Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-296/2022 16.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X3 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X7 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1953-ci ildə Qazax rayonu İkinci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Qazax rayonu İkinci Şıxlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən külli miqdar hesab edilən təmiz çəkisi 8.325 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarında təmiz çəkisi 15.025 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 30 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Qazax şəhəri, H.Əliyev prospekti 177 ünvanında yerləşən şəhər bələdiyyə binasının qarşısında olarkən Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilərək həmin gün saat 19:20-dən 20:06-dək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan kəsiyi bükümündə 8.325 qram çəkidə narkotik vasitə olan heroin və sağ ayağında olan corabın boyun hissəsində 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə 15.025 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 2006ci ildə Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə məhkum olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilmiş, 2014-ci ildə azadlığa buraxılmışdır. 26 ildir ki, narkotik vasitə aludəçisidir və mütamadi olaraq narkotik vasitələrdən istifadə etmişdir. 2014-cü ildə xatırlamadığı dəqiq gün həbsdən çıxdıqdan sonra Bakı şəhəri Gənclik metrostansiyası yaxınlığında tanımadığı şəxsdən narkotik vasitə olan kakos kimi tanıdığı heroin və qara kimi tanıdığı tiryək narkotik vasitə alıb saxlamışdır. Həmin narkotik vasitələri gələcəkdə istifadə etmək məqsədi ilə gizlətmişdir. Hazırda üzərindən aşkar edilən narkotik vasitələr həmin vaxt gizlətdiyi narkotik vasitələr olmuşdur. 30 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Qazax şəhəri H.Əliyev prospekti ilə hərkətdə olmuşdur. Həmin prospektdə yerləşən şəhər bələdiyyəsi binasının qarşısına çatdıqda bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmiş, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirərək onu Qazax rayon polis şöbəsinə dəvət etmişlər. O, polislərə etiraz etməyərək birlikdə şöbəyə gəlmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polislər ona üzərində narkotik vasitə vardırsa, təqdim etməyini əks halda üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O, üzərinə şəxsi axtarış keçiriləcəyini bildiyi üçün məcbur qalıb əynində olan tünd göy rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ sellofan kəsiyi bükümündə narkotik vasitə olan heroini və sağ ayağındakı corabın boyun hissəsində sellofan bükümdə olan tiryəki təqdim etmişdir. Polislər həmin maddənin nə olması barədə sorğusual etdikdə o, həmin maddələrin heroin və tiryək olduğunu, səhvən 2006-cı ildə həbs olunmamışdan əvvəl tanımadığı şəxsdən alaraq şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin 2 ədəd sellofan bükümlərdə olan heroin və tiryək tərəzi vasitəsilə çəkilərək ağ rəngli zərfə qablaşdırılaraq götürülmüşdür. O, üzərindən aşkar olunmuş narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onları satmaq niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-cı ildən Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 30 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Qazax rayon İİ Şıxlı kənd sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Əməliyyat qrupunun yaradılması haqqında protokol tərtib olunmuş və o, əməliyyat qrupuna daxil olan digər əməkdaşlarla birlikdə, bu istiqamətdə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlanmışdır. Əməliyyat qrupuna o, polis əməkdaşları Şahid3, Şahid2 və Şahid4 daxil edilmişlər. Təqsirləndirilən şəxs Qazax şəhəri, H.Əliyev prospektində yerləşən şəhər bələdiyyə binasının qarşısı ilə hərəkətdə olarkən ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə və satmaqda şübhəli oluğunu və onlarla birlikdə polis şöbəsinə getməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və birlikdə polis şöbəsinə gəlmişlər. Daha sonra polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı və vidoçəkliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində narkotik vasitənin, eləcə də digər qanunla qadağan olunan hər hansı bir əşyanın olduğu halda onları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan kəsiyi bükümdə heroin narkotik vasitə və sağ ayağındakı corabın boyun hissəsindən tiryəkə oxşar narkotik vasitəsini çıxarıb təqdim etmişdir. Aşkar olunmuş kütlələr hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs gödəkçəsinin sağ cibindən aşkar edilmiş bükümdə olan heroin narkotik vasitə təxminən 10 qram, sağ ayağında olan corbanın başında olan tiryək narkotik vasitəsi isə təxminən 18 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitələr bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin nə olduğunu və onları haradan əldə etməsi barədə soruşduqda, həmin narkotik vasitələri 2006-cı ildə tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Qazax rayonu İİ Şıxlı kəndində yerləşən evinə vidoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, yaşadığı evdən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4 və məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Mustafa oğlu Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, ifadələrini özlərinə aid hissədə təsdiq etdilər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 30 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanılması, istehlakı və satışı ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 30 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən təmiz çəkisi 10.36 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroin və 18.35 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 31 yanvar 2022-ci il tarixli 16/129 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr” yazıları olan kağız paketdəki 1 ədəd şəffaf politilen kəsiyi bükümündə təmiz çəkisi 8.325 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd şəffaf politilen kəsiyi bükümündə təmiz çəkisi 15.025 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 06 may 2022-ci il tarixli 608 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 08 aprel 2022-ci il tarixli 195 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax rayon Psixiatriya Xəstəxanasının 06 aprel 2022-ci il tarixli, 550 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-ci il tarixdən Qazax Psixiatriya xəstəxanasında baş beyinin üzvi xəstəliyi diaqnozu ilə psixoloji və 2005-ci ildən isə narkomaniya diaqnozu ilə qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Qazax rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılmasına dair” qərarından görünür ki, Qazax RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 30 yanvar 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 06 may 2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda təmiz çəkisi 8.225 qram narkotik vasitə olan heroin və təmiz çəkisi 14.825 qram olan narkotik vasitə tiryək iş üzrə maddi sübut qismində tanınaraq saxlanılması üçün Qazax RPŞ-də məsul saxlanca verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti başçısının İkinci Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 mart 2022-ci il tarixli 11-21/292-293 nömrəli arayışlarından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X4 ilə birlikdə Qazax rayonu, İkinci Şıxlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 30 yanvar 2022-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldan və Qazax Rayon Məhkəməsinin 1 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 İdarəsinin tərəfindən verilmiş 12 aprel 2022-ci tarixli tələbnamədən və Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 23 noyabr 2006-cı il tarixli hökmün görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Qazax rayon Məhkəməsinin 23 noyabr 2006-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əasasən 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2014cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Onun bu məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitə hesab edilən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 50 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və narkotik vasitə olan tiryəkin ona məxsus olmasına baxmayaraq şəxsi istifadəsi üçün üzərində saxlamasına dair ifadələri, özünün həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, üzərinə “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, cinayət işinə əlavə edilmiş üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “CD” diskə baxış zamanı, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və həmin hissədə sübut növü kimi qəbul etmir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin külli miqdarda yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasına, üzərindən 2 müxtəlif növdə narkotik vasitə aşkar edilməsinə, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlamaqla daşıması qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkətinin protokollarını, maddi sübutlar, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollarını tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs 69 yaşının olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 30 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olaraq Qazax RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda təmiz çəkisi 8.225 qram narkotik vasitə olan heroin və təmiz çəkisi 14.825 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 32,40 manat (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 15 (on beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 90 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 30 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olaraq Qazax RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda təmiz çəkisi 8.225 qram narkotik vasitə olan heroin və təmiz çəkisi 14.825 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-296/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-296/2022
16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver