Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-297/2025 22.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1987-ci il tarixdə Xanlar rayonu, Toğana kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, ev 249-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 1,502 qram, 1,407 qram, 1,236 qram,1,350 qram, 1,989 qram, 0,873 qram və 1,615 qram olmaqla, ümumi təmiz çəkisi 9,972 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib 1 (bir) ədəd açıq-yaşıl rəngli polietilen kəsiyi bükümün içərisindəki 7 (yeddi) ədəd qara rəngli polietilen kəsiyi bükümlərdə əynində olan qara rəngli cins şalvarının sağ ön cibində daşıyaraq saxlamış, 25 may 2024-cü il tarixdə saat 00:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ ön cibindən 1 (bir) ədəd açıq-yaşıl rəngli polietilen kəsiyi bükümünün içərisindəki 7 (yeddi) ədəd qara rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,502 qram, 1,407 qram, 1,236 qram,1,350 qram, 1,989 qram, 0,873 qram və 1,615 qram olmaqla, ümumi təmiz çəkisi 9,972 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasına getmək istəmiş, lakin ona ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilmişdir. Bununla bağlı o, Daxili İşlər Nazirliyinə və Gəncə şəhəri polis şöbələrinə şikayətlər etmişdir. xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Gəncə şəhərində olan çayxanada əyləşən zaman iki nəfər oraya daxil olub adını soruşmuş, o, adının Tural olduğunu dedikdə sonuncular onu çölə dəvət etmişlər. Çölə çıxdıqda başqa iki nəfərin də olduğunu görmüşdür. Bu vaxt onu qolunu burub və mobil telefonunu götürüb avtomobilə salmışlar. O, həmin şəxslərdən nə üçün belə etdiklərini soruşub hara deyirlərsə gedəcəyini bildirmişdir. Bu vaxt dostu da çölə çıxmış və nə baş verdiyini, onu haraya apardıqlarını soruşmuşdur. Onu tutan şəxslər dostuna rəisin tapşırığı olduğu üçün onu Gəncə şəhər BPİ-yə apardıqlarını demişlər. Yol boyu o, polislərdən onu nə üçün apardıqlarını soruşmuşdur. Avtomobillə gedən zaman qardaşı telefonuna 3-4 dəfə zəng etmiş, lakin mobil telefonu polis əməkdaşlarında olduğu üçün zəngi aça bilməmişdir. Polislərdən qardaşının zənginə cavab verməyinə imkan vermələrini xahiş etsə də, mobil telefonunu səssizə alaraq danışmamağını demişlər. Avtomobildə arxa oturacaqda hər iki tərəfində polis əməkdaşı oturmuşdur. Digər polis əməkdaşları isə qabaq sağ və sürücü oturacağında əyləşmişdir. Gəncə şəhər BPİ-yə gətirildikdən sonra onu ikinci mərtəbəyə qaldıraraq sağa döndükdə soldan birinci otağa salmışlar. Həmin otaqda 10 nəfərədək polis əməkdaşı olmuş və onlardan yalnız Ramin adlı şəxs əyləşmişdir. Digərləri Ramin adlı şəxsə “rəis” deyə müraciət etmişlər. Otağa daxil olan kimi Ramin müəllim ondan kim olduğunu soruşmuş, o, adını dedikdən sonra isə sonuncu ona “sən getməlisən” söyləmişdir. Ramin müəllimdən səbəbini soruşduqda sonuncu “az danış, getməlisən, ya xoşluqla, ya da ki zorla” demişdir. O, baş verənlərin qarşısında donub qaldığı üçün heç nə deyə bilməmişdir. Bundan sonra Ramin müəllim onu digər otağa aparmalarını, lakin döyməmələrini, özünün də gələcəyini demişdir. Onu digər otağa keçirdikdən sonra Yusif adlı polis əməkdaşı otaqdan çıxmışdır. Otaqda onun üzərindəkiləri stolun üzərinə yığmışlar. Həmin vaxt üzərində alışqan, evinin açarı, avtomobilinin açarı və köhnə rus pulu olmuşdur. Araz adlı hündürboy polis əməkdaşı ona siqaret vermiş və su istəyibistəmədiyini soruşmuş, o isə istəmədiyini demişdir. Araz onunla normal rəftar etmiş və ona artıq şeylərin edilməsini istəmədiyini, burada ondan da böyük adamların dözmədiyini, onlara yaxşı şeylərin edilmədiyini, onun narkotik vasitə istifadə etmədiyini bildiklərini və heç bir sübutun olmadığını demişdir. O isə Araza əvvəllər marixuana istifadə etdiyini, lakin heç vaxt heroin istifadə etmədiyini demişdir. Araz ona narkoloji müayinədən heç nə aşkar edilməyəcəyini və məhkəmədən azad ediləcəyini bildirmişdir. O da bütün bunlara görə özünə işgəncə verdirməmişdir. Araz ona video çəkiliş zamanı narkotik vasitəni tapdığını deməyini və buna görə adam tutmadıqlarını bildirmişdir. O sonuncu ilə razı olduqdan sonra başqa otağa aparılmış və müdafiəçi dəvət edilmişdir. Otaqda olarkən təhqiqatçı üzərində narkotik vasitə olub-olmamasını soruşduqda əvvəlcə həmin narkotik vasitənin ona məxsus olmadığını demiş, lakin müdafiəçi və təhqiqatçının buna heç bir reaksiya vermədiklərini gördükdən sonra video çəkiliş zamanı narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdir. Həmin narkotik vasitə sellofanın içərisində olmuş, lakin növünün nə olduğunu bilməmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. O, Gəncə şəhəri, Poçt qəsəbəsindəki “Tural” şadlıq sarayının arxa tərəfindəki çay evində dostları Azər və Fuadla çay içib domino oynayan zaman 4 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşları həmin yerin kamera görüntülərini silmişlər. Ona fiziki təzyiq göstərilməmiş, heç bir xəsarəti də olmamış, lakin psixi təzyiq olaraq ondan böyük adamların burada dözmədiyini, belə şeyləri görməyini istəmədiklərini deməklə, həmçinin döyməklə hədələmişlər. Onun polislə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Polis tərəfindən nə üçün tutulduğunu və üzərinə narkotik vasitə qoyulduğunu bilməmişdir. O, ümumiyyətlə narkotik vasitə satılmasına qarşı olmuş, Gəncə şəhəri, Gülüstan qəsəbəsində bunun satışı ilə məşğul olan şəxsləri eşidən zaman sonuncularla belə iş görməmələri barədə söhbət etmişdir. O, narkotik vasitələrin alqı-satqısına mane olduğu üçün və bu məsələ ilə bağlı etdikləri kimlərinsə xoşuna gəlmədiyi üçün saxlanıldığını düşünmüşdür. Şəxsi axtarış zamanı müdafiəçisi ondan heç nə soruşmamış, söhbət belə etməmişdir. MSY-yə yerləşdirildikdən sonra orada saxlanılanlardan biri onu nələrin gözlədiyi barədə demişdir. Həmin vaxtadək onun narkotik vasitəyə görə hansı cəzanın gözlədiyindən məlumatı olmamışdır. Bundan sonra o, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə prokurorluğa və digər qurumlara şikayətlər etməyə başlamış, müstəntiq yanına gələndə də sənədləri imzalamayacağını, yeni vəkil istədiyini demişdir. Buna görə MSY-də olarkən 4 nəfər polis əməkdaşı yanına gəlib onu yenidən şöbəyə apararaq dünən dediklərini edəcəkləri ilə hədələmiş və müstəntiq hansı sənədə desə imzalamağını, əks halda onun üçün heç də yaxşı olmayacağını demişlər. O isə etiraz edərək qəbul etməyəcəyini, artıq onu nəyin gözlədiyini bildiyini demişdir. MSY-də olarkən əvvəlki müdafiəçi ilə müstəntiq yanına gəlmişdir. O, həmin vaxt sənədlərə imza etməyəcəyini və yeni müdafiəçi istədiyini demişdir. Bundan sonra həmin müdafiəçi müstəntiqə ondan imtina etdiyini demiş, lakin müstəntiq işi uzatmamaqlarını, indi imzalamağını, sonra yeni müdafiəçinin gəlməsini demişdir. O, razılaşmamış və yeni müdafiəçini tələb etmişdir. Buna görə də həmin vaxt əvvəlki müdafiəçi ilə müstəntiq arasında mübahisə olmuşdur. Bütün bunlar barədə sanksiya üçün çıxarıldığı məhkəmə iclasında da demişdir. Şikayətlər etsə də ölkədən çıxışına məhdudiyyət qoyulmasının səbəbini bilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin izahatında özünü qismən təqsirli bilməklə göstərmişdir ki, o, əvvəllər narkotik vasitə olan heroindən istifadə etmişdir. xx.xx.2024-сü il tarixdə saat 00:30 radələrində Gəncə şəhəri, Abbas Səhhət küçəsində olarkən mülki geyimdə olan iki nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onu Gəncə şəhər BPİ-yə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-yə getmişdir. Polis idarəsinin inzibati binasında müdafiəçi ilə təmin olunduqdan sonra otaqların birində üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hərhansı bir əşya, predmet, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. O da polis əməkdaşlarına əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd sellofan bükülünün içərisində bükülüləri təqdim etmişdir. Həmin narkotik vasitə olan heroinlər müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 10.90 qram olmuşdur. Şifahi sorğu-sual zamanı o, həmin kütlələrin heroin olduğunu, özünə məxsus olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il səhər saatlarında Gəncə şəhəri, Ə.Əliyev parkında gəzərkən yerdən tapdığını, həmin bükülüdən başqa yerdə saxlamadığını və kiməsə satmadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi izahatı elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, psixi təzyiq altında oluduğu üçün elan edilmiş məzmunda izahat vermişdir. Polis əməkdaşları onu döyməmiş, sadəcə psixoloji təzyiq göstərmişlər. Şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş mobil telefon sonradan ailə üzvlərinə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yerini müəyyən edib saxlamışlar və Gəncə şəhər BPİ-yə gətirmişlər. Şöbədə müdafiəçi və təhqiqatçının iştirakı ilə video çəkiliş əsasında şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat məlumatı Gəncə şəhər BPİ-nin CAİ-yə daxil olmuş və bununla bağlı sənədləşməni o aparmışdır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının məzmunu sonuncunun narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə olmuşdur. Xatırladığı qədəri ilə əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması qeyd olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılmasında yalnız o və Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmişdir. Çoxlu sayda əməliyyat tədbirlərində iştirak etdiyi üçün şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin növünü və çəkisini hazırda xatırlamamış, lakin aşkar edilmiş narkotik vasitə bir neçə bükümdə olmuşdur. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki yaxud psixoloji təzyiq göstərilməmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncu Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən çay evinin qarşısında dayanmış və tək olmuşdur. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını deyərək sonuncuya narkotik vasitələrin dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-yə dəvət etdikdə sonuncu heç bir etiraz etmədən onlarla gəlmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitədən başqa nə aşkar edildiyini xatırlamamış, sonuncunun avtomobilinə baxış keçirilməmiş, o, avtomobil görməmişdir. Təqsirləndirilən şəxs əvvəlcə ya o, ya da ki digər əməkdaş Şahid2 yaxınlaşmışdır. Təqsirləndirilən şəxs polis idarəsinə aparan zaman kimin avtomobili idarə etməyini və kimin sonuncunun yanında əyləşdiyini xatırlamamışdır. Hadisənin üzərindən xeyli vaxt keçdiyindən saxlanılan zaman Təqsirləndirilən şəxs yanında kiminsə olubolmamasını xatırlamamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin CAİ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və o da həmin qrupa daxil edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş və sonuncu Gəncə şəhəri, Poçt qəsəbəsində saxlanılaraq Gəncə şəhər BPİ-yə gətirilmişdir. İdarədə müdafiəçi ilə təmin edildikdən sonra Təqsirləndirilən şəxs üzərində video çəkiliş əsasında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olan hər hansı bir əşyanın olub-olmaması soruşulduqda sonuncu üzərindəki narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, hadisənin üzərindən xeyli müddət keçdiyindən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin növünü və çəkisini xatırlamamış, lakin narkotik vasitə bir neçə bükümdə olmuşdur. Təqsirləndirilən şəxs saxlanılmasında yalnız o və Şahid1 iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və Şahid1 Turala nədə şübhəli olduğunu bildirmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmişdir. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki yaxud psixoloji təzyiq göstərilməmişdir. Şifahi sorğu-sual zamanı xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni tapdığını demişdir. Təqsirləndirilən şəxs yaxınlaşdıqları zaman sonuncunun dayanmış vəziyyətdə yaxud hərəkətdə olmasını, həmçinin aşkar edilmiş narkotik vasitənin bir yaxud bir neçə bükümdə olmasını xatırlamamışdır. Onlar çay evinin kamera görüntülərini sildirməmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman idarənin xidməti avtomobili ilə gəlmişlər, lakin həmin avtomobilin qeydiyyat nişanını xatırlamamışdır. Təqsirləndirilən şəxs hər hansı digər əsasla deyil məhz barəsində narkotik vasitə ilə bağlı olan əməliyyat məlumatı əsasında saxlanılmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə kiçik toy məclisindən çıxdıqdan sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayıb Gülüstan qəsəbəsində görüşmüşdür. Həmin ərazidə işıqlar keçdiyindən onlar çay içmək üçün Gəncə şəhəri, Poçt qəsəbəsindəki “Tural” şadlıq evinin yaxınlığında olan “Kəlbəcər” adlı çay evinə getmişlər. Orada çay içib domino oynayan zaman iki nəfər şəxs onların əyləşdiyi masaya yaxınlaşıb salamlaşmışdır. Həmin şəxslərdən biri Turalın adını soruşub sonuncunu çölə dəvət etmişdir. Tural onlara etiraz etməyib çölə çıxmışdır. Bundan sonra çay evində işləyən oğlan onlara yaxınlaşıb Turalı çölə dəvət edən şəxslərin polis əməkdaşları olduqlarını və Turalı tutduqlarını demişdir. O da Turalın arxası ilə çölə çıxmışdır. İfadəsinin davamı olaraq Aqşin Rəhimov bildirmişdir ki, onlar çay evinin içərisində oturub domino oynayarkən polis əməkdaşları yaxınlaşıb Turalı çölə dəvət etmişlər, həmin vaxtı onlar 7-8 nəfər olmuşdur. O, Turalın dostu olduğu üçün saxlanılan zaman sonuncunun üzərində narkotik vasitə olmuş olsa idi bu barədə məlumatı olardı. Turalın narkotik vasitə yaxud psixotrop maddə istifadə etməsinin şahidi olmamışdır. Turalın arxasınca Fuad da çölə çıxmış, o, çölə çıxan zaman isə Fuad Turalı çölə dəvət edən şəxslərdən kim olduqlarını soruşmuşdur. Həmin vaxt Turalı artıq avtomobilə əyləşdirmişdilər. Tural çölə çıxdıqdan sonra onların əyləşdiyi yerdən sonuncunun olduğu yer görünməmişdir. Turalı çölə dəvət edən şəxs sonuncunu tanışı kimi çağırmış, buna görə həmin vaxt onlar Turalın arxası ilə çölə çıxmamışlar. Ancaq çay evində işləyən oğlan Turalı tutan şəxslərin polis əməkdaşları olduğunu dedikdən sonra onlar çölə çıxmışlar. Təqsirləndirilən şəxs çölə çıxdıqdan sonra səs-küy olmamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən çay evində əyləşib domino oynayanda iki nəfər tanımadığı şəxs yanlarına gəlmişdir. Onlardan biri Turala müraciət edərək kim olmasını dəqiqləşdirmişdir. Bundan sonra həmin şəxslərdən biri Turalı 1 dəqiqəlik çölə çıxmağa dəvət etmişdir. Tural da onlarla razılaşıb çölə çıxmışdır. Təxminən 1 dəqiqə sonra o da sonuncuların arxasınca çölə çıxmışdır. Çölə çıxdıqda bir nəfər şəxsin avtomobilin sükanı arxasında digər üç nəfər şəxsin isə avtomobilin yanında olduqlarını görmüşdür. Həmin şəxslərdən kim olduqlarını soruşduqda polis əməkdaşları olduqlarını demişlər. Onlardan Təqsirləndirilən şəxs haraya apardıqlarını soruşduqda cavabında Gəncə şəhər BPİ-yə apardıqlarını demişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs valideynlərinə zəng edib sonuncunun polis tərəfindən saxlanıldığını demişdir. İfadəsinin davamı olaraq Fuad Cəfərov bildirmişdir ki, onlar Gülüstan qəsəbəsindən Poçt qəsəbəsinə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə getmişlər. O, Turaldan təxminən 1 dəqiqə sonra çölə çıxmış, həmin vaxt ümumilikdə 4 nəfər polis əməkdaşı görmüşdür. Təqsirləndirilən şəxsla uzun müddət dost olmağına baxmayaraq, sonuncunun narkotik vasitə istifadə etməsinin, yaxud kiməsə verməsinin şahidi olmamışdır. Tural ümumiyyətlə narkotik vasitələrin satışına qarşı olmuşdur. O, Təqsirləndirilən şəxs nə səbəbə tutulduğunu bilməmişdir. O, çölə çıxanda artıq Turalı avtomobilə əyləşdirmişdilər. Həmin avtomobilin qapısı və aynaları bağlı olmuş, lakin o, Turalın avtomobilin içərisində olduğunu bilmişdir. Polislər Turalı qara rəngli “Nissan” markalı avtomobil ilə aparmışlar. Çay evindən Turalın arxasınca çıxdıqdan sonra sonuncu ilə heç bir danışığı olmamış, polis əməkdaşları Turalı aparan zaman gecə saat 12-1 olmuşdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/605 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs..” sözlər və imzalar olan kağız paketdəki 1 ədəd açıq-yaşıl rəngli polietilen kəsiyi bükümün içərisindəki 7 (yeddi) ədəd qara rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,502 qram, 1,407 qram, 1,236 qram, 1,350 qram, 1,989 qram, 0,873 qram və 1,615 qram olmaqla, ümumi təmiz çəkisi 9,972 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 1 ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. Qeyd: heroinin təmiz çəkisi - 9,972 qr., tədqiqata cəmi sərf edildi - 0,35 qr. (hər obyektdən - 0,05 qr.), qalıq - 9,622 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1413 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli, 763 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edidlməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 00:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 00:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli şalvarının sağ ön cibindən bir ədəd yaşıl rəngli şəffaf sellofan bükümü təqdim edərək həmin bükümün içərisində ayrı-ayrılıqda yeddi ədəd sellofan bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisinə baxıldıqda yeddi ədəd bükümlər aşkar edilmişdir. Həmin bükümlər açıldıqda hər birinin içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr olduğu müəyyən edilmişdir. Bundan sonra hər bir büküm ayrılıqda elektron tərəzidə çəkilmiş, müvafiq olaraq sellofanla birlikdə 1,02 qram, 1,67 qram, 1,31 qram, 1,43 qram, 2,08 qram, 1,46 qram və 1,89 qram olmaqla, ümumilikdə 10,86 qram olması müəyyən edilmişdir. Daha sonra şəxsi axtarış davam etdirilərək Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung A04” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər və bir ədəd mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümləri xx.xx.2024-cü il tarixdə səhər saatlarında Gəncə şəhəri, Ə.Əliyev adına istirahət parkında gəzərkən yerdən tapdığını, maraq kəsb etdiyi üçün götürərək üzərində gəzdirdiyini, həmin kütlələrdən heç kimə satmadığını və başqa yerdə saxlamadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Samsung A04” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə Şahid1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 saxlanılarkən və polis şöbəsinə gətirilərkən şübhəli şəxsə qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini, həmçinin ifadəsində göstərdiyi digər xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə Şahid2 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 saxlanılarkən və polis şöbəsinə gətirilərkən şübhəli şəxsə qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini, həmçinin ifadəsində göstərdiyi digər xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin CAİ-nin rəisi Ramin Mehdixanovun tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması və satması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin CAİ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, külli miqdarda narkotik vasitə əldə edərək saxlamasında, satmasında və üzərində gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin CAİ-nin rəisi Ramin Mehdixanovun tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib daşıyaraq saxlamasında və satmasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Gəncə şəhəri, Abbas Səhhət küçəsində saxlanılaraq Gəncə şəhər BPİ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan heroini satış məqsədilə və özünün istifadəsi üçün əldə edib saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin külli miqdarda satışı ilə məşğul olması barədə əməliyyat məlumatı əldə olunsa da, onun narkotik vasitələri satdığı şəxslərin dairəsini və narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Gəncə şəhəri, Abbas Səhhət küçəsində “Poçt” qəsəbəsi ərazisində saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2011ci il tarixdə cəriməni tam ödəmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər rayonlararası narkoloji dispanserində qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X2 tərəfindən 1287-C-24 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2024-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qalması, hədəqorxu gəlinməsi, üzərinə narkotik vasitə qoyulması barədə sonuncunun atası X3 müraciəti əsasında xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞİH başçısının 2 nömrəli sahə İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 249 ünvanında qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,622 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk maddi sübut kimi tanınaraq iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində narkotik vasitələrin alqı-satqısına mane olduğu üçün saxlanıldığını, ona qarşı psixi təzyiq göstərildiyi, döyülməklə hədələndiyi, həmçinin ləyaqətini alçaldacaq hərəkətlərə məruz qalmaması üçün məcbur olub polis əməkdaşları tərəfindən ona verilmiş narkotik vasitəni üzərinə götürdüyünü və videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olmasını etiraf etdiyini, eləcə də ilkin sənədlərə imza etdiyini göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 və X8 ifadələrində polislərin Təqsirləndirilən şəxs çayxanada oturan zaman çölə dəvət edərək saxladıqlarını, həmin vaxtı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını göstərmişlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs, eləcə də şahidlər X4 və X8 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi ilkin izahatı, şahidlərin ifadələri, eyni zamanda şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı narkotik vasitələrin alqısatqısına mane olduğu üçün saxlanıldığını göstərməsinə baxmayaraq, iş materiallarında olan Gəncə şəhər BPİ-nin CAİ-nin rəisi Ramin Mehdixanovun tərtib etdiyi tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportda və digər ilkin sənədlərdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib daşıyaraq saxlamasında və satmasında şübhəli bilindiyi üçün saxlanılaraq Gəncə şəhər BPİ-yə gətirilməsi qeyd olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi ilkin izahatında şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 07 ədəd bükümdə olan narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Gəncə şəhəri, Ə.Əliyev adına istirahət parkında gəzərkən yerdən tapdığını, maraq kəsb etdiyi üçün götürərək üzərində gəzdirdiyini, həmin kütlələrdən heç kimə satmadığını və başqa yerdə saxlamadığını göstərmişdir. Qeyd edilən izahat Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçisinin iştirakı ilə alınmış və izahatın sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq izahatını oxuduğunu, əlavəsinin olmadığını, doğruluğunu da imzası ilə təsdiq etdiyini göstərmişdir. Sözügedən izahatda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onun üzərinə narkotik vasitə heroin qoyulmasını, eləcə də ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsini göstərməmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahatı imzaları ilə təsdiq etmişlər. O cümlədən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zamanı sonuncunun təqdim etdiyi bir ədəd açıq-yaşıl rəngli sellofan bükümdən içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr olan ayrı-ayrılıqda yeddi ədəd bükümlər aşkar edilmişdir. Qeyd edilən bükümlər çəkildikdə ümumi çəkisinin 10,86 qram təşkil etməsi müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümləri xx.xx.2024-cü il tarixdə səhər saatlarında Gəncə şəhəri, Ə.Əliyev adına istirahət parkında gəzərkən yerdən tapdığını, maraq kəsb etdiyi üçün götürərək üzərində gəzdirdiyini, həmin kütlələrdən heç kimə satmadığını və başqa yerdə saxlamadığını bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda müdafiəçisinin suallarına qəti olaraq cavab verib hazırda narkotik vasitələrdən istifadə etmədiyini, lakin əvvəllər bir neçə dəfə istifadə etdiyini, üzərindən aşkar edilmiş bükümləri maraqlı gəldiyi üçün yerdən götürdüyünü, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini göstərmişdir. Habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunu döymədiyini, hədələmədiyini və üzərinə narkotik vasitə qoymadığını, şəxsi axtarış zamanı aşkar olunan narkotik vasitələrin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu, həmin maddələri yerdən tapdığını və marağı kəsb etdiyi üçün götürərək üzərində saxladığını etiraf etdiyini göstərmişlər. Hətta iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. Eləcə də iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviriəsaslandırıcı hissəsindən görünür ki, həkim-məsləhət komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs heç vaxtı narkotik vasitələrdən istifadə etmədiyini, aşkar edilən narkotik vasitəni tapdığını göstərmişdir. Həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə hallarının olması öz təsdiqini tapmışdır. Halbuki Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində heç vaxtı narkotik vasitələrdən istifadə etmədiyini göstərmişdir. Bundan başqa, elə ibtidai istintaqın ikinci günündən etibarən sonunadək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə istintaqında olduğu kimi eyni müdafiəçi, yəni Müdafiəçi tərəfindən müqavilə əsasında həyata keçirilməsinə baxmayaraq, ibtidai istintaq materiallarında nə Təqsirləndirilən şəxs, nə də ki müqavilə əsasında müdafiəçisinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Bununla yanaşı, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qalması, hədə-qorxu gəlinməsi və üzərinə narkotik vasitə qoyulması barədə sonuncunun atası X3 müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Cinayıt-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsinə baxmayaraq, nə Təqsirləndirilən şəxs, nə də ki müqavilə əsasında müdafiəçisi Müdafiəçi cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yaxud məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş bir neçə bükümdə olan narkotik vasitə heroini polis əməkdaşlarının onun üzərinə qoyduqlarını, eləcə də ona qarşı psixi zorakılığa yol verildiyini göstərsə də iş materiallarında, xüsusilə onun ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, o cümlədən barəsində tərtib olunmuş tibbi sənədlərdə, habelə şahidlərin ifadələrində Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına qəti olaraq cavab verib üzərindən aşkar edilmiş bükümləri maraqlı gəldiyi üçün yerdən götürdüyünü, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılığa da yol verilmədiyini göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı hər hansı mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı məhkəmə istintaqında olduğu kimi müqavilə əsasında eyni müdafiəçi, yəni Müdafiəçi iştirakı ilə verdiyi bütün ifadələrində, həmçinin məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda ibtidai istintaqın ikinci günündən etibarən sonunadək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə istintaqında olduğu kimi eyni müdafiəçi, yəni Müdafiəçi tərəfindən müqavilə əsasında həyata keçirilməsinə baxmayaraq, ibtidai istintaq materiallarında nə Təqsirləndirilən şəxs, nə də ki müqavilə əsasında müdafiəçisinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Bundan başqa, Təqsirləndirilən şəxs atasının müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarın qəbul edilməsinə baxmayaraq, həmin qərardan nə təqsirləndirilən şəxsin, nə də ki müqavilə əsasında müdafiəçisi Müdafiəçi nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatını iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ilkin izahatı ittihamın həllində əsas götürülməlidir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, şahidlər X4 və X1 Məmmədovun yaxın tanışları olduğu üçün həmin şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələri qeyri-səmimidir, həqiqəti əks etdirmir, eləcə də təqsirləndirilən şəxsin lehinə olmaqla və onun cinayət məsuliyyətdən yayınmasına xidmət etməklə işin faktiki hallarına uyğun gəlmir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan narkotik vasitə heroinin ümumi təmiz çəkisi 9,972 qram olmaqla külli miqdar təşkil edir. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi təmiz çəkisinin külli miqdar təşkil etməsi, yəni xeyli miqdarın yuxarı həddindən 5 dəfədən çox olması, heroinin çəkilib 7 ədəd bağlamaya yığılması, hər bir bağlamada olan heroinin xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni olması, habelə üzərindən narkotik vasitə heroinin aşkar edilməsinə baxmayaraq, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əzab çəkməməsi faktları sonuncunun mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitə heroini ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 25 may 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində pulsuz hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,622 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1413 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 25 may 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,622 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-297/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-297/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver