan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdar narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edərək Gəncə şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 sonuncunun idarə etdiyi Kia-Rio markalı **-UP-*** qeydiyyat nömrə nişanlı avtomobillə DYP-nn 723 saylı stasionar postunda saxlanılaraq DİN BNMİ X21 gətirilmişdir Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 12 aprel 2021ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol və əlavəsi olan DVD diskdən, eləcə də 13 aprel 2021-ci il tarixli “avtomobilə baxış və götürmə aparılması haqqında” protokol və xx.xx.2023-cü il tarixli “videodiskə baxış keçirilməsi haqqında” protokoldan, iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 16/337 saylı, xx.xx.2021-ci il tarixli rəyinin tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumat hissə və əlavə edilmiş fotocədvəldən görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi Regional Şöbəsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 əynindəki gödəkçəsinin iç sol döş cibindən kağız bükümdə 17,481 qram narkotik vasitə heroin və elektron tərəzi, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia Rio” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sol arxa ayaqaltı hissəsindən göy rəngli sellofan torbada ümumi çəkisi 1085 qram narkotik vasitə olan heroin və 5600 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-kimyəvi ekpsertizasının 13 mart 2021-ci il tarixli 6/1024 nömrəli rəyinə əsasən “şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən və sair yazı, imzalar olan” zərfdəki 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,379 qram, 0,290 qram, 0, 360 qram, 0,319 qram, 0,220 qram, 0,325 qram, ümumi təmiz çəkiləri 1,893 qram qəhvəyi rəngli maddələr kustar üsulla üsulla hazırlanmış narkotik vasitə olan heroindir, üzərilərində “Methadone 40...Faran” yazıları olan 05 ədəd blister kəsiklərində ümumilikdə 10 ədəd, səthlərində “FM40” yazısı həkk olunmuş dərman tabletləri isə tərkibində psixotrop maddə olan 10 tabletdə təsiredici maddəsinin ümumi təmiz çəkisi 0,4 qram olan metadondur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış kompleks məhkəməkimyəvi və məhkəmə-bioloji ekspertizasının 13 aprel 2021-ci il tarixli 16/337 rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi 1 büküm narkotik vasitə olan heroinə bənzər kütlə və 1 ədəd tərəzi” yazıları və imzalar olan kağız paketdə, üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 17,481 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin kağız paketdə olan, 1 (bir) ədəd “gümüşü” rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur və müqayisəli tədqiqatı aparmaq mümkün deyil. Tədqiqata təqdim edilmiş, üzərində “avtomobilə baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 büküm narkotik vasitə olan heroinə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdə, üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd qara rəngli polietilen torbadakı 2 (iki) ədəd iç-içə keçirilmiş şəffaf polietilen torbada təmiz çəkisi 1085 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş üzərində “avtomobilə baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 büküm narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə” sözləri və imzalar olan üzəri yapışqanlı lentlə sarınmış göy rəngli polietilen torbada olan 1 (bir) ədəd sintetik kisədə təmiz çəkisi 5600 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 dekabr 2021-ci il tarixli 16/1316 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş maddi sübutlar” yazı olan kağız paketdəki, 6 (altı) ədəd sellofan bükümlərdə olan heroinlər xarici əlamətlərinə və tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş üzərlərində, “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı təqdim etdiyi 1 büküm nakotik vasitə olan heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi” və “avtomobilə baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 büküm narkotik vasitə olan heroinə bənzər kütlə” yazılar olan kağız paketlərdəki heroinlər isə xarici əlamətlərinə və tərkiblərinə görə eyni deyildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndirilməsi qərarı”ndan görünür ki, 12 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş baxış zamanı sonuncunun üzərindən 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,379, 0,290, 0,360, 0,319, 0,220 və 0,325 qram, ümumi təmiz çəkiləri 1,893 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, üzərində “Methadone 40 Faran” yazıları olan 05 ədəd blister kəsiklərində ümumilikdə 10 ədəd, səthlərində “FM 40” yazısı həkk olunmuş ümumi təmiz çəkisi 0,4 qram olmaqla tərkibində metadon maddəsi müəyyən edilmiş dərman həbləri, eləcə də xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 17,481 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və elektron tərəzi, həmçinin 13 aprel 2021-ci ildə “Kia Rio” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sol arxa ayaqaltı hissəsindən isə göy rəngli sellofan torbada ümumi təmiz çəkisi 1085 qram külli miqdarda narkotik vasitə olan heroin və 5600 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və saxlanca verilmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 04 sentyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs1 məxsus SAMSUNG GALAXY J2 markalı mobil telefondakı məlumatlara baxış keçirilməsi protokolundan görünür ki, mobil telefonun ekran hissəsində olan “Watsapp Business” sosial şəbəkəsi vasitəsilə aparılmış danışıqları baxış keçirilmiş mobil telefonun kontaktın bölmsəsində “Vahid” adı ilə +**********9 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsi arasında səs mesajlarının göndərilməsi həmin səslərin isə: Təqsirləndirilən şəxs1: “Qardaş mən çıxdım bir sözlə mən düzəldim yola, İnşallah sən dediyin vaxtda səkkizdə olacam orada. Prosta sən oraynan vaxtında danış ki, qadan alım mən orada çox qalmayım da, yəni gözləmək olar, yenədə deyirəm, mənim qardaşım, iyirmi dəqiqə, yarım saat, qırx dəqiqə bunlar problem deyil, yəni çox gözləməyim orada, başına dönərəm Vahid, da başqa söz deməyə ehtiyyac yoxdursa, heç birimiz uşaq deyilik, qadan alım Allaha təvəkkül, Allah Məhəmməd ya Əli, Allahdan xeyirlisi, İnşallah hərşey yaxşı olar, başına dönərəm, sən sadəcə olaraq oraynan tam ciddi dəqiq, hər bir şeyi danış ki, əsas gözlətmək söhbətidi, o da, olmasın” Vahid: “Salam salam, oldu neynək, mən burdayam kənddə set burada zəifdir, o vaxta uyğun gələcəm şəhərə, get sən”Təqsirləndirilən şəxs1 “Ay Vahid ay qardaş qadan alım sən olduğun yerdə şəbəkə ki, zəifdir, telefon yaxşı tutmur, sənin səsin qırıq-qırıq gəlir, yəni tərtəmiz səni başa düşmək olmur da, qadan alım, nə sözün olsa zəng vurunca bunu səslə at da, səslə at ki mən də rahat başa düşüm ki, sən nə demək istəyirsən. Zəng vuranda başa düşmək olmur mənim əzizim” Vahid “Heçnə dedim, oraya iyirmi dəqiqə qalanda sən, o şəhərə iyirmi dəqiqə, mənə de, qoy mən oda yer var ordan gələcək, kənddən gələcək, döyrəvərindən deyim, oda gəlsin day gedib sən orda avara olmayasan, mən burda sən orda avara olmayasan, elə çatacen əlbə-əl al qayıt. Onu deyim iyirmi dəqiqə qalanda mənə bi dənə de. Denən mən iyirmi dəqiqədən sonra çatıram ora, onu demək istəyirdim” Təqsirləndirilən şəxs1 “ay Vahid gör nə deyirəm qadan alım yəni bu əlbə əl verəsidi, yoxsa atasıdır mən götürəsyəm, əlbə əl verir? “birdə ki, bu adam salamat adamdır? Sənin qadan alım sənin sözünə, bir kəlimə sözünə bu boyda yükün altına girirəm, bu boyda riskə gedirəm ilin günün bu vaxtı, tanımıram bilmirəm o adam kimdir nədir, yəni o adam təmiz, etibarlı adamdır ay Vahid?” Vahid “Yox, yox qoyacey götürəcəksən, əlbə əl olmayacey, əlbə-əli qəbul eləmir onlar, mənzur nə mən istəyirəm elə ola, onlarda isətəmir o cür, elə qoyulacaq, şəkilin səsin yolluyacaq, ya mənə deyəcək, mən sənə deyəcəm plakat dibindən zaddan lap asan yer, əlini atın götürərsən” Təqsirləndirilən şəxs1 “Birdə qardaşın səndən bir söz soruşsun,bu Gəncənin kəndindən gələsidir, yəni mən Gəncənin içinə girim yoxsa girmiyim? yəni o olduğu yeri bilir də, hardadı mən üzü Bakı tərəfdən gəlirəm, üzü gedirəm Gəncəyə, indi buda yəqin olduğu yeri bilir ki, hardadır hansı tərəfə gələsidir. O barədə də, bir balaca mənə heçolmasa düzəliş verərdi, bax mən hal hazırda girdim Yevlaxa, Bax bu dəqiqə girdim Yevlağa” “Hə elə lap yaxşı əlbə əl adam risq eləmir, indi belə də, Allaha təvəkkül, gedirik, Allah eləsin, sağlıq salamatçılınan da, qayıdıb çıxıb gedək, İnşallah ki, təki Allah deyən olsun. Bu bizdə elə bil yevlaxdı, şəhərdi, Yevlax şəhəri. Yevlaxdan da sonra gəlir bizdə, Gəncəyə az qalır də, belə deyək məsafəni. Amma yenə də, sənin dediyin kimi iyirmi dəqiqə qalmış çatmağa Gəncəyə, mən sənə xəbər edəcəm. Əsas odur ki, indidən sonra konkret olaraq telefon sənin öz əlində olsun ki, hər an hər dəqiqə mən sənə sms ata bilərəm, sən də vaxtında oxuyasan, qulaq asasan” Vahid “Narahat olma, adam sağlam adamdır, nasağlam adamı nə üçün sənə yolluyam, ya özüm başağrı çəkəm, yox-yox, o sənə deyim ha, iyirmi dəqiqə, şayəd o Gəncənin özündən gətirib verəcək iyirmi dəqiqəlik, çöllükdə oluyeydi, şayəd çöllükdə basdırıb gətirər, deməzki o mənə, dedi mənə iyirmi dəqiqə qabaqdan fəqət dedi deyin, iyirmi dəqiqə qabaqdan deyin mən işimi görüm, day Gəncədə sizin adam da əllini vurmasın” Təqsirləndirilən şəxs1 “Mən sənə iyirmi dəqiqə qalmış xəbər edəcəm, o insan da, orda yaşayandı təxmini bilir də, Yevlax ilə Gəncənin arası nə qədərdir, sən indi də hər ehtimala qarşı elə indi də, ona səs atki mənim adamım Yevlaxdadır, uje Yevlağa girib. Başa düşdün? Sən onu denən o işini bilsin ki, təxmini biləsidi, mən qırx dəqiqə ola bilərəm Gəncədə, yarım saata ola bilərəm, çünki o məsafəni o, səndən məndən yaxşı bilir ki, Yevlax ilə Gəncənin arası nə qədərdir, bir sözlə de ki, mənim adamın Yevlağa girib, şəhərin içindədir, daha demək olar ki oranı da, çıxır hələ” Vahid “Oldu neynək mən ona indi deyirəm” Təqsirləndirilən şəxs1 “Yevlağı da çıxdım, denən stansi Gorandadır, bax oradayam, stansı Goranboydayam” “Qardaşım burda bi dənə kənd var, Dəliməmmədi, Dəliməmmədli deyirlər, burdan da şəhərə otuz kilometr var. İyirmi dəqiqəyə Allahın köməkliyi ilə mən ordayam, da, gedib çatıb mən gözləyirəm, bir xəbər gözləyirəm. Səndə ona denən vaxtında işini görsün. Nədisə da dedin iyirmi dəqiqə qalmış de bax məndə dedim. Daha bundan o yanası yoxdur, birdə çatanda xəbər edəcəm ki sənə mən şəhərdəyəm” “Qardaş mən uje çatdım Gəncəyə, Gəncənin ala qapısı deyirlər, mən uje ordan girdim, sənin qadan alaram mən elə ona da denən bilsin də, mən uje Gəncədəyəm” Vahid “Gözlə indi alıb deyəm, alıb deyəm sənə” Təqsirləndirilən şəxs1 “Mən maşını bir qırağa verib elə dayanmışam , gözləyirəm daha səndən xəbər gözləyirəm, oldu sağol” Vahid “On dəqiqəyə, on dəqiqəyə, on beş dəqiqəyə şəkilini atıram sənə, səs yolluyum gedib götürüsən, səni Allah tapşırıram” Təqsirləndirilən şəxs1“Oldu oldu, oldu mənim əziz qardaşım, sənin qadan alaram, başına dönərəm, Allaha təvəkkül, heçnə qadan alaram sənin, gözləyirəm” deməsi, “Götürdüm, götürdüm, ə sənin qadan alaram, bunu düzgün başa salarlar, da, sən bayaqları məni, mən şəkil nətəri çəkilib, plakata çatmamış, elə dayanıb düşmüşəm nə boyda yeri mən piyada getdim qayıtdım, Sonradan dü z deyirsən, götürdüm məndədir, nə sözün var belə səslə at danışanda başa düşmürəm” deməsi müəyyən olunmuşdur. Sosial şəbəkədə mesajlaşma zamanı Vahid adlı şəxs tərəfindən 02 ədəd fotoşəkil göndərilməsi, şəkillərin birində asfalt örtüklü yolun sağ tərəfində torpaq örtük üzərinə bərkidilmiş “Yevlax, Nizami Məqbərəsi” yazılan məlumatverici nişan digərində isə yaşıl otluğun içərisinə olan bir ədəd göy rəngli sellofan torbanın olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 10 iyul 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus “SAMSUNG GALAXY NOTE 3” markalı mobil telefona keçirilmiş baxış zamanı telefonun ekranındakı “Watsapp” sosial şəbəkəsində kontakt bölməsində “Ceka” adı ilə qeydə alınmış +**********33 mobil nömrəsi ilə xx.xx.2021-ci il tarixdə Emin Eyubov “Gözün aydın yol gedirik çatırıq, men sene yazdığımı Perviz de bilmesin, yarım kilo, tutuzdurmuşuq, goturub gəlirik,” Ceka “əla sevindim Bratuxa” Emin Eyubov “ikimizin” Ceka “mənim də işim əritməyə kömək etmək” “sonra “bəs patı işini neyniyək” Emin Eyubov “ay qaqa yarım koladı yarımda ot neşe” Ceka“ 20 man kanal tapmışam, nəşə zordu necə nəşədi?” Emil Eyyubov “ikimizin ziyanın hecinin canı bir kilo temamız var goturub düz senin yanına gelirik” məzmunlu mesajlar yazılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 06 iyul 2021-ci il tarixli 798 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılmış məhkəmə-narkoloji ekspertizanın 06 iyul 2021-ci il tarixli 799 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-narkoloji ekspertizanın 06 iyul 2021-ci il tarixli 800 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 07 oktyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus olan ***-***-**-** nömrəsinə xx.xx.2021-ci il tarixdə 01:07:02-də ***-***-**-** nömrədən “tər təmiz 15-di burda? Fasofka eləmirəm səhər tərəziyə atım sonra, nəsə xoşuma gəlmir, bilmirəm sıxdı diyə belə görünür, yoxsa deyirəm birdən insan çiy süd əmif, götürən uşaq əl atar, buna gətirəndə inanmiram eliyə, amma yenə də çəkəcəm”, həmçinin xx.xx.2021-ci il tarixdə 18:18:40-da “ gəlin görüşəy hər şeyə aydınnıq verəcəm, şükür bütün getişatda göz olub, yanımda temanı gətirməyə gedən uşaqda olacax, sizin məni yığıb təkrar formada tələb etməyinizə gəlin görüşəy, məndən nəyin pulunu istəyir” tipli, xx.xx.2021-ci il tarixdə 01:07:24-də ***-***-**-** nömrəsindən “qadan alım tez gəl, lomkadayam, taksini də tanımıram”, xx.xx.2021-ci il tarixdə 19:16:09-da ***-***-**-** nömrəsindən “100 m düzəltmişəm qardaşımsan qalanını da vaxt qoyub verimdə, qardaşımsan sroçnu lazımdır, bir dənə qardaşlıq elədə, qaqaş birini həll elədə, qardaşımsan məndə sənin bir sözüvü atqaz eləməmişəm indiyə kimi, səndə mənə qarşı elə ol brat, qaqas sənöl bir dənə də uşaqdan götürdüyüm pul 50 m, 150 m pul var denən hara gəlim görüşək, sroçnu lazımdır qaqaş” xx.xx.2021-ci il tarixdə 22:12:06-da ***-***-**- ** nömrəsindən “qaqa mənim tərəzimi niyə dəyişdirmisiz, aldığınız əmanətin özünü niyə qaytarmadınız ki? daşın var? 1 maşın lazımdı”, xx.xx.2021-ci il tarixdə 00:48-də ***-***-**- ** nömrəsindən “qaqaş 10 dəqiqədən sonra evdən çıxıram, sənin kartına atıram pulu, yer dəqiqləşdirək gəlim ok.”, bundan başqa “catdı 19 manat?, ay pərviz mən çıxmışam, ujey vasmoydayam, qaqaş qadan alam amma sənlə görüşüb abratnı dala qayıtmalı olacam, çünki gözdüyürlər iki nəfər oxu mən”, xx.xx.2021-ci il tarixdə 00:34:09-da ***-***-**-** nömrəsindən “Ay qaqa daş alındı? düzəlibsə gelim mənə bir qram ver, həm də özüm ölürüm”, “qaqa narahat olma çete vurub satardım, özümdə çıxardım, imkan varsa Eminə ver yığsında məni, Ceyhunan o ala bilər, qardaş canı trixatdan ölürəm” məzmunçlu narkotik vasitələrin alqı-satqısı məzmunlu mesajlar yazılması müəyyən olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Çəki rayon psixtariya xəstəxanasından verilmiş xx.xx.2022-ci il tarixli, 137 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxanada dispanser müşahidədə yoxdur. İş materiallarında olan “Respublika Kliniki xəstəxanası” publik hüquqi şəxsdən verilmiş xx.xx.2022-ci il tarixli 02-02-142/22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin publik hüquqi şəxsin Elmi praktik Hemofiliya mərkəzində “angiohemofiliya” diaqnozu ilə xx.xx.2004-cü ildən dispanser qeydiyyatdadır. İş materiallarında olan və məhkəmədə araşdırılmış Mingəçevir şəhər ruhi əsəb xəstəlikləri dispanserindən verilmiş xx.xx.2022-ci il tarixli, 29 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 psixonevroloji dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmədə araşdırılmış Göyçay RMX publik hüquqi şəxsdən verilmiş xx.xx.2022-ci il tarixli, 544 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 xəstəxanın psixatrik kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, “hemofiliya” xəstəliyindın əziyyət çəkməsi isə CM-nin 59.2-ci maddəsinə əsasən əsasən məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 234.4.2 və 234.4.3, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismindəə cəlb edilməklə onlara həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci ildə Suraxanı RPİ 30-cu bölməsinin təhqiqatçısı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci ildə isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. İş materiallarında olan “şübhəli şəxsi tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs2 DİN BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı tərəfindən xx.xx.2021ci ildə Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci ildə ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(043)-60/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(043)-61/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həmin tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nzəarəti altına vermə” qətimkan tədbiri seçilməklə Gəncə RPŞ BPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 1(100)-29/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə iclas zalından həbs edilmişdir. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-130/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həbsdə saxlanıldığı 21 (iyirmi bir) gün çıxılmaqla üzərində qəti olaraq 10 (on) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 300/3-12 saylı məktubundan görünür ki, Paşayev X7 rayon məhkəməsinin hökmü ilə təyin edilmiş azadlığın məhdudlşadırılması cəzasını xx.xx.2023-cü ildə çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Bakı şəhərində əldə etdiyi və üzərində aşkar edilən narkotik vasitələrin ona məxsus olduğunu, lakin şəxsi istifadəsi üçün əldə edib saxladığını, Gəncə şəhərindən əldə etdiyi narkotik vasitə olan olan heroinin isə çəkisinin 1 kilo deyil, təxminən 0,5 kiloqram, marixuanın çəkisinin isə 6 kiloqram deyil, təxminən 1,5 2 kiloqram olduğunu, avtomobildən aşkar edilmiş marixuanın və heroinin miqdarının sonradan polis tərəfindən süni şəkildə artırıldığını, yəni Narkotiklərlə Mübarizə Baş İdarəsinin X18 gətirildikdən sonra polis əməkdaşları şöbəsinin rəisi Elvin adlı şəxs tərəfindən əlavə olaraq qoyulduğunu, özlərinin də həmin vaxt fiziki zorakılığa məruz qaldığı üçün həmin miqdar narkotik vasitənin aşkar edilməsi barədə ilkin tərtib edilmiş protokollarda qeydiyyat aparıldığını və imza etdiklərini göstərmişlər. Təqsirləndirilən şəxs3 isə məhkəmə baxışında verdiyi ifadələrində Gəncəyə narkotik vasitə götürməyə gəlmələrindən məlumatsız olduğunu, Gəncəyə Pərvizin qohumunun paltarlarının götürülməsi üçün gəldiklərini, Təqsirləndirilən şəxs1 ayağı ağrıdığı üçün Gəncə şəhərinin girəcəyindəki Nizami məqbərəsinin yaxınlığında olan plakatın yanında, otluqdakı bağlamanı xahiş etdiyi üçün avtomobildən düşüb bağlamanı götürüb avtomobilə qoyduğunu, bağlamada narkotik vasitənin olmasından sonradan məlumatlı olduğunu, Gəncə şəhərinin çıxacağında olan stasionar yol polisi postunda saxlanıldıqdan sonra Narkotiklərlə Mübarizə İdarəsinin X18 gətirildiyini, orada narkotiklərdən məlumatsız olduğunu bildirdiyinə görə polis əməkdaşları tərəfindən bir neçə dəfə fiziki zorakılığa məruz qalıb döyüldüyünü, yalnız bundan sonra döyülmənin və işgəncənin təsiri altında narkotik vasitələrin götürülməsindən əvvəldən məlumatlı olması barədə ifadə verməsini göstərmişdir. Təqsirləndirilən şəxs2 isə ibtidai istintaqın ilkin mərhələsi istisna edilməklə bütün istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrində narkotik vasitələrin satışı ilə hər hansı əlaqəsi olmadığını, Gəncəyə də Pərviz və Eyyubun tanışı olaraq taksi sürücüsü kimi gəldiyini, əvvəllər Emillə və Pərvizlə biryerdə narkotik vasitə qəbul etməsinə baxmayaraq özünün narkotik vasitənin satışı ilə məşğul olmadığını, narkotikdən məlumatsız olduğunu demişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəmə baxışında göstərdiyi müvafiq olaraq psixi və fiziki zorakılığa məruz qalması ilə bağlı hissədə araşdırılmış, bununla bağlı Gəncə şəhər prokurorluğunda araşdırılmış materiallar tələb edilərək aidiyyəti sənədlərin surəti xıçarılıb tədqiq edilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs3 şikayəti əsasında Gəncə şəhər prokurorluğunda araşdırılmış 212c-21 saylı materialdan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci ildə saat 11:00 radələrində təcridxanaya daxil olarkən tibbi baxışdan keçirilmiş və bədən səthi üzərində hər iki qulağında və hər iki gözünün ətrafında tünd bənövşəyi rəngli qançır izləri aşkar edilmişdir. İlkin izahatında həmin xəsarətləri xx.xx.2021-ci ildə Gəncə şəhərində tutulduqdan sonra polis əməkdaşları tərəfindən aldığını göstərmişdir. Lakin Gəncə şəhər prokurorluğunda aparılmış araşdırma zamanı verdiyi izahatda Təqsirləndirilən şəxs3 özünü cinayət törətməkdə təqsirli bilmədiyi üçün həmin xəsarətləri polis əməkdaşları tərəfindən onun tutulması zamanı ona qarşı fiziki zor tətbiq edilməsi nəticəsində aldığını, polis əməkdaşlarından hər hansı şikayət və tələbi olmadığını göstərmiş, ərizə ilə müraciət edib məhkəmə tibbi ekspertizadan keçirilməsinə etiraz etmişdir. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs3 göstərmişdir ki, həmin izahatı müstəntiq tərəfindən əlyazma ilə yazılmış, özü izahatın məzmunu ilə tanış olmadan imza etmişdir. Göstərilənlərə əsasən əlavə heç bir araşdırma aparılmadan həmin dövrdə Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi olmuş X9 tərəfindən xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının təzyiqi nəticəsində istintaq zamanı tərtib edilmiş sənədlərə imza etməsi barədə şikayəti əsasında Gəncə şəhər prokurorluğunda araşdırılmış 540c-21 saylı materialdan isə görünür ki, təqsirləndirilən şəxs verdiyi ifadəsində İran vətəndaşı “Vahid” adlı şəxsin təkidi ilə 300 manat pul müqabilində narkotiki gətirən maşın xarab olduğu üçün sellofan paketi götürmək üçün Gəncə şəhərinə getmişdir. Həmin paketi götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübariz İdarəsinin Gəncə regional bölməsinə aparılmış, orada polis əməkdaşları götürdükləri paketi yoxlayarkən içərisində 0,5 kq kakos (heroin), 1 kq isə nəşə (qurudulmuş marixuana) olduğunu görmüşdür. Lakin idarənin rəisi Elvin ondan “Cobu” ləqəbli İlqar adlı şəxsi tanıyıb tanımadığını soruşmuş dedikləri ilə razılaşmasını, əks təqdirdə üzərində 6 kq nəşə, 1 kq heroin qoyacaqlarını demişdir. Təqsirləndirilən şəxs3 polislərlə razılaşmadığı üçün ona qarşı fiziki zorakılıq edildiyini gördüyü və edilən hədə-qorxu təsiri nəticəsində tərtib edilmiş sənədlərə imza etmişdir. Material üzrə araşdırmanı aparmış həmin dövrdə Gəncə şəhər prokurorunun böyük köməkçisi olmuş X16 tərəfindən isə xx.xx.2021-ci il tarixdə keçirilmiş “şəxs axtarış və götürülmə aparılması haqqında” və xx.xx.2021-ci il tarixdə “avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokollarda BNMİ-nin Qərb regional bölməsininın əməliyyat axtarış tərbirinin keçirilməsində iştirak etmiş iştirakçıların izahatı alınmış və xx.xx.2021-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda və CPM-nin 125.2.2-ci maddəsinə əsasən isə zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə kollegiyası prokurorluqda aparılmış araşdırmalar zamanı tibbi sənədlərlə bilavasitə Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polisin nəzarəti altında olduğu müddətdə üzərində yaranmış bədən xəsarətləri aldığı və bununla bağlı hər hansı ağlabatan açıqlama verilmədiyindən və aparılmış araşdırma hərtərəfli və tam olmadığından Gəncə şəhər prokurorluğuna qəbul edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla razılaşmır və Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə təqsirliliyinə təsir etməsə də Emil Eyyubovun saxlanılıb X23 Şöbəsində etiraf etməsi üçün polis zorakılığına məruz qalması, eləcə də Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalması ilə bağlı hissədə əsaslı şübhələr olduğundan və hazırki məhkəmə baxışında həmin halların araşdırılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiklər ifadələrini sübut kimi qəbul etmir, təqsirləndirilən şəxslərin saxlanılması və şəxsi axtarışı, avtomobilə keçirilmiş axtarış zamanı iştirak etmiş polis əməkdaşları və iş üzrə yoxlama materialı aparmış şəxslər barədə müvafiq araşdırma aparılması üçün 212c-21 saylı və 540c-21 saylı materialların Azərbaycan Respublikası Baş prokurorluğa göndərilməsini məqsədəmüvafiq olması qənaətinə gəlir. Lakin məhkəmə tərkibi, təqsirləndirilən şəxslərin məhkəmə baxışında göstədiyi narkotik vasitə olan külli miqdar narkotik vasitə olan heroin və marixuananın az çəkidə olmasının, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmələri üçün Gəncə şəhərinə gəlmələrindən məlumatsız olduqları, narkotik vasitələrin dövriyyəsində kuryer kimi iştirak etmədikləri, Təqsirləndirilən şəxs1 Vahid adlı İran vətəndaşı ilə narkotiklərin dövriyyəsi ilə bağlı yazışmaları və qabaqcadan razılaşmalarından məlumatı olmadıqlarını, öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığından cinayət işinin məhkəmə baxışı zamanı toplanılmış digər sübutlarla təsdiq edilmədiyindən həmin hissədə sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxslərin yuxarıda göstərdikləri onların öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığından məhkəmə kollegiyası həmin hallara təqsirlədirilən şəxsin daha ağır cinayət məsuliyyəti və cəzadan yayınmaq cəhdləri kimi qiymətləndirir, özünümüdafiə xarakteri daşıdığı və işin faktiki halları ilə əkzib edildiyindən aşağıda göstərilən əsaslara görə həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi bütün ifadələrində narkotik vasitələrdən asılılığın olduğunu, Bakı şəhərində olduğu müddətdə hazırki iş üzrə baxılan 1-ci epizod üzrə Suraxanı RPŞ-də verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə tam təqsirli bilmiş, ibtidai araşdırmanın sonrakı dövründə isə üzərindən aşkar edilmiş narkotik vasitələr ona məxsus olsa da yalnız şəxsi istehlakı məqsədilə üzərində saxladığını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 həmin ifadəsini həqiqətuyğun olmadığı və işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə tərkibi aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin müxtəlif növlərdə və aşkar edilən vaxt ayrı-ayrı qablaşdırılmış kiçik bağlamalarda olması, qeyd edilən narkotik vasitə və psixotrop maddələri ancaq şəxsi istehlakı məqdəsi ilə əldə etməsini inkar edən hallar olaraq qiymətləndirmişdir. Bundan başqa təqsirləndirilən şəxslərin istifadələrində olan mobil nömrə iləvə watsapp social şəbəkə vasitəsilə aparılmış telefon danışıqlarına dair məlumatlardan və qısa sms mətnlərin məzmunundan görünür ki, təqsirləndirilən şəxslərlə digər çoxsaylı mobil nömrələr arasında narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə bağlı “üstüörtülü” və müəyyən “jarqon” ifadələr istifadə edilməklə müvafiq yazışmalar aparılmış, iş üzrə dindirilmiş və məhkəmədə ifadəsi elan edilən Şahid6 də Təqsirləndirilən şəxs1 dəfələrlə, müxtəlif qiymətlərə nağd və karta pul göndərməklə metamfetmain aldığını bildirmişdir. Gəncə şəhərində “Vahid” adlı İran vətəndaşının polis əməkdaşları ilə birgə ona tələ quraraq qəsdən narkotik vasitələrin dövriyyəsinə cəlb etməsinin və NQMBİ-nin Gəncə Regional İdarəsi əməkdaşları tərəfindən əlavə olaraq həm heroin, həm də marixuana qoyulmasına münasibətdə məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmənin işə baxmış hər iki tərkibi tərəfindən təqsirləndirilən şəxs qismində dindirilərkən qeyd edilən bağlamada 0,5 kq heroin və 1,5-2 kq marixuana olmasını bildiyini səmimi etiraf etmişdir ki, bu da əldə edilmiş narkotik vasitənin külli miqdar olmasını təsdiq edən hallardır. Hazırki məhkəmə baxışı zamanı iş materiallarına əlavə edilmiş, ümumi yaddaş vəziyyəti və həcminə görə içərisində videoyazı olan DVD diskin tədqiq edilməsi texniki səbəblərdən mümkün olmasa da və Gəncə şəhər prokurorluğuna verilmiş sorğuya cavab olaraq cinayət işinin nəzarət icraatı materiallarında həmin videoçəkilişin surəti saxlanılmadığı barədə da məhkəmə qeyd edir ki, cinayət işinin ibtidai istintaq materiallarında olan xx.xx.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokol, xx.xx.2021-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokol və iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertiza rəyinə əsasən aşkar edilmiş tədqiqat materialların göndərilmə şəkli (rəyə əlavə edilmiş fotocədvəl, bağlamanın ətraflı təsviri, bağlamanın tamlığı və bütövlüyünün pozulmaması, eləcə də rəyin tədqiqat və nəticə hissəsinə əsasən marixuana və bağlamadakı heroinlərin eyni tərkibli olması) mötəbər sübut növləri olmaqla polis əməkdaşları tərəfindən əlavə olaraq narkotik vasitə qoyulmasını inkar edir. Digər təqsirləndirilən şəxs X19 isə narkotik vasitələrin əldə edilməsi üçün Gəncə şəhərinə gəlmələrini ancaq bağlamanı götürdükdən sonra maşında (ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində isə yolda gələrkən Kürdəmir rayonu ərazisində) miqdarını isə Gəncə regional idarədə olarkən öyrəndiyini göstərmişdir ki, bu məhkəmədə baxışında araşdırılmış işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. Belə ki, məhkəmə baxışında araşdırılmış Təqsirləndirilən şəxs3 şəxsi istifadəsində olan mobil telefondakı “watsapp” tətbiqində olan və hökmün təsviri-əsaslandırıcı hissəsində ətraflı şəkildə göstərilmiş sosial şəbəkə yazışmaların tarix və saatından görünür ki, Emil Eyyubov götürəcəkləri bağlamada narkotik vasitə olmasını və təxmini miqdarını həmin bağlamanı götürməmişdən əvvəlcədən bilmiş, hətta həmin narkotik vasitənin realizə edilməsi üçün ibtidai istintaq zamanı şahid qismində dindirilmiş “Ceka” ləqəbli, X3 ilə yazışmalarında cinayət işi üzrə (özünün ibtidai istintaq və məhkəmə baxışında deməsinə görə aldadaraq pul əldə etmək üçün) əlaqə saxlamasını göstərmişdir. Təqsirləndirilən şəxs2 isə ibtidai istintaqın sonrakı dövrü və məhkəmə baxışında verdiyi ifadələrində narkotik vasitələrin əldə edilməsi üçün Gəncə şəhərinə getmədiyini, əvvəllər də Təqsirləndirilən şəxs1 taksi xidməti göstərdiyi üçün onun zəngi ilə sonuncunun yaşadığı ünvana gedib onu götürdüyünü, sonradan isə Emilin də onlara qoşulduğunu ,Gəncə şəhərinə getmək və geri qayıtmaq üçün pərvizlə 70 manat pul müqabilində razılaşdığını götürülmüş bağlamada narkotik vasitə olmasından isə məlumatı olmadığını göstərmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs2 həmin ifadəsinə tənqidi münasibət göstərərək qeyd edir ki, O, Təqsirləndirilən şəxs1 əvvəllər taksi xidməti göstərsə də, Bakı şəhərindən Gəncə şəhərinə və əksinə daimi taksi xidməti göstərən kifayət qədər sürücü olduğundan, Bakı-Gəncə və əks istiqamətdə hərəkət edən və taksi xidmətləri göstərən şəxslərin bir istiqamət üzrə təxminən 70-80 manat gediş haqqı almaları, Təqsirləndirilən şəxs2 bütün ifadələrində bilavasitə şəhərdaxili taksi xidməti ilə məşğul olduğunu bildirdiyindən, Təqsirləndirilən şəxs1 narkotik vasitənin götürülməsi üçün digər hər hansı şəxsə deyil, məhz ona müraciət etməsi təsadüfi deyil, tanımadığı şəxs(lər)lə müqayisədə, əvvəlcədən (cinayət işi üzrə ilkin ifadələr şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi) öz ifadəsinə görə kuryer xidməti göstərməyə razılaşdığı külli miqdar narkotik vasitənin daşınması üçün əvvəldən münasibəti olduğu şəxsdən istifadə etməsi, həmin əmələ görə tutulma təhlükəsi yüksək olduğundan onların əvvəlcədən əlbir olmaları qənaətinə gəlməsi fikrini formalaşdırmışdır. Eyni zamanda təqsirləndirilən şəxslərin hamısının verdiyi ifadələrə əsasən Təqsirləndirilən şəxs1 bütün yol boyu istər Gəncə şəhərinə gələrkən, istərsə də narkotik vasitələri götürüb geri qayıdarkən sürücü Təqsirləndirilən şəxs2 yanında ön sərnişin yerində əyləşmiş (məhkəmənin qənaətinə görə bu həmin dövrdə ayağındakı narahatlıqla bağlı avtomobilə rahat minib düşmək və kifayət qədər yer olduğu üçün olmuşdur), onun “Vahid” adlı şəxsiyyəti məlum olmayan narkotik vasitələrin göndərmiş şəxslə danışıqları «watsapp» şəbəkəsində məhz səsli mesajlarla olmuşdur. Məhkəmədə tədqiq edilmiş səs yazışmalarının olduğu CD diskdən də görünür ki, həmin vaxt Təqsirləndirilən şəxs1 kifayət qədər yüksək səslə və açıq formada narkotik vasitələrin götürlüməsi yeri vaxtı barədə danışmışdır və təxminən 0,5 metr məsafədə olan sürücü Təqsirləndirilən şəxs2 həmin danışıqları eşitməməsi ağlabatan və inandırıcı deyildir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 şəxsiyyətini xarakterizə edən hallar, yəni barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsində cinayət təqibi aparıldığı dövrdə qəsdən cinayət törədib azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunması, məhkum olunduğu cəzanı çəkib, elektron nəzarət vasitəsi açıldıqdan sonra isə məhkəmə məsuliyyətindən yayınma cəhdləri onun cinayət törətməyə meylli şəxs olmasını təsdiq edir. Məhkəmə həm Təqsirləndirilən şəxs3, həm də Təqsirləndirilən şəxs2 külli miqdar narkotik vasitə əldə edilməsi üçün Gəncə şəhərinə gəlmələrinə münasibətdə əlavə olaraq göstərir ki, hər iki şəxsin götürüləcək bağlamanın narkotik vasitə olmasını bilavasitə bağlama götürlüdükdən sonra bilib, yaxud şübhələnsəydi halda da onların narkotik vasitəin dövriyyəsində iştirak etməkdən könüllü imtina etmək, yaxa qurtarmaq üçün kifayət qədər vaxt və imkanı olmuşdur. Belə ki, bağlamanın götürüldüyü Nizami Məqbərəsi yaxınlığından Samux rayonu Zazalı kəndində saxlanıldıqları DYP-nin stasionar postuna qədər olan məsafə, (təxminən 5 km) cinayət işinin məhkəmə araşdırması zamanı verdikləri bütün ifadələrdə narkotik vasitə götürldükdən sonra bununla bağlı hər hansı etiraz bildirməmələri, təqsirləndirilən şəxslərin hamısının qabaqcadan narkokuryerlik xidməti göstərməsi ilə bağlı əlbir olmasına dəlalət edir. Narkotik vasitə olan heroin və marixuananın miqdarı ilə bağlı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 göstərdikəri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin həmin ifadələri də avtomobilə baxış keçirilməsi haqqında protokol, iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizanın rəyi ilə inkar olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əgər təqsirləndirilən şəxslərin iddia etdiyi kimi onların götürməyə gəldikləri heroin və marixuana üzərinə sonradan polis əməkdaşları yaxud qeyri şəxslər tərəfindən hansısa miqdar əlavələr edilsəydi, bu iş üzrə təyin edilib keçirilmiş məhkəmə kimyəvi və biloloji ekspertizanın rəyi ilə müəyyən olunaraq narkotik vasitələrin müxtəlif tərkibdə olması müəyyən edilər, iş materiallarında bununla bağlı kəskin ziddiyyət və təzad yaranar, iş üzrə sübutların qiymətləndirilməsini mümkünsüz edərdi. Məhkəmə göstərir ki, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs1 münasibətdə göstərilən İ epizod üzrə üzərindən aşkar edilmiş digər narkotik vasitə və psixotrop maddərlə yanaşı narkotik vasitə olan heroinin xx.xx.2021-ci ildə Gəncə şəhərində aşkar edilmiş narkotik vastə olan heroinlə müxtəlif tərkibdə olmuşdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X10 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Hazırki cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilən cinayət işinin obyektiv hallarına, həmçinin təqsirləndirilən şəxslərin həm işin ibtidai istintaqı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə, istintaq hərəkəti protokollarına və əlavələri olan videoçəkilişlər olan disklərə məhkəmə baxışında tədqiq edilmiş digər sübutlara əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdar hesab edilən narkotik vasitə olan qurudulmuş marixuana və heroin əldə edərək daşımış və üzərlərində saxlamışlar. Azərbaycan Respublikası Cinayət Məcəllənin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş....ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Hazırki cinayət əməlində iştiraklarının faktiki xarakteri və dərəcəsini (Təqsirləndirilən şəxs1 münasibətdə narkotik vasitələrin əldə edilmə mənbəyi ilə danışıqlar aparılması, cinayətin törədilməsində xüsusilə fəal iştirak etmə, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını hazırki iş üzrə ilk epizod, Təqsirləndirilən şəxs3 münasibətdə isə əldə ediləcək narkotik vasitələrin realizə edilməsi üçün xüsusi fəallıq göstərilməsini, Təqsirləndirilən şəxs2 münasibətdə isə, hazırki cinayət əməlinin törədilməsində götürüləcək narkotik vasitənin təyinat məntəqəsindən götürülüb aparılmasında digər təqsirləndirilən şəxslərin mənzil başına təhlükəsiz şəraitdə aparılmasını, həm cinayət əməli törədilərkən həm də işin məhkəmə baxışı zamanı digər cinayət hadisəsi törədərək məhkum olunmasını), nəzərə alınmaqla onlara fərdiləşdirilərək cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir ki, bu da işin məhkəmə baxışı zamanı müəyyən edilmiş faktiki hallarına, eləcə də qanunçuluq və ədalət prinsipinə tamamilə uyğundur «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, narkotik vasitəni əldə etmə daşıma saxlama dedikdə..... başa düşülür. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.). Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Qərarın 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 14-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edimiş İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 2 qram, İİ siyahıya əsasən isə psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 2 qram göstərilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edimiş İ siyahısında narkotik vasitə hesab edilən metadonun şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 1,6 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” Qanununun İ siyahısına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 500 qram göstərilmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər oğlunun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş....ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə “həbs” qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 234.4.1, 234.4.2, 234.4.3-cü digər təqsirləndirilən şəxslər X31 və Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, qeyd edilən cinayət əməllərinin ağır cinayət kateqoriyasına aid edilməsi, hüquq-mühafizə orqanları tərəfindən vaxtında aşkar edilərək dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin miqdarını və növünü nəzərə alınaraq məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini və həmin cəzanın çəkilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən qənaətə gələrkən məhkəmə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövvriyyəsi ilə bağlı ilk dəfə saxlanıldığı və cinayət məsuliyyətinə cəlb edildiyi müddətdən təxminən 1 (bir ) ay sonra yenidən narkotik vasitələrin dövsiyyəsində kuryer xidmət göstərməyə “can atmasını”, Təqsirləndirilən şəxs3 öz deməsinə görə şəxsi istehlakı üçün narkotik vasitələr əldə etməyə və realizə etmək “meyllərini”, Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə məhkəmədə və ibtidai istintaq zamanı əvvəldən qeyri-səmimi olub, guya cinayət hadisəsi ilə heç bir bağlılığı olmadığını bildirsə də, barəsindəki işin məhkəmə araşdırması dövründə digər qəsdən cinayət hadisəsi törədərək bununla bağlı məhkum olunmasını onların şəxsiyyətini mənfi xarakterizə edib cəza təyinində nəzərə alınan hallar hesab edir. Həmçinin məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında törətdikləri cinayətdə iştiraklarının faktiki xarakteri və dərəcəsini, cinayətin törədilməsindəki rolları nəzərə alınmaqla və yuxarıda göstərilən cəzalarını yüngülləşdirən digər hallar nəzərə alınmaqla cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 hazırki baxılan iş üzrə əvvəlki epizod çıxılmaqla, bir qrup şəxs halında törətdiyi İİ epizod üzrə iştirakının xarakteri və dərəcəsi, (narkotik vasitənin əldə edilməsi üçün “Vahid” adlı İran vətəndaşı ilə sosial şəbəkə vasitəsilə danışıqlar aparılması, narkotik vasitənin aparılcağı (gətiriləcəyi yerin) müəyyən edilməsi) Təqsirləndirilən şəxs3 münasibətdə cinayət hadisəsi törədilərkən davranışı, (narkotik vasitə olan bağlamanın götürülüb arxa oturacaqda gizlədilməsi, narkotik vasitə götürülməmişdən və götürüldükdən sonra tanışı ilə realizəsi istiqamətində danışıqlar aparılması) Təqsirləndirilən şəxs2 münasibətdə isə onun hadisəyə qədərki və narkotik vasitənin əldə edilməsi üçün davranışını, (faktiki narkokuryer olan Təqsirləndirilən şəxs1 narkotik vasitə olan bağlamanın götürülməsi və Bakı şəhərinə təyinat məntəqəsinə aparılması üçün təklifə razılıq verilməsi) nəzərə alınmaqla cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir ki, bu da işin məhkəmə baxışı zamanı müəyyən edilmiş faktiki hallarına və qanunvericiliyin ədalət prinsipinə uyğundur. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxslər barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilməli, Təqsirləndirilən şəxs1 isə İİ qrup əlilliyi ilə bağlı məcburi müalicənin təyin edilə bilməməsi nəzərə alınmalı, hər üç təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan 12 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş baxış zamanı sonuncunun üzərindən aşkar edilmiş 06 ədəd bükümdə ümumi təmiz qalıq çəkisi 1,813 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitəheroin, üzərində “Methadone 40 Faran” yazıları olan 05 ədəd blister kəsiklərində ümumilikdə 09 ədəd, səthlərində “FM 40” yazısı həkk olunmuş ümumi təmiz çəkisi 0,4 qram olmaqla tərkibində metadon maddəsi olan həblər, eləcə də xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 17,381 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi, 13 aprel 2021-ci ildə “Kia Rio” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sol arxa ayaqaltı hissəsindən götürülmüş göy rəngli sellofan torbada qalıq çəkisi ümumi təmiz çəkisi 1084 qram külli miqdarda narkotik vasitə olan heroin və 5599,8 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, təqsirləndirilən şəxslərin üzərində baxış keçirilməsi, avtomobilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğunu 3 ədəd DVD-R disklər və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 2 ədəd CD disklərin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərin biryerdə və ayrılıqda törətdikləri cinayət əməlləri nəzərə alınmaqla 10,80 (on manat səksən qəpik) manat Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən, Təqsirləndirilən şəxs1 isə 120 (bir yüz iyirmi) manat ekspertiza xərci müştərək tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin ona 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Şübhəli şəxs qismində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət çıxılmaqla üzərində qəti olaraq 9 (doqquz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Çəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2021-ci ildən hesablansın. Ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 Feruz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin ona 8 (səkkiz) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Çəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs3 Feruz oğlunun barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-130/2022 saylı hökmü ilə ona təyin edilmiş 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzası 2 (iki) gün azadlığın məhdudlaşdırılması 1 (bir) gün azadlıqdan məhrumetmə ilə əvəz edilməklə, ümumilikdə 6 (altı ay) azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməklə Təqsirləndirilən şəxs2 üzərində 8 (səkkiz) il, 6 (altı) ay azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-130/2022 saylı hökmünə əsasən həmin cinayət işi üzrə həbsdə saxlanıldığı 21 (iyirmi bir) gün, eləcə də hazırki cinayət işi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət çıxılmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 7 (yeddi) il, 11 (on bir) ay 7 (yeddi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli barəsində Gəncə Ağır Cinayətlər Məhkləmsinin qərarı ilə „həbs“ qətimkan tədbiri seçildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan 12 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində keçirilmiş baxış zamanı sonuncunun üzərindən aşkar edilmiş 06 ədəd bükümdə ümumi təmiz qalıq çəkisi 1,813 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitəheroin, üzərində “Methadone 40 Faran” yazıları olan 05 ədəd blister kəsiklərində ümumilikdə 09 ədəd, səthlərində “FM 40” yazısı həkk olunmuş ümumi təmiz çəkisi 0,4 qram olmaqla tərkibində metadon maddəsi olan həblər, eləcə də xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 17,381 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi, 13 aprel 2021-ci ildə “Kia Rio” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sol arxa ayaqaltı hissəsindən götürülmüş göy rəngli sellofan torbada qalıq çəkisi ümumi təmiz çəkisi 1084 qram külli miqdarda narkotik vasitə olan heroin və 5599,8 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, təqsirləndirilən şəxslərin üzərində baxış keçirilməsi, avtomobilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğunu 3 ədəd DVD-R disklər və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 2 ədəd CD disklərin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarının dəyərindən ayrı-ayrılıqda Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər birindən 10,80 (on manat səksən qəpik) manat, Təqsirləndirilən şəxs1 isə 120 (bir yüz iyirmi) manat ekspertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar