Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-3/2025 08.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X6 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir az yaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulanadək ünvan 2də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 27 mart 2015-ci il tarixə qədər daimi gəlir mənbəsi olmadığından on ildən artıq tanıdığı poçtalyon X4 sosial ödənişlər üçün nəzərdə tutulmuş pul vəsaitlərinin olmasını, həmin vəsaitin zərərçəkmiş şəxs tərəfindən işlədiyi Rusiya Federasiyasinın “Rusiya poçtu”nun Qaraçay-Çərkəz Respublikası idarəsinin Ust-Cequtin poçtamptı ayrıca struktur bölməsi olan dövlət qurumundan təqaüd alan şəxslərə 255593,89 rublun paylaması üçün xəzinədən sonuncu tərəfindən nəğdləşdirilməklə götürülməsini, həmin pulun bir hissəsini təqaüdçülərə paylamasını, həmin puldan 222506,62 (iki yüz iyirmi iki min beş yüz altı rubl 62 qəpik) rublun həmin dövrün məzənnəsinə uyğun olaraq 3916,1 (üç min doqquz yüz on altı manat, on qəpik) manat pulun üzərində və yaşadığı evində saxlamasını bilib, tamah məqsədilə G.N.Yesentayevaya məxsus özgənin qeyd olunan məbləğdə pul-əmlakını ələ keçirmə niyyətilə, eləcə də sonuncunun tək yaşamasından istifadə edərək istintaqa məlum olmayan mənbədən əldə etdiyi kəsici-deşici xassəyə malik soyuq silah hesab edilməyən silah qismində istifadə etdiyi təsərüffat-məişət təyinatlı bıçağı ilə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla, sağlamlığına ağır zərər vurmaqla basqın edib, qəsdən həyatdan məhrum etməklə öldürüb əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 27 mart 2015-ci il saat 04 radələrində onun yaşadığı Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası, Malokaraçayev rayonu Uçkeken kəndi, U. Alıyev küçəsi, mənzil 25 ünvanına gedib yaşayış sahəsinə hüquqamüvafiq qaydada, yəni tanışlığa görə şəxsi münasibətlərindən istifadə edərək zərərçəkmiş şəxsin yaşadığı evinə daxil olaraq, özgənin əmlakını ələ keçirmə məqsədini həyata keçirmək üçün evdə tək olan G.N.Yesentayevanın həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, zərərçəkmişdə olan pul vəsaitlərinin açıq talamaq üçün həmin pul vəsaitinin yerini sonuncudan öyrənib, pulun həmin yerdə olmasına əmin olduqdan sonra, Təqsirləndirilən şəxs bərk küt əşya hesab edilən əli və ayaqları, eləcə də həmin mətbəx bıçağı ilə həyati vacib orqanlara baş, bədən, əl-ayaq nahiyyələrinə, ən azı otuz iki ədəd zərbə, yəni sağikən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan burun-dodaq uçbucağı nahiyyəsinə nüfuz etməyən bir kəsilmiş-deşilmiş 1 ədəd yara, sağdan aşağı çənənin küncünün proyeksiyasında kəsilmişdeşilmiş 1 ədəd yara, başın saçlı hissəsinin ənsə nahiyəsinin nüfuz etməyən kəsilmişdeşilmiş 2 ədəd yara, sol yanaq nahiyyəsinin nüfuz etməyən kəsilmiş-deşilmiş 5 ədəd yara, sağ bazu önü kəsilmiş-deşilmiş 4 ədəd yara, sağ əlin 2, 3, 4, 5 barmaqlarının kəsilmiş 4 ədəd yara, sol əlin iç hissəsinin kəsilmiş-deşilmiş 1 ədəd yara, sol bazu önünün kəsilmiş deşilmiş 1 ədəd yara, belin sağdan kəsilmiş-deşilmiş 1 ədəd yara, sağ sağrı nahiyənin kəsilmiş-deşilmiş 1 ədəd yara xəsarətləri yetirməklə Yüngül zərər vurmağa, bundan başqa, sağikən sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan bərk küt əşya ilə ən azı iki zərbə vuraraq döş və boyun nahiyyəsinə sağdan ön qoltuqaltı xətt üzrə 4-5 qabırğaların sınmaları şəklində və dilaltı sümüyün sol böyük buynuzunun sınması ilə müşayət edilən, həmçinin, həyat üçün təhlükəli olan massiv daxili və qanaxmailə nəticələnən, sağikən sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən sağ yanaq nahiyyəsinin 1 ədəd kəsilmiş yara, boynun sağdan nüfuz etməyən kəsilmiş-deşilmiş 5 ədəd yara, soldan yanaq nahiyyəsinin kəsilmş-deşilmiş 1 ədəd yara, döş qəfəsinin sağdan nüfuz etməyən kəsilmiş-deşilmiş 1 ədəd yara, sağ əlində kəsilmiş 1 ədəd yara, sol əlin kəsilmiş 1 ədəd yara, qarnın kəsilmiş-deşilmiş 1 ədəd yara xəsarətləri yetirməklə az ağır dərəcəli zərər vurmağa aid edilən, eləcə də, sol ağ ciyərin zədələnməsi ilə döş qəfəsinin nüfuz edən kəsilmiş-deşilmiş 2 ədəd yara, sağdan yuxu arteriyasının zədələnməsi ilə boynun kəsilmiş-deşilmiş 1 ədəd yara sağlamlığa Ağır dərəcəli zərər vurmağa aid edilən xəsarətlərini yetirməklə qəsdən onu quldurluqla əlaqədar öldürməklə həyatdan məhrum etdikdən sonra yaşayış sahəsində saxlanılan sosial ödənişlərin edilməsi üçün nəzərdə tutulmuş 222506,62 (iki yüz iyirmi iki min beş yüz altı rubl 62 qəpik) rubl, həmin dövrün məzənnəsinə uyğun olaraq 3916,1 (üç min doqquz yüz on altı manat, on qəpik) manat dəyərində pulu talayaraq maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 1992-ci ildə o, ailəsi, yəni qardaşı Sərxan, bacısı Aytən, anası Fərqiyyə, atası Saləddinlə birlikdə Rusya Federasiyasinin Kislovodsk şəhərinə köçmüş, daha sonra isə Qaraçay-Çərkəz Respublikasının Uçkeken kəndində yaşamışdır. Onlar təxminən 2005-ci ildən etibarən Uçkeken kəndində, Gülnarə Yesentayevaya məxsus bir otaqlı mənzildə kirayə qalmağa başlamışlar, ilk olaraq Gülnarə onlardan ayrı yaşamış, təxminən 2 - 3 il sonra isə sonuncu onlarla birlikdə həmin evdə yaşamağa başlamışdır. Bir müddət keçdikdə, ailəsi başqa ünvana, daha geniş bir mənzilə köçmüşdür. Mərhum Gülnara onlarla ailəvi dost olmuş, bu səbəbdəndə tez-tez bir-birilərinə qonaq gedirmişlər və sonuncu təklikdə yaşamağa qorxduğuna görə, onunla birlikdə qalmağını istəmiş, bu səbəbdən də valideyinlərinin icazəsi ilə o, vaxtaşırı olaraq, yəni həftədə bir dəfə və yaxud iki həftədə bir dəfə Gülnarənin evində gecələmiş, orada gecələyən zaman sonuncu qonaq otağında, o isə mətbəxdə yatmışdır. Gülnaranın Rusiyada qohumlarından heç kəs yaşamamışdır. Bundan əlavə, onların və Gülnaranın yaşadıqları evilərin arasında təxminən 100 metr məsafə olmuşdur. xx.xx.2015-ci il tarixdə olmuşdur. Belə ki, o, bir neçə həftə ərzində Kislovodskda qardaşı Sərxanla birlikdə Narine adlı qadının evində təmir işləri görmüş və həmin müddət ərzində onlar Narinenin evində qalmışlar. xx.xx.2015-ci il tarixdə Gülnara təxminən günorta vaxtları onun telefonuna zəng edərək çörək alıb gətirməyini xahiş etmiş, o isə həm bu səbəbə, həm dəki xx.xx.2015-ci il tarixdə Azərbaycana qayıtması ilə əlaqədar oraya Gülnara və evdəki ailə üzvləri ilə görüşmək üçün getmişdir. xx.xx.2015-ci il tarixdə təxminən saat 16-17 radələrində yol üstü Uçkekenə gedən, adlarını xatırlamadığı, erməni əsilli tanışları ilə getmiş, oraya çatdıqda “Aişə” adlı marketdən Gülnara üçün çörək alaraq öz mənzillərinə qalxaraq anasıyla görüşmüş və həmin vaxt əlində çörək olmuşdur. Daha sonra o, aşağı düşərkən atası ilə qarşılaşaraq görüşmüş və əlində olan çörəklə Gülnaranın evinə qalxmışdır. Gülnara mənzilinin qapısını açanda bu zaman sonuncunun qonşusu olan Maqomed adlı şəxs də öz mənzilinin qapısını açmış və onların qapıları bir biri ilə toqquşduğundan, o, Maqomeddən qapını biraz ötməsini və içəri keçməyinə icazə verməsini xahiş etmişdir. Daha sonra o, mənzilə daxil olaraq Gülnara ilə görüşmüş və evində kartof püresi yemiş, masamın üzərində olan Düşes limonadından, daha sonra isə çay içmişdir. Həmin limonadı da üzü bəzəkli olan stakandan içmişdir. Gülnaranın evinə o, ağ “kərpic” çörək almış, aldığı çörəkdən başqa sonuncunun evində qara çörəkdə olmuşdur. Təxminən saat 18-19 radələrində o, Gülnaranın evini tərk etmiş, poçtun yanında olan ağ rəngli 99 markalı avtomobilə minərək Kislovodska getmiş və yol ustudə “Mirniy” postundan keçmişdir. 99 markalı avtomobili idarə edən təxmini 50 yaşlı olan, ortaboylu, ağ saçlı, əynində ağ rəngli köynək və cins şalvar olan şəxs olmuşdur. Həmin şəxs adətən poçtun qarşısında dayanmışdır Kislovodska o, qardaşı ilə Narinenin evində gecələmiş və səhər saat 10 radələrində anasıyla bacısının gəlməsindən sonra Azərbaycana gəlmişdir. xx.xx.2015-ci il tarixdə gecə saatlarında o, Kislovodsk şəhərinə, qardaşının yanına getmişdir. Bundan əlavə, onların Rusiya Federasiyasında müvəqqəti yaşamaq üçün icazələri olmuş və miqrasiya işçilərinin deməsinə görə həmin icazə aprel ayında bitdiyindən, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasına getmək qərarına gəlmişlər. xx.xx.2015-ci ildə səhər saatlarında Kislovodsk şəhərindən yol maşını ilə çıxaraq onlar Dağıstan sərhəd-keçid məntəqəsinə gəlib, anası və qardaşı ilə birlikdə yol ustü sərhədi keçən avtobusa minərək xx.xx.2015-ci il tarixdə saat 01-02 radələrində Gəncəyə çatmışlar. Artıq Gəncəyə çatdıqdan təxminən bir neçə gün sonra Rusyadan müstəntiq onunla əlaqə saxlayaraq hadisə barədə məlumat vermiş, o isə zərurət yarandığı halda gələ biləcəyini söyləmişdir. Bundan sonra həmin müstəntiq ona üç nəfərin şəkilini göndərərək həmin şəxslərdən kimi tanıdığını soruşmuş, cavabında o, heç kəsi tanımadığını demişdir. Bundan bir müddət sonra qardaşı Rusiyaya getmiş, anası isə bir neçə ay onunla qaldıqdan sonra RF-na yollanmışdır. O, sənədlərinin hazır olmadığından Azərbaycanda qalmışdır. Daha sonra anası, onun Rusiyada axtarışda olduğu barədə məlumat vermiş, lakin burada həmin məlumatı yoxlatdıqda axtarışda olmadığı üzə çıxmışdır. Bu işlə əlaqədar Rusyada olan vəkili ona qarşı heç bir sübütün olmadığını bildirmiş və Rusiyaya gəlməməyini məsləhət görmüşdür. Onun həmin iş üzrə axtarışda olmağı barədə heç bir məlumatı olmamış, belə ki, Gəncədə yaşayaraq ailə həyatı qurmuş və axtarışda olmağı barədə heç nə bilməmişdir. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq axtarışda olduğunu bildirərək, Nizami Polis İdarəsinə, oradan da X26 aparmışlar. 1992-ci ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasına ailəvi olaraq işləmək və orada məskunlaşmaq üçün getmişdir. Rusiyada ustalıqla məşğul olaraq günəmuzd işləmiş və ailə üzvləri ilə birlikdə qalmışdır. Hazırda qardaşı, atası vəfat etmiş, anası və bacısı öz ailəsi ilə Rusiyanın Kislovodsk şəhərində yaşamışlar. O, Gülnaranı uşaqlıqdan tanıyaraq sonuncunun evində qalmış, Gülnara ona ana kimi olmuş, aralarında heç bir ədavət və ya düşməncəlik yaşanmamışdır. Gülnara poçt işçisi olmuş və öz işi barədə çox danışmağı sevməmiş, ümumiyyətlə sonuncu qapalı həyat tərzi sürmüşdür. Hazırda o, Uçkeken kəndindən Kislovodsk şəhərinə nə ilə getdiyini xatırlamamış, lakin qeyd etmişdir ki, kənddən şəhərə kimi avtomobillə həmin yolu təxminən 30-40 dəqiqəyə getmək mümkün olmuş və taksi pulu 200-300 rubl arası, avtobus pulu isə 25-30 rubl arası məbləğ təşkil etmişdir. Həmçinin o, X19 ifadəsində qeyd olunan xüsusatların yalan olduğunu və belə bir halın baş vermədiyini bildirmişdir. xx.xx.2015-ci ildən əvvəl isə o, Gülnara ilə təxminən 15- 16 mart tarixləri arası şəhərdə rastlaşmış, sonuncu dəfə isə evində təxminən bir ay əvvəl olmuşdur. RF-da yaşamaq üçün nəzərdə tutulmuş icazəsinin may ayında bitdiyini düşünməyərək, apreldə bitdiyini zənn etmiş və bu səbəbdəndə onlar xx.xx.2015-ci il tarixdə Azərbaycana getmək qərarına gəlmişlər, həmçinin Miqrasiya Xİdmətinin işçiləri də onlara xəbərdarlıq etmişlər. Bundan əlavə qardaşının onun Gülnaragilə getməyi barədə heç nə deməməsindən onun xəbəri olmamışdır. Telefonundan xx.xx.2015-ci il tarixdə saat 04:37-də olan zəngi o, Gülnaranı namaza durquzmaq üçün etmiş, belə ki, bunu Gülnaragildə olarkən sonuncunun özü xahiş etmişdir. Bundan əlavə o, ilkin ifadəsində həyacanlı olduğu üçün Gülnaranın evində qonağının olduğunu söyləmişdir. Həmçinin ilkin ifadəsi zamanı evə girib çörək yeməyini göstərmədiyinin səbəbi özünü şübhə altına almaq istəmədiyidən irəli gəlmişdir. İlkin ifadəsi zamanı o, həyacanlı olduğundan xx.xx.2015-ci il tarixdə Narine adlı şəxsin evində qaldığını deməmişdir. Sonuncu dəfə Gülnaranın evinə gəldikdə, o, orada yemək yemiş, limonad içmiş və ağ idman geyimini geyinərək getmişdir. Həmin idman geyimini də dolabdan götürmüşdür. Bundan əlavə o, uzun müddət keçdiyindən, anasının həmin gün əlində çörək olduğunu xatırlamadığını güman etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təxminən 20 ildən coxdur ki, əri Həsənov Saladdin, üç yetkinlik yaşına çatmış övladları, yəni oğulları Həsənov Sərxan, Təqsirləndirilən şəxs və qızı Şahid1lə birlikdə Rusiyada yaşamışdır. Əri, Malokaraçayev rayonu ərzisində təmir və tikinti ilə məşğul olmuş, X27 diyarı Kislovodsk ş. tikintidə işləmiş, Təqsirləndirilən şəxs isə atası ilə birlikdə Malokaraçayev rayonu ərazisində tikintidə çalışmışdır. Şahid1, Malokaraçayev rayonunda vəkil köməkçisi qismində fəaliyyət göstərmiş, özü isə heç bir yerdə işləməmişdir. Onlar birlikdə mənzil kirayələrək, yaşamışlar, lakin Təqsirləndirilən şəxs onun 2003-cü ildən tanıdığı Yesentayeva Gülnarə ilə U.Aliyev küç, ev №37, mən. 25 ünvanında yaşamışdır. Onlar G.Yesentayevanın evində yaşayarkən Uçkeken k., Sovetskaya küç., 8 saylı evin daha geniş 11 saylı mənzilini taparaq oraya köçmüşlər, lakin G.Yesentayeva onları uzun müddət tanıdığından, Nurəddini öz oğlu kimi istədiyindən, sonuncunun onunla yaşamasını xahiş etmiş, o isə buna etiraz etməmişdir. G.Yesentayevanın harada və nə işlədiyini o, bilməmiş, lakin sonuncunu, içərisində kağızlar və qəzetlər olan çanta ilə görürmüşdür. Bu barədə soruşduqda isə, mərhum cavabında rəfiqələrinə köməklik göstərdiyini demişdir. 2015-ci ilin mart ayında o, hər iki oğlu ilə birlikdə, Rusiya Federasiyasının vətəndaşlığı ilə bağlı məsələləri həll etmək üçün, Azərbaycan Respublikasına getməli olmuşdur. Bunun üçün o, xx.xx.2015-ci il tarixdə boz rəngli marka və modelini bilmədiyi avtomobillə hər iki oğlunun olduqları Kislovodsk şəhərinə getmiş, orada Sərxan tikintidə işləmişdir. Nurəddin isə avtomobil təmiri ilə məşğul olmuşdur. Sözügedən səfər üçün avtomobili onun qızı Aytən tutmuşdur, belə ki, həmin yola salmaq məqsədilə onlarla birlikdə getmişdir. Kislovodsk şəhərində o, oğullarını götürərək, Pyatiqorskə yollanmış və oradan Azərbaycan Respublikası, Bakı şəhərinə yola düşən reys avtobusunda getmək istəmişdir. Pyatiqorsk şəhərinə gəldikdə onlar reys avtobusuna gecikdiklərindən, Bakı şəhərinə getmək üçün avtomobil axtarmağa başlamışlar, nəticədə daşıma ilə məşğul olan bir şəxs taparaq, onunla, 5000 rubl müqabilinə Azərbaycan Respublikasının sərhəddinə qədər gedəcəklərinə razılaşmışlar. Pulu şəxsən onun özü vermiş, qızı Şahid1 isə Malokaraçayev rayonu Uçkeken k. qayıtmışdır. Azərbaycan Respublikasına gəldikdə onlar sənəd rəsmiləşməsi ilə məşğul olmuşlar, həmçinin o, ayaqlarının ağrıdığından, müalicə kursu keçmişdir. Onlar Azərbaycan Respublikaında olarkən Uçkeken k. əməliyyat müvəkkili zəng vuraraq Gülnarə Yesentayevanın öldürüldüyünü bildirmiş, onlardan olduqları yeri öyrənmiş və zərurət yarandıqda Təqsirləndirilən şəxs Uçkekenə gəlməli olduğunu söyləmişdir. xx.xx.2015-ci ildə Sərxan bütün işlərini görərək Rusiya Federasiyasına qayıtmış, o isə müalicə aldığı üçün Nurəddinlə birgə Gəncədə qalmışdır. Bu zaman Nurəddin sənəd rəsmiləşməsi ilə məşğul olmuşdur. Azərbaycan Respublikası ərazisində o, Nurəddinlə (+**********27) telefon nömrəsindən istifadə etmiş, lakin gələndə, Rusiya Federasiyasının ərazisində lazım olduğundan, mobil telefonu götürmüşdür. Azərbaycan Respublikası ərazisində olarkən o, xatırlamadığı qohumlarından, Nurəddinin polis şöbəsinə getməli olduğunu öyrənmiş, lakin dəqiq olaraq haraya yaxınlaşmaq lazım olduğunu bilməmişdir. Bu zaman Gəncədə o, Nurəddinlə birlikdə bütün polis şöbələrinə getmiş, lakin orada onlara çağırılmadıqlarını bildirmişlər. Yaranmış vəziyyəti aydınlaşdırmaq üçün o, xx.xx.2015-ci il tarixdıə Rusiya Federasiyasına, yəni Malokaraçayev rayonu Uçkekenə gəlmiş və gəldikdə oğlu Nurəddinin Federal axtarışda olduğunu öyrənmişdir. Daha ətraflı isə o, bu barədə heç nə söyləməmişdir. Bundan əlavə o, Nurəddinin Azərbaycan Respublikasında olduğunu və sonuncunun Rusiya Federasiyasına, yəni Uçkekenə gəlməyə hazırlaşdığını bildirmişdir. X9 öldürülməsində heç bir günahı yoxdur və bunun hamısı Rusya Federasiyasının İstintaq qurumları tərəfindən düzəldilmiş işdir. Gülnara ilə gəliş-gedişləri yaranmış və tez-tez bir birilərinə qonaq getmişlər. Gülnarənin xahişi ilə Nurəddin sonuncunun evində qalmağa başlamış, çünki o, təklikdə qalmaqdan qorxmuş və Nurəddinə öz oğlu kimi yanaşmışdır. Gülnarə həmişə özünə qapalı bir qadın olmuşdur və hətta işi barədə də sadəcə qazet və jurnal paylamaqda köməklik edərək pul qazandığını demiş, artıq bir müddət sonra onlar sonuncunun rəsmi olaraq poçta işlədiyini öyrənmişlər. Rusiya Federasiyasında sənədlərini qaydasında olmadığına görə o, oğlu Nurəddin və Sərxanla 27 mart 2015-ci il tarixdə Azərbaycana gəlmək qərarına gəlmiş, bu ərəfələrdə Sərxan və Nurəddin Kislovodsk şəhərində qalaraq usta kimi işləmişlər. Onda olan məlumata görə sonuncular bir qadının evini təmir etmişlər. xx.xx.2015-ci il tarixdə Nurəddin təxminən saat 15-17 radələrində onların yaşadıqları Uçkekenə gələrək onunla evdə salamlaşmış, bu zaman atası Saləddinin harada olduğu ilə maraqlanmış, o isə cavabında atasının hələ işdə və yaxud həyətdə olduğunu bildirmişdir. Bundan sonra da Nurəddin getmiş, o isə Nurəddinin analığı olan Gülnaranın yanına getdiyini düşünmüşdür. Daha sonra o, Nurəddini həmin günü görməmişdir. xx.xx.2015-ci il tarixdə səhər saatlarında o, qızı Aytənlə çıxaraq, yolüstü Kislovodskdan oğullarını götürərək götürərək Azərbaycana gəlmişlər. Kislovodskda onlar Nurəddin və Sərxanın işlədiyi Narina Edikovnanın evinin açarlarını sonuncuya apararaq vermişlər. Bundan sonra Azərbaycanda olan vaxt Gülnarının evində öldürülməsi barədə məlumat almışlar. Onların mərhum Gülnara Yesentayeva ilə yaxşı münasibətləri olmuş, Nurəddin isə hətta günlərlə onun evində qalmışdır. Sonuncu dəfə o, Gülnaranı 22 martda evlərində Novruz bayramını qeyd edərkən görmüşdür. Bundan əlavə xx.xx.2015-ci il tarixdə Nurəddin onunla görüşən zaman əli boş olmuş və sonuncu Gülnara barədə heç nə deməmişdir. Həmçinin Rusyada qalmaq müddəti 90 gün olduğundan və onların qalmaq üçün nəzərdə tutulan günləri müxtəlif vaxtlarda bitdiyindən və bildiyinə görə Nurəddinin də vaxtı bitdiyindən onlar Azərbaycana gəlmişlər. Bundan əlavə o, Nurəddinin xx.xx.2015-ci il tarixdə onunla görüşməyi və həmin ərəfələrdə Narine Edikovnanın evində işlədiyi barədə ondan soruşulmadığından bu haqda heç nə deməmişdir, bildiyinə görə Rusya Federasiyasının istintaq qurumlarının bu barədə məlumatı olmuşdur. xx.xx.2015-ci il tarixdə şahid qismində dindirilmiş Şahid1 Saladdin qızı ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda övladı, valideynləri və iki qardaşı ilə birlikdə yaşayır, qardaşlarının böyüyü xx.xx.1984-cü il təvəllüdlü Həsənov Sərxan, kiçiyi isə xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxsdir. Özü QÇR VK Uçkeken kəndi 3 saylı vəkil kabinetində vəkil köməkçisi, atası Həsənov Saladdin inşaatçı qismində Malokaraçayev rayonunun müxtəlif tikintilərində işləyir, anası evdar qadındır, böyük qardaşı S.Həsənov Rostov universitetinin Kislovodsk ş. filialında qiyabi şöbəsinin tələbəsi olmaqla, atası ilə birlikdə tikintidə işləyirmiş, bundan əlavə onlarla birlikdə Təqsirləndirilən şəxs da işləmişdir. 2015-ci ilin mart ayında FMX Malokaraçayev rayonu üzrə şöbəsinin əməkdaşlarından, anası Şahid3, həmçinin S.Həsənova və Təqsirləndirilən şəxs Rusiya Federasiyasında gələcəkdə yaşamaları üçün Azərbaycan Respublikasında sənədlər paketi toplamaq lazım olduğu məlum olmuşdur. Bununla əlaqədar onlar xx.xx.2015-ci il tarixdə Azərbaycana getmək qərarına gəlmişlər. Belə ki, xx.xx.2015-ci il tarixdə tanışları Kaziyev Kəmala məxsus “BMW” markalı avtomobil vasitəsi ilə o, anası ilə birlikdə Kislovodsk şəhərinə, orada artıq üç ay yaşayan S.Həsənovu və bir həftəyə yaxın yaşayan Təqsirləndirilən şəxs götürmək üçün getmişdir. Həmin şəhərin mərkəzi bazarına gələrək o, onları götürmüş və onlar Pyatiqorsk ş. avtovağzalına getmişlər. Pyatiqorsk ş. gəldikdə aydın olmuşdur ki, anası və qardaşları Azərbaycan Respublikasına gedən reys avtobusuna gecikmişlər, nəticədə onlar qara rəngli "Nissan" markalı taksi fəaliyyəti ilə məşğul olan avtomobilə oturaraq, Azərbaycan Respublikasına getmişlər, o isə Uçkeken k. qayıtmışdır. Bildiyi qədər anası və qardaşları təxminən bir aylıq getmişlər. Verilən suallara cavab olaraq Şahid1 Saladdin qızı göştərmişdir ki, S.Həsənov 8-***-***-**-**, Təqsirləndirilən şəxs isə 8-***-***-**-** telefon nömrəsindən istifadə etmişdir. Bundan əlavə, ona və bütün ailə üzvlərinə Yesentayeva Gülnarə tanışdır, belə ki, təxminən 10 il əvvəl onlar sonuncudan Uçkeken k. U.Aliyev küç. yerləşən bir otaqlı mənzili kirayələmişlər, bu zaman G.Yesentayeva onlarla yaşamışdır, bundan sonra isə onlar Uçkeken k., Sovetskaya küç., ev 8 ünvanında yerləşən daha geniş mənzil kirayələmişlər, bu zaman G.Yesentayeva demişdir ki, kiçik qardaşı Təqsirləndirilən şəxs onunla birlikdə yaşaya bilər, çünki o, tək yaşayır, heç kimi yoxdur və onlara öyrəşib. Bununla əlaqədar qardaşı Təqsirləndirilən şəxs mütəmadi olaraq Sovetskaya küç., ev 8 ünvanında, həmçinin G.Yesentayevanın evində yaşamışdır. Həmçinin N.X12 evində çoxlu sayda şəxsi əşyaları və paltarları olmuşdur, çünki Nürəddin çox vaxt orada yaşamışdır. Bundan əlavə onlar birlikdə qeyd olunan mənzildə təmir işləri aparmışlar, o cümlədən yenidən planlama etmişlər, yəni mətbəxdən otaq, eyvandan isə mətbəx düzəltmişlər. X28 ilə münasibətləri yaxşı olmuşdur, aralarında heç bir mübahisələr yaşanmamışdır. G.Yesentayevanın işlədiyi yer barədə o qeyd etmişdir ki, sonuncu Uçkeken k. poçtunda poçtalyon işləmiş, lakin nə vaxtdan işlədiyini bilməmişdir. xx.xx.2015-ci il tarixdə şahid qismində əlavə olaraq dindirilmiş Şahid1 Saladdin qızı ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, həmin vaxta kimi kiçik qardaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında olmuş, orada Rusiya Federasiyası ərazisində vətəndaşlıq almaq üçün sənədlərlər toplayırmış, həmçinin anasının müalicə kursunun bitməsini gözləmişdir. Həmçinin Təqsirləndirilən şəxs Malokaraçayev rayonu Uçkeken k. gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxslə o, mobil rabitə vasitəsi ilə əlaqə saxlamış, sonuncunun mobil telefonu daima açıq olmuşdur. Mobil telefon nömrəsi +**********27-dir. xx.xx.2015-ci il tarixdə zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X13 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, onun X7 adlı böyük bacısı olmuş, sonuncu təxminən 30 ilə yaxın Rusiya Federasiyasında, daha dəqiq isə Qaraçay-Çərkəz Respublikası Malokaraçayev rayonu Uçkeken kəndində öz vəsaiti hesabına əldə etdiyi mənzildə yaşamışdır. O, əvvəllər Uçkeken kəndində olmadığından, həmin yerə ilk dəfə gəldiyindən, mənzilin dəqiq olaraq hansı ünvanda yerləşdiyini bilməmişdir. Rusiya Federasiyasına gəldikdə G.N.Yesentayeva məktəblərin birində rus dili və ədəbiyyat müəlliməsi kimi işləmiş, bundan sonra pensiyaya çıxaraq poçtalyon qismində çalışmışdır. G.N.Yesentayeva, ailəsi və uşaqları olmadığından tək yaşayırmış. Uçkeken kəndində Gülnarənin kiminləsə yaşaması barədə o, heç nə bilməmişdir. Təxminən üç il əvvəl G.N.Yesentayeva Uçkeken kəndində olan mənzilini sataraq Qazaxıstan Respublikasına yaşamaq üçün köçmək istədiyini demişdir. xx.xx.2015-ci il tarixdə saat təxminən 19 radələrində evə gəldikdə, yoldaşı ona böyük bacısının zəng etdiyini demişdir. Sonuncu G.Yesentayevanın başına iş gəldiyini və sonradan əlaqə saxladıqda G.Yesentayevanın öldüyünü demişdir. Bundan əlavə heç nə bildirməmişdir. O, baş verənləri aydınlaşdırmaq məqsədi ilə xx.xx.2015-ci il tarixdə səhər tezdən Qaraçay-Çərkəz Respublikasına, yəni əvvəlcə Moskvaya, ardınca Mineralnıye-Vodı şəhərinə, daha sonra isə Malokaraçayev rayonu Uçkeken kəndinə gəlmişdir. xx.xx.2015-ci il tarixdə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X20 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, o, 2013-cü ilin aprel ayından etibarən Uçkeken poçt rabitəsi şöbəsinin rəisi vəzifəsində işləyir. Həmin şöbədə təxminən 2006-cı və ya 2007-ci ildən Yesentayeva Gülnarə poçtalyon vəzifəsində işləmiş, sonuncunun iş qrafiki çərşənbə axşamından bazar günü saat 11-dən saat 17-yə kimi, istirahət günləri isə bazar və bazar ertəsindən ibarət olmuşdur. Gülnarənin öhdəliyinə məktubların, korrespondensiyanın, pensiyaların və sosial ödənişlərin Uçkeken kəndinin 6 və 7 sahələrində daşınması daxil olmuşdur. xx.xx.2015-ci ildə G.Yesentayeva adətən olduğu kimi işə gəlmiş, davranışında qeyri adilik hiss olunmamışdır. Poçta həmin gün nisbətən gec, yəni saat 14 radələrində gəlmiş, bundan sonra Yesentayeva daşınması üçün məktubları, korrespondensiyanı almış, həmçinin ona ümumi məbləği 255 000 (iki yüz əlli beş min) rubl olan sosial ödənişlər üçün (subsidiyalar, uşaq pulları) pul vəsaitləri verilmiş və bu barədə Gulnarə 55 formalı jurnala imza etmişdir. G.Yesentayeva verilən pul məbləği üzrə hesabat verməli olmuş, eyni zamanda cümə gününə, yəni xx.xx.2015-ci il tarix üçün icazə istəyərək, özünü pis hiss etdiyini, həkim qəbuluna gedəcəyini, bundan sonra pul vəsaitlərinin verilməsi ilə məşğul olaraq ödənişi bağlayacağını bildirmişdir. O, sonuncuya razılığıq verərək, mütləq şənbə günü gəlib cəvdəllərə görə hesabat verməsini bildirmiş, Gülnarə isə müsbət cavab vermişdir. Cümə günü, yəni xx.xx.2015-ci il tarixdə G.Yesentayeva işə gəlməmiş, bu səbəbdən o, sonuncunun həkim yanına gedəcəyini və daha sonra pul vəsaitlərini daşıyacağını bildiyi üçün, ona zəng vurmamışdır. Şənbə günü, yəni xx.xx.2015-ci ildə G.Yesentayeva işə gəlməmiş, saat 1-də o, narahat olaraq dəfələrlə sonuncunun mobil telefonuna zəng vurmuş, lakin heç kəs cavab verməmişdir. Əməkdaşlar onu sakitləşdirərək G.Yesentayevanın icraçı və öhdəlikçi işçi olduğunu, nahara qədər mütləq şəkildə gələcəyini bildirmişlər. Nəticədə şənbə günü G.Yesentayeva işə gəlməmiş və telefona cavab verməmişdir. Bazar günü, xx.xx.2015-ci il tarixdə, o, istirahət günü olduğundan, G.Yesentayevaya zəng vurmamış, bazar ertəsi, yəni xx.xx.2015-ci il tarixdə isə Ust- Cequta şəhərinə müşavirəyə getmiş, oradan qayıtdıqda da dəfələrlə G.Yesentayevanın mobil telefon vasitəsi ilə əlaqə saxlamaq istəmiş, lakin buna nail ola bilməmişdir. Çərşənbə axşamı, yəni xx.xx.2015-ci ildə o, səhər saatlarında rəhbərliyə qeyd olunan akt barədə bildirərək, öz əməkdaşı ilə birlikdə Gülnarənin evinə getmiş, lakin qapını açan olmamışdır, bu zaman qonşular uzun müddət G.Yesentayevanı görmədiklərini söyləmişlər. G.Yesentayevanın mobil telefonuna zəng vurduqda, sonuncunun telefonunun səsi evin giriş qapısından eşidilmişdir. Bundan sonra onlar baş verənlər haqqında polis əməkdaşı İ.Lepşokova məlumat vermişlər, sonuncu isə həmin ünvana gələcəyini, həmçinin FHN əməkdaşlarını və icra hakimiyyəti orqanının nümayəndələrinin çağırılmasının lazım olduğunu bildirmişdir. Təxminən saat 14 radələrində İ.Lepşokov ona zəng vuraraq G.Yesentayevanın öz mənzilində ölü aşkar olunduğunu demişdir. Ust-Cequti poçtampı Uçkeken PRŞ 222 506 rubl məbləğində maddi ziyan vurulmuşdur, çünki qeyd olunan pul vəsaitlərini, cədvəllərə əsasən G.N.Yesentayeva verməmişdir. Verilən suallara cavab olaraq X20 göstərmişdir ki, G.Yesentayevanın qapalı və az ünsiyyətli birisi olduğundan, sonuncunun şəxsi həyatı barədə heç bir məlumatı yoxdur. Bundan əlavə, G.Yesentayevanın QÇR ərazisində qohumları olmamışdır. Poçtalyonlara paylanması üçün verilən pensiya və müavinat pul vəsaitlərinin saxlama qaydası barədə o, bildirmişdir ki, iş gününün əvvəlində pensiya və subsidiyalar üçün nəzərdə tutulan pul vəsaitləri veriləndən sonra, poçtalyon onları almasına dair 55 formalı jurnalda imza edir, iş günü başa çatan zaman qalan məbləğ təhvil verilir və onun tərəfindən qəbul edilir, bu barədə 55 formalı jurnalda qalıq məbləğ haqqında hesabat tərtib olunur, yəni poçtalyon məcburi qaydada pul vəsaitlərini poçt şöbəsinə qaytarmalıdır və onlara görə hesabat verməlidir, həmin pulları evdə saxlamağa hüququ yoxdur. G.Yesentayeva xx.xx.2015-ci ildə pensiya və subsidiyaların ödənilməsinə dair pul vəsaitlərini gec aldığından, yəni təxminən saat 14 radələrində aldığından, ayın sonu olduğundan, ayı hesabatlar üzrə bağlamaq lazım olduğundan, həmçinin sonuncunun iki böyük sahəyə, yəni 6, 7 sahələrinə qulluq etdiyindən, o, Gülnarəyə xx.xx.2015-ci il tarixdə pul vəsaitlərini qaytarmamasına, ödənişi cümə günü, yəni xx.xx.2015-ci ildə verməsinə və mütləq onlara görə xx.xx.2015-ci il səhər saatlarında hesabat verməsinə icazə vermişdir. xx.xx.2015-ci il tarixdə zərərçəkmiş şəxsin nümayəndəsi qismində əlavə olaraq dindirilmiş X20 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, xx.xx.2015-ci ildə şəxsən onun tərəfindən G.N.Yesentayevaya sosial ödənişlər, yəni subsidiyalar və uşaq müavinatları üçün, 255593 rubl 89 qəpik məbləğində pul vəsaiti verilmiş və bu barədə də F.55 kitabında G.N.Yesentayevanın imzası ilə müvafiq qeyd aparılmışdır. xx.xx.2015-ci ildə Uçkeken k., U.Aliyev küç., 37 saylı evin 25 saylı mənzilində G.N.Yesentayevanın cəsədi zorakı ölüm əlamətləri ilə aşkarlanmış, mənzilə baxış zamanı 59 vərəqdə 6 və 7 sahələr üçün sosial ödənişlər cədvəlləri aşkar olunmuş, lakin mənzildə pul vəsaitləri aşkar edilməmişdir. Ust-Cequti poçtampı struktur bölməsi olan Uçkeken poçt rabitəsi şöbəsinə vurulan zərərin müəyyən edilməsi məqsədi ilə o, Uçkeken PRŞ rəisi Şahid5 ilə birlikdə G.N.Yesentayevaya verilən cədvəllər üzrə sosial ödənişlərin alıcılarının şifahi sorğusunu həyata keçirmiş, belə ki, şəxslərin yaşadığı ünvanları gəzən zaman tərəflərindən cədvəllər təqdim olunmuş, həmin şəxslər isə cədvələ əsasən ödənişləri alıb almamasını bildirmişlər. Sosial müavinatları almayan şəxslər pensiya alanların sorğu vərəqinə salınmış, tərəflərindən onların soyadları və inisialları, yaşadıqları ünvanlar, verilməli olan məbləğ, qeyd olunan məbləği almaması haqqında qeyd və onların imzası olmuşdur. Sorğunun nəticələrinə əsasən hesablamalar həyata keçirilmiş və çatışmayan məbləğ 222506 rubl 62 qəpik təşkil etmişdir, yəni G.N.Yesentayeva verilən 255593 rubl 89 qəpik məbləğində pul vəsaitindən 33 087 rubl 27 qəpik məbləğində olan pulu sosial ödənişlərlə bağlı vətəndaşlara paylamışdır. xx.xx.2020-ci il tarixdə istintaq tapşırığına əsasən əlavə olaraq zərərçəkmiş şəxs qismində dindirilmiş X20 verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, hadisədən beş ildən çox vaxt keçdiyindən G.N.Yesentayevaya neçə bağlamada hansı pul əskinaslarının verilməsini dəqiq deyə bilməz. xx.xx.2015-ci il tarixdə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, onunla qonşuluqda, eyni pilləkən məhəccərində Uçkeken k. U.Aliyev küç. 37 saylı evin 25 saylı mənzilində Yesentayeva Gülnarə yaşamış, bildiyi qədər sonuncu poçtalyon vəzifəsində işləmişdir, çünki Gülnarəni dəfələrlə xəstəxanaya qazet gətirərəkən görmüşdür. G.Yesentayeva tək yaşamış, ailəsi olmamışdır, həyatı haqqında o, ətraflı olaraq heç nə bilməmişdir, belə ki, sonuncu sakit və qeyri ünsiyyətçil insan olmuşdur. Bu zaman o, görmüşdür ki, G.Yesentayevanın evinə milliyətcə Azərbaycanlı olan cavan oğlan gəlirmiş, lakin bildiyi qədər bu oğlu deyildir, çünki mərhumun ailəsi olmamışdır. Bundan əlavə, verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə kimi o, Uçkeken k. U.Aliyev küç. 37 saylı evin 25 saylı mənzilindən heç bir şübhəli, qışqırıq səsləri eşitməmiş, belə bir hallar əvvəllər baş verməmişdir. Həmçinin, G.Yesentayevanın evinə gələn Azərbaycan milliyətindən olan oğlanın xarici görkəmini o, pis yadda saxlamış, lakin sonuncunun orta boylu, orta bədən quruluşlu olduğunu qeyd etmişdir, bundan əlavə həmin şəxs sakit birisi olmuş və onunla əlbəəl görüşürmüş. xx.xx.2020-ci il tarixdə istintaq tapşırığına əsasən şahid qismində əlavə olaraq dindirilmiş Şahid2 verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, 37 saylı binanın beşinci mərtəbəsində onun sahib olduğu mənzildə, eləcə də daha iki yanaşı mənzildə Maqomed adlı oğlan və ya kişi yaşamamışdır.xx.xx.2015-ci ildə G.Yesentayevanın yanına kiminsə gəlməsini görməmişdir. xx.xx.2015-ci il tarixdə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, "Qolosok №3" MDOU-da dayə işləyir. Onun yaşadığı blokun beşinci mərtəbəsində, nömrəsini tanımadığı, lakin pilləkənlə qalxanda giriş qapısı solda yerləşən mənzildə adı Gülya kimi tanış olan qadın yaşamışdır. O, Gülyanın poçtda işlədiyini bilirmiş, çünki dəfələrlə, sonuncunu içi qazetlərlə dolu poçt çantası ilə görmüşdür. Gülya çox qapalı insan olmuş, blok qonşuları ilə nadir hallarda salamlaşırmış. G.Yesentayevanın həyat tərzi barədə ona heç nə məlum olmamış, sadəcə onu qeyd etmişdir ki, Gülnarə tək yaşamış, sonuncunu əvvəl heç kimlə görməmiş və mənzilinə qonaq getməmişdir. Həmçinin o, Gülnarənin çox qapalı həyat tərzi sürdüyündən, kiminləsə birgə yaşaması barədə heç nə bilməmişdir. 2015-ci ilin mart ayının sonunda, dəqiq xatırlamadığı tarixdə o, işdə olarkən, tanışı zəng vuraraq evinin yanında çoxlu sayda polis əməkdaşlarının olduğunu demiş, nəticədə o, qonşulardan Gülyanın öldürüldüyünü öyrənmişdir, lakin bunun necə baş verdiyi barədə məlumatı olmamışdır. xx.xx.2015-ci il tarixdə şahid qismində dindirilmiş X15 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, o, Uçkeken poçt rabitəsi şöbəsinin rəisi vəzifəsində işləyir. Həmin şöbədə təxminən 2006 və ya 2007-ci ildən Yesentayeva Gülnarə çalışmış, sonuncunun iş qrafiki çərşənbə axşamından bazar gününə kimi saat 11-dən 17-yə kimi, istirahət günləri bazar və bazar ertəsi olmuşdur. Gülnarənin öhdəliyinə Uçkeken k. 6 və 7 sahələrində məktubların, korrespondensiyanın, pensiyaların və sosial müavinatların daşınması daxil olmuşdur. xx.xx.2015-ci il tarixdə o, öz iş yerində olan zaman, səhər saatlarında Uçkeken PRŞ rəisi A.F.Nasirovadan, G.Yesentayevanın bir neçə gün işə çıxmadığını, zənglərə cavab vermədiyini öyrənmiş, bu zaman Gülnarənin yaşadığı yeri tanıdığından, oraya getməyi təklif etmiş, A.F.Nasirova isə onunla razılaşmışdır. Təxminən saat 09 və ya 10 radələrində o, G.Yesentayevanın yaşadığı U.Aliyev küç., ev №37, mən.№25 ünvanına getmiş, sonuncunun mənzili olan beşmərtəbəli evin beşinci mərtəbəsinə qalxaraq giriş qapısını döymüş, lakin heç kim giriş qapısını açmamış, qapı arxasında isə sakitlik olmuşdur. Bu zaman o, G.Yesentayevanın mobil telefonuna zəng vurmuş, lakin zəngə heç kim cavab verməmiş və eyni zamanda mənzildən zəng səsi eşitmişdir. Giriş qapısının qabağında təxminən 5-10 dəqiqə duraraq o, işə qayıtmış, orada A.Nasirovaya qapını heç kəsin açmadığını, telefona cavab verilmədiyini, lakin G.Yesentayevanın mobil telefonunun səsinin mənzildən gəldiyini demişdir. Bu zaman o, A.Nasirova ilə birlikdə yenidən G.Yesentayevanın yaşadığı ünvana getmiş, bir daha qapını döymüş və sonuncunun mobil telefonuna zəng vurmuşdur. Bu zaman qapını heç kəs açmamış və telefona cavab verməmiş, lakin telefonun zənginin mənzildən gəldiyi eşidilmişdir. Orada təxminən 10 dəqiqə olduqdan sonra, onlar işə qayıtmışlar, A.Nasirova baş verənlər barədə rəhbərliyə məruzə etmiş və sahə müvəkkilinə zəng vuraraq baş verənlər haqqında danışmışdır. Bir müddət sonra, təxminən nahar vaxtı və ya nahardan sonra o, A.Nasirovadan, G.Yesentayevanın polis əməkdaşları tərəfindən öz mənzilində ölü aşkar olunduğunu öyrənmişdir. Gülnarə qan içində olmuş, yəni öldürülmüşdür. G.Yesentayeva məsul və icraçı işçi olmuş, iş üzrə xahişlərə həmişə müsbət cavab verərək, iş yoldaşlarına kömək edirmiş. Lakin bir insan kimi G.Yesentayeva qapalı və az ünsiyyətçil insan olmuşdur. Sonuncunun şəxsi həyatı barədə onun heç bir məlumatı olmamışdır. xx.xx.2015-ci il tarixdə şahid qismində əlavə olaraq dindirilmiş X15 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, xx.xx.2015-ci ildə Uçkeken k., U.Aliyev küç., 37 saylı evin 25 saylı mənzilində G.N.Yesentayevanın cəsədi zorakı ölüm əlamətləri ilə aşkarlanmış, mənzilə baxış zamanı 59 vərəqdə 6 və 7 sahələr üçün sosial ödənişlər cədvəlləri aşkar edilmiş, lakin mənzildə pul vəsaitləri tapılmamışdır. Ust-Cequti poçtampı struktur bölməsi olan Uçkeken poçt rabitəsi şöbəsinə vurulan zərərin müəyyən edilməsi məqsədi ilə o, Uçkeken PRŞ rəisi A.F.Nasirova ilə birlikdə G.N.Yesentayevaya verilən cədvəllər üzrə sosial ödənişlərin alıcılarının şifahi sorğusunu həyata keçirmişlər, beləki şəxslərin yaşadığı ünvanları gəzən zaman tərəflərindən cədvəllər təqdim olunmuş, onlar da cədvələ əsasən ödənişləri alıb almamasını bildirmişlər, sosial müavinatları almayan şəxslər pensiya alanların sorğu vərəqinə salınmış, tərəflərindən onların soyadları və inisialları, yaşadıqları ünvanlar, verilməli olan məbləğ, qeyd olunan məbləği almaması haqqında qeyd və onların imzası olmuşdur. Sorğunun nəticələrinə əsasən hesablamalar həyata keçirilmiş və çatışmayan məbləğ 222506 rubl 62 qəpik təşkil etmişdir. Yəni G.N.Yesentayevaya verilən 255593 rubl 89 qəpik məbləğində pul vəsaitindən 33 087 rubl 27 qəpik pul sosial ödənişlərlə bağlı vətəndaşlara paylanmışdır. xx.xx.2015-ci il tarixdə şahid qismində dindirilmiş Şahid6 ifadəsində ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, o, Malokaraçayev rayonu "SKvəD" MKKU-da santexnik vəzifəsində işləyir, həmçinin VAZ 2114 avtomobilində daşıma fəaliyyəti ilə pul qazanır. 2015-ci ilin iyul ayının əvvəlinə kimi onun mülkiyyətində qara rəngli VAZ 21099 markalı avtomobili olmuş, dövlət qeydiyyat nömrəsi - 268 09 region, hərfləri isə yadında qalmamışdır. O, Qaraçay-Çərkəz Respublikası ərazisində və qonşu regionlarda daşıma ilə məşğul olmuş, daşıma üçün avtomobilini Uçkeken k. mərkəzində, yəni poçtamp tərəfdə saxlayırmış. 2015-ci ilin mart ayının sonunda, dəqiq xatırlamadığı tarixdə səhər saatlarında, o, özünə məxsus VAZ 21099 avtomobili ilə daşıma üçün çıxmış və maşınını poçtamp ərazisində saxlamışdır. Maşını saxlayandan bir neçə müddət sonra onun yanına əvvəl üzdən tanıdığı, milliyətcə Azərbaycanlı olan Nurəddin adlı oğlan yaxınlaşmışdır. Sonuncunun barəsində daha heç nə deyə bilməmişdir. O, Nurəddini Uçkeken k. dəfələrlə apardığı üçün tanımışdır. Nurəddin ondan Kislovodsk ş. Getməyi xahiş etmiş və o, razılaşmışdır. Bu zaman Nurəddin arxa oturacağa oturmuş və bu onu heyrətləndirmişdir, çünki adətən kişilər və oğlanlar yalnız qabaq oturacağda əyləşir, qızlar və qadınlar isə arxa oturacaqda. Yolda Nurəddin onunla danışmamış, onun görkəmindən əsəbi və nəyəsə görə narahat olduğu hiss olunurmuş. Trasla gedərkən, Malokaraçayev rayonu Krasnıy Kurqan k. döngə tərəfdə Nurəddin ondan YPX postundan getməməyi, yan yoldan getməyi xahiş etmiş və ona yaxşı pul verəcəyini söyləmişdir. Bu zaman o, Krasnıy Kurqan k. tərəfə dönərək, "Medovıye Vodopadı" tərəfə getmiş, oradan torpaq yola düşmüş və bu yolla Kislovodsk ş. köhnə göl rayonunda çıxmışdır. Nurəddin ondan mərkəzi bazar tərəfə getməyi xahiş etmiş və o, sonuncunu həmin yerdə yerləşən dayanacağın yanına aparmışdır. Sonra Nurəddin ondan gözləməsini xahiş edərək, narahat olmamasını və pulunun olduğunu demişdir. Gözləyən zaman o, yatmaq istədiyi üçün yuxulamış, nə qədər yatdığını bilməmiş, lakin təxminən iki və ya üç saat sonra, Nurəddinin onu durğuzduğuna görə oyanmış və sonuncu ona 2000 (iki min) rubl vermiş, lakin Kislovodsk ş. Uçkeken k. səfər təxminən 300-400 rubl təşkil edirmiş. Sonra Nurəddin onun avtomobilindən çıxaraq mərkəzi bazardan bir az yuxarıda yerləşən dayanacaq istiqamətində getmiş və burada açıq rəngli avtomobilə oturmuşdur. Həmin avtomobilin daha dəqiq rəngi, markası və modeli onun yadında qalmamışdır. Daha sonra onun özü Uçkeken k. qayıtmışdır. xx.xx.2015-ci il tarixdə şahid qismində əlavə olaraq dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təsvir edə bilər, sonuncunun üzü dairəvi formalı; başında saçları qısa, tünd (qara) rəngli; qaşları sıx tünd (qara) rəngdə; gözləri oval formalı; burnu orta, aşağı hissəsi geniş, dodaqları orta, yəni nə böyük nə dəki nazik olmuş, üzündə tük (saqqal və bığ) olmamışdır. Boyu təxminən orta boydan yuxarı, bədən quruluşu orta (daha çox idman), görünüşcə 25 yaşı olmuşdur. Həmin oğlanın xarici görkəmi onun yadında qalmış və lazım olduğu halda o, Nurəddini fotoşəkil üzrə tanıya biləcəyini söyləmişdir. xx.xx.2020-ci il tarixdə istintaq tapşırığına əsasən şahid qismində əlavə olaraq dindirilmiş Şahid6 verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, əvvəlki ifadələrini təsdiq edir. Təqsirləndirilən şəxs sərnişin kimi neçə dəfə aparmasını dəqiq xatırlamır.xx.xx.2015-ci ildə Təqsirləndirilən şəxs taksi xidməti üçün gediş haqqını beş ildən artıq vaxt keçdiyi üçün hansı pul əskinasları ilə ödəməsini dəqiq deyə bilməz. xx.xx.2015-ci il tarixdə şahid qismində dindirilmiş Şahid7 Xalitoviç ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, 2002ci ildən Rusiya FMX QÇR üzrə idarəsinin Uçkeken k. şöbəsinin rəisi vəzifəsində çalışır, həmin şöbədə 6 əməkdaş işləyir, onlar öz vəzifə öhdəliklərini yerinə yetirirlər. Şöbənin bütün əməkdaşları uzun müdət, yəni 2015-ci ilə qədər işləmişlər, yalnız bir əməkdaş, F.İ.Urusova təxminən bir ay əvvəl işdən çıxan S.A.Çomayevin yerinə qəbul olunmuşdur, lakin 2014-cü ilin oktyabr ayından F.İ.Urusova 1 illik uşağa qulluq üçün məzuniyyətdə olan L.R.Botaşevanı əvəzləmişdir. Rusiya FMX QÇR üzrə idarəsinin Uçkeken k. şöbəsi xarici vətəndaşların müvəqqəti olduğu yer üzrə qeydiyyat uçotu ilə məşğul olmamış, qeyd olunan öhdəliklər Rusiya FMX QÇR üzrə idarəsinin Çerkesk ş. pasport-viza şöbəsinin əməkdaşlarının üzərinə düşmüşdür. Rusiya FMX QÇR üzrə idarəsinin Uçkeken k. şöbəsində "Ərazi" PPO vahid bazası mövcuddur, burada QÇR ərazisində qeydiyyatda olan bütün xarici vətəndaşlar barədə məlumatlar vardır, beləliklə, Malokaraçayev rayonu ərazisində müvəqqəti qeydiyyatı olan xarici vətəndaşlar RF ərazisində olma müddətinin uzadılması, müvəqqəti yaşamaq üçün icazənin alınması, yaşayış icazəsinin alınması üçün Rusiya FMX QÇR üzrə idarəsinin Uçkeken k. şöbəsinə müraciət etmirlər. RF ərazisində olmanın 3 ayı bitəndən sonra müvəqqəti qeydiyyatın uzadılması üçün xarici vətəndaşlar RF hüdudlarından vətəndaşı olduğu respublikanın ərazisinə çıxmalı, orada 3 ay yaşamalı və RF ərazisinə gələn zaman miqrasiya kartı almalıdırlar. Əgər qeyd olunan müddət başa çatandan sonra xarici vətəndaş RF ərazisindən çıxmadıqda, həmin şəxs inzibati məsuliyyət daşıyır, FMXİ əməkdaşlarının üzərinə xarici vətəndaşa müvəqqəti qeydiyyatın müddətinin başa çatması haqqında məlumatın verilməsi öhdəliyi qoyulmamışdır. Ona, Rusiya FMX QÇR üzrə idarəsinin Uçkeken k. şöbəsinin rəisi kimi Malokaraçayev rayonu ərazisində xarici vətəndaşlar, yəni Azərbaycan Respublikasından olan Həsənovlar ailəsinin qeydiyyatda olduğu məlum olmuşdur. "Ərazi" PPO bazasına əsasən Həsənovlar RF ərazisində 2015-ci ilin may ayına kimi qalmaq hüququna malik olmuşlar, Həsənovlar ailəsinin üzvlərində olma müddətləri qeyd olunan ayın müxtəlif tarixlərində başa çatırmış. Şəxsən nə onun özü, nədəki onun əməkdaşların Həsənovlar ailəsinin üzvlərindən heç birinə, öhdəliklərinə daxil olmadığından, RF ərazisində müvəqqəti yaşayış icazəsinin müddətinin başa çatdığı barədə məlumat verməmişlər, 2015-ci ilin mart ayında Həsənovlar ailəsinin üzvlərinin RF hüdudlarından kənara getməsinə təcili ehtiyyac olmamışdır, çünki müddətlər onlara RF ərazisində olmaq imkanını verirmiş. xx.xx.2015-ci il tarixdə şahid qismində dindirilmiş X18 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, o, Rusiya FMX QÇR üzrə şöbəsinin miqrasiya məsələləri üzrə şöbəsində müffətiş vəzifəsində işləyir, əsas vəzifə öhdəliklərindən biri miqrasiya qanunvericiliyinə riayət olunmasına nəzarət etməkdir. Xarici vətəndaşların uçotu mərkəzi bankının avtomatlaşdırılmış sisteminin məlumatlarına əsasən Qaraçay-Çərkəz Respublikası ərazisinə Təqsirləndirilən şəxs Saladdin oğlu xx.xx.2011-ci ildə gəlmiş və Malokaraçayev rayonu, Pervomayskoye k., Lenin küç., ev 45 ünvanına miqrasiya uçotuna durmuşdur. 2013-cü ilə qədər Təqsirləndirilən şəxs mütəmmadi olaraq Malokaraçyev rayonu ərazisinə gəlmiş və burada miqrasiya uçotuna durmuşdur. xx.xx.2015-ci ildə Təqsirləndirilən şəxs Qaraçay-Çərkəz Respublikasının, yəni Malokaraçayev rayonu ərazisinə gəlmiş, xx.xx.2015-ci ildə Malokaraçayev rayonu, Uçkeken k., Zareçnaya küç., ev 5 ünvanında qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs Rusiya FMX QÇR üzrə şöbəsinin miqrasiya məsələləri üzrə şöbəsində əmək fəaliyyətinin həyata keçirilməsi üçün patent almış, ilkin olaraq baxılması üçün müvafiq ərizə vermişdir. xx.xx.2015-ci ildə Təqsirləndirilən şəxs Malokaraçayev rayonu Uçkeken k., Boqatıryov küç., 27 ünvanında miqrasiya uçotuna durmuşdur. xx.xx.2015-ci ildə Təqsirləndirilən şəxs Rusiya Federasiyası ərazisini tərk etmişdir. "Xarici vətəndaşların hüquqi vəziyyəti haqqında" 115-Fz saylı Federal qanuna əsasən, vizasız rerjimdə ölkəyə daxil olaraq xarici vətəndaşların qalma müddəti 90 gün, cəmi isə hər dövr 180 gün müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixdə şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, Həsənovlar ailəsini təxminən 2013-cü ildən tanıyır, belə ki, o, Təqsirləndirilən şəxs anası ilə, kafedə işlədiyi zaman tanış olaraq onunla ünsiyyət saxlamağa başlamış, həmçinin təxminən 2014-cü ilin noyabr ayından, Təqsirləndirilən şəxs, atası və qardaşı ilə birlikdə onun evində təmir işləri aparmışlar. Həmin ev: Stavropol diyarı, Jukovskiy küçəsi, ev 34, mənzil 2 ünvanında yerləşmişdir. Verilən suallara cavab olaraq Şahid9 bildirmişdir ki, xatırladığı qədər, Təqsirləndirilən şəxs atası və qardaşı ilə birlikdə onun evində 2014-cü ilin noyabr ayından etibarən təmir işləri aparmış, bu zaman Təqsirləndirilən şəxs vaxtaşırı olaraq orada gecələyirmiş. Bu hal təxminən həftədə 2-3 dəfə baş verirmiş, belə ki, sonuncu əsasən iş çox olanda və bu səbəbdəndə MaloQaraçayev rayonu, Uçkeken kəndinə geri qayıtmaq gec olduqda onun evində gecələyirmiş. Təmir işləri gedən zaman Təqsirləndirilən şəxs onun evinin açarları olmuşdur, lakin sonuncu ailəsi ilə birlikdə Azərbaycan Respublikasına getdikdə, həmişə açarları geri qaytarırmış. xx.xx.2015-ci il tarixdə xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs səhər saatlarında təmir işləri aparmış, günorta naharından sonra bərbərxanaya getməli olduğunu və orada saçını kəsdirəcəyini bildirərək, qardaşı ilə birlikdə getmişdir. Lakin həmin vaxt onun saçını pis kəsmişlər, bu səbəbdəndə o, qeyd olunan halı yaxşı xatırlamışdır. xx.xx.2015-ci tarixdə o, Stavropol diyarı, Jukovskiy küçəsi, ev 34, mənzil 2 ünvanında yerləşən evində olmuş, həmçinin xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci ilə keçən gecəni həmin ünvanda keçirmişdir. Təqsirləndirilən şəxs qardaşı ilə birlikdə dəfələrlə onun evində gecələmişlər. Onlar anasının xahişi ilə orada qalmışlar, belə ki, Təqsirləndirilən şəxs üçün evinə, yəni MaloQaraçayev rayonu, Uçkeken kəndinə qayıtmaq uzaq olmuşdur. Təqsirləndirilən şəxs onun evində qalması barədə sonuncuların quhumlarının, onun ailə üzvlərinin, qonşuların və digər tanışların xəbəri olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs başqa onun evimdə sonuncunun qardaşı və digər qohumları qalmışdır. xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixə keçən gecə ondan xəbərsiz olaraq mənzili tərk etməmişdir, ona görə ki, o, həmin gecə giriş qapısının yanında yerləşən otaqda yatmış, həmin qapıda isə iki ədəd kilid olmuşdur, bu səbəbdəndə o, hər hansı kənar səs eşitdikdə oyanarmış. Bu zaman Təqsirləndirilən şəxs qardaşı ilə birlikdə yatmışdır. xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, o, Təqsirləndirilən şəxs heç bir qeyri-adilik hiss etməmiş, ümumiyyətlə sonuncunu dürüst, tərbiyəli və vicdanlı birisi kimi xarakterizə etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs heç zaman ondan heç nə götürməmiş, həmçinin sonuncunun spirtli içki və ya hər hansı maddə qəbul etdiyinin şahidi olmamışdır. Həsənovlar ailəsini o, yalnız müsbət tərəfdən xarakterizə etmişdir, onlar çox tərbiyəli insanlar olmuşlar, bu səbəbdəndə o, olanlar barədə eşitdikdə çox təəcüblənmişdir. Bundan əlavə o, Həsənovlar ailəsi ilə dostluq əlaqələri saxlamışdır. xx.xx.2020-ci il tarixdə şahid qismində əlavə dindirilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, əvvəllər şahid qismində dindirilmiş, ancaq bəzi hadisələri dəqiq olaraq qeyd etməmişdir, bu dindirmə zamanı verilən suallara dəqiq cavab verməyə hazırdır. 2014-cü ilin noyabrında dəqiq xatırlamadığı tarixdə administrator vəzifəsində işlədiyi Stavropol diyarının Kislovodsk şəhərindəki dəmir yolu stansiyasının yaxınlığında yerləşən adını xatırlamadığı kafedə oraya qonaq gələn Fərqiyə adlı bir qadınla tanış olmuş, sonuncu azərbaycanlıdır, dəqiq adını bilməmişdir. Fərqiyə ilə münasibətləri davam etdirməyə başlamış, söhbət əsnasında o, sonuncuya mənzilində təmir işləri apardığını, sökmə işləri aparmaq lazım olduğunu söyləmiş, Fərqiyə isə oğullarının və ərinin bu işləri yaxşı bacardıqlarını bildirmişdir. Həftə sonu Fərqiyənin oğulları ilə birlikdə onun evinə gəlmələri barədə razılaşmış, bu təxminən 2014-cü ilin dekabr ayında baş vermiş və Fərqiyə oğulları Sərxan və Nürəddinlə birlikdə gəlmişdir. Onları ilk dəfə gördüyündən, barələrində dəqiq məlumatları bilməmişdir. Onlar dördotaqlı, beşmərtəbəli çoxmənzilli yaşayış binasının yüksək birinci mərtəbəsində yerləşən mənzilində təmir işlərinin aparılması barədə razılığa gəlmişlər, həmçinin evinin pəncərələrində barmaqlıqlar olmamışdır. Fərqiyə əri ilə birlikdə oğullarına təmir işlərinin aparılmasında kömək edirmişlər. Bildiyi qədər onlar KÇR MaloQaraçayev rayonu, Uçkeken kəndində yaşamışlar, daha dəqiq ünvanı bilməmişdir. Buna görə də Fərqiyə iş çox olan zaman əri və oğulları ilə birlikdə onun evində qalmaq üçün icazə istəmiş, o isə buna razılıq vermişdir. Fərqiyə oğulları ilə orada qaldıqda onlar ya uşaq otağında, yadaki qonaq otağında gecələyirmişlər, həmin otaqlar dəhlizdən mətbəxə qədər keçidli olmuşlar. Təmir işləri aparılan zaman mən evdə tək yaşayaraq yataq otağında yatırmış. Xatırladığı qədər 2014-cü ilin dekabr ayından xx.xx.2015-ci ilədək Təqsirləndirilən şəxs onun evində təmir işləri aparmış və 2015-ci ilin mart-aprel aylarında bəzi sənədləri qaydasına salmaq məqsədi ilə Azərbaycan Respublikasına gedəcəyini demişdir. Təqsirləndirilən şəxs öz qohumları ilə hamam otağında, mətbəxdə, qonaq otağında təmir işləri aparmış, onlar hamam və mətbəxdə işləri tam görmüşlər, qonaq otağında isə divar kağızlarını qoparmışlar. Təqsirləndirilən şəxs gedənə kimi xatırladığı qədər xx.xx.2015-ci ilədək təmir işlərini görmüşdür. Tarixi dəqiq qeyd etmişdir ona görə ki, əlində izahatının və ya ifadə protokolunun surəti vardır, hansı olduğunu dəqiq bilməmişdir. Orada onun hüquq mühafizə orqanlarına bildirdiyi məlumatlar öz əksini tapmışdır. Həmçinin qeyd olunan sənədin surətini Azərbaycan Respublikasına Təqsirləndirilən şəxs vəkilinə göndərmişdir. Təqsirləndirilən şəxs təmir işləri aparan zaman öz qohumları ilə birlikdə vaxtaşırı olaraq onun evində gecələyirmiş, onlar ya uşaq, yadaki qonaq otağında yatırmışlar. O, həmin zaman saat 10:00-dan saat 23:00-a qədər işləyirmiş, işə saat 09:15də gedərək təxminən 23:15-də qayıdırmış, lakin arada biraz gecikirmiş. Getməmişdən əvvəl Təqsirləndirilən şəxs qardaşı ilə birlikdə işlərini yekunlaşdırdıqlarından, çox işləyib gecəni onun evində gecələyirmişlər. Bununla yanaşı Təqsirləndirilən şəxs tək şəkildə də orada qalırmış. Onun evində gecələmədikləri halda isə onlar Uçkeken kəndində yerləşən evlərində qalırmışlar. Onun evinin bir dəst açarı olmuş, hansını ki, o, Təqsirləndirilən şəxs və qardaşına saxlayıb gedirmiş. Həmçinin işə gedərkən onlar gəlmədikdə, sonuncular açar dalınca onun işlədiyi yerə gəlirmişlər və açarı qaytaranda da o, evdə olmadıqda iş yerinə gələrək geri qaytarırmışlar. Mütəmadi olaraq onlarda evinin açarları olmamışdır. Bununla yanaşı vaxtaşırı olaraq o, evdə gəcələmədiyi halda açarı onlara saxlayırmiş, bundan əlavə binanın girişində də elektron kilidli qapı olduğundan onlara həmin qapının açarları da lazım olurmuş. Xatırladığı qədər həmin gün, yəni xx.xx.2015-ci il tarixdə Təqsirləndirilən şəxs qardaşı ilə birlikdə onun evində işləmişdir. Bununla yanaşı 2015-ci ilin mart ayının 25-dən 26-na keçən gecə, işləri çox olduğundan onlar onun evində gecələmişlər. Səhər saat 09:15 radələrində o, işə getdim, Təqsirləndirilən şəxs isə qardaşı ilə birlikdə təmir aparmaq məqsədilə evdə qalmışlar, təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs qardaşı ilə birlikdə onun işlədiyi yerə gəlmiş, bu zaman sonuncuda “VAZ” markalı “2109 və ya 21099” modelli boz və ya mavi rəngli d.q.n.n-nı xatırlamadığı avtomobil olmuşdur. Onlar açarları verərək bildirmişlər ki, MaloQaraçayev rayonu Uçkeken kəndinə ataları ilə görüşməyə gedirlər, belə ki, xx.xx.2015-ci il tarixdə onlar Azərbaycan Respublikasına, dəqiq olaraq bilmədiyi sənədləri düzəltmək üçün getməyə hazırlaşmışlar. Daha sonra isə xx.xx.2015-ci il tarixdə saat 21-dən 22-ə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs qardaşı ilə birlikdə onun işlədiyi yerə gələrək orada yemək yemişlər və onlar birlikdə evə yollanmışlar. Evə təxminən 23:15 radələrində gəldikdə Təqsirləndirilən şəxs qardaşı ilə birgə bəzi təmir işlərini etmişlər və ardınca onlar çay içmişlər, xx.xx.2015-ci il tarixdə gecə yarısından sonra isə yatmışlar. Gecə o, yatmış və bu müddət ərzində oyanmamış, xx.xx.2015-ci il tarixdə təxminən saat 09:15 radələrində işə getmək məqsədilə evi tərk etmiş, Nurəddinlə qardaşı isə həmin vaxt uzanmışlar və bərbərxanaya gedəcəklərini söyləmişlər. xx.xx.2015-ci il tarixdə günortadan sonra dəqiq xatırlamadığı vaxtda onlar onun işlədiyi yerə gələrək açarları vermişlər, daha sonra isə anaları gəlmiş və onlar getmişlər. Bunları o, əvvəllər hüquq mühafizə orqanlarının əməkdaşlarına dediyindən, belə dəqiq şəkildə xatırlamışdır. xx.xx.2015-ci il tarixdə o, işləmiş, işə saat 09:15 radələrində getmiş, işdən evə isə Təqsirləndirilən şəxsla və sonuncunun qardaşı ilə birlikdə saat 23:15 radələrində qayıtmış, gecəni də evdə olmuşdur. Təqsirləndirilən şəxs qardaşı ilə birlikdə qonaq otağında yatmışlar. Həmin otaq dəhlizdən sonra yerləşmiş. Onlar ikisi də açılıb-bağlanan divanda yatmışlar. Həsənovların anası ondan Təqsirləndirilən şəxs və digər ailə üzvlərinin gecə Uçkeken kəndinə geri qayıtmamaları üçün evində gecələmələrinə icazə verməsini istəmiş, bu səbəbdəndə o, onlara qalmağa icazə vermişdir. Beləliklə, aparılan təmir işləri ilə bağlı Təqsirləndirilən şəxs onun evimdə gecələmişdir. Dəqiq olaraq bu halın hansı davamiyyətlə baş verdiyini o, söyləyə bilməmiş, lakin sonuncu qardaşı ilə birlikdə 2015-ci ilin mart ayının 25-dən 26-na kimi və 26-dan 27-nə kimi onun evində gecələmişdir. Bu zaman onlar vanna quraşdırdıqlarından işləri çox olmuşdur. Təqsirləndirilən şəxs onun evində qalması barədə sonuncunun qohumlarının, onun ailə üzvlərinin, həmçinin qonşuların və digər tanışların məlumatı olmuşdur. O, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə keçən gecə Təqsirləndirilən şəxs ondan xəbərsiz evi tərk etməyinin mümkünsüz olduğunu güman etmişdir, belə ki, onun yatdığı otağın qapısı evinin giriş qapısının qarşısında yerləşmiş, bu səbəbdəndə o, qapının açılmasını eşitməli imiş. Evin qapısı gecə həmişə bağlı olurmuş və iki dəfə kilidlədikdən sonra açar qapının üzərində qalırmış. Təqsirləndirilən şəxs dəqiq olaraq həmin gecə evdən çıxmadığını o, qəti şəkildə təsdiqləyə bilməmiş, lakin əgər belə olardısa, o, qapının açılmasını eşidərmiş, o isə heç nə eşitməmişdir. Həmin gecə o, necə, saat nəçədə yatdığını və saat neçədə oyandığını xatırlamamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs pəncərədən çıxaraq evi tərk edə bilərmiş, belə olan halda o, heç nə eşitməzdir, lakin onun fikrincə, çətin Təqsirləndirilən şəxs elə şəkildə evdən çıxarmış. Dəqiq olaraq sonuncunun həmin gecə evindən çıxıb-çıxmaması ona məlum deyildir. xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət ərzində o, Təqsirləndirilən şəxs davranışlarında heç bir qeyri adilik hiss etməmiş, sonuncu özünü həmişəki kimi aparırmış, bundan əlavə bədəninin görünən hissələrində o, heç bir xəsarət görməmişdir. Onun paltarı təmiz və səliqəli olmuş, həmçinin bu zaman qeyri-adi heç nə söyləməmişdir. Bundan əlavə o, ifadəsini könüllü olaraq öz istəyi ilə vermiş və bütün baş verənləri olduğu kimi göstərmişdir. Ona Təqsirləndirilən şəxs MaloQaraçayev rayonu, Uçkeken kəndində, evində yaşadığı qadının qətlə yetirilməsində təqsirləndirildiyi məlum olmuşdur, o, Təqsirləndirilən şəxs qadını öldürməsinə inana bilməmişdir, ona görə ki, sonuncunu və onun ailə üzvlərini yalnız müsbət tərəfdən tanımış, onlar çox dürüst, tərbiyəli və mülayim insanlar olmuşlar, həmişə özlərini çox tərbiyəli şəkildə aparırmışlar. İfadəsində o, Təqsirləndirilən şəxs qardaşı dedikdə həmişə Sərxanı nəzərdə tutmuş, hansı ki, ona məlum olan qədər 2016-cı ildə baş vermiş avtomobil qəzası nəticəsində dünyasını dəyişmişdir. Onların atası isə xx.xx.2019-cu ildə vəfat etmişdir. xx.xx.2020-ci il tarixdə istintaq tapşırığına əsasən şahid qismində dindirilmiş X21 verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, Üçkəkən kəndi Ü.Əliyev küçəsində 37 saylı beşmərtəbəli binanın üçüncü mərtəbəsində 17 saylı mənzildə anası ilə birlikdə yaşayır. 37 saylı binanın beşinci mərtəbəsində 25 saylı mənzildə poçtalyon işləyən Gülnarə adlı qadın yaşayıb.Onun haqqında başqa heç bir məlumatı bilmir.Gülnarə göstərilən mənzili azərbaycanlı ailəyə kirəyə vermiş,( nə vaxt verdiyini xatrlamır) özü də həmin mənzildə yaşamışdır. Gülnarə sakit və cox ünsiyyətcil olmayan qadın olmuş, hərdən anasının halını soruşmuşdur. Onu nadir hallarda görmüşdür. Beşinci mərtəbədə 23,24 və 25 nömrəli mənzillər var. 23 nömrəli mənzildə uzun zamandır heç kim yaşamır.( 2015-ci ildə də orada heç kim yaşamırdı) Şahid2 24 saylı mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Maqomed adlı şəxs heç vaxt göstərilən binanın 23,24 və 25 saylı mənzilində yaşamamışdır. xx.xx.2020-ci il tarixdə istintaq tapşırığına əsasən şahid qismində dindirilmiş X29 verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, Üçkəkən kəndi Ü.Əliyev küçəsində 37 saylı beşmərtəbəli binanın 20 saylı mənzildə yaşayır. Şahid2 24 saylı mənzildə ailə üzvləri ilə birlikdə yaşayır.23 saylı mənzil Aminat Bostanova məxsusdur və o Çerkessk şəhərində yaşadığı üçün uzun müddətdir ki, orada heç kimi yaşamır. Binanın sakini kimi bilir ki, Yesenteyevanın mənzilinin yerləşdiyi göstərilən girişdə Məhəmməd adlı şəxs heç vaxt yaşamamışdır. xx.xx.2015-ci il tarixdə G.Yesenteyevanın yanına kiminsə gəlməsini görməmişdir. xx.xx.2021-ci il tarixdə şahid qismində dindirilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, hal-hazırda Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X23” publik hüquqi şəxsin Gəncə şəhər söbəsinin eksperti vəzifəsində işləyir. X2 adına tərtib olunmuş xx.xx.2015-ci il tarixli 87 saylı məhkəmə-tibbi ekspertizasının rəyi ilə tanış olaraq o, bildirmişdir ki, həmin rəydə orta ağır kimi adlandırılan xəsarətlər Azərbaycan Respublikasının hazırda qüvvədə olan qanunvericiliyə əsasən sağlamlığa az ağır zərər vuran xəsarətlər kateqoriyasına aiddir. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxışın həyata keçirildiyi yer Uçkeken k. U.Əliyev küç. yerləşən 37 saylı beş mərtəbəli evin 25 saylı mənzili olmuş, mənzilin yerləşdiyi evə giriş evin cənub tərəfindən blok qapısından həyata kecirilmişdir. Baxış zamanı blok qapıları açıq olmuş, mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə qovşaq fotoçəkilişi həyata keçirilmiş, blokun pilləkəni ilə qalxan zaman 2 mərtəbə ilə 3 mərtəbə arasında pilləkənin birinci və ikinci pillələrində metaldan olan məhəccərlərdən 50 sm aralıda damcı şəklində əks olunan qana bənzər tünd-al rəngli ləkə aşkar olunmuşdur. Mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə qovşaq və detallı fotoçəkiliş həyata keçirilmişdir. Həmçinin mütəxəssis tərəfindən tənzif tampona qeyd olunan maddələrin yumaları götürülmüş, onlar ağ rəngdə kağız zərfə qablaşdırılmış, klapanına birka yapışdırılaraq, üzərində yazı yazılmışdır: "Uçkeken k. U.Əliyev küç. 37 saylı evin blok pilləkənin pillərindən götürülən tünd al rəngli maddənin yumaları", birka müstəntiqin iştirakı və "RİK QÇR üzrə İİ Malokaraçayev rayonu üzrə istintaq şöbəsi №2" dairəvi möhürü ilə təsdiq olunmuşdur. 25 saylı mənzil qeyd olunan evin beşinci mərtəbəsində yerləşmiş, mənzilə giriş şərq tərəfindən metal qapıdan həyata keçirilmiş, qapının çöl tərəfində kürən rəngdə bəzədilmişdir fanera olmuş və mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə qovşaq fotoçəkilişi həyata keçirilmişdir. Qeyd olunan mənzilin giriş qapısı, baxış zamanı qıfılla bağlı vəziyyətdə olmuş və vizual baxış keçirilərkən hər hansı bir zədəsi olmamışdır. Qapıda iki kilid olmuş, yuxarıdakı qapı kilidində çöldən, içərisində açarın olduğu müəyyən edilmiş və mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə detallı fotoçəkiliş həyata keçirilmişdir. Qeyd olunan mənzilin giriş qapısı yuxarı və aşağı kilidlərin siyirmələrinin bolqarka vasitəsi ilə kəsilməsi nəticəsində açılmışdır. Mütəxəssis tərəfindən qapının daxili və xarici tərəfi daktiloskopik tozu, maqnit fırça vasitəsi ilə vurulması ilə emal olunmuşdur. Qapının daxili tərəfinin emalı zamanı əllərin barmaqlarının iki izi əks olunmuşdur, izlər qapının səthindən skoçt yapışqan lenti vasitəsilə götürülmüşdür. Mənzilə girdikdə ümumi ölçüləri 3x1 metr olan dəhliz yerləşmiş, mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə xülasəli fotoçəkiliş həyata keçirilmişdir. Döşəmənin üstünə qazetlər sərilmiş, şimal divarı istiqamətində bir cüt çəkmə və bir cüt tufli şəklində kişi ayaqqabısı olmuşdur. Dəhlizin qərb divarında №1 otağa aparan qapı çərçivəsi olmuş, otağa giriş açıq qəhvəyi rəngli taxta qapıdan həyata keçirilmişdir, baxış zamanı açıq vəziyyətdə olmuşdur. Mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə qovşaq fotoçəkilişi həyata keçirilmişdir. Girişdə ümumi ölçüləri 3,5x5 metr olan otaq yerləşmiş, Otaqda ümumi qayda pozulmuşdur. Mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə xülasəli fotoçəkiliş həyata keçirilmişdir. Otağın şərq divarında elektrik açarı olmuş, ağ rəngli plasstmasdan yerinə yetirilmişdir, üzərində qana bənzər tünd al rəngli maddə izləri olmuşdur. Mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə detallı fotoçəkilişi həyata keçirilmişdir. Bundan əlavə mütəxəssis tərəfindən elektrik açarı daktiloskopik tozun, maqnit fırça vasitəsi ilə vurulması yolu ilə emal olunmuşdur. Emal zamanı barmaq izi əks olunmuş və skotç yapışqan lentinə köçürülmüşdür. Otağın döşəməsinə açıq qəhvəyi rəngli həndəsəvi naxışlı linoleum sərilmişdir. Şimal və şərq divarları ilə yaradılan küncdə kartondan yerinə yetirilən qutu olmuş, onun üzərində vanna otağı üçün iki xalça yerləşmişdir. Şimal və qərb divarları ilə yaradılan küncdə açıq qəhvəyi rəngli ağacdan yerinə yetirilən tumba olmuş, üzərində televizor yerləşmişdir. Qərb divarı boyunca açıq-bej rəngli divan yerləşmiş, üzərində açıq rəngli balışüzü olan balış olmuş, divanın üzərində, divarda naxışlı tünd qırmızı rəngli xalça asılmışdır. Döşəmədə divanın sağ qoltuq qoyan hissəsində iki ayaqqabı izi olmuş, onların üzərində qana bənzər tünd al rəngli maddə izləri əks olunmuşdur. Mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə detallı fotoçəkilişi həyata keçirilmişdir. Bundan əlavə mütəxəssis tərəfindən bıçaq vasitəsi ilə döşəmə üstü örtüyün kəsikləri götürülmüş, onlar kartondan hazırlanan iki ayrı qutuya qablaşdırılmış, üzərinə birka yapışdırılmış, birkanın üzərində yazı yazılmışdır: "Uçkeken k. U.Əliyev küç. 37 saylı 25 saylı mənzilin №1 otağından götürülən ayaqqabı izi ilə döşəmə üstü örtük kəsiyi", birka müstəntiqin iştirakı və "RİK QÇR üzrə İİ Malokaraçayev rayonu üzrə istintaq şöbəsi №2" dairəvi möhürü ilə təsdiq olunmuşdur. Otağın mərkəzində, döşəmədə naxışlı qırmızı rəngli xalça olmuşdur. Bundan əlavə döşəmədə, şimal divarından 1,7 metr və şərq divarından 0,8 metr məsafədə X5 cəsədi aşkar olunmuşdur. Mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə xülasəli və qovşaq fotoçəkilişi həyata keçirilmişdir. Cəsədə baxış QÇR "MTE bürosu" BT məhkəmə-tibi eksperti Malokaraçayev RMO rəhbəri Y.İ.Botaşevin iştirakı ilə həyata keçirilmiş, baxış zamanı cəsəd sağ tərəfi üzrə uzanmış, sağ ayağı diz oynağında qatlanmış, sol ayağı irəli, sağ əl dirsək oynağında qatlanmış və döş qəfəsinə tərəf gətirilmiş, sol əl irəli çəkilmiş və cəsədə nisbətən önə aparılmış vəziyyətdə olmuşdur. Cəsədin üzərində ağ-çəhrayi rəngli gecə köynəyi, qara rəngli şort olmuşdur. Bel nahiyyəsində onurğa xətti yanında solda bərabər kənarları, iti ucları «P» bənzər şərti siferblatın 9 və 3 saatına istiqamətlənən köndələn yerləşən yara; anoloji yara, lakin onurğa xətti yanında sağda, uzunluğu 3 sm, kənarları təxminən eyni istiqamətə olmuşdur. Ətraflı baxış üçün cəsəd çevrilmişdir. Baş düzgün formalı, başda saçlar şabalıdı rəngdə, uzunluğu 20 sm olmuşdur. Gözləri qapaqlarla örtülmüş, qapaqlar şişli, sklerlər boz rəngdə olmuş, burun sümükləri əllə dəydikdə tam, dili diş xəttindən qabağa çıxmış, boyun bədənə mütənasib, döş qəfəsi silindrik formada, elastik olmuşdur. Qarnı qabırğa qövslərindən yuxarıda olmuş, sıxdır. Əl və ayağın boru sümükləri əllə yoxlandıqda tamdır. Sol əlin 4-cü barmağında sarı rəngli metaldan üzük olmuş, başın, boynun, əllərin və döş qəfəsinin bütün səthi öndən bol tünd qırmızı rəngli qan izləri ilə örtülmüşdür. Qeyd olunan sahələrdə travmatik zədələrin olmasını və ya olmamasını müəyyən etmək mümkün olmamışdır. Bununla cəsədə baxış başa çatmışdır. Cəsədə baxış zamanı mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə detallı fotoçəkilişi həyata keçirilmişdir. Baxışdan sonra cəsəd QÇR "MTE bürosu" BM-nə məhkəmə-tibbi ekspertizanın həyata keçirilməsi üçün göndərilmişdir. Döşəmədə, şimal divardan 1,5 metr və şərq divarından 1 metr məsafədə bıçaq tutacağı aşkar olunmuşdur, tutacaq qara rəngli plastmassdan hazırlanmış, üzərində qana bənzər tünd al rəngli ləkələr olmuşdur. Mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə detallı fotoçəkiliş həyata keçirilmişdir. Bıçağın tutacağı kartondan hazırlanan qutuya qoyulmuş, üzərinə birka yapışdırılmış, birkanın üzərində yazı yazılmışdır: "Uçkeken k. U.Əliyev küç. 37 saylı 25 saylı mənzilin №1 otağından götürülən bıçaq tutacağı", birka müstəntiqin iştirakı və "RİK QÇR üzrə İİ Malokaraçayev rayonu üzrə istintaq şöbəsi №2" dairəvi möhürü ilə təsdiq olunmuşdur. Şimal divardan 4 metr və şərq divarından 1,5 metr məsafədə üzərində qana bənzər tünd al rəngli ləkələr olan bıçağın tiyəsi aşkar olunmuşdur. Mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə detallı fotoçəkilişi həyata keçirilmişdir. Bıçağın tiyəsi kartondan hazırlanan qutuya qoyulmuş, üzərinə birka yapışdırılmış, birkanın üzərində yazı yazılmışdır – "Uçkeken k. U.Əliyev küç. 37 saylı 25 saylı mənzilin №1 otağından götürülən bıçaq tiyəsi", birka müstəntiqin iştirakı və "RİK QÇR üzrə İİ Malokaraçayev rayonu üzrə istintaq şöbəsi №2" dairəvi möhürü ilə təsdiq olunmuşdur. Cənub və şərq divarları ilə yaradılan küncdə qəhvəyi rəngdə ağacdan hazırlanan künc skamyası və qəhvəyi rəngli ağacdan hazırlanan masa olmuşdur. Skamyaların oturacaqları açıq şəkildə, üzərində qazetlər və poçt zərfləri olmuş, masanın üstünə ağ rəngdə polimer materialdan sürə salınmışdır. Masanın üstündə qaşıqlar, mətbəx qabları və qida məhsulları olmuşdur. Qərb və şərq divarları ilə yaradılan küncdə bir yerli, açıq qəhvəyi rəngli açacdan hazırlanmış açılan divan yerləşmişdir. Divanın üzərində paltarlar olan polimer paketlər atılmışdır, onlar həmçinin divanın önündə döşəməyə atılmışdır. Cənub divarda ağacdan hazırlanan və ağ rəngdə boyanan pəncərə çərçivəsi olmuş, şüşələri sınmamışdır. Pəncərə altında müxtəlif əşyalar olmuş, o cümlədən qırmızıqara rəngli "Samsung" markalı telefon. Mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə detallı fotoçəkiliş həyata keçirilmişdir. Mobil telefon kartondan hazırlanan qutuya qoyulmuşdur, üzərinə birka yapışdırılmışdır, birkanın üzərində yazı yazılmışdır "Uçkeken k. U.Əliyev küç. 37 saylı 25 saylı mənzilin №1 otağından götürülən mobil telefon", birka müstəntiqin iştirakı və "RİK QÇR üzrə İİ Malokaraçayev rayonu üzrə istintaq şöbəsi №2" dairəvi möhürü ilə təsdiq olunmuşdur. №1 otağın cənub divarında lodciyaya (eyvana) aparan qapı çərçivəsi olmuşdur. Eyvana giriş qəhvəyi rəngli ağaçdan hazırlanan qapıdan həyata keçirilmiş, baxış anına qapı açıq vəziyyətdə olmuşdur. Girdikdə ümumi ölçüləri 1,2x5,5 metr olan eyvan yerləşmiş, mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə xülasəli fotoçəkiliş həyata keçirilmişdir. Eyvan şüşələnmiş, yəni ağ-boz rəngə boynanan ağacdan hazırlanan pencərə çərçivələri ilə, şüşələr pozulmamışdır. Eynvanın qərb divarında qapıları olan ağ rəngdə əşya dolabı olmuşdur. Mütəxəssis tərəfindən daktiloskopik tozun maqnit fırça ilə vurulması yolu ilə qapılar emal olunmuş, emal zamanı sol qapıda əllərin ovucunun iki izi əks olunmuşdur. Mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə detallı fotoçəkilişi həyata keçirilmişdir. Bundan əlavə mütəxəssis tərəfindən bıçaq vasitəsi ilə sol qapının fraqmentinin kəsiyi götürülmüş, qeyd olunan kəsik kartondan olan qutuya qablaşdırılmış, üzərinə birka yapışdırılmış, birkanın üzərində yazı yazılmışdır: "Uçkeken k. U.Əliyev küç. 37 saylı 25 saylı mənzilin eyvanında götürülən dolabın sol qapısının fraqmentinin kəsiyi", birka müstəntiqin iştirakı və "RİK QÇR üzrə İİ Malokaraçayev rayonu üzrə istintaq şöbəsi №2" dairəvi möhürü ilə təsdiq olunmuşdur. Eyvanın döşəməsində paltar əşyaları, qazet və poçt zərfləri ilə və paltar əşyaları ilə paketlər tökülmüşdür. Bundan əlavə 13 ədəd cırılmış vəziyyətdə pul əskinasları qablaşması aşkar olunmuşdur, yəni 100 vərəq 100 rubl, 100 bilet 50 rubl, 100 vərəq 100 rubl, 100 vərəq 500 rubl, 100 vərəq 50 rubl, 100 vərəq 1000 rubl, 100 bilet 50 rubl, 100 vərəq 100 rubl, 100 bilet 100 rubl, 100 vərəq 1000 rubl, 100 bilet 50 rubl, 100 vərəq 100 rubl, 100 vərəq 1000 rubl. Mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə detallı fotoçəkilişi həyata keçirilmişdir. Pul əskinaslarının kağız qablaşmaları qəhvəyi rəngli kağız zərfə qoyulmuş, klapanı birka ilə yapışdırılmış, birkanın üzərində yazı yazılmışdır: "Uçkeken k. U.Əliyev küç. 37 saylı 25 saylı mənzilin eyvanında götürülən pul əskinazlarının qablaşması", birka müstəntiqin iştirakı və "RİK QÇR üzrə İİ Malokaraçayev rayonu üzrə istintaq şöbəsi №2" dairəvi möhürü ilə təsdiq olunmuşdur. Bundan əlavə döşəmədə ağ rəngli A4 formatlı 29 vərəqdə sahə №7 üzrə ödəmə cədvəlləri aşkar olunmuş, orada məbləğlər qeyd olunmaqla cədvəllər və sətirlər, həmçinin əlyazma imzaları olmuş, sahə №6 üzrə ağ rəngli A4 formatlı 35 vərəqdə ödəmə cədvəlləri aşkar olunmuşdur, orada məbləğlər qeyd olunmaqla cədvəllər və sətirlər, həmçinin əlyazma imzaları olmuşdur. Ödəmə cədvəlləri qəhvəyi rəngli kağız zərfə qoyulmuş, klapanı birka ilə yapışdırılmış, birkanın üzərində yazı yazılmışdır: "Uçkeken k. U.Əliyev küç. 37 saylı 25 saylı mənzilin eyvanında götürülən ödəmə cədvəlləri", birka müstəntiqin iştirakı və "RİK QÇR üzrə İİ Malokaraçayev rayonu üzrə istintaq şöbəsi №2" dairəvi möhürü ilə təsdiq olunmuşdur. Eynvanın şərq divarı boyunca ağ rəngli taxtadan hazırlanan masa, onun üzərində mətbəx qabları və cihazları, stəkanlar, həmçinin limonadlı polimer butulka olmuşdur. Mütəxəssis tərəfindən şüşə stəkan daktiloskopik tozla emal olunmuş, stəkanın emalı zamanı əl barmaq izləri əks olunmuş, onlar stəkanın səthindən skotç yapışqan lentinə götürülmüşdür. Bundan əlavə limonadlı polimer butulka daktiloskopik tozla emal olunmuş, emal zamanı butılkanın üzərində əl barmaq izləri aşkarlanaraq, skotç yapışqan lentinə götürülmüşdür. Mətbəx masasının arxasında ağ rəngdə soyuducu yerləşmiş, cənub divarda qaz plitəsi, rakovina yerləşmiş, divarda qaz kolonkası olmuşdur. Bununla eyvana baxış başa çatmışdır. Dəhlizin qərb divarında vanna otağına aparan qapı çərçivəsi olmuş, oraya giriş qəhvəyi rəngli ağacdan hazırlanmışdır. Mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə qovşaq fotoçəkilişi həyata keçirilmişdir. Baxış zamanı qapı bağlı, lakin qıfılla kilidli olmayan vəziyyətdə olmuşdur. Daxil olduqda ümumi ölçüləri 1,5x2 metr olan vanna otağı yerləşmiş, mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə xülasəli fotoçəkiliş həyata keçirilmişdir. Vanna otağında şərq divarı boyunca unitaz, rakovina, vanna yerləşmişdir. Vanna otağında istintaqa üçün maraqlı olan hər hansı bir əşya və ya iz aşkar olunmamış, bununla da vanna otağına baxış başa çatmışdır. Dəhlizin şimal divarında №2 otağa aparan qapı çərçivəsi olmuşdur. Mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə qovşaq fotoçəkilişi həyata keçirilmişdir. Otağa giriş qəhvəyi rəngə boyanmış ağacdan hazırlanan qapıdan həyata keçirilmiş, baxış anına açıq vəziyyətdə olmuşdur. Daxil olduqda ümumi ölçüləri 2,5x2,5 metr olan otaq №2 yerləşmişdir. Mütəxəssis tərəfindən rəqəmsal fotoapparat vasitəsi ilə xülasəli fotoçəkiliş həyata keçirilmişdir. Qərbi və cənubi divarlarların kəsişməsi nəticəsində yaranmış küncdə açıq qəhvəyi rəngli açağcdan hazırlanan əşya dolabı yerləşmiş, qapıları baxış anına bağlı, lakin kilidlənməmiş vəziyyətdə olmuşdur. Dolabda paltarlar olmuşdur. Şərq divarının yanında qəhvəyi rəngli ağacdan olan çarpayı olmuşdur. Çarpayının üzərinə çəhrayi rəngli örtük olmuş, bu zaman onun sol, yəni şimal hissəsi açılmışdır. Çarpayı üzərində bioloji mənşəli hər hansı bir iz aşkarlanmamışdır. Çarpayının arxasında ütü masası, onun üzərində iki kişi şalvarı olmuşdur. Otağın qərb divarında qəhvəyi rəngli ağacdan hazırlanan, şüşələri sınmamış pencərə çərçivəsi olmuşdur. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 87 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Vətəndaş Q.N.Yesentayevanın ölümü massiv daxili və xarici qanaxma nəticəsində baş vermişdir, qanaxma sol ağ ciyərin zədələnməsi ilə döşün iki ədəd nüfuz edən deşilmiş-kəsilmiş yarası və bir nüfuz etməyən yuxu arteriyasının zədəsi ilə sağdan boynun deşilmiş-kəsilmiş yarası və başın saçlı hissəsinin ənsə sahiyyəsində, üzün, boynun, sağdan döş qəfəsinin və əllərin çoxsaylı deşilmiş-kəsilmiş yaraları ilə ağırlaşmışdır. Qeyd olunan nəticə başın saçlı hissəsinin ənsə sahiyyəsində, üzün, boynun, sağdan döş qəfəsinin və əllərin (sol ağ ciyərin zədələnməsi ilə döşün iki ədəd nüfuz edən deşilmiş-kəsilmiş yarası və bir nüfuz etməyən yuxu arteriyasının zədəsi ilə sağdan boynun deşilmiş-kəsilmiş yarası) çoxsaylı deşilmiş-kəsilmiş yaraları, massiv xarici qansızma əlamətləri (paltarda və cəsədin dəri örtüklərində zəngin qurumuş qan izləri), plevral boşluqlarda qan (150 ml sağda, 300 ml solda), sol ağ ciyəin yuxarı payının zədələnməsi ilə təsdiqlənir. G.N.Yesentayevanın cəsədinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakı travmatik zədələri olmuşdur: sol ağ ciyərin zədələnməsi ilə döş qəfəsinin 2 nüfuz edən kəsilmiş-deşilmiş yarası, sağdan yuxu arteriyasının zədələnməsi ilə boynun 1 kəsilmiş-deşilmiş yarası, onlar kəsici-deşici xassələrə malik əşyanın və ya alətin təsirindən yaranmış və həyata təhlükəlilik əlaməti üzrə sağlamlığa ağır zərər vurmuşdur. G.N.Yesentayevanın cədəsinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakı şəkildə travmatik zədələr aşkar olunmuşdur: sağ yanaq nahiyyəsinin bir kəsilmiş yarası, boynun sağdan 5 nüfuz etməyən kəsilmiş-deşilmiş yarası, soldan yanaq nahiyyəsinin 1 kəsilmşdeşilmiş yarası, döş qəfəsinin sağdan 1 nüfuz etməyən kəsilmiş-deşilmiş yarası, sağ əlin 1 kəsilmiş yarası, 1 sol əlin kəsilmiş yarası, qarnın 1 kəsilmiş-deşilmiş yarası onlar kəsicideşici xassələrə malik əşyanın və ya alətin təsirindən yaranmış və həyata təhlükəlilik əlaməti üzrə sağlamlığa orta ağır zərər vurmuşdur. G.N.Yesentayevanın cədəsinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakı şəkildə trvmatik zədələr aşkar olunmuşdur: burun-dodaq uçbucağı nahiyyəsinə nüfuz etməyən bir kəsilmiş-deşilmiş yara, sağdan aşağı çənənin küncünün proyeksiyasında 1 kəsilmiş-deşilmiş yarası, başın saçlı hissəsinin ənsə nahiyəsinin 2 nüfuz etməyən kəsilmiş-deşilmiş yarası, sol yanaq nahiyyəsinin 5 nüfuz etməyən kəsilmiş-deşilmiş yarası, sağ bazu önü 4 kəsilmiş-deşilmiş yarası, sağ əlin 2, 3, 4, 5 barmaqlarının 4 kəsilmiş yarası, sol əlin iç hissəsinin 1 kəsilmiş-deşilmiş yarası, sol bazu önünün 1 kəsilmiş deşilmiş yarası, belin sağdan 1 kəsilmiş-deşilmiş yarası, sağ sağrı nahiyənin 1 kəsilmiş-deşilmiş yarası, onlar kəsici-deşici xassələrə malik əşyanın və ya alətin təsirindən yaranmış və həyata təhlükəlilik əlaməti üzrə sağlamlığa yüngül zərər vurmuşdur. G.N.Yesentayevanın cədəsinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakı şəkildə trvmatik zədələr aşkar olunmuşdur: sağdan ön qoltuqaltı xətt üzrə 4-5 qabırğaların sınmaları şəklində və dilaltı sümüyün sol böyük buynuzunun sınması şəklində, onlar bərk küt əşyaların təsirindən yaranmışdır və sağlamlığa orta ağır dərəcəli zərər vurmuşdur, çünki həyatda olan zaman sağlamlığı uzunmüddətli pozardı. G.N.Yesentayevanın cəsədindən əzələ və ödün məhkəmə-kimyəvi tədqiqatı zamanı narkotik maddələr aşkar olunmamışdır. G.N.Yesentayevanın cəsədindən əzələnin məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti aşkar olunmuşdur.Tibbi-kriminalistik tədqiqat zamanı boynun sağ xarici səthinin dəri preparatlarında və cəsədin çənəaltı dəri preparatında birtipli yaralar aşkar olunmuşdur, onlar öz morfoloji xüsusiyyətlərinə görə kəsilmiş-deşilmiş yaralar olmuş və tiyəsinin qalınlığı 0,1-0,2 sm olan bıçaq tipli kəsici-deşici aləti dəfələrlə (9 dəfə) vurulması nəticəsində yaranmışdır. Cəsəd dəyişiklərinin xarakteri (imbibasiya mərhələsində cəsəd ləkələri, əzələ bərkiməsinin olmaması, cəsədin temperaturu, həmçinin ifadə olunan çürümə dəyişikləri) göstərmişdir ki, ölüm anından G.N.Yesentayevanın cəsədinin məhkəmə-tibbi ekspertizasının keçirilməsinə qədər 3-6 gün keçmişdir. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 124 saylı məhkəmə histolojı ekspertizasının rəyindən görünür ki, qırtlağın yumşaq toxumalarında ifadə olunan autoliz fonunda qansızmaları xatırladan sahələr aşkar olunmuşdur, lakin onlarda eritrositlər aşkar olunmamışdır. Ağ ciyərlərdə şiş, distelektazlar, tamqanlılıq və böyük qansızmalar, qara ciyərlərdə qara ciyər balkalarının diskompleksasiyası, böyrək toxumalarının şişi, Beynin toxumasında və yumşaq beyin qişasında şiş və kəskin olmayan tamqanlılıq vardır. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 44 saylı məhkəmə tibbikriminalistik ekspertizasının rəyindən görünür ki, X3 cəsədinin çənəaltı nahiyəsinin, boynun xarici səthinin dəri preparatlarının tədqiqatı zamanı yaralar aşkar olunmuş, onlar öz morfoloji xüsusiyyətlərinə görə kəsilmiş-deşilmiş xassələrə malik olmuş, qalınlığı təxminən 0,1-0,2 sm “P” formalı tiyəsi olan, tiyənin ülgücü ikitərəfli itilənmiş, daxil olan hissə səviyyəsində tiyə eni 2,0 sm yaxın olan bıçaq tipli eyni kəsici-deşici xassələrə malik alətin təsiri nəticəsində vurulmuşdur. Əlavə kəsik tiyə oxunun çıxarılan zaman bədən oxuna nisbətən dəyişməsi zamanı yaranmışdır. Aparılan eksperimental tədqiqatla müəyyən olunmuşdur ki, G.N.Yesentayevanın cəsədindən dəri preparatlarında yaralar ekspertizaya təqdim olunan bıçaq tiyiəsi və ya oxşar xətti parametrlərə malik tiyə ilə vurula bilərdir. Dilaltı sümükdə onun bədənlə birləşdiyi yer üzrə sol böyük buynuzunun sınması daxili səth tərəfindən kapsulun zədələnməsi ilə aşkar olunmuşdur. Qeyd olunan zədə bərk küt əşyaların təsirindən yaranmış və boynun ön-arxa istiqamətdə sıxılması nəticəsində yarana bilərdir. Dilaltı sümükdə kəsici-deşici alətin təsir əlamətləri aşkar olunmamışdır. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 33 saylı məhkəmə-biolojı ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunan döşəmə üstü örtüyün (linoleumun) iki fraqmentində və fanera (dolab qapısı) fraqmentində H antiqeni ilə Bα(İİİ) qruplu insan qanı olmuşdur, həmin qan H antiqeni ilə Bα(İİİ) qruplu qana malik G.N.Yesentayevadan əmələ gələ bilərdir. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 157 saylı məhkəməbiolojı ekspertizasının rəyindən görünür ki, A B O sistemi üzrə G.N.Yesentayevanın cəsədindən qan Bα (İİİ) qrupuna aiddir. G.N.Yesentayevanın cəsədi üzərində olan gecə köynəyindən və şortdan insan qanı aşkar olunmuşdur, qanda B antigeni və α aqqlyutinini aşkar olunmuşdur. Qan Bα (İİİ) qruplu şəxsdən, ola bilər ki, vəfat etmiş G.N.Yesentayevadan yaranmışdır. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli SKV 1688-15 saylı məhkəmə molekulyar-genetik ekspertizanın rəyindən görünür ki, qan nümunəsi tədqiqata təqdim olunan X10 genetik profili müəyyən olunmuşdur(cəvdəllər2,3). Tədqiqata təqdim olunan X1 nümunəsində sonuncunun genetik profili müəyyən olunmuşdur (cəvdəl 2). Giriş pilləsindən götürülən al rəngli maddə yuması olan tənzif tamponda insan qanı və qarışıq genetik profil müəyyən olunmuş, orada G.N.Yesentayevanın bioloji materialının olması istisna olunmuşdur. №1 obyekdə aşkar olunan qarışıq izlərdə güman olunan iştirakçıların böyük miqdarı ilə bağlı olaraq qeyd olunan qarışıq genetik profili yaradan müəyyən olunmamış şəxslər barəsində S.Təqsirləndirilən şəxs valideyn-uşaq bioloji qohumluğunu müəyyən etmək mümkün olmamışdır. Giriş pilləsindən götürülən al rəngli maddə yuması olan tənzif tamponda aşkar olunan bioloji izlərin Y-xromosomu tədqiq olunan zaman qarışıq qaplotip müəyyən olunmuş, o bir neçə şəxsin bioloji materialının qarışması ilə təmsil olunmuşdur. Bu qarışığın iştirakçılarından birinin müəyyən olunan dominant qaplotipi yoxlanılan şəxslərlə müqayisəli tədqiqat üçün istifadə oluna bilərdir. Nəzərə alaraq ki, Y-xromosom dəyişməz şəkildə nəsillər boyunca ata (kişi) xətti ilə verilən genetik əlamətlərin birliyi ilə (qaplotipi ilə) ötürülür, həmin izlərin S.Təqsirləndirilən şəxs, həmçinin onunla birbaşa patroxətti qohumluqda (ata/oğul, qardaş/qardaş, əmi/qardaş oğlu) olan şəxsdən olması istisna olunmuşdur. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli SKV 2303-16 saylı əlavə məhkəmə molekulyar-genetik ekspertizanın rəyindən görünür ki, bıçaq tutacağında bəzi izlərdə tər izləri qatışığı olmadan insan qanı olmuşdur, onlarda çox güman G.N.Yesentayevadan əmələ gələn və S.Təqsirləndirilən şəxs bioloji övladından (oğlundan) yaranmayan epitelial hüceyrələr olmuşdur. Bıçağın tutacağında digər izlərdə tər izi qatışı ilə insan qanı aşkarlanmış, onlarda çox güman epitelial hüceyrələr olmuş və qarışıq genetik profil müəyyən olunmuşdur, həmin genetik profildə G.N.Yesentayevanın bioloji materialının müəyyən olunmamış şəxs/şəxslərlə qatışıqda olması istisna olunmamışdır. Obyekt №8-də aşkar olunan qarışıq izlərində güman olunan iştirakçıların çoxlu sayda olması ilə bağlı olaraq qeyd olunan qarışıq genetik profili yaradan müəyyən olunmayan şəxslər barəsində S.Təqsirləndirilən şəxs övladı bioloji qohumluğunu müəyyən etmək mümkün olmamışdır. Obyekt №8-də Y-xromosom (nəsillər boyu dəyişməz şəkildə ata (kişi) xətti ilə ötürülən genetik əlamətlərin (qaplotipin) birliyi ilə köçürülən xromosom) markerlərinin təhlili zamanı müəyyən olunmuşdur ki, qatışıq komponent S.Təqsirləndirilən şəxsla patroxətt qohumluqda (ata/oğul (onun şübhəsiz ata olması şərti ilə), əmi/əmi oğlu, qardaş/qardaş) olan şəxs və daha bir kişinin qatışı ilə yaranmışdır.Taxta fraqmentində olan bəzi izlərdə tər izləri qatışığı olmadan insan qanı olmuş, onlarda çox güman G.N.Yesentayevadan əmələ gələn və S.Təqsirləndirilən şəxs bioloji övladından (oğlundan) yaranmayan epitelial hüceyrələr olmuşdur.Taxta fraqmentində № 2 obyektdə (müstəntiq tərəfindən qərarda fanera fraqmenti adlandırılıb) izlərdə az miqdarda tər izləri ilə insan qanı aşkar olunmuş, çox güman epitelial hüceyrələr daşımış və qarışıq genetik profil müəyyən olunmuşdur, profildə G.N.Yesentayevanın bioloji materialının olması istisna olunmamışdır. №2 obyektin qarışıq izlərinin Y-xromosomunun markerlərinin tədqiqatı zamanı müəyyən olunan qaplotip S.Təqsirləndirilən şəxs qaplotipi ilə uyğun deyildir. Yxromosom dəyişməz şəkildə nəsillər boyunca ata (kişi) xətti ilə verilən genetik əlamətlərin birliyi ilə (qaplotipi ilə) ötürülür, həmin izlərin S.Təqsirləndirilən şəxs, həmçinin onunla birbaşa patroxətti qohumluqda (ata/oğul, qardaş/qardaş, əmi/qardaş oğlu) olan şəxsdən olması istisna olunmuşdur.Taxta fraqmentində № 3 obyektdə (müstəntiq tərəfindən qərarda fanera fraqmenti adlandırılıb) izlərdə tər izləri ilə insan qanı aşkar olunmuşdur, ona çox güman epitelial hüceyrələr daşıyır və qarışıq genetik profil müəyyən olunmuşdur, profildə G.N.Yesentayevanın bioloji materialının olması istisna olunmamışdır. Obyekt № 3 aşkar olunan qarışıq izlərdə güman olunan iştirakçıların sayının çox olması ilə bağlı olaraq qeyd olunan qarışıq genetik profili yaradan müəyyən olunmamış şəxslərə dair S.Təqsirləndirilən şəxs valideyn-uşaq bioloji qohumluğunu müəyyən etmək mümkün olmamışdır. Obyekt №3 çıxarılan DNT preparatının Y-xromosomunun makerlərinin təhlili zamanı kişi cinsi mənsubiyyətli bioloji materialı eyniləşdirmək mümkün olmamışdır, çox güman ki, bu preparatda onun az miqdarda olması ilə bağlı olmuşdur. Taxta fraqmentində (müstəntiq tərəfindən qərarda fanera fraqmenti adlandırılıb) digər izlərdə (№ 5, 6 obyektdə) epitelial hüceyrələr olan insan qanı və tər izi aşkar olunmamışdır. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 26 saylı məhkəmədaktiloskopik ekspertizasının rəyindən görünür ki, G.N.Yesentayevanın cəsədinin zorakı ölüm əlamətləri ilə aşkar olunması faktı üzrə hadisə yerinə, yəni QÇR, Malokaraçayev rayonu, Uçkeken k. U.Aliyev küç. 37 saylı evin 25 saylı mənzilinə baxış zamanı aşkar olunan 48 x 121 mm, 49 x 121 mm, 48 x 122 mm, 48 x 118 mm, 44 x 90 mm və 48 x 114 mm ölçüləri olan yapışqan lent kəsiklərində əl barmaqlarının on altı falanqası əks olunmuşdur, onlar şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olmuşdur. Eyni hadisə yerinə baxış zamanı götürülən yapışqan lentin digər kəskilərində əks olunan əl izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olmamışdır. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 284 saylı məhkəmətibbi-kriminalistik ekspertizasının rəyindən görünür ki, xüsusi malın hazırlanması nəticəsində epidermisdən sağ və sol əllərin ovuc səthlərinin izləri, həmçinin G.N.Yesentayevanın cəsədinin sağ əlinin böyük, orta və adsız barmağının izləri götürülmüşdür. Sol əlin barmaqlarının, sağ əlin adsız barmağının və çeçələ barmağının izlərini mumifikasiya, cəsədin əllərinin qismən çürümüş dəyişiklikləri ilə bağlı olaraq götürmək mümkün olmamışdır. Papilyar naxışların bərpa olunması üçün əllərin cəsəddən kəsilməsi ilə xüsusi metodikanın tətbiqi lazım olmuşdur. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan alınan naxışlar və izlər daktiloskopik kartın blankına yapışdırılmışdır. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 27 saylı məhkəmətrassolojı ekspertizasının rəyindən görünür ki, G.N.Yesentayevanın cəsədinin zorakı ölüm əlamətləri ilə aşkar olunması faktı üzrə hadisə yerinə, yəni Uçkeken k. U.Əliyev küç. 37 saylı evin 25 saylı mənzilinə baxış zamanı götürülən, tərəflərinin ölçüləri 345x672 mm olan №1 linoleum fraqmentində ayaqqabının alt hissəsinin bir izi qalmışdır, həmin iz onu saxlayan ayaqqabının eyniləşdirilməsi üçün yararlı olmamışdır. Eyni hadisə yerinə baxış zamanı götürülən, tərəflərinin ölçüləri 345x350 mm olan №2 linoleum fraqmentində olan izlər izyaradan obyektin eyniləşdirilməsi üçün yararlı olmamışdır. Tərəflərinin ölçüləri 345x672 mm olan №1 linoleum fraqmentində ayaqqabının alt hissəsinin izində əks olunan əlamətlərin az informativ olması səbəbindən qeyd olunan izin hansı model və tip ayaqqabı ilə saxlanıldığını müəyyən etmək mümkün olmamışdır. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 283/16 saylı məhkəməbiolojı-daktiloskopik ekspertizasının rəyindən görünür ki, bıçaq tiyəsi və tutacağı səthlərində əl izləri olmuş, onlar tərpiy maddəsinin yaxma, iz, kəsinti və tam izləri şəklinlə əks olunmuşdur. Qeyd olunan izlər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı deyildir. Tədqiqata təqdim olunan tiyədə H yanaşı antigenti ilə Bα (İİİ) qruplu insan qanı olmuşdur. Tədqiqata təqdim olunan tutacaqda qan aşkar olunmuşdur, onun növ və qrup mənsubiyyətini, çox güman onun az miqdarda olması ilə bağlı olaraq, müəyyən etmək mümkün olmamışdır. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 388 saylı məhkəmədaktiloskopik ekspertizasının rəyindən görünür ki, Uçkeken k. U.Əliyev küç. 37 saylı evin 25 saylı mənzilinə baxış zamanı götürülən fanera (dolab qapısı kəsiyi) fraqmentində şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan ölçüsü 55x35 mm olan ovuc papilyar naxışı izi əks olunmuşdur. Təqdim olunan fanera (dolab qapısı kəsiyi) fraqmentində digər izlər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı deyildir. Fanera (dolab qapısı kəsiyi) fraqmentində ölçüsü 55x35 mm olan ovucun papilyar naxış izi daktiloskopik kartı ekspertizaya təqdim olunan 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Saladdin oğlunun sağ əlinin ovucu ilə qoyulmuşdur. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 549 saylı əlavə məhkəmə-daktiloskopik ekspertizasının rəyindən görünür ki, QÇR üzrə DİN EKM ekspertinin 04 aprel 2015-ci il tarixli 26 saylı rəyin fotocədvəlində təsvir olunan 3 saylı fotoşəkildə əks olunan tərəflərinin ölçüləri 15x21 mm, 14x22 mm və 9x14 mm olan əl barmaq falanqalarının papilyar naxışlarının üç izi 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Saladdin oğlunun sağ əlinin işarət, orta və adsız barmağı tərəfindən saxlanılmışdır. QÇR üzrə DİN EKM ekspertinin 04 aprel 2015-ci il tarixli 26 saylı rəyin fotocədvəlində təsvir olunan, 4 saylı fotoşəkildə əks etdirilmiş, tərəflərinin ölçüləri 12x19 mm, 14x20 mm və 12x17 mm olan əl barmaq falanqalarının papilyar naxışlarının üç izi 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Saladdin oğlunun sol əlin işarət, orta və adsız barmağı tərəfindən saxlanılmışdır. QÇR üzrə DİN EKM ekspertinin 04 aprel 2015-ci il tarixli 26 saylı rəyin fotocədvəlində təsvir olunan, 5 saylı fotoşəkildə əks etdirilmiş, tərəflərinin ölçüləri 14x19 mm və 11x17 mm olan əl barmaq falanqalarının papilyar naxışlarının iki izi 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Saladdin oğlunun sol əlin işarət, orta barmağı tərəfindən saxlanılmışdır. QÇR üzrə DİN EKM ekspertinin 04 aprel 2015-ci il tarixli 26 saylı rəyin fotocədvəlində təsvir olunan, 6 saylı fotoşəkildə əks etdirilmiş, tərəflərinin ölçüsü 17x24 mm olan əl barmaq falanqalarının papilyar naxışlarının bir izi 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Saladdin oğlunun sağ əlinin çeçələ barmağı tərəfindən saxlanılmışdır. QÇR üzrə DİN EKM ekspertinin 04 aprel 2015-ci il tarixli 26 saylı rəyin fotocədvəlində təsvir olunan, 7 saylı fotoşəkildə əks etdirilmiş, tərəflərinin ölçüləri 16x21 mm, 18x19 mm və 9x19 mm olan əl barmaq falanqalarının papilyar naxışlarının üç izi 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Saladdin oğlunun sağ əlinin işarət, orta və adsız barmağı tərəfindən saxlanılmışdır. QÇR üzrə DİN EKM ekspertinin 04 aprel 2015-ci il tarixli 26 saylı rəyin fotocədvəlində təsvir olunan, 8 saylı fotoşəkildə əks etdirilmiş, tərəflərinin ölçüsü 18x26 mm olan əl barmaq falanqalarının papilyar naxışlarının bir izi 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Saladdin oğlunun sağ əlinin böyük barmağı tərəfindən saxlanılmışdır. QÇR üzrə DİN EKM ekspertinin 04 aprel 2015-ci il tarixli 26 saylı rəyin fotocədvəldə təsvir olunan, 9 saylı fotoşəkildə əks etdirilmiş, tərəflərinin ölçüləri 15x18 mm və 14x16 mm olan əl barmaq falanqalarının papilyar naxışlarının iki izi 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Saladdin oğlunun sağ əlin orta və işarət barmağı tərəfindən saxlanılmışdır. QÇR üzrə DİN EKM ekspertinin 04 aprel 2015-ci il tarixli 26 saylı rəyin fotocədvəlində təsvir olunan, 10 saylı fotoşəkildə əks etdirilmiş, tərəflərinin ölçüsü 19x24 mm olan əl barmaq falanqalarının papilyar naxışlarının bir izi 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Saladdin oğlunun sağ əlinin çeçələ barmağı tərəfindən saxlanılmışdır. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 457 saylı məhkəmətrassolojı ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunan gecə köynəyində aşağıdakı zədələr olmuşdur: ön yarıda, çiyin tikişindən 50 mm və sağ yan əyrisindən 120 mm məsafədə "Q" bənzər formalı uzunluğu 20 mm olan iki tərəfi açıq olan mexaniki zədə; ön yarıda, aşağıdan 520 mm və sağ yan əyrisindən 65 mm məsafədə xətti formalı uzunluğu 30 mm olan iki tərəfi açıq olan mexaniki zədə; arxa yarıda, çiyin tikişindən 140 mm və sol yan əyrisindən 30 mm məsafədə xətti formalı uzunluğu 36 mm olan iki tərəfi açıq olan mexaniki zədə; arxa yarıda, çiyin tikişindən 110 mm və sağ yan əyrisindən 260 mm məsafədə xətti formalı uzunluğu 20 mm olan iki tərəfi açıq olan mexaniki zədə; arxa yarıda, aşağıdan 350 mm və sağ yan əyrisindən 70 mm məsafədə xətti formalı uzunluğu 27 mm olan iki tərəfi açıq olan mexaniki zədə; arxa yarıda, aşağıdan 270 mm və sağ yan əyrisindən 70 mm məsafədə xətti formalı uzunluğu 18 mm olan iki tərəfi açıq olan mexaniki zədə; Yuxarıda qeyd olunan zədələr kəsilmiş-deşilmiş zədələrdir və bir iti tiyəyə malik kəsici-deşici əşyanın təsiri nəticəsində yaranmışlar. Gecə köynəyində zədələr həm ekspertizaya təqdim olunan tiyə, həm də anoloji xassələrə malik digər tiyə ilə yetirilə bilərdir. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 592 saylı məhkəmətrassolojı ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunan bıçaq tiyəsindən və bıçaq tutacağından, əvvəl vahid bir bıçaq olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, qəhvəyi rəngli kağız zərfin üzərinə izahlı yazı olan birka yapışdırılmışdır. Həmin yazıda "Uçkeken k. U.Aliyev küç. 37 saylı evin 25 saylı mənzilin №1 otağınan pəncərəaltından götürülən mobil telefon" cümləsi əks olunmuş, müstəntiqin imzası ilə və "RİK QÇR üxrə İİ Malokaraçayev rayonu üzrə istintaq şöbəsi №2" dairəvi möhürü ilə təsdiq olunmuşdur. Zərfin tamlığı pozulmamışdır. Baş müstəntiq tərəfindən zərfin fotoşəkli çəkilmişdir. Açıldığı zaman zərfdə aşağıdakılar olmuşdur: qara və qırmızı rəngli polimer materialdan yerinə yetirilən, üz tərəfində yuxarı hissədə "Samsung" yazısı olan mobil telefon olmuşdur. Telefon istifadə olunmuş, çoxsaylı sıyrıntılar vardır. Telefonun üz tərəfində idarəetmə düymələri, üzərində rəqəmlər və hərflər olmuşdur. Telefonun arxa qapağı olmamış, arxa tərəfində qidalanma batareyası və "Meqafon" operatorunun sim-kartı olmuşdur. Baş müstəntiq tərəfindən telefonun fotoşəkli çəkilmişdir. "Jurnal" bölməsinə daxil olduqda - daxil olan, çıxan və buraxılan zənglər əks olunmuşdur. Zənglər siyahısına baxış zamanı Nurəddin2 (26) adı ilə zəng olmuşdur. Baxış düyməsinə basdıqda zəng tarixçəsi əks olunmuş, ona əsasən xx.xx.2015-ci il saat 04:37 dəqiqədə "Nurəddin2" +**********4 abonent nömrəsindən müddəti 00:000:11 olan daxil olan zəng olmuşdur. Baş müstəntiq tərəfindən qeyd olunan hərəkətlərin fotoşəkli çəkilmişdir. Bundan sonra qeyd olunan nömrədən çıxış həyata keçirilmiş, bundan sonra düyməyə basmaqla "Telefon kitabı" bölməsi açılmış, açıldıqda "Kontaktlar" bölməsi əks olunmuşdur. Baş müstəntiq tərəfindən qeyd olunan hərəkətlərin fotoşəkli çəkilmişdir. Daha sonra kontaktların siyahısının vərəqlənməsi yolu ilə "Nurəddin2" yazısı aşkar olunmuş, orada +**********4 abonent nömrəsi vardır. Daha sonra "Aç" düyməsini basmaq yolu ilə "Nurəddin2" mobil +**********4 yazısı əks olunmuşdur. Baş müstəntiq tərəfindən qeyd olunan hərəkətlərin fotoşəkli çəkilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli əşyalara baxış keçirilməsi haqqında protokoldan müəyyən olunmuşdur ki, A-4 formatlı vərəqlər, çap mətni ilə 8 sütün və 11 sətirli və rəqəmli cədvəl şəklində, 3 vərəqdə. №1 vərəqdə "********** abonent nömrəsinin xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə kimi telefon danışıqlarının detallaşması" yazısı vardır, detallaşmada abonentin məlumatları, həmçinin "Meqafon" PSC Qafqaz filialının birləşmə həyata keçirdiyi abonentlərinin məlumatları qeyd olunmuşdur. №1 vərəqdə 9 sütün və 9 sətirdən ibarət cədvəl vardır. 2-ci qrafa 7-ci sətirdə "S.A.A." bölməsində X7, 3-cü qrafada "Ünvan" bölməsində Uçkeken, Umar Aliyev, 37, 6-cı qrafada, "Tel. nömrə" bölməsində ********** çap olunmuşdur. 2-ci qrafa 9-cu sətirdə "S.A.A." bölməsində X22, 3-cü qrafada "Ünvan" bölməsində Uçkeken, Zareçnaya, 5, 6-cı qrafada, "Tel. nömrə" bölməsində ********** çap olunmuşdur. №2 vərəqdə 11 sətirdə 3-cü qrafada "Nömrə" bölməsində **********, 4-cü qrafada "Opponent" bölməsində **********, 6cı qrafada "Zəng vaxtı" bölməsində - xx.xx.2015, 04:38:01 vaxt və tarixi vardır, 5-ci qrafada "Müddət"bölməsində 12 rəqəmi, 1-ci qrafada "Tip" bölməsində Dax. olan, 8-ci qrafada "BS ünvanı" bölməsində - Malokaraçayev rayonu, Uçkeken k., Lenin küç., DAM poçtu yanında istixana çap olunmuşdur. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli fotoşəkil üzrə tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, tanıyan Şahid6 təqdim olunan fotoşəkillərə baxmış və bildirmişdir ki, 2 saylı fotoşəkildəki üzdə o, Nurəddin adlı oğlanı üz, göz, burun formasına və saç düzümünə görə tanımışdır. Martın sonunda səhər saatlarında o, daşıma ilə məşğul olduğu üçün, Nurəddini Uçkeken kəndindən Kislovodsk şəhərinə öz avtomobili ilə aparmışdır. İstintaq materiallarına əlavə olunmuş Uçkeken poçt rabitəsi şöbəsinin poçtalyonu X7 ilə baş verən bədbəxt hadisə faktı üzrə xidməti araşdırmanın nəticələri haqqında 35 saylı aktdan görünür ki, 222506 rubl 62 qəpik (iki yüz iyirmi iki min beş yüz altı rubl 62 qəpik) pul vəsaiti oğurlanmışdır. Evdə ödəniş üçün poçtalyona verilən pul məbləğinin limiti və alınan pullara görə hesabatın verilməsi müddəti pozulmuşdur. Uçkeken poçt rabitəsi şöbəsinin rəisi A.F.Nasirova yol verdiyi pozuntulara görə intizam məsuliyyətinə cəlb olunmuşdur. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının www.cbar.az elektron ünvanında yerləşən rəsmi internet səhifəsinə daxil olunaraq 01 Rusiya rublunun xx.xx.2015-ci il və xx.xx.2015ci il tarixinə olan dəyərinə baxılmışdır. Beləliklə, xx.xx.2015-ci il tarixdə 01 Rus rublunun dəyəri 0.0176 AZN, xx.xx.2015-ci il tarixdə isə 01 Rus rublunun dəyəri 0.0181 AZN olmuşdur. Bu səbəbdəndə cinayət işində qeyd olunan 222506 rubl 62 qəpik pul məbləği – xx.xx.2015-ci il tarixli valyuta məzənnəsi ilə 3916,11651 manat, xx.xx.2015-ci il tarixli məzənnə ilə isə 4027,36982 manat təşkil etmişdir. İstintaq materiallarına əlavə olunmuş mülki iddiaçı kimi tanınma haqqında xx.xx.2018-ci il tarixli qərara əsasən, hazırki cinayət işi üzrə X20 mülki iddiaçı olan Rusiya Federasiyasinın “Rusiya poçtu”nun Qaraçay-Çərkəz Respublikası idarəsinin Ust-Cequti poçtampının ayrıca struktur bölməsinin Uçkeken poçt rabitəsi bölməsinin nümayəndəsi kimi tanınmış və mülki iddia 222506 rubl, (iki yüz iyirmi iki min beş yüz altı rubl 62 qəpik) yəni 3916,1 manat təşkil etmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 551/250 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal- hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcədə ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, psixiatriya müəssisələrində qeydiyyatda durmaması (özünün deməsinə görə), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək hər- hansı cinayət əməli törətmədiyini bildirməsi, ona şamil edilən cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazırki ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür, intellekt pozğunluqlarının aşkar olunmaması, hazırkı ekspertiza zamanı psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, düşdüyü vəziyyətə tənqidi münasibət bəsləməsi əsas verir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İstintaq materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli məhkəmə-soyuq silah ekspertizasının 16/59 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən 02 (iki) ədəd predmet kustar üsulla hazırlanmış, kəsici-deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının hissələridir – tiyəsi və dəstəyidir, soyuq silah hesab edilmirlər. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. xx.xx.2015-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmə qətimkan tədbiri seçilmiş və xx.xx.2015-ci il tarixdə həmin qətimkan tədbiri ləğv edilmişdir. xx.xx.2015-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edilmişdir. xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyası, Qaraçay-Çərkəz Respublikası Malo Qaraçayevski rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Rusiya Federasiyasının istintaq orqanları tərəfindən cinayət işi üzrə aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşıdır və cinayəti törədəndən dərhal sonra Rusiya Federasiyasının sərhədlərini keçərək Azərbaycan Respublikasının ərazisinə keçmişdir və hazırda o Azərbaycan Respublikasındadır, bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində olan cinayət işi istintaqının davam etdirilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorluğunun vasitəsi ilə xx.xx.2018-ci il tarixdə Gəncə şəhər prokurorluğuna göndərilmişdir. xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs əməlləri Rusiya Federasiyası CM-in 105ci maddəsinin 2-ci hissəsinin “z” bəndi və 162-ci maddəsinin 4-cü hissəsinin “v” bəndindən Azərbaycan Respublikası CM-in 120.2.11 və 181.3.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2018-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.11 və 181.3.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyindən, onun olduğu yer müəyyən olunmadığından onun barəsində ittiham elan etmək üçün şəxsin tutulması və axtarışının elan edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2018-ci il tarixli qərar əsasında cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadığına görə Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Nizami rayon Polis İdarəsi tərəfindən tutularaq Gəncə şəhəri Baş Polis İdarəsinin X26 təhvil verilmiş və həmin tarixdə cinayət işi təzələnmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Nizami rayon Məhkəməsinin hakimi Gündüz Şirinov tərəfindən xx.xx.2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixdə həbsdə saxlanılma müddəti xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdə isə həbsdə saxlanılma müddəti xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdə isə həbsdə saxlanılma müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli qərar əsasında Azərbaycan Respublikası CM-in 120.2.11 və 181.3.3-cü maddələri ilə məzmun baxımından yeni ittiham elan edilmişdir. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs – xx.xx.1989cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, ailəlidir, himayəsində bir az yaşlı uşağı var, əvvəllər məhkum olunmamışdır, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulanadək ünvan 2də yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi üzrə tərtib olunmuş ittiham aktından məlum olur ki, iş üzrə maddi sübutlar; 1 ədəd bıçaq tiyəsi, bıçaq tutucağı, G.N.Yesentayevanın əşyaları, döşəməüstü örtüyün iki fraqmenti, X3 və X11 qan nümunəsi və giriş blokunun pilləkənindən götürülmüş tünd qırmızı rəngli maye yuyuntusu ilə bir ədəd tampon və yapışqan lentin on yeddi kəsiyi, pul əskinaslarının qablaşması, cədvəllər, ***-***-**-** abonent nömrəsinin xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə qədər telefon danışıqlarının detallaşması maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər prokurorluğunun dəftərxanasına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddələr ilə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamlarla təqsirli bilməsə də, məhkəmə onun bu ifadəsini hadisə yerinə baxış protokolu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibb, məhkəmə tibbi-bioloji, məhkəmə-daktiloskopik, kompleks məhkəmə-psixoloji və ambulator məhkəmə-psixiatrik ekspertizalarının rəylərini və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 120.2.11 və 181.3.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs təqsirli bilinib cəza təyin ediləcək Azərbaycan Respublikası CM-nin 120.2.11-ci maddəsinin sanksiyasında on dörd ildən iyrimi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və ya ömürlük azadlıqdan məhrum etmə cəzası, CM-nin 181.3.3-cü maddəsinin sanksiyasında isə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarından məlum olur ki, cinayətin baş verdiyi yer Rusiya Federasiyasının ərazisində olmaqla cinayət işinin ibtidai istintaqı Rusiya Federasiyasında aparılmış və Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin Z bəndi və 162-ci maddəsinin 4-cü hissəsinin V bəndi ilə tövsif edilmişdir. Rusiya Federasiyası Cinayət Məcəlləsindən çıxarışdan görünür ki, həmin Məcəllənin 105-ci maddəsinin 2-ci hissəsinin Z bəndinin (quldurluqla əlaqədar qəsdən adam öldürmə) sanksiyasında səkkiz ildən iyirimi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və ya ömürlük azadlıqdan məhrum etmə cəzası, 162-ci maddəsinin 4-cü hissəsinin V bəndinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs törətmiş olduğu quldurluqla əlaqədar qəsdən adam öldürmə cinayətinə görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin Z bəndinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddi iyirmi ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə, aşağı həddi isə səkkiz il müddətə azadlıqdan məhrum etmə, zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmə cinayətinə görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4-cü hissəsinin V bəndinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddi on beş ilədək müddətə azadlıqdan məhrum etmə, aşağı həddi isə səkkiz il müddətə azadlıqdan məhrum etmə olduğu halda, Azərbaycan Respublikası CM-nin 120.2.11-ci maddəsinin sanksiyasında bu cəzanın aşağı həddi on dörd il müddətə, Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsinin sanksiyasında isə bu cəzanın aşağı həddi on il müddətə azadlıqdan məhrum etmədir. Belə olan halda məhkəmə hesab edir ki, mövcud milli qanunvericiliklə nəzərdə tutulan cəza Təqsirləndirilən şəxs vəziyyətini, başqa sözlə isə cəzasını ağırlaşdırmış olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5-ci maddəsinə əsasən bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasının 65-ci maddəsinə əsasən tapşırığın icrası nəticəsində sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən onun ərazisində əldə edilən sübutlar sorğu edən Razılığa gələn Tərəfdə də sübutedici qüvvəyə malikdir. Həmin Konvensiyanın 91-ci maddəsinə əsasən Sorğu alan Razılığa gələn Tərəfdə cinayət təqibi yalnız o zaman həyata keçirilə bilər ki, əməl Razılığa gələn həmin Tərəfdə də cinayət qanunu ilə cəzalandırılan əməl olsun. Şəxs törədilmiş cəzaya görə məhkum edilərkən ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. Sözügedən Konvensiyanın 99-cu maddəsinə əsasən Razılığa gələn Tərəflərdən hər biri cinayətlərin istintaqı aparılarkən və məhkəmələr tərəfindən cinayət işlərinə baxılarkən öz qanunvericiliyində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, hansı Razılığa gələn Tərəfin ərazisində baş verib-verməməsindən asılı olmayaraq nəzərə ala bilər. Məhkəmə qeyd olunan Konvensiyanın və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.11-ci və 181.3.3-cü maddələri ilə Rusiya Federasiyası CM-nin 105-ci maddəsinin 2-ci hissəsinin Z bəndinin və 162-ci maddəsinin 4cü hissəsinin V bəndinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, törətdiyi cinayətin xarakterini və içtimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə, sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət və ədalət prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsində qəsdən törədilmiş xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, ev dustaqlığında və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Gəncə şəhər prokurorluğunda saxlanılan 1 ədəd bıçaq tiyəsi, bıçaq tutucağı, G.N.Yesentayevanın əşyaları, döşəməüstü örtüyün iki fraqmenti, X3 və X11 qan nümunəsi və giriş blokunun pilləkənindən götürülmüş tünd qırmızı rəngli maye yuyuntusu ilə bir ədəd tampon və yapışqan lentin on yeddi kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, pul əskinaslarının qablaşması, cədvəllər, ***-***-**-** abonent nömrəsinin xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə qədər telefon danışıqlarının detallaşması isə cinayət işinin materiallarında saxlanılmalıdır. İstintaq materiallarına əlavə olunmuş mülki iddiaçı kimi tanınma haqqında xx.xx.2018-ci il tarixli qərara əsasən, hazırki cinayət işi üzrə X20 mülki iddiaçı olan Rusiya Federasiyasinın “Rusiya poçtu”nun Qaraçay-Çərkəz Respublikası idarəsinin Ust-Cequtin poçtampının ayrıca struktur bölməsinin Uçkeken poçt rabitəsi bölməsinin nümayəndəsi kimi tanınmış və mülki iddia 222506 rubl, (iki yüz iyirmi iki min beş yüz altı rubl 62 qəpik) yəni 3916,1 manat təşkil etmişdir. Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsində göstərilir ki, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsində göstərilir ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatla zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsində göstərilir ki, mülki iddia üzrə qərar iddianın pretmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddiaçı olan Ust-Cequti poçtampının ayrıca struktur bölməsinin Uçkeken poçt rabitəsi bölməsinin cavabdeh X14 qarşı iddia tələbi tam təmin edilməli, cinayət nəticəsində dəymiş maddi zərərə görə mülki iddia 222506 rubl, (iki yüz iyirmi iki min beş yüz altı rubl 62 qəpik) yəni yəni 3916,1 manat məbləğində pul cavabdeh X8 tutularaq mülki iddiaçı olan Rusiya Federasiyasinın “Rusiya poçtu”nun Qaraçay-Çərkəz Respublikası idarəsinin Ust-Cequtin poçtampının ayrıca struktur bölməsinin Uçkeken poçt rabitəsi bölməsinə verilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 31,50 manat (otuz bir manat qəpik) məbləğində pul təqsirləndirilən şəxsdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs X11 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhər hüquq məsləhətxanasının vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 90 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər hüquq məsləhətxanasının hesabına 540 manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə tətbiq olunacaq əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinsin və ona (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin Z bəndi və 162-ci maddəsinin 4-cü hissəsinin V bəndi nəzərə alınmaqla) Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 08 may 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia tam təmin edilsin, cinayət nəticəsində dəymiş maddi zərər 222506 rubl, (iki yüz iyirmi iki min beş yüz altı rubl 62 qəpik) yəni 3916,1 manat məbləğində pul cavabdeh X8 tutularaq mülki iddiaçı olan Rusiya Federasiyasinın “Rusiya poçtu”nun Qaraçay-Çərkəz Respublikası idarəsinin Ust-Cequtin poçtampının ayrıca struktur bölməsinin Uçkeken poçt rabitəsi bölməsinə verilsin. İş üzrə maddi sübut olub Gəncə şəhər prokurorluğunda saxlanılan 1 ədəd bıçaq tiyəsi, bıçaq tutucağı, G.N.Yesentayevanın əşyaları, döşəməüstü örtüyün iki fraqmenti, X3 və Təqsirləndirilən şəxs qan nümunəsi və giriş blokunun pilləkənindən götürülmüş tünd qırmızı rəngli maye yuyuntusu ilə bir ədəd tampon və yapışqan lentin on yeddi kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, pul əskinaslarının qablaşması, cədvəllər və ***-***-**-** abonent nömrəsinin xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə qədər telefon danışıqlarının detallaşması isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 31,50 manat (otuz bir manat qəpik) məbləğində pul təqsirləndirilən şəxsdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər hüquq məsləhətxanasının Kod: 200275; VÖEN **********; Müxbir hesab: **********944; S.Ü.İ.F.T.BİK: AİİBAZ2X; Hesab №-si ********************; VÖEN: ********** (emitent (ödəyən) bank “Kapitalbank” Gəncə icmal filialı) hesabına 540 (beş yüz yırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-3/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-3/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver