Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-299/2022 17.08.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X19 və X21, müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1965-ci il tarixdə Goranboy rayonu Qarasüleymanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Qarasüleymanlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yaşadığı Goranboy rayonu Qarasüleymanlı kəndinin ərazisində, «Goran» çayının sol sahilində yerləşən, ona məxsus olan torpaq sahəsinin həmkəndlisi X22 tərəfindən əkilib istifadə olunması ilə bağlı sonuncu ilə aralarında 2017-ci ildən davam edən torpaq mübahisəsinə görə şəxsi münasibətlərin pozulması zəminində dəfərlərlə baş vermiş münaqişələrə son qoymaq üçün həmin torpaq sahəsini Səlmi Namazovaya məxsus torpaq sahəsindən ayırmaqdan ötrü sahələrin sərhədində əvvəlcədən özünün qazdırdığı çalalara beton dirəklər basdırmaq məqsədi ilə 06 fevral 2022-ci il tarixdə saat 17 radələrində oğlu Şahid1lə birlikdə idarə etdiyi **-BA-*** dövlət qeydiyyat nişanlı «Niva» markalı avtomobillə özünə məxsus torpaq sahəsinə gəlmiş, orada X22 və qardaşı X10 qazılmış çalaları torpaqla doldurduqlarını görüb avtomobildən düşərək onlara öz iradını bildirdikdə Pərviz Namazov və Səlmi Namazova ilə aralarında təkrarən münaqişə yaranmış, münaqişə zamanı sonuncuların hər ikisini qəsdən öldürmək qərarına gəlib həmin niyyətini həyata keçirmək üçün öz «Niva» markalı avtomobilinə əyləşib mühərriki işə salaraq avtomobili torpaq sahəsinin içərisinə doğru hərəkət etdirərək avtomobilin qabağına keçən Səlmi Namazovanı qardaşı Pərviz Namazovun gözü qarşısında sonuncuya aşkar surətdə xüsusi əzab və iztirab verdiyini dərk edərək və bunu arzulayaraq avtomobilin qabaq tərəfi ilə öldürmək niyyəti ilə qəsdən vurub ona sağ budun aşağı 1/3-nin iç səthinin, sağ bazunun ön və arxa səthinin, həmçinin sol saidin aşağı 1/3nin arxa səthinin yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək üstündən keçib avtomobili saxlamış, Pərviz Namazov həmin hadisəni görüb yaxınlaşaraq əlindəki kürəklə onu vurmaq istədikdə, o, əvvəlcədən sahədə iş görmək üçün evdən götürüb avtomobilin ayaqaltında saxladığı soyuq silah hesab edilməyən mətbəx bıçağını əlinə alıb, torpağın üzərində xəsarət almış halda uzanıqlı vəziyyətdə olan Səlmi Namazovanın gözləri qarşısında, aşkar surətdə sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edib, bunu arzulayaraq, həmçinin müstəsna dərəcədə qəddarlıq göstərərək, şiddətli ağrılar vermək məqsədilə, xüsusi amansızlıq nümayiş etdirməklə Pərviz Namazovu bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən boyunun arxasından önə doğru bir ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthində iki ədəd, qarının ön divarının sağ yan səthində iki ədəd bir-birinə paralel, alın nahiyəsinin sıyrıqları ilə müşayiət olunan bədən xəsarətləri və sağlamlığa ağır zərər vurmaya aid edilən boyunun sağ yan səthində yetirildiyi anda həyat üçün təhlükəli olan boyun venasının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmədən ölümünə səbəb olan iki ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri yetirərək xüsusi amansızlıqla qəsdən öldürmüş, bundan sonra ayaqlarından xəsarət aldığı üçün hərəkət imkanları məhdudlaşmış və buna görə də aşkar surətdə köməksiz vəziyyətdə olan Səlmi Namazovaya yaxınlaşıb öz cinayətkar niyyətini başa çatdırmaq üçün, müstəsna dərəcədə qəddarlıq göstərərək, şiddətli ağrılar vermək məqsədilə xüsusi amansızlıq nümayiş etdirməklə əlindəki bıçaqla bədəninin müxtəlif nahiyələrindən qəsdən çoxsaylı zərbələr vuraraq yetirildiyi anda həyat üçün təhlükəli olmaqla sağ və sol boyun arteriya və venalarının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmədən ölümünə səbəb olan, sağlamlığa ağır zərər vurmaya aid edilən boyunun yuxarı 1/3-nin sağ və sol yan səthlərində hərəsində bir ədəd, boyunun aşağı 1/3-nin ön səthində bir ədəd, döş qəfəsinin sol yan səthində, qoltuqaltı xətt üzrə İV-V qabırğa səviyyəsində iki ədəd, qarının aşağı sol yan divarında öndə bir ədəd, sol qoltuqaltı xətt üzrə birinci qabırğa səviyyəsində bir ədəd, sol bazunun yuxarı 1/3-nin ön səthində bir ədəd, döş qəfəsinin ön səthində solda İ qabırğa altı nahiyədə bir ədəd, sağ döş qəfəsində iki ədəd deşilmiş-kəsilmiş yaralar, həmçinin bədən səthinin çoxsaylı yaraları xarakterli xəsarətlər yetirərək X15 da xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmiş, yəni o, biri köməksiz vəziyyətdə olmaqla, iki şəxsi xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Goranboy rayonu Qarasüleymanlı kəndində oğlu Şahid1 və arvadı Şahid9 qızı ilə birlikdə yaşamış, təsərrüfatla məşğul olmuşdur. X6 və X22 onun həmkəndliləri olmuş, onlarla qohumluq münasibəti olmamışdır. X34 və Səlmi Namazova ilə aralarında bir neçə il əvvəl torpaqla bağlı mübahisə yaranmışdır. Belə ki, 1997-ci ildə Goranboy rayonunda aqrar islahat aparılan zaman dövlət tərəfindən ona 1.82 hektar pay torpaq sahəsi verilmişdir. Bundan başqa onun qardaşları Namiq Haqverdiyev və Nadir Haqverdiyevə ikisinə birlikdə ümumimlikdə 2.5 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri ona və qardaşlarına dövlət aktı əsasında verilmişdir. O, uzun müddət Rusiya Federasiyasında yaşayıb işlədiyi üçün torpaq sahəsini həmkəndliləri əkmişdir. 2014-cü ildə o, qardaşlarından onlara məxsus 2,5 hektar torpaq sahələrini almış və həmin torpaq sahələrinə mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Ümumilikdə onun 4.3 hektar torpaq sahəsi olmuşdur. 2016-cı ildə həmkəndlisi X22 onun torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsini digər həmkəndlilərindən almış və bundan sonra Səlmi Namazova onun torpaq sahəsinə iddia etməyə başlamışdır. Səlmi Namazova iddia etmişdir ki, guya o, Səlminin aldığı torpaq sahəsinin 2.4 hektarını zəbt edib. 2016 yaxud 2017-ci ildə Səlmi Namazova ona qarşı iddia ərizəsi ilə Goranboy rayon məhkəməsinə müraciət etmiş, məhkəmə Səlminin iddia ərizəsini təmin edərək onun xeyrinə qətnamə çıxarmışdır. O, Goranboy rayon məhkəməsinin qətnaməsindən narazı qalıb Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, lakin onun apellyasiya şikayəti təmin olunmamış və Goranboy rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bundan sonra o, Rusiya Federasiyasına işləmək üçün getmiş, iki il orada qalmış, 2019-cu ilin oktyabr ayının 20-də Rusiyadan Azərbaycana gəlmiş, gələndən bir ay sonra, yəni 15 noyabr 2019-cu il tarixdə torpağının döngə nöqtələrinin koordinatlarının yerində müəyyən olunması tələbinə dair Səlmi Namazovaya qarşı Goranboy rayon məhkəməsində iddia qaldırmışdır. Onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamış, Goranboy rayon məhkəməsinin qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət etmiş, habelə eyni vaxtda torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən olunması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə ərazi idarəsinə qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldırmışdır. Gəncə Apellyasiya Məhkəməsi onun şikayəti üzrə ekspertiza təyin etmiş, sonrakı müddətdə COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar mülki işə baxılması müddəti uzanmış, Gəncə Apellyasiya Məhkəməsinin təyin etdiyi ekspertiza qərarına əsasən ekspert mübahisəli torpaq sahəsinə baxış keçirmiş və Səlmi Namazovanın onun torpaq sahəsini zəbt etdiyini müəyyən edərək rəy vermişdir. Qarşı tərəf ekspertizanın bu rəyindən narazı qalıb təkrar ekspertiza təyin edilməsi barədə vəsatət qaldırmış, həmin vəsatət təmin olunmuş, hazırkı vaxta qədər təkrar ekspertizanın rəyi verilmədiyinə görə Gəncə Apellyasiya Məhkəməsinin yekun qərarı qəbul olunmamışdır. Gəncə İnzibati Məhkəməsində qaldırdığı iddia ərizəsi təmin olunmuş və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə ərazi idarəsinin üzərinə ona məxsus torpaq sahəsinin döngə nöqtələrinin müəyyən olunması barədə öhdəlik qoyulmuşdur. Qərarın icrası Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Bərdə 7 saylı Ərazi İdarəsinə və Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Lakin Bərdə və Goranboy rayon İcra və Probasiya şöbələri arasında aidiyyət mübahisəsi olduğundan qətnamənin icrası bir qədər yubanmış, nəhayət 2021-ci il dekabr ayının 14-də Goranboy rayon icra və probasiya şöbəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi idarəsinin və Goranboy rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə ona məxsus torpaq sahəsinə baxış keçirilmiş, onun torpaq sahəsinin kənarlarına payalar basdırılmışdır. Bundan sonra o, 15 dekabr 2021-ci il tarixdə həmin payaların yerinə beton dirək basdırmaq istəmiş, lakin həmin vaxt Səlmi sahəyə gəlib deyinməyə başladığından, onunla mübahisə etdiyindən, münaqişənin yaranmaması üçün o, torpaq sahəsindən çıxıb getmişdir. Torpaq sahəsi ona tanıdılandan və təhvil veriləndən sonra Səlmi ondan xəbərsiz ona məxsus 4,3 hektar torpaq sahəsində arpa əkmişdir. O, torpaq sahəsinin kənarlarına beton dirəklər badırmaq istəmiş, lakin yer palçıq olduğu üçün sahəyə traktor gətirə bilməmişdir. 06 fevral 2022-ci il tarixdə o, Arzu adlı traktorçuya onun torpaq sahəsinin kənarlarında beton dirək basdırmaq üçün çala qazmağı xahiş etmişdir. Həmin gün səhər saatlarında o, oğlu Elbrusla birlikdə özünün idarə etdiyi “Niva” markalı avtomobillə özünün torpaq sahəsinə getmiş, sahədə bir qədər işlədikdən sonra Arzu traktoru ilə oraya gəlmiş və ona məxsus torpaq sahəsinin kənarlarında 16 ədəd çala qazmışdır. Günorta saat 14 radələrində traktorçu Arzu çalaları qazıb yekunlaşdırmış, həmin vaxt Elbrus ona Pərvizlə Səlminin əllərində lapatka qaçaqaça sahəyə doğru gəldiklərini demiş, o, münaqişə yaranacağından şübhələnib dərhal Arzunun zəhmət haqqını verib traktorunu idarə edərək sahədən getməyi demiş, Arzu traktorunu idarə edib getmiş, o da öz maşını ilə traktorun arxasınca sürüb ərazidən uzaqlaşmışdır. Yolda Pərviz və Səlmi Arzunun qabağını kəsmiş, o, maşınını onların yanından sürüb keçmiş və maşını saxlamayaraq evinə getmişdir. Maşını ilə traktorun yanından keçərkən Pərvizin traktorçunun ünvanına söyüş söydüyünü eşitmişdir. O, evinə çatdıqda Arzu ona zəng edib “ay əmi məni niyə zibilə saldın, məni təhqir etdilər, şəklimi də çəkdilər və polisə şikayət etməklə hədələdilər” demiş, o, Arzuya narahat olmamağı, qanunla və sənədlə torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin gün saat 17 radələrində o, oğlu Elbrusla birlikdə idarə etdiyi «Niva» markalı avtomobillə özlərinin torpaq sahəsinə getmişlər. Evdən çıxarkən bıçaq və pres kəndiri götürmüşdür ki, sahədə basdırdığı dirəklərə kisələri bağlasın. Onlar sahəyə çatdıqda Pərvizin və Səlminin orada olduqlarını görmüşlər. Pərviz və Səlmi onun Arzuya qazdırdığı bütün çalaları torpaqla doldurmuşlar. O, Pərvizdən qazdırdığı çalaları doldurmasının səbəbini soruşmuş, həmin vaxt Səlmi onun üstünə cummuş, sinəsindən tutub onun kürəyini maşına vurmuş, oğlunun yanında onu təhqir etmiş, Səlminin bu hərəkətindən o, əsəbləşmiş, əli ayağı əsməyə başlamış, maşına oturub bir qədər irəli sürüb maşında gətirdiyi beton dirəkləri sahənin ayağında doldurulmamış çalalara basdırıb oradan uzaqlaşmaq istəmiş, bu səbəbdən maşını irəli sürüb qaz verdikdə Səlmi özünü maşının qabağına atmış, o, idarə etdiyi maşınla Səlminin üstündən keçib maşını saxlamış, maşından düşmək istədikdə Pərviz ona yaxınlaşıb əlindəki lapatka ilə onu vurmaq istəmiş, o, maşına girdiyindən Pərvizin birinci zərbəsi ona dəyməmiş, Elbrusa qışıqırıb maşından düşüb qaçmağı demiş, Elbrus maşının sağ qapısından düşdükdə Pərviz lapatka ilə Elbrusun çiynindən vurmuş, Elbrus maşından düşüb sahənin baş tərəfinə qaçmış, o, maşının sağ qapısından düşmək istədikdə Pərviz lapatka ilə onun sol çiynindən vurmuş, Pərviz onu lapatka ilə vurarkən başını maşının salonuna salıb zərbədən qorunmaq istəmiş, həmin vaxt maşının sağ tərəf ayaqaltında evdən gələrkən götürdüyü mətbəx bıçağını görmüş, Pərvizin lapatka ilə onu vurmasına əsəbləşib, bıçağı maşından götürərək özünü qorumaq üçün Pərvizi vurmağa başlamışdır. Pərvizə neçə bıçaq zərbəsi vurduğu yadında qalmamış, bir neçə bıçaq zərbəsi vurduqdan sonra Pərvizin boyun nayihəsindən qan gəldiyini görmüşdür. Pərviz qaçıb avtomobilin sol tərəfinə keçmiş, o da Pərvizin arxasınca qaçıb onun bədənindən yenə də bıçaqla vurmuş, ancaq Pərvizin bədəninin hansı nahiyəsinə neçə bıçaq zərbəsi vurduğu dəqiq yadında qalmamışdır. Pərvizi bıçaqla vurduğu vaxt Səlmi maşınla vurulduğu yerdə oturub həmin hadisəni öz gözləri ilə görmüşdür. Sonra Səlmiyə yaxınlaşıb ona “İstəyinə çatdınmı, bədbəxt elədin bizi” demiş, bu zaman Səlmi onu əli ilə tutub yerə yıxaraq vuraraq söyməyə başladıqda o, Səliminin əlindən çıxmaq üçün əlindəki bıçaqla Səlmiyə bir neçə bıçaq zərbəsi vurmuş və bısaq onun boğazını kəsmişdir. Bundan sonra o, bıçağı və avtomobilindən termosu götürüb hadisə yerindən bir neçə metr kənarlaşmış, bıçağı ota silmiş, oğlu Elbrusa əl-üzünü yumaq üçün su gətirməyi tapşırmış, Elbrus yaxınlıqdakı arteziandan ona su gətirmiş, əlüzünü yuduqdan sonra yarım fincan çay içmiş və bundan sonra Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edib törətdiyi hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gələnə qədər o, hadisə yerində gözləmiş, polis əməkdaşları gəldikdən sonra könüllü olaraq təslim olmuş, hadisə zamanı istifadə etdiyi bıçağı Səlmi Namazovanın meyitinin yanına atmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Pərviz Namazov və Səlmi Namazovanı öldürmək niyyətinin olmadığını, özünü müdafiə etmə məqəsdi ilə vurduğun bildirmişdir. Hadisə zamanı oğlu Elbrus ona köməklik etməmiş, əksinə Elbrus hadisə baş verən zaman qorxub bir qədər kənara qaçmış və hadisəni aralıdan müşahidə etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, Goranboy rayonu Qarasüleymanlı kəndində yaşayır, heç bir yerdə işləmir, şəxsi təsərrüfatında əkin biçinlə məşğul olur. X6 ilə 11 il bundan əvvəl evlənmiş, birgə nigahdan 4 övladı vardır. Övladlarından ikisi oğlan, ikisi qızdır. Övladları Fidanın 9, Samirin 7, Səbuhinin 5 yaşı vardır, Aytən isə 1 yaş 9 aylıqdır. Mərhum əri Pərviz Namazov heç bir yerdə işləməmiş, əkin biçinlə məşğul olmuşdur. X27, eltisi Günay Namazova və Günayın oğlu İbrahim Namazov onlarla bir evdə yaşamışdır. X27 heç vaxt ailə qurmamış, eltisi Günayın əri Faiq və böyük oğlu Rəcəb Rusiyada yaşayırlar. Təqsirləndirilən şəxs Goranboy rayonu Qarasüleymanlı kənd sakini olsa da, onunla heç bir qohumluq münasibətləri olmamışdır. Təqsirləndirilən şəxslə onların arasında təxminən 6 ildir ki, torpaq mübahisəsi vardır. Mübahisənin səbəbi onların Təqsirləndirilən şəxs pay torpağının qonşuluğunda yerləşən pay torpağını almaları, qonşu olduqdan sonra Təqsirləndirilən şəxs onların torpaq sahəsinə iddia etməsi olmuşdur. Sözü gedən mübahisəli torpaq sahəsi Qarsüleymanlı kəndində, Goran çayının sahilində yerləşir. 6 il bundan öncə baldızı X8 kəndində yaşayan Əsibə və Ömər adlı şəxslərdən 5,2 hektar torpaq sahəsini pulla almış, ancaq həmin torpaq sahəsinə görə Səlminin Əsibə və Ömərə neçə manat pul verdiyini bilməmişdir. Torpaq sahəsini aldıqdan sonra Səlmi həmin torpaq sahəsini öz adına sənədləşdirmiş və çıxarış almışdlr. Səlminin Əsibə və Ömərdən aldığı torpaq sahəsi Təqsirləndirilən şəxs pay torpağının qonşuluğunda yerləşmişdir. İlhamın pay torpağının neçə hektar olduğunu bilməmişdir. Səlmi Əsibə və Ömərdən torpaq sahəsini almamışdan öncə Təqsirləndirilən şəxs Əsibənin pay torpağında ağac əkmiş, Səlmi İlhama əkdiyi ağacları kəsib çıxarmağı tələb etmiş, lakin İlham ağacları çıxarmadığına görə Səlmi İlhama qarşı Goranboy rayon Məhkəməsində iddia qaldırmışdır. Goranboy rayon Məhkəməsi Səlminin xeyrinə qətnamə çıxarmış, daha sonra apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsi Goranboy rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Təxminən 2-3 il bundan əvvəl Təqsirləndirilən şəxs Rusiyaya getmiş, onunla Səlmi arasında olan torpaq mübahisəsi səngimişdir. İlham Rusiyaya gedəndən bir il sonra Azərbaycana qayıtmış, gəldikdən sonra Səlmi ilə İlhamın arasında yenidən torpaq mübahisəsi yaranmağa başlamışdır. İlham Səlmiyə qarşı Goranboy rayon Məhkəməsində iddia qaldırmış, məhkəmə İlhamın iddia ərizəsini təmin etməmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs 06 fevral 2022-ci il tarixdə Səlminin torpaq sahəsinə traktor saldırıb orada dirək basdırmaq üçün çala qazdırmışdır. 06 fevral 2022-ci il tarixdə onlar ailə üzvləri ilə birlikdə evdə olmuşlar. Həmin gün günortadan sonra İlhamın onların torpaq sahəsində çala qazdırdığı barədə kimsə Səlmiyə və Pərvizə məlumat vermiş, bu xəbəri eşitdikdən sonra Pərviz və Səlmi evdən çıxıb sahəyə getmiş, o, uşaqları və eltisi ilə birlikdə evdə qalmışdır. Həmin gün saat 17-18 radələrində qonşuları Arzuman və Gülbəniz İlhamın bıçaqla Pərviz və Səlmini vurub öldürdüyünü demişdir. Sonradan eşitmişdir ki, hadisə baş verən zaman orada İlhamın oğlu Elbrus olmuş və Elbrus atası İlhama Pərvizi və Səlmini öldürməkdə köməklik etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, mərhum Səlmi Namazova və mərhum Pərviz Namazo onun xalası uşaqları olmuşdur. Pərviz ailəli olmuş və dörd uşağı vardır, Səlmi isə heç vaxt ailə qurmamışdır. Təxminən 2016-cı ildə X8 kəndində Goran çayının sol sahilində Əsibə və Ömər adlı şəxslərdən 5.21 ha torpaq sahəsini öz pulu ilə almış və torpağını əkməklə məşğul olmuşdur. Səlminin Əsibə və Ömərdən aldığı torpaq sahəsi Təqsirləndirilən şəxs torpaq sahəsi ilə qonşuluqda yerləşmişdir. Səlmi torpağı aldıqdan sonra İlham Səlmi ilə torpaq mübahisəsinə başlamış və həmin vaxtdan Səlmi İlhama qarşı Goranboy rayon məhkəməsinə iddia ilə müraciət etmiş, məhkəmə Səlminin xeyrinə qətnamə çıxarmışdır. İlham məhkəmənin qətnaməsindən apellyasiya şikayəti versə də, Gəncə Apellyasiya Məhkəməsi Səlminin xeyrinə qətnaməni qüvvədə saxlamışdır. Buna baxmayaraq İlham yenə də Səlminin torpağını zəbt etməkdə davam etmişdir. 2022-ci il fevral ayının 6-da axşam vaxtı İlhamın Səlmi və Pərvizi torpaq sahəsində öldürdüyünü eşitmişdir. Qohum əqrabadan eşitmişdir ki, hadisə vaxtı İlhamın oğlu Elbrus orada olub və Elbrus atasına Səlmini və Pərvizi öldürməkdə köməklik edib. O, özü hadisə yerində olmadığından həmin hadisəni görməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Goranboy rayonu Qarasüleymanlı kəndində yaşayır, heç bir yerdə işləmir, şəxsi təsərrüfatında əkin biçinlə məşğul olur, habelə öz qapısında maşın təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs atasıdır. Atası Təqsirləndirilən şəxs heç bir yerdə işləməmiş, şəxsi təsərrüfatlarında əkin-biçin işi ilə məşğul olmuş, həmçinin qapılarında maşın təmiri ilə məşğul olmuşdur. X23 və onun bacısı X22 həmkəndliləri olmuş, onlarla qohumluq münasibəti olmamış, həmkəndli kimi münasibətləri normal olmuşdur. Təxminən 4-5 il bundan əvvəl Pərviz və Səlmi onların pay torpağının qonşuluğunda yerləşən torpaq sahəsini alıb onlarla qonşu olduqdan sonra münasibətləri korlanmışdır. Münasibətlərinin korlanmasının səbəbi Pərviz və Səlminin onların pay torpağını zəbt etmələri olmuşdur. Pərviz və Səlmi Namazovlar onların 4 hektar pay topağını zəbt etdikdən sonra atası Təqsirləndirilən şəxs iki il əvvəl Goranboy rayon məhkəməsində onlara qarşı mülki qaydada iddia qaldırmış və məhkəmə iki ilə yaxın davam etmiş, yekunda məhkəmə onların xeyrinə qətnamə çıxarmışdır. 14 dekabr 2021-ci il tarixdə Goranboy rayon icra və probasiya şöbəsinin əməkdaşları onların pay torpağına gələrək onlara məxsus 4 hektar pay torpağının sərhədini müəyyən etmiş və həmin vaxt icra prosesinin videoçəkilişi həyata keçirilmişdir. İcra prosesi aparılan zaman Pərviz Namazov və Səlmi Namazova həmin yerə gəlmiş və icra məmurları məhkəmənin onların xeyrinə qətnamə çıxardığını bildirib müəyyən olunmuş sərhəd barədə onlara məlumat verilmişdir. 16 dekabr 2021-ci il tarixdə Pərviz və Səlmi Namazovlar onların 4 hektar pay torpağına arpa səpmişlər. Atası Təqsirləndirilən şəxs pay torpağında Pərvizin və Səlminin arpa səpməsini bildikdən sonra həmin torpağı əkdirmək istəmiş, lakin kənd sakinlərindən adını bilmədiyi bir şəxs onun atasından xahiş etmişdir ki, Pərvizin və Səlminin əkdiyi yeri əkdirməsin, arpa yetişəndən sonra Pərviz və Səlmi yerin haqqını verər. Atası bundan sonra Pərvizin və Səlminin əkdirdiyi onlara məxsus torpaq sahəsini əkdirməmişdir. Atası pay torpağına beton dirəklər basdırmaq qərarına gəlmiş və bu niyyətlə 06 fevral 2022-ci il tarixdə səhər vaxtı atası Arzu adlı traktorçuya zəng edib ondan pay torpağında beton dirək basdırmaq barədə xahiş etmişdir. Arzu atasının xahişinə əsasən 06 fevral 2022-ci il tarixdə saat 10 radələrində idarə etdiyi traktorla onların sahəsinə gəlmişdir. O da atası ilə birlikdə sahəyə getmişdir. Atası traktorçu Arzuya sahələrində 16 ədəd dirək üçün yer qazdırmışdır. Saat 12 radələrində iş yekunlaşan vaxt onlar Pərvizlə Səlminin sahəyə tərəf gəldiklərini görmüşlər. X11rla dalaşacağını hiss edib Arzuya sahədən çıxıb getməyi demiş, Arzuya dirək üçün yer qazdığına görə 32 manat pul vermiş, sonra o, atası ilə birlikdə atasının idarə etdiyi «Niva» markalı 51-533 dövlət qeydiyyat nişanlı maşına minib evlərinə getmişdir. Traktorçu Arzu onlardan sonra sahədən çıxıb gedəndə X24bağını kəsib ondan sahədə dirək üçün yer qazmasının səbəbini soruşmuş, Arzu onların yanında onun atasına zəng edib Pərvizlə Səlminin onun qabağını kəsdiyini və dirək üçün yer qazmasına görə ona iradlarını bildirdiklərini söyləmiş, atası X25 iddia etdikləri torpaq sahəsi ilə əlaqədar məhkəmə çəkişməsi olduğunu, məhkəmənin onların xeyrinə qətnamə çıxardığını bildirmişdir. Günortadan sonra o, atası ilə birlikdə beton dirəkləri quyuya salmaqdan ötrü yenidən sahələrinə getmişdir. Onlar sahəyə çatanda Pərvizlə Səlminin sahədə olduqlarını, onların Arzunun dirək üçün qazdığı quyuları torpaqla doldurduqlarını görmüşlər. Atası maşını sahəyə salmaq istəmiş, lakin Səlmi sahənin baş tərəfində dayanıb atasının maşınla sahəyə girməsinə maneçilik törətməyə başlamış, onlar maşından düşmüş, atası Səlmidən və Pərvizdən quyunu torpaqla doldurmasının səbəbini soruşmuş, Səlmi atasına ölü söyüşü söyüb yaxşı elədiyini və torpağın onlara məxsus olduğunu bildirmişdir. Səlminin atasına ölü söyüşü söyməsi atasını qəzəbləndirmiş, atası maşına minib sahəyə girmək istəyəndə Səlmi özünü maşının qabağa vermiş və atası idarə etdiyi «Niva» markalı maşınla Səlmini vurub onun üstündən keçərək maşını bir qədər irəlidə saxlamışdır. Həmin vaxt onlardan bir qədər kənarda olan Səlminin qardaşı Pərviz əlində lapatka onların maşınına tərəf gəlmiş, atası Səlmiyə kömək etmək məqsədi ilə maşından düşmək istəyəndə Pərviz əlindəki lapatka ilə atasını vurmaq istəmiş, atası maşının qapısını bağladığından lapatka atasına dəyməmiş, o, maşının sağ qapısından aşağıya düşəndə Pərviz lapatka ilə onu vurmaq istəmiş, o, qaçdığından lapatka ona dəyməmişdir. Həmin vaxt maşında mətbəx bıçağı olduğundan, atası mətbəx bıçağını götürüb maşından düşmüş, Pərviz əlindəki lapatka ilə atasını vurduqdan sonra atası bıçaqla Pərvizi vurmuşdur. Atası Pərvizi bıçaqla vurduqdan sonra Pərvizin qanı maşının üstünə sıçramış, bu vəziyyəti görüb qorxduğundan o, oradan bir qədər kənarlaşmış, atası Pərvizə bir neçə bıçaq zərbəsi vurduqdan sonra Səlmiyə tərəf gəlmişdir. Səlmi maşınla vurulduğu yerdə uzanıqlı vəziyyətdə atasına nalayiq sözlər işlətmiş, atası Səlmiyə yaxınlaşıb onu da bıçaqla vurmuşdur. Sonra atası polisə zəng edib hadisə barədə məlumat vermiş, təxminən 10-15 dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları hadisə yerinə gələnədək Pərviz və Səlmi hadisə yerində ölmüşlər. Baş vermiş hadisəni sahədə onlardan təxminən 500-600 metr kənarda qoyun otaran iki nəfər şəxs görmüş, həmin şəxslərin kim olduqlarını bilməmişdir. Atası Səlmini maşınla vurarkən, sonradan isə Pərvizi və Səlmini bıçaqla vurarkən o, atasına köməklik etməmiş, əksinə donub qalmış, hadisəni öz gözləri ilə görüb qorxduğu üçün həmin yerdən uzaqlaşıb kənara getmişdir. Atası maşınla Səlminin üstündən keçəndən sonra Səlmi hərəkətsiz halda torpağın üstündə uzanmış, ayağa qalxmamış, atasının arxasınca qarğış yağdırmış, atası Səlmini bıçaqla vurarkən aralıda olduğundan hadisəni dəqiq görməmişdir. X29 maşınla vurarkən Pərviz Namazov həmin hadisəni görmüş və buna görə əlindəki lapatka ilə atasının üstünə hüsum etmişdir. Atasının Pərviz və Səlmini öldürərkən istifadə etdiyi bıçaq mətbəx bıçağıdır, həmin bıçaq çox vaxt evlərində olmuş, hadisə günü atası həmin bıçağı sahədə kəndiri kəsmək üçün götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 05 fevral 2022-ci il tarixədək Təqsirləndirilən şəxslə heç bir tanışlığı olmamışdır. 05 fevral 2022-ci il tarixdə axşam vaxtı Təqsirləndirilən şəxs ona zəng edib sahəsində 8-10 ədəd çala qazdırmaq istədiyini bildirmişdir. Səhəri gün, yəni 06 fevral 2022-ci il tarixdə günorta vaxtı o, Təqsirləndirilən şəxslə görüşüb Goran çayının sahilində yerləşən İlhama məxsus torpaq sahəsində 16 ədəd çala qazmışdır. İşini qurtardıqdan sonra İlham ona zəhmət haqqını vermiş, traktoruna minib ərazidən uzaqlaşarkən Goran çayının içərisində Pərviz Namazov traktoru saxlatmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı avtomobili ilə onların yanından ötüb getmişdir. Pərviz Namazov qapını açıb ona “sən namaz əhlisən, səni tanıyıram və sənə böyük hörmətim var. Bizim Təqsirləndirilən şəxslə torpaq münaqişəmiz olduğuna görə, o, səni bir daha çağırsa, buraya gəlmə” demiş, o, Pərviz Namazova “başüstə bir daha gəlmərəm. Heç mənim də narazılıq olan işlərdən xoşum gəlmir. Bilsəydim ki, sizin münaqişəniz var, mən buraya gəlməzdim” cavabını vermişdir. Həmin vaxt Pərviz Namazovun bacısı Səlmi Namazova nalayiq ifadələr işlətmiş, o, traktordan düşüb Səlmiyə “ay xala niyə nalayiq ifadələr səsləndirirsiniz?” demiş, bu zaman Pərviz Namazov bacısı Səlmi Namazovaya “bizim bununla nə işimiz var ki?” demişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs zəng edib “burada narazılıq bildirirlər” demiş, İlham ona “orada sənlik heç bir şey yoxdu, kimsə sənə narazılığını bildirsə, mənə zəng elə, mən cavabını verəcəyəm” demişdir. Bundan sonra o, traktora əyləşib oradan uzaqlaşmışdır. Sonradan Təqsirləndirilən şəxs Pərviz Namazov və Səlmi Namazovanı öldürdüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, X16 və X15 şəxsən tanımamış, Təqsirləndirilən şəxs isə Goranboy rayonu Qarasüleymanlı kənd sakini kimi tanımışdır. 06 fevral 2022-ci il tarixdə saat 16 radələrində evdə olarkən traktor sürücüsü Şahid2 ona zəng edərək Qarasüleymanlı kəndində sahədə çala qazmaq üçün ona köməklik etməyi xahiş etmiş, o, Arzuya köməklik edəcəyini deyib evdə olduğunu bildirmiş, Arzu idarə etdiyi traktorla onu evlərindən götürüb Goranboy rayonu Qarasüleymanlı kəndinə, həmin kənd sakini Təqsirləndirilən şəxs torpaq sahəsində çala qazmaq üçün aparmışdır. Onlar oraya çatanda Təqsirləndirilən şəxs onları qarşılamış və onlara qazmalı olduqları yeri göstərmişdir. Bundan sonra Arzu və o, İlhamın onlara göstərdiyi işləri görməyə başlamışlar. Təxminən 30 dəqiqə ərzində onlar həmin torpaq sahəsində 16 ədəd çala qazmış, işlərini yekunlaşdırdıqdan sonra Arzu traktordan düşüb İlhamdan gördüyü işin pulunu almış, bundan sonra onlar Goranboy şəhərinə qayıtmaq üçün yola düşmüş, İlham da özünün idarə etdiyi «NİVA» markalı avtomobillə onların arxasınca gəlmişdir. Çayın qollarının birləşdiyi yerə çatanda Pərviz Namazov onların traktorunun qarşısını kəsib saxlatmış, ancaq arxadan gələn İlham avtomobilini saxlamadan onların yanından keçib getmişdir. Onların yolunu kəsən Pərviz Arzuya “mən sizi tanıyıram, sizə hörmətim var, amma bundan sonra İlhamın işinə gəlməyin” demiş, Arzu Pərvizə “biz çörək puluna gəlmişik. İlham 16 ədəd çala qazmaq üçün bizi çağırıb, işimizi qutardıq və qayıdırıq” demiş, bu zaman yaxınlıqdaki təpənin baş tərəfindən Pərvizin bacısı Səlmi Namazova yüksək səslə “onlar kimdirlər orda, nə işə gəliblər?” deyərək onların ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Həmin vaxt o, traktorun içində sakit oturmuşdur. O və Arzu Səlminin söyüşlərini aydın formada eşitmiş, bundan sonra Arzu traktordan düşüb Səlmiyə tərəf baxaraq “ay bibi, ay bacı qurban olum bizlik nə var axı? Bizi İlham çağırıb, işimizi görmüşük, indi də gedirik” demiş, Səlminin qardaşı Pərviz “mən bunları tanıyıram, bunlarlıq bir iş yoxdu” deyərək bacısı Səlmiyə səslənmişdir. Sonra Arzu traktora minmiş və onlar yoluna davam etmişlər. Yolda olarkən Arzu İlhama zəng edib “bu nə işdi bizim başımıza açdın ay İlham, bəs məni niyə problemli işə çağırırsan?” deyərək soruşmuş, İlham Arzuya “sizlik heç nə yoxdur, narahat olma” demişdir. Arzu onu Goranboy şəhərinə gətirib evlərində düşürmüş, o, evində çimib yatmış, hadisələrin davamı barədə heç bir məlumatı olmamışdır. Səhəri gün, yəni 07 fevral 2022-ci il tarixdə atasından Təqsirləndirilən şəxs Pərviz Namazov və Səlmi Namazovanı öldürdüyünü eşitmişdir. Onlar Təqsirləndirilən şəxs sifarişi ilə çala qazarkən həmin torpaq sahəsindən 400-500 metr kənarda iki nəfər qoyun otarmış, lakin qoyun otaran şəxslərin kim olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, şəxsi təsərrüfatında qoyun saxlamaqla məşğul olur. X7 və X23 onun həmkəndliləridir, onlarla qohumluğu yoxdur. Habelə Təqsirləndirilən şəxs da həmkəndlisidir və onunla da qohumluğu yoxdur. Onun ailəsi ilə birlikdə 3,65 hektar pay torpağı vardır və həmin pay torpağı Goran çayının sahilində, Qarasüleymanlı kəndinin ərazisi ilə Veyisli kəndinin sərhədində yerləşir. Onun torpaq sahəsinin yerləşdiyi ərazidə birinci sahə Təqsirləndirilən şəxs, sonra Səlmi Namazovanın, daha sonra Təqsirləndirilən şəxs, Müşfiqin, Xaliqin, Malikin, Vüqarın, Əsədin, Ziyanın, Rövşənin, Raufun, Bəhruzun, Surxayın, Oqtayın, ən axırda isə onun sahəsi yerləşir. Yəni onun torpaq sahəsi ilə İlhamın torpaq sahəsinin arasında 7-8 nəfərin pay torpağı yerləşir və məsafə 1200 metrdən çoxdur. 06 fevral 2022ci il tarixdə saat 14 radələrində həmkəndlisi Şahid5la birlikdə qoyunlarını sahəyə aparıb otarmışdır. Heyvanlarını sahədə otaran vaxt İlhamın sahəsində heç kimi görməmişlər. Onlar sahəyə gedəndə İlhamın sahəsinin baş tərəfində çala qazıldığını görmüşlər. Elxanla o, heyvanları sahədə təxminən iki saat otarmış, həmin müddətdə İlhamın sahəsinə nə İlham, nə Səlmi, nə də Pərviz gəlməmişdir. Sahədə heyvan otararkən həmkəndlisi Ziya sahəyə gəlib dayısının sahəsini suvarmış, digər həmkəndlisi Rəsul isə öz sahəsində olmuşdur. Rəsul onlardan əvvəl sahəsindən çıxıb evinə getmişdir. Rəsulun deməyinə görə həmin gün onun qoyunu doğmalı idi və buna görə Rəsul sahədən tez çıxıb evinə getmişdir. Onlar sahədən heyvanları otara-otara çıxaranda Səlmi ilə Pərvizin əllərində lapatka sahəyə gəldiklərini, heyvanları sahədən yola çıxaranda İlhamın sahəsi tərəfdə ağ rəngli avtomobil gəldiyini görmüşlər, lakin avtomobilin markasını, avtomobildə kimlərin olduğunu bilməmişlər. Onlar heyvanları sahədə çıxarana kimi İlhamın sahəsində İlhamla Səlminin, Pərvizin arasında dava-dalaş baş verdiyini görməmişlər. Heyvanları kəndə çatdıranda sahəyə tərəf polis maşınlarının getdiyini görmüşlər. Polis maşınını görəndə İlhamla Səlminin arasında münaqişə baş verdiyini, polis maşınının onların olduğu yerə getdiyini başa düşmüşlər. O, Elxanla birlikdə heyvanları qapılarına aparmış, evə çatandan sonra o, öz heyvanlarını pəyəyə salıb Səlmigilə getmişdir. Səlmigilə çatanda onların qapısına xeyli sayda kənd sakini yığışdığını görmüş və kənd sakinlərindən İlhamın sahədə Səlmi ilə Pərvizi bıçaqla vurub öldürdüyünü eşitmişdir. O, hadisəni öz gözləri ilə görməmişdir. Təqsirləndirilən şəxs Səlmi Namazova və Pərviz Namazovu öldürdüyü vaxt Şahid1 atasına köməklik etdiyini heç kimdən eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, özünə məxsus avtomobillə taksi fəaliyyəti göstərir. X7, X23 və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. X44, nə Səlmi Namazova, nə də Təqsirləndirilən şəxslə qohumluğu yoxdur, onların üçü ilə həmkəndli kimi münasibəti normal olmuş, aralarında narazılıq olmamışdır. Goranboy rayonu Qarasüleymanlı kəndinin ərazisində, Goran çayının sahilində onun 1.59 hektar pay torpağı vardır. Onun pay torpağına qonşuluqda Təqsirləndirilən şəxs 6 hektar pay torpağı vardır. Həmin torpaq sahəsi əvvəllər İlhamın qardaşı İlqarın sahəsi olmuş və bir neçə il əvvəl İlqar öz torpaq sahəsini notarial qaydada verdiyi etibarnamə ilə İlhama vermişdir. İlqarın İlhama verdiyi torpaq sahəsinin qonşuluğunda mərhum Səlmi Namazovanın torpaq sahəsi yerləşir. Səlmi Namazovanın torpaq sahəsinin ölçüsü 5 hektardır. Səlminin torpaq sahəsindən sonra Təqsirləndirilən şəxs özünün pay torpağı vardır. X30 5 hektar torpaq sahəsi Təqsirləndirilən şəxs özünün pay torpağı ilə qardaşı İlqarın İlhama verdiyi torpaq sahəsinin arasında yerləşir. X40 Haqverdiyevin torpaq sahəsinin təxminən 3 hektarını zəbt edib əkmişdir. Bu səbəbdən bir neçə il idi ki, Təqsirləndirilən şəxslə Səlmi Namazovanın arasında torpaq mübahisəsinə görə məhkəmə prosessləri olmuşdur. Məhkəmə Səlminin xeyrinə qətnamə çıxarmış və Səlmi İlhamın təxminən 3 hektar sahəsini zəbt etməkdə davam etmişdir. Hadisənin baş verdiyi gün, yəni 06 fevral 2022-ci il tarixdə sahədə olmamış, Goranboy şəhərində olmuş, həmin gün axşam evə gələndə İlhamın sahədə Səlmini və Pərvizi bıçaqlayıb öldürdüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Goranboy rayonu Qarasüleymanlı kəndində yaşayır, heç bir yerdə işləmir, şəxsi təsərrüfatında əkin biçinlə məşğul olur. X7 və X23 həmkəndliləri və qonşuları, Təqsirləndirilən şəxs isə həmkəndlisi olmuşdur. X44, nə Səlmi Namazova, nə də Təqsirləndirilən şəxslə qohumluğu yoxdur. Onların üçü ilə həmkəndli kimi münasibəti normal olmuş, aralarında narazılıq olmamışdır. Onun ailəsinin 1,86 hektar pay torpağı vardır. Bundan başqa 2020-ci ilin sentyabr ayında o, Təqsirləndirilən şəxs 6,38 hektar torpaq sahəsi icarəyə götürmüşdür. Təqsirləndirilən şəxs icarəyə götürdüyü 6,38 hektar torpaq sahəsi Goran çayının sahilində yerləşir. İlhamın həmin yerdə 2 hektar əlavə torpaq sahəsi vardır. İlhamın 6,38 və 2 hektar torpaq sahələrinin arasında Səlmi Namazovanın 5,2 hektar torpaq sahəsi yerləşir. Səlmi Namazova 5,2 torpaq sahəsini həmkəndliləri Ömər və Əsibə adlı şəxslərdən almışdır. X43 və Əsibədən torpaq sahəsi aldığı vaxtdan İlhamla Səlminin arasında torpaq mübahisəsi yaranmış və həmin mübahisəyə görə onlar bir-birini məhkəməyə vermişlər. 06 fevral 2022-ci il tarixdə saat 13 radələrində dayıları Mahir və Tahirin sahəsini suvarmaq üçün həmin sahəyə getmişdir. Dayıları Mahir və Tahirin torpaq sahələri Veyisli kənidinin ərazisindədir, onun İlhamdan icarəyə götürdüyü sahədən təxminən 700-800 metr kənarda yerləşir. O, sahəyə çatanda dayılarının sahəsinə suyun saat 15-də veriləcəyini öyrənib öz evinə qayıtmışdır. Həmin vaxt sahədə nə İlhamı, nə Pərvizi, nə də Səlmini görməmiş, İlhamın sahəsinin baş tərəfində traktor görmüşdür. Evə gəlib çörəyini yemiş, sonra sahəyə qayıtmış, çatanda İlhamdan icarəyə götürdüyü sahədə traktorçu tərəfindən dirək basdırmaq üçün çala qazıldığını görmüş, lakin orada nə traktorçunu, nə İlhamı, nə də Səlmi ilə Pərvizi görməmişdir. Sahəyə qayıdanda X20 sahəsində qazılmış çalanı torpaqla doldurduğunu, Pərviz Namazovun isə əlində telefon Səlmini videoya çəkdiyini görmüşdür. O, yenidən arteziana tərəf getmişdir. Arteziandan suyu dayısının sahəsinə açıb qayıdanda Təqsirləndirilən şəxs sahəsinə xeyli sayda kənd sakinlərinin yığışdığını, sahədə İlhamın «Niva» markalı maşınını görmüşdür. O, İlhamın maşınına yaxınlaşdıqda sahədə Səlminin və Pərvizin meyitlərini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs sahəyə gəlib Səlminin və Pərvizin onun qazdırdığı çalaları torpaqla doldurduqlarına görə onlarla mübahisə etdiyini və bıçaqla Pərviz və Səlmini vuraraq öldürdüyü ona məlum olmuşdur. Hadisə baş verərkən orada olmadığından həmin hadisəni öz gözləri ilə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, təxminən iki il bundan əvvəl Xalid adlı həmkəndlisindən Goranboy rayonu Qarasüleymanlı kəndində 3 ha torpaq sahəsini 5 il müddətinə icarə götürmüşdür. X23 və X22 onun əmisi uşaqları olmuşlar. Onlarla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs isə Goranboy rayonu Qarasüleymanlı kənd sakini kimi tanımışdır. Onun Qarasüleymanlı kəndinin ərazisində icarə götürdüyü torpaq sahəsinin sağ tərəfində Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs torpaq sahəsindən təxminən sağda isə Səlmi Namazovanın 5.21 ha torpaq sahəsi yerləşir. 06 fevral 2022-ci il tarixdə saat 16 radələrində icarə götürdüyü torpaq sahəsindən çıxıb öz evinə gedərkən, X23 və X22 özlərinə məxsus torpaq sahəsinə gəlmiş, Səlmi Namazova uzaqdan ona “Ay Rəsul, İlhamgil hara getdilər?” soruşmuş, o, Səlmi Namazovaya “mən nə bilim hara getdilər, yəqin evə getdilər” cavabını vermiş, bundan sonra torpaq sahəsindən çıxıb evinə getmişdir. Həmin vaxt X23 və X22 torpaq sahəsindən yuxarıya doğru hərəkət etmişlər. O, evə çatandan sonra qapısında saxladığı və yeni doğan heyvanı ilə məşğul olmağa başlamış, işini yekunlaşdırdıqdan sonra arvadı İntizar Namazova evə gəlib ona “Sən nə vaxt gəlmisən? Nə yaxşı evdəsən?” deyərək soruşmuş, o, İntizara “Heyvan doğurdu ona görə də sahədən evə biraz tez gəldim” demiş, İntizar ona “Xəbərin varmı Səlmini və Pərvizi sahənin başında öldürüblər” demişdir. Bu xəbəri eşidən kimi dərhal hazırlaşaraq Səlmigilin Qarasüleymanlı kəndindəki evinə getmiş, oraya çatanda qohumları ona kənd sakini İlhamın Səlmini və Pərvizi bıçaqlayaraq öldürdüyünü bildirmişlər. Təqsirləndirilən şəxs Pərviz Namazov və Səlmi Namazova ilə torpaq sahəsinə görə uzun müddətdir ki, mübahisəsi olmuş və onun bildiyinə görə mübahisəli torpaq sahəsi Təqsirləndirilən şəxs məxsus olmuşdur. Hadisə baş verən zaman o, evində olmuş, həmin hadisəni görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Qarasüleymanlı kəndinin ərazisində əri Təqsirləndirilən şəxs məxsus 1.82 hektar pay torpaq sahəsi vardır. Bundan başqa həmin torpaq sahəsinə bitişik, Təqsirləndirilən şəxs qardaşları Namiq Haqverdiyev və İlqar Haqverdiyevə məxsus 2.5 hektar pay torpaq sahəsi vardır. Təqsirləndirilən şəxs qardaşlarına məxsus pay torpaq sahələrini almışdır. 2016-cı ildə Təqsirləndirilən şəxs həm 1.82 hektar, həm də 2.5 hektar torpaq sahəsində qarışıq meyvələrdən ibarət bağ salmışdır. Lakin həmkəndliləri X23, X22 həmin torpaq sahələrini Təqsirləndirilən şəxs əlindən alıb özləri əkib becərmək istəmişlər. Bununla bağlı Təqsirləndirilən şəxs müvafiq dövlət orqanlarına müraciət etmişdir. Məhkəmə qətnaməsi əsasında Təqsirləndirilən şəxs məxsus 1.82 hektar və 2.5 hektar torpaq sahəsi yerində İlhama göstərilmişdir. Buna baxmayaraq Səlmi Namazova və X41 Haqverdiyevə həmin torpaq sahələrində hər hansı bir iş görməsinə maneə yaratmış, özbaşına qeyd edilən torpaq sahələrində arpa əkmişlər. 06 fevral 2022-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs oğlu Şahid1lə birlikdə sahəyə getmişlər. Onlar torpaq sahəsinin sərhədi boyu traktor vasitəsi ilə çala qazdırıb beton dirəklər basdırmalı idilər. Saat 15 radələrində Təqsirləndirilən şəxs və oğlu Şahid1 evə gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs mobil telefonuna zəng gəlmiş, çalanı qazan traktor sürücüsü telefonda İlhama “Namazov Pərviz və Namazova Səlmi məni hədələyirlər, sənin pulunu qaytarım, qazdığım çalanı torpaqla doldurum” demiş, İlham traktorçuya “narahat olma, mən qanuni iş görürəm, əgər polisə müraciət etsələr mənə xəbər verərsən, əlimdə qanuni sənədlərim var” cavabını vermişdir. Təqsirləndirilən şəxs təxminən bir saat evdə oturub Pərviz Namazov və Səlmi Namazovanın həmin toraq sahəsindən uzaqlaşıb getmələrini gözləmişdir. Bir saatdan sonra İlham və Elbrus evdən çıxıb beton dirəkləri basdırmaq üçün sahəyə getmişlər. Həmin gün saat 17 radələrində polis əməkdaşları onların evinə gəlib əri Təqsirləndirilən şəxs Səlmi Namazovanı və Pərviz Namazovu öldürməsi barədə ona məlumat vermişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,hadisə yeri Goranboy rayonu Qarasüleymanlı kəndinin ərazisində, Goran çayının sol sahilində yerləşən əkin sahəsidir. Hadisə yerindən iki ədəd taxta parçası, bir ədəd kürək, bir ədəd bıçaq, üzərində qanabənzər ləkələr olan torpaq nümunəsi, bir ədəd «KGTEL KG105» markalı mobil telefon, 4 vərəqdən ibarət torpaq sahəsinin sənədi götürülmüşdür. «Meyitə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X34un meyitinə baxış keçirilərkən meyitin əynində olmuş bir ədəd göy rəngli uzunqol jaket, bir ədəd ağ qırmızı damalardan ibarət uzunqol köynək, bir ədəd ağ rəngli qısaqol futbolka, bir ədəd göy rəngli idman şalvarı, bir ədəd tünd boz rəngli idman şalvarı və bir ədəd ağ rəngli mayka götürülmüşdür. «Meyitə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum Səlmi Namazovanın meyitinə baxış keçirilərkən meyitin əynində olmuş bir ədəd krem rəngli küpürlü mayka, bir ədəd krem rəngli büstqalter, bir ədəd buta naxışlı yaylıq, bir cüt çəhrayı naxışlı boz corab, bir ədəd üzərində ağ və sarı naxışları olan göy rəngli xalat, bir ədəd qara rəngli retuz, bir ədəd boz rəngli jilet, bir ədəd ağ və sarı naxışları və qaşları olan tünd qırmızı rəngli jilet və bir ədəd çəhrayı rəngli uzunqol qofta götürülmüşdür. «Baxış keçirilməsi və götürülməsi və haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli cins şalvar, bir ədəd ağ göy naxışları olan qara rəngli uzunqol jaket və bir ədəd qara rəngli qolsuz jilet götürülmüşdür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 84 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müəyinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət müyyən olunmadı. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 08 nömrəli rəyindən görünür ki, X12 meyidinin məhkəmə-tibbi ekspertizasına və kriminalistik müayinə zamanı aşağıdakılar aşkar edildi: sağ və sol boyun arteriya və venalarının zədələnməsi, xarici qanaxma, daxili üzvlərin azqanlılığı, boyunun yuxarı 1/3-nin sağ və sol yan səthlərində hərəsində bir ədəd, boyunun aşağı 1/3-nin ön səthində bir ədəd, döş qəfəsinin sol yan səthində, qoltuqaltı xətt üzrə İV-V qabırğa səviyyəsində iki ədəd, qarının aşağı sol yan divarında öndə bir ədəd, sol qoltuqaltı xətt üzrə birinci qabırğa səviyyəsində bir ədəd, sol bazunun yuxarı 1/3-nin ön səthində bir ədəd, döş qəfəsinin ön səthində solda İ qabırğa altı nahiyədə bir ədəd, sağ döş qəfəsində iki ədəd deşilmiş-kəsilmiş yaralar, bədən səthinin çoxsaylı yaraları. Qeyd olunan bu xəsarətlərdən: a) boyunun sağ və sol yan səthinin, ön səthinin deşilmiş-kəsilmiş yarası nəticəsində sağ və sol boyun arteriya və venalarının zədələnməsi, xarici qanaxma, daxili üzvlərin azqanlılığı, döş qəfəsinin sol yan səthinin, qoltuqaltı xətt üzrə İV-V qabırğa səviyyəsində iki ədəd, qarının ön divarının aşağı sol yan divarında bir ədəd, sol qoltuqaltı xətt üzrə birinci qabırğa səviyyəsində bir ədəd, sol bazunun yuxarı 1/3-nin ön səthində bir ədəd, döş qəfəsinin ön səthində solda İ qabırğa altı nahiyədə bir ədəd, sağ döş qəfəsində iki ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (lərin), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait tarixdə, yəni xx.xx.2022-ci il tarixdə ekspertizaya təqdim olunmuş mətbəx bıçağı ilə yetirilmə zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir; b) sağ budun aşağı 1/3-nin iç səthinin, sağ bazunun ön və arxa səthində sol saidin aşağı 1/3nin arxa səthinin yaraları isə bərk küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomaşınla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. X1 ölümünə səbəb sağ və sol boyun arteriya və venalarının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 07 nömrəli rəyindən görünür ki, X10 meyidinin məhkəmə-tibbi ekspertizasına və laborator müayinələrə əsasən aşağıdakılar aşkar edildi: boyunun arxasından önə doğru bir ədəd, sol bazunun yuxarı 1/3nin arxa səthində iki ədəd, qarının ön divarının sağ yan səthində iki ədəd bir-birinə paralel, boyunun sağ yan səthində iki ədəd deşilmiş-kəsilmiş yaraları, sağ boyun venasının zədələnməsi, xarici qanaxma, daxili üzvlərin azqanlılığı, alın nahiyəsinin sıyrıqları. Qeyd olunan bu xəsarətlərdən: a) boyunun sağ yan səthində iki ədəd deşilmiş-kəsilmiş yaralanması zamanı boyun venasının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə, deşici-kəsici alətin(lərin) təsirindən əmələ gələ bilərdi hansı ki, onun ölümünə səbəb olmuşdur və dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya; b) boyunun arxa səthinin, sol bazunun arxa səthinin, qarının ön divarının sağ yan səthinin deşilmiş-kəsilmiş yaralar isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Yuxarıda qeyd edilən bu xəsarətlərin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2022-ci il tarixdə ekspertizaya təqdim edilmiş mətbəx bıçağı ilə yetirilmə zamanı əmələ gələ bilərdi. Məhkəmə ballistik və trasoloji ekspertizasının 18 mart 2022-ci il tarixli, 16/202/203 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmışbir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunan X10 əynində olmuş poluverin üzərində olan «a», «b», «c», «d», «e» zədələri, uzunqol köynəyin üzərində olan «f», «k», «l», «m», «o» zədələri, qısaqol köynəyin üzərində olan «g», «ğ», «s» zədələri, maykanın üzərində olan «ş», «j», «ə» zədələri və X12 əynində olmuş uzunqol jiletin üzərində olan «a», «b», «c», «d», «e» zədələri, qolsuz donun üzərində olan «f», «k», «l», «m», «n», «o», «x» zədələri, uzunqol poluverin üzərində olan «g», «ğ», «s», «y», «q», «h» zədələri, maykanın üzərində olan «ş», «j», «ə», «v», «u» zədələri və büstqalterin üzərində olan «i», «ı» zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarlar üzərində olan zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş X10 əynində olmuş köynəyin üzərində olan «n» zədəsi, şalvarın üzərində olan «i», «ı» zədələri, X12 əynində olmuş retuz şalvarın üzərində olan zədənin, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş gödəkçənin üzərində olan zədələr, Şahid1 hadisə vaxtı əynində olmuş gödəkçənin üzərində olan «a», «b», «c» zədələri fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb, ilişib-cırılma, sökülmə zədələridir. Həmçinin Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş gödəkçənin üzərində olan zədələr və Şahid1 hadisə vaxtı əynində olmuş gödəkçənin üzərində olan «a» , «b» , «c» zədələri kürək (lapatka) ilə vurulma zamanı əmələ gəlməsi mümkündür. Təqdim edilən X10 əynində olmuş isti alt şalvarının, X12 əynində olmuş jiletin, baş örtüyünün və corabın, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş poluverin və şalvarın, Şahid1 hadisə vaxtı əynində olmuş idman gödəkçəsinin və şalvarın üzərində mexaniki zədə aşkar edilmədi. Materialların məhkəmə ekspertizasının 16 mart 2022-ci il tarixli, 16/201 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X17, X18, Təqsirləndirilən şəxs və Şahid1 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. X13 məxsus bir ədəd poluverin üzərindən tapılmış bozumtul mavi rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus bir ədəd poluverin tərkib liflərinə uyğun gəlirlər. X17 məxsus digər geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində X17 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. X18 məxsus bir ədəd jaketin üzərindən tapılmış bozumtul mavi rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus bir ədəd poluverin tərkib liflərinə uyğun gəlirlər. X18 məxsus digər geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus bir ədəd poluverin üzərindən tapılmış tünd qırmızı rəngli poliakrilonitril liflər cinsi əlamətlərinə görə X18 məxsus bir ədəd jaketin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının üzərində X18 məxsus digər geyim əşyalarının tərkib liflərindən yoxdur. Şahid1 məxsus geyim əşyalarının üzərində X17 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. X17 məxsus geyim əşyalarının üzərində Şahid1 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Şahid1 məxsus geyim əşyalarının üzərində X18 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. X18 məxsus bir ədəd jaketin üzərindən tapılmış mavi rəngli poliester liflər cinsi əlamətlərinə görə Şahid1 məxsus bir ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. X18 məxsus digər geyim əşyalarının üzərində Şahid1 məxsus digər geyim əşyalarının tərkib liflərindən yoxdur. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 03 saylı rəyindən görünür ki, mərhumə X12 maye halda qanının qrup göstəricisi AB0 sistemi üzrə A(İİ) betadır. X2 maye hada qanının qrup göstəricisi AB0 sistemi üzrə O(İ) alfa-betadır. X12 meyidinin yanından götürülmüş torpaq kütləsi (Ob №-1) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A(İİ) beta olduğundan onun özünə məxsus ola bilər. X10 meyidinin yanından götürülmüş torpaq kütləsi (Ob №-2) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O(İ) alfa-beta olduğundan onun özünə məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus jaket (Ob №-3) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O(İ) alfa-beta olduğundan X5 məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar, bir ədəd gödəkçə üzərində qanabənzər ləkələr aşkar olunmadı. Şahid1 məxsus cins şalvardan (Ob №-4) götürülmüş kəsiyin müayinəsi zamanı qan aşkar olunmadı. Şahid1 məxsus bir ədəd jaket, bir ədəd gödəkçə üzərində qanabənzər ləkələr aşkar olunmadı. X5 məxsus paltarlar (bir ədəd tuman, bir ədəd şalvar, bir ədəd uzunqol köynək, bir ədəd qısaqol köynək, bir ədəd mayka, bir ədəd uzunqol jaket) (Ob № 5-10-dək) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O(İ) alfa-beta olduğundan onun özünə məxsus ola bilər. X3 məxsus paltarlar (bir cüt corab, bir ədəd baş örtüyü, bir ədəd qolsuz jilet, bir ədəd retuz, bir ədəd büstqalter, bir ədəd mayka, bir ədəd qolsuz jilet, bir ədəd xalat, bir ədəd jilet) (Ob №11-20-dək) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Bir ədəd bıçaq üzərində qanabənzər ləkələr aşkar olunmadı. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 138 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırkı ekspertiza zamanı emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Ambulator məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 59 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs səciyyələndirən əsas fərdi-psixoloji xüsusiyyətlər aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. O, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur, həmin cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan münaqişə ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, hadisənin baş verdiyi yeri, şəraiti göstərmiş və həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmışdır. «Könüllü gəlib təqsirini boynunan alma haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2022-ci il tarixdə saat 16:57 dəqiqədə istifadəsində olan ***-***-**-** nömrəli telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib qonşusu Namazova Səlmini bıçaqla öldürməsi barədə məlumat vermiş və hadisə yerini deyərək polis əməkdaşlarını orada gözləmişdir. Hadisə yerinə getmiş polis əməkdaşları Təqsirləndirilən şəxs orada aşkar etmişlər və bu barədə 06 fevral 2022-ci il tarixdə «Təqsirini boynuna almaqla könüllü gəlmə» haqqında protokol tərtib olunmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06 fevral 2022-ci ildən hesablanmışdır. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserində qeydiyyatda dayanmır. Goranboy Rayon Mərkəzi Xəstəxansının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Goranboy Rayon Mərkəzi Xəstəxansının poliklinikasının narkoloji kabinetində “ Xroniki alkolizm” diaqnozu ilə dispanser qeydiyyatındadır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs iddiaçı X12 xüsusi mülkiyyətlərində olan pay torpaq sahələrindən çıxarılması, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin RX-0986981 və RX-0986967 saylı çıxarışa əsasən 2,52 ha və 2,69 ha torpaq sahələri cavabdeh Təqsirləndirilən şəxs zəbtindən azad edilərək iddiaçı X18 qaytarılması qət edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh X18 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması və torpaq sahəsinin kontur koordinat və parametrlərinin yerində ölçülüb müəyyən edilməsi tələbinə daiur iddiası rədd edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən ******* nömrəli çıxarış ilə verilmiş 2,51 ha torpaq sahəsinin və JN-0090, KOD 50901018 nömrəli Dövlət Aktı ilə verilmiş 1,82 ha torpaq sahəsinin kordinatlarının yerində tanıdılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Alternativ ekspertiza mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa və dövlət aktına əsasən iddiaçı Təqsirləndirilən şəxs məxsus Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən 1,82 və 2,51 ha kənd təsərrüfatı təyinatlı hər iki torpaq sahəsinin bütövlükdə cavabdeh X22 tərəfindən tutularq əkin sahəsi kimi istifadə edildiyi müəyyən olunur. Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayonu Qarasüleymanlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Sübutların qiymətləndirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərardan görünür, hadisə yerinə baxış zamanı götürülmüş **-BA-*** dövlət qeydiyyat nişanlı «Niva» markalı avtomobil, bir ədəd bıçaq, 4 vərəqdən ibarət torpaq sahəsinin sxemi, iki ədəd taxta parçası, bir ədəd kürək, X34a məxsus bir ədəd göy rəngli uzunqol jaket, bir ədəd ağ qırmızı damalardan ibarət uzunqol köynək, bir ədəd ağ rəngli qısaqol futbolka, bir ədəd göy rəngli idman şalvarı, bir ədəd tünd boz rəngli idman şalvarı, bir ədəd ağ rəngli mayka, mərhum Səlmi Namazovaya məxsus bir ədəd krem rəngli küpürlü mayka, bir ədəd krem rəngli büstqalter, bir ədəd buta naxışlı yaylıq, bir cüt çəhrayı naxışlı boz corab, bir ədəd üzərində ağ və sarı naxışları olan göy rəngli xalat, bir ədəd qara rəngli retuz, bir ədəd boz rəngli jilet, bir ədəd ağ və sarı naxışları və qaşları olan tünd qırmızı rəngli jilet, bir ədəd çəhrayı rəngli uzunqol qofta, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli cins şalvar, bir ədəd ağ göy naxışları olan qara rəngli uzunqol jaket və bir ədəd qara rəngli qolsuz jilet maddi sübut kimi tanınmış, torpaq sahəsinin 4 vərəqdən ibarət olan sxemi cinayət işinin materiallarına əlavə olunmuş, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Goranboy RPŞnin həyətində saxlanılır, digər maddi sübutlar Goranboy rayon prokurorluğunun «Maddi sübutları saxlama otağı»nda saxlanılır. Eləcə də hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd “KGTEL KG 105” markalı mobil telefon, Elburus Haqverdiyevə məxsus bir ədəd göy rəngli cins şalvar, bir ədəd üzərində ağ, yaşıl və qırmızı cizgiləri olan qara rəngli “Adidas” markalı uzunqol idman gödəkçəsi və bir ədəd tünd boz rəngli uzunqol gödəkçə maddi sübu əhəmiyyəti kəsb etmədiyindən sahibinə qayarılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hadisə baş verən zaman Səlmi Namazova və Pərviz Namazovu öldürmək niyyətinin olmadığını, idarə etdiyi avtomobillə öz sahəsinə keçib sahənin sonuna getmək istəyərkən Səlmi Namazovanın qəflətən özünü avtomobilin qabağına verməsi nəticəsində sonuncunu vurub üstündən keçdiyini, bundan sonra Pərviz Namazovun əlində kürək onun üstünə gəlib onu vurduğuna görə o da avtomobilindən götürdüyü mətbəx bıçağı ilə Pərviz Namazovu vurub öldürdüyünü, Səlmi Namazovaya yaxınlaşmaqda məqsədinin baş vermiş hadisənin səbəbkarının Səlminin özü olduğunu bildirmək olduğunu, lakin Səlmi onu söyüb təhqir etdiyi və yumruqla onu vurduğu üçün o, əlindəki bıçaqla Səlmini vurub öldürdüyünü bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin hüquq varislərinin ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, ifadəsinin yerində yoxlanması zamanı müdəfiəçinin iştirakı ilə verdiyi ifadəsini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları, və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, Pərviz qaçıb avtomobilin sol tərəfinə keçmiş, o da Pərvizin arxasınca qaçıb onun bədənindən yenə də bıçaqla vurmuş, ancaq Pərvizin bədəninin hansı nahiyəsinə neçə bıçaq zərbəsi vurduğu dəqiq yadında qalmamışdır. Pərvizi bıçaqla vurduğu vaxt Səlmi maşınla vurulduğu yerdə oturub həmin hadisəni öz gözləri ilə görmüşdür. Daha sonra Səlmiyə yaxınlaşıb ona “İstəyinə çatdınmı, bədbəxt elədin bizi” demiş, Səlmi onu söyməyə başladıqda o, əlindəki bıçaqla Səlmiyə bir neçə bıçaq zərbəsi vurmuş və onun boğazını kəsmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən könüllü gəlib təqsirini boynuna almasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Bundan başqa Azərbaycan Respublikası CM-nin 56.2-ci maddəsində göstərilmişdir ki, Xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzasının bir hissəsini həbsxanada çəkməsi müəyyən edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, törətdiyi cinayətin xarakterini və içtimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının yuxarı həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə, həmçinin ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının bir hissəsi həbsxanada çəkməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət və ədalət prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Goranboy RPŞ-nin həyətində saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş **-BA- *** dövlət qeydiyyat nişanlı «Niva» markalı avtomobil, sahibinə qaytarılmalı, Goranboy rayon prokurorluğunda saxlanılan, X34a məxsus bir ədəd göy rəngli uzunqol jaket, bir ədəd ağ qırmızı damalardan ibarət uzunqol köynək, bir ədəd ağ rəngli qısaqol futbolka, bir ədəd göy rəngli idman şalvarı, bir ədəd tünd boz rəngli idman şalvarı, bir ədəd ağ rəngli mayka, mərhum Səlmi Namazovaya məxsus bir ədəd krem rəngli küpürlü mayka, bir ədəd krem rəngli büstqalter, bir ədəd buta naxışlı yaylıq, bir cüt çəhrayı naxışlı boz corab, bir ədəd üzərində ağ və sarı naxışları olan göy rəngli xalat, bir ədəd qara rəngli retuz, bir ədəd boz rəngli jilet, bir ədəd ağ və sarı naxışları və qaşları olan tünd qırmızı rəngli jilet, bir ədəd çəhrayı rəngli uzunqol kofta, zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli cins şalvar, bir ədəd ağ göy naxışları olan qara rəngli uzunqol jaket və bir ədəd qara rəngli qolsuz jilet təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, hadisə yerinə baxış keçirilən zaman götürülmüş bir ədəd bıçaq, iki ədəd taxta parçasıvə bir ədəd kürək istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eləcə də, 4 vərəqdən ibarət torpaq sahəsinin sxeminin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd “KGTEL KG 105” markalı mobil telefon, Elburus Haqverdiyevə məxsus bir ədəd göy rəngli cins şalvar, bir ədəd üzərində ağ, yaşıl və qırmızı cizgiləri olan qara rəngli “Adidas” markalı uzunqol idman gödəkçəsi və bir ədəd tünd boz rəngli uzunqol gödəkçənin sahibinə qaytarılması nəzərə alınmalıdr. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 123 (yüz iyirmi üç) manat, 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə təqsirli bilinsin və ona 20 (iyirmi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının ilk 02 (iki) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 06 fevral 2022ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Goranboy RPŞ-nin həyətində saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş **-BA-*** dövlət qeydiyyat nişanlı «Niva» markalı avtomobil, sahibinə qaytarılsın, Goranboy rayon prokurorluğunda saxlanılan, X34a məxsus bir ədəd göy rəngli uzunqol jaket, bir ədəd ağ qırmızı damalardan ibarət uzunqol köynək, bir ədəd ağ rəngli qısaqol futbolka, bir ədəd göy rəngli idman şalvarı, bir ədəd tünd boz rəngli idman şalvarı, bir ədəd ağ rəngli mayka, mərhum Səlmi Namazovaya məxsus bir ədəd krem rəngli küpürlü mayka, bir ədəd krem rəngli büstqalter, bir ədəd buta naxışlı yaylıq, bir cüt çəhrayı naxışlı boz corab, bir ədəd üzərində ağ və sarı naxışları olan göy rəngli xalat, bir ədəd qara rəngli retuz, bir ədəd boz rəngli jilet, bir ədəd ağ və sarı naxışları və qaşları olan tünd qırmızı rəngli jilet, bir ədəd çəhrayı rəngli uzunqol kofta, zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli cins şalvar, bir ədəd ağ göy naxışları olan qara rəngli uzunqol jaket və bir ədəd qara rəngli qolsuz jilet təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerinə baxış keçirilən zaman götürülmüş bir ədəd bıçaq, iki ədəd taxta parçasıvə bir ədəd kürək istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Eləcə də, 4 vərəqdən ibarət torpaq sahəsinin sxeminin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd “KGTEL KG 105” markalı mobil telefon, Elburus Haqverdiyevə məxsus bir ədəd göy rəngli cins şalvar, bir ədəd üzərində ağ, yaşıl və qırmızı cizgiləri olan qara rəngli “Adidas” markalı uzunqol idman gödəkçəsi və bir ədəd tünd boz rəngli uzunqol gödəkçənin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 123 (yüz iyirmi üç) manat, 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-299/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-299/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver