Məhkəmə qərarları › İş №1(100)-293/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-293/2021

09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-293/2021 09.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs Nofəl oğlunun, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1985-ci ildə Xanlar (indiki Göygöl) rayonuda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, işləməyən, Göygöl rayonunun Hacıməlik qəsəbəsində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının ortalarında dəqiq günü istintaqa məlum olmayan tarixdə, onunla bir ünvanda yaşayan bacısı oğlu Şahid1, həmkəndlisi Zərərçəkmiş şəxs Nofəl oğlunun vətən müharibəsində şəhid olmuş Ramiz Musayevin ünvanına nalayiq ifadələr işlətməsini eşidib tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs irad bildirdiyi üçün 25 aprel 2021-ci il tarixdə saat 20 radələrində Göygöl rayonunun Hacıməlik qəsəbəsinin inzibati ərazisində Zərərçəkmiş şəxs Şahid1 zəng edib yaşadığı evdən çağırmasını bilərək Şahid1la birlikdə yaşadıqları evdən çıxıb Zərərçəkmiş şəxsla görüşən zaman Zərərçəkmiş şəxs onun bacısı oğlu Şahid1 var-yoxuna nalayiq söyüş söydüyü üçün əli ilə Zərərçəkmiş şəxs sifətindən vurub fiziki ağrı yetirdikdən sonra Zərərçəkmiş şəxs Nofəl oğlu yenidən şəhid Ramiz Musayevin və onun mərhum anasının ünvanına nalayiq söyüş söyməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış, kəsici-deşici xassəyə malik olan turist bıçağı ilə Zərərçəkmiş şəxs sağ qarın nahiyəsinə1 (bir) dəfə qəsdən zərbə vuraraq sonuncunun bir ədəd qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, sağ qabırğaaltı nahiyədə daxili qanaxma, qara ciyərin, yoğun bağırsaq, nazik bağırsaq müsariqələrinin və yumşaq toxumaların zədələnmələri ilə müşayiət edilən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Göygöl rayonu Hacıməlik qəsəbəsində bacısı İmanova Şura və bacısının ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs Nofəl oğlu həmkəndlisidir, əvvəllər münsibətləri normal olmuşdur. Həmkəndlisi Ramiz adlı şəxs vətən müharibəsində şəhid olmuş, təxminən 10-15 gün əvvəl Zərərçəkmiş şəxs şəhid olmuş Ramizin qardaşı Ramin ilə aralarında yaranmış mübahisəyə görə şəhidin ünvanına qarşı nalayiq söyüşlər söydüyünü bacısı oğlu Şahid1 eşitmiş, bunula bağlı kənddə bir çox şəxslər də Elcanın bu hərəkətlərini pisləmiş və evinə gedərək öz narazılıqlarını bildirdiklərini eşitmiş, həmin vaxtlarda bacısı oğlu Şahid1 həmkəndlisi Elcanın bu hərəkətini pisləyərək şəhidin ünvanına nalayiq söz işlətməyin kişiliyə yaraşan hərəkət olmadığını demişdir. 25.04.2021-ci il tarixdə saat təxminən 19:30 radələrində bacısı oğlu Şahid1 ilə birlikdə yaşadıqlarə evdə olmuş, həmin vaxt Zərərçəkmiş şəxs bacısı oğlu Şahid1 zəng etmiş, Arzu telefonla danışdıqdan sonra o, Arzudan zəng edənin kim olmasını soruşmuş, Arzu isə zəng edənin Zərərçəkmiş şəxs olmasını, mübahisə etmək və “söhbətə” aydınlıq gətirmək üçün onun küçəyə çıxmasını tələb etdiyini bildirmiş, o isə Elcanın Arzunu mübahisə etmək üçün çağırdığını bilib Arzuya birlikdə getməklərini bildirmişdir. Yaşadıqları küçənin baş tərəfinə çatan vaxt Elcanın həmin yerdə kənarda dayanmasını görmüş, o və bacısı oğlu Şahid1 Elcana yaxınlaşan vaxt Elcan bacısı oğlu Arzuya: “ə, şəhidlərin dərdini çəkən olmusunuz?!” deyib ona qarşı nalayiq ifadə işlədərək “sənin var-yoxunu s....m” demiş, daha sonra isə üzünü ona tutub rəhmətə getmiş anasını söymüşdür. O Elcanın belə bir söyüş işlətməsindən əsəbləşib onu vurmaq istəyən Elcana yumruqla sifətindən vurmuş, lakin yumruq Elcana dəyməmişdir. Bu vaxt Elcan ona qarşı “sənin anını s....” demiş və onu vurmaq üçün üzərinə hücum etməsini görmüş, anası vəfat ediyindən Elcanın bu söyüşü ona oldu pis təsir etmiş, həmçinin Elcanın fiziki cəhətdən ondan daha güclü olmasını görmüş, bu səbəbdən cibində olan balaca qatlanan bıçağı çıxardıb Elcanın qarın nahiyyəsindən bir dəfə bıçaqla vurmuşdur. Elcan yerə yıxılmış, Elcanın yerə yıxılmasını görüb kənara çəkilmiş, Elcan ayağa qalxıb onu vurmaq üçün yenidən üzərinə gəlmək istəmiş, həmin vaxt oraya gələn Razim və Gülağa adlı şəxslər Elcana yaxınlaşıb onu tutub saxlamışlar, bundan sonra Elcan yenidən yerə uzanmış, sonra Elcanı Razimin avtomobilinə qoyub xəstəxanaya aparmışlar, o isə bacısı oğlu Arzu ilə birlikdə yaşadıqları evə gəlmiş, daha sonra hadisəni törətdiyindən tutulmaması üçü yaşadığı evdən çıxıb getmiş, sonra isə öz etdiyi əməldən peşman olduğu üçün könüllü polis şöbəsinə gəlib hadisəni törətməsini bildirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs Nofəl oğlu ilə aralarında baş vermiş dava-dalaşın səbəbi, Elcanın onların yaşadığı kənddə şəhid olmuş Ramizin ünvanına qarşı nalayiq ifadə işlətməsi səbəbindən bacısı oğlu Şahid1 tərəfindən Elcanın etdiyi hərəkətlərin kişiyə yaraşan hərəkət olmadığını deməsinə görə Elcanın, Şahid1 söhbət etməyə çağırması, həmin vaxt da Elcanın Arzuya qarşı var-yox söyüncü etməsi, eyni zamanda ona qarşı ana söyüncü etməsi olduğunu, Zərərçəkmiş şəxs Nofəl oğlunun onun bacısı oğlu Arzuya qarşı nalayiq ifadə işlədərək “sənin var-yoxunu s....” dediyini, o isə Elcanın var-yox söyüncü işlətməsindən əsəbləşib ona çatan vaxt yumruqla Elcanın sifətindən vurduğunu, bu vaxt Elcan ona qarşı “sənin anını s....” deməsini, anası vəfat ediyindən Elcanın bu söyüncü daha pis təsir etdiyini,həmçinin Elcanın fiziki cəhətdən ondan daha güclü olmasını fikirləşib cibində olan balaca qatlanan bıçağı çıxardıb Elcana bir dəfə bıçaqla vurduğunu, Zərərçəkmiş şəxs öldürmək məqsədi olmadığını, Elcanı bir dəfə bıçaqla vurduqdan sonra təkrar bir neçə zərbədə vura bilmək imkanı olduğunu, bunun üçün heç kimin mane olmadığını, lakin o Elcanı sadəcə bir dəfə vurduğunu, baş vermiş hadisə təxminən 3-5 dəqiqə davam etdiyini, Elcanı bıçaqla vurduqdan sonra aralaşdığını, həmin vaxt hadisə yerinə yoldan avtomobili ilə keçən Razim və Gülağa adlı şəxslər görüb yaxınlaşaraq Elcana köməklik edib xəstəxanaya apardıqlarını, bundan başqa çobançılıqla məşğul olduğu üçün çox vaxtları orüş sahəsində olmasını və gündəlik ərzaq məhsullarını kəsməkdə bıçaq lazım olduğundan daim üzərində bıçaq gəzdirdiyini, hadisə zamanı da bu səbəbdən üzərində bıçaq olmasını, əvvəlcədən Elcana xəsarət yetirmək kimi məqsədi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs Nofəl oğlu ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Heç bir ruhi-əsəb və s. xəstəliyi yoxdur. Təqsirləndirilən şəxs həmkəndlisidir, əvvəllər aralarında heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Təxminən 2021-ci ilin mart ayında həmkəndlisi adını Ramil kimi bildiyi şəxslə aralarında mübahisə olmuş və mübahisə zamanı Ramil ona var-yox söyüşü söydüyü üçün o da qarşılığında Ramilə qarşı var-yox söyüncü etmişdir. Bundan sonra kənd arasında bəzi şəxslər onun Ramilin şəhid olmuş qardaşı Ramizin ünvanına söyüş söydüyünü danışmış, həmin şəxslərdən biri də Şahid1 olmuşdur. O evdə olmayan vaxtda da bir neçə şəxs onun ünvana gəlmiş lakin o evdə olmadığı üçün heç bir söz-söhbət olmamışdır. 25.04.2021-ci il tarixdə saat təxminən 18:30 radələrində yaşadığı Göygöl rayonunun Hacıməlik kəndində olan zaman öz mobil telefonunda danışıq pulu olmadığı üçün həmin yerdən keçən həmkəndlisi Quliyev Seyfəddindən xahiş edərək onun mobil telefonu ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə zəng edərək onunla işi olduğunu tək-təkbətək söhbət edəcəklərini deyib Hacıməlik kəndindinin çıxışının yaxınlığına çağırmış, Arzu isə gələcəyini demiş, təxminən 40 dəqiqə Arzunu gözləsə də gəlmədiyi üçün saat təxminən 19:40 radələrində yenidən həmin yerdən bir qədər aralıda çayçıda həmkəndlisi Ziyabildən telefon istəyib onun mobil telefonu ilə yenidən Şahid1 zəng edib bayaqdan onu gözlədiyini təcili gəlməsini bildirmiş və yenidən kəndin içərisinə tərəf qayıdıb aralıq küçədə Arzunu gözləmişdir. Təxminən 15-20 dəqiqə sonra Şahid1 həmkəndlisi Təqsirləndirilən şəxslə birlikdə ona tərəf gəlməsini görmüş, Arzu ona yaxınlaşan vaxt kənd arasında onun barəsində dəqiq olmayan məlumatlar danışmasına əsəbləşdiyi üçün Şahid1 qarşı “sənin var-yoxunu s....” demiş, həmin vaxt Təqsirləndirilən şəxs ona çatan kimi yumruqla sifətindən vurmuş, Elşənin onu yumruqla vurmasından əsəbləşib Elşənə qarşı “sənin ananı s....” deyib Elşəni vurmaq üçün üzərinə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs cibindən çıxardığı bıçaqla sağ qarın nahiyyəsindən bir dəfə zərbə vurmuş və o yerə yıxılmışdır. Daha sonra ayağa qalxmış və əvvəlcə qarın nahiyyəsinə bıçaq girməsini çox hiss etmədiyi üçün yenidən Elşənin üzərinə getək istəmiş, bu vaxt orada yoldan keçən tanışları Razim və Gülağa adlı şəxslər mübahisə olmasını görüb onlara yaxınlaşmış və onu tutmuşlar, həmin vaxt qarın nahiyyəsindən qan gəlməsini görmüş, Gülağa onu yerə uzatmış, Razim isə avtomobili gətirib birlikdə onu Razimin avtombili ilə Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışlar.Zərərçəkmiş şəxs Nofəl oğlu həmçinin ifadəsində göstərmişdir ki, mübahisənin baş verməsinə səbəb Şahid1 yaşadıqları kəntdə bir neçə şəxslərin yanında onun barəsində dəqiq olmayan məlumatlar yayaraq guya onun şəhid olmuş Ramizin ünvanına qarşı söyünc söyməsini bildirdiyinə görə 25 aprel 2021-ci il tarixdə Şahid1 söhbətə çağırmağı olduğunu, Şahid1 isə söhbətə dayısı Təqsirləndirilən şəxslə gəldiyi üçün aralarında yaranmış mübahisə zamanı o Elşənə qarşı “sənin ananı s....” dediyini, Elşən isə bıçaqla ona xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs mübahisə zamanı Elşənin onu bir dəfə sağ qarın nahiyyəsindən bıçaqla vurduğunu, həmin vaxt Elşənin ona təkrar zərbə yetirə bilmək imkanı olduğunu, lakin bir dəfə vurduqdan sonra kənara çəkildiyini, mübahisə zamanı Şahid1 ona heç bir xəsarət yetirmədiyini, nə də Təqsirləndirilən şəxs ona xəsarət yetirməsinə heç bir köməklik göstərmədiyini, əksinə olaraq Təqsirləndirilən şəxs onu vurarkən Arzunun Elşəni tutub aralamaq istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq Gəncə Aliminium zavod ASC-də mühafizəçi işləyir. Zərərçəkmiş şəxs Nofəl oğlu həmkəndlisidir, əvvəllər münsibətləri normal olub. Həmkəndlisi Ramiz adlı şəxs vətən müharibəsində şəhid olmuş, təxminən 10-15 gün əvvəl Zərərçəkmiş şəxs şəhid olmuş Ramizin qardaşı Ramin ilə aralarında yaranmış mübahisəyə görə şəhidin ünvanına qarşı nalayiq söyüşlər söymüş, o isə bunu kənd camaatından eşitmiş, bunula bağlı kəntdə bir çox şəxslər də Elcanın bu hərəkətlərini pisləmiş və evinə gedərək öz narazılıqlarını bildirmişlər. Həmin şəxslərlə birlikdə Elcanın bu hərəkətini pisləyərək şəhidin ünvanına nalayiq söz işlətməyin kişiliyə yaraşan hərəkət olmadığını demişdir. 25.04.2021-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı evdə olan vaxt Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə zəng edərək telefonda nalayiq sözlər danışmış və onunla işi olduğunu tək-bətək söhbət edəcəyini demiş, o isə gələcəyini bildirmiş lakin getməmişdir. Təxminən 30 dəqiqə sonra dayısı Təqsirləndirilən şəxs yanında olan vaxt Zərərçəkmiş şəxs ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə yenidən zəng edərək onu gözlədiyini işi olduğunu heç kimə deməyib küçəyə çıxmasını demiş, o isə evdən çıxmış, həmin vaxt dayısı Təqsirləndirilən şəxs də onun telefonla danışmağını eşidib kiminlə danışdığını soruşmuş, o Zərərçəkmiş şəxsla danışdığını və Elcanının onu söhbətə çağırmasını bildirmişdir. Bu vaxt dayısı Elşən söhbətə tək getməməyini deyib birlikdə getmişlər. Yaşadıqları kəntdə küçənin baş tərəfində Vasif adlı şəxsin evinin yaxınlığına çatan vaxt Zərərçəkmiş şəxs həmin yerdə kənarda dayanmasını görmüş, dayısı Elşənlə o, Elcana yaxınlaşan zaman, Elcan onun kəntdə barəsində artqı-əksik sözlər danışmasını bəhanə edərək ona qarşı “sənin var-yoxunu s....” deyib özünə tərəf çağırmış, həmin vaxt dayısı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söyüş söyməsinə görə yumruqla Elcanın sifətindən vurmuş, o isə dayısını tutmağa çalışmış, dayısı Təqsirləndirilən şəxs Elcanı yumruqla vurduqdan sonra Elcan dayısı Təqsirləndirilən şəxs “sənin ananı s....” deyib onu təhqir etmiş, Təqsirləndirilən şəxs cibində olan bıçağı çıxardıb əlində tutmuş Elcan isə dayısı Elşənin üzərinə gedən vaxt Təqsirləndirilən şəxs əlindəki bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bir dəfə vurmuş, Elcan isə yerə yıxılmış, həmin vaxt dayısı Elşən kənara çəkilmiş, oraya gələn Razim və Gülağa adlı şəxslər də Elcana yaxınlaşıb köməklik etmiş, Elcan ayağa durub Təqsirləndirilən şəxs üzərinə getmək istəmiş, o və dayısı Təqsirləndirilən şəxs həmin yerdən bir qədər uzaqlaşmış, bu zaman Şahid3 və Şahid2 Elcanı tutub saxlamış və Elcanı Razimin avtomobilinə qoyub xəstəxanaya aparmışlar, o isə Elşənlə birlikdə yaşadıqları evə gəlmişdir. Biraz sonra dayısı Təqsirləndirilən şəxs küçənin baş tərəfinə gedib qayıdacağını demiş, lakin dayısının hara getməsini bilməmiş, daha sonra isə polislər yaşadığı ünvana gəlib onu polis şöbəsinə dəvət etmiş və polislərlə birlikdə polis şöbəsinə gəlmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Nofəl oğlu ilə dayısı Təqsirləndirilən şəxs arasında olan dava-dalaşın səbəbi, Elcanın onların yaşadıqları kəntdə şəhid olmuş Ramizin ünvanına qarşı nalayiq ifadə işlətməsi səbəbindən kəntdə Elcanın etdiyi hərəkətlərin kişiyə yaraşan hərəkət olmadığını deməsi səbəbindən Elcanın onu söhbət etməyə çağırması, həmin vaxt da yenidən onun ünvanıma qarşı nalayiq sözlər deməsi olduğunu, mübahisə zamanı Elcanın ona xəsarət yetirmədiyini, nə də onun Elcana heç bir xəsarət yetirmədiyini, Təqsirləndirilən şəxslə birlikdə həmin yerə çatdıqda Elcan ona qarşı “sənin var-yoxunu s....” deyib onu özünə tərəf çağırdığını, həmin vaxt dayısı Təqsirləndirilən şəxs , Elcanın söyüş söyməsinə görə yumruqla Elcanın sifətindən vurduğunu, o isə dayısı Elşəni tutmağa çalışdığını, Elcan Təqsirləndirilən şəxs qarşı da “sənin ananı s....” deyib onu təhqir etdi bundan sonra Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsinə bir dəfə vurub xəsarət yetirdiyini, baş vermiş davadalaşın 3-5 dəqiqə davam etdiyini, dayısı Təqsirləndirilən şəxs həmkəndlisi Elcanı bıçaqla bir dəfə vurduqdan sonra kənara çəkildiyini, həmin vaxt həmkəndliləri Gülağa və Razimin həmin yerə çatıb köməklik edərək Zərərçəkmiş şəxs avtomobilə qoyub xəstəxanaya apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Nofəl oğlu uzaq qohumudur, Təqsirləndirilən şəxs və Şahid1 isə həmkəndliləridir hər biri ilə münasibəti normaldır, düşmənçiliyi ədavətim yoxdur. 25 aprel 2021-ci il tarixdə saat 20 radələrində həmkəndlisi Şahid3 ilə birlikdə özünə məxsus, idarə etdiyi VAZ 2106 markalı avtomobil ilə yaşadığı kəndin çıxışında yerləşən mağazaya getmiş, küçənin baş tərəfinə kəndin çıxışına yaxınlaşan vaxt aralıq küçədə Zərərçəkmiş şəxs Nofəl oğlunun həmkəndlisi Təqsirləndirilən şəxs ilə mübahisə etmələrini, onların yanında olan həmkəndlisi Şahid1 isə onları aralamaq istədiyini görmüş, o dərhal avtomobili saxlamış və Gülağa ilə birlikdə avtomobildən düşüb onlara yaxınlaşan vaxt Zərərçəkmiş şəxs qışqıraraq onu bıçaqla vurduqlarını demiş və yerə yıxılmış, həmin vaxt Elşən və Arzu kənara çəkilmiş, bu vaxt Elcan ayağa qalxmış və Təqsirləndirilən şəxs üzərinə tərəf qaçmaq istəmiş, lakin Gülağa Elcanı tutub saxlamış və Elcan yerə uzanmışdır. Bu vaxt Elcanın qarın nahiyyəsindən qan gəlməsini görmüş, Gülağa ona avtomobili gətirməsini Elcanı xəstəxanaya aparmaqlarını demiş, o isə dərhal yenidən avtomobilinə əyləşib avtomobili yaxınlığa gətirmiş və köməklik edərək Elcanı Gülağa ilə birlikdə Gəncə şəhər şəhər 3 saylı TTY xəstəxanasına aparmışlar. Şahid2 həmçinin ifadəsində göstərmişdir ki, Hadisənin hansı səbəbdən baş verməsini bilmədiyini, hadisə yerinə çatdıqda Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu, o avtomobildən düşən zaman Elcanın yerə yıxıldığını və qışqıraraq onu vurduqlarını dediyini, hadisə zamanı Şahid1 mübahisə edən şəxslər Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs sakitləşdirmək istədiyini, başqa heç kimə fiziki və ya digər təsir göstərmədiyini, hadisənin təxminən 2-3 dəqiqə davam etdiyini, Elcan yerə yıxıldıqdan sonra Elşən kənara çəkildiyini, Elcan yerdən qalxıb Elşənin üzərinə getmək istəyən vaxt Gülağanın onu saxladığını, adlarını göstərdikləri şəxslərdən başqa heç kim olmadığını və ətrafada kənar heç kim toplaşmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs Nofəl oğlu onun oğludur. Təqsirləndirilən şəxs Nazar oğlu və Şahid1 isə həmkəndliləridir, həmin şəxslərlə münasibəti normaldır, düşmənçiliyi ədavəti yoxdur. 25 aprel 2021-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı evə gəlmiş, evin həyətində oturmuşdur. Həmin vaxt qohumu Gülağa ona zəng edərək həmkəndlisi Təqsirləndirilən şəxs və Şahid1 oğlu Elcanla mübahisə etdiklərini, mübahisə zamanı Təqsirləndirilən şəxs oğlu Elcana bıçaqla xəsarət yetirdiyini, hal-hazırda Elcanı Gəncə şəhər 3 saylı xəstəxanaya apardıqlarını demiş, o dərhal öz avtomobili ilə Gəncə şəhər 3 saylı təcili tibbi yardım xəstəxanasına getmiş, yolda olan vaxt isə DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Xəstəxanaya çatdıqda artıq oğlu Elcanı əməliyyata götürülmüş, həmin vaxt orada olan Gülağa bildirmişdir ki, Hacıməlik qəsəbəsində mübahisə zamanı Təqsirləndirilən şəxs bıçaqla Elcana xəsarət yetirmiş, Gülağa və Razim isə Elcanı xəstəxanaya gətirmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Nofəl oğlu bibisi oğludur, Təqsirləndirilən şəxs və Şahid1 isə həmkəndliləridir münasibəti normaldır, düşmənçiliyi ədavətim yoxdur. 25 aprel 2021-ci il tarixdə saat 20 radələrində həmkəndlisi Razimin idarə etdiyi VAZ 2106 markalı avtomobil ilə yaşadığı evdən kəndin çıxışında yerləşən mağazaya gəlmiş, küçənin baş tərəfinə kəndin çıxışına yaxınlaşan vaxt aralıq küçədə bibisi oğlu Zərərçəkmiş şəxs Nofəl oğlunun həmkəndlisi Təqsirləndirilən şəxs ilə mübahisə etmələrini, onların yanında olan Şahid1 isə onları aralamaq istəməsini görmüşdür. Razim dərhal avtomobili saxlamış və hər ikisi avtomobildən düşüb onlara yaxınlaşan vaxt bibisi oğlu Elcan qışqıraraq onu bıçaqla vurduqlarını demiş və yerə yıxılmış, həmin vaxt Elşən kənara çəkilmiş, Arzu isə kəndin çıxışı istiqamətdə qaçmış, həmin vaxt bibisi oğlu Zərərçəkmiş şəxs ayağa qalxıb Elşənin üzərinə getmək istəmiş, o isə Elcanı tutub saxlamış və sakitləşdirməyə çalışaraq dərhal Razimə avtomobili gətirməsini və Elcanı xəstəxanaya aparmaqlarını demişdir. Şahid2 avtomobili yanlarına gətirmiş və Elcanı avtomobildə arxa oturacağın üstünə uzadıb Gəncə şəhər şəhər 3 saylı TTY xəstəxanasına aparmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində 25 aprel 2021-ci il tarixdə həmin maddə ilə cinayət işi başlanıb icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 aprel 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən yer, Göygöl rayonu Hacıməlik qəsəbəsinin Bakı-Qazax avtomobil yolu tərəfdən giriş hissəsindən bir qədər aralıda, kəndin içərisindədir. Hacıməlik qəsəbəsinin giriş hissəsindən başlayaraq bir-biri ilə paralel yaşayış evləri yerləşir. Baxış zamanı cinayət işi üzrə Şahid1 25 aprel 2021-ci il tarixdə saat 20 radələrində Göygöl rayonu Hacıməlik qəsəbəsində aralarında yaranmış mübahisə zamanı dayısı Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs Nofəl oğluna bıçaqla xəsarət yetirdiyi yeri göstərmiş, hadisənin törədilmə yeri Hacıməlik qəsəbəsində aralıq küçədə vətəndaş X1 məxsus fərdi yaşayış evin yaxınlığında yerləşir. Baxış zamanı Şahid1 bildirmişdir ki, həmin yerdə dayısı Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmiş, daha sonra həmin yerdən keçən Şahid3 və Şahid2 adlı şəxslər onlara yaxınlaşıb köməklik edərək Elcanı xəstəxanaya aparmışlar, o isə dayısı Təqsirləndirilən şəxslə birlikdə hadisə yerindən uzaqlaşaraq yaşadıqları evə gəlmişlər. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış, fotoşəkillər protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 aprel 2021-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Nofəl oğunun hadisə zamanı üzərində olan bir ədəd köynək, bir ədəd mayka və bir ədəd cins şalvar iş üçün əhəmiyyət kəsb etdiyindən Gəncə şəhər 3 saylı şəhər xəstəxanasında təsərrüfat işçisindən baxış keçirilməklə qablaşdırılaraq götürülmüş və protokol tərtib olunmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Təcili tibbi yardım xəstəxanasının cərrahiyə şöbəsinin təsərrüfat işi üzrə kiçik tibb bacısı X2 təqdim etdiyi, 25 aprel 2021-ci il tarixdə saat 20 radələrində Göygöl rayonu Hacıməlik qəsəbəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Nofəl oğluna bıçaqla xəsarət yetirən zaman sonuncunun əynində olmuş bir ədəd qolsuz köynək, bir ədəd qısaqol idman tiplu köynək və bir ədəd cins şalvardır. Təqdim edilmiş mayka üzərinə keçirilən baxış zamanı, maykanın üzərində qana oxşar ləkələr olması, mayknın ümumi uzunluğunun 610 mm, çiyin hissədən eni 480 mm olması, maykanın ön sağ tərəfində bir ədəd 12 mm uzunluğunda zədənin olması müəyyən edilmişdir. Təqdim edilmiş qısaqol köynək üzərin baxış zamanı köynəyin üzərində qana oxşar ləkələr olması, köynəyin uzunluğunun 610 mm, çiyin hissədən eninin 340 mm, köynəyin ön sağ tərəfində 10 mm uzunluğunda bir ədəd zədənin olması müəyyən edilmişdir. Şalvar üzərinə baxış zamanı şalvarın üzərində iki yan və iki arxa cib olması, şalvarın ön hissəsində zəncirbəndli, belində qara rəngli kəmər, üzərində qana bənzər ləkələr olması, ümumi uzunluğunun 900 mm, eninin 440 mm olması, şalvar üzərində hər hansı bir mexaniki zədənin olmaması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 aprel 2021-ci il tarixli “təqsirini boynuna almaqla könüllü gəlmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2021-ci il tarixdə saat 19:10-da Göygöl RPŞ-nin inzibati binasına könüllü gəlib özünü təqdim edib 25 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyinin və cinayətin aləti olan bir ədəd bıçağı könüllü təqdim edəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 aprel 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 27 aprel 2021-ci il tarixdə tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 aprel 2021-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs Nofəl oğuna xəsarət yetirdiyi cinayətin aləti olan 1 (bir) ədəd bıçaq Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş, həmin bıçağa baxış keçirilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq tiyəsi boz rəngli metaldan, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşicidir. Tiyənin üzərində 17 mm uzunluğunda nov, qana oxşar ləkələr vardır. Tiyənin bir üzünə “Columbia USA saber super knife” yazısı həkk olunmuş, tiyənin uzunluğu 88 mm, orta hissədən eni 12 mm, qalınlığı 2,2 mm-dir. Dəstəyin əsasına hər iki tərəfdən boz rəngli metal materialdan və qara rənbli plasmas materialdan hazırlanmış üzlüklər bərkidilmiş, dəstək tayları arasında qoruyucu metal çıxıntı olmuş, dəstəyin bir üzünə kəmər tıxac bərkidilmiş, dəstəyin uzunluğu 102 mm, orta hissədən eni 15 mm, qalınlığı 13 mm-dir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 aprel 2021-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü cinayət işi üzrə hadisə yerində yoxlanılmış, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri göstərəcəyini bildirmiş və bundan sonra iştirakçılarla birlikdə Göygöl RPŞ-nin İnzibati binasının qarşısından Göygöl rayonu Hacıməlik qəsəbəsinin Bakı-Qazax yolu tərəfdən giriş hissəsinin yaxınlığına gedilmiş, Təqsirləndirilən şəxs həmin kənd sakini Vasif Hüseynova məxsus evin yaxınlığını göstərərək 25.04.2021-ci il tarixdə saat təxminən 20:00 radələrində bacısı oğlu Şahid1 ilə birlikdə həmin yerə gəldiklərini küçənin baş tərəfində X3 evinin yaxınlığına çatan vaxt Zərərçəkmiş şəxs həmin yerdə kənarda dayanmasını gördüyünü, Elcana yaxınlaşan vaxt sonuncu onun bacısı oğlu Arzuya qarşı nalayiq ifadə işlətdiyini, həmin vaxt Elcanın nalayiq söyüşlər danışmasından əsəbləşib ona çatan vaxt yumruqla Elcanın sifətindən vurduğunu, bu vaxt Elcan ona qarşı “sənin ananı s....” deyib onu təhqir etdiyini, Elcanın ona qarşı nalayiq ifadə işlətməsindən daha çox əsəbləşib cibində olan balaca qatlanan bıçağı çıxartdığını, Elcan onun üzərinə gələn vaxt Elcanın qarın nahiyyəsindən bir dəfə bıçaqla vurduğunu və Elcanın yerə yıxılmasını, daha sonra Elcanın yerə yıxılmasını görüb kənara çəkildiyini, təkrar Elcanı vurmadığını, oraya gələn Razim və Gülağa adlı şəxslər Elcana yaxınlaşıb köməklik etdiklərini bildirdi. Daha sonra isə Hacıməlik qəsəbəsinin mərkəzinə doğru gedən yolu göstərib hadisədən sonra həmin yolla əvvəlcə yaşadığı evə getdiyini sonra isə evdən çıxdığını bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı hadisə yerindən sübut əhəmiyyətinə malik hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, bu barədə tərtib edilmiş protokol və fotocədvəl cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli toplanmış istintaq sənədləri ilə təsdiq olunduğundan 29 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 aprel 2021-ci il tarixli 4(066)-21/2021 saylı “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətində «həbs» növündə qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 aprel 2021ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl rayon İcra Hakimiyyəti başçısının Hacıməlik qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 may 2021-ci il tarixli 366 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayır və qardaşı 1979-cu il təvəllüdlü X4 ibarət ailə üzvləri vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl rayon İcra Hakimiyyəti başçısının Hacıməlik qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 may 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən 06 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 19.04.2012-ci ildə Rusiya Federasiyası DİN-in Rostov Vilayəti üzrə Baş İdarəsi, Rostov şəhəri 8-ci PŞ-də Rusiya Federasiyası CM-nin 158-ci maddəsinin 4-cü hissəsi ilə olan cinayət işi üzrə ********** nömrəli axtarış işi açılmış lakin qətimkan tədbiri seçilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Tünhan Ələsgərlinin 07.05.2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19.04.2012-ci ildə Rusiya Federasiyası DİN-in Rostov Vilayəti üzrə Baş İdarəsi, Rostov şəhəri 8-ci PŞ-də Rusiya Federasiyası CM-nin 158-ci maddəsinin 4-cü hissəsi ilə olan cinayət işi üzrə ********** nömrəli axtarış işi açılması, lakin qətimkan tədbiri seçilməməsi ilə bağlı aidiyyəti orqanlara məlumat verilməsi Xahiş edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Gəncə şəhəri Psixonevroloji Dispanserinin 08 may 2021-ci il tarixli 1484 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 may 2021-ci il tarixli Zərərçəkmiş şəxs Nofəl oğlu tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki,o Təqsirləndirilən şəxs ilə ilə barışmış və ona qarşı heç bir iddia və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 20 may 2021-ci il tarixli 2095 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibb ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin 11.05.2021-ci il tarixli 157 nömrəli rəyindən görünür ki, Şahid1 məhkəmə tibbi müayinəsi zamanı bədən səthində 25.04.2021-ci il tarixdə törənməyə uyğun gələn hər hansı xəsarət və onun izləri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibb ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin 28.04.2021-ci il tarixli 146 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində 25.04.2021-ci il tarixdə törənməyə uyğun gələn hər hansı xəsarət və onun izləri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibb ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin 11.05.2021-ci il tarixli 158 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Nofəl oğlunun bədənində olmuş xəsarət sağ qabırğaaltı nahiyədə daxili qanaxma, qara ciyərin, yoğun bağırsaq, nazik bağırsaq müsariqlərinin və yumşaq toxumaların zədələnmələri ilə müşayiət olunan bir ədəd qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara iti uclu və iti kənarlı alətin təsirindən törənmşdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə əmələ gəlməyə uyğundur, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Yerləşmə nahiyəsinə görə Zərərçəkmiş şəxs Nofəl oğlunun bədənində olmuş xəsarətlə ekspertizaya təqdim edilmiş paltarlar (kofta və mayka) üzərindəki zədələr ümumən üst-üstə düşür və ekspertizaya təqdim edilmiş və ya ona oxşar bıçaqla da yetirilməyə xarakterikdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl RPŞ-nin 28.05.2021-ci il tarixli məktubundan görünür ki, cinayət işinin istintaqı zamanı baş vermiş mübahisə zamanı hadisəni görən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tapşırığı verilmiş, keçirilmiş müvafiq əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Nofəl oğluna bıçaqla xəsarət yetirən andan ətrafda Şahid1 başqa heç kim olmamış, sadəcə olaraq hadisədən bilavasitə sonra hadisə yerinə gələn Şahid2 və Şahid3 Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, hadisə baş verən tarixdə iş üzrə Zərərçəkmiş şəxs Nofəl oğlu ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng edərək sonuncunu təkidlə mübahisə etmək üçün hadisə yerinə çağırması xüsusatlarının aydınlaşdırılması üçün Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərə dair məlumatlar Göygöl rayon məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən “CD” diskə köçürülərək əldə edilmiş, həmin diskə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Nofəl oğlunun və Şahid1 ifadələrində göstərdikləri kimi, 25 aprel 2021-ci il tarixdə saat 18:39:58-də ***-***-**-** saylı mobil nömrədən və həmin tarixdə saat 19:39:09-da ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrəyə zənglər edilərək danışıqlar olmuş, 070-56178-44 saylı mobil nömrənin sahibi X5 da öz ifadəsində hadisə baş verən tarixdə Zərərçəkmiş şəxs Nofəl oğlunun ondan mobil telefonunu alaraq Şahid1 zəng etdiyini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 4(066)-22/2021 saylı “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibb ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Gəncə şəhər şöbəsinin 11.06.2021-ci il tarixli 20 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Nofəl oğlunun maye halında qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan Zərərçəkmiş şəxs Nofəl oğuna məxsus ola bilər. Zərərçəkmiş şəxs Nofəl oğuna məxsus paltarlar (bir ədəd şalvar, bir ədəd mayka, bir ədəd kofta ) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun üzənə məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X6 bölməsinin Məhkəmə trasoloji və məhkəmə ballistik ekspertizasının 14 iyul 2021-ci il tarixli 16/623/624 nömrəli rəyindən aşağıdakılar müəyyən edilmişdir ki: - tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. - tədqiqata təqdim olunan köynəyin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin ( o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmiş-kəsilmiş zədələrdir. Lakin təqdim edilmiş köynək və maykanın üzərində olan zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq təqdiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya ETT birliyinin 11.05.2021-ci il tarixli 158 nömrəli ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin və maykanın səthində olan zədə müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “sağ qabırğaaltı nahiyədə daxili qanaxma, qara ciyərin, yoğun bağırsaq, nazik bağırsaq müsariqlərinin və yumşaq toxumaların zədələnmələri ilə müşayiət olunan bir ədəd qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası” xəsarət ilə köynəyin və maykanın üzərində olan ( hər birində bir ədəd olmaqla) zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 iyul 2021-ci il tarixli “Sübutların qiymələndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd köynək, bir ədəd mayka, bir ədəd cins şalvar və cinayətin aləti olan bir ədəd bıçaq Göygöl RPŞ-nin saxlanc otağında saxlanılması qərara alınmışdır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşman olmasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi, könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.12 və 59.1.10-cu maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (könüllü gəlib təqsirini bonuna alması, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmaması, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi,) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Qeyd olunanlarla yanaşı məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də (cəza çəkmədən) islah olunması mümkündür. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, habelə həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs şərti məhkum ediləcəyi nəzərə alınaraq barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri CPM-nin 357-ci maddəsinin tələbinə əsasən ləğv edilərək və hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 aprel 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 27 aprel 2021-ci il tarixdə tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 aprel 2021-ci il tarixli 4(066)-21/2021 saylı “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətində «həbs» növündə qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 aprel 2021ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 4(066)-22/2021 saylı “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 63 manat dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödəniləməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübutlar- bir ədəd köynək, bir ədəd mayka, bir ədəd cins şalvar və cinayətin aləti olan bir ədəd bıçaq Göygöl RPŞ-nin saxlanc otağında saxlanılır. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Göygöl RPŞ-nin saxlanc otağında saxlanılan bir ədəd köynək, bir ədəd mayka, bir ədəd cins şalvar qanuni sahiblərinə qaytarilmalı, qəbul etmədikdə məhv edilməli, cinayətin aləti olan bir ədəd bıçaq isə məhv edilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş cəmi 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. İş üzrə mülki iddia və müsadirə yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 4 (dörd) ay 13 (on üç) gün həbsdə və ev dustaqlığında saxlandığı müddət təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində çəkilməyən 3 (üç) il 1 (bir) ay 17 (on yeddi) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Göygöl Rayon Polis Şöbəsinin saxlanc otağında saxlanılan bir ədəd köynək, bir ədəd mayka, bir ədəd cins şalvar qanuni sahiblərinə qaytarilsın, qəbul etmədikdə məhv edilsin, cinayətin aləti olan bir ədəd bıçaq isə məhv edilsin. İş üzrə 63 manat məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elmin Rüstəmov (sədrlik edən) Dadaş İmanov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar