Məhkəmə qərarları › İş №1(100)-296/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-296/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-296/2021 22.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Goranboy şəhərində anadan olmuş, evli, himayəsində 3 azyaşlı övladı olan, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs arvadı Şahid1 tanışı Zərərçəkmiş şəxs ilə intim əlaqədə olmaqla ona xəyanət etməsini müəyyən etdikdən sonra 05 iyun 2021-ci il tarixdə saat 19:30 radələrində ünvan 2 ünvanında yerləşən Şahid2 məxsus fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxslə görüşüb həmin məzmunda söhbət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı yaşadığı evdən özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qisas almaq niyyətilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən iki dəfə ardıcıl zərbələr vuraraq ona sol bazunun kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarət və döş qəfəsinin sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yaralanması nəticəsində ağciyərin və diafraqmanın zədələnməsinə səbəb olan kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Goranboy şəhəri Dədə Qorqud küçəsi ev 26-da yaşayır. Şahid1 onun arvadıdır. 2011-ci ildə Əsmər ilə ailə həyatı qurmuş, həmin birgə nikahdan onların üç övladı dünyaya gəlmişdir. Əsmər ilə münasibətləri həmişə normal olmuşdur. Arvadı Əsmər ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs bir ildir ki, tanıyır. Zərərçəkmiş şəxs ilə tanış olduqdan sonra onunla aralarında dostluq münasibətləri yaranmış, bundan sonra Elmirlə ailəvi olaraq bir-birilərinin evinə gedib-gəlmişlər. Buna görə də Elmir onun arvadı Əsməri o da Elmirin arvadı Fatmanı tanımışdır. Təxminən 5-6 ay əvvəl Zərərçəkmiş şəxs Goranboy şəhəri, İ.Hüseynov küçəsində kirayə əsasında götürdüyü arvadı Əsmərin işlədiyi paltar mağazasına mütəmadi olaraq gəlib-getməsini eşitmiş, bundan sonra Elmirin arvadı Əsmər ilə münasibətdə olmasından şübhə etdiyi üçün Elmirlə bu barədə söhbət etmiş, həmin vaxt Elmir arvadı Əsmərlə münasibətdə olmamasını demişdir. Elmir sadəcə olaraq bir neçə dəfə paltar almaq məqsədi ilə onun arvadının işlədiyi mağazaya getdiyini demiş, o da Elmirdən tələb etmişdir ki, bir daha arvadı Əsmərlə münasibət saxlamasın. Elmir də ona bir daha onun arvadı Əsmərlə münasibət saxlamayacağına dair söz vermişdir. Həmçinin həmin vaxt arvadı Əsmər də Elmirlə münasibətdə olmamasını demiş, bundan sonra da Elmir və arvadı Əsmərin dediklərinə inanıb arvadı ilə olan münasibətini davam etdirmişdir. 04 iyun 2021-ci il tarixdə o, Elmirin yenə də mütəmadi olaraq arvadının Goranboy şəhərində işlədiyi mağazaya gəlib-getdiyini eşitmişdir. Elmirlə arvadı Əsmərin arasında olan münasibəti sübut etmək üçün o, arvadının işlədiyi mağazaya gizlicə telefon yerləşdirib onların səs yazısını telefon vasitəsi ilə qeyd etməyi qərar almış və özünə məxsus olan “Texet” markalı mobil telefonu 05 iyun 2021-ci il tarixdə saat 09 radələrində arvadının işlədiyi mağazanın tavan hissəsində lambirinin üzərinə yerləşdirib telefonun səs yazısını qeyd edən proqramını işə salmışdır. Saat 09:30 radələrində arvadı Əsmər mağazaya gəldiyi üçün o, mağazadan çıxıb getmişdir. Həmin gün saat 16 radələrində mağazaya gəlmiş və arvadı ilə birlikdə mağazanı bağlayıb arvadını evə yola saldıqdan sonra yenidən mağazaya gəlib mağazanın tavan hissəsində lambirinin üzərinə yerləşdirdiyi “Texet” markalı mobil telefonu götürüb səs yazan proqramı vasitəsi ilə qeyd edilmiş səs yazısına qulaq asan zaman arvadı Əsmərlə Elmirin danışıqlarını və həmçinin də onların cinsi əlaqədə olan zaman danışıqlarını eşitmişdir. Bundan sonra arvadı Əsmər Elmirlə ona xəyanət etdiyinə tam əmin olmuşdur. Daha sonra o, mağazdan çıxıb Goranboy şəhəri H.Əliyev prospektində yerləşən parka gəlmiş, mobil telefonu parkın içərsində gül kolunun arasında gizlətmiş, sonra isə parkdan çıxıb yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra o, mətbəx otağına keçib mətbəxdə istifadə etdikləri bir ədəd bıçağı götürüb əynində olan cins şalvarın sağ yan cibinə yerləşdirib arvadı Əsmərə bir söz demədən yaşadığı evdən çıxıb getmişdir. Bıçağı götürməkdə məqsədi Elmirdən heyf almaq olmuşdur. O, evdən çıxdıqdan az sonra istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan Elmirin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng vurub onunla işi olduğunu və buna görə də görüşmək istədiyini bildirmiş, Elmir də Goranboy şəhəri, R.Əliyev küçəsində yaşayan qardaşı Eldənizin evində olduğunu və orada görüşə biləcəyini demiş, o da də həmin evi tanıdığı üçün oraya getmişdir. O, saat 19 radələrində Elmirin qardaşı Eldənizin yaşadığı evin yaxınlığına çatdıqda Elmirin küçədə avtomobilinin yanında olduğunu görmüş, həmin vaxt Elmirə yaxınlaşıb onunla söhbət etməyə başlamış, söhbət zamanı Elmirin qardaşı Eldəniz həyətdən çıxıb onu çay içməyə dəvət etmiş, lakin o, təklifi qəbul etməmiş, buna görə də Eldəniz yaşadığı evin həyətinə daxil olmuşdur. O da Elmirdən 05 iyun 2021-ci il tarixdə arvadımın işlədiyi mağazaya gəlib-gəlmədiyini soruşmuş, Elmir isə ona 05 iyun 2021-ci il tarixdə onun arvadının işlədiyi mağazaya gəlmədiyini demişdir. Bu zaman o, Elmirə arvadının işlədiyi mağazaya gəlməsini sübut edə biləcəyini demişdir. Elmir ondan bunu necə sübut edə bilcəyini soruşduqda o, sonuncunun onunla birlikdə telefonu gizlətdiyi parka getməsini demiş və onlar birlikdə Elmirə məxsus “Mercedes” markalı avtomobillə parka gəlmişlər. Parka çatdıqdan sonra o, parkın içərsində gül kolunun arasında gizlətdiyi “Texet” markalı mobil telefonu götürmüşdür. Bundan sonra Elmir atomobilində olan maqnetafonu dəyişdirmək üçün Goranboy şəhər sakini Elşadın yaşadığı ünvana getmiş, həmin ünvanda olan zaman isə Elşad gəlib Elmirə məxsus “Mercedes” markalı avtomobildə arxa oturacaqda əyləşmişdir. Bundan sonra da Elmir avtomobili qardaşı Eldənizin yaşadığı ev istiqamətində idarə etmiş, Elmirin avtomobili ilə Eldənizin yaşadığı evin yaxınlığına gəlib saat təxminən 19:20 radələrində həmin yerdə Elmir avtomobili saxladıqdan sonra Elmirlə avtomobildən düşüb bir qədər irəliyə gedib onları heç kimin görmədiyi yerdə dayanmışlar. Həmin yerdə o, “Texet” markalı mobil telefonunu Elmirə vermiş və həmin vaxt Elmir aşağıya doğru əyilib ayaqlarının üstündə oturaqlı vəziyyətdə telefonda olan səs yazısına qulaq asmağa başlamışdır. Elmir bir neçə dəfə səs yazısına qulaq asdıqdan sonra o, sonuncudan nəyə görə ailəsini dağıtdığını soruşmuş, Elmir isə ona heç bir cavab verməmiş, o da Elmirin arvadı ilə münasibətdə olmasına əsəbləşib əvvəlcədən evdən götürdüyü və əynində olan cins şalvarın sağ yan cibində saxladığı mətbəx bıçağını çıxarıb həmin bıçaqla oturaqlı vəziyyətdə olan Elmirin sol qol nahiyyəsinə bir dəfə vurmuş, bu vaxt Elmir özünü saxlaya bilməyib sağ yanı üstə yerə yıxılmış, bunun ardınca isə Elmir ayağa qalxmış və həmin vaxt o, əlində olan bıçaqla Elmirin sol qoltuq altı nahiyyəsinə bir dəfə vurmuşdur. Həmin zərbədən sonra Elmir qaçmağa başlamış, o da bundan sonra könüllü olaraq təslim olmaq məqsədi ilə piyada gedərkən, yolda Elmirin qardaşı Eldəniz onu görüb nə baş verdiyini soruşmuş, o isə Eldənizə Elmirin vurulduğunu demişdir. Eldəniz Elmiri kimin vurduğunu soruşmuş, o da Eldənizə yalandan Elmiri kimin vurmasını bilmədiyini demişdir. Sonra o, oradan ayrılıb Goranboy rayon polis şöbəsinə getmiş, həmin vaxt Elmirə xəsarət yetirdiyi bıçağı da özü ilə aparmış, Goranboy rayon polis şöbəsinin inzibati binasının qarşısında olan zaman isə arvadı Əsmər mobil telefonuna zəng vurduğuna görə onunla danışan zaman Elmirə bıçaqla xəsarət yetirib təslim olmaq üçün Goranboy rayon polis şöbəsinə gəldiyini demişdir. Daha sonra o, Goranboy rayon polis şöbəsinin inzibati binasına daxil olmuşdur. Onun Elmiri öldürmək niyyəti olmamış, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman niyyətinin Elmirdən heyf almaq olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Goranboy rayonu Şəfibəyli kəndində yaşamışdır. Onun Təqsirləndirilən şəxsla təxminən bir ildir ki, aralarında dostluq münasibətləri yaranmışdır. Bununla yanaşı Ulvü ilə ailəvi olaraq da aralarında münasibət yaranmış, yəni arvadı və uşaqları ilə Ulvünün ailə üzvləri ilə birlikdə yaşadığı evə bir neçə dəfə qonaq getmiş, həmçinin Ulvü də öz arvadı və uşaqları ilə birlikdə onun ailə üzvləri ilə birlikdə yaşadığı evə qonaq gəlmişdir. O, Ulvünün arvadı Əsməri gördükdən sonra ondan xoşu gəldiyi üçün 2020-ci ilin təxminən oktyabr ayında onunla aralarında qeyri-rəsmi olaraq münasibət yaranmış, Əsmərdən xoşu gəldiyi üçün telefonla onunla danışaraq bu barədə Əsmərə hislərini etiraf etmiş, həmçinin Əsmər də ondan xoşu gəldiyini etiraf etmiş, bu səbəbdən də aralarında sevgi münasibətləri yaranmış, lakin Əsmərlə onun arasında yaranmış sevgi münasibətlərindən əvvəllər onun əri Ulvünün heç bir məlumatı olmamışdır. Əsmərlə mütəmadi olaraq görüşməsə də hərdən bir telefonla əlaqə saxlayıb danışmışdır. O, Əsmərlə cəmi iki dəfə cinsi əlaqədə olmuşdur. Əsmərlə ilk dəfə 2020-ci ilin oktyabr ayında tanış olduqdan sonra onun işlədiyi Goranboy şəhərində yerləşən paltar mağazasında cinsi əlaqədə olmuş, daha sonra isə ikinci və sonuncu dəfə 05 iyun 2021-ci il tarixdə Əsmərlə cinsi əlaqədə olmuşdur. Həmin gün o, Əsmərlə cinsi əlaqədə olduqdan sonra mağazadan çıxıb Goranboy şəhəri ərazisində şəxsi işləri ilə məşğul olmuşdur. 05 iyun 2021-ci il tarixdə axşam saat 18 radələrində özünə məxsus “Mercedes E 220” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə qardaşı Eldənizin Goranboy şəhəri, R.Əliyev küçəsində yaşadığı evə gəlmiş, həmin vaxt avtomobili üçün yeni aldığı maqnetafonu digər qardaşı Elnur avtomobilində olan maqnetafonla dəyişməli olduğundan qardaşı Elnurla Eldənizin yaşadığı evə gəlmişdir. O, Eldənizin yaşadığı evin həyətində olan zaman Ulvü onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng vurub harada olduğunu soruşmuş, o da Ulvüyə Goranboy şəhəri, R.Əliyev küçəsində yaşayan qardaşı Eldənizin evində olduğunu demişdir. Həmin vaxt Ulvü ona qardaşı Eldənizin yaşadığı ünvana gəldiyini və onunla görüşmək istədiyini demiş, o da Ulvüyə görüşə biləcəyini demiş, bir az sonra isə Ulvünün gələ biləcəyini düşündüyü üçün həyətdən çölə çıxmışdır. Həmin vaxt qardaşı Eldənizin oğlu Fərid də küçədə olmuş, Ulvü küçə ilə onlara tərəf gəlib yanına çatan zaman isə qardaşı Eldəniz də küçəyə çıxmış, Ulvünü çay içməsi üçün yaşadığı ünvana dəvət etmişdir. Lakin Ulvü çay içməyəcəyini dediyi üçün qardaşı Eldəniz yaşadığı evin həyətinə daxil olmuşdur. Bundan sonra Ulvü ona söhbət etmək istədiyini dediyi üçün onlar bir qədər qardaşı Eldənizin yaşadığı evdən kənarlaşıb yol kənarında dayanmışlar. Həmin vaxt Ulvü ondan bu gün yəni 05 iyun 2021-ci il tarixdə onun arvadı Əsmərin Goranboy şəhərində işlədiyi paltar mağazasına gedib-getmədiyini soruşmuş, o da Ulvüyə arvadı Əsmərin işlədiyi mağazaya getdiyini demiş, bunun ardınca isə Ulvü ondan arvadı Əsmərin işlədiyi mağazada Əsmərlə cinsi əlaqədə olub-olmadığını soruşmuş, o da həmin vaxt Ulvünün şübhələnərək gəldiyini anlamış, lakin problem olmasın deyə Ulvüyə yalandan arvadının işlədiyi mağazaya getsə də onun arvadı ilə cinsi əlaqədə olmadığını demişdir. Həmin vaxt Ulvü onun arvadı ilə cinsi əlaqədə olmağını sübut edən fakt olduğunu demiş, o da Ulvüdən sübutun nə olduğunu soruşduqda Ulvü ona “birlikdə gedək sənə sübut edəcəm” demiş, o da Ulvü ilə razılaşmışdır. Sonra Ulvü ilə birlikdə özünə məxsus avtomobilə Ulvünün yaşadığı evin yaxınlığına gəlmiş, həmin yerdə avtomobili saxlamış və Ulvü avtomobildən düşüb bir qədər irəliyə doğru gedib ağacların olduğu yerdə nəyisə əli ilə axtardıqdan sonra gəlib ona məxsus avtomobildə əyləşmişdir. O da bundan sonra avtomobili işə salıb qardaşı Eldənizin yaşadığı ev istiqamətində idarə etmiş, qardaşı Eldənizin yaşadığı evə getməmişdən öncə isə maqnetafonu dəyişməsi üçün Elşad adlı tanışının evinə gedib onu səsləmiş, Elşad da gəlib ona məxsus avtomobildə arxa oturacaqda əyləşmişdir. Bundan sonra avtomobili qardaşı Eldənizin yaşadığı ev istiqamətində idarə etməyə başlamışdır. O, avtomobili qardaşı Eldənizin yaşadığı evin qarşısında saxlayıb Ulvü və Elşadla birlikdə avtomobildən düşmüşlər. Həmin vaxt Elşad avtomobilin yanında qalıb maqnetafonu çıxarmağa başlamış, bununla yanaşı isə qardaşı Elnurun “Mercedes” markalı avtomobilinin digər qardaşı Eldənizin yaşadığı evin önündə dayandığını gördüyü üçün Elnurun gəldiyini anlamış və buna görə də həmin vaxt orada dayanmış qardaşı Eldənizin oğlu Fəridə qardaşı Elnurun avtomobilinin açarını Elşad adlı tanışının maqnetafonların yerini dəyişə bilməsi üçün gətirməsini demişdir. Daha sonra Ulvü ilə birlikdə söhbət etmək üçün bir qədər irəliyə doğru gedib yol kənarında dayanmışlar. Həmin yerdə Ulvü cibindən telefon çıxarıb həmin telefonu arvadının işlədiyi mağazaya yerləşdirib səsini yazdığını demiş və cibindən çıxardığı telefonda arvadı Əsmərlə onun səs yazısı olduğunu və həmin səs yazısının da sübut olduğunu bildirmişdir. Ulvü telefonla birlikdə qulaqcığı da çıxarmış və bundan sonra qulaqcığı əlində olan telefona keçirb səs yazısına qulaq asmağı üçün ona vermişdir. O da hava küləkli olduğu üçün Ulvüyə avtomobilinə tərəf gedib avtomobilin içərsində səs yazısına qulaq asmağı təklif etmişdir. Ülvü isə qulaqcıqla səsləri eşitməyində problem olmayacağını deyib, hər iki ayağını dizdən büküb oturaqlı vəziyyətdə Ulvünün verdiyi telefona quraşdırdığı qulaqcığı hər iki qulağına taxıb səs yazısını dinləməyə başlamışdır. Saat 19:30 radələrində, o, səs yazısına qulaq asan zaman aydın bir səs eişitmədiyi üçün Ulvüyə bu barədə demiş, bunu dedikdən sonra anidən sol qolunun yuxarı hissəsində ağrı hiss etmiş, həmin vaxt Ulvünün onu vurduğunu anlamışdır. O, Ülvünün onu nə ilə vurmasını telefona baxdığı üçün görməmiş, buna görə də ayağa qalxmış və həmin vaxt isə Ülvü ilə yan-yana dayanmışlar. Həmin anda anidən sol qoltuq altı nahiyyəsində ağrı hiss etmişdir. O, Ülvüyə tərəf çevrilmiş və həmin vaxt Ulvünün sağ əlində bıçaq olmasını, həmçinin sol qolunun yuxarı hissəsindən aşağıya doğru qan axdığını görmüşdür. O, həmin vaxt Ülvünün sağ əlində saxladığı bıçaqla onun sol qolunun yuxarı hissəsinə və sol qoltuq altı nahiyyəsinə xəsarət yetirdiyini anlamış və bıçaq zərbələrinə görə halı pisləşdiyi üçün Ülvünün yanından ayrılıb qaçaraq avtomobilinə tərəf getmişdir. O, səs yazısını dinləməsi üçün Ülvünün ona verdiyi telefonu və qulaqcığı haraya qoyduğunu xatırlamamışdır. Ülvünün yanından qaçıb avtomobilinə tərəf gəldikdən sonra isə qardaşı Eldənizin yaşadığı evin önündə küçədə digər qardaşı Elnurla dayandığını görüb, əli ilə Elnura işarə verib yanına gəlməsini demişdir. Elnur onun yanına gəldikdə onun qolundan qan axdığını görüb, ona məxsus “Mercedes Benz E 220” markalı avtomobil ilə onu Goranboy rayon mərkəzi xəstəxanasına gətirmişdir. Yolda olarkən Elnur ondan nə baş verdiyini soruşduqda sonuncu ona sol qol və sol qoltuq altı nahiyyəsinə bıçaqla xəsarət yetirildiyini demişdir. Goranboy rayon mərkəzi xəstəxanasında olan zaman ona ilkin tibbi yardım olunmuş, sonra isə onu Gəcə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanaya aparmışlar və həmin xəstəxanda isə gecə əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirən zaman yanlarında və ya yaxınlıqda heç kimin olmamışdır. Hadisə zamanı əynində olan qara rəngli kurtkanın, çəhrayı rəngli koftanın, ağ rəngli maykanın və göy rəngli cins şalvarın məhv edilməsini istəyir. Ulvünün ona iki dəfə ardıcıl olaraq bıçaqla xəsarət yetirməsindən sonra yenidən Ulvünün bıçaqla zərbələr vurmaq imkanı olmuş, sadəcə olaraq Ulvü bunu etməmiş, Ulvünün onu öldürmək niyyəti olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2011-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından üç övladları dünyaya gəlmişdir. O, Zərərçəkmiş şəxs bir il olar ki, tanımışdır. Zərərçəkmiş şəxs əri Ulvünün dostu olmuş, eyni zamanda Ulvü ilə Elmirin dostluğu ailə dostluğuna da çevrilmişdir. Yəni Elmir arvadı ilə də bir neçə dəfə onun əri Ulvü ilə birlikdə yaşadığı ünvana gəlmiş, beləliklə də onun Elmir və arvadı ilə münasibəti yaranmışdır. 2020-ci ilin təxminən oktyabr ayında Elmir onun telefonuna zəng vurub ondan xoşu gəldiyini demiş, o da Elmirdən xoşu gəldiyi üçün bu barədə ona demişdir. Bundan sonra da hərdən-bir Elmirlə sevgi münasibətləri məzmununda telefonla danışmış, sonradan isə Elmirlə Goranboy şəhərində yerləşən bazar küçəsi adlanan yerdə kirayə əsasında işlətdiyi paltar mağazasında olan zaman mağazanın içərsində görüşüb cinsi əlaqədə olmuş, daha sonra isə sonuncu dəfə 05 iyun 2021-ci il tarixdə təxminən saat 15 radələrində kirayə əsasında işlətdiyi mağazada olan zaman Elmir onun yanına gəlmiş və onlar mağazanın içərsində cinsi əlaqədə olmuşlar. Həmin gün Elmir çıxıb getdikdən sonra təxminən saat 16 radələrində əri Ulvü mağazaya gəlmiş və onlar birlikdə mağazanı bağlamışlar. Sonra isə Ulvü onu evə yola salmış, o da yaşadığı evə gəlmişdir. O, evdə olan zaman əri onun istifadəsində olan ***-***-**-** mobil telefonuna ***-***-**-** nömrəli mobil telefonundan zəng vurub ondan Elmirin işlədiyi mağazaya gəlib-gəlməməsini soruşmuş, o da əri Ulvüyə Elmirin mağazaya gəldiyini demişdir. Həmin vaxt o, onun Elmirlə görüşməsindən ərinin şübhələndiyini anlamışdır. Bundan sonra Ulvü evə gəlmiş, ona bir söz deməmiş, bir az evdə olduqdan sonra isə çıxıb getmişdir. Ulvü getdikdən sonra isə dəfələrlə onun mobil telefonuna zəng vurmuş, lakin Ulvü onun zənglərinə cavab verməmiş, sadəcə olaraq bir müddət sonra Ulvü ona zəng edən zaman telefona cavab verib Elmiri bıçaqla vurub xəsarət yetirdiyini demişdir. Telefon danışığı zamanı Ulvü təslim olmaq üçün Goranboy rayon polis şöbəsinə getdiyini deyib telefonu söndürmüşdür. Bundan sonra o, Elmirin mobil telefonuna zəng vurmuş, həmin vaxt Elmir əri Ulvünün bıçaqla ona xəsarət yetirməsini və buna görə də xəstəxanda olduğunu bildirmişdir. O, Ulvünün harada və ya nə vaxt Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini bilməmiş, Ulvünün evin mətbəx otağından bıçaq götürməsindən heç bir məlumatı olmamış və ya bunun şahidi olmamış, əri Təqsirləndirilən şəxs təxminən 5-6 ay bundan əvvəl onun Elmirlə münasibəti olması ilə bağlı onunla söhbət etməmiş və ya Ulvüyə Elmirlə münasibəti olmaması barədə heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır, onunla həmişə münasibətləri normal olmuşdur. O, Təqsirləndirilən şəxs da tanımış, Təqsirləndirilən şəxs ilə qardaşı Zərərçəkmiş şəxs dost olmuşlar. 05 iyun 2021-ci il tarixdə axşam saat 18 radələrində o, “Mersedes Benz E 220” markalı avtomobili ilə Goranboy şəhəri, R.Əliyev küçəsində yaşayan qardaşı Eldənizin evinə gəlmişdir. O, qardaşı Eldənizin yaşadığı evə daxil olmuş, Eldənizlə görüşüb söhbət edərkən Eldənizin oğlu Fərid gəlib onun digər qardaşı Elmirin gəlib çöldə dayandığını və avtomobilinin maqnetafonunu dəyişmək istədiyini demişdir. Elmir bir müddət əvvəl öz avtomobilində olan maqnetafonla onun avtomobilində olan maqnetafonu dəyişmək istəmiş, o da buna razılıq vermiş, bu məqsədlə özünə məxsus avtomobilin açarlarını Elmirə vermək üçün qardaşı oğlu Fəridə vermişdir. Bir qədər sonra özü də çölə çıxmış, küçədə tanımadığı şəxsin qardaşı Elmirə məxsus avtomobilin sol ön oturacağı tərəfdə avtomobilin içərsində olan maqnetafonu çıxarmağa çalışdığını görmüşdür. Həmin vaxt qardaşı oğlu Fərid də qardaşı Elmirə məxsus avtomobildə sağ ön oturacaqda əyləşmiş, o da gəlib qardaşına məxsus avtomobildə arxa oturacaqda əyləşmişdir. Elmirin isə orada olmadığından onun mobil telefonuna zəng vurmuş, lakin Elmir onun zənginə cavab verməmişdir. Bu zaman o, Fəriddən Elmirin harada olmasını soruşmuş, Fərid isə Elmirin Ulvü adlı tanışı ilə söhbət etmək üçün bazar küçəsinə doğru getdiyini demişdir. Bir qədər sonra anidən qardaşı Elmirin sol qolundan qan axa-axa ona tərəf gəldiyini görmüşdür. O, Elmirdən nə baş verdiyini soruşmuş, Elmir isə ona “o məni vurdu” demişdir. O, Elmirdən onu kimin vurduğunu soruşduqda isə sonuncu ad deyə bilməmişdir. O, Elmirdən onu Ulvünün vurub-vurmamasını soruşduqda Elmir Ulvünün onu vurduğunu demişdir. O, Elmirin sol qolunun yuxarı hissəsindən və qolundan qan axdığını görüb Elmiri öz avtomobilində Goranboy rayon mərkəzi xəstəxanasına gətirmişdir. Elmirə Goranboy rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım olunduqdan sonra onu Gəncə şəhər Beynəlxalq xəstəxanasına aparmışlar. Orada Elmir müayinə olunmuş və daha sonra onu Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Orada isə Elmiri əməliyyat etmişlər. Qardaşı Elmir bir neçə gün həmin xəstəxanada müalicə olunduqdan sonra isə xəstəxanadan buraxılmışdır. O, Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə saat 19:30 radələrində qardaşı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini görməmiş, bu barədə qardaşı Elmir yaralı halda onun yanına gələn zaman məlumatlı olmuş, daha sonra isə qardaşı Elmirin özünə tam gəldikdən sonra Ulvünün bıçaqla ona xəsarət yetirməsini demiş, bundan başqa isə Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsinin səbəbini sonradan bilmişdir. Belə ki, qardaşı Elmirin Ulvünün arvadı Əsmər ilə qeyri-rəsmi münasibətə daxil olaraq görüşdüyünü və bu barədə Ulvünün bildikdən sonra isə qardaşı Elmirə bıçaqla xəsarət yetirdiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirlmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır, Təqsirləndirilən şəxs isə rayon sakini kimi tanımışdır. 05 iyun 2021-ci il tarixdə saat 13 radələrində o, işdən çıxıb Goranboy şəhəri, R.Əliyev küçəsində yerləşən evinə gəlmişdir. Həmin gün saat 17-18 radələrində qardaşı Elmir onun yaşadığı evə gəlmiş və onlar oturub çay içmişlər. Bir qədər sonra o, həyətdəki ağacları suvarmağa başlamış və bu səbəbdən də Elmirin evdə qalmasını və ya harasa getməsini bilməmişdir. Az sonra digər qardaşı Elnur da onun yaşadığı evə gəlmiş və ona Elmirin avtomobilində olan maqnitofon ilə öz avtomobillində olan maqnitofonu dəyişəcəyini bildirmişdir. Bundan sonra o, həyətdə yenidən ağacları suvarmağa davam etmişdir. Həmin gün saat 19 radələrində küçəyə çıxdığı zaman Elmirlə Ulvünün söhbət etdiklərini görmüş, Ulvünü evə çay içməyə dəvət etmiş, sonuncu istəmədiyi üçün təkrar yaşadığı evə daxil olmuşdur. Təxminən 30-40 dəqiqə sonra oğlu Fərid “əmimi vurdular” deyə qışqırmış, o da cəld küçəyə çıxıb Fəriddən nə baş verdiyini soruşmuş, sonuncu da ona əmisi Elmirin vurulduğunu demişdir. Bu zaman Ulvünün gəldiyini görüb ondan nə baş verdiyini soruşmuş, o da Elmirin vurulduğunu demişdir. Bundan sonra o, Goranboy rayon xəstəxanasına getmişdir. O, hadisənin necə baş verdiyini görməmişdir. Sonradan ona Ulvünün qısqanclıq zəmnində Elmiri bıçaqla vurduğu məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirlmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi olmuş, Təqsirləndirilən şəxs isə əmisi Elmirin dostu olmuşdur. 05 iyun 2021-ci il tarixdə saat 17-18 radələrində əmisi Elmir onlara gəlmiş, həmin vaxt o, evin həyətində oynamış, atası Eldəniz isə həyətdə olan ağacları suvarmışdır. Əmisi Elmir gəldikdən sonra o, küçəyə çıxmış və həmin vaxt kənardan Ulvünün gəldiyini görmüşdür. Ulvü onun yanına gəlib əmisi Elmiri çağırmağını demiş, o da əmisi Elmirə Ulvünün gəlib onu gözlədiyini demişdir. Əmisi Elmir də həyətə çıxmış, Ulvü ilə söhbət edə-edə küçə ilə piyada getmişlər. Bir az sonra digər əmisi Elnur öz “Mersedes” markalı avtomobili ilə gəlmiş, o da əmisi Elnurla görüşmüşdür. Elnur qardaşı Elmirin harada olmasını ondan soruşduqda o, Elmirin Ulvü ilə kənarda söhbət etdiyini demişdir. Bundan sonra əmisi Elnurla həyətə daxil olmuş, atası Eldəniz Elnurla salamlaşıb görüşmüş, sonra isə Elnurla evin içərsində əyləşib bir qədər söhbət etmişlər. Az sonra isə digər əmisi Elmir həyətə daxil olmuş, Elmir özünə məxsus avtomobilin açarını ondan istəmiş, o da açarları əmisi Elmirə vermişdir. O, küçədə olan zaman əmisi Elmir öz avtomobili ilə gəlmiş, həmin vaxt avtomobildən əmisi Elmirdən başqa Ulvü və tanımadığı bir nəfər şəxsin düşdüyünü görmüşdür. Elmir ona Elnurun avtomobilinin açarını gətirməsini, ustanın maqnetafonları dəyişəcəyini demiş, o da yaşadığı evə daxil olub Elnurdan avtomobilin açarlarını istəmiş, Elnur isə Elmirin nə iş gördüyünü soruşduqda ona Elmirin maqnetafonların yerini dəyişmək üçün usta gətirdiyini demiş və açarları Elnurdan götürüb evdən çölə çıxmışdır. Onun ardınca Elnur da evdən çölə çıxmış və gəlib Elmirə məxsus avtomobildə əyləşmişdir. Həmin vaxt tanımadığı şəxs Elmirə məxsus avtomobildə sol ön oturacaq tərəfdə dayanıb maqnetafonu çıxartmaq istəmişdir. Bu zaman Elnur Elmirin harada olmasını ondan soruşmuş, o da Elnura Elmirin dostu Ulvü ilə söhbət etdiyini demişdir. Bundan sonra Elnur Elmirin mobil telefonuna zəng vurmuş, lakin Elmir telefona cavab verməmişdir. Elnur ona Elmiri tapmasını demiş, o da Elmiri axtarmaq istərkən Elmirin qaça-qaça evə tərəf gəldiyini görmüşdür. Elmir ona yaxınlaşmağa az qalmış əynində olan qara rəngli gödəkcəni çıxarmış, bu zaman o, Elmirin sol qolundan qan axdığını görmüşdür. Elmir onun yanından qaça-qaça keçib Elnurun yanına getmiş, həmin vaxt Elnur Elmiri gördükdə “səni vurdularmı” demişdir. Bundan sonra Elnur və Elmir sonuncuya məxsus “Mersedes” markalı avtomobilə əyləşib, birlikdə getmişlər. Sonradan o, onların Goranboy rayon mərkəzi xəstəxasına getdiklərini anlamışdır. Bundan sonra o, tez yaşadığı evin həyətinə daxil olub atasına “əmimi vurdular” demiş, bu vaxt atası Eldəniz ondan hansı əmini vurdular soruşduqda isə atasına “əmim Elmiri vurdular” demişdir. Bu zaman atası ondan Elmirin harada olmasını soruşmuş, o isə “əmim Elmir digər əmim Elnurla birlikdə Goranboy rayon mərkəzi xəstəxanasına getdilər” demişdir. Bundan sonra atası Eldəniz küçəyə çıxmış, o da atasının ardınca çölə çıxmış və həmin vaxt Ulvünün küçə ilə gəldiyini görmüşlər. X11 nə olduğunu soruşduqda Ulvü “Elmiri vurublar” demiş, buna görə də atası tez evə daxil olub paltarlarını dəyişib xəstəxanaya getmişdir. Sonradan atası Ulvünün Elmirə bıçaqla xəsarət yetirdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qiyabi olaraq tanımışdır. Onun avtomobil maqnetafonlarını quraşdıra və ya dəyişdirə bildiyini Elmir bildiyindən sonuncu, 05 iyun 2021-ci il tarixdə təxminən saat 17 radələrində onun mobil telefonuna zəng vurub qardaşının avtomobilində olan maqnetafonla onun avtomobilində olan maqnetafonun yerini dəyişməsini demiş, o da Elmirə işdə olduğunu, işdən sonra gəlib həmin işi edə biləcəyini demişdir. Həmin gün saat 18 radələrində o, iş yerindən çıxıb yaşadığı evə getmiş, evə gəldikdən təxminən bir saat sonra yəni saat 19 radələrində Elmir onun mobil telefonuna zəng vurub harada olduğunu soruşmuş, o da Elmirə yaşadığı evdə olduğunu demişdir. Həmin vaxt Elmir maqnetafonu dəyişməyi üçün gəlib onu evdən götürəcəyini demiş, o da Elmirlə razılaşmışdır. Bir müddət sonra Elmir özünə məxsus “Mersedes Benz” markalı avtomobillə gəlmiş, həmin vaxt Elmirin yanında Təqsirləndirilən şəxs da olmuşdur. O, Elmirə məxsus avtomobildə əyləşmiş və bundan sonra da Elmir avtomobili idarə edərək Goranboy şəhəri, R.Əliyev küçəsində yaşayan qardaşı Eldənizin yaşadığı evin önündə saxlamışdır. Elmir ondan orada onun avtomobilində olan maqnetafonu yaxınlıqda dayanmış qardaşı Elnura məxsus avtomobildəki maqnetafonla dəyişməsini xahiş etmiş, o da bundan sonra Elmirə məxsus avtomobildə maqnetafonu yerindən çıxarmaq üçün işə başlamışdır. Həmin vaxt isə artıq Elmir və Ulvü avtomobildən yerə düşmüşlər. Onlar avtomobildən düşdükdən sonra Ulvü yol ilə getməyə başlamış, Elmir də Ulvünün ardınca getməyə başlamış, o da öz işini davam etdirmişdir. Az sonra bir uşaq onun yanına gəlmiş, lakin o, həmin uşağın kim olduğunu bilməmişdir. Elnur orada olan zaman həmin uşaqdan Elmirin harada olmasını soruşmuş, uşaq isə Elnura Elmirin yaxınlıqda olduğunu demişdir. Elnur da qardaşı Elmirə mobil telefonu ilə zəng vurmuş, lakin Elmir telefona cavab verməmişdir. Həmin vaxt o, Elmirin avtomobilində olan maqnetafonu yerindən çıxarmış, buna görə də Elnura məxsus avtomobilə tərəf gedib həmin avtomobilin içərsində olan maqnetafonu çıxarmaq istərkən Elmirin gəldiyini görmüşdür. Elmir yaxınlaşan zaman onun sol qolundan qan axdığını görmüş, həmin vaxt Elnur qardaşı Elmirdən nə baş verdiyini soruşduqda isə Elmir qardaşına onu xəstəxanaya aparmasını demiş, buna görə də Elnur da qardaşı Elmirin avtomobilinin sükanında əyləşib avtomobili idarə edərək çıxıb getmişdir. O da Elmirin sol qolundan qan axmasından narahat olub işini tamamlamdan Goranboy rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanasında olan zaman Təqsirləndirilən şəxs bıçaqla Elmirə xəsarət yetirdiyini eşitmişdir. Bundan sonra o, xəstəxanadan çıxıb yaşadığı evə gəlmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 iyun 2021-ci il tarixli könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə saat 19:30 radələrində Goranboy rayonu R.Əliyev küçəsində Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirdikdən sonra könüllü olaraq təslim olmaq məqsədi ilə Goranboy rayonu Polis Şöbəsinə gəlmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 iyun 2021-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 4(045)-42/2021 saylı qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 iyun 2021-ci il tarixdən hesbalanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 iyun 2021-ci il tarixli “baxış keçirilməsi və götürülmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bir ədəd bıçağı könüllü olaraq təqdim etdiyi üçün həmin 1 ədəd bıçaq Təqsirləndirilən şəxs götürülərək bu barədə tərəfimdən protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30 iyul 2021-ci il tarixli “maddi sübut qismində tanıma” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağının maddi sübut qismində tanınaraq Goranboy RPŞ-nin saxlancına verilməsi nəzərə alınmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 iyun 2021-ci il tarixdə maddi sübut qismində tanıma” barədə qərardan görünür ki, tibb bacısı X2 götürülmüş bir ədəd qara rəngli gödəkcənin, bir ədəd çəhrayı və kül rəngli qısa qol köynəyin və bir ədəd ağ rəngli maykanın maddi sübut qismində tanınaraq Goranboy RPŞnin saxlancına verilməsi nəzərə alınmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasından daxil olmuş 07.06.2021-ci il tarixli 472 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs 06.06.2021-ci il tarixdə xəstəxananın cərrahiyə şöbəsinə köks qəfəsinin sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yaralanması, sol ağciyərin aşağı payının və diafraqmanın yaralanması, hemotoraksı diaqnozu ilə daxil olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA birliyi X12 07.06.2021-ci il tarixli 14A nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan köks qəfəsinin sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yaralanması, sol ağciyərin aşağı payının və diafraqmanın yaralanması, hemotoraksı xəsarətləri həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon mərkəzi xəstəxanası X9 daxil olmuş 10.06.2021-ci il tarixli 1765 nömrəli məktubdan görünür ki, Nəcəfov X6 rayon mərkəzi xəstəxanasının poliklinikasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA birliyi X12 25.06.2021-ci il tarixli 314 nömrəli ekspert rəyinən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yaralanması nəticəsində, ağciyərin və diafraqmanın zədələnməsinə səbəb kəsilmiş-deşilmiş yaraları dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına Ağır zərər vurmaya, sol bazunun kəsilmiş-deşilmiş yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səsbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir.Həmin xəsarətlərin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni 05.06.2021-ci il tarixdə ekspertizaya təqdim edilmiş bıçaq ilə kənar şəxs tərəfindən vurulma zamanı əmələ gələ bilərdi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserindən daxil olmuş 17.06.2021-ci il tarixli 308 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyi X12 Kriminalistika şöbəsinin 28.07.2021-ci il tarixli 316/MTKŞ-2021 nömrəli rəyinən görünür ki, təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkcənin, qısaqol köynəyin və qolsuz maykanın hər birinin arxa səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə, gödəkcənin və qısaqol köynəyin hər birinin sol qolunun üzərində bir ədəd deşilmiş-kəsilmiş zədə vardır.Bu zədədlər iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus paltarlar (gödəkcə, qısaqol köynək və qolsuz kofta) üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən törənməsi, yaxud oxşar konstruksiyalı digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Təqdim olunmuş paltarlar üzərində olan deşilmiş-kəsilmiş zədələrlə, 25.06.2021-ci il tarixli 314 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs bədəni üzərində qeyd edilmiş xəsarətlər yerləşmələrinə və xarakterinə görə bir-biri ilə uyğunluq təşkil edir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyi X12 Biologiya şöbəsinin 28.07.2021-ci il tarixli 476/2021-MTBŞ nömrəli rəyinən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi A (İİ). Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, qısaqol köynək və uzunqol gödəkcə, bir ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olundu, bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” antigeni, qolsuz mayka üzərində həmçinin beta aqqlyutinini də alındı.Bu qan ləkələri A beta (İİ) qrup şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 iyun 2021ci il tarixdə “baxış keçirilməsi və götürülməsi aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs içərsində arvadı Şahid1 və Zərərçəkmiş şəxs məxsus səs yazıları olan özünə məxsus bir ədəd “Texet” markalı mobil telefonu könüllü olaraq təqdim etdiyi üçün həmin 1 ədəd mobiul telefon Təqsirləndirilən şəxs götürülərək bu barədə tərəfimdən protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21.06.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi Goranboy şəhəri Rəhman Əliyev küçəsinə tərəfimdən baxış keçirilərək hadisə yerinin şəkilləri çəkilib bu barədə tərəfimdən protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 28.06.2021-ci il tarixli “əşyanın tanlnmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bıçaq iş üzrə Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, tanınma istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs oxşar əlamətlərə görə təqdim edilmiş bıçaqların arasından Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 1 ədəd bıçağı tanıyaraq həmin bıçaqla Təqsirləndirilən şəxs ona xəsarət yetirməsini bildirmiş və bu barədə tərəfimdən müvafiq protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş 22.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Goranboy rayon İHB-nın Goranboy şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş 16.06.2021-ci il tarixli 1372 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Nəcəfov X6 şəhəri D.Qorqud küçəsi ev 26-da arvadı- Şahid1, qızı- X7 və oğlanları- X13 və X4 ilə birlikdə yaşayır və yaşadığı yerdən müsbət xarakterizə edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10.11.2012-ci il tarixli 776507 nömrəli nikah haqqında şəhadətnamənin kserosurətinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12.11.2012-ci il tarixdə Şahid1 ilə evlənmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08.10.2016-cı il tarixli 12800944 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən müəyyən edilmişdir ki, X7 28.12.2012-ci ildə dünyaya gəlmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08.10.2016-cı il tarixli 12800927 nömrəli şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən müəyyən edilmişdir ki, X4 12.12.2014-cü ildə dünyaya gəlmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08.10.2016-cı il tarixli 12800928 nömrəli şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən müəyyən edilmişdir ki, X5 12.12.2014-cü ildə dünyaya gəlmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs 21 iyun 2021-ci il tarixdə Goranboy RPŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirməsi ilə bağlı Təqsirləndirilən şəxsla barışdığını, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də şikayət etməyəcəyinə söz verdiyini bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsinin məzmunundan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət işinin baş verməsinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin arvadı ilə əxlaqsız hərəkətlər etməsinin səbəb olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin əxlaqsız hərəkətləri nəticəsində baş verdiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikasının CM-nə 59.1.10-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə, səmimi etirafı, əməlindən peşman olması, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində üç azyaşlı uşağının olması, yaşayış yerindən müsbət xarakterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10, 59.1.12, 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10, 59.1.12-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətləri nəticəsində törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində üç azyaşlı övladının olmasını və könüllü gəlib təqsirini boynuna alaraq əməlindən səmimi peşman olmasınını nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 05 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Goranboy RPŞ-nin saxlanılan maddi sübut tibb bacısı X2 götürülmüş bir ədəd qara rəngli gödəkcə, bir ədəd çəhrayı və kül rəngli qısa qol köynək və bir ədəd ağ rəngli mayka sahibləri tərəfindən qəbulundan imtina edildiyindən məhv edilməlidir. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CMnin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Goranboy RPŞ-nin saxlanılan maddi sübut olan bir ədəd qara rəngli gödəkcə, bir ədəd çəhrayı və kül rəngli qısa qol köynək və bir ədəd ağ rəngli mayka sahibləri tərəfindən qəbul etməkdən imtina edildiyindən məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 120 (yüz iyirmi) manat manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar