Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-291/2023 23.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), Məmmədov Abdulla Elşad oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X15 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1981-ci il tarixdə Qazax rayonu, Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Qazax rayonu, Dəmirçilər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasının ərazisində «Musa» ləqəbli X13 və digərlərinin təşkilatçılığı və rəhbərliyi ilə yaradılmış sabit qrupun tərkibində təlimlərdə iştirak etmək məqsədi ilə 22 noyabr 2019-cu il tarixdə «Qırmızı Körpü» sərhəd-keçid məntəqəsindən ölkə ərazisini tərk edərək Gürcüstan və İran İslam Respublikasından keçməklə Suriya Ərəb Respublikasının Hələb şəhərinə gedərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən azərbaycanlılardan ibarət qanunsuz silahlı sabit qrupa qoşulmuş, 2019-cu ilin noyabr-dekabr aylarında həmin qruplaşmanın digər üzvləri ilə birlikdə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində təlimlərdə iştirak etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasının ərazisində «Musa» ləqəbli X13 və digərlərinin təşkilatçılığı və rəhbərliyi ilə yaradılmış sabit qrupun tərkibində yenidən təlimlərdə iştirak etmək məqsədi ilə 2020-ci ilin fevral ayının əvvəllərində eyni marşrut üzrə hərəkət edərək Suriya Ərəb Respublikasının Hələb şəhərinə gedərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən azərbaycanlılardan ibarət qanunsuz silahlı sabit qrupa qoşulmuş, 2020ci ilin fevral ayında həmin qruplaşmanın digər üzvləri ilə birlikdə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində təlimlərdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qazax rayonu Dəmirçilər kənd sakini, qaynaqçı işləyən Samir Məmmədovla uzaq qohum və bir qonşu kimi həmişə münasibətləri yaxşı olmuşdur. Samir Məmmədov da onun kimi ibadətlə məşğul olmuşdur. Boş vaxtlarında sonuncu ilə görüşmüş, dini söhbətlər etmiş və dini ayinləri birlikdə icra etmişlər. Eşitdiyinə görə X20 Respublikasının İstanbul şəhərində yaşamışdır. Sonuncu dəfə Samir Məmmədovla təxminən 2020-ci ildə telefon əlaqələri olmuşdur. Həm özü, həm də X29 İslam Respublikasının Ali Dini Şurasının rəhbəri X30 özlərinə dini rəhbər seçmiş, başqa sözlə həmin şəxsə təqlid etmişlər, bir din alimi, müştehid kimi həmin şəxsin bütün fikir və fətvalarını öz yaşam tərzlərində rəhbər tutmuşlar. Ümumilikdə o, Samir Məmmədov və digər dindarlar Azərbaycanda şəriyyət qanunları ilə idarə olunan bir dövlətin qurulmasını və cəmiyyətimizin o fikirdə olmasını arzulamışlar. 2019-cu ilin sonlarında kənddə olan zaman Samir Məmmədov ona birlikdə İrana, oradan isə hərbi təlimlərdə iştirak etmək üçün Suriya Ərəb Respublikasının Dəməşq şəhərinə getməyi təklif etmiş və təlimlərdə iştirak edən hər bir şəxsə 500 dollar pulun veriləcəyini bildirmişdir. O da sonuncunun həmin təklifi ilə razılaşmışdır. O, 22 noyabr 2019-cu il tarixdə Samir Məmmədovla birlikdə «Qırmızı-körpü» keçid məntəqəsindən keçməklə taksi ilə Gürcüstan Respublikasının Tbilisi şəhərinə, oradan isə təyyarə ilə Tehrana uçmuşlar. Təyyarə biletlərinin öncədən online qaydada alınması və sair işlərin təşkil edilməsi Samir Məmmədov tərəfindən həyata keçirilmişdir. Tehran hava limanında onları Samir Məmmədovun əvvəlcədən tanıdığı təxminən 50-55 yaşlarında olan özünü Kərbəlayi kimi təqdim edən şəxs qarşılamış və taksi ilə Kərbəlayinin evinə getmişlər. Evdə onlardan başqa təxminən 20 nəfər adlarını xatırlamadığı azərbaycanlı şəxslər olmuşdur. Kərbəlayi deyilən şəxsin evində 5 gün qalmış və həmin müddət ərzində Tehrandaki məscidləri gəzmişlər. Daha sonra onlar birlikdə təyyarə ilə Tehrandan Dəməşq şəhərinə uçmuşlar, oradan isə onlar üçün ayrılmış xüsusi avtobusla Hələb şəhərinə yollanmışlar. Hələb şəhərində yerləşdikləri yer köhnə xarabalığı xatırlatmış, ətrafda hər hansı yaşayış məntəqələri olmamış və qaldıqları bina köhnə bir tikili olmuşdur. Hiss olunmuş ki, həmin yer hərbçilərin təlim düşərgəsi olmuşdur. Oradakı otaqlarda idman etmək üçün avadanlıqlar, eyni zamanda avtomatların saxlanıldığı silah otağı olmuşdur. Oraya çatan kimi hərbiçilər tərəfindən hərbi forma ilə təmin olunmuş, sonra onların hər birinə sərbəst dini ad götürmək təklif edilmişdir. O özünə «Qulam» dini adını götürmüşdür. Oradakı şəxslər Samir Məmmədovu əvvəlcədən tanıdıqları üçün Malik deyə müraciət edirmişlər. Qidalanmaqları üçün yeyib-içmək kənardan gətirilirmiş. Onlar hər gün dini dərslərlə yanaşı, fiziki təlimlərə də cəlb olunmuşlar. Fiziki təlimlərdə bədən tərbiyəsi ilə yanaşı təkbətək döyüş qaydaları, işgəncə zamanı dözümlülük və sair öyrədilirmiş. Təlimlər oradakı hərbçilər tərəfindən aparılırmışdır. Qaldıqları düşərgənin mühafizəsi özləri tərəfindən növbəlilik əsasında avtomat silahı ilə təchiz olunmuş formada aparılırmışdır. X4, İsrail və digər düşmənlərlə gələcəkdə aparılacaq müharibələrdən söhbət edərək, bu mübarizənin “şiələrin” və “Hüseynçilərin” haqq işi olduğunu təbliğ edirmişlər. Orada olduqları müddətdə onları hərbiçilərin müşayiəti ilə təxminən 500 metr məsafədə yerləşən poliqona da aparırmışlar. Poliqonda əsasən avtomat silahdan istifadə qaydaları, atışlar, küçə döyüşlərinin hansı qaydada aparılmasına dair təlimlər almışlar. Hər dəfəsində atış üçün hər bir kəsə 3 güllə vermişlər. Ona və digər azərbaycanlıların hər birinə yalnız “kalaşnikov” avtomatı təhkim edilmiş və yalnız həmin silahdan istifadə qaydalarını öyrətmişlər. Təlimin sonuncu günü ona və digər təlimdə iştirak edən hər bir kəsə Kəbleyi kimi tanıdıqları şəxs tərəfindən 500 ABŞ dolları pul verilmişdir. Təxminən 20 gün həmin düşərgədə qaldıqdan sonra gəldikləri marşrutla geri qayıtmışlar. 24 dekabr 2019-cu il tarixdə rəsmi sənədi əsasında Gürcüstandan «Qırmızı Körpü» sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycana yaşadığı kəndə qayıtmışdır. Növbəti dəfə 01 fevral 2020-ci il tarixdə yenə də Samir Məmmədovun təklifi ilə hərbi təlimlərdə iştirak məqsədi ilə birlikdə «Qırmızı-körpü» keçid məntəqəsindən keçməklə taksi ilə Gürcüstan Respublikasının Tbilisi şəhərinə, Tbilisi şəhərindən Tehran şəhərinə, oradan Dəməşqə, daha sonra isə Hələb şəhərindəki təlim düşərgəsinə getmişlər. Təlimdə iştirak edən şəxslər tam əvvəlki şəxslər olmamış, həmin şəxslərin içərisində təlimlərdə əvvəllər görmədiyi, oraya yeni gəlmiş azərbaycanlılar olmuşdur. İkinci dəfə getdikləri təlimlərdə də eyni ilə birinci dəfəki təlimdə olduğu kimi avtomat silahdan istifadə qaydaları, atışlar, küçə döyüşlərinin hansı qaydada aparılmasına dair təlimlər almışlar. İkinci təlimdən sonra ona və digər şəxslərə əvvəlki təlimdə olduğu kimi 500 dollar deyil, 1000 dollar pul vermişlər. Hərbi təlimləri başa vurub 04 mart 2020-ci il tarixdə Rusiya Federasiyası istiqamətindən «Samur» sərhəd-buraxılış məntəqəsindən keçməklə Azərbaycana qayıtmışdır. Törətdiyi cinayət əməli ilə bağlı xarici ölkə ərazisində məhkum olunmamışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 2020-ci ilin mart ayının 04-dən Azərbaycan Respublikasına qayıtdıqdan sonra bir daha ölkəni tərk etməmişdir. Törətdiyi əməldən peşmandır, peşmançılığını tutulmamışdan əvvəl hiss etmiş və bir daha İran, oradan isə Suriyaya getmək fikrindən daşınmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ildən tutulanadək olan müddət ərzində İslam dininin Şiə təriqətinin Cəfəri məzhəbi üzrə ibadət etmiş, ibadətə başladığı dövrdən dini ədəbiyyata marağı olmuş, dini biliklərini artırdıqca İslam dininin Əhli-Sünnə təriqətinə ibadət edən sələfilərə qarşı nifrəti olmuş və onların Əhli-Sünnə adı altında uydurduqları sələfi məzhəbini qəbul etməmişdir. Ümumiyyətlə onun özü, həmçinin İran İslam Respublikasında yaşayan dayısı Ruhulla Axundzadə, sonuncunun övladları Əli və Məhəmmədəli Axundzadələr, eləcə də digər Əhli-Şiə məzhəbi üzrə İslam dininə ibadət edən məzhəb yoldaşları Əhli-Sünnə təriqətinin sələfi məzhəbini islam dinindən saymırlar və onlara qarşı mübarizə aparırlar. 2019-cu ilin təxminən sentyabr ayında İranda yaşayan dayısı oğlu Əli Axundzadə onu İrana dəvət etmişdir. O, dəvəti qəbul edərək 2019-cu ilin təxminən sentyabr ayının ortalarında X22 şəhərində Əli Axundzadənin yaşadığı evə gəlmişdir. Əli Axundzadə onu qarşılamış və onlar birlikdə «Məsumə xanım»ın ziyarətgahına getmişlər. Təxminən 2 həftə İranda qaldıqdan sonra X26 Ərəb Respublikasında Əhli-Şiələrin Əhli-Sünnə təriqətinin Sələfi məzhəbinin üzvlərinə qarşı silahlı mübarizə apardığını və oraya getməklə «Xanım Zeynəb»in ziyarətgahını silahla silahlanaraq sələfilərdən müdafiə etməyin vacibliyini ona bildirmişdir. Əli Axundzadə həmçinin ona Suriya Ərəb Respublikasında əfqanlardan, ərəblərdən, pakistanlılardan, iraqlılardan ibarət müqavimət ordusunun formalaşdığını, lakin azərbaycanlılardan ibarət müqavimət ordusunun olmadığını da demişdir. Sələfilərə qarşı nifrəti olduğundan Əli Axundzadənin həmin təklifini qəbul edərək sələfilərə qarşı silahlı mübarizə aparmaqda din qardaşlarına kömək etmək qərarına gəlmişdir. Həmin məqsədlə 2019-cu ilin oktyabr ayının əvvəllərində o, Əli Axundzadə, digər dayısı oğlu Ehtiram Axundzadə ilə birlikdə İranın Qum şəhərində yerləşən azərbaycanlılardan ibarət şiə mücahidlərinin olduğu evə getmişlər. Orada onlarla birlikdə Suriyaya getməli olan təxminən 30-a yaxın Azərbaycan Respublikasının müxtəlif rayonlarından olan mücahidlər toplaşmışmışlar. Həmin ünvanda tam formada yığıldıqdan sonra avtobusla İranın Tehran şəhərində yerləşən “İmam Xomeyni” hava limanına getmişlər. Orada onlara guya iranlı olduqlarını təsdiq edən saxta sənədlər verilmişdir. Həmin sənədlərdə onun adı Şakir Əmini kimi qeyd edilmişdir. Digər mücahidlərin sənədlərində də onların adları İran vətəndaşlarının daşıdığı soyad və adlara uyğun hazırlanmış adlar olmuşdur. Sənədləri onlara hava limanında tanımadığı şəxs təqdim etmişdir. Sənədləri əldə etdikdən sonra yük təyyarəsinə əyləşmişlər və 2 saatdan sonra Suriya Ərəb Respublikasının Dəməşq şəhərinə çatmışlar. Dəməşq hava limanında onların sənədlərini yoxlayaraq təhvil almışlar. Daha sonra Livanlı, milliyyətcə ərəb olan adını hazırda xatırlamadığı şəxs onları qarşılayaraq Suriya Ərəb Respublikasının Hələb şəhərinə aparmışdır. Hələb şəhərində bütün dəstə üzvlərinə “Kalaşnikov” markalı silah verilmişdir. Beləliklə də “Hizbullah” (Hüseyniyyun) silahlı qruplaşmasının azərbaycanlılardan ibarət müqavimət ordusu yaradılmışdır. Bildiyi qədəri ilə Suriya Ərəb Respublikasının Hələb şəhərində “Hizbullah”ın digər millətlərdən olan müqavimət qruplaşmaları da olmuşdur. Onlar 2 mərtəbəli kazarma tipli binada yerləşmişlər. Mütəmadi olaraq silahdan atış qaydalarını öyrənərək təlimlər keçməyə başlamışlar. Silahlı qrupun rəhbəri milliyyətcə ərəb, lakin qrup üzvləri hamısı azərbaycanlılardan ibarət olmuşdur. Onlar ərzaqla və “Hizbullah” müqavimət ordusuna məxsus hərbi geyimlə təmin edilmişlər. Milliyyətcə ərəb olan komandir kimi müraciət etdikləri şəxs hər birinə dini ləqəb götürməyi tapşırmış, onu dini ləqəbi “Heydər” olmuşdur. Təlimlərdən sonra onlar həmin dövrdə döyüşlərin getdiyi Suriya Ərəb Respublikasının İdlib şəhərinə gedəcəkmişlər. Əvvəlcədən təlimlərin nə zaman bitəcəyi və döyüşlərə nə zaman qatılacaqları onlara bildirilməmişdir. 30 nəfərə yaxın azərbaycanlılardan ibarət silahlı qrupun üzvləri arasında Ruhulla dayısının oğlu Əli (dini ləqəbi-Höccətullah), Vüqar dayısının oğlu Ehtiram (dini ləqəbi-Ələmdar), dini ləqəbləri Hür, Əliəkbər olan və hazırda adlarını və dini ləqəblərini xatırlamadığı, lakin üzdən gördüyü zaman tanıya biləcəyi şəxslər olmuşdur. Təxminən 20 gündən sonra təlimin ilkin dönəmi sona çatmışdır. Təlim yekunlaşdıqdan sonra ona və digər təlim alan şəxslərə 1.000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. 2019-cu ilin oktyabr ayının ortalarında avtobusla Suriya Ərəb Respublikasının Hələb şəhərindən Dəməşq şəhərindəki hava limanına gəlmişlər. Orada onların guya iranlı olduqlarını təsdiq edən sənədlər təqdim edilmişdir. Dəməşq hava limanında yük təyyarəsinə əyləşmişlər və əvvəlcə İranın Tehran şəhərinə, oradan isə avtobusla Qum şəhərinə gəlmişlər. Bütün dəstə üzvləri Qum şəhərində onlar üçün ayrılmış evdə yerləşmişlər. O isə dayısı oğlu Əli Axundzadənin yaşadığı evə getmişdir. 2-3 gün Əli ilə birlikdə qaldıqdan sonra İranı tərk edərək «Astara» sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasına qayıtmışdır. Digər dəstə üzvlərinin bir hissəsi isə hissə-hissə olmaqla Azərbaycana, yaxud Rusiya Federasiyasına qayıtmışlar. Dəstə üzvlərinin yarı hissəsi Rusiya Federasiyasında yaşayan Əhli-şiə təriqətinə etiqad edən azərbaycanlılar olmuşdur. Təxminən 10 gün ölkə ərazisində qaldıqdan sonra 2019-cu ilin noyabr ayının əvvəllərində Əli Axundzadə ona zəng edərək yenidən təlimlərin başladığını və dəstə üzvlərinin yığışdığını, onun da İrana gəlməli olduğunu bildirmişdir. O Əli Axundzadənin tapşırığı ilə «Astara» sərhəd-buraxılış məntəqəsindən ölkə hüdudlarını tərk edərək İran İslam Respublikasına getmiş, Qum şəhərində yenidən onu Əli Axundzadə qarşılamışdır. İran İslam Respublikasında 20-25 gün qaldıqdan sonra 2019-cu ilin təxminən dekabr ayında Əli və digər ilk dəfə onunla birlikdə təlimdə iştirak etmiş və təlimə qatılacaq yeni müqavimət üzvləri ilə birlikdə eyni qayda ilə Suriya Ərəb Respublikasının Dəməşq şəhərinə getmişlər. Oradan yenidən Hələb şəhərindəki təlim yerlərinə gəlmişlər və yenidən təlimlərə davam etmişlər. Təxminən 20 gün təlim keçdikdən sonra ona və digər təlimçilərə 1000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. 2019-cu ilin dekabr ayının sonlarına yaxın onlar eyni qaydada əvvəlcə İranın Tehran şəhərinə, oradan isə Qum şəhərinə qayıtmışlar. O dayısı oğlu Əli Axundzadənin evində 1-2 gün qaldıqdan sonra Tehran hava limanından əvvəlcə Gürcüstan Respublikasına, oradan isə «Qırmızı Körpü» sərhəd postundan Azərbaycana qayıtmışdır. Təxminən iki aya yaxın Astara rayonunda və Bakı şəhərində qaldıqdan sonra 2020-ci ilin fevral ayının əvvəllərində Əli Axundzadə ona zəng edərək yenidən təlimlərə qoşulmalı olduqlarını ona bildirmişdir. O yenidən Əli Axundzadənin göstərişi ilə «Qırmızı Körpü» sərhəd-buraxılış məntəqəsindən ölkə hüdudlarını quru yolla Gürcüstan Respublikası istiqamətində tərk edərək oradan əvvəlcə təyyarə ilə Türkiyə Respublikasına, oradan isə yenidən təyyarə ilə İran İslam Respublikasının Tehran şəhərinə getmişdir. Yolu yaxşı tanıdığı üçün Tehrandan taksi ilə İranın Qum şəhərinə dayısı oğlu Əli Axundzadənin yaşadığı evə getmişdir. Sonuncunun evində 2-3 gün qaldıqdan sonra yenidən müqavimət ordusunun digər üzvlərinin Tehranda yığışdığı evə getmişlər. Həmin vaxt daha çox həmyerliləri onlara qatılmış və sayları təxminən 100-ə yaxın olmuşdur. 2 gün sonra Xomeyni hava limanına gedərək eyni qaydada əvvəlcə Suriya Ərəb Respublikasının Dəməşq şəhərinə, oradan isə avtobusla Hələb şəhərindəki silahlı təlim aldıqları kazarmaya yığılmışlar. 2020-ci ilin fevral ayının əvvəllərindən həmin ayın sonunadək yenidən təlim keçdikdən sonra rəhbərləri milliyyətcə ərəb olan Livanlı şəxs təlimlərin sona çatdığını onlara bildirmiş və onlara yenidən 1500 ABŞ dolları məbləğində pul vəsaitini paylamışdır. Onlar yenidən bütün təlim iştirakçıları ilə birlikdə eyni qaydada Suriya Ərəb Respublikasının Dəməşq şəhərinə getmişlər. Oradan eyni qaydada əvvəlcə İranın Tehran şəhərinə, oradan isə Qum şəhərinə qayıtmışlar. O yenidən dayısı oğlu Əli Axundzadənin evində 1-2 gün qaldıqdan sonra Tehran hava limanından əvvəlcə Rusiya Federasiyasına, oradan isə hava yolu ilə Azərbaycana qayıtmışdır. Bütün dəstə üzvlərinə ilk öncə Suriya Ərəb Respublikasının Hələb şəhərindəki təlim-toplanış məntəqəsində silahla davranış və atış qaydaları üzrə təlimlər keçirilmiş, daha sonra aldıqları təlimlər üzrə atış təlimlərinə cəlb edilmişlər. Hər bir dəstə üzvünə “kalaşnikov” markalı avtomat silahı təhkim edilmiş və nömrə üzrə dəstə üzvlərinə paylanmışdır. Həmçinin təlim poliqonunda onlar «RPK» və «RPG» tipli silahlardan da istifadə edərək atış qaydalarını öyrənmişlər. Dərs aldıqları və gecələdikləri kazarma 2 mərtəbəli olmuşdur. 1-ci mərtəbədə dərs otağı, 2-ci mərtəbədə isə 3 yaxud 4 yataq otağı yerləşirmişdir. Yataq otaqları təxminən 20 nəfər üçün nəzərdə tutulmuşdur. Yataqları iki mərtəbəli olmaqla alt və üst hissədən ibarət olmuşdur. Yatdıqları, eləcə də dərs aldıqları bina atış poliqonundan 40 dəqiqəlik məsafədə yerləşmişdir. Poliqona 20-25 nəfərlik avtobusla getmişlər. Təlim ərazisinin ətrafında hər hansı yaşayış məntəqəsi olmamış, qaldıqları bina köhnə tikili olmuşdur. Oradakı otaqlarda idman etmək üçün avadanlıqlar, eyni zamanda avtomatların saxlanılması üçün nəzərdə tutulan silah otağı da olmuşdur. Fiziki təlimlərdə bədən tərbiyəsi ilə yanaşı təkbətək döyüş qaydaları, işgəncə zamanı dözümlülük və sair öyrədilmişdir. Qaldıqları düşərgənin mühafizəsi özləri tərəfindən növbəlilik əsasında avtomat silahı ilə aparılmışdır. X4, İsrail və digər düşmənlərlə gələcəkdə aparılacaq müharibələrdən söhbət edərək, mübarizənin “şiələrin” və “Hüseynçilərin” haqq işi olduğunu təbliğ etmişlər. İfadəsinin davamı olaraq Şahid1 göstərmişdir ki, ilk təlimdə təxminən 30-a yaxın, ikinci təlimdə 30-dan bir qədər artıq təxminən 40-a yaxın, üçüncü təlimdə isə 100-ə yaxın müqavimət ordusunun azərbaycanlı üzvləri iştirak etmişdir. Həmin şəxslərin tam müəyyənedici məlumatlarını bilməmişdir. Dayısı oğlu X11 (dini ləqəbi-“Abbas”), digər dayısıoğlu X5 (dini ləqəbi “Ələmdar”), xalasıoğlu İsgəndər (dini ləqəbi “Abbas”), dini ləqəbləri “Ələkbər”, “Ələsgər”, “Hür”, “Zülfüqar” olan şəxslər “Hizbullah”ın müqavimət ordusunun azərbaycanlılardan ibarət müqavimət ordusunun tərkibində xanım «Zeynəb»in ziyarətgahının müdafiəsində iştirak etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2014-cü ilin aprel ayında oxumaq üçün İran İslam Respublikasına getmiş, oraya onu İranın Məşəd şəhərində təhsil alan, əslən Lənkəran rayonundan olan Anar adlı tanışı aparmışdır. Sonuncu ilə birlikdə əvvəlcə Məşəd şəhərinə gedərək oranı ziyarət etmiş, daha sonra Anar onu Təbriz şəhərinə apararaq orada dini təhsil verən universitetlərin birinə yerləşdirmişdir. Anar isə təhsilini davam etdirmək üçün Məşədə qayıtmışdır. O, Təbriz şəhərində cəmi 1 ay dini təhsil almış və təhsilini yarımçıq qoyaraq Azərbaycana Astara rayonuna öz evlərinə geri dönmüşdür. Daha sonra demək olar ki, heç bir işdə işləməmişdir. Bəzi hallarda kimlərinsə yükünü İrana keçirib həmin günü də geri qayıtmış, gördüyü işin müqabilində ona 10 manat pul vermişlər. 2009-cu ildən başlayaraq ibadətlə məşğul olmuş və İslamın şiə məzhəbinə qulluq etmişdir. 2020-ci ilin təxminən yanvar ayında doğma xalası oğlu Şahid1 ona özünün hərbi təlimlərə qatılmaq üçün Suriyaya gedəcəyini demiş, özü ilə birlikdə ona da getməyini təklif etmişdir. O Şahid1 həmin hərbi təlimlərin məqsədini soruşduqda, sonuncu ona məqsədin din uğrunda edilməli bir iş olduğunu, islam dininin düşmənlərinə, yəni vahabilərə qarşı birləşməli, lazım gəlsə onlara qarşı döyüşməli olduqlarını, habelə “xanım Zeynəb”in hərəmini qorumaq üçün getməli olduqlarını bildirmişdir. Şahid1 həmçinin ona Suriyada “xanım Zeynəb”in məzarını da ziyarət edəcəklərini demişdir. O bir az fikirləşdikdən sonra Şahid1 həmin təklifi ilə razılaşmışdır. O, 2020-ci ilin fevral ayının 2-də Şahid1la birlikdə təyyarə ilə Gürcüstana, elə həmin gün digər təyyarə ilə İran İslam Respublikasının Tehran şəhərinə gəlmişlər. Orada Rza adlı əslən azərbaycanlı olan və İranda yaşayan şəxs onları qarşılayaraq Suriyaya getmək üçün toplanmış şəxslərin olduğu hərbi düşərgəsinə gətirmişdir. Həmin düşərgədə onların, yəni Azərbaycandan olan dindarların başçısı əslən Gəncə şəhərindən olan Musa adlı şəxs olmuşdur. Orada onlarla birlikdə dayısı oğlu Əli Axundzadə və digər dayısı oğlu Ehtiram Axundzadə adlı İranda yaşayan şəxslər də olmuşdur. X24 dayısının oğludur. Onlar Tehranda yerləşən hərbi düşərgədə 3 gün qalmış və həmin 3 gün ərzində onlar demək olar ki, heç bir hərbi təlim keçməmiş, orada onlara ancaq Suriyaya gedəcəklərini və hansı məqsədlə gedəcəkləri barədə müntəzəm təlimatlar verilmişdir. Orada onlara məzlum Suriya xalqının yaşadığı əzablardan, din qardaşlarının onları o bəladan qurtara biləcəklərindən danışılmışdır. 3 gün tamam olduqdan sonra onlar qeyd etdiyi həmin şəxslərlə birlikdə Suriyanın Dəməşq şəhərinə təyyarə vasitəsilə getmişlər. Təyyarədən endikdən sonra onları avtobusla Hələb şəhərinə aparmışlar. Hələb şəhərində köhnə bir villada qalmışlar. Suriyada təxminən 10 gün qalmışlar. Həmin 10 gün ərzində onlara həm hərbi təlimlər keçirilmiş, həm də onlarla psixoloji söhbət aparılmışdır. Hərbi təlimlər nəzəri və praktiki olmaqla iki yerə ayrılmışdır. Nəzəri təlimlər həmin villada keçirilmişdir. Təlimləri keçən şəxs hazırda adını xatırlamadığı iranlı şəxs olmuş, sonuncu fars dilində danışmış və yanında cənubi Azərbaycandan olan bir şəxs onun dediklərini tərcümə etmişlər. Praktiki təlim olaraq, onlar həmin 10 gün müddətində 2 dəfə atış təliminə cəlb olunmuşlar. Birinci atış təlimində onlara “AK-74” markalı odlu silah və atmaq üçün 6 ədəd güllə verilmişdir. Güllələrin 3-nü dizüstə atışla, 3-nü isə uzanıqlı vəziyyətdə atmışlar. İkinci atış təlimində onlara “Pulemyot Kalaşnikov” markalı odlu silah verilmiş və 11 güllənin uzanıqlı vəziyyətdə atışını keçmişlər. Hərbi atış təlimlərindən əlavə onlara hər gün psixoloji motivasiyalar verilmişdir. Orada hər gün deyilirmiş ki, məzlum Suriya xalqını onlar o əzablardan qurtarmalıdır və din düşmənləri olan vahabilərə qarşı birləşməlidirlər. Orada onlara ləqəblər də verilmişdir. Özünün ləqəbi Abbas olmuş, onunla birlikdə gedən Eltun, Musa, Əli və Ehtiramın ləqəblərini xatırlamamışdır. Onların dəstəsinə həm də “Zeynəb hərəminin müdafiəçiləri” adı verilmişdir. Dəstənin başçısı əslən Gəncə şəhərindən olan Musa olmuşdur. Təlimin sonunda Suriyalı bir şəxs ona 1000 dollar pul vermişdir. O əvvəldən onlara pul veriləcəyini bilməmiş, özü pul müqabilində oraya getməmiş, sadəcə dini düşmənlərinə qarşı mübarizə aparmaq məqsədilə döyüş təlimlərinə qatılmışdır. 10 gün Suriyada hərbi təlimlərə qatıldıqdan sonra onlar yenidən Tehrana qayıtmış və orada 1 gün qalıb təyyarə ilə Rusiyanın Moskva şəhərinə getmişlər. Nəhayət xx.xx.2020-ci il tarixində Rusiyadan təyyarə ilə Azərbaycana qayıtmışdır. Bundan sonra o Azərbaycan hüdudlarından kənarda heç bir döyüş təlimlərinə qatılmamışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-in 10 noyabr 2022-ci il tarixli, 2965 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlik qeyd olunmamış, hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməməsinə və ya idarə edə bilməməsinə səbəb olan psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 oktyabr 2022-ci il tarixli “tutulma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdə saat 20:45-də şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilməyə başlandığı 31 oktyabr 2022-ci il saat 13:20-dan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 07 (yeddi) gün müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 31 oktyabr 2022-ci il tarixən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2019-cu il tarixdə saat 09:57 dəqiqədə «Qırmızı Körpü» sərhəd-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası ərazinə keçmiş, 24 dekabr 2019-cu il tarixdə saat 21:53 dəqiqədə isə oradan geri Azərbaycana qayıtmışdır. 01 fevral 2020-ci il tarixdə saat 17:31 dəqiqədə «Qırmızı Körpü» sərhəd-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikasına getmiş, 04 mart 2020-ci il tarixdə saat 02:47 dəqiqədə «Samur» sərhəd-buraxılış məntəqəsindən keçməklə Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid1 barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə tələbnaməsindən görünür ki, Şahid1 xx.xx.2020-ci il tarixdə «Qırmızı Körpü» sərhəd-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası ərazinə keçmiş, xx.xx.2020-ci il tarixdə isə «Samur» sərhəd-buraxılış məntəqəsindən keçməklə Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 noyabr 2022-ci il tarixli “fotoşəkil üzrə tanınma” protokolundan görünür ki, tanınma zamanı X8 ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərindən dərhal tanıdığını, həmin şəxsin onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş əslən Qazax rayonundan olan Tural adlı şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil - Təqsirləndirilən şəxs fotoşəkilidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 noyabr 2022-ci il tarixli “fotoşəkil üzrə tanınma” protokolundan görünür ki, tanınma zamanı Şahid1 ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərindən dərhal tanıdığını, həmin şəxsin onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş əslən Qazax rayonundan olan «Qulam» ləqəbli şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil - Təqsirləndirilən şəxs fotoşəkilidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 noyabr 2022-ci il tarixli “fotoşəkil üzrə tanınma” protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərindən tanıdığını, həmin şəxsin onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş soyadını bilmədiyi, ləqəbini xatırlamadığı əslən Astara rayonundan olan Eltun adlı şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil - Şahid1 fotoşəkilidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 noyabr 2022-ci il tarixli “fotoşəkil üzrə tanınma” protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 1 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərindən dərhal tanıdığını, həmin şəxsin onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş əslən Astara rayonundan olan «Abbas» ləqəbli şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil - X2 fotoşəkilidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 noyabr 2022-ci il tarixli “fotoşəkil üzrə tanınma” protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 4 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərindən dərhal tanıyaraq həmin şəxsin onlar kimi İran vasitəsilə Suriya ərazisinə aparılaraq orada hərbi təlim keçən şəxslərin rəhbərlərindən biri olan «Musa» ləqəbli Rövşən Əsədov olduğunu bildirmişdir. Fotocədvəldə 4 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil - X9 fotoşəkilidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 noyabr 2022-ci il tarixli “fotoşəkil üzrə tanınma” protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 3 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərindən dərhal tanıyaraq həmin şəxsin Suriya ərazisinə aparılaraq orada hərbi təlim keçən şəxslərin rəhbərlərindən biri olan «Musa» ləqəbli Rövşən Əsədovun köməkçisi olan «Əkrəm» ləqəbli şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 3 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil - X10 fotoşəkilidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat Baş İdarəsinin 13 oktyabr 2022-ci il tarixli və 24 oktyabr 2022-ci il tarixli məktublardan çıxarışlardan görünür ki, İran İslam Respublikasının X1 Korpusunun (İİMK) nəzarəti və koordinasiyası altında İran ərazisində Azərbaycan Respublikası vətəndaşlarından ibarət yaradılmış qanunsuz silahlı birləşmənin tərkibində hərbi təlimlərə cəlb olunmuş şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs ilə Şahid1 Suriya ərazisində hərbi təlimlərə cəlb olunmalarına dair təsdiqlənmiş məlumatlar əldə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə ünvanlanmış 15 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, ………………. «Hüseyniyun» təşkilatının ifşasından sonra 2019-cu ilin əvvəllərində İran İslam Respublikasının X1 Korpusu (İİMK) tərəfindən yeni silahlı birləşmə yaradılmışdır. Təşkilatın qərargahı İranın Qum şəhərində, «Meydani Cihad» yolunda, Bacək adlı qəsəbədə yerləşir, rəhbəri Azərbaycan Respublikasının vətəndaşı X12r. Hərbi təlimlər Suriyada 20-25 gündən bir «Hizbullah» tərəfindən keçirilir və 20-30 gün aralığında davam edir. X27 Respublikasının X1 Korpusunun (İİMK) əməkdaşı xx.xx.1981-ci il təvəllüdlü Əkbər Vətənxah kurasiya edir. Əkbər Vətənxah 2016-2017-ci illərdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində İİ katib vəzifəsində xidmət etmişdir, İİMK-ya mənsub olmuşdur. Rusiya Federasiyasından olan şəxslərin təlimlərə cəlb olunması Rusiya Federasiyasında yaşayan Azərbaycan Respublikasının vətəndaşı X14 (2021-ci ilin sentyabr ayında Kiprdə israilli biznesmenə qarşı terror aktı hazırlayarkən həbs olunmuşdur) tərəfindən həyata keçirilmişdir. Təşkilata qoşulmaq üçün namizədlər şəxsi tanışlıq əsasında seçilir və öyrənilir. Daha sonra namizədlər Tehrana gedərək İİMK və Hizbullahın nümayəndələri tərəfindən sorğu-sual (tərcümeyi-hal məlumatları, fiziki durumu, hər hansı xəstəliyinin olub-olmaması, könüllü iştirak etmək istəməsi və s.) edilir. Təşkilatın İranda yaşayan hər bir üzvünə aylıq 578 ABŞ dolları məbləğində əmək haqqı, Azərbaycan Respublikasından gələrək təlimlərə qoşulan üzvlərinə isə 1000-15000 ABŞ dolları pul mükafatı verilir. 2019-2020-ci illərdə İrana, oradan isə Suriyaya çıxarılaraq hərbi təlimlərə cəlb edilmiş həmin şəxslər İran İslam Respublikasının X1 Korpusunun tapşırığı əsasında Azərbaycanın hüquq-mühafizə orqanlarının diqqətindən yayınmaq məqsədilə Azərbaycan-Gürcüstan-İran, Azərbaycan- Türkiyə-İran, Azərbaycan-Rusiya-İran marşrutları üzrə ölkə xaricinə çıxarılmış və ümumvətəndaşlıq pasportlarına İrana səfərlərinə dair giriş-çıxış möhürləri vurulmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Əks-kəşfiyyat baş idarəsinin 24 oktyabr 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.1981-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Qazax rayonunun Dəmirçilər kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs və xx.xx.1992-ci il tarixdə Astara rayonunda anadan olmuş, Astara rayonunun Rüdəkənar kəndində qeydiyyatda olan Şahid1 İran İslam Respublikasının X1 Korpusunun (İİMK) nəzarəti və koordinasiyası altında İran ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin tərkibində Suriya ərazisində hərbi təlimlərə cəlb olunmalarına dair təsdiqlənmiş məlumatlar əldə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci il tarixdə cəza müddətinin başa çatması ilə azad olunmuşdur. Həmçinin Qazax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci-ci maddələri ilə təqsirli bilinib 02 il islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” PHŞ-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamış və qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, arxiv məlumatlarına əsasən Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Dəmirçilər kəndində qeydiyyatda olmaqla həmin ünvanda oğlu xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən, Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmək məqsədi ilə fəaliyyət göstərən sabit qrupun tərkibində Təqsirləndirilən şəxs təlimlərdə iştirak etməsi tam sübuta yetirilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır. Belə ki, təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs, iş üzrə şahid qismində dindirilmiş X2 və Şahid1 ifadələrini Təqsirləndirilən şəxs ölkə ərazisinə giriş-çıxışına dair hesabatlar əks olunmuş “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə tələbnamə ilə müqayisəli şəkildə təhlil etdikdə, sonuncunun həqiqətən də 22 noyabr 2019-cu il tarixdə saat 09:57 dəqiqədə, o cümlədən 01 fevral 2020-ci il tarixdə saat 17:31 dəqiqədə «Qırmızı Körpü» sərhədburaxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikasına getməsi və oradan da Suriya Ərəb Respublikasının Hələb şəhərinə gedərək hərbi təlimlərdə iştirak etməsi tam təsdiq olunur. Həmçinin iş materiallarında olan “fotoşəkil üzrə tanınma” protokollarından da görünür ki, ayrı-ayrılıqda Təqsirləndirilən şəxs, X8 və Şahid1 bir-birini tanımışlar və eyni bir dövrdə Suriya Ərəb Respublikasının Hələb şəhərinə gedərək hərbi təlimlərdə iştirak etdiklərini təsdiq etmişlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini isə Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən cinayətin tamah məqsədi ilə tördəilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə də məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283- 1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəlləsinin 12.5-ci maddəsinə əsasən, bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən CM-nin 128.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlərin təsnifatına aiddir. CM-nin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2015-cı il tarixdə cəzanın sonu ilə azadlıqdan məhrum etmə cəzasından azad olunmuş və onun məhkumluğu ödənilmişdir. CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər, həmçinin 18.4.3-ci maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi mövcud deyildir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs X3 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Ona görə də məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsi tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 07 (yeddi) gün müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 31 oktyabr 2022-ci il tarixən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs bu günədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 31 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 210 (iki yüz on) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 31 oktyabr 2022-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 210 (iki yüz on) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-291/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-291/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver