Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-299/2025 19.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Müslümov Bəhruz Filizman oğlu, Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Ermənitsan Respublkası, Basar Keçər rayonu, Pəmbək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «ev dustağlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 30 iyun 2024-cü il tarixdə, saat 22 radələrində Tovuz rayonu, Hunanlar kəndinin mərkəzində həmin kənd sakini Şahid3 məxsus mağazanın yaxınlığında olarkən həmin vaxt ona yaxınlaşan həmkəndlisi Zərərçəkmiş şəxs ona mağazadan siqaret almaq barədə təklifini pulunun olmaması səbəbindən rədd etdikdən sonra aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun hər iki əli ilə onun boyun nahiyəsindən tutub fiziki zorakılıq hərəkətləri etməklə vəfat etmiş həyat yoldaşının ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən onun sağlamlığına qəsdən ağır zərər vurmaq qərarına gəlmiş, bu məqsədlə üzərində saxladığı soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşici-kəsici xassəyə malik, qatlanan tipli cib bıçağı ilə həmkəndlisi Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, sonuncuya döş qəfəsinin ön səthinin sağ yarısının döş boşluğuna nüfuz edən, sağ ağciyərin zədələnməsi nəticəsində inkişaf edən hemotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 iyun 2024-cü il tarixdə, təxminən saat 22 radələrində o, yaşadığı Tovuz rayonu, Hunanlar kəndi ərazisində yerləşən marketə gedib özünə içmək üçün bir ədəd pivə almışdır. O, marketdən çıxıb marketin yaxınlığında olan dəmir qaz borusunun üzərində əyləşmişdir. O, həmin vaxt əlində olan bir ədəd pivə qabını yerə qoyub siqaret çəkməyə başlamışdır. Elə bu zaman onun yanına həmkəndlisi, Tovuz rayonu, Hunanlar kəndində yaşayan Zərərçəkmiş şəxs gəlmiş ona “siqaret də ala bilərsənmi?” demişdir. O, həmin vaxt Zöhraba üzərində pul olmadığını demişdir. Bu zaman Zöhrab hər iki əli ilə onun boyun nahiyəsindən tutub onu yerə yıxmağa çalışmış və onun mərhum arvadının və övladlarının ünvanına nalayiq ifadələr işlətmişdir. O da həmin vaxt əynində olan şalvarının sol yan cibindəki açılıb qatlanan cib bıçağını çıxarıb Zöhrabın bədən nahiyəsinə tərəf vurmuşdur. O, da həmin vaxt əlindəki, bıçaqla meyvə doğramışdır. Üzərində heç vaxt bıçaq gəzdirməmişjdir. Zarafatlaşdıqları zaman zərərçəkmiş şəxs onun boğazından tutmuş, yerə çəkmiş, həmin anda o, bıçağı çıxarmış və bilmədiyi vəziyyətdə pıçağın necə Zöhraba dəyməsini bilməmişdir. Sonra üstündə telefon olmadığından o, qardaşına zəng etməyi Şahid3 demişdir. Qardaşı da gəlmiş, Zöhrabı xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs daha sonra cinayət prosesi tərəfilərinin suallarına cavab olaraq ifadəsində gösətrmişdir ki, Zöhrabı söyüş üstündə vurmuşdur. Mübahisə siqaret almaq üçün pulunun olmamasına görə başlamışdır. Aralarında söyüşlə zarafatları olmamışdır. Onun zərəsəkmiş şəxsə borcu olmamışdır. Bıçaq meyvə doğramağa görə üstündə olmuşdur. Mağaza evlərindən təxminən 300 metr məsafədə olmuşdur. O, üstündə adətən bıçağ gəzdirməmişdir. O qorxutmaq üçün bıçağı atmış, sonra bıçağın dəydiyini görmüşdür. O qan görməmiş, Zöhrab qaçanda məni vurdu dediyindən, həmin vaxt bıçağın dəydiyini bilmiş, pıçağa baxmış, bıçağın üstündə qan olduğunu görmüşüdr. Pıçağı polisə təhvil vermiş, həmin vaxt həbsdə olduğundan xəstəxana xərclərini kimin təmin etdiyini bilməmişdir. Əməlindən peşmandır ona həbslə bağlı olmayan cəza təyin olunmasını məhəkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, onlar qonşudurlar, əvvəllər münasibətləri yaxşı olmuşdur. Taryel bir az içkili vəziyyətdə küçədə oturmuşdur. Nə o, Taryelı məcbur etməmiş, nə də Taryel qəsdən bu hadisəni törətməməişdir. Axşamüstü olmuş,Taryel oturub pivə içmiş o da , çörək almağa getmişdir. Tariyel ona gəl pivə içək o da içmirəm camaat gəlib gedir demişdir. Taryel ona “Mən oturuşumu duruşumu bilmirəmmi?!”demiş,o da mən sənə onu demədim ki, bilib-bilmirsən. Bu zaman o, Təqsirləndirilən şəxs “camaatın anası, bacısı var, pivəni get kənarda iç”demişdir. Bu zaman Təqsirləndirilən şəxs ona “sən son zamanlar mənə çox ilişirsən” deyib onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs onun üzərinə gəlib onu əli ilə vurmaq istəmişdir. O da Taryelin boyun nahiyyəsindən tutub onu geri itələmiş,Taryel də müvazinətini itirib yerə yıxılmışdır. Elə bu zaman Taryel əlindəki bıçaqla onun döş qəfəsinin sağ nahiyəsinə bir dəfə zərbə endirmişdir. Az sonra onun vəziyyəti ağırlaşmış,həmin anda üstünün qan olduğunu görmüşdür. İmran ondaq qabaq vurulduğunu bilmiş o gec hiss etmişdir. Tareylin qardaşı Kənan gəlmiş Taryelin köməyi ilə onu götürüb xəstəxanaya aparmışdır. Xəstəxanada da əməliyyat olunmuşdur. Onu xəstəxanaya Taryelin qardaşı aparmış, Taryel özü də maşına mindirməyə köməklik etmişdir. Müalicə xərci sığorta ilə həll olunmuşdur. Taryelin qardaşı, anası, bacısı xəstəxanaya gəlmiş,bir neçə dəfə də onun evinə gəlmişlər, əlavə dərmana ehtiyac olubolmadığını soruşmuşlar. Onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur və olmayacaq. O təqsirləndirilən şəxslə barişmişdır, məhəkəmədən hümanistlik göstərilərək bağışlanmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, İmran ona zəng vurmuş qardaşın Zöhrab ilə dalaşıb, gəl götür demişdir. Taryel də telefon olmamış, ona görə İmran zəng etmişdir. O da gəlmiş və Zöhrabın divarın yanında oturmasını, Taryelin isə qıraqda gözlədiyini görmüşdür. Ora çatan kimi tez Zöhrabı götürmüş və xəstəxanaya aparmışdır. Xəstəxanaya aparan kimi həkimlər təcili yardım göstərmişlər.Orda ona məlum orlmuşdur ki, , aralarında pivə söz-söhbəti olmuş, dalaşmışlar və qardaşi piçaqla Zöhrabı vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, axşam saatları olmuş, o mağazada olmuşdur. Qonşu Şahid4 onu çağırmış gəl Taryellə Zöhrabın arasında mübahisə yaranıb demişdir. O mağazadan çıxanda 50-60 metr aralıda Taryeli görmüş, Taryel ona «üstümdə telefonum yoxdur, zəng elə qardaşımı çağır, belə bir iş olub» demişdir. O da Kənana zəng etmiş , Kənan da 5-6 dəqiqəyə öz maşını ilə ora gəlmişdir. X9 vurduğunu deyib Zöhrabı Kənanın avtomobilinə əyləşdirmiş və Kənan sonuncunu xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o al-ver etmək üçün mağazaya getmişdir. Mağazadan çıxanda Zöhrabı yaralı vəziyyətdə, çökmüş halda görmüşdür. O,İmranı çağırmış və gəlin kömək edin demişdir.İmran da Taryelin qardaşı Kənana zəng etmiş, Kənan gəlmiş, Zöhrabın üzərində olan qanı yuyub onların kömkəliyi ilə Zöhrabı Kənanın maşınına qoymuşlar. Kənan maşını ilə Zöhrabı xəstəxanaya aparmışdır. Sonra Zöhrabın ailəsinə, Zöhrabın pıçaqlandığını demişdir. Taryel də pıçaqladığına görə peşman olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş baxış keçirilməsi haqqında 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Tovuz RPŞ-nin İTBnin polis nəfəri, polis serjantı, cinayət işi üzrə şahid qismində dindirilmiş X1 1 ədəd bıçaq təqdim edərək həmin bıçağı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirərkən istifadə etdiyi göstərmiş, baxış zamanı müəyyən olunmuşdur ki, təqdim olunmuş 1 ədəd bıçağın ümumi uzunluğu 19 sm-dir, bıçağın tiyəsi gümüşü rəngli materialdandır, dəstəyi taxta materialdandır, bıçaq qatlanan tipli, bıçağın üzərində qanabənzər ləkələr müşahidə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş baxış keçirilməsi haqqında 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd, tünd göy rəngli qısaqol köynəyi və 01 ədəd, boz rəngli maykanı könüllü olaraq təqdim etmiş, baxış zamanı Zərərçəkmiş şəxs məxsus 01 ədəd, tünd göy rəngli qısaqol köynəyin və 01 ədəd, boz rəngli maykanın üzərində qanabənzər ləkələr və köynək və maykanın yaxasında 1,8 sm ölçüdə kəsik aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Tovuz rayonu, Hunanlar kəndinin mərkəzi hissəsidir. Hadisə yerində qanabənzər ləkələr vardır. Hadisə yerinin ətrafında Tovuz rayonu, Hunanlar kənd sakinlərinə məxsus fərdi yaşayış evləri və həmin evlərin kənarlarına çəkilmiş daş və beton hörgüdən ibarət hasarlar yerləşir. Hadisə yerinin yaxınlığında yerləşən fərdi yaşayış evinin daş və beton hörgüdən ibarət hasarın aşağı hissəsi ilə sarı rəngli dəmir qaz boru xətti çəkilmişdir. Hadisə yerində və hadisə yerinin yaxınlığında ictimai iaşə obyektləri, kafe, restoran və bu kimi insanların sıx toplaşdığı məkanlar yoxdur. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 Tovuz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 541 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət döş qəfəsinin ön səthinin sağ yarısının döş boşluğuna nüfuz edən, sağ ağciyərin zədələnməsi nəticəsində inkişaf edən hemotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası iti kənara malik əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istista edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni iti kənara malik əşyanın (alətin), eləcə də bıçağın tiyəsinin deşici-kəsici hissəsinin təsiri nəticəsində əmələ gələ bilməsi istisna edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət onun paltarlarında, yəni köynək və maykasında olan zədələrlə üst-üstə düşür və həmin xəsarətin ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilməsi istisna edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 256.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay islah işləri cəzasına məhkum olunmuş və Tovuz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin cəzadan xx.xx.2020ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qanunun tələbinə görə azad edilərək qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “fadəsinin yerində yoxlanılması” protokolundan görünür ki, 16 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və o, ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 Məhkəmə Tibbi-Biologiya şöbəsinin 27 avqust 2024-cü il tarixli, 544/2024-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan-qrupu-Abeta (H)/İİ/ ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus alt mayka və qısaqol köynək üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini alınmışdır. Bu qan ləkələri Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 Məhkəmə Tibbi-Kriminalistika şöbəsinin 03 sentyabr 2024-cü il tarixli, 405/2024- MTKŞ nömrəli ekspert rəyindən görünur ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön səthinin orta nahiyəsinin yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş bıçağın deformasiyaya uğradığı, yəni tiyəsi işçi vəziyyətində tərpənməz qalmadığı üçün Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində həmin bıçaqla müqayisəli müayinə aparılması mümkün olmadığından, Zərərçəkmiş şəxs məxsus köynək və maykanın üzərində olan zədələrin tədqiqata təqdim olunmuş bıçağın təsirindən əmələ gəlibgəlməməsi barədə hər hansı bir fikir söyləmək qeyri-mümkündür. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, deşici-kəsici xassəyə malik, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Gəncə regional ambulator şöbəsinin məhkəmə psixiatrik ekspertizasının 18 sentyabr 2024-cü il tarixli, 676 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur, O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman ANLAQLİ olmuş və onda anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10in Gəncə regional ambulator şöbəsinin məhkəmə psixoloji ekspertizasının 18 sentyabr 2024-cü il tarixli, 676 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən o, fizioloji affekt vəziyyətində olmamışdır. (fizioloji affekt vəziyyəti keçirməmişdir). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X10 08 iyul 2024-cü il tarixli, 18-1-76/2-652/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Mərkəzi Xəstəxanası X10 Poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X10 10 iyul 2024-cü il tarixli, 18-1-76/3-4170/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2009-cu il tarixdən Tovuz Rayon Mərkəzi Xəstəxanasında Dz:“Ağ ciyərlərin ocaqlı vərəmi infiltrasiya mərhələsi ilə qeydiyyat alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İ 904947 nömrəli “Ölüm haqqında şəhədətnamənin” surətindən görünür ki, X6 17 dekabr 2017-ci il tarixdə “uşaqlıq cisminin şişi”dən vəfat etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İİİ Doğlum haqqında şəhdətnamədən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs, anası X4r, Dərya hazırda Taryelin qardaşı Şahid2 himayəsindədir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxsin məhkəməyə verdiyi ərizəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı tam şakildə ödənilmiş, onunla barışmışdır, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 iyun 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 11 iyul 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və Tovuz rayon məhkəməsinin eyni tarixli qərarı ilə barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində ona dəymiş ziyanın könüllü olaraq tam ödəməsi Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən, onun ağ ciyərlərin ocaqlı vərəmi infiltrasiyası olması Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirilən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 256.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum olunmuş və Tovuz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin cəzadan xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qanunun tələbinə görə cəzadan azad edilərək qeydiyyatdan çıxarılmışdır. Həmin müddət başa çatdığından məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvələr məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyanı tam ödəmiş, zərərçəkmiş şəxslə barışaraq onunla razılıq əldə etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz,başqa sozlə Təqsirləndirilən şəxs cəza təyin olunarkən CM-nin 60-cı maddəsi tətbiq edilməklə təyin ediləcək cəzanın müddəti və ya həcmi onun təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasının yuxarı həddinin 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan yüngülləşdirici halları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 10 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış Tovuz Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd tünd göy rəngli qısaqol köynək, 01 ədəd boz rəngli mayka sahibinə qaytarılmalı, imtina etdikdə məhv edilməlidir. Bir ədəd bıçaq məhv edilməldir. İş üzrə eksperiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlni törətməkdə təqsirli bilinsin ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Tovuz Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd tünd göy rəngli qısaqol köynək, 01 ədəd boz rəngli mayka qanuni sahibə qaytarısın, imtina etdikdə məhv edilsin. Bir ədəd bıçaq məhv edilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-299/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-299/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver