Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-291/2021 01.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu(sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu, Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Gəncə şəhəri,Vaqif küçəsi ev 71-də qeydiyyatda olmaqla ünvan 3-də yaşamış və hazırda barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X4 o, 17.02.2021-ci il tarixdə, saat 06 radələrində qeydiyyatda olmaqla daimi yaşadığı Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 71 saylı fərdi yaşayış evinin həyətində arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun anasının ünvanına nalayiq ifadələr işlətməsinə görə qisas hissi ilə öz əməlinin ictimai təhlükəli olduğunu dərk edərək onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməklə belə nəticələrin baş verməsini arzu etməsə də təpik zərbəsi ilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vurub sonuncunun həyətdə olan pilləkəndən yıxılaraq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və sağlamlığa az ağır zərər vurmaya aid edilən sol ayağın iç və bayır topuqlarının sınığı xəsarətləri almasına şüurlu surətdə yol vermiş, yəni qəsdən zərərçəəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Bundan başqa, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0.102 qram olan psixotrop maddə metamfetamini, külli miqdarda, yəni ümumi təmiz çəkisi 13.619 qram olan narkotik vasitə heroini və külli miqdarda, yəni hər birində preqabalinin təsir maddəsinin miqdarı 0.3 qram, ümumilikdə tərkibində preqabalin təsiredici maddəsinin miqdarı 7.8 qram olan 26 ədəd blister kəsiklərində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin preparatlarını əldə edib narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini çəkib satmaq üçün istifadə etdiyi 1 ədəd elektron tərəzi ilə birlikdə eyni məqsəd ilə üzərində, o cümlədən 06.04.2021-ci il tarixdə, saat 05 radələrində tanışı Şahid1 idarə etdiyi VAZ 2107 minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, həmin vaxt tibbi maskadan istifadə etmədiyinə görə Gəncə şəhəri, Z.Hacıyev küçəsi ilə General Şıxlinski küçəsinin kəsişməsində xidmət aparan Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin polis nəfərləri: polis serjantı Şahid3 və polis serjantı Şahid4 ona yaxınlaşarkən cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yerə atdığı 1 ədəd elektron tərəzi, habelə 1 ədəd qara rəngli eynək qutusunun içərisində olmaqla külli miqdarda, yəni hər birində preqabalinin təsir maddəsinin miqdarı 0.3 qram, ümumilikdə tərkibində preqabalin təsiredici maddəsinin miqdarı 7.8 qram olan 26 ədəd blister kəsiklərində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, eləcə də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən güclü təsir edən maddə preqabalin preparatları, 1 ədəd siqaret qutusunun içərisində olmaqla 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 12.995 qram, 1 ədəd kibrit qutusunun içərisində olmaqla 6 ədəd gümüşü rəngli və 2 ədəd göy rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.221 qram, 0.105 qram, 0.044 qram, 0.056 qram, 0.057 qram, 0.049 qram, 0.047 qram, 0.045 qram, ümumi təmiz çəkisi isə 13.619 qram kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda narkotik vasitə olan heroin, eləcə də həmin kibrit qutusunun içərisində 1 ədəd sellofan torbacıqda olmaqla 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.102 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aıkar edilərək götürülmüşdür. Məhkəmə iclasınada özünü qismən təqsirli bilməsinə baxmayaraq, ifadə verməkdən imtina etdiyi üçün məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “o, tutulmazdan təxminən 3-4 ay əvvəldən qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Günay adlı qadınla birlikdə ünvan 1 ünvanında yaşamışdır. Zərərçəkmiş şəxs ilə 2003-cü ildə ailə həyatı qurmuş və həmin evlilikdən 15 və 17 yaşlarında iki uşağı var. Son vaxtlar həyat yoldaşı Ramidə ilə münasibətləri pozulduğundan ayrı yaşamışdır. Arvadı Ramidənin və uşaqlarının yaşadığı ev həyət evi olmaqla, həmin həyətdə anası, qardaşı, həm də həyat yoldaşı Ramidə və uşaqları yaşayırlar. 17.02.2021-ci il tarixdə, saat 06 radələrində anası Şahid6 ünvan 2 ünvanına getmiş, həmin vaxt həyat yoldaşı Ramidə onun gəlişinə görə erkən qalxmış və həyətdə onun gəlişini gözləmişdir. O, anası Dilbərin əşyalarını taksi avtomobilinə daşıyarkən arvadı Ramidə həyətdə anası Dilbərin və onun ünvanına nalayiq sözlər işlətmiş, o, anası Dilbərin əşyalarını taksi avtomobilinə daşıyıb qurtarmış ki, anası Dilbər də küçədə qapıdan bir qədər uzaqlaşıb taksi avtomobilinə əyləşsin, həmin vaxt Ramidə bir də qapıya çıxıb anası Dilbərin və onun ünvanına nalayiq sözlər işlətdikdə o, əsəbləşib Ramidənin qarın nahiyəsinə təpiklə zərbə vurmuşdur. Həmin vaxt Ramidə yerə yıxılmış, o isə qapını çəkib oradan getmişdir. Sonradan Ramidənin ayağının sındığını bilmişdir. O, Günay adlı qadınla qeyri-rəsmi olaraq kirayədə yaşadığı vaxt Bakı şəhərində olarkən əsgər yoldaşı Ruslanla görüşmüş, həmin vaxt Ruslan onu özünün tanışı “Etiş” ləqəbli Etibarla tanış etmiş, tanışlıq və söhbət zamanı Etibarın narkotik vasitə satışı ilə məşğul olduğunu başa düşmüşdür. Həmin vaxt o, Etibardan şəxsi istifadəsi üçün narkotik vasitəni Etibardan ucuz qiymətə ala biləcəyini düşünmüş, ona görə də Etibardan 350 manat pul müqabilində siqaret falqalarına bükülmüş “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin və “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin almışdır. Belə ki, Etibarla danışığına əsasən, o, Etibara həmin narkotik vasitənin və psixotrop maddənin qarşılığında 500 manat verməli imiş, lakin 350 manat pul vermiş, qalan 150 manatı isə daha sonra verəcəyinə dair razılıq əldə etmişlər. Həmin vaxt Bakı şəhərində xatırlamadığı yerdə Milli Ödəmə Terminalından Etibarın mobil telefonla ona bildirdiyi hesaba 350 manat pul köçürmüş və həmin gün Etibarın mobil telefonla ona bildirdiyi yerə, yəni Əhmədli qəsəbəsinə gedib orada Etibarın ağacın dibində sellofan torbada qoyduğu həmin narkotik vasitəni və psixotrop maddəni götürmüşdür. Bundan sonra isə Gəncə şəhərinə qayıtmışdır. Bununla belə, tutulmazdan təxminən 5 gün əvvəl Şahid7 adlı şəxsdən pul müqabilində öz istifadəsi üçün güclü təsiredici maddə olan preqabalin həbləri, yəni lirika kimi tanınan dərman preparatlarını almışdır. Narkotik vasitələri və psixotrop maddəni satmaq üçün əldə etsə də, həmin həbləri satmaq niyyəti olmamışdır. Həmin vaxtdan qeyd edilən narkotik vasitəni, psixotrop maddəni və lirika həblərini yaşadığı ünvan 3 ünvanına qoyub gizlətmiş və ara-sıra lirika həblərindən götürüb su ilə içməklə özü istifadə etmişdir. Narkotik vasitəni və psixotrop maddəni isə satmaq üçün etibarlı adam axtarırmış, lakin tapa bilməmişdir. 06.04.2021-ci il tarixdə, gecə saat 03 radələrində yaşadığı evdə Günay adlı qadınla aralarında mübahisə yarandığı üçün həmin narkotik vasitəni, psixotrop maddəni və lirika həblərini götürüb gecələmək üçün dostu Ruslanın yaşadığı Gəncə şəhər Dəmiryol Vağzalının yaxınlığındakı evə getmək qərarına gəlmişdir. Həmin vaxt evdən təxminən 3-4 il əvvəl özündə olan elektron tərəzini də götürmüşdür. Evdən çıxdıqdan sonra tanışı Elnurun mobil nömrəsinə zəng edərək gəlib onu “Şəfa” aptektin qarşısından götürməsini istəmişdir. Bir qədər sonra Elnur idarə etdiyi “Vaz 2107” markalı, dövlət qeydiyyat nişanı xatırlamadığı tünd rəngli avtomobili ilə gəlib qeyd olunan yerdən onu götürmüş və onlar birlikdə Dəmiryol Vağzalı istiqamətinə getmişlər. Oraya çatdıqda Elnurdan xahiş etmişdir ki, avtomobili dayandırsın və mobil telefonu ilə dostu Ruslana zəng etmiş, lakin Ruslana zəng çatmamışdır. Bunun üçün orada avtomobildə dayanıb bir qədər gözləməyə başlamışlar. Bir qədər keçmiş, yəni saat təxminən 05 radələrində iki nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim etmiş və nə üçün tibbi maskadan istifadə etmədiklərini soruşmuşlar. Həmin vaxt onun üzərində Etibardan aldığı gümüşü və göy rəngli siqaret falqalarında, sellofan torbacıqda olan “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin, həmçinin gümüşü rəngli siqaret falqasında “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin, eləcə də lirika, yəni preqabalin həbləri və 1 ədəd elektron tərəzi var imiş. Onlar eynək qabında, siqaret qutusunda, kibrit qutusunda imiş. Həmin vaxt polis əməkdaşlarını görüb həyəcanlanmış və qorxub qeyd edilən narkotik vasitələri, psixotrop maddəni və lirika həblərini yerə atmışdır. Həmin vaxt polis əməkdaşları onu saxlayıb yerə atdıqlarını yerdən götürüb onu saxlamışlar. Saxlanılarkən qaçmaq istəmiş, lakin polis əməkdaşları onu buraxmamışlar və özləri ilə birlikdə Gəncə şəhər Kəpəz RPİ-nin inzibati binasına gətirmişlər. Orada müdafiə hüquqları izah edilmiş və öz istəyi ilə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bundan sonra müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparmaqla polis əməkdaşları ondan götürdükləri 8 ədəd siqaret falqasında və 1 ədəd sellofan torbacıqda narkotik vasitə olan heroini, 1 ədəd siqaret falqasında psixotrop maddə olan metamfetamini, 26 ədəd lirika, yəni preqabalin həblərini və 1 ədəd elektron tərəzini təqdim etmişlər. Həmin vaxt hadisəni olduğu kimi danışmış və narkotik vasitələrin, psixotrop maddələrin və 26 ədəd həbin ona məxsus olmasını, narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi ilə Bakı şəhərində Etibar adlı şəxsdən aldığını, 26 ədəd preqabalin həblərini isə öz istifadəsi üçün Etibarın vasitəsi ilə tanıdığı adını bildirmək istəmədiyi şəxsdən aldığını bildirmişdir. Lakin əsl həqiqətdə həmin həbləri Kamil adlı şəxsdən tutulmazdan 5 gün əvvəl Gəncə şəhəri, Sadıllı qəsəbəsində pul müqabilində öz istifadəsi üçün əldə etmişdir. Bundan sonra həmin narkotik vasitələr və “şüşə” kimi tanıdığı psixotrop maddə ayı-ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Heronin ümumi çəkisi 13 qramdan artıq təşkil etmişdir. “Şüşə” kimi tanıdığı maddə isə 0.14 qram təşkil etmişdir. Bundan sonra həmin bükümlər və həblər qablaşdırılaraq götürülmüşdür. O və iştirakçılar qablaşdırmanın üzərində imza etmişlər. Bundan sonra orada yaşadığı evdə narkotik vasitə olub-olmamasını soruşulmuş, o isə evdə narkotik vasitə olmadığı üçün kirayədə yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə özü ərizə yazmışdır. Bundan sonra kirayədə yaşadığı evə baxış keçirilmiş və evdən narkotik vasitə, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. O, daha sonra ifadəsində bildirmişdir ki, arvadı Ramidəni onun və anası Dilbərin ünvanına nalayiq sözlər işlətdiyinə görə təpiklə vurmuşdur. Həmin vaxt hadisə həyətdə baş vermiş, həyətdə, eləcə də küçədə heç kim olmamış, hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Bundan başqa, narkotik vasitə və psixotrop maddə istifadə etmir, tutulmazdan təxminən bir ay əvvəldən sadəcə lirika həblərindən istifadə edirmiş. Qeyd edilən həblərdən, narkotik vasitələrdən və psixotrop maddədən heç kimə satmamış və verməmişdir.Tanışı Şahid1 onun üzərində narkotik vasitə olduğunu bilmirmiş, Elnurun narkotik vasitə istifadə etdiyini isə görməmiş və bilmir. Bundan başqa, yaşadığı Günay adlı qadın evdə narkotik vasitə, psixotrop maddə və lirika həbləri saxladığını bilmirmiş, belə ki, o, həmin maddələri evin ayaqqabı dolabında ayaqqabının içərisində gizlətmiş, Günay isə bunu bilmirmiş. Üzərindən aşkar edilmiş tərəzi uzun müddətdir ki, ondadır və o həmin tərəzini məqsədsiz olaraq üzərində saxlayıbmış. 06.04.2021-ci il tarixdə polis əməkdaşları onlara yaxınlaşarkən və saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərməmiş, hər hansı bir zorakılıq etməmiş, sadəcə olaraq qorxduğu üçün qaçmağa çalışmış, lakin polislər buna mane olmuşlar. Eləcə də, həmin vaxt, yaxud sonradan polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki zor tədbiq edilməmişdir. O, narkotik vasitə satmaq üçün kiminləsə əvvəlcədən sövdələşməmiş, razılaşmamış və ya danışmamışdır. Düşünürmüş ki, nə vaxtsa etibarlı bir adam tapılsa həmin vasitə və maddələri satacaq. Lakin, preqabalin həblərini özü üçün saxlayırmış, satmaq niyyəti olmamışdır. Qeyd edilən narkotik vasitələri əldə etdikdən sonra onları könüllü olaraq polisə təhvil verməyə imkanı olub, lakin bu, ağlına gəlməyib, çünki düşünürmüş ki, onları satacaq”. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş 1 ədəd elektron tərəzinin, 13.619 qram narkotik vasitə olan heroinin, 0.102 qram çəkidə psixotrop maddə olan metamfetaminin, həmçinin verilmiş ittihamdan fərqli olaraq 3 kapsulda güclü təsiredici maddə olan preqabalin həblərinin ona məxsus olmasını, 3 kapsula güclü təsiredici maddəni şəxsi istifadəsi, digər narkotik vasitə və psixotrop maddəni isə satış məqsədi olmadan üzərində saxlamasını və gəzdirməsini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Vaqif küçəsi, ev 71-də ailə üzvləri ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə ailə həyatı qurmuş və həmin evlilikdən iki övladları var. Onun Elsevərlə ailə münasibətləri pozulmuş, lakin rəsmi qaydada boşanmasalar da, bir ildən artıqdır ki, faktiki ayrı yaşayırlar və Elsevər onlardan ayrı yaşayır. Yaşadıqları ev həyət evi olmaqla həyətdə olan digər evdə Elsevərin anası Dilbər və qardaşı Zaur İsgəndərov yaşayırlar. 17.02.2021-ci il tarixdə səhər saatlarında yuxudan oyanıb həyətə çıxanda qaynanası Dilbərin əşyalarını həyətə topladığını və Elsevərin də gəlib anasının əşyalarını daşıyaraq küçədə olan avtomobilə yığdığını görmüşdür. Həmin vaxt Elsevərin anası Dilbəri Bakı şəhərinə yola saldığı məlum olmuşdur. Həmin gün onun Elsevərə qarşı qaldırdığı aliment tələbi ilə bağlı işinə Gəncə şəhər Nizami rayon Məhkəməsində baxılacaqdı. Bunun üçün Elsevərə məhkəməyə gəlib iştirak etməli olduğunu bildirmişdir. O, Elsevərdən məhkəmədə iştirak etməsini və evə çörək gətirməsini xahiş etdikdə Elsevər onun ünvanına nalayiq sözlər deyərək anası Dilbərin əşyalarını avtomobilə yığmağa davam etmişdir. Həmin vaxt o, həyət qapısının içəri tərəf qarşısında, yəni pilləkənin üzərində olmuş və Elsevərin nalayiq ifadələrinə qarşı düzgün danışmasını, təhqir etməməsini tələb etdikdə Elsevər avtomobildən geri qayıdıb təpiklə onun qarın nahiyəsinə möhkəm zərbə vurmuşdur. Elsəvər onu vuranda o, pilləkəndən yıxılacağına əmin olmuş, belə ki, onun üzü Elsəvərə, arxası boşluğa olmuşdur. O, ani bir hərəkətlə yıxıla bilərdi. O, həmin zərbədən pilləkəndən yerə yıxılmış və sol ayağının topuq nahiyəsi hər iki tərəfdən sınmışdır. Bu vaxt o, qışqırıb kömək çağırmış, köməyə Zaur və Elsevərin bibisi Südabə gəlmişlər. Onlar köməklik göstərib onu evə aparmışlar. Elsevər isə anası Dilbərlə birlikdə çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2017-ci ildən xidmət edir, polis serjantıdır. 06.04.2021-ci il tarixdə, saat 05 radələrində Kəpəz RPİ-nin inzibati ərazisində patrul avtomaşını ilə ekipaj yoldaşı Şahid4 ilə xidmətdə olarkən Gəncə şəhəri, Z.Hacıyev küçəsi ilə General Şıxlinski küçəsinin kəsişməsində VAZ 2107 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı və üzərində taksi işarəsi olan avtomaşının içərisində iki nəfər şəxsin maskasız olduğunu görüb həmin avtomaşına yaxınlaşmışlar. Avtomaşına yaxınlaşan zaman hər iki şəxs avtomaşından düşmüş və sərnişin qismində olan adı sonradan onlara məlum olan X4 özünü şübhəli apararaq oradan uzaqlaşmaq istəmişdir. Həmin vaxt Elsəvər əlində olan qızıl tərəzisini və qara rəngli saxlanc qabını yerə atmış, həmin saxlanc qabı yerə düşən zaman içərisində iki ədəd kibrit qutusu, ilkin baxışdan satışı qadağan olunmuş, 26 ədəd dərman həbi, sellofan bükümdə içərisində ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olan “Sobranie” markalı siqaret qutusu aşkar etmişlər. Həmin əşyaları və maddələri yerdən götürmək istədikdə İsgəndərov Elsəvər yerdən həmin əşyaları götürərək sürücüyə vermək və qaçmaq istəmişdir. Lakin bu vaxt adı sonradan onlara məlum olan sürücü Məcnuni X6 göstərişinə əməl etməmişdir. Həmin vaxt efir vasitəsilə 4696 çağırışılı patrul avtomaşının ekipajını köməyə çağırmışlar. Kömək gəldikdən sonra Elsəvər İsgəndərovu tulladığı maddi sübutlarla birlikdə Kəpəz RPİ-yə aparmışlar. Orada raport yazaraq Elsevəri müvafiq əməkdaşa təhvil vermişlər. Daha sonra Elsevərə müdafiəçi dəvət edilmiş və onların da iştirakları ilə videoçəkilişlə baxış və götürmə aparılmışdır. Həmin vaxt o, Elsevərin yerə tulladığı, özünə məxsus olan narkotik vasitələri və psixotrop, həmçinin güclü təsir edən maddələri, tərəzini təqdim etmişdir. Təqdim olunan maddi sübutlara baxış zamanı“Sobranie” markalı siqaret qutusunun içərisində sellofana bükülüdə narkotik vasitə olan heroinə bənzər kütlə, içərisində siqaret kağızına bükülü 8 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, içərisində ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə olan 1 ədəd gümüşü rəngli siqaret falqasında bükülü, eynək qabının içərisindən 26 ədəd üzərində “prelika” yazısı olan dərman həbləri, aptek tərəzisi və saxlanc qabı götürülmüşdür. Saxlanc qabının içərisinə baxış zamanı hər hansı narkotik və ya psixotrop maddə aşkar olunmamışdır. Bundan sonra aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlələr ümumilikdə 13 qramdan artıq, 1 ədəd gümüşü falqaya bükülü içərisində ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə isə 0.14 qram təşkil etmişdir. Daha sonra həmin kütlələr, eləcə də 26 ədəd üzərində prelika yazısı olan dərman həbləri zərfə qoyularaq qablaşdırılmış və zərfin ağzı möhürlənərək zərfin üzəri tərəflərindən imzalanmışdır. Bundan sonra X3 yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddə olması ehtimalı yarandığından Elsəvər İsgənərovun evinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə alındıqdan sonra iştirakçılar və müdafiəçinin iştirakı ilə Elsevərin kirayədə yaşadığı ünvan 1 ünvanına təhqiqatçı tərəfindən onların da iştirakları ilə baxış keçirilmişdir. Lakin mənzildən hər hansı bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə verərək ifadəni özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Vaqif küçəsi, ev 71-də qardaşının oğlu Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşayır. Elsevərin arvadı Ramidə ilə münasibətləri yaxşı olmadığından Elsevər başqa bir qadınla yaşayır, Ramidə isə övladları ilə birlikdə onunla yaşayır. 17.02.2021-ci il tarixdə, səhər saatlarında evdə yatarkən həyətdən Ramidənin qışqırıq səslərini eşidib tez həyətə çıxmış və Ramidə həyət qapısının içəri tərəfdə olan pilləkənin üzərində yerdə olduğunu və topuğunu tutub qışqırdığını görmüşdür. O, tez Ramidəyə kömək etməyə çalışmış, həmin vaxt həmçinin Zaur da köməyə gəlmişdir. Həmin vaxt Ramidə əri Elsevərin onu təpiklə vurub yerə yıxdığını və topuğunun əzildiyini bildirmişdir. Onlar Ramidəni yerdən qaldırmaq istədikdə sonuncu yerdən qalxa bilməmiş və həmin vaxt Ramidənin topuğunun sındığı məlum olmuşdur. Həmin vaxt Elsevər və anası Dilbər orada olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, özünə məxsus “VAZ 2107” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəalliyyəti göstərir. Təqsirləndirilən şəxs bir ildir ki, tanıyır. Belə ki, Elsevər əvvəllər Gəncə şəhərində 2 nömrəli marşrut avtobusunu idarə edən zaman o, 33 nömrəli marşrut avtobusunu idarə edirmiş və onların tanışlığı buradan yaranmışdır. Birlikdə marşrut avtobusu idarə etdikləri müddətdən Elsevər onun mobil nömrəsini bilmiş və ara-sıra taksi lazım olduqca ona zəng etmişdir. 06.04.2021-ci il tarixdə, gecə saatlarında Elsevər ona zəng edərək “Şəfa” aptekin yanında olduğunu, ondan həmin yerə gəlib onu götürməsini, Dəmiryol Vağzalının yaxınlığına aparmasını və daha sonra isə geri qaytarmasını xahiş etmişdir. O da həmin vaxt şəhərdə olduğu üçün gedib qeyd edilən yerdən Elsevəri götürmüşdür. Həmin vaxt Elsevərin əlində eynək qabı, sellofan torba və idman ayaqqabısı olmuşdur. O, Elsevəri oradan götürüb Gəncə şəhəri, Z.Hacıyev küçəsi ilə General Şıxlinski küçəsinin kəsişməsinə aparmış, orada Elsevər kiməsə zəng etmiş, lakin zəng çatmamış və Elsevər ona bir qədər gözləməyi təklif etmişdir. Bir qədər sonra orada polis nəfərləri onlara yaxınlaşıb Elsevərə tibbi maskadan istifadə etmədiyi üçün irad bildirmişlər. Həmin vaxt Elsevər həyəcanlanıb avtomobildən düşüb qaçmaq istəmiş və əlindəki əşyaları yerə tullamışdır. Həmin vaxt o, Elsevərin yerə atdığı əşyaların içərisindən dərman həbləri, siqaret bükümləri və elektron tərəzi çıxdığının şahidi olmuşdur. Bundan sonra polis əməkdaşları onları Gəncə şəhər Kəpəz RPİ-nin binasına aparmışlar. Orada həmin polis əməkdaşları video çəkilişlə Elsevərin yerə atdığı narkotik vasitələri təqdim etmişlər. Həmin vaxt Elsevərin yerə atdığı bükümlərin və dərman həblərinin narkotik vasitə olduğu onlara məlum olmuşdur. Elsevər özü də həmin bükümlərdə narkotik vasitə olan heroin olduğunu etiraf etmişdir. Bundan sonra həmin bükümlər və dərman həbləri qablaşdırılaraq möhürlənmiş və onların da iştirakı ilə imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, ünvan 3-də azyaşlı uşaqları və qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxsla birlikdə yaşayır. O, Elsevərlə tutulmamışdan 4 ay əvvəl tanış olduğunu və həmin vaxtdan qeyrirəsmi birgə yaşadıqlarını bildirmişdir. Elsevər əsəbi olduğu üçün müəyyən həblər qəbul etmiş və həmin həbləri əsəbləri ilə bağlı olaraq qəbul etdiyini bildirmişdir. 05.04.2021-ci il tarixdə Elsevərlə birlikdə yaşadığı mənzildə olarkən gecə saatlarında, yəni 06.04.2021-ci il tarixə keçən gecə Elsevər özünün tanışı Elnur adlı taksi sürücüsünə zəng edərək gəlib onu dostugilə aparmasını xahiş etmişdir. Bununla bağlı Elsevərlə aralarında mübahisə yaranmış və Elsevər əşyalarını yığıb evdən birdəfəlik getmişdir. 06.04.2021-ci il tarixdə səhər saatlarına yaxın polis əməkdaşları Elsevəri əlində qandalla birlikdə kirayədə yaşadığı həmin mənzilə gətirmiş və onun razılığı əsasında mənzilə baxış keçirmişlər. Həmin vaxt evdən hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Həmin vaxt o, Elsevərin üzərində narkotik vasitə olduğu üçün polislər tərəfindən saxlanıldığını öyrənmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, “o, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, İ.Talıblı küçəsi, ev 105-də ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs 15 ildir ki, tanıyır, aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, hazırda da yoxdur. Təqsirləndirilən şəxs əvvəllər marşrut avtobusu idarə edirmiş. Hazırda həbs olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmasını həbs olunmazdan 1 ay əvvəldən bilirmiş. 2021-ci ilin mart ayının ortalarında Elsevərin istəyi ilə Elsevərə 3 ədəd prebaqalin kimi tanınan lirika həbləri vermişdir. Belə ki, Elsevər həmin həbləri öz istifadəsi üçün əldə edirmiş. O isə həmin həbləri özü ilə Moskva şəhərindən gətirmiş və öz istifadəsi üçün saxlamışdır. Elsevər biləndə ki, onda həmin həblərdən var, ağrıları üçün həmin həblərdən istəmiş, o da həmin həbləri Elsevərlə Sadıllı qəsəbəsində görüşüb sonuncuya vermişdir. Daha sonra o, Bakı şəhərində olarkən Elsevərin narkotik vasitə əldə etdiyinə görə həbs olunduğunu eşitmişdir. O, ifadəsində daha sonra göstərdi ki, ***-***-**-** saylı mobil nömrə uzun müddətdir ki, onun istifadəsindədir. Elsevərin iki mobil nömrəsi var. Biri "xxxx", digəri isə “Narmobile” mobil operatoruna məxsus mobil nömrələrdir və hər ikisinin sonu 00-39-dur. Elsevərin mobil nömrələrinə yazdığı mesajların məzmunu yadında deyil. Ona səsləndirildikdən sonra xatırladığı mesajlarda “sənə dediyimi 460 manata verdim, götürməyə gəlir, qariya verdim” məzmunda olan mesajı yazarkən özünə məxsus olan mobil telefonu satmağı nəzərdə tuturmuş. Belə ki, Elsevər həmin telefonu almaq istəsə də nisyə almaq istəyirmiş, lakin o, nağd qaydada “qari” ləqəbli şəxsə satmışdır. Bundan başqa, “sənə birbaşa irandan “patı” gəlib, 2 saat yalvardım sənə görə, balamın canı bir dənə daş verdi, çet vursan bəlkə ən azı 400 manat eliyir, 2 tüstü vurursan kefin açılır, nə isə bunun da yarısını qariya verdim, qalanını da yolda qoyacam, 4 gün gürcüdə olacam, nə isə yığma, bir də sənə heç nə götürməyəcəm, nə xeyri var sənə kömək eliyirdim” məzmunda mesajı yazarkən Elsevərlə görüşmək üçün özü Elsevəri aldadıb ki, guya irandan psixotrop maddə olan “şüşə” və “patı” kimi tanınan maddə əldə etmiş və həmin maddəni Elsevərə verəcək. Lakin elə bir şey olmamış, o özü elə yazmışdır ki, Elsevərlə görüşsün və telefonu satıb pulunu alsın. “həmişə deyirəm sənə heç nə götürməyim, yenə götürürəm, mənə ziyanı yoxdur, 8 manata verəcəm, balamın canı yalvarırlar” məmzunda mesajı yazarkən yenə mobil telefonu nəzərdə tuturmuş. Belə ki, Elsevərin özü də onun kimi əvvəllər telefon alqı-satqısı ilə məşğul olmuşdur. 8 manatlıq mobil telefon isə Çin istehsalı olan ucuz və kiçik ölçülü mobil telefondur. “bir də patı verəcəkdim, yiyəmmədin” məzmunda mesajı yazarkən də yenə Elsevərlə görüşmək üçün aldatmışdır ki, gəlib onunla bəlkə psixotrop maddəyə görə görüşər, lakin həqiqətdə onda elə bir şey olmamışdır. O, sadəcə ağrıdan çıxması və psixotrop maddə olan metamfetamin istifadə etməsi üçün Elsevərə güclü təsir edən lirika həbləri vermişdir. Bunu isə təmənnasız etmişdir. Onun Elsevərlə narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddə alış-verişi ümumiyyətlə olmamış, sadəcə Rusiya Federasiyasından özü üçün gətirdiyi lirika həblərindən Elsevərə yalnız bir dəfə 3 ədəd olmaqla vermişdir. Bundan başqa, “Qari” ləqəbli şəxsin adını bilmir, həmin şəxsi qiyabi tanıyır və “qari”yə mobil telefon satmışdır. Həmin şəxslə bağlı daha heç nə bilmir. O, güclü təsiredici maddə olan preqabalin, yəni lirika həblərini Elsevərə verərkən sonuncudan pul almamış, Elsevər ona 50 manat pul təklif etmiş, lakin o, pulu götürüb telefona görə Elsevərin ona olan borcundan çıxmağı təklif etsə də Elsevər razı olmamış, ona görə də pulu Elsevərin özünə qaytamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddə satışı ilə məşğul olması barədə heç bir məlumatı yoxdur”. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 06 aprel 2021-ci il tarixli raportdan görünür ki, 06 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qızıl tərəzi, iki ədəd kibrit qutusu, üzərində lirika yazılmış ilkin baxışdan satışı qadağan olunmuş təxminən 26 ədəd dərman həbi, sorbiraniya adlı siqaret qutusunun içərisində sellofana bükülü ilkin baxışdan narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilərək maddi sübut kimi araşdırılması üçün Kəpəz Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 22 fevral 2021-ci il tarixli 2HK-493 raportdan görünür ki, X2 ayağın iç və tış topuq sümüyünün sınığı ilə TTYK-nin Travmatologiya şöbəsinə müraciət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 22 fevral 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 71 saylı fərdi yaşayış evinin həyətidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 06 aprel 2021-ci il tarixli “baxış və götürmə” haqqında protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin PPXT-nun polis nəfəri polis serjantı Vəkilov X10 İsgəndərova məxsus yerdən götürdüyü maddi subutları təqdim etmiş, təqdim olunanlara baxış zamanı “Sobraniye” markalı siqaret qutusunun içində sellofana bükülü ilk baxışdan kəskin iyili narkotik vasitə “heroinə” bənzər kütlə, içərisində siqaret kağızına bükülü 8 ədəd bükümdə narkotik vasitə “heroinə” bənzər kütlə, 1 ədəd isə gümüşü falqaya bükülü içərisində ilk baxışdan psixotrop maddə “metamfetaminə” bənzər kütlə olan kibrit qutusu, eynək qabının içərisindən 26 ədəd üzərində “prelika” yazısı olan dərman həbləri, aptek tərəzisi və saxlanc qabı götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X12 Bölməsinin 06 aprel 2021-ci il tarixli 16/322 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “X3 üzərindən aşkar olunan maddi sübutlar” adlar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə və 1 (bir) ədəd kibrit qutusunun içərisində olan 6 (altı) ədəd “gümüşü” rəngli, 2 (iki) ədəd göy rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,995 qram, 0,221qram, 0,105 qram, 0,044 qram, 0,056 qram, 0,057 qram, 0,049 qram, 0,047 qram, 0,045 qram, ümumi təmiz çəkisi 13,619 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Həmin 1 (bir) ədəd kibrit qutusunun içərisində olan 1 (bir) ədəd sellofan torbacıqdakı “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,102 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsinin 02 mart 2021-ci il tarixli 280 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol ayağın iç və bayır topuqlarının sınığı-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələgəlmə müddətləri 17.02.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2021-ci il tarixli 6/1703 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd kağız paketdəki üzərlərində “Prelica 300 mg.. Pregabalin” yazısı olan 26 ədəd blister kəsiklərində ümumilikdə 26 ədəd dərman kapsullarının tərkibində təsiredici maddəsinin ümumi miqdarı 7.8 qram ( 01 kapsulda 0.3 qram) olan preqabalin preparatı müəyyən edildi. 26 kapsulda olan preparatlar kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 20 aprel 2021-ci il tarixli 211 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 19 may 2021-ci il tarixli 562 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə Şəhər Psixonevroloji Dispanserinin 06 aprel 2021-ci il tarixli 159 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23.03.1994-cü il tarixdə PND-rə müraciət edib “reaktiv depressiv vəziyyət” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 06 aprel 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 26 may 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərinin, həmin zənglərin nömrələrinin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının, nömrələrin anten dairələrinin və mesaj mətnlərinin əldə edilməsi üçün qeyd olunan məlumatlar müvafiq məhkəmə qərarı əsasında, "xxxx" MMC-dən 1 ədəd CD disk şəklində əldə edilmişdir. Diskin içərisində dörd ədəd fayl var. Birinci faylın içərisində ***-***-**-** saylı mobil nömrədən digər mobil nömrələrə göndərilən mesaj mətnləri əks olunmuşdur. Həmin mesajların əksəriyyəti şəxsi münasibətlərlə bağlıdır və iş üçün əhəmiyyət kəsb etmir. Bununla belə, 21.03.2021-ci il tarixdə, saat 13:57:38 dəqiqədə ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Ay Mati bayraminda mübarek netersen nolarki bircedene bugünsada hacari qoy ora götürüm patalok-1-saata cixacam gör nagarirsan sen balanin cani atqaz elama cavab” məzmunda və 04.04.2021-ci il tarixdə, saat 00:34:08 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə göndərilmiş “Ay orxan men seher seni yigacam meni yigma men biraz gec yatiram ona göre deyirem zeng vurma özüm yuxudan duran kimi zeng vuracam bu nömreye zeng vuracam helelik” məzmunda mesajlar iş üçün əhəmiyyət kəsb edir. Həmin siyahıda olan digər mobil nömrələrə göndərilən mesajlar iş üçün əhəmiyyət kəsb etmədiyindən protokolda ayrı-ayrılıqda qeyd olunmamışdır. İkinci faylın içərisində digər mobil nömrələrdən ***-***-**-** saylı mobil nömrəyə göndərilən mesaj mətnləri əks olunmuşdur. Həmin mesajların içərisində narkotik vasitələri, psixotrop və güclü təsiredici maddələrin alqı-satqısına dair iş üçün əhəmiyyət kəsb edən mesajlar mövcuddur. Belə ki, 08-03-2021-ci il tarixdə, saat 17:01:42 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə “Tez ol da pulu vur teli kecirdif pati qoyusan evde gozdemirem eyy yevlagin ortasindayam gerek sa gorsedem vermiyem deyem pul vurmadin goturmedim arxeyinsende sikerem sende baxarsan” məzmunda, saat 17:21:37 dəqiqədə həmin nömrədən “Gel poxunu goturda” məzmunda, saat 19:23:11 dəqiqədə həmin nömrədən “460 manata verdim sa dediyimi gelir gotumeye qariya verdim ama sen ma bide o barede deme ma pul lazim doyu sa oz mayasina verirdik sa pramoy irannan pati gelif 2 saat yalvardim sa gore balamin cani bidene das verdi belke cet vursan en azi 400 manat eliyir 2 tusdu vurusan kefin acilir neyse bununda yarsini qariya verdim qalaninda yolda qoyacam 4 gun gurcude olacam neyse yigma neşilini sikim yalan deyenin bide sa hecne gotumuyecem ne xeyri var sa komek eliyirdim” məzmunda, 10-03-2021-ci il tarixdə, saat 20:45:29 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “X18 X14” məzmunda, 13-03-2021-ci il tarixdə, saat 17:28:34 dəqiqədə həmin nömrədən “9 X15 X16 X19 Bilim” məzmunda, 20-03-2021-ci il tarixdə, saat 11:42:39 dəqiqədə həmin nömrədən “Bir saati burdayam ay qaqa olurem men sen ol bu naqarmaqdi gotveren qehbeyem ma bele eliysen” məzmunda, saat 11:57:24 dəqiqədə həmin nömrədən “Ayifdi agli senol emle gelmirse bir kelme de cixim sikdirim gedim” məzmunda, 22-03-2021-ci il tarixdə, saat 10:13:35 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Sabagın xeyir Eysəvər üzürlü say qadam bərk agrıdayam ürəyim sxılır” məzmunda, saat 10:13:41 dəqiqədə həmin nömrədən “10 manatım var sən canı ora de gör razı olar mı qadanalım ğör neynirsən maa köməy elə az qalıram özümə qəst eliyəm qaqa” məzmunda, 03-04-2021-ci il tarixdə, saat 23:53:57 dəqiqədə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Meni yigma bide cindir kimi senol vurma getdim kende sa gore bu boyda gozdedim neyse o barede yigma meni anara verdim mayasina” məzmunda, 06-04-2021-ci il tarixdə, saat 01:35:43 dəqiqədə həmin nömrədən “OZUNU AXİRİNCİ YERE QOYUFSAN SENOL PATİDAN QOYUB MA ZANİT VERİSEN YADA GOZDE YİGİRAM GETDİ YİGMAGİN CİNDİRİX ELEMEDE AY QAQA BALAMİN CANİ KİMİSE OYRETMEMİSEM SENİN YANİNDA 10 MANATDAN İSDEDİ MAQQİ DALASDİM VERMEDİM SEHER SEHER KARİYDİN YANİ MEN BASQA İNSANAM MİN MANATDA VERSE MENE BİR QEPİK XOSDU OZUMUNKUSENİN YANİNDA 10 MANATDAN İSDEDİ MAQQİ DALASDİM VERMEDİM SEHER SEHER KARİYDİN YANİ MEN BASQA İNSANAM MİN MANATDA VERSE MENE BİR QEPİK XOSDU OZUMUNKU YİSİN NEYSE MEN KİRİTİYE GETMELİYEM SERYOZNU QARDASİMİ GORUNA QURVAN OLSUNAR İNAN DUZ DEYİREM SADA PUL LAZİMDİ OZUN BİLERSEN” məzmunda, saat 03:52:26 dəqiqədə həmin nömrədən “100 MANAT GETİRİRDİN NOLDU” məzmunda mesajların göndərildiyi məlum olur. Həmin siyahıda olan digər mobil nömrələrdən göndərilən mesajlar iş üçün əhəmiyyət kəsb etmədiyindən protokolda ayrıayrılıqda qeyd olunmamışdır. Üçüncü faylın içərisində 07.03.2021-ci il tarixdə saat 00:00dan 07.04.2021-ci il saat 00:00-a qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə ***-***-**-** saylı, ***-***-**-** saylı, ***-***-**-** saylı, ***-***-**-** saylı, ***-***-**-** saylı mobil nömrələr ilə çoxsaylı qarşılıqlı telefon zənglərinin və danışıqlarının aparılması barədə məlumatlar əks olunmuşdur. Həmin siyahıda olan digər mobil nömrələrlə aparılan danışıqlar və zənglər iş üçün əhəmiyyət kəsb etmədiyindən protokolda ayrı-ayrılıqda qeyd olunmamışdır. Dördüncü faylın içərisində 07.03.2021-ci il tarixdə saat 00:00-dan 07.04.2021-ci il saat 00:00-a qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə telefon zənglərinin və danışıqlarının aparıldığı digər mobil nömrələrin sahiblərinin adları, soyadları və ünvanları əks olunmuşdur. Belə ki, ***-***-**-** saylı mobil nömrəGəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 8, mənzil 10-da qeydiyyatda olan Təranə Məmmədova (AZE ********) adlı şəxsin adına rəsmiləşdirilmişdir. ***-***-**-** saylı mobil nömrə Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi, ev 82-də qeydiyyatda olan Münasib Əhmədov ( AZE ********) adlı şəxsin adına rəsmiləşdirilmişdir. ***-***-**-** saylı mobil nömrəGəncə şəhəri, Atatürk küçəsi, ev 199, mənzil 5-də qeydiyyatda olan Eldəniz Qasımov (AZE ********) adlı şəxsin adına rəsmiləşdirilmişdir. ***-***-**-** saylı mobil nömrə Gəncə şəhəri, Kəpəz rayonu, X17 küçəsi, ev 55-də qeydiyyatda olan Turaç İbrahimov (AA0059085) adlı şəxsin adına rəsmiləşdirilmişdir. ***-***-**-** saylı mobil nömrə digər mobil operatora aid olduğundan həmin mobil nömrənin kimin adına rəsmiləşdirilməsi barədə "xxxx" MMC-dən məlumat əldə etmək mümkün olmamışdır. Həmin siyahıda olan digər mobil nömrələrin sahibləri barədə məlumatlar iş üçün əhəmiyyət kəsb etmədiyindən protokolda ayrı-ayrılıqda qeyd olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 1 ədəd DVD disk, 2 ədəd CD disk, tədqiqatlarından qalıq qalmış 13.439 qram narkotik vasitə olan heroin, 0.082 qram psixotrop maddə olan metamfetamin, 21 kapsulda güclü təsiredici maddə olan preqabalin həbləri və 1 ədəd elektron tərəzi iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq Gəncə Şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanca təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 06 aprel 2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olması özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi (CM-nin 127.1-ci maddəsinə münasibətdə), şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin protokolları və cinayət işinin materialları ilə tam olaraq sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.08.). Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,015 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram, həmin Qanunun İİ siyahısında psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,015 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” 18 mart 2016-ci il tarixli Azərbaycan Respublikasının Qanununun əsasən güclü təsir edən maddə preqabalinin külli miqdarı (qramlarla) daxil olmaqla aşağı həddi 5 qram göstərilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd elektron tərəzinin, 13.619 qram narkotik vasitə olan heroinin, 0.102 qram çəkidə psixotrop maddə olan metamfetaminin, həmçinin verilmiş ittihamdan fərqli olaraq 3 kapsulda güclü təsiredici maddə olan preqabalin həblərinin olmasına, həmin narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələrin ona məxsus olmasına, lakin 3 kapsula güclü təsiredici maddəni şəxsi istifadəsi, digər narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan üzərində saxlamasına və gəzdirməsinə dair ifadələr vermişdir. Məhkəmədə təqsirləndirilən şəxsin satış niyyətinin olmamasına dair ifadəsi şahid ifadələri, özünün qismən etirafedici ifadələri, üzərində tərəzi və müxtəlif bükümlərdə müxtəlif növdə narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələr gəzdirməsi, telefon danışıqları, habelə yuxarıda tədqiq edilmiş cinayət işinin digər materialları ilə birbaşa və tam olaraq təkzib olunduğuna görə məhkəmə onun vermiş olduğu həmin ifadələri daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən təqsirləndirilən şəxsin üzərindən, o cümlədən Şahid1 idarə etdiyi VAZ 2107 minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş narkotik vasitə heroin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin külli miqdarda yəni şəxsi istehlak miqdarından artıq olmasına, aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin müxtəlif növlərdə və bükümlərdə olmasına, Gəncə Şəhəri Narkoloji Dispanserinin rəyinə əsasən Elsəvər İsgəndərovun narkotik vasitə istifadəçisi olmamasına baxmayaraq külli miqdarda və müxtəlif növlərdə heroin, metamfetamin və preqabalin preparatı saxlamasına, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitəni, psixotrop maddəni və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satış məqsədi ilə əldə edərək üzərində, o cümlədən Şahid1 idarə etdiyi VAZ 2107 minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşıması qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsini, zərəçəkmiş şəxsin ifadəsini (CM-nin 127.1-ci maddəsinə münasibətdə) şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkətinin protokollarını tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxs ittiham olunduğunu Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə münasibətdə Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs əməlinə zərərçəkmiş şəxsə dəymiş ziyan ödənmədiyindən həmin hissədə xitam verilə bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 06 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 19 may 2021-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 13.439 qram narkotik vasitə olan heroin, 0.082 qram çəkidə psixotrop maddə olan metamfetamin, 21 kapsulda güclü təsiredici maddə olan preqabalin həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli, həmçinin 1 ədəd elektron tərəzi dəyəri olmadığına görə məhv edilməli və 3 ədəd “DVD” diskin cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 113 (yüz on üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 33 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 06 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 13.439 qram narkotik vasitə olan heroin, 0.082 qram çəkidə psixotrop maddə olan metamfetamin, 21 kapsulda güclü təsiredici maddə olan preqabalin həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin, həmçinin 1 ədəd elektron tərəzi dəyəri olmadığına görə məhv edilsin və 3 ədəd “DVD” diskin cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 113 (yüz on üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 198 (yüz doxsan səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-291/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-291/2021
01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver