Məhkəmə qərarları › İş №1(100)-29/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-29/2024

26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-29/2024 26.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 və Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi–Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olan, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla həmin kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi çətənə bitkilərinin toxumlarını 06 avqust 2022-ci il tarixdə yaşadığı Ağstafa rayonunun, Dağkəsəmən kəndindəki evində 03 ədəd dibçəkdə əkərək, həmin toxumlardan bitən, xeyli miqdarda hesab edilən əkilib-becərilməsi qadağan edilmiş 03 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərinə aqro texniki qaydada qulluq edib qanunsuz olaraq kultivasiya etməklə 08 sentyabr 2022-ci il tarixədək yetişdirmiş və həmin tarixdə saat 18 radələrində Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən ümumi təmiz çəkisi 500 qram olan 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir, spirtli içki aludəçisidir. Atası və digər ailə üzvləri onun spirtli içki qəbul etməyinə narazılıqlar edir. Özü rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Sonuncu dəfə 2022-ci ili 31 mart 2022-ci il tarixdə yaşadığı evin həyətindən aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərini əkib becərdiyi üçün barəsində ibtidai istintaq olunan cinayət işi Ağstafa rayon məhkəməsinə göndərilmiş və 20 sentyabr 2022-ci il tarixdə barəsində ittiham hökmü çıxarılmışdır. 2022-ci ilin sentyabr ayının 8-də saat 18 radələrində yaşadığı evdə olarkən mülki geyimdə olan bir neçə nəfər şəxs yaşadığı evə gəlib özlərini təqdim etdikdən sonra Ağstafa RPŞ-nin əməkdaşları olduqlarını, ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə dair təxirəsalınmaz qərar qəbul olunduğunu və yaşadığı mənzilə baxış keçirməli olduqlarını bildirmişlər. O da buna heç bir etiraz etməmiş, qərar ona elan olunduqdan sonra onun evinə baxış keçirilməyə başlanmış, ilkin olaraq həyətdə olan birmərtəbəli yaşayış evinə və giriş qapısından sağ tərəfdə olan köməkçi tikiliyə baxış keçirilmiş, heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Daha sonra baxış evin sağ tərəfində olan həyətyanı bağ sahəsində davam etdirilmiş, bağ sahəsinin sağ tərəfində olan bibər ştillərinin yaxınlığında 03 ədəd dibçəkdə öz şəxsi istifadəsi üçün 06 avqust 2022-ci il tarixdə əkmiş olduğu narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Daha polis əməkdaşları onu Ağstafa RPŞ-yə gətirmişlər, Ağstafa RPŞ-də onun üzərinə şəxi axtarış keçirilmiş, lakin üzərindən heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Əlavə olaraq bildirmişdir ki, Ağstafa rayonunun Dağkəsəmən kəndində yerləşən yaşadığı evin həyatyanı bağ sahəsindən aşkar edilmiş çətənə kollarını öz şəxsi istifadəsi üçün əkmişdir. Həmin çətənə kollarının hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq edib öz şəxsi istifadəsi üçün yetişdirmişdir. Həmin bitkilərin orada olmasını heç kim bilməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Ağstafa RPŞ-nin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. Ağstafa rayonunun Dağkəsəmən kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 08 avqust 2022-ci il tarixdə saat 18 radələrində Ağstafa RPŞ-də gündəlik xidmətində olan zaman CABın rəisi Araz Mərdanova əməliyyat məlumatı daxil olmuşdur ki, Ağstafa rayonunun Dağkəsəmən kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkib-becərir. Bu barədə polis şöbəsində zəruri sənədləşmə işləri aparıldıqdan sonra həmin gün saat 18:30 radələrində Ağstafa RPŞ-nin NQMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, CAB-ın axtarış üzrə əməliyyt müvəkkili, polsi leytenantı Şahid3 və Köçvəlli PB-nin əməliyyat müvəkkili, polis leytenantı X6 ilə birlikdə Ağstafa rayonunun Dağkəsəmən kəndinə yaşayan Təqsirləndirilən şəxs evinə gedilmiş və Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra Ağstafa RPŞ-nin əməkdaşları olduqlarını, onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə dair təxirəsalınmaz qərar qəbul olunduğunu və yaşadığı mənzilə baxış keçirməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs buna heç bir etiraz etməmiş, qərar ona elan olunduqdan sonra onun, Ağstafa rayon Bitki-Mühafizə mərkəzinin rəisi Şahid4 və polislərin iştirakı ilə videoçəkiliş vasitəsilə evə baxış keçirilməyə başlanmış, ilkin olaraq həyətdə olan birmərtəbəli yaşayış evinə və giriş qapısından sağ tərəfdə olan köməkçi tikiliyə baxış keçirilmiş, heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Daha sonra baxış evin sağ tərəfində olan həyətyanı bağ sahəsində davam etdirilmiş, bağ sahəsinin sağ tərəfində olan bibər ştillərinin yaxınlığında 03 ədəd dibçəkdə əkilmiş narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Həmin çətənə kolları aqronom tərəfindən baxıldıqdan sonra hər birinə aqrotexniki qaydada qulluq edildiyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs aqronomun dediklərini təsdiq etmiş və həmin çətənə(kannabis) kollarını öz şəxsi istifadəsi üçün əkdiyini, aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Aşkar edilmiş bitkilər dibçəklərdən kökündən çıxarılmaqla ağrəngli polietilen torbaya qoyulmaqla iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılmaqla götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs Ağstafa RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində birinci mərtəbədə yerləşən xidməti iş otaqlarının birində onun narkotik vasitələrin qanunsuz olaraq əkilib-becərilməsində və kultivasiya edilməsində şübhəli olduğu üçün tutulduğunu bildirdikdən sonra ona hüquq və vəzifələri izah edilmişdir. Şübhəli şəxs qismində tutulduqdan sonra ona dövlət hesabına vəkil təyin olunması üçün vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs da hüquqlarını müdafiə etmək üçün X5 dəvət edilməsini xahiş etmişdir. Daha sonra müdafiəçisinin iştirakı və videoçəkiliş ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bu barədə proktokol tərtib olunmuş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının satışı ilə məşğul olması barədə onlara heç bir məlumat daxil olmamışdır. Ancaq məlumat daxil olmuşdur ki, narkotik tərkibli çətənə kolların qanunsuz əkilməsi ilə məşğul olur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və X6 məhkəmə baxışı iclasında şahid qismində dinririlmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək, işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X12 X1 müdiri vəzifəsində işləyir. 08 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı kənddə olarkən Ağstafa rayon polis şöbəsinin əməkdaşı ona zəng edərək rayonun Dağ Kəsəmən kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisi əkib becərməsində şübhələndiklərini, onun evinə baxış keçirməkdə onun da aronom kimi iştirak etməyini xahiş etmişlər. O da polislərin bu təklifi ilə razılaşmış yaşadığı kənddən çıxıb birbaşa Dağ Kəsəmən kəndinə yola düşmüş və mobil telefonda polis əməkdaşlarının işarəsi ilə Təqsirləndirilən şəxs evinə gəlmişdir. Polis əməkdaşları ilə birlikdə videoçəkiliş vasitəsi ilə onun evinə baxış keçirilmiş və evin bağ sahəsinin sağ tərəfində olan bibər ştillərinin yaxınlığında 03 ədəd dibçəkdə əkilmiş narkotik tərkibli çətənə kolları aşkar edilmşdir. Həmin 3 ədəd dibçəkdə olan bitkilərin ümumilikdə 3 ədəd olmaqla narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərə baxaraq onlara aqrotexniki qaydada qulluq edildiyini, narkotik tərkibli çətənə bitkiləri olduqlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs evinin bağ sahəsindən aşkar edilmiş digər kütlələr, toxumlar, bitkilər və əşyalar iş üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğuna o da imza etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və tərəfimdən ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və bərəsində iltizam qətimkan tədbiri seçilmiş və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçildiyi üçün Təqsirləndirilən şəxs Qazax RPŞ-nin MSYdə azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1088 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Ağstafa rayonu, Dağkəsəmən kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş 03 (üç) ədəd çətənə kolu...” adlar və imzalar olan kağız paketdəki, 3 (üç) ədəd ümumi təmiz çəkisi 500 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aparıcı aqronom (mütəxəss) Şahid4 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserindən alınmış 11 oktyabr 2022-ci il tarixli 1516 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdənistifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yranmış narkomaniya xəstəliyindən əzab çəkir, 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsAğstafa rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəs ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü il tarixdə, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2013-cü il tarixli “Amnistiya” qərarına əsasən cəzaçəkməkdən azad olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Ağstafa rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəs ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Qəfərov X7 rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa rayon İcra və Probasiya şöbəsinin 03 mart 2023-cü il tarixli arayışından görünür ki, Qəfərov X7 rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmünün icrası ilə əlaqədar Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasından 04 ay 03 gün çəkmiş, 01 il 07 ay 23 gün çəkilməmiş cəzası qalmışdər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa RİHB-nin Dağ kəsəmən kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 sentyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Qəfərov X7 rayon, Dağ kəsəmən kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xaraketerizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqindən sonra qalan 03 ədəd çətənə bitkisi saxlanması üçün Ağstafa RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Beləliklə, Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 2371-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla belə məhkəmə vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmiş, ona CM-in 237.2.2-ci maddəsilə ittiham irəli sürülməsi qanunsuz olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ittiham edilmişdir ona görə ki, o, 31 mart 2022-ci il tarixdə yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməsinə görə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işinin Ağstafa rayon məhkəməsində məhkəmə baxışında olmasına baxmayaraq, təkrarən istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi çətənə bitkilərinin toxumlarını 06 avqust 2022-ci il tarixdə yaşadığı Ağstafa rayonu, Dağkəsəmən kəndindəki evində 03 ədəd dibçəkdə əkərək, həmin toxumlardan bitən, xeyli miqdarda hesab edilən əkilib-becərilməsi qadağan edilmiş 03 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkilərinə aqro texniki qaydada qulluq edib qanunsuz olaraq kultivasiya etməklə 08 sentyabr 2022-ci il tarixədək yetişdirmiş və həmin tarixdə saat 18 radələrində Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən ümumi təmiz çəkisi 500 qram olan 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İttihamın məzmunundan da göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 237.2.2-ci maddəsilə təqsirləndirərkən onun birinci epizod üzrə törətdiyi hüquqazidd əmələ qiymət verərək sözügedən epizod üzrə ayrıca cinayət işini baxılması üçün Ağstafa rayon məhkəməsinə göndərmiş, lakin buna baxmayaraq eyni epizod üzrə Təqsirləndirilən şəxs cinayətlərin çoxluğu müstəvisində yenidən ittiham etmiş və işə baxılması məqsədilə cinayət işinin materiallarını bu dəfə Gəncə Ağır Cinayətlər məhkəsinə göndərmişdir. İş materiallarında olan Ağstafa rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Qəfərov X7 rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sözügedən hökmlə Ağstafa rayon məhkəməsinin müəyyən etdiyi hallar cinayətlərin çoxluğu müstəvisində Təqsirləndirilən şəxs CM-in 237.2.2-ci maddəsilə elan edilmiş hazırki ittihamın ilk epizodu ilə eynilik təşkil etmişdir. Dolayısı ilə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs hazırki ittihamı irəli sürərkən onun eyni əmələ gərə təkrar məhkum ediləcəyini diqqətə almamışdır. Bu isə özlüyündə qanunsuz olmaqla yanaşı insan hüquqlarının təməl prinsipləri ilə ziddiyyət təşkil etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları söyləməyi vacib hesab edir: Hüququn hamılıqla qəbul edilmiş “non bis in idem” prinsipini ifadə edən bu konstitusiya normasının mənasına uyğun olaraq əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyət etibarı ilə həm qanunvericiliyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquqtətbiqedicilərə istiqamətlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” 2013-cü il 4 mart tarixli Qərarı). Bir əmələ görə iki dəfə məhkum edilməmək və ya cəzalandırmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da öz əksini tapmışdır. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən, heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayətprosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsinə dair konstitusiya prinsipi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliklərində də öz əksini tapmışdır. Belə ki, Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Cinayət-Prosessual Məcəlləsinin 34.1-ci maddəsində isə göstərilmişdir ki, heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Odur ki, məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.2-ci maddəsindən CM-in 237.1-ci maddəsinə tövsif edilməli, O bu maddə ilə təqsirli bilinib maddənin sanksiyasının yuxarı həddinə yaxın azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»in Siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər hesab olunur və həmin bitkilərin 3-15 ədəd sayda kultivasiya edilməsi xeyli miqdar hesab edilir. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o dərhal məhkəmə zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması və törətdiyi əməldən peşmançılıq keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, X4 oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserindən alınmış 11 oktyabr 2022-ci il tarixli 1516 nömrəli rəydən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdənistifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yranmış narkomaniya xəstəliyindən əzab çəkir, 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsAğstafa rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəs ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü il tarixdə, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2013-cü il tarixli “Amnistiya” qərarına əsasən cəzaçəkməkdən azad olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Ağstafa rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəs ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Qəfərov X7 rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa rayon İcra və Probasiya şöbəsinin 03 mart 2023-cü il tarixli arayışından görünür ki, Qəfərov X7 rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmünün icrası ilə əlaqədar Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasından 04 ay 03 gün çəkmiş, 01 il 07 ay 23 gün çəkilməmiş cəzası qalmışdər. Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə, azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən ona Ağstafa rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalıdır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağstafa rayon Məhkməsinin hökmü ilə təyin edilmiş 02 il azadlığın məhdudlaşdırılması cəzası, 01 il azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırkı iş üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə müvafiq olaraq birinci hökm üzrə təqsirləndirlən şəxsin xx.xx.2022-ci il tarixdən hazıradək cəkdiyi 01 il 08 ay 26 gün azadlığın mədudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə müvafiq olaraq 10 ay 13 gün azadlıqdan mhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin edilmiş qəti cəzadan çıxılmalı və cəzaçəkmənin əvvəli hazırkı hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, bu iş üzrə tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət və digər iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CMnin 69-cu maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqindən sonra qalan 03 ədəd çətənə bitkisi Ağstafa RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra İş üzrə maddi sübut kimi tanınmış Ağstafa RPŞ-nin saxlama anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 03 ədəd çətənə bitkisi məhv edilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Dövlət büdcəsi hesabına hüquqi yardım göstərmiş vəkil Müdafiəçi xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına göstərdiyi hüquqi yardıma sərf etdiyi toplam vaxt 96 saatdır və vəkilə ödənilməli olan haqqın miqdarı 576 manatdır. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 96 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 576 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ağstafa rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə müvafiq olaraq qismən toplanılmaqla qəti olaraq ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə müvafiq olaraq birinci hökm üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən hazıradək cəkdiyi 01 il 08 ay 26 gün azadlığın mədudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə müvafiq olaraq 10 ay 13 gün azadlıqdan mhrum etmə cəzasına bərabər tutularaq, ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 07 (yeddi) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı toplam 04 (dörd) gün müddət, ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan ilə əvəz edilsin və “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 iyul 2024-cü il tarixdən hesablansın, İş üzrə maddi sübut kimi tanınmış Ağstafa RPŞ-nin saxlama anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 03 ədəd çətənə bitkisi məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 96 (doxsan altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 576 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs oğlundan 32,40 (otuz iki manat qırx qəpik) məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar