Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-297/2021 22.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri, Heydər Əliyev prospekti, ev 155, mənzil 16-da qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 30 aprel 2021-ci il tarixdə saat 17 radələrində Bərdə şəhəri Koroğlu küçəsinin ərazisindən keçən “Tərtər” çayı hövzəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun ünvanına nalayiq ifadələr işlətməsinə əsəbləşib əvvəlcədən yerdən taparaq şalvarının sağ cibində saxladığı kəsicideşici xassəyə malik dəmir parçası ilə Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsindən bir dəfə vuraraq ona döş qəfəsinin sol ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, hemopnevmotoraks və sonuncunu əli ilə bir neçə dəfə vuraraq ona döş qəfəsinin sağ yarısında arxa-bayır qoltuqaltı xətt üzrə piqmentasiya sahəsində sıyrıq izi yaraları ilə müşayiət edilən dərəcələrinə görə ümumilikdə törənmə anında həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Əli adlı şəxsin yanına gedərək Əlidən iş istəmişdir. Əli ona rayonlara tualet kağızı paylamaqda fəhlə işləməyi təklif etmişdir. O, Əli ilə razılaşıb Əlinin yanında işləməyə başlamışdır. Əlinin yanında işləyərkən o, Əlinin qonşusu İskəndər ilə tanış olmuş, İskəndər ilə dostluq etməyə başlamışdır. O, İskəndər ilə müxtəlif kafe və restoranlara getmişdir. Aralarında yaranan səmimiyətə görə o, İskəndərə, həmçinin İskəndər də ona borc pul vermişdir. 2021-ci ilin aprel ayının sonlarında o, İskəndərdən 5 manat borca pul almışdır. O, pulu bir günə qaytaracağına söz versədə, həmin günün səhəri Əlinin yanında iş olmadığından o, pul qazanıb borcunu qaytara bilməmişdir. 30 aprel 2021-ci il tarixdə saat 17 radələrində İskəndər ona zəng edərək 5 manat borcunu geri qaytarmağını tələb etmişdir. O, İskəndərə axşam saatlarına kimi 5 manat pul borcunu geri qaytaracağını söz vermişdir. Təminən 20 dəqiqə sonra İskəndər ona yenidən zəng edərək: “Yarım saata mənim pulumu çatdırmayanın anasını ... bacısını...”-sözlərini demişdir. Bu zaman o, Bərdə şəhəri Koroğlu küçəsinin yanından keçən Tərtər çayının hövzəsinə getmiş və İskəndərə zəng edərək onu olduğu yerə çağırmışdır. O, İskəndərin onu söyməsinə görə əsəbləşib sonuncudan qisas almaq fikrinə düşmüşdür. O, çayın sahilində yerdən kəsici-deşici xassəyə malik dəmir parçası taparaq götürüb, mübahisə zamanı həmin kəsici-deşici xassəyə malik dəmir parçası ilə özünü müdafiə etməsi üçün cibinə qoymuşdur. Təxminən 10 dəqiqə sonra İskəndər onun yanına gəlmişdir. O, İskəndərdən onu hansı səbəbdən söyməsini İskəndərin də ona borcu olduqda, onu söymədiyini demişdir. İskəndər ona: “Sən heç mənə söyədə bilməzsən ....”sözlərini demiş və onu sağ əli vurmaq istəmişdir. Bu zaman o, sağ cibindən kəsici-deşici xassəyə malik dəmir parçasını götürüb İskəndərin döş qəfəsindən bir zərbə vurmuşdur. İskəndər isə onu əliylə vurmaq istəmiş, sonra isə əli ilə boynundan tutaraq aşağı əymişdir. Lakin sonradan yorulub onu buraxmışdır. O, İskəndərin əynindəki paltarın qan olmasını görüb, qorxaraq oradan uzaqlaşmışdır. Bundan sonra o, kəsici-deşici xassəyə malik dəmir parçasını çaya ataraq oradan uzaqlaşmışdır. O, evə gedib əynini dəyişib Lənbəran kəndinə getmişdir. 01 may 2021-ci il tarixdə o, polisin onu axtarmasını öyrənib polis şöbəsinə gəlmişdir. Onun niyyəti Zərərçəkmiş şəxs onu söyməsinə görə yaranmış mübahisə zamanı onu əli vurmaq istədikdən sonra İskəndəri vurub xəsarət yetirmək olmuşdur. O, İskəndəri kəsici-deşici xassəyə malik dəmir parçası ilə bir dəfə vurduqdan sonra İskəndəri yenidən vurmaq imkanı olmuş, lakin o, İskəndəri vurmamışdır. Hazırda zərəçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır və məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 3 ildir ki, tanıyır. O, Fərid ilə Əlinin yanında fəhlə işləyərkən tanış olmuş, onun Fərid ilə dostluq münasibəti yaranmışdır. Bir müddət əvvəl Fərid ondan 15 manat pul almışdır. O, həmin pulu Fəridə bağışlamışdır. Lakin sonradan o, çayxanada və başqa xatırlamadığı şəxslərdən Fəridin onun barəsində: “İskəndər loxdu, pul alıram qaytarmıram, onu loxluyuram”- sözlərini deməsini eşitmişdir. Bu zaman Fəridin ona 5 manat borcunun olmasını xatırlamışdır. 30 aprel 2021-ci il tarixdə saat 17 radələrində o, Fəridə zəng edərək ona olan 5 manat pul borcunu geri qaytarmasını, həmçinin: “...yarım saata mənim pulumu çatdırmayanın anasını ... bacısını...”-sözlərini demişdir. Fərid ona işdən çıxdıqda zəng edərək görüşməyi demişdir. Təxminən 20 dəqiqə sonra Fərid ona zəng edərək Bərdə şəhəri Koroğlu küçəsi Tərtər çayı hövzəsinə çağırmışdır. O, həmin yerə çatdıqda Fəridi görüb sonuncuya yaxınlaşmışdır. Fərid ona hansı səbəbdən söyməsini, Fəridin də onu söyə biləcəyini demişdir. Bu zaman o, Fəridə onu heç söyədə bilməzsən deyib sağ əli ilə Fəridi itələmək istəmiş, Fərid isə onu döş qəfəsi hissəsindən vurmuşdur. O, isə Fəridi əliylə vurmuş, lakin dəyib-dəyməməsini bilməmişdir. Bundan sonra o, Fəridin boynundan tutub aşağı əymişdir. Lakin gözünün qaralmasını hiss edib Fəridi buraxmışdır. O, döş qəfəsindən qan axmasını görmüş və həmin vaxt Fəridin onu kəsici-deşici xassəyə malik əşya ilə vurmasını anlamışdır. Fərid onu qanlı görüb nə olmasını deyib, su gətirmək adı ilə oradan uzaqlaşmışdır. O, bir müddət çay hövzəsində uzanıb sonradan evə getmişdir. Evə çatdıqda o, əynini dəyişib qanlı paltarlarını evə atmış və anası onu Bərdə rayon mərkəzi xəstəxanasına aparmışdır. Hadisə 2-3 dəqiqə müddət ərzində baş vermişdir. Onunla Təqsirləndirilən şəxs arasında mübahisə baş verərkən orada heç kim olmamışdır. Təqsirləndirilən şəxs ona dəymiş olan ziyanı ödəmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. O, Təqsirləndirilən şəxs 3 ildir ki, tanıyır, Fərid İskəndərin dostudur. 30 aprel 2021-ci il tarixdə saat 18 radələrində o, evdə yatarkən arvadının səsini eşidib yuxudan oyanmışdır. Bu zaman arvadı Aləmzər ona İskəndərin Fərid ilə dalaşmasını, Fəridin İskəndəri vurmasını demişdir. O, İskəndərin əynində olan paltarların qan içində olmasını görmüşdür. İskəndər qanlı paltarlarını əynindən çıxartmışdır. Bundan sonra arvadı Aləmzər İskəndəri xəstəxanaya aparmışdır. Xəstəxanada İskəndərə ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun yanında gündəlik fəhlə işləmişlər. Onun İskəndər və Fərid ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Fərid və İskəndərin vəzifəsi gündəlik olaraq tualet kağızı paylamaq olmuşdur. 30 aprel 2021-ci il tarixdə o, İskəndərin anası X7 ilə dava-dalaş etməsini, bu zaman Fəridin əlində olan dəmir parçası ilə İskəndəri vurmasını öyrənmişdir. Bundan sonra o da xəstəxanaya yollanmışdır. O, sonradan Aləmzərdən eşitdiyinə görə, Fərid və İskəndər, Fəridin İskəndərə olan 5 manat borcuna görə dava-dalaş etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 may 2021-ci il tarixli “şübhəli şəxs Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanması” haqqında protokoldan və fotocədvəldən görünür ki, o, 30 aprel 2021-ci il tarixdə, saat 17 radələrində Bərdə şəhəri Koroğlu küçəsinin ərazisindən keçən “Tərtər” çayının hövzəsində 5 (beş) manat borcu qaytarmaması ilə əlaqədar tanışı Zərərçəkmiş şəxs ona söydüyü söyüşlərə görə yaranmış mübahisələrə aydınlıq gətirərkən, şəxsi münasibətlər zəminində mübahisə edərək əvəllcədən yerdən taparaq şalvarının sağ cibində saxladığı kəsici-deşici xassəyə malik dəmir parçası ilə sonuncunun döş qəfəsi nahiyəsindən bir dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sol ön səthinin daxilə keçən bir ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Bərdə şəhəri Koroğlu küçəsinin ərazisindən keçən “Tərtər” çayının hövzəsində X4 dəmir parçası ilə vurduğu yeri və sonradan dəmir parçasını atdığı yeri təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 iyul 2021ci il tarixli “Zərərçəkmiş şəxs ifadələrinin yerində yoxlanması” haqqında protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə, saat 17 radələrində Bərdə şəhəri Koroğlu küçəsinin ərazisindən keçən “Tərtər” çayının hövzəsində 5 (beş) manat borcu qaytarmaması ilə əlaqədar onun Təqsirləndirilən şəxs söydüyü söyüşlərə görə yaranmış mübahisələrə aydınlıq gətirərkən, şəxsi münasibətlər zəminində Təqsirləndirilən şəxs onunla mübahisə edərək əvəllcədən yerdən taparaq şalvarının sağ cibində saxladığı kəsici-deşici xassəyə malik dəmir parçası ilə onun döş qəfəsi nahiyəsindən bir dəfə qəsdən vuraraq ona döş qəfəsinin sol ön səthinin daxilə keçən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurma cinayət əməlini törətmişdir. İfadənin yerində yoxlanması zamanı Zərərçəkmiş şəxs 30 aprel 2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs onu dəmir parçası ilə vurduğu Bərdə rayonu Koroğlu küçəsindən keçən “Tərtər” çayının hövzəsini təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin 03.05.2021-ci il tarixli 355 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “MTE və PA” ETT Birliyinin Bərdə rayonlararası zona mərkəzinin 31.05.2021-ci il tarixli 404 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin sol ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, hemopnevmotoraks deşici-kəsici təsir göstərə bilən alət, ola bilsin bıçaq təsirindən, döş qəfəsindən sağ yarısında arxa-bayır qoltuqaltı xətt üzrə piqmentasiya sahəsi-sıyrıq izi isə küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 30.04.2021-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyi” X16n 21 iyun 2021-ci il tarixli 257-MTKŞ/2021 saylı rəyindən görünür ki: təqdim edilmiş maykanın ön səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə var. Bu zədə deşilmişkəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. İz törədən alət olmadığından, maykanın üzərində olan zədənin yetirildiyi alət haqqında konkret fikir söyləmək mümkün deyil. Qeyd olunan konstruktiv xüsusiyyətlərə malik bıçaqlar, digər alətlər və əşyalar deşici-kəsici alətlərə aiddirlər. Ekspert rəyində yara kanalının dərinliyi olmadığından, iztörədən alətin tiyəsinin uzunluğu barədə fikir söyləmək mümkün deyil, lakin zədənin morfoloji əlamətlərinə və ekspert rəyindəki məlumatlara əsasən, iztörədən alətin batma səviyyəsində tiyəsinin eni 1,3-1,4 sm ola bilər. Təqdim edilmiş maykanın üzərində olan deşilmiş-kəsilmiş zədə ilə, X3 bədəni üzərində olan deşilmiş-kəsilmiş xəsarət yerləşməsinə və xarakterinə görə üst-üstə düşürlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin 16 iyun 2021-ci il tarixli 306 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nın 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 01 may 2021-ci il tarixdə “hadisə yerinə baxış” protokolundan və fotocədvəldən görünür ki, 30 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əl və dəmir parçası ilə vuraraq sonuncunun sağlamlığına ağır zərər yetirdiyi məkan Bərdə şəhəri, Koroğlu küçəsinin ərazisindən keçən “Tərtər” çayının hövzəsidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 may 2021-ci il tarixli “götürmə” protokolu və fotocədvəldən görünür ki, X2 təqdim etdiyi Təqsirləndirilən şəxs dəmir parçası ilə Zərərçəkmiş şəxs vurarkən sonuncunun əynində olan mayka götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə: “30 aprel 2021-ci il tarixdə saat 17 radələrində mən sənə zəng edərək mənə olan 5 manat borcunu geri qaytarmamasına görə səni söydüm. Bundan sonra həmin gün Bərdə şəhəri Koroğlu küçəsində Tərtər çayının hövzəsində mənə olan borcunu qaytarmadığına görə mənimlə söyüşlə danışdığına görə səni əlimlə itələdim, sən isə dəmir parçası ilə məni vurdum”- demişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs üzünə qarşı: “Mən sənin dediklərin ilə qismən razılaşıram. Sən mənə zəng edərək sənə olan borcumu qaytarmadığıma görə anama və bacıma söydün. Həmin gün səninlə Tərtər çayının hövzəsində görüşdükdə mənə söyə bilməzsən deyib, əlimlə vurmaq istədin. Mən bu zaman səni yerdən tapdığım dəmir parçısı ilə vurdum.”-sözlərini demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 may 2021-ci il tarixli 138-6654-1120 nömrəli “əməliyyat tapşırığına” cavabda göstərilmişdir ki, 30 aprel 2021-ci il tarixdə saat 17 radələrində Bərdə şəhəri Koroğlu küçəsinin ərazisindən keçən “Tərtər” çayının hövzəsində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş verən dava-dalaşda Zərərçəkmiş şəxs xəsarət yetirilmiş dəmir parçasını və hadisəni görmüş şəxslərin dairəsini müəyyən etmək müəyyən olmamışdır. Bundan əlavə hadisə zamanı ictimai qayda pozulmamış və cəmiyyətə qarşı açıqca hötmətsizlik edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Zərərçəkmiş şəxs ilə təqsirləndirirlən şəxs Təqsirləndirilən şəxs üzləşdirilmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə: “30 aprel 2021-ci il tarixdə saat 17 radələrində mən sənə zəng edərək mənə olan 5 manat borcunu geri qaytarmamasına görə səni söydüm. Bundan sonra həmin gün Bərdə şəhəri Koroğlu küçəsində Tərtər çayının hövzəsində mənə olan borcunu qaytarmadığına görə mənimlə söyüşlə danışdığına görə səni əlimlə itələdim, sən isə dəmir parçası ilə məni vurdum”- demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 28 iyul 2021-ci il tarixli qərarla 02 may 2021-ci il tarixli “götürmə” protokolundan görünür ki, X2 təqdim etdiyi Təqsirləndirilən şəxs dəmir parçası ilə Zərərçəkmiş şəxs bıçaqla vurarkən sonuncunun əynində olmuş mayka cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məhkəmə həllinədək saxlanması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14 iyun 2021-ci il tarixli “Azercell MMC”-dən daxil olmuş içərisində mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lərin, “WhatsApp” yazışmaları və danışıqları barədə məlumatları olan “DVD” diskə baxışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrəyə Zərərçəkmiş şəxs istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrədən 30 aprel 2021-ci il tarixdə saat 15:27-dən saat 16:53-dək olan müddət ərzində daxil olmuş zənglər görünür.Bundan başqa, Zərərçəkmiş şəxs istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrəyə Təqsirləndirilən şəxs istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrədən 30 aprel 2021-ci il tarixdə saat 18:16-dan saat 18:19-dək olan müddət ərzində daxil olmuş zənglər görünür. Beləliklə, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri, 30 aprel 2021-ci il tarixdə mübahisədən əvvəl aralarında baş tutmuş telefon danışıqları öz təsdiqini tapmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 06 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasnını CM-nin 126.1-ci maddəsi ilə 02 il şərti sınaq müddəti ilə, 02 il 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 25.12.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tibbi Ərazi Bölmələrinin İdarətmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs rəhu əsəb və narkoloji kabnetlərində qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 01 may 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon məhkəməsinin 03 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 may 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizəsinin məzmunundan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 aprel 2021-ci il tarixdə saat 17 radələrində Bərdə şəhəri, Koroğlu küçəsinin ərazisindən keçən “Tərtər” çayı hövzəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun ünvanına nalayiq ifadələr işlətməsinə əsəbləşib əvvəlcədən yerdən taparaq şalvarının sağ cibində saxladığı kəsici-deşici xassəyə malik dəmir parçası ilə Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsindən bir dəfə vuraraq ona döş qəfəsinin sol ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, hemopnevmotoraks və sonuncunu əli ilə bir neçə dəfə vuraraq ona döş qəfəsinin sağ yarısında arxa-bayır qoltuqaltı xətt üzrə piqmentasiya sahəsində sıyrıq izi yaraları ilə müşayiət edilən dərəcələrinə görə ümumilikdə törənmə anında həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Yuxarıda qeyd olunan hüquqi əsaslara görə məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət cəzası daşımaldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1–ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3–cü maddəsinə müvafıq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması həmin Məcəllənin 59.1.13-cü maddəsinə, səmimi etirafı, əməlindən peşman olması, isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 06 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır cinayətlər məhkəməsinin 05.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə 02 il şərti sınaq müddəti ilə, 02 il 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 25.12.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış və qanunla müəyyən olunmuş qaydada məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün müddət keçdiyindən, onun əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə çatmağı mükün sayır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 01 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Bərdə rayon Polis Şöbəsində saxlanılan maddi sübut 28 iyul 2021-ci il tarixli qərarla 02 may 2021-ci il tarixli götürmə protokolu ilə götürülmüş X2 təqdim etdiyi Təqsirləndirilən şəxs dəmir parçası ilə Zərərçəkmiş şəxs bıçaqla vurarkən sonuncunun əynində olmuş mayka sahibləri tərəfindən imtina edildiyindən məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 31.50 (otuz bir manat əlli qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Bərdə rayon Polis Şöbəsində saxlanılan maddi sübut 28 iyul 2021-ci il tarixli qərarla 02 may 2021-ci il tarixli götürmə protokolu ilə götürülmüş X2 təqdim etdiyi Təqsirləndirilən şəxs dəmir parçası ilə Zərərçəkmiş şəxs bıçaqla vurarkən sonuncunun əynində olmuş mayka məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 31.50 (otuz bir manat əlli qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X8 həyata keçirdiyindən 120 (yüz iyirmi) manat manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-297/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-297/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver