Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-294/2025 25.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X8 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, natamam orta təhsilli, Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(058)-24/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qram, 1040 qram, 1075 qram, 1070 qram, 1040 qram, 1050 qram, 1005 qram, 610 qram, 1005 qram, 1075 qram, 1000 qram, 1010 qram, 1015 qram və 1045 qram olmaqla, ümumi təmiz çəkisi 14055 qram xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 29 fevral 2024-cü il tarixdə saat 20:40 radələrində Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və satmaqda şübhəli olduğu üçün Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “X11 Mərkəzi”nin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Ə.Hüseynzadə küçəsi 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əlindəki əl çantasında 14 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbalardakı ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qram, 1040 qram, 1075 qram, 1070 qram, 1040 qram, 1050 qram, 1005 qram, 610 qram, 1005 qram, 1075 qram, 1000 qram, 1010 qram, 1015 qram və 1045 qram olmaqla, ümumi təmiz çəkisi 14055 qram xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə çərşənbə axşamı günü Gəncə şəhərinin mərkəzində, “95 aptek”-in yaxınlığında iki nəfər qarşısına çıxaraq ondan haraya getdiyini soruşmuş, o da başı ağrıdığına görə dərman almaq üçün aptekə getdiyini demişdir. Həmin şəxslər ondan əl çəkməyib yenidən qarşısına keçərək özləri ilə birlikdə getməyini və ona köməklik etmək istədiklərini deyib israrla qabağına duraraq kafeyə gedib yemək-içmək üçün avtomobilə tərəf getməyini təklif etmişlər. O da israr etdiklərini görüb sonunculara məxsus VAZ 2107 markalı avtomobilə əyləşmişdir. Onlar birlikdə “Dubay bazarı” adlanan yerin yaxınlığındakı kafeyə gedib yemək yemişlər və spirtli içki qəbul etmişlər. Həmin şəxslərdən birinin adlı Elman olmuş, lakin sonuncu özünü ona “Əli” kimi təqdim etmişdir. Kafedən çıxdıqdan sonra digər şəxs “Azərittifaq” adlanan yerdə, keçmiş xalça zavodunun yanında avtomobildən düşmüş, Elman da onu Göygöl rayon polis şöbəsinin yanında olan taxta qapılı evə aparmışdır. O, gecəni həmin evdə qalmışdır. Ertəsi gün tanımadığı digər şəxslə birlikdə “Dəyirmanın dairəsi”nin yanında yerləşən kafeyə getmişlər. Orda həmin şəxs ona yanından uzaqlaşmamağı, tapşırığın belə olduğunu, əks təqdirdə yaxşı olmayacağını demişdir. Daha sonra həmin şəxs zəng edib Elmanı çağırmışdır. Elman gələndən sonra onlar birlikdə 2 saylı istintaq təcridxanasının yanında yerləşən kafeyə getmiş, axşam da yenidən Göygöl rayonunda yerləşən evə gedib gecəni orada qalmışdır. Ertəsi gün həmin şəxslər onu yenidən 2 saylı istintaq təcridxanasının yanında yerləşən kafeyə gətirmişlər. Həmin şəxslər ona telefon almışlar, lakin o, “WhatsApp” proqramından istifadə etməyi bacarmamış, cibində sadəcə mobil nömrə olmuşdur. xx.xx.2024-cü il tarixdə pasyolkada “xanımın dükanı” adlanın yerin qarşısında yerləşən “Söyüdlük” adlı kafedə yemək yeyən zaman həmin şəxslər “görək bu malı Azərbaycana kim gətirir” demişlər. Sonra onlar birlikdə Yeni Gəncə qəsəbəsinə getmiş, orada həmin şəxslərdən birinin əvvəlcədən onu danışdırdığı tanımadığı digər şəxsin göndərdiyi yerin məkanını ona göstərərək gedib həmin yerdən çantanı götürüb gətirməyini istəmiş, o da iki dəfə gedib çantanı tapa bilməmişdir. 2-ci dəfə gedəndə 3-4 metr hündürlükdən yıxılmışdır. Sonra onu ora aparan şəxs özü həmin yerə gedib çantanı taparaq ona verib “çantanı götür gəl, aşağıda səni gözləyirəm” demişdir. O, çantanı götürüb 15-20 metr aralandıqdan sonra əməliyyatçılar dərhal qarşını kəsib onu saxlamışlar. O, yıxılanda qabırğaları sınmış, əməliyyatçılar da saxlayan kimi onu döymüşlər, hətta vəziyyəti pis olduğu üçün 2 saylı istintaq təcridxanasında onu ilk əvvəl qəbul etmək istəməmişlər. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əməliyyatçılar onu saxlayan kimi döymüş, sonuncular onun yıxılaraq qabırğasının sındığını bilmədikləri üçün qabırğalarının üstünə təpik və yumruqla zərbələr endirmişlər. Lakin polis şöbəsində polis əməkdaşları onu döyməmişdir. O, əvvəllər CM-in 150.1-ci maddəsi ilə məhkum olmuşdur. Tutulmamışdan qabaq onun yanında olan şəxslərdən birinin adı Elman olmuş, sonuncu ona digər şəxsin DTX-nin rəisi olduğunu demiş, ona görə o, cəsarət edib həmin şəxsin adını soruşa bilməmişdir. O, içərisində narkotik vasitə olan çantanı axtarmağa iki dəfə getmiş, lakin tapa bilməmişdir. Elmangil ona yaxınlaşanda onun üstündə mobil nömrə olsa da mobil telefonu olmamış, telefonu ona həmin şəxslər almış və kafedə olarkən necə danışmaq lazım olduğunu öyrədib “WhatsApp” vasitəsilə İran vətəndaşı ilə danışdırmışlar. O, sonuncuların öyrətdikləri kimi danışıb 10 kilo torpaq gətirməsini demişdir. Danışdığı şəxs narkotik vasitənin qramının 30-35 manat olduğunu deyəndə onun yanındakı şəxs telefonu söndürüb 25 manatdan satmasını, pulunu da satandan sonra verəcəyini deməyini istəmiş, o da yenidən zəng edib öyrədildiyi kimi demiş, sonuncu da razılaşmışdır. Onun yanında olan şəxslər torpaq deyəndə narkotik vasitə heroini nəzərdə tutmuşlar. İran vətəndaşı adı ilə danışdığı şəxs onunla Azərbaycan dilində danışmış, tez-tez “baba” deyə müraciət etmişdir. O, iranlı ilə görüntülü danışanda yanındakı şəxslər görünməmişlər, çünki həmin şəxslər telefonu elə tutmuş ki, yalnız o görünmüşdür. O, iranlı ilə danışan zaman yanındakı şəxslər ona kənardan necə danışmalı olduğunu deməmişlər, çünki həmin şəxslər əvvəlcədən 3-4 kəlmə söz öyrədib, ancaq həmin sözləri deməli olduğunu bildirmişlər. O, həmin şəxslərdən qorxduğu üçün sonunculara etiraz edə bilməmiş, həmin vaxtı yanında olan şəxslər ona heç bir təsir göstərməsələr də, o, sonuncuların danışıqlarından başa düşmüş ki, razılaşmasa ona zərər verə bilərlər. Yediyi yeməyin pulunu yanında olan şəxslər vermiş, lakin sonuncular ona pul və ya başqa bir şey verəcəklərinə dair söz verməmişlər, sadəcə Azərbaycana narkotiki kimin gətirdiyini müəyyən etmək üçün onlara köməklik etməyini demişlər. Onu saxlayan şəxslər 5-6 nəfər olmuş, saxlayan kimi ona təpik və yumruq zərbələri vurmuşlar. O, birinci dəfə çantanı axtarmağa gedəndə 3-4 metrlik pilləkəndən yıxılmış, döyülməsi ilə bağlı heç bir yerə şikayət etməmiş, çünki şikayət etməkdən çəkinmişdir. X12 qəsəbəsində, xəstəxananın yanında saxlamışlar. O, çantanı Yeni Gəncə qəsəbəsində, xəstəxananın yanındakı yarımçıq tikilinin içindən götürmüş, həmin tikili ilə xəstəxana arasında təxminən 20-30 metr məsafə olmuşdur. Çantanı götürməyə taksi ilə getmişlər, taksini “Maksim Taksi xidməti”dən yanındakı şəxs sifariş vermiş, lakin hansı nömrə ilə zəng edib sifariş verdiyini və taksiyə nə qədər pul verdiyini bilməmiş, taksiyə “Xanımın dükanı”-nın yanında minmişlər, Yeni Gəncədə də düşmüşlər. Yanındakı oğlan iranlının göndərdiyi məkanı telefonda ona göstərib çantanın tikilinin hansı hissəsində olduğunu demiş, həmin vaxt qaranlıq olduğu üçün iki dəfə gedib tapa bilməmiş, sonra həmin şəxs özü tapıb ona vermişdir. Tikilidə olarkən pilləkəndən düşəndə ayağı boşluğa düşmüş, təxminən 3 metr hündürlükdən üzü üstə yerə yıxılmış, sinəsi və başı yerə dəymişdir. Yanındakı oğlan çantanı ona verib “gözlə mən bir qədər gedim sonra çantanı götür gəl” demiş, sonuncu gedəndən sonra o, çantanı götürüb çıxanda xəstəxana tərəfdən əməliyyatçılar gəlib onu saxlamışlar. Polis əməkdaşları onun yanında olan şəxsi görməmişlər. Onu Göygöl rayonunda yerləşən evə Elman aparıb-gətirmiş, bildiyinə görə sonuncu keçmiş polis əməkdaşı olmuşdur. Göygöl rayonunda yerləşən ev Elmanın evi olmuş, orada özündən başqa yaşlı anası da qalmışdır. Həmin şəxslərlə birlikdə olduğu 3 gün ərzində ailə üzvləri ilə əlaqə saxlamamışdır. Saxlanılana kimi Elmanla birlikdə 3 dəfə Göygöl rayonunda Gəncə şəhərinə gəlib-getmiş, ilk dəfə “Dəyirmanın dairəsi”-nin yanındakı kafeyə getmişlər, ona hədə-qorxu gəldikləri üçün kafeyə gedəndə sonuncuların yanından qaça bilməmiş, digər şəxsin də DTX-nin rəisi olduğunu düşündüyü üçün qorxmuşdur. DTX-nin rəisi olduğunu düşündüyü şəxsi 3 dəfə görmüş, narkotik vasitəni götürməyə də sonuncu ilə birlikdə getmişdir. xx.xx.2024-cü il tarixdə DTX-nin rəisi olduğunu düşündüyü şəxs ona telefon almış, xx.xx.2024-cü il tarixdə isə yaxşı işləmədiyini deyib başqası ilə dəyişmişdir. Həmin telefonun içərisindəki nömrə onun özünə məxsus olmuş, nömrəni cibində saxlamış ki, pulu olanda telefon alıb istifadə etsin. Dubay bazarının yaxınlığındakı kafedə onlardan başqa da şəxslər olmuş, kafedə olanda onu tək qoymamışlar, ona görə qaçmağa imkanı olmamış, düzünü desə qaçmağa çəkinmiş, çünki onu sevdiyi şəxslərlə hədələmişlər. Göygöl rayonunda qaldığı evdə olanda həmin telefon onda olmamışdır. O, İranlı ilə danışanda sonuncu əvvəlcə narkotik vasitəni verməyə razılaşmamış, sonra yanındakı oğlan telefonu söndürüb “Eldənizin tanışıyam, nömrəni o, verib” deməyini istəmiş, yenidən zəng edib öyrətdikləri kimi dedikdə sonuncu narkotik vasitəni verməyə razılaşmışdır. O, 10 kilo narkotik vasitə götürməyin cinayət olduğunu bilmiş, sadəcə həmin şəxsin DTX-nin rəisi olduğunu və özünün sonunculara kömək etdiyini fikirləşmişdir. Onu döyən şəxslərin adlarını bilməmişdir. İstintaq təcridxanasına daxil olanda müayinə zamanı həkimlərə döyüldüyünü deməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:40 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsində yerləşən X11 mərkəzinin yaxınlığında olarkən özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfər ona yaxınlaşaraq narkotik vasitələri gəzdirməsində və satışında şübhəli olduğunu bildirib onu Gəncə şəhər BPİ-yə dəvət etmişlər. O, etiraz etməyərək polislərlə birlikdə Gəncə şəhər BPİ-yə getmişdir. Polis idarəsində müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əlində saxladığı içərisində 14 bükümdə heroin olan qara rəngli idman çantasını və əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibində olan ona məxsus “Samsung J3” markalı mobil telefonu təqdim etmişdir. Təqdim etdiyi çantada olan bükümləri haradan əldə etdiyi soruşulduqda o, xx.xx.2024-cü il tarixdə istifadəsində olan mobil telefonuna özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsin zəng edərək Gəncə şəhəri ərazisində olan narkotik vasitəni götürməyi tapşırığını verdiyini, daha sonra isə mobil telefonunun WhatsApp mobil tətbiqində mesaj yazaraq şərti adını “torpaq” qoyduğu şəxsin ona narkotik vasitəni tapşırıq verəcəyi şəxsə verməyini və narkotik vasitəni həmin yerdən götürüb deyiləcək şəxsə verəcəyi müqabilində ona pul verəcəyini bildirmişdir. xx.xx.2024cü il tarixdə İran islam Respublikası vətəndaşı kimi özünü təqdim edən şəxs WhatsApp mobil tətbiqində ona təkrar mesaj yazaraq həmin narkotik vasitəni Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsində yerləşən X11 Mərkəzi yaxınlığında olan yarımtikili binanın qarşısında olduğunu və narkotik vasitənin 1 qramının 25 manat olduğunu bildirmişdir. “Baba” kimi tanıdığı həmin şəxs ona çantanı qoyduğu yerin şəkillərini və konumunu göndərmişdir. O da həmin yerə gedərək çantanı qoyulduğu yerdən götürmüşdür. Təqdim etdiyi idman çantası açılmış və içərisindən 14 ədəd polietilenə bükülü aşkar edilmişdir. 14 ədəd polietilen bükümdə olan kütlələrdən 1-ci qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisi 1073 qram, 2-ci qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisi 1016 qram, 3-cü qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisi 1074 qram, 4-cü qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisi 1079 qram, 5-ci qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisi 1279 qram, 6-cı qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisi 1079 qram, 7-ci qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisi 1076 qram, 8-ci qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisi 1073 qram, 9-cu qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisi 1177 qram, 10-cu qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisi 1072 qram, 11-ci qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisi 1011 qram, 12-ci qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisi 1074 qram, 13-cü qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisi 672 və 14-cü qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisi 1172 qram olmuşdur. Qeyd edilənlərdən başqa şəxsi axtarış zamanı onun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş başqa hər hansı əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş kütlələr və bir ədəd “Samsung J3” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmqüdür. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı fiziki zorakılıq hallarına yol verilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, heç vaxtı narkotik vasitə və psixotrop maddə istifadə etməmiş, elan olunan ifadəsini qorxduğu üçün məcbur olub vermiş, fikirləşmiş ki, onu saxlayan polislər özləri həmin şəxsləri tanımış, hüquqlarını bilmədiyi üçün də polis şöbəsində həmin şəxslərlə bağlı heç nə deməmişdir. Döyülməsi ilə bağlı heç kimə heç nə deməmiş, çox qorxmuş, sanksiya zamanı da hakimə döyülməsi ilə bağlı heç nə deməmişdir. Polis əməkdaşı Şahid1 onu döyməmiş və üzərinə narkotik vasitə qoymamış, onu mobil telefonla tanımadığı şəxslə danışmağa da məcbur etməmişdir. Digər polis əməkdaşı Kamran Həsənzadənin onu vurub-vurmamasını bilməmişdir. Döyülməkdən qorxduğu üçün məhkəmə iclasında narkotik vasitənin özünə məxsus olduğunu və heç bir təzyiq göstərilmədiyini demiş, döyülməkdən qorxduğu üçün də etirafedici ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, 28 May küçəsində onlar tərəfindən saxlanılaraq Gəncə şəhər BPİ-nə gətirilmişdir. Polis idarəsində müdafiəçi ilə təmin edildikdən sonra videoçəkiliş əsasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində 14 büküm narkotik vasitə olan heroin aşkar edilmiş və müvafiq sənədləşmə aparılmışdır. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs Gəncə şəhərində olan “Yeni Gəncə” tibb mərkəzinin yaxınlığında saxlamış, saxlanılan zaman Təqsirləndirilən şəxs əlində qara rəngli çanta olmuş və narkotik vasitə də həmin çantadan aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindəki çantadan aşkar edilmiş 14 ədəd bükümdə heroinlərin ayrı-ayrılıqda çəkiləri təxminən 1 kiloqram olmuşdur. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs heç bir fiziki yaxud psixoloji təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında 3 nəfər iştirak etmişlər. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs iranlı ilə danışdığını, üzərindəki narkotik vasitəni iranlının “WhatsApp” proqramı vasitəsilə yerini göndərməsi nəticəsində götürdüyünü və pul qarşılığında həmin narkotik vasitəni iranlının deyəcəyi yerə qoyacağını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə hər hansı polis əməkdaşı tərəfindən narkotik vasitə qoyulmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Yeni Gəncə” tibb mərkəzinin yaxınlığında saxlamışlar. Saxlanılan zaman Təqsirləndirilən şəxs əlində qara rəngli çanta olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nə gətirmişlər. Orada müdafiəçi ilə təmin edildikdən sonra sonuncunun üzərində videoçəkiliş altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki çantadan 13-14 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni iranlı ilə danışıb götürdüyünü demişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən yanında heç kim olmamış, sonuncu tək olmuş və həmin vaxtı Təqsirləndirilən şəxs narkotik vasitəni götürməyi deyən şəxsi onlara işarə edib göstərməmişdir. Onlar Təqsirləndirilən şəxs “Yeni Gəncə” tibb mərkəzinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlamışlar. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs iranlı ilə danışdığını, narkotik vasitəni iranlının tapşırığı əsasında pul qarşılığında bir yerdən götürüb başqa yerə qoyacağını bildirmişdir. Saxlanılarkən və şöbədə olarkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təsir göstərilməmişdir. Polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmamışdır. Təqsirləndirilən şəxs saxlanılmasında o, Şahid1 və Şahid2 iştirak etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/295 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi idman çantasında olan aşkar edilmiş........ kütlə” sözlər və imzalar olan idman çantasında 14 (on dörd) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbalarda olan şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qram, 1040 qram, 1075 qram, 1070 qram, 1040 qram, 1050 qram, 1005 qram, 610 qram, 1005 qram, 1075 qram, 1000 qram, 1010 qram, 1015 qram və 1045 qram olmaqla, ümumi təmiz çəkisi 14055 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd idman çantasında olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. Qeyd: heroinin təmiz çəkisi – 14055 qr., tədqiqata sərf edildi – 2,8 qr.(hər bir oby. - 0,2 qr.), qalıq – 14052,2 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 X6 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 619 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hadisəni törədən zaman yüngül debillik dərəcəsində kəmağilliq (oliqofreniya) XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs yüngül debillik dərəcəsində kəmağilliq (oliqofreniya) XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70 1 xəstəliyi keçirməsinə baxmayaraq, həmın xəstəlik az ifadəlı olması səbəbindən o, öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. O, hal-hazırda da öz hərəkətlərını qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterlik məcburı müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli, 387 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 907 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 21:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 20:40-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 fevral 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əlində olan qara rəngli idman çantasını təqdim edərək içərisində narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi çantaya baxış zamanı içərisində 14 ədəd qara rəngli polietilen torbaya bükülmüş bükümlərdə ilk görünüşdən narkotik vasitə olan heroinə bənzər kütlələr olması müəyyən olunmuşdur. Əl çantasından aşkar edilmiş 14 ədəd bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, 1-ci qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisinin 1073 qram, 2-ci qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisinin 1016 qram, 3-cü qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisinin 1074 qram, 4-cü qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisinin 1079 qram, 5-ci qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisinin 1279 qram, 6-cı qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisinin 1079 qram, 7-ci qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisinin 1076 qram, 8-ci qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisinin 1073 qram, 9-cu qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisinin 1177 qram, 10-cu qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisinin 1072 qram, 11-ci qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisinin 1011 qram, 12-ci qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisinin 1074 qram, 13-cü qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisinin 672 qram, 14-cü qara rəngli polietilen torbaya bükülmüş kütlənin çəkisinin isə 1172 qram olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə istifadəsində olan mobil telefonuna özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsin zəng edərək Gəncə şəhəri ərazisində olan çantadakı narkotik vasitəni götürməyi tapşırığını verdiyini, daha sonra həmin şəxsin WhatsApp mobil tətbiqində mesaj yazaraq ona şərti adını “torpaq” qoyduğu narkotik vasitəni tapşırıq verəcəyi şəxsə verməyini, içərisində narkotik vasitə olan çantanı götürüb deyiləcək şəxsə vermək müqabilində ona pul verəcəyini bildirdiyini, xx.xx.2024-cü il tarixdə İran islam Respublikası vətəndaşı kimi özünü təqdim edən şəxsin WhatsApp mobil tətbiqində ona təkrar mesaj yazaraq içərisində narkotik vasitə olan çantanı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsində yerləşən X11 Mərkəzi yaxınlığında olan yarımtikili binanın qarşısında olduğunu, narkotik vasitənin 1 qramının 25 manat olduğunu bildirdiyini, “Baba” kimi tanıdığı həmin şəxsin əlavə olaraq ona çantanı qoyduğu yerin şəkillərini və konumunu göndərdiyini, özünün də həmin yerə gedərək çantanı qoyulduğu yerdən götürdüyünü göstərmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 14 ədəd büküm və bir ədəd “Samsung J3” markalı mobil telefon müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung J3” markalı mobil telefona baxış zamanı xx.xx.2024-cü il tarixdə saat 20:50-də Təqsirləndirilən şəxs özünün videosunu çəkildiyi aşkar edilmişdir. 09 saniyədən ibarət həmin videoda Təqsirləndirilən şəxs iranlı Babəkdən 10 kilo torpaq götürdüyünü və satıb 3-5 günə pulunu verəcəyini bildirmişdir. Bundan başqa mobil telefonun qalereyasına baxış keçirilən zamanı orada Gəncə şəhəri, 28 may küçəsində yerləşən yarımtikilidə yaşıl rəngli oxla işarələnmiş yeri, o cümlədən qara rəngli çantanın gizlənildiyi yeri əks etdirən fotoşəkillər də aşkar olunmuşdur. Mobil telefonun “WhatsApp” mobil tətbiqinə baxış keçirilən zamanı orada “İran mal” adlı səhifədə Təqsirləndirilən şəxs 10 kilo torpaq istəməsi və satıb pulunu verəcəyini bildirməsi barədə səsli danışıqlar da aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş bir ədəd informasiya daşıyıcı olan diskdən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş telefon danışıqlarına dair özündə məlumatları əks etdirən diksə baxış zamanı +99***-***- **-** mobil nömrənin Elşənin Xəlilovun adına qeydiyyata alınması, eləcə də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində həmin nömrəyə zənglərin daxil olması və nömrədən zənglərin çıxması, yəni nömrənin aktiv olmaqla daimi istifadə olunması öz təsdiqini tapmış, lakin həmin nömrənin antena dairəsinin 27-29 fevral 2024-cü il tarixlərdə Göygöl rayonu ərazisində olması öz təsdiqini tapmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin NMB-nin rəisi X3 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin NMB-nin rəisi X3 tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsində, üzərində gəzdirməsində və satışında şübhəli olan Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin NMB-nin rəisi X3 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsində, üzərində gəzdirməsində və satışında şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:40-da Gəncə şəhəri, 28 May küçəsində saxlanılaraq Gəncə şəhər BPİ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satışı ilə məşğul olsa da narkotik vasitəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(058)-24/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Moskva Vilayəti Podolsk Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə isə cəza sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Rusiya Federasiyası Moskva Vilayəti Podolsk Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində hökmün tanınmasına dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan çantadan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 14052,2 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd “Samsung J3” markalı mobil telefon maddi sübut kimi taınmış və saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa, işgəncəyə və digər qanunsuz hərəkətlərə məruz qalması xüsusatlı ilə bağlı Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Gəncə şəhər prokurorluğunda araşdırma aparılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2025 il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində tanımadığı iki nəfər şəxsin onu hadisədən bir gün qabaq saxlayaraq özləri ilə apardıqlarını, onlardan birinin özünü keçmiş polis əməkdaşı, digərinin isə DTX rəisi kimi təqdim etdiyini, həmin şəxslərin ona mobil telefon alaraq tanımadığı iranlı ilə görüntülü danışdırdıqlarını, həmin şəxslərin göstərişi ilə iranlı ilə danışdıqdan sonra sonuncunun göndərdiyi məkana gedərək içərisində narkotik vasitə olan çantanı götürdüyünü, saxlanılmamışdan qabaq yarımtikilidə olan zaman pilləkəndən yıxıldığı üçün qabırğalarının sındığını, saxlanılan zaman da polis əməkdaşlarının onu döydüklərini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs tutulmamışdan bir gün əvvəl özünü keçmiş polis işçisi və DTX rəisi kimi təqdim edən şəxslər tərəfindən saxlanıldığını, həmin şəxslərin onu tanımadığı iranlı ilə görüntülü danışdırdıqlarını və həmin şəxslərin göstərişi ilə gedərək içərisində narkotik vasitə olan çantanı götürdüyü iddia etsə də, o, xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində xx.xx.2024-cü il tarixdə istifadəsində olan mobil telefonuna özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsin zəng edərək Gəncə şəhəri ərazisində olan narkotik vasitəni götürməyi tapşırığını verdiyini, daha sonra həmin şəxsin WhatsApp mobil tətbiqində mesaj yazaraq ona şərti adını “torpaq” qoyduğu narkotik vasitəni tapşırıq verəcəyi şəxsə verməyini və narkotik vasitəni həmin yerdən götürüb deyiləcək şəxsə verəcəyi müqabilində ona pul verəcəyini bildirdiyini, xx.xx.2024-cü il tarixdə İran islam Respublikası vətəndaşı kimi özünü təqdim edən şəxsin WhatsApp mobil tətbiqində ona təkrar mesaj yazaraq həmin narkotik vasitəni Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsində yerləşən X11 Mərkəzi yaxınlığında olan yarımtikili binanın qarşısında olduğunu, narkotik vasitənin 1 qramının 25 manat olduğunu bildirdiyini, “Baba” kimi tanıdığı həmin şəxsin əlavə olaraq ona çantanı qoyduğu yerin şəkillərini və konumunu göndərdiyini, özünün də həmin yerə gedərək çantanı qoyulduğu yerdən götürdüyünü, saxlanılarkən və polis şöbəsində olarkən də ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və izahatla ifadələrdə Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona qarşı psixi və fiziki zorakılıq hallarına yol verdiyini göstərməmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Ümumiyyətlə də, ibtidai istintaq materiallarında əvvəldən sonadək Təqsirləndirilən şəxs məhkəmə istintaqında iddia etdiyi kimi, yəni tutulmamışdan bir gün əvvəl özünü keçmiş polis işçisi və DTX rəisi kimi təqdim edən şəxslər tərəfindən saxlanıldığını, həmin şəxslərin onu tanımadığı iranlı ilə görüntülü danışdırdıqlarını və həmin şəxslərin göstərişi ilə gedərək içərisində narkotik vasitə olan çantanı götürdüyünü göstərməsi öz təsdiqini tapmır, həmin xüsusatları Təqsirləndirilən şəxs ilk dəfə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əlində olan çantanı təqdim edərək içərisində narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi çantaya baxış zamanı içərisində ayrı-ayrılıqda 14 ədəd qara rəngli polietilen torbaya bükülmüş bükümlərdə ilk görünüşdən narkotik vasitə olan heroinə bənzər kütlələr olması aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə istifadəsində olan mobil telefonuna özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsin zəng edərək Gəncə şəhəri ərazisində olan çantadakı narkotik vasitəni götürməyi tapşırığını verdiyini, daha sonra həmin şəxsin WhatsApp mobil tətbiqində mesaj yazaraq ona şərti adını “torpaq” qoyduğu narkotik vasitəni tapşırıq verəcəyi şəxsə verməyini, içərisində narkotik vasitə olan çantanı götürüb deyiləcək şəxsə vermək müqabilində ona pul verəcəyini bildirdiyini, xx.xx.2024-cü il tarixdə İran islam Respublikası vətəndaşı kimi özünü təqdim edən şəxsin WhatsApp mobil tətbiqində ona təkrar mesaj yazaraq içərisində narkotik vasitə olan çantanı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsində yerləşən X11 Mərkəzi yaxınlığında olan yarımtikili binanın qarşısında olduğunu, narkotik vasitənin 1 qramının 25 manat olduğunu bildirdiyini, “Baba” kimi tanıdığı həmin şəxsin əlavə olaraq ona çantanı qoyduğu yerin şəkillərini və konumunu göndərdiyini, özünün də həmin yerə gedərək çantanı qoyulduğu yerdən götürdüyünü göstərmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda həm müdafiəçisinin, həm də təhqiqatçının sualına qəti olaraq cavab verib ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, içərisində narkotik vasitə olan çantanın özünə məxsus olduğunu, tanımadığı iranlının göstərişi ilə gedib həmin çantanı götürdüyünü, çantanı iranlının dediyi şəxsə verməli olduğunu, qarşılığında isə iranlının ona əyin-baş almaq üçün pul göndərməli olduğunu, həmin çantanı götürmək üçün heç kimin onu məcbur etmədiyini, söylədiklərinin hamısının həqiqət olduğunu, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. Eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Samsung J3” markalı mobil telefonda aşkar edilmiş videoçəkilişdə sonuncu iranlı Babəkdən 10 kilo torpaq götürdüyünü və satıb 3-5 günə pulunu verəcəyini etiraf etmişdir. Mobil telefonun qalereyasında isə Gəncə şəhəri, 28 may küçəsində yerləşən yarımtikilidə yaşıl rəngli oxla işarələnmiş yerin, o cümlədən qara rəngli çantanın gizlənildiyi yerin fotoşəkilləri də aşkar olunmuşdur. Mobil telefonun “WhatsApp” mobil tətbiqinə isə “İran mal” adlı səhifədə Təqsirləndirilən şəxs 10 kilo torpaq istəməsi və satıb pulunu verəcəyini bildirməsi barədə səsli danışıqlar aşkar olunmuşdur. O cümlədən iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3 və ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid2 ifadələrində saxlanılan zaman Təqsirləndirilən şəxs tək olduğunu, sonuncunun onlara orada digər hər hansı şəxsin olmasını bildirmədiyini və işarə etmədiyini, saxlanılan zaman və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunun üzərinə narkotik vasitə qoymadığını, şəxsi axtarış zaman Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı ilə danışaraq sonuncunun WhatsApp mobil tətbiqində ona göndərdiyi ünvana getdiyini və orada olan yarımtikilidən içərisində narkotik vasitə olan çantanı götürdüyünü etiraf etdiyini göstərmişlər. Habelə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində +99***- ***-**-** mobil nömrənin onun istifadəsində olduğunu, mobil nömrəsinin olmasına baxmayaraq, mobil telefonu olmadığı üçün həmin nömrəni işətmədiyini və tutlmamışdan bir gün qabaq tanımadığı iki nəfər şəxs tərəfindən Göygöl rayonu ərazisində yerləşən evə aparıldığını göstərsə də, "xxxx" MMC tərəfindən təqdim olunmuş telefon danışıqlarına dair özündə məlumatları əks etdirən diksə baxış zamanı +99***-***-**-** mobil nömrənin Elşənin Xəlilovun adına qeydiyyata alınması öz təsdiqini tapmış, lakin həmin nömrənin antena dairəsinin 27-29 fevral 2024-cü il tarixlərdə Göygöl rayonu ərazisində olması öz təsdiqini tapmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı mobil telefonu olmadığı üçün +99***-***-**-** mobil nömrədən istifadə etmədiyini göstərsə də, təqdim edilmiş məlumatlara əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində həmin nömrəyə zənglər daxil olmuş və nömrədən zəng olunmuş, yəni nömrə aktiv olmaqla daimi istifadə olunmuşdur. Hətta iş materiallarında həbs qətimkan tədbirinin seçilməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqinin vəsatətinə münasibət bildirərkən ona elan olunmuş ittihamı qəbul etdiyini, ittihamda qeyd edilən narkotik vasitənin ona aid olduğunu və saxlanılarkən ona qarşı zor tətbiq etdilmədiyini qeyd edərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Eləcə də, həbsdə saxlama müddətinin uzadılmasına dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu göstərmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 907 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həkim komissiyası tərəfindən verilmiş suallara cavab olaraq heç vaxtı narkotik vasitə qəbul etmədiyini, üzərindən aşkar edilən narkotik vasitəni onlayn yolla tanımadığı İran vətəndaşından aldığını göstərmişdir. Eyni zamanda iş materiallarında olan həm Gəncə şəhər BPİ-dən, həm də 2 saylı istintaq təcridxanasından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində içərisində narkotik vasitə olan çantanı tanımadığı şəxslərin göstərişi əsasında gedərək götürdüyünü və ona qarşı həm fiziki, həm də psixi zorakılığa yol verildiyini göstərsə də, iş materiallarında, xüsusilə onun ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, barəsində tərtib olunmuş tibbi sənədlərdə və həbs qətimkan tədbirlərinin seçilməsinə dair məhkəmə qərarında, eləcə də şahidlərin ifadələrində Təqsirləndirilən şəxs fiziki və ya psixis zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa məruz qalmadığını, içərisində narkotik vasitə olan çantanı iranlı ilə danışaraq sonuncunun göndərdiyi ünvana gedib götürdüyünü göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda ibtidai istintaq materiallarında nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçisinin məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram və ondan yuxarı, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 16/295 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 14055 qram olmaqla külli miqdar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin həm ayrı-ayrılıqda, həm də ümumi təmiz çəkisinin külli miqdar təşkil etməsi, heroinin çəkilib 14 ədəd bağlamaya yığılması, həmçinin onun üzərindən heroinin aşkar edilməsinə baxmayaraq, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən narkotik vasitələrdən istifadə etməməsi və narkomaniya xəstəliyindən əzab çəkməməsi, eləcə də istifadəsində olan mobil telefona baxış zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair mesajların, fotoşəkillərin və video görüntünün aşkar edilməsi faktları Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitəni ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-in 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. CM-in 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-in 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər, yəni Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonuncular arasında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs vəzifəsi içərisində külli miqdarda narkotik vasitə heroin olan çantanı bir təyinat nöqtəsindən digər təyinat nöqtəsinə daşımaqdan ibarət olmuş, bunun qarşılığında da o, mənfəət kimi müəyyən məbləğdə pul vəsaitini almalı olmuş, nəticə etibarı ilə də aralarında olan rolların bölgünüsə əsasən Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri real olaraq icra etmişdir. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi cinayətlərin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(058)-24/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə isə cəza sonu ilə azad olunmuşdur. 2018-ci ildə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunurdu. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablamaqla iki il keçməmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu ağır cinayətlər təsnifatına aid olan əməli törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təqsirli bilindiyi az ağır cinayətə görə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən (xx.xx.2022-ci il tarixdən) hesablamaqla iki il keçməmiş, yəni məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu cinayət əməlini törətdiyi üçün o, məhkum olunmuş şəxs hesab olunur və onun əməlində cinayətlərin sadə residivi vardır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yüksək ictimai təhlükəli şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 29 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan çantadan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 14052,2 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, 01 (bir) ədəd “Samsung J3” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 907 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmamalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 29 fevral 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan çantadan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 14052,2 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. 01 (bir) ədəd “Samsung J3” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-294/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-294/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver