Məhkəmə qərarları › İş №1(100)-298/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-298/2021

29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-298/2021 29.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X3 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçilər – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Bərdə şəhərində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan – barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri xx xxxx 1984-cü il tarixdə Bərdə şəhərində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan – barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2,481 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş təmiz çəkisi 0,298 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş İ nömrəli əlavə siyahısına daxil edilmiş, ümumi təmiz çəkisi 2 qram olmaqla 40 (qırx) ədəd zavod üsulu ilə hazırlanmış güclü təsir edən maddə hesab edilən dərman preparatı olan tramadolu satış məqsədi ilə qanunsuz əldə edərək üzərində və avtomobilində saxlayaraq daşımış, 15 aprel 2021-ci il tarixdə saat 20:00 radələrində Bərdə şəhəri Heydər Əliyev prospektində 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,328 qram, 0,348 qram, ümumi təmiz çəkisi 0,676 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 50 manat pul vədi ilə tanışı Təqsirləndirilən şəxs2 satmış, həmin gün saat 20:20 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni sol ayağında olan corabın içərisindən satış məqsədi ilə saxladığı təmiz çəkisi 0,298 qram olan 01 (bir) ədəd şəffaf sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamında həmin gün saat 21:30 radələrində polis şöbəsinin inzibati binasında sonuncuya məxsus “Mercedes Benz C240” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobildən satış məqsədi ilə saxladığı 5 (beş) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,355 qram, 0,348 qram, 0,373 qram, 0,368 qram, 0,361 qram, ümumi təmiz çəkisi 1,805 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 02 (iki) ədəd tamlığı pozulmamış konvalyutda 20 (iyirmi) ədəd kapsul olmaqla, ümumi sayı 40 (qırx) ədəd olmaqla, ümumi təmiz çəkisi 2 qram olan zavod üsulu ilə hazırlanmış güclü təsir edən maddə hesab edilən dərman preparatı tramadol aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan 15 aprel 2021-ci il tarixdə saat 20:00 radələrində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,328 qram, 0,348 qram, ümumi təmiz çəkisi 0,676 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 50 manat pul vədi əvəzində Təqsirləndirilən şəxs1 alaraq qanunsuz əldə edib üzərində saxlamış, 15 aprel 2021-ci il tarixdə saat təxminən 20:40 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində müəyyən edilərək polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan saxladığı 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,328 qram, 0,348 qram, ümumi təmiz çəkisi 0,676 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 234.4.3 və 240.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü ildən o, ankoloji xəstə kimi qeydiyyatdadır. Həmin vaxtdan ağrıları olduğu üçün ağrı kəsici dərman da istifadə etmişdir. Bir ildən çoxdur o, metamfetamindən, 6 aydan çoxdur ki isə heroindən istifadə edir. 04 aprel 2021-ci il tarixdə Bakı şəhərində Milli Onkologiya mərkəzinin yanında olan zaman o, bükülü tapmışdır. Bükülünü açan zaman içərisində “şüşə” dediyi metamfetamin və heroin olmasını görmüşdür. Həmin metamfetamin və heroindən özü istifadə etmişdir. Onun Rauf adlı tanışı var, Rauf təxminən 10 il olar ki tanıyır. 14 aprel 2021-ci il Rauf istifadəsində olan 050 224 52 04 mobil nömrəsinə zəng vuraraq, onunla hal əhval tutandan sonra onunla görüşmək istədiyini bildirmişdir. O, da Raufa ağrıdığını və evə gedəcəyini onunla görüşə bilməyəcəyini demişdir. 15 aprel 2021-ci il tarixdə Rauf yenidən ona məxsus olan mobil nömrəyə zəng vuraraq, ona: “səninlə görüşmək istəyirəm, ağrıyıram, sən də o dərman var tramadol, ondan mənə verərdin”-sözlərini demişdir. O, da Raufa: “mən də həmin dərmandan iki ədəd qalıb onu götürəndə sənə verərəm”-sözlərini demişdir. O, Raufla 15 aprel 2021-ci il tarixdə saat 20 radələrində Bərdə şəhəri Heydər Əliyev prospektində işıqforun yanında görüşmüşdür. Rauf ona məxsus olan “Mercedes Benz C240” markalı ** SP *** dövlət nömrə nişanlı avtomobilə əyləşmişdir. Raufla söhbət zaman Rauf ondan “şüşə” dediyi metemfetamin olub-olmamasını soruşmuşdur. O, Raufa metamfetamin olmasını, onun metamfetamini istifadə etməsini demişdir. Rauf isə ona metamfetamindən verməsini, istifadə etmişdir. O, da Raufdan həmin “şüşəni” nə vaxtdan çəkməsini soruşanda Rauf ona Rusiya federasiyasında olandan həmin metamfetamindən istifadə etməsini demişdir.O, Raufa heç bir pul söhbəti olmadan iki bükümdə metamfetamin vermişdir. Raufla onun arasında avtomobilə görə borc söhbəti olmuşdur. Həmin borcu Raufa nə vaxt qataracağını soruşmuşdur. Rauf isə ona pulunun olmadığını həmin borcu qaytaracağını demişdir. Bundan sonra Rauf acıq edərək, onun avtomobilindən düşmüşdür. Bundan sonra o, Heydər Əliyev prospektindən Üzeyir Hacıbəyov küçəsinə dönmüşdür. Orada olan aptekin qarşısında avtomobili saxlamışdır. Bu zaman mülki geyimdə olan adamlar onu saxlamışlar. Ona polis əməkdaşı olmalarını demişlər. Həmin şəxslər onu Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. Onu polis şöbəsinə gətirəndən sonra ona müdafiəçi təyin edilmişdir. Həmin müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video çəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zamanı ona üzərində olan əşyaları könüllü şəkildə təqdim etməyi deyilmişdir. O, sol ayağına geydiyi corabın içərisində olan bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra cibində olan pulu və avtomobilinin açarını polis əməkdaşlarına vermişdir. Bundan sonra həmin bükülünü açan zaman siqaret kağızının içərisində tünd qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, kütlənin çəkisi 0,051 qram olmuşdur. Həmin kütlə mənim iştirakı ilə qabşaldırılaraq üzərinə möhür vurulmuşdur. Bu barədə protokol tərtib edilmişdir. Həmin protokolu imzaları ilə təsdiq etmişlər. Bundan sonra onun razılığı ilə ona məxsus olan “Mercedes Benz C 240” markalı ** SP *** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Həmin baxış da videoçəkilişlə aparılmış, bu barədə onun etirazı olub-olmadığı soruşulmuşdur. O, da heç bir etirazının olmadığını demişdir. Bundan sonra avtomobilə baxış zamanı avtomobilin saxlanc yerindən siqaret qutusunun içərisindən 5 ədəd bükülü aşkar edilmiş, həmin bükülü ayrı-ayrı şəffaf sellofana bükülmüşdür. Həmin sellafon bükümdə olan bükülüləri açanda içərisində metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra avtomobilin arxa yük yerində olan çantanın içərisindən 40 ədəd kapsulda olan üzərinə “Tramadol 50mq” yazılmış həblər aşkar edilmişdir. Baqajın sol tərəfində isə bir ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan sonra avtomobildə başqa heç bir əşya aşkar edilməmişdir. Ona məxsus olan avtomobildən çıxan predmet sənədləşdirilərək, qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmişdir, o, da həmin protokola imza etmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və avtomobilimdən aşkar edilmiş psixatrop maddə olan metamfetamini özü istifadə üçün saxlamışdır. Ona məxsus avtomobilindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini bükülü şəklində tapdığı üçün həmin şəkildə də avtomobildə saxlamışdır. Onun Mənsur adlı yaxın dostu var, Mənsur özünə məxsus olan elektron tərəzisini Bakı şəhərində düzətdirmək üçün ona vermişdir. O, Raufa iki bükümdə olan metemfetamini heç bir pul müqabilində verməmişdir. Ona məxsus olan avtomobildən 40 ədəd kapsulda olan üzərinə “Tramadol 50mq” həbləri onkoloji xəstə olduğum üçün özü istifadə etməyə görə əldə etmişdir. O, narkotik vasitələrin və psixotrop, güclü təsir edən maddələrin alqısatqısı ilə məşğul deyildir. Avtomobildən aşkar edilən tərəzini ona Mənsur adlı dostu vermişdir. Mənsur hal-hazırda Moskva şəhərindədir, Mənsurun dəqiq yerini bilmir. Həmin həbləri o, resept əsasında almışdır. Onun istifadəsində olan mobil nömrə 050 224 52 04 olmuşdur. Məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 6-7 il əvvəl narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs1 uzun müddətdir tanımaqdadır. Son vaxtlar Ramalda “şüşə” adlandırılan psixotrop maddə - metamfetamin olduğunu bilmiş və “şüşə”dən istifadə etmək qərarına gəlmişdir. Buna görə də 15 aprel 2021-ci il tarixdə saat 19 radələrində istifadəsində olan 051 366 22 06 mobil nömrə vasitəsilə Ramala zəng edib görüş təyin edərək, həmin gün saat 20 radələrində Bərdə şəhəri Heydər Əliyev prospektində görüşmüşdür. Ramal idarə etdiyi “Mercedes” markalı avtomobil ilə həmin yerə gəldikdən sonra o, avtomobilin sağ qabaq oturacağına əyləşmiş və Ramala “şüşə” almaq istədiyini demişdir. Bu zaman Ramal ona 50 manat müqabilində 2 büküm “şüşə” vermişdir. O, 50 manat pulu Ramala verəcəyini bildirsə də, həmin pulu Ramala verməmişdir. Məhz bu səbəbdən aralarında mübahisə yaranmışdır. Bundan sonra avtomobildə mübahisə edə-edə həmin prospektə yerləşən “Tayfun” marketin yanına kimi getmişlər. Daha sonra o, həmin avtomobildən düşmüşdür. O, piyada şəkildə “Saray” dairəsi adlanan istiqamətdə piyada gəlmişdir. Bu zaman o, Ramala məxsus olan 050 224 52 04 mobil nömrəsinə zəng vuraraq, harada olmasını və söhbətlərinin davamı üçün Türkmən kəndində olan meşə tərəfə gəlməyini demişdir. O, özü də tanımadığı taksiyə əyləşərək Üzeyir Hacıbəyov küçəsinə getmişdir. Saat 20:20 radələrində Ramal onun xəbəri olmadan onu izləmiş, ona məxsus olan mobil nömrəyə zəng vuraraq, avtomobildən düşməyini demişdir. O, taksidən düşmüş, Ramala məxsus olan avtomobilə minən zaman mülki geyimdə olan şəxslər onu saxlamışlar. O, həmin şəxsləri Ramalın çağırmasını fikirləşib əsəbləşmişdir. Lakin sonradan mülki geyimdə olan şəxslər özlərinin polis əməkdaşı olmasını demişlər. Onu və Ramalı polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə könüllü surətdə polis şöbəsinə getmişlər. Polis şöbəsinə çatdıqdan sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyimə görə ona videoçəkilişdən istifadə edilməklə üzərinə axtarış aparılacağı izah olunmuşdur. Axtarış aparılmasında iştirak etmək üçün müdafiəçi dəvət edilmiş və bundan sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan öncə ona hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarışın videoçəkilişdən istifadə edilməklə aparılacağına dair hər hansı etirazının olub-olmadığı soruşulduqda, heç bir etirazının olmadığını söyləmişdir. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə, üzərində hər-hansı qanunsuz əşya və ya predmet olub-olmadığı soruşulduqda, o, Ramaldan alıb əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı 2 ədəd sellofana bükülmüş vəziyyətdə olan bükümü təqdim etmişdir. Həmin bükümlər iştirakçıların yanında elektron tərəzidə çəkilməklə 0,77 qram ümumi çəkiyə malik olmaları müəyyənləşdirilmişdir. Polis əməkdaşları ondan həmin bükümün içərisində nə olduğunu soruşan zaman içərisində “şüşə” adlandırılan narkotik vasitə olduğunu və Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Daha sonra götürülmüş həmin bükümlər zərfə qoyularaq üzəri möhürlənmiş və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri onun özü və şəxsi axtarış aparılmasında iştirak edən digər şəxslər tərəfindən imzalandıqdan sonra protokol tərtib edilərək ucadan oxunmuşdur, O, da digər iştirakçılar ilə birlikdə protokolu imzalamışdır. O, ilk dəfə Ramaldan psixatrop maddə olan metamfetamin almışdır. O, Ramaldan psixatrop maddə olan metamfetamini özü istifadə etmək üçün almışdır. O, Ramaldan psixatrop maddə olan metamfetamin almış, başqa Ramaldan heç bir vasitə istəməmişdor. Onun istifadəsində olan mobil nömrə 051 366 22 06 mobil nömrəsidir. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul deyildir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 Vaqif oğlu ifadəsində göstərmişdir ki, 2007-ci il tarixdən DİO-da xidmət edir, hazırki vəzifəsində isə 2011-ci ildən xidmət edir. 15 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələri qanunsuz saxlamaqla istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra 15 aprel 2021-ci il tarixdə saat 20:40 radələrində Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərinə onun, Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhiqaqatçısı X5, Bərdə RPŞ-nin PPXB-nın polis nəfəri Şahid4 və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamamı Təqsirləndirilən şəxs2 üzərindən, yəni əynində olan boz rəngli şalvarın sağ yan cibindən iki ədəd sellofana bükülmüş içərisində metamfetaminə bənzər kütlə aşkar edildi. Həmin kütlələr elektron tərəzidə çəkildə və ümumi çəkisinin 0,77 qram olması müəyyən edildi. Bundan sonra bükümlər qablaşdırılaraq götürüldü. Şifahi sorğu zaman Təqsirləndirilən şəxs2 bükümlərdə “şüşə” adlı maddə olmasını, həmin 02 bükümlərdə olan “şüşə” adlı maddəni Ramal adlı şəxsdən 50 vədi əvəzində almasını, üzərində istifadə etmək üçün saxlamasını bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Məmmədov X7 Rəşad Vaqif oğlu ilə eyni məzmunlu ifadə verərək, Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən DİO-da xidmət edir, hazırki vəzifəsində isə 2020-ci ildən xidmət edir. 15 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrin istifadə edərək üzərində və idarə etdiyi “Mercedes Benz C240” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobil saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra həmin gün saat 20:20 radələrində Təqsirləndirilən şəxs1 Bərdə şəhəri Heydər Əliyev prospektində tərəflərindən saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına idarə etdiyi “Mercedes Benz C240” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərinə onun, Bərdə RPŞ-nin Təhqiqat bölməsinin sabiq baş təhqiqatçısı X9, Bərdə rayon polis şöbəsinin İTB-nin sahə nəfəri Şahid2 və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 sol ayağında olan corabın içərisindən bir bükümdə ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz C240” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilə polis şöbəsinin inzibati binasında onun, Bərdə RPŞ-nin Təhqiqat bölməsinin sabiq baş təhqiqatçısı X9, Bərdə rayon polis şöbəsinin İTB-nin sahə nəfəri Şahid2 və müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonunda beş ədəd bükümdə ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Həmçinin avtomobilin yük hissəsində olan çamadanda iki ədəd qutuda ümumi sayı 40 ədəd olan üzərində “Tramadol 50mq” yazısı olan dərman preparatları və avtomobilin yük hissəsində elektron tərəzi aşkar edilmişdir. Həmin 05 ədəd büküm və dərman preparatları qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Əmrahov X14 Azər Xurşud oğlu ilə eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.04.2021-ci il tarixli “cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə verilməsi barədə” qərardan görünür ki, həmin cinayət işi 16 aprel 2021-ci il tarixdə Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X10 tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış və aidiyyəti üzrə Bərdə RPŞ-nin İstintaq Bölməsinə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.04.2021-ci il tarixli “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15.04.2021-ci il tarixdə saat 20:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.04.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və istintaq hərəkətinin videogörüntüləri olan DVD diskdən görünür ki, 15 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 könüllü olaraq sol ayağında olan corabının içərisindən bir ədəd bükümdə ilk baxışda natkorik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.04.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və istintaq hərəkətinin videogörüntüləri olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 iştirakı ilə “Mercedes Benz” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salonunda olan saxlanc yerində 05 ədəd bükümlərdə ilk baxışdan metamfetaminə bənzər kütlərə aşkar edilmişdir. Həmçinin avtomobilin yük hissəsində 40 ədəd güclü təsir edən maddə olan tramadol kapsuları və elektron tərəzi aşkar edilmişdir. Hər bir aşkar edilən kütlə aşkar edildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 16 aprel 2021-ci il tarixli 16/348 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş heroinə bənzər kütlə....” sözləri və imzalar olan zərfdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə olan 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,298 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heorin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”`in 1-ci siyahısının İ bəndinə daxildir. Təqdim təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş metamfetaminə bənzər kütlələr......” sözləri və imzalar zərfdəki, 5 (beş) ədəd şəffaf sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,355 qram, 0,348 qram, 0,373 qram, 0,368 qram, 0,361 qram, ümumi təmiz çəkisi 1,805 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilərək götürülmüş kapsullar” sözləri və imzalar olan zərfdəki, üzərlərində “Трамадол капсулы 50 мг” əmtəə yazısı olan 2 (iki) ədəd qutuda, hər qutuda 2 (iki) ədəd tamlığı pozulmamış konvalyutda 20 (iyirmi) ədəd kapsul olmaqla, ümumi sayı 40 (qırx) ədəd olan ağ-göy rənngli kapsulalar Tramadol tərkibli dərman preparatıdır. Трамадол капсулы 50 мг” əmtəə yazısı olan 2 (iki) ədəd qutuda, ümumi sayı 4 (dörd) ədəd konvalyutlar zavod üsulu ilə hazırlanmışdır. Tramadol “Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təstiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarından” siyahısına (əlavə 1) daxildir. Təqdim olunmuş ümumi 40 (qırx) ədəd olan tramadol kapsullarının təsir maddəsinin ümumi miqdarı 2 qram təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.04.2021-ci il tarixli “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15.04.2021-ci il tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.04.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və istintaq hərəkətinin videogörüntüləri olan DVD diskdən görünür ki, 15 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 könüllü olaraq əynində olan şalvarın sağ yan cibindən iki ədəd bükümdə ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 iki ədəd bükümdə ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlələr Ramal adlı şəxsdən almasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 16 aprel 2021-ci il tarixli 16/349 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs2...” sözləri və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,328 qram, 0,348 qram, ümumi təmiz çəkisi 0,676 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.04.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.04.2021-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.04.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.04.2021-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon X13 Hüquqi Şəxsi tərəfindən verilmiş 19.04.2021-ci il tarixli 2/418 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 18.12.2017-ci il tarixdən Bərdə RMX-nın onkoloji kabinetində “ Düz bağırsağın orta-yuxarı hissəsinin xərçəngi diaqnozu ilə qeydiyyatdadır. 27.02.2018-ci il tarixdən İİ qrup əlillik təyin olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 ikinci (İİ) qrup əlilldir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə rayon MTİS tərəfindən verilmiş 21.04.2021-ci il tarixli 195 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanda yaşayır və arvadı 1986-cı il təvəllüdlü X11, qızı 2011-ci il təvəllüdlü X16, oğlu 2013-cü il təvəllüdlü X17, atası 1956-cı il təvəllüdlü X21 və anası 1968-ci il təvəllüdlü X1 ibarət ailə üzvləri vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə rayon MTİS tərəfindən verilmiş xasiyyətnamədədn görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Bərdə rayon Mərkəzi Xəstəxanası”-nın 28 aprel 2021-ci il tarixli 422 nömrəli arayışından görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Bərdə rayon Mərkəzi Xəstəxanası”-nın 28 aprel 2021-ci il tarixli 423 nömrəli arayışından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Bərdə rayon Mərkəzi Xəstəxanası”-nın 28 aprel 2021-ci il tarixli 433 nömrəli arayışından görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Bərdə rayon Mərkəzi Xəstəxanası”-nın 28 aprel 2021-ci il tarixli 434 nömrəli arayışından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən dахil оlmuş 29.04.2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən dахil оlmuş 29.04.2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 may 2021-ci il tarixli “Azercell MMC”-dən daxil olmuş içərisində mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lərin, “WhatsApp” yazışmaları və danışıqları barədə məlumatları olan “DVD” diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 məxsus +99451 *** ** ** saylı mobil nömrəyə zəng olunmuş və həmin nömrələr arasında 15 aprel 2021-ci il tarixdə saat 17:57-dən saat 19:24-dək olan müddət ərzində telefon danışıqları olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 məxsus +99451 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrəyə zəng zəng gəlmiş, həmin nömrələr arasında 15 aprel 2021-ci il tarixdə saat 17:52-dən saat 19:33-dək olan müddət ərzində telefon danışıqları olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrə ilə +99450 *** ** ** saylı mobil nömrə arasında “SMS” vasitəsilə danışıqlar olmuş, həmin vaxt Təqsirləndirilən şəxs1: “Qaqa 10 manat patı ver qadan alaraq buralardayam”-sözləri olan yazışmalar var. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrə ilə +99450 *** ** ** saylı mobil nömrə arasında “SMS” vasitəsilə danışıqlar olmuş, həmin vaxt Təqsirləndirilən şəxs1: “Qaqa manisnan danış gör bir qram götürək”-sözləri olan yazışmalar var. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrə ilə +99450 *** ** ** saylı mobil nömrə arasında “SMS” vasitəsilə danışıqlar olmuş, həmin vaxt Təqsirləndirilən şəxs1: “Qaqa axşamın xeyir evdeyem danışa bilmirəm mənə pati lazımdı pati”-sözləri olan yazışmalar var. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrə ilə +99450 *** ** ** saylı mobil nömrə arasında “SMS” vasitəsilə danışıqlar olmuş, həmin vaxt Təqsirləndirilən şəxs1: “Qaqa mənim xalam oğluna pati istəyir 5 qram dedim var”-sözləri olan yazışmalar var. Bundan başqa +99450 *** ** ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +99450 *** ** ** saylı mobil nömrəyə “SMS” vasitəsilə danışıqlar olmuş, həmin vaxt Təqsirləndirilən şəxs1: “nə desən haqqın var bilə bilə eliyənin ölüsünə nəhlət birində kafeyə vermişdim bu gün aldım səndən götürəcəm, soruc desin ağrıdan ölürəm”-sözləri olan yazışmalar var. Bundan əlavə “DVD” diskdə iş üçün əhəmiyyət kəsb edən digər məlumat aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28.05.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, 28 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Allahverdi oğlunun barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03.06.2021-ci il tarixli “axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, 03 iyun 2021-ci il tarixdə axtarışda olan Təqsirləndirilən şəxs2 könüllü olaraq Bərdə RPŞ-nin İstintaq bölməsinə gəlmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 iyun 2021-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsinin inzibati binasında sonuncunun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs2 könüllü olaraq əynində olan şalvarın sağ yan cibində saxladığı iki ədəd bükülüdə narkotik vasitə hesab edilən metamfetamini təqdim etdi. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən bükülünün içərisində psixotrop maddə olmasını və həmin maddələri Ramal adlı şəxsdən almasını etiraf etdi. Bundan sonra bükülü elektron tərəzidə çəkildi, qablaşdırılaraq götürüldü. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 iyun 2021-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsinin inzibati binasında sonuncunun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs1 könüllü olaraq sol ayığına geyindiyi corabın içərisində saxladığı bir ədəd bükülüdə narkotik vasitə hesab edilən heroini təqdim etdi. Təqsirləndirilən şəxs1 bükülünün içərisində narkotik vasitə olmasını etiraf etdi. Bundan sonra bükülü elektron tərəzidə çəkildi, qablaşdırılaraq götürüldü. Həmçinin, həmin gün polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs1 məxsus **-SP-*** dövlət qeydiyyat nişanlıə avtomobilə keçirilmiş baxış zamanı çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskinə tərəfimdən baxış keçirildi. Diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 məxsus **-SP-*** dövlət qeydiyyat nişanlıə avtomobilə polis əməkdaşları və Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 könüllü olaraq avtomobilin salonunda olan saxlanc yerində olan 05 ədəd ayrı-ayrı sellofan bükümlərdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 həmin avtomobilin yük hissəsində saxlanılan çamadanda 02 ədəd qutuda hər qutuda 20 ədəd olmaqla, ümumilikdə 40 ədəd üzərində “Tramadol 50 mq” yazısı olan dərman preparatlarını təqdim etdi. Polis əməkdaşlarının avtomobilin yük hissəsinə baxış keçirərkən, oradan bir ədəd milli qram ölçülər üçün nəzərdə tutulmuş tərəzi aşkar edilmişdir. Baxış bitdikdən sonra aşkar edilmiş psixotrop maddələr elektron tərəzidə çəkilmiş, sonradan psixotrop maddələr və güclü təsir edən maddələr qablaşdırılmış və elektron tərəzi ilə birlikdə götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş 08.07.2021-ci il tarixli 4094 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanda yaşayır, arvadı X22, oğlu 2006-cı il təvəllüdlü X6 və oğlu 2008-ci il təvəllüdlü X4 ibarət ailə üzvləri vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş 08.07.2021-ci il tarixli xasiyyətnamədədn görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12.07.2021-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə: “Ramalın xəstəliyi ilə bağlı psixotrop maddələri istifadə etməsini eşidib, mən istifadə etmək gələrək səninlə əlaqə saxladım ki, mənə psixotrop maddə verəsən, bundan sonra sən qonşu kimi mənə psixotrop maddələri verdin, bununla bağlı aramızda 50 üstündə mübahisə oldu, mən psixotrop maddələri pulsuz götürmüşəm. Ramal ilə aramızda pul olmayıb, mən Ramaldan narkotik vasitələri pulsuz götürmüşəm.”- demişdir. Təqsirləndirilən şəxs1 isə öz növbəsində Təqsirləndirilən şəxs2 üzünə qarşı: “Mən Rauf ilə razıyam. Rauf düz danışır. Mən xəstə kimi metamfetamindən istifadə edirəm, sən qonşu kimi məndən metamfetamini istədin, məndə verdim”-sözlərini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12.07.2021-ci il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməli həmin Məcəllənin 234.1, 234.4.3 və 240.1-ci maddələrinə tövsif edilərək istintaqı həmin maddələr ilə davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 iyul 2021-ci il tarixli ********* nömrəli cinayət işi üzrə əməliyyat tapşırığına cavab məktubundan görünür ki, tərəflərindən əməliyyat tapşırığına uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroini və idarə etdiyi “Mercedes Benz C240” markalı ** SP *** markalı avtomobildən aşkar edilmiş metamfetamini və tramadolu satış məqsədi ilə əldi edib 15 aprel 2021-ci il tarixdə psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 50 manat pul vədi əvəzində satmışdır. Təqsirləndirilən şəxs1 elektron tərəzini vermiş olduğu Vüqar və Mənsur adlı şəxslər müəyyən edilməmiş, Təqsirləndirilən şəxs1 elektron tərəzini psixotrop maddə və narkotik vasitələrin satışı zamanı istifadə edir. Təqsirləndirilən şəxs1 оьлунун наркотик васитяляри сатмыш олдуьу шяхслярdən yalnız Təqsirləndirilən şəxs2 müəyyən edilmiş, digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan qurudulmuş heroini, metamfetamini və tramadolu əldə etdiyi mənbə aşkar etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiçş 02 ədəd bükümdə psixotrop maddə olan metamfetaminin Təqsirləndirilən şəxs1 alması müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 narkotik vasitələri şəxsi istifadə üçün əldə etmiş, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 31 iyul 2021-ci il tarixli 896 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan narkotik vasitə olan “metamfetamindən” sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniyadan məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görünür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 31 iyul 2021-ci il tarixli 897 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən və metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görünür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02.08.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,298 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,218 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz C240” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,805 qram, ekspertiza tədqiqindən sonra qalıq 1,605 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, ümumi sayı 40 ədəd ekspertiza tədqiqindən sonra qalıq 36 ədəd güclü təsir edən maddə tramadol və elektron tərəzi cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,676 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,596 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri saxladığı “Mercedes Benz C240” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 02 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. “Azercell MMC”-dən daxil olmuş, içərisində Təqsirləndirilən şəxs1 məxsus mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lər barədə məlumatları olan “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri, Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində onlar təqsirlidirlər. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmitədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Odur ki, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onların törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olması, İİ qrup əlil olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması Аzərbаycаn Rеspublikаsı CM-nin 59-cu mаddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olması, könüllü gəlib təslim olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması Аzərbаycаn Rеspublikаsı CM-nin 59-cu mаddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onların islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onların cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onların şərti məhkum edilməsinə əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzanın təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dərhal məhkəmə zalında həbs edilməli, barələrində secilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.04.2021-ci il tarixli “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15.04.2021-ci il tarixdə saat 20:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.04.2021-ci il tarixli “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15.04.2021-ci il tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.04.2021-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.04.2021-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Odur ki, qanunun həmin tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 15.04.2021-ci il tarixdən 16.04.2021-ci il tarixədək bu iş üzrə cəmi 1 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 15.04.2021-ci il tarixdən 17.04.2021-ci il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Odur ki, qanunun həmin tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki,təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 31 iyul 2021-ci il tarixli 896 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan narkotik vasitə olan “metamfetamindən” sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniyadan məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görünür. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 31 iyul 2021-ci il tarixli 897 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən və metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görünür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs2 isə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,298 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,218 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz C240” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,805 qram, ekspertiza tədqiqindən sonra qalıq 1,605 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, ümumi sayı 40 ədəd ekspertiza tədqiqindən sonra qalıq 36 ədəd güclü təsir edən maddə tramadol və elektron tərəzi cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,676 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,596 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə RPŞnin maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri saxladığı “Mercedes Benz C240” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 02 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. “Azercell MMC”-dən daxil olmuş, içərisində Təqsirləndirilən şəxs1 məxsus mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lər barədə məlumatları olan “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə hesab edir ki, Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,298 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,218 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz C240” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,805 qram, ekspertiza tədqiqindən sonra qalıq 1,605 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, ümumi sayı 40 ədəd ekspertiza tədqiqindən sonra qalıq 36 ədəd güclü təsir edən maddə tramadol və elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,676 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,596 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs1 narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri saxladığı “Mercedes Benz C240” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 02 ədəd DVD disk, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD disk, “Azercell MMC”-dən daxil olmuş, içərisində Təqsirləndirilən şəxs1 məxsus mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lər barədə məlumatları olan “DVD” disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 60 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumların üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin ibtidai istintaqı zamanı cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsini isə Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində, Təqsirləndirilən şəxs2 göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi2 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 15.04.2021-ci il tarixdən 16.04.2021-ci il tarixədək bu iş üzrə cəmi 1 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 5 il 5 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 29 oktyabr 2021-ci il tarixdən hesablansın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234..1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 15.04.2021-ci il tarixdən 17.04.2021-ci il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 1 il 5 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 29 oktyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,298 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,218 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz C240” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,805 qram, ekspertiza tədqiqindən sonra qalıq 1,605 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, ümumi sayı 40 ədəd ekspertiza tədqiqindən sonra qalıq 36 ədəd güclü təsir edən maddə tramadol və elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,676 qram, ekspertiza tədqiqindən sonra qalıq 0,596 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri saxladığı “Mercedes Benz C240” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 02 ədəd DVD disk, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD disk, “Azercell MMC”-dən daxil olmuş, içərisində Təqsirləndirilən şəxs1 məxsus mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lər barədə məlumatları olan “DVD” disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 manat 80 qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində, Təqsirləndirilən şəxs2 göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi2 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar