Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-298/2023 25.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrinadə dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1979-cu il tarixdə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonunun, Qaradəmirçi kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu, Qaradəmirçi kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni 0,313 qram, 0,169 qram, 0,244 qram, 0,122 qram, 0,219 qram, 0,291 qram, 0,098 qram, 0,202 qram, 0,220 qram, 0,208 qram, 0,162 qram, 0,127 qram, 0,165 qram, 0,232 qram, 0,131 qram, 0,117 qram, 0,267 qram, 0,250 qram, 0,068 qram, 0,205 qram olmaqla ümumi təmiz çəkisi 3,81 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 11 noyabr 2022-ci il tarixdə saat 19 radələrində üzərində saxladığı ayrı-ayrı bükümlərdə külli miqdarda, yəni 0,313 qram, 0,169 qram, 0,244 qram, 0,122 qram, 0,219 qram, 0,291 qram, 0,098 qram, 0,202 qram, 0,220 qram, 0,208 qram, 0,162 qram, 0,127 qram, 0,165 qram, 0,232 qram, 0,131 qram, 0,117 qram olmaqla ümumi təmiz çəkisi 3,02 qram narkotik vasitə olan heroini Bərdə rayonu, Türkmən kəndi ərazisində tanışı, o cümlədən 11 noyabr 2022-ci il tarixdə, saat 22 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən narkotik vasitələrin üzərində aşkar edilərək götürülməsi faktı üzrə məhkəmə məsuliyyətinə verilmiş Şahid4 qanunsuz olaraq 250 manata satmış, 12 noyabr 2022-ci il tarixdə saat 00:15 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Bərdə rayonu, Qazıqurdalı kəndində yaşadığı evin qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi, əldə edilməsi, üzərində saxlama və satışı ilə məşğul olmasında şübhəli bilinərək saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 01:20 dəqiqədən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədilə saxladığı 4 (dörd) ədəd sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,267 qram, 0,250 qram, 0,068 qram, 0,205 qram, olmaqla ümumi təmiz çəkisi 0,790 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, O, icarəyə avtomaşın götürüb taksi fəaliyyəyti ilə məşğul olaq üçün Bakıya getmiş, lakin işi alınmadıığı üçün qayıdıb yaşadığı kəndə gəlmişdir. 12 noyabr 2022-ci il tarixdə saat 00:15 radələrində kəndə çatdığı vaxt yaşadığı evin qapısı döyülmüş, evdən bayıra çıxan zaman çox sayda polis əməkdaşları onu tutub polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərinə narkotik vasitə qoyulmuş, polis əməkdaşlarının hədəsi və zor tətbiqi nəticəsində üzərinə qoyulmuş narkotikin ona məxsus olmasını etiraf etməyə və tərtib edilmiş sənədlərə imza etməyə məcbur olmuşdur. O, heç vaxt narkotik vasitədən istifadə etməmiş və heç kimə narkotik vasitə satmamışdır. Narkotik satmaq istəyən şəxslərə mane olduğu üçün polis əməkdaşları onu tutmuşlar. Ona qarşı fiziki zor tətbiq edilməsi, narkotik vasitənin ona məxsus olmaması ilə bağlı barəsində həbs qətimkan tədbiri seçilərkən məhkmədə qorxuduğu üçün heçnə bildirməmiş və eyni səbəblə ibtidai istintaq dövründə də bununla bağlı hər hansı müraciət və ya şikayətlər etməmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, O, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. O, ailəsi ilə birlikdə Bərdə rayonu, Dəmirçi kəndində yaşayır. 2001-ci ildə X13 ilə ailə həyatı qurmuş, onların birgə nigahlarından 2002-ci il təvəllüdlü X9, 2004-cü il təvəllüdlü X10 və 2008-ci il təvəllüdlü X14 vardır. 2022-ci ildə etdiyi dava-dalaşa görə barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi olmuşdur, həmin iş də barışdıqları üçün xitam olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 20 ilə yaxındır ki, narkotik maddə olan marixuana istifadə edir. O, xx.xx.2022-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmiş və orada hostellərdə kirayə qalmışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı Bərdə rayonuna geri qayıtmaq üçün Bakı Beynəlxalq avtovağzalına gəlmişdir. Avtovağzalın yaxınlığında yolun kənarında piyada hərəkətdə olan zaman yolun kənarında rəngli selefon bükümün daşın arasına yerləşdirildiyini görmüşdür. Həmin selefon büküm diqqətini çəkdiyi üçün yaxınlaşıb onu daşın arasından götürüb içərisinə baxmışdır. Bu zaman həmin selefon bükümün içərisində 12 ədəd selefon bükümdə maddələr olduğunu görmüşdür. O, narkotik maddə istifadə etdiyi üçün həmin bükümlərin heroin olduqlarını bilmişdir. Həmin bükümləri cibinə qoyaraq taksiyə əyləşərək Bərdə şəhəri istiqamətində hərəkətə keçmişdir. Kürdəmir rayonu ərazisində kafelərin birində fasilə üçün dayandığı zaman onun keçmiş bacanağı Şahid4 istifadəsində olan mobil nömrəyə zəng edərək Bərdə şəhərinə gəlməyini və üzərində narkotik vasitə olan heroin olduğu məlumatını vermişdir. Mənsur da ondan həmin narkotik vasitələrdən ona verməyini istəmiş və o, Mənsurun təklifinə etiraz etməyərək Bərdə rayonuna gəldikdən sonra onunla əlaqə saxlayacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Mənsurun yaşadığı Bərdə rayon Türkmən kəndinə yerləşən evinin qarşısına gedərək bir daha Mənsurun istifadəsində olan mobil nömrəyə zəng edib onu küçədə gözlədiyini demişdir. Bir qədər sonra Mənsur küçəyə çıxaraq onun olduğu yerə yaxınlaşmış və o, Mənsura əvvəlləcədən əlində olan selefon paketin içərisində olan 8 ədəd heroin bükümlərini Mənsura verərək çıxıb oradan uzaqlaşaraq yaşadığı evə gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 00: 15 radələrində siqaret çəkmək üçün yaşadığı Bərdə rayon Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evindən küçəyə çıxmışdır. Bu zaman 3 nəfər mülki geyimli və 1 nəfər polis formasında olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişdilər. Polis əməkdaşları barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edərək qanunsuz olaraq narkotik vasitəni üzərində saxlamaqda şübhəli olduğunu bildirərək yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəyə baxış keçirmək istədiklərini bildirmişdilər. O, polis əməkdaşları tərəfindən yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları videoçəkiliş vasitəsilə yaşadığı fərdi yaşayış evinə baxış keçirmişlər. Baxış zamanı yaşadığı fərdi yaşayış evində narkotik maddə, qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bununla əlaqədar iştirakı ilə protokol tərtib edilmişdir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmişlər və onlar birlikdə Bərdə RPŞ-yə gəlmişdilər. Şöbədə üzəriNdə videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişdilər. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmişdir. O, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, üzərində saxladığı 03 ədəd ağ rəngli sellofan bükülərdə olan narkotik maddə heroini təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş, 0,16 qram, 0,44 qram, 0,37 qram olmuş, ümumi çəkisi 0,95 qram olmuşdur. Həmin polietilen bükümlər bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmışdır. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq həmin zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Rontmas” markalı siqaret qutusu, bir ədəd dəqiq markasını biliməyən siqaret qutusu, 2 ədəd alışqan və bir ədəd 10 manatlıq pul əskinası, gödəkçəmin sağ tərəf iç yan cibimdən bir ədəd eynək, əynində olan qara rəngli şalvarın sağ yan çibindən 2 ədəd 1 manatlıq pul əskinası və 1 ədəd ağ rəngli polietilen bükümdə ağzı açıq formada narkotik maddəyə bənzər kütlə aşkar edilmişdir. Həmin 01 ədəd ağ rəngli polietilen bükümdə olan narkotik vasitə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0.43 qram olduğu müəyyən edilmişdir. Həmin 01 ədəd polietilen büküm bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Üzərindən aşkar olunan 2 ədəd siqaret qutusu, 2 ədəd alışqan, 1 ədəd 10 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinası və 1 ədəd eynək isə özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və o həmin protokola imza etmişdir. Ona qarşı hər hansı qanunsuz hərəkət olmadığını bildirmişdir. Üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən üzərinizdə mobil telefon aşkar edilməmişdir, bir neçə müddət əvvəl ona məxsus olan mobil telefonun sındığı üçün, Bakı şəhərinə getdiyi zaman anası X4 məxsus olan Samsung markalı və içərisində ***-***- **-** saylı sim kart nömrəsi olan mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Şahid4 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri Mənsura o vermiş, həmin narkotik vasitələr üçün Mənsur ona 20 manat pul vermişdir. Üzərinizdən aşkar edilərək götürülmüş 4 ədəd bükümdə olan narkotik maddə hesab edilən heroini Bakı beynəlxalq avtovağzalın yağınlığında tapdığı narkotik vasitə heroini Şahid4 başqa heç bir şəxsə satmamış və bu barədə heç kimə məlumat verməmişdir. O, ancaq narkotik maddə olan marixuana istifadə etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirlmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir. 11 noyabr 2022-ci il tarixdə Bərdə rayonu, Qaradəmirçi kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edərək yaşadığı evdə, üzərində saxlaması və satışı ilə məşğul olması barədə icratına əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən evə baxış və üzərinə şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edilmişdir. Bunun üçün ondan, Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid2, KTQ-nun baş inspektoru polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmaqda, narkotik vasitəni yaşadığı ünvanda saxlamaqda və satmasında şübhəli olması bildirilmış və ona yaşadığı ünvana video çəkilişlə baxış keçiriləcəyi izah olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evə video çəkilişlə baxış keçirilməsinə razı olduğunu və etirazının olmaması bildirib bu barədə ərizə yazıb təqdim etmişdir. Bundan sonra tərəflərindən videçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı onun yaşadığı evdən qanunla dövriyyəsi qadağan olunan narkotik vasitə, psixotrop maddə və ya hər hansı bir predmet aşkar edilməmişdir. Baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirilmış, polis şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra ona seçimi ilə dövlət hesabına vəkili X22 təqdim edilmişdir. Vəkil X11 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla dövriyyəsi qadağan edilən, sübut əhəmiyyəti kəsb edə biləcək əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 3 ədəd ağ rəngli polietilen bükümləri çıxarıb masanın üzərinə qoyaraq, bükümlərdə narkotik vasitə heroin olmasını bildirmişdir. Bükümlər açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmışdir. Aşkar edildiyi qaydada elektron tərəzidə çəkildikdə bükümlərin ümumi çəkisinin 0,95 qram olması müəyyən olunmuşdur. Bükümlər bir ədəd zərfdə qablaşdırılaraq, üzəri imzalanıb möhürləndikdən sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Polis nəfəri Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman isə, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibindən əlavə olaraq bir ədəd polietilen bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmışdir. Büküm aşkar olunduğu qaydada elektron tərəzidə çəkildikdə, çəkisinin 0,43 olması müəyyən edilmışdir. Həmin bir ədəd bükümdə bir ədəd zərfdə qablaşdırılaraq, üzəri imzalanıb möhürləndikdən sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini 11 noyabr 2022-ci il tarixdə Bakı Beynəlxalq Avtovağzalında olarkən tapmasını, tapdığı narkotik vasitə heroinin bir qismini elə həmin gün Bərdə rayonu, Türkmən kənd sakini Şahid4 verməsini bildirmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başa çatdırılmışdır. Təqsirləndirilən şəxs məhkəməyə yalan danışır, sonuncu saxlanılan zaman və sonradan ona polis əməkdaşları tərəfindən hər hansı fiziki zorakılıq və ya psixoloji təsir göstərilməmiş, həmçinin ona hədə qorxu gəlinməmişdir . Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin Kriminalistik- Tədqiqatlar qrupunun ekspert-kriminalisti vəzifəsində işləyir və polis baş leytenantı rütbəsindədir. 11 noyabr 2022-ci il tarixdə Bərdə rayonu, Qaradəmirçi kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edərək yaşadığı evdə, üzərində saxlaması və satışı ilə məşğul olması barədə icratına əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən evə baxış və üzərinə şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edilmişdir. Bunun üçün ondan, Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Şahid2, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmaqda, narkotik vasitəni yaşadığı ünvanda saxlamaqda və satmasında şübhəli olması bildirilmış və ona yaşadığı ünvana video çəkilişlə baxış keçiriləcəyi izah olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evə video çəkilişlə baxış keçirilməsinə razı olduğunu və etirazının olmaması bildirib bu barədə ərizə yazıb təqdim etmişdir. Bundan sonra tərəflərindən videçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı onun yaşadığı evdən qanunla dövriyyəsi qadağan olunan narkotik vasitə, psixotrop maddə və ya hər hansı bir predmet aşkar edilməmişdir. Baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs Bərdə RPŞnə gətirilmış, polis şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra ona seçimi ilə dövlət hesabına vəkili X22 təqdim edilmişdir. Vəkil X11 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla dövriyyəsi qadağan edilən, sübut əhəmiyyəti kəsb edə biləcək əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 3 ədəd ağ rəngli polietilen bükümləri çıxarıb masanın üzərinə qoyaraq, bükümlərdə narkotik vasitə heroin olmasını bildirmişdir. Bükümlər açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmışdir. Aşkar edildiyi qaydada elektron tərəzidə çəkildikdə bükümlərin ümumi çəkisinin 0,95 qram olması müəyyən olunmuşdur. Bükümlər bir ədəd zərfdə qablaşdırılaraq, üzəri imzalanıb möhürləndikdən sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Polis nəfəri Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman isə, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibindən əlavə olaraq bir ədəd polietilen bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmışdir. Büküm aşkar olunduğu qaydada elektron tərəzidə çəkildikdə, çəkisinin 0,43 olması müəyyən edilmışdir. Həmin bir ədəd bükümdə bir ədəd zərfdə qablaşdırılaraq, üzəri imzalanıb möhürləndikdən sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini 11 noyabr 2022-ci il tarixdə Bakı Beynəlxalq Avtovağzalında olarkən tapmasını, tapdığı narkotik vasitə heroinin bir qismini elə həmin gün Bərdə rayonu, Türkmən kənd sakini Şahid4 verməsini bildirmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başa çatdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və polis şöbəsində polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zorakılıq və ya psixoloji təsir göstərilməmiş, həmçinin ona hədə qorxu gəlinməmişdir . Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantıdır. 11 noyabr 2022-ci il tarixdə Bərdə rayonu, Qaradəmirçi kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edərək yaşadığı evdə, üzərində saxlaması və satışı ilə məşğul olması barədə icratına əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən evə baxış və üzərinə şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edilmişdir. Bunun üçün ondan, KTQnun baş inspektoru polis baş leytenantı Şahid3, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmaqda, narkotik vasitəni yaşadığı ünvanda saxlamaqda və satmasında şübhəli olması bildirilmış və ona yaşadığı ünvana video çəkilişlə baxış keçiriləcəyi izah olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evə video çəkilişlə baxış keçirilməsinə razı olduğunu və etirazının olmaması bildirib bu barədə ərizə yazıb təqdim etmişdir. Bundan sonra tərəflərindən videçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı onun yaşadığı evdən qanunla dövriyyəsi qadağan olunan narkotik vasitə, psixotrop maddə və ya hər hansı bir predmet aşkar edilməmişdir. Baxış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirilmış, polis şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra ona seçimi ilə dövlət hesabına vəkili X22 təqdim edilmişdir. Vəkil X11 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla dövriyyəsi qadağan edilən, sübut əhəmiyyəti kəsb edə biləcək əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 3 ədəd ağ rəngli polietilen bükümləri çıxarıb masanın üzərinə qoyaraq, bükümlərdə narkotik vasitə heroin olmasını bildirmişdir. Bükümlər açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmışdir. Aşkar edildiyi qaydada elektron tərəzidə çəkildikdə bükümlərin ümumi çəkisinin 0,95 qram olması müəyyən olunmuşdur. Bükümlər bir ədəd zərfdə qablaşdırılaraq, üzəri imzalanıb möhürləndikdən sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Polis nəfəri Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman isə, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibindən əlavə olaraq bir ədəd polietilen bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmışdir. Büküm aşkar olunduğu qaydada elektron tərəzidə çəkildikdə, çəkisinin 0,43 olması müəyyən edilmışdir. Həmin bir ədəd bükümdə bir ədəd zərfdə qablaşdırılaraq, üzəri imzalanıb möhürləndikdən sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini 11 noyabr 2022-ci il tarixdə Bakı Beynəlxalq Avtovağzalında olarkən tapmasını, tapdığı narkotik vasitə heroinin bir qismini elə həmin gün Bərdə rayonu, Türkmən kənd sakini Şahid4 verməsini bildirmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başa çatdırılmışdır. Məhkəmə baxışı iclasında Şahid4 ifadəsində göstərmişdir ki, O, Təqsirləndirilən şəxs 250 manat müqabilində 3,02 qram narkotik vasitə heroin almamışdır. Gəncə 2 saylı İstintaq təcridxansında saxlanılır. Son dörd ildə narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmiş lakin narkotik vasitələrdən istifadə edən zamanı heç kimə təklif etməmiş və ya satmamışdır. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, Rafiq onun bacanağı olub. Rafiqlə aralarında heç bir ədavət və düşmənçilik olmayıb. Özü narkotik maddə istifadəçisidir. Onun Rafiqin narkotik vasitə istifadə etdiyindən xəbəri olmayıb və onla birlikdə narkotik vasitə istifadə etməyib. Rafiq Bakıdan gəldiyi üçün telefonundan nömrəsi çıxdığına görə polislərin ona narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişlər. Polislər onu döyərək narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını deməsini bildirmişlər. Rafiq Bakıdan gəldiyi gün onla telefonla əlaqəsi saxlayaraq nə etdiyini soruşmuş o da işdə olduğunu bildirmişdir. Bundan başqa Rafiqlə onun arasında hər hansı narkotik vasitə barəsində heç bir danışıq olmayıb. O narkotik vasitəni Rafiqdən almamış özü köhnə bazarın üstündən tapdığını bildirmişdir. Rafiqin ona selefon bükümləri vermədiyini nədə ki, həmin bükümlərin dəyərinin 250 manat olduğunu bildirmədiyini vurğulamışdır. O, Rafiqə narkotik vasitənin qarşılığında 250 manat pul verməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər 2 saylı İstintaq təcridxansında saxlanılır. Son dörd ildə narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmiş, narkotik vasitələrdən istifadə edən zamanı heç kimə təklif etməmiş və ya satmamışdır. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, Rafiq onun bacanağı olmuşdur. Rafiqlə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 11 noyabr 2022-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs hazırda xatırlamadığı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, ona Bakı şəhərindən Bərdə rayonuna gəldiyini və üzərində narkotik vasitə heroin gətirdiyini demişdir. Özü narkotik maddə istifadəçisi olduğu üçün Rafiqə üzərində gətirdiyi narkotik vasitədən satın almaq istədiyini bildirmişdir. Rafiq etiraz etməyərək Bərdə şəhərinə gəldikdən sonra onuna əlaqə saxlayacağı vədini vermişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Rafiq yenidən ona mobil telefon vasitəsi ilə zəng edərək, Türkmən kəndində yaşadığı evin qarşısında gözlədiyini demişdir. Dərhal evdən küçəyə çıxaraq Rafiqlə görüşmüş, Rafiq ona əvvəlcə əlinin içərisində şəffaf selefon paketinin içərisində olan selefon bükümləri vermiş və həmin bükümlərin dəyərinin 250 manat olduğunu bildirmişdir. Bundan sonra o, Rafiqə aldığı narkotik vasitələrin qarşılığında 250 manat pul verib öz yaşadığı evə daxil olmuş, Rafiq isə oradan uzaqlaşıb getmişdir. Evə daxil olduqdan sonra Rafiqdən satın aldığı bükümləri saymış və 19 ədəd bükümdə heroin olduğunu bilmiş, həmin bükümlərdən 3 bükümü yaşadığı evdə şəxsi istifadə etmişdir. Həmin gün saat 21:30 radələrində onu Bərdə rayonu, Qasımbəyli kəndində Bərdə rayon polis şöbəsinin əməkdaşları saxlamış, Polis şöbəsində üzərindən Təqsirləndirilən şəxs aldığı 19 büküm heroindən qalan 16 büküm heroin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X11 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid X20 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Vəkil bürosunda vəkil işləyir. 12 noyabr 2022-ci il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu Qazıqurdalı kəndində yaşayan Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçisi təyin edilmiş və təyinatla order verilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan bütün istintaq hərəkətlərində iştirak etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün tərəfindən order tərtib edilmişdir. Order tərtib edilən zaman mexaniki olaraq 12 noyabr 2022-ci il yazmaq əvəzinə, 11 noyabr 2022-ci il yazımışdır. Ancaq reallıqda orderin tərtib olunma və verilmə tarixi 12 noyabr 2022-ci il tarixidir. Bundan başqa orderi tərtib edən zaman vəkilin imza qrafasında imza atmamış, hazırda imzasını atıb o, çatışmamazlığı aradan qaldlrmışdır. 13 noyabr 2022-ci tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarla tanış olmada imza onundur, imzamın qarşısında X15 yazılması mexaniki olaraq qalmışdır. Təqsirləndirilən şəxs qismində cəlb olundan sonra o, real olaraq təqdim edilmiş və qərarla tanış olduqdan sonra imza atmışdır. Bunların nəzərə alanmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulandan cinayət işinin materialları ilə tanış olmada daxil olmaqla bütün istintaq hərəkətlərində iştirak etmişdir. Müdafiəçi ilə bağlı Təqsirləndirilən şəxs hər hansı bir hüquqları pozulmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 noyabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etməklə ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 noyabr 2022-ci il tarixli Bərdə rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 mart 2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 12 mart 2023-cü il tarixdən 27 mart 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə uzadılmış və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihama dəyişikliklər və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunsun və ona həmin maddə ilə yenidən ittiham elan edilsin. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 noyabr 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, şübhəli şəxslər Şahid4 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Şahid4 üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə ondan 11 noyabr 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evin qarşısında 250 manat pul müqabilində 19 ədəd bükümdə narkotik vasitə heroin almasını demişdir. Təqsirləndirilən şəxs Məmməd oğlu üzləşmə zamanı Şahid4 dediklərini təkzib etmiş, Şahid4 20 manat müqabilində 12 bükümdə narkotik vasitə heroin verməsini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 noyabr 2022-ci il tarixli “baxış” keçirilməsi haqqında protokoldan və protokola əlavə edilən diskdəki görüntülərdən aydın olur ki, Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin gün saat 00:20-dən başlayaraq saat 00:28-dək olan müddət ərzində video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən evə baxış keçirilmiş, baxış zamanı evdən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” aparılmasına haqqında protokoldan aydın olur ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan çibindən 3 ədəd ağ rəngli polietilen bükümləri çıxarıb otaqdakı masanın üzərinə qoyub təqdim edərək 3 ədəd ağ rəngli polietilen bükümlərin pisxotrop narkotik vasitə heroin olduğunu bildirir. Həmin 03 ədəd ağ rəngli polietilen bükümlər elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0,95 qram olduğu müəyyən edilir. Həmin polietilen bükümlər bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılır, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq həmin zərf ekspertizaya göndərilməsi üçün götürülür. Bundan sonra Rafiq Ağayevin üzərinə şəxsi axtarış keçirilir, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Rontmas” markalı siqaret qutusu, bir ədəd dəqiq markasını bilmədiyimiz siqaret qutusu, 2 ədəd alışqan və bir ədəd 10 manatlıq pul əskinası, gödəkçənin sağ tərəf iç yan cibindən bir ədəd eynək, əynində olan qara rəngli şalvarın sağ yan çibindən 2 ədəd 1 manatlıq pul əskinası və 1 ədəd ağ rəngli polietilen bükümdə ağzı açıq formada narkotik maddəyə bənzər kütlə aşkar edilir. Təqsirləndirilən şəxs ilk öncə həmin ağ rəngli polietilen bükümdə olan kütlənin siqaret külü olduğunu desə də sonradan həmin maddənin də narkotik vasitə olan heroin olmasını bildirir. Həmin 01 ədəd ağ rəngli polietilen bükümdə olan narkotik vasitə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0.43 qram olması müəyyən edilir. Həmin 01 ədəd polietilen büküm bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılır, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq həmin zərf ekspertizaya göndərilməsi üçün götürülür. Rafiq Ağayevin üzərindən aşkar olunan 2 ədəd siqaret qutusu, 2 ədəd alışqan, 1 ədəd 10 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinası və 1 ədəd eynək isə özünə qaytarılır. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunan narkotik vasitə hesab edilən heroin bükümlərini xx.xx.2022-ci il tarixdə Bakı Beynəlxalq avtovağzalda olarkən tapdığını və həmin narkotik maddələr istifadə etmədiyini, tapdığı narkotik vasitələrdən bir hissəsini xx.xx.2022-ci il tarixdə Bərdə rayon Türkmən kənd sakini Şahid4 verdiyini bildirir. Üzərində narkotik vasitə olması barədə Şahid4 başqa heç bir şəxsə məlumat verməmiş və satmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 yanvar 2023-cü il tarixli SD “diskə baxış keçirmə” protokulun surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC tərəfindən tərtib edilərək 13 yanvar 2023-cü il tarixdə Bərdə RPŞ-yə göndərilmiş, içərisində zənglər, SMS mətnləri və abunəçilərə dair məlumatlar olan diskə baxış keçirildi. Həmin diskin üzərində 122 rəqəmi vardır. Diski “TOSHİBA” markalı kompüter disk yerinə yerləşdirib diski açdım. Həmin diskin içərisində “122-xx.xx.2022” adlı fay aşkar edildi. 1 ədəd compact CD vardır. Həmin diskin üzərində İ5-124 rəqəmi vardır. Diski “TOSHİBA” markalı kompüter disk yerinə yerləşdirib diski açdım. Həmin diskin içərisində “124” adlı fayl aşkar edildi. Faylın içərisini açıb baxan zaman 1-ci faylda “5********.SMS”, 2-ci faylda “5********.SMS”, 3-cü faylda “5********.SMS”, 4-cü faylda “506611435”, 5-ci faylda “503657344”, 6-cı faylda “505455827”, 7-ci faylda “507431954”, 8-ci faylda “506611435”, 9-cu faylda “abuneciler.”, 10-cu faylda “antenna” 11-ci faylda ““imei”, 12-ci faylda “imei ist-de”, 13-cü faylda “M.Rafiq” adlı yazılan 13 ədəd fayllar aşkar edildi. Həmin faylların içərisini açıb baxan zaman içərisində müxtəlif tarixlərdə qeyd olunan nömrələrə müxtəlif mobil nömrələrdən gələn zənglərin və sms-lərin, anten dairələrinin, SD diskin içərisində olan nömrələrin kimə məxsus olması, nömrələrin imeildə istifadə olunması görünür. Bundan başqa SD diskdə sms-lərə baxan zaman iş üzrə əhəmiyyət kəsb edəcək, Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması və ya alması ilə bağlı məzmunda zənglərin və sms-lərin olmadığı aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 noyabr 2022-ci il tarixli Şahid4 məxsus “mobil telefona baxış keçirilməsinə” dair protokoldan görünür ki, Şahid4 üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilib götülümüş 01 ədəd KGTEL markalı mobil telefona baxış keçirilmişdir. 01 ədəd KGTEL markalı mobil telefona baxış keçirən zamanı məyyən olundu mobil telefon qara rəngdədir, sadə mobil telefondur. Mobil tefefonun üst və arxa hissəsinə KGTEL sözü yazılmışdır. Mobil telefona baxış keçirilən zaman içərisində müxtəlif tarixlərdə müxtəlif mobil nömrələrdən gələn zənglərin, sms-lərin olması görünür. Şübhəli şəxsin üzərinə şəxsi axratış keçirilən zaman üzərindən aşkar edilmiş narkotik vasitəni Rafiq adlı şəxsdən alması ilə bağlı ona məxsus olan KGTEL markalı mobil telefonda olan zənglərə, sms-lərə baxan zaman ekranda görsənir ki, xx.xx.2022-ci il tarixdə saat 19:57 dəqiqədə Rafiq adı yazılmış şəxsin ***-***-**-** saylı nömrədən 9 dəfə zəng olunmuş lakin cavab verilmədiyi, xx.xx.2022-ci il tarixdə saat 21:17 dəqiqədə Rafiq adı yazılmış şəxsin ***-***-**-** saylı nömrədən 7 dəfə zəng olunmuş lakin cavab verilmədiyi məyyən edildi. Bundan başqa Şahid4 məxsus KGTEL markalı mobil telefona baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edəcək, Şahid4 kiməsə narkotik vasitə satması və ya alması ilə bağlı məzmunda zənglərin, sms-lərin olmadığı aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 yanvar 2023-cü il tarixli “SD diskə baxış keçirmə” protokulun surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC tərəfindən tərtib edilərək 13 yanvar 2023-cü il tarixdə Bərdə RPŞ-yə göndərilmiş, içərisində zənglər, SMS mətnləri və abunəçilərə dair məlumatlar olan diskə baxış keçirildi. Həmin diskin üzərində 122 rəqəmi vardır. Diski “TOSHİBA” markalı kompüter disk yerinə yerləşdirib diski açdım. Həmin diskin içərisində “122-xx.xx.2022” adlı fay aşkar edildi. Faylın içərisini açıb baxan zaman 1-ci faylda “5********.SMS”, 2-ci faylda “5********.SMS”, 3-cü faylda “5********.SMS”, 4-cü faylda “5********.SMS”, 5-ci faylda “5********.SMS”, 6-cı faylda “5********.SMS”, 7-ci faylda “5********.SMS”, 8-ci faylda “5********.SMS”, 9-cu falda “5********.SMS”, 10-cu faylda “**********98” 11-ci faylda “**********78”, 12-ci faylda “**********8”, 13-cü faylda “**********9”, 14-cü faylda “**********91”, 15-ci faylda “**********62”, 16-cı faylda “**********63”, 17-ci faylda “**********59”, 18-ci faylda “**********91”, 19-cu faylda “nömrələr”, 20-ci faylda “abuneciler.”, 21-ci fayda “adına olan nömrələr”, 22-ci fayda “antenna” 23-cü faylda “imeilərdə istifadə olunan nömrələr”, 24-cü faylda “imeilərdə istifadə olunan nömrələr” adlı 24 ədəd fayllar aşkar edildi. Fayların içərisində həmin nömrələrin Bərdə rayonu Türkmən kəndində yaşayan Şahid4 məxsus olması və həmin nömrəyə dair SMS-in tarixləri göstərilmişdir. Həmin faylların içərisini açıb baxan zaman içərisində müxtəlif tarixlərdə qeyd olunan nömrələrə müxtəlif mobil nömrələrdən gələn zənglərin və sms-lərin, anten dairələrinin, SD diskin içərisində olan nömrələrin kimə məxsus olması, nömrələrin imeildə istihadə olunması görünür. Həmin zənglərə baxan zaman X12 istifadəsində olan 050 644-44-91 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 050 344-73-65 nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində qarşılıqlı dəfələrlə müxtəlif tarixlərdə və vaxtlarda zənglərin olması müəyyən edildi. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan 050 344-73-65 saylı nömrədən və Şahid4 istifadəsində olan ***-***-**-** nömrəsinə xx.xx.2022-ci il tarixdə qarşlıqlı dəflərlə zənglərin olması müəyyən edildi. Bundan başqa SD diskdə sms-lərə baxan zaman iş üzrə əhəmiyyət kəsb edəcək, Şahid4 kiməsə narkotik vasitə satması və ya alması ilə bağlı məzmunda zənglərin və sms-lərin olmadığı aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X17 Bölməsinin 12 noyabr 2022-ci il tarixli, 16/1289 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki 3 (üç) ədəd sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,267 qram, 0,250 qram, 0,068 qram, ümumi təmiz çəkisi 0,585 qram olan maddələr kustar üsülla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,205 qram olan maddə kustar üsülla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlələr” və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlə” yazılar olan kağız paketlərdəki heroinlər kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlələr” və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə bənzər kütlə” yazılar olan kağız paketlərdəki heroinlər ilə üzərində “Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitələrə bənzər kütlələr” yazısı olan kağız paketdəki heroinlər kimyəvi tərkiblərinə görə eynidir. Heroinin ümumi təmiz çəkisi 0,790 qram, 2,220 qram, tədqiqata sərf edildi 0,6 qram, qalıq 0,670 qram,1,74 qram. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X8 09 fevral 2023-cü il tarixli, 218 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə proflaktikiqeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon polis şöbəsinə verilən xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən və Təqsirləndirilən şəxs tanışı Şahid4 satdığı narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbə müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, PHŞ/6.28-2-2022- 656 nömrəli arayışından görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs “Bərdə RMX-nın Polikilinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 27 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Onun barəsində Bakı şəhər Xəzər rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPMnin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı-xx.xx.1983-cü il təvəllüdlü X18, qızları-xx.xx.2001-ci il təvəllüdlü X16, xx.xx.2002-ci il təvəllüdlü X2 və oğlu-xx.xx.2009-cu il təvəllüdlü X5 ibarət tərkibi vardır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X7 verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondu hüquqi şəxsinin X7 daimi aylıq 150 (bir yüz əlli) manat məbləğində İİİ dərəcə əlilliyə görə sosial müavinət alır. Təqsirləndirilən şəxs istintaq zamanı öz müdafiəsi üçün dəlil gətirib 11 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Şahid4 20 manat müqabilində 12 bükümdə narkotik vasitə kokos (heroin) verməsini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdikləri vəsatət kimi qəbul olunmuş və işi üzrə istintaq zamanı təsdiq olunmadığından onun ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillər törətdiyi ağır cinayətlərə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də, məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edildiyindən və cinayət işinin materiallarına uyğun olmadığından əsassız hesab edilərək özünü müdafiəsi kimi qiymətləndirilmişdir xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin 2 X3 22 iyun 2023-cü il tarixli məktubu ilə daxil olmuş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaq təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarət aşkar edilməmiş və hər hansı bir şikayəti olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0,790 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,670 qram narkotik vasitə heroin və Şahid4 üzərindən aşkar olunmuş 2-ci (ikinci) tədqiqatdan sonra qalıq qalmış 1,74 qram narkotik vasitə heroin Bərdə RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-246/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid4 CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şahid4 üzərindən aşkar olunmuş narkotik vasitə heroinin başqa cinayət işi üzrə də maddi sübut olması nəzərə alınmışdır. Məhkəmə təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadədə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəsinin olmamasına, Şahid4 narkotik vasitə satmaması, üzərindən aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması, fiziki və psixoloji təsir nəticəsində ibtidai sitintaq zamanı etiraf edici ifadələr verməməsinə dair xüsusatlara, həmçinin Şahid4 məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs 250 manat müqabilində 3,02 qram narkotik vasitə heroin almamasına dair xüsusata tənqidi yanaşaraq, sözügedən xüsusatların danılmaz mötəbər sübutlarla təkzib edildiyini vurğulayır, qeyd olunan xüsusları məsuliyyətdən boyun qaçırmaq üçün söylənən fikirlər kimi qəbul edir. Məhkəmə bu qənaəti ilə bağlı aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şəxsi axtarış zamanı və dindirilərkən ifadələrində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində olarkən 12 ədəd selefon bükümdə heroin tapmış, bu barədə Şahid4 məlumat vermiş, sonuncu həmin narkotik vasitədən istədiyindən, Bərdə rayonuna yaşadığı evə çatdıqdan sonra Mənsurla telefon vasitəsi ilə əlaqə saxlayıb onla görüşmüş və 8 ədəd heroin bükümlərini Mənsura vermişdir. xx.xx.2022-ci il tarixdə saat 00: 15 radələrində yaşadığı evin yaxınlığında saxlanılıb, polis şöbəsində aparılmış şəxsi axtarış zamanı o, üzərində saxladığı 03 ədəd bükümdə 0,95 qram heroin üzərindən aşkar edilrək götürülmüşdür. Bundan başqa ibtidai istintaq zamanı Şahid4 da şəxsi axtarış zamanı və ifadələrində göstərmişdir ki, 11 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs telefon vasitəsi ilə onunla əlaqə saxlayıb Bakı şəhərindən gəldiyini üzərində narkotik olduğunu bildirmiş, o da həmin narkotikdən almaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Rafiqlə yenidən mobl telefonla əlaqə saxlayaraq görüşmüş, sonuncu ona narkotik selefon bükümləri vermiş və həmin bükümlərin dəyərinin 250 manat olduğunu bildirmişdir. Bundan sonra o, Rafiqə aldığı narkotik vasitələrin qarşılığında 250 manat pul verib öz yaşadığı evə daxil olmuş, Rafiq isə oradan uzaqlaşıb getmişdir. Evə daxil olduqdan sonra Rafiqdən satın aldığı bükümləri saymış və 19 ədəd bükümdə heroin olduğunu bilmiş, həmin bükümlərdən 3 bükümü yaşadığı evdə şəxsi istifadə etmişdir. Həmin gün saat 21:30 radələrində onu Bərdə rayonu, Qasımbəyli kəndində Bərdə rayon polis şöbəsinin əməkdaşları saxlamış, Polis şöbəsində üzərindən Təqsirləndirilən şəxs aldığı 19 büküm heroindən qalan 16 büküm heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 noyabr 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid4 üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə ondan 11 noyabr 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evin qarşısında 250 manat pul müqabilində 19 ədəd bükümdə narkotik vasitə heroin almasını demişdir. Təqsirləndirilən şəxs Məmməd isə Şahid4 20 manat müqabilində 12 bükümdə narkotik vasitə heroin verməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş telefon vasitəsi ilə ötürülən məlumatlardan da görünür ki, X12 istifadəsində olan 050 644-44-91 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 050 344-73-65 nömrəsinə əvəllər və xx.xx.2022-ci il tarixdə müxtəlif tarixlərdə və vaxtlarda çox sayda qarşılıqlı zənglər olmuşdur. Bundan başqa, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-246/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Şahid4 satış məqsədi olmadan xx.xx.2022-ci il tarixdə müxtəlif çəkilərdə olan16 ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 3.02 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan heroini heroini Bərdə rayonu, Türkmən kəndi ərazisində tanışı, barəsində başqa cinayət işi ayrılmış Rafiq adlı şəxsdən 250 manata qanunsuz olaraq almışdır. Həmin hökmdən görünür ki, cinayət işi üzrə məhkmə baxışı zamanı təqsirləndirilən şəxs Şahid4 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 16 ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 3.02 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə Bərdə rayonu, Türkmən kəndi ərazisində 250 manata Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Şahid4 məhkəmənin sonrakı iclaslarında Təqsirləndirilən şəxs şahid qismində dindirilərkən əvəllki ifadəsini dəyişdirərək, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 16 ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 3.02 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs almadığını, tapdığını bildirmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və Şahid4 isə ibtidai istintaq zamanı və barəsində olan cinayət işi üzrə məhkəmə baxışı zamanı ilkin verdiyi ifadələri həqiqi və işin obyektiv halarına uyğun ifadə kimi qəbul edir, Təqsirləndirilən şəxs və Şahid4 hazırkı iş üzrə məhkəmə istintaqı zaman verdikləri ifadələrini isə iş üzrə mövcud olan sübutlarla tam təkzib edildiyindən qeyri-obyektiv həqiqi olmayan və müdafiə yönümlü ifadələr kimi qiymətləndirir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zaman fiziki və psixi zorakılığa məruz qalması, 2 saylı istintaq təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlər aşkar edilməsi, polis əməkdaşları tərəfindən döyülməsini bildirməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar toplanılmış sübüutlarla və işin faktiki halları ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaq təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarət aşkar edilməmiş və hər hansı bir şikayəti olmamışdır. İş üzrə şahid qismində dindirlmiş polis əməkdşları Şahid1 və Səana Əhmədov ifadələrində Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixoloji təsirə məruz qalmadığını bildirmişlər. Həmçinin iş materiallarından göründüyü kimi , Təqsirləndirilən şəxs ona qarşı fiziki zor tətbiq edilməsi, narkotik vasitənin ona məxsus olmaması ilə bağlı barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə heçnə bildirməmiş və ibtidai istintaq dövründə də bununla bağlı hər hansı müraciət və ya şikayətlər etməmiş, vəsatətlər verməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi –həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 nəfər azyaşlı uşağının olması və 3-cü qrup əlil olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X8 09 fevral 2023-cü il tarixli, 218 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə proflaktikiqeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0,790 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,670 qram narkotik vasitə heroin və Şahid4 üzərindən aşkar olunmuş 2-ci (ikinci) tədqiqatdan sonra qalıq qalmış 1,74 qram narkotik vasitə heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə RPŞ-nin saxlanc anbarında saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0,790 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,670 qram narkotik vasitə heroin və Şahid4 üzərindən aşkar olunmuş 2-ci (ikinci) tədqiqatdan sonra qalıq qalmış 1,74 qram narkotik vasitə heroin məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X6 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili X1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 150 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 60 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 12 noyabr 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə RPŞ-nin saxlanc anbarında saxlanca verilmiş verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0,790 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,670 qram narkotik vasitə heroin və Şahid4 üzərindən aşkar olunmuş 2-ci (ikinci) tədqiqatdan sonra qalıq qalmış 1,74 qram narkotik vasitə heroin məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 manat 80 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-298/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-298/2023
25.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver