Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-291/2022 18.08.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Şəmkir rayon vəkil bürosunun vəkili X8 və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1999-cu ildə Gədəbəy rayonu Cəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Gədəbəy rayonu Cəfərli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə 27 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Gədəbəy rayonu Daryurd kəndində tənha yaşayan xx xxxxxxxx 1931-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olmaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs üzərinə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib əlləri ilə onun qollarından və sinə nahiyəsindən tutaraq divanın üzərinə uzadıb orada olan rezin sarğı ilə əl və qollarını bağladıqdan sonra yastığı silah qismində tətbiq etməklə bir neçə dəfə 1-2 saniyə ərzində Zərərçəkmiş şəxs sifət nahiyəsinə sıxıb buraxmaqla sonuncuya burunun və alt dodağın sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib həyatı və sağlamlığı üçün daha təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə sonuncudan pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə sonuncunu divanın üzərindən həmin otaqda olan çarpayının üzərinə aparıb orada üzü üstə uzatdıqdan sonra Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq etməklə öz cinsiyyət üzvünü onun anus dəliyinə salıb arxa keçəcək dəliyində qançır və arxa keçəcək dəliyini büzən əzələlərdə sfinktorlarda zəif boşalma kimi xəsarətlər yetirərək bir neçə dəfə salıb-çıxarmaqla seksusal xarakterli zorakılıq hərəkətləri etdikdən sonra çarpayıdakı döşəyin altında olan 200 manat pulu ələ keçirməklə quldurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Cəfərli kəndində ailə üzvləri ilə birgə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, əvvəllər fərdi əməklə məşğul olmuşdur. Gədəbəy rayonu, Daryurd kənd sakini Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs ilə aralarında uzaq qohumluq əlaqəsi var. Zərərçəkmiş şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 27 yanvar 2022-ci il tarixdə günorta saatlarında qonşusu Zülfüqarın evində spirtli içki qəbul edib sərxoş olmuş, yeyib içəndən sonra yaşadığı evə getmiş, həmin gün saat 19 radələrində mağazaya siqaret almaq üçün getmişdir. Ancaq yaşadığı kənddəki mağazada siqaret satılmadığı üçün yaxınlıqdakı Gədəbəy rayonu, Daryurd kəndində yerləşən Rəhim Qurbanova məxsus mağazaya getməli olmuş, yol boyu piyada gedərkən Zərərçəkmiş şəxs evində işıq yandığını görmüş, Zəmərin tək yaşadığını bildiyi üçün pulu varsa Zəmərin evinə girib pulunu götürə biləcəyini düşünmüşdür. Bu məqsədlə Zəmərin evi ilə avtomobil yolunu ayıran metal tordan olan hasarı aşıb Zəmərin evinin həyətinə daxil olmuş, həyətə daxil olduqdan sonra evi müşahidə etmək üçün pəncərənin bayır tərəfində dayanıb, evi müşahidə etməyə başlamış, Zəmərin evində tək olduğunu və otaqdakı divanda əyləşdiyini görmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs evinə basqın etmək planını həyata keçirmək üçün evin giriş qapısından dəhlizə daxil olmuş, Zəmərin olduğu yataq otağına daxil olub, Zəmərin onun üzünü görə bilməməsi üçün qapının sol tərəfindəki razetkadan otağın işıqlarını söndürmüşdür. Zəmərin yatdığı kravatın altında pul axtarmağa başlamış, bu zaman Zəmərin işığı yandırmaq istədiyini görüb, işığı yandırmaması üçün Zəməri itələyib divanın üzərinə yıxmış, yenidən kravatın altında pul axtarmağa başlamış, bir qədər sonra Zəmər gəlib pulu axtarmasına mane olmaq üçün onu əli ilə itələmiş, Zəməri kravatın üzərinə yıxıb pulu verməsini tələb etmiş, sonuncu pulu olmadığını bildirmişdir. Sonra yenidən Zəmərdən pul verməsini tələb etdikdə Zəmər çarpayının altında pulunun olduğu yeri göstərmiş, o, da çarpayının altında qırmızı rəngli torbanı tapıb, içərisindəki pulları götürüb cibinə qoymuş, sonra isə torbanı otağa tullamışdır. Pulu götürüb otaqdan çıxarkən Zəmər səssiz dayanmış, dərhal evdən çıxmışdır. Yenidən hasardan aşaraq küçəyə çıxmış, oradan isə piyada Rəhim Qurbanovun mağazasına tərəf getmişdir. Əldə etdiyi pulları saymış, cəmi 123 manat olduğunu müəyyən etmişdir. Rəhimin mağazasına daxil olduqda sonuncunun arvadı Şahid5 onu qarşılamış, mağazadan 1 ədəd bizon enerji içkisi və 1 ədəd “Keno” siqareti alıb, cibində olan əvvəlcədən özündə olan 15 manat pulun, 10 manatını vermiş, qalıq pulunu özünə qaytarmışdır. Sonra evinə getmiş, bu barədə ailə üzvlərinə heç nə danışmadan yataq otağına getmişdir. 28 yanvar 2022-ci il tarixdə 01 radələrində polis əməkdaşları yaşadığı evə gəlib onu polis şöbəsinə dəvət etmiş, polis şöbəsində törətdiyi cinayət əməlini etiraf etmiş, bundan sonra şübhəli şəxs qismində ifadə verərkən Zərərçəkmiş şəxs evinə basqın edərək ələ keçirdiyi 1 ədəd 50, 3 ədəd 20, 2 ədəd 5 və 3 ədəd 1 manatlıq pulları könüllü olaraq təqdim etmək istədiyini bildirmiş, həmin pullar ondan götürülmüşdür. Onun məqsədi Zərərçəkmiş şəxs pulunu ələ keçirmək olmuş, lakin sərxoş olduğu üçün Zərərçəkmiş şəxs ilə həm də cinsi əlaqədə olmasını xatırlamır. Hadisə vaxtı Zərərçəkmiş şəxs qollarını rezinlə bağlamamış, əvvəlki ifadələrində Zərərçəkmiş şəxs pul tələb etdiyini göstərmiş, hadisə zamanı Zəmərin onu itələdiyini, həmçinin o, da Zəməri əli ilə itələdiyini, həm də Zəmərin əlindən tutub pul verməsini tələb etdiyini, lakin Zəmərdən pul tələb edərək hədəqorxu gəlmədiyini, nə də yastıqla boğmadığını bildirmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Daryurd kəndində özünə məxsus evdə tək yaşayır, rəsmi olaraq heç yerdə işləmir, təqaüdçü olmaqla, aylıq 260 manat pensiya alır. X3 vəfat etdikdən sonra evində tək yaşamışdır. Onun övladları və nəvələri başqa ünvanda yaşayırlar. Aldığı pensiya və saxladığı ev heyvanlarının məhsullarını satmaqla dolanır. Sonuncu dəfə 2021-ci ilin dekabr ayında pensiya kartından 260 manat pul çıxarmışdır. Həmin pulu evinin yataq otağındakı çarpayının altında parçadan tikdiyi pul kisəssində gizlətmiş, ehtiyacı olduqca pulundan götürüb xərcləmiş, ancaq hadisə baş verən vaxtda 200 manat pulu qalmışdır. 27 yanvar 2022-ci il tarixdə axşam saatlarında evdə tək olmuş, gündəlik işlərini görüb, yataq və mətbəx otağı kimi istifadə etdiyi otaqda əyləşmiş, həmin gün saat 20 radələrində yatmazdan əvvəl isti su qızdırıb, otaqdakı divanda əyləşərək vannada ayaqlarını yumuşdur. Bu zaman evin dəhlizindən bir nəfər şəxsin gəldiyini görmüş, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs otağa daxil olmuş və qapının sağ tərəfindəki razetkadan işığı söndürmüşdür. Həmin şəxsin oğlu Şirzad olduğunu zənn edib, işığı niyə söndürdüyünü soruşmuş, bu sözü deyərkən həmin şəxs qəfildən üstünə cumub, əli ilə sinəsindən tutub pul verməsini bildirmiş, Turaldan kim olduğunu soruşduqda, Arıqıran kəndindən olduğunu söyləmişdir. Turala pulu olmadığını, 260 manat pensiya aldığını və həmin pulla özünü güclə dolandırdığını söyləmiş, Təqsirləndirilən şəxs üzərinə basqın edib, zor tətbiq etməklə yenidən pul tələb etmiş, ancaq əl qolunu geri itələməklə Turala müqavimət göstərmiş, Tural isə divanın üzərində olan ağ rəngli rezinlə əllərini arxadan bağlamış, sonra çarpayının üzərindəki balışı da götürüb, həmin balışla onu boğmuşdur. Tural balışla onu boğmuş, 1-2 saniyə balışı ağzının üstündə saxlamış, sonra balışı geri çəkib pul verməsini tələb etmişdir. Yenə də pulunun olmadığını bildirmiş, bu dəfə Tural pulu verməyəcəyi halda onu boğub öldürəcəyini, meyitinin isə iylənəcəyini bildirmiş, yenə də Tural pulu vermədiyini görüb, onu divandan qaldıraraq üzü üstünə çarpayının üzərinə yıxmış, sonra isə əynindəki gecə paltarını yuxarı qaldırıb, cinsiyyət orqanını çıxarmış, onunla arxa keçəcəkdən zorla cinsi əlaqədə olmuşdur. Bundan sonra onun səhhəti daha da pisləşmiş, Tural onu buraxmış və çarpayının altında nə isə axtarmağa başlamışdır. Tural əvvəlcə çarpayının baş ucuna, sağ və sol tərəflərini axtarmış, nəhayət çarpayının aşağı ucunu qaldırıb, oradan nə isə götürüb getmişdir. Təqsirləndirilən şəxs çarpayının aşağı ucunda pul qabının içərisində saxladığı pulunu götürdüyünü başa düşmüşdür. Tural həmin pulu götürüb, bu haqda heç kimə deməməsini, əks halda səhəri gün gedib, onu öldürəcəyini bildirmiş və dərhal evindən qaçıb getmiş, qaçıb gedərkən Turalın arxasınca qışqırmışdır. Qışqırıb qonşuları köməyə çağırmış, onun qışqırıq səslərini eşidən qonşuları Ruslan və Aleksandr gəlmişlər. Həmin şəxslər gələndən sonra zəng edərək oğlu Şirzada xəbər vermişlər. Təqsirləndirilən şəxs içərisində pullar olan pul qabını otağa atıb getmişdir. Şirzad hadisə barədə polisə xəbər vermiş, hadisə yerinə gələn polis əməkdaşları evinə girən şəxsi axtarmağa başlamış, həm də evinə baxış keçirmişlər. Əvvəlcə Turalın onunla zorla cinsi əlaqədə olduğunu övladları biyabr olmasın görə heç kimə deməmiş, polis əməkdaşları Turalın otağa tulladığı pul kisəsini, əynindəki gec köynəyini, yorğan döşək üzlərini, ədyalı, üzərində qan izləri olan balış üzünü və əl qolunu bağladığı rezini götürmüşlər. Sonra tibbi ekspert müayinəsindən keçmiş, lakin yenə də bu barədə heç nə danışmamışdır. Ancaq sonradan ağrıları olduğu üçün bu haqda qızı Mehparəyə danışmış, Mehparə isə oğlanlarına Turalın onunla cinsi əlaqədə olduğunu söyləmişdir. O, yenidən polis şöbəsinə gəlib bu haqda ərizə verərək həkim tibbi ekspert müayinəsindən keçmişdir. Təqsirləndirilən şəxs onu öldürəcəyi ilə hədələyərək pul tələb etmiş, həm də bu barədə kiməsə danışacağı halda gəlib onu öldürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla təbii yolla cinsi əlaqədə olmamış, ona qarşı digər əxlaqsız hərəkətlər etməmişir. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olması cəmi bir dəfə baş vermiş, Tural cinsi istəyini təmin edə bilməmiş, onun bədənində nə də paltarlarında sperma qalıqları qalmamışdır. Sonra ona dəymiş maddi ziyan ödənilmişdir.Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə Gədəbəy rayonu, Daryurd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun anasıdır. Zəmər özünə məxsus Gədəbəy rayonu, Daryurd kəndində yerləşən evdə tənha yaşayır. Münasibətləri həmişə yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Ondan başqa qardaş və bacılarının bir qismi həmin kənddə, digərləri isə Bakıda və digər rayonlarda yaşayırlar. Anası Zəmər isə ahıl yaşlı olmasına baxmayaraq özü tək yaşayır. Təqsirləndirilən şəxs da yaşadığı kəndə qonşu kənd olan Gədəbəy rayonu, Cəfərli kəndində yaşayır. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə hazırki hadisəyə qədər onun və ailə üzvlərinin arasında narazılıq həmçinin ədavət və düşmənçilik olmamışdır. 27 yanvar 2022-ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı evdə olduğu zaman anasının yaşadığı evə qonşuluqda yaşayan Şahid3 istifadəsində olan mobil telefona zəng edib, təcili anasının evinə getməsini bildirmişdir. Əvvəlcə anasının vəfat etdiyini zənn etmiş, ancaq Ruslan ona narahat qalmamasını, anasının sağ olmasını söyləmişdir. Təxminən 5 dəqiqə ərzində anasının yaşadığı evə gedib çatmış, evə çatanda anasının qorxudan titrəməsini, Ruslanın da anasının yanında olduğunu görmüş, bundan sonra Zəmərlə söhbət etmiş, Zəmər baş verənləri ona danışmışdır. Naməlum şəxsin anası Zəmərin evdə tək olmasından istifadə edib, evinə basqın etməsi, Zəmərə hədə-qorxu gəlib, zor tətbiq edərək pul tələb etməsi, yastıqla boğaraq zor tətbqi etməsi və 200 manat pulunu ələ keçirməsi ona məlum olmuşdur. Bu barədə polisin 102 xidmətinə məlumat vermiş, hadisə yerinə əvvəlcə kənddə yaşayan Gədəbəy rayon polis şöbəsinin əməkdaşı serjant rütbəli Şahid2 gəlmişdir. Hadisə vaxtı qar yağdığı üçün Zəmərin evinə daxil olan naməlum şəxsin qarda ayaq izləri qalmışdır. Şahid2 naməlum şəxsi axtarmaq üçün qarda olan ayaq izləri ilə həmin istiqamətdə getmiş, eyni vaxtda Gədəbəy rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib evə baxış keçirmişlər. Həmin baxışda iştirak etmiş, baxış zamanı naməlum şəxsin Zəmərin pullarının olduğu pul qabını götürməsi, daha sonra pul qabını otağa atması müəyyən edilmişdir. Həmin pul qabı, yorğan döşək üzləri, Zəmərin gecə paltarı və digər əşyalar polis əməkdaşları tərəfindən götürülmüş, yekun olaraq baxış keçirilməsi haqqında protokola o da imza etmişdir. Ertəsi gün hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, Təqsirləndirilən şəxs polis tərəfindən tutulmasını eşitmiş, lakin hadisədən sonra anası Zəmərin səhhəti pisləşmişdir. Həmin vaxtda Ağstafa rayonunda yaşayan bacısı Mehparə də hadisəni eşitdiyi üçün gəlmişdir. Mehparə Zəmərlə söhbət edərkən, Zəmər hadisə vaxtı Təqsirləndirilən şəxs arxa keçəcəkdən zorla cinsi əlaqədə olduğunu bildirmişdir. Lakin Zəmər həmin gün polis əməkdaşlarına nə də ona bu barədə heç nə deməmişdir. Bundan sonra anası Zəmər polisə gedib təkrar ərizə vermiş, həm də tibbi ekspert müayinəsindən keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə Gədəbəy rayonu Daryurd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2012-ci ildən DİO-da, 2021-ci ildən hazıradək Gədəbəy rayon polis şöbəsinin X2 sahə polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edir. Zərərçəkmiş şəxs həmkəndlisidir. Zərərçəkmiş şəxs nə də ailə üzvləri ilə aralarında heç bir ədavət, nə də düşmənçilik olmamış, normal həmkəndli münasibətləri olmuşdur. Bundan başqa Gədəbəy rayon Cəfərli kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Turalın yaşadığı kənd onun yaşadığı kəndə qonşu kənddir. Turalı və ailə üzvlərini uzun müddətdir tanıyır. 27 yanvar 2022-ci il tarixdə təxminən saat 20 radələrində Gədəbəy rayon polis şöbəsinin növbətçi hissəsindən məsul növbətçi Ramil Qənbərov onun istifadəsində olan ***-***-**-** saylı sim nömrəyə zəng etmiş, xidməti ərazisi olan rayonun Daryurd kənd sakini Şahid1 DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək naməlum şəxsin anası Zərərçəkmiş şəxs evinə basqın edərək yastıqla boğaraq pul tələb etmələri barədə müraciət etdiyini bildirmişdir. Gədəbəy rayonu, Daryurd kəndi rayon polis şöbəsindən təxminən 25 km məsafədə yerləşir, həmin vaxtı da hava şəraiti qarlı, yollar isə buzlu olmuşdur. Bu səbəbdən məsul növbətçi Ramil Qənbərov dərhal hadisə yerinə getməyi ona tapşırmışdır. Dərhal hadisə yerinə gedib çatmış, Zərərçəkmiş şəxs ilə söhbət əsnasında bir nəfər naməlum kişi cinsli şəxsin Zərərçəkmiş şəxs evdə tək olmasından istifadə edib, evinə basqın etməsi, Zəmərə hədə-qorxu gəlib, zor tətbiq edərək pul tələb etməsi, yastıqla boğması və 200 manat pulunu ələ keçirib hadisə yerindən qaçması ona məlum olmuşdur. Zərərçəkmiş şəxs həmin şəxsi şəxsən tanımadığını da qeyd etmişdir. Dərhal hadisə yerinin mühafizəsini təşkil etmiş, sonra evin həyətinə çıxıb, naməlum şəxsin qar üzərində ayaq izləri olmasını aşkar etmişdir. Qar üzərində ayaq izləri ilə naməlum şəxsin küçədən metal torları aşaraq evin həyətinə daxil olduğunu, hadisəni törətdikdən sonra yenidən həmin yerdən çıxaraq uzaqlaşdığını müəyyən etmişdir. Daha sonra qarda olan ayaq izləri ilə həmin istiqamətdə getmiş, ayaq izləri ilə kənd sakini Şahid5 yaşadığı evin qarşısında yerləşən mağazaya gedib çatmış, mağaza sahibi Şahid5 ilə söhbət əsnasında bundan bir neçə dəqiqə əvvəl rayonun Cəfərli kənd sakini Təqsirləndirilən şəxs həmin mağazadan alış-veriş etdiyini öyrənmişdir. Bu barədə məlumat aldıqdan sonra rayon polis şöbəsinin digər əməkdaşları ilə birgə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət edilmiş, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etmiş, bundan sonra Təqsirləndirilən şəxs şöbəyə gətirilib, növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, ailə üzvləri ilə Gədəbəy rayonu, Daryurd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs qonşusudur. Zərərçəkmiş şəxs ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Həmçinin Təqsirləndirilən şəxs da yaşadığı kəndə qonşu kənd olan Gədəbəy rayonu, Cəfərli kəndində yaşayır. Təqsirləndirilən şəxs nə də ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında narazılıq, ədavət və düşmənçilik də olmamışdır. Zərərçəkmiş şəxs onun evinin qonşuluğunda yerləşən özünə məxsus evdə tək yaşayır, ahıl yaşlı qadındır. 27 yanvar 2022-ci il tarixdə təxminən saat 20 radələrində evdə olduğu zaman Zəmər onun oğlu Rafayılı səsləmiş, ancaq Rafayıl Zəməri eşitməmişdir. Bir qədər sonra Zəmərin evinə gəlib gedənlər olduğunu görmüş, o, da Zəmərgilə getmişdir. Zəmər gecə paltarında saçı dağılmış, gözləri isə qızarmış, hadisədən qorxduğu hiss olunmuşdur.Ondan qabaq Ruslan Zəmərin səsini eşidib, onun yanına getmişdir. X4 mobil telefonla zəng vurub məlumat vermiş, Şirzad isə dərhal gəlib çatmış, Şirzad hadisə barədə Zəmərdən məlumat aldıqdan sonra dərhal polisə məlumat vermişdir. Hadisə yerinə Gədəbəy rayon polis şöbəsinin əməkdaşı serjant rütbəli Şahid2 gəlmiş, Şahid2 qarlı havada, qar üzərində qalmış naməlum şəxsin ayaq izləri istiqamətində getmişdir. Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən evə baxış keçirilmiş, baxış keçirilməsində iştirak etmiş, baxış zamanı Zəmərin pullarının olduğu pul qabını içərisi boş halda otaqdan tapılmış, pul qabı, yorğan döşək üzləri, Zəmərin gecə paltarı və digər əşyalar polis əməkdaşları tərəfindən götürülmüşdür. Baxış keçirilməsi haqqında protokola tərtib olunmuş, həmin protokola imza etmişdir. Ertəsi gün gecə saatlarında Şirzad ona hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evinə basqın edib, pulunu ələ keçirərkən həm də sonuncu ilə zorla cinsi əlaqədə olduğu da məlum olmuşdur. Lakin Zəmər həmin gün polis əməkdaşlarına nə də ona bu barədə heçnə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, ailə üzvləri ilə Gədəbəy rayonu, Cəfərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Tural onunla eyni ünvanda yaşayır. Gədəbəy rayon Daryurd kənd sakini Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Zəmər və ailə üzvləri ilə aralarında normal münasibətlər olmuşdur. 28 yanvar 2022-ci il tarixdə təxminən saat 01 radələrində evdə olduğu zaman polis əməkdaşları evinə gəlib oğlu Turalı çağırmış, çağırdıqları üçün Tural küçəyə çıxmış, ancaq bir qədər sonra Turalın polis əməkdaşları tərəfindən şöbəyə aparıldığı ona məlum olmuşdur. 27 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Turalın evdən çıxıb, ailə üzlərinə heç nə demədən getmiş, təxminən bir saat sonra Tural evə qayıtmış, ona və digər ailə üzvlərinə heç nə demədən öz yataq otağına keçib orada uzanmışdır. Onlar Turalın hadisəni törətməsindən şübhə etməmiş, Turalın hadisəni törətməsindən daha sonra, yəni polis şöbəsinə aparıldıqdan sonra məlumatları olmuşdur. Turalın Zəmərə zor tətbiq edərək pulunu ələ keçirməsi daha sonra ona məlum olmuş, hadisənin necə baş verməsindən məlumatı olmamışdır. Sonra Zərərçəkmiş şəxs dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yer, Gədəbəy rayonu, Daryurd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Həmin evin ətrafı giriş hissədə 2 taylı darvazadan, darvazanın sağ və sol tərəfləri isə daş hasardan ibarətdir. Həmçinin evin sağ tərəfi küçəyə birləşir, həmin hissədə evin həyəti metal torlardan ibarətdir. Zərərçəkmiş şəxs yaşadığı ev həyətə daxil olduqda sol tərəfdə yerləşir, giriş qapısı isə evin baş tərəfindəndir. Baxış keçirilərkən hava şəraiti qarlıdır. Evin giriş qapısından sol tərəfdə yəni metal torlardan evin giriş qapısınadək həyətdə yerdə qarda ayaq izləri vardır. Ayaq izlərinin istiqamətindən naməlum şəxsin metal torları aşaraq həyətə daxil olması, daha sonra evin pəncərəsinin qarşısına doğru, oradan isə evin giriş qapısına doğru getməsi və yenidən həmin istiqamətdə gedərək evdən uzaqlaşması müəyyən edilir. Fərdi yaşayış evi dəhlizdən və 2 otaqdan ibarət olmaqla giriş qapısından daxil olduqda qapı dəhlizə açılır, daha sonra isə dəhlizdən otaqlara qapılar açılır. Dəhlizə daxil olduqda sol tərəfdəki qapıdan Zərərçəkmiş şəxs yaşadığı otağa daxil olunur. Həmin otaqda giriş qapısından sonra sol tərəfdə elektrik açarı, həmçinin otaqda evin dəhlizinə və evin həyətində açılan pəncərələr vardır. Həmin otaqda sağ tərəfdə divan yerləşir. Daha sağda 2 ədəd yan yana düzülmüş dəmir çarpayılar, həmçinin stol və stullar yerləşir. Stolun üzərində televizor vardır. Otağın sol tərəfində bir ədəd dəmir çarpayı, qaz sobası və qırmızı rəngli çörək bişirən soba da vardır. Baxışda iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs 27 yanvar 2022-ci il tarixdə saat 20 radələrində evdə tək olduğu zaman bir nəfər naməlum şəxsin otağa daxil olaraq, işıqları söndürdüyünü, ondan pul tələb edərək üzərinə basqın etdiyini, daha sonra onu çarpayının üzərinə yıxaraq zor tətbiq edib, çarpayının altında qırmızı rəngli pul qapıda olan 200 manat nəğd pulunu ələ keçirdiyini bildirmişdir. Baxış zamanı naməlum şəxsin Zərərçəkmiş şəxs zor tətbiq etdiyi çarpayı üzərində yastıqda qan ləkələri olması müəyyən edildi. Həmin yastıq, bundan başqa döşək və yorğan üzləri, yorğanın üzərində yun materialından olan ədyal, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş gecə paltarı götürülmüşdür. Həmçinin Zərərçəkmiş şəxs hadisə zamanı naməlum şəxsin əl qolunu ağ rəngli rezinlə bağladığını bildirmiş və həmin rezini göstərmişdir. 20 sm uzunluğunda olan həmin rezin də götürülmüşdür. Baxış zamanı Zərərçəkmiş şəxs içərisində pullar olan qırmızı rəngli parça materialından olan pul kissəsi qaz sobasının ətrafında yəni yerdə aşkar edilib götürülmüşdür. Müəyyən edilmişdir ki, naməlum şəxs pul kisəsinin içərisindəki pulları götürüb, özünü isə yerə atmışdır. xx.xx.2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Gədəbəy rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Gədəbəy rayonu, Cəfərli kənd sakini Təqsirləndirilən şəxs rayonun Daryurd kəndində tənha yaşayan Zərərçəkmiş şəxs məxsus evə basqın edərək oradan 200 manat pulu ələ keçirmiş, həmin cinayəti tək halda törətmiş, əldə etdiyi pulların bir hissəsi hadisə yerindən uzaqlaşarkən Təqsirləndirilən şəxs cibindən düşüb itmişdir. Həmçinin hadisə yerinə ilk dəfə gəlmiş şəxslərin kənd sakinləri Şahid3 və Şahid4 olması müəyyən edilmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etməklə sonuncunu törətdiyi cinayət əməlində ifşa etmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə daxil olaraq, əvvəlcə evin həyətinə daxil olmaq üçün aşdığı metal torların olduğu, həmin yaşayış evinin pəncərəsinin bayır tərəfində Zərərçəkmiş şəxs müşahidə etdiyi, hadisə vaxtı otağa daxil olarkən işıqları söndürdüyü elektrik açarının olduğu, Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər və həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edib basqın etdiyi çarpayını, həmçinin çarpayının üzərində yataq dəstinin altında Zərərçəkmiş şəxs məxsus 123 manat pulu götürdüyü yerləri göstərmiş, bununla da Təqsirləndirilən şəxs dəqiq məlum olan yerdə baş vermiş hadisə ilə bağlı ifadələrinin düzgün olması müəyyən edilmişdir. “Şəxsin tanınması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim olunan şəxsləri nəzərdən keçirərək 27 yanvar 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə basqın edərək, həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə pul tələb edən, evindəki çarpayının altından 200 manat pulu quldurdluq yolu ilə yolu ilə ələ keçirən şəxs ona təqdim olunan şəxslər arasında sağdan sola 3-cü yerdə dayanmış Təqsirləndirilən şəxsdur. O, Təqsirləndirilən şəxs sifət quruluşundan, üzünün saqqalı olmasından, boyunun hündürlüyündən xüsusən gözlərinin rəngindən tanımışdır. Götürmə aparılması və baxış keçirilməsi haqqında 28 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd 50 manatlıq- A25801134, bir ədəd 20 manatlıq-B79725720, bir ədəd 20 manatlıq-B04483841, bir ədəd 20 manatlıq-B79155262, bir ədəd 5 manatlıq-A11743979, 1 ədəd 5 manatlıq-C30952839, bir ədəd 1 manatlıq-B52509052, bir ədəd 1 manatlıq-B46490257, bir ədəd 1 manatlıq- G64270719 seriya nömrəli kağız pul əskinası cəmi 123 manat məbləğindədir. Təqdim edilən həmin pulllar götürülmüşdür. Götürmə aparılması və baxış keçirilməsi haqqında 30 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd üzərində “Polo” yazısı olan uzunqol kofta, bir ədəd tuman tərəfimdən götürülmüşdür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 67 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - burunun və alt dodağın sıyrıqları kimi xəsarətlər aşkar olunmuşdur ki, həmin xəsarətlər küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 27 yanvar 2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və yerləşmə yerlərinə əsasən demək olar ki, həmin xəsarətləri göstərdiyi şəraitdə ala bilməsi inkar edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 77 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - burunun və alt dodağın sıyrıqları kimi xəsarətlər aşkar olunmuşdur ki, həmin xəsarətlər küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 27 yanvar 2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyyəsində qançır və arxa keçəcək dəliyini büzən əzələlərdə-sfinktorlarda zəif boşalma aşkar edilmişdir ki, bunlarda onunla arxa keçəcək dəliyi vasitəsilə qeyri təbii yolla cinsi əlaqədə olunmağı dəlalət edir. Törənmə müddətləri 27 yanvar 2022-ci il tarixə uyğun gəlir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 6/756 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının, Zərərçəkmiş şəxs yaşadığı evindən götürüldüyü qeyd edilən yorğan, yastıq üzlərinin və yataq örtüyünün səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gecə köynəyinin səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 80/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstərici: B-alfa/H//İİİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstərici: O-alfa, beta/H//İ/. Ekspertizaya təqdim edilmiş balış üzlüyü üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B və H antigenləri alındı. Beləliklə bu qan ləkələri Balfa/H//İİİ/ qruplu şəxsə o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə O\İ\ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halda mümkündür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 aprel 2022-ci il tarixli, 202 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Gədəbəy Rayon Poliklinikasının xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon poliklinikasının narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetlərində qeydiyyatda dayanmır. Gədəbəy rayon Daryurd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Cəfərli kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs istintaq orqanına ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 200 manat maddi ziyanın tam şəkildə ödənildiyini bildirmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş cəmi 123 manat pul zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmış, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd iki ədəd arxa iki ədəd yan cibli göy rəngli cins parçadan tikilmiş şalvar, Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngli pambıq materialından tikilmiş gecə köynəyi, Zərərçəkmiş şəxs evindən götürülmüş 1 ədəd parça materialından olan narıncı rəngli tünd göy rəngli iplə sarınmış pul kisəsi, 01 ədəd ağ rəngli quş tükündən hazırlanmış ağ rəngli parçadan tikilmiş balınc və həmin balınca məxsus üzərində Zərərçəkmiş şəxs məxsus qan hissəcikləri olan ağ rəngli parçadan tikilmiş üzlüyü, 01 ədəd 45 sm uzunluğunda ağ rəngli rezin Gədəbəy rayon polis şöbəsinin məsul saxlancına verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs hədə-qorxu gələrək pul tələb etmədiyini və sonuncunu yastıqla boğmadığını və sərxoş olduğu üçün onunla qeyri təbii yolla cinsi əlaqədə olmasını xatırlamadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələrini, ekspertiza rəylərini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, ifadəsinin yerində yoxlanması zamanı müdəfiəçinin iştirakı ilə verdiyi ifadəsini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları, və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, Həmin vaxtı Zəməri üzü üstünə çevirib, cinsiyyət orqanını çıxararaq, Zəmərin əynində olan gecə paltarını qaldırmış, cinsiyyət orqanını Zəmərin arxa keçəcəyinə salıb sonuncu ilə cinsi əlaqədə olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə, düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 181.2.3 və 181.2.5-ci maddələrində, nəzərdə tutulan cinayət əməllərini törətdiklərindən həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qoca və köməksiz vəziyyətdə olan şəxsə qarşı törətməsini Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar.Təqsiləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını-ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində, çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Gədəbəy rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd iki ədəd arxa iki ədəd yan cibli göy rəngli cins parçadan tikilmiş şalvar, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngli pambıq materialından tikilmiş gecə köynəyi, Zərərçəkmiş şəxs evindən götürülmüş 1 ədəd parça materialından olan narıncı rəngli tünd göy rəngli iplə sarınmış pul kisəsi, 01 ədəd ağ rəngli quş tükündən hazırlanmış ağ rəngli parçadan tikilmiş balınc və həmin balınca məxsus üzərində Zərərçəkmiş şəxs məxsus qan hissəcikləri olan ağ rəngli parçadan tikilmiş üzlüyü, 01 ədəd 45 sm uzunluğunda ağ rəngli rezin zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eləcə də iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş cəmi 123 manat pul zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 150.1ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 28 yanvar 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Gədəbəy rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd iki ədəd arxa iki ədəd yan cibli göy rəngli cins parçadan tikilmiş şalvar, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın qəbul edilmədikdə məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngli pambıq materialından tikilmiş gecə köynəyi, Zərərçəkmiş şəxs evindən götürülmüş 1 ədəd parça materialından olan narıncı rəngli tünd göy rəngli iplə sarınmış pul kisəsi, 01 ədəd ağ rəngli quş tükündən hazırlanmış ağ rəngli parçadan tikilmiş balınc və həmin balınca məxsus üzərində Zərərçəkmiş şəxs məxsus qan hissəcikləri olan ağ rəngli parçadan tikilmiş üzlüyü, 01 ədəd 45 sm uzunluğunda ağ rəngli rezin zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Eləcə də iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş cəmi 123 manat pul zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-291/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-291/2022
18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver