Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-290/2022 01.07.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), Səmədov Xəqani Hacı oğlu, X3 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X16 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən bir ədəd odlu yivsiz silah hesab olunan, 5,6 mm kiçik kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, kustar üsulla qələm-tapança formasında hazırlanmış silindrik qurğunu, 03 ədəd zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kiçik kalibrli olmaqla həmin X2 tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı sayılan, istifadəyə və atəş açmaq üçün yararlı patronları, eləcə də məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 3.911 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib odlu silah və patronları etibarnamə ilə idarə etdiyi “Nissan Altima” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobildə, psixotrop maddəni isə üstündə saxlamaqla Bərdə şəhəri, Həzi Aslanov küçəsində yerləşən “İlqar” marketin qarşısına qanunsuz gəzdirərək daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə saat 23.45-də qeyd olunan yerdə saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə dəvət olunub 23 fevral 2022-ci il tarixdə saat 00.51-də üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə 3.911 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin şöbənin inzibati ərazisində həmin gün saat 01.43-də baxış zamanı qeyd olunan “Nissan Altima” markalı **-PK-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ saxlanc yerindən ağ rəngli dəri qabın içərisində bir ədəd qələm-tapança formasında odlu silah və üç ədəd 5,6 mm kalibrli patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulmamışdan 2 gün əvvəl yaşadığı Bərdə rayonu, Zümürxan kəndində yerləşən kanalın yaxınlığından 3 ədəd patron və bir ədəd atıcı dəmir predmet tapmışdır. O, həmin silahı təhvil vermək məqsədi ilə idarə etdiyi “Nissan Altima” markalı **- PK-*** avtomobilin bardaçokuna qoymuşdur. 22 fevral 2022-ci il tarixdə axşam saatlarında “İlqar” marketin qarşısında idarə etdiyi “Nissan Altima” markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman bir neçə nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq özlərini təqdim edib onu idarə etdiyi “Nissan Altima” markalı **-PK-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Bərdə Rayon Polis Şöbəsinə gətirmiş və ona bildirmişlər ki, onda silahla bərabər narkotik vasitə də var. O da polis əməkdaşlarına yalnız maşınında silahın olduğunu, onda heç bir narkotik vasitənin olmamasını bildirmişdir. Bundan sonra Polis İdarəsində ona polis əməkdaşları tərəfindən təziq və təsir göstərilmiş, ona xəsarətlər yetirilmiş, bu səbəbdən də o, narkotik vasitələin ona məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, o, həbs olunmamışdan 4-5 ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Lakin hazırda ittiham olunduğu narkotik vasitə heroin ona məxsus olmamışdır. Məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, o, təsadüfi şəxslərdən aldığı psixotrop maddə metamfetamini çəkmək yolu ilə qəbul etmişdir. 22 fevral 2022-ci il tarixdə saat 12 radələrində Bərdə şəhərində yerləşən Bərdə Rayon Mərkəzi Xəstəxanasının həyətində anket məlumatlarını dəqiq bilmədiyi “Qədimalı” adlı şəxsdən öz istifadəsi üçün 50 manat müqabilində bir bükümdə psixotrop maddə metamfetamin alıb üzərində daşımaqla saxlamış, həmçinin təxminən 1 ay qabaq yaşadığı Bərdə rayonu, Zümürxan kəndində yerləşən kanalın yaxınlığından 3 ədəd patron və 1 ədəd atıcı dəmir predmet tapmışdır. Əsgərlikdə silah sursata böyük marağı olduğu üçün onu suvenir kimi saxlamaq məqsədi ilə idarə etdiyi “Nissan Altima” markalı **-PK-*** avtomobilin bardaçokunda daşımağa başlamışdır. 22 fevral 2022-ci il tarixdə saat 23:45-də Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “İlqar” marketin qarşısında idarə etdiyi “Nissan Altima” markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə şəxs yaxınlaşaraq özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim etmiş, bundan sonra onu idarə etdiyi “Nissan Altima” markalı **-PK-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib müdafiəçi ilə Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan gödəkçəsinin cibində “şüşə” adlandırdığı psixotrop maddə metamfetamin olduğunu bildirib gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümü, sol döş cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, sol yan cibində olan “İphone” markalı mobil telefonu, şalvarının sol yan cibindən bir ədəd avtomobil açarını və bir ədəd tibbi maskanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi bir ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O, metamfetamini 22 fevral 2022-ci il tarixdə saat 12 radələrində Bərdə şəhərində yerləşən Bərdə Rayon Mərkəzi Xəstəxanasının həyətində “Qədimalı” adlı şəxsdən ümumilikdə 50 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir bükümdə olan psixotrop maddə metamfetamin kağız zərfdə qablaşdırılmışdır. Eyni zamanda aşkar edilmiş 1 ədəd avtomobil açarı və 1 ədəd tibbi maska iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş bir ədəd “İphone” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra ona yaşadığı ünvanda, idarə etdiyi avtomobildə və ya digər yerlərdə narkotik vasitələr, psixotrop maddələr və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlaması barədə soruşuldu, o, verilən suala cavab olaraq idarə etdiyi Bərdə Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılmış idarə etdiyi “Nissan Altima” markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobilin salonunda qabaq saxlanc yerində 03 ədəd patron və həmin patronlardan atəş açmaq üçün nəzərdə tutulan dəmir predmet gizlədib saxladığını, qeyd olunan patronları və predmetləri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Bərdə Rayon Polis Şöbəsinin inzibati ərazisində videoçəkiliş aparılmaqla “Nissan Altima” markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilkən təklifə əsasən o, avtomobilin salonunda qabaq saxlanc yerində 03 ədəd patron və həmin patronlardan atəş açmaq üçün nəzərdə tutulan dəmir predmeti çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu-sual zamanı həmin əşyaları təxminən 1 ay qabaq yaşadığı kəndin ərazisində yerləşən su kanalının yaxınlığından tapdığını və suvenir kimi avtomobildə gəzdirməklə saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş 3 ədəd patron və atəş açmaq üçün nəzərdə tutulan dəmir predmet qablaşdırılaraq götürülmüşdür. Ardınca videoçəkiliş dayandırılmış və və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 22 fevral 2022ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Daxil olmuş məlumat əsasında 22 fevral 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 23:45-də Bərdə şəhərində yerləşən “İlqar” marketin qarşısında idarə etdiyi “Nissan Altima” markalı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən üzərində şəxsi axtarış aparılmasına və avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxsla bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, əməkdaşların müşayiəti altında saxlanıldığı yerdən idarə etdiyi “Nissan Altima” markalı Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində olan bir ədəd sellofan bükümü, gödəkçəsinin sol döş cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini, gödəkçəsinin sol yan cibində olan “İphone” markalı mobil telefonu, əynində olan şalvarının sol yan cibində olan 1 ədəd avtomobil açarını və 1 ədəd tibbi maskanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda, idarə etdiyi avtomobildə və ya digər yerlərdə narkotik vasitələr, psixotrop maddələr və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs verilən suala cavab olaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılmış idarə etdiyi “Nissan Altima” markalı, avtomobilin salon hissəsində yerləşən qabaq saxlanc yerində 3 ədəd patron və həmin patronlardan atəş açmaq üçün nəzərdə tutulan dəmir predmet gizlədib saxladığını, qeyd olunan patronları və həmin predmeti təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Bərdə Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Altima” markalı avtomobilə onun özünün icazəsi və iştirakı ilə video çəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sağ qapısını açıb, avtomobilin salon hissəsində qabaq sağ tərəfdə yerləşən saxlanc yerini açıb orada olan 1 ədəd ağ rəngli dəridən hazırlanmış qabı götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi dəri qaba baxış zamanı qabın içərisindən 3 ədəd tamlığı pozulmamış patron və 1 ədəd dəmirdən hazırlanmış silindirik formalı predmet aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 3 ədəd patronu və 1 ədəd dəmir predmeti təxminən 1 ay əvvəl yaşadığı Bərdə rayonu, Zümürxan kəndi ərazisindən keçən su kanalının yaxınlığından təsadüfən tapdığını, tapdığı dəmir predmetin atəş açmaq üçün nəzərdə tutulan alət olduğunu müəyyən etdikdən sonra marağı yarandığına görə götürüb özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd patron və 1 ədəd dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Şahid1 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddələri 22 fevral 2022-ci il tarixdə saat 12 radələrində Bərdə şəhərində yerləşən Bərdə Rayon Mərkəzi Xəstəxanasının həyətində anket məlumatlarını dəqiq bilmədiyi “Qədimalı” adlı şəxsdən ümumilikdə 50 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, psixotrop maddəni üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadəni özünə aid hissədə təsdiq etdi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 23 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə 3.911 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin şöbənin inzibati ərazisində baxış zamanı ona məxsus qeyd olunan “Nissan Altima” markalı **-PK-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ saxlanc yerindən bir ədəd qələm-tapança formasında odlu silah və üç ədəd 5,6 mm kalibrli patronlar aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X14 Bölməsinin 23 fevral 2022-ci il tarixli 6/1123 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış 1 ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 3,911 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qalıq 3,861 qram. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Rspublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 23 fevral 2022-ci il tarixli 22/175R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd silindrik metal əşya, kustar üsulu ilə qələm-tapança formasında hazırlanmış 5,6 mm kiçik kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş qurğudur, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 3 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik Kalibrli. olmaqla həmin X2 tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuşdur, döyüş sursatı sayılır, istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş qurğudan eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən güllə-gilizlərlə müqayisəli tədqiqat aparıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 23 fevral 2022-ci il tarixli 924 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs deməsinə görə, 4 aydır ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X21 2 mart 2022-ci il tarixli 245 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X21 4 mart 2022-ci il tarixli, 710/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid morfin adlı alkoloidin sintenik analoqu olan heroin aşkar edildi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 məhkəmə-psixiatrik ekspertizasının 28 mart 2021-ci il tarixli 726 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar olunsa da, o, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, onun əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanası” X21 24 fevral 2022-ci il tarixli 1437 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs kəskin ifadəli affektiv şəxsiyyət pozuntusu, depressiv tip davranış pozuntuları, tez-tez baş verən davamlı dekompensasiyalarla emosional labillik diaqnozu ilə arxiv məlumatlarına görə xx.xx.2016-xx.xx.2016; xx.xx.2021xx.xx.2022-ci il tarixlərində Respublikası Psixiatriya Xəstəxanasında gündüz stasionarı şöbəsində ambulator müalicədə olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X21 25 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Müdarizə İdarəsinin 28 mart 2022-ci tarixli 007-3738-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər oldu silah, döyüş sursatı saxlaması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmaması, narkotik vasitələrin və psixotrop maddələrin satışı və qəbulu ilə məşğul olan şəxslərlə əlaqəsinin olub-olmaması, Təqsirləndirilən şəxsnnun ifadəsində göstərdiyi “Qədimalı” adlı şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması və yaxın əlaqələrinin müəyyən olunması istiqamətində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 03 iyun 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasının 20 iyun 2022-ci il tarixli 17/393551 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olmuş və müayinə zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Onun tibbi kitabçasında və şəxsi işində də BİT-da olarkən hər hansı xəsarət qeydə alınmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 24 fevral 2022-ci il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, tədqiqatdan sonra qalıq qalan 3,861 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd paketdə qablaşdırılan 1 ədəd 5,6 mm kalibrli qurğu, 1 ədəd dəri qab və 1 ədəd 5,6 mm kalibrli patron iş üzrə maddi sübut tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Müdarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti başçısının Zümürxan kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 31 mart 2022-ci il tarixli, 143 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X4, oğlu X12 ilə birlikdə Bərdə rayonu Zümürxan kəndində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 21 saylı Tibbi Sosial Ekspert Komissiyasının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs kəskin ifadəli affektiv şəxsiyyət pozuntusu, depressiv tip, davranış pozuntuları və tez-tez baş verən davamlı dekompensasiyalarla, emosional labillik diaqnozu ilə ikinci dərəcəli əlildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid alilələri ictimai birliyinin 29 fevral 2012-ci il tarixli vəsiqəsinin surətindən və 07 noyabr 2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ailəsinə şəhid ailəsi statusu verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bərdə rayon Hərbi Komisarlığının 09 mart 2007-ci il tarixli 4/149 nömrəli arayışından görünür ki, X13 xx.xx.1992-ci il tarixdə döyüş bölgəsində yaralanmış və xx.xx.1993-cü il tarixdə hərbi hospitala müayinəyə gedərkən avtomobil qəzası nəticəsində həlak olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 702 saylı Hərbi Hissənin komandiri tərəfindən verilmiş 28 sentyabr 2004-cü il tarixli arayışdan görünür ki, əsgər X10 xx.xx.2004-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 31 mart 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə, eləcə də idarə etdiyi avtomobilə baxış və götürmə aparılmasını özündə əsk etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cianyət işi materiallarına əlavə olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 23 fevral 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 12 mart 2022-ci il tarixli tələbnamədən və Bərdə rayon Məhkəməsinin hömündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bərdə rayon Məhkəməsinin 3 iyul 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə 2 iki müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası 1 il 6 ay şərti hesab edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar zamanı residiv nəzərə alınmır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilməsi, şübhəli şəxs qismində tutulması, üzərində şəxsi axtarış aparılarkən onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, onun idarə etdiyi “Nissan Altima” markalı **-PK-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı avtomobilin qabaq sağ saxlanc yerindən ağ rəngli dəri qabın içərisində bir ədəd qələm-tapança formasında odlu silah və üç ədəd patronların aşkar edilərək götürülməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 228.1-ci maddəsi ilə irəli sürülən ittiham əsaslı olmuşdur. Belə ki, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il 2 nömrəli qərarından görünür ki, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Təqsirləndirilən şəxsdən götürülən predmetin qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan predmetə aid olub-olmaması məsələsi «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında Avropa Konvensiyasının müddəaları əsasında müəyyənləşdirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin «Xidməti və mülki silah haqqında» Qanunun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında» Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, «Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası»nın, «Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları»nın, «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları»nın, «Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları»nın, «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»nın, «Silahın mühafizəsi ilə bağlı tələbləri»nin, «Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları»nın, «Silahın geri alınması Qaydaları»nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Partlayıcı maddələrdən və konstruktiv təyinatına görə partlayış edilməsi üçün qurğulardan ibarət olan müxtəlif partlayıcı qurğuların qanunsuz əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınılması, gəzdirilməsi və ya talaması da müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228 və ya 232-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyətini yaradır. CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Həmçinin həmin qərarda göstərilir ki, odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələr və qurğuları təsadüfən tapmış, lakin onu mənimsəməyən və onun sonradan gizlədilməsi üçün heç bir tədbir görməyən şəxs CM-nin 228-ci maddəsi ilə cinayət məsuliyyəti daşıya bilməz. Lakin təsadüfən tapdığı özgənin silahını gizlədən və ya yerini dəyişən şəxs mahiyyətcə onu əldə etmiş və saxlamış olduğuna görə CM-nin 228-ci maddəsi ilə cinayət müsuliyyəti daşıyır. Özünün ibtidai istintaq zamanı, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən, cinayət işinin materiallarında olan sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs bir ədəd odlu yivsiz silah hesab olunan, 5,6 mm kiçik kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, kustar üsulla qələm-tapança formasında hazırlanmış silindrik qurğunu, 3 ədəd zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kiçik kalibrli olmaqla həmin X2 tapançalardan və TOZ modelli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı sayılan, istifadəyə və atəş açmaq üçün yararlı patronları məlum olmayan mənbədən naməlum tarixdə və vaxtda qanunsuz olaraq əldə edib etibarnamə ilə idarə etdiyi “Nissan Altima” markalı **- PK-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla qanunsuz gəzdirərək daşımış, polis şöbəsinin inzibati ərazisində baxış zamanı qeyd olunan “Nissan Altima” markalı **-PK-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ saxlanc yerindən ağ rəngli dəri qabın içərisində bir ədəd qələm-tapança formasında odlu silah və üç ədəd 5,6 mm kalibrli patronlar aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olmamasına, polis idarəsində ona olunan təzyiq və təsirlərdən sonra həmin psixotrop maddənin ona məxsus olmasını bildirməsinə dair ifadəsini, özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntülərinə özündə əks etdirən diskə baxış zamanı, 03 iyun 2022-ci il tarixli Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmadığı üçün cinayət işinin başlanılması rədd edilməsinə dair qərarı, verilmiş sorğuya cavab olaraq 2 saylı İstintaq Təcridxanasından daxil olmuş 20 iyun 2022-ci il tarixli Təqsirləndirilən şəxs 2 saylı istintaq təcridxanasına daxil olan zaman, Bakı istintaq təcridxanasında olarkən həmiçinin şəxsi işində və tibbi kitabçasında onun bədəni üzərində hər hansı xəsarətin aşkar olunmamasına dair məktubu, ekspertiza rəylərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlərlə qarşılıqlı şəkildə tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünü müdafiə məqsədilə verilmiş ifadələrdir və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Lakin ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən ittihamla əlaqədar, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin satışını həyata keçirmək üçün onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, üzərindən və ya maşınından elektron tərəzinin, digər avadanlığın aşkar olunması və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3.911 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız psixotrop maddə olan metamfetaminin külli miqdar olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən psixotrop maddənin çəkisinin külli miqdar olması onun satış məqsədi ilə əldə edilib saxlanılmasına əsas vermir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Bundan başqa verilmiş əməliyyat tapşırığına cavab məktubundan da məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər oldu silah, döyüş sursatı saxlaması, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmaması, narkotik vasitələrin və psixotrop maddələrin satışı və qəbulu ilə məşğul olan şəxslərlə əlaqəsinin olub-olmaması, Təqsirləndirilən şəxsnnun ifadəsində göstərdiyi “Qədimalı” adlı şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması və yaxın əlaqələrinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı cinayət işi üzrə sübutların qiymətləndirməsi qərarında da Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamaqla daşıması qənaətinə gələrkən heç bir dəlilə əsaslanmamış, əksinə toplanmış sübutlar Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə deyil, özü qəbul etmək üçün əldə edib saxlamasını təsdiq ediyi halda, əsassız olaraq onun psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamaqla daşıması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımaqla saxladığı 3.911 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, öz istifadəsi üçün qanunsuz olaraq əldə edib daşıyaraq saxlaması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlləri tam sübuta yetirildiyindən onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.1 maddələrinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxsin əməllərinin həmin maddələr ilə tövsif edilməsini əsaslı sayaraq, təqsirləndirilən şəxsin həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmasını qanuni və əsaslı hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, atası X8 İ Qarabağ Müharibəsində həlak olmaqla ailəsinə şəhidlik statusunun verilməsini, qardaşı X7 xx.xx.2004-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Məhkəmə, yuxarıda tədqiq edilən «Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokola əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı, bu iş üzrə şübhəli şəxs qismində tutulduğu gündən, yəni 23 fevral 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Müdarizə İdarəsinin saxlanılan tədqiqatdan sonra qalıq qalan 3,861 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd paketdə qablaşdırılan 1 ədəd 5,6 mm kalibrli qurğu, 1 ədəd dəri qab və 1 ədəd 5,6 mm kalibrli patron Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilməli, həmçinin Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə, eləcə də idarə etdiyi avtomobilə baxış və götürmə aparılmasını özündə əsk etdirən 1 ədəd DVD disk cinayət işinin materialında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 26 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 156 manat məbləğində pul köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 23 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Müdarizə İdarəsinin saxlanılan tədqiqatdan sonra qalıq qalan 3,861 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd paketdə qablaşdırılan 1 ədəd 5,6 mm kalibrli qurğu, 1 ədəd dəri qab və 1 ədəd 5,6 mm kalibrli patronAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilsin, həmçinin 1 ədəd DVD disk cinayət işinin materiallında saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 156 ( yüz əlli altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-290/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-290/2022
01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver