Məhkəmə qərarları › İş №1(100)-3/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-3/2024

23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-3/2024 23.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X175 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri X78 və X109 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1969-cu il tarixdə Tərtər şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ağdam rayon Vergilər şöbəsinin direktoru vəzifəsində işləmiş, ali təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Əliyanlı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resursuna biləbilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ağdam rayon Vergilər Şöbəsinin direktoru vəzifəsində işləyərkən Azərbaycan Respublikasının vergilər nazirinin 17 may 2019-cu il tarixli **********579400 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Rayon vergilər şöbələrinin əsasnaməsi”nə əsasən, şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi, şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planları və digər bu kimi sənədlərin təsdiq edilməsi, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət edilməsi, şöbənin tabeliyində olan strukturların işçilərinin digər strukturların iş prosesinə cəlb edilməsi barədə təhkim olunduğu ərazi vergilər departamenti və ya idarəsinə, həmçinin Vergilər Nazirliyinin rəhbərliyi qarşısında məsələ qaldırılması, şöbənin bölmə rəhbərləri və digər vəzifəli şəxsləri arasında vəzifə bölgüsünün aparılması və müvafiq fəaliyyət sahələrinin idarə olunmasının onlara həvalə edilməsi, daxili sənədlərin, şöbənin adından göndərilən xaric olan sənədlərin, habelə vergilər nazirinin müvafiq əmrləri ilə imzalamaq səlahiyyəti verilmiş digər sənədlərin imzalanması, təsdiq edilməsi, müvafiq möhürdən istifadə edilməsi, Vergilər Nazirliyinin normativ sənədlərində başqa qayda nəzərdə tutulmamışdırsa, şöbənin strukturlarının vəzifələrində birbaşa göstərilməyən, lakin şöbənin fəaliyyət istiqamətlərindən irəli gələn vəzifələrin strukturlardan hər hansı birinə və ya bir neçəsinə (həmin struktura (strukturlara) funksional rəhbərliyi həyata keçirən Vergilər Nazirliyinin 16 müvafiq struktur vahidi (vahidləri) ilə razılaşdırılmaqla) həvalə edilməsi, vergi ödəyicilərində öz səlahiyyətləri daxilində kameral vergi yoxlamasının həyata keçirilməsi, hüquqi, fiziki və vəzifəli şəxslərə vergilərin, sığorta haqlarının hesablanması, maliyyə sanksiyaları və inzibati cərimələrin tətbiq edilməsi barədə qərar, habelə fəaliyyət istiqamətlərinə uyğun digər qərarların qəbul edilməsi, öz səlahiyyətləri daxilində vergi ödəyiciləri ilə “Vergi partnyorluğu Sazişi” bağlanması, şöbə üzrə Vergilər Nazirliyinin Kollegiyasında müzakirə edilməli məsələlərin müəyyən edilməsi və bu barədə təkliflərin Vergilər Nazirliyinin rəhbərliyinə təqdim edilməsi, qeyd olunan Əsasnamənin 1.2-ci bəndində göstərilən hüquqi aktların və normativ sənədlərin vaxtında və lazımi səviyyədə icrasının təmin edilməsi, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyinin bütün strukturlarından və digər qurumlardan zəruri məlumat və sənədlərin əldə edilməsi, şöbədə icra intizamına əməl edilməsi vəziyyətinin daim nəzarətdə saxlanılması, kargüzarlıq və arxiv işlərinin, habelə vətəndaşların qəbulunun qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsinin təmin edilməsi və şöbənin təmsil edilməsi səlahiyyətlərini yerinə yetirən təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş özgə əmlakını talamaq məqsədilə Bərdə şəhəri, H.Əliyev prospekti 117 ünvanında yerləşən rəhbəri olduğu həmin şöbənin inzibati binasındakı xidməti otağında və Bərdə şəhəri ərazisində müxtəlif ünvanlarda şəxsən və xidmətlə əlaqədar tanıdığı ayrı-ayrı vergi ödəyicilərinə onların edəcəyi vergi ödənişlərini özünə vermələri və onların adından özünün həmin pulu dövlət büdcəsinə ödəməsinin daha sürətli həyata keçiriləcəyinə dair təklifi əsasında razılıqlarını aldıqdan sonra qeyd edilən müddət ərzində həmin şəxslərdən qeyd edilən ünvanlarda aldığı müxtəlif məbləğlərdə pul vəsaitinin böyük bir qismini özündə saxlayıb, qalan hissəsini Ağdam rayonu, Quzanlı kəndində yerləşən "xxxx" ASC-nin Ağdam rayon filialında olan şöbənin AZ81AİİB******************** nömrəli hesabına ödəyib, bununla əlaqədar həmin bank tərəfindən Ağdam rayonu üzrə Maliyyə idarəsinə göndərilən qəbzlərin həmin müddət ərzində mütəmadi olaraq rəhbəri olduğu şöbəyə təqdim edilməsindən sonra həmin inzibati binada şəxsən tamah niyyəti ilə həmin qəbzlərin mətnində diyircəkli qələmlə vergi ödəyicisindən aldığı düzgün məbləğə dair qeydlər aparmaqla, həmçinin, həmin bankın inisiallarını göstərməklə kağız daşıyıcı üzərində saxta ödəniş qəbzləri hazırlayıb mətninə vergi ödəyicisinin ödənişlərinə dair bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı yolu ilə hazırladıqdan sonra verdiyi tapşırıq əsasında şöbənin törətdiyi cinayətdən xəbəri olmayan ayrı-ayrı əməkdaşları vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İdarəetmə Sisteminə (AVİS)-informasiya resursuna bilə-bilə yalan məlumatlar, yəni vergi ödəyicisinin adından aldığı tam məbləğə dair ödənişlərin həyata keçirilməsinə dair məlumatların daxil edilməsinə nail olmaqla, həmin pul vəsaitlərini, o cümlədən X110 (VÖEN **********) 19.01.15-ci il tarixdə ödədiyi 600 manat pul vəsaitindən 6 manat ödəməklə qalan 594 manat, 10.02.15-ci il tarixdə ödədiyi 600 manat pul vəsaitindən 6 manat ödəməklə qalan 594 manat, 19.03.15-ci il tarixdə ödədiyi 800 manat pul vəsaitindən 8 manat ödəməklə qalan 792 manat, X111 (VÖEN **********) 27.01.15-ci il tarixdə ödədiyi 1000 manat pul vəsaitindən 100 manat ödəməklə qalan 900 manat, Şahid14 (VÖEN **********) 27.01.15-ci il tarixdə ödədiyi 1000 manat pul vəsaitindən 10 manat ödəməklə qalan 990 manat, 29.01.15-ci il tarixdə ödədiyi 500 manat pul vəsaitindən 5 manat ödəməklə qalan 495 manat, X52 (VÖEN **********) 27.01.15-ci il tarixdə ödədiyi 800 pul vəsaitindən 80 manat ödəməklə qalan 720 manat, Şahid74 (VÖEN **********) 27.01.15-ci il tarixdə ödədiyi 1200 manat pul vəsaitindən 120 manat ödəməklə qalan 1080 manat, X133 (VÖEN **********) 29.12.15-ci il tarixdə ödədiyi 3000 manat pul vəsaitindən 3 manat ödəməklə qalan 2997 manat, 29.01.16-cı il tarixdə ödədiyi 1000 manat pul vəsaitindən 1 manat ödəməklə qalan 999 manat, Şahid43 (VÖEN **********) 29.01.15-ci il tarixdə ödədiyi 700 manat pul vəsaitindən 607 manat ödəməklə qalan 93 manat, Şahid45 (VÖEN **********) 29.01.15-ci il tarixdə ödədiyi 1200 pul vəsaitindən 1 manat ödəməklə qalan 1199 manat, Şahid79 (VÖEN **********) 29.01.15-ci il tarixdə ödədiyi 600 manat pul vəsaitindən 6 manat ödəməklə qalan 594 manat, X53 (VÖEN **********) 29.01.15-ci il tarixdə ödədiyi 2000 manat pul vəsaitindən 2 manat ödəməklə qalan 1998 manat, Şahid17 (VÖEN **********) 30.01.15-ci il tarixdə ödədiyi 1200 manat pul vəsaitindən 120 manat ödəməklə qalan 1080 manat, X112 (VÖEN **********) 30.01.15-ci il tarixdə ödədiyi 1000 manat pul vəsaitindən 100 manat ödəməklə qalan 900 manat, X54 (VÖEN **********) 30.01.15-ci il tarixdə ödədiyi 1000 manat pul vəsaitindən 100 manat ödəməklə qalan 900 manat, X55 (VÖEN **********) 30.01.15-ci il tarixdə ödədiyi 1200 manat pul vəsaitindən 120 manat ödəməklə qalan 1080 manat, 17.02.15-ci il tarixdə ödədiyi 1200 manat pul vəsaitindən 12 manat ödəməklə qalan 1188 manat, Şahid72 (VÖEN **********) 30.01.15-ci il tarixdə ödədiyi 800 manat pul vəsaitindən 8 manat ödəməklə qalan 792 manat, 27.02.15-ci il tarixdə ödədiyi 700 manat pul vəsaitindən 7 manat ödəməklə qalan 693 manat, X56 (VÖEN **********) 10.02.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 396 manat, Şahid57 (VÖEN **********) 17.02.15-ci il tarixdə ödədiyi 1000 manat pul vəsaitindən 10 manat ödəməklə qalan 990 manat, 19.03.15-ci il tarixdə ödədiyi 500 manat pul vəsaitindən 5 manat ödəməklə qalan 495 manat, X9 (VÖEN **********) 24.02.15-ci il tarixdə ödədiyi 500 manat pul vəsaitindən 50 manat ödəməklə qalan 450 manat, X134 (VÖEN **********) 24.02.15-ci il tarixdə ödədiyi 3000 manat pul vəsaitindən 300 manat ödəməklə qalan 2700 manat, X113 (VÖEN **********) 24.02.15-ci il tarixdə ödədiyi 1700 manat pul vəsaitindən 170 manat ödəməklə qalan 1530 manat, Şahid40 (VÖEN **********) 27.02.15-ci il tarixdə ödədiyi 1200 pul vəsaitindən 1 manat ödəməklə qalan 1199 manat, 29.02.16-cı il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 396 manat, X22 (VÖEN **********) 16.03.15-ci il tarixdə ödədiyi 5000 manat pul vəsaitindən 5 manat ödəməklə qalan 4995 manat, Şahid35 (VÖEN **********) 17.03.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 396, X39 (VÖEN **********) 17.03.15-ci il tarixdə ödədiyi 500 manat pul vəsaitindən 5 manat ödəməklə qalan 495 manat, 24.06.15-ci il tarixdə ödədiyi 4500 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 4496 manat, X79 (VÖEN **********)19.03.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 396 manat, X40 (VÖEN **********) 19.03.15-ci il tarixdə ödədiyi 2000 manat pul vəsaitindən 2 manat ödəməklə qalan 1998 manat, Şahid38 (VÖEN **********) 19.03.15-ci il tarixdə ödədiyi 1200 pul vəsaitindən 1 manat ödəməklə qalan 1199 manat, X10 (VÖEN **********) 30.03.15-ci il tarixdə ödədiyi 456 manat pul vəsaitindən 200 manat ödəməklə qalan 256 manat, Şahid37 (VÖEN **********) 31.03.15-ci il tarixdə ödədiyi 1400 manat pul vəsaitindən 1 manat ödəməklə qalan 1399 manat, X23(VÖEN **********) 31.03.15-ci il tarixdə ödədiyi 1300 manat pul vəsaitindən 1000 manat ödəməklə qalan 300 manat, 28.04.17-ci il tarixdə ödədiyi 665 manat pul vəsaitindən 105 manat ödəməklə qalan 560 manat, 29.09.17-ci il tarixdə ödədiyi 810 manat pul vəsaitindən 316 manat ödəməklə qalan 494 manat, 27.10.16-cı il tarixdə ödədiyi 605 manat pul vəsaitindən 105 manat ödəməklə qalan 500 manat, X5 (VÖEN **********) 31.03.15-ci il tarixdə ödədiyi 1500 manat pul vəsaitindən 1 manat ödəməklə qalan 1499 manat, X57 (VÖEN **********) 31.03.15-ci il tarixdə ödədiyi 2500 manat pul vəsaitindən 2 manat ödəməklə qalan 2498 manat, X11 (VÖEN **********) 31.03.15-ci il tarixdə ödədiyi 3200 manat pul vəsaitindən 3 manat ödəməklə qalan 3197 manat, X41 (VÖEN **********) 13.04.15-ci il tarixdə ödədiyi 1200 manat pul vəsaitindən 1 manat ödəməklə qalan 1199 manat, 04.05.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 1 manat ödəməklə qalan 399 manat, X114 (VÖEN **********) 23.04.15-ci il tarixdə ödədiyi 800 manat pul vəsaitindən 8 manat ödəməklə qalan 792 manat, Şahid13 (VÖEN **********) 18.05.15-ci il tarixdə ödədiyi 3400 manat pul vəsaitindən 3 manat ödəməklə qalan 3397 manat, X12 (VÖEN **********)18.05.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 396 manat, X80 (VÖEN **********) 18.05.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 396 manat, X115 (VÖEN **********) 18.05.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 396 manat, Şahid18 (VÖEN **********) 26.05.15-ci il tarixdə ödədiyi 2000 manat pul vəsaitindən 2 manat ödəməklə qalan 1998 manat, X135 (VÖEN **********) 26.05.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 23 manat ödəməklə qalan 377 manat, X116 (VÖEN**********) 29.05.15-ci il tarixdə ödədiyi 2000 manat pul vəsaitindən 2 manat ödəməklə qalan 1998 manat, Şahid97 (VÖEN **********) 29.05.15-ci il tarixdə ödədiyi 700 manat pul vəsaitindən 7 manat ödəməklə qalan 693 manat, Şahid29 (VÖEN **********) 16.06.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 396 manat, X117 (VÖEN **********) 16.06.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 396 manat, X118 (VÖEN **********) 16.06.15-ci il tarixdə ödədiyi 1100 manat pul vəsaitindən 1 manat ödəməklə qalan 1099 manat, X58 (VÖEN **********)19.06.15-ci il tarixdə ödədiyi 1500 manat pul vəsaitindən 1 manat ödəməklə qalan 1499 manat, X24 (VÖEN **********) 22.06.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 396 manat, Şahid48 (VÖEN **********) 30.06.15-ci il tarixdə ödədiyi 800 manat pul vəsaitindən 8 manat ödəməklə qalan 792 manat, X81 (VÖEN **********) 30.06.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 396 manat, Şahid95 (VÖEN **********) 30.06.15-ci il tarixdə ödədiyi 700 manat pul vəsaitindən 7 manat ödəməklə qalan 693 manat, X42 (VÖEN **********) 16.07.15-ci il tarixdə ödədiyi 1000 manat pul vəsaitindən 1 manat ödəməklə qalan 999 manat, 21.07.15-ci il tarixdə ödədiyi 1000 manat pul vəsaitindən 1 manat ödəməklə qalan 999 manat, 31.07.15-ci il tarixdə ödədiyi 1500 manat pul vəsaitindən 1 manat ödəməklə qalan 1499 manat, Şahid52 (VÖEN **********) 21.07.15-ci il tarixdə ödədiyi 3600 pul vəsaitindən 3 manat ödəməklə qalan 3597 manat, Şahid82 (VÖEN **********) 24.07.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 396 manat, Şahid88 (VÖEN **********) 24.07.15-ci il tarixdə ödədiyi 500 manat pul vəsaitindən 5 manat ödəməklə qalan 495 manat, Şahid73 (VÖEN **********) 24.07.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 8 manat ödəməklə qalan 392 manat, X59 (VÖEN **********) 28.07.15-ci il tarixdə ödədiyi 800 manat pul vəsaitindən 8 manat ödəməklə qalan 792 manat, X119 (VÖEN **********) 31.07.15-ci il tarixdə ödədiyi 500 manat pul vəsaitindən 5 manat ödəməklə qalan 495 manat, 15.09.15ci il tarixdə ödədiyi 800 pul vəsaitindən 8 manat ödəməklə qalan 792 manat, X82 (VÖEN **********) 04.08.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 396 manat, X43 (VÖEN **********) 19.08.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 396 manat, X136 (VÖEN **********) 19.08.15-ci il tarixdə ödədiyi 440 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 436 manat, Şahid70 (VÖEN **********) 19.08.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 2 manat ödəməklə qalan 398 manat, X83 (VÖEN **********) 27.08.15-ci il tarixdə ödədiyi 1500 manat pul vəsaitindən 1 manat ödəməklə qalan 1499 manat, X60 (VÖEN **********) 04.09.15-ci il tarixdə ödədiyi 800 manat pul vəsaitindən 8 manat ödəməklə qalan 792 manat, 16.09.15-ci il tarixdə ödədiyi 700 manat pul vəsaitindən 7 manat ödəməklə qalan 693 manat, X137 (VÖEN **********) 17.09.15-ci il tarixdə ödədiyi 1000 manat pul vəsaitindən 1 manat ödəməklə qalan 999 manat, Şahid60 (VÖEN **********) 17.09.15-ci il tarixdə ödədiyi 2000 manat pul vəsaitindən 2 manat ödəməklə qalan 1998 manat, Şahid86 (VÖEN **********) 21.09.15-ci il tarixdə ödədiyi 2200 manat pul vəsaitindən 2 manat ödəməklə qalan 2198 manat, Şahid24 (VÖEN **********) 28.09.15-ci il tarixdə ödədiyi 2000 manat pul vəsaitindən 2 manat ödəməklə qalan 1998 manat, Şahid30 (VÖEN **********) 29.09.15-ci il tarixdə ödədiyi 1200 manat pul vəsaitindən 1 manat ödəməklə qalan 1199 manat, X61 (VÖEN **********) 29.09.15-ci il tarixdə ödədiyi 4000 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 3996 manat, X120 (VÖEN **********) 30.09.15-ci il tarixdə ödədiyi 2000 manat pul vəsaitindən 2 manat ödəməklə qalan 1998 manat, X121 (VÖEN **********) 30.09.15-ci il tarixdə ödədiyi 700 manat pul vəsaitindən 7 manat ödəməklə qalan 693 manat, Şahid12 (VÖEN **********) 14.10.15-ci il tarixdə ödədiyi 2700 manat pul vəsaitindən 2 manat ödəməklə qalan 2698 manat, X62 (VÖEN **********) 14.10.15-ci il tarixdə ödədiyi 3000 manat pul vəsaitindən 3 manat ödəməklə qalan 2997 manat, X63 (VÖEN **********) 14.10.15-ci il tarixdə ödədiyi 400 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 396 manat, Şahid71 (VÖEN **********) 29.10.15-ci il tarixdə ödədiyi 3400 manat pul vəsaitindən 3 manat ödəməklə qalan 3397 manat, X25 (VÖEN **********) 30.10.15-ci il tarixdə ödədiyi 600 manat pul vəsaitindən 6 manat ödəməklə qalan 594 manat, Şahid66 (VÖEN **********) 30.10.15-ci il tarixdə ödədiyi 1200 manat pul vəsaitindən 1 manat ödəməklə qalan 1199 manat, X122 (VÖEN **********) 30.10.15-ci il tarixdə ödədiyi 1000 manat pul vəsaitindən 1 manat ödəməklə qalan 999 manat, X26 (VÖEN **********) 13.11.15-ci il tarixdə ödədiyi 500 manat pul vəsaitindən 300 manat ödəməklə qalan 200 manat, X64 (VÖEN **********) 23.11.15-ci il tarixdə ödədiyi 500 manat pul vəsaitindən 5 manat ödəməklə qalan 495 manat, Şahid34 (VÖEN **********) 29.12.15ci il tarixdə ödədiyi 2400 manat pul vəsaitindən 2 manat ödəməklə qalan 2398 manat, Şahid47 (VÖEN **********) 29.12.15-ci il tarixdə ödədiyi 2400 manat pul vəsaitindən 2 manat ödəməklə qalan 2398 manat, Şahid21 (VÖEN **********) 29.12.15-ci il tarixdə ödədiyi 2400 manat pul vəsaitindən 2 manat ödəməklə qalan 2398 manat, Şahid39 (VÖEN **********) 30.12.15-ci il tarixdə ödədiyi 500 manat pul vəsaitindən 5 manat ödəməklə qalan 495 manat, X65 (VÖEN **********) 27.01.16-cı il tarixdə ödədiyi 1500 manat pul vəsaitindən 89 manat ödəməklə qalan 1411, Şahid22 (VÖEN **********) 29.01.16-cı il tarixdə ödədiyi 4000 manat pul vəsaitindən 4 manat ödəməklə qalan 3996 manat, X123 (VÖEN **********) 29.02.16-cı il tarixdə ödədiyi 500 manat pul vəsaitindən 5 manat ödəməklə qalan 495 manat, X66 (VÖEN **********) 31.03.16-cı il tarixdə ödədiyi 744 manat pul vəsaitindən 300.45 manat ödəməklə qalan 443.55 manat, X84 (VÖEN **********) 30.08.16-cı il tarixdə ödədiyi 500 manat pul vəsaitindən 299.55 manat ödəməklə qalan 200.45 manat, X44 (VÖEN **********) 23.09.16-cı il tarixdə ödədiyi 1500 manat pul vəsaitindən 88 manat ödəməklə qalan 1412 manat, X13 (VÖEN **********) 05.06.17-ci il tarixdə ödədiyi 2900 manat pul vəsaitindən 15.60 manat ödəməklə qalan 2884.40 manat, X67 (VÖEN **********) 31.10.17-ci il tarixdə ödədiyi 4500 manat pul vəsaitindən 49 manat ödəməklə qalan 4451 manat, Şahid74 Şünasim oğlunun (VÖEN **********) 06.11.17-ci il tarixdə ödədiyi 569 manat pul vəsaitindən 370 manat ödəməklə qalan 199 manat, X85 (VÖEN **********) 29.12.17-ci il tarixdə ödədiyi 500 manat pul vəsaitindən 400 manat ödəməklə qalan 100 manat, X124 (VÖEN **********) 10.07.18-ci il tarixdə ödədiyi 599 manat pul vəsaitindən 572 manat ödəməklə qalan 27 manat, cəmi 96 nəfərin ödədiyi 144.508 manat pul vəsaitinin qeyd edilən qaydada 6439.60 manat hissəsini ödəməklə qalan 138.148.4 manat pulu, habelə, ayrı-ayrı vergi ödəyicilərindən ödəniş qismində aldığı pul vəsaitindən heç bir ödəniş həyata keçirməməklə müxtəlif məbləğlərdə, o cümlədən, Şahid12 (VÖEN **********) 27.01.15-ci il tarixdə ödədiyi 210 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) 05.02.15-ci il tarixdə ödədiyi 1500 manat, X45 (VÖEN **********) 17.03.15-ci il tarixdə ödədiyi 560 manat, X79 (VÖEN **********) 30.03.15-ci il tarixdə ödədiyi 400 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) 22.10.15-ci il tarixdə ödədiyi 1000 manat, 23.11.15-ci il tarixdə ödədiyi 2000 manat, 26.05.16-cı il tarixdə ödədiyi 500 manat, 05.08.16-cı il tarixdə ödədiyi 500 manat, 09.09.16-cı il tarixdə ödədiyi 700 manat, 06.10.16-cı il tarixdə ödədiyi 500 manat, Şahid39 (VÖEN **********) 27.05.15-ci il tarixdə ödədiyi 1000 manat, 30.11.15-ci il tarixdə ödədiyi 500 manat, "X308" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) 09.06.16-cı il tarixdə ödədiyi 2500 manat, 16.06.15-ci il tarixdə ödədiyi 2500 manat, X41 (VÖEN **********) 17.06.15-ci il tarixdə ödədiyi 200 manat, X116 (VÖEN **********) 21.06.16-cı il tarixdə ödədiyi 2000 manat, 25.06.15-ci il tarixdə ödədiyi 500 manat, 26.07.16-cı il tarixdə ödədiyi 1500 manat, 29.08.16-cı il tarixdə ödədiyi 2000 manat, X42 (VÖEN **********) 24.07.15-ci il tarixdə ödədiyi 1000 manat, 26.07.16-cı il tarixdə ödədiyi 1000 manat, 29.08.16-cı il tarixdə ödədiyi 2500 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) 23.09.15-ci il tarixdə ödədiyi 4000 manat, 29.09.15-ci il tarixdə ödədiyi 2000 manat, "AMİL-ŞƏRİFLİ" KM-nin (VÖEN **********) 29.09.15-ci il tarixdə ödədiyi 500 manat, Şahid87 (VÖEN **********) 20.10.15-ci il tarixdə ödədiyi 2800 manat, 30.11.17-ci il tarixdə ödədiyi 800 manat, 31.01.18-ci il tarixdə ödədiyi 100 manat, "xxxx" Açıq Səhmdar Cəmiyyətin (VÖEN **********) 30.10.15-ci il tarixdə ödədiyi 2000 manat, 30.12.15-ci il tarixdə ödədiyi 3000 manat, "xxxx" Açıq Səhmdar Cəmiyyətin (VÖEN **********) 30.10.15ci il tarixdə ödədiyi 1000 manat, 29.12.15-ci il tarixdə ödədiyi 1000 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) 26.11.15-ci il tarixdə ödədiyi 1000 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) 30.11.15-ci il tarixdə ödədiyi 1000 manat, X14 (VÖEN **********) 23.11.15-ci il tarixdə ödədiyi 100 manat, X86 (VÖEN **********) 30.12.15-ci il tarixdə ödədiyi 1500 manat, Şahid9 (VÖEN **********) 06.01.16-cı il tarixdə ödədiyi 2400 manat, 30.11.18-ci il tarixdə ödədiyi 1100 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) 26.02.16-cı il tarixdə ödədiyi 1000 manat, X68 (VÖEN **********) 06.10.16-cı il tarixdə ödədiyi 1000 manat, 19.01.17-ci il tarixdə ödədiyi 500 manat, 14.03.17-ci il tarixdə ödədiyi 1000 manat, X46 (VÖEN **********) 06.10.16-cı il tarixdə ödədiyi 500 manat, 07.12.16-cı il tarixdə ödədiyi 500 manat, 19.01.17-ci il tarixdə ödədiyi 200 manat, X138 (VÖEN **********) 20.09.16-cı il tarixdə ödədiyi 1000 manat, 05.12.16-cı il tarixdə ödədiyi 1000 manat, 19.01.17-ci il tarixdə ödədiyi 900 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) 29.02.16-cı il tarixdə ödədiyi 500 manat, 05.07.16-cı il tarixdə ödədiyi 500 manat, 28.07.16-cı il tarixdə ödədiyi 500 manat, 31.08.16-cı il tarixdə ödədiyi 500 manat, Şahid58 (VÖEN **********) 17.03.16-cı il tarixdə ödədiyi 3200 manat, Şahid38 (VÖEN **********) 28.03.16-cı il tarixdə ödədiyi 1000 manat, X87 (VÖEN **********) 28.03.16-cı il tarixdə ödədiyi 3000 manat, 23.05.18-ci il tarixdə ödədiyi 3200 manat, X88 (VÖEN **********) 28.03.16-cı il tarixdə ödədiyi 500 manat, 28.04.17-ci il tarixdə ödədiyi 1100 manat, X89 (VÖEN **********) 30.03.16-cı il tarixdə ödədiyi 2000 manat, 29.06.16-cı il tarixdə ödədiyi 2000 manat, 29.08.16-cı il tarixdə ödədiyi 400 manat, Şahid23 (VÖEN **********) 06.04.16-cı il tarixdə ödədiyi 2500 manat, 23.05.18-ci il tarixdə ödədiyi 2500 manat, X123 (VÖEN **********) 29.06.16-cı il tarixdə ödədiyi 500 manat, 28.04.17-ci il tarixdə ödədiyi 1000 manat, 28.06.18-ci il tarixdə ödədiyi 500 manat, X27 (VÖEN **********) 21.04.16-cı il tarixdə ödədiyi 2400 manat, X139 (VÖEN **********) 19.04.16-cı il tarixdə ödədiyi 1200 manat, Şahid27 (VÖEN **********) 19.04.16-cı il tarixdə ödədiyi 1200 manat, 30.06.17-ci il tarixdə ödədiyi 1200 manat, X11 (VÖEN **********) 14.04.16-cı il tarixdə ödədiyi 1400 manat, Şahid89 (VÖEN **********) 02.05.16-cı il tarixdə ödədiyi 1400 manat, Şahid13 (VÖEN **********) 26.05.16-cı il tarixdə ödədiyi 3400 manat, Şahid18 (VÖEN **********) 27.05.16-cı il tarixdə ödədiyi 2000 manat, X58 (VÖEN **********) 09.06.16-cı il tarixdə ödədiyi 1200 manat, 25.08.17-ci il tarixdə ödədiyi 1100 manat, 31.08.17-ci il tarixdə ödədiyi 100 manat, X140 (VÖEN **********) 29.06.16-cı il tarixdə ödədiyi 1000 manat, 30.06.16-cı il tarixdə ödədiyi 1000 manat, 29.07.16-cı il tarixdə ödədiyi 1000 manat, 29.08.17-ci il tarixdə ödədiyi 3000 manat, X141 (VÖEN **********) 29.06.16-cı il tarixdə ödədiyi 3400 manat, X28 (VÖEN **********) 29.07.16-cı il tarixdə ödədiyi 1000 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) 05.07.16-cı il tarixdə ödədiyi 400 manat, X29 (VÖEN **********) 27.07.16-cı il tarixdə ödədiyi 1000 manat, 31.08.17-ci il tarixdə ödədiyi 1000 manat, Şahid49 (VÖEN **********) 26.07.16-cı il tarixdə ödədiyi 800 manat, 31.08.16-cı il tarixdə ödədiyi 800 manat, X39 (VÖEN **********) 27.07.16-cı il tarixdə ödədiyi 1000 manat, 05.08.16-cı il tarixdə ödədiyi 1000 manat, 31.08.16-cı il tarixdə ödədiyi 2000 manat, 29.12.17-ci il tarixdə ödədiyi 500 manat, VAHİD VƏ ORTAQLARİ TAM ORTAQLİ "NURANƏ" KREDİT İTTİFAQİ-nın (VÖEN **********) 28.07.16-cı il tarixdə ödədiyi 500 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) 30.08.16-cı il tarixdə ödədiyi 2500 manat, Şahid56 (VÖEN **********) 29.08.16-cı il tarixdə ödədiyi 600 manat, X137 (VÖEN **********) 29.08.16-cı il tarixdə ödədiyi 500 manat, 31.10.17-ci il tarixdə ödədiyi 1000 manat, Şahid68 (VÖEN **********) 29.08.16-cı il tarixdə ödədiyi 1700 manat, "xxxx" Firmasının (VÖEN **********) 30.08.16-cı il tarixdə ödədiyi 4000 manat, X69 (VÖEN **********) 30.08.16-cı il tarixdə ödədiyi 3000 manat, Şahid95 (VÖEN **********) 31.08.16-cı il tarixdə ödədiyi 500 manat, 30.11.17-ci il tarixdə ödədiyi 500 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) 27.09.16-cı il tarixdə ödədiyi 1000 manat, Şahid42 (VÖEN **********) 30.09.16-cı il tarixdə ödədiyi 950 manat, 30.11.16-cı il tarixdə ödədiyi 500 manat, 30.12.16-cı il tarixdə ödədiyi 500 manat, X67 (VÖEN **********) 26.10.16-cı il tarixdə ödədiyi 2300 manat, 27.10.16-cı il tarixdə ödədiyi 2000 manat, 22.11.18-ci il tarixdə ödədiyi 5400 manat, Şahid65 (VÖEN **********) 27.10.16-cı il tarixdə ödədiyi 4000 manat, Şahid85 (VÖEN **********) 28.10.16-cı il tarixdə ödədiyi 700 manat, X61 (VÖEN **********) 31.10.16-cı il tarixdə ödədiyi 2000 manat, 28.11.16-cı il tarixdə ödədiyi 1000 manat, X62 (VÖEN **********) 28.11.16-cı il tarixdə ödədiyi 3000 manat, Şahid22 (VÖEN **********) 30.11.16-cı il tarixdə ödədiyi 2000 manat, 28.09.17-ci il tarixdə ödədiyi 4000 manat, 21.12.18-ci il tarixdə ödədiyi 3000 manat, (VÖEN **********) 26.12.18-ci il tarixdə ödədiyi 3000 manat, X125 (VÖEN **********) 30.11.16-cı il tarixdə ödədiyi 1000 manat, 28.12.16-cı il tarixdə ödədiyi 900 manat, X126 (VÖEN **********) 30.11.16-cı il tarixdə ödədiyi 2000 manat, X47 (VÖEN **********) 30.11.16-cı il tarixdə ödədiyi 500 manat, X127 (VÖEN **********) 30.11.16-cı il tarixdə ödədiyi 1100 manat, 28.12.16-cı il tarixdə ödədiyi 600 manat, 28.12.17-ci il tarixdə ödədiyi 1700 manat, Şahid28 (VÖEN **********) 28.12.16-cı il tarixdə ödədiyi 3400 manat, 30.12.16-cı il tarixdə ödədiyi 100 manat, 27.11.17-ci il tarixdə ödədiyi 3300 manat, X48 (VÖEN **********) 28.12.16-cı il tarixdə ödədiyi 3000 manat, X90 (VÖEN **********) 28.12.16-cı il tarixdə ödədiyi 500 manat, X133 (VÖEN **********) 30.12.16-cı il tarixdə ödədiyi 1400 manat, X30 (VÖEN **********) 30.12.16-cı il tarixdə ödədiyi 260 manat, X49 (VÖEN **********) 30.12.16-cı il tarixdə ödədiyi 800 manat, X15 (VÖEN **********) 31.01.17-ci il tarixdə ödədiyi 272 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) 30.03.17-ci il tarixdə ödədiyi 1700 manat, Şahid81 Heydar oğlunun (VÖEN 22000 manat93412) 31.03.17-ci il tarixdə ödədiyi 2500 manat, 31.08.17-ci il tarixdə ödədiyi 1700 manat, X128 (VÖEN **********) 21.04.17-ci il tarixdə ödədiyi 1000 manat, 28.04.17-ci il tarixdə ödədiyi 2500 manat, 31.01.18-ci il tarixdə ödədiyi 150 manat, X6 (VÖEN **********) 21.04.17-ci il tarixdə ödədiyi 1500 manat, Şahid59 (VÖEN **********) 21.04.17-ci il tarixdə ödədiyi 1200 manat, X142 (VÖEN **********) 26.04.17-ci il tarixdə ödədiyi 2580 manat, Şahid43 (VÖEN **********) 28.04.17-ci il tarixdə ödədiyi 1600 manat, 28.06.18-ci il tarixdə ödədiyi 1600 manat, X31 (VÖEN **********) 04.05.17-ci il tarixdə ödədiyi 2100 manat, 30.05.18-ci il tarixdə ödədiyi 2500 manat, X57 (VÖEN **********) 26.05.17-ci il tarixdə ödədiyi 1500 manat, 25.06.18-ci il tarixdə ödədiyi 1000 manat, X172 (VÖEN **********) 30.06.17-ci il tarixdə ödədiyi 3200 manat, X50 (VÖEN **********) 30.06.17-ci il tarixdə ödədiyi 1000 manat, Şahid32 (VÖEN **********) 07.07.17-ci il tarixdə ödədiyi 1500 manat, X32 (VÖEN **********) 24.07.17-ci il tarixdə ödədiyi 2000 manat, Şahid90 (VÖEN **********) 24.07.17-ci il tarixdə ödədiyi 2000 manat, Şahid31 (VÖEN **********) 29.08.17-ci il tarixdə ödədiyi 2000 manat, X70 (VÖEN **********) 31.08.17-ci il tarixdə ödədiyi 1600 manat, Şahid15 (VÖEN **********) 15.09.17-ci il tarixdə ödədiyi 4000 manat, 27.09.18-ci il tarixdə ödədiyi 4000 manat, X91 (VÖEN **********) 27.09.17-ci il tarixdə ödədiyi 1500 manat, X16 (VÖEN **********) 28.09.17-ci il tarixdə ödədiyi 3000 manat, X71 (VÖEN **********) 29.09.17-ci il tarixdə ödədiyi 750 manat, X3 (VÖEN **********) 31.10.17-ci il tarixdə ödədiyi 1500 manat, 27.08.18-ci il tarixdə ödədiyi 1000 manat, Şahid55 (VÖEN **********) 31.10.17-ci il tarixdə ödədiyi 1000 manat, Şahid24 (VÖEN **********) 22.11.17-ci il tarixdə ödədiyi 3000 manat, 21.12.18-ci il tarixdə ödədiyi 4000 manat, 28.12.18-ci il tarixdə ödədiyi 1000 manat, X92 (VÖEN **********) 27.11.17-ci il tarixdə ödədiyi 500 manat, X33 (VÖEN **********) 30.11.17-ci il tarixdə ödədiyi 500 manat, X34 (VÖEN **********) 30.11.17-ci il tarixdə ödədiyi 300 manat, X51 (VÖEN **********) 30.11.17-ci il tarixdə ödədiyi 500 manat, X72 (VÖEN **********) 30.11.17-ci il tarixdə ödədiyi 600 manat, Şahid83 (VÖEN **********) 25.12.17-ci il tarixdə ödədiyi 2000 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) 29.12.17-ci il tarixdə ödədiyi 500 manat, X17 (VÖEN **********) 24.01.18-ci il tarixdə ödədiyi 3670 manat, X152 (VÖEN **********) 30.01.18-ci il tarixdə ödədiyi 500 manat, Şahid54 (VÖEN **********) 28.02.18-ci il tarixdə ödədiyi 500 manat, Şahid74 Şünasim oğlunun (VÖEN **********) 20.04.18-ci il tarixdə ödədiyi 452 manat, X85 (VÖEN **********) 17.05.18-ci il tarixdə ödədiyi 500 manat, 31.07.18-ci il tarixdə ödədiyi 1250 manat, 31.08.18-ci il tarixdə ödədiyi 1460 manat, X93 (VÖEN **********) 17.05.18-ci il tarixdə ödədiyi 5000 manat, X94 (VÖEN **********) 25.06.18-ci il tarixdə ödədiyi 1500 manat, X35 (VÖEN **********) 25.06.18-ci il tarixdə ödədiyi 3500 manat, X95 (VÖEN **********) 25.06.18-ci il tarixdə ödədiyi 1500 manat, Şahid34 (VÖEN **********) 28.06.18-ci il tarixdə ödədiyi 2400 manat, X4 (VÖEN **********)28.06.18-ci il tarixdə ödədiyi 1200 manat, X153 (VÖEN **********) 29.06.18-ci il tarixdə ödədiyi 1000 manat, X96 (VÖEN **********) 29.06.18-ci il tarixdə ödədiyi 2500 manat, X36 (VÖEN **********) 29.06.18-ci il tarixdə ödədiyi 1200 manat, X143 (VÖEN **********) 31.07.18-ci il tarixdə ödədiyi 536 manat, X144 (VÖEN **********) 27.08.18-ci il tarixdə ödədiyi 400 manat, 31.08.18-ci il tarixdə ödədiyi 1800 manat, X18 (VÖEN **********) 21.09.18-ci il tarixdə ödədiyi 440 manat, 28.12.18-ci il tarixdə ödədiyi 610 manat, X7 (VÖEN **********) 21.09.18-ci il tarixdə ödədiyi 120 manat, 23.10.18-ci il tarixdə ödədiyi 198 manat, X73 (VÖEN **********) 28.09.18-ci il tarixdə ödədiyi 2600 manat, X97 (VÖEN **********) 28.09.18-ci il tarixdə ödədiyi 1600 manat, Şahid40 (VÖEN **********) 28.09.18-ci il tarixdə ödədiyi 1500 manat, X129 (VÖEN **********) 23.10.18-ci il tarixdə ödədiyi 216 manat, Şahid51 (VÖEN 40011500 42) 30.11.18-ci il tarixdə ödədiyi 600 manat, X37 (VÖEN **********) 28.12.18-ci il tarixdə ödədiyi 520 manat, olmaqla cəmi 128 nəfərdən 295.704 manat məbləğində, ümumilikdə yuxarıda qeyd edilən qaydada 196 nəfərin 316 halda ödəniş etdiyi cəmi 440.291,4 manat məbləğində pul vəsaitinin 6.439 manat hissəsini dövlət büdcəsinə ödəyib qalan 433,852.40 (dörd yüz otuz üç min səkkiz yüz əlli iki manat qırx qəpik) manat məbləğində ona etibar edilmiş özgə əmlakını isə dövlət büdcəsinə ödəməyib şəxsi ehtiyacına sərf etməklə öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, həmin hərəkətləri ilə vergi yığımı və büdcə vəsaitlərinin qorunub saxlanılması üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resursuna vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və mülki iddianı qəbul etməyərək ifadələrində göstərmişdir ki, 2019-cu ilin fevral ayının 20dən başlayaraq Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Departamenti tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə şöbəyə daxil olmuş ödəniş sənədlərinin AVİS-ə, yəni X1 Sisteminə işlənilməsi vəziyyətinin düzgünlüyü araşdırılmışdır. O, şöbənin iqtisadi təhlil və kameral vergi yoxlamaları bölməsinin rəhbəri olmuş mərhum Şahid2 yanına çağıraraq araşdırma üçün nazirliyin əməkdaşlarına müvafiq şərait yaratmasını tapşırmışdır. Bu işi Şahid2 tapşırmasına səbəb sonuncunun rəhbərlik etdiyi bölmənin bilavasitə bu işləri icra etməsi, yəni şöbəyə daxil olan ödəniş sənədlərinin sistemə işlənməsinin Rayon Vergilər Şöbələrinin Əsasnaməsinə uyğun olaraq Şahid2 və rəhbərlik etdiyi bölmənin əməkdaşları tərəfindən həyata keçirilməsi olmuşdur. Yoxlayıcılar otaqdan çıxdıqdan sonra o, Şahid2 işlərində hər hansı bir problem və ya çatışmazlıqların olub-olmamasını soruşanda sonuncu heç bir çatışmazlığın olmadığını bildirmişdir. Araşdırma başlandıqdan sonra günün sonunda yoxlayıcılar ona bəzi ödəniş qəbzlərinin ümumi sənədlərin içərisində olmadığını bildirmişlər. O isə yoxlayıcılara sənədlərin itmə ehtimalının olmadığını, yəqin qarışığa düşdüyünü, Şahid2 artıq 15 ildir bu sahədə çalışdığına görə işində ciddi qüsur və ya nöqsanlar olmasına inanmadığını, hər hansı xırda problemlər olduğu halda təcrübəli qadın əməkdaş kimi sonuncunu nəzərə almaqlarını xahiş etmişdir. Yoxlayıcılar əlavə dəqiq bir fikir bildirməsələr də, oxşar araşdırmaların digər vergi orqanlarında da aparıldığını və bəzi vergi orqanlarında bir neçə vergi əməkdaşının vergi ödənişlərini sahibkarlardan alaraq banka ödəməyib, sənədləri saxtalaşdırmaq yolu ilə həmin vəsaitləri mənimsəyərək sistemə yalan məlumatlar işləmələri faktlarının mövcud olduğunu demişlər. Bu məlumat onu bir qədər narahat etmiş, çünki bəzən vergi əməkdaşları tərəfindən ödənişlərin alınaraq banka ödəmə halları bütün vergi orqanlarında olduğu kimi, Ağdamda da mövcud olmuşdur. Belə ki, hər bir vergi ödəyicisi və xüsusilə obyekti olan vergi ödəyicisi hər ay ərzində dövlət büdcəsinə ödənişləri etməli olmuş və hər bir ərazi üzrə bu ödənişlərin edilməsi üçün təhkim olunmuş vergi əməkdaşları ödənişlərin edilməsinə cavabdehlik daşımışlar. Adətən bu ödənişlər mütləq ay sonuna qalmış, çox zaman da bu ödənişlər edilmədiyindən vergi əməkdaşları ya vergi ödəyicilərindən xırda məbləğli vəsaitləri alaraq, ya da özləri bu ödəyicilər əvəzindən büdcəyə xırda məbləğdə ödənişlər daxil etmişlər. AVİS-də sistem elə qurulmuşdur ki, hər hansı bir ödəyici ən xırda da olsa, məsələn 1, 2, 3 manat, hətta 10 qəpik belə ödəniş edirsə, səhəri gün proqram həmin ödəyicini ödəniş etmiş kimi sistemdən çıxarmışdır. Vergilər Nazirliyindən gələn yoxlayıcılar Ağdamdan öncə 11 saylı ƏVD-də oxşar araşdırma aparmışlar və həmin Departamentdə analoji pozuntular aşkar edilmişdir. Yoxlayıcılar Ağdam rayon Vergilər Şöbəsində işlərini tez bitirmək istədikləri üçün məlumatların tez əldə edilməsi məqsədi ilə ya özləri, ya da başqa bir şəxs banka hansısa formada təsir etmişdir. Çünki banka xx.xx.2019-cu il tarixdə özündə kifayət qədər iri həcmli məlumatları əks etdirən cədvəl göndərilməsinə baxmayaraq, üstündən bir gün keçəndən sonra cavab da alınmışdır. Daha sonra araşdırma zamanı müəyyən edilmiş ki, xx.xx.2019cu il tarixdə verginin məktubu banka heç getməmiş, məktub yalnız xx.xx.2019-cu il tarixdə banka çatdırılmışdır. Deməli yoxlayıcılar məktub heç banka çatmamış orada olan çatışmazlıqlardan artıq xəbərdar olmuşlar. Bunlara nəzər yetirəndə sanki bank bilərəkdən belə məlumatlar verib görüntü yaratmış və yaxud da kimsə bu işi planlaşdırılmış şəkildə etmişdir. Yoxlayıcılar işlərini bitirib getdikdən sonra o, Şahid2 çağıraraq vəziyyəti bildirib sonuncu ilə sərt formada danışmışdır. Şahid2 əvvəlcə bir şey söyləməsə də və belə halların olmasını inkar etsə də, o, xeyli israr etdikdən sonra sonuncu özü tərəfindən belə hallara yol verildiyini etiraf etmişdir. O, ilk növbədə məbləğin nə qədər olduğunu öyrənmək istəsə də Şahid2 konkret bir rəqəm deməmiş, amma hardasa gah 100, gah 150, gah da 200 minə kimi rəqəmlər söyləmişdir. Söhbət zaman o, hiss etmiş ki Şahid2 mənimsənilmiş məbləğin dəqiq nə qədər olduğunu bilməmişdir. O, bunun cinayət olduğunu və aqibətinin nə olacağını bildirib bu işi kiminlə etdiyini israrla soruşsa da, Şahid2 ilk əvvəl heç kimin adını çəkməmişdir. Mənimsədiyi vəsaiti hara xərclədiyini soruşanda isə sonuncu xəstə oğlunun müalicəsinə xərclədiyini bildirmişdir. Şahid2 oğlu (2019-cu ildə haradasa 12-13 yaşı var idi) uşaq serebral iflici xəstəsi, yəni əlil yataq xəstəsi olmuşdur. O, Şahid2 ilə ailəvi dostluq münasibətində olmuş və bu münasibətlər valideynlərindən üzü bəri uzun illərdir davam etmişdir. Bir valideyn üçün xəstə övladın nə demək olduğunu o yaxşı anlamış, çünki onun da oğlu artıq 30-ilə yaxındır epilepsiya xəstəsi kimi 2-ci qrup əlil olmuşdur. Bu səbəbdən də o, Şahid2 vəziyyətini anlayaraq sonuncuya müəyyən güzəştlər edib səhərlər işə 1-2 saat gec gəlməsinə, əgər ehtiyac olarsa gün ərzində uşağına gedib baş çəkməsinə və ya axşamlar işdən daha tez çıxmasına icazə vermişdir. Həqiqətən də sonuncu oğlunun müalicəsi ilə bağlı çox həkimlərə müraciət etmiş və müalicə məqsədi ilə bir çox qonşu ölkələrə də getmişdir. Ancaq buna baxmayaraq, bu qədər mənimsədiyi vəsaiti müalicəyə xərcləməsi qeyri mümkün olmuşdur. O, çox israr edərək bu işi tək görməsinin mümkün olmadığını və kiminlə etməsini soruşsa da, Şahid2 yenə də hər şeyi tək etdiyini bildirmişdir. Amma o, bu işi tək etdiyinə inanmadığı üçün təkid etdikdən sonra sonuncu 11 saylı ƏVD-dən İltifatın adını çəkmişdir. İltifat Abdullayev ağdamlı olmuş, 11 saylı ƏVD-də şöbə rəisi vəzifəsində işləmiş, eyni zamanda Bərdə rayonu üzrə ödənişlərə nəzarət etmişdir. Hər ay sonları İltifat Abdullayev ödənişlərlə bağlı Bərdə şəhərində olmuş və vergi ödəyiciləri ilə əlaqə saxlamışdır. Sonuncu hətta ay sonları onun şöbəsində də olmuşdur. İltifat Abdullayev 11 saylı ƏVD-də işləməzdən öncə Ağdam rayon Vergilər Şöbəsində çalışmışdır. Sonuncu onun rəhbəri olduğu şöbədə olduqda kompyuterdə sistemdə araşdırmalar aparmış, ödəyicilərə zəng etmiş, ödəniş etmələri ilə bağlı, bəzən isə Ağdama ödəniş etməli olduqları ilə bağlı göstərişlər vermişdir. O, hətta bir neçə dəfə İltifatın şöbədə ödənişləri Şahid2 verdiyinin şahidi də olmuşdur, bəzi vaxtlarda isə Şahid2 özü də İltifat Abdullayevdən plana kömək məqsədi ilə vəsaitləri aldığını etiraf etmişdir. Hətta Şahid2 şöbədə olmadıqda İltifat ödənişləri banka ödənilmək üçün ona da vermişdir. Eyni zamanda elə günlər olmuş ki, hətta ödəyicilər ödənişi Ağdam şöbəsinə gətirmişlər və o da həmin ödəyicilərə ödənişləri Şahid2 təqdim etmələrini bildirmişdir. Ayın son günləri isə Şahid2 bankda olduğu vaxtlarda, o ya İltifatdan aldığı, ya idarədə vergi ödəyicilərindən ona və ya idarədə digər əməkdaşlara gətirilən pulları siyahı üzrə, ya idarənin hansısa əməkdaşı və ya da Şahid2 ailə sürücüsü olmuş Zəfər adlı şəxslə Quzanlıda bankda olan Şahid2 göndərmiş, yaxud da idarəyə gələndə o, sonuncuya təqdim etmişdir. İltifat Abdullayevin ay sonları Ağdam rayon Vergilər Şöbəsində olduğunu, həm 11 saylı ƏVD-də, həm onun işlədiyi şöbənin əməkdaşları, həm də şöbə ilə eyni inzibati binada fəaliyyət göstərən Xocalı rayon Vergilər Şöbəsinin əməkdaşları da görmüşlər. Eyni zamanda həm onun tərəfindən vəsaitlərin şöbədə Şahid2 verdiyini, həm də bankda olduğu zaman elə banka göndərdiyini bəzi şöbə əməkdaşları, həmçinin Şahid2 ailə sürücüsü olmuş Zəfər adlı taksi sürücüsü də sübut edə bilər. Çünki, məhkəməyə ifadə verən 11 saylı ƏVD-nin əməkdaşı Şahid1, vergi ödəyicisi Şahid24 və başqa bir neçə vergi ödəyicisi onlardan vəsaitin taksi sürücüsünün götürdüyü barədə ifadə vermişlər. Yəqin ki, Şahid2 bəzi ödənişləri vergi ödəyicilərindən həmin taksi sürücüsünü göndərməklə almışdır. Sonuncu bu işləri İltifat Abdullayevlə etdiyini bildirəndə doğrusu o buna inanmamışdır. Həm də bunu dəqiqləşdirmək mümkün olmamış, çünki İltifat Abdullayev 2018-ci ilin sentyabr ayında dünyasını dəyişmişdir. O, Şahid2 bu işi necə etməsini, yəni vəsaiti necə mənimsəməsini soruşanda sonuncu hər ayın sonu xırda məbləğdə ödənişlər ilə bərabər ona tam məbləğdə edilmiş ödənişlərdən xırda məbləğdə qəbzlər yazaraq banka ödədiyini demişdir. Məsələn, ödəyicidən 400 manat pul alıbsa banka 4 manat, 1000 manat alıbsa banka 1, 10 və ya 100 manat ödəniş etmişdir. Daha sonra bankdan qayıdan sənədlərdə əlavə rəqəmlər artırmaqla düzəliş edərək sistemə işləmişdir. Həm də bunu elə etmiş ki, bundan nə vergi ödəyicilərinin, nə də idarədə heç kəsin xəbəri olmamışdır. Saxtalaşdırılmış qəbzləri ümumi sənədlərin içərisinə qoymuş və işçilərə paylamış ki, sistemə işləsinlər. O, hətta Şahid2 soruşanda ki, daxilolma sənədləri axşamlar idarəyə gələndə onları bəzən sonuncunun işçilərinin, bəzən isə növbətçi polisin götürdüyü halda nə baş verdiyi soruşanda Şahid2 bildirmiş ki, saxtalaşdırmaları əsasən ayın son günləri, yəni özü bankda olduğu və sənədləri axşamlar özü idarəyə gətirən zaman etmişdir. Başqa günlərdə əgər sənədlərdə saxtalaşdırma etmişsə, mütləq həmin günlər işdən gec getmiş və sənədləri özü qəbul etmiş, saxtalaşdırmanı şöbədə özü etmiş və sistemə də əsasən özü işləmişdir. Çox az hallarda qəbzlərdə düzəliş ediləndən sonra onları əməkdaşlara sistemə işləmələri üçün vermişdir. Bununla belə, həmin əməkdaşların saxtaşdırmadan xəbəri olmamışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, yoxlamanın sonunda nəticələrə dair akt tərtib olunmuş və həmin aktda ilk mərhələdə müəyyən edilmiş kənarlaşma üzrə saxtalaşdırılmış sənədlərin sistemə kimin tərəfindən hansı məbləğdə və hansı sayda işlənməsi qeyd edilmişdir. Həmin akta əsasən Şahid2 tərəfindən 235 halda – 340.799,0 manat, Şahid11 tərəfindən 5 halda - 3500,0 manat, Şahid5 tərəfindən 4 halda - 9600,0 manat, Şahid4 tərəfindən 12 halda – 29.800,0 manat, Şahid6 tərəfindən 21 halda – 29.940,0 manat məbləğində sənədlər sistemə işlənmişdir. Yəni ilkin mərhələdə ümumi sayın 85 %-i, ümumi məbləğin isə 83 %-i məhz Şahid2 tərəfindən sistemə işlənmişdir. Daha sonra Şahid2 bildirmiş ki, bəzi hallarda ümumiyyətlə banka heç bir ödəniş etmədən kompyuterdə saxta sənədlər hazırlayıb və bank ştampını da kompyuterdə hazırlamaqla sənədləri saxtalaşdırmışdır. O, sonuncuya “sən idarədə ayın son günləri qəbzlər yazırdın, hətta həmin qəbzlərdən digər əməkdaşların və mənim də yazdığım var idi və mənim qəbz yazdığımı görənlər də olmuşdu, de görək həmin qəbzlərdən, yəni saxta qəbzlərdən mən də yazmışammı?” sualı verdikdə Şahid2 “bəli” cavabını vermişdir. Ona görə də o, özü də bilmədən cinayətin iştirakçısına çevrilmişdir. O, sonuncudan nəyə görə hazırladığı bütün saxta sənədləri məhz ona imzalatmamasının səbəbini soruşanda Leyla onun bəzi vaxtlarda idarədə olmaması səbəbindən sənədlərin bir hissəsini özünün imzaladığını bildirmişdir. O, nəyə görə bu işə bilmədən onu şərik etdiyini soruşanda sonuncu onun rəis olduğunu və əgər hər hansı bir problem olardısa, onun bu problemi həll etmək imkanının daha çox olduğunu fikirləşdiyini demişdir. O isə cavabında bunun cinayət olduğunu, sonuncunun rəis müavini olduğunu və idarənin əsas yükünü daşıdığını, ailəvi münasibətlərinin olduğunu, bir qadın kimi ona hörmət etdiyini bildirib danlamışdır. Şahid2 isə cavabında qəbzlərin əksəriyyətində ödənişin təyinatının gəlir vergisi, məhkəmə, cərimə və rüsum kimi yazılması səbəbindən bank tərəfindən həmin ödənişlərin tapılmasının çətin olacağını və nəticədə yeyintin məbləğinin az olacağını demişdir. Daha sonra Şahid2 aşkar edilən yeyinti məbləğinin hamısını ödəyəcəyini bildirib bu cinayəti onun üzərinə götürməsini xahiş etmişdir. Həmin gün sonuncunun yaxınları da onunla görüşüb eyni məzmunlu xahişlər etmişlər. Lakin o, bu xahişlərə cavab verməyib araşdırmanın sonunu gözləmişdir. Araşdırma yekunlaşdıqdan sonra məlum olmuş ki, banka 425.879,0 manat məbləğində 288 sayda ödəniş üzrə sorğu edilmiş və yekun olaraq 277 sayda ödəniş sənədinin saxtalaşdırılması yolu ilə 411.983,0 manat mənimsənilmişdir. Bundan sonra o, bir daha Şahid2 ilə söhbət edərək bu işi kiminlə gördüyünü soruşanda sonuncu yenə də İltifatın adını çəkmişdir. O, Şahid2 ilk sorğu məktubunda olan kənarlaşma ilə bağlı suallar verərək bu ödənişlərin hamısının ona şöbədəmi verildiyini soruşanda sonuncu “bəli” cavabını vermişdir. O, Leylaya bunun mümkün olmadığını, çünki vergi ödəyicilərinin tək Bərdə rayonunda qeydiyyatda olanlar deyil, bunların içərisində Bərdə ilə yanaşı Şəki, Mingəçevir, Yevlax və Tərtərdə qeydiyyatda olan vergi ödəyicilərinin ödənişlərinin də olduğunu demişdir. Çox isrardan sonra Şahid2 bu ödənişlərin gətirilib həm şöbədə, həm də şöbədən kənarda özünə verildiyini, həmçinin özünün də adam göndərərək götürdüyünü desə də, həmin şəxsin və ya şəxslərin kimliyini bildirməmişdir. Kimsənin adını öyrənə bilməsə də o, sonuncudan heç olmasa pulları götürmək üçün göndərdiyi adamın kimliyini soruşanda Şahid2 həmin şəxsin ailə sürücüsü Zəfər adlı taksi şoferinin olduğunu demişdir. Bütün bu söhbətlərdən sonra Şahid2 ona ailəvi dostluq münasibətində olduğunu bildirib bu işi üzərinə götürməsini, kənarlaşma məbləğinin az olduğunu, hətta ekspertiza ilə bu məbləğin azalacağını və özü tərəfindən bütün vəsaitin ödəniləcəyini bildirmişdir. O da sonuncunun qadın olaraq zəif cinsin nümayəndəsi olmasını, yataq xəstəsi olan oğlunun olmasını, ailəvi münasibətlərinin olmasını və bir qadın kimi sonuncuya hörmət etməsini nəzərə alaraq bu cinayəti öz üzərinə götürməyə razılaşmışdır. Beləliklə də, araşdırma bitdikdən sonra o, xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyinin əməkdaşlarına ilk izahatını verərək bu saxtalaşdırmanı özünün etdiyini etiraf etmişdir. Nazirliyinin əməkdaşları onun ilk etirafını eşitdikdə təəccüblənmiş və ona yoxlamaya başlayan vaxtlarda məhz özünün yoxlamadan Şahid2 yola verməklərini və sonuncunu bağışlamaqlarını xahiş etdiyini bildirib nəyə görə bu cinayəti öz üzərinə götürdüyünü soruşmuşlar. O isə etirafedici izahat verərək bütün bu əməlləri özünün etdiyini bildirib saxtalaşdırmanın necə baş verməsi barədə Şahid2 ona nəql etdiyi kimi izahat vermişdir. Daha sonra araşdırmaya xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə də izahatlar vermiş, həmin izahatlarında da ticarətlə məşğul olduğu üçün borcunun yarandığını və mənimsədiyi vəsaitlə həmin borclarını ödədiyi kimi doğru olmayan fikirlər söyləmişdir. Çünki o, 25 il vergi sistemində işlədiyi və ticarətlə məşğul olmaq qanunla ona qadağan olduğu üçün söylədiyi bu fikirlərinin hamısı uydurma olmuşdur. Araşdırma yekunlaşdıqdan sonra Azərbaycan Respublikası Vergilər Nazirinin xx.xx.2019-cu il tarixli əmri ilə o, tutduğu vəzifədən azad olunmuş, Şahid2 isə müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılmışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, yuxarıda göstərilənlərə baxmayaraq, qeyd etdiklərini təsdiq edəcək kimsə olmamış, Şahid2 isə 2020-ci ilin dekabr ayının əvvəllərində xəstəlikdən dünyasını dəyişmişdir. Həbsdə olduğu müddətdə o, bir dəfə 1 saylı İstintaq Təcridxanasında, bir dəfə də 2 saylı X38 Sarıyeva ilə görüşmüş, hər dəfə də görüşəndə sonuncu verdiyi sözləri yerinə yetirə bilmədiyini, ona kömək edə bilmədiyini və onun cinayət əməllərini üzərinə götürərək həbsdə yatdığı üçün vicdan əzabı çəkdiyini bildirmişdir. Axırıncı görüşdə isə Şahid2 ondan məhkəmədə həqiqəti açıb deməsini istəmişdir. Səbəbini soruşduqda isə sonuncu ağır xəstəlikdən əzab çəkdiyini və ömrünə az qaldığını bildirmişdir. O da təbii ki, etiraz edərək artıq hər şeyin gec olduğunu söyləmişdir. Şahid2 vəfatından bir neçə ay sonra hər ikisinin ortaq və çox yaxın olan bir dostu onunla Bərdədə, məhkəmə keçirilən gün görüşərək Şahid2 ondan da xahiş edərək yuxarıda göstərdiklərini ona çatdırmasını xahiş etdiyini demişdir. O da hazırkı ifadəni vermək üçün, yəni əsl həqiqəti açıb demək üçün demək olar ki, xeyli, hardasa 3 ilə yaxın bir müddət ərzində düşünmüş və sonra qərara gəlmiş ki, bu ifadəni verərək əsl həqiqəti söyləsin. Bu günə qədər həm Vergilər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı verdiyi izahatlarını, həm ibtidai istintaq zamanı verdiyi, həm də məhkəmə baxışı zamanı verdiyi bütün ifadələrini rədd və təkzib edir. İbtidai istintaqa verdiyi bütün ifadələri Vergilər Nazirliyinin apardığı araşdırmalar zamanı verdiyi izahatlarla, iki ifadəni çıxmaq şərti ilə eyni olmuşdur. İttiham olunduğu cinayətlə heç bir əlaqəsi olmamış, o, özünü tam olaraq təqsirsiz hesab etmiş, ittiham üzrə ona elan edilmiş 433.852,4 manat mənimsəmədən tam olaraq heç bir məlumatı olmamış, hətta cinayət işinin materiallarında müəyyən vergi ödəyicilərinin vergi ödənişlərini ona təqdim etmələri barədə şahid qismində ifadə vermələrinə, şahidlərin çoxunun məhkəmə baxışı zamanı həmin ifadələrini təkzib edərək onu tanımadıqları və ona heç bir pul vəsaitini vermədikləri barədə ifadələrinə, bir neçə şahidin (cəmi 2 şahidin) ona ödəniş təqdim etmələri barədə ifadələrinə, saxtalaşdırılmış bəzi ödəniş sənədlərinin onun tərəfindən icra edilməsinə dair məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə, dövlət büdcəsinə dəymiş zərərdən 106.500 manat vəsaitin onun tərəfindən ödənilməsinə(əslində həmin məbləğ də Şahid2 tərəfindən ödənilmişdir) və etirafedici ifadələrinə baxmayaraq o, ittiham olunduğu cinayətdən məlumatsız olmuş, əvvəlcədən planlaşdıraraq heç bir vergi ödəyicisindən heç bir zaman mənimsəmə məqsədi ilə hər hansı bir məbləğdə pul vəsaiti almamış və təqsirləndirildiyi cinayət işi üzrə özünü tam olaraq günahsız hesab etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2019-cu il tarixdə verdiyi ilkin izahatı, xx.xx.2019-cu və xx.xx.2019cu il tarixlərdə şahid qismində verdiyi ifadələri, xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, o, 1994-cü il tarixdən 2019-cu ilin aprel ayının 5-dək Ağdam rayon Vergilər şöbəsində müxtəlif vəzifələrdə çalışmış, ən sonuncu vəzifəsinə, yəni Ağdam rayon Vergilər şöbəsinin direktoru vəzifəsinə 2011-ci ilin iyul ayında təyin olunmuş, 2019-cu il tarixdə aparılmış xidmət yoxlama zamanı vəzifələrinin icrası ilə əlaqədar vermiş olduğu kobud nöqsanlara görə də vəzifədən azad edilmişdir. Aparılmış yoxlama zamanı məlum olmuş ki, o, vergi ödəyicilərindən nağd şəkildə almış olduğu vergi ödənişlərini mənimsəyərək saxta bank qəbzləri düzəltməklə həmin ödənişlərin guya dövlət hesabına keçməsi görünüşünü yaratmaq üçün sözü gedən qəbzlərin X2 Sisteminə işlənməsinə nail olmuşdur. Ümumi yoxlamalar nəticəsində məlum olmuş ki, 2015-ci ildən 2019-cu ilədək onun tərəfindən 411.983,0 manat pul vəsaiti dövlət büdcəsinə ödənilməsindən yayındırılaraq mənimsənilmişdir. Qeyd olunan yoxlamaların nəticələri ilə tam razı olmuşdur. Ailə vəziyyəti ilə bağlı yaranmış olan borclarını ödəmək məqsədi ilə onun tərəfindən 411.983,0 manat pul vəsaiti Ağdam rayon Vergilər şöbəsinin direktoru vəzifəsində işlədiyi 2015-2019-cu illər ərzində mənimsənilmiş, mənimsədiyi pullarla yalnız borclarını qaytarmış, şəxsi ehtiyaclarına sərf etmiş və heç bir daşınar və ya daşınmaz əmlak almamışdır. xx.xx.2015ci il - xx.xx.2018-ci il tarixlər aralığında Ağdam rayonu üzrə Maliyyə idarəsindən işlədiyi şöbəyə daxil olan ödəniş qəbzləri onun tərəfindən saxtalaşdırılaraq ŞHV-nə işlənilməsi məqsədilə gizli yolla daxilolma sənədlərinin arasına əlavə edilmiş və bu yolla həmin məbləğlərin ayrı-ayrı vergi ödəyicilərinin ŞHV-nə işlənilməsinə nail olmuşdur. Daxilolmalar Ağdam RŞV-nin Bəyannamələrin kameral yoxlanılması bölməsinin əməkdaşları tərəfindən AVİS-in müvafiq moduluna işlənilmiş, ödəniş sənədlərini gündəlik olaraq şöbəyə Maliyyə idarəsi hər dəfə ayrı-ayrı mülki şəxslər vasitəsilə göndərilmiş, əksər vaxtlarda sənədlər günün axşam saatlarında şöbəyə çatdırıldığı üçün həmin sənədləri növbədə olan polis əməkdaşı qəbul etmiş və ona, o və digər əməkdaşlar şöbədə olmadıqda isə növbəti gün Bəyannamələrin kameral yoxlanılması bölməsinin əməkdaşlarından birinə təqdim etmişdir. Həmin sənədlərin qəbulu zamanı heç bir rəsmiləşdirmə də aparılmamışdır. Ayrı-ayrı vergi ödəyiciləri ona yaxınlaşaraq vergi ödənişi etmək istədiklərini bildirdikdə o, həmin şəxslərdən ödəmək istədikləri vergi məbləğini nağd olaraq tam şəkildə, yəni 1000 manat ödənilməlidirsə elə 1000 manat da almışdır. O, Bərdə rayonunda yaşadığı və əvvəllər ticarətlə məşğul olduğu üçün orada çox sahibkarları yaxından tanıdığından bir çox hallarda həmin sahibkarlara banka pul ödəmək lazım olanda həmin pulu nağd şəkildə ona vermələrini və özünün sonuncuların əvəzindən pulu banka ödəyəcəyini demişdir. Lakin həmin şəxslərin onun pulu banka ödəməməyindən xəbəri olmamışdır. Bundan sonra aldığı pulun ŞHV-yə işlənilməsinə nail olmaq üçün ona məxsus notbukda 2 nüsxədə saxta qəbz hazırlayaraq bir nüsxəsini gizli yolla daxilolma sənədlərinin arasına qoymuş, digər nüsxəsini isə vergi ödəyicisinə təqdim etmişdir. Daxilolma sənədlərinə əlavə etdiyi saxta qəbzlərin məbləği qədər dövlət rüsumu üzrə ödəniş çeklərini daxilolma sənədlərinin arasından çıxarmışdır. Saxta yolla hazırladığı ödəniş sənədlərini əsasən iş gününün sonunda daxilolma sənədləri şöbəyə təqdim edildikdən sonra sənədlərin arasına əlavə etmişdir. Daxilolma sənədlərinə saxta ödəniş qəbzi əlavə etmək istədikdə həmin günün daxilolmasını növbətçi polisdən və ya maliyyə orqanından sənədləri gətirən şəxsin özündən birbaşa olaraq o, götürmüş və yuxarıda qeyd etdiyi hərəkətləri gizli şəkildə edərək sənədləri daxilolma işləyən əməkdaşlara təqdim etmişdir. O, təxminən 2015-2016cı illərdə qəbzləri başqa üsullarla da saxtalaşdırmışdır. Belə ki, əgər 1000 manat ödənişin ŞHV-yə işlənilməsinə nail olmaq istəmişsə X259 rayon filialına 1 manat ödəniş etmiş və həmin günün daxilolmasını şəxsən özü götürərək 1 rəqəminin sonuna 3 sayda sıfırlar əlavə etmişdir. Saxta sənədləri hazırladığı notbuk və daxilolma sənədlərinin arasından götürdüyü rüsum qəbzləri onun tərəfindən yandırılmış, notbukun yanmış qalığı isə Qarabağ kanalına atılmaqla məhv edilmişdir. Əvvəllər ödəniş çekləri möhürsüz daxil olmağa başlamışdır. Ona görə də həmin növ qəbzlərə bənzəyən saxta ödəniş qəbzlərini ona məxsus notbukda iş yerində hazırlamış, həmin ödənişləri məhkəmə, polis, notarius, DƏDRX də daxil olmaqla bütün növ rüsumlardan azaltmışdır. Təxminən 2011-ci ildən etibarən 1.000.000 (bir milyon) manata yaxın məbləğdə borcu yaranmışdır. Həmin məbləğin təxminən 500.000 (beş yüz min) manatını ona və ailə üzvlərinə məxsus əmlakların satılmasından əldə olunmuş vəsaitlər hesabına ödəsə də, yerdə qalan məbləği ödəməkdə çətinlik çəkdiyi üçün məcburiyyət qarşısında qalaraq yuxarıda qeyd etdiyi əməlləri törətmişdir. Həmin borcun hansı səbəbdən yaranmasını da bildirmək istəməmişdir. Cinayət yolu ilə əldə etdiyi gəlirin uçotunu aparmamış, bu səbəbdən əldə etdiyi gəlirin məbləğini dəqiq bilməmiş, təxminən 450-500 (dörd yüz əlli – beş yüz) min manat məbləğində gəlir əldə etmişdir. Göstərdiyi qanunsuz əməllərdən özündən başqa heç kimin məlumatı olmamışdır. Anoloji nöqsanlar 2018-ci ilin dekabr ayında 13 saylı Ərazi Vergilər İdarəsində aşkar olunduqdan sonra daxilolma sənədlərinə iş gününün sonunda bütün əməkdaşlar getdikdən sonra tərəfindən baxış keçirilmiş, saxta yolla hazırladığı və sənədlərin arasına əlavə etdiyi qəbzlərin bir hissəsini (çatdıra bildiyi qədər) götürərək məhv etmişdir. Həmin saxta sənədləri götürərkən çaşqınlıq içində olmuş və saxta sənədlərin uçotunu aparmadığı üçün öz ehtimalı ilə bir sıra qəbzləri də götürüb məhv etmişdir. Hansı ki, ola bilər ki həmin qəbzlər saxta olmamışdır. Aylıq üzləşmələr zamanı vergi orqanını o və Şahid2 təmsil etmişdir. Lakin indiyədək aylıq üzləşmələr zamanı maliyyə orqanı əməkdaşı tərəfindən onlara hər hansı irad bildirilməmişdir. Belə ki, maliyyə orqanı vergi orqanına daxil olan cəm məbləğin düzgünlüyünü yoxlamış və üzləşmə aktını təsdiq etmişdir. Ödəniş qəbzləri olmadan ayrı-ayrı vergi ödəyicilərinin ŞHVlərinə saxta ödənişlər işləməsi barədə şöbənin əməkdaşı Şahid2 və ya digər əməkdaşlara tərəfindən hər hansı tapşırıq verilməmişdir. O, Şahid2 uşağının xəstə olduğunu bildiyinə görə iş yerinə gec gəlməsinə icazə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, vergi ödəyicilərindən nağd şəkildə almış olduğu vergi ödənişlərini mənimsəyərək saxta bank qəbzləri düzəltməklə həmin ödənişlərin guya dövlət hesabına keçməsi görünüşünü yaratmaq üçün sözügedən qəbzlərin AVİS sisteminə işlənməsinə nail olmuşdur. 2015-ci ildən 2019-cu ilədək onun tərəfindən konkret xatırlamadığı məbləğdə pul vəsaiti dövlət büdcəsinə ödənilməsindən yayındırılaraq mənimsənilmiş, o, yoxlamaların nəticələri ilə də qismən razı olmuşdur. Ailə vəziyyəti ilə bağlı yaranmış olan borclarını ödəmək məqsədi ilə tərəfindən pul vəsaiti Ağdam rayon Vergilər şöbəsinin direktoru vəzifəsində işlədiyi müvafiq müddət ərzində mənimsənilmişdir. Əvvəlki ifadəsində guya vergi ödəyicilərinin ödədiyi pullardan mənimsədiyi pulların 40 faizini şəxsən Ağdam rayon üzrə Maliyyə İdarəsinin əməkdaşı Faiq Mirzəyevə verdiyini, danışıqları sonuncu ilə apardığını, cinayət işinin istintaqı zamanı ödənilmiş ziyandan 80.000 manat məbləğində olan hissəsini ona X234 şəhərində verdiyini, həmin pullarla da aparıb ziyanı ödədiyini göstərməklə həqiqətə uyğun olmayan ifadə vermişdir. Ziyanın ödənilməsində Faiq Mirzəyevin ona kömək edə biləcəyini düşünüb sonuncunun onunla əlbir olmasını söyləmişdir. Ona görə də, qeyd edilən qəbzlər onun tərəfindən gizli yolla saxtalaşdırılmış, həmin cinayət əməlinin törədilməsində ondan başqa kimsənin iştirakı olmamış və özü tək vergi ödəyicilərinin pullarının mənimsəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində verdiyi ifadələrində özünü verilmiş ittihamlar üzrə qismən təqsirli bilərək sənədləri saxtalaşdırdığı mexanizmi göstərməklə cəmi 106.500 manat məbləğində vergi ödənişini mənimsədiyini, ona görə də həmin həcmdə zərəri ödədiyini bildirmişdir. Həmin ifadələrdə Təqsirləndirilən şəxs göstərmişdir ki, o, ödənişləri bir neçə üsulla, daha çox vergi ödənişlərinə dair qəbzlərdə rəqəmlərin sonuna sıfır artıraraq(məsələn 400 manat ödənişdən 40 manatı banka ödətmiş, qəbzdə 40 manatın yanına sıfır əlavə etməklə saxtalaşdırıb guya 400 manat ödənişin edildiyini simulyasiya etmiş, 360 manat məbləği özünə götürmüşdür) qalıq hissəni götürüb mənimsəmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, müvafiq aylıq və rüblük vergi ödənişlərini rəhbərlik etdiyi Ağdam şöbəsinin səlahiyyətli olduğu ərazidən yığa bilmədiyi üçün vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində (Yevlax) qeydiyyatda olan fiziki və hüquqi şəxslərin ödənişlərini də Ağdam rayon Vergilər şöbəsinə cəlb etmiş və bu yolla da yığım öhdəliyini yerinə yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X154 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq zaman 106.500 manat məbləğində dəymiş ziyanın ödənilməsinə baxmayaraq o, Təqsirləndirilən şəxs qarşı verdikləri 433.852,40 (dörd yüz otuz üç min səkkiz yüz əlli iki manat qırx qəpik) manat məbləğində iddia tələbinin tam təmin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2017-ci il tarixdən Ağdam Rayon Vergilər Şöbəsinin Bəyannamələrin kameral yoxlanılması bölməsinin baş dövlət vergi müfəttişi, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək isə həmin bölmənin rəhbəri vəzifəsində işləmişdir. Ondan əvvəl isə həmin şöbənin rəhbəri hazırda Vergilər Nazirliyinin yanında Bakı Lokal Gəlirlər Departamentində işləyən Şahid6 olmuşdur. İşlədiyi dövrdə Ağdam rayonu üzrə Maliyyə idarəsindən daxil olan vergi və rüsumlara aid gündəlik daxilolmalar AVİS-in müvafiq altmoduluna onun, bölmənin əməkdaşları Şahid4 və Şahid5 tərəfindən işlənilmişdir. Ödəniş sənədlərini gündəlik olaraq şöbəyə Ağdam rayonu üzrə Maliyyə idarəsi hər dəfə ayrı-ayrı mülki şəxslər vasitəsilə göndərmiş, əksər vaxtlarda sənədlər günün axşam saatlarında şöbəyə çatdırıldığı üçün həmin sənədləri növbədə olan polis əməkdaşı qəbul etmiş, şöbədə olduğu vaxtlarda sənədlər Təqsirləndirilən şəxs, heç kim olmadıqda isə növbəti gün ona və ya onun əməkdaşlarından birinə təqdim edilmişdir. Həmin sənədlərin qəbulu zamanı rəsmiləşdirmə də aparılmamışdır. Nazirliyin Daxili təhlükəsizlik departamentinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı mənimsəmə məsələsi aşkar edildikdə, yəni xx.xx.2019-cu il tarixdə saxtakarlıq barədə məlumatı olmuşdur. Əməkdaşlar tərəfindən daxilolma sənədlərinə baxış keçirilərkən 2017ci ilə aid ödəniş sənədlərinin arasından üzərində 2016-cı il qeyd olunmuş ödəniş sənədi aşkar olunduqdan sonra o, sənədlərə müdaxilə olunduğunu bilmiş, həmin tarixədək olan dövr ərzində isə ödəniş sənədlərinə hər-hansı müdaxilə olunması barədə xəbəri olmamış, müdaxilə aşkar olunan zaman da şöbənin direktoru Təqsirləndirilən şəxs yol verilmiş qanun pozuntularının özü tərəfindən törədildiyini etiraf etmişdir. Bu səbəbdən də onun qəbzlərə müdaxilə edilməsindən heç bir məlumatı olmamış, ona və bölmənin əməkdaşlarına təqdim edilən ödəniş sənədləri olduğu kimi AVİS-in müvafiq altmoduluna işlənilmiş, həmin sənədlərə müdaxilə edilməsini də hiss etməmişdir. Gündəlik olaraq şöbəyə daxil olmuş ödəniş sənədlər əsasında ayrı-ayrı vergi ödəyicilərinin X166 ödənişlər işlənilmiş, ödəniş qəbzi olmadığı halda isə hər-hansı vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə onun tərəfindən hər hansı məbləğdə ödəniş işlənilməmişdir. AVİS-ə işlənilmiş məbləğlərin ödəniş qəbzləri də həmin məbləğlər işlənilən zaman sənədlərin arasında mövcud olmuşdur. Şöbənin bütün otaqlarının açarları Təqsirləndirilən şəxs olmuşdur. Hazırda həmin ödəniş qəbzlərinin daxilolma sənədlərinin arasında olmamasının səbəblərini izah edə bilmir və həmin sənədlərin kim tərəfindən götürülməsi barədə şübhələndiyi şəxs də yoxdur. Aylıq üzləşmələr zamanı vergi orqanını o və Təqsirləndirilən şəxs təmsil etmiş, lakin indiyədək aylıq üzləşmələr zamanı maliyyə orqanı əməkdaşı tərəfindən onlara hər hansı irad bildirilməmişdir. Belə ki, maliyyə orqanı vergi orqanına daxil olan cəm məbləğin düzgünlüyünü yoxlayaraq üzləşmə aktını təsdiq etmişdir. O, bu üzləşmələri Ağdam rayonu üzrə Maliyyə idarəsinin əməkdaşları Məleykə Əsədova, Faiq Mirzəyev və Rüfət Muxtarovla bərabər aparmışdır. X74 ilk dəfə 2014-cü il tarixdə Ağdam rayonu üzrə Maliyyə idarəsinin əməkdaşı kimi tanımış, sonuncu ilə əvvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamış, iş prosesi zamanı da Faiq Mirzəyevlə üzləşdirmələr aparmışdır. O, heç bir vergi ödəyicisinin vergi ödənişlərini mənimsəməmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, ödəniş qəbzləri olmadan ayrı-ayrı vergi ödəyicilərinin ŞHV-lərinə saxta ödənişlər işləmək barədə şöbənin direktoru Təqsirləndirilən şəxs və ya digər şəxs tərəfindən ona hər hansı tapşırıq verilməmiş, o, gündəlik Maliyyə idarəsindən gələn qəbzləri vergi ödəyicilərinin ŞHV-nə işləmiş, saxta qəbzlərin olmasından heç bir məlumatı olmamış, Maliyyə İdarəsi ilə aylıq üzləşmələr apardığı zaman da tədiyyələr üzrə verdiyi məlumatları həmin idarə təsdiq etmişdir. X196 onun sürücüsü olmamış, sonuncu Bərdə və Ağdam rayonlarında taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, 2017-ci ilə aid sənədlərin içərisində 2016-cı ilə aid ödəniş sənədinin aşkar edildiyini zaman həmin sənədin saxta olduğunu bilmiş, qeyd edilən sənəd texniki olaraq səhv yazılmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona hər hansı saxta ödənişin və ya sənədi olmayan ödənişin sistemə işlənməsi barədə göstəriş verilməmiş, sistemə işlənən sənədlərin saxta olmasından da heç bir xəbəri olmamışdır. O, bəzi sənədlərin daxilolma sənədlərinin arasında olmamasın səbəblərini izah edə bilməmiş, həmin sənədlərin kim tərəfindən götürülməsi barədə şübhələndiyi şəxs də olmamışdır. O, daxilolmaları işləyərkən həmin sənədlər ümumi sənədlərin içərisində olmuşdur. Vergilər Nazirliyinin əməkdaşları tərəfindən Şöbədən sənədlərin götürülməsi barədə 2 protokol olmuş, həmin protokollarla şöbədən 63 ödəniş sənədi götürülmüş, protokollarda sənədləri təhvil verən şəxs kimi o imza etmiş, çünki həmin sənədlərə məsul şəxs o və rəhbərlik etdiyi bölmənin əməkdaşları olumuşdur. Təqsirləndirilən şəxs ifadəsində açarlarla bağlı qeyd etdikləri doğru olmuşdur. Maliyyə İdarəsindən gələn sənədlər əsasən günün axşam vaxtlarında şöbəyə çatdırıldığı üçün həmin sənədləri növbədə olan polis əməkdaşı qəbul etmiş və Təqsirləndirilən şəxs şöbədə olduğu vaxtlarda sonuncuya, heç kim olmadığı halda növbəti gün ona və ya onun əməkdaşlarından birinə təqdim edilmişdir. O, AVİS-ə giriş parolunu Təqsirləndirilən şəxs istifadə üçün vermişdir, sonuncudan başqa parolunu ümumiyyətlə heç kimə verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, o, xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək Ağdam Rayon Vergilər Şöbəsinin mühasibi, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cil tarixədək həmin şöbənin rəis müavini - Bəyannamələrin qəbulu və uçotun təşkili bölməsinin rəisi vəzifəsində çalışmış, hal-hazırkı vəzifəsində isə xx.xx.2019-cu il tarixdən işləyir. O, Ağdam Rayon Vergilər şöbəsinin rəis müavini - Bəyannamələrin qəbulu və uçotun təşkili bölməsinin rəisi vəzifəsində işlədiyi vaxtlarda bölmədə 3 əməkdaş olmuşdur. Şahid11, Şahid2 və onun tərəfindən qeyd olunan dövr ərzində şöbəyə Ağdam rayonu üzrə Maliyyə idarəsindən daxil olan vergi və rüsumlara aid ödəniş qəbzlərindəki məbləğlər AVİS-in müvafiq altmoduluna işlənilmişdir. Ümumi daxilolma sənədləri əsasən taksi vasitəsi ilə Ağdam rayon Maliyyə idarəsinin əməkdaşları tərəfindən şöbəyə göndərilmişdir. Ağdam RVŞ-də işlədiyi dövr ərzində daxilolmaların işlənilməsi zamanı tərəfindən bank qəbzlərinə heç bir müdaxilə olunmamış, ödəniş qəbzlərində qeyd edilən məbləğlərin vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsi təmin edilmiş, daxilolmaların işlənilməsi zamanı tərəfindən heç bir saxtakarlığa yol verilməmiş və saxtakarlığa yol verən əməkdaşlar barədə məlumatı olmamışdır. Araşdırmanın gedişatında Ağdam rayon RVŞ-nin əməkdaşı Şahid11 ilə telefon vasitəsilə danışıq zamanı qeyd olunan məsələlərdən xəbəri olmuş, həmin ana qədər şöbədə işlədiyi dövr ərzində belə halların baş verməsindən xəbəri olmamışdır. Ödəniş qəbzi olmadan vergi və rüsumlara aid daxilolmaları vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işləməmiş, aylıq üzləşmələr Şahid2 tərəfindən hazırlanmış və Ağdam rayonu üzrə Maliyyə idarəsi ilə razılaşdırılmışdır. Üzləşmə aktları ona təqdim olunmuş, həmin aktlar həqiqətən də Şahid2 tərəfindən hazırlanmış, o, həmin aktları AVİS sistemində olan rəqəmlərlə yoxladıqdan sonra doğruluğunu imzası ilə təsdiq etmişdir. Qeyd olunan aktlarda onun adının və soyadının qarşısında olan imzalar ona məxsus olmuşdur. Çatışmazlıqların ortaya çıxması üçün Maliyyə İdarəsindən üzləşmə zamanı məlumat gəlməli olmuş, həmin məlumat məktub əsasında daxil olduqdan sonra AVİS sistemində düzəlişlər edilərək tədiyələrdə ümumi rəqəm dəyişikliklərinin edilməsi ilə mümükün olmuşdur. Bununla belə, həmin çatışmazlıqlar heç bir vaxt Maliyyə İdarəsindən onlara daxil olmamışdır. Ola bilsin ki, AVİS sistemində düzəlişlər həmin çatışmazlıqların gizlədilməsi üçün edilmişdir. Həmin düzəlişlərin AVİS sistemində kim tərəfindən edilməsi barədə məlumatı olmamışdır. Həmin düzəlişlər edilməsəydi və eləcə də Maliyyə İdarəsi ilə aparılan üzləşmələrdə problemlər yaranmış olsaydı 411.983 manat məbləğində faktiki olaraq banka ödənilməmiş saxta ödəniş qəbzlərinin vasitəsi ilə ayrı-ayrı vergi ödəyicilərinin ŞHV-nə işlənilməsi ortaya çıxmış olardı. Ona Ağdam RVŞ-də işlədiyi dövrdə ödəniş qəbzləri olmadan ayrı-ayrı vergi ödəyicilərinin ŞHV-lərinə saxta ödənişlər işləməyi barədə şöbənin direktoru Təqsirləndirilən şəxs tərəfindən hər hansı tapşırıq verilməmişdir. İfadəsinin davamı olaraq Şahid6 bildirmişdir ki, daxilolma sənədləri Ağdam “Kapital” Bankdan Ağdam rayon Maliyyə İdarəsinin əməkdaşları tərəfindən götürülüb daha sonra onlar tərəfindən, əsasən taksi və ya digər mülki şəxslər vasitəsi ilə Ağdam rayon Vergilər Şöbəsinə göndərilmişdir. Maliyyə İdarəsindən göndərilən sənədlər adətən iş günlərinin sonunda şöbəyə daxil olmuşdur. İş vaxtında həmin sənədlər rəhbəri olduğu bölməyə, iş vaxtından sonra isə şöbədə növbətçi mühafizə polisinə təqdim edilmişdir. Növbətçi mühafizə polisi həmin sənədləri səhəri gün onun rəhbəri olduğu bölməyə təqdim etmişdir. Daxilolma sənədlərinin Maliyyə İdarəsindən göndərilməsi zamanı sənədlər Vergilər Şöbəsində qəbul edilərkən heç bir rəsmiləşdirmə aparılmamış, daxilolma sənədlərinin üzərində əl ilə yazılmış reyestrlər olmuşdur. Daxilolma sistemə işləndikdən sonra həmin reyestrlərdə olan cəm məbləğ ilə yoxlanılmış, sonra isə həmin reyestrlər tullanılmışdır. Çünki həmin reyestrlər rəsmi sənəd hesab olunmamış, həmin sənədlər yalnız gündəlik üzləşmə üçün yazılmış, daha sonra ləğv edilərək atılmışdır. Onun sənədlərdə aparılmış saxtalaşdırmadan xəbəri olmamış, onun tərəfindən sistemə heç bir vaxt ödəniş qəbzi olmadan heç bir məbləğ işlənilməmişdir. Hər hansı bir məbləği ödəniş sənədi olmadan sistemə işləmək barədə Təqsirləndirilən şəxs tərəfindən ona hər hansı bir göstəriş verilməmiş, o, vergi sistemində işlədiyi bütün müddət ərzində AVİS-ə giriş parolunu heç bir kəsə verməmiş, çünki bu qaydalara uyğun olaraq qəti şəkildə qadağan olmuşdur. Onun adından da sistemə daxilolma işlənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, 2009-cu il tarixdən Vergilər Nazirliyinin Ağdam rayon X106 təhlil və kameral vergi yoxlamalar bölməsində çalışmış, 2015-ci ilin mart ayının əvvələrində isə Vergilər Nazirliyi tərəfindən Bərdə Asan Xidmət Mərkəzinə ezam olunmuşdur. Asan Xidmət Mərkəzində çalışmamışdan əvvəl Ağdam rayonu üzrə Maliyyə idarəsindən daxil olan vergi və rüsumlara aid gündəlik daxilolmalar AVİS-in müvafiq altmoduluna onun tərəfindən də işlənmələr həyata keçirilmişdir. Belə ki, iş yükü çox olduğu dövrlərdə qəbzlər əməkdaşlar arasında paylanılmış və AVİS-in ona aid kodu altmoduluna işlənmişdir. O, konkret olaraq hansı sayda qəbzlərin AVİS-in müvafiq altmoduluna işlədiyini xatırlamamış, qəbz olmadan da o, heç bir zaman AVİS-in müvafiq altmoduluna daxil olmaları işləməmiş, ona rəhbərlik tərəfindən də bu cür göstəriş verilməmişdir. 2015-2018-ci illərdə Ağdam rayonu üzrə Maliyyə idarəsindən daxil olan vergi və rüsumlara aid gündəlik daxilolmalar AVİS-in müvafiq altmoduluna əksər vaxtlarda Şahid2, bəzi vaxtlarda isə onun tərəfindən işlənilmişdir. xx.xx.2015-ci il tarixdən Bərdə rayon ASAN xidmət mərkəzinə ezam edildikdən sonra daxilolmaların AVİS-ə kim tərəfindən konkret işlənilməsindən məlumatı olmamışdır. Ödəniş sənədlərini gündəlik olaraq şöbəyə Maliyyə idarəsi hər dəfə ayrı-ayrı mülki şəxslər vasitəsilə göndərmiş, sənədlər əksər vaxtlarda şöbənin əməkdaşı Şahid2, az hallarda isə digər əməkdaşlar tərəfindən qəbul olunmuşdur. Qeyd edilən cinayət tərkibli əməllərdən Vergilər Nazirliyin Daxili təhlükəsizlik departamentinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı, yəni xx.xx.2019-cu il tarixdə məlumatı olmuşdur. Daxilolma işləyən zaman o, təqdim edilmiş ödəniş qəbzlərinə əsasən məlumatları AVİS-ə işləmiş, lakin ödəniş qəbzlərinin saxtalaşdırılmasından məlumatı olmamışdır. Hal-hazırda isə daxilolma sənədlərinin arasında həmin günlərə dair ödəniş qəbzlərinin olmamasının səbəblərini izah edə bilmir. O, görmədiyi ödəniş qəbzinə görə AVİS-ə ödəniş də işləməmişdir. Yadında qaldığına görə təxminən 2013-2014-cü ildən etibarən Maliyyə idarəsi ilə aylıq üzləşmələr şöbənin əməkdaşı Şahid2 tərəfindən aparılmışdır. Ödəniş qəbzləri olmadan ayrı-ayrı vergi ödəyicilərinin ŞHV-lərinə saxta ödənişlər işləməyi barədə şöbənin direktoru Təqsirləndirilən şəxs və ya digər şəxs ona tapşırıq verməmişdir. İfadəsinin davamı olaraq Şahid11 bildirmişdir ki, daxilolma sənədləri (ödəniş sənədləri) Maliyyə İdarəsindən Ağdam rayon Vergilər Şöbəsinə hər gün ayrı-ayrı mülki şəxslər vasitəsi ilə göndərilmiş, sənədləri əksər vaxtlarda Şahid2, az hallarda isə bölmənin digər əməkdaşları qəbul etmişdir. O, Maliyyə İdarəsindən gələn daxilolma sənədlərinin Təqsirləndirilən şəxs verilməsinin şahidi olmamışdır. Sistemə işlənən daxilolma sənədlərinin saxta olmasından da xəbəri olmamışdır. Özünə məxsus AVİS-ə giriş parolunu Təqsirləndirilən şəxs və ya digər bir əməkdaşa verməmişdir. O, hansısa bir daxilolma məbləğini ödəniş sənədi olmadan sistemə işləməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona sistemə, yəni X166 ödəniş qəbzi olmadan saxta ödənişləri işləmək barədə heç bir vaxt hər hansı göstəriş verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, xx.xx.2017-ci il tarixdən Vergilər Nazirliyində xidmətə başlamış, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Ağdam Rayon Vergilər Şöbəsinin Bəyannamələrin kameral yoxlanılması bölməsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Bəyannamələrin təhlili şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində isə xx.xx.2019-cu il tarixdən işləyir. Ağdam Rayon Vergilər Şöbəsinin Bəyannamələrin kameral yoxlanılması bölməsində işlədiyi dövrdə daxil olmuş gündəlik daxilolmalar AVİS-in müvafiq moduluna həmin dövrdə bölmənin əməkdaşları Elsəvər Xəlilov, Şahid5, bölmə rəhbəri Şahid2 və onun tərəfindən işlənilmişdir. Ödəniş sənədlərini gündəlik olaraq şöbəyə Maliyyə idarəsi tərəfindən hər dəfə ayrı-ayrı mülki şəxslər vasitəsilə göndərilmişdir. İş saatı ərzində daxilolma sənədləri şöbəyə çatdırıldıqda sənədlər gətirən şəxs tərəfindən həmin dövrdə çalışdığı bölməyə təqdim olunmuşdur. Daxilolma sənədləri iş saatından sonra gətirildikdə isə növbədə olan polis əməkdaşına və ya Təqsirləndirilən şəxs işdə olduğu təqdirdə sonuncuya təqdim olunmuşdur. Həmin şəxslər isə növbəti gün daxilolma sənədlərini işlənilməsi üçün bölməyə təqdim etmişlər. Əksər vaxtlarda ayın son günlərində daxilolma sənədləri Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən götürülərək sonradan ona və ya bölmənin digər əməkdaşlarına təqdim olunmuşdur. O, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Ağdam Rayon Vergilər Şöbəsinin Bəyannamələrin kameral yoxlanılması bölməsinin dövlət vergi müfəttişi vəzifəsində çalışdığı dövr ərzində ona təqdim olunmuş daxilolma sənədlərini AVİS-in müvafiq moduluna işləmiş, qeyd edilən qanunsuz hallar barədə də məlumatı olmamışdır. Çünki saxta qəbzlərin müəyyən edilməsi onun vəzifələrinə aid olmamış, onda heç bir zaman qəbzlərin saxta olması barədə şübhələr də olmamışdır. Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı saxta qəbzlər aşkar edildikdə, yəni xx.xx.2019-cu il tarixdə bu barədə məlumatı olmuşdur. O, daxilolma sənədlərini AVİS-ə işlədiyi zaman yuxarıda qeyd olunan ödəniş qəbzləri daxilolma sənədlərinin arasında olmuşdur. Ödəniş qəbzi olmadığı halda hər-hansı vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə hər-hansı məbləğ daxil etməmiş, ödəniş qəbzlərinin daxilolma sənədlərinin arasında olmamasının səbəblərini izah edə bilməmişdir. Hesab etmişdir ki, həmin sənədlər sonradan daxilolma sənədlərinin arasından götürülmüş, lakin kim tərəfindən götürülməsi barədə məlumatı olmamışdır. Ona məxsus AVİS-ə giriş şifrəsini heç kimə təqdim etməmişdir. Ağdam rayonu üzrə Maliyyə idarəsindən üzləşmələrin kim tərəfindən aparılmasını xatırlamamış, lakin Ağdam rayon Vergilər Şöbəsindən üzləşmələri Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən aparılmışdır. O, heç bir zaman üzləşmələrdə iştirak etməmişdir. Ödəniş qəbzləri olmadan ayrı-ayrı vergi ödəyicilərinin ŞHV-lərinə saxta ödənişlər işləməyi barədə ona hər hansı tapşırıq verilməmişdir. AVİS-in altmoduluna işlənməsi üçün Ağdam rayonu üzrə Maliyyə idarəsindən daxil olan ödəniş sənədlərini adətən mühafizəçi polisdən, Təqsirləndirilən şəxs, Şahid2 və yaxud Maliyyə idarəsindən göndərilmiş taksi sürücüsündən qəbul etmişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirişdir ki, o, iş saatı bitdikdən sonra maliyyədən göndərilmiş sənədləri növbətçi polis əməkdaşına, Təqsirləndirilən şəxs işdə olduğu təqdirdə isə sonuncuya təqdim edildiyini bildirsə də, bu sözləri ehtimal etdiyi üçün demişdir. Lakin konkret olaraq maliyyədən gələn sənədlərin Təqsirləndirilən şəxs verilibverilməməsini dəqiq bilməmişdir. Sonuncu da maliyyədən gələn sənədləri sistemə işləmək üçün ona verməmişdir. Hər hansı bir saxta ödənişin və ya sənədi olmayan ödənişin sistemə işlənməsi barədə Təqsirləndirilən şəxs tərəfindən ona hər hansı bir tapşırıq verilməmişdir. O, özünə məxsus AVİS-ə giriş şifrəsini nə Təqsirləndirilən şəxs, nə də bir başqasına heç bir vaxt verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, axrıncı vəzifəyə təyin olduğu yer Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamenti olmuşdur. O, həmin departamentin X192 İdarəsinin direktoru işləmişdir. Direktor kimi vəzifəsi qanunsuz sahibkarlıqla məşğul olan vergi ödəyicilərinin müəyyən edilməsi, vergilərin müəyyən edilməsi üçün vergi ödəyicilərinin xronometraj müşahidələrin aparılması, əmək müqaviləsi bağlamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin aşkar edilməsi, vergi qanunvericiliyinə əməl edilməsi vəziyyətinin riayət edilməsinə nəzarət etmək və ərazidə olan vergi ödəyicilərinə məxsus obyektlərində nəzarət kassa aparatlarının tətbiqi vəziyyətinə riayət edilməsinə nəzarət etmək olmuşdur. O, bir sıra hallarda ayın axır günlərində ödənilmiş məbləğlərin vergi ödəyicilərinin X149 tez düşməsi ilə əlaqədar, həmçinin Ağdam Rayon Vergilər Şöbəsinin planına kömək məqsədilə ödənişlərin Ağdam YXO vasitəsilə ödənilməsi ilə bağlı Şahid8 şifahi tapşırıq vermişdir. Belə ki, ayın son günlərində Departamentin əhatə dairəsinə aid olan rayonların planında kəsirlər yarananda həmin dövrdə Departamentin baş direktoru vəzifəsində çalışmış Zaur Adilov tərəfindən yaranmış çətinliklərlə əlaqədar həmin rayonlara köməklik göstərilməsi tapşırılmışdır. Bu səbəbdən də o, həmin rayonların planlarının icrasının təmin olunması məqsədilə köməklik göstərilməsi üçün qeyd olunan məbləğlərin planında kəsiri olan rayonların YXO-larına ödənilməsi barədə tapşırıq vermişdir. 11 saylı Ərazi Vergilər Departamentinin əhatə dairəsində olan vergi ödəyicilərinin büdcəyə ödəməli olduqları ödənişlərin Ağdam Rayon Vergilər Şöbəsinin direktoru Təqsirləndirilən şəxs nağd qaydada verilməsi barədə onun məlumatı olmamış, çünki onun tərəfindən verilmiş tapşırıq pulların bank vasitəsilə ödənilməsindən ibarət olmuşdur. 11 saylı ƏVD-nin əhatə dairəsində olan vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə ödənilməli olan pulların nağd şəkildə Ağdam Rayon Vergilər Şöbəsinin sabiq direktoru Təqsirləndirilən şəxs verilməsi məsələsində sonuncu köməklik göstərilməsini ondan xahiş etməmiş və ona heç kim bu barədə tapşırıq da verməmişdir. İfadəsinin davamı olaraq Səfər Qafarov bildirmişdir ki, o, Ağdam rayon Vergilər Şöbəsinin planına kömək məqsədi ilə Şahid8 şifahi tapşırıq vermiş, çünki sonuncu rəhbəri olduğu X192 İdarəsində şöbə rəisi vəzifəsində çalışmış və ödənişlərə nəzarət etdiyi üçün həmin tapşırığı məhz ona verilmişdir. Ağdam YXO vasitəsilə ödənilməsi barədə tapşırıq vermək, bu ödənişlərin Ağdam rayon Vergilər Şöbəsinə edilməsi demək deyil. Ödənişlərin Ağdam YXO vasitəsilə edilməsi vəsaitlərin Ağdam rayon Vergilər Şöbəsinə deyil, X286 ödənməsi deməkdir. Çünki Ağdam YXO – X150 deməkdir və həmin orqanın bank hesabı X193. Ona görə də vəsaitlərin Ağdam YXO-ya ödənməsi Ağdam rayon Vergilər Şöbəsinə yox, X286 ödənməsi deməkdir. Vəsaitlərin plana kömək məqsədi ilə ödənilməsi təkcə Ağdam rayon Vergilər Şöbəsi ilə bağlı olmamış, 11 saylı Departamentin əhatəsinə daxil olan digər rayonlarla da bağlı olmuşdur. Həmin rayonlar Bərdə, Tərtər, Ağdam, Xocalı rayonları, şəhərlər isə Şəki, Mingəçevir və Yevlax şəhərləri olmuşdur. O, ayın axır günlərində bir sıra hallarda təkcə plana kömək məqsədi ilə deyil, həmçinin ödənilmiş məbləğlərin Vergi ödəyicilərinin X166 tez düşməsi ilə əlaqədar Ağdam YXO-ya ödənilməsi barədə tapşırıq vermişdir. Bəzi banklarda ödənilmiş vəsaitlərin vergi orqanına daxil olması bir neçə gün ləngimə ilə baş vermişdir. X286 ödənilən vəsaitlər isə həmin gün vergi ödəyicilərinin X166 düşmüşdür. Ona görə belə bir tapşırıq verilmişdir. Təqsirləndirilən şəxs vəsaitlərin nağd şəkildə özünə verilməsi barədə ondan heç bir vaxt xahiş etməmişdir. O, Təqsirləndirilən şəxs 20 ilə yaxın bir müddətdir ki, tanımışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 09 aprel 2019-cu il tarixdən Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin X192 idarəsinin Dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Onun vəzifəsi qanunsuz sahibkarlığın aşkar edilməsi, Vergi Məcəlləsinin 50-cı maddəsinə uyğun yoxlamalar keçirilməsi, aksiz marka tətbiq etmədən tütün məmulatları və alkoqol içkilərin satışının aşkar edilməsi və sahibkarlıq obyektlərində xronometraj metodu ilə müşahidələrin aparılmasından ibarət olmuşdur. 11 saylı Ərazi Vergilər Departamentinə Ağdam və Xocalı rayon Vergilər Şöbəsi daxil olmuş və 11 saylı ƏVD həmin şöbələrin fəaliyyətinə bir başa nəzarət etmişdir. Ağdam rayonun əhalisinin çox hissəsi qaçqın düşdüyündən həmin rayon vergilər şöbəsində planın doldurulması və fəaliyyətinin stimulaşdırılması üçün tədbirlər görülmüş, bəzi hallarda Bərdə rayon vergi ödəyicilərinin köməkliyi ilə ödənişlərin aparılması, bununla planın doldurulması və həmin ödənişlərin həmin gün şəxsi vərəqədə görünməsi təmin edilmişdir. Şəxsən o, Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışanda tabeçiliyində olan əməkdaşlara bəzi hallarda Ağdam rayon Vergilər Şöbəsinin planının doldurulması və həmin ödənişlərin həmin gün şəxsi vərəqəyə işləndiyi üçün vergi ödəyicilərinin ödənişlərini Ağdam YXO-ya yönəltmlərindən ötrü tapşırıq vermişdir. Amma konkret olaraq heç bir əməkdaşa pulları nağd şəkildə vergi ödəyicilərindən götürüb Təqsirləndirilən şəxs vermələrinə göstəriş verməmiş, işçilər tapşırığını daha tez icra etmək üçün tanıdıqları vergi ödəyicilərindən pulları alaraq Təqsirləndirilən şəxs vermişlər. Lakin o, həmin pulların YXO-a ödəmələrini söyləmiş və pulların nağd şəkildə alınmasına dair göstəriş verməmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 11 saylı ƏVD-nin X211 İdarəsinin Vergi öhdəliklərinin icarasına nəzarət şöbəsinin rəhbəri vəzifəsində işləmiş, şöbə rəhbəri olduğu dövrdə vergi məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq Operativ nəzarət tədbirlərinin həyata keçirilməsi və vergi borclarının alınması istiqamətlərində işləri həyata keçirmişdir. Vergi ödəyicilərində OVN tədbiri keçirildikdən sonra müvafiq olaraq maliyyə sanksiyaları tətbiq edilmişdir. Bundan sonra maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməsinə görə rəhbəri olduğu şöbənin əməkdaşları tərəfindən vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərə gedilərək və yaxud telefon vasitəsilə əlaqə yaradılaraq həmin maliyyə sanksiyaları dövlət büdcəsinə ödətdirilmişdir. İdarə direktoru Şahid3 tərəfindən 11 saylı ƏVD-nin əhatə dairəsində olan vergi ödəyicilərinin pul ödənişlərinin bəzi hallarda Ağdam Rayon Vergilər şöbəsinin planına kömək məqsədilə və ayın sonuncu günləri ödənilmiş məbləğlərin vergi ödəyicilərinin ŞHV-də tez düşməsilə əlaqədar olaraq Ağdam YXO vasitəsilə ödənilməsi ilə bağlı ona şifahi tapşırıqlar vermişdir. O da öz növbəsində bu tapşırığı rəhbəri olduğu şöbənin əməkdaşlarına çatdırmışdır. O, Təqsirləndirilən şəxs rayon vergilər şöbəsinin direktoru kimi tanımış, sonuncu vergi ödəyicilərinin dövlət büdcəsinə ödənilməli olan nağd şəkildə pulların özünə verilməsini və Ağdam rayon Vergilər şöbəsinin planına kömək məqsədilə vergi ödəyicilərinin Ağdam YXO-dan ödəniş etmələrini ondan xahiş etmişdir. Departamentin rəhbər və ya digər şəxsləri tərəfindən ona vergi ödəyicilərinin dövlət büdcəsinə ödənilməli olan nağd şəkildə pullarını Təqsirləndirilən şəxs verməsi barədə heç bir tapşırıq verilməmişdir. Rəhbəri olduğu şöbənin əməkdaşlarına vergi ödəyicilərinin dövlət büdcəsinə ödənilməli olan nağd şəkildə pulları Ağdam Rayon Vergilər Şöbəsinin direktoru Təqsirləndirilən şəxs verilməsi barədə tapşırıq verməmişdir. Şahid7 vergi ödəyicilərinin dövlət büdcəsinə ödənilməli olan pullarını nağd şəkildə Təqsirləndirilən şəxs verməsi barədə tapşırıq verməmiş, Şahid7 ödənişlərin Ağdam YXO-dan olması barədə tapşırıq vermişdir. İşçilərə qarşı tələbkar olduğundan və tapşırıqları sürətli icra etmək üçün ola bilər ki, sonuncular tanıdıqları vergi ödəyicilərindən pulları nağd şəkildə qəbul edib Ağdam rayon Vergilər Şöbəsinin direktoruna vermişlər. Lakin o, konkret olaraq işçilərə belə bir göstəriş verməmiş və bundan xəbəri olmamışdır. Tapşırıqlarının icrasını sürətləndirmək üçün ola bilsin ki, Şahid7 öz qohumu olan Şahid22 pulları alaraq Təqsirləndirilən şəxs vermiş və bunulada onun tapşırığını icra etmişdir. Təqsirləndirilən şəxs tərəfindən müxtəlif vergi ödəyicilərinə məxsus ödəniş sənədləri (qəbzləri) saxtalaşdırılaraq vergi ödəyicilərinin X166 işlənilməsindən onun və rəhbərlik etmiş olduğu qurumun əməkdaşlarının xəbəri olmamışdır. İfadəsinin davamı olaraq Şahid8 bildirmişdir ki, o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. O, tabeçiliyində olan əməkdaşlara pulları vergi ödəyicilərindən götürüb Təqsirləndirilən şəxs vermələri barədə tapşırıq verməmişdir. O, əməkdaşlara vəsaitlərin yalnız Ağdam YXO-ya yönəldilməsi barədə tapşırıq vermişdir. Çünki ona da rəhbərlik tərəfindən tapşırıq belə verilmişdir. Təqsirləndirilən şəxs Ağdam rayon Vergilər Şöbəsinin direktoru kimi tanımış, Təqsirləndirilən şəxs vergi ödəyicilərinin dövlət büdcəsinə ödənilməli olan pullarının nağd şəkildə özünə verilməsini yaxud vəsaitlərin Ağdam YXO-ya yönəldilməsi barədə ondan xahiş etməmişdir. Vəsaitlərin Ağdam YXO-ya ödənilməsinin 3 səbəbi olmuş, yəni Ağdam rayon Vergilər Şöbəsinin planına kömək, vergi ödəyicilərinə X192 tədbirləri zamanı tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi və ödənişlərin X166 tez düşməsi ilə əlaqədar olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, o, 14 fevral 2019-cu il tarixdən Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin X192 idarəsinin Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbəsinin baş dövlət vergi müfəttişi vəzfəsində çalışmışdır. Şahid22 onun qohumu olmuş, sonuncu ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Vergilər Nazirliyinin əməkdaşı kimi həmişə vergi ödəmələrini həyata keçirməsi üçün qohumu Emilə və sonuncunun əmisi Nizami Hacıyevə məsləhətlər vermişdir. O, Ağdam Rayon Vergilər Şöbəsinin direktoru kimi Təqsirləndirilən şəxs tanımış, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə vergi ödəyicisi Şahid22 (VÖEN **********) şəxsi hesab vərəqəsinə işlənilmiş ümumilikdə 6000 manat məbləğində ödənişin Təqsirləndirilən şəxs tərəfindən vergi ödəyicisindən götürülməsindən məlumatlı olmuşdur. Belə ki, adı qeyd olunan vergi ödəyicisi həmin məbləğdə pulu Təqsirləndirilən şəxs verərkən telefon vasitəsilə əlaqə yaradaq bu barədə məlumat vermiş, o da öz növbəsində rəhbərliyi altında işlədiyi Şahid8 tapşırığına əsasən pulu Təqsirləndirilən şəxs verməsini bildirmişdir. 2017-2018-ci illər ərzində təxminən 3-4 dəfə olmaqla Ağdam Rayon Vergilər Şöbəsinin inzibati binasında adlarını xatırlamadığı ödəyicilərin dövlət büdcəsinə ödənilməsi məqsədi ilə pullarını şəxsən Təqsirləndirilən şəxs vermişdir. Onun ödəniş sənədlərinin (qəbzləri) saxtalaşdırılaraq vergi ödəyicilərinin X166 işlənilməsi barədə heç bir məlumatı olmamışdır. O, sadəcə Şahid8 tapşırığına əsasən planın tez bir zamanda doldurulması məqsədi ilə vergi ödəyicilərinin bir neçəsindən nağd şəkildə vergi ödənişlərini alıb Təqsirləndirilən şəxs vermiş, hal-hazırda Təqsirləndirilən şəxs verdiyi məbləğlər və pul aldığı vergi ödəyicilərinin adlarını xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Niyazı oğlu ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin fevral ayının ortalarından Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin X192 idarəsinin Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbəsinin rəhbəri işləmişdir. Rəhbər kimi vəzifəsi icra məktublarının bölüşdürülməsi və icra edilməsinə nəzarət, vergi nəzarət tədbirlərinin həyata keçirilməsi üçün vergi ödəyicilərinin təhlili və vergi nəzarət tədbirlərinin həyata keçirilməsi üçün rəhbərlik qarşısında məsələlərin qaldırılması və s. olmuşdur. O, vergi ödəyicisi Şahid24 11 saylı ƏVD-nin əhatə dairəsində fəaliyyət göstərən vergi ödəyicisi kimi tanımış və sonuncu ilə şəxsi münasibəti olmamışdır. O, departamentin xx.xx.2018-ci il tarixli **********6535 nömrəli qərarına əsasən Şahid24 məxsus ünvan 3 ünvanında yerləşən “Star.Market” adlı obyektdə həyata keçirilmiş X192 tədbirlərində X173 ilə birlikdə iştirak etmiş, xx.xx.2018-ci il tarixdə isə Şahid24 həmin marketə gedərək OVN tədbirinin nəticələrinə əsasən yaranmış borcun ödənilməsini xahiş etmiş, sonuncu da “mənim vaxtım yoxdur” sözlərini deyərək həmin borcdan 4000 manatını ödəmək istədiyini bildirib əvəzindən pulun onun tərəfindən ödənilməsini xahiş etmişdir. O da bu zaman planın icrasının tam təmin edilməsi üçün Ağdam Rayon Vergilər Şöbəsinin direktoru Təqsirləndirilən şəxs zəng edərək büdcəyə ödənilməli 4000 manat məbləğində pul olduğunu və həmin məbləğin vergi ödəyicisindən götürüb ödəməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə ona telefonda obyektin yerini dəqiqləşdirib ora adam göndərəcəyini söyləmişdir. Bundan təxminən yarım saat sonra əvvəllər tanımadığı, adını bilmədiyi, Təqsirləndirilən şəxs tanışı kimi özünü təqdim edən mülki formada olan şəxs obyektə gəlmiş və sonuncunun onu göndərdiyini bildirmişdir. O da həmin vaxt yadında qaldığına görə vergi ödəyicisi və ya onun nümayəndəsindən 4000 manat məbləğində pulu alıb Təqsirləndirilən şəxs tərəfindən banka ödənilməsi məqsədilə həmin tanımadığı şəxsə vermişdir. Bundan sonra vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 4000 manat məbləğin əks olunduğunu görmüş, həmçinin Təqsirləndirilən şəxs ödəniş qəbzinin surətinin vergi ödəyicisinə təqdim edilməsini xahiş etmiş və həmin məbləğin sonuncu tərəfindən banka ödəniləcəyini zənn etmişdir. Lakin ödənişin banka ödənilmədən Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılaraq vergi ödəyicinin ŞHV-nə işlənilməsindən və vergi ödəyicinə təqdim edilən qəbzin saxta olmasından məlumatı olmamışdır. X260 rayon Filialına ödənilmiş məbləğlərin Departamentə bəzən 10 gündən də gec gəldiyini, ayın sonuna 4-5 iş gününün qaldığını, həmçinin Təqsirləndirilən şəxs rəhbərlik etdiyi şöbənin planına köməklik göstərilməsi məqsədilə sonuncunun şəxsən dəfələrlə xahiş etdiyini nəzərə alaraq həmin pulun Ağdam rayon YXO-ya düşməsi üçün iş yoldaşı kimi Təqsirləndirilən şəxs bu cür köməklik göstərmişdir. O, digər hər-hansı vergi ödəyicisindən pul alaraq Təqsirləndirilən şəxs verməmiş və ya digər əməkdaşlar tərəfindən belə hallara yol verilməsinin şahidi olmamışdır. Hesablanmış və tətbiq edilmiş maliyyə sanksiyaları məbləğlərini aidiyyəti bank idarələrinə ödənilməsini vergi ödəyicilərinə tövsiyyə etmişdir. Vergi ödəyicisi Şahid43 ilə şəxsi münasibəti olmamış və sonuncunu Bərdə rayonunda fəaliyyət göstərən vergi ödəyicisi kimi tanımışdır. O, Şahid43 hər-hansı məbləğdə pul almamış, Şahid43 bildirdikləri həqiqətə uyğun olmayan yalan məlumat olmuşdur. Həmçinin müvafiq məbləğin hansı formada ödənilməsindən, Təqsirləndirilən şəxs tərəfindən hansı qaydada saxtalaşdırılaraq vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsindən da məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 06 mart 2013-cü il tarixdən 17 mart 2019-cu il tarixə kimi Vergilər Nazirliyinin Ağdam rayon Vergilər Şöbəsinin bəyannamələrin təhlili, uçotun təşkili bölməsində çalışmış, 27 mart 2019-cu il tarixdən Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin İri vergi ödəyicilərinin bəyannamələrinə və Vergi öhdəliklərinin icrasına nəzarət İdarəsinin bəyannamələrinə nəzarət və kameral vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Hazırkı tutduğu vəzifədə çalışmamışdan əvvəl xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək 11 saylı ƏVD-nin vergi ödəyicilərinə xidmət strukturuna cəlb edildiyi üçün həmin daxilolmaların işlənilməsi vəziyyətindən məlumatı olmamışdır. xx.xx.2016-cı il tarixdən sonra isə onun tərəfindən daxilolmalar AVİS-in müvafiq altmoduluna işlənilməmişdir. Şöbənin digər əməkdaşlarından hansının bu işlə məşğul olmasını dəqiq xatırlamamışdır. Həmin dövrdə bölməyə Şahid6 rəhbərlik etmiş, Şahid2 isə bölmədə baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Həmin dövr ərzində onun daxilolma işləmədiyini nəzərə alaraq, belə hesab etmiş ki, bölmənin adlarını yuxarıda qeyd etdiyi əməkdaşları tərəfindən daxilolmalar işlənilmişdir. Lakin konkret olaraq onların hansı tarixlərdə daxilolmaları işləmələri ona məlum deyildir. Ödəniş sənədlərini gündəlik olaraq şöbəyə Maliyyə idarəsi hər dəfə ayrı-ayrı mülki şəxslər vasitəsilə göndərmişdir. Əksər vaxtlarda sənədlər günün axşam saatlarında şöbəyə çatdırıldığı üçün həmin sənədləri növbədə olan polis əməkdaşı qəbul etmiş, Təqsirləndirilən şəxs şöbədə olduğu vaxtlarda sonuncuya, heç kim olmadıqda növbəti gün bölmənin əməkdaşlarından birinə təqdim etmişdir. Həmin sənədlərin qəbulu zamanı heç bir rəsmiləşdirmə də aparılmamışdır. Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı bu məsələlər aşkar edildikdə, yəni xx.xx.2019-cu il tarixdə məlumatı olmuşdur. Həmin vaxt o, məzuniyyətdə olmuş, bölmənin əməkdaşı Şahid4la telefonla danışan zaman sonuncu bu barədə ona məlumat vermişdir. O, daxilolma işləməmiş, 2017ci ilin mart ayında məzuniyyətdə olmuş, lakin ona məxsus AVİS-ə giriş şifrəsini əksər vaxtlarda Şahid2 və Təqsirləndirilən şəxs istifadə üçün təqdim etmişdir. Bu səbəbdən həmin ödənişlərin AVİS-ə kimin tərəfindən işlənilməsindən məlumatı olmamışdır. İşin prosesinin sürətləndirilməsi məqsədilə AVİS-ə giriş şifrəsini Şahid2 və Təqsirləndirilən şəxs istifadə üçün təqdim etmiş, lakin onun şifrəsilə qanunsuz hərəkətlərə yol verilməsindən məlumatı olmamışdır. Ağdam rayonu üzrə Maliyyə idarəsi ilə aylıq üzləşmələr bölmə rəhbəri və şöbə rəhbəri tərəfindən aparılmışdır. Ödəniş qəbzləri olmadan ayrı-ayrı vergi ödəyicilərinin ŞHV-lərinə saxta ödənişlər işləməyi barədə şöbənin direktoru Təqsirləndirilən şəxs və ya digərləri tərəfindən ona heç bir tapşırıq verilməmiş və o, heç vaxtı daxilolma işləməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Bərdə şəhərində yerləşən obyektdə tikinti materialların satışı ilə məşğul olmuşdur. Xəstəliyi ilə əlaqədar pensiyaya çıxdığı üçün işləri oğlu Bəxtiyar Abbasova təhvil vermişdir. Vergilərini həmişə vaxtında ödəmiş, VÖEN ilk əvvəllər onun adına olsa da, sonradan VÖEN-i bağlayıb oğlu Bəxtiyar Abbasovun adına yeni VÖEN açaraq sonuncunun adından vergilərini ödəmişdir. İfadəsinin davamı olaraq Şahid9 bildirmişdir ki, o, 11 saylı Vergi orqanında qeydiyyatda olmuş, Ağdam rayon Vergilər Şöbəsi ilə heç bir əlaqəsi olmamış, Ağdam vergidən kimsə ondan ödəniş də tələb etməmiş, o, həm öz adından, həm də oğlunun adından pulları vergi işçisinə ödəmiş, vergi işçisinin adının Valeh olmasını dəqiq bilməmiş, pulların X194 ödənildiyini dəqiq xatırlamamış, o, ümumiyyətlə Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, sonuncunu ilk dəfə məhkəmə iclasında görmüş, bu səbəbdən də Təqsirləndirilən şəxs heç bir vergi ödəməsi verməmişdir. O, ibtidai istintaq zamanı ifadəsində pulu Təqsirləndirilən şəxs verdiyini bildirmiş, lakin uzun müddətdir şəkər xəstəsi olduğu üçün istintaqa ifadə verən zaman halı pis olmuş və nə məzmunda ifadə verdiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində tikinti bazarında yerləşən obyektdə tikinti materialların satışı ilə məşğul olmuş, vergilərini vaxtında ödəmiş, VÖEN ilk əvvəllər onun adına olmuş, sonradan isə VÖEN-i bağlayıb oğlu Sərxan Alışanovun adına yeni VÖEN açaraq sonuncunun adından vergilərini ödəmişdir. O, işlərinin çox olması səbəbindən 1 dəfə banka getməyib pulları Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşına vermiş və qəbz almışdır. Bununla belə o, əksər vaxtlarda vergiləri X288 ödəmişdir. xx.xx.2015-ci il tarixdə ödədiyi 600 manatın X286 ödəndiyini dəqiq xatırlamamışdır. O, Təqsirləndirilən şəxs tanımamış, pulu səhv eləmirsə Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşına vermiş, ancaq məhkəmə iclasında gördüyü Təqsirləndirilən şəxs həmin şəxs olmamışdır. O, bütün ödənişləri banka etmiş, yalnız bir dəfə ödənişi Vergilər Nazirliyinin tanımadığı əməkdaşına vermişdir. Həmin şəxs də Təqsirləndirilən şəxs olmamış, həmin şəxsin kim olmasını xatırlamamış, ibtidai istintaq zamanı verdiyi ifadəsində pulu Təqsirləndirilən şəxs verdiyini bildirməmiş, həmin ifadəyə də oxumadan imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən obyektdə üzlük daşların satışı ilə məşğul olmuş, xəstəliyi ilə əlaqədar işləri həyat yoldaşı X98 təhvil vermiş, vergilərini də həmişə vaxtında ödəmişdir. VÖEN ilk əvvəllər onun adına olmuş, sonradan isə VÖEN-i bağlayaraq həyat yoldaşı X73 adına yeni VÖEN açıb sonuncunun adından vergilərini ödəmişdir. O, pulları Ağdam rayon Vergilər Şöbəsinin işçisinə verməmiş, Yevlax rayonunda yerləşən idarəsinin işçisinə vermişdir. O, 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olduğu üçün fəaliyyətinə də həmin idarə nəzarət etmişdir. Vergilərini adətən “Kapital” bankın Bərdə filialına ödəmişdir. Onun Ağdam rayon Vergilər Şöbəsi ilə heç bir əlaqəsi olmamışdır. Belə ki, heç vaxt xx.xx.2015-ci il tarixdə 2700 manatı öz adından, xx.xx.2018-ci il tarixdə 2600 manatı isə həyat yoldaşı Sahibə Aslanovanın adından Ağdam rayon Vergilər Şöbəsinin rəhbərinə pul verməmişdir. O, Təqsirləndirilən şəxs tanımışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Güloğlular kəndində yerləşən obyektdə tikinti materiallarının satışı ilə məşğul olmuş və vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, Təqsirləndirilən şəxs heç bir ödəniş etməmiş, pulları 11 saylı Ərazi Vergilər Baş İdarəsinin işçilərinə vermiş, sonuncular da pulun hesaba tez oturması üçün “Kapital” bankın Ağdam filialına ödədiklərini bildirmişlər. O, Yevlaxda qeydiyyatda olduğu üçün onun fəaliyyətinə həmin şəhərdə yerləşən idarə nəzarət etmişdir. O, pulları həmişə banka ödəmiş, bəzən vergi ödənişini 11 saylı Ərazi Vergilər Baş İdarəsinin işçilərinə vermiş, Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs verməmişdir. Çünki 11 saylı Ərazi Vergilər Baş İdarəsindən zəng edərək pulun təcili “Kapital” bankın Ağdam rayon filialına ödənilməli olduğu bildirmişlər, o da vergi ödənişi üçün pulu obyektə gələn 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarına vermiş, lakin həmin şəxslərin kim olduğunu xatırlamamışdır. X310 şöbəsi ilə hansı bir işi olmamış, Təqsirləndirilən şəxs tanısa da, sonuncuya heç vaxt pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, bütün vergi ödənişlərini həmişə özü ödəmiş, nə Ağdam rayon Vergilər Şöbəsinə getmiş, nə də həmin şöbənin Valeh adlı əməkdaşına pul vermişdir. O, Valeh adlı şəxsi tanımamış və sonuncuya pul verməmişdir. Vergi ödənişi üçün pulu 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşına vermiş, lakin həmin əməkdaşın kim olduğunu xatırlamamışdır. Vergi əməkdaşı ona Ağdam rayon Vergilər Şöbəsinə ödəyib çeki təqdim edəcəyini demiş və vergi ödənişini ödəyib çeki təqdim etmişdir. İbtidai istintaq zamanı onunla Təqsirləndirilən şəxs üzləşdirilməmiş, 11 saylı Ərazi Vergilər Baş İdarəsində İltifat müəllim vergi ödənişi ilə bağlı zəng etdiyini ehtimal etmişdir. İltifat hər ay ödənişlə bağlı zəng etdiyi üçü o, sonuncunu xatırlamışdır. Amma pulu verdiyi şəxsi xatırlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, o, təsərrüfat mallarının satışı ilə məşğul olmuş, Yevlax rayonunda yerləşən 11 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata durmuş, vergi bəyannamələrini oraya təqdim etmiş, vergi ödənişləri və vergi borcları ilə bağlı və sairə ilə bağlı işlərə 11 saylı Vergi idarəsi baxmışdır. İşlərinə hansısa başqa bir vergi orqanı, o cümlədən Gəncə, Bakı və ya Ağdam rayon vergi orqanları nəzarət etməmişdir. Vergi ödənişlərini həmişə özü banka ödəmişdir. Ona 11 saylı Ərazi Vergilər Baş İdarəsinin tanımadığı əməkdaşları zəng edərək vergi borcunun olduğunu, vergi ödənişlərinin təcili ödənməli olduğunu və ödənişi X194 deyil, Quzanlıda yerləşən “Kapital” bankın Ağdam filialına ödəmək lazım olduğu bildirmişlər. O, Quzanlıya getməyə vaxtının olmadığını bildirəndə vergi əməkdaşları işçi göndərəcəklərini və həmin adamın da pulları götürüb ödəyəcəyini bildirmişlər. Sonra vergi işçisi gəlib pulları götürmüşdür. O, Təqsirləndirilən şəxs tanımamış və sonuncuya nə vaxtsa vergi ödənişi üçün pul verməmiş, pulları kimə verməsini də xatırlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Bakı küçəsində yerləşən obyektdə ərzaq məhsullarının satışı ilə məşğul olmuş, vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, pulu Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşına verməmiş və onun Ağdam rayon Vergilər şöbəsi ilə heç bir əlaqəsi olmamışdır. Pulu 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xatırlamadığı əməkdaşına vermişdir. O, vergi əməkdaşına cəmi bir dəfə 1200 manat pul vermiş, başqa da heç kəsə nə 1000 manat, nə də 900 manat pul verməmişdir. Nəzərdə tutulmuş plan tamamlanmayanda onlara pulları hazırlamağı və özlərinin gəlib götürəcəklərini bildirmişlər. Vergi ödənişlərini ödədikdən sonra əməkdaşlar ödəniş çeklərini təqdim etmişdir. Vergi əməkdaşlarının onun əvəzinə ödədiyi ödənişlərdə heç bir saxtakarlıq müəyyən edilməmiş, onun həmin dövr üçün vergiyə heç bir borcu da olmamışdır. Təqsirləndirilən şəxs bir yerli kimi tanımış, lakin sonuncuya heç vaxt vergi ödənişini verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, o, təsərrüfat mallarının satışı ilə məşğul olmuş, VÖEN adına olmuş və vergi ödənişlərini həmişə özü etmişdir. Dəqiq xatırlamadığı gündə 11 saylı Ərazi Vergilər Departamentindən tanımadığı əməkdaş vergi borcu ilə bağlı zəng edərək həmin borcu təcili ödəməli olduğunu bildirmişdir. O, həmin şəxsdən pulların hara ödəyəcəyini soruşanda sonuncu pulları Ağdam rayon Vergilər Şöbəsinə ödəməli olduğunu demişdir. O, vergiləri adətən X288 ödəmişdir. 11 saylıdan zəng edənlər çox olduğu üçün son olaraq zəng edən şəxsi xatırlamamışdır. O, Təqsirləndirilən şəxs birinci dəfə məhkəmə iclasında görmüş və sonuncuya pul verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində pulu Təqsirləndirilən şəxs işlədiyi obyektdə verdiyini və daha sonra sonuncunun ödəniş qəbzlərini gətirib ona verdiyini söyləməmiş, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə 2000 manat və xx.xx.2016-cı il tarixdə 2000 manat verməmiş, o, pulları ödəmək üçün taksi ilə banka göndərmişdir. Həmin pulların ondan bir daha tələb ediləcəyini fikirləşdiyi üçün ibtidai istintaq zamanı ifadə verərkən Təqsirləndirilən şəxs adını çəkmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, o, fərdi sahibkarlıqla məşğul olan X145 bütün mühasibatlıqla bağlı işlərini görmüş və vergi ödənişlərini şəxsən özü həyata keçirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində pulları Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs verdiyini deməmiş, əksinə pulları kimə verdiyini xatırlamadığını bildirmişdir. O, vergi ödəyicisi X145 və sonuncunun idarə etdiyi 2 müəssisənin, yəni "xxxx" MMC və "xxxx" ASC-nin mühasibi olmuş, hər 3-ü 11 saylı Vergilər Departamentində qeydiyyata alınmış və həmin müəssisələrin fəaliyyətinə, məsələn bəyannamələrin qəbuluna, audit və kameral vergi yoxlamaları ilə bağlı işlərə, vergi ödənişləri ilə bağlı, həmçinin vergi borcları ilə bağlı məsələlərə 11 saylı Vergilər Departamentindən başqa hər hansı digər vergi orqanı, məsələn deyək ki, Gəncə, Ağdam və ya Beyləqan vergisi nəzarət etməmişdir. Ondan başqa digər bir şəxs bu 3 vergi ödəyicisinin vergi ödənişlərini etməmiş, bu ödəyicilərin vergi ödənişlərini ancaq özü etmişdir. O, ümumiyyətlə vergi ödənişlərini X288 həm nağd, həm də hesabdan köçürmə yolu ilə etmişdir. O, X145 adından xx.xx.2018-ci il tarixdə 300 manat, "xxxx" MMC-nin adından xx.xx.2015-ci il tarixdə 550 manat, "xxxx" ASC-nin adından xx.xx.2015-ci il tarixdə 2000 manat, xx.xx.2015-ci il tarixdə isə 3000 manat məbləğində pulları vergi qismində Vergilər Nazirliyinin əməkdaşına nağd şəkildə ödəmişdir. Çünki ona 11 saylıdan ödənişlər ilə bağlı zəng olunmuş və vergilərin təcili ödənilməli olduğu bildirmişlər. O, pulları banka gedib ödəyəcəyini deyən zaman ona bildirmişlər ki, əgər pullar Bərdə bankına ödəyəcəksə gec olacaq, çünki X235 edilən ödəniş hesaba gec düşəcək, ayın sonu olduğu üçün ödənişi X236 edilməlidir ki, elə həmin gün də hesaba düşmüş olsun. Beləliklə zəng edən əməkdaş demiş ki, pullar Quzanlıda banka ödəməlidir. O da Quzanlıya getməyə vaxtının olmadığını bildirəndə Vergilər Nazirliyinin əməkdaşı obyektə adam göndərəcəklərini və pulu həmin adama verməyi demişdir. Bir qədər sonra obyektə taksi sürücüsü gəlmiş və o, pulları sonuncuya vermişdir. Hadisədən təxminən 6 ilə yaxın vaxt keçdiyi üçün pulu verdiyi əməkdaşın adını xatırlamamış, lakin 11 saylıdan ona zəng edən İltifat olmuşdur. İltifat Bərdə vergi ödəyicilərinə nəzarət etmiş və demək olar ki, ayda bir neçə dəfə müxtəlif məsələlər ilə bağlı zənglər etmişdir. O, pulları Təqsirləndirilən şəxs verməmiş, sonuncunu müxtəlif tədbirlərdə görmüş və Ağdam rayon Vergilər Şöbəsinin rəisi olduğunu bilmiş, bununla belə o, pulları Yevlaxdan göndərilən taksi sürücüsünə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmiş, çünki pulu Təqsirləndirilən şəxs verməmiş, 11 saylı Ərazi Vergilər Departamentində qeydiyyatda olmuş və onun Ağdam rayon Vergilər Şöbəsi ilə heç bir əlaqəsi olmamış, Təqsirləndirilən şəxs üzdən tanımış, vergiləri də adətən özü X288 ödəmiş, banka getmək üçün vaxtı olmadıqda isə vergiləri kiminləsə banka göndərmiş, Təqsirləndirilən şəxs heç vaxt ondan vergi pullarını banka ödəmək üçün özünə verməsini xahiş etməmiş, o, ümumiyyətlə Təqsirləndirilən şəxs pul verməmiş, pulu verdiyi şəxsin kimliyini isə xatırlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, o, ərzaq mallarının satışı ilə məşğul olmuş, VÖEN də öz adına qeydə alınmışdır. Dəqiq xatırlamadığı tarixdə 11 saylı Ərazi Vergi Departamentindən xatırlamadığı əməkdaş vergi borcu ilə bağlı ona zəng edib həmin borcu təcili ödəməli olduğunu söyləmişdir. O, zəng edən şəxsin kim olduğunu xatırlamamışdır. O, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs pulu obyektdən gəlib götürdüyünü söyləməmiş, sadəcə pulu Təqsirləndirilən şəxs göndərdiyini bildirmişdir. Pulu da sonuncuya taksi sürücüsü vasitəsilə göndərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, o, əmisi X99 rəhbərliyi ilə təsərrüfat malları mağazası işlətmiş, rəhbər kimi əmisi olsa da, VÖEN onun adına olduğu üçün bütün vergi ödənişlərini həmişə özü etmişdir. 11 saylı Ərazi Vergilər Departamentində onun qohumu Şahid7 işləmiş, vergini hara və kimə ödənməsini əmisi Nizamiyə Orxan və münasibəti olmayan Aydın adlı 11 saylı Ərazi Vergilər Departamentinin əməkdaşı bildirmişdir. O da əmisinin göstərişlərinə əsasən Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs vergiləri nağd şəkildə vergi ödənişini vermişdir. Təqsirləndirilən şəxs ödənişlər haqqında ona sonradan qəbz vermiş, lakin o, həmin qəbzləri saxlamamışdır. 2016-2017-ci il tarixdə ümumilikdə 10000 manat, 2018-ci il tarixdə isə 6000 manat məbləğində pulu banka köçürülməsi üçün Təqsirləndirilən şəxs nağd şəkildə ödəmiş, sonuncu da həmin pulları dövlət büdcəsinə ödəyəcəyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, o, fərdi sahibkarlıqla məşğul olan X3 mühasibatlıqla bağlı işlərini görərək vergi ödənişlərini şəxsən özü həyata keçirmişdir. Fəxrəddin Məmmədov şüşə satışı ilə məşğul olmuş və VÖEN şəxsən sonuncunun adına olmuşdur. X108 yerləşən 11 saylı Departamentdə qeydiyyatda olmuş, Ağdam vergi ilə əlaqəsi olmamış, o, 2016-cı ilin aprel ayında 2500 manat və 2018-ci ilin may ayında yenə 2500 manatı Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs vermiş, lakin həmin şəxs məhkəmə iclasında oturan Təqsirləndirilən şəxs olmamış, pulu götürməyə gələn şəxs özünü Valeh kimi təqdim etmiş, o, istintaq zamanı Təqsirləndirilən şəxs tanıdığını bildirməmiş, ona da 11 saylı vergi orqanından zəng edib demişlər ki, Valeh adlı adam gələcək pulu sonuncuya verərsən, o da həmin pulu Valeh adlı şəxsə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində tikinti, təsərrüfat malları mağazası işlətmiş və vergi ödənişlərini həmişə özü ödəmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsindən tanımadığı əməkdaşlar zəng edərək vergi ödənişlərini icra etməli olduğunu bildirmişdir. Ona ödənişlərin qısa müddətdə bank hesabına köçürülməsi üçün vergilərin Ağdam rayon Vergilər şöbəsinə ödənilməsi məsləhət görülmüşdür. İşləri olduğu üçün banka gedə bilməmiş və vergi ödənişlərini, yəni 2015-ci ildə 2000 manat, 2017-ci ildə 3000 manat, 2018-ci ildə isə 5000 manat, beləliklə, cəmi 10000 manat pulu taksi vasitəsi ilə Ağdam rayon Vergilər Şöbəsinə göndərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid26 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Tikinti bazarında yerləşən obyektdə tikinti materialların satışı ilə məşğul olmuş, VÖEN əvvəldən onun adına olduğundan vergilərini də özü ödəmişdir. O, 11 saylı Vergi şöbəsində qeydiyyatda olmuş, fəaliyyətinə Yevlax nəzarət etmiş, Ağdam rayon Vergilər Şöbəsi ilə heç bir əlaqəsi olmamış və Ağdam vergi ona nəzarət etməmiş, Ağdam Vergilərdən heç kəs ondan bəyannamə istəməmiş, hər hansı bir ödəniş tələb etməmiş, o, vergiləri adətən X237 ödəmiş, Banka getmək üçün vaxtı olmadığından xx.xx.2015-ci ildə 1500 manatı, xx.xx.2016-cı ildə 1200 manatı, xx.xx.2017ci ildə 1100 manatı və xx.xx.2018-ci ildə 1200 manatı Vergi əməkdaşlarına ödəmiş, Təqsirləndirilən şəxs birinci dəfə məhkəmə iclasında görmüş və sonuncuya pul verməmiş, pulu kimə verdiyini də xatırlamamışdır. O, ibtida istintaq zamanı verdiyi ifadəsində pulu tanımadığı Vergi əməkdaşına verdiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid27 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən obyektdə tikinti materialların satışı ilə məşğul olmuş və VÖEN ilk əvvəllər onun adına olduğundan vergilərini özü ödəmişdir. O, 11 saylı Ərazi Vergilər Departamentində qeydiyyatda olmuş, onun fəaliyyətinə Yevlax vergi nəzarət etmiş, X310lər şöbəsi ilə heç bir əlaqəsi olmamış, vergiləri də adətən X288 ödəmişdir. O, xx.xx.2016-cı ildə 1200 manatı və xx.xx.2017-ci ildə isə yenə 1200 manatı Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs verməsinin səbəbini dəqiq bilməmiş, Təqsirləndirilən şəxs tanımamış və sonuncuya heç vaxt pul verməmiş, pulu ödədiyi Vergilər Nazirliyinin əməkdaşını xatırlamamış, lakin verdiyi vəsait az məbləğ olmayıb, ancaq xatırladığı qədəri ilə deyəsən kimsə gəlib pulu obyektdən götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid28 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Lək kəndində yerləşən mağazada ərzaq məhsullarının satışını həyata keçirmiş, vergilərini əvvəllər X260 filialına ödəmiş, VÖEN onun adına olduğu üçün bütün vergi ödənişlərini şəxsən özü etmişdir. O, istintaqda verdiyi ifadəsində pulu Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs verdiyini bildirməmiş, pulu Yevlaxın işçisinə verdiyini demişdir. Həmin əməkdaş 11 saylıdan İltifat müəllim olmuş və o, pulu sonuncuya vermişdir. O, ümumiyyətlə Təqsirləndirilən şəxs tanımamış və sonuncuya pul verməmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsini oxumadan imza etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verərkən ona heç kim təsir etməmiş və təzyiq göstərməmişdir. O, pulları “Kapital Bankın” Bərdə filialına ödəmişdir. xx.xx.2016-cı ildə 3400 manatı və xx.xx.2017-ci ildə 3300 manatı vergi işçisinə verməsini ona Yevlaxdan İltifat demişdir. Sonuncu zəng edib demiş ki, pullar təcili ödənməlidir, amma pul başqa bankdan ödənməlidir ki, hesaba tez düşsün. Ona görə də o, pulu banka ödəməyib İltifata vermişdir. O, İltifatı çoxdan tanımış, çünki sonuncu həmişə ödənişlər ilə bağlı zəng etmiş, o, bu pullardan başqa İltifata bir neçə dəfə də pullar vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid29 ifadəsində göstərmişdir ki, o, əvvəllər Təzə bazarda yerləşən obyektdə xırdavat mallarının satışını həyata keçirmişdir. Vergi ödənişlərini “Kapital” bankın Bərdə filialına ödəmişdir. 3-4 il əvvəl vergi ödənişi olan 400 manat məbləğində pulu Vergilər Nazirliyinin əməkdaşına ödəmişdir. Həmin əməkdaşın kim olmasını xatırlamır. O, Təqsirləndirilən şəxs tanımır. Ona Təqsirləndirilən şəxs adından vergi ödənişi ilə bağlı müraciət edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid30 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən obyektdə elektrik mallarının satışını həyata keçirmişdir. O, 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və işinə də ora nəzarət edir. Onun hər hansı başqa vergi orqanı ilə, o cümlədən Gəncə və ya Ağdam rayon vergi idarələri ilə hər hansı bir əlaqəsi olmamışdır. Vergi ödənişlərini həmişə nağd formada banka ödəmişdir. Ona 11 saylı Ərazi Vergilər Baş İdarəsindən zəng gələrək pulun ödənilməli olduğu bildirilmişdir. O da banka getməsi üçün vaxtı olmadığını bildirmişdir. Bu zaman ona obyektə pulu götürüb banka ödəməsi üçün vergi işçisi göndəriləcəyi deyilmiş, o da vergi ödənişi olan 1200 manat məbləğində pulu həmin vergi işçisinə vermişdir. Üzərindən xeyli vaxt keçdiyindən o, həmin vergi əməkdaşını xatırlaya bilmir. O, Təqsirləndirilən şəxs tanımır və ona nə vaxtsa pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid31 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri köhnə bazar adlanan yerdə yerləşən obyektdə qızıl məmulatlarının satışını həyata keçirmişdir. Bütün vergi ödənişlərini həmişə özü ödəmişdir. O, 2000 manat məbləğində pulu nağd olaraq Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşına ödəmişdir. Həmin şəxs ona xidməti vəsiqəsini təqdim etmişdir. Lakin onun adını xatırlaya bilməmişdir. O, pulları, yəni vergiləri həmişə “Kapital” bankın Bərdə filialında ödəmişdir. O, pul verdiyi adamın hansı vergi əməkdaşı olduğunu xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid32 ifadəsində göstərmişdir ki, o, əvvəllər ünvan 4 ünvanında yerləşən obyektdə un məlumatlarının satışını həyata keçirmişdir. Bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, xx.xx.2017-ci il tarixdə 1500 manat vergi ödənişini Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşına ödəmişdir. Adətən vergi ödənişlərini “Kapital” bankın Yevlax filialına ödəmişdir. Ona 11 saylı Ərazi Vergilər Baş İdarəsindən zəng edilərək pulu vergi əməkdaşına verməyi bildirilmişdir. O, zəng edən şəxsin kimliyini xatırlamır. 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. Onun Ağdam rayon Vergilər Şöbəsi ilə heç bir əlaqəsi yoxdur. O, Təqsirləndirilən şəxs tanımır və ona heç vaxt pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid34 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən tikinti materiallarının satışı ilə məşğul olur. Bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. Vergi ödənişlərini Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşlarına ödəmişdir. Onların kim olmasını xatırlamır. Təqsirləndirilən şəxs yerli kimi tanıyır, lakin ona heç vaxt pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid36 ifadəsində göstərmişdir ki, o, 2005-ci il tarixdən “AMİL-ŞƏRİFLİ” KİÇİK MÜƏSSİSƏSİ-də mühasib kimi çalışmış və müəssisənin bütün vergi ödəmələrini şəxsən özü həyata keçirmişdir. Müəssisisə 11 saylı Ərazi Vergilər Departamentində qeydiyyatda olmuş, Ağdam rayon Vergilər Şöbəsi ilə hər hansı bir əlaqəsi olmamış, pulu Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşına vermiş, xx.xx.2015-ci il tarixdə 500 manat vergi ödənişini Ağdamın və yaxud digər ərazinin vergi əməkdaşına verməmiş, çünki vergi ödəyicisi hansı vergi orqanında qeydiyyatdadırsa həmin orqan ilə əlaqədə olmuşdur. O, Təqsirləndirilən şəxs tanımamış və sonuncuya pul verməmişdir. O, vergi ödənişlərini həmişə özü banka ödəmiş, həmin vaxt ona 11 saylıdan zəng edib söyləmişlər ki, ödənişi Vergilər Nazirliyinin əməkdaşına versin. Ona zəng edən şəxs 11 saylı Departamentin əməkdaşı İltifat müəllim olmuşdur. Ödənişlərlə bağlı həmişə zəng etdiyi üçün o, İltifatı tanımış, lakin pul verdiyi şəxsi xatırlamamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid37 ifadəsində göstərmişdir ki, o, əvvəllər Yevlax rayonunda yerləşən obyektdə traktor ehtiyat hissələrinin satışı ilə məşğul olmuşdur. Vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, xx.xx.2015-ci il tarixdə 1400 manatı Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşına vermişdir. O, pulları adətən banka ödəmiş, yalnız bir dəfə pulu vergi əməkdaşına vermişdir. O, Təqsirləndirilən şəxs tanımır və ona pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid38 ifadəsində göstərmişdir ki, o, 2015-2018-ci ilin sonlarınadək mobil telefonların satışı mağazasını işlətmişdir. Vergilərini də “Kapital” banka ödəmişdir. VÖEN onun adına olduğu üçün bütün vergi ödənişlərini həmişə özü ödəmişdir. Belə ki, ona 11 saylı Ərazi Vergilər Baş İdarəsindən zəng edilmiş, pulların təcili ödənməli olduğu bildirilmişdir. O, Bakı şəhərində olduğu üçün gələn adama pulları verməsi üçün işçilərinə tapşırıq vermişdir. İşçisi də pulları vergi işçisinə vermişdir. Pulları verən işçinin kim olduğunu unutmuşdur. Vergi ödənişi üçün pul Ağdam rayon Vergilər Şöbəsinin işçisinə verilməmiş, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarına verilmişdir. Pullar fərqli-fərqli əməkdaşlara verilmiş, onların kim olduğunu xatırlamır. Ona 11 saylı Ərazi Vergilər Baş İdarəsinin işçisi zəng vurmuşdur. O, Təqsirləndirilən şəxs tanımır. O, Yevlaxda qeydiyyatdadır, işinə də 11 saylı Ərazi Vergilər Baş İdarəsi nəzarət edir. Onun Ağdam rayon Vergilər Şöbəsi ilə hər hansı bir əlaqəsi olmamışdır. O, xx.xx.2015-ci ildə 1200 manatı, xx.xx.2016-cı ildə 1000 manatı, qardaşım X40 adından xx.xx.2015-ci ildə 2000 manatı Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşına verməmişdir. Onun həm öz adı, həm də qardaşının adından verdiyi ifadələr eynidir. Vergi ödənişi üçün pul 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşına verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid39 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri Köhnə bazar deyilən yerdə elektrik mallarının şatışı ilə məşğul olmuş, VÖEN adına olduğuna görə bütün vergi ödənişlərini həmişə özü həyatda keçirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində pulu Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşına verdiyini bildirməmiş, o pulları 11 saylının əməkdaşlarına verdiyini demişdir. Lakin 11 saylı Vergi Şöbəsinin əməkdaşlarının kim olduğunu xatırlamamışdır. O, ifadəsində banka getmək üçün vaxtının olmadığından xx.xx.2015-ci ildə 1000 manat, xx.xx.2015-ci ildə 500 manat və xx.xx.2005-ci ildə 500 manat pul vəsaitini işlədiyi obyektdə 11 saylı Vergilər Şöbəsinin xatırlamadığı əməkdaşına ödədiyini bildirmişdir. Ona 11 saylıdan İltifat müəllim zəng edərək pullar ayın axırı olduğu üçün təcili ödənməli olduğunu və hesaba tez düşməsi üçün pulları Ağdam bankına ödəməli olduğunu demişdir. Ona görə də iltifat müəllim ona demiş ki, pulları onun göndərəcəyi 11 saylının əməkdaşına versin, o da pulu həmin əməkdaşa vermişdir. O, pulu verdiyi şəxsi xatırlamamışdır. O, ibtidai istintaqda pulu Ağdam rayon Vergilər Şöbəsinin yox, 11 saylı Departamentin əməkdaşına verdiyini bildirmişdir. Onun Ağdam rayon Vergilər Şöbəsi ilə heç bir əlaqəsi olmamış və həmin idarədən də heç kimi tanımamış, heç kimə də pul verməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imza etmişdir .O, Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşı olmuş Təqsirləndirilən şəxs tanımamış, sonuncunu birinci dəfə məhkəmə iclasında görmüş və ona heç vaxt pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid40 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən mağazanı kirayə götürüb orada ərzaq malları satmış, vergilərini də Vergilər Nazirliyinin əməkdaşlarına nağd şəkildə ödəmişdir. O, 11 saylı vergi orqanında qeydiyyatda olmuşdur. , vergilərimi Vergilər Nazirliyinin əməkdaşlarına nağd şəkildə ödədiyini, həmin Vergilər Nazirliyinin əməkdaşlarının mağazaya gələrək vergiləri ondan nağd şəkildə aldıqlarını bildirmişdir. Lakin o, hər zaman pulları Vergilər Nazirliyinin əməkdaşına verməmiş, bəzən özü gedərək banka ödəmişdir. Ondan pulu alan əməkdaşların konkret olaraq hansı idarədə işləməsini və adını bilməmiş, sonuncunun əynində xidməti geyim olduğu üçün etibar edərək vergi ödənişlərini vermişdir. O, xx.xx.2015-ci il tarixdə 1200 manat, xx.xx.2016-cı il tarixdə 400 manat və xx.xx.2018-ci il tarixdə 1500 manat məbləğində vergi ödənişlərini Yevlaxın əməkdaşlarına vermiş, lakin onların kim olduğunu xatırlamamışdır. Ona 11 saylıdan zəng edən əməkdaşın, həm də pulları verdiyi əməkdaşların kim olduğunu xatırlamamışdır. O, Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşı olmuş Təqsirləndirilən şəxs tanımamış və sonuncuya heç vaxt pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid41 ifadəsində göstərmişdir ki, o, fərdi sahibkarlıqla məşğul olub ailəsini dolandırır. Bərdə şəhəri Köhnə Bazarda yerləşən obyektdə ərzaq mallarının satışı ilə məşğul olur. Vergilərini də vaxtında həmişə ödəmişdir. VÖEN isə onun qohumu X172 adına olmuşdur. Buna baxmayaraq, bütün vergi ödənişlərini həmişə özü etmişdir. O, pulları adətən “Kapital” bankın Bərdə filialına ödəmişdir. 2017-ci il tarixdə ona adını unutduğu Vergilər Nazirliyinin əməkdaşı zəng edərək bildirmişdir ki, 3200 manat məbləğində vergi ödənişini həyata keçirməlidir. Ona İltifat müəllim ödənişlə bağlı tez-tez zəng etmiş və pulun təcili ödənməli olduğunu bildirmişdir. O da onlara bildirmişdir ki, özü hal-hazırda obyektdən çıxa bilmədiyi üçün adamlarını göndərərək pulları ondan ala bilərlər. O, Vergilər Nazirliyindən adını unutduğu əməkdaşının zəngindən sonra obyektə gələn taksi sürücüsünə 3200 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs bir yerli kimi tanıyır, ancaq ona heç vaxt pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid42 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Mehtili kəndində yerləşən obyektdə yem məhsullarının satışını həyata keçirmişdir. Bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, Təqsirləndirilən şəxs tanımır. O, xx.xx.2016-cı ildə 950 manat, xx.xx.2016-cı ildə 500 manat, xx.xx.2016-cı ildə isə 500 manat pul vəsaitini xatırlamadığı vergi əməkdaşına ödəmişdir. Ona ayın axırı olduğu və pullar banka ödədiyi halda hesaba düşməyəcəyi bildirilmiş və pulu vergi işçisinə verməsi tapşırılmışdır. Bu formada pullar hesaba tez düşəcəyi bildirilmişdir. Ona zəng edən adamın kim olduğunu xatırlamır. Təqsirləndirilən şəxs adından ondan heç kim pul istəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid43 ifadəsində göstərmişdir ki, o, televizor mağazası işlətmişdir. VÖEN onun adına olmasına baxmayaraq vergi ödənişlərini həmişə mağazada çalışan satıcı ödəmişdir. O, Təqsirləndirilən şəxs tanımır. O, vergi ödənişi üçün pulları verdiyi Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşını tanımır. 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. Fəaliyyətinə də ora nəzarət edir. O vergi ilə bağlı suallar yarananda 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Aydın və Mətləb adlı əməkdaşları ilə məsləhətləşmişdir. Onun fəaliyyətinə başqa vergi orqanı, o cümlədən Ağdam rayon Vergilər Şöbəsi nəzarət etməmiş, Ağdam rayon Vergilər Şöbəsi ilə heç bir əlaqəsi olmamışdır. Vergi ödənişlərini həmişə “Kapital” bankın Bərdə filialına ödəmişdir. VÖEN onun adına olsa da vergi ödənişlərini həmişə mağazada çalışan satıcı ödəmişdir. Satıcısı İsrail pulu onun tanımadığı vergi əməkdaşına vermişdir. İsrail xx.xx.2015-ci ildə 700 manat, xx.xx.2017-ci ildə 1600 manat və xx.xx.2018-ci ildə yenə 1600 manat məbləğində vergi ödənişini onun tanımadığı vergi əməkdaşına vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid44 ifadəsində göstərmişdir ki, o, əvvəllər icarəyə götürdüyü Bərdə şəhəri, Bakı küçəsi və Heydər Əliyev prospektində yerləşən obyektlərdə ərzaq məhsullarının satışını həyata keçirir. Bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, X137 adından xx.xx.2015-ci ildə 1000 manat, xx.xx.2016-cı il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, X31 adından xx.xx.2017-ci il tarixdə 2100 manat, xx.xx.2018-ci il tarixdə isə 2500 manat pulu Vergilər Nazirliyinin tanımadığı əməkdaşına ödəmişdir. Vergi əməkdaşları hər 3 aydan bir dəyişmişdir. Vergi əməkdaşı pulu hansı banka ödəyəcəyini nə deməmiş, nə də o ondan bu barədə soruşmamışdır. O, Təqsirləndirilən şəxs tanımır, onu birinci dəfədir görür və ona heç vaxt pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid45 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Bakı küçəsində yerləşən obyektdə şirniyyat məhsullarının satışını həyata keçirmişdir. Bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. Vergi ödənişi olan 1200 manat məbləğində pulu nağd olaraq Vergilər Nazirliyinin Ağdam rayon Vergilər şöbəsinin xatırlamadığı əməkdaşına vermişdir. O, Yevlaxda yerləşən 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. Bəyannamələrin alınmasına və ya vergi ödənişlərinin edilməsinə nəzarəti həmin idarə etmişdir. O, həmişə vergi ödənişlərini “Kapital” bankın Bərdə filialına nağd şəkildə ödəmişdir. Başqa vergi orqanı ilə, o cümlədən Ağdam rayon Vergilər Şöbəsi ilə heç bir əlaqəsi olmamışdır. O, 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olsa da pulu Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşına verməyinin səbəbini xatırlamır. Təqsirləndirilən şəxs tanımır, ilk dəfədir görür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid47 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri Bakı küçəsində yerləşən obyektdə avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olur. Bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və fəaliyyətinə həmin idarə nəzarət edir. Dəqiq xatırlamasa da vergi ödənişi olan 2400 manat məbləğində pulu nağd olaraq 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarına vermişdir. Ona Yevlaxda yerləşən 11 saylı Ərazi Vergilər Baş İdarəsi nəzarət edir, yəni bəyannamələrin alınması, kassaya nəzarət, vergi borclarının ödənilməsi və sair. Vergi əməkdaşları heç vaxt özlərini hansı ərazinin əməkdaşları olmasını deməmiş, o da həmin şəxslərin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları olmasını ehtimal etmişdir. Ağdam rayon Vergilər Şöbəsi ilə heç bir əlaqəsi olmamış və ya Ağdam rayon Vergilər Şöbəsi onların işinə nəzarət etməmişdir. O, vergi ödənişi üçün pulu Ağdam rayon Vergilər Şöbəsinin xatırlamadığı əməkdaşına ödədiyini xatırlamır. Təqsirləndirilən şəxs tanımır, pulu da bu şəxsə verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid48 ifadəsində göstərmişdir ki, o, fərdi sahibkarlıqla məşğul olub ailəsini dolandırır. Bərdə şəhəri X289 küçəsi 40 ünvanında yerləşən obyektdə mebel satışı ilə məşğul olur. Vergilərini də vaxtında həmişə ödəmişdir. VÖEN onun adına olduğundan bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. 4-5 il bundan əvvəl ümumilikdə 800 manat məbləğində vergi ödənişini işlədiyi obyektdə nağd olaraq Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşına ödəmişdir. Konkret olaraq həmin əməkdaşın kim olmasını unutmuşdur. O, Təqsirləndirilən şəxs tanımır və ona nə vaxtsa pul verməmişdir. xx.xx.2015-ci ildə 800 manatı Banka getmək üçün vaxtı olmadığından vergi əməkdaşına vermişdir. O, vergilərini adətən “Kapital” bankın Bərdə filialına ödəmişdir. Lakin o, həmişə üzərinə düşən vergi borclarını vaxtında ödəmişdir. Həmin ödənişə görə aldığı qəbzi itirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid49 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində yerləşən obyektdə ərzaq mallarının satışı ilə məşğul olmuşdur. Bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və işinə də ora nəzarət edir. Onun digər bir vergi orqanı ilə hər hansı əlaqəsi olmamışdır. Vergi ödənişlərini həmişə “Kapital” bankın Bərdə filialında ödəmişdir. xx.xx.2016-cı ildə 800 manat və xx.xx.2016-cı ildə isə yenə 800 manat məbləğində vergi ödənişini banka yox, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşına vermişdir. Həmin şəxslərin kim olduğunu xatırlamır. Ona 11 saylı Ərazi Vergilər Baş İdarəsindən zəng edilərək vergi ödənişinin təcili ödənilməli olduğu bildirilmişdir. O isə banka getmək üçün vaxtının olmadığını, gedib ödəyəcəyini bildirmişdir. Bu zaman zəng edən şəxs tərəfindən vergi ödənişinin gecikdirməyin mümkün olmayacağı, vergi ödənişi olan pulu götürmələri üçün adam göndərəcəkləri bildirilmişdir. O, vergi ödənişini 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşına vermişdir, sonuncunun pulları hansı vergi orqanına keçirməsini bilməmişdir. Təqsirləndirilən şəxs bir yerli kimi tanıyır, amma ona heç vaxt pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid51 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Qasımbəyli kənd yolunun üzərində yerləşən tikinti bazarında dəmirçi sexində çalışmış, VÖEN onun adına olduğu üçün bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. Pulu verdiyi Vergilər Nazirliyinin əməkdaşını xatırlamamış, onun Ağdam rayon Vergilər Şöbəsi ilə hər hansı bir əlaqəsi olmamış, xx.xx.2018-ci ildə 600 manat vergi ödənişini ola bilsin ki, Ağdamın əməkdaşına ödəmiş, lakin həmin adamın kim olduğunu xatırlamamışdır. O, Təqsirləndirilən şəxs tanımamış və sonuncuya pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid52 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri tikinti bazarı adlanan yerdə yerləşən obyektdə tikinti mallarının satışını həyata keçirmişdir. O, Təqsirləndirilən şəxs tanımır. 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və işinə də ora nəzarət edir. Vergiləri həmişə özü ödəmişdir. O, vergi ödənişlərini həmişə “Kapital” bankın Bərdə filialında ödəmişdir. Hər ay vergi ödəmişdir. xx.xx.2015-ci il tarixdə 3600 manat məbləğində vergi ödənişini Vergilər Nazirliyinin xatırlamadığı vergi əməkdaşına vermişdir. Həmin vergi əməkdaşının kim olduğunu xatırlamır. Ona 11 saylı Ərazi Vergilər Baş İdarəsindən zəng edilərək vergi işçisinin gəlib vergi ödənişi üçün pulu aparacağını, banka ödəyəcəyini və qəbzi gətirib verəcəyini bildirilmişdir. O, 11 saylı Ərazi Vergilər Baş İdarəsindən zəng edən həmin əməkdaşı xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X75 ifadəsində göstərmişdir ki, o, ünvan 3ndə icarəyə götürdüyü obyektdə ərzaq məhsullarının satışını həyata keçirmiş, əmisi oğlu X146 həmin obyektdə satıcı işlədiyi üçün VÖEN-i də sonuncunun adına açılmış, lakin vergi ödənişlərini özü vaxtında ödəmişdir. O, 11 saylı vergi orqanında qeydiyyatda olmuş və fəaliyyətinə Yevlax vergi nəzarət etmişdir. xx.xx.2015-ci ildə 800 manat və xx.xx.2015-ci ildə 700 manat, cəmi 1500 manat vergi ödənişini Bərdə “Kapital banka” ödədiyi yadında qalmışdır. O, pulları vergi işçisinə verməmiş, pulları birbaşa banka ödəmişdir. O, ümumiyyətlə vergi işçisinə pul verməmişdir. O, ibtidai istintaq zamanı ifadə verməyə gedəndə orada ona demişlər ki, hansısa vergi işçisi pul yeyib, ondan qabaq ifadə verən şəxslər müstəntiqə pulu xatırlamadığı vergi işçisinə ödədiyi barədə ifadə verdiyini bildirdikləri üçün o da elə ifadə vermişdir. O, Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşı olmuş Təqsirləndirilən şəxs tanımamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid54 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Sənaye küçəsində yerləşən obyektdə ərzaq məhsullarının satışını həyata keçirmiş, VÖEN onun adına olduğundan bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, pulu Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşına verməmişdir. O, pulu verdiyi Ağdam verginin əməkdaşının adını xatırlamamışdır. Ödənişə dair ona çek təqdim olunmuş, lakin həmin çeki hara qoyduğunu xatırlamamışdır. O, Təqsirləndirilən şəxs tanımamış və sonuncuya pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid55 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri Təzə Bazarda yerləşən obyektdə elektrik mallarının satışını həyata keçirmiş, VÖEN onun adına olduğu üçün bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, 11 saylı vergi orqanında qeydiyyatda olmuş, fəaliyyətinə Yevlax nəzarət etmişdir. O, xx.xx.2017-ci ildə 1000 manat vergi məbləğini 11 saylının əməkdaşına vermiş, lakin həmin əməkdaşın kim olmasını xatırlamamışdır. O, ümumilikdə vergini adətən X288 ödəmişdir. Lakin xx.xx.2017-ci il tarixdə Yevlaxdan ona zəng edib 1000 manat pulu vergi əməkdaşına verməsini demişlər. 11 saylıdan zəng edən əməkdaş İltifat olmuş, amma pulu verdiyi adamı cəmi bir dəfə gördüyü üçün xatırlamamışdır. O, Təqsirləndirilən şəxs bir yerli kimi tanımış, ancaq sonuncuya heç vaxt pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid57 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən obyektdə avtomaşın boyalarının satışını həyata keçirir. Ümumilikdə 1500 manat məbləğində pulu Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşına vermişdir. Onun kim olmasını xatırlamır. O, 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. 7-8 il olar ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Ən azı hər ayda bir dəfə vergi ödənişlərini “Kapital” bankın Bərdə filialında ödəmişdir. O, İltifat müəllimi tanımış, sonuncu 11 saylı Ərazi Vergilər Baş İdarəsində işləmiş və hər ay ödənişlər üçün zənglər etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid58 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Güloğullular kəndində yerləşən obyektdə ərzaq məhsullarının satışını həyata keçirmişdir. Bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və fəaliyyətinə də ora nəzarət edir. Onun başqa vergi orqanı ilə, o cümlədən Ağdam rayon Vergilər Şöbəsi ilə hər hansı bir əlaqəsi olmamışdır. Vergi ödənişlərini “Kapital” bankın Bərdə filialında ödəmişdir. xx.xx.2016-cı ildə 3200 manatı vergi orqanın əməkdaşına versəm də hansı orqanın əməkdaşı olmasını bilmir, onun kim olduğunu xatırlamır. O, cəmi bir dəfə vergi işçisinə pul vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid60 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri Təzə Bazarda yerləşən obyektdə paltarların satışını həyata keçirir. Vergilərini də vaxtında həmişə ödəmişdir. O, pulu Yevlaxda yerləşən 11 saylı Ərazi Vergilər Baş İdarəsinin işçisinə vermişdir. O, pulları həmişə banka ödəmişdir. Satıcı bir dəfə pulu Yevlax verginin əməkdaşı İltifat müəllimə vermişdir. İltifat müəllim hər ay ödənişlə bağlı zənglər etmişdir. O, İltifat müəllimi şəxsən tanımışdır. Həmin vaxt o, zəng edib pulların təcili ödənməli olduğunu bildirmişdir. Sonuncu pulun başqa bankdan ödənməli olduğunu bildirmişdir. Buna görə İltifat müəllim həmin pulu aparıb banka ödəməsi üçün ona verməyini istəmişdir. O da pulu ona vermişdir. O, xx.xx.2015-ci il tarixdə 2000 manatı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşı İltifat müəllimə vermişdir. Təqsirləndirilən şəxs tanıyır, sonuncuya pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X155 ifadəsində göstərmişdir ki, o, Bərdə-Tərtər yolu 8-ci km-də yerləşən Mövsümü yeməkxananı işlədir. Bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, Təqsirləndirilən şəxs tanımır. O, 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və fəaliyyətlərinə də ora nəzarət edir. O, həmişə vergi ödənişin “Kapital” bankın Bərdə filialında ödəmişdir. Ağdam rayon Vergilər Şöbəsi ilə hər hansı bir əlaqəsi olmamışdır. 11 saylı Ərazi Vergilər Baş İdarəsindən zəng edilərək pulun təcili ödənilməli olduğu və bunun üçün vergi ödənişi pulunun obyektə göndərəcəkləri adama verməyi bildirilmişdir. O, vergi ödənişi üçün pulu taksi sürücüsünə vermişdir. Ona pulun Ağdam rayon Vergilər Şöbəsinə ödəniləcəyi bildirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid63 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən obyektdə ərzaq mallarının satışını həyata keçirir. VÖEN işçisi X60 adına olsa da vergi ödənişlərini həmişə özü onun adından ödəyir. O, Təqsirləndirilən şəxs tanımır. Obyektin sahibi başqa adam olduğundan X60 adından başqasının da vergiləri ödəməsi mümkün olmuşdur. O, X20 tanıyır, sonuncu onların adından obyektin vergi ödənişini ödəmək ehtimalı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid65 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında yerləşən obyektdə ərzaq mallarının satışını həyata keçirmiş, VÖEN onun adına olduğu üçün bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, 11 saylı vergi orqanında qeydiyyatda olmuş, fəaliyyətinə Yevlax nəzarət etmişdir. O, xx.xx.2016-cı il tarixdə 4000 manat vergi məbləğini Vergilər Nazirliyinin, yəni 11 saylının əməkdaşına vermiş, lakin həmin əməkdaşın kim olmasını xatırlamamışdır. Çünki xx.xx.2016-cı il tarixdə Yevlaxdan ona zəng edib demişlər ki, 4000 manat pulu vergi əməkdaşına versin. Ona zəng edən şəxs də İltifat olmuşdur. Ümumiyyətlə də İltifat hər ay ödənişlə bağlı zəng etmişdir. O, Təqsirləndirilən şəxs tanımamış və sonuncuya pul veürməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X130 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri H.Əliyev 4 ünvanında yerləşən obyektdə kompyuter hissələrinin satışı ilə məşğul olur. Bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. 3-4 il bundan undan əvvəl ümumilikdə vergi ödənişi olan 400 manat məbləğində pulu Vergilər Departamentinin əməkdaşına vermişdir. Həmin şəxsin hansı ərazinin vergi müfəttişi olmasını bilməmişdir. O, Təqsirləndirilən şəxs tanımır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid68 ifadəsində göstərmişdir ki, o, Yevlax şəhəri Füzuli küçəsində yerləşən obyektdə ərzaq mallarının satışı ilə məşğul olmuşdur. 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və fəaliyyətinə də ora nəzarət edir. O, vergiləri həmişə Yevlax rayonunda yerləşən banka ödəmişdir. Vergiləri həmişə özü ödəmişdir. Vaxtı olmadığı üçün banka getməmiş, pulu obyektdə gəlmiş vergi əməkdaşına aparıb banka ödəməsi üçün vermişdir. O, pul verdiyi vergi işçisi hansı verginin əməkdaşı olmasını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs tanımır və ona pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid69 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin direktoru olaraq cəmiyyətin ev təmiri ilə bağlı fəaliyyətinə nəzarət edir. Bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, vergilərini həmişə banka ödəmişdir. xx.xx.2015-ci ildə 1500 manatı vergi işçisinə ödəmişdir. O sonradan pulu götürən vergi işçisi öldüyünü bilmişdir. Həmin şəxs pulu banka ödəmiş, qəbzi isə ona vermişdir. O, qəbzin harada olmasını xatırlamır. O, pulu uzun boylu, eynəkli və keçəl bir adama vermiş, həmin şəxs verginin geyim formasında olmuşdur. Həmin adam qara rəngdə BMW maşını ilə gəlmiş və adı xatırladığı qədəri ilə İltifat olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid70 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri köhnə bazar adlanan yerdə yerləşən obyektdə qadın paltarlarının satışını həyata keçirmişdir. Bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. Vergi ödənişlərini ödəməyə vaxt olmayanda vergi işçiləri özləri gəlib pulları onlardan götürmüş və ödəniş etdikdən sonra çeki təqdim etmişdir. xx.xx.2015-ci il tarixdə 400 manat məbləğində pulu nağd olaraq Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşına ödəmişdir. O, Təqsirləndirilən şəxs tanımır və ona heç bir ödəniş üçün pul verməmişdir. O, 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. Banka getmək üçün vaxtı olmadığı üçün pulu vergi əməkdaşına vermişdir. Pulu verdiyi vergi əməkdaşı Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşı olmuşdur. Vergilər Nazirliyinin hər rayonda işçiləri var yəqin ki, pulu 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşına vermişdir. O, həmin şəxsin kim olduğunu xatırlamır. Ondan vergi ödənişi üçün pul götürən əməkdaşların heç biri pulu Ağdam rayon Vergilər şöbəsinə ödəyəcəkləri yaxud da Təqsirləndirilən şəxs verəcəkləri barədə bir söz deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid71 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri “Tikinti bazarı” adlanan yerdə yerləşən obyektdə tikinti materiallarının satışı ilə məşğul olur. VÖEN onun adına olduğuna görə bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. Xatırladığı qədəri ilə 3-4 il bundan əvvəl ümumilikdə vergi ödənişi olan 3400 manat məbləğində pulu nağd olaraq Vergilər Nazirliyinin əməkdaşına ödəmişdir. O, konkret olaraq həmin əməkdaşın kim olmasını unutmuşdur. O, vergiləri həmişə Bərdə şəhərində yerləşən bankda ödəmiş, cəmi bir dəfə vergi işçisinə 3400 manat pul vermişdir. Ödəniş etdikdən sonra həmin vergi işçisi qəbzi ona təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid72 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Mustafaağalı kəndində yerləşən obyektdə təsərrüfat mallarının satışını həyata keçirmiş, VÖEN onun adına olduğu üçün bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, 11 saylı vergilərdə qeydiyyatda olmuş və fəaliyyətinə Yevlax vergi nəzarət etmişdir. O, ümumiyyətlə pulları, yəni vergiləri həmişə X288 nağd formada ödəmişdir. xx.xx.2015-ci il tarixdə 800 manat və xx.xx.2015-ci ildə 700 manat pulu Vergilər Nazirliyinin tanımadığı əməkdaşına ödəmişdir. Ona zən edib Vergilər Nazirliyinin əməkdaşının gələcəyin və pulu həmin şəxsə verməsini bildirmişlər. O, nə zəng edən şəxsi, nə də ki pul verdiyi şəxsi xatırlmamışdır. O, Təqsirləndirilən şəxs tanımamış və sonuncuya hər hansı bir məbləğdə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid74 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Güloğlular kəndi Təzə bazarda yerləşən obyektdə dəftərxana mallarının satışını həyata keçirmişdir. O, dəqiq xatırlayır ki, Vergilər Nazirliyinin əməkdaşına pul verməmişdir. Vergi ödənişlərini “Kapital” bankın Bərdə filialına ödəmişdir. O pulu Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşına verməmişdir, vergi ödənişini ödəməyə vaxt olmayanda onların kassa aparatlarına baxan Ehtiram adlı poçt işçisinə pulu ödəməsi üçün vermişdir. İşlədiyi obyektdə satıcı olmuş, VÖEN də onun adına olmuşdur, ola bilsin ki, müdir vergi ödənişini ödəmişdir. Onun isə bu barədə məlumatı yoxdur. 1200 manat böyük məbləğdir, o bu qədər pulu heç kimə verməmişdir. Mağazanın sahibi Rəhman Rəhimov olmuş, o, obyekti işlətmiş, vergi işlərini isə mağaza sahibi etmişdir. Vergi ödənişlərini mağaza sahibinin işləri olanda etmişdir. O, Təqsirləndirilən şəxs tanımamış, birinci dəfədir ki, görmüş və ona pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid75 ifadəsində göstərmişdir ki, o, 2016-cı il tarixdən "xxxx" MMC-nin mühasibi kimi çalışır. Bütün vergi ödənişlərini həmişə özü vaxtında həyata keçirmişdir. O, Təqsirləndirilən şəxs tanımır. xx.xx.2017-ci il tarixdə 500 manat vergi ödənişini banka ödəməmiş, vergi əməkdaşına vermiş, lakin onun kimliyini xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid76 ifadəsində göstərmişdir ki, o, icarəyə götürdüyü Bərdə şəhəri M.Ə.Sabir küçəsində yerləşən obyektdə qadın paltarlarının satışını həyata keçirmiş, VÖEN onun işçisi Sevil Babayevanın adına olduğu üçün bütün vergi ödənişlərini həmişə özü sonuncunun adından həyata keçirmişdir. O, 11 saylı vergi orqanında qeydiyyatda olmuş və ona nəzarəti Yevlax etmişdir. O, xx.xx.2016-ci ildə 1000 manat və xx.xx.2017-ci ildə yenə 1000 manat vergi məbləğini Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşına, yəni 11 saylının əməkdaşına vermişdir. Lakin o, həmin əməkdaşın kim olduğunu xatırlamamışdır. VÖEN işçisi X29 adına olsa da, vergiləri həmişə özü ödəmiş, həmçinin bankı getmək üçün vaxtı olmadığından pulu işlədiyi obyektdə vergi əməkdaşına da vermişdir. xx.xx.2016-cı ildə 1000 manat və xx.xx.2017-ci ildə yenə isə 1000 manat pulu vergi işçisinə vermişdir. Çünki Yevlaxdan ona zəng edib demişlər ki, pul başqa banka ödənəcək. Ona görə də pulu göndərəcəkləri vergi işçisinə versin. O, zəng edən əməkdaşın kim olduğunu xatırlamamışdır. O, Təqsirləndirilən şəxs tanımamış, həmin şəxsi birinci dəfə məhkəmə iclasında görmüş və sonuncuya pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid77 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən “X308” MMC-də laborant vəzifəsində çalışır. Cəmiyyətin qurucularından biri də əri Miri Məmmədovdur. Cəmiyyətdə vergi ilə bağlı işləri çox vaxt ona tapşırıldığı üçün həmin işləri öz öhdəsinə götürərək ödəmələri həmişə vaxtında özü həyata keçirmişdir. O, Təqsirləndirilən şəxs tanımır. Banka getməyə vaxtı olmayan dövrlərdə vergi ödənişlərini cəmi iki dəfə işlədiyi obyektdə vergi əməkdaşlarına vermişdir. O, Təqsirləndirilən şəxs tanımır və ona heç vaxt pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid78 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Güloğlular kəndində yerləşən obyektdə məişət mallarının satışını həyata keçirmişdir. Bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, vergi ödənişlərini “Kapital” bankın Bərdə filialına ödəmişdir. Təqsirləndirilən şəxs tanımır, adını belə eşitməmişdir. Ümumiyyətlə heç vaxt, heç kimə əldən vergi ödənişini verməmişdir. Çeklərin yararsız olanlarını bankın arxivindən tələb edə bilər. Vergi əməkdaşına nağd şəkildə pul verməmiş, ondan pul tələb edən olmamışdır. Heç kimə pul verməmişdir. Ona 24 manat qeyd olunan çek təqdim edərək ödəniş edildiyi bildirilmişdir. Onun Ağdam rayon Vergilər Şöbəsi ilə hər hansı bir əlaqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid79 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Təzə bazarda yerləşən obyektdə kənd təsərrüfatı mallarının satışını həyata keçirmişdir. VÖEN onun adına olduğu üçün bütün vergi ödənişlərini həmişə o həyata keçirmişdir. Xatırladığı qədəri ilə 4-5 il bundan əvvəl vergi ödənişi olan ümumilikdə 600 manat məbləğində pulu nağd olaraq Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşına ödəmişdir. Onun fəaliyyətinə 11 saylı Ərazi Vergilər Baş İdarəsi nəzarət etmişdir. O, pulu 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşına vermiş, həmin əməkdaşın kim olduğunu xatırlamır. Vergi ödənişini adətən “Kapital” bankın Bərdə filialında etmişdir. Ona 11 saylı Ərazi Vergilər Baş İdarəsindən zəng edərək vergi ödənişini əməkdaşlarına verməyi bildirilmiş, o da vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid81 Heydar oğlu ifadəsində göstərmişdir ki, o, Yevlax-Bərdə yolunda yerləşən obyektdə traktor ehtiyyat hissələrinin satışı ilə məşğul olur. Vergilərini də həmişə vaxtında ödəmişdir. VÖEN əvvəlcədən onun adına olduğundan vergilərini özü ödəmişdir. O, xx.xx.2017-ci il tarixdə 2500 manatı və xx.xx.2017-ci il tarixdə isə 1700 manatı işlərinin çox olması səbəbindən banka getmək üçün vaxtı olmadığından taksi ilə Ağdam rayon Vergilər Şöbəsinin adını bilmədiyi əməkdaşlarına göndərmişdir. Ona 11 saylı Ərazi Vergilər Baş İdarəsindən həmin pulların təcili ödənilməli olması barədə zəng edilmişdir. O da aparıb banka ödəyəcəyini demişdir. Zəng edən isə pul “Kapital” bankın Yevlax filialına ödənəcəyi halda hesaba tez düşməyəcəyini, “Kapital” bankın Ağdam filialına ödənməli olduğunu və bunun üçün də Quzanlıya gedilməli olduğu bildirilmişdir. O da Quzanlıya getmək üçün vaxtının olmadığını demişdir. Zəng edən isə gəlib pulları götürməsi və banka ödəməsi üçün adam göndərəcəklərini demişdir. Beləliklə taksi gəlmiş, o da həmin pulları həmin taksi sürücüsünə vermişdir. O, 11 saylı Ərazi Vergilər Baş İdarəsindən zəng edən vergi əməkdaşını və taksi sürücüsünün kim olmasını xatırlamır. O, Təqsirləndirilən şəxs tanımır, onu birinci dəfədir ki, görür və ona pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid83 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri Koroğlu küçəsində yerləşən Çinar istirahəti obyektini işlətmiş, VÖEN sinif yoldaşı X100 adına olmasına baxmayaraq bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. xx.xx.2016-cı il tarixdə 2000 manat, xx.xx.2016-cı il tarixdə yenə 2000 manat və xx.xx.2016-cı il tarixdə 400 manat, cəmi 4400 manatı X101 adından, xx.xx.2017-ci il tarixdə isə 2000 manatı öz adından Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşına ödəmişdir. O, Yevlaxda, yəni 11 saylıda qeydiyyatda olmuş, bəyannamələri də 11 saylıya təqdim etmiş, cərimələrin, borcların ödənilməsini də ondan 11 saylı tələb etmişdir. Ona 11 saylıdan İltifat müəllim zəng edib pulları təcili ödəməsini, ayın axırı hesaba tez düşməsi üçün pulları başqa bankdan ödəməsini, obyektə işçilər göndərəcəyini və pulu sonunculara verməsini demişdir. O da pulları obyektə gələn adını xatırlamadığı əməkdaşa vermiş və sonuncu qəbz gətirərək ona təqdim etmişdir. O, Təqsirləndirilən şəxs bir rayonlu kimi tanımış, lakin sonuncuya heç vaxt pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X76 ifadəsində göstərmişdir ki, o, tenderləri qazanıb elektrik mallarının satışını həyata keçirmək məqsədi ilə 2011-ci il tarixdə "xxxx" MMC-i təsis etmişdir. Həmin cəmiyyətin direktoru da özüdür. Cəmiyyətin vergilərini adətən “Kapital” bankın Bərdə filialına ödəmişdir. 2015-ci ildə 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cəmiyyətdə səyyar vergi yoxlaması aparılmış və 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ona 11 saylı Ərazi Vergilər Baş İdarəsindən İltifat müəllim zəng edərək 1000 manatı ödəməyini xahiş etmişdir. 2015-ci ilin noyabr ayının 29-da İltifat müəllim ona zəng etmiş, o, ayın 30-da pulun hazır olacağını və banka ödəyəcəyini demişdir. İltifat müəllim isə ödənişin ayın sonuncu günü Bərdədə yerləşən Bankda ödənilsə həmin gün hesaba düşməyəcəyini, hesaba tez düşməsi pulu özünün götürəcəyini və Ağdamda yerləşən filialda ödəyəcəyini bildirmişdir. O, 1000 manatı İltifat müəllimə vermişdir. Sonuncu da pulu ödəyib bir neçə gün sonra ödəniş qəbzini ona göndərmişdir. O, vergi işçilərinə, o cümlədən İltifat müəllimə cəmi bir dəfə pul vermişdir. İltifat müəllimi çox vaxt ödənişlərlə bağlı zəng etdiyindən Bərdə vergi ödəyicilərinin çoxunun tanıdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs tanıyır, ancaq sonuncuya pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid85 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Köhnə Bazarda yerləşən obyektdə məişət mallarının satışını həyata keçirir. Bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, Təqsirləndirilən şəxs tanımır. Vergi ödənişlərini həmişə “Kapital” bankın Bərdə filialında ödəmişdir. O, xx.xx.2016-cı ildə 700 manat vergi ödənişini Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşına ödəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid87 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Mirzalıbəyli yolunun üzərində yerləşən obyektdə ərzaq məhsullarının satışını həyata keçirir. Vergilərini də vaxtında həmişə ödəmişdir. O, 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və fəaliyyətinə də ora nəzarət edir. Onun başqa, o cümlədən Ağdam rayon Vergilər Şöbəsi ilə heç bir əlaqəsi olmamışdır. Vergiləri adətən “Kapital” bankın Bərdə filialına ödəmişdir. O, həm öz adından, həm də X8 adından vergiləri ödəmişdir. Vergiləri ondan başqa heç kim ödəməmişdir. X8 adından xx.xx.2017-ci il tarixdə 1000 manat və xx.xx.2017-ci il tarixdə 2500 manat, öz adından isə xx.xx.2015-ci il tarixdə 2800 manat və xx.xx.2017-ci il tarixdə 800 manat vergi ödənişlərini xatırlamadığı vergi əməkdaşına vermişdir. Vergi əməkdaşları bir nəfər olmamış, obyektə fərqli vergi işçiləri gəlmişdir, ona görə də onların kim olduğunu xatırlamır. Ona ödənişlərlə bağlı zəng gəlmiş və pullar təcili ödənilməli olması, həmçinin pulların hesaba tez düşməsi üçün ödənişin “Kapital” bankın Ağdam filialına edilməli olması bildirilmişdir. O da başqa banka getmək üçün vaxtının olmamasını bildirmişdir. Həmin vaxt zəng edən şəxs gəlib pulları aparıb banka ödəməsi üçün adam göndərəcəkləri bildirilmişdir. O da pulları buna görə gələn işçilərə vermişdir. O, zəng edən şəxsin kim olduğunu xatırlamır. O, Təqsirləndirilən şəxs tanımır və ona pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid88 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən obyekti yeməkxana kimi işlətmiş, VÖEN onun adına olduğundan bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, ibtidai istintaqda pulu Ağdam vergilərin əməkdaşına ödədiyini deməmiş, xatırlamadığı vergi əməkdaşına ödədiyini bildirmişəm. Onun Ağdamla heç bir əlaqəsi olmamış, o pulu Yevlaxın işçisinə vermiş, lakin həmin şəxsi xatırlamamışdır. O, Təqsirləndirilən şəxs tanımamış və sonuncuya hər hansı bir məbləğdə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid89 ifadəsində göstərmişdir ki, o Yevlax-Bərdə yolu üzərində yerləşən obyektdə yanacağın satışı ilə məşğul olmuşdur. Bütün vergi ödənişlərini həmişə özü vaxtında həyata keçirmişdir. O, ümumilikdə vergi ödənişi olan 1400 manat məbləğində pulu Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşına ödəmişdir. Vaxtı olmadığı üçün banka getməmiş, vergi ödənişi üçün pulu xatırlamadığı vergi əməkdaşına vermişdir. Təqsirləndirilən şəxs tanımır və ona pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid90 ifadəsində göstərmişdir ki, o, Tərtər rayonu, Səhləbad kəndində yerləşən obyektdə ərzaq məhsullarının satışı ilə məşğul olur. Bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. Vergilərini adətən “Kapital” bankın Tərtər filialında ödəyir. xx.xx.2017-ci il tarixdə 2000 manat vergini vergi ödənişini Banka getmək üçün vaxtı olmadığından vergi əməkdaşına vermişdir. O, həmin şəxsin kim olduğunu xatırlamır. Həmin əməkdaş qonşu rayonların, o cümlədən Goranboy və ya Ağdamın vergi əməkdaşı ola bilməz. Onun həmin rayonların vergi orqanları ilə heç bir əlaqəsi olmamışdır. Vergi əməkdaşlarına pulları banka ödəmək üçün cəmi bir dəfə vermişdir. Təqsirləndirilən şəxs birinci dəfədir ki, görür və ona pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid91 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri avtovağzalında yerləşən obyektdə qızıl-zinət əşyalarının satışını həyata keçirir. O, 750 manat məbləğində pulu nağd olaraq Vergilər Nazirliyinin əməkdaşına ödəmişdir. Həmin əməkdaşın kim olmasını xatırlamır. O, Təqsirləndirilən şəxs tanımır, bu şəxsi ilk dəfədir görür və ona pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid92 ifadəsində göstərmişdir ki, o, icarəyə götürdüyü Bərdə şəhəri Kolxoz bazarında yerləşən obyektdə ətriyyat məhsullarının satışını həyata keçirmiş, VÖEN onun oğlu X88 adına olduğu üçün bütün vergi ödənişlərini həmişə onun əvəzindən özü həyata keçirmişdir. xx.xx.2016-cı il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 1100 məbləğində vergi ödənişlərini kimə etdiyimi xatırlamamışdır. O, Təqsirləndirilən şəxs tanımamış və sonuncuya pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid94 ifadəsində göstərmişdir ki, o, Yevlax şəhərində yerləşən obyektdə ərzaq məhsullarının satışını həyata keçirir və həmin mağazanın mühasibatlıq, vergi işlərini özü həll edir. Bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. Vergi ödənişlərini Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşları gəlib obyektdən nağd şəkildə alıb aparmışdır. Konkret olaraq həmin əməkdaşların kim olmasını xatırlamır. O, vergi əməkdaşına verdiyi vəsaitin hansı banka ödəndiyini bilməmiş, ona pulun “Kapital” bankın Ağdam filialına ödənəcəyi deyilməmiş, ödədiyi ödənişə görə qəbz almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid95 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri Köhnə bazarda yerləşən obyektdə paltarların satışını həyata keçirmiş, VÖEN onun adına olduğundan bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, Yevlaxda, 11 saylıda qeydiyyatda olmuş və işinə də Yevlax nəzarət etmişdir. O, pulları adətən X288 ödəmişdir. O, vergi işçilərinə cəmi 3 dəfə vergi ödənişi vermiş, amma həmin şəxs Ağdam Verginin işçisi olmamışdır. O, pulu ödədiyi şəxsin kim olduğunu xatırlamamışdır. O, Təqsirləndirilən şəxs tanımamış və sonuncuya hər hansı bir məbləğdə pul verməmişdir. Onun ümumiyyətlə Ağdam vergi ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid96 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən obyektdə mövsümü yeməkxananı işlədir. Bütün vergi ödənişlərini özü həyata keçirmişdir. O, Təqsirləndirilən şəxs tanımır. xx.xx.2017-ci il tarixdə 2000 manat məbləğində vergini X32 adından Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşına ödəmişdir. O, vergiləri adətən “Kapital” bankın Bərdə filialında ödəmişdir. Onun Ağdam rayon Vergilər Şöbəsi ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid97 ifadəsində göstərmişdir ki, o, icarəyə götürdüyü Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən obyektdə lepka işləri görüb satışını həyata keçirmiş, VÖEN onun adına olduğu üçün bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. O, pulları yəni vergiləri həmişə X288 ödəmişdir. Təqsirləndirilən şəxs tanımamış və sonuncuya hər hansı bir məbləğdə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid66 ifadəsində göstərmişdir ki, o, fərdi sahibkarlıqla məşğul olub ailəsini dolandırır. Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən obyektdə bitki dərmanları və toxumlarının satışını həyata keçirmişdir. VÖEN onun adına olduğundan bütün vergi ödənişlərini həmişə özü vaxtında həyata keçirmişdir. Vergi ödənişlərini banka və Vergilər Nazirliyinin Ağdam rayon Vergilər şöbəsinin xatırlamadığı əməkdaşına işlədiyi obyektdə ödəmiş, o, həmin əməkdaşın kim olmasını unutmuşdur. O, dövlətin məmurlarına güvənib etibar etdiyi üçün həmçinin vaxtının olmamasından banka getməyərək xx.xx.2015-ci il tarixdə 1200 manat məbləğində pulu bir başa Vergilər Nazirliyinin Ağdam rayon Vergilər şöbəsinin xatırlamadığı əməkdaşına işlədiyi obyektdə ödəmiş, həmin ödənişə dair çek təqdim olunmuşdur. Lakin həmin çeki hara qoyduğunu xatırlamamışdır. xx.xx.2017-ci il tarixdə isə 440 manat məbləğində ödənişi banka ödəmişdir. Məhkəmə istintaqı zamanı öldüyünə görə ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Bakı küçəsində yerləşən obyektdə ehtiyyat hissələrinin satışı ilə məşğul olub ailəsini dolandırmış, vergilərini də vaxtında ödəmişdir. VÖEN oğlu Nemət Əzizovun adına olsa da onun adından vergiləri həmişə özü ödəmişdir. O, vergilərini Vergilər Nazirliyinin Ağdam rayon Vergilər Şöbəsinin direktoru Təqsirləndirilən şəxs nağd ödəmişdir. Belə ki, işlərinin çox olması ilə bağlı banka getməyib pulları nağd şəkildə Valehə vermiş ki, özü bank hesabına köçürtsün. xx.xx.2018-ci il tarixdə də 1000 manat oğlu Nemət Əzizovun adından vergiləri Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs nağd ödəmişdir. Valeh də ödədiyi 1000 manata dair qəbzi ona təqdim etmişdir. Qeyd olunan qəbzi ifadəsinə əlavə etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Güloğlular kəndində yerləşən obyektdə məişət əşyalarının satışı ilə məşğul olub ailəsini dolandırmış və vergilərini vaxtında ödəmişdir. VÖEN ilk əvvəllər oğlu X70 adına olmuş, sonradan isə VÖEN-i bağlayıb həyat yoldaşı X97 adına yeni VÖEN açaraq sonuncunun adından vergilərini ödəmişdir. O, vergilərini Vergilər Nazirliyinin Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs nağd ödəmişdir. Belə ki, işlərinin çox olması ilə bağlı banka getməyib pulları nağd şəkildə Valehə vermiş ki, özü bank hesabına köçürtsün. xx.xx.2017-ci il tarixdə də 1600 manat oğlu Rəşad Cəfərovun adından, xx.xx.2018-ci il tarixdə 1600 manat isə həyat yoldaşı Yəmən Babayevanın adından vergiləri Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs nağd ödəmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid33 ifadəsində göstərmişdir ki, X174 onun dayısı oğlu olmuş, sonuncu əvvəllər onunla çalışmış və hər iki Elgünün adına olan VÖEN-dən istifadə edərək vergilərini ödəmişlər. Elgün işdən çıxdıqdan sonra onlar VÖEN-i 2019-cu il tarixdə bağlatdırmışlar. Vergilərini adətən “Kapital” bankın Ağdam filialına ödəmişlər və VÖEN Elgün Əhmədlinin adına olsa da bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. xx.xx.2018-ci il tarixdə 286 manat və xx.xx.2018-ci il tarixdə isə 430 manat məbləğində vergi ödənişini nağd olaraq "xxxx"ın Ağdam filialına ödəmiş, qəbzlərini itirmiş, lakin bank sənədlərində həmin ödənişlərin görsənməməsini izah edə bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid35 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, tikinti materiallarının bazarında yerləşən obyektə tikinti materallarının satışı ilə məşğul olmuş və vergilərini vaxtında ödəmişdir. VÖEN onun adına olduğundan bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. Xatırladığı qədəri ilə vergi ödənişlərini nağd olaraq Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşlarına işlədiyi obyektdə ödəmişdir. Konkret olaraq həmin əməkdaşın kim olmasını unutmuş, çünki hər dəfə işlədiyi obyektə tanımadığı Vergilər Nazirliyinin fərqli əməkdaşları gəlmişdir. Onun da banka getməyə vaxtı olmadığı üçün sonunculara ödədiyi pulları aparıb bank hesabına yatırmalarını xahiş etmişdir. Həmin əməkdaşlar ödədikləri məbləğlərlə bağlı olan qəbzi sonradan gətirib ona təqdim etmişlər. Lakin bu hadisədən 4 il keçdiyi üçün həmin qəbzləri itirmişdir. 2015-ci il tarixdən bu günə uzun müddət keçdiyi üçün xx.xx.2015-ci il tarixdə 400 manat vergi ödənişini hansı Vergilər Nazirliyinin əməkdaşına ödədiyini xatırlamamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid46 ifadəsində göstərmişdir ki, o, sahibliyində və istifadəsində olan Ağdam rayonu Mərzili kəndinin aşağı hissəsində yerləşən torpaqda əkinçiliklə məşğul olmuş, VÖEN öz adına olmuş və vergiləri vaxtında ödəmişdir. O, vergiləri adətən Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən "xxxx" ASC-nin Ağdam filialına ödəmişdir. Ödənişlərinə dair həmişə ona qəbzlər verilmiş, lakin hazırda həmin qəbzləri hara qoyduğunu xatırlamır. xx.xx.2018-ci il tarixdə 500 manat məbləğində vergini "xxxx" ASC-nin Ağdam filialına ödəmişdir. O, heç bir zaman vergilərini hansısa Vergilər Nazirliyinin əməkdaşına nağd şəkildə verməmişdir. Bütün ödənişlər bank vasitəsi ilə həyata keçirilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid50 Məmmədqulu oğlu ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri Köhnə bazar deyilən yerdə ətriyyatların satışı ilə məşğul olmuş, VÖEN baldızı X24 adına olsa da bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. Xatırladığı qədəri ilə 3-4 il bundan əvvəl vergi ödənişi olan 400 manat məbləğində pulu nağd olaraq Vergilər Nazirliyinin Ağdam rayon Vergilər Şöbəsinin xatırlamadığı əməkdaşına ödəmişdir. Konkret olaraq həmin əməkdaşın kim olmasını unutmuş, vaxtı olmadığı üçün banka getməmiş, pulu obyektdə Vergilər Nazirliyinin Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşına ödəmiş ki, sonuncu aparıb bank hesabına ödəsin. Həmin ödənişlərə dair o, qəbz də almış, lakin qəbzi itirmişdir. xx.xx.2015-ci il tarixdə 400 manat məbləğində vergi ödənişini Vergilər Nazirliyinin Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşına ödədiyini xatırlasa da, həmin əməkdaşın simasını unutmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid56 ifadəsində göstərmişdir ki, o, icarəyə götürdüyü ünvan 3ndə yerləşən obyektdə ərzaq mallarının satışı ilə məşğul olmuşdur. VÖEN onun adına olduğu üçün bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. Xatırladığı qədəri ilə 2-3 il bundan əvvəl, yəni xx.xx.2016-cı il tarixdə vergi ödənişi olan 600 manat məbləğində pulu nağd olaraq Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşına ödəmiş, konkret olaraq həmin əməkdaşın kim olmasını da unutmuşdur. Vaxtı olmadığı üçün banka getməmiş, pulu obyektdə Vergilər Nazirliyinin əməkdaşının işçisinə ödəmiş ki, sonuncu aparıb bank hesabına ödəsin. Həmin ödənişlərə dair o, qəbz də almış, lakin uzun müddət keçdiyi üçün həmin qəbzi itirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid59 ifadəsində göstərmişdir ki, o, Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən tikinti materiallarının satışı ilə məşğul olmuş və vergilərini vaxtında ödəmişdir. VÖEN onun adına olduğundan bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. 2017-cı il tarixdə vergi ödənişi olan ümumilikdə 1200 manat məbləğində pulu nağd olaraq Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşına işlədiyi obyektdə ödəmiş, konkret olaraq həmin əməkdaşın kim olmasını unutmuşdur. Çünki hər dəfə işlədiyi obyektə Vergilər Nazirliyinin tanımadığı fərqli əməkdaşları gəlmişdir. Həmin ödənişlərə görə aldığı qəbzi itirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid64 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, İsmət Qaibov küçəsində yerləşən obyektdə ərzaq mallarının satışı ilə məşğul olmuş, vergilərini həmişə vaxtında ödəmiş, VÖEN qardaşı X59 adına olasa da bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. xx.xx.2015-ci il tarixdə vergi ödənişi olan ümumilikdə 800 manat məbləğində pulu nağd olaraq Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşına işlədiyi obyektdə ödəmiş, konkret olaraq həmin əməkdaşın kim olmasını unutmuşdur. Həmin ödənişə görə aldığı qəbzi itirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid73 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən obyektdə ərzaq mallarının satışı ilə məşğul olmuş, vergilərini adətən "xxxx"ın Bərdə filialına ödəmişdir. VÖEN onun adına olduğu üçün bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. Xatırladığı qədəri ilə 3-4 il bundan əvvəl vergi ödənişi olan 400 manat məbləğində pulu xx.xx.2015-ci il tarixdə nağd olaraq Vergilər Nazirliyinin əməkdaşına ödəmişdir. Konkret olaraq həmin əməkdaşın kim olmasını xatırlamamışdır. 400 manat məbləğində vergi ödənişini kimə etdiyini xatırlamamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid80 ifadəsində göstərmişdir ki, o, maye qazın satışı ilə məşğul olmuş, VÖEN isə onun oğlu X41 adına olmuşdur. Buna baxmayaraq vergi ödənişlərini həmişə özü ödəmişdir. Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin tanımadığı əməkdaşları gələrək onların vergi borcunun olduğunu bildirmişlər və təcili həmin vergi ödənişlərini ödəməyi onlara söyləmişlər. O, pulları hara ödəyəcəyini söyləyəndə ona bildirmişlər ki, vergiləri Ağdam rayon Vergilər Şöbəsinə ödəmək lazımdır. O, sonuncularla razılaşmış, pulları aparıb nağd şəkildə Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs ödəmişdir. Bir müddətdən sonra Təqsirləndirilən şəxs ona ödədiyi məbləğin qəbzlərini gətirib vermişdir. Lakin uzun müddət keçdiyi üçün həmin qəbzləri saxlamayıb atmışdır. 2015-ci ilin aprel-may aylarında ümumilikdə 1600 manat məbləğində pulu banka köçürməsi üçün Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs nağd şəkildə ödəmişdir. Məhkəmə istintaqı zamanı öldüyünə görə ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid82 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Təzə bazarda yerləşən obyektdə elektrik mallarının satışı ilə məşğul olmuş və VÖEN onun adına olduğu üçün bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. Xatırladığı qədəri ilə 4-5 il bundan əvvəl vergi ödənişi olan ümumilikdə 400 manat məbləğində pulu nağd qaydada Vergilər Nazirliyinin xatırlamadığı əməkdaşına ödəmişdir. Konkret olaraq həmin əməkdaşın kim olmasını unutmuşdur. xx.xx.2015-ci il tarixdə 400 manat məbləğində vergi ödənişini hansı Vergilər Nazirliyinin əməkdaşına ödədiyini xatırlamamışdır. Həmin ödənişə görə aldığı qəbzi itirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid86 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Təzə bazar adlanan yerdə yerləşən obyektdə xırdavat mallarının satışı ilə məşğul olmuş, VÖEN onun adına olduğuna görə bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. Xatırladığı qədəri ilə xx.xx.2015-ci il tarixdə ümumilikdə vergi ödənişi olan 2200 manat məbləğində pulu nağd olaraq Vergilər Nazirliyinin Ağdam rayon Vergilər Şöbəsinin xatırlamadığı əməkdaşına ödəmişdir. Konkret olaraq həmin əməkdaşın kim olmasını unutmuşdur. Vaxtı olmadığı üçün banka getməmiş, pulu obyektdə Vergilər Nazirliyinin Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşına ödəmişdir ki, sonuncu aparıb banka hesabıma ödəsin. Həmin ödənişlərə dair o, qəbz almış, lakin həmin qəbzi uzun müddət keçdiyi üçün hara qoyduğunu xatırlamamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid93 ifadəsində göstərmişdir ki, o, Vahid və X238 "NURANƏ" Kredit İttifaqının direktoru olmuşdur. Bütün vergi ödənişlərini həmişə özü həyata keçirmişdir. Xatırladığı qədəri ilə 3-4 il bundan əvvəl ümumilikdə vergi ödənişi olan 500 manat məbləğində pulu nağd olaraq Vergilər Nazirliyinin Ağdam rayon Vergilər Şöbəsinin xatırlamadığı əməkdaşına ödəmişdir. Konkret olaraq həmin əməkdaşın kim olmasını unutmuşdur. Vaxtı olmadığı üçün banka getməmiş, pulu obyektdə Vergilər Nazirliyinin Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşına ödəmiş ki, sonuncu aparıb bank hesabına ödəsin. Həmin ödənişlərə dair o, qəbz almış, lakin həmin qəbzi uzun müüdət keçdiyi üçün hara qoyduğunu xatırlamamışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və mülki iddiaçının nümayəndəsinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Departamentinin Daxili audit şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ağdam rayon Vergilər Şöbəsində aparılmış yoxlamanın nəticəsi olaraq rəyin təsviri hissəsində çatışmazlıq kimi qeyd edilmiş 702.330,20 manat məbləğində aşkar edilmiş kənarlaşma tam olaraq öz təsdiqini tapmamışdır. Belə ki, sonradan əldə edilmiş sənədlər və məlumatlar əsasında müəyyən edilmişdir ki, bəzi hallarda vergi ödəyicilərin ödənişləri təsdiq edən sənədlər mövcud olsa da, həmin ödənişlər nəzərə alınmamışdır. Bununla əlaqədar "xxxx" ASC-nin Ağdam rayon filialına təkrar sorğu göndərilmişdir. Filialdan alınmış cavab məlumatlarına əsasən, filialda sahibkarların ödənişlərini təsdiq edən bəzi ilkin sənədlər bankın baş ofisinin arxivinə təhvil verildiyindən filialda tapılmamış, bəzi sahibkarların isə ödənişlərini tam və ya qismən təsdiq edən sənədlər təkrar araşdırılaraq mövcud olduğu aşkar edilib araşdırmaya təqdim edilmişdir. Mütəxəssis araşdırması ilə müəyyən edilmişdir ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə saxta sənədlər əsasında işlənmiş 433.852,40 manat məbləğ faktiki olaraq "xxxx" ASC-nin Ağdam rayon filialının məlumat bazasında mövcud olmamışdır. Bundan başqa, vergi ödəyicilərinin "xxxx" ASC-nin Ağdam rayon filialında 25427,0 manat məbləğində ödəniş sənədləri tapılmasa da, sahibkarlar istintaqa verdikləri ifadələrdə şəxsi vərəqəyə işlənmiş vergi məbləğlərini onların özlərinin tam olaraq banka ödədiyini qeyd etmişlər. Lakin, həmin sahibkarlar tərəfindən araşdırmaya vergi ödənişlərini təsdiq edən sənədlər təqdim edilməmişdir. Bundan başqa, vergi ödəyicilərinin "xxxx" ASC-nin Ağdam rayon filialında sahibkarların şəxsi vərəqəsinə işlənmiş cəmi 89.044,0 manat məbləğində ödəniş sənədləri tapılmamışdır. Rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən 548.323,40 manat vəsaitin ayrı-ayrı vergi ödəyicilərinin X166 əsassız olaraq ödəniş kimi işlənməsi və bu ödənişlərin Ağdam rayon Maliyyə İdarəsi üzrə YXO-nun "xxxx" ASC-nin Ağdam rayon filialında olan cari hesabına ümumiyyətlə daxil olmadığı nəzərə alınarsa, bu, Ağdam rayon Vergilər Şöbəsi ilə Ağdam rayonu üzrə Maliyyə İdarəsi arasında müvafiq daxilolmalar üzrə üzləşmə aktlarının düzgün tərtib olunmadığı qənaitinə gəlməyə əsas verir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1583 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli 108 nömrəli Şahid17 adından 1200 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 09 nömrəli Şahid60 adından 2000 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 60 nömrəli Şahid14 adından 1000 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli Rəfayıl Məhərrəmovun adından 1200 manat ödənilməsi barədə orderin orta hissəsindəki “bir min iki yüz” yazıları; xx.xx.2015-ci il tarixli 87 nömrəli Şahid21 adından 2400 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 86 nömrəli Şahid47 adından 2400 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 17 nömrəli Şahid67 adından 400 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 59 nömrəli Şahid74 adından 1200 manat ödənilməsi barədə orderin orta hissəsindəki “ min iki yüz” yazıları; xx.xx.2015-ci il tarixli 109 nömrəli X112 adından 1000 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 12 nömrəli Şahid70 adından 200 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 20 nömrəli Şahid78 adından 1200 manat ödənilməsi barədə orderdə olan yazılar; 30 yanvar 2015-ci il tarixli Şahid78 adından 1200 manat ödənilməsi barədə orderdə olan yazılar; 29 yanvar 2016-cı il tarixli 18 nömrəli Şahid22 adından 4000 manat ödənilməsi barədə orderdə olan yazılar; Şahid57 adından 1000 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2016-ci il tarixli 17 nömrəli X133 adından 1000 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 65 nömrəli X111 adından 1000 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 63 nömrəli X52 adından 800 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 14 nömrəli Yaşar Əzizovun adından 1000 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli X54 adından 1000 manat ödənilməsi haqqında orderdə yazılar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş xx.xx.2016-cı il tarixli 23 nömrəli Şahid40 adından 400 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 83 nömrəli Elnur Sadıqovun adından 700 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 44 nömrəli Şahid45 adından 1200 manat ödənilməsi barədə orderdə olan yazılar; 23.09.20..-ci il tarixli 21 nömrəli Şahid24 adından 2000 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015ci il tarixli 38 nömrəli Şahid14 adından 500 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 60 nömrəli Şahid30 adından 1200 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli Rəfayıl Məhərrəmovun adından 1200 manat ödənilməsi barədə orderdə olan yazılar (qəbzin orta hissəsindəki “bir min iki yüz” yazılarından başqa); xx.xx.2015-ci il tarixli 15 nömrəli Şahid40 Habil oğlunun adından 1200 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 33 nömrəli Şahid43 Soltan oğlunun adından 700 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 20 nömrəli X110 adından 600 manat ödənilməsi barədə qəbzdə olan yazılar; xx.xx.2015-ci il tarixli 40 nömrəli Şahid79 adından 600 manat ödənilməsi barədə orderdə olan yazılar; 29 yanvar 2015-ci il tarixli 43 nömrəli X53 adından 2000 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 88 nömrəli Şahid34 adından 2400 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 59 nömrəli Şahid74 adından 1200 manat ödənilməsi barədə orderdə olan yazılar (orta hissəsindəki “min iki yüz” yazılarından başqa); xx.xx.2015-ci il tarixli 25 nömrəli İlyas Hüseynovun adından 700 manat ödənilməsi barədə orderdə olan yazılar; 04.09,2015-ci il tarixli 35 nömrəli X60 adından 800 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 36 nömrəli Şahid39 adından 500 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 46 nömrəli Şahid10 adından 600 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 27 nömrəli Duman Hacıyevin adından 400 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 11 nömrəli Şahin Məmmədovun adından 1500 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 31 nömrəli Vüsal Quliyevin adından 2000 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 61 nömrəli Qoşqar Seyidzadənin adından 4000 manat ödənilməsi barədə orderdə olan yazılar; Yasin Bağırov adından 3000 manat ödənilməsi barədə orderdə olan yazılar; 23 noyabr 2015-ci il tarixli 42 nömrəli Ceyhun Əliyev adından 500 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 113 nömrəli X21 adından 800 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 18 nömrəli Rafael Məmmədovun adından 700 manat ödənilməsi barədə orderdə olan yazılar; xx.xx.2015-ci il tarixli 113 nömrəli X21 adından 800 manat ödənilməsi barədə orderdə olan yazılar - Təqsirləndirilən şəxs tərəfindən yox, Şahid4 tərəfindən yox, Şahid2 tərəfindən yox, X131 tərəfindən yox, X102 tərəfindən yox, X77 tərəfindən yox, Şahid6 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2015-ci il tarixli 108 nömrəli Şahid17 adından 1200 manat ödənilməsi barədə orderdə olan 2 ədəd imzaların; xx.xx.2015-ci il tarixli 09 nömrəli Şahid60 adından 2000 manat ödənilməsi barədə orderdə olan 2 ədəd imzaların; xx.xx.2016-cı il tarixli 23 nömrəli Şahid40 adından 400 manat ödənilməsi barədə orderdə “Mühasib” qrafasındakı imzanın; xx.xx.2015-ci il tarixli 83 nömrəli Elnur Sadıqovun adından 700 manat ödənilməsi barədə orderdə olan 2 ədəd imzanın; xx.xx.2015-ci il tarixli 44 nömrəli Şahid45 adından 1200 manat ödənilməsi barədə orderdə “Mühasib” qrafasındakı imzanın; 23.09.20..-ci il tarixli 21 nömrəli Şahid24 adından 2000 manat ödənilməsi barədə orderdə “Mühasib” və “Xəzinədar” qrafalarındakı imzaların; xx.xx.2015-ci il tarixli 38 nömrəli Şahid14 adından 500 manat ödənilməsi barədə orderdə “Mühasib” qrafasındakı imzanın; xx.xx.2015-ci il tarixli 60 nömrəli Şahid30 adından 1200 manat ödənilməsi barədə orderdə “Mühasib” və “Xəzinədar” qrafalarındakı imzaların; xx.xx.2015-ci il tarixli 60 nömrəli Şahid14 adından 1000 manat ödənilməsi barədə orderdə olan 2 ədəd imzanın; xx.xx.2015-ci il tarixli Rəfayıl Məhərrəmovun adından 1200 manat ödənilməsi barədə orderdə “Mühasib” və “Xəzinədar” qrafalarındakı imzaların; xx.xx.2015ci il tarixli 15 nömrəli Şahid40 Habil oğlunun adından 1200 manat ödənilməsi barədə orderdə “Mühasib” və “Xəzinədar” qrafalarındakı imzaların; xx.xx.2015-ci il tarixli 33 nömrəli Şahid43 Soltan oğlunun adından 700 manat ödənilməsi barədə orderdə “Mühasib” qrafasındakı imzanın; xx.xx.2015-ci il tarixli 20 nömrəli X110 adından 600 manat ödənilməsi barədə orderdə “Ödəyənin imzası” və “Mühasib” qrafalarındakı imzaların; xx.xx.2015-ci il tarixli 40 nömrəli Şahid79 adından 600 manat ödənilməsi barədə orderdə “Mühasib” qrafasındakı imzanın; 29 yanvar 2015-ci il tarixli 43 nömrəli X53 adından 2000 manat ödənilməsi barədə orderdə “Mühasib” qrafasındakı imzanın; xx.xx.2015-ci il tarixli 88 nömrəli Şahid34 adından 2400 manat ödənilməsi barədə orderdə “Mühasib” qrafasındakı imzanın; xx.xx.2015-ci il tarixli 87 nömrəli Şahid21 adından 2400 manat ödənilməsi barədə orderdə olan 1 ədəd imzanın; xx.xx.2015-ci il tarixli 86 nömrəli Şahid47 adından 2400 manat ödənilməsi barədə orderdə olan 1 ədəd imzanın; xx.xx.2015-ci il tarixli 17 nömrəli Şahid67 adından 400 manat ödənilməsi barədə orderdə olan 2 ədəd imzaların; xx.xx.2015-ci il tarixli 59 nömrəli Şahid74 adından 1200 manat ödənilməsi barədə orderdə olan 2 ədəd imzaların; xx.xx.2015-ci il tarixli 25 nömrəli İlyas Hüseynovun adından 700 manat ödənilməsi barədə orderdə “Mühasib” və “Xəzinədar” qrafalarındakı imzaların; xx.xx.2015-ci il tarixli 109 nömrəli X112 adından 1000 manat ödənilməsi barədə orderdə olan 2 ədəd imzaların; xx.xx.2015-ci il tarixli 35 nömrəli X60 adından 800 manat ödənilməsi barədə orderdə “Mühasib” qrafasındakı imzanın; xx.xx.2015-ci il tarixli 12 nömrəli Şahid70 adından 200 manat ödənilməsi barədə orderdə olan 2 ədəd imzaların; xx.xx.2015-ci il tarixli 36 nömrəli Şahid39 adından 500 manat ödənilməsi barədə orderdə olan “Mühasib” qrafasındakı imzanın; xx.xx.2015-ci il tarixli 46 nömrəli Şahid10 adından 600 manat ödənilməsi barədə orderdə “Xəzinədar” qrafasındakı imzanın; xx.xx.2015-ci il tarixli 27 nömrəli Duman Hacıyevin adından 400 manat ödənilməsi barədə orderdə olan “Mühasib” qrafasındakı imzanın; xx.xx.2015-ci il tarixli 11 nömrəli Şahin Məmmədovun adından 1500 manat ödənilməsi barədə orderdə “Mühasib” və “Xəzinədar” qrafalarındakı imzaların; xx.xx.2015-ci il tarixli 20 nömrəli Şahid78 adından 1200 manat ödənilməsi barədə orderdə olan 1 ədəd imzanın; xx.xx.2015-ci il tarixli 31 nömrəli Vüsal Quliyevin adından 2000 manat ödənilməsi barədə orderdə “Mühasib” və “Xəzinədar” qrafalarındakı imzaların; xx.xx.2015-ci il tarixli 61 nömrəli Qoşqar Seyidzadənin adından 4000 manat ödənilməsi barədə orderdə olan “Mühasib” və “Xəzinədar” qrafalarındakı imzaların; Yasin Bağırov adından 3000 manat ödənilməsi barədə orderdə olan “Mühasib” qrafasındakı imzanın; 30 yanvar 2015-ci il tarixli Şahid78 adından 1200 manat ödənilməsi barədə orderdə olan 1 ədəd imzanın; 29 yanvar 2016-cı il tarixli 18 nömrəli Şahid22 adından 4000 manat ödənilməsi barədə orderdə olan 1 ədəd imzanın; Şahid57 adından 1000 manat ödənilməsi barədə orderdə olan 1 ədəd imzanın; xx.xx.2016-cı il tarixli 17 nömrəli X133 adından 1000 manat ödənilməsi barədə orderdə olan 1 ədəd imzanın; 23 noyabr 2015-ci il tarixli 42 nömrəli Ceyhun Əliyev adından 500 manat ödənilməsi barədə orderdə olan “Mühasib” qrafasındakı imzanın; xx.xx.2015-ci il tarixli 113 nömrəli X21 adından 800 manat ödənilməsi barədə orderdə olan 2 ədəd imzanın; xx.xx.2015-ci il tarixli 65 nömrəli X111 adından 1000 manat ödənilməsi barədə orderdə olan 2 ədəd imzanın; xx.xx.2015-ci il tarixli 63 nömrəli X52 adından 800 manat ödənilməsi barədə orderdə olan 2 ədəd imzanın; xx.xx.2015-ci il tarixli 18 nömrəli Rafael Məmmədovun adından 700 manat ödənilməsi barədə orderdə olan 2 ədəd imzanın; xx.xx.2015-ci il tarixli 14 nömrəli Yaşar Əzizovun adından 1000 manat ödənilməsi barədə orderdə olan 2 ədəd imzanın; xx.xx.2015-ci il tarixli X54 adından 1000 manat ödənilməsi haqqında orderdə 2 ədəd imzanın; xx.xx.2015-ci il tarixli 113 nömrəli X21 adından 800 manat ödənilməsi barədə orderdə “Ödəyənin imzası” və “Mühasib” qrafalarındakı imzaların; xx.xx.2018-ci il tarixli TT**********678128 nömrəli X153 adından 1000 manatın, xx.xx.2018-ci il tarixli TT**********1604000 nömrəli Şahid15 adından 4000 manatın və xx.xx.2017-ci il tarixli TT1444806 nömrəli Şahid31 adından 2000 manatın ödənilməsi barədə qəbzlərdə “Bank işçisinin imzası” və “Ödəyən müştərinin imzası” qrafalarındakı imzaların - Təqsirləndirilən şəxs tərəfindən, Şahid4 tərəfindən, Şahid2 tərəfindən, X131 tərəfindən, X102 tərəfindən, X77 tərəfindən, Şahid6 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1584 nömrəli məhkəmə sənədlərin-texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx.xx.2015-ci il tarixli 108 nömrəli Şahid17 adından 1200 manat, xx.xx.2015-ci il tarixli 09 nömrəli Şahid60 adından 2000 manat, xx.xx.2016-cı il tarixli 23 nömrəli Şahid40 adından 400 manat, xx.xx.2015-ci il tarixli 83 nömrəli Elnur Sadıqovun adından 700 manat, xx.xx.2015-ci il tarixli 44 nömrəli Şahid45 adından 1200 manat, 23.09.20??-ci il tarixli 21 nömrəli Şahid24 adından 2000 manat, xx.xx.2015-ci il tarixli 38 nömrəli Şahid14 adından 500 manat, xx.xx.2015-ci il tarixli 60 nömrəli Şahid30 adından 1200 manat, xx.xx.2015-ci il tarixli 60 nömrəli Şahid14 adından 1000 manat, xx.xx.2015-ci il tarixli Rəfayıl Məhərrəmovun adından 1200 manat, xx.xx.2015-ci il tarixli 15 nömrəli Şahid40 Habil oğlunun adından 1200 manat, xx.xx.2015-ci il tarixli 33 nömrəli Şahid43 Soltan oğlunun adından 700 manat, xx.xx.2015-ci il tarixli 20 nömrəli X110 adından 600 manat, xx.xx.2015-ci il tarixli 40 nömrəli Şahid79 adından 600 manat, 29 yanvar 2015-ci il tarixli 43 nömrəli X53 adından 2000 manat, xx.xx.2015-ci il tarixli 88 nömrəli Şahid34 oğlunun adından 2400 manat, xx.xx.2015-ci il tarixli 87 nömrəli Şahid21 adından 2400 manat, xx.xx.2015-ci il tarixli 86 nömrəli Şahid47 adından 2400 manat, xx.xx.2015-ci il tarixli 17 nömrəli Şahid67 adından 400 manat, xx.xx.2015-ci il tarixli 59 nömrəli Şahid74 adından 1200 manat, xx.xx.2015-ci il tarixli 25 nömrəli İlyas Hüseynovun adından 700 manat, xx.xx.2015-ci il tarixli 109 nömrəli X112 adından 1000 manat, xx.xx.2015-ci il tarixli 35 nömrəli X60 adından 800 manat, xx.xx.2015-ci il tarixli 12 nömrəli Şahid70 adından 200 manat, xx.xx.2015-ci il tarixli 36 nömrəli Qalib.Ələkbərovun adından 500 manat, xx.xx.2015-ci il tarixli 46 nömrəli Şahid10 adından 600 manat, xx.xx.2015-ci il tarixli 27 nömrəli Duman Hacıyevin adından 400 manat, xx.xx.2015-ci il tarixli 11 nömrəli Şahin Məmmədovun adından 1500 manat, xx.xx.2015-ci il tarixli 20 nömrəli Şahid78 adından 1200 manat, xx.xx.2015-ci il tarixli 31 nömrəli Vüsal Quliyevin adından 2000 manat, xx.xx.2015-ci il tarixli 61 nömrəli Qoşqar Seyidzadənin adından 4000 manat, Yasin Bağırov adından 3000 manat, 30 yanvar 2015-ci il tarixli Şahid78 adından 1200 manat, 29 yanvar 2016-cı il tarixli 18 nömrəli Şahid22 adından 4000 manat, Şahid57 adından 1000 manat, xx.xx.2016-cı il tarixli 17 nömrəli X133 adından 1000 manat, 23 noyabr 2015-ci il tarixli 42 nömrəli Ceyhun Əliyev adından 500 manat, xx.xx.2015-ci il tarixli 113 nömrəli X21 adından 800 manat, xx.xx.2015-ci il tarixli 65 nömrəli X111 adından 1000 manat, xx.xx.2015-ci il tarixli 63 nömrəli X52 adından 800 manat, xx.xx.2015-ci il tarixli 18 nömrəli Rafael Məmmədovun adından 700 manat, xx.xx.2015-ci il tarixli 14 nömrəli Yaşar Əzizovun adından 1000 manat, xx.xx.2015-ci il tarixli X54 adından 1000 manat, xx.xx.2015-ci il tarixli 113 nömrəli X21 adından 800 manat ödənilməsi barədə qəbzin üzərlərindəki ştamp əksləri mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədlərin üzərinə bir başa vurulmuşdurlar. Bundan başqa xx.xx.2018-ci il tarixli TT**********678128 nömrəli X153 adından 1000 manat, xx.xx.2018-ci il tarixli TT**********1604000 nömrəli Şahid15 adından 4000 manat, xx.xx.2017-ci il tarixli TT1444806 nömrəli Şahid31 adından 2000 manat ödənilməsi barədə qəbzlərin üzərilərində olan ştamp əksləri elektrofotoqrafik çap üsulu (lazer printer, ağ-qara surətçıxaran və s.) ilə çap edilmişdirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1584 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 433.852,40 manat məbləğində pul vəsaiti faktiki olaraq "xxxx" ASC-nin Ağdam rayon filialının məlumat bazasında mövcud olmamışdır. Bundan başqa vergi ödəyicilərinin "xxxx" ASC-nin Ağdam rayon filialında 25.427,00 manat məbləğində ödəniş sənədləri tapılmasa da, sahibkarlar istintaqa verdikləri ifadələrdə şəxsi vərəqəyə işlənmiş vergi məbləğlərini onların özlərinin tam olaraq banka ödədiyini qeyd etmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 iyul 2019-cu il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Şahid2 üzünə qarşı ifadə verərək sonuncunun onun işçisi olduğunu, Şahid2 qarşı ifadə verməklə ziyanın ödənilməsində sonuncunun köməklik edə biləcəyini düşündüyünü, lakin heç bir məbləğdə ziyan ödəmədiyi üçün həqiqəti danışıb Şahid2 bu cinayətdə iştirakının olmadığını, vergi ödəyicilərinin pullarının mənimsənilməsində və saxta sənədlərin hazırlanaraq vergi ödəyicilərinin iş vərəqələrinə işlənməsində iştirakının olmadığını, vergi ödəyicilərinin ödədiyi pullardan mənimsədiyi pulların 40 faizini şəxsən Faiq Mirzəyevə verdiyini, bütün danışıqları Faiqlə özünün apardığını, Şahid2 bundan xəbəri olmadığını deməklə ifadəsini bir daha təsdiq etmişdir. Həmçinin Şahid2 ifadəsində Təqsirləndirilən şəxs dediklərindən, vergi ödəyicilərin ödədiyi pulların mənimsənilməsindən və həmin pulların Ağdam rayonu üzrə Maliyyə İdarəsinin əməkdaşı Faiq Mirzəyevlə bölüşdürülməsindən xəbərinin olmadığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə X131 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Faiq Mirzəyevin üzünə qarşı ifadə verərək vergi ödəyicilərinin ödədiyi pullardan mənimsədiyi pulların 40 faizini şəxsən Faiq Mirzəyevə özünün verdiyini, həmin məbləğin nə qədər olduğunu hal-hazırda xatırlamadığını, bütün danışıqları Faiqlə özünün apardığını, cinayət işinin istintaqı zamanı ödənilmiş ziyandan 80.000 manat məbləğində olan hissəsini ona X234 şəhərində verdiyini və həmin pulları aparıb ziyanı ödədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-dən götürülmüş Ağdam YXO-ya aid AZ81AİİB3205101- 944********** hesaba mədaxil olunan dövriyyə ilə bağlı çıxarışlardan görünür ki, 196 nəfər 316 halda ödəniş etmiş və vergi ödəyicilərinin VÖEN-ləri müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2011-ci il tarixli **********961100 nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ağdam rayonu X171 ödəyicilərinin məlumatlandırılması və vergi təbliğatı işləri üzrə dövlət vergi müfəttişindən həmin şöbənin rəisi vəzifəsinə keçirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası vergilər naziri Mikayıl Cabbarovun **********339200 nömrəli xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən Vergilər Nazirliyinin Ağdam Rayon Vergilər Şöbəsinin direktoru Təqsirləndirilən şəxs vergilər orqanında xidmətinə xitam verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Rayon vergilər şöbələrinin Əsasnaməsi”nə əsasən, Təqsirləndirilən şəxs şöbə rəisi kimi - şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi, şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planları və digər bu kimi sənədlərin təsdiq edilməsi, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət edilməsi, şöbənin tabeliyində olan strukturların işçilərinin digər strukturların iş prosesinə cəlb edilməsi barədə təhkim olunduğu ərazi vergilər departamenti və ya idarəsinə, həmçinin Vergilər Nazirliyinin rəhbərliyi qarşısında məsələ qaldırılması, şöbənin bölmə rəhbərləri və digər vəzifəli şəxsləri arasında vəzifə bölgüsünün aparılması və müvafiq fəaliyyət sahələrinin idarə olunmasının onlara həvalə edilməsi, daxili sənədlərin, şöbənin adından göndərilən xaric olan sənədlərin, habelə vergilər nazirinin müvafiq əmrləri ilə imzalamaq səlahiyyəti verilmiş digər sənədlərin imzalanması, təsdiq edilməsi, müvafiq möhürdən istifadə edilməsi, Vergilər Nazirliyinin normativ sənədlərində başqa qayda nəzərdə tutulmamışdırsa, şöbənin strukturlarının vəzifələrində birbaşa göstərilməyən, lakin şöbənin fəaliyyət istiqamətlərindən irəli gələn vəzifələrin strukturlardan hər hansı birinə və ya bir neçəsinə (həmin struktura (strukturlara) funksional rəhbərliyi həyata keçirən Vergilər Nazirliyinin 16 müvafiq struktur vahidi (vahidləri) ilə razılaşdırılmaqla) həvalə edilməsi, vergi ödəyicilərində öz səlahiyyətləri daxilində kameral vergi yoxlamasının həyata keçirilməsi, hüquqi, fiziki və vəzifəli şəxslərə vergilərin, sığorta haqlarının hesablanması, maliyyə sanksiyaları və inzibati cərimələrin tətbiq edilməsi barədə qərar, habelə fəaliyyət istiqamətlərinə uyğun digər qərarların qəbul edilməsi, öz səlahiyyətləri daxilində vergi ödəyiciləri ilə “Vergi partnyorluğu Sazişi” bağlanması, şöbə üzrə Vergilər Nazirliyinin Kollegiyasında müzakirə edilməli məsələlərin müəyyən edilməsi və bu barədə təkliflərin Vergilər Nazirliyinin rəhbərliyinə təqdim edilməsi, qeyd olunan Əsasnamənin 1.2-ci bəndində göstərilən hüquqi aktların və normativ sənədlərin vaxtında və lazımi səviyyədə icrasının təmin edilməsi, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyinin bütün strukturlarından və digər qurumlardan zəruri məlumat və sənədlərin əldə edilməsi, şöbədə icra intizamına əməl edilməsi vəziyyətinin daim nəzarətdə saxlanılması, kargüzarlıq və arxiv işlərinin, habelə vətəndaşların qəbulunun qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsinin təmin edilməsi və şöbənin təmsil edilməsi səlahiyyətlərini yerinə yetirən təşkilati- sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli “maddi ziyanın ödənilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş kassa mədaxil orderindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən iş üzrə dəymiş ziyanın ödənilməsini təmin etmək məqsədi ilə 100.000 (bir yüz min) manat məbləğində vəsait Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına ödənilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli “maddi ziyanın ödənilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş kassa mədaxil orderindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən iş üzrə dəymiş ziyanın ödənilməsini təmin etmək məqsədi ilə 6.500 (altı min beş yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına ödənilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2015-ci il tarixli 108 nömrəli Şahid17 adından 1200 manat, xx.xx.2015-ci il tarixli 09 nömrəli Şahid60 adından 2000 manat, xx.xx.2016-cı il tarixli 23 nömrəli Şahid40 adından 400 manat, xx.xx.2015-ci il tarixli 83 nömrəli Elnur Sadıqovun adından 700 manat, xx.xx.2015-ci il tarixli 44 nömrəli Şahid45 adından 1200 manat, xx.xx.2077-ci il tarixli 21 nömrəli Şahid24 adından 2000 manat, xx.xx.2015-ci il tarixli 38 nömrəli Şahid14 adından 500 manat, xx.xx.2015-ci il tarixli 60 nömrəli Şahid30 adından 1200 manat, xx.xx.2015-ci il tarixli 60 nömrəli Şahid14 adından 1000 manat, xx.xx.2015-ci il tarixli Rəfayıl Məhərrəmovun adından 1200 manat, xx.xx.2015-ci il tarixli 15 nömrəli Şahid40 Habil oğlunun adından 1200 manat, xx.xx.2015ci il tarixli 33 nömrəli Şahid43 Soltan oğlunun adından 700 manat, xx.xx.2015-ci il tarixli 20 nömrəli X110 adından 600 manat, xx.xx.2015-ci il tarixli 40 nömrəli Şahid79 adından 600 manat, 29 yanvar 2015-ci il tarixli 43 nömrəli X53 adından 2000 manat, xx.xx.2015-ci il tarixli 88 nömrəli Şahid34 oğlunun adından 2400 manat, xx.xx.2015-ci il tarixli 87 nömrəli Şahid21 adından 2400 manat, xx.xx.2015-ci il tarixli 86 nömrəli Şahid47 adından 2400 manat, xx.xx.2015-ci il tarixli 17 nömrəli Şahid67 adından 400 manat, xx.xx.2015-ci il tarixli 59 nömrəli Şahid74 adından 1200 manat, xx.xx.2015-ci il tarixli 25 nömrəli İlyas Hüseynovun adından 700 manat, xx.xx.2015-ci il tarixli 109 nömrəli X112 adından 1000 manat, xx.xx.2015-ci il tarixli 35 nömrəli X60 adından 800 manat, xx.xx.2015-ci il tarixli 12 nömrəli Şahid70 adından 200 manat, xx.xx.2015-ci il tarixli 36 nömrəli Qalib.Ələkbərovun adından 500 manat, xx.xx.2015-ci il tarixli 46 nömrəli Şahid10 adından 600 manat, xx.xx.2015-ci il tarixli 27 nömrəli Duman Hacıyevin adından 400 manat, xx.xx.2015-ci il tarixli 11 nömrəli Şahin Məmmədovun adından 1500 manat, xx.xx.2015-ci il tarixli 20 nömrəli Şahid78 adından 1200 manat, xx.xx.2015-ci il tarixli 31 nömrəli Vüsal Quliyevin adından 2000 manat, xx.xx.2015-ci il tarixli 61 nömrəli Qoşqar Seyidzadənin adından 4000 manat, Yasin Bağırov adından 3000 manat, 30 yanvar 2015-ci il tarixli Şahid78 adından 1200 manat, 29 yanvar 2016-cı il tarixli 18 nömrəli Şahid22 adından 4000 manat, Şahid57 adından 1000 manat, xx.xx.2016-ci il tarixli 17 nömrəli X133 adından 1000 manat, 23 noyabr 2015-ci il tarixli 42 nömrəli Ceyhun Əliyev adından 500 manat, xx.xx.2015-ci il tarixli 113 nömrəli X21 adından 800 manat, xx.xx.2015-ci il tarixli 65 nömrəli X111 adından 1000 manat, xx.xx.2015-ci il tarixli 63 nömrəli X52 adından 800 manat, xx.xx.2015-ci il tarixli 18 nömrəli Rafael Məmmədovun adından 700 manat, xx.xx.2015-ci il tarixli 14 nömrəli Yaşar Əzizovun adından 1000 manat, xx.xx.2015-ci il tarixli X54 adından 1000 manat ödənilməsi haqqında orderlər və xx.xx.2018-ci il tarixli TT**********678128 nömrəli X153 adından 1000 manat, xx.xx.2018-ci il tarixli TT**********1604000 nömrəli X103 adından 4000 manat, xx.xx.2017-ci il tarixli TT1444806 nömrəli Şahid31 adından 2000 manat, xx.xx.2015-ci il tarixli 113 nömrəli X21 adından 800 manat ödənilməsi barədə qəbzlər iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində ittiham olunduğu cinayətlə heç bir əlaqəsinin olmadığını, həmin cinayət əməllərini Şahid2 ilə İltifat Abdullayevin törətdiyini, sonuncuların birlikdə 433.852,4 manat məbləğində vəsaiti mənimsədiyini, Şahid2 ona ailəvi dostluq münasibətində olduğunu bildirib bu işi üzərinə götürməsini, kənarlaşma məbləğinin az olduğunu, hətta ekspertiza ilə bu məbləğin azalacağını və özü tərəfindən bütün vəsaitin ödəniləcəyini bildirdiyini, 106.500 manat məbləğində ödənilmiş zərərin onun tərəfindən deyil, Şahid2 tərəfindən ödənildiyini, Şahid2 qadın olaraq zəif cinsin nümayəndəsi olmasını, yataq xəstəsi olan oğlunun olmasını, ailəvi münasibətlərinin olmasını və bir qadın kimi sonuncuya hörmət etməsini nəzərə alaraq bu cinayəti öz üzərinə götürdüyünü, bununla belə özünü tam olaraq təqsirsiz hesab etdiyini, ittiham üzrə ona elan edilmiş 433.852,4 manat məbləğində mənimsəmədən heç bir məlumatının olmadığını, həmin məbləği mənimsəmədiyini və əvvəlcədən planlaşdıraraq heç bir vergi ödəyicisindən heç bir zaman mənimsəmə məqsədi ilə hər hansı bir məbləğdə pul almadığını, təqsirləndirildiyi cinayət işi üzrə də özünü tam olaraq günahsız hesab etdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2019-cu il tarixdə verdiyi ilkin izahatı, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə şahid qismində verdiyi ifadələri, xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, məhkəmə istintaqı zamanı- xx.xx.2020-ci il tarixdə verdiyi qismən etirafedici ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs qeyd edilən ifadələrdə özünü qismən təqsirli bilməklə verdiyi ifadələrində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ağdam rayon Vergilər Şöbəsinin rəisi vəzifəsində işləyərkən 2015-2018-ci illər ərzində vergi ödəyicilərindən nağd şəkildə almış olduğu vergi ödənişlərini mənimsəyərək saxta bank qəbzləri düzəltməklə həmin ödənişlərin guya dövlət hesabına keçməsi görünüşünü yaratmaq üçün sözügedən qəbzlərin AVİS sisteminə işlənməsinə nail olduğunu, həmin illər ərzində təxminən 400-500 min manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmədən mənimsədiyini, Vergilər Nazirliyinin əməkdaşları tərəfindən aparılan yoxlamaların nəticələri ilə qismən razı olduğunu, ailə vəziyyəti ilə bağlı yaranmış olan borclarını ödəmək məqsədi ilə Ağdam rayon Vergilər şöbəsinin direktoru vəzifəsində işlədiyi müvafiq müddət ərzində pulları mənimsədiyini, vergi ödəyicilərinə aid bütün qəbzləri şəxsən özünün gizli yolla saxtalaşdırdığını, həmin cinayət əməlinin törədilməsində ondan başqa kimsənin iştirakı olmadığını və özünün tək vergi ödəyicilərinin pullarını mənimsədiyini etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Departamentinin xidməti araşdırmalar şöbəsi tərəfindən müvafiq ilkin araşdırma aparılan zaman da xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə verdiyi izahatlarında ittiham olunduğu cinayət əməllərini şəxsən özünün törətməsini tam olaraq etiraf etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs əvvəlki məhkəmə istintaqında ayrı-ayrı vaxtlarda fərqli məzmunlu ifadələr verərək Şahid22 pul aldığını, həmin pulu X286 ödəmək üçün götürdüyünü, banka ödədiyini və ödəniş qəbzlərini də vergi ödəyicisinə verdiyini, həmçinin Şahid21 da göndərdiyi vəsaiti aldığını, həmin məbləğin nə qədər olduğunu xatırlamadığını, həmin vəsait də banka ödədiyini və ödəniş qəbzlərini vergi ödəyicisinə təqdim etdiyini göstərmişdir. O cümlədən, iş üzrə şahid qismində dindirilmiş mərhum Şahid2 ifadəsində ödəniş sənədlərinin gündəlik olaraq şöbəyə Ağdam rayonu üzrə Maliyyə İdarəsi tərəfindən hər dəfə ayrı-ayrı mülki şəxslər vasitəsilə göndərildiyini, əksər vaxtlarda günün axşam saatlarında şöbəyə çatdırıldığı üçün həmin sənədlərin növbədə olan polis əməkdaşının qəbul etdiyini, şöbədə olduğu vaxtlarda sənədlərin Təqsirləndirilən şəxs, heç kim olmadıqda isə növbəti gün ona və ya onun əməkdaşlarından birinə təqdim edildiyini, Nazirliyin Daxili Təhlükəsizlik Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı mənimsəmə məsələsi aşkar edildikdə, yəni xx.xx.2019-cu il tarixdə saxtakarlıq barədə məlumatının olduğunu, əməkdaşlar tərəfindən daxilolma sənədlərinə baxış keçirilərkən 2017-ci ilə aid ödəniş sənədlərinin arasından üzərində 2016-cı il qeyd olunmuş ödəniş sənədi aşkar olunduqdan sonra sənədlərə müdaxilə olunduğunu bildiyini, həmin tarixədək olan dövr ərzində isə ödəniş sənədlərinə hər-hansı müdaxilə olunması barədə xəbəri olmadığını, müdaxilə aşkar olunan zaman da şöbənin direktoru Təqsirləndirilən şəxs yol verilmiş qanun pozuntularını şəxsən özünün törətdiyini etiraf etdiyini göstərmişdir. Habelə məhkəmə istintaqı zamanı iki dəfə ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs iştirakı ilə Şahid2 şahid qismində ifadə verərkən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərində və pulların mənimsənilməsində Şahid2 rolunun və iştirakının olmasını bildirməmişdir. Hətta ibtidai istintaq zamanı xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxsla Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində ziyanın ödənilməsində köməklik edə biləcəyini düşündüyü üçün Şahid2 adını çəkdiyini, lakin heç bir məbləğdə ziyan ödəmədiyi üçün həqiqəti danışıb Şahid2 bu cinayətdə iştirakının olmadığını, vergi ödəyicilərinin pullarının mənimsənilməsində və saxta sənədlərin hazırlanaraq vergi ödəyicilərinin iş vərəqələrinə işlənməsində Şahid2 iştirakının olmadığını, ümumiyyətlə də sonuncunun bundan xəbəri olmadığını göstərmişdir. Həmin istintaq hərəkəti zaman Şahid2 da ifadəsinə Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun dediklərindən, yəni vergi ödəyicilərin ödədiyi pulların mənimsənilməsindən və həmin pulların Ağdam rayonu üzrə Maliyyə İdarəsinin əməkdaşı Faiq Mirzəyevlə bölüşdürülməsindən xəbərinin olmadığını göstərmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin Bəyannamələrin təhlili şöbəsinin böyük dövlət vergi müfəttişi işləmiş Şahid4 ifadəsində göstərmişdir ki, daxilolma sənədləri iş saatından sonra gətirildikdə növbədə olan polis əməkdaşına və ya Təqsirləndirilən şəxs işdə olduğu təqdirdə sonuncuya təqdim olunmuş, həmin şəxslər isə növbəti gün daxilolma sənədlərini işlənilməsi üçün bölməyə təqdim etmişlər, Ağdam rayon Vergilər Şöbəsindən üzləşmələr Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən aparılmış, AVİS-in altmoduluna işlənməsi üçün Ağdam rayonu üzrə Maliyyə idarəsindən daxil olan ödəniş sənədlərini adətən mühafizəçi polisdən, Təqsirləndirilən şəxs, Şahid2 və yaxud Maliyyə İdarəsindən göndərilmiş taksi sürücüsündən qəbul etmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin X192 idarəsinin Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbəsinin baş dövlət vergi müfəttişi işləmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Ağdam Rayon Vergilər Şöbəsinin direktoru kimi Təqsirləndirilən şəxs tanımış, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə vergi ödəyicisi Şahid22 şəxsi hesab vərəqəsinə işlənilmiş ümumilikdə 6000 manat məbləğində ödənişin Təqsirləndirilən şəxs tərəfindən vergi ödəyicisindən götürülməsindən məlumatlı olmuş, adı qeyd olunan vergi ödəyicisi həmin məbləğdə pulu Təqsirləndirilən şəxs verərkən telefon vasitəsilə əlaqə yaradaq bu barədə məlumat vermiş, o da öz növbəsində rəhbərliyi altında işlədiyi Şahid8 tapşırığına əsasən pulu Təqsirləndirilən şəxs verməsini bildirmişdir. Bundan başqa da 2017-2018-ci illər ərzində təxminən 3-4 dəfə olmaqla Ağdam Rayon Vergilər Şöbəsinin inzibati binasında dövlət büdcəsinə ödənilməsi məqsədi ilə adlarını xatırlamadığı vergi ödəyicilərinin pullarını şəxsən Təqsirləndirilən şəxs vermişdir. O cümlədən iş üzrə şahid qismində dindirilmiş Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin X192 idarəsinin Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbəsinin rəhbəri işləmiş Şahid1 Niyazı oğlu ifadəsində göstərmişdir ki, ünvan 3ndə yerləşən “Star.Market” adlı obyekti işlədən vergi ödəyicisi Şahid24 OVN tədbirinin nəticələrinə əsasən yaranmış borcdan 4000 manatını ödəmək istədiyini bildirib əvəzindən pulun onun tərəfindən ödənilməsini xahiş etmiş, o da bu zaman planın icrasının tam təmin edilməsi üçün Ağdam Rayon Vergilər Şöbəsinin direktoru Təqsirləndirilən şəxs zəng edərək büdcəyə ödənilməli 4000 manat məbləğində pul olduğunu və həmin məbləğin vergi ödəyicisindən götürüb ödəməsini xahiş etmiş, Təqsirləndirilən şəxs isə ona telefonda obyektin yerini dəqiqləşdirib ora adam göndərəcəyini söyləmiş, təxminən yarım saat sonra əvvəllər tanımadığı, adını bilmədiyi, Təqsirləndirilən şəxs tanışı kimi özünü təqdim edən mülki formada olan şəxs obyektə gəlmiş və sonuncunun onu göndərdiyini bildirmiş, o da həmin vaxt yadında qaldığına görə vergi ödəyicisi və ya onun nümayəndəsindən 4000 manat məbləğində pulu alıb Təqsirləndirilən şəxs tərəfindən banka ödənilməsi məqsədilə həmin tanımadığı şəxsə vermişdir. Habelə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid22 ifadəsində vergi ödənişini Ağdam rayon Vergilər Şöbəsinin əməkdaşı Təqsirləndirilən şəxs vergiləri nağd şəkildə ödədiyini göstərmişdir. O cümlədən məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid21 da ifadəsində pulu Təqsirləndirilən şəxs taksi sürücüsü vasitəsilə göndərdiyini bildirmişdir. Hətta iş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, 19 nəfər ayrı-ayrı vergi ödəyicilərin adından müəyyən məbləğdə pulu ödənilməsi haqqında orderdəki yazılar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda, iş materiallarında olan məhkəmə sənədlərin-texniki ekspertizasının rəyindən görünür ki, 44 nəfər ayrı-ayrı vergi ödəyicilərin adından müəyyən məbləğdə pulu ödənilməsi barədə qəbzlərin üzərilərində olan ştamp əksləri elektrofotoqrafik çap üsulu (lazer printer, ağ-qara surətçıxaran və s.) ilə çap edilmişdirlər. Bundan əlavə, iş materiallarında olan xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli kassa mədaxil orderlərindən də görünür ki, Təqsirləndirilən şəxs həmin tarixlərdə dəymiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədi ilə ümumilikdə 106.500 (bir yüz altı min beş yüz) manat məbləğində pul ödəmişdir. Göründüyü kimi ona elan olunmuş ittiham üzrə məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyən Təqsirləndirilən şəxs müdafiəçiyə malik olmasına baxmayaraq nədənsə ibtidai istintaq dövründə, yəni əvvəldən sonadək özünü təqsirli bilməklə təqsirləndiyi cinayət əməllərini tək törətməsini etiraf etmiş, həmçinin mərhum Şahid2 və digər şəxslərin ittiham olunduğu əməllərin törədilməsində iştirakını inkar etmiş, hətta bununla kifayətlənməyərək ibtidai istintaq zamanı da ümumi dəymiş maddi ziyanın təxminən 25 faizinə yaxın hissəsini, yəni 106.500 (bir yüz altı min beş yüz) manat məbləğində vəsaiti Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına ödəmişdir. Belə olan halda məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünün də bildirdiyi kimi, yəni uzun müddət vergi orqanlarına işləməsini, ali təhsilli olmasını və vergi işini yaxşı bilməsini nəzərə alaraq hesab edir ki, onun məhkəmə istintaqında özünü müdafiə məqsədilə gətirdiyi dəlillər öz təsdiqini tapmır. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu, o cümlədən 2018-ci ildə vəfat etmiş İltifat Abdullayevin, 2020-ci ildə isə vəfat etmiş Şahid2 adlarını hadisədən təxminən 6 ilə yaxın vaxt keçəndən sonra çəkməsi özüözlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2019-cu il tarixdə verdiyi ilkin izahatını, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə şahid qismində, xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2019-cu il tarixdə verdiyi ilkin izahatı, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə şahid qismində, xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ağdam rayon Vergilər Şöbəsinin direktoru vəzifəsində işləyərkən Azərbaycan Respublikasının vergilər nazirinin 17 may 2019-cu il tarixli **********579400 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Rayon vergilər şöbələrinin əsasnaməsi”nə əsasən vəzifə səlahiyyətlərini yerinə yetirən təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi 433.852,40 (dörd yüz otuz üç min səkkiz yüz əlli iki manat qırx qəpik) manat məbləğində ona etibar edilmiş özgə əmlakını dövlət büdcəsinə ödəməyib şəxsi ehtiyacına sərf etməklə öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talaması, həmin hərəkətləri ilə vergi yığımı və büdcə vəsaitlərinin qorunub saxlanılması üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etməsi, vəzifəli şəxs qismində tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resursuna vahid niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Rayon vergilər şöbələrinin Əsasnaməsi”nə əsasən şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi, şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planları və digər bu kimi sənədlərin təsdiq edilməsi, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət edilməsi, şöbənin tabeliyində olan strukturların işçilərinin digər strukturların iş prosesinə cəlb edilməsi barədə təhkim olunduğu ərazi vergilər departamenti və ya idarəsinə, həmçinin Vergilər Nazirliyinin rəhbərliyi qarşısında məsələ qaldırılması, şöbənin bölmə rəhbərləri və digər vəzifəli şəxsləri arasında vəzifə bölgüsünün aparılması və müvafiq fəaliyyət sahələrinin idarə olunmasının onlara həvalə edilməsi, daxili sənədlərin, şöbənin adından göndərilən xaric olan sənədlərin, habelə vergilər nazirinin müvafiq əmrləri ilə imzalamaq səlahiyyəti verilmiş digər sənədlərin imzalanması, təsdiq edilməsi, müvafiq möhürdən istifadə edilməsi, Vergilər Nazirliyinin normativ sənədlərində başqa qayda nəzərdə tutulmamışdırsa, şöbənin strukturlarının vəzifələrində birbaşa göstərilməyən, lakin şöbənin fəaliyyət istiqamətlərindən irəli gələn vəzifələrin strukturlardan hər hansı birinə və ya bir neçəsinə (həmin struktura (strukturlara) funksional rəhbərliyi həyata keçirən Vergilər Nazirliyinin 16 müvafiq struktur vahidi (vahidləri) ilə razılaşdırılmaqla) həvalə edilməsi, vergi ödəyicilərində öz səlahiyyətləri daxilində kameral vergi yoxlamasının həyata keçirilməsi, hüquqi, fiziki və vəzifəli şəxslərə vergilərin, sığorta haqlarının hesablanması, maliyyə sanksiyaları və inzibati cərimələrin tətbiq edilməsi barədə qərar, habelə fəaliyyət istiqamətlərinə uyğun digər qərarların qəbul edilməsi, öz səlahiyyətləri daxilində vergi ödəyiciləri ilə “Vergi partnyorluğu Sazişi” bağlanması, şöbə üzrə Vergilər Nazirliyinin Kollegiyasında müzakirə edilməli məsələlərin müəyyən edilməsi və bu barədə təkliflərin Vergilər Nazirliyinin rəhbərliyinə təqdim edilməsi, qeyd olunan Əsasnamənin 1.2-ci bəndində göstərilən hüquqi aktların və normativ sənədlərin vaxtında və lazımi səviyyədə icrasının təmin edilməsi, şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyinin bütün strukturlarından və digər qurumlardan zəruri məlumat və sənədlərin əldə edilməsi, şöbədə icra intizamına əməl edilməsi vəziyyətinin daim nəzarətdə saxlanılması, kargüzarlıq və arxiv işlərinin, habelə vətəndaşların qəbulunun qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsinin təmin edilməsi və şöbənin təmsil edilməsi şöbə rəisinin vəzifəsidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “vəzifəli şəxs” dedikdə dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər başa düşülür. Təşkilati-sərəncamverici funksiyanı həyata keçirən şəxs, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatların fəaliyyətini idarə edir. Bu cür funksiyanın həyata keçirilməsi insanlar üzərində rəhbərlik etməklə əlaqədardır (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma, işin təşkili və s.). İnzibati-təsərrüfat funksiyası üçün isə insanlar üzərində rəhbərlik etmək mütləq deyil. Burada əsas maddi nemətlər üzərində nəzarət və onların idarə olunması, onların buraxılmasının, qəbul olunmasının, məsuliyyətli saxlanılmasının, realizə olunmasının və s. təşkil edilməsidir. Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ağdam rayon Vergilər Şöbəsinin direktoru vəzifəsində işləyərkən “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Rayon vergilər şöbələrinin Əsasnaməsi”nə əsasən təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs olmuşdur. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi cinayət nəticəsində dəymiş ziyanın onun tərəfindən qismən ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cəzalandırılmalı, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ona cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinin sanksiyasında iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Hazırkı işinin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətləri əhatə edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunduğuna görə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin əmələ görə nəzərdə tutulmuş iki illik cinayət məsuliyyətinə cəlb etmə müddəti başa çatmışdır. Bundan əlavə də, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçsə də, Təqsirləndirilən şəxs həmin hissədə özünü təqsirli bilmədiyi və müdafiə tərəfi təqsirləndirilən şəxs barəsində cinayət təqibinə həmin hissədə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq bildirmədiyi üçün verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə Təqsirləndirilən şəxs cəza təyin edilmədən ittiham hökmü çıxarılması qanunidir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsi cinayət təqibini istisna etdiyi üçün, həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinməklə yanaşı, ona həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə birbirindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-in 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedaqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə əlavə cəza qismində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, əsas cəza qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək, ona əlavə cəza qismində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, əsas cəza qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni 22 iyul 2019-cu il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (köhnə adı Azərbaycan Respublikasının Vergilər Nazirliyi) xx.xx.2020-ci il tarixdə zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı kimi tanınaraq Təqsirləndirilən şəxs qarşı 411.983 (dörd yüz on bir min doqquz yüz səksən üç) manat maddi ziyanın ondan tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddia vermişdir. Zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2020-ci il tarixdə mülki iddianın həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs 433.852,4 (dörd yüz otuz üç min səkkiz yüz əli iki manat qırx qəpik) manat maddi ziyanın tutularaq dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli kassa mədaxil orderlərindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixlərdə dəymiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədi ilə ümumilikdə 106.500 (bir yüz altı min beş yüz) manat məbləğində pulu Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına ödəmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.1 və 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Cinayət-Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət-Prosessual Məcəlləsinin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 72-ci bəndində göstərilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri nəticəsində zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə maddi ziyan vurulması məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Məhkəmə tərkibi işin faktiki hallarına və yuxarıda qeyd olunan araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mülki iddiası tam təmin olunmalı, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs dəymiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədi ilə ümumilikdə ödədiyi Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 106.500 (bir yüz altı min beş yüz) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülməli, qalan 327.352,4 (üç yüz iyirmi yeddi min üç yüz əlli iki manat qırx qəpik) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 551 (beş yüz əlli bir) manat 52 (əlli iki) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış xx.xx.2015-ci il tarixli 108 nömrəli Şahid17 adından 1200 manat, xx.xx.2015-ci il tarixli 09 nömrəli Şahid60 adından 2000 manat, xx.xx.2016-cı il tarixli 23 nömrəli Şahid40 adından 400 manat, xx.xx.2015-ci il tarixli 83 nömrəli Elnur Sadıqovun adından 700 manat, xx.xx.2015-ci il tarixli 44 nömrəli Şahid45 adından 1200 manat, xx.xx.2077-ci il tarixli 21 nömrəli Şahid24 adından 2000 manat, xx.xx.2015-ci il tarixli 38 nömrəli Şahid14 adından 500 manat, xx.xx.2015-ci il tarixli 60 nömrəli Şahid30 adından 1200 manat, xx.xx.2015-ci il tarixli 60 nömrəli Şahid14 adından 1000 manat, xx.xx.2015-ci il tarixli Rəfayıl Məhərrəmovun adından 1200 manat, xx.xx.2015-ci il tarixli 15 nömrəli Şahid40 Habil oğlunun adından 1200 manat, xx.xx.2015-ci il tarixli 33 nömrəli Şahid43 Soltan oğlunun adından 700 manat, xx.xx.2015-ci il tarixli 20 nömrəli X110 adından 600 manat, xx.xx.2015-ci il tarixli 40 nömrəli Şahid79 adından 600 manat, 29 yanvar 2015-ci il tarixli 43 nömrəli X53 adından 2000 manat, xx.xx.2015-ci il tarixli 88 nömrəli Şahid34 oğlunun adından 2400 manat, xx.xx.2015-ci il tarixli 87 nömrəli Şahid21 adından 2400 manat, xx.xx.2015-ci il tarixli 86 nömrəli Şahid47 adından 2400 manat, xx.xx.2015-ci il tarixli 17 nömrəli Şahid67 adından 400 manat, xx.xx.2015-ci il tarixli 59 nömrəli Şahid74 adından 1200 manat, xx.xx.2015-ci il tarixli 25 nömrəli İlyas Hüseynovun adından 700 manat, xx.xx.2015-ci il tarixli 109 nömrəli X112 adından 1000 manat, xx.xx.2015-ci il tarixli 35 nömrəli X60 adından 800 manat, xx.xx.2015-ci il tarixli 12 nömrəli Şahid70 adından 200 manat, xx.xx.2015-ci il tarixli 36 nömrəli Qalib.Ələkbərovun adından 500 manat, xx.xx.2015-ci il tarixli 46 nömrəli Şahid10 adından 600 manat, xx.xx.2015-ci il tarixli 27 nömrəli Duman Hacıyevin adından 400 manat, xx.xx.2015-ci il tarixli 11 nömrəli Şahin Məmmədovun adından 1500 manat, xx.xx.2015-ci il tarixli 20 nömrəli Şahid78 adından 1200 manat, xx.xx.2015-ci il tarixli 31 nömrəli Vüsal Quliyevin adından 2000 manat, xx.xx.2015-ci il tarixli 61 nömrəli Qoşqar Seyidzadənin adından 4000 manat, Yasin Bağırov adından 3000 manat, 30 yanvar 2015-ci il tarixli Şahid78 adından 1200 manat, 29 yanvar 2016-cı il tarixli 18 nömrəli Şahid22 adından 4000 manat, Şahid57 adından 1000 manat, xx.xx.2016-ci il tarixli 17 nömrəli X133 adından 1000 manat, 23 noyabr 2015-ci il tarixli 42 nömrəli Ceyhun Əliyev adından 500 manat, xx.xx.2015-ci il tarixli 113 nömrəli X21 adından 800 manat, xx.xx.2015-ci il tarixli 65 nömrəli X111 adından 1000 manat, xx.xx.2015-ci il tarixli 63 nömrəli X52 adından 800 manat, xx.xx.2015-ci il tarixli 18 nömrəli Rafael Məmmədovun adından 700 manat, xx.xx.2015-ci il tarixli 14 nömrəli Yaşar Əzizovun adından 1000 manat, xx.xx.2015-ci il tarixli X54 adından 1000 manat ödənilməsi haqqında orderlər və xx.xx.2018-ci il tarixli TT**********678128 nömrəli X153 adından 1000 manat, xx.xx.2018-ci il tarixli TT**********1604000 nömrəli X103 adından 4000 manat, xx.xx.2017-ci il tarixli TT1444806 nömrəli Şahid31 adından 2000 manat, xx.xx.2015-ci il tarixli 113 nömrəli X21 adından 800 manat ödənilməsi barədə qəbzlər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-187, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 22 iyul 2019-cu il tarixdən hesablansın. İş üzrə zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mülki iddiası tam təmin edilsin, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs dəymiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədi ilə ümumilikdə ödədiyi Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 106.500 (bir yüz altı min beş yüz) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülsün, qalan 327.352,4 (üç yüz iyirmi yeddi min üç yüz əlli iki manat qırx qəpik) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 551 (beş yüz əlli bir) manat 52 (əlli iki) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2015-ci il tarixli 108 nömrəli Şahid17 adından 1200 manat, xx.xx.2015-ci il tarixli 09 nömrəli Şahid60 adından 2000 manat, xx.xx.2016-cı il tarixli 23 nömrəli Şahid40 adından 400 manat, xx.xx.2015-ci il tarixli 83 nömrəli Elnur Sadıqovun adından 700 manat, xx.xx.2015-ci il tarixli 44 nömrəli Şahid45 adından 1200 manat, xx.xx.2077-ci il tarixli 21 nömrəli Şahid24 adından 2000 manat, xx.xx.2015-ci il tarixli 38 nömrəli Şahid14 adından 500 manat, xx.xx.2015-ci il tarixli 60 nömrəli Şahid30 adından 1200 manat, xx.xx.2015-ci il tarixli 60 nömrəli Şahid14 adından 1000 manat, xx.xx.2015-ci il tarixli Rəfayıl Məhərrəmovun adından 1200 manat, xx.xx.2015-ci il tarixli 15 nömrəli Şahid40 Habil oğlunun adından 1200 manat, xx.xx.2015ci il tarixli 33 nömrəli Şahid43 Soltan oğlunun adından 700 manat, xx.xx.2015-ci il tarixli 20 nömrəli X110 adından 600 manat, xx.xx.2015-ci il tarixli 40 nömrəli Şahid79 adından 600 manat, 29 yanvar 2015-ci il tarixli 43 nömrəli X53 adından 2000 manat, xx.xx.2015-ci il tarixli 88 nömrəli Şahid34 oğlunun adından 2400 manat, xx.xx.2015-ci il tarixli 87 nömrəli Şahid21 adından 2400 manat, xx.xx.2015-ci il tarixli 86 nömrəli Şahid47 adından 2400 manat, xx.xx.2015-ci il tarixli 17 nömrəli Şahid67 adından 400 manat, xx.xx.2015-ci il tarixli 59 nömrəli Şahid74 adından 1200 manat, xx.xx.2015-ci il tarixli 25 nömrəli İlyas Hüseynovun adından 700 manat, xx.xx.2015-ci il tarixli 109 nömrəli X112 adından 1000 manat, xx.xx.2015-ci il tarixli 35 nömrəli X60 adından 800 manat, xx.xx.2015-ci il tarixli 12 nömrəli Şahid70 adından 200 manat, xx.xx.2015-ci il tarixli 36 nömrəli Qalib.Ələkbərovun adından 500 manat, xx.xx.2015-ci il tarixli 46 nömrəli Şahid10 adından 600 manat, xx.xx.2015-ci il tarixli 27 nömrəli Duman Hacıyevin adından 400 manat, xx.xx.2015-ci il tarixli 11 nömrəli Şahin Məmmədovun adından 1500 manat, xx.xx.2015-ci il tarixli 20 nömrəli Şahid78 adından 1200 manat, xx.xx.2015-ci il tarixli 31 nömrəli Vüsal Quliyevin adından 2000 manat, xx.xx.2015-ci il tarixli 61 nömrəli Qoşqar Seyidzadənin adından 4000 manat, Yasin Bağırov adından 3000 manat, 30 yanvar 2015-ci il tarixli Şahid78 adından 1200 manat, 29 yanvar 2016-cı il tarixli 18 nömrəli Şahid22 adından 4000 manat, Şahid57 adından 1000 manat, xx.xx.2016-ci il tarixli 17 nömrəli X133 adından 1000 manat, 23 noyabr 2015-ci il tarixli 42 nömrəli Ceyhun Əliyev adından 500 manat, xx.xx.2015-ci il tarixli 113 nömrəli X21 adından 800 manat, xx.xx.2015-ci il tarixli 65 nömrəli X111 adından 1000 manat, xx.xx.2015-ci il tarixli 63 nömrəli X52 adından 800 manat, xx.xx.2015-ci il tarixli 18 nömrəli Rafael Məmmədovun adından 700 manat, xx.xx.2015-ci il tarixli 14 nömrəli Yaşar Əzizovun adından 1000 manat, xx.xx.2015-ci il tarixli X54 adından 1000 manat ödənilməsi haqqında orderlər və xx.xx.2018-ci il tarixli TT**********678128 nömrəli X153 adından 1000 manat, xx.xx.2018-ci il tarixli TT**********1604000 nömrəli X103 adından 4000 manat, xx.xx.2017-ci il tarixli TT1444806 nömrəli Şahid31 adından 2000 manat, xx.xx.2015-ci il tarixli 113 nömrəli X21 adından 800 manat ödənilməsi barədə qəbzlər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar