Məhkəmə qərarları › İş №1(100)-292/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-292/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-292/2022 08.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi Müdafiəçi1, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 xx.xx.1976-cı ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Şəmkir rayon məhkəməsinin 03 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Şəmkir rayonu, Çinarlı qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşamış, Ədliyyə Nazirliyi Penitensiar xidmətin Müalicə müəssisəsində ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs oğlu istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd kağız bükümdə 0.310 qram narkotik vasitə olan heroin və bir ədəd sintetik torbada 4756.98 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib qanunsuz olaraq satış məqsədi ilə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən yaşadığı evə daşıyaraq yataq otağında çarpayının altında saxlamış, 27 yanvar 2022-ci il tarixdə saxladığı bir bükümdə olan heroini və narkotik vasitə olan qurudulmuş marixuananı bir kibrit qutusunda qablaşdırıb üzərində saxlamış, Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 17 radələrində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ ön cibindən şəxsi istehlak miqdarından artıq, Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə olan təmiz çəkisi 0.310 qram heroin və bir ədəd kibrit qutusunda 6.98 qram narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də, həmin tarixdə yaşadığı evə baxış keçirilərkən oradan yataq otağında çarpayının altında gizlətdiyi bir ədəd sintetik kisədə təmiz çəkisi 4750 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan xx xxxx 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatı daxil olmuşdur. Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən təxirəsalmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi barədə rəhbərliyə raportla müraciət edilmişdir. Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs cinayət törədərkən, yaxud törətdikdən dərhal sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməklə onun yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə təxirəsalınmaz qaydada daxil olub baxış keçirilməsi haqqında qərar qəbul edilmişdir. Şəmkir rayon CAB-nin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid5 Qənimət oğlu, əməliyyat müvəkkili Şahid6 və NMQ-nun əməliyyat müvəkkili Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Bununla əlaqədar olaraq 27 yanvar 2022-ci il tarixdə saat 16:30 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şəmkir rayonu, Çinarlı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında küçədə müəyyən edilərək saxlanılaraq polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə əlaqədar olaraq onun üzərinə şəxsi axtarış keçirilməsi və digər zəruri istintaq hərəkətlərinin keçirilməsində iştirak edərək videoçəkilişləri aparmağı haqqında rəhbərlik tərəfindən göstəriş verilmişdir. Şəmkir rayon polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiə hüquqları izah edilmiş, Təqsirləndirilən şəxs müdafiəçi tutmaq üçün maddi imkanı olmadığını bildirmiş, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirakı ilə ona üzərində şəxsi axtarış aparılması elan edilmişdir. Həmin şəxsə hüquq və vəzifələri izah edilərək ondan hər hansı etiraz və ya vəsatəti olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını hüquq və vəzifələrinə dair yazılı bildirişi aldığını, hüquq və vəzifələrinin ona aydın olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkətinin videoçəkiliş vasitəsilə aparılacağı elan edilərək hər hansı etirazı olub-olmadığı soruşulmuş, şəxsi axtarış istintaq hərəkətinin videoçəkiliş vasitəsilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış istintaq hərəkətinin keçirilməsinə başlanılaraq Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya onun prekursorları, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq gəzdirdiyi əynində olan qara rəngli şalvarın sağ yan cibindən dama-dama şagird dəftərinə bükülmüş bir ədəd 1,16 qram çəkidə narkotik vasitə olan heroinə bənzər kütləni və bir ədəd ümumi çəkisi 17,86 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətləri davam etdirilərək Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən onun yaşadığı evə gedilərək onun yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış keçirilən zaman Anar Əliyevə yaşadığı evdə qanunsuz narkotik vasitə psixotrop maddə, onların prekursorları və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə onun yataq dəstinin çarpayısının altında olan paketi təqdim etmiş, həmin paket elektron tərəzi vasitəsilə çəkilən zaman 4870 qram çəkisi olduğu müəyyən edilmişdir. Həmin bağlama xüsusi qaydada qablaşdırılaraq götürülmüş və baxış keçirilməsi haqqında müvafiq protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid5 və Şahid6 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Şəmkir rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan xx xxxx 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq təxirəsalmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi barədə rəhbərliyə raportla müraciət etmiş, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs cinayət törədərkən, yaxud törətdikdən dərhal sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməklə onun yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə təxirəsalınmaz qaydada daxil olub baxış keçirilməsi haqqında qərar qəbul edilmişdir. Şəmkir rayon CAB-nin rəisi Şahid2, əməliyyat müvəkkili Şahid5, əməliyyat müvəkkili Şahid6 və NMQ-nun əməliyyat müvəkkili Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Bununla əlaqədar olaraq 27 yanvar 2022-ci il tarixdə saat 16:30 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şəmkir rayonu, Çinarlı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında küçədə müəyyən edilərək saxlanılaraq polis şöbəsinə dəvət edilmiş, Şəmkir rayon polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiə hüquqları izah edilmiş, Təqsirləndirilən şəxs müdafiəçi tutmaq üçün maddi imkanı olmadığını bildirdiyindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirakı ilə ona üzərində şəxsi axtarış aparılması elan edilmiş, həmin şəxsə hüquq və vəzifələri izah edilərək ondan hər hansı etiraz və ya vəsatəti olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını hüquq və vəzifələrinə dair yazılı bildirişi aldığını, hüquq və vəzifələrinin ona aydın olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkətinin videoçəkiliş vasitəsilə aparılacağı elan edilərək hər hansı etirazı olub-olmadığı soruşulmuş, şəxsi axtarış istintaq hərəkətinin videoçəkiliş vasitəsilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq gəzdirdiyi bir ədəd 1,16 qram çəkidə narkotik vasitə olan heroinə bənzər kütlə və bir ədəd ümumi çəkisi 17.86 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra istintaq hərəkətləri davam etdirilərək Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən onun yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış keçirilən zaman Anar Əliyevə yaşadığı evdə qanunsuz narkotik vasitə psixotrop maddə, onların prekursorları və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə onun yataq dəstinin çarpayısının altında olan ağ rəngli paketi təqdim edib narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin paket elektron tərəzi vasitəsilə çəkilən zaman 4870 qram çəkisi olduğu müəyyən edilmiş, həmin bağlama xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsi haqqında müvafiq protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə ölmüş Təqsirləndirilən şəxs ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 30 il olarki narkotik vasitə olan marixuana, “kakos” kimi tanıdığı heroin və həmçinin “patı” adı ilə tanıdığı metamfetamin istifadə edir. O, 2016-cı il tarixdən Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayır. O, təxminən 2021-ci ilin yay aylarında Şəmkir rayonu, Çinarlı qəsəbəsinin ərazisində Şəmkir çayının kənarında olan ərazidə gəzən zaman yabanı halda bitmiş çətənə kolları görmüş, özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin çətənə kollarından toplayıb istifadə etmək qərarına gəlmişdir. O, həmin vaxt yaxınlıqda yerləşən boş ərazini axtarıb bir ədəd kisə tapmış, həmin yerdə olan çətənə kollarının üzərində olan yarpaqlarını həmin kisəyə yığıb yaşadığı evə gətirmişdir. O, yaşadığı evdə həmin bitkiləri qurutduqdan sonra kisəyə doldurub yatdığı çarpayının altında gizlətmişdir. O, 27 yanvar 2022-ci il tarixədək olan vaxt ərzində ayrı-ayrı vaxtlarda həmin marixuanadan istifadə etmişdir. O, adətən marixuana az istifadə etmiş, ən çox heroin və metamfetamin istifadə edir. O, dəqiq tarixini xatırlamasa da təxminən 10-15 gün əvvəl Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşadığı evin yaxınlığında olan zibil qabının yaxınlığından keçən zaman dama-dama dəftər vərəqinə bükülmüş 01 ədəd büküm görmüşdür. O, həmin bükümü götürüb içərisinə baxdıqda heroin olmasını görmüş, həmin bükümü götürüb cibinə qoyub özündə saxlamışdır. O, heroini bərk ağrıları olan zaman istifadə etmək istəmişdir. 27 yanvar 2022-ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində olmuş, həmin gün təkrar bir kibrit qutusu evində olan marixuandan dolduraraq öz üzərində götürmüşdür. O, həmin gün saat təxminən 17 radələrində evə qayıdan zaman Şəmkir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Şəmkir rayon polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinə gəldikdən sonra hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulacağı elan edilmişdir. Ona dövlət hesabına müdafiəçi təyin edildikdən sonra müdafiəçi X4 iştirakı ilə ona təkrarən hüquq və vəzifələri izah edilmişdir. Ona qanunsuz olaraq narkotik vasitələrin saxlanılması, alqı-satqısı ilə məşğul olmaqda şübhəli olduğu izah edilmiş, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində saxladığı hər hansı qanunsuz əşya və predmet, narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməyi təklif edilmişdir. O, həmin vaxt üzərində olan şalvarın sağ yan cibində olan büküm halında olan heroini və kibrit qutusunda olan marixuananı təqdim etmişdir. Həmin kütlələr elektron tərəzi vasitəsilə çəkilən zaman heroinin çəkisinin 1,16 qram olduğu, marixuananın çəkisini isə 17,86 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kütlə zərfə qoyularaq ekspertizaya təqdim etmək üçün xüsusi qaydada qablaşdırılaraq götürülmüş, polis əməkdaşları ona evinə baxış keçirilməsi barədə məlumat vermişlər. O, yazılı şəkildə müraciət edərək evinə baxış keçirilməsinə heç bir şikayət və tələbi olmadığını bildirmişdir. O, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşadığı evdə kisə marixuana olduğunu onu təqdim edə biləcəyini demişdir. Şəmkir rayonu, Çinarlı qəsəbəsi, Nizami küçəsi ev 129 ünvanında yerləşən evinə birlikdə gedərək baxış keçirilmiş, evinə baxış keçirilən zaman ona evində saxladığı narkotik vasitə, psixotrop maddə, onarın prekursorları və qanunla dövriyyəsi qadağan edilmiş başqa əşya və predmet varsa təqdim etməyi təklif edilmişdir. O, evində narkotik vasitə olan marixuana olduğunu bildirmiş, evinin girişindən içəri daxil olduqdan sonra sol tərəfdə baş hissədə yerləşən yataq otağına getmişlər. O, həmin yerdə yataq otağında çarpayının altında kisədə olan narkotik vasitə olan marixuananı çıxarıb təqdim etmişdir. Həmin kisəni açdıqda içərisində olan bitkinin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin kütlə elektron tərəzi vasitəsilə çəkildikdə 4 kiloqram 870 qram olduğu müəyyən edilmiş, bundan sonra yaşadığı evə baxış keçirilməsi davam etdirilsə də başqa qanunsuz əşya və ya predmet müəyyən edilməmişdir. Həmin kisədə olan narkotik vasitə marixuana xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. O, otuz ildən artıq müddətdir ki narkotik vasitə istifadə edir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, bir hissəsini yaşadığı evdə saxlamış, bir hissəsini isə şəxsi istifadəsi üçün üzərində bükümə qoyaraq cibində və kibrit qutusunun içərisində gəzdirmişdir. O, başqa yerdə narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və predmət saxlamamış, üzərində gəzdirdiyi narkotik vasitəni şəxsi axtarış zamanı, evində saxladığı narkotik vasitəni isə öz razılığı ilə evinə baxış keçirilən zaman təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28.01.2022-ci il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, 28 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas 27 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Şəmkir rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitə saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən kağız bükümdə 0.310 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd kibrit qutusunda təmiz çəkisi 6.98 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş tədbirlərin davamı olaraq Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən yataq otağındakı çarpayının altından bir ədəd sintetik kisədə təmiz çəkisi 4750 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı əsasında Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış materiallar olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27.01.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, iş üzrə Əliyev X6 RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Rasim Məmmədov tərəfindən 27 yanvar 2022-ci il tarixdə 17:40-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27.01.2022-ci il tarixli “şəxsi axtarış aparılması barədə” protokoldan, protokola əlavə edilmiş diskdən və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli dama-dama şagird dəftəri vərəqəsinə bükülmüş 1,16 qram narkotik vasitə olan heroinə bənzər kütlə və bir ədəd kibrit qutusunda təmiz çəkisi 17,86 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 bölməsinin 28.11.2022-ci il tarixli 16/121 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,290 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 6,93 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-yə məsul saxlanca verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27.01.2022-ci il tarixli “baxış keçirilməsi” protokoldan, protokola əlavə edilmiş diskdən və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman oradan bir ədəd ağ rəngli sintetik torbada ümumi çəkisi 4870 qram olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası X5 bölməsinin 28.11.2022-ci il tarixli 16/121 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 4749,95 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-yə məsul saxlanca verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional Bölməsinin 28 yanvar 2022-ci il tarixli, 16/121 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd dəftər vərəqi kəsiyi bükümündə təmiz çəkisi 0,310 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik maddə” sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,98 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs fərdi evinin narkotik (marixu) maddə” sözləri və imzalar olan sintetik kisədəki, təmiz çəkisi 4750 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə və bir ədəd sintetik kisədə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28.01.2022-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, 28 yanvar 2022-ci il tarixdə tərəfimdən cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29.01.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli kifayət qədər sübutlarla təsdiq olunduğundan 29 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 29 yanvar 2022-ci il tarixli 4(076)-12/2022 nömrəli qərarından görünür ki, 29 yanvar 2022-ci il tarixdə Şəmkir rayon məhkəməsinin hakimi Mustafa Mustafayev tərəfindən Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29.01.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədilə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılan zaman üzərində aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini tapdığı yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən evin yaxınlığında olan yeri göstərmiş, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən ərazini göstərərək şəxsi axtarış zamanı üzərində və yaşadığı evə baxış zamanı yaşadığı evdə aşkar edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı həmin ərazidə yabanı halda bitmiş çətənə kollarından toplayaraq əldə etdiyini bildirərək istintaq hərəkətinin iştirakçılarına göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha hadisə yerində təsdiq etmişdir. Bu barədə protokol təırtib edilərək fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 mart 2022-ci il tarixli Şəmkir rayon Polis Şöbəsinin məktubundan görünür ki, əməliyyat tapşırığına cavabla müəyyən edilmişdir ki, Şəmkir rayonu, Çinarlı qəsəbə sakini Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin və marixuananı hər hansı şəxsdən satın alması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər ayrı-ayrı şəxslərə narkotik vasitə olan heroin və qurudulmuş marixuana satması haqqında əməliyyat məlumatları əldə edilmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmadığından dindirilməsi üçün istintaqa təqdim edilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 07.04.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Şəmkir rayon Xalq məhkəməsinin 11 avqust 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 102-ci maddəsinin, 1-ci hissəsi, 207-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 03 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Şəmkir rayon məhkəməsinin 03 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 06 may 2022-ci il tarixli, 614 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06.05.2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 27 yanvar 2022-ci il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokolla götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,290 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 6,93 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-yə məsul saxlanca verilmişdir. 27 yanvar 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokolla götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 4749,95 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-yə məsul saxlanca verilmişdir. 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. 29 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində videoçəkiliş vasitəsilə dindirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Çinarlı qəsəbə İƏD-i üzrə nümayəndəliyinin 03 may 2022-ci il tarixli 394 və 396 nömrəli arayışlardan görünür ki, Əliyev X6 rayonu, Çinarlı qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır və Müdafiəçi1,X3 və X1 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Çinarlı qəsəbə İƏD-i üzrə nümayəndəliyinin 03 may 2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Əliyev X6 rayonu, Çinarlı qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Penitensiar Xidmət Müalicə Müəssisəsi tərəfindən verilmiş 19 may 2022-ci il tarixli 17/36- 1233 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs olunmuş Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdə Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 iyun 2022-ci il tarixli Müdafiəçi1 Gəncə Ağır Cinayətlər Məhkəməsinə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ölmüş Təqsirləndirilən şəxs onun oğludur, onu hüquqi varis qismində tanınmağını məhkəmədən xahiş edir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə bu Məcəllənin 39.1.5ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlancına verilmiş 27 yanvar 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokolla götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 4749,95 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R diskin, 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R diskin və 29 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində videoçəkiliş vasitəsilə dindirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 64 manat 80 qəpik dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2 maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi dövlət hesabından Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin müəyyən edilmişdir ki, cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmiş və həmin işə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Beləliklə göstərilən hüquqi yardıma görə Müdafiəçi2 90 manat ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 44.2.1-1, 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin. Azərbaycan Respublikası CPM-in 44.2.1.1-ci maddəsinin tələbinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölmüş Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cəza təyin edilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlancına verilmiş 27 yanvar 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokolla götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 4749,95 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R diskin, 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R diskin və 29 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində videoçəkiliş vasitəsilə dindirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı 15 iş saatına görə dövlət büdcəsindən Müdafiəçi2 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. 64 manat 80 qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci dövlət büdcəsinin hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar