Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-295/2021 23.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Azərbaycan Respublikası Tərtər rayonu, Xoruzlu kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tərtər rayonu, Xoruzlu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə 2020-ci ilin yay aylarında Tərtər rayonu, Xoruzlu kəndində yerləşən pay torpağında yabanı şəkildə bitmiş narkotik tərkibli çətənə (kannabis) bitkisindən külli miqdarda, yəni 04 (dörd) ədəd kibrit qutusunda, 06 (altı) ədəd müxtəlif ölçülü karton qutuda, 03 (üç) ədəd müxtəlif ölçülü şüşə bankada, 03 (üç) ədəd “patron” adlı günəbaxan tumu qablaşmasında, 02 (iki) ədəd müxtəlif ölçülü kauçuk qablarda ayrılıqda təmiz çəkiləri 3,334 qram, 3,262 qram, 3,230 qram, 3,091 qram, 370 qram, 295 qram, 215 qram, 260 qram, 43,638 qram, 18,707 qram, 340 qram, 175 qram, 60 qram, 35,279 qram 7,228 qram, 5,384 qram, 38,746 qram, 9,646 qram olmaqla ümumi təmiz çəkisi 1886,545 qram və “VANT” adlı siqaret qutusunda, 07 (yeddi) ədəd “VEST” adlı siqaretlərin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,208 qram, 0,216 qram, 0,175 qram, 0,177 qram, 0,186 qram, 0,198 qram, 0,169 qram olmaqla ümumi təmiz çəkisi 1,329 qram olan ümumilikdə təmiz çəkisi 1887,874 qram yığaraq qurudub fərdi yaşayış evinin yataq otağında saxlamış, 05 fevral 2021-ci il tarixdə saat 19 radələrində Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd olunan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan qurudulmuş marixuana onun yaşadığı fərdi yaşayış evinin yataq otağından aşkar olunaraq götürülmüşdür . Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Tərtər rayonu, Xoruzlu kənd ərazisində kövər deyilən yerdə ona məxsus pay torpaq sahəsinin yaxınlığında yabanı şəkildə narkotik vasitə olan marixuana kolları bitir və o, 4-5 ildir ki, həmin narkotik tərkibli çətənə kollarından yığaraq qurudub istifadə edir. 2020-ci ilin yay aylarında o, həmin narkotik vasitələrdən yığıb qurudaraq qış aylarında istifadə etmək qərarına gəlmiş, hər dəfə pay torpağına gedən zaman torpaq sahəsində yabanı şəkildə bitən kollara baxmış və artıq tam yetişdiyini görən vaxt həmin narkotik vasitələrin lazımi yerlərini yığıb orada qurudaraq evə gətirib evinin yataq otağında saxlamış və həmin narkotik vasitələrdən mütəmadi olaraq istifadə etmişdir. 05 fevral 2021-ci il tarixdə, saat 19:30 radələrində evdə olarkən polis əməkdaşları yaşadığı evə gəlib onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib evə baxış keçirəcəklərini bildirmişdir. Bundan sonra polis əməkdaşları baxış keçirmiş, baxış zamanı yaşadığı evin yataq otağından narkotik vasitə olan 6 ədəd kağız qutu, 3 ədəd şüşə banka, 4 ədəd kibrit qutu, 3 ədəd patron tum qablaşdırması, 2 ədəd kapron qutu, içərisində 40 ədəd narkotik vasitənin toxumu olan 1 ədəd kibrit qutusu və içərisinə narkotik vasitə doldurulmuş 7 ədəd siqaret olan üzərində “Want” sözləri yazılmış siqaret qutusu aşkar olunaraq götürülmüşdür. Daha sonra həmin narkotik vasitələr qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüş, sonra o, Tərtər rayon Polis şöbəsinə gətirilmişdir. O, həmin narkotik vasitələri şəxsi istifadəsi məqsədi ilə yaşadığı evdə saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Tərtər rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkilidir. 05.02.2021-ci il Tərtər rayonu Xoruzlu kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı ünvanda silah sursat və narkotik vasitə gəzdirməsi və saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat tərəfindən dərhal raportla rayon PŞ-nin rəhbərliyinə məruzə olunmaqla Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün həmin gün saat 19 radələrində onun, baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, CAB-nin rəisi Şahid2, digər polis əməkdaşlarının və hal şahidlərinin iştirakları ilə Tərtər rayonu, Xoruzlu kəndinə Təqsirləndirilən şəxs razılığı əsasında onun fərdi yaşayış evinə baxış keçirmişdir. Baxış zamanı evin içərisinin sol tərəfində olan çarpayının alt hissəsindən 3 ədəd içərisində qurudulmuş narkotik vasitəyə bənzər kütlə olan kağız qutu aşkar edilmiş, ondan başqa, həmin otaqda rəfin üzərindən bir ədəd üzərinə “Kemei” sözləri yazılmış içərisində qurudulmuş vəziyyətdə narkotik vasitəyə bənzər kütlə olan qutu, bir ədəd üzərində “SAUCERS” sözləri yazısı olan içərisində qurudulmuş marixuana olan qutu, 1 ədəd içərisində qurudulmuş maddə olan xurma qutusu, bir ədəd içərisində qurudulmuş maddə olan və üzərində “AGRADO“ sözləri yazılmış plasmas qutu, sağ tərəfdə olan çarpayının arxa hissəsində 3 ədəd üzərində 4 D patronu yazılmış və içərisində qurudumuş maddələr olan qutular, qarşı tərəfdə olan qırmızı rəngli sandığın içərisində qurudulmuş maddə olan 2 ədəd şüşə qablar, 4 ədəd içərisində qurudulmuş maddə olan kibrit qutuları və bir ədəd kibrit qutusunda narkotik kütlə, 7 ədəd içərisində narkotik vasitə yerləşdirilmiş siqaret qutusunda siqaretlər, 1 ədəd narkotik vasitəyə bənzər kütlə olan dəmir qutu, 1 ədəd qurudulmuş narkotik vasitəyə bənzər kütlə olan dəmir qutu, bir ədəd qurudulmuş narkotik vasitəyə bənzər kütlə olan şüşə banka, bir ədəd içərisində narkotik vasitələr olan 1,5 litr şüşə banka aşkar edilmiş, aşkar olunmuş əşyalar qablaşdırılıb götürülmüş, silahla bağlı məlumat öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 05 fevral 2021ci il tarixdə saat 19 radələrində yaşadığı Xoruzlu kəndində yolun kənarı ilə yaşadığı ev istiqamətində gedərkən polis əməkdaşları ona yaxınlaşıb işlə bağlı hal şahidliyi etmək üçün dəvət etmiş, o, bir vətəndaş kimi polis əməkdaşlarının təklifini qəbul edib onlara etiraz etməyib onlarla birlikdə Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin qarşısına getmişdir. Həmin vaxt orada adlarını bilmədiyi digər polis əməkdaşları olduğunu görmüş, polis əməkdaşları ona birinci növbədə hüquq və vəzifələrini izah etmiş və Təqsirləndirilən şəxs fərdi yaşayış evində narkotik vasitə və silah sursat saxlamaqda şübhəli olduğu barədə ona məlumat vermişlər. Həmin vaxt ondan başqa digər hal şahidi həmkəndlisi Şahid5 da orada olmuşdur. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs evinə baxış keçirmiş, Təqsirləndirilən şəxs polis əməkdaşlarına heç bir etiraz etməyib baxış keçirməkləri bildirmişdir. Baxış zamanı evin içərisinin sol tərəfində olan çarpayının alt hissəsindən 3 ədəd içərisində qurudulmuş narkotik vasitəyə bənzər kütlə olan kağız qutu aşkar edilmiş, bundan başqa həmin otaqda rəfin üzərindən bir ədəd üzərinə “Kemei” sözləri yazılmış içərisində qurudulmuş vəziyyətdə narkotik vasitəyə bənzər kütlə olan qutu, bir ədəd üzərində “SAUCERS” sözləri yazısı olan içərisində qurudulmuş marixuana olan qutu, 1 ədəd içərisində qurudulmuş maddə olan xurma qabı qutusu, bir ədəd içərisində qurudulmuş maddə olan və üzərində “AGRADO“ sözləri yazılmış plasmas qutu, sağ tərəfdə olan çarpayının arxa hissəsində 3 ədəd üzərində 4 D patronu yazılmış və içərisində qurudulmuş maddələr olan qutular, qarşı tərəfdə olan qırmızı rəngli sandığın içərisində qurudulmuş maddə olan 2 ədəd şüşə qablar, 4 ədəd içərisində qurudulmuş maddə olan kibrit qutuları və bir ədəd kibrit qutusunda narkotik kütlə, 7 ədəd içərisində narkotik vasitə yerləşdirilmiş siqaret qutusunda siqaretlər, 1 ədəd narkotik vasitəyə bənzər kütlə olan dəmir qutu, 1 ədəd qurudulmuş narkotik vasitəyə bənzər kütlə olan dəmir qutu, bir ədəd qurudulmuş narkotik vasitəyə bənzər kütlə olan şüşə banka, bir ədəd içərisində narkotik vasitələr olan 1, 5 litr şüşə banka aşkar edilmiş, aşkar olunmuş əşyalar qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Şahid6 ifadəsinə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 və Şahid3 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 05 fevral 2021-ci il tarixli raportdan görünür ki, Tərtər rayonu, Xoruzlu kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanusuz olaraq silah-sursat, narkotik vasitə əldə edib saxlamaqda və alqısatqısında şübhəlidir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 05 fevral 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu, Xoruzlu kəndində yerləşən fərdi yaşayış evinin yataq otağından 3 ədəd kağız qutu içərisində, 1 ədəd üzərində “Kemei” sözləri yazılmış qutuda, 1 ədəd üzərində “Saucers” sözləri yazılmış qutuda, 1 ədəd xurma qutusunda, 1 ədəd üzərində “Agrado” sözləri yazılmış qutuda, 3 ədəd üzərində “4D Patron” yazıları olan qablaşmada, 2 ədəd şüşə qabda, 4 ədəd kibrit qutularında, 7 ədəd siqaret qutusundakı siqaretlərdə, 1 ədəd dəmir qutuda, 1 ədəd şüşə bankada, 1 ədəd 1,5 litrlik şüşə bankada narkotik vasitəyə bənzər kütlələr və 1 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər bitkinin toxumları aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlələrin ayrı-ayrılıqda çəkilərinin 0,500 qram, 0,370 qram, 0,615 qram, 0,230 qram, 0,065 qram, 0,55 qram, 0,465 qram, 0,675 qram, 0,310 qram, 0,060 qram, 0,025 qram, 0,045 qram, 0,015 qram, 0,015 qram, 0,005 qram, 0,005 qram, 0,005 qram, 0,005 qram olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 05 fevral 2021-ci il tarxli ərizədən görünür ki, X3 Tərtər rayonu, Xoruzlu kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 06 fevral 2021-ci il tarixli 16/115 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Tərtər rayonu Xoruzlu kənd sakini Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş içərisindən narkotik vasitəyə bənzər kütlə 06 ədəd kağız qutu, 3 ədəd şüşə banka, 4 ədəd kibrit qutusu, 3 ədəd patron simiçka qutusu, 2 ədəd kapron qutusu, içərisində 40 ədəd narkotik vasitənin toxumuna bənzər kütlə olan 1 ədəd kibrit qutusu və içərisində narkotik vasitəyə bənzər kütlə doldurulmuş 7 ədəd siqaret olan içərisində “Vant” sözləri və imzalar olan böyük ölçüdə karton qutuda 1 ədəd kağız paketdəki 4 ədəd kibrit qutularında, 6 ədəd müxtəlif ölçülü şüşə bankalarda, 3 ədəd patron günəbaxan tumu qablaşmasında, 2 ədəd müxtəlif ölçülü kauçuq qablarda ayarı-ayrılıqda təmiz çəkiləri 334,3 qram, 262 qram, 3,230 qram, 3,091 qram, 370 qram, 295 qram, 215 qram, 260 qram, 43,638 qram, 18,707 qram, 340 qram, 175 qram, 60 qram, 35,279 qram, 38,746 qram, 9, 646 qram ümumi təmiz çəkisi 1886,545 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 1(bir) ədəd kağız paketdəki “VANT” sözləri yazılmış siqaret qutusunda olan 7 (yeddi) ədəd “Vest” adlı siqaretlərin içərisində tütün hissəcikləri və ayrıayrılıqda təmiz çəkiləri 0,208 qram, 0,216 qram, 0, 175 qram, 0, 177 qram, 0, 186 qram, 0, 198 qram, 0,169 qram, ümümi təmiz çəkisi 1,329 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. 1(bir) ədəd kağız paketin içərisindəki 1(bir) ədəd kibrit qutsunda təmiz çəkisi 0, 959 qram bitki toxumları narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotikin aktivliyə malik komponentləri yoxdur. Tədqiqata təqdim edilmiş bir ədəd böyük ölçüdə olan karton qutudakı marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Aşkar olunmuş narkotik vasitənin ilkin ümumi təmiz çəkisi 1886,545 qram və 1,329 qram olmuş, təqiqata sərf edildikdən sonra 1885,645 qram və 0, 979 qram narkotik vasitə qalıq qalmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 16 fevral 2021-ci il tarixli 136 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərindən epizodik istifadə etmə halları olub, o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 22 iyun 2021-ci il tarixli, 332 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs hazırdada heç bir xroniki psixi xəstəlik psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuş, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Tərtər X16 Mərkəzinin 03 avqust 2021-ci il tarixli RPŞ- 05 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus pay torpağının kövər hissəsinə baxış keçirilmiş, torpaq sahəsində heç bir kultivasiya işlərinin aparılması müşahidə edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 18 fevral 2021-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkiləri 1886,545 qram və 1,329 qram narkotik vasitə qurudulmuş marixuana, tədqiqata sərf edildikdən sonra qalıq 0,979 qram və 1885,645 qram narkotik vasitə qurudulmuş mariuxana, həmçinin 0,959 qram markotik tərkibli çətənə bitkisinin toxumları maddi sübut kimi tanınmış və saxlanılması üçün Tərtər rayon RPŞ-nin saxlanc anbarına verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrinin İdarəetmə Birliyi Tərtər rayon X5 Hüquqi şəxsin 20 fevral 2021-ci il tarixli 92 nömrəli məktubundan görünür ki, Alışov X9 RMX-nin ruhi-əsəb, narkoloji kabinetlərində və dispanserdə qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tərtər rayon İcra Hakimiyyəti başçısının Xoruzlu kənd İƏD üzrə nümayəndəliyinin 08 fevral 2021-ci il tarixli xasiyyətnaməsindən, 09 fevral 2021-ci il tarixli, 70 və 71 nömrəli arayışlarından və doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri anası X8, arvadı X6, oğulları X15 (28.05.2009) və X12 (01.11.2011) ilə birlikdə Tərtər rayonu, Xoruzlu kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 05 fevral 2021-ci il tarixli protokoldan və Tərtər Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN-nin BƏSİİ-dən daxil olmuş 29 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 10.0.11-ci maddəsinə göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin, psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs fərdi yaşayış evinin yataq otağından aşkar olunmuş narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuananı Tərtər rayonu, Xoruzlu kənd ərazisində kövər deyilən yerdə ona məxsus pay torpaq sahəsinin yaxınlığında yabanı şəkildə bitən kollardan yığaraq öz şəxsi istifadəsi üçün evində saxlamasına dair ifadələr vermişdir. Məhkəmədə təqsirləndirilən şəxsin satış niyyətinin olmamasına dair ifadəsi yuxarıda tədqiq edilmiş cinayət işinin materialları ilə birbaşa və tam olaraq təkzib olunduğuna görə məhkəmə onun vermiş olduğu həmin ifadələri daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən təqsirləndirilən şəxsə məxsus olan qurudulmuş marixuananın külli miqdarda olmasına, yəni şəxsi istifadə miqdarından dəfələrlə artıq olmasına, müxtəlif bağlamalarda olmasına əsasən də Rafiq Alışanovun həmin narkotik vasitələri satış məqsədilə saxlaması qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkətinin protokollarını tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 05 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 16 fevral 2021-ci il tarixli 136 nömrəli rəyinə əsasən hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93- 1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Tərtər rayon Polis Şöbəsinin sübutların saxlama kamerasında saxlanılan 1885,645 qram və 0, 979 qram olan bitki mənşəli qurudulmuş marixuana kütlələri və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 0, 959 qram olan narkotik tərkibli çətənə bitkisinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Tərtər Vəkil Bürosunun vəkili X11 prosessual hərəkətlərdə 35 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03.05.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 05 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olaraq Tərtər rayon Polis Şöbəsinin sübutların saxlama kamerasında saxlanılan 1885,645 qram və 0,979 qram olan bitki mənşəli qurudulmuş marixuana kütlələri və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 0,959 qram olan narkotik tərkibli çətənə bitkisinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X4 vəkil işlədiyi Tərtər rayon Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat, Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-295/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-295/2021
23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver