Məhkəmə qərarları › İş №1(100)-299/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-299/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-299/2023 09.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə, xx xxxxx 1967-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhəri, Təbriz küçəsi döngə 2 ev 3-də qeydiyyatda olan və Gəncə şəhəri İ.Məmmədov küçəsi 1-ci döngə ev 19-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 225 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Göygöl RPŞ-nin CAB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 01 dekabr 2022-ci il tarixdə, saat 17:50-də Göygöl rayonu Üçtəpə kəndində saxlanılaraq Göygöl RPŞ-nin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən 01(bir) ədəd polietilen torbada ümumi təmiz çəkisi 225 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli miqdarda, yəni təmiz çəkisi 2,459 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində o, Gəncə şəhəri İ.Məmmədov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhər 1-ci PŞ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə olan 1 ədəd qara kağız bükümdə ki digər 1 ədəd ağ kağız bükümdə təmiz çəkisi 2,459 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində Gəncə şəhəri Bağman deyilən ərazidə yaşayan bacısı Sevincgilin evindən çıxaraq yolun kənarında dayandığı zaman mülki geyimdə olan polis əməkdaşları onu tutub Göygöl RPŞ-nə gətirmişlər. Ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşlar. O, da narkotik vasitə aludəcisi olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə narkotik vasitə marixuana qoyacaqlarını etiraf etməsə onu narkotik vasitə satan kimi sənədləşdirəcəkləri deyərək ona psixoloji təsir göstərmişlər. Ona görə polis əməkdaşlarının təklifi ilə razı olmuş və üzərinə marixuana qoymuşlar. Sonra vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş o əynində olan qara rəngli gödəkcənin sol iç cibində olan 1 ədəd sellofan torbanı içərisindəki kütlə ilə birlikdə təqdim etmişdir. Bundan sonra həmin maddə bükümlə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş və zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüşdür. Bundan iki gün sonra onu azadlığı buraxmışlar. Sonra yenə narkotik vasitələr qəbul etməyə başlamış, səhhətində problemlər yaranmışdır. Narkotik vasitəni tərgitmək istəsə də bacara bilməmişdir. Ona görə qərara gəlmişdir ki, polisə gedib bu barədə məlumat versin və onu narkomaniyadan müalicəyə göndərməkdə ona köməklik etsinlər. Gəncə şəhər 1-ci PŞ-nə gedib bu barədə məlumat vermişdir. Polis əməkdaşları da ancaq üzərinə narkotik vasitə qoyularaq həbs edilməli və həmin müddətdə müalicə oluna biləcəyini bildirmişlər. O da qısa müddətə həbs olunmasını xahiş edərək onların təklifi ilə razı olmuşdur. Bundan sonra polis əməkdaşları ona az miqdarda psixotrop maddə “patı” vermişlər o da üzərinə qoymuşdur. Sonra vəkil dəvət olunmuş və onun iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmiş və üzərində olan boz qara rəngli qış gödəkçəsinin sol yan cibindən şəffaf rəngli siqaret falqasına bükülmüş içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddə “metamfetaminə” bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kütlə zərfdə qablaşdırılmış və şəxsi axtarış iştirakçıları tərəfindən imzalanmışdır. Həmin kütləni təxminən xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında olan zaman yerdən tapdığını və istifadə etmədiyini metamfetamini şəxsi istifadəsi üçün özü ilə götürdüyünü demişdir. Gəncə şəhər 1-ci PŞ-yə gətirilən zaman ona qarşı hər hansı psixi və fiziki zor tətbiq olunmamışdır. xx.xx.2022-ci il tarixdə üzərinə qoyulmuş narkotik vasitə marixuananı da polis məkdaşlarının ona dedikləri kimi xx.xx.2022-ci tarixdə təxminən saat 13 radələrində Göygöl rayonu, Üçtəpə kəndi ərazisində arxın kənarında sellofan torba görüb götürdüyünü, torbanın içərisinə baxdıqda əvvəllər istifadə etdiyi narkotik vasitə olduğunu gördüyünü və istifadə etmək üçün üzərində saxladığını demişdir. Sonra bu barədə heç kimə o cümlədən vəkilinə də şikayət etməmişdir. Narkotik vasitə istifadə etsə də ümumiyyətlə heç kimə satmamış və pay verməmişdir. İstifadəsində mobil telefon nömrəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir.Gəncə şəhəri, Təbriz küçəsi döngə 2, ev 3-də qeydiyyatda olmaqla Gəncə şəhəri, İ.Məmmədov küçəsi, döngə 1, ev 19-da yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımırmış, onunla qohumluğu və yaxud ədavəti yoxdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməklə Göygöl rayonu ərazisinə gəlib-getməsi barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Ona görə də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə Göygöl RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid4 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 17:50 radələrində Göygöl rayonu, Üçtəpə kəndində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək onlarla birlikdə Göygöl RPŞ-yə gəlməli olduğunu bildirmişlər. Onların bu təklifdən sonra Arzu Cenubi onarla birlikdə Göygöl RPŞ-nin inzibati binasına gəlmişdir. RPŞ-nin binasında təhqiqatçı tərəfindən müdafiəçi dəvət etdikdən sonra ekspertkriminalist tərəfindən aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, onda saxlanılması qanunla qadağan edilmiş əşya varsa teqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça materialından olan qış gödəkcəsinin sol iç cibindən bir ədəd şəffaf sellofan torbanı içərisində olan kütlə ilə birlikdə çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş sellofanın içərisindəki kütlənin narkotik vasitəyə bənzər kütlə olduğunu bilib və həmin kütləni xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində Göygöl rayonu, Üçtəpə kəndi ərazisində arxın kənarında 1 ədəd sellofan torba olduğunu görüb, götürmüşdür. Sonra həmin sellofan torbada olan kütlənin çəkisi tərəflərindən çəkilmiş və çəkisi sellofanla birlikdə 293 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlə vəkilin və digər əməkdaşların iştirakları ilə zərfə qoyulub DİN-in möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Göygöl rayonu, Üçtəpə kəndi ərazisində arxın kənarında 1 ədəd sellofan torba olduğunu görüb, götürərək saxladığını və özü istifadə etmək üçün üzərində daşıdığını bildirmişdir. Həmin narkotik vasitədən heç kimə satmamış və ya pay verməmişdir. Onun məhkəmə iclasında dediklərinin həqiətə unğun olmadığını, yəni narkotik vasitə istifadəçisi olduğuna görə üzərinə narkotik vasitə qoyulmadığını və ona psixologi təsir göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, özü istifadə etmək üçün üzərinə gəzdirməsi barədə məlumat olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 şahid X7 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə İ.Məmmədov küçəsi 1-ci döngə ev 19-da yaşayan xx.xx.1967-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsi, üzərində saxlamaqla daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Gəncə şəhər İ.Məmmədov küçəsində saxlanılaraq Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə gətirilmiş və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:40-da şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsində "Samsung" markalı mobil telefon vasitəsi ilə müdafiəçinin iştirakı ilə hüquqları izah edildikdən sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış gödəkçəsinin sol yan cibində olan 1 ədəd şəffaf rəngli siqaret falqasına bükülmüş içərisində psixotrop maddəyə oxşar kütlə olan bükülünü təqdim etmişdir. Sonra üzərindən aşkar edilmiş 1 ədəd siqaret falqasına bükülmüş bükülü içərisindəki kütlə ilə birlikdə tərəzidə çəkilmiş və həmin kütlənin sellofan bükümlə birgə ümumilikdə çəkisinin 3,28 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatları olmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatları olması və satdığı şəxslərin dairəsi məlum olmaması barədə ifadəsini xatırlamır, məhkəmədə verdiyi ifadə ilə istintaq zamanı ifadəsində olan həmin xüsusatla bağlı ziddiyəti iza edə bilmir. Təqsirləndirilən şəxs məhkəmədə dedikləri yəni, onun polis şöbəsinə özu muraciət edərək narkomaniyadan müalicə olunmasını köməklik etmələri və buna görə üzərinə psixotrop maddə qoyulması ilə bağlı halların həqiqətə uyğun olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və mütamadi olaraq Göygöl rayonu ərazsinə gəlib getməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və mütamadi olaraq Göygöl rayonu ərazsinə gəlib getməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(066)-117/2022 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. xx.xx.2023-cü il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və və psixotrop maddələrin qəbul etməsi, üzərində saxlaması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(02)-42/2023 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmişdir. «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça materialdan olan qış gödəkçəsinin sol iç cibində olan 1 ədəd ağ polietilen torbanın içərisində şəffaf rəngli sellofan torbada skoçla kipləşdirilmiş içərisində narkotik vasitəyə oxşar kütlə olan bükülünü təqdim edib bildirdi ki, 01 ədəd bükümün içəsrisindəki yaşıl rəngli bitki tərkibli kütlə nəişədir. Həmin kütlənin sellofan bükümlə birgə ümumilikdə çəkisinin 293 qram olması müəyyən edildi. Həmin kütlə qablaşdırılaraq götürülmüşdür. «Şəxsi axtarış haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan boz qara rəngli qış gödəkçəsinin sol yan cibindən şəffaf rəngli siqaret falqasına bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşakr olundu. Həmin kütlə elektron tərəzidə çəkildi və ümumi çəkisi 3,28 qram gəldi. Həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Göygöl rayon Polis Şöbəsinin xx.xx.2023-cü tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin alqı satqısı və bağışlaması və ya başqa hər hansı yerdə saxlaması halları müəyyən edilməmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2023-cü tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satdığı şəxslərin dairəsini, eləcə də narkotik vasitənin əldə etdiyi mənbəni müəyyən etmək, mümükün olmamışdır. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1361 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “1 ədəd sollofan bükümdə 293 qram olan sellofan bükümlə bir ədəd narkotikə bənzər bitki olan vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş və qablaşdırılmış..” yazılar və imzalar olan kağız paketdəki, üzəri yapışqanlı lentlə sarınmış 1(bir) ədəd polietilen torbada təmiz çəkisi 225 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotiki vasitə-qurudulmuş marixuanadır. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 16/158 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bükümdə olan 1(bir) ədəd qara kağız bükümdəki digər 1(bir) ədəd kağız bükümdəki digər 1(bir) ədəd kağız bükümdə təmiz çəkisi 2,459 qram olan maddə ksutar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 565 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və müvvəqəti saxlama yerindən azad olunması barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 yanvar 2023-cü ildən hesablanmışdır. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyası Snak Peterburq şəhəri, Primorsk Rayon məhkəməsinin qərarı ilə Rusiya federasiyası CM-nin 30-cu maddəsinin 3-cü hissəsi və 228.1-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək barəsində 08(səkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 31/149 nömrəli məktubundan görünür ki, Rusiya Federasiyası Snak Peterburq şəhəri, Primorsk Rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində hökmün tanınmasına dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. Gəncə şəhər Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 192/2022 nömrəli məktubundan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 ay 10 gün hissəsini çəkmiş, 02 il 04 ay 16 gün hissəsi çəkilməmiş qalmışdır. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,409 qram psixotrop maddə olan metamfetamin və 224,8 qram narkotik vasitə marixuana maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş və xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs Göygöl RPŞ-də üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişlərin bir ədəd “DVD” və xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 1-ci PŞdə üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişlərin bir ədəd “DVD” cinayət işi üzrə maddi sübut kimi tanınmış həcmi kiçik olduğundan cinayət işi materiallarına əlavə edilmişdir Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın və psixotrop maddə olan metamfetamin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində Gəncə şəhəri Bağman deyilən ərazidə yaşayan bacısı Sevincgilin evindən çıxaraq Göygöl rayonu, Üçtəpə kəndi ərasinə gəlmişdir. Üçtəpe kəndinde olarkən arxın kənarında üzəri skoçlanmış sellofan torbanı görüb götürmüşdür. Bükümün içərisə baxdıqda sellofan torbada əvvəllər istifadə etdiyi narkotik vasitə olduğunu görmüş və istifadə etmək üçün üzərində saxlamışdır. Həmin bükümü əynində olan qara rəngli parça materialından olan qış gödəkcəsinin sol iç cibinə qoymuşdur. Daha sonra həmin sellofan torbanı Üçtəpə kəndi ərazisində gizlətmək və üzərindən özünə lazım olan qədər götürmək istəmişdir. Həmin sellofan torbanı Üçtəpə kəndi ərazisində gizlətmək üçün yer axtararkən iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və daha sonra ona izah etmişdirlər ki, narkotik vasitənin istifadəsində şübhəli bilindiyinə görə üzərinə baxış keçirilməsi üçün onlarla Göygöl RPŞ-nə getməlidir. Bundan sonra o polis əməkdaşları ilə birlikdə Göygöl RPŞ-nə gəlmişdir. Göygöl RPŞ-də vəkilin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçı ona təklif etmişdir ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa təqdim etsin və o əynimdə olan qara rəngli gödəkcənin sol iç cibində olan 1 ədəd sellofan torbanı içərisindəki kütlə ilə birlikdə təqdim etmişdir. Bundan sonra həmin maddə bükümlə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş və zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüşdür. O həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Bundan başqa o ara-bir psixotrop maddə olan metamfetamin istifadə edir. Həmin psixotrop maddəni o “patı” kimi adlandırır. Xeyli müddətdir ki, narkotik vasitə aludəçisidir. xx.xx.2023-cü il tarixində yaşadığı evin yaxınlığında Gəncə şəhəri İsrafil Məmmədov küçəsində olarkən 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğumu bildirib Gəncə şəhəri 1-ci Polis şöbəsinə gətirmişdirlər. Gəncə şəhər 1-ci PŞ-yə gətirilən zaman ona qarşı hər hansı psixi və fiziki zor tətbiq olunmamışdır. Gəncə şəhər 1-ci PŞ-də müdafiəçisinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmiş və üzərində olan boz qara rəngli qış gödəkçəsinin sol yan cibindən şəffaf rəngli siqaret falqasına bükülmüş içərisində 3 ədəd ağ rəngli kristal şəkilli, psixotrop maddə “metamfetaminə” bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 3,28 (üç tam yüzdə iyirmi səkkiz) qram gəlmişdir. Həmin kütlə zərfdə qablaşdırılmış və şəxsi axtarış iştirakçıları tərəfindən imzalanmışdır. Həmin kütləni təxminən xx.xx.2023-cü il tarixdə yaşadığım evin yaxınlığında olan zaman yerdən tapmışdır. Həmin kütlədən istifadə etməmişdir. O həmin metamfetamini şəxsi istifadəsi üçün özü ilə götürmüşdür. O xx.xx.2022-ci il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı və xx.xx.2023cü il tarixdə üzəindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan başqa həmin kütlələrdən nə yaşadığı evdə, nədə ki, başqa yerdə saxlamır, həmçinin o heç kimə satmamış və pay verməmişdir. O həmin narkotik vasitəni xx.xx.2022-ci tarixdə təxminən saat 13 radələrində Göygöl rayonu, Üçtəpə kəndi ərazisində arxın kənarında sellofan torba görüb götürmüşdür. Sellofan torbanın içərisinə baxdıqda əvvəllər istifadə etdiyi narkotik vasitə olduğunu görmüş və istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş psixotrop maddə ona məxsusdur. Həmin maddəni yaşadığı ünvanın yaxınlığında yerdən tapmışdır. Gəncə şəhər 1-ci PŞ-də və Göygöl RPŞ-də ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. İstifadəsində mobil telefon nömrəsi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittihamlarla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, təkrar satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə marixuananı və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşımaqla saxlamışıdr. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini təkrar narkotik maddəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan marixuananı və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirərkən heç bir sübuta, hətta şübhəli sübuta və ya ehtimala belə əsaslanmamışdır. Belə ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli «Raportlar»dan və qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması barədə deyil, narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və Göygöl rayon Polis Şöbəsinin xx.xx.2023-cü tarixli əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitənin alqı satqısı və bağışlaması və ya başqa hər hansı yerdə saxlaması halları müəyyən edilməmişdir. Həm ibtidai istintaq həm də məhkəm istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, özü istifadə etmək üçün üzərində gəzdirməsi barədə məlumat olduğunu bildirmişdir. Bundan başqa ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini təkrarən külli miqdarda psixotrop maddənin satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirərkən polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri «Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatları olması və satdığı şəxslərin dairəsi məlum olmaması barədə» ifadəsinə və Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2023-cü tarixli əməliyyat tapşırığına cavab məktubu ilə «Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satdığı şəxslərin dairəsini, eləcə də narkotik vasitənin əldə etdiyi mənbəni müəyyən etmək, mümükün olmamışdır» məktubuna əsaslanmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatları olması və satdığı şəxslərin dairəsi məlum olmaması barədə ifadələrini xatırlamadıqlarını, məhkəmədə verdiyi ifadə ilə istintaq zamanı ifadəsində olan həmin xüsusatla bağlı ziddiyəti iza edə bilmədiklərini göstərdilər. Göygöl Rayon Polis X2 cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət başlanmışdır. Gəncə şəhər 1-ci Polis X2 cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CMnin 234.1-ci maddəsi ilə cinayət başlanmış, istintaqı aparan müstəntiq Pərviz Qasımov xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs əməlini CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir.Daha sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs əməlini CM-nin 234.1-1ci maddəsindən CM-nin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif etmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022 və xx.xx.2023cü il il tarixli qərarlardan və həmin tarixli «Raportlar»dan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması barədə deyil, narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və Göygöl rayon Polis Şöbəsinin xx.xx.2023-cü tarixli əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitənin alqı satqısı və bağışlaması və ya başqa hər hansı yerdə saxlaması halları müəyyən edilməmiş, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2023-cü tarixli əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satdığı şəxslərin dairəsini, eləcə də narkotik vasitənin əldə etdiyi mənbəni müəyyən etmək, mümükün olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra psixotrop maddəni kimdən, nə vaxt, hansı şəraitdə və nə məqsədlə əldə etməsini müəyyən etmək üçün əməliyyat tədbirləri keçirilmiş və müəyyən edilməsi daha real və asan olan psixotrop maddəni kimdən, nə vaxt, hansı şəraitdə əldə etməsini müəyyən etməyin mümkün olmadığı qeyd edildiyi halda, müəyyən edilməsi daha çətin olan yəni, şəxsin niyyətini onun psixotrop maddəni satış məqsədi ilə əldə etməsinin göstərilməsi isə inandırıcı hesab edilə bilməz və ehtimaldan başqa bir şey deyildir. Həmin əməliyyat tapşırığına cavab məktubları özü də həqiqiliyi barədə şübhə doğurur Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasına dair nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları heç bir möhtəbər dəlil göstərməmişlər. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X4 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni və psixotrop maddələnin satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını da ehtimal edib, narkotik vasitəni və psixotrop maddənin satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli təkrar satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin təkrar satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür göstərilmişdir. Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində təkrar satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddənin qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X5 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdr. Təqsirləndirilən şəxs, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.Qeyd edilən hökm üzrə təyin edilən cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən həmin məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayət daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Gəncə şəhər Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 192/2022 nömrəli məktubundan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) ay 10 (on) gün hissəsini çəkmiş, 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının cəzasının iki günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən, birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Göygöl Rayon Polis X3 xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmalıdır. Cəza çəkmə müddətinin başlanğıcı 30 yanvar 2023-cü il tarixdən tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,409 qram psixotrop maddə olan metamfetamin və 224,8 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyasının Daimi X9 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 02 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 62 (altmış iki) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinsin və ona CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunmuş 03 (üç) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və qəti olaraq ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 30 yanvar 2023cü il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,409 qram psixotrop maddə olan metamfetamin və 224,8 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyasının Daimi X9 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də 02 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınsın İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 62 (altmış iki) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar