Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-295/2022 03.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında qeydiyyatda olmaqla, daimi yaşayış yeri olmayan, hazırki cinayət işi üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, digər cinayət işi üzrə həbsdə olması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 229.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edib saxlamış, daşımış, gəzdirmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamış və daşımışdır. Belə ki, o, o, istintaqa məlum olmayan tarixdə və mənbədən odlu silah olan 1 ədəd 3363-M №-li, keçmiş SSRİ dövlətində 1951-ci ildə “Zlataust” silah zavodunda istehsal olunmuş, 16 kalibrli, ZK modelli, çaxmaqlı, hamar təklüləli, yivsiz, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş ov tüfəngini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və gəzdirmiş, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən “Spartak” adlanan stadionun yaxınlığında saxlanılıb Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Kəpəz RPB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın bel nahiyəsində kəmərin altına keçirilmiş vəziyyətdə odlu silah olan 1 ədəd keçmiş SSRİ dövlətində 1951-ci ildə “Zlataust” silah zavodunda istehsal olunmuş 16 kalibrli, ZK modelli, çaxmaqlı, hamar təklüləli, yivsiz, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hazırda öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı həmin ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdar hesab edilən 1029,86 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 9.86 qram çəkidə olan hissəsini “platinium” markalı siqaret qutusunun içərisində gizlətməklə üzərində saxlayaraq daşımış, 1020 qram çəkidə olan hissəsini isə üzərində “Baku Azerbaijan” sözləri yazılmış polietilen torbaya yığıb Gəncə şəhəri, Avtozavod qəsəbəsində olan yaşayış təyinatlı ünvansız yarımtikilinin içərisində gizlədərək satış məqsədi olmadan saxlamış, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində - “X5” adlanan ərazidə saxlanılıb Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Kəpəz RPB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan şalvarın ön sol yan cibindən “platinium” markalı siqaret qutusunun içərisində olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 9.86 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin davam etdirilən əməliyyat tədbirləri ilə eyni tarixdə Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən yaşayış təyinatlı həmin ünvansız yarımtikilinin içərisinə baxış zamanı oradan üzərində “Baku Azerbaijan” sözləri yazılmış polietilen torbada olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 1020 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, maddi imkanı olmadığından əvvəllər oğurluq cinayətləri törətdiyinə görə həbs edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227.1-ci maddəsi ilə inzibati həbs edilməsinə dair qərar qəbul edilmişdir. Bundan əvvəl isə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və təxminən bir il əvvəl cəzaçəkmə müəssisəsindən azad edilmişdir. O, bir neçə ildir narkotik vasitə istifadə edir. Barəsində olan hazırki cinayət işi üzrə ona Cinayət Məcəlləsinin 228.1, 229.1, 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı bildirir ki, o, hər üç maddə ilə özünü təqsirli bilmir. Belə ki, o, heç vaxt odlu silah əldə edib saxlayıb, daşımamış, həmçinin heç vaxt silah hazırlamamışdır. Eyni zamanda bildirir ki, o, narkotik vasitə əldə edib istifadə etsə də, o, satış məqsədi ilə narkotik vasitə əldə etməmiş və belə bir məqsədi də olmamışdır. Narkotik vasitəni isə etdiyi oğurluqlar nəticəsində əldə etdiyi pulla alırmış. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə onun üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana və Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən yarımtikilinin içərisindən polietilen torbada aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana ona məxsus deyil. Həmçinin xx.xx.2021-ci il tarixdə onun üzərindən aşkar edilmiş ov tüfəngi də ona məxsus deyil. O, Gəncə şəhər Kəpəz RPİ-nin onun saxlanılmasında iştirak edən əməkdaşlarının ona göstərdiyi təzyiqlər nəticəsində ona elan edilmiş ittihamda göstərilən odlu silahın və narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. O, oğurluq etməsi ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə izahatının alınması üçün Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin Polis Bölməsinə gətirilmişdir. Həmin tarixdən sonra isə o, Kəpəz Rayon Polis İdarəsinin Polis Bölməsindən ümumiyyətlə buraxılmamışdır. Lakin Təqsirləndirilən şəxs sonra isə ifadəsində göstərmişdir ki, o, həmin tarixdə həmin Polis Bölməsindən buraxılmışdır, lakin qısa müddət keçməmiş onu yenidən üzərində narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirərək həmin Polis Bölməsinin əməkdaşları yenidən onu saxlayaraq üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşları onun üzərinə qoymuşlar və həmin narkotik vasitə ona məxsus olmamışdır. Daha sonra Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən yaşayış təyinatlı yarımtikilinin içərisinə baxış zamanı oradan da aşkar edilmiş narkotik maddə qurudulmuş marixuana da ona məxsus deyil. Həmin vaxt o, polis əməkdaşlarının ona etdiyi təzyiqlər nəticəsində o, həm üzərindən, həm də həmin yarımtikilidən aşkar edilən narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Eyni zamanda bildirir ki, xx.xx.2021-ci il tarixdə onun üzərindən aşkar edilmiş ov tüfəngini də polis əməkdaşları onun üzərinə qoymuşlar və polis əməkdaşlarının ona etdiyi təzyiqlər nəticəsində həmin odlu silahın ona məxsus olduğunu etiraf etmişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədələtli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, özünü Cinayət Məcəlləsinin 228.1, 229.1 və 234.1-ci maddələri ilə təqsirli bilir. Hazırda Gəncə şəhərində kirayə ev tutub tək yaşayır və heç bir yerdə işləmir. Maddi imkanı olmadığından əvvəllər oğurluq cinayətləri törətdiyinə görə həbs edilmişdir. xx.xx.2021-ci il tarixdə barəsində Azərbaycan Respublikasının İXM-in 227.1-ci maddəsi ilə inzibati həbs edilməyinə dair qərar qəbul edilmişdir. Bundan əvvəl isə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təxminən bir il əvvəl cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Bir neçə ildir narkotik vasitə olan marixuanadan istifadə edir. Bir müddət əvvəl Samux rayonunun Kür çayı axan ərazisində, hazırda xatırlamadığı yerdə olarkən yabanı halda bitmiş marixuana kolları görmüş və həmin kolun yarpaqlarını toplayıb qurudaraq ara-sıra istifadə etmək qərarına gəlmişdir. Həmin kollardan yarpaqları yığaraq sellofan torbaya doldurmuş və Gəncə şəhərinə gətirib qurutduqdan sonra Avtozavod qəsəbəsində yaşayış olmayan yarımtikililərdən birinin içərisində sellofan torbada gizlətmişdir. Tez-tez həmin kütlədən götürüb özü istifadə edirmiş. xx.xx.2021-ci il tarixdə də həmin narkotik vasitədən üzərində, yəni siqaret qutusunun içərisində var imiş. Həmin gün saat 16 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində olan “X5” adlanan yerin yaxınlığında olarkən mülki geyimdə olan tanımadığı şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda şübhəli olduğunu bildirib onu özləri ilə Gəncə şəhər Kəpəz RPB-nin binasına aparmışlar. Orada müdafiəçi təyin edilərək dəvət edilmiş və ona təqdim olunmuşdur. Müdafiəçi gəldikdən sonra onun üzərində iş otaqlarının birində videoçəkilişlə və müdafiəçinin, eləcə də polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı əynində olan göy rəngli cins şalvarın ön sol yan cibində olan siqaret qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı həmin kütlənin “nəşə” kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana olmasını və yabanı halda bitdiyi yerdən özü üçün topladığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi təxminən 15 qramdan çox gəlmişdir. Sonra isə həmin kütlə zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırıldıqdan sonra üzəri möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt polis əməkdaşları ondan başqa yerdə də özünə məxsus narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da polis əməkdaşlarına narkotik vasitənin çox hissəsini gizlətdiyi yeri bildirmiş və polis əməkdaşları ilə gedib həmin yerə çıxmışdır. Orada göstərməyi ilə həmin torbadakı narkotik vasitə aşkar edilərək götürülmüş və elektron tərəzi ilə çəkilmişdir. Narkotik vasitənin çəkisi isə 1 kiloqramdan çox təşkil etmişdir. Sonra həmin kütlə də qablaşdırılmış və möhürlənmişdir. O, həmin kütlənin üzərində də imza etmişdir. xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində isə Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən “Spartak” adlanan stadionun yaxınlığında mülki geyimdə olan tanımadığı polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirmişlər və onu Kəpəz RPB-yə aparmışlar. Orada hüquqlarının müdafiəsi üçün müdafiəçi təyil edilmişdir. Vəkil ona təqdim edildikdən sonra hüquq və vəzifələri izah edilmişdir. Daha sonra üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulduqda o, əynində olan qəhvəyi rəngli şalvarın kəmərinə keçirtdiyi bir ədəd lüləsi və qundağı kəsilmiş silahı polis əməkdaşlarına könüllü təqdim etmişdir. O, üzərindən və Avtozavod qəsəbəsindəki yarımtikilidən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyyətində olmamış, sadəcə olaraq imkan yarananda özü istifadə etmək niyyəti ilə üzərində və yarımtikildə saxlamışdır (iş vərəqə: cild İ, səh.253-256, cild 2, səh. 23-24). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona təzyiq etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən daxili işlər orqanlarında çalışır, hazırda isə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, istifadə etməsi və satması barədə Kəpəz RPB-yə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün xx.xx.2021-ci il tarixdə Kəpəz RPB-nin rəisinə raportla məruzə olunduqdan sonra tərəfindən “əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmişdir. Həmin qərar əsasında polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvvəkkili X3 ilə birgə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən “X5” adlanan ərazidə saxlanılaraq təxirəsalınmadan Gəncə şəhər Kəpəz RPB-nin inzibati binasına aparılmışdır. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən 1 ədəd qara rəngli “Platinium” markalı siqaret qutusu aşkar edilmiş və həmin qutunu açdıqda içərisində yaşıl rəngli, kəskin spesifik qoxuya malik və ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə siqaret qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 15.47 qram təşkil etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və özünə məxsus olduğunu, təxminən bir ay əvvəl Samux rayonuna getdikdə oradan yabanı halda yığdığını bildirmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hər hansı yerdə narkotik vasitə saxlayıb-saxlamadığı barədə sual verildikdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitədən Gəncə şəhəri, Avtozavod qəsəbəsində olan yarımtikililərdən birinin içərisinə qoyub gizlətdiyini, arabir həmin yerdən az-az götürüb istifadə etdiyini, habelə həmin yeri göstərə və narkotik vasitəni təqdim edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar etdiyi siqaret qutusunun içərisindəki kütlə həmin qutu ilə birlikdə zərfin içərisinə qoyulub qablaşdırılaraq üzəri imzalarla təsdiq olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs göstərdiyi yerə, yəni Gəncə şəhəri, Avtozavod qəsəbəsinə gedib oradakı yarımtikililərdən birinin qarşısında dayanmışlar. Orada Təqsirləndirilən şəxs özü irəlidə gedib yarımtikilinin içərisinə daxil olaraq yarımtikilinin küncündə üzərini kollarla örtüb gizlətdiyi bir ədəd polietilen torbanı təqdim etmişdir. Həmin torba açıldıqda içərisində yenə sellofan torbada kütlə olması müəyyən edilmişdir. İkinci torba da açıldıqda içərisindəki kütlənin yaşıl rəngli, bitki mənşəli, kəskin spesifik qoxuya malik narkotik vasitə marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin vaxt verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin kütlənin də narkotik vasitə olan marixuana olmasını, bir ay əvvəl Samux rayonunda, Kür çayının kənarında yabanı halda bitmiş kollardan öz istifadəsi üçün yığdığını bildirmişdir. Həmin kütlə sellofan torba ilə birgə elektron tərəzidə çəkilmiş, çəkisi 1 kiloqram 170 qram təşkil etmişdir. Həmin kütlə sellofan torba ilə birlikdə yapışqan lent vasitəsi ilə qablaşdırılıb möhürlənərək imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs hər hansı təzyiq göstərilməmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, həmin şəxs narkotik alqı-satqısı zamanı aşkar edilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına dair hər hansı konkret fakt və sübutun əldə edilməsi mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş X3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən daxili işlər orqanlarında çalışır, hazırda isə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə Kəpəz RPB-yə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün xx.xx.2021-ci il tarixdə Kəpəz RPB-nin rəisinə raportla məruzə olunduqdan sonra tərəfindən “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmişdir. Qəbul edilmiş həmin qərar əsasında polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvvəkkili Şahid3 ilə birgə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən “Spartak stadionu”nun yaxınlığında saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs özlərini təqdim edərək saxlanılmasının səbəbini izah etmiş və Rasimi özləri ilə birlikdə təxirəsalınmadan Gəncə şəhər Kəpəz RPB-nin inzibati binasına aparmışlar. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk öncə təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın bel nahiyəsində kəmərin altına keçirilmiş vəziyyətdə 1 ədəd ilk baxışdan lüləsi kəsilmiş, təklüləli, üzərinə qara rəngli yapışqan lent dolanmış odlu silah olan ov tüfənginin kəsiyinə bənzər alət çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin alətin odlu silah olduğunu, babası Rasimdən qaldığını, satıb pul əldə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra həmin alətə ətraflı baxış keçirilərkən onun lüləsi kəsilmiş, taxta qundaqlı, üzəri qara yapışqan lentlə izolyasiya olunmuş və ilk baxışdan nömrəsi silinmiş ov tüfənginin kəsiyi olması müəyyən edilmişdir. Daha sonra həmin alət kağıza bükülüb qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2021-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında protokol”dan və xx.xx.2021-ci il tarixli “videogörüntü olan diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın bel nahiyəsində kəmərin altına keçirilmiş vəziyyətdə 1 ədəd ilk baxışdan lüləsi kəsilmiş, təklüləli, üzərinə qara rəngli yapışqan lent dolanmış odlu silah olan ov tüfənginin kəsiyinə bənzər alət çıxarıb təqdim edir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin alətin odlu silah olduğunu bildirir. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, polis əməkdaşları onu Gəncə şəhərində “Spartak” stadionunun yaxınlığında saxlamışlar. Bundan sonra həmin alətə ətraflı baxış keçirilərkən onun lüləsi kəsilmiş, taxta qundaqlı, üzəri qara yapışqan lentlə izolyasiya olunmuş və ilk baxışdan nömrəsi silinmiş ov tüfənginin kəsiyi olması müəyyən edilir. Sonra həmin alət qəhvəyi rəngli kağıza bükülüb qablaşdırılır, möhürlənir, kağızın üzərində qeydlər aparılır və imzalarla təsdiq olunur (iş vərəqə: cild İ, səh.78-79, 119). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan və xx.xx.2021-ci il tarixli “videogörüntü olan diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən 1 ədəd qara rəngli “Platinium” markalı siqaret qutusu aşkar edilir. Həmin qutu açıldıqda içərisində yaşıl rəngli, kəskin spesifik qoxuya malik və ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilir. Aşkar edilən kütlə siqaret qutusu ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 15.47 qram təşkil etməsi görünür. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və özünə məxsus olduğunu, təxminən bir ay əvvəl çimmək üçün Samux rayonuna getdikdə oradan yabanı halda yığdığını, narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitədən də bədənində olan ağrılardan qurtulmaq üçün istifadə etdiyini, narkotik vasitə satmadığını, satışı ilə məşğul olmadığını, belə bir niyyətinin olmadığını bildirir. Həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs onun sərəncamında olan hər hansı yerdə yenə narkotik vasitə olubolmadığı barədə sual verildikdə Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş narkotik vasitədən Gəncə şəhəri, Avtozavod qəsəbəsində olan yarımtikililərdən birinin içərisinə qoyub gizlətmiş, arabir həmin yerdən az-az götürüb istifadə edir, habelə həmin yeri göstərə və narkotik vasitəni təqdim edə bilər. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret qutusunun içərisindəki kütlə həmin qutu ilə birlikdə zərfin içərisinə qoyulub qablaşdırılır, zərfin üzərində qeydlər aparılır və imzalarla təsdiq olunur (iş vərəqə: cild İ, səh.26-27, 151-152 ). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2021-ci il tarixli “baxış və götürmə haqqında protokol”dan və xx.xx.2021-ci il tarixli “videogörüntü olan diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə gizlətdiyi Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən ünvansız yarımtikiliyə baxış keçirilərkən yarımtikilinin qarşısında Təqsirləndirilən şəxs özü irəlidə gedib yarımtikilinin içərisinə daxil olaraq yarımtikilinin küncündə üzərini kollarla örtüb gizlətdiyi 01 ədəd polietilen torbanı təqdim edir. Həmin torba açıldıqda içərisində yenə sellofan torbada kütlə olması müəyyən edilir. İkinci torba da açıldıqda içərisindəki kütlənin yaşıl rəngli, bitki mənşəli, kəskin spesifik qoxuya malik narkotik vasitə marixuanaya bənzər kütlə olduğu müəyyən edilir. Həmin vaxt verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, həmin kütlə də narkotik vasitə olan marixuanadır, 01 ay əvvəl Samux rayonunda, Kür çayında çimərkən yabanı halda bitmiş kollardan öz istifadəsi üçün yığmışdır. Bundan sonra həmin kütlə sellofan torba ilə birgə elektron tərəzidə çəkilir və çəkisi 1 kiloqram 170 qram təşkil edir. Sonra isə həmin kütlə sellofan torba ilə birlikdə yapışqan lent vasitəsi ilə qablaşdırılıb möhürlənir və qeydlər aparılaraq imzalarla təsdiq edilir (iş vərəqə: cild İ, səh.28-29, 150). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 5(043)-233/2021 nömrəli qərarından görünür ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə saxladığı Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən ünvansız yarımtikiliyə baxış keçirilməsi qanuni hesab edilmişdir (iş vərəqə: cild İ, səh.165). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunanm məhkəmə-bioloji ekspertizasının xx.xx.2021 tarixli, 16/891 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddi sübut...” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd “Platinium” adlı siqaret qutusunun içərisində təmiz çəkisi 9.86 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bağlama..” sözləri və imzalar olan polietilen torbadakı, digər polietilen torbada təmiz çəkisi 1020 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız paketdəki və 1 (bir) ədəd polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.41-42). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-ballistik ekspertizasının xx.xx.2021-ci il tarixli, 21/491R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 3363-M №-li silah keçmiş SSRİ dövlətində 1951-ci ildə Zlataust zavodunda istehsal olunmuş 16 kalibrli, ZK modelli, çaxmaqlı, hamar təklüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir (obrezidir), texniki cəhətdən sazdır və atəş üçün yararlıdır (iş vərəqə: cild İ, səh.92-96). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1340 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitədən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.175). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, “ZK” modelli, təklüləli, 16 çaplı, 3363M nömrəli yivsiz lüləli ov silahı Gəncə şəhər Baş Polis İdarəsində qeydiyyata alınmamışdır (iş vərəqə: cild İ, səh.215). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsindən təqdim edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət ərzində Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş ***-***-**-** saylı mobil nömrə ilə başqa mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, həmin zənglərin nömrələrinin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının, nömrələrin anten dairələrinin, həmin nömrələrdən göndərilən və daxil olan SMS-lərin mətnlərinin olmasına dair CD diskdə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 2, səh.84-85). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 333.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonra Qaradağ rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanunu tədbiq edilərək onun cəzası 02 ilə endirilmiş, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqə: cild İ, səh.120-121). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9.81 qram və 1019.95 qram çəkilərdə narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də 01 ədəd “ZK” modelli odlu silah hesab edilən ov tüfənginin kəsiyi hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmiş, eləcə də 03 ədəd DVD disk və 01 ədəd CD disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 2, səh.95-121). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.73). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2021-ci il tarixli qərardan və məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, X2 azad edilmişdir (iş vərəqə: cild İ, səh.108-111). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.21). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmış və o, X2 azad edilmişdir (iş vərəqə: cild İ, səh.146-148). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edib saxlamış, daşımış, gəzdirmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 229.1, 234.4.3-cü maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən odlu silah olan 1 ədəd 3363-M №-li, keçmiş SSRİ dövlətində 1951-ci ildə “Zlataust” silah zavodunda istehsal olunmuş, 16 kalibrli, ZK modelli, çaxmaqlı, hamar təklüləli, yivsiz ov tüfəngini qanunsuz olaraq əldə edib lüləsini və qundağını istintaqa məlum olmayan tarixdə kustar üsulla kəsməklə konstruktiv dəyişikliklərə məruz qoyub ilkin təyinatını dəyişərək qanunsuz olaraq hazırladıqdan sonra üzərində saxlayaraq daşımış və gəzdirmiş, Gəncə şəhər Kəpəz RPİnin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən “Spartak” adlanan stadionun yaxınlığında saxlanılıb Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Kəpəz RPB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın bel nahiyəsində kəmərin altına keçirilmiş vəziyyətdə odlu silah olan 1 ədəd keçmiş SSRİ dövlətində 1951-ci ildə “Zlataust” silah zavodunda istehsal olunmuş 16 kalibrli, ZK modelli, çaxmaqlı, hamar təklüləli, yivsiz, lüləsi və qundağı sonradan kustar üsulla kəsilmiş, hazırda öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı həmin ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 01 kiloqram 29,86 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 9.86 qram çəkidə olan hissəsini “platinium” markalı siqaret qutusunun içərisində gizlətməklə eyni məqsəd ilə üzərində saxlayaraq daşımış, 01 kiloqram 20 qram çəkidə olan hissəsini isə üzərində “Baku Azerbaijan” sözləri yazılmış polietilen torbaya yığıb Gəncə şəhəri, Avtozavod qəsəbəsində olan yaşayış təyinatlı ünvansız yarımtikilinin içərisində gizlədərək satış məqsədi ilə saxlamış, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində - “X5” adlanan ərazidə saxlanılıb Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Kəpəz RPB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan şalvarın ön sol yan cibindən “platinium” markalı siqaret qutusunun içərisində olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 9.86 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin davam etdirilən əməliyyat tədbirləri ilə eyni tarixdə Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən yaşayış təyinatlı həmin ünvansız yarımtikilinin içərisinə baxış zamanı oradan üzərində “Baku Azerbaijan” sözləri yazılmış polietilen torbada olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 01 kiloqram 20 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqdim edilmiş sübutların və onların məcmusunun məhkəmə araşdırmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı hazırlama, həmçinin satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlayaraq daşımağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 229.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam, obyektiv araşdırılmış və məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin hər üç maddəsi üzrə münasibətdə onun əməlinə hüquqi qiymət verilməlidir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 229.1, 234.4.3-cü maddələri ilə ittiham ona görə elan edilmişdir ki, o, qanunsuz olaraq odlu silahı əldə edib saxlamış, daşımış, gəzdirmiş və odlu silahı qanunsuz olaraq hazırlamış, həmçinin satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamış və daşımışdır. Məhkəmə baxışı zamanı yuxarıda göstərilən sübutların tədqiqi və araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edib saxlayıb, daşıyıb, gəzdirməsi, həmçinin onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayıb, daşıması təsdiq edilsə də, Təqsirləndirilən şəxs odlu silahı qanunsuz olaraq hazırlaması və həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə ona görə təqsirləndirilir ki, o, qanunsuz olaraq əldə etdiyi odlu silahın lüləsini və qundağını istintaqa məlum olmayan tarixdə kustar üsulla kəsmişdir. Cinayət işinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi odlu silahın lüləsini və qundağını kustar üsulla kəsməsinə dair istintaq orqanının gəldiyi nəticə cinayət işinin materiallarına uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi odlu silahın lüləsini və qundağını kustar üsulla kəsməsi elan edilmiş ittihamda ümumi şəkildə, formal olaraq göstərilsə də, onun həmin əməli törətməsinə dair hər hansı sübut təqdim olunmamış və işin məhkəmə baxışı zamanı da belə sübut əldə edilməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə protokolları, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş videogörüntüyə baxış protokolu və digər istintaq hərəkətlərinin protokolları ilə sübuta yetirilsə də, onun qanunsuz olaraq əldə etdiyi odlu silahın lüləsini və qundağını kustar üsulla kəsməsi cinayət işinin materiallarında olan heç bir sübut növü ilə öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan da görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs odlu silahın lüləsini və qundağını harada, hansı şəraitdə kəsməsi ümumiyyətlə müəyyən edilməmiş və göstərilməmiş, həmin əməlin törədilməsi vaxtı barədə isə istintaqa məlum olmayan tarixdə törədilməsi qənaətinə gəlinmişdir. Lakin həmin odlu silahın lüləsinin və qundağının məhz Təqsirləndirilən şəxs tərəfindən kəsilməsinin və onun tərəfindən qanunsuz olaraq odlu silahın hazırlanmasının cinayət işi üzrə hansı mötəbər sübutlarla təsdiq olunması, Təqsirləndirilən şəxs həmin əməli törətməsi hansı konkret faktda əks olunması ümumiyyətlə müəyyən olunmamış, sadəcə formal olaraq təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bununla bağlı məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət və cinayət-prosessual qanunvericiliyin əsas prinsiplərinə əsasən şəxsə irəli sürülən ittiham ehtimal və fərziyyədən ibarət ola bilməz, şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyasında nəzərdə tutulmuş bütün əlamətlərin mövcudluğu hansı konkret faktda əks olunması irəli sürülmüş ittihamda göstərilməli və onların konkret olaraq hansı sübutlarla təsdiq olunması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına əsasən bəraət verilməlidir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə də ittiham elan edilmişdir. Cinayət işinin yuxarıda göstərilən məhkəmə baxışı zamanı tədqiq edilmiş və araşdırılmış sübutlarına əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayıb daşımağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun həmin əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan ümumi çəkisi 1029,86 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlaması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və X3 verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu və ya konkret olaraq kiməsə narkotik vasitə satdığını ümumiyyətlə göstərməmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "qurudulmuş marixuana" narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs götürülən qurudulmuş marixuana narkotik vasitəsinin kütləsi 1029,86 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən qurudulmuş marixuana narkotik vasitəsinin kütləsinin 1029,86 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitələrin çəkilməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsindən təqdim edilmiş CD diskdə də Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş mobil nömrə ilə başqa mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, həmin zənglərin nömrələrinin sahiblərinin adlarının, soyadlarının və ünvanlarının, nömrələrin anten dairələrinin, həmin nömrələrdən göndərilən və daxil olan SMS-lərin mətnlərinin olmasına dair əldə edilmiş məlumatlarda da Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs 1029,86 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlayaraq daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddənin külli miqdarda olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlayaraq daşıması kimi qiymətləndirmişdir. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm 229.1, həm də 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən qurudulmuş marixuana narkotik vasitəsinin kütləsinin 1029,86 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıması təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edib saxlayıb daşıyaraq gəzdirməklə, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1-ci maddələrində nəzərdə tutulan cinayələri törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 228.1, 234.1-ci maddələri tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar qeyd edilən xüsusatların araşdırılıb müvafiq qərar qəbul edilməsinə dair Gəncə şəhər Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Gəncə şəhər Prokurorluğundan məhkəməyə göndərilmiş 558-C-22 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıbqalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, təhqiqat və istintaqın aparılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs həmin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Gəncə şəhər Prokurorluğunda toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir, həmçinin məhkəmənin sorğusu əsasında Gəncə şəhər Baş Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin Müvəqqəti saxlama Yerinə daxil olunarkən tibbi müayinədən keçirilmiş və onda hər hansı xəsarətlər müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı onun oğurluq etməsi ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə izahatının alınması üçün Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin Polis Bölməsinə gətirildikdən sonra orada saxlanılmasına dair və onun həmin Polis Bölməsinin əməkdaşları tərəfindən üzərinə narkotik vasitə olan qurudulmuş marixuana qoyulması və həmin narkotik vasitənin, həmçinin Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən yaşayış təyinatlı yarımtikilinin içərisinə baxış zamanı oradan da aşkar edilmiş narkotik maddə qurudulmuş marixuananın, eyni zamanda xx.xx.2021-ci il tarixdə onun üzərindən aşkar edilmiş ov tüfənginin də ona məxsus olmaması barədə ifadəsində göstərdiklərini məhkəmə onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmənin sorğusu əsasında Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən və 4-cü Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə oğurluq etməsi faktı ilə əlaqədar olaraq izahatının alınması məqsədi ilə xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin Polis Bölməsinə gətirilmiş, faktla bağlı izahatı alındıqdan sonra həmin gün sərbəst buraxılmış və Polis Bölməsində saxlanılmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov prospektində, X5nın yaxınlığında saxlanılaraq həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə həm xx.xx.2021-ci il tarixdə, həm xx.xx.2021-ci il tarixdə şəxsi axtarış keçirilərkən, həm də xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən yarımtikilinin içərisinə baxış zamanı prosessual hərəkətlər videoçəkilişlə, həmçinin müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, video çəkilişlər zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş odlu silahın və narkotik vasitənin ona məxsus olmasını etiraf etmiş və hər hansı etiraz etməmişdir. Qeyd olunanlar Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində məsuliyyətdən yayınmaq üçün həqiqətə uyğun olmayan məlumatlar verdiyini bir daha təsdiq edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi inkaredici hallar cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Beləliklə də, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından həmin maddə ilə ona bəraət verilməli, onun qanunsuz olaraq odlu silahı əldə edib saxlayıb, daşıyaraq, gəzdirməsi, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşıması istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən və həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 333.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, sonra Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanunu tədbiq edilərək onun cəzasının 02 ilə endirilməsi, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilməsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunduğundan və onun xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edildiyi tarixdən iki il keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyindən onun əməlində cinayətlərin residivi mövcuddur. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən az ağır cinayətlər törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1, 234.1-ci maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə və residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 avqust 2021-ci il tarixdən 09 avqust 2021-ci il tarixədək, yəni 3 (üç) gün müddətində, həmçinin 27 avqust 2021-ci il tarixdən 29 avqust 2021-ci il tarixədək, yəni 3 (üç) gün müddətində, ümumilikdə 06 (altı) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ümumilikdə 06 (altı) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, lakin Təqsirləndirilən şəxs barəsində olan başqa cinayət işi üzrə hal-hazırda həbsdədir, odur ki, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hazırki cinayət işi üzrə hökm çıxarıldığı 03 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 1340 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 9.81 qram və 1019.95 qram çəkilərdə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış 1 ədəd 3363-M №-li, keçmiş SSRİ dövlətində 1951-ci ildə “Zlataust” silah zavodunda istehsal olunmuş, 16 kalibrli, ZK modelli, çaxmaqlı, hamar təklüləli, yivsiz, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş ov tüfəngi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş və əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından həmin maddə ilə ona bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 234.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 avqust 2021-ci il tarixdən 09 avqust 2021-ci il tarixədək və 27 avqust 2021-ci il tarixdən 29 avqust 2021-ci il tarixədək tutulduğu ümumilikdə 6 (altı) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 03 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 9.81 qram və 1019.95 qram çəkilərdə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Eyni zamanda, hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış 1 ədəd 3363-M №-li, keçmiş SSRİ dövlətində 1951-ci ildə “Zlataust” silah zavodunda istehsal olunmuş, 16 kalibrli, ZK modelli, çaxmaqlı, hamar təklüləli, yivsiz, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş ov tüfəngi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-295/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-295/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver