Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-293/2022 30.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx xxxx 1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən bir ədəd göy rəngli sellofanın içərisindəki şəffaf sellofan bükülüdə külli miqdarda, yəni təmiz çəkisi 7,647 qram narkotik vasitə olan heroini, bir ədəd qırmızı rəngli falqada təmiz çəkisi 0,114 qram psixotrop maddə olan metamfetamini, həmçinin iki ədəd içərisində narkotik vasitə olan heroin izləri olan ampula şüşələri, içərisində narkotik vasitə olan heroin izləri olan bir ədəd 1 ml-lik və bir ədəd 2 ml-lik şpirisləri qanunsuz olaraq satış məqsədi ilə əldə edib eyni məqsəd ilə üzərində daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə 07 radələrində Gəncə şəhəri 3 nömrəli Təcili X3 xidmətdə olan DİN-in BMİ-nin X8 İdarəsinin polis nəfəri, polis serjantı Şahid1 məlumatı əsasında Gəncə şəhər, Nizami RPİ-nin əməkdaşları tərəfindən Gəncə şəhəri 3 nömrəli TTY xəstəxanasında saxlanılaraq Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd göy rəngli sellofanın içərisindəki şəffaf sellofan bükülüdə ümumi təmiz çəkisi 7,647 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin cibindən 1 ədəd qırmızı rəngli falqanının içərisində təmiz çəkisi 0,114 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin iki ədəd içərisində narkotik vasitə olan heroin izləri olan ampula şüşələri, içərisində narkotik vasitə olan heroin izləri olan bir ədəd 1 ml-lik və bir ədəd 2 ml-lik şpirisləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılmamışdan təxminən 1 il əvvəl narkotik vasitə istifadə etməyə başlamışdır. 2021-ci ilin sentyabr ayından istifadə etdiyi narkotik vasitə olan heroinin bir qramını 15 manata Bakı şəhərində tanımadığı İran İslam Respublikası vətəndaşından «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə almış, mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyindən ailə üzvlərindən utandığı üçün narkotik vasitəni tərgitmək qərarına gəlmiş, buna görə də xx.xx.2021-ci il tarixdə Gəncə şəhərinə gəlmişdir. Gecə qalmağa yeri olmadığı üçün yatmaq məqsədilə Gəncə şəhər 3 nömrəli X9 xəstəxanasına gəlmişdir. Xəstəxanada olan vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələri qeyri-qanuni olaraq əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirib Nizami RPİ-yə gətirmiş, polis idarəsinə gəldikdən sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən Bakı şəhərindən alaraq özü ilə gətirdiyi 1 ədəd göy rəngli sellofanın içərisindəki şəffaf sellofana bükülü narkotik vasitə heroin aşkar edilmişdir. Həmin vaxt üzərində psixotrop maddə olan metafetamin, ampula şüşəsi və şpiris olmamışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamış, buna görə də özünü CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmədiyini, özünü həmin Məcəllənin 234.1-ci maddəsilə təqsirli bildiyini göstərmişdir. Həmçinin ifadəsinə əlavə olaraq göstərmişdir ki, istifadəsində çoxsaylı mobil nömrələr olsa da, həmin nömrələrin çoxunu, o cümlədən ***-***-**-** mobil nömrəsinin istifadəsində olmasını xatırlamamış, *** *** ** **, 070 *** ** ** mobil nömrələri istifadəsində olmuşdur. ***-***-**-** nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 19:51 dəqiqədə ***-***-**-** nömrəsinə «salam qaqa neynirsən anar hərəsindən 10 10 hazırla da» məzmununda, xx.xx.2021-ci il tarixdə saat 12:01 dəqiqədə «Anar patını düzəlt heç olmasa gedimdə işə sən canın tez elə» məzmununda, xx.xx.2021-ci il tarixdə, saat 19:44:32 dəqiqədə «Anar allah hakkı hələm pul almamışam, arxayın ol alan kimi gələcəm yanına» məzmununda göndərilmiş mesajlarla bağlı, həmçinin ***-***-**-** nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 21:49 dəqiqədə ***-***-**-** nömrəsinə «Anar kodu yolla pulu atım silib» məzmununda olan mesajlarla bağlı isə izah verə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Nizami RPŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmətdə olduğu vaxt 28 noyabr 2021-ci il tarixdə, saat 07 radələrində Gəncə şəhər 3 nömrəli təcili X3 xidmətdə olan X8 İdarəsinin polis nəfəri, polis serjantı Şahid1 raportla Gəncə şəhər Nizami RPİ-nin rəisinə müraciət edərək Təqsirləndirilən şəxs adlı şəxsin xəstəxanaya daxil olarkən özünü narkotik vasitələrin aludəçisi kimi aparmasını göstərmiş, Şahid1 raportu icra edilməsi üçün ona həvalə edilmiş, rəhbərlik tərəfindən əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri Gəncə şəhər 3 saylı TTY Xəstəxanasına gedib Təqsirləndirilən şəxs xəstəxananın palatasında müəyyən edərək rayon polis idarəsinə dəvət etmişlər. Gəncə şəhər Nizami rayon polis idarəsində təhqiqatçının xidməti iş otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli sellofanabükülünü, bir ədəd ağ rəngli sellofanı, gödəkcənin sağ yan cibindən bir qutu «Prima» siqaretini, iki ədəd şpirisi, gödəkçənin sol yan cibindən iki qutu «Prima» siqaretini, şalvarın sol yan cibindən bir ədəd mobil telefonu, şalvarın arxa sağ cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, şalvarın arxa sol cibindən iki ədəd 100 manatlıq, bir ədəd 50 manatlıq və bir ədəd 20 manatlıq cəmi 270 manat pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli sellofan bükülü açıldıqda içərisindən şəffaf rəngli sellofana bükülü, spesifik iyə malik toz şəkilli narkotik vasitə olan heroin, bir ədəd ağ rəngli sellofan açıldıqda isə içərisindən iki ədəd narkotik vasitə və ya psixotrop maddənibişirmək üçün istifadə edilən başları sınmış ampula şüşələri, bir ədəd qırmızı rəngli falqada psixotrop maddə olan metamfetamin, iki ədəd qızılı rəngli falqada ağ kristall kütlələr olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd ağ rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin, bir ədəd qırmızı rəngli falqaya bükülmüş psixotrop maddə olan metamfetamin, iki ədəd qızılı rəngli falqaya bükülmüş kütlər, iki ədəd ampula şüşələri və iki ədəd şpiris ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılmiş, 270 manat pul və siqaretlər isə iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini İran İslam Respublikasının vətəndaşından bir qramını 15 manata aldığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6, Şahid4 Sehruz oğlu və Şahid5 Şahid2 ifadəsilə oxşar ifadələr verərək, onun göstərdiyi xususatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X8 idarəsində xidmətdə olarkən 2021-ci ilin noyabr ayının 27-də saat 09da da ünvan 3 ünvanında yerləşən Gəncə şəhər X1 xidmətə çıxmışdır. 28 noyabr 2021-ci il tarixdə saat 06:55 radələrində xəstəxananın cərrahiyyə şöbəsində xidmətdə olarkən bir nəfər adı sonradan məlum olan Təqsirləndirilən şəxs xəstəxananın cərrahiyyə şöbəsində olduğunu, özünü şübhəli apardığını görmüş, o Təqsirləndirilən şəxs hərəkətlərindən narkotik vasitənin təsiri altında olduğunu hiss etmişdir. Belə ki, Təqsirləndirilən şəxs cərrahiyyə şöbəsində palataya girib digər şəxsin çarpayısına uzanmışdı. Bundan sonra bu barədəərazi aidiyyəti üzrə Gəncə şəhər Nizami RPİ-nə raportla məruzə etmiş, Gəncə şəhər Nizami RPİ-nə raportla məruzə etdikdən qısa müddət sonra əməliyyat müvəkkilləri xəstəxanaya gəlmişlər və onunla bir yerdə xəstəxananın cərrahiyyə şöbəsində olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Nizami RPİ-yə dəvət etmişlər. Nizami RPİ-də təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, müdafiəçisinin, əməliyyat qrupunun üzvlərinin və onun iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli sellofana bükülünü, bir ədəd ağ rəngli sellofanı, gödəkçənin sağ yan cibindən bir qutu «Prima» siqaretini, iki ədəd şpirisi, gödəkçənin sol yan cibindən iki qutu «Prima» siqaretini, şalvarın sol yan cibindən bir ədəd mobil telefonu, şalvarın arxa sağ cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, şalvarın arxa sol cibindən pulu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli sellofan bükülü açıldıqda içərisindən şəffaf rəngli sellofana bükülü spesifik iyə malik toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə, bir ədəd ağ rəngli sellofan açıldıqda isə içərisindən iki ədəd başları sınmış ampula şüşələri, bir ədəd qırmızı rəngli falqada psixotrop maddə olan metamfetaminə bənzər maddə, iki ədəd qızılı rəngli falqada ağ kristall kütlələr olduğu müəyyən edilmişdir. Bundan sonra onun üzərindən aşkar olunaraq götürülmüş həmin predmetlər zərfə qoyularaq qablaşdırılmiş, pul və siqaretlər isə özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini İran İslam Respublikasının vətəndaşından bir qramını 15 manata almasını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. Özü də narkotik vasitə istifadəçisidir. Narkomaniyadan əziyyət çəkir. ***-***-**-** mobil nömrəsi onun adına alınsa da, istifadə etməsi üçün əmisi oğlu Təqsirləndirilən şəxs vermişdir. Anar isə həmin nömrəni yaşadığı Bakı şəhərində istifadə etmişdir. Anarın narkotik vasitə istifadəçisi olması, həmin nömrədən kimlərlə əlaqə saxlaması barədə heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş 28 noyabr 2021-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd göy rəngli sellofanın içərisindəki şəffaf sellofana bükülü spesifik iyə malik, toz şəkilli, ümumi çəkisi sellofanlarla birlikdə 8,6 qram olan, ilk baxışdan narkotik vasitə “heroin”-ə bənzər kütlə və 1 ədəd şəffaf rəngli sellofan bükümdə içərisində 2 (iki) ədəd şüşə (ampula qırıntısı), içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə “metamfetamin”-ə bənzər kütlə olan 1 (bir) ədəd qırmızı rəngli falqa, içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə “metamfetamin”-ə bənzər kütlə olan bir ədəd qızılı rəngli falqa, içərisində ağ rəngli kristal şəkilli, spesifik iyiyə malik, ağ rəngli psixotrop maddə “metamfetamin”-ə bənzər kütlə olan 1 (bir) ədəd qızılı rəngli falqa, göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd qara rəngli “Janga” markalı mobil telefon, şalvarın arxa sol cibindən 2 ədəd 100 manatlıq pul əskinası, bir ədəd 50 manat pul əskinası, bir ədəd 20 manat pul əskinası olmaqla ümumilikdə 270 manat pul, göy rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd göy rəngli, “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 2 ədəd şpiris və 1 paket “Prima” markalı siqaret, qış gödəkçəsinin sol cibindən isə iki ədəd “Prima” markalı siqaret paketi aşkar edildi. Qırmızı rəngli falqada olan kütlə elektron tərəzidə çəkilərkən çəkisi 0,5 qram oldu, digər 2 ədəd siqaret falqasının içərisindəki olan kütlə elektron tərəzidə çəkilsə də, çəkisi elektron tərəzi ilə müəyyən edilə bilmədi.Göy rəngli sellofanın içərisindəki kütlə, 1 ədəd qırmızı rəngli falqanın içərisindəki kütlə və 2 ədəd qızılı rəngli falqaların içərisindəki kütlələr 1 nömrəli zərfdə, 2 ədəd şüşə (ampula qırıntısı) və 2ədəd şpiris 2 nömrəli zərfdə, 1 ədəd qara rəngli “Janga” markalı mobil telefon və 1 ədəd göy rəngli “Samsung” markalı smartfon mobil telefon 3 nömrəli zərfdə qablaşdırılmış və üzəri Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənmişdir. Qablaşdırılmış 1 nömrəli zərfdə olan kütlələrin psixotrop maddə və ya narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 bölməsinə göndərilmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar olunan “heroinə” və “metamfetaminə” oxşar kütlələri “whatsapp” sosial şəbəkə vasitəsilə tanımadığı İran İslam Respublikasının vətəndaşı iləəlaqə saxlayaraq Bakı şəhərində olan zaman bir qramını 15 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını demişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 270 manat pul və 3 paket "Prima" markalı siaqret iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qatarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsinin 29 noyabr 2021-ci il tarixli, 16/1268 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vətəndaş VəliyevAnar Məmməd oğlunun üzərindən götürülmüş 3 ədəd qızılı falqa, 1 ədəd göy rəngli sellofana bükülü kütlə» sözləri yazılmış kağız paketdəki 1 (bir) ədəd göy rəngli sellofan kəsiyinə bükülmüş digər şəffaf polietilenkəsiyi bükümündə təmiz çəkisi 7,647 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə–heroindir. 1 (bir) ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,114 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 2 (iki) ədəd qızılı rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,064 qram, 0, 049 qram, ümumi təmiz çəkisi 0,113 qram maddələr narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir. Tədqiqata təqdim olunmuş üzərində «vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 ədəd şüşə ampula və 2 ədəd şpris» sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd 1ml-lik, 1(bir) ədəd 2 ml-lik şprislərin və 2 (iki)ədəd baş hissəsi sınıq şüşə ampulaların içərisində heroin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in 1-ci siyahısının İİ bəndinə daxildir. İş materiallarına əlavə edilmiş 28 noyabr 2021-ci il tarixli “şübhəli şəxsi tutma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(044)-184/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 noyabr 2021-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 121-1701-1222 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və kimdən əldə etməsini, kimlərlə istifadə etməsini və yaşadığı evdə narkotik vasitə olub-olmamasını müəyyənləşdirmək üçün Gəncə şəhər Nizami RPİ-nin şəxsi heyəti təlimatlandırılmış, müvafiq tədbirlər həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş 07 fevral 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” diskə “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədəkolan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi üçün müvafiq sorğular verilərək cavab alınmışdır. Həmin diskdə «SMS tarixçəsi» adlı faylın içərisinədaxil olduqda mesajlar olması müəyyən edildi. Həmin mesajlardan ***-***-**-** nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 19:45:56 dəqiqədə ***-***-**-** nömrəsinə «patı lazımdı poxu açda» məzmununda, həmin gün saat 19:53:05 dəqiqədə «Patı lazımdır yarım sot Elsevər gəlib dostum» məzmununda, həmin günsaat 20:02:06 dəqiqədə «yarım qramm patı götür gəl qarabağın qabağına» məzmununda, həmin mesajlardan ***-***-**-** nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 19:51:48 dəqiqədə ***-***-**-** nömrəsinə «salam qaqa neynirsən anar hərəsindən 10 10 hazırla da» məzmununda, xx.xx.2021-ci il tarixdə saat 12:01:01 dəqiqədə «Anar patını düzəlt heç olmasa gedimdə işə sən canın tez elə» məzmununda, xx.xx.2021-ci il tarixdə, saat 19:44:32 dəqiqədə «Anar allah hakkı hələm pul almamışam, arxayın ol alan kimi gələcəm yanına» məzmununda iş üçün əhəmiyyət kəsb edən mensaj mətnləri göndərilmişdir. İş materiallarına əlavə edilmiş 18 fevral 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” diskə “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, 070693-27-28, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı "xxxx" nömrələrinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi üçün müvafiq sorğular verilərək cavab alınmışdır. Həmin diskdə «SMS tarixçəsi» adlı faylın içərisinə daxil olduqda mesajlar olması müəyyən edildi. Həmin mesajlardan ***-***-**-** nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 21:49:19 dəqiqədə ***-***-**-** nömrəsinə «Anar kodu yolla pulu atım silib» məzmununda, ***-***-**- ** nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 13:55:06 dəqiqədə «sənə aiddi sən öl yaxşılıq yoxdu məniyığ sən öl bu gün gedəsən aparacaqlar sən ehtiyatlı ol, yox ol buralardan, naz elemey vaxtı deyil ay xiyar ...... səni mənləəlaqə saxla qandon nə qədərdə cındır olsan kim olursa olsun tutulmağını isdəmərəm» məzmununda mesaj mətnləri göndərilmişdir. Digər telefon nömrələrində iş üçün əhəmiyyət kəsb edən heç bir mesaj aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri Narkoloji Dispanserinin 28 yanvar 2022-ci il tarixli 127 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 120-7260-1122 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədiləəldə edib daşıyaraq saxlamış, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə almış **********, **********, ********** saylı mobil nömrələrin kimin istifadəsində olması, həmin şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ifadəsində narkotik istifadəçisi olduğu üçün özünü CM-in 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsilə təqsirli bildiyini, üzərindən yalnız narkotik vasitə olan heroinin aşkar edildiyini, psixotrop maddə olan metamfetaminin şpiris və ampulaların üzərində olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs verdiyi həmin məzmunlu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə işin faktiki hallarına uyğun olmayan, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadədir və onun təqsiri məhkəməyədək icraat zamanı özünü təqsirli bilməklə verdiyi ifadəsilə, şahidlərin ifadələri, ekspertiza rəyləri, telefon zənglərinə dair çıxarışlarla və digər iş materialları ilə tam təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,“...təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan heroini və metametamini tüstüsünü çəkməklə və ineksiya yolu ilə qəbul edir, 2021-ci ilin sentyabr ayından istifadə etdiyi narkotik vasitə olan heroinin bir qramını 15 manata Bakı şəhərində tanımadığı İran İslam Respublikası vətəndaşından «Vhatchap» sosial şəbəkəsi vasitəsi ilə almış, mütamadi olaraq narkotik vasitələrdən istifadə etdiyindən ailə üzvlərindən utandığı üçün narkotik vasitəni tərgitmək qərarına gəlmiş, buna görə də Gəncə şəhərinə gəlmiş, buna görə də xx.xx.2021-ci il tarixdə Gəncə şəhərinə gəlmiş, gecə Gəncə şəhərinə gəldikdən sonra qalmağa yeri olmadığı üçün gecə yatmaq məqsədilə Gəncə şəhər 3 nömrəli X9 xəstəxanasına gəlmiş, xəstəxanada olan vaxt xəstəxanada olan polis əməkdaşı ondan şübhələnərək mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri qeyri-qanuni olaraq əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirib Nizami RPİ-yə gətirmiş, polis idarəsinə gəldikdən sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən Bakı şəhərindən alaraq özü ilə gətirdiyi 1 (bir) ədəd göy rəngli sellofanın içərisindəki şəffaf sellofana bükülü narkotik vasitə “heroin”, 1 ədəd şəffaf rəngli ağzı bağlanan sellofan bükümün içərisindən narkotik vasitə olan heroini və psixotrop maddə olan metafetamini bişirmək üçün istifadə etdiyi 2 (iki) ədəd başı sınmış ampula şüşəsi, içərisində psixotrop maddə metamfetamin olan qırmızı rəngli falqa, içərisində limon duzu olan iki ədəd qızılı rəngli falqa, gödəkcənin sağ yan cibindən 2 ədəd şpiris və 1 paket “Prima” markalı siqaret, qış gödəkcəsinin sol cibindən isə iki ədəd “Prima” markalı siqaret paketi, göy rəngli cins şalvarın sol arxa cibindən 2 ədəd 100 manatlıq, bir ədəd 50 manatlıq və bir ədəd 20 manat pul əskinası olmaqla ümumilikdə 270 manat pul aşkar edilmiş, göy rəngli sellofanın içərisindəki kütlə elektron tərəzidə çəkilmiş, sellofanlarla birlikdə ümumi çəkisi 8.6 qram gəlmiş, həmçinin üzərindən aşkar olunmuş qırmızı rəngli falqaya bükülmüş bükülü də elektron tərəzidə çəkilmiş və falqa ilə bir yerdə çəkisi 0,5 qram gəlmiş, həmin bükümlər zərfə qablaşdırılmış və imzalanaraq möhürlənmişdir.” Göründüyü kimi məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs həm narkotik vasitə olan heroinin, həmçinin psixotrop maddə olan metamfetaminin ona məxsus olduğunu bildirmişdir. Bundan başqa iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil operatorlar tərəfindən təqdim edilmiş “CD” disklərə “baxış keçirilməsi haqqında” protokollardan və həmin protokollara əlavə edilmiş “CD” disklərin bilavasitə məhkəmə iclasında aparılmış tədqiqi zamanı müəyyən olunmuşdur ki, ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinəxx.xx.2021-ci il tarixdə saat 19:45:56 dəqiqədə «patı lazımdı .... açda» məzmununda, həmin gün saat 19:53:05 dəqiqədə «Patı lazımdır yarım sot Elsevər gəlib dostum» məzmununda, həmin gün saat 20:02:06 dəqiqədə «yarım qramm patı götür gəl qarabağın qabağına» məzmununda, ***- ***-**-** nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 19:51:48 dəqiqədə ***-***-**-** nömrəsinə «salam qaqa neynirsən anar hərəsindən 10 10 hazırla da» məzmununda, xx.xx.2021-ci il tarixdə saat 12:01:01 dəqiqədə «Anar patını düzəlt heç olmasa gedimdə işə sən canın tez elə» məzmununda, xx.xx.2021-ci il tarixdə, saat 19:44:32 dəqiqədə «Anar allah hakkı hələm pul almamışam, arxayın ol alan kimi gələcəm yanına» məzmununda, ***-***-**-** nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 21:49:19 dəqiqədə ***-***-**-** nömrəsinə «Anar kodu yolla pulu atım silib» məzmununda, ***-***-**-** nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 13:55:06 dəqiqədə «sənə aiddi sən öl yaxşılıq yoxdu məni yığ sən öl bu gün gedəsən aparacaqlar sən ehtiyatlı ol, yox ol buralardan, naz elemey vaxtı deyil ay xiyar ...... səni mənlə əlaqə saxla .... nə qədərdə cındır olsan kim olursa olsun tutulmağını isdəmərəm» məzmununda mesajlar göndərilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X4 ifadəsindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs onun əmisi oğlu olduğundan öz adına olan ***-***-**-** mobil nömrəsini istifadə etməsi üçün Anara vermiş, həmin nömrə onun istifadəsində olmuşdur. Bundan başqa ***-***-**-** mobil nömrənin anten dairəsinin tədqiqi zamanı müəyyən olunmuşdur ki, həmin mobil nömrə əsasən Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsi əhatəsində istifadə edilmişdir ki, həmin ərazi də Təqsirləndirilən şəxs yaşadığı ərazi ilə uyğunluq təşkil etmişdir. Göründüyü kimi məhkəmə istintaqı zamanı tədqiq edilmiş qeyd edilən məzmunlu mesajlardan müəyyən olunmuşdur ki, həmin mesajlar həm Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrdən, həm də həmin mobil nömrələrə göndərilmiş, mobil nömrənin anten əhatə dairəsi isə Təqsirləndirilən şəxs yaşadığı ərazi ilə uyğunluq təşkil etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlar Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istehlak məqsədilə saxlamasına dair verdiyi ifadəsini inandırıcı hesab etmir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətdiyi əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-in 15.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəza çəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş 7,547 qram çəkidə narkotik vasitə heroin, 0,094 qram çəkidə psixotrop maddə olan metamfetamin, 0,44 və 0,29 qram çəkidə naməlum maddə, iki ədəd şpris, iki ədəd ampula məhv edilməli, 1 ədəd DVD disk, mobil operatorlara məxsus 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməklə, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 28 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş 7,547 qram çəkidə narkotik vasitə heroin, 0,094 qram çəkidə psixotrop maddə olan metamfetamin, 0,44 və 0,29 qram çəkidə naməlum maddə, iki ədəd şpris, iki ədəd ampula məhv edilsin, 1 ədəd DVD disk, mobil operatorlara məxsus 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməklə, narkolоji kabinetdə qeydiyyаtа alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-293/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-293/2022
30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver