Məhkəmə qərarları › İş №1(100)-291/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-291/2025

05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-291/2025 05.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İbişov İlkin İlqar oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X3 və X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 11,875 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib onu ayrı-ayrılıqda təmiz çəkiləri 1,081 qram, 1,508 qram, 1,035 qram, 2,202 qram, 1,384 qram, 1,457 qram, 0,955 qram, 1,256 qram və 0,997 qram olmaqla doqquz hissəyə bölməklə üzərində daşıyaraq saxlamış, 26 may 2024-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 16:40 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən Gəncə şəhəri, İcra Hakimiyyətinin yaxınlığında saxlanılaraq ünvan 8is İdarəsinə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən 9 ədəd sellofan torbacıqda təmiz çəkiləri 1,081 qram, 1,508 qram, 1,035 qram, 2,202 qram, 1,384 qram, 1,457 qram, 0,955 qram, 1,256 qram və 0,997 qram, ümumi təmiz çəkisi 11,875 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, xx.xx.2024-cü ildə səhər yaşadığı evdə olarkən onu çağırmış, həyətə düşüb qapını açanda çöldə sonradan adlarını bildiyi polis əməkdaşları Şahid2, Şahid1 və başqa tanımadığı şəxslər olmuşdur. Şahid2 ilə digər yaxındakı şəxs qolundan tutaraq onu saxlamış, Şahid1 isə evə daxil olaraq baxıb çıxmışdır. Daha sonra onu blokun qarşısında “Cip” markalı avtomobilə əyləşdirərək Gəncə Şəhər BPİ-yə aparmışlar. Gəncə şəhər BPİ-yə apardıqdan sonra onu bir otağa salıb boynuna narkotik vasitə qoyacaqlarını desələr də, narkotik vasitəni qəbul etməmiş, belə olduqda ona qarşı fiziki zorakılıq göstərərək zorla boynuna qoymuş, olanları məhkəmədə və prokurorluqda danışmamağı demişlər. Gəncə Şəhər BPİ-nin 2-ci mərtəbəsində onu bir otağa aparıb bir müddət orda saxlamış, üzərinə videoçəkilişlə şəxsi baxış keçirəcəklərini və həmin videoçəkilişdə qoyduqları narkotik vasitəni evinin yaxınlığından tapdığını deməli olduğunu bildirmişlər. Məcburiyyət qarşısında onlarla razılaşmış, videoçəkilişdə isə narkotik vasitəni yerdən tapıb saxladığını demişdir. Daha sonra prokurorluğa gedərkən ona qarşı fiziki zorakılıq göstərərək narkotik vasitəni boynuna qoyduqlarını demiş, eyni sözləri məhkəməyə çıxanda da bildirmişdir. Daha sonra müstəntiq ona KPZ-də (müvəqqəti saxlama yerində) onu buraxacaqlarını bildirmişlər. Kağız gətirərək qismən razıyam yazdırıb imza çəkdirmişlər. Məhkəmədən onu istintaqa qaytarmışlar. Polislərin onu saxlama səbəbi isə, özünün sosial şəbəkələrdə “tik-tok”da müxtəlif paylaşımlar etməsi olmuşdur. Sosial platformada “Aşxana” adlanan yerdəki yemək setləri, vəfat etmiş anasının müayinə və müalicəsi ilə bağlı həkimin yol verdiyi səhlənkarlıq, sonrakı dövrdə isə “oğru” aləminin üzvlərini tənqid etməsi ilə bağlı çıxışlar etmiş, polis əməkdaşları özləri onu həmin hallarla bağlı saxladıqlarını bildirmişlər. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, sosial şəbəkədə paylaşım etdikdən sonra bundan əvvəl də Gəncə şəhər BPİ-nin əməliyyatçıları onu saxlamış, onlara paylaşımlarının səbəbini açıq şəkildə bildirmişdir. Əməliyyatçılar onu əvvəl saxlayanda narkotiklə bağlı heçnə bildirməmiş, bundan əvvəl bir dəfə də may ayında şöbəyə aparmışlar. Bundan sonra da bir dəfə onu “oğruları” tənqid etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Özündə anadangəlmə kəllə-beyin tramvası xəstəliyi olmuşdur. Narkoloji ekspertizaya aparılmış, ekspertiza zamanı nümunəni qolundan qan çıxarıb götürmüşlər. Narkoloji ekspertizanın nəticəsinin nə olduğunu deməmiş, psixi təzyiqlə bərabər əlavə fiziki təsir də göstərmişlər. Bədən səthində fiziki zorakılıq izləri olmuş, təcridxanaya gedərkən bədənindəki xəsarətləri desə də qeyd etməmişlər, səbəbini isə bilmir. “Tiktok” sosial şəbəkəsində həkim Arif Qurbanov haqqında anasının cərrahi əməliyatında səhlənkarlığa yol verməsi ilə bağlı paylaşım etmiş, Gəncə şəhər BPİ-nin əməliyyatçıları ona həmin həkimlə bağlı paylaşım etməməyimi demiş, sosial şəbəkədə paylaşımla bağlı onu saxlayandan sonra buraxmışlar. Aşxananın sahibi olan Mobil adlı şəxs isə əməliyyatın rəisi Şahinin yanında ona yeməklə bağlı niyə paylaşım etdiyini demiş, Şahin ondan üzr istəməyi tələb etdiyi üçün üzrxahlıq etmişdir. Polisdə ona verilən 9 ədəd büküm 1 bükümün içində olmuş, həmin formada verilmişdir. 3 nəfər polis əməkdaşı tərəfindən yaşadığı evdən aparılmışdır. Onu “Cip” markalı avtomobillə aparılmış, avtomobili Şahid2 idarə etmiş. Məhkəmədən heç bir günahı olmadığı üçün azad edilməsini və bəraət verilməsini xahiş edir. Məhkəmədən fərqli olaraq ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, ..... ünvan 3 ünvanında ailəsilə birlikdə yaşayır. Bir neçə müddətdir ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroini çəkməklə istifadə etmiş, xx.xx.2023-cü ildə səhər yaşadığı Gəncə şəhəri, Atatürk prospekti 249 ünvanda piyada gedərkən yerdə ağ rəngli sellofan büküm görmüş, diqqətini cəlb etdiyi üçün yerdən götürüb içərisinə baxdıqda 9 ədəd kiçik sellofan torbacıq olduğunu görmüş, həmin bükümləri bir-bir açıb içərisinə baxan zaman bükümlərin içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu görmüş, götürüb cibinə qoymuşdur ki, fürsət olanda istifadə etsin. Günortadan sonra o 16:40 radələrində Gəncə şəhər İcra Hakimiyyəti yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu Gəncə şəhər BPİ-yə dəvət etmişlər. O polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİyə getmiş, vəkil gəldikdən sonra protokol və digər sənədlər tərtib olunub imzalanmış, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı onun əynində olan boz rəngli koftanın sol yan cibindən özünə məxsus 1 ədəd arxası qırmızı rəngli “Samsung” markalı mobil telefonu və əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən yuxarda qeyd etdiyi şəraitdə əldə etdiyi içərisində narkotik vasitə heroinlər olan bir ədəd büküm aşkar edilmiş onun içində 9 ədəd şəffaf rəngli kiçik büküm ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, zərfə qoyulub qablaşdırılmışdır. İstintaqın sonrakı dövründə isə təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlu elаn edilmiş ittihаm üzrə özünü təqsirli bilməyərək məhkəmədəki ifadəsi ilə eyniməzmunlu ifadə vermiş, 03 iyun 2024-cü il tarixli ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə təxminən saat 16 radələrində yaşadığı Gəncə şəhəri, Atatürk prospekti 249, ev 3A, mənzil 1 ünvanında olan zaman onu aşağıdan səsləmiş, eyvana çıxdıqda onu çağıran polis əməkdaşının “Rıjı Şahin” ləqəbli polis olduğunu görmüş, sonuncu ona aşağı düşməyi demişdir. Blokun qapısına çıxmış, üç nəfər şəxs onun qoluna girib əlində olan “Samsung” markalı mobil telefonu və açarı əlindən almış, onu avtomobilə əyləşdirib Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. İdarədə onu otağa salıb stolda oturmağı demiş, üzərinə narkotik vasitə qoyacaqlarını və videoçəkilişlə keçiriən şəxsi-axtarış zamanı həmin narkotik vasitəni həyətdə gəzən zaman tapmağını deməyini bildirmişlər, etiraz edib stolda olan sancağı götürüb qolunu kəsmək istəyəndə sancağı əlindən almış, ona badalaq verərək yerə yıxmışlar. Polis əməkdaşları ayaqlarını əlinin üzərinə qoyub narkotik vasitənin ona məxsus olmasını deməyi təkid etmiş və polis əməkdaşlarından videoçəkilişdə pencəkdə olan şəxs şalvarının qabağını açaraq üzərinə i..ş..ycəyini demişdir. O da qorxaraq polis əməkdaşlarına “nə deyirsiz edəcəm” demiş, sonra əlini arxadan qandallamış və ağzıüstə uzandırmışlar. Polis əməkdaşlarından biri arxaya çəkərək “dubinka”-nı onun arxa hissəsinə soxacaqlarını, ona dediklərini prokuror və hakimin qarşısında deməyi, əks təqdirdə deyəcəklərini edəcəklərini bildirmiş, onu gətirən polis əməkdaşlarından biri narkotik vasitə gətirib göstərərək “heroin” olduğunu deyib cibinə qoymuş, videoçəkiliş zamanı dediklərini deməyi bildirmiş, aşağı mərtəbəyə aparmış, üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparmışlar, orada polis əməkdaşlarının üzərinə qoyduqları 1 bükümün içində olan doqquz büküm “kakos” dedikləri heroin aşkar edilib götürülmüşdür. Videoçəkilişdə polis əməkdaşlarının ona dedikləri kimi üzərindən aşkar edilmiş heroini guya küçədən, yaşadığı binanın yaxınlığından tapdığını demişdir. Polis idarəsində ona tanımadığı polis əməkdaşı, videoçəkilişdə pencək geyinən polis əməkdaşı fiziki və psixoloji təsir göstərmişdir. Digər iki nəfər şəxsi isə, o tanımamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin ona məxsus deyildir, həmin narkotik vasitəni polis əməkdaşları Gəncə şəhər baş polis idarəsində üzərinə qoymuşlar, polis idarəsində olan zaman onu döyüb psixoloji təsir göstərmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Gəncə şəhər Baş Polis İdarəsinin narkotiklə mübarizə idarəsinə Təqsirləndirilən şəxs narkotiklərin dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəhbərliyə məruzə etdikdən sonra Şahid2 ilə birlikdə şəxsin olduğu ünvana getmişlər. Təxminən saat 16:40 radələrində Gəncə şəhəri Atatürk prospektində şəxslə qarşılaşmış, şəxsə onun barəsində əməliyyat məlumatı daxil olduğunu bildirib şöbəyə dəvət etmişlər. Şəxs onlarla birlikdə Gəncə şəhər baş polis idarəsinə gəlmiş, polis idarəsinə aparıldıqdan sonra təhqiqatçının otağına çıxarılmış, üzərinə baxış keçirilmiş, üzərindən 09 büküm təxminən 14-15 qram narkotik vasitə aşkar olunmuşdur. Şəxs aşkar olunan narkotik vasitəni evinin yaxınlığından tapdığını bildirmiş, narkotik vasitə qablaşdırılıb götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatı Gəncə şəhər CAİ-yə daxil olmuş, məlumat onun tərəfindən rəsmiləşdirilmişdir. Əvvəllər Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmamış, şəxs üzərindən aşkar olunan narkotik vasitəni yerdən tapdığını bildirmiş, saxlanılarkən onlara qarşı hər hansı tabesizlik göstərməmiş, özləri tərəfindən də, şəxsə qarşı psixi və fiziki zorakılıq olmamışdır. Şəxsin üzərinə baxış videoçəkilişlə həyata keçirilmiş, baxışda əvvəldən sona qədər iştirak etmişdir. Şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhəri Atatürk prospektində İcra Hakimiyyətinin yaxınlığında saxlamışlar və həmin vaxt O tək olmuşdur. Şəxsi evində saxlamamışlar. Onun yaşadığı ünvanı tanımır. Əməliyyat axtarış tədbirinə özü və Şahid2 getmişdir. Əməliyyat məlumatı şəxsin narkotik vasitələri saxlaması barədə olmuş, narkotik vasitə satması yoxlanılmamışdır. Şəxsin narkotik vasitəni kimə satdığı, kimdən alması isə, məlum olmamışdır. Əməliyyat axtarış tədbirinə xidməti avtomobillə getmiş, avtomobili özü sürmüşdür. Qollarını bağlamasalar da şəxsin narkotikdən canını qurtarmaq imkanı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 26 may 2024-cü il tarixdə Gəncə şəhər BPİ-yə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin saxlayıb daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumat rəhbərliyə məruzə olunmuş, əməliyyat axtarış qrupu yaradılmış, Şahid1la birlikdə 26 may 2024-cü il tarixdə saat günorta radələrində şəxsin olduğu ünvana yollanmışlar. Şəxs yaşadığı Gəncə şəhəri, Atatürk prospektində müəyyən olunmuş, şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra şəxs saxlanılaraq Gəncə şəhər BPİ-yə dəvət edilmiş, müdafiəçi ilə təmin olunmuş vəkilin təhqiqatçının iştirakı ilə xidməti otaqda şəxsin üzərinə baxış keçirilmiş, şəxs üzərində olan narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Şəxsdən aşkar olunan narkotik vasitə zərfə qoyulub qablaşdırılmış rəsmiləşdirilərək aidiyyəti üzrə göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatı ona daxil olmamış, şəxsi saxlayanda ona şübhənin mahiyyətini izah etmişlər. Xəlil onlara qarşı hər hansı tabesizlik göstərməmiş, ona qarşı da hər hansı təzyiq olmamışdır. Şəxsin üzərinə baxış videoçəkilişlə həyata keçirilmiş, şəxsi axtarışda da iştirak etmiş, narkotik vasitəni özü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitəni evin yaxınlığından tapdığını bildirmişdir, narkotik vasitəni nə məqsədlə saxladığını deməsini isə xatırlamır. Şəxsi saxlayanda ona şübhənin mahiyyətini izah etmiş, məlumat şəxsin üzərində narkotik vasitənin saxlayıb daşıması ilə bağlı olmuşdur. Qrup rəhbəri Şahid1 olmuş, şəxs Gəncə şəhəri, Atatürk prospektində saxlanılmışdır, evinə baxış keçirilməmişdir. Üzərindən 9 büküm narkotik vasitə aşkar olunmuş, sonradan xidməti yerini dəyişmiş, həmin vaxtdan sonra istehlakçı, narkotik vasitə alan şəxslərin müəyyən edilməsi ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismndə dindirilmiş, X4 göstərdi ki, MKTB-də süpürgəçi işləyir. Təqsirləndirilən şəxs tanıyır. Onu son dəfə 2024cü il may ayında görmüşdür. Blokun qarşısını süpürəndə 4 nəfər şəxsin avtomobillə gəldiyini, sonradan da Xəlili çağırıb avtomobilə əyləşdirib apardıqlarını görmüşdür. 4 nəfər şəxsdən 2 nəfəri Xəlili qolundan tutaraq zorla aparmış, onu evindən çağırmışlar. Şəxslərdən biri uzun digəri isə, sarıyanız olmuşdur. 4 nəfər şəxs səhər saatlarında gəlmişdir, Xəlilin xalasını tanıyır. Xəlil özü də ziyalı ailənin uşağı olmuş, onun gözü qarşısında böyümüşdür. Polis əməkdaşları Xəlili aparanda xalasına zəng edib bu barədə məlumat vermişdir. Onun iş vaxtı səhər saat 7-dən adətən günortaya qədər davam edir və süpürdükdən sonra evə qayıdır. Xəlili may ayının 26-sı günü saxlamış, həmin günü qızının ad günü olduğu üçün tarix dəqiq yadındadır. Polis əməkdaşları binanın qarşısına hündür cip avtomobillə gəlmiş, içində 4 nəfər şəxs olmuşdur. Əvvəl ikisi, sonra da ikisi düşmüş, Xəlilin saxlanıldığını özü görmüşdür. Xəlil saxlanılanda polis əməkdaşlarına heçnə deməmiş, polislər mülki geyimdə olmuşlar. Polis əməkdaşları Xəlilin qolunu qandallamışlar. Xəlil saxlanıldığı gün üzərində maloçnıy süd rəngli köynək və boz şalvar olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2024-cü il tarixli raport və qərardan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 249, bina 3 A, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan oğlunun qanunsuz olaraq narkotik vasitələri əldə edərək daşıması və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında aşkar və gizli qaydada müvafiq üsullarla əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 16:40 radələrində Gəncə şəhər İcra Hakimiyyəti yaxınlığında salanılaraq Gəncə şəhər BPİ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli üzərində qırmız və qara rəngli yazılar olan koftanın sol yan cibindən bir ədəd qırmızı rəngli “Samsung” markalı mobil telefonu, sonra isə əynində olan göy rəngli cins şalvaranın ön sağ cibindən 1 ədəd ağ rəngli sellofan bükümü təqdim etmiş, bükümün içərisinə baxış keçirilən zaman 9 ədəd sellofan bükümlərdə hər bükümün içərisində qəhvəyi rəngli, kəskin iyə malik ilk görünüşdən narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilmişdir. Şiafhi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin sellofan bükümü xx.xx.2024-cü ildə səhər saatlarında yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının 27 may 2024-cü il tarixli 16/618 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində“ Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd sellofan bükümün içərisində olan 9 ədəd bükümdə olan kütlələr.” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ rəngli sellofan kəsiyi bükümündə olan 9 (doqquz) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,081 qram, 1,508 qram, 1,035 qram, 2,202 qram, 1,384 qram, 1,457 qram, 0,955 qram, 1,256 qram və 0,997 qram ümumi təmiz çəkisi 11,875 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: Heroin ümumi təmiz çəkisi – 11,875 qr, tədqiqata cəmi sərf edildi – 0,45 qr (hər birindən 0,05 qr) qalıq-11,425 qr İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(125)-169/2024 saylı qərarı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 771 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər narkoloji dispanserdən verilən xx.xx.2024- cü il tarixli, 1982 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhəri Psixo-Nevroloji Dispanserdən verilən 279 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci ildən “mərkəzi sinir sisteminin üzvi zədələnməsi nəticəsində ağıl zəifliyi” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının 04 iyun 2024-cü il tarixli 995 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan kompleks ambulotor məhkəməpsixiatrik və psixoloji ekspertizasının 06 iyun 2024-cü il tarixli 392 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman üzvi mənşəli şəxsiyyət pozuntusu, az ifadəli ağıl zəifliyi ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyindən əziyyət çəkmişdir. O, hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusu, az ifadəli ağıl zəifliyi ilə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, ona şamil edilən cinayəti törədən zaman öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab olaraq Gəncə şəhər BPİ-dən verilmiş xx.xx.2024-cü il tarixli, 3-19-57/2-24855/24 nömrəli məktubdan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinləri satış məqsədilə əldə edib daşıyaraq saxlamış, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN-nin BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN-in BİKİ-dən daxil olmuş telefon danışıqları zamanı əldə edilmiş anten dairələrinə dair məlumatların olduğu “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsin istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə xx.xx.2024-cü il tarixdə saat 15:48 dəqiqədə Gəncə şəhəri, Cavadxan küçəsi 41, “Zoo” market, xx.xx.2024-cü il tarixdə saat 16:40 dəqiqədə xx.xx.2024-cü il saat 15:22 radələrinədək isə Gəncə şəhəri, Ə.Cəmil 4 ünvanında olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan “baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A21S” markalı mobil telefona keçirilmiş baxış zamanı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən yazışma müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübut hesab edilmə haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 11,425 qram 9 ədəd bükümdə olan narkotik vasitə heroinlər və “Samsung Galaxy A21S” markalı mobil telefon cinayət təqibin üzrə icraat başa çatana qədər Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, “şəxsi axtarış və götürmə keçirilməsi”nə dair 1 ədəd “DVD” disk və telefon məlumatların olduğu 1 ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli, 2439 saylı xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli qərardan görünürki, Təqsirləndirilən şəxs saxlanılıb Gəncə şəhər BPİ-nə gətirildikdən sonra üzərinə qanunsuz olaraq narkotik vasitə qoyulması, fiziki zorakılığa və psixi təsirə məruz qalması ilə bağlı xalası X5 müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş Prokurorluğun Xidməti Araşdırmalar idarəsi tərəfindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 7 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanının göstərdiyi kimi təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq və ayrı-ayrı bükümlərdə olması şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Nəzərdən qaçırılmamalıdır ki, qanunvericiliyin ittiham tərəfinə verdiyi istintaq müddəti məhz həmin halların təsdiq yaxud inkar edilməsi, yekun nəticəyə gəlmək üçün hərtərəfli araşdırma aparılmasını, beləliklə də qanunçuluq prinsipinin təmin edilməsi məqsədi daşıyır. İstintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, narkotik vasitə və psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq narkotik vasitəni sifariş əsasında əldə etməsinə) hallara dair hər hansı bir sübut əldə edə bilməmişdir İttiham tərəfi Təqsirləndirilən şəxs tərəfindən aşkar edilən narkotik vasitənin xırda bağlamalara bükülməsini və bu kimi sair hərəkətlər etməsini göstərsə də sonuncunun həmin bükümləri qeyd edilən formada əldə etməsini (istintaqın ilkin mərhələsində videoçəkilişlə keçirilmiş və məhkəmə tərəfindən səmimi olması qəbul edilən ilkin verdiyi ifadələrində tapmasını göstərmişdir) inkar edən hansısa sübut təqdim edə bilməmişdir. Bükümlərin şəxs tərəfindən xırda bükümlərə bölünməsi halı təsdiqini tapsaydı belə şəxsin yuxarıda qeyd edilən istehlakçılarla razılıq əvvəldən sövdələşmə, maddi və sair maraq müqabilində verilməsi faktı təsdiq olunmadığı üçün şəxsin əməli yenə də satış məqsədi olmadan narkotik vasitəni külli miqdarda əldə edib saxlama və daşıma kimi qiymətləndirilməli idi. Nəzərdən qaçırılmamalıdır ki, qeyd edilən bükümlər bir bükümün içində olmaqla keçirilmiş şəxsi axtarışın videoçəkilişdən də göründüyü kimi kifayət qədər möhkəm şəkildə qablaşdırılmış bərk bağlanmış formada olmuşdur ki, istintaq orqanının istintaq fərziyyəsinin doğru olacağı qəbul ediləcəyi halda belə həmin bükümün diqqət çəkmədən və kifayət qədər vaxt və qüvvə və əlavə diqqət cəlbetmədən təyinat yerinə qoyulması və şəxslərə verilməsi mümkün olmazdı. Formalaşmış təcrübəyə əsasən narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan müəyyən maraq (şəxsi istifadə maddi və sair) müqabilində narkotik vasitələrin yerini dəyişən, təyinat nöqtəsinə çatdırılmasında rol oynayan şəxs(lər)in (kuryerlərin) kifayət qədər cəld, şübhə yaratmadan və diqqət çəkmədən hərəkət etməsi tələb olunur. Hazırki halda isə işin faktiki halına görə Təqsirləndirilən şəxs həmin hərəkətləri etməsi mümkünsüz olmaqla yanaşı onun satış məqsədini təsdiq edən əlavə faktorlar müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hallar Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan sırf şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən həmçinin istintaq dövründə inkar edilən və hər hansı halla təsdiq olunmayan barəsində olan əməliyyat məlumatları götürülmüşdür. Cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, sonradan əməliyyat məlumatını inkar edilən informasiyaya əsaslanıb Təqsirləndirilən şəxs narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarından da görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq məhkəməyə təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda işə əlavə edilmiş tək raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə qanunsuz məşğul olması qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində həm şübhəli şəxs həm də təqsirləndirilən şəxs qismində dindirilərkən eləcə də üzərinə keçirilmiş şəxsi axtarış zamanı videoçəkilişdə üzərindən aşkar edilən narkotik vasitəni yerdən tapdığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını göstərmişdir. Məhkəmə baxışında ittiham tərəfinin şahidləri qismində dindirilən Gəncə şəhər BPİnin əməkdaşları da Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, kiməsə narkotik vasitə satması yaxud alması barədə məlumatları olmadığını bildirmişlər. Bundan başqa hələ ibtidai araşdırma zamanı verilmiş telefon danışıqlarına dair məlumatları baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını təsdiq edən hər hansı hal(lar) müəyyən edilməmişdir. Beləliklə, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs da aşkar edilmiş narkotik vasitə heroininin çəkisinin külli miqdarda olması əsas götürülərək satış məqsədi ilə heroini əldə edib saxlaması barədə cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Hadisə vaxtı qüvvədə olan Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİ saylı siyahıya əsasən metamfetamin psixotrop maddədir, onun şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə küçədə deyil yaşadığı evdən polis əməkdaşları tərəfindən çağırılaraq Gəncə şəhər PBİ-yə aparılması, orada olduğu müddətdə ona qarşı psixi və fiziki zorakılıq edilərək, öz mülahizəsinə görə “tik-tok” sosial platformasında etdiyi tənqidi xarakterli paylaşım və fikirlərə (restoranın təqdim etdiyi menyulara, anasının cərrahi əməliyyatın keçirtmiş həkimə, sonrakı dövrlər isə “oğru aləmi”nin üzvlərinə qarşı etdiyi çıxışlarla) əlaqəli olaraq “cəzalandırma məqsədilə” üzərinə qanunsuz olaraq narkotik vasitə qoyulmasını bildirməsinə münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs və iş üzrə şahid olan polis əməkdaşlarına münasibətdə təmizlik xidmətini həyata keçirən əlavə şahidin verdiyi və təqsirləndirilən şəxsin göstərdikləri həqiqət kimi işin faktki halı kimi qəbul edilməli və buna məhkəmə baxışının yekununda da hüquqi qiymət verilməlidir. Lakin həmin hal şəxsin üzərində narkotik vasitə olmaması və sonradan polis əməkdaşları tərəfindən qanunsuz olaraq qoyulması kimi qiymətləndirilə bilməz. Yəni saxlanılma yeri və şəraiti hər hansı şəxsin üzərində qanunsuz əşya olması ehtimalını aradan qaldırmır. Nəzərdən qaçırılmamlıdır ki, əlavə şahid ifadəsində təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən aparılmasını göstərsə də həmin vaxt onun polis əməkdaşlarına müqavimət göstərməsini, hərəkətləri yaxud verbal şəkildə (sözlü olaraq) etiraz etmədiyini göstərmişdir. Bundan başqa videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs kifayət qədər imkanı olmasına baxmayaraq keçirilən hərəkətlərə, edildiyini göstərdiyi (iddia etdiyi hərəkətlərə) qarşı bədən hərəkətli, mimika yaxud jestlərlə yaxud hər hansı digər formada etirazını bildirməmişdir. Həmçinin Təqsirləndirilən şəxs göstərdiyi “cinayətkar -kriminal aləmin “oğru dünyasının nüfuzlu şəxslərini” tənqid etdiyi üçün polis əməkdaşları tərəfindən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və “narkotiklə yüklənməsi”nə münasibətdə qeyd edilməlidir ki, adi məntiq və düşüncə ilə əsas funksiyası ictimai qaydanın qorunması cinayətkarlıqla mübarizə olan təhqiqat və əməliyyat axtarış orqanı olan daxili işlər orqanının əməkdaşları - Gəncə ŞBPİ-nin CAİ-nin rəisi və digər vəzifəli şəxslərinin Təqsirləndirilən şəxs qarşı qeyd edilən “motivlərlərlə” qanunsuzluqlar etməsi inandırıcı deyil. Odur ki, məhkəmə cinayət işinin məhkəmə baxışı zamanı toplanılmış və tədqiq edilmiş digər sübutlarla təsdiq edilmədiyindən məhkəmə Təqsirləndirilən şəxs ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir, təqsirləndirilən şəxsin cəzadan və cinayət məsuliyyətindən azad olma cəhdi kimi qiymətləndirir və özünümüdafiə xarakterli daşıdığından və işin faktiki halları ilə təkzib edildiyindən həqiqətə uyğun olmayan ifadə kimi həmin hissədə sübut kimi qəbul etmir. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq naməlum çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 26 may 2024cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvanda saxlanılıb ünvan 8is İdarəsinə gətirilmiş, həmin gün saat 17:25-dən saat 17:50-dək üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd sellofan bükümdə 9 ədəd sellofan torbacıqda təmiz çəkiləri 1,081 qram, 1,508 qram, 1,035 qram, 2,202 qram, 1,384 qram, 1,457 qram, 0,955 qram, 1,256 qram və 0,997 qram, ümumi təmiz çəkisi 11,875 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməllərində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər cinayət hadisəsi törətməməsini, ilk məhkumluğu olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə tərkbi qeyd edir ki, aşkar edilən narkotik vasitənin növü və miqdarı təqsirləndirilən şəxsə ən aşağı hədd deyil ona yaxın cəza təyinini vacib edir. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə Gəncə şəhər BPİ-də saxlanılan qalıq çəkisi 11,425 qr narkotik vasitə olan heroin məhv edilsin, telefon danışıqlarına dair məlumatları özündə əks etdirən ədəd 3 ədəd CD disk və istintaq hərəkəti protokolunun qeydə alındığı 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən...ilk dəfə törədilmiş ağır cinayətə görə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə ŞBPİ-də saxlanılan qalıq çəkisi 11,425 qr narkotik vasitə olan heroin məhv edilsin, telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 3 ədəd CD disk və istintaq hərəkəti protokolunun qeydə alındığı 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar