Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-290/2023 03.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən), Məmmədov Abdulla Elşad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclasını keçirərək məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz o araq tamah və satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki o, istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq satış və tamah niyyəti ilə şəxsi istehlak miqdarından artıq, külli miqdarda, 02 ədəd şəffaf rəngli se lofan bükümlərdə ayrı ayrılıqda 48,544 qram və 54,220 qram olmaqla ümumi çəkisi 102,764 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 03 yanvar 2023-cü il tarixdə saat 13:20 radələrində Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Göygöl rayonu Qızılqaya qəsəbəsində saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli pencəyin sağ kiçik cibində qanunsuz olaraq satış və tamah məqsədi ilə saxlayaraq daşıdığı iki ədəd şəfaf selofan bükümlərin içərisində ayrı ayrılıqda 48,544 qram və 54,220 qram ümumi təmiz çəkisi külli miqdar hesab edilən 102,764 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Dövlət ittihamçısı X5 bildirdi ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə baxışına verilməsini məhkəmdən xahiş edir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai istintaqı zamanı prosessual qanunvericiliyin tələbləri pozulduğundan və hazırkı mərhələdə həmin pozuntuları aradan qaldırmaq mümkün olmadığından iş üzrə icraata xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmdən xahiş edir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin fikri ilə razı olduğunu bildirdi. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib, həmçinin cinayət prosesi tərəflərin fikirlərini dinləyib belə nəticəyə gəlir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 aprel 2023-cü il tarixli qərar Təqsirləndirilən şəxs təqdim edilməməklə və təqsirləndirilən şəxsin ibtidai istintaqın araşdırılmasına dair 10 aprel 2023-cü il tarixli etirazı barədə heç bir qərar qəbul olunmamaqla onun müdafiə hüquqları pozulmuşdur. Belə ki, ibtidai istintaq zamanı iş üzrə qəbul edilmiş bütün qərarların surətlərinin təqsirləndirilən şəxsə təqdim edilməsi imperativ xarakter daşıyır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 91.5.21-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq huququ vardır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 aprel 2023-cü il tarixli qərar Təqsirləndirilən şəxs zəruri sənədlər CPM-nin 91.5.21 maddəsinin tələblərinin ziddinə olaraq ona təqdim olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 85.2.2-ci maddəsinə əsasən şübhəli şəxsə tutulduğu, təqsirləndirilən şəxsə isə ittiham elan olunduğu və ya həbs edildiyi andan hüquqlarını bildirmək, müvafiq olaraq tutulmasının, cinayət məsuliyyətinə cəlb edilməsinin və ya həbsə alınmasının səbəblərini izah etmək, CPM-nin 85.2.3-ü maddəsinə əsasən şəxsin tutulduğu, ittiham elan olunduğu və ya həbsə alındığı andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etmək (bu Məcəllənin 153.2.5— 153.2.8-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq) müstəntiqin vəzifəsidir. Məhkəmə hesab edir ki, göstərilənlərə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüquqları ibtidai istintaq zamanı süni surətdə pozulmuşdur. Bu səbəbdən də işin hazırlıq iclasında baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar çıxarılmaldır. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikasının CPM-nin 303.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud qanun pozuntularına görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikasının CPM-nin 303.3.1-ci maddəsinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-cı maddələrinin tələblərinin pozulması sonda təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının CPM-in 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) tələblərinin pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikasının CPM-nin 303.3.1-ci maddəsinin tələbinə əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmişdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli 1 saylı Qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-cü maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyindən 01 (bir) ay müddətinə uzadılmaldır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289, 290, 300.1.5., 303.1., 303.2., 303.3.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara alır:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 01 (bir) ay müddətinə uzadılsın.
3. Qərarın surəti dövlət ittihamçısına, müdafiəçiyə və təqsirləndirilən şəxsə göndərilsin.
4. Qərardan şikayət və protest verilə bilməz.