Məhkəmə qərarları › İş №1(100)-292/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-292/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-292/2024 23.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X3 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11 oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında xx.xx.1988-ci il tarixdə Xocalı rayonu, Cəmilli kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 315.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 06 (altı) ay 12 (on iki) gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş; Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Xocalı rayonu, Cəmilli kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1 və 150.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Goranboy şəhəri, Heydər Əliyev prospekti, Yeni Avtovağzalın yanında yerləşən icarə əsasında işlətdiyi kafeyə 29 iyul 2023-cü il tarixdə ofisiant işləmək üçün gəlmiş Sumqayıt şəhər sakini, xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bir neçə dəfə cinsi əlaqədə olmağı təklif etsə də sonuncunun imtina etməsi səbəbindən 03 avqust 2023-cü il tarixdə saat 01:40 radələrində həmin kafedə Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqəyə girmək qərarına gəlmiş və sonuncunu kafenin çarpayı olan otağına apararaq zorla iradəsi ziddinə çarpayının üstünə üzü üstə yıxıb bir əli ilə Zərərçəkmiş şəxs əllərini belinin arxasına bükərək tutub, digər əli ilə isə sonuncunun paltarlarını əynindən çıxardıqdan sonra Zərərçəkmiş şəxs çarpayının üzərində beli üstə uzadıb fiziki zor tətbiq etməklə müqavimətini qıraraq öz cinsiyyət orqanını sonuncunun uşaqlıq yoluna daxil edib zorla cinsi əlaqədə olmaq istəmiş, lakin Zərərçəkmiş şəxs aktiv fiziki müqavimət göstərərək onun cinsiyyət orqanını uşaqlıq yoluna daxil etməsinə mane olduğu üçün öz iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyərək zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmağa, yəni zorlamağa cəhd etmiş, bunun ardınca isə öz cinsi istəyini təmin etmək məqsədilə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq qərarına gələrək sonuncunu çarpayının üzərində üzü üstə uzadıb hər iki əlini belində birləşdirərək bir əli ilə tutub gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs anus dəliyinə zorla daxil edərək qeyri-təbii yolla cinsi əlaqədə olmuş, yəni zor tətbiq etməklə zərərçəkmiş şəxsə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan sonra, o, 03 avqust 2023-cü il tarixdə günorta saatlarında Goranboy şəhəri, Heydər Əliyev prospekti, Yeni Avtovağzalın yanında yerləşən icarə əsasında işlətdiyi kafedə öz cinsi istəyini təmin etmək məqsədilə Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq qərarına gələrək sonuncunu öldürməklə hədələyib müqavimət göstərməməsinə nail olduqdan sonra Zərərçəkmiş şəxs ilə iradəsi ziddinə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, yəni zor tətbiq etmə hədəsi ilə zərərçəkmiş şəxsə qarşı təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1 və 150.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən obyektdə kafe işlədən müddətdə Goranboy rayon polis şöbəsinə yeni təyin edilmiş Feruz adlı rəis müavini ondan kafedə xanım işlətməməsini tələb etmişdir. O isə həbsdən yeni çıxdığını və işləməsi üçün imkan vermələrini xahiş etmiş, çünki Zərərçəkmiş şəxs əvvəl yanında başqa bir xanım işləmiş və həmin xanım işlədiyi müddətdə qazancı yaxşı olmuş, günlük 150-200 manat qazanmışdır. Polis ona həmin xanımın yanında işləyə bilməyəcəyini demiş, o, səbəbini soruşduqda polislər əmək müqaviləsi bağlamalı və kassa aparatı qoymalı olduğunu demişlər. O da sonunculara kafeni yeni işlətməyə başladığını, hazırda maddi vəziyyətinin yaxşı olmadığını və 2 ay vaxt vermələrini xahiş etmişdir. Polislər isə əvvəlcə bunun mümkün olmadığını desələr də, daha sonra aylıq 500 manat verməsi müqabilində həmin xanımı işlədə biləcəyini demişlər. O da buna etiraz etmişdir. Bir neçə gün sonra işlətdiyi kafe üçün Ağcabədi rayonunda bazarlıq edən vaxt əvvəl yanında işləyən xanım ona zəng edərək polis şöbəsində olduğunu demişdir. O, şöbəyə getdikdə həmin xanımın axtarışda olduğunu bildirmişlər. Bu hadisədən bir neçə gün sonra kafedə oturduğu zaman sahə müvəkkili Elxan müəllimin köməkçisi yanına gələrək çay verməsini istəmiş və ondan yanında xanım işçi olub-olmamağını soruşmuşdur. O isə Feruz müəllimin imkan vermədiyini demişdir. Sonuncu xanım işçi işlədə bilməsi qarşılığında onlara nəsə hörmət etməsini demişdir. O da kafedə yanında işləməsi üçün xanım tanışı olmadığını bildirmişdir. Polis isə ona bir nəfər tanışı olduğunu, həmin şəxsin Sumqayıt şəhərində yaşadığını və adının Aysu olduğunu deyərək mobil nömrəsini vermiş, yalnız nömrəni ondan aldığını Aysuya deməməsini tapşırmışdır. O, həmin nömrəyə zəng edib Aysu ilə danışmışdır. Polisdən ehtiyat etdiyi üçün əvvəlcə qıza özünü düzgün təqdim etməmişdir. Aysu özünün İsmayıllı rayonunda işlədiyini, lakin bacısı Ayselin hazırda işi olmadığını və ehtiyac varsa sonuncunu telefonda xəttə qoşa biləcəyini demişdir. O, razılaşdıqdan sonra Aysu bacısı Ayseli telefonda xəttə qoşmuş və sonuncu iki gün sonra gələ biləcəyini demiş, o isə Ayseldən daha tez gəlməsini xahiş etmişdir. Bundan sonra Aysel elə sabahsı gün Goran qəsəbəsinə gəlmiş, o, dostunun avtomobili ilə sonuncunu qarşılamağa getmiş və “Qlobus”un yanında Ayseli qarşılayaraq gəldiyi avtomobilin pulunu da vermişdir. Dostunun avtomobilinə mindikdə o, qabaq oturacaqda, Aysel isə arxa oturacaqda əyləşmişdir. Həmin vaxt onun saçları uzun olmuşdur. Aysel avtomobildə olarkən onun saçını arxadan sığallamış, dostu Məhəmməd isə Ayseli görüb ona bəxtinin gətirdiyini demişdir. Onlar birbaşa işlətdiyi kafeyə getmişlər, Aysel kafeyə baxmış və həmin vaxtı o, qızdan dağa gedib istirahət etmək istəyib-istəmədiyini soruşmuş, Aysel isə buna etiraz etməmişdir. Ona görə də o, Aysellə birlikdə dostunun Ağcakənd qəsəbəsində yerləşən evinə getmiş və istirahət edərək gecəni orada qalmışlar. Səhəri gün onlar kafeyə qayıtmışlar. Bundan bir neçə gün sonra Ayselin bacısı Aysu və bacısının tanışı onun yanına gəlmişlər. O, sonuncuları yaxşı şəkildə qarşılayıb yola salmışdır. Bundan sonra kafeyə Ayselin bacısının tanışı Loğman da gəlmişdir. Ayselin kafedəki otaqda ağladığını görüb Loğman sonuncunun yanına getmişdir. O, Ayseldən nə üçün ağladığını soruşduqda sonuncu atasının onları atıb getdiyini və atasını xatırladığını demişdir. O, Ayseli sakitləşdirmiş və işlətdiyi kafedə qəlyan vermədiyi üçün dostu Rövşənin işlətdiyi “Ocaq” restoranında qəlyan çəkməyi təklif etmiş, Aysel də razılaşmışdır. Qəlyan çəkdiyi vaxt Rövşənin əlini Ayselin boynuna atdığını görüb o, qıza bağlandığı üçün əsəbiləşmiş və onlar qəlyanı yarımçıq qoyub öz kafelərinə qayıtmışlar. İş materiallarına əlavə edilmiş video görüntülər qeydə alınan zaman xəbəri olmamış, həmin gecə Aysel paltarlarını yığıb gedəcəyini demiş, o isə sonuncudan geriyə qayıdıb-qayıtmayacağını soruşanda Aysel anasının xəstə olduğunu, amma buna baxmayaraq geri qayıdacağını demişdir. Ola bilsin ki, Ayselin paltarlarındakı zədə də həmin vaxt yaranmışdır. O, başına xoşagəlməz hadisə gələ biləcəyi üçün Ayselə gecə vaxtı getməməsini demiş, həmçinin o, Ayselin bakirə olmasını da bilməmişdr. Əgər istəsəydi Aysellə zorla cinsi əlaqədə olardı. Qeyri-təbii yolla cinsi əlaqədə isə Ayselin razılığı ilə olmuşdur. Səhəri günü, yəni 03 avqust 2023-cü il tarixdə Aysel əşyalarını yığmış və o, sonuncunu taksi ilə Goran qəsəbəsindən Sumqayıt şəhərinə yola salmışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Aysellə könüllü olaraq qeyri-təbii yolla cinsi əlaqədə olmuş, Ayselin bədəni üzərindəki xəsarətləri o, yetirməmiş, ola bilsin ki, sonuncu özü-özünə yetirmişdir. İlk olaraq o, Ayselə cinsi əlaqədə olmağı təklif etmiş, sonuncu isə bakirə olduğunu və qeyri-təbii yolla cinsi əlaqədə ola biləcəyini demişdir. Bundan sonra o, Ayselin razılığı ilə həmin gecə və Sumqayıta qayıtdığı gün səhər vaxtı qeyri-təbii yolla sonuncu ilə cinsi əlaqədə olmuşdur. Ayselin paltarlarının hansı şəraitdə zədələnməsi barədə onun məlumatı olmamışdır. O, sonradan bütün baş verənlərin polisin oyunu olduğunu ehtimal etmişdir. O, hazırda polislər barəsində qeyd etdiklərini ibtidai istintaq zamanı da demiş, lakin ifadəsində həmin xüsusatlar göstərilməmişdir. O, xx.xx.2023-cü il tarixdə gecə vaxtı Ayselin üzərinə bıçaq çəkməmiş, sadəcə bıçaq çıxarıb gedəcəyin təqdirdə özünə xəsarət yetirəcəyini demişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək onun yanında işləmiş, həmin müddətdə də o, sonuncu ilə könüllü surətdə iki dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 iyul 2023-cü il tarixdə bacısı Aysu onu telefonda qrup zənginə qoşmuş, həmin zəngdə Aysudan başqa Elgün adlı şəxs də olmuş, sonuncu özünü bacısına hərbiçi kimi təqdim etmiş və əvvəl Aysu ilə danışıb Goranboy rayonunda yerləşən kafesində işləmək üçün ofisiant axtardığını demiş, bacısı isə Elgünə onun işləyə biləcəyini bildirmişdir. Zəng zamanı o, Elgünün kafesində ofisiant işləmək üçün 29 iyul 2023-cü il tarixdə Goranboya gələcəyi ilə bağlı razılaşmışdır. 29 iyul 2023-cü il tarixdə saat 17 radələrində Goranboy rayonu, Goran qəsəbəsinə çatmış, Elgün də onu qarşılamışdır. Bundan sonra o, Elgünün işlətdiyi kafeyə getmiş və paltarlarını oraya qoyduqdan sonra Elgün yoldan gəldiyini bildirib dincəlmək üçün Ağcakəndə getməyi təklif etmişdir. O da sonuncu ilə razılaşmışdır. X8 dostunun evinə getmiş, o, həyətdə oturmuş, Elgün ona evə gəlməsini desə də o, evə girməmişdir. Elgün də onu qucağına alıb evə aparmış, qapını arxandan bağlamış və onun üzərinə gəlib cinsi əlaqədə olmalı olduğunu demiş, o, isə istəmədiyini bildirmişdir. Ona görə də həmin gün onlar cinsi əlaqədə olmamışlar. Bundan təxminən iki gün sonra gecə saat 01:30-da Elgünlə birlikdə işlətdiyi çay evini bağladıqdan sonra sonuncu onu çay evində olan yataq otağına çağırmış, o da Elgünün məqsədinin onunla cinsi əlaqədə olmaq olduğunu bildiyi üçün otağa getməmişdir. Elgün də otaqdan çıxaraq onu zorla qucağına alıb çarpayı olan otağa aparmış, sonra isə onu otaqda olan çarpayının üzərinə atmış, daha sonra onun üzərinə gəlib cinsi əlaqədə olmaq istədiyini demiş, o isə istəmədiyini bildirmişdir. Buna baxmayaraq Elgün onun üzərinə gəlmiş, həmin vaxt o, çarpayıda oturaq vəziyyətdə olmuşdur. Elgün onun üzərinə gəldikdə o, qışqıraraq cinsi əlaqədə olmayacağını demişdir. Elgün isə onun sifətinə sillə ilə bir neçə dəfə vurmuşdur. O, əlləri ilə Elgünə müqavimət göstərməyə çalışmış, həmin vaxt sonuncu onun arxasına keçib qollarını arxaya tərəf aparıb əlləri ilə möhkəm sıxaraq saxlamışdır. O, həmin vaxt ağlayıb qışqırmış, lakin Elgün qollarını buraxmamış, əksinə əynində olan paltarları çıxarıb yerə atmışdır. Elgün arxadan bir əli ilə onun hər iki əlini tutub saxladığından o, çox müqavimət göstərə bilməmişdir. Elgün paltarlarını çıxartdıqdan sonra onu arxası üstə çarpayıya uzatmış və bərkimiş vəziyyətdə olan cinsiyyət orqanını zorla onun cinsiyyət orqanına salmağa çalışmışdır. O, qışqıraraq Elgünü ayaqları və əlləri ilə vurub kənarlaşdırmaq istəmiş, lakin Elgün üzərindən qalxmamışdır. Sonuncu hər iki əli ilə onu boğazından tutub sıxmış və cinsi əlaqədə olmasa öldürəcəyini demişdir. Daha sonra Elgün əllərini onun boğazından çəkib yenidən öz cinsiyyət orqanını zorla onun cinsiyyət orqanına salmaq istəmişdir. Elgün bərkimiş vəziyyətdə olan cinsiyyət orqanını onun cinsiyyət orqanına zorla dəfələrlə salmağa cəhd etsə də o, ayaqlarını sıxıb əlləri və bacardığı qədər də ayaqları ilə Elgünü vurmuşdur. Elgün isə ayaqları ilə onun ayaqlarını aralamağa çalışıb cinsiyyət orqanını zorla onun cinsiyyət orqanına salmaq istəmişdir. Bu səbəbdən də Elgün ayaqları ilə onun ayaqlarının bud hissəsinin içəri tərəfinə hər iki dizi ilə zərbələr vurmuşdur. Lakin müqaviməti davam etdiyi üçün Elgün onunla zorla təbii yolla cinsi əlaqədə ola bilməmişdir. Daha sonra Elgün onu çarpayıda ağzı üstə çevirib uzandırmış və onun hər iki əlini arxaya keçirib bir əli ilə əllərini tutmuşdur. Sonra isə Elgün bərkimiş vəziyyətdə olan cinsiyyət orqanını zorla onun anus dəliyinə salaraq onunla cinsi əlaqədə olmuşdur. Elgündən nə üçün ona belə hərəkətlər etdiyini soruşanda sonuncu onunla cinsi əlaqədə olmaq istədiyi üçün belə etdiyini demişdir. Səhəri gün oyandıqdan sonra o, getmək istəmiş, lakin Elgün onu buraxmaq istəməmişdir. O da Elgün mağazaya getdiyi vaxt anasına zəng etmiş, daha sonra anası Elgünlə danışmış və bundan sonra o, Sumqayıt şəhərinə getmişdir. Evə çatdıqdan sonra Elgünün etdikləri barədə anasına danışmış, daha sonra isə sonuncuya zəng edib qayıtmıyacağını demiş və polis şöbəsinə Elgündən şikayət etmişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Elgünlə aralarında hər-hansı problem olmamış, Elgünlə kafedə günlük 20 manat verməsi qarşılığında razılaşmış və Goranboyda olduğu müddətdə tək hoteldə qalmışdır. Elgün onunla zorla cinsi əlaqədə olmamışdan qabaq ona bu barədə təklif etmiş, o isə sonuncuya istəmədiyini demişdir. Elgün onunla təbii yolla cinsi əlaqədə olmaq istəyəndə o, ayaqlarını sıxıb saxladığından sonuncu onunla cinsi əlaqədə ola bilməmiş, həmin vaxtı Elgün onun ayaqlarına xəsarət yetirdiyindən ayaqları gömgöy olmuş, həmçinin boğaz nahiyəsində sonuncunun əlinin izləri qalmışdır. Elgün onunla təbii yolla cinsi əlaqədə ola bilmədikdən sonra o, sonuncuya qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etməmiş, əksinə Elgün hərəkətlərinə davam edərək gecə onunla zorla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuş və həmin vaxtı anus dəliyinin ətrafında xəsarətlər yaranmışdır. Cinsi əlaqədən sonra gecəni çay evinin çarpayı olan otağında qalmış, Elgün də ona getməyəcəyini deyib həmin otaqda yatmışdır. Səhəri gün oyandıqdan sonra Elgünün mağazaya getdiyini görüb o, təxminən günorta saat 1-2 arası anasına zəng edərək onu buradan çıxarmasını demişdir. Anası Sumqayıtda yaşamışdır. O, xx.xx.2023cü il tarixdə təxminən günorta saat 4-də Sumqayıta getmişdir. Həmin gün günorta Sumqayıta getməmişdən əvvəl də Elgün onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, çünki sonuncu cinsi əlaqədə olmadığı halda onu buraxmayacağı ilə hədələmişdir. Elgün onu nəzarətdə saxlamış, harasa çıxmağa qoymamış, ona görə də o, vaxtında şikayət edə bilməmişdir. Hadisə gecəsi Elgün dostuna da, ona da bıçaq çıxartmışdır. Elgünün dostu hadisə olandan sonra oraya gəlmiş və Elgün sonuncuya getməsini demişdir. Elgünün dostuna bacısı Aysu zəng etmiş, lakin o, bacısının bundan necə xəbər tutmasını bilməmiş, o, bacısına həmin vaxt heç nə deməmişdir. O, Sumqayıt şəhərinə qayıtdıqdan sonra bacısı Aysudan onu Elgünlə nə üçün tanış etdiyini soruşmuş, sonuncu isə Elgünün elə bir adam olmasını bilmədiyini demiş, bununla belə o, Elgünlə bacısının əlaqəsini bilməmiş, lakin bacısı əvvəl Goranboyda işləmişdir. Bütün baş verənləri bacısına danışdıqdan sonra sonuncu “102” xidmətinə zəng edib Elgündən şikayət etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayının sonlarında Elgün ona zəng edərək özünü hərbi qulluqçu kimi təqdim etmiş və Goranboy şəhərində kafe işlətdiyini bildirib ona həmin kafedə ofisiant işləməsini təklif etmişdir. O, sonuncudan nömrəsini kimdən aldığını soruşanda Elgün əvvəllər işlədiyi yerlərdən nömrəsini axtarıb tapdığını bildirmişdir. O, həmin vaxt işləmək istəmədiyini, lakin bacısı Ayselin hazırda işsiz olduğunu və bacısının gəlib işləyə biləcəyini demişdir. Daha sonra Elgün Aysellə danışmış, bacısı da sonuncu ilə razılaşmışdır. Ona görə də iyul ayının sonlarında Aysel Elgünün kafesində işləmək üçün Goranboy şəhərinə getmişdir. Avqust ayının 1-i yaxud 2-i o, rəfiqəsi ilə birlikdə Şəmkir rayonuna getmişdir. Oradan qayıdanda bacısını görmək üçün Goranboy rayonuna Ayselin işlədiyi kafeyə getmişdir. Kafedə Elgün və Aysellə birlikdə çörək yedikdən sonra Sumqayıt şəhərinə qayıtmışdır. Ayselin həmin vaxt kefi olmamışdır. Elgündən nə olduğunu soruşanda sonuncu atasının yadına düşdüyü üçün Ayselin belə etdiyini demişdir. O, Ayseldən nə baş verdiyini soruşsa da bacısı ona heç nə deməmişdir. Bir gün sonra Aysel ona zəng edib evə gəlmək istədiyini, lakin Elgünün onu buraxmadığını demişdir. O da Elgünə zəng edib bacısını buraxmayacağı təqdirdə polisə şikayət edəcəyini demişdir. Aysel elə həmin gün Sumqayıta gəlmişdir. Ayseldən nə olduğunu soruşanda sonuncu Elgünün onunla zorla cinsi əlaqəyə girmək istədiyini, lakin müqavimət göstərdiyi üçün edə bilmədiyini, bundan sonra isə zorla qeyri-təbii yolla cinsi əlaqəyə girdiyini bildirmişdir. Ayselin bədənində xəsarətlər də olmuşdur. 05 avqust 2023-cü il tarixdə Aysel ərizə ilə Goranboy rayon polis şöbəsinə müraciət edərək Elgündən şikayət etmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, o, Goranboydan xx.xx.2023-cü il tarixdə saat təxminən 11-ə qalmış çıxmış, yolda olarkən Ayselə zəng etmiş, həmin vaxt bacısı ona heç nə deməmiş, Bakıya qayıtdıqdan sonra isə onun yanına gəlməyə üzü olmadığını demişdir. Aysel anasına zəng etməmişdən qabaq onu yığmış, o isə bu barədə anasına heç nə deməmişdir. Aysel Goranboya işləmək üçün getməmişdən əvvəl Elgün ayrı evin olduğunu və Ayselin işlədiyi müddətdə orada qalacağını demişdir. Sumqayıta qayıtdıqda Ayselin əynindəki yaşıl rəngli köynəyin qolu cırılmışdır. Səbəbini soruşduqda Aysel Elgünün onunla zorla cinsi əlaqədə olduğunu demişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, ilk dəfə Elgünü qızı Aysellə mobil telefon vasitəsilə görüntülü danışan zaman görmüşdür. Həmin vaxt Elgün kafeni özünün işlətdiyini və qızı Ayselin ona əmanət olduğunu demişdir. 03 avqust 2023-cü il tarixdə qızı Zərərçəkmiş şəxs ona zəng edərək evə gəlmək istədiyini demişdir. O, Ayseldən nə baş verdiyini soruşduqda sonuncu evə gələndə deyəcəyini bildirmişdir. Bundan sonra o, Elgünə zəng edərək qızı Ayseli Sumqayıt şəhərinə göndərməsini demişdir. Sonuncu da ona Ayseli sabah yola salacağını bildirmişdir. O da xəstə olduğunu və özünə baxan şəxsin olmadığını bildirərək Elgünə Ayseli bu gün göndərməsini demişdir. Elgün də ondan Ayseli yenidən Goranboya göndərib-göndərməyəcəyini soruşmuş, o isə yalandan Ayseli yenindən oraya göndərəcəyini demişdir. Elə həmin günün axşamı Aysel Sumqayıta gəlmişdir. O, Ayseldən nə baş verdiyini soruşanda sonuncu Elgünün onun üzərinə hücum çəkib zorlamağa çalışdığını və çətinliklə qaçıb canını qurtardığını demişdir. Bundan sonra kiçik qızı Aysu hadisə barədə hüquq mühafizə orqanına məlumat vermişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, Aysel ona Elgünün onu zorlamaq istədiyini, lakin zorlaya bilmədiyini demişdir. Aysel ondan sonra hadisə barəsində bacısı Aysuya da zəng edib danışmışdır. Sumqayıta qayıdanda o, Ayselin qolunda göyərtilər görmüş və nə olduğunu soruşanda sonuncu ilk əvvəl yıxıldığını demişdir. O, qızına düz danışmasını deyəndə sonuncu həmin xəsarətləri Elgünün yetirdiyini demişdir. Bundan başqa qızı qayıtdıqdan sonra ona zədələnmiş paltarını da göstərmişdir. Aysel utandığı üçün Elgünlə olan zaman qeydə alınmış video görüntüləri ona göstərməmiş, lakin hüquq mühafizə orqanına həmin görüntüləri təqdim etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Goranboy rayon şöbəsinin xx.xx.2023cü il tarixli, 530 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - boyunun sağ və sol yan səthlərinin, sağ və sol budun iç səthinin qançırları küt əşyanın(ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən fiziki zor tətbiq etməklə zorlamaya cəhd zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs arxa keçəcəyində (anus dəliyində) aşkar olunan çapıq gərginləşmiş kişi cinsiyyət orqanının anus dəliyinə yeridilməsi zamanı əmələ gəlməyə xarakterikdir, müddəti müayinədən 5-6 gün əvvələ uyğundur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Goranboy rayon şöbəsinin xx.xx.2023cü il tarixli, 533 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/816 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş köynəyin səthinin təbii işıq altında vizual və lupa vasitəsilə işıqlandırmaqla tədqiqi zamanı üzərində aşağıdaki zədələr aşkar edilmişdir: a) köynəyin sağ qolluq hissəsi əsas hissədən ayrılmışdır; b) köynəyin sağ çiyin hissəsində 90 mm uzunluqlu 01 ədəd zədə vardır. Həmin zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıbcırılma, sökülmə zədələridir. Təqdim olunan büstqalterin və şortikin üzərində mexaniki zədə aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-4/1565 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd optik diskdə olan mübahisəli videofonoqramlarda montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 01 ədəd optik diskdə olan mübahisəli videofonoqramlar ekspertizaya təqdim olunmuş “Redmi 12” model mobil telefon vasitəsilə qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X9 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 611 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, ekspert komissiyası tərəfindən cinayət işinin materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gəlmək mümkün olmadığından psixi vəziyyətin dəqiqləşdirilməsi, qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs Stasionar Məhkəmə Psixiatrik Ekspertiza Şöbəsinə göndərilməsi zəruridir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in xx.xx.2023-cü il tarixli, 172 nömrəli stasionar məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, İMPULSİV TİP» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F60.30) müəyyən edilir. Bunu cinayət işi materiallarındakı tibbi sənədlər, toplanmış ifadələr, anamnestik məlumatlar (yeniyetmə yaşlarından xasiyyətcə əsəbi, hövsələsiz olduğunu, hərbi xidmətdə olarkən dava-dalaş etdiyi üçün müddətdən 3 ay artıq xidmət etməli olduğunu, tez-tez özünə xəsarət yetirdiyini, konfliktə meylli olduğunu qeyd etməsi, deməsinə görə əvvəllər fərdi qaydada psixiatra müraciət etməsi, yaşadığı ərazi üzrə xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyata düşməsi, xx.xx.2018-ci il tarixdən «Emosional davamsız şəxsiyyət pozuntusu» diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasının poliklinikasının ruhiəsəb kabinetində dispanser qeydiyyatında dayanması, xx.xx.2023-cü il tarixdə «Sol qolun bazu və said nahiyəsinin çoxsaylı kəsilmiş yarası» diaqnozu ilə və xx.xx.2023-cü il tarixdə «Hər iki qolun çoxsaylı kəsilmiş yarası» diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına daxil olması), istintaq təcridxanasındakı davranışı və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin stasionar şöbədə müayinədə olduğu müddət ərzində özünü bəzən narahat aparması, şöbədaxili rejimə bir qədər çətin tabe olması, teztez həkimlərlə görüş tələb etməsi, günahsız olduğunu sübuta yetirə bilməyəcəyi təqdirdə hərəkətlərinə cavabdeh olmayacağını söyləməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində mimikasında narazılıq ifadəsi müşahidə edilməsi, söhbətə könülsüz qoşulması, suallara bir qədər neqativ və seçici yanaşması, emosional reaksiyalarının qısa müddət ərzində dəyişməsi, söhbət əsnasında əsəbiliyinin dərhal özünü büruzə verməsi, impulsiv hərəkətlər etməyə, şikayət etməyə meylli olması, proqnozlaşdırma qabiliyyətinin zəiflədiyinin qeydə alınması, davranışını nizamlamaqda bir qədər çətinlik çəkməsi və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifikatorda - psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında 6D10 kodu altında «Şəxsiyyət pozuntusu» olaraq nəzərdə tutulub. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» psixi patologiyasından əziyyət çəkmiş, həmin psixi patologiya nəticəsində təqsirləndirildiyi cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs əziyyət çəkdiyi müəyyən edilən «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» psixi patologiyası nəticəsində cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusuna xas əlamətlər müəyyən edilir. Lakin həmin pozuntu hazırda ifadə olunma dərəcəsinə görə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Həmçinin Təqsirləndirilən şəxs hərəkətlərinin mahiyyətini dərk edib davranışını şəraitə uyğun olaraq tənzimləyə bilsə də, onun məqsədli şəkildə özünə xəsarətlər yetirə biləcəyi istisna olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» kimi psixi patologiyadan əziyyət çəkdiyindən cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1 və 150.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1 və 150.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 avqust 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş “Redmi 12” markalı mobil telefona baxış zamanı mobil telefonun qalereya bölməsində 03 avqust 2023-cü il tarixə saat 01:40 radələrinə aid 2 ədəd 3 saniyəlik və 1 ədəd 2 saniyəlik videogörüntülər aşkar edilmişdir. Videogörüntülərin birində Zərərçəkmiş şəxs təsviri görünür və əynində yaşıl rəngli paltar olduğu seçilir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs səsləri eşidilir. Zərərçəkmiş şəxs deyir: “Buraxda, nə olar, burax”. Təqsirləndirilən şəxs nə deməsi anlaşılmır. Telefon sürətlə silkələndiyi üçün Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs sifət nahiyələri görünmür. 2-ci videogörüntüdə Zərərçəkmiş şəxs sifət nahiyəsi görünür, həmçinin Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs səsləri eşidilir. Zərərçəkmiş şəxs deyir: “Çıxıram çölə, dəymə mənə”. Təqsirləndirilən şəxs deyir: “Anamın görü haqqı...”. Təqsirləndirilən şəxs axırda nə deməsi anlaşılmır. 3-cü videogörüntüdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs sifət nahiyələri görünür. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs kiçik otaqdadırlar, Zərərçəkmiş şəxs çarpayıda oturmuş vəziyyətdədir, Təqsirləndirilən şəxs onun qabağında ayaq üstədir. Zərərçəkmiş şəxs deyir: “Burax, burax da, burax”. Təqsirləndirilən şəxs deyir: “Az otur gəlirəm”. Hər üç videogörüntüdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin otaqda zor tətbiq etməklə saxlaması görünür. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan 3 ədəd səs yazılarına baxış zamanı müəyyən edilmişdir ki, həmin danışıqları Zərərçəkmiş şəxs Sumqayıt şəhərinə qayıtdıqdan sonra Təqsirləndirilən şəxs ona zəng edib hədələdiyi üçün o, aralarında olan danışıqlara dair 03 ədəd səs yazısı qeydə almış, həmin səs yazılarının biri 53 saniyə, biri 27 saniyə, digəri isə 1 dəqiqə 10 saniyədir. Danışıqlarda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs başqa, sonuncunun bacısı Şahid1 da iştirak edir. 1) 53 saniyəlik səs yazısı: -Təqsirləndirilən şəxs: “bir sözdür deyirəm də, sən bu qədər mənim ürəyimi açdın, bu qədər mən səni çox istədim”. -Zərərçəkmiş şəxs: “Neyniyyəssən, yox e neyniyyəssən? Uzaq başı öldürə bilərsən, tapdırıb öldürə bilərsən”. -Təqsirləndirilən şəxs: “Mən adam öldürən deyiləm, mən qatil deyiləm”. -Zərərçəkmiş şəxs: “Qatil deyilsən? Bəs o boyda adam öldürmüsən”. -Təqsirləndirilən şəxs: “Nə olsun, o, namusuma sataşıb eləmişəm”. - Zərərçəkmiş şəxs: “Məni nəyin üstündə öldürəsən?”. -Təqsirləndirilən şəxs: “Səni mən öldürmərəm, səni istəməyən ölsün”. -Zərərçəkmiş şəxs: “Neyniyəssən? Fuada deyəsən, Fuad öldürəcək?”. -Təqsirləndirilən şəxs: “Adamı elə günə qoyularki adam hər güzgüyə baxanda, o güzgüyə baxanda..” -Şahid1: “Nə hədə-qorxu gəlirsən Elgün”. -Təqsirləndirilən şəxs: “Mən hədə-qorxu gəlmirəm e, hər güzgüyə baxanda...”. -Şahid1: “Eeeeey, burax bax..”. -Zərərçəkmiş şəxs: “Elgün sənin bu hədə-qorxun üstündə səni bilirsən neyniyərlər?”. -Təqsirləndirilən şəxs: “Qoy eləsinlər, kişi qızı deyilsən, mən hədə-qorxu gəlmirəm, mən deyirəm ki adam güzgüyə baxanda adamın filankəsi xatırlamaq...” -Zərərçəkmiş şəxs: “Sən narahat olma, sən məndə elə iz qoymusanki”. 2) 27 saniyəlik səs yazısı: -Təqsirləndirilən şəxs: “Allah sənin köməyin olsun”. -Zərərçəkmiş şəxs: “Elgün eləmisən, boynuna al, eləmisən”. -Təqsirləndirilən şəxs: “Eşidirsən məni?. -Zərərçəkmiş şəxs: “Elgün, mənim anam məni ekspertə aparsa, sənin barmaq izlərin çıxsa mənim boynumda, mən günahkar çıxmayacam a, sən çıxasan”. Təqsirləndirilən şəxs: “Sənə bir dənə söz deyim, hara çıxırsan çıx bu 10 sutkadır e, hara fırıyırsan fırra 10 sutkadır, mən adam öldürüb, adam öldürüb gedib 4 il..” 3) 1 dəqiqə 10 saniyəlik səs yazısı: -Təqsirləndirilən şəxs: “Nağarmışam e, adam öldürmüşəm, yoxsa sənin bakirəliyini açmışam?”. -Zərərçəkmiş şəxs: “Bakirəliyimi açmamısan e, amma açmaq istəmisən, istəməmisən?”. -Təqsirləndirilən şəxs: “Yox”. -Zərərçəkmiş şəxs: “Yalan danışma Elgün”. -Təqsirləndirilən şəxs: “Az sakit dur, sən yalan danışırsan”. -Zərərçəkmiş şəxs: “Sən yalan danışırsan”. -Təqsirləndirilən şəxs: “Sən mənə nə sözlər deyirdin burda, görüşdün getdin?”. -Zərərçəkmiş şəxs: “Nə dedim? Dedim gələcəm amma gəlmiyəcəm”. -Təqsirləndirilən şəxs: “Gəlmə, heç istəmirəm də, mən səni dostoynu qız bilirdim”. -Zərərçəkmiş şəxs: “Mən dostoynu deyiləm”. -Təqsirləndirilən şəxs: “Sən var e, heç sən dostoynu ola da bilmərsən”. -Zərərçəkmiş şəxs: “Mən dostoynu deyiləm”. -Təqsirləndirilən şəxs: “Amma Allaha and olsun, sən getdiyin yerdə səni götürəcəklər, bunu mən deyirəm sənə”. -Şahid1: “Pox yiyəcəylər, yiyəcəylər mənim ****(qadın cinsiyyət orqanını ifadə edən söz)”. -Təqsirləndirilən şəxs: “Görək də, görək eybi yox”. -Zərərçəkmiş şəxs: “Elgün, başıva dönüm, hədə-qorxu gəlmə yaxşımı?”. -Təqsirləndirilən şəxs: “Mən hədə-qorxu gəlmirəm e, mənim dostlarım var, şükür Allaha”. -Zərərçəkmiş şəxs: “Ay da Fuadı deyirsən? Fuad neyniyəcəy mənə? Fuadın məndəki sübutları qoyacam qabağına”. -Təqsirləndirilən şəxs: “O sübutun orda elə bir şey yoxdur, orda cinayət yoxdur, özünü biabır eləyəsən, orda elə bir cinayət yoxdur, mən bütün qanunları bilirəm bala”. -Zərərçəkmiş şəxs: “Yaxşı eləyirsən”. -Şahid1: “Məndən yaxşı biləmmərsən bala, hələlik, hələlik, davay, at bloka bunu”. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kimi öldürməsi haqqında danışması, Fuad adlı şəxsin kim olması barədə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü cinayətkar aləmin nümayəndəsi olaraq tanıtmış, sonuncu Rufo Gəncəli, Fuad Sumqayıtlı kimi kriminal avtoritetlərlə yaxın dostluq münasibətində olduğunu, həmin şəxslərin köməyi ilə onun başına oyun açacağını dediyini qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs Goranboy rayon polis şöbəsinin rəisini güllələyərək öldürdüyünü, bu əmələ görə ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunduğunu, lakin sonradan əfv olunduğunu və ona təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyini danışmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi hadisə zamanı əynində olmuş 01 ədəd yaşıl rəngli şort, 01 ədəd yaşıl rəngli kofta və 01 ədəd qara rəngli büstqalter müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Paltarla baxış zamanı yaşıl rəngli koftanın sağ qolunun cırıldığı, həmçinin sağ tərəfində zədə olduğu, eyni zamanda qara rəngli büstqalterin sağ döş altı nahiyəsində və sol kənarında zədələr olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs isə ifadəsində göstərdiklərindən fərqli olaraq 03 avqust 2023-cü il tarixdə saat 01:40 radələrində Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmağa cəhd etdiyini, Zərərçəkmiş şəxs boğazından tutduğunu, sifətinə şillə vurduğunu və qollarını tutduğunu, lakin Zərərçəkmiş şəxs ona bakirə olması səbəbindən təbii yolla cinsi əlaqədə olmaq istəməməsini bildirdiyini, qeyri-təbii yolla cinsi əlaqədə olmağa razılıq verdiyini və Zərərçəkmiş şəxs öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu, həmçinin 03 avqust 2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs ilə təkrar öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs isə 03 avqust 2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxsla qeyri-təbii yolla cinsi əlaqədə olması xüsusatı ilə bağlı qeyd etmişdir ki, 03 avqust 2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs onunla yenidən qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəmiş, o etiraz etdikdə Təqsirləndirilən şəxs onu hədələmiş, cinsi əlaqədə olmadığı təqdirdə özünü və onu öldürəcəyini bildirmiş, o, Təqsirləndirilən şəxs birdəfəlik yaxa qurtarıb Goranboy şəhərindən çıxıb getmək üçün sonuncu ilə razılaşmış, Təqsirləndirilən şəxsla qeyri-təbii yolla cinsi əlaqədə olmuş və bu zaman müqavimət göstərməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, məlum olan yerdə baş vermiş hadisə ilə bağlı ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha əyani olaraq göstərməklə ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi hadisə zamanı videogörüntüləri qeydə aldığı “Redmi 12” markalı, boz rəngli mobil telefon müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs Goranboy RPŞ-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə ərizə ilə Goranboy RPŞ-yə müraciət edərək 02 avqust 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixə keçən gecə saat 01:30 radələrində Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən çay evində Təqsirləndirilən şəxs zorla onunla təbii yolla cinsi əlaqədə olmağına cəhd etməsini, daha sonra hərəkətlərini davam etdirərək zorla onunla qeyri təbii yolla cinsi əlaqədə olmasını göstərib sonuncu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 315.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 06 (altı) ay 12 (on iki) gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş; Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 315.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X1 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Goranboy Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinikasının narkoloji kabinetində qeydiyyatda olmasa da, xx.xx.2018-ci il tarixdən “Emosional davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə poliklinikanın ruhi-əsəb kabinetində qeydiyyatda dayanır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RİH başçısının Yuxarı Ağcakənd qəsəbə İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbənin 04 nömrəli evində müvəqqəti qeydiyyatda olmaqla məskunlaşıb tək yaşamış, içki aludəçisi olmuş və dəfələrlə sərxoş vəziyyətdə heç bir səbəb olmadan özünə xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd yaşıl rəngli şortun, bir ədəd yaşıl rəngli qısaqol köynəyin və bir ədəd qara rəngli büstqalterin maddi sübut kimi tanınaraq Goranboy rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilməsi, üzləşdirmə istintaq hərəkətinə dair bir ədəd diskin, Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində 03 ədəd səs yazılar və 03 ədəd videogörüntlər olan diskin iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Rəsmiyyə Qəhrəmanlı adlı övladı vardır. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirib sonuncu barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində Zərərçəkmiş şəxs qarşı zorakı hərəkətlərə yol vermədiyini, sonuncu ilə zor tətbiq etməklə cinsi əlaqədə olmadığını, Zərərçəkmiş şəxs ilə sonuncunun istəyi əsasında könüllü olaraq qeyri-təbi yolla iki dəfə cinsi əlaqədə olduğunu, Zərərçəkmiş şəxs hər hansı bir xəsarət yetirmədiyini, məhkəmə-tibb ekspertizasında göstərilən xəsarətləri Zərərçəkmiş şəxs özü-özünə yetirdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 01:30 radələrində Təqsirləndirilən şəxs işlətdiyi çayxananın yataq otağında olan zaman onun üzərinə gələrək onunla təbi yolla cinsi əlaqədə olmaq istəmiş, o isə qışqıraraq cinsi əlaqədə olmaq istəmədiyini demiş, Təqsirləndirilən şəxs isə onu sifətinə bir neçə dəfə sillə ilə vuraraq arxasına keçib qollarını arxaya tərəf apararaq əlləri ilə möhkəm sıxıb saxlamış, daha sonra paltarlarını əynindən çıxararaq onu arxası üstə çarpayıda uzadıb bərkimiş vəziyyətdə olan cinsiyyət orqanını zorla onun cinsiyyət orqanına salmağa çalışmış, o isə qışqıraraq ayaqları və əlləri ilə Təqsirləndirilən şəxs vurub özündən kənarlaşdırmaq istəmiş, lakin sonuncu onun üzərindən qalxmamış, hər iki əli ilə onu boğazından tutub sıxmış və cinsi əlaqədə olmasa öldürəcəyini demiş, daha sonra əllərini onun boğazından çəkib yenidən öz cinsiyyət orqanını zorla onun cinsiyyət orqanına salmaq istəmiş, Təqsirləndirilən şəxs bərkimiş vəziyyətdə olan cinsiyyət orqanını onun cinsiyyət orqanına zorla dəfələrlə salmağa cəhd etsə də o, ayaqlarını sıxıb əlləri və bacardığı qədər də ayaqları ilə sonuncunu vurmuş, Təqsirləndirilən şəxs isə ayaqları ilə onun ayaqlarının bud hissəsinin içəri tərəfinə hər iki dizi ilə zərbələr vuraraq xəsarət yetirib aralamağa çalışaraq cinsiyyət orqanını zorla onun cinsiyyət orqanına salmaq istəmiş, lakin o, müqavimət göstərməyə davam etdiyi üçün Təqsirləndirilən şəxs onunla zorla təbii yolla cinsi əlaqədə ola bilməmiş, daha sonra sonuncu onu çarpayıda ağzı üstə çevirib uzandırmış və onun hər iki əlini arxaya keçirib bir əli ilə əllərini tutmuş, sonra isə bərkimiş vəziyyətdə olan cinsiyyət orqanını zorla onun anus dəliyinə salaraq onunla cinsi əlaqədə olmuşdur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sumqayıta getməmişdən əvvəl də Təqsirləndirilən şəxs öldürməklə hədələyib onunla cinsi əlaqədə olmadığı halda getməsinə icazə verməyəcəyini bildirirərək onunla bir dəfə iradəsinə zidd qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs ilə zor tətbiq etməklə olmasa da, məhz sonuncunun könüllü istəyi əsasında iki dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu etiraf etmişdir. Bununla belə, üzləşdirmə istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:40 radələrində Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmağa cəhd etdiyini, Zərərçəkmiş şəxs boğazından sıxdığını, sifətinə şillə ilə vurduğunu və qollarını tutduğunu etiraf etmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 530 nömrəli məhkəmə-tibb ekspertizasının rəyində əsasən Zərərçəkmiş şəxs boyunun sağ və sol yan səthlərində, sağ və sol budun iç səthində aşkar edilən xəsarətlərin xx.xx.2023-cü il tarixdə əmələ gəlməyə uyğun qançırların olması və həmin qançırların kənar şəxs tərəfindən fiziki zor tətbiq etməklə zorlamaya cəhd zamanı əmələ gələ bilməsi öz təsdiqini tapmışdır. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/816 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyinə əsasən hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş köynəyin üzərində fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıbcırılma zədələrin olması da öz təsdiqini tapmışdır. O cümlədən iş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1565 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyində əsasən montaj əlamətləri müəyyən edilməyən ekspertizaya təqdim olunmuş “Redmi 12” model mobil telefon vasitəsilə qeydə alınmış videogörüntülərdən də görünür ki, Təqsirləndirilən şəxs işlətdiyi çayxananın yataq otağında Zərərçəkmiş şəxs zor tətbiq etməklə saxlayır, sonuncuya şillə vurmaqla fiziki zorakılıq göstərir, Zərərçəkmiş şəxs isə aktiv müqavimət göstərərək Təqsirləndirilən şəxs onu buraxmasını tələb edir. Habelə iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 da məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərmişlər ki, Sumqayıta gəldikdən sonra Zərərçəkmiş şəxs nə baş verdiyini soruşanda sonuncunun Təqsirləndirilən şəxs onun üzərinə hücum çəkib zorlamağa çalışdığını və çətinliklə qaçıb canını qurtardığını dediyini göstərmişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə təbii yolla cinsi əlaqədə olmağa cəhd etməsini, eləcə də zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə iki dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmasını inkar etsə də, iş materiallarında olan məhkəmə-tibb, məhkəmə-fonoskopik, məhkəmə-trasoloji ekspertizaların rəyləri ilə, habelə zərərçəkmiş şəxsin təqdim etdiyi videogörüntülər ilə Elgün X2rşı zor tətbiq etməsi, zor tətbiq etməklə hədələməsi, habelə Zərərçəkmiş şəxs bədəni üzərində kənar şəxs tərəfindən fiziki zor tətbiq etməklə zorlamaya cəhd zamanı əmələ gəlməyə xarakterik xəsarətlərin aşkar edilməsi, o cümlədən hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan köynəkdə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədələrin olması tam olaraq sübuta yetirilmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə onunla cinsi əlaqədə olma, yəni zorlamaya cəhd etmə, eləcə də zərərçəkmiş şəxsə zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə təkrar seksual xarakterli digər zorakılıq hərəkətlər etmə cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1 və 150.2.5-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini Cinayət Məcəlləsinin 59.1.9cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərkibi cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1 və 150.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1 və 150.2.5-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 315.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 06 (altı) ay 12 (on iki) gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi isə xx.xx.2020-ci il tarixədək Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunurdu. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarında göstərilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli Qərarında göstərilmiş hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəzadan azad edildiyi gündən, yəni xx.xx.2018-ci il tarixdən hesablamaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 315.2 və 228.4-cü maddələri ilə məhkumluğu ödənilsə də, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkumluğu xx.xx.2024-cü il tarixdə başa çatır. Hazırkı cinayət işi üzrə ibtidai istintaqı orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o ittiham olunduğu əməlləri 03 avqust 2023-cü il tarixdə törətmişdir. Göründüyü kimi, ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad edildiyi gündən, yəni xx.xx.2018-ci il tarixdən hesablamaqla altı il keçməmiş və məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu ağır cinayətlər təsnifatına aid olan əməlləri törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Bundan başqa, tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi isə Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması anından, yəni xx.xx.2022-ci il tarixdən hesablamaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkumluğu ödənilsə də, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə məhkumluğu hazırki iş üzrə ittiham olunduğu cinayət əməllərini törədərkən ödənilməmişdir. Bundan başqa, tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilib qurtarması anından, yəni xx.xx.2023-cü il tarixdən hesablamaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkumluğu hazırki iş üzrə ittiham olunduğu cinayət əməllərini törədərkən ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüksək ictimai təhlükəli şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1-ci maddəsi ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 63.3 və 65.2-ci maddələrinə əsasən Cinayət Məcəlləsinin 149.1-ci maddəsinin sanksiyasında cinayət etməyə cəhdə görə nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın dörddə üçünün üçdə ikisindən az olmamaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müddətə azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin üçdə ikisindən az olmamaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 210 (iki yüz on) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 151 (bir yüz əlli bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Goranboy rayon prokurorluğunda saxlanılan bir ədəd yaşıl rəngli şort, bir ədəd yaşıl rəngli qısaqol kofta və bir ədəd qara rəngli büstqalter Zərərçəkmiş şəxs qaytarılmalı, götürülmədikdə məhv edilməli, üzləşdirmə istintaq hərəkətinə dair bir ədəd disk, Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində 03 ədəd səs yazılar və 03 ədəd videogörüntlər olan bir ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1 və 150.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 avqust 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 210 (iki yüz on) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 151 (bir yüz əlli bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy rayon prokurorluğunda saxlanılan bir ədəd yaşıl rəngli şort, bir ədəd yaşıl rəngli qısaqol kofta və bir ədəd qara rəngli büstqalter Zərərçəkmiş şəxs qaytarılsın, götürülmədikdə məhv edilsin. Üzləşdirmə istintaq hərəkətinə dair bir ədəd disk, Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində 03 ədəd səs yazılar və 03 ədəd videogörüntlər olan bir ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar