Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-292/2021 03.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X9, X13, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X14, X6 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qısqanclıq niyyətilə qisas almaq məqsədilə ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd cinayət əməlini törətmişdir. Belə ki, o, Şəmkir rayon məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(076)-277/2021 nömrəli qətnaməsinə əsasən Şahid2 ilə arasında 11.02.2006-cı il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində bağlanmış və 41 nömrə ilə qeydiyyata alınmış nigah pozulduqdan sonra və əvvəllər birgə nigah dövründə də arvadı Şahid2 həmkəndliləri Zərərçəkmiş şəxs1 ilə ona xəyanət etməsindən şübhələnərək, sonuncunu qısqanclıq niyyətilə qəsdən öldürmək qərarına gəlmiş, Təqsirləndirilən şəxs bu məqsədilə 09 may 2021-ci il tarixdə, saat 18 radələrində idarə etdiyi “VAZ 2106” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir-Seyfəli avtomobil yolunun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində «Asiman Petrol» yanacaq doldurma mənətqəsindən təxminən 1 km aralı məsafədə Şəmkir şəhəri istiqamətində hərəkətdə olarkən, qarşı tərəfdən hərəkətdə olan dayısı oğlu Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2107” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili görərək qəsdən əks istiqamətdə yola çıxıb avtomobili ilə sonuncunun hərəkətdə olan avtomobilinin ön bufer hissəsindən vuraraq hərəkətinin qarşısını alıb dayandırmış, toqquşma nəticəsində avtomobilin ön oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmadığından ağırlıq dərəcəsi təyin edilməyən sol gicgah nahiyəsinin şişkinlik və ağrı halında əzniyi xəsarətləri almış, bundan sonra o, qeyri şəxsdən əldə etdiyi, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, «3k» modelli, “8745” nömrəli, xarici çaxmaqlı, Rusiya Federasiyası istehsallı, təklüləli yivsiz odlu ov silahı olan tüfəngi avtomobilin arxa oturcağının söykənəcək hissəsinin arxa hissəsindən götürərək, Zərərçəkmiş şəxs1 nümayiş etdirmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 və onunla birgə avtomobildə oturmuş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs əlinə silah götürməsindən və onlara real atəş açacağından qorxub avtomobildən düşməklə qaçmağa başlamış, Təqsirləndirilən şəxs qısqanclıq niyyətilə qəsdən Zərərçəkmiş şəxs1 öldürmək məqsədilə ov tüfəngindən eyni istiqamətdə qaçan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arxasından təxminən 30 metr məsafədən ümumi təhlükəli üsulla bir dəfə atəş açaraq Zərərçəkmiş şəxs1 sağlamlığa az ağır zərər vurduğundan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sol oturaq sinirinin neyropatiyası ilə müşayiət olunan sol budun yuxarı üçdə birinin arxa-bayır səthinin, sol budun orta üçdə birinin arxa səthinin, sol budun aşağı üçdə birinin, sol diz oynağının və sol baldırın yuxarı üçdə birinin bayır səthinin yumşaq toxumalarının kor və dəlib keçən qırma yaraları ilə müşayiət edilən, cəmi 7 (yeddi) ədəd xəsarət yetirmiş, ikinci dəfə atəş açmaq üçün patronu silahın yuvasına yerləşdirmək istəyən zaman hadisə yerində olan Zərərçəkmiş şəxs1 atası Şahid1 Təqsirləndirilən şəxs tutub yerə yıxaraq əlindən ov tüfəngini alması, eləcə də zərərçəkmiş şəxsin vaxtında Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində Təqsirləndirilən şəxs, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qəsdən qısqanclıq niyyətilə ümumi təhlükəli üsulla adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 29, 120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismın təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1997-ci ildə Şahid2 ilə ailə həyatı qurmuş və bu evlilikdən dörd övladı dünyaya gəlmişdir. Şahid2 ilə münasibətləri mehriban olsa da, son iki il ərzində aralarında soyuq münasibət yaranmışdır. Bunun əsas səbəbi dayısı oğlu Zərərçəkmiş şəxs1 ilə arvadı Şahid2 yaxın münasibət saxlayaraq ona xəyanət etməsi olmuşdur. O, ilk dəfə 2019-cu il dekabr ayının ortalarında Zərərçəkmiş şəxs1 onun yaşadığı fərdi yaşayış evini güdməsini görərək bu barədə qızı Şahid5 soruşmuş, qızı Aysun Zərərçəkmiş şəxs1 görmədiyini bildirmişdir. Həmçinin, 2020-ci ilin may ayının sonlarında o, işdən evə tez gəlmiş, həmin vaxt fərdi yaşayış evinin eyvan hissəsində arvadı Şahid2 ilə dayısı oğlu Zərərçəkmiş şəxs1 əl-ələ tutub oturduqlarının şahidi olmuşdur. O, nə baş verdiyini soruşan zaman arvadı Aygün həyəcanlı bir şəkildə "Qurani Kərim" kitabına and içərək "mərc gəlirdik" deyə bildirmişdir. Həmin vaxt o, özünü çətinliklə ələ alaraq övladlarının xətri üçün arvadının və dayısı oğlunun bu hərəkətlərinə dözmüş, lakin hər iki tərəfi xəbərdar edərək "bir daha Sizi birlikdə görməyim, yoxsa axırı yaxşı olmayacaq" demiş, bundan sonra Musa çıxıb getmişdir. Bir müddət o, Zərərçəkmiş şəxs1 evinin ətrafında görməmişdir. 2020-ci ilin iyun ayının ortalarında saat 01 radələrində o, evin pəncərəsinin qarşısında siqaret çəkən zaman Zərərçəkmiş şəxs1 pəncərəsinin qarşısında olan çəpərin yanında əyilib yataq otağını güdməsini görmüşdür. O, bu barədə Zərərçəkmiş şəxs1 xəbərdarlıq edərək "ay Musa, çəpərin qarşısında duran sənsən, səni görürəm, səni tutacam, bu sənin üçün yaxşı olmayacaq" deyə bildirmişdir. Musa onun səsini eşitdikdən sonra çəpərdən uzaqlaşmışdır. 2020-ci ilin avqust ayınının ortalarında hava isti olan zaman günorta saat 16 radələrində o, işdən evə gəlmiş, arvadı Şahid2 ilə çarpayıya uzanmışdır. Aygün əynində idman stilində paltarla uzanmışdır. O, narahat olduğunu deyərək Aygündən əynindəki paltarı soyunmasını bildirmiş, Aygün isə ağrıdığını bəhanə etmişdir. O, təkidlə Aygündən paltarını çıxarmasını tələb etmiş, arvadının ona yalan danışdığından şübhələnmiş və onu tam soyundurmuşdur. Həmin vaxt o, Aygünün döş gilələrində, sol ayaq nahiyəsinin qasıq hissəsində, sol ayağın baldır hissəsində dişlək izlərinin olmasını görmüş və hirsindən Aygünə bir sillə vurmuşdur. Aygün həmin gün evdən çıxıb getmişdir. Bundan sonra Aygün evdən getmiş və 9 ay anası Fənarənin evində yaşamışdır. 9 ay ərzində o, Aygünü güdərək Musa ilə yaxın münasibətləri barədə məlumat toplamışdır. Aygünlə Musa havalar isti olan zaman axşam saatlarında Şəmkir rayonu, Qapanlı kəndində görüşərək söhbət etmişlər. O, onların telefonla yazışmalarını bilmişdir. O, Aygünlə 2021-ci il aprel ayının sonlarında boşanmışdır. Onlar boşansalar da, o, həmin vaxta qədər Musa ilə Aygünün yaxın münasibətdə olmasından əsəbləşərək qisas almaq niyyətilə təxminən 7 ay əvvəl çobanlıq etmək üçün dostu Nurlan adlı Şəmkir rayon, Aşağı Seyfəli kənd sakini vasitəsilə adını bilmədiyi Samux rayon sakinindən pulla aldığı 16 kalibrli, tək lüləli ov tüfəngi ilə Musanı vurmağı qərara almışdır. 09 may 2021-ci il tarixdə, saat 17 radələrində o, patronu silahın yuvasına yerləşdirmiş, silahı və digər iki ədəd patronu özü ilə götürərək idarə etdiyi “VAZ 2106” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoymuşdur. O, Şəmkir-Seyfəli avtomobil yolu boyunca hərəkət etmiş, saat təxminən 18 radələrində Aşağı Seyfəli kəndinin qurtaracaq hissəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2107” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobildə görmüşdür. Zərərçəkmiş şəxs1 onun avtomobilini görən kimi uzaqlaşsa da, o, Musanı vurmaq məqsədilə avtomobilini surətli şəkildə onun avtomobilinin arxasınca sürmüş və onlar magistral yolun Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində üzüzə gəlmişlər. O, Zərərçəkmiş şəxs1 avtomobilini saxlaması üçün öz avtomobili ilə Musanın avtomobilini vurmuşdur. Toqquşmadan sonra Musa avtomobilin ön oturacağında oturmuş xalası oğlu Zərərçəkmiş şəxs2 ilə avtomobildən düşmüşlər. O, Zərərçəkmiş şəxs1 qaçmasını görüb "dayan" deyə üç dəfə qışqırmış, lakin Musa Çinarlı qəsəbəsinə doğru qaçmağa davam etmişdir. O, avtomobildən tüfəngi götürərək Musa tərəfə tuşlamış, həmin vaxt Zərərçəkmiş şəxs2 da qaçsa da, onun məqsədi Musanı vurmaq olmuşdur. O, odlu silahdan bir dəfə atəş açmış, lakin, Musa qaçmağa davam etmişdir. Onun Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət alıb-almaması barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 atası Şahid1 dərhal hadisə yerinə gələrək hüquq-mühafizə orqanlarına baş vermiş hadisə ilə bağlı məlumat vermiş, təxminən 20 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. O, hadisə yerindən qaçmamışdır. Polis əməkdaşları silahı və iki ədəd patronu avtomobilin yanından götürmüşlər. Boş giliz isə hadisə yerində aşkar edilmişdir. O, 30 metrlik məsafədən Zərərçəkmiş şəxs1 evli olduğu halda onun arvadına göz dikməsinə görə qisas almaq məqsədilə odlu silahla vurmaq istəmişdir. Törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Ona məxsus qızılı rəngli “Samsung Galaxy J2” markalı mobil telefonu qızı Şahid5, qara rəngli “Samsung Galaxy J3” markalı mobil telefonu isə anası X3 qaytarılmsını, “VAZ-2106” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilini isə anası X3 qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 onun bibisi uşaqlarıdır. Onunla Ramin arasında əvvəllər sözlə mübahisələri olsa da, ədavət və ya düşmənçilik olmamışdır. Əksinə, Təqsirləndirilən şəxsla daim mehriban münasibətləri olmuşdur. Təqsirləndirilən şəxsla aralarında olan mübahisələrinin əsas səbəbi sonuncunun keçmiş arvadı Şahid2 ilə bağlı olmuşdur. Ramin əsassız olaraq onu arvadı ilə münasibətinin olmasında günahlandırmışdır. Lakin, onun Şahid2 ilə heç bir yaxın cinsi münasibəti və ya telefon danışığı olmamışdır. O, istər evli olduqları müddət ərzində, istərsə də, sonradan Aygünlə bağlı heç bir yaxın münasibəti və ya sevgi məzmunlu danışığı olmamışdır. Aygünlə daim bibisi oğlunun arvadı kimi sərhədli münasibəti olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatlar tamamilə yalan və əsassız olmuşdur. O, heç bir zaman Şahid2 ilə əl-ələ tutmamış, Aygünün yaşadığı evi güdməmişdir. Cinayət hadisəsi 09 may 2021-ci il tarixdə saat 18 radələrində Çinarlı qəsəbəsi ərazisində Şəmkir rayonu, Çinarlı magistral yolunun üzü Gəncə şəhəri istiqamətində yolun sağ tərəfində baş vermişdir. O, həmin gün saat 17 radələrində Çinarlı qəsəbəsi ərazisində yerləşən “Asiman” petrolun yanından idarə etdiyi “VAZ-2107” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə bibisi oğlu Zərərçəkmiş şəxs2 ilə birlikdə tikinti mağazasına doğru hərəkət edən zaman bibisi oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə üzərinə doğru hərəkət etdiyini görmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə onun avtomobilini vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs2 baş nahiyəsi avtomobilin ön şüşəsinə dəyməsinə görə gicgah nahiyəsindən xəsarət almışdır. O, fiziki xəsarət almadan avtomobildən düşmüş və nə baş verdiyini öyrənmək üçün Raminə tərəf getmişdir. Həmin vaxt o, Raminə əsəbi şəkildə “ə sən neynədin” deyərək özündən çıxmış, bu zaman Ramin avtomobilin arxa qapısını açaraq oradan ov tüfəngini götürmüş və onlara tərəf hərəkət etmişdir. Raminin məqsədi onu öldürmək olmuşdur. Bakirlə o, Bakir öndə, o isə arxada Çinarlı istiqamətində qaçmağa başlamışlar. Ramin ov tüfəngi ilə bir dəfə atəş açaraq onun arxa nahiyəsindən vurmuş və o, yerə yıxılmışdır. Bu zaman Raminlə onun arasında məsafə təxminən 30 metr məsafə olmuşdur. O, sol ayaq nahiyəsinin bud hissəsində odlu yara xəsarəti aldıqdan sonra birtəhər özünü toplayaraq ayağa qalxmış və qaçmağa davam etmişdir. Bu əsnada atası Qərib Raminə mane olaraq ov tüfəngini onun əlindən almışdır. Atası Raminin bu əməlinə mane olmasa Raminin 2-ci dəfə ona atəş açaraq öldürəcəyini bildirmişdir. Ramin ov tüfənginə 2-ci patronu qoymuş, lakin atası Raminin ikinci dəfə atəş açmasına mane olmuşdur. Hadisədən sonra o, atasının köməkliyi ilə Şəmkir rayon mərkəzi xəstəxanasına aparılmışdır. Orada ona lazımi tibbi müayinə və müalicə tədbirləri həyata keçirilmişdir. O, təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Hadisə zamanı əynində olan paltarların ona qaytarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğlu, Zərərçəkmiş şəxs1 isə dayısı oğludur. Ramin və Musa arasında əvvəllər ədavət və ya düşmənçilik olmamışdır. Raminlə Musa arasında münasibətlərin nə vaxtdan pozulması və hansı səbəbə pozulması ona məlum olmamışdır. Musa ilə Şahid2 arasında olan münasibət barəsində də məlumatlı olmamışdır. 09 may 2021-ci il tarixdə saat 14 radələrində o, Gəncə şəhərindən dayısı oğlu Musa ilə birlikdə Musanın “VAZ-2107” markalı **-RG-*** qeydiyyat nişanlı avtomobili ilə Şəmkir rayonu, Seyfəli kəndinə gəlmişdir. Bu zaman onlar Seyfəli kəndində yerləşən “Asiman Petrol”un yanındakı tikinti materialları mağazasına gedərək aldıqları bəzi ləvazimatları geri qaytarmaq istəmişlər. Şəmkir-Seyfəli avtomobil yolunun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman xalası oğlu Raminin idarə etdiyi qara rəngli “VAZ-2106” markalı “**-DP-***” dövlət qeydiyyat nişanlı avtomobil qəflətən qarşılarına çıxaraq Zərərçəkmiş şəxs1 avtomobili ilə toqquşmuşdur. Toqquşmanın təsirindən onun sol gicgah nahiyəsi avtomobilin ön şüşə nahiyəsinə dəyərək xəsarətlər almışdır. Həmin vaxt Ramin idarə etdiyi avtomobilin arxa oturacaq salonundan tək lüləli ov tüfəngini götürərək onlara tərəf tuşlamışdır. Bu zaman o, ön tərəfdə, Musa isə arxa tərəfdə Çinarlı qəsəbəsinə doğru qaçmağa başlamışlar. O, qəflətən bir dəfə atəş səsi eşitmiş və Musa “Ay Allah” deyə qışqırmağa başlamışdır. O, arxa tərəfə çevrilən zaman Musanın yerə yıxıldığını görmüşdür. Musa arxa sol nahiyəsindən-bud hissəsindən odlu silah yarası almışdır. Raminlə Musa arasında təxminən 30 metr məsafə olmuşdur. Musa yıxıldıqdan sonra birtəhər ayağa qalxaraq yenidən qaçmağa başlamışdır. Təxminən 30 dəqiqə sonra onlar Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatmışlar və orada onlara lazımi tibbi yardım göstərilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Hadisə zamanı əynində olan paltarların ona qaytarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş əri olmuşdur. Əri xaraktercə çətin, ailəsinə diqqət göstərməyən bir insan olmuşdur. Raminlə 1997-ci il tarixdə ailə həyatı qurmuşdur. Bu evlilikdən dörd övladı olmuşdur. Övladlarından biri xəstəlik ucbatından vəfat etmişdir. Raminlə münasibəti ailə həyatı qurduğu gündən çox pis olmuşdur. Münasibətin pis olmağının əsas səbəbi Raminin onu hədsiz dərəcədə və əsassız olaraq qısqanması, daim içkili vəziyyətdə evə gələrək evdə dava salması olmuşdur. Raminin ifadəsində qeyd etdiyi xüsusatlar tamamilə şər-böhtan olmuşdur. Onun Raminin dayısı oğlu Zərərçəkmiş şəxs1la heç bir münasibəti olmamışdır. Bu barədə deyilənlər tamamilə şər-böhtan olmuşdur. Onun ərindən başqa digər şəxs və ya şəxslərlə münasibəti olmamışdır. O, Raminlə olan münasibətlərinin pis olması ilə əlaqədar 26 yanvar 2021-ci il tarixdə Şəmkir rayon məhkəməsinin qərarı ilə rəsmi qaydada boşanmışdır. Hadisə baş verən zaman o, Qapanlı kəndində-yaşadığı fərdi yaşayış evində olmuşdur. Hadisə barədə kürəkəni Pərviz ona keçmiş əri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 silahla vurmasını bildirmişdir. Həmin vaxt o, heç bir reaksiya vermədən yaşadığı fərdi yaşayış evindən heç bir yerə getməmişdir. O, heç bir zaman Zərərçəkmiş şəxs1la əl-ələ tutmamış, onunla heç bir yaxın münasibəti və telefon danışığı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xidmət etdiyi Aşağı Seyfəli kəndinin sakinidir. Təqsirləndirilən şəxs xaraktercə sakit və digər insanlarla normal münasibəti olan bir vətəndaş olmuşdur. R. Mehdixanov Qapanlı kənd sakini X20 ilə ailə həyatı qurmuş və bu evlilikdən dörd övladı olmuşdur. Şahid2 ilə Təqsirləndirilən şəxs ailədaxili narazılıq şəraitində yaşadıqları barədə məlumatlı olmuşdur. Lakin, X22 kənd sakini Zərərçəkmiş şəxs1 ilə yaxın münasibəti və ya cinsi münasibətinin olması barədə məlumatlı olmamışdır. Bu barədə cinayət hadisəsi baş verdikdən sonra kənd sakinləri arasında olan söz-söhbətlərdən eşitmişdir. Təqsirləndirilən şəxsla Şahid2 2021-ci il tarixdə rəsmi qaydada boşanmışlar. Cinayət hadisəsi baş verən zaman o, xidməti ərazidə olmuşdur. Hadisə günü saat təxminən 18 radələrində Şahid1 ona zəng edərək kənd sakini Təqsirləndirilən şəxs cinayət əməli törətdiyini, oğlu Zərərçəkmiş şəxs1 ov tüfəngi ilə vurduğunu və baş vermiş cinayət hadisəsinin qarşısını aldığını bildirmişdir. O və sahə rəisi X24 Rüstəmovun məlumatından 5 dəqiqə sonra hadisə yerinə çatmışlar. Həmin vaxt Şahid1 əlində ov tüfəngi, iki ədəd patron və sonuncunun yanında Təqsirləndirilən şəxs dayandığını görmüşlər. Həmin vaxt ətrafda çox az sayda adam olmuş, həmin şəxslərin adlarını dəqiq xatırlamamışdır. O və S.Zeynalov ov tüfəngini və iki ədəd patronu Şahid1 təhvil almışlar. Bu zaman onun Şahid1la Təqsirləndirilən şəxs arasında münaqişəli vəziyyət olub-olmaması barədə məlumatı olmamışdır. Onlar Təqsirləndirilən şəxs dərhal polis avtomobilinə əyləşdirərək silah və iki ədəd dolu patronla birlikdə Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs dolu patronu ikinci dəfə atəş açmaq üçün silahın yuvasına yerləşdirmişdir. O, hadisə yerindən boş giliz və ya digər istintaq üçün əhəmiyyət kəsb edən ləvazimat götürməmişdir. Onun Şəmkir rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X10 tərəfindən hadisə yerinə baxış keçirilən zaman hadisə yerindən boş giliz aşkar edilərək götürülməsi barədə sonradan məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Raminlə aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, oğlu Zərərçəkmiş şəxs1 ilə Şahid2 arasında hər hansı münasibətin olubolmaması ilə bağlı məlumatı olmamışdır. Müəyyən şəxslərdən bu münasibət barədə məlumat eşitmişdir. O, hadisə günü evində olmuşdur. Hadisə günü oğlu Zərərçəkmiş şəxs1 ona bacısı oğlu Zərərçəkmiş şəxs2 telefonu ilə zəng edib Təqsirləndirilən şəxs avtomobilini vurduğunu bildirmişdir. O, dərhal şəxsi avtomobili ilə hadisə yerinə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hadisə yerində, oğlu isə hadisə yerindən uzaqlaşmaqda olmuşdur. O, dərhal Raminə müdaxilə etmiş, lakin, Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq tətbiq etməmiş, heç bir zərbə endirməmişdir. O, dərhal silahı və iki ədəd patronu Ramindən götürmüş və daha sonra Seyfəli kəndinin sahə rəisinə zəng edib hadisə ilə bağlı məlumat vermişdir. Polis əməkdaşları, o cümlədən sahə rəisi Səbuhi Zeynalov və köməkçisi Şahid3 hadisə yerinə gəlmişlər. O, ov tüfəngini və iki ədəd patronu polis əməkdaşlarına təqdim etmişdir. O, hadisə yerində boş giliz görməmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs aparmışlar. O, oğlu Zərərçəkmiş şəxs1la bacısı oğlu Zərərçəkmiş şəxs2 hadisə yerinə gəldikdən sonra xəstəxanaya aparmışlar. Xəstəxanada oğlu Zərərçəkmiş şəxs1 ilkin tibbi yardım göstərilmişdir. O, hadisə yerinə çatan zaman silahı Təqsirləndirilən şəxs götürərək onun əməlini başa çatdırmasına imkan verməmişdir. Onun həmin silahın Təqsirləndirilən şəxs tərəfindən necə və haradan əldə edilməsi barədə məlumatı olmamışdır. O, həmin silahı bilavasitə görmüşdür. Silahın qundağı palıdı rəngli olmaqla, təklüləli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Təqsirləndirilən şəxs xaraktercə sakit, lakin ailəsinə diqqət göstərməyən bir insan olmuşdur. Onun Təqsirləndirilən şəxsla münasibəti yaxşı olmuşdur. Onun Zərərçəkmiş şəxs1la münasibəti əvvəllər yaxşı olmasına baxmayaq, Musanın Şahid2 ilə münasibəti barədə eşitdikdən sonra o, Zərərçəkmiş şəxs1 uzaqlaşmağa başlamışdır. Zərərçəkmiş şəxs1 Şahid2 ilə münasibəti barədə təxminən bir il əvvəl kənd camaatı arasında söz-söhbətlərdən eşitmiş, lakin faktiki olaraq Musa ilə Aygün arasında olan münasibətin hansı həddə olması, aralarında cinsi münasibət olub-olmaması ona məlum olmamışdır. Hadisə günü Təqsirləndirilən şəxs ilə Mərhəməd Hüseynov gələrək ona buğda almağa gedəcəklərini bildirərək birlikdə getməyi təklif etmiş, o da razılaşmışdır. Onlar buğda aldıqdan sonra kənddəki kafeyə getməyə qərar vermişlər. O, M. Hüseynov ilə həmin kafeyə getmişdir. Təqsirləndirilən şəxs isə avtomobilə benzin alıb gələcəyini bildirmişdir. Təxminən 30 dəqiqədən sonra o, kafedə olan şəxslərdən Çinarlıda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ov tüfəngi ilə atəş açdığını eşitmişdir. Raminlə Musanın münasibəti çox pis olmuşdur. Raminlə Musa arasında bir neçə dəfə sözlə mübahisə olmuşdur. Təqsirləndirilən şəxs ilə Şahid2 2021-ci il mart ayında boşanmışlar. Boşanmanın səbəbi Zərərçəkmiş şəxs1 ilə Şahid2 münasibəti olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şahid7 2008-ci il tarixdən tanımışdır. Şahid7la Şəmkir rayonu, Seyfəli kəndində qonşu olmuşlar. Nurlan təxminən 7 ay bundan əvvəl ona zəng edərək, qapıda göyərçin saxladığını və həmin göyərçinləri aparan pişikləri uzaqlaşdırmaq üçün ov tüfəngi lazım olduğunu bildirmiş, o da ov tüfəngi olduğunu demişdir. Həmin ov tüfəngi ona babası Vəlidən qalmışdır. Silah onun evində zirzəmidə saxlanılmışdır. Silah ona məxsus olmuş və həmin silahdan əvvəllər o və ya ailə üzvlərindən heç kəs istifadə etməmişdir. Silahın sənədi olmamışdır. O, Samux rayonu, Qara yeri qəsəbəsi yaxınlığında, Cırdaxan kənd magistral yolun kənarında görüşən vaxta qədər həmin ov tüfənginin Ramin adlı şəxsə lazım olduğunu və həmin silahla gələcəkdə cinayət hadisəsi törədiləcəyini bilməmişdir. Həmin gün axşam saat 18 radələrində “VAZ-2106” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Nurlan və Ramin adlı şəxslər qəsəbəyə gəlmiş, orada Nurlanla söhbət edərək qiymətlə bağlı razılaşmışlar. Onlar ona silahın qarşılığında təxminən 200 manat pul ödəmiş və Raminlə Nurlan silahı aldıqdan sonra çıxıb getmişlər. O, həmin ov tüfənginin Ramin adlı şəxsə lazım olduğunu sonradan bilmişdir. Baş vermiş cinayət hadisəsi, cinayətin törədilmə şəraiti və cinayətlə bağlı məsələlər barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmuşdur. Təqsirləndirilən şəxs xaraktercə sakit, ailəsinə diqqət göstərən bir insan olmuşdur. Oğlu 1997-ci il tarixdə Şahid2 ilə ailə həyatı qurmuş və bu evlilikdən dörd övladları olmuşdur. Övladlarının biri xəstəlikdən vəfat etmişdir.Aygünlə Raminin münasibətləri əvvəllər yaxşı olsa da son iki ildə onların münasibətləri pisləşmişdir. Onların münasibətlərinin pisləşməsinə səbəb Aygünün Zərərçəkmiş şəxs1la oğluna xəyanət etməsi səbəb olmuşdur. O, Aygünün xəyanət etməsinin şahidi olmamış, çünki o, uzun müddər Rusiya Federasiyasında yaşamışdır. Lakin oğlu ilə telefon danışıqları zamanı sonuncu ona Aygünün Musa ilə əl-ələ tutuşduqlarını, Musanın onların evini güdməsini və Musa ilə Aygün arasında yaxın münasibət olduğundan şüphələndiyini ona bildirmişdir. O, Aygünün mobil telefonla Musa ilə danışarkən telefonu Aygünün əlindən almaq istəmiş, lakin Aygün telefonu cibinə qoymuşdur. Bu zaman o, Aygündən əsəbi şəkildə kimlə danışdığını soruşmuş, Aygün isə ona tanımadığı bir oğlan olduğunu, onunla tanış olmaq istədiyini bildirmiş və telefonu ona verərək danışmasını istəmişdir. O da telefonu götürmüş, lakin həmin vaxt heç bir səs olmamışdır. 09 may 2021-ci il tarixdə, saat 18 radələrində cinayət hadisəsi baş verən zaman o yaşadığı evdə olmuşdur. Hadisə barədə ona məlumatı nəvəsi Şahid5 tərəfindən verilmişdir. Həmin vaxt Aysun ona atasının döyüldüyünü demişdir. Lakin sonradan qonşulardan Raminin Musaya və Zərərçəkmiş şəxs2 ov tüfəngi ilə atəş açdığını öyrənmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 10 may 2021-ci il tarixli, 513 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 10 may 2021-ci il tarixli, 514 nömrəli rəyində görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər sol gicgah nahiyəsinin şişkinlik və ağrı halında əzniyi KÜT əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 09 may 2021-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 10 may 2021-ci il tarixli, 515 nömrəli rəyində görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər sol oturacaq sinirinin neyropatiyası ilə müşayiət olunan sol budun yuxarı üçdə birinin arxa-bayır səthinin, sol budun orta üçdə birinin arxa səthinin, sol budun aşağı üçdə birinin, sol diz oynağının və sol baldırın yuxarı üçdə birinin bayır səthinin yumşaq toxumalarının kor və dəlib keçən qırma yaraları cəmi 7 (yeddi) ədəd patronu qırma ilə doldurulmuş odlu silahdan, ola bilsin ki, ov tüfəngindən atəşin əlavə faktorlarının və qırmaların kompakt təsir etmədiyi məsafədən açılmış bir atəş nəticəsində törənmişdir, törənmə müddəti 09 may 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş qırma yaralarının lokalizasiyasına və kanalın istiqamətinə əsasən onu demək olur ki, atəş açan zərərçəkmiş şəxsin arxa tərəfində olmaqla ayaqüstü duruş vəziyyətində olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməballistik ekspertizasının 23 iyun 2021-ci il tarixli, 3/908; 3/909 nömrəli rəyində görünür ki: -Tədqiqata təqdim edilmiş 1(bir) ədəd silah - zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluqlarının uzunluğu 70 mm olan, “3K” modelli, “8745” nömrəli, xarici çaxmaqlı, təklüləli tüfəngdir- yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyinə toxunmadan ondan öz-özünə atəş açılmır. Silahın lüləsi, qundağı kəsilməmiş və hissələri üzərində əlavə və dəyişiklik edilməmişdir. -Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 metr, 3 mm diametrli qırmalar 300 metr, 4 mm diametrli qırmalar 400 metr, karteçlər 600 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) zədəyetrimə qabiliyyətinə malikdirlər. -Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd patron - zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar, atəşə yararlıdırlar. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz - zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronun atəşlə ayrılmış hissəsidir - gilizidir. Həmin giliz, təqdim edilmiş “3K” modelli, “8745” nömrəli tüfəngdən atılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-tibbi kriminalistik və bioloji ekspertizasının 18.06.2021-ci il tarixli, 248- MTKŞ/2021 №-li məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvarın sol ayağının arxa səthində üç ədəd və tumanın arxa səthinin sol nahiyəsində iki ədəd dəlib-keçən zədələr aşkar edildi. Bu zədələrin forma, xarakter və morfoloji əllamətlərinə əsaslanaraq demək olar ki, bu zədələr patronu qurğuşun tərkibli mərmi(qırmalarla) doldurulmuş odlu silah zədələrinin giriş dəlikləridir, atəşin əlavə faktorlarının təsir etdiyi məsafədən açılmış atəş (atəşlər) nəticəsində əmələ gəlmişlər. - Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus jilet, köynək, şalvar və bel kəməri üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-tibbi kriminalistik və bioloji ekspertizasının 09.06.2021-ci il tarixli, 349/2021- MTBŞ №-li məhkəmə tibbi-bioloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki,
1. Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: A- beta (İİ)
2. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: B (İİİ)
3. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A (İİ)- (sonuncuların şəxsiyyət vəsiqələrinin kserosurətinə əsasən).
4. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş cins şalvar və trusik üzərində insan qanı ləkləri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni və həmçinin, beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta /İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs1 və ya eyni qruplu Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa). Ləkələrdə Zərərçəkmiş şəxs2 qanının olması ABO sistemi ilə inkar olunur.
5. Təqdim edilən Zərərçəkmiş şəxs2 məxsus kəmər üzərində qan, ona məxsus cins şalvar, qolsuz jilet, qısaqol mayka, Təqsirləndirilən şəxs məxsus cins şalvar, pulover, qısaqol mayka, trusik və Zərərçəkmiş şəxs1 məxsus qısaqol mayka üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 31.05.2021-ci il tarixli, 9/3346 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki,
1. Tədqiqata təqdim edilmiş, “X16 VÖEN **********” tərəfindən tərtib edilmiş 11.05.2021-ci il tarixli, 31 nömrəli ziyan aktı məlumatlarına əsasən 2006-cı il buraxılışlı “VAZ-21074” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəzəri qaydada təmirbərpa xərci təxminən 950,0 manat müəyyən edilir. O, cümlədən: Dəyişdirilməli hissələrin qiyməti- 390,00 manat; Təmir-bərpa işlərinin qiyməti- 560,00 manat
2. Tədqiqata təqdim edilmiş, “X16 VÖEN **********” tərəfindən tərtib edilmiş 11.05.2021-ci il tarixli, 32 nömrəli ziyan aktı məlumatlarına əsasən 1987-ci il buraxılışlı “VAZ-21063” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəzəri qaydada təmirbərpa xərci təxminən 884,00 manat müəyyən edilir. O, cümlədən: Dəyişdirilməli hissələrin qiyməti- 374,00 manat; Təmir-bərpa işlərinin qiyməti- 510,00 manat İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17.05.2021-ci il tarixli, 251/70 nömrəli kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 1. Təqsirləndirilən şəxs aşağıdakı fərdipsixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. 2. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur və bu halın yaranma səbəblərindən biri dayısı oğlu Musa və həyat yoldaşı Aygünün ona xəyanət etməsi şübhələri ola bilər. 3. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). 4. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, hadisəni faktiki düzgün qavramış və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O. hal-hazırda da öz hərəkətlərini dərk və idarə etmək, baş verən hadisələri düzgün qavramaq iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10.05.2021-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs məxsus paltarlar – hadisə vaxtı əynində olan qara rəngli cins şalvar, palıdı rəngli kofta, ağ rəngli qısaqol köynək, açıq boz rəngli trusik, 10.05.2021-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş paltarlar- göy rəngli cins şalvar, göy rəngli trusik və ağ rəngli qısaqol kişi koftası; 10.05.2021-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş paltarlarboz rəngli cins şalvar, qara rəngli qolsuz jilet, qara rəngli qısaqol köynək və qara rəngli bel kəməri; hadisə zamanı istifadə edilmiş və təqdim edilmiş silaha baxış keçirilməsi haqqında protokolla götürülmüş “8745” nömrəli tüfəng, bir ədəd boş giliz və 02 ədəd patron; əşyaların götürülməsi və baxış keçirilməsi haqqında 12 may 2021-ci il tarixli protokolla götürülmüş qızılı rəngli “Samsung Galaxy J2” markalı mobil telefon, qara rəngli “Samsung Galaxy J3” markalı mobil telefon; həmçinin, 14 may 2021-ci il tarixli qan nümunəsinin götürülməsi haqqında protokolla Şəmkir rayon X2 Şöbəsindən rayon prokurorluğuna təqdim edilərək götürülmüş və Zərərçəkmiş şəxs1 sağ qol nahiyəsindən çəkilərək şprisə doldurulmuş 5 ML həcmində qan nümunəsi öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərlərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş işi üzrə əhəmiyyət kəsb etdiyindən VAZ-21074” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ-2106” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab hesab edilərək Şəmkir rayon polis şöbəsinin avtomobil duracağında saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş silaha baxış keçirilməsi haqqında 09 may 2021-ci il tarixli protokoldan görünür ki, Şəmkir rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid3 09 may 2021-ci il tarixdə saat 18 radələrində hadisə yerinə çatdıqdan sonra ictimai təhlükəsizliyi təmin etmək məqsədilə üzərində “8745” nömrəsi əks etdirilmiş, ümumi uzunluğu 114 sm olan tək lüləli ov tüfəngini və 02 ədəd üzərində 16 rəqəmləri və “FLOCCHİ İTALY” sözləri həkk olunmuş patronu müvafiq qaydada götürməklə qablaşdırdıqdan sonra Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişdir. Tək lüləli ov tüfəngi və 02 ədəd patron toplanmış materialla birlikdə rayon prokurorluğuna göndərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 may 2021ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, 09 may 2021-ci il tarixdə, saat 17 radələrində ov silahını, 1 ədəd patronu həmin silahın yuvasına yerləşdirməklə əlavə olaraq 2(iki) ədəd patronu idarə etdiyi “VAZ 2106” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının arxa hissəsinə qoyduğunu, yaşadığı fərdi yaşayış evindən Şəmkir-Seyfəli avtomobil yolu istiqamətində hərəkət etdiyini, saat 18 radələrində Aşağı Seyfəli kəndinin qurtaracaq hissəsində dayısı oğlu Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2107” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobildə gördüyünü, Zərərçəkmiş şəxs1 öldürmək məqsədilə avtomobilini surətli şəkildə sonucunun avtomobilinin arxasınca sürərək Zərərçəkmiş şəxs1 avtomobilini saxlaması üçün öz avtomobili ilə onun avtomobilini qəsdən vurduğunu, toqquşma nəticəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilini saxlayaraq avtomobilin ön oturacağında oturmuş xalası oğlu Zərərçəkmiş şəxs2 ilə birlikdə qaçmağa başladığını, avtomobildən 16 kalibirli, tək lüləli silahı götürərək Zərərçəkmiş şəxs1 tərəf tuşlayaraq aralarında olan 30 metrlik məsafədən 1(bir) dəfə atəş açdığını, xalası oğlu Zərərçəkmiş şəxs2 görsə də, məqsədi Zərərçəkmiş şəxs1 öldürmək olduğunu göstərmiş, atəş açdıqdan sonra Zərərçəkmiş şəxs1 yerə yıxıldığını, daha sonra ayağa qalxaraq Zərərçəkmiş şəxs2la birlikdə qaçmağa davam etdiyini bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs1 atası Şahid1 hadisə yerinə gələrək silahı və 2(iki) ədəd dolu patronu onun əlindən aldığını qeyd etmişdir. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs həmin hadisənin törədilməsində başqa hər hansı şəxsin iştirak edib-etmədiyi barədə suallar verilmiş, sonuncu hadisəni tək törətdiyini, başqa şəxsin hadisənin törədilməsində iştirak etmədiyini bildirmişdir. İstintaq zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 10 may 2021-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 11 may 2021ci il tarixli avtomobillərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Qabil oğlunun idarə etdiyi “VAZ-2107” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı 4(dörd) yerlik minik avtomobili 2006-cı il buraxılış ili olmaqla, ağ rəngli, 4(dörd) qapılıdır (iki qapı avtomobilin ön sağ və sol, iki qapı arxa sağ və sol tərəfində). Avtomobilə baxış zamanı müəyyən edildi ki, hadisənin baş verməsi nəticəsində avtomobilin ön hissəsi ciddi şəkildə deformasiya olunmuşdur. Avtomobilin qabaq aynası çatlamışdır. Avtomobilin qabaq sağ qapısı zərbənin təsirindən yerindən qopmuş, qabaq sol qapısı isə əzildiyi üçün açılıb-bağlanmır. Avtomobilin dam örtüyü xırda həcmli əzilmişdir. Avtomobilin qabaq sağ və sol faraları və sağ bamperi toqquşmanın təsiri ilə sıradan çıxmışdır. Bundan əlavə kapot ciddi şəkildə zədələnmişdir. Ümumiyyətlə avtomobilin ön hissəsinə ciddi ziyan dəymiş, qabaq bufer, sifətlik, qabaq qanadlar, radiator və qabaq panel ciddi deformasiyaya uğramışdır. Avtomobilin sağ qabaq qapısı sol qabaq qapısına nisbətən daha ciddi zədələnmişdir. Avtomobilin benzin bakının ağzı və qapağı bağlıdır. Avtomobilin qabaq oturacaqlarının üzərində avtomobilin ehtiyat hissələrinin qırıntıları vardır. Bundan əlavə avtomobilin torpedası da zədələnmiş vəziyyətdədir. Avtomobilə baxış zamanı müəyyən edildi ki, hadisədən əvvəl avtomobil zəruri olan bütün detallar və işlək mexanizm hissələri ilə tam işlək vəziyyətdə olmuş, idaretmə və tormoz sistemində nasazlıq olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı 4(dörd) yerlik minik avtomobili qara rəngli, 4(dörd) qapılıdır (iki qapı avtomobilin ön sağ və sol, iki qapı arxa sağ və sol tərəfində). Avtomobilə baxış zamanı müəyyən edildi ki, hadisənin baş verməsi nəticəsində avtomobilin ön hissəsi ciddi şəkildə deformasiyaya uğramışdır. Avtomobilin qabaq və arxa aynası zədələnməmişdir. Avtomobilin qabaq sağ və sol faraları, bamperi zərbənin təsiri ilə sıradan çıxmışdır. Bundan əlavə kapot ciddi şəkildə əzilmişdir və çətinliklə açılıb-bağlanır. Digər avtomobildə olduğu kimi bu avtomobilin də ön hissəsinə ciddi ziyan dəymişdir. Qabaq kapot, qabaq bufer, dövlət qeydiyyat nömrə nişanı, sifətlik, ön işıqlar, qabaq panel, oçkilər, qabaq qanadlar, radiator və ventilyator ciddi deformasiyaya uğramışdır. Avtomobilin arxa dövlət qeydiyyat nömrə nişanı yerində deyil. Avtomobilin benzin bakının ağzı və qapağı bağlıdır. Avtomobilin qabaq oturacaqlarının üzərində avtomobilin ehtiyat hissələrinin qırıntıları vardır. Avtomobilə baxış zamanı müəyyən edildi ki, hadisədən əvvəl avtomobil zəruri olan bütün detallar və işlək mexanizm hissələri ilə tam işlək vəziyyətdə olmuş, idaretmə və tormoz sistemində nasazlıq olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əşyaların götürülməsi və baxış keçirilməsi haqqında 12 may 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən Samsung Galaxy J2” markalı mobil telefon qızılı rəngli olmaqla, uzunluğu 12,5 sm, eni isə 5,6 sm təşkil edir. Telefonun ön tərəfdə olan ekranının üst hissəsində və ortada arxa tərəfində yuxarı hissədə “SAMSUNG” sözləri yazılmışdır. Telefonun ekranı sensordur və üzərində bir ədəd heç bir yazı olmayan düymə vardır. Telefonun sağ və sol tərəflərdə müxtəlif funksiyaları yerinə yetirən düymələr də vardır. Arxa tərəfində kamera obyektivinin olması görünür. Telefonun arxa hissəsini açdıqda batareyanın olması görünür, batareyanın altında İMEİ 353555/08/971677/8 və İMEİ 353556/08/971671/8 rəqəmləri yazılmışdır. Telefonun sağ yan səthində mərkəzi hissədə 2(bir) ədəd sim kart yeri və “Azərcell” mobil operatoruna məxsus 2(iki) ədəd mobil nömrələr vardır. Mobil telefonun ekran kilidi mövcud deyil və telefonun menyusuna birbaşa daxil olunur. Mobil telefonun “GALERİ” hissəsinə daxil olduqda 4(dörd) bölmə: “DOWNLOAD”, “KAMERA”, “SNAPCHAT”, “WALLPAPER”, “WHATSAPP İMAGES”, “WHATSAPP VİDEO” bölmələri diqqəti cəlb edir. Telefonun qeyd edilən bölmələrində Şahid5 məxsus şəxsi(ailəvi) şəkil və videolar mövcuddur. Mobil telefonun “WhatsApp” mobil tətbiq etməsində və mesajlar tarixçəsinin olduğu telefon bölməsində iş üçün əhəmiyyət kəsb edəcək məlumatlar, o cümlədən yazışma və s. aşkar edilmədi. Həmçinin, baxış keçirilən Samsung Galaxy J3” markalı mobil telefon qara rəngli olmaqla, uzunluğu 13,5 sm, eni isə 6 sm təşkil edir. Mobil telefon açılmamış və telefona baxış keçirilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “tüfəngə və patronlara baxış keçirilməsi barədə” 24 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, tək lüləli ov tüfəngi, 02 ədəd patron və boş giliz Şəmkir rayon prokurorluğunun inzibati binasında xidməti iş otağında stolun səthi üzərinə qoyularaq müfəssəl baxışı aparılmışdır. Tüfəngin səthinə müxtəlif bucaq altında təbii və süni işıqda vizual baxdıqda gözlə görünə bilən hər hansı bir iz müşahidə edilməmişdir. Tüfəngin ümumi uzunluğu 114 sm, lüləsinin uzunluğu 74 sm, qundaq hissəsinin uzunluğu isə 40 sm-dir. Tüfəngin lüləsinin altında qəhvəyimtil rəngli, taxtadan lüləaltı qapaq vardır. Həmin lüləaltı qapağın ümumi uzunluğu 21 sm təşkil etmişdir. Lüləaltı qapağı açdıqda iç tərəfində “8745” rəqəmləri həkk olunmuşdur. Tüfəngin lüləliyi qismən paslı vəziyyətdə olmuşdur. Bundan sonra tüfəngin lüləsi açılaraq lülə yuvalarına baxılmış və orada hər hansı bir əşya aşkar edilməmişdir. Lüləsinin üzərində “K16*70” rəqəmləri, qundağın alt səthində isə “7,2,5” rəqəmləri həkk olunmuşdur. Tüfəngin qundaq hissəsin sol və sağ tərəfində naxış rəsmləri həkk olunmuş, qundağın qurtaracağının dəmir hissəsində isə maral rəsmi əks edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən Şəmkir rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid3 növbətçi hissəyə təhvil verdiyi ümumi uzunluğu 114 sm olan təklüləli ov tüfəngi, 02 ədəd patron və hadisə yerinə baxış zamanı götürülmüş boş giliz müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, bu barədə müvafiq protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon polis şöbəsinin 26.05.2021-ci il tarixli, 190-14317-1221 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 03.02.2021-ci il tarixli, 9 nömrəli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 may 2021ci il tarixdə Təqsirləndirilən şəxsla Şahid1 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 istintaqa şahid qismində vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı 09 may 2021-ci il tarixdə saat 18 radələrində oğlu Musanın ona zəng edərək Təqsirləndirilən şəxs sonuncunun avtomobilinə xəsarət yetirdiyini bildirmiş və o, dərhal hadisə yerinə gələrək Raminin əlində olan ov tüfəngini və 2(iki) ədəd dolu patronu əlindən almaqla onun cinayətkar əməlini başa çatdırmağına mane olmuşdur. Şahid1 üzləşdirmə zamanı qeyd etdiyi xüsusatlar Təqsirləndirilən şəxs tərəfindən tam təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 may 2021ci il tarixdə Təqsirləndirilən şəxsla Şahid2 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 istintaqa şahid qismində vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı Zərərçəkmiş şəxs1la heç bir münasibətinin olmadığını, Raminin onun barəsində dediklərinin yalan və əsassız olduğunu, ərindən başqa digər şəxs və ya şəxslərlə münasibətinin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs xarakterinin çətin olması səbəbindən ailə həyatını davam etdirə bilmədiyini və 26 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla Şəmkir rayon məhkəməsinin qərarı ilə rəsmi qaydada boşandğlarını göstərmişdir. Təqsirləndirilən şəxs isə inkar edərək Şahid2 Zərərçəkmiş şəxs1la yaxın münasibətinin olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı aralarında sözlə mübahisənin əsas səbəbkarının məhz keçmiş arvadı Şahid2 olduğunu, lakin onun Şahid2 ilə istər evli olan zaman, istərsə də boşandıqdan sonra heç bir yaxın cinsi münasibəti və ya telefon danışığının olmadığını bildirmiş, 09 may 2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa qapısını açaraq oradan ov tüfəngini götürdükdən sonra Bakirlə birlikdə üzü Çinarlı qəsəbəsinə tərəf qaçmağa başlasalar da, Təqsirləndirilən şəxs ona və Zərərçəkmiş şəxs2 tərəf 1(bir) dəfə atəş açmaqla əsas məqsədinin onu öldürmək olduğunu göstərmiş, Təqsirləndirilən şəxs ov tüfəngi ilə onu arxa nahiyəsindən vurduqdan sonra yerə yıxıldığını, bu zaman aralarında 30 metrlik məsafə olduğunu, atası Şahid1 vaxtında gələrək Raminə mane olmaqla ov tüfəngini əlindən alaraq onu xəstəxanaya çatdırdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dediklərinin əksəriyyətini təsdiq etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs1 Şahid2 ilə yaxın münasibətinin olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMCnin 11.06.2021-ci il tarixli, 11366 nömrəli cavab məktubu ilə daxil olmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş “+99***-***-**-**” mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olmuş “+99***-***-**-**”, “***-***-**-**” mobil telefon nömrələri arasında 01 yanvar 2019-cu il tarixdən 09 may 2021-ci il tarixədək qarşılıqlı zənglər edilməmiş və danışıq aparılmışdır. Zərərçəkmiş şəxs1 istifadəsində olmuş “+99***-***-**-**” mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olmuş “+99***-***-**- **”, “***-***-**-**” mobil telefon nömrələri arasında 01 yanvar 2019-cu il tarixdən 09 may 2021-ci il tarixədək mesajlaşma baş verməmişdir. Zərərçəkmiş şəxs1 istifadəsində olmuş “+99***-***-**-**” mobil telefon nömrəsindən “***-***-**-**” mobil telefon nömrəsinə 01 iyun 2019-cu il tarixdən 05 iyun 2019-cu il tarixə qədər olan müddət ərzində fasiləli şəkildə “kim var ki yanında o yanında danışırsan nəyə gedisən ki şəhərə”, “oxu yığacam ama səsimi çıxarmayacam”, “yanında adam olmayanda pulsuz sms atarsan” və digər sevgi məzmunlu mesajlar göndərilmişdir. Diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən danışıq və ya mesajlaşma müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 09.05.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09.05.2021-ci il tarixdə saat 23:20 radələrində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş sərxoş hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə 69 saylı 09.05.2021-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin 4(076)-56/2021 saylı 11 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09.05.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsi öldürmək məqsədinin olmaması ilə bağlı ifadəsi işin faktiki hallarına uyğun olmadığından və eləcə də onun özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadəsi, ekspertiza rəyləri ilə təkzib edildiyindən, həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətlərini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə təqsirləndirilən şəxs Ramin Mehtixanovun törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edib onun ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd etməsi və iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Habelə «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2 və 3-cü bəndlərində göstərilir ki, qəsdən adam öldürməyə cəhddə təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, ... ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi) nəzərə alınmalıdır. Həmçinin həmin Qərarın 8-ci bəndində qeyd olunur ki, ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədi ilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Təqsirkarın əməli o halda ümumi təhlükəli üsulla adam öldürmə (CM-nin 120.2.4-cü maddəsi) kimi tövsif olunur ki, tətbiq edilən üsul nəinki zərərçəkmiş şəxsin, həm də başqa şəxsin (şəxslərin) də həyatı və sağlamlığı üçün təhlükə törədir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürmək niyyətində olması, habelə bu cinayəti ümumi təhlükəli üsulla icra etməsi məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmiş hallarla, yəni Təqsirləndirilən şəxs cinayətin törədilməsi üçün seçdiyi alətin odlu silah olması, dayısı oğlu Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2107” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili görərək qəsdən əks istiqamətdə yola çıxıb avtomobili ilə sonuncunun hərəkətdə olan avtomobilinin ön bufer hissəsindən vuraraq hərəkətinin qarşısını alıb dayandırması, toqquşma nəticəsində avtomobilin ön oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmadığından ağırlıq dərəcəsi təyin edilməyən sol gicgah nahiyəsinin şişkinlik və ağrı halında əzniyi xəsarətləri alması, bundan sonra o, qeyri şəxsdən əldə etdiyi, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, «3k» modelli, “8745” nömrəli, xarici çaxmaqlı, Rusiya Federasiyası istehsallı, təklüləli yivsiz odlu ov silahı olan tüfəngi avtomobilin arxa oturcağının söykənəcək hissəsinin arxa hissəsindən götürərək Zərərçəkmiş şəxs1 nümayiş etdirməsi, həmin vaxt Zərərçəkmiş şəxs1 və onunla birgə avtomobildə oturmuş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs əlinə silah götürməsindən və onlara real atəş açacağından qorxub avtomobildən düşməklə qaçmağa başlaması, Təqsirləndirilən şəxs qısqanclıq niyyətilə qəsdən Zərərçəkmiş şəxs1 öldürmək məqsədilə ov tüfəngindən eyni istiqamətdə qaçan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arxasından təxminən 30 metr məsafədən ümumi təhlükəli üsulla bir dəfə atəş açaraq Zərərçəkmiş şəxs1 sağlamlığa az ağır zərər vurduğundan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sol oturaq sinirinin neyropatiyası ilə müşayiət olunan sol budun yuxarı üçdə birinin arxa-bayır səthinin, sol budun orta üçdə birinin arxa səthinin, sol budun aşağı üçdə birinin, sol diz oynağının və sol baldırın yuxarı üçdə birinin bayır səthinin yumşaq toxumalarının kor və dəlib keçən qırma yaraları ilə müşayiət edilən, cəmi 7 (yeddi) ədəd xəsarət yetirməsi, ikinci dəfə atəş açmaq üçün patronu silahın yuvasına yerləşdirmək istəyən zaman hadisə yerində olan Zərərçəkmiş şəxs1 atası Şahid1 Təqsirləndirilən şəxs tutub yerə yıxaraq əlindən ov tüfəngini alması, eləcə də zərərçəkmiş şəxsin vaxtında Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində Təqsirləndirilən şəxs, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməməsi təsdiq edir. Həmçinin məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən təqsirləndirilən Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Şahid1 ifadələri ilə təsdiq olunur ki, hadisə baş verən vaxt, yəni Təqsirləndirilən şəxs tüfəngdən atəş açaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 güllə xəsarəti yetirərkən Şahid1 onu tutub yerə yıxaraq əlindən ov tüfəngini alması Şahid1 şəraitində onun həyatı və sağlamlığı üçün də real təhlükə olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd cinayəti törətmiş, yəni o, qəsdən öldürmək məqsədi ilə ov tüfəngindən atəş açıb Zərərçəkmiş şəxs1 çoxsaylı xəsarətlər yetirməklə yanaşı həmin vaxt orada olmuş Şahid1 da həyatı və sağlamlığı üçün real təhlükə törətmişdir. Beləliklə, məhkəmə cinayət qanunvericiliyinin müddəalarını, Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarında göstərilən ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, habelə qəsdən adam öldürməyə cəhdə dair zəruri olan halların olması ilə bağlı tövsiyələrini nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah tüfənglə ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd etmiş, yəni iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29,120.2.4 -cü maddəsi ilə tövsif edilmədir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələbinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslər ilə barışıq əldə etməsini və cinayət nəticəsində ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirilən hal kimi qeyd edir. Təqsirləndirilən şəxs əməlində cinayətin odlu silahdan istifadə etməklə törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətdiyindən Təqsirləndirilən şəxs barəsində 60-cı maddəsi tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.12 - 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 09.05.2021-cu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar-Şəmkir rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus paltarlar – hadisə vaxtı əynində olan qara rəngli cins şalvar, palıdı rəngli kofta, ağ rəngli qısaqol köynək, açıq boz rəngli trusik Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, imtina etdikdə məhv edilməli, Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş paltarlar- göy rəngli cins şalvar, göy rəngli trusik və ağ rəngli qısaqol kişi koftası Zərərçəkmiş şəxs1 qaytarılmalı, imtina etdikdə məhv edilməli, Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş paltarlar- boz rəngli cins şalvar, qara rəngli qolsuz jilet, qara rəngli qısaqol köynək və qara rəngli bel kəməri Zərərçəkmiş şəxs2 qaytarılmalı, imtina etdikdə məhv edilməli, qızılı rəngli “Samsung Galaxy J2” markalı mobil telefon Şahid5, qara rəngli “Samsung Galaxy J3” markalı mobil telefon X3 qaytarılmalı, Şəmkir rayon X2 Şöbəsindən rayon prokurorluğuna təqdim edilərək götürülmüş və Zərərçəkmiş şəxs1 sağ qol nahiyəsindən çəkilərək şprisə doldurulmuş 5 ML həcmində qan nümunəsi məhv edilməldir. Şəmkir Rayon Polis Şöbəsinin duracağında saxlanılan “VAZ-21074” markalı, **-RG- *** dövlət qeydiyyat nişanlı avtomobil fakiti sahibi Zərərçəkmiş şəxs1 və “VAZ-2106” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Ramin Mextixanovun anası X3 qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddələrinin tələbləri qaydasında Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi “8745” nömrəli tüfəng, bir ədəd boş giliz və 02 ədəd patron xüsusi müsadirə ediləcək əmlak olduğundan, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi 228 manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X17 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 40 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X7 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Hökm e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4cü maddəsi ilə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu gündən, yəni 09.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar - Şəmkir rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus paltarlar – hadisə vaxtı əynində olan qara rəngli cins şalvar, palıdı rəngli kofta, ağ rəngli qısaqol köynək, açıq boz rəngli trusik Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın imtina etdikdə məhv edilsin. Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş paltarlar- göy rəngli cins şalvar, göy rəngli trusik və ağ rəngli qısaqol kişi koftası Zərərçəkmiş şəxs1 qaytarısın imtina etdikdə məhv edilsin. Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş paltarlar- boz rəngli cins şalvar, qara rəngli qolsuz jilet, qara rəngli qısaqol köynək və qara rəngli bel kəməri Zərərçəkmiş şəxs2 qaytarısın imtina etdikdə məhv edilsin. Qızılı rəngli “Samsung Galaxy J2” markalı mobil telefon Şahid5, qara rəngli “Samsung Galaxy J3” markalı mobil telefon X3 qaytarılsın. Şəmkir rayon X2 Şöbəsindən rayon prokurorluğuna təqdim edilərək götürülmüş və Zərərçəkmiş şəxs1 sağ qol nahiyəsindən çəkilərək şprisə doldurulmuş 5 ML həcmində qan nümunəsi məhv edilsin. Şəmkir Rayon Polis Şöbəsinin duracağında saxlanılan “VAZ-21074” markalı, **-RG- *** dövlət qeydiyyat nişanlı avtomobil fakiti sahibi Zərərçəkmiş şəxs1 və “VAZ-2106” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil isə X3 qaytarılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddələrinin tələbləri qaydasında Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi “8745” nömrəli tüfəng, bir ədəd boş giliz və 02 ədəd patron xüsusi müsadirə ediləcək əmlak olduğundan, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə məhkəmə məsrəflərinə aid olan 228 manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X14 həyata keçirdiyindən 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.