Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-293/2023 21.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 28 avqust 1981-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 31 dekabr 2022-ci il tarixdə saat 23 radələrində qonaq getdiyi Samux rayonu, Yenikənd kəndində həmkəndlisi Dursunalı Cəfərovun yaşadığı evdə Zərərçəkmiş şəxs onun arvadı Şahid2 spirtli içki içməyi təklif etməsinə əsəbiləşərək həmin evdə Zərərçəkmiş şəxsla sözlə mübahisə edərək onu evdən qovmuş, mübahisənin davamı olaraq dediyi sözə görə qisas almaq və arvadı ilə Zərərçəkmiş şəxs arasında hansısa münasibət olub-olmamasını dəqiqləşdirmək məqsədilə yüngül dərəcəli alkaqol sərxoşluğu vəziyyətində xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdən çağıraraq qonaqlıqda dediyi məsələni aydınlaşdırmaq üçün özunə məxsus “Vaz-21154” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonu Yenikənd kənd qəbirstanlığının giriş qapısının qarşına aparmış, orada dayanmış vəziyyətdə olan avtomobilin salonunda arvadına niyə həmin məzmunda söz deməsinə görə onunla mübahisə etmiş, aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən başı ilə 2 dəfə zərbə endirdikdən sonra onunla avtomobilin salonunda əlbəyaxa olub süpürləşərkən avtomobildən götürdüyü soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinə bir ədəd, aralarındakı davanın gedişində isə qəsdən sonuncunun sol çiyin nahiyyəsində bir ədəd, qarın (epiqastral) nahiyyədə bir ədəd, sol bud nahiyyədə bir ədəd, sol əlin ovuc səthində bir ədəd olmaqla ümümilikdə 5 (beş) ədəd kəsilmiş-deşilmiş yaradan ibarət hər biri ayrı-ayrılıqda sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və döş qəfəsininin ön səthindən solda V, Vİ qabırğalar səviyyəsində, sol döş boşluğuna keçən, hemopnevmotoraksla müşayiət olunan və yetirildiyi anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bir ədəd bədən xəsarəti yetirməklə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən Ağır zərər vurmuşdur Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Samux rayonu, Yenikənd kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, belə ki, təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs və Şahid5 onun həmkəndliləridir, əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Şahid2 isə arvadıdır, onunla münasibətləri yaxşıdır. xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 23:20 radələrində arvadı Şahid2 ilə özünə məxsus “VAZ 2115” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Dursunalının yaşadığı evə qonaq getmişlər. Dursunalı və arvadı Nailə ilə birlikdə həmkəndliləri Zərərçəkmiş şəxs da orada masa arxasında olmuşdur. Eldəniz və Dursunalı spirtli içki qəbul edib yeyib-içmişlər, Dursunalı ilə söhbət edərkən Eldəniz gözlənilmədən onun arvadı Şahid2 “əlli qram bizlə araq iç” demiş, o, həmin sözə əsəbiləşmiş Eldənizlə sözlə mübahisə edərək Eldənizi evdən qovmuşdur. Bundan sonra o, Eldənizin etdiyi tərbiyəsizlik barədə Dursunalı ilə söhbət etmiş və özündə evdən çıxandan sonra Eldənizi kənd qəbirstanlığına aparıb orada döyməyi qərarlaşdırmışdır. Eldəniz gedəndən təxminən 15-20 dəqiqə sonra arvadı Gülnarla Dursunalıgildən çıxmış və öz avtomobilinə oturub Eldənizin yaşadığı evə getmişdir. O, Eldənizə zəng etsə də Eldəniz zənglərə cavab vermədiyinə görə qapını döymüş, qapını Eldənizin balaca oğlu açmış, o, Eldənizin oğluna atasını çağırmasını demişdir. Təxminən 5 dəqiqə sonra Eldəniz qapıya çıxmış, “nə yaxşı gəlmisən”, soruşanda, “maşına otur, sənlə işim var” demişdir. Eldəniz onun idarə etdiyi avtomobilin qabaq oturacağında oturmuş, arvadı Şahid2 isə avtomobilin arxa oturacağında oturmuşdur. O, avtomobili kənd qəbirstanlığının giriş qapısına sürmüş və orada dayanmışdır. Həmin vaxt saat təxminən 02 radələri olmuş, avtomobili dayandıqdan sonra o, Eldənizə “bu nə hərəkətdi, sənin anan bacın yoxdurmu” demiş, Eldəniz isə “bilmədim, bağışla düz söyürsən” demişdir. Bundan sonra o, Eldənizin ünvanına nalayiq ifadələr işlədərək başı ilə onun üz nahiyyəsinə 2 dəfə zərbə vurmuş, Eldəniz də qarşılıq göstərək əli ilə 3-4 dəfə onu vurmuşdur. Eldəniz onu vurduqdan sonra o, daha da əsəbləşmiş və avtomobilin iki oturacağının arasında olan “bardaçok” adlanan saxlanc yerindən əvvəlcədən saxladığı qatlanan əl bıçağını götürmüşdür. Bıçağı sol əlində Eldənizi qorxutmaq üçün saxlasa da Eldəniz yenidən onu vurmaq istəyəndə sol əlində saxladığı bıçağı bir dəfə qəsdən Eldənizin sinə nahiyyəsinə vurmuşdur. İçkili olduğu üçün, bıçağın Eldənizə girdiyini hiss etməmişdir. Bundan sonra Eldənizlə avtomobilin salonunda süpürləşmişlər. O, avtomobildən düşüb Eldənizi də avtomobildən düşürüb onu yerdə döymək istəsə də Eldəniz oturduğu yerdən qapını bağlamış, nə qədər təkid etsə də qapını açmamışdır. O, yenidən qayıdıb avtomobilin sürücü tərəfdən qapısını açıb oturan zaman isə Eldəniz qəflətən avtomobildən düşüb əkin sahəsinə tərəf qaçmışdır. O, avtomobildən düşərək Eldənizi səsləsə də geri qayıtmamışdır. O, Arvadı Gülnara bıçaqla Eldənizi vurduğunu demiş və sonuncuya nəsə olacağından qorxmuşdur. Gülnarla birlikdə avtomobildən düşüb Eldənizi axtarsa da tapa bilməmiş, həmin vaxt kənd tərəfdən “Vaz 2107” markalı avtomobilin gəldiyini görmüşlər. Avtomobil yanında dayandıqdan sonra içəridən iki nəfər şəxs düşmüş, onlardan biri Eldənizin qardaşı Elsevər, digəri isə Eldənizin balaca oğlu olmuşdur. Elsevər ona yaxınlaşıb qardaşının harada olduğunu soruşanda “qardaşınla dalaşdım və o, əkin sahəsinə tərəf qaçdı” deyə bildirmişdir. Elsevər niyə dalaşdıqlarını soruşmuş o da qardaşının etdiyi tərbiyəsizliyi demişdir. Elsevər ona haqq qazandırıraraq “düz eləmisən” demiş və ona evinə getməyi bildirmişdir. Bundan sonra o arvadı Şahid2 ilə avtomobilə oturub yaşadığı evə getmiş, evə getsə də əsəbi soyumamış Eldənizdən polisə şikayət etməyə qərar vermişdir. Gecə saat 03 radələrində DİN-nin “102” zəng xidmətinə zəng edib Eldəniz tərəfindən təhqir olunması barədə məlumat vermişdir. Təxminən səhər saat 06 radələrində Samux RPŞ-nin PPXB-nun polis nəfəri vəzifəsində işləyən həmkəndlisi Mehman Cəfərov onlara gəlmiş və müraciəti ilə bağlı Samux polisinə getmək lazım olduğunu demişdir. Samux polisinə gəldikdən sonra Eldənizə vurduğu bıçaq xəsarətinin daxilə keçidiyini öyrənmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq onun Eldənizin onun arvadı Şahid2 sataşdığı üçün kişiliyinə sığışdırmadığını və Eldənizi döyərək ondan qisas almaq istədiyini, Eldəniz onu vurmaq istəyəndə bıçaqla qorxutmaq məqsədilə Eldənizə bir dəfə zərbə yetirdiyini, hadisə zamanı arvadı Gülnar və Eldənizdən başqa hadisə yerində kimsə olmadığını, Eldəniz əkin sahələrinə doğru qaçdıqdan sonra hadisə yerinə Eldənizin qardaşı Elsevər və Eldənizin balaca oğlunun gəldiyini bildirmişdir. Əlavə olaraq zərərçəkmiş şəxs Eldəniz Rəsulovla barışdığını və cinzyət nəticəsində Eldənizin sağlamlığına vurduğu ziyanı tam olaraq ödədiyini, hazırda törətdiyi əməldən peşman olduğunu, himayəsində azyaşlı övladlarının olmasını bildirmiş və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə yaşayır və təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs və Dursunalı Cəfərov onun həmkəndliləridir. Əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Şahid2 isə Təqsirləndirilən şəxs arvadıdır. xx.xx.2022-ci il tarixdə axşam təxminən saat 21 radələrində Dursunalı onu yaşadıqları evə qonaq çağırmış və o, tək onlara getmişdir. Evdə Dursunalı və arvadı Nailə olmuşdur. Dursunalıgilə getdikdən sonra onlar süfrə açmış və onlar yeyib-içməyə başlamışlar. Təxminən saat 23 radələrində Rövşən və arvadı Gülnar Dursunalıgilə gəlmiş, masa arxasında əyləşmişlər. Rövşən də onlara qoşulub yeyib-içməyə başlamışdır. Təxminən yarım saat sonra kənddə Gülnarı hamı “matan” deyə çağırdığı üçün Rövşənin arvadı Gülnara “Matan sən niyə bizimlə içmirsən?” demiş, Gülnar isə ona cavab verməmişdir. Bu zaman Rövşən ona təhqiredici sözlər demiş, o isə səhv başa düşüldüyünü görüb Rövşənə “mən Gülnara bu sözü bacım kimi demişəm” demişdir. Ancaq Rövşən onunla mübahisəyə davam etmiş, o, Rövşənlə dalaşacaqlarını görüb süfrədən duraraq yaşadığı evə gəlmişdir. Evə çatanda artıq gecə saat 01 radələri olmuş, evə gəldikdən sonra yatmışdır. Təxminən gecə saat 02 radələrində yatan zaman balaca oğlu Amin onu yuxudan qaldırmış və Rövşənin onu çağırdığını demişdir. O, paltarını geyinib qapıya çıxmış, Rövşənin onu qapıda gözlədiyini görmüşdür. Rövşən ona “gəl otur maşına, sənlə işim var” demiş, o da Rövşənin “VAZ 2115” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön sərnişin yerində oturmuşdur. Maşına minəndə Rövşənin arvadı Gülnarın da arxa oturacaqda olduğunu görmüşdür. Rövşən maşını kənd qəbirstanlığına tərəf sürüb giriş darvazasının önündə saxlamış, avtomobilin içərisində onun ünvanına nalayiq ifadələr işlətməyə başlayıb onunla mübahisə etmiş, bir müddət sonra isə Rövşən ona əl-qol atmış və əlbəyaxa dalaşmağa başlamışlar. Avtomobilin içində bir qədər süpürləşdikdən sonra Rövşənə gücünün çatmayacağını görüb avtomobildən düşüb qəbiristanlığın yanındakı əkin sahələrinə tərəf qaçmışdır. Qaçan zaman bədənində ağrılar hiss etmiş, sinəsinin sol tərəfindən qan axdığını görmüş, Rövşənin bıçaqla onu vurduğunu başa düşmüşdür. Təxminən 50-100 metr getdikdən sonra yaxınlığındakı xəndəyin yanında yıxılmış və huşunu itirmişdir. Bir müddət sonra üşüdüyünü hiss edib ayılıb evə getmişdir. Evə getdikdən sonra arvadı Fatmanisə qardaşı Elsevəri çağırmış, Elsevər onu öz avtomobili ilə Gəncə şəhərinə xəstəxanaya aparmışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir, ona yüngül cəza verilməsini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, halhazırda yuxarıda göstərilən ünvanda ailəsi birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əri, Zərərçəkmiş şəxs isə həmkəndlisidir. Əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Dursunalı Cəfərov isə həmkəndlisidir. xx.xx.2022-ci il axşam saat 23 radələrində əri Rövşənlə ona məxsus “VAZ 2115” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmkəndlisi Dursunalı Cəfərovun yaşadığı evə qonaq getmişlər. Dursunalıgildə Dursunalı, Dursunalının arvadı Nailə və Zərərçəkmiş şəxs orada olmuşdur. O, Nailə ilə salamlaşaraq görüşmüş, əri Rövşən isə Eldəniz və Dursunalı ilə spirtli içki qəbul edib yeyib içmişlər. Təxminən yarım saat yeyib içdikdən sonra Nailə ona çay süzmüş və çay içəndə Eldəniz ona “sən niyə içmirsən? gəl mənimlə araq iç” demişdir. Bu zaman əri Rövşən Eldənizin bu sözünə əsəbləşib sözlə mübahisə etmiş və Eldənizi evdən qovmuşdur. Təxminən 15-20 dəqiqə sonra Dursunəligildən çıxıb Rövşənin maşını ilə hərəkətə başlamışlar. Rövşən avtomobili Eldənizin evinin qarşısında saxlamışdır. Rövşəndən avtomobili niyə saxladığını soruşanda Rövşən ona “qoy gəlsin Eldəniz sübut eləsin ki, sənlə araq içib, bəlkə sən onunla gəzirsən?!” deyib avtomobildən düşmüş və Eldənizi çağırmışdır. Təxminən 15-20 dəqiqə sonra Eldəniz gəlmiş və maşında oturmuşdur. Rövşən avtomobili sürüb Yenikənd kəndinin qəbirstanlığının giriş qapısında saxlamışdır. Gecə saat təxminən 02 radələri olmuş. Avtomobili dayandırdıqdan sonra Rövşən və Eldəniz sözlə mübahisə etmişdir. Rövşən Eldənizin ünvanına nalayiq ifadələr işlədib başı ilə üz nahiyyəsinə 2 dəfə zərbə vurmuşdur. Bu zaman Eldəniz əli ilə 3-4 dəfə Rövşəni vurmuş, Rövşən Eldənizlə avtomobilin salonunda süpürləşməyə başlamışdır. Rövşən avtomobildən düşüb Eldəniz oturan tərəfdən qapını açmaq istəmiş, lakin Eldəniz qapını bağlamışdır. Rövşən qayıdaraq sürücü tərəfdən avtomobilə oturmuş, həmin vaxt Eldəniz avtomobildən düşüb əkin sahəsinə qaçmışdır. Rövşən avtomobildən düşüb Eldənizi geri qayıtmağa səsləsə də Rövşənə evə getməyi təklif etmiş. Rövşən isə ona əlindəki bıçaqla Eldənizi vurduğunu, nəsə olacağından qorxduğunu demişdir. Rövşən deyənə qədər Eldənizin Rövşəni bıçaqla vurduğunu bilməmiş. Rövşənin əlində bıçaq olmuşdur. Avtomobildən təxminən 50-100 metr aralanıb Eldənizi səsləməyə başlamış, bu zaman kənd tərəfdən avtomobil gəlmiş Rövşənin avtomobilinin yanında dayanmışlar. Həmin avtomobildən 2 nəfər şəxs düşüb onlara tərəf piyada gəlmiş, yaxınlaşanda Eldənizin qardaşı Elsevər və Eldənizin balaca oğlu Amin olduğunu görmüşdür. Elsevər Rövşəndən qardaşı Eldənizin harada olduğunu soruşanda Rövşən Elsevərə qardaşını bıçaqla vurduğunu demişdir. Bundan sonra Elsevər onlara evə getməyi demiş, Rövşənlə yaşadıqları qayıtmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, rəsmi olaraq Yenikənd İƏDSİ üzrə nümayəndəsinin müavini vəzifəsində çalışır. Zərərçəkmiş şəxs doğma qardaşı, Şahid1 qardaşı Eldənizin arvadı, Şahid3 isə onların oğludur. Elsevərlə eyni kənddə qonşudur. Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Rövşənlə əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə ailəsi ilə birlikdə bayram keçirdikdən sonra yatmış, xx.xx.2023-cü il gecə təxminən saat 02 radələrində Şahid1 yaşadığı evə gəlmişdir. Fatmanisədən nə olduğunu soruşanda həmkəndliləri Rövşənin Elsevəri yatdığı yerdə çağırıb avtomobilinə otuzdururaq kəndin başına Samux rayonu, Yenikənd kənd qəbiristanlığına aparmışdır. Cəld evdən çıxıb Elsevərin evinə getmiş, Elsevərin balaca oğlu Amini də özü ilə götürüb özünə məxsus avtomobillə Samux rayonu, Yenikənd kənd qəbiristanlığına getmişdir. Oraya çatan zaman Təqsirləndirilən şəxs dayanmış vəziyyətdə olan “VAZ 2115” markalı **-CC-*** 50-60 metr kənardan səsi gəldiyini eşitmişdir. Aminlə birlikdə səs gələn tərəfə getmiş və görmüşdür ki, Təqsirləndirilən şəxs və arvadı Gülnar orada dayanmışlar. O, Rövşəndən nə olduğunu soruşanda Rövşən ona qardaşı Eldənizi vurduğunu Eldənizin də əkin sahəsinə tərəf qaçmışdır. Həmin vaxt Rövşən sərxoş vəziyyətdə əsəbi olmuş, Rövşəni sakitləşdirmiş və onu arvadı ilə birlikdə yaşadığı evə göndərmişdir. Rövşəni evlərinə yola saldıqdan sonra Aminlə qəbirstanlıq tərəfə gedib Eldənizi axtarsalar da Eldənizi tapa bilməyib geri qayıtmışlar. Səhər açılmağa az qalmış, Eldənizin arvadı Fatmanisə zəng vurub Eldənizin yaralı halda evə gəldiyini bildirmişdir. X5 evinə getmiş, evə çatanda görmüşdür ki, Elsevər qanın içərisindədir. Polisə məlumat vermiş və Eldənizi avtomobilə otuzduraraq Gəncə şəhərinə xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Şahid2 Təqsirləndirilən şəxs arvadı və həmkəndliləridir. Heç biri ilə düşmənçilik və ədavəti yoxdur. xx.xx.2022-ci il axşam saat təxminən 21 radələrində Zərərçəkmiş şəxs tək yaşadığı evə qonaq gəlmişdir. O, gəldikdən sonra arvadı Nailə süfrə açmış Eldənizlə yeyib-içməyə başlamışlar. Təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs da və arvadı Gülnarla onlara qonaq gəlmiş, Rövşən də onlara qoşulub yeyib-içməyə başlamışdır. Rövşən gəldikdən təxminən yarım saat sonra Eldəniz Rövşənin arvadı Gülnara “əlli qram bizlə araq iç” demiş, Rövşən Eldənizin bu sözünü eşidib onu təhqir edərək evdən qovmuşdur. Eldəniz evdən getdikdən təxminən yarım saat sonra Rövşən də və arvadı Gülnarla çıxıb getmişlər. Səhəri gün eşitmişdir ki, Rövşən Eldənizi bıçaqla vurmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “ifadənin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs, zərəçəkmiş Eldəniz Rəsulova bıçaqla özünəməxsus avtomobilin içində xəsarət yetirdiyi yeri və hadisənin mexanizmini göstərmiş ifadəsindəki xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “baxış keçirilməsi haqqında” 01 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun hadisənin törədilməsində istifadə etdiyi könüllü şəkildə təqdim edilmiş 01 ədəd bıçağa baxış keçirilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmətibbi ekspertizasının 11 fevral 2023-cü il tarixli 54 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində 6 (altı) ədəd kəsilmiş-deşilmiş yara müəyyən edimiş, bu yaralardan biri döş qəfəsininin ön səthindən solda V, Vİ qabırğalar səviyyəsində yerləşir, sol döş boşluğuna keçərək, hemopnevmotoraksla müşayiət edildiyindən ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır Zərər vurmaya aid edilir, digər yaralardan bir ədəd yara döş qəfəsinin ön səthində sağda, bir ədəd yara sol çiyin nahiyyəsində, bir ədəd yara qarın nahiyyəsində (epiqastral nahiyyə) bir ədəd yara, sol bud nahiyyəsində bir ədəd yara, sol əlin ovuc səthində isə 1 ədəd yara yerləşir. Bu yaraların hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Şahid4 bədənində olan yuxarıda göstərilən xəsarətlər dəşici-kesici alət(lər)lə yetirilmişdir və yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-trasoloji-soyuq silah ekspertizasının 07 fevral 2023-cü il tarixli 16/63/64 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunan uzunqol köynəyin üzərində olan 07 ədəd “a” , “b”, “c”, “d”, zədələri, isti alt köynəyin üzərində olan 06 ədəd “e”, “f”, “k”, “m”, “n” zədələri qolsuz maykanın üzərində olan 03 ədəd “o”, “l” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədəsidir. Təqdim edilmiş paltarların üzərində olan zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının 31 yanvar 2023-cü il tarixli 60 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakter və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndiirlməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş hadisənin predmeti olan 1(bir) ədəd bıçaq və Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd uzunqol köynək, 1(bir) ədəd isti alt köynək və 1(bir) ədəd qolsuz mayka iş üçün əhəmiyyətli olduğundan maddi sübut hesab edilərək saxlanılması üçün Samux RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 02/2023 nömrəli xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs “yüngül dərəcəli alkoqol sərxoşluğu” vəziyyətində olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Samux rayon İcra Hakimiyyəti Başçısının Samux rayonu Yenikənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 aprel 2023-ci il tarixli, 5-72-20/2-55/2023 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 01 yanvar 2023-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və 03 yanvar 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə CM-nin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü ildə isə MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş notarial qaydada təsdiq edilmiş 05 aprel 2023-cü il tarixli və məhkəmə baxışı zamanı verilmiş 12 may 2023-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, vurulmuş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş AZE 18262331 və AA ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı vardır (xx.xx.2013-cü il təvəllüdlü Rəsul Hüseynli və xx.xx.2011ci il təvəllüdlü Sənan Hüseynli). Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmkəndlisinin evində olarkən orada olan digər həmkəndlisi Zərərçəkmiş şəxs məclisdə iştirak edən arvadına spirtli içki təklif etməsinə görə onu məclisdən təhqir edib qovmuş, həmin mübahisənin ardı olaraq qisas almaq məqsədilə sonuncunun yaşadığı evə gələrək onu çağırıb kənd qəbiristanlığına aparmış, orada idarə etdiyi avtomobil içərisində aralarında yaranmış şəxsi münasibətlər zəminində münaqişə zamanı avtomobildə saxladığı məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa Ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışında qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini Azərbaycan Respublikası CMnin 59.1.13-cü maddəsinə, hadisənin şəxsi münasibətlər zəminində qisas almaq məqsədilə törədilməsini, hadisənin zərərçəkmiş şəxsin qeyri-etik davranışlarından qaynaqlanmasını, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayət və tələbinin olmamasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrində zərərçəkmiş Təqsirləndirilən şəxs bıçaq xəsarətləri yetirdikdən sonra sonuncu avtomobildən düşüb qaçarkən ona nəsə olacağından qorxub köməklik göstərməsi üçün axtarması barədə söylədikləri məhkəmə istintaqı zamanı digər sübutlarla təsdiqini tapmadığından onun zərərçəkmişə hadisədən sonra yardım göstərmək istəyi kimi qiymətləndirilə bilməz. Həmçinin Təqsirləndirilən şəxs hadisədən sonra DİN “102” xidmətinə zəng edərək hadisə barədə məlumat verməsini göstərəsə də iş materiallarlna əlavə edilmiş xx.xx.2022ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 03 radələrində ancaq Zərərçəkmiş şəxs adlı şəxs tərəfindən təhqir və narahat olunması barədə məlumat vermiş və həmin məlumat Samux RPŞ-də “Hadisələr barədə rabitə və digər texniki vasitələrlə daxil olan məlumatların qeydiyyatı kitabı”na qeydiyyata alınmış sonradan isə tibb müəssisəsi tərəfindən Zərərçəkmiş şəxs bıçaq xəsaəti alması barədə verilmiş cinayət xarakterli materiala əlavə edilmişdir. Göstərilənlərə baxmayaraq məhkəmə kollegiyası göstərilənləri Təqsirləndirilən şəxs hadisənin mahiyyətini və təhlükəli nəticələrini qavrayaraq xx.xx.2023-cü ildə hadisədən sonra törətdiyi əməldən peşmançılıq və vicdan əzabı çəkməsi, dolayısı ilə də olsa özünü ifşa etmək istəyi olaraq onun şəxsiyyətini müsbət xarakterizə edən hallar kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs münasibətdə törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanı könüllü şəkildə ödəməsini, hökmün təsviri əsaslandırıcı hissəsində göstərilən cəzasını yüngülləşdirən digər halların məcmusunu nəzərə alaraq, qeyd edilən xüsusatları müstəsna hal kimi qiymətləndirib hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə və həmin cəzanı şərti olaraq tətbiq etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq oluna bilməsini əsaslı sayaraq belə məhkum etmənin onun islah olunması və yenidən tərbiyə olunması məqsədinə cavab verəcəyi qənaətinə gəlir. Buna görə də məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən etməklə şərti hesab edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkmədən də islah oluna biləcəyi və yenidən tərbiyə olunacağı qənaətinə gəlmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, davranışı üzərində nəzarət Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Samux rayon Polis şöbəsində saxlanılan 01 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağı məhv edilməli, Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd uzunqol köynək, 1(bir) ədəd isti alt köynək və 1 (bir) ədəd qolsuz mayka sahibinə qaytarılmalı qəbul etmədikdə isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. İş üzrə məhkəmə məsrəfi yoxdur. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 15 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Samux rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Samux rayon Polis şöbəsində saxlanılan 01 ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağı məhv edilsin, Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd uzunqol köynək, 1(bir) ədəd isti alt köynək və 1(bir) ədəd qolsuz mayka sahibinə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-293/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-293/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver