Məhkəmə qərarları › İş №1(100)-292/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-292/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-292/2023 06.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1984-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü dəyişdirilərək cəzası 08 (səkkiz) ilə endirilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş, Cəlilabad rayonu, Hacıismayıllı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Xan Şuşinski küçəsi, ev 39-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cinayət haqqında icraat ayrılmış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdikləri 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdar hesab edilən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 157,425 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən külli miqdar hesab edilən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 24,583 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni hər birinin tərkibində 0,04 qram olmaqla narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən və üzərlərində “F/M40” göstəricisi olan 2 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbini 1 ədəd polietilen kəsiyinə büküb əynində olan göy rəngli cins şalvarın sağ arxa cibində saxlamaqla barəsində ayrıca icraata cinayət işi ayrılmış digər şəxsin istifadəsində olan və idarə etdiyi “Mercedes Benz C180 minik” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 17 sentyabr 2022-ci il tarixdə Qazax rayonu ərazisinə daşımış, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və barəsində ayrıca icraata cinayət işi ayrılmış digər şəxs 17 sentyabr 2022-ci il tarixdə saat 04:20 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ilə X10 küçəsinin kəsişməsində yerləşən köşkün yaxınlığında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 05:20-dən 06:30-dək olan müddətdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd polietilen kəsiyinə bükülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 157,425 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 24,583 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, hər birinin tərkibində 0,04 qram olmaqla narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən və üzərlərində “F/M40” göstəricisi olan 2 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 6-7 ildir narkotik vasitələrdən istifadə edir. 15 sentyabr 2022-ci il tarixdə Xırdalan şəhəri ərazisində “Xırdalan dairəsi” adlanan yerdə piyada gəzən zaman yerdən sellofan bükülünün içərisindən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin, 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və 2 ədəd “metadon” həbi tapıb özü istifadə etmək məqsədi ilə götürmüşdür. 16 sentyabr 2022-ci il tarixdə istirahət etmək üçün Qazax rayonuna getmək qərarına gəlmiş, həmin gün axşam saatlarında bir gün əvvəl yerdən tapdığı narkotik vasitələri və psixotrop maddəni özü istifadə etmək məqsədi ilə əynində olan göy rəngli cins şalvarın sağ arxa cibinə qoymuş və tanışı X2 zəng vurub onu Qazaxa aparmasını xahiş etmişdir. Ruslan da 100 manata onu Qazaxa aparmağa razılaşmışdır. Həmin gün o, saat 20-21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Ruslan Əlixanovla görüşmüş və sonuncunun idarə etdiyi “Mercedes” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qazaxa getmişlər. 17 sentyabr 2022-ci il tarixdə gecə saat 03 radələrində onlar Qazaxa çatmışlar. Həmin gün saat 04 radələrində Qazax şəhər mərkəzi bazarının qarşısında hərəkətdə olan zaman yaxınlıqda yerləşən açıq olan köşkü görüb su almaq üçün köşkə tərəf gedən vaxt Qazax rayon polis şöbəsinin əməkdaşları onları saxlayıb polis şöbəsinə gətirmişlər. Polis şöbəsində birinci mərtəbədə yerləşən otaqlardan birində videoçəkiliş ilə müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd sellofan kəsiyinə bükülmüş 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin, 1 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin və 2 ədəd metadon həbi aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdə sellofan kəsiyi ilə birlikdə heroinin çəkisinin 161,65 qram, sellofan kəsiyi ilə birlikdə metamfetaminin çəkisinin 25,14 qram olduğunu müəyyən edilmişdir. Daha sonra həmin narkotik vasitələr və psixotrop maddə 1 ədəd kağız zərfdə qablaşdırılaraq imzalanıb götürülmüşdür. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitələr və psixotrop maddə ona məxsus olmuş, həmin kütlələri o, Qazax rayonunda istirahət edəcəyi zaman şəxsi istifadəsi üçün üzərində saxlamış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, X2 üzərində narkotik vasitə və psixotrop maddə olması barədə heç bir məlumat verməmiş, sonuncunun da bu barədə məlumatı olmamış, polis əməkdaşları onu saxlayan zaman özlərini təqdim etmiş, ona qarşı hər hansı fiziki zorakılıq hallarına yol verilməmiş, psixoloji təzyiqlərə məruz qalmamış, axtarış zamanı müdafiəçisi yanında olmuş, hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşlarından şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafı ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qazax RPŞ-nin NMQnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 17 sentyabr 2022-ci il tarixdə Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib taksi vasitəsi ilə Qazax rayonuna gətirməsi barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Qazax şəhəri, Heydər Əliyev prospekti ilə X10 küçəsinin kəsişməsində yerləşən köşkün yaxınlığında olmasını müəyyən etdikdən sonra o, Qazax RPŞ-nin PPXB-nin komandir müavini Şahid2, KTQ-nin baş inspektor-kriminalisti Rahil Hüseynov, PPXB-nin polis nəfərləri Şahid4 və Şahid3 ilə birlikdə həmin yerə getmişdir. Həmin gün saat 04:20 radələrində Təqsirləndirilən şəxs və bir nəfər digər şəxsin “Mercedes” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf getmələrini müşahidə edib onlara yaxınlaşaraq özlərini təqdim edib Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə edib Qazax rayonuna daşımaqda şübhəli olduğunu bildirərək sonuncuları polis şöbəsinə dəvət etmişlər. Onlar Təqsirləndirilən şəxs öz avtomobillərinə əyləşdirmiş, o və Şahid3 sonuncunun yanında əyləşmiş, Şahid2 da avtomobili idarə etmişdir. Şahid4 isə “Mercedes” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmiş, avtomobili isə sürücü özü idarə etmişdir. Polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs yanındaki şəxsin Quba rayonu Digah kənd sakini X5 olmasını müəyyən etmişlər. Daha sonra polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən xidməti otaqda onun, əməliyyat qrupunun digər üzvlərinin və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən ağ rəngli sapla bağlanmış 1 ədəd şəffaf rəngli sellofan büküm çıxardıb təqdim etmişdir. Büküm açıldıqda içərisində hər birinin ağzı ağ rəngli sapla bağlanmış 1 ədəd qırmızı rəngli sellofan büküm, 1 ədəd şəffaf rəngli sellofan büküm və 2 ədəd dərman həbi aşkar edilmişdir. Sellofan bükümlər açıldıqda, birinin içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə, digərinin içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin narkotik vasitələr və psixotrop maddə 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdəki kütlələrin “kakos” və “şüşə”, həblərin “M40” dərmanı olduğunu, Qazax rayonuna gəlməmişdən 1 gün əvvəl “Xırdalanın kruqu” deyilən ərazidə yerdən tapdığını, özü istifadə etmək üçün Qazax rayonuna gətirdiyini bildirmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs yanında olan Ruslan Əlixanovun üzərində şəxsi axtarış zamanı, həmçinin sonuncunun idarə etdiyi “Mercedes” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və psixoloji təsir və ya təzyiq göstərilməmiş, hər hansı bir polis əməkdaşı sonuncunu döyməmiş və xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qazax RPŞ-nin PPXB-nin komandir müavini Şahid2, PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Mercedes C180 markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 7 ilə yaxındır tanımışdır. Təxminən 20 gün əvvəl Ruslan ona bir nəfər tanışı ilə görüşmək üçün özünü Qazax rayonuna aparıb-gətirməsini xahiş etmiş, o da 200 manata aparıb-gətirə biləcəyini demişdir. Elə həmin ərəfədə xatırlamadığı gündə saat 19-20 radələrində Xırdalan şəhər dairəsinin yaxınlığında Ruslanla görüşmüş və sonuncu avtomobilə yaxınlaşıb əlində olan polietilen torbanı yük yerinə qoymuşdur. Növbəti gün saat 01 radələrində onlar Qazax rayonuna çatmış, Ruslan kimləsə mobil telefonla danışıb Qazax şəhərinə çatdığını demiş, o da avtomobili idarə edərək Ruslanın dediyi tanımadığı yerə getmişdir. Ruslanın dediyi yerdə 1 nəfər tanımadığı kişi onları gözləmiş, həmin kişi onları görən kimi əli ilə işarə verib darvazası açıq olan həyətə keçməklərini demiş, o da avtomobili həyətə sürüb dayanmışdır. Ruslan avtomobildən düşməmiş, tanımadığı şəxsin əlində pul olmuş və sonuncu onun avtomobilinin arxa oturacağına əyləşmişdir. Ruslan ona avtomobilin yük yerində olan torbanı həmin şəxsə verməsini demişdir. O da avtomobildən düşüb yük yerində olan torbanı götürərək arxa oturacağın üstünə qoymuşdur. Həmin şəxs isə torbanın içərisində olan yapışqanlı lentlə sarınmış qara rəngli bükümü əlinə götürüb baxmış, daha sonra əlində olan pulları Ruslana vermişdir. Bundan sonra o avtomobilin alın şüşəsini silməyə başlamış, Ruslan və həmin şəxs avtomobildə əyləşib 2-3 dəqiqə söhbət etmişlər. Həmin şəxs avtomobildən düşdükdən sonra o, avtomobili idarə edib həyətdən çıxmışdır. Yolda Ruslandan həmin şəxsə verdiyi şeyin nə olduğunu soruşmuş, Ruslan isə narkotik vasitə olan “kakos” olduğunu demişdir. O, Ruslana etiraz edib qorxduğunu demişdir. Ruslan isə narahat olmamağını bildirmişdir. Bundan sonra o, avtomobili idarə edərək Ruslanla birlikdə Bakı şəhərinə qayıtmışdır. 16 sentyabr 2022-ci il tarixdə Ruslan istifadəsində olan xatırlamadığı nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng vurub bir nəfərdən pul almaq üçün özünü Qazax rayonuna aparıb qaytarmağını xahiş etmişdir. O da razılaşıb 200 manata aparıb-qaytara biləcəyini demişdir. Həmin gün saat 20 radələrində Xırdalan şəhər dairəsinin yaxınlığında Ruslanla görüşmüş, Ruslan avtomobilin qabaq sərnişin oturacağında əyləşdikdən sonra o, avtomobili idarə edərək 17 sentyabr 2022-ci il tarixdə təxminən saat 04 radələrində Qazax şəhərinə çatmışlar. Qazax rayon mərkəzi bazarının yaxınlığındakı açıq olan köşkdən içməyə su alan zaman Qazax Rayon Polis Şöbəsinin əməkdaşları onları saxlayıb polis şöbəsinə aparmışlar. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5293 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 64” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə və həblər..” sözləri, imzalar qeyd edilmiş zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 157,425 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 24,583 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “F..M40” göstəricisi olan 2 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər narkotik vasitə - metadondur, 2 ədəd metadon həbinin təsir maddəsinin ümumi miqdarı 0,08 qram (1 ədəd hǝbdə 0,04 qram) təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi – 157,425 qr., tədqiqata sərf edildi – 0,1 qr., qalıq – 157,325 qr. Metamfetaminin təmiz çəkisi – 24,583 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 24,533 qr. Metadon həblərinin sayı – 2 həb, tədqiqata sərf edildi – 1 həb, qalıq – 1 həb. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 1886 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 737 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hazırkı ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hazırkı cinayət əməlini törədərkən öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 05:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə saat 06:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisindən 1 ədəd sellofan kəsiyi bükümündə çəkisi 161,65 qram təşkil edən tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə, 1 ədəd sellofan kəsiyi bükümündə çəkisi 25,14 qram təşkil edən ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar kütlə, üzərində “M40” göstəricisi olan 2 ədəd həb aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs tünd qəhvəyi rəngli kütlənin heroin, ağ rəngli kütlənin metamfetamin, 2 ədəd həbin isə metadon olduğunu, həmin kütlələri və həbləri Qazax rayonuna gəlməmişdən bir gün əvvəl “Xırdalan dairəsi” adlanan ərazidən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə olunmuş 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, 17 sentyabr 2022-ci il tarixdə saat 07:48:36-dək Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** saylı nömrənin anten məlumatları göstərilməmiş, həmin gün saat 07:48:36-dan sonra isə həmin nömrə “Qazax shahari, Nizami kuchasi, 3 X11 Maktab” anten dairəsində olmuşdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** saylı nömrə ilə X1 istifadəsində olan +99***-***-**-** saylı nömrə arasında mütəmadi olaraq, yəni 338 dəfə danışıq olmuş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 18:37:57-də Təqsirləndirilən şəxs istifadəsində olan nömrədən Ruslan Əlixanovun adına olan nömrəyə zəng edilmiş, aralarında 43 saniyə danışıq olmuş, danışıq zamanı Ruslan Əlixanovun adına olan nömrə Bakı şəhəri ərazisinin anten dairəsində olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan nömrənin anten məlumatı isə göstərilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən X5 cinayət təqibini həyata keçirən orqandan gizləndiyi üçün barəsində axtarış elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin materiallarında başqa cinayət işinin ayrılması və icraata götürülməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işindən X5 və qeyri barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 barəsində Qazax RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Ruslan Əlixanov cinayət təqibi orqanından gizləndiyi üçün barəsində axtarış elan edilmiş, hal-hazırda cinayət işi üzrə Ruslan Əlixanovun tutularaq istintaq orqanına təqdim edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 №63” mətninə malik ştampla ştamplanmış 1 ədəd kağız paketdə qablaşdırılmış təmiz çəkisi 157,325 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, təmiz çəkisi 24,533 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, tərkibində narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən 1 ədəd dərman həbi maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanc anbarında məsul saxlanca verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Qazax şəhərinə taksi vasitəsi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gətirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportda göstərilmişdir ki, Təqsirləndirilən şəxs və X5 xx.xx.2022-ci il tarixdə saat 04:20 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti ilə X10 küçəsinin kəsişməsində yerləşən köşkün yaxınlığında saxlanılaraq idarə etdikləri “Mercedes C180 minik” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Qazax RPŞ-yə gətirilmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin əməliyyat tapşırığına verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs təmiz çəkisi 157,425 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, təmiz çəkisi 24,583 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, hər birinin tərkibində 0,04 qram olmaqla narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edən, üzərlərində “F/M40” göstəricisi olan 2 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbini hansı tarixdə, hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə edərək X5 ilə qabaqcadan əlbir olub sonuncunun idarə etdiyi Mercedes C180 markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax rayonuna gətirmələri barədə məlumat əldə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü dəyişdirilərək cəzası 08 (səkkiz) ilə endirilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AA1507223 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X8 Səlimovun qızıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Cəlilabad RİH başçısının Seyidbazar KİƏDÜN-i tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Aylin Səlimova adlı qız övladı vardır, Təqsirləndirilən şəxs uzun müddətdir ailəsi ilə birlikdə Hacıismayıllı kəndində yaşamır, lakin həmin kənddə yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində heç kimə narkotik vasitələr və psixotrop maddə satmadığını, üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni Qazax rayonunda istirahət edəcəyi zaman şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, həmçinin X2 üzərində narkotik vasitə və psixotrop maddə olması barədə heç bir məlumat vermədiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin özünün qismən etirafedici ifadələri, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində müdafiəçisinin iştirakı ilə 17 və 18 sentyabr 2022-ci il tarixlərdə verdiyi izahatında və ifadəsində, həmçinin 18 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində X3 tanımadığını və sonuncu ilə xx.xx.2022-ci il tarixdə Bakı Beynəlxalq Avtovağzal Kompleksində taksi sürücüsü kimi tanış olduğunu göstərsə də, 20 sentyabr 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində 16 sentyabr 2022-ci il tarixdə Qazax rayonuna gedən zaman özünün üzərində narkotik vasitə və psixotrop maddə olması barədə Ruslan Əlixanova məlumat verdiyini, lakin həmin kütlələri sonuncuya göstərmədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdə verdiyi ifadəsində 16 sentyabr 2022-ci il tarixdən əvvəl də Ruslan Əlixanovla birlikdə Qazax rayonuna gedib gəldiyini və tanımadığı şəxslə görüşüb həmin şəxsə torba verdiyini göstərmişdir. Eyni zamanda ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Ruslan Əlixanov da verdiyi ifadələrində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 7 ilə yaxındır tanımış, 16 sentyabr 2022-ci il tarixdən təxminən 20 gün əvvəl 200 manat qarşılığında Təqsirləndirilən şəxs Qazax rayonuna aparıb gətirmiş, Qazaxda Təqsirləndirilən şəxs bir nəfər tanımadığı şəxslə görüşmüş və həmin şəxsə narkotik vasitə “kakos” vermişdir. 16 sentyabr 2022-ci il tarixdə yenə də 200 manat qarşılığında Təqsirləndirilən şəxs Qazax rayonuna aparmış, sonuncu orada bir nəfərdən pul alacağını demişdir. O cümlədən cinayət işinin materiallarında olan əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə edərək X5 ilə qabaqcadan əlbir olub sonuncunun idarə etdiyi Mercedes C180 markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax rayonuna gətirmələri barədə məlumat əldə edildiyi göstərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan da görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:24:58-dən xx.xx.2022-ci il tarixdə 18:38:40-dək Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** saylı nömrəsi ilə X1 adına olan +99***-***-**-** saylı nömrə arasında mütəmadi olaraq, yəni 338 dəfə danışıq olmuşdur. Qeyd edilən hal Təqsirləndirilən şəxsla Ruslan Əlixanovun bir-birini uzun müddətdir tanıdıqları təsdiq edir. Göründüyü kimi, iş üzrə şahid Ruslan Əlixanovun ibtidai istintaq zamanı verdiyi ifadəsi həqiqətə uyğun olmaqla işin faktiki halları ilə uyğunluq təşkil edir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. CPM-nin 329.1-ci maddəsinə əsasən, şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarının 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 sentyabr 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsini iş üzrə şahid qismində dindirilmiş X1, Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri ilə, o cümlədən işdə olan ekspert rəyləri, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmin ifadəsi daha inandırıcı, işin faktiki hallarına uyğun gələn və obyektiv ifadə kimi qəbul edilməli və əsas götürülməlidir. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni Qazax rayonunda istirahət edəcəyi zaman şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərsə də, iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 dekabr 2022-ci il tarixli, 1886 nömrəli rəyində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmədiyi, narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığı göstərilmişdir. Həmçinin qeyd edilən məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviri hissəsindən də görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspert müayinəsi zamanı narkotik vasitə qəbul etmədiyini bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləlikə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olmaması, Təqsirləndirilən şəxs üzərindən ayrı-ayrılıqda üç növ, yəni heroin, metamfetamin və metadon həblərinin aşkar edilməsi, həmçinin heroinlə metamfetaminin külli miqdar təşkil etməsi faktı sonuncunun həmin narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Qazax rayonu ərazisinə daşımasını təsdiq edir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin və metadon narkotik vasitə hesab olunur, İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır, metadonun şəxsi istehlak miqdarından artıq miqdarı 0,02 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 1,6 qramdır. Hazırkı cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli, 6/5293 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 157,425 qramdır, metamfetaminin ümumi təmiz çəkisi 24,583 qramdır, metadonun isə ümumi miqdarı 0,08 qramdır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metafmetaminin ayrı-ayrılıqda ümumi təmiz çəkiləri külli miqdar təşkil edir. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində ayrı-ayrılıqda üç növ, yəni 1 büküm narkotik vasitə heroinin, 1 büküm psixotrop maddə metamfetaminin, həmçinin 2 həb metadonun aşkar olunması, qeyd edilən narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin hər birinin çəkisinin ayrı-ayrılıqda külli miqdar təşkil etməsi Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitələri və psixotrop maddələri ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası CM-nin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-nin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. CM-nin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı iş materiallarında görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə X5 və şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, həmçinin qanunsuz olaraq əldə edib üzərində saxladığını narkotik vasitələri və psixotrop maddəni Ruslan Əlixanovla birlikdə sonuncunun idarə etdiyi nəqliyyat vasitəsi ilə Qazax rayonuna daşımışdır. Beləliklə də məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, CM-nin 315.2-ci maddəsi az ağır cinayətlərin təsnifatına aid edilirdi. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə cəzanın sonu ilə azadlıqdan məhrum etmə cəzasından azad olunmuş və onun həmin cinayət əməli üzrə məhkumluğu ödənilmişdir. Bundan əlavə iş materiallarında olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin tələbnamədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs cəzası 08 (səkkiz) ilə endirilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən, CM-nin 234.4.3-cü maddəsi ağır cinayətlərin təsnifatına aid edilir. CM-nin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Hazırkı cinayət işi üzrə ibtidai istintaqı orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o ittiham olunduğu əməlləri 17 sentyabr 2022-ci il tarixdə törətmişdir. Göründüyü kimi, ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən, yəni xx.xx.2017-ci il tarixdən hesablamaqla altı il keçməmiş və məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivi mövcuddur. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərkibi cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 17 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 180 (bir yüz səksən) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanc anbarında məsul saxlanca verilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 №63” mətninə malik ştampla ştamplanmış 1 ədəd kağız paketdə qablaşdırılmış təmiz çəkisi 157,325 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, təmiz çəkisi 24,533 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, tərkibində narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən 1 ədəd dərman həb məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla belə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1886 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 17 sentyabr 2022-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 180 (bir yüz səksən) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanc anbarında məsul saxlanca verilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 №63” mətninə malik ştampla ştamplanmış 1 ədəd kağız paketdə qablaşdırılmış təmiz çəkisi 157,325 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, təmiz çəkisi 24,533 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, tərkibində narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edən 1 ədəd dərman həb məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar