Məhkəmə qərarları › İş №1(100)-30/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-30/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-30/2021 08.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, onun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Bakı şəhəri, “LCG” Vəkil Bürosunun vəkili Müdafiəçi3, “Hümbətov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1959-cu ildə Tovuz rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, Tovuz rayonunun Yanıqlı kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddləri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Tovuz rayonunun Yanıqlı kəndi ərazisində faktiki sahibi olduğu «Su səsi» istirahət kompleksinin və tərkibində olan iki ədəd mövsümi çimərlik hovuzunun qanunsuz inşa edilməsi, həmin kompleksin istifadəsində zərərli tullantı sularının axıdılaraq rayon mərkəzinin və digər yaşayış məntəqələrinin içməli su təchizatını təmin edən Zəyəm çayının suyunu çirkləndirməsi, vergiləri ödəməkdən yayınması və digər qanunsuzluqlara yol verməsi barədə Tovuz şəhərində müstəqil hüquq müdafiə fəaliyyəti ilə məşğul olan X7 ayrı-ayrı dövlət orqanlarına çoxsaylı əsassız şikayətlərini dayandırmaq müqabilində 10.000 manat məbləğində pul tələb etməsi, aparılmış yoxlamalarla qanunsuzluq faktlarının təsdiqini tapmadığına baxmayaraq, tələb etdiyi pulu verməyəcəyi təqdirdə həmin istirahət kompleksini istənilən yolla sökdürəcəyi ilə bağlı çoxsaylı hədələri səbəbindən aralarında 2019-cu ilin aprel ayından davam edən şəxsi münaqişə ilə əlaqədar onu qisas zəminində qəsdən həyatdan məhrum etmək məqsədi ilə əvvəlcədən qanunsuz olaraq əldə edib, yaşadığı Tovuz rayonunun Yanıqlı kəndindəki evində saxladığı atəşə yararlı yivli odlu silah olan «Makarov» konstruksiyalı, «PM» modelli, CK 5069 nömrəli tapançanı və 4 ədədi silahın sandıqcasında, 16 ədədi kağız qutuda olmaqla həmin silaha aid 20 ədəd 9 mm çaplı patronlardan ibarət istifadəyə yararlı döyüş sursatını yaşadığı kənddən üzərində daşıyaraq xx xxxxxxxx 2019-cu il tarixdə saat 09 radələrində Firudin Ələkbərlinin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən, giriş qapısı birbaşa küçəyə açılan 1 otaqdan ibarət hüquq məsləhətxanasına gəlib otaqda tək olmaqla masa arxasında oturmuş Firudin Ələkbərliyə yaxınlaşmadan gödəkcəsinin cibində olan həmin tapançadan sandıqcasında olan patronların sayına görə ardıcıl 4 dəfə atəş açıb ona qəsdən qarın və qoltuqaltı nahiyyələrdən daxilə nüfuz edən 4 ədəd güllənin təsirindən döş qəfəsinin sağ yan səthinin və qarın boşluğunun ön və sağ yan səthinin, qara ciyərin sağ payının, sağ böyrəyin aşağı qütbünün, nazik və yoğun bağarsaqların müsariqələrinin zədələnməsi ilə müşayiət olunan ağır bədən xəsarətləri yetirməklə Firudin Ələkbərlini qəsdən öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, o, 1989-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur, 1981-ci ildən 2009-cu ilədək Rusiya Federasiyasında yaşayıb işləmiş, 2009-cu ildən sonra səhhəti ilə bağlı Azərbaycan Respublikasına qayıtmış və təxminən 6 il olar ki, Tovuz rayonu, Yanıqlı kəndinin ərazisində “Su səsi” istirahət mərkəzinin tikintisi ilə məşğul olur. X26 rayonunda hüquqşünas kimi fəaliyyət göstərməsindən ətraflı məlumatı 2018-ci ilin dekabr ayından olmuşdur. Belə ki, şərikli ticarətlə məşğul olduğu Hafiz Kərimov adlı Tovuz rayon sakini ilə arasında 40.000 manat məbləğində pul səbəbindən ziddiyyətlər yaranmış və o, haqlı tərəf olaraq bu barədə Tovuz rayon məhkəməsində mülki qaydada iddia qaldırmışdır. Həmin vaxt qarşı tərəf X43 Ələkbərlini özünə vəkil tutmuş, 2018-ci il dekabr ayının xatırlamadığı günündə axşam saatlarında Firudin Ələkbərli ona ilk dəfə zəng etmiş, Hafizin vəkili olduğunu bildirmişdir. O, X17 pul verdiyini və onu qaytarmasını demiş, lakin Firudin cavabında “pulun var vermisən də, sən o, pulu unut” demişdir. O, isə cavabında Firudin Ələkbərliyə pulundan keçməyəcəyini və Hafizin o, pulu qaytarmalı olduğu bildirmişdir. Həmin gündən başlayaraq Firudin Ələkbərli ona problemlər yaratmağa başlamış, Firudin hazırda adlarını xatırlamadığı bir neçə şəxslərin vasitəsilə ona hədəqorxu xarakterli sifarişlər göndərərək pulu qaytarmayacaqlarını, telefon nömrəsini də verərək onunla əlaqə saxlayıb razılığa gələ biləcəyini bildirmişdir. Belə hədələr bir neçə dəfə davam etdiyindən məcbur qalıb onun nömrəsinə zəng vurmuş və telefonda da Firudin Ələkbərli ona hədə-qorxu gələrək kriminal aləmlə bağlı olduğunu, həmin 40.000 manatdan əl çəkməsini bildirib telefonu söndürmüşdür. Bundan sonra onunla əlaqə saxlamadan qanuni şəkildə məhkəmədə öz iddiasını müdafiə etmiş və Tovuz rayon məhkəməsi iddianı təmin edib qətnamə çıxarmışdır. Həmin qətnamədən sonra Firudin Ələkbərli acıqlı şəkildə yenə ona sifarişlər göndərməyə başlamış və apelyasiya şikayəti verərək qətnaməni ləğv etdirəcəyini, ondan və istifadəsində olan “Su səsi” istirahət mərkəzindən hər yerə yazacağını bildirmişdir. 2019-cu ilin aprel ayının əvvəllərində Gəncə Apelyasiya Məhkəməsi şikayəti təmin etmədiyindən Firudin Ələkbərlinin ona qarşı qərəzli münasibəti daha da şiddətlənməyə başlamış və onun rayonun Yanıqlı kəndindəki sahibi olduğu çimərlik hovuzları və «Su səsi» istirahət kompleksi ilə bağlı böhtan xarakterli şikayətləri məhz 2019-cu ilin aprel ayından başlamışdır ki, bu da açıq şəkildə Firudin Ələkbərlinin ona qarşı haqsızlığının və qərəzliliyinin sübutudur. Firudin Ələkbərli ondan, eləcə də tikdiyi “Su səsi” ailəvi istirahət mərkəzindən müxtəlif dövlət orqanlarına, o cümlədən Vergi orqanlarına, Ekologiya Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Rayon İcra Hakimiyyətinə böhtan xarakterli ərizələr yazmağa başlamış və həmin qurumlardan yoxlamalar gəlib onun yazdıqlarını yerində yoxlamışlar. Firudin Ələkbərlinin yazdıqları təsdiq olunmasa da yazmaqda davam etmişdir. O, 2019-cu ilin may ayında göldə olan zaman Firudin Ələkbərli ora gəlmiş, həmin vaxt o, telefonla danışmışdır. O, Firudin Ələkbərlidən ondan nə istədiyini, niyə əl çəkmədiyini soruşmuş, Firudin isə cavabında sən özün yaxşı bilirsən nə istəyirəm demiş, o isə Firudinə “gəl sənə 5000 verim bu söhbətləri bağla” demişdir. 2019cu ilin iyun ayının 10-20 tarixləri arası “Bəhramtəpə” adlanan kafeyə təzəcə çatan zaman Firuddin onun arxasınca oraya gəlmiş, bu dəfə o, Firudinə acıqlanaraq “məndən nə istəyirsən, mən zülümlə pul qazanmışam ki, sənin kimilərə verim, mən sənə bundan sonra ümumiyyətlə heç nə verən deyiləm, bir dəfəlik onu bil” deyəndə Firudin onun sözlərinin qarşılığında “verəcəksən, 10000 manat verəcəksən, özün dizin-dizin gəlib qapımda verəcəksən, verməyəcəksən, mən sənin tikdiyinin hamısın sökdürəcəyəm” bildirmiş, bu sözləri deyəndən sonra çıxıb getmiş və yenə də ondan, obyektdən yazmağa başlamışdır. X18 hərəkətlərindən yorulmuş, müxtəlif qurumlardan gələn yoxlamar da ona “bu bizi bezdirib çalış onunla özün dil tap” demişlər. Firudin Ələkbərlinin hərəkətlərindən bezib onun Tovuz şəhərində dəmir yolunun altındakı keçidin yanında ofisi olduğunu eşitmiş, xx xxxxxxxx 2019-cu il tarixdə səhər saat 09 radələrində Tovuz şəhərinə gedərək, Firudin Ələkbərli ilə görüşüb aralarındakı münaqişəni həll etmək istəmişdir. Firudinin iş yerini tapıb ora yaxınlaşan zaman bir nəfər qızın qapının ağzında dayandığını görüb onu çölə çıxardaraq “sən dayan bununla işim var” deyib otağa girəndə Firudin Ələkbərlinin baş tərəfdə kresloda oturduğunu görmüş, ona salam vermiş, həmin an Firudin Ələkbərli istehza ilə gülərək “gördün özün ayağıma gəldin” deyərək, onun ünvanına nalayiq sözlər işlətmiş, onsuz da gərgin olan psixoloji vəziyyəti daha da pisləşmiş, özünü tamamilə itirmiş və üzərində gətirdiyi silahı çıxararaq atəş açmış, artıq özünə gələn zaman Firudin Ələkbərlinin yerdə olduğunu görmüşdür. Hadisə yerindən aralanan zaman adını bilmədiyi həmin qızın harada olduğunu görməmiş, o, maşınına gedərək su içmiş, sonra qardaşına zəng edərək hadisə barədə məlumat vermiş və polisə getmək üçün maşınına oturub sürmüş, yolda dövlət yol polisi əməkdaşlarını görüb avtomaşını saxlamış, yerə düşüb onlara yaxınlaşaraq maşınlarına oturub adam öldürdüyünü demiş və silahı onlara vermiş, sonra onu polisə aparmalarını xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, qardaşının vəfatından sonra o, ağır dərmanlar qəbul edir, psixoloji problemləri olduğu üçün, yaddaşında da zəiflik yarandığı üçün Firudin Ələkbərlini neçə və neçə dəfə vurduğunu xatırlamır. Belə ki, Firudin Ələkbərlinin həmin vaxt onun ünvanına işlətdiyi nalayiq ifadələr, hədə-qorxu gələrək ondan pul tələb etməsi, hətta məlum cinayəti törətdiyi vaxt da onunla ofisində qarşılaşanda söyüşlərlə təhqir etməsi, ona istehza ilə gülərək “gördün özün ayağıma gəldin” deməsi onu özündən çıxarmışdır. Bundan əlavə bildirdi ki, silahı onu öldürmək üçün deyil, lazım gələrsə üzərindəki tapançanı göstərməklə Firudin Ələkbərlini qorxutmaq məqsədilə həmin gün yaşadığı evdən götürərək kənddən rayon mərkəzinə getmişdir. O, silahı görütən zaman silahın içərisində 4 patron olmuş, əlavə patronları isə Firudin Ələkbərli ilə söhbət etdikdən sonra silahla birlikdə təhvil vermək üçün götürmüşdür. Firudin Ələkbərlinin qərəzli hərəkətlər edərək ona qarşı həqiqətə uyğun olmayan şikayətlər etməsindən, aidiyyəti dövlət qurumlarının həmin şikayətlərə yerindəcə baxaraq, yoxlamalar keçirərək yekun qərarlar verməklə şikayətçiyə rəsmi məlumatlar göndərmələrinə baxmayaraq, Firudin Ələkbərlinin həmin rəsmi sənədlərə məhəl qoymadan onunla görüşməyə can ataraq pul tələb etməsi barədə çox adamın məlumatı olmuşdur. Firudin Ələkbərli ilə onun 3 dəfə görüşü, 1 dəfə telefon danışığı olmuşdur. Firudin Ələkbərli ilə görüşünün biri ona məxsus istirahət mərkəzində olmuş, sonuncunu ora ağ VAZ 2107 markalı maşın gətirmiş, lakin maşının sürücüsü maşından düşməmişdir. Həmin görüşdə onun qardaşıda orada olmuş və hətta qardaşı ilə Firudin Ələkbərli arasında sözlə mübahisə də yaranmışdır. 2019-cu ilin sentyabr ayının 8-i günü sonuncu dəfə görüşən zaman onun işçisi Vəkil adlı şəxs də yanlarında olmuş və Firudin Ələkbərli ona “elə bilirsən məndən canını qurtara biləcəksən” deyərək, onun və ailəsinin ünvanına nalayıq ifadələr işlədib getmişdir. Həmçinin bildirdi ki, hadisəni törədərkən istifadə etdiyi silahı xalası oğlu Arif Soltanov təxminən 2000-ci ildə vəfatından bir il öncə ona vermişdir. O, həmin silahı evlərinin həyətində əlavə tikili olan toyuq damında saxlamış və bu barədə ailə üzvlərinin və ya başqa digər şəxslərin məlumatı olmamışdır. Hazırda əməlindən çox peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, qardaşı mərhum Firudin Ələkbərli ixtisasca hüquqşünas olmuş, 1993-1995-ci illərdə Tovuz rayon məhkəməsinin sədri, 1995-ci ildən sonra müstəqil hüquqşünas kimi fəaliyyət göstərmişdir. Firudin əvvəl Tovuz şəhərində başqa ünvanda, təxminən 10 il əvvəldən isə hadisənin baş verdiyi ünvanda fəaliyyət göstərmişdir. Müstəqil hüquqşünas kimi Firudin müxtəlif instansiyalara aid işlər üzrə nümayəndə qismində nəinki Tovuz rayonu, hətta bütün qonşu rayonların sakinlərinin ayrı-ayrı strukturlarla bağlı şikayətləri üzrə nümayəndə qismində iştirak etmiş və hüquqi yardım göstərmişdir. Firudin digər şəxslərə hüquqi yardım göstərməklə yanaşı, yaşadığı Tovuz rayonunda baş verən haqsızlıqlar və qanunsuzluqlarla bağlı da həmişə öz mövqeyini bildirərək nöqsanların aradan qaldırılması məqsədilə şikayət ərizələri yazmışdır. Onda olan məlumata görə Firudinin hadisəni törətmiş şəxs Təqsirləndirilən şəxslə aralarındakı ziddiyyət də təxminən 2019-cu ilin aprel ayından başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı rayonun Yanıqlı kəndi ərazisində, Zəyəm çayının vadisində özünə otel, restoran və çimərlik hovuzu tikdirərək həmin obyektlərdə yaranan tullantı sularını Zəyəm çayına axıtmışdır. Tovuz şəhəri və ətraf bir neçə kəndin içməli su mənbəyi Zəyəm çayı olduğundan Firudin də bir rayon sakini olaraq həmin sudan istifadə edən şəxs kimi buna etirazını bildirərək bir sıra strukturlara şikayət ərizələri yazaraq qanunsuzluqların qarşısının alınmasını tələb etmişdir. Yazılmış şikayət ərizələrinə baxılaraq qanunsuzluqların qarşısı alınmadığından, hətta Təqsirləndirilən şəxs şikayətlərə baxmayaraq həmin ərazidə ikinci bir çimərlik hovuzunu tikdiyindən Firudin şikayətlərinə davam etmiş və həmin hovuzlara təmizləyici filtrlərin qoyulmasını, əks təqdirdə içməli su hövzəsində qanunsuz tikilmiş obyektin sökülməsini tələb etmişdir. Hətta bir dəfə Firudin Bakı şəhərində olarkən ona da Zəyəm çayın kənarında Yanıqlı kəndi ərazisində obyektlər tikildiyini və həmin obyektlərin tullantı suları ilə içməli suyun çirkləndiyi barədə bildirmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə, səhər saatlarında Firudinin və onun ailəvi dostu İslam Əliyev onun mobil nömrəsinə zəng vuraraq Firudinə zəng vurmasını bildirmişdir. O, Firudinin mobil nömrəsinə zəng edəndə bir qadın cavab verərək, ona həyəcanla Firudin müəllimi ofisdə güllələdiklərini bildirmiş, lakin Fridunin vəziyyətini soruşduqda isə Firudinin sağ olduğunu bildirmişdir. Sonradan cavab verən qadın Firudinin yanında işləyən köməkçisi Əminə adlı qız olduğu ona məlum olmuşdur. O, dərhal Bakıdan Tovuza yollanmış və yolda Firudinin artıq öldüyü barədə ona telefonla məlumat vermişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun adını və kimliyini hadisədən sonra eşitmişdir. Təhdid edildiyi, həyatı üçün təhlükə olduğu barədə qardaşı Firudin ona əvvəllər bir söz deməmiş, digər şəxslərə də bu barədə nəsə deməyindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2018-ci ilin may ayında ana tərəfindən qohumları olan Ulduzə Ələkbərova ona zəng edib həyat yoldaşı Firuddin Ələkbərlinin yanında işləyən oğlanın işdən çıxdığını və istəsə Firudinin yanında işə düzələ biləcəyini bildirmişdir. Həmin ərəfələrdə işə çıxmadığından və Firuddin də onlara qohum olduğu üçün onun yanında işləməyə razılıq vermişdir. 2018-ci ilin may ayının 23-dən o, Firuddin Ələkbərli ilə birlikdə işləməyə başlamışdır. Firudin Ələkbərlini hüquqşünas kimi tanımışdir. Onunla birlikdə işləyən vaxtları əsasən günün ikinci yarısına kimi işləmişdir. İşi isə işlədikləri otağı təmizləməkdən, məktubları poçta yola salmaqdan, Firudin müəllimə çay verməkdən və s. ibarət olmuşdur. O, xx xxxxxxxx 2019-cu il tarixdə səhər saat təxminən 08:50 radələrində iş yerinə getmiş, ora çatanda Firudin müəllim hələ işə gəlməmiş, ondan təxminən 5 dəqiqə sonra da Firudin müəllim işə gəlmiş və o işə gəldikdən sonra ona kofe hazırlayıb şirniyyatla birlikdə stolunun üstünə qoymuş, sonra da qapının girəcəyində olan güllərə su tökməyə başlamışdır. Güllərə su tökdüyü vaxt bir nəfər hündürboy kişi içəri girib onun qolundan tutub «sən çıx çölə» deyərək onu otaqdan çölə çıxarmış, sonra da onu çöldə qoyub otağa girərək qapını örtmüşdür. Qapını örtən vaxt həmin kişi Firudin müəllimə “sənə demədimmi məndən yazma, məndən əl çək” demiş, sonra da dalbadal 4-5 dəfə içəridən silah səsi gəlmişdir. Həmin vaxt o, qorxduğundan yaxınlıqda yerləşən dərziyə gedib qışqıra-qışqıra “kömək eliyin, müəllimi vurdular” demişdir. Telefonu otaqda qaldığı üçün o, kiminsə telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib Firuddin Ələkbərlinin vurulması barədə məlumat vermiş, sonra da təcili yardıma zəng etmişdir. Daha sonra Firudin müəllimgilə zəng eləsə də telefona cavab verən olmamışdır. O, dərzidə olanda pəncərədən Firudin müəllimi vuran kişi dərzinin qabağı ilə yolla aşağıya doğru getdiyini görmüş, 2-3 dəqiqədən sonra təcili yardım hadisə yerinə çatmışdır. Təcili yardım maşını gəldikdən sonra təcili yardım avtomaşınına minib Firudin müəllimi xəstəxanaya aparmışlar. Xəstəxanaya gedəndə Firudin müəllim hələ ölməmiş, təxminən 10 dəqiqədən sonra Firudin müəllimin artıq öldüyünü demişlər. Sonradan Firudin müəllimi Əli adlı şəxsin öldürdüyünü və həmin şəxsin Tovuz rayonu, Yanıqlı kəndi ərazisində yerləşən “Su səsi” istirahət mərkəzinin sahibi olduğunu bilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ancaq həmin şəxsin “Su səsi” isitrahət mərkəzinin yiyəsi olduğunu bildikdən sonra yadına düşmüşdür ki, Firudin Ələkbərli hadisədən təxminən 3-4 ay əvvəl həmin istirahət mərkəzi barəsində bir sıra dövlət orqanlarına şikayət ərizəsi yazmışdır. Şikayət ərizləri ilə bağlı Ekologiya Nazirliyindən səlahiyyətli şəxslər ofisə gəlmiş və Firudin müəllim də onlara onlarla birlikdə yoxlamaya gedəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 qızı ifadəsində göstərdi ki, o, 1996-cı ildə X12 ilə ailə həyatı qurmuşlar. Firudin Ələkbərli ilə ailə həyatı quran zaman o, hüquqşünaslıq fəaliyyəti ilə məşğul olmuş və ölənədək də o, hüquqi yardım fəaliyyəti ilə məşğul olmuşdur. Firudinin əvvəlcə fəaliyyət göstərdiyi yer Tovuz rayonunda “Univermaq” adlanan ərazidəki ofis olmuş, 8-9 il əvvəl isə hadisənin baş verdiyi ofisə köçmüşdür. Firudin uzun illər həmin fəaliyyətlə məşğul olduğundan onu həm Tovuz rayonunun sakinləri, həm də qonşu rayonların sakinləri tanımış, hüquq məsələləri ilə bağlı ona müraciət etmişlər, hətta yaşadıqları evə də ondan hüquqi yardım almaq üçün gələnlər çox olmuşdur. Firudin isə onlara izah verərək öz ofisinə gəlmələrini bildirmiş, çünki o, işini evinə qatmaq istəməmişdir. Firudin Ələkbərlinin iş rejimi ağır olmuş, o, həftənin demək olar ki, bütün günləri işə, ofisinə getmiş, hər gün saat 08-09 radələrində evdən çıxmış, axşam saat 21-22, bəzən isə 23 radələrində evə gəlmişdir. Həftənin yalnız 6-cı günləri yarım iş günü işləmiş və günün qalanını özünə istirahət verib evə gələrək Əlimərdanlı kəndinə gedən yolun yaxınlığında olan bağ sahəsinə dincəlməyə getmişdir. Firudin həmişə Tovuz əhalisinin çirkli su içdiyini və buna səbəb də Qovlar şəhəri tərəfdə olan istirahət obyektinin kanalizasiyasının çaya axıdılması olduğunu bildirirdi. xx xxxxxxxx 2019-cu il tarixdə Firudin müəllim təxminən saat 08 radələrində evdən çıxaraq işə getmiş, saat təxminən 09 radələrində o, söz soruşmaq üçün Firudinə zəng etmiş, lakin Firudin telefonu açmamışdır. Bir müddət sonra yenə zəng vurduqda Gözəl adlı tibb bacısı cavab verib Firudin müəllimin tapança ilə vurulduğunu, xəstəxanada olduğunu bildirmiş, bundan sonra o, dərhal xəstəxanaya getmiş, oraya çatanda artıq Firudinin öldüyü ona məlum olmuşdur. Evə qayıdan zaman Firudini öldürən şəxsin Əli adlı biznesmen olduğunu bilmişdir. Həmin biznesmen ki, Firudin onun istirahət mərkəzinin kanalizasiyasının çaya axıdılmasından narazı olub bu barədə şikayətlər etmişdir. Mərhum həyat yoldaşı Firudin Ələkbərlinin fəaliyyəti heç vaxt kiminləsə düşmənçiliyə və ya ədavətə çevrilməyə yönəlməmişdir. O, həmişə dostluğa can atan birisi olmuşdur. Lakin buna baxmayaraq Firudin müəllim mübahisələri olan tərəflərdən birinə hüquqi yardım göstəməli olduğu üçün bəzən qarşı tərəflərlə mübahisəli vəziyyətə düşmüşdür. Bunu aradan qaldırmağa çalışan adam olmuşdur. Lakin onun konkret olaraq düşmənçiliyi olan kimlərsə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Yaqub oğlu ifadəsində göstərdi ki, o, 2015-ci ilin iyun ayından Tovuz şəhər icra nümayəndəsidir. X19 1990-cı illərdən, Tovuz rayon məhkəməsinin sədri vəzifəsində olan vaxtlardan tanımış, lakin həmin vaxtlarda onunla heç bir münasibət olmamışdır. 2007-ci ildə telekommunikasiya qovşağının rəisi vəzifəsində işləməyə başladıqdan sonra isə Firudin Ələkbərlini həm abonent kimi, həm də sərbəst fəaliyyət göstərən hüquqşünas kimi yaxından tanımışdır. Cinayət hadisəsini törətmiş Təqsirləndirilən şəxs də bir rayon sakini kimi, iş adamı kimi tanımış, Təqsirləndirilən şəxs rayonun Yanıqlı kəndi ərazisində otel və restoran kompleksi tikdirdiyi barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxslə yaxın münasibətləri olmasa da, onunla rastlaşanda səmimi görüşərək hal-əhval tutmuşdur. O, Tovuz şəhər icra nümayəndəsi olaraq hər gün səhər saat 08-də şəhərə çıxaraq təmizlik işləri ilə maraqlanır və İcra hakimiyyətinin binasının ətrafını nəzərdən keçirir. İcra hakimiyyətinin binası hadisənin baş verdiyi ofislə üz-üzədir. Belə ki, hadisə baş verən ofis dəmir yol xəttinin bir tərəfində, icra hakimiyyətinin binası isə qarşı tərəfdədir. Həmin yerdə dəmir yol xəttinin altından piyada keçidi var. Hadisə baş verən gün, yəni xx xxxxxxxx 2019-cu il tarixdə səhər saat 08:30 radələrində İcra hakimiyyətinin binasının yanında olarkən Təqsirləndirilən şəxslə rastlaşmış, onunla söhbətləşərkən Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Firudin Ələkbərlinin onun barəsində yazdığı şikayətlərdən bezib və onun ofisinə gedir ki, məsələni qaydaya salsın. O, X33 Şamıyevin tikdirdiyi obyektlərlə bağlı müxtəlif strukturlara şikayət ərizələri yazdığını eşitmiş, lakin rəhbərlik etdiyi sahə üzrə onların hər hansı bir şikayətləri olmamışdır. Həmin gün Təqsirləndirilən şəxslə rastlaşanda da ona bildirmişdir ki, çalışın qarşılıqlı razılaşmaqla aranızdakı məsələləri həll edin. Təqsirləndirilən şəxs ondan ayrılandan təxminən 20 dəqiqə sonra ambulansın sirenasını eşitmiş və maraqlananda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Firudin Ələkbərlini ofisində güllələyib. Daha sonra Təqsirləndirilən şəxs cinayəti törətdiyi tapançanı da təhvil verərək təslim olduğunu eşitmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs görərkən onunla söhbətləşən zaman Təqsirləndirilən şəxs yaşadığı kənddən səhər-səhər Tovuz şəhərinə gəlməyinin səbəbi Firudin Ələkbərli ilə görüşüb aralarındakı münaqişəni nizama salmaq olduğunu başa düşmüşdür. Ümumiyyətlə o, Təqsirləndirilən şəxs sakit və mülayim insan kimi tanımış və onun Firudin Ələkbərlini öldürəcəyinə inanmamışdır. Firudin Ələkbərlinin müstəqil hüquqşünas fəaliyyəti ilə məşğul olduğu, nəinki Tovuz rayonu, hətta digər qonşu rayonların məmur və sakinlərindən də şikayətlər yazdığını eşitmiş və demək olar ki, rayonda əksər insan onu belə xarakterli insan kimi tanımışdır. Şahid2 Yaqub oğlu məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, X14 Təqsirləndirilən şəxs məxsus istirahət mərkəzindən müxtəlif orqanlara şikayət məzmunlu ərizələr yazmasını hamı bilirdi, hətta X33 Şamıyevdən pul istəməsini də bilirdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 2013cü ilin mart ayından 2 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçimüfəttişi vəzifəsində işləmiş, xidməti vəzifəsinə ətraf mühitin mühafizəsi, flora və faunanın qorunması, ekoloji tarazlığın tənzimlənməsinə nəzarətin təşkili, ətraf mühitə təsir göstərən amillərin qarşısının alınması və qabaqlayıcı tədbirlər görülməsi, səlahiyyətləri daxilində şikayətlərə baxılması və qanuni tədbir görülməsi və sair daxildir. X2 tanımış, belə ki, həmin şəxsin 2 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müxtəlif vaxtlarda etdiyi şikayət xarakterli müraciətləri olmuş və həmin müraciətlərə baxılması nəticəsində o, Firudin Ələkbərlini tanımışdır. Onun şikayət xarakterli müraciətləri bəzi hallarda başqa qurumlar tərəfindən də aidiyyəti üzrə onun işlədiyi quruma göndərilmiş, bəzi hallarda isə onun özü tərəfindən birbaşa onlara müraciət olunmuşdur. Onun müraciətlərinin hamısı “Zəyəmçay hövzəsində torpaq sahəsinin zəbt olunaraq “Su səsi” istirahət mərkəzi tikilməsi, istirahət mərkəzinin təmizləyici qurğuları olmadan çirkab suların Zəyəm çayına axıdılmasına dair” olmuşdur. Həmin müraciətlər üzrə idarə tərəfindən müvafiq araşdırma zamanı Firudin Ələkbərlinin iştirakı ilə həmin qeyd olunan əraziyə baxış keçirilməklə mövcud vəziyyət yoxlanılmışdır. Yoxlama zamanı mütəxəssis kimi o, özü də həmin ərazidə baxış keçirilməsində iştirak etmişdir. Aparılmış araşdırma zamanı Tovuz rayonu, Yanıqlı kənd sakini, fiziki şəxs X29 Tovuz RİHB-nin xx xxxxxxx 2013-cü il tarixli 155 saylı sərəncamı ilə 1.17 ha, xx xxxxxxx 2014-cü il tarixli 161 saylı sərəncamı ilə 2.5 ha olmaqla, ümumilikdə 3.67 ha əkinə yararsız, Zəyəmçay yatağında dövlət mülkiyyətində saxlanmış torpaq sahəsinin mövsümi çimərlik yaradılması üçün 25 il müddətə icarəyə verilməsi müəyyən edilmişdir. Həmçinin oradan çimərlik hovuzunda suyun fiziki-kimyəvi göstəricilərinin öyrənilməsi üçün xx.xx.2019-cu il tarixdə su nümunəsi götürülmüş, analiz olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş, xx xxxx 2019-cu il tarixdə həmin su nümunələrinin fiziki kimyəvi göstəricilərinin norma daxilində olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs mövsümi çimrəlik düzəldilməsi məqsədi ilə verilmiş 1.17 ha və 2.50 ha torpaq sahələrinə 2 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 2014-cü və 2015-ci ildə baxış keçirilmiş və çimərlik hovuzunun yaradılmasına layihənin X10 keçirilməsi şərtilə etiraz olunmadığı bildirilmişdir. Firudin Ələkbərlinin çimərlik gölü barəsində etdiyi şikayətlərlə əlaqədar aparılmış araşdırmalar zamanı gölün yaradımasına ekspertiza rəyi olmadığı müəyyən olunduğundan X39 barəsində Azərbaycan Respublikası İXM-nin 275.1.1-ci maddəsi üzrə xx xxxx 2019-cu il tarixdə protokol tərtib edilmiş və 300 manat məbləğində cərimə olunmuşdur. X14 Azərbaycan Respublikası Baş Prokurorluğuna və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə daxil olmuş xx xxxxxx 2019-cu il tarixli şikayəti ilə əlaqədar təkrar həmin çimərlik hovuzundan su nümunələri götürülərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Monitorinq Departamentində fiziki-kimyəvi analizlər aparılmışdır. xx xxxxxxxx 2019-cu il tarixli analizin nəticəsinə əsasən həmin su nümunələrinin fiziki-kimyəvi göstəricilərinin norma daxilində olması müəyyən edilmişdir. Ərazidə tikintisi başa çatmamış “Su səsi” adlanan obyektin tikintisi ilə əlaqədar Tovuz RİHB-nin xx xxxx 2014-cü il tarixli 89 saylı sərəncamı ilə X1 məqsədi ilə aldığı 0, 58 ha torpaq sahəsində otel binasının lahiyələndirilməsinə icazə verilmişdir. Aparılmış qeyd olunan araşdırmanın nəticələri barədə mərhum Firudin Ələkbərliyə məlumat və gəlinən nəticələrə dair izahlar verilmişdir. X35 araşdırmadan heç bir əsaslı səbəb gətirmədən narazı qalaraq oranı sökdürəcəyini, onun dediyini etməsələr daş üstə daş qoymayacağını bildirirmişdir. Şahid4 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, onlar baxışa gedən zaman Firudin Ələkbərli yol boyu öz özünə “son daşına kimi sökdürməkdə olsa istədiyimə nail olacam” deyərək deyinə-deyinə getmiş, həmin vaxt Firudin Ələkbərli çox pis təhqiramiz ifadələrdən istifadə edərək, “ana bacısının başını tutmaq üçünmü” gətirir sözlərini demiş, orada Təqsirləndirilən şəxs qardaşı oğlu Sadiq Firudinə “nə qədər pul istəyəcəksən bəs deyilmi” sözlərini demişdir. Firudin orda Təqsirləndirilən şəxs “sonuncu daşına kimi sökdürəcəm və dizin dizin sizi gətirdəcəm ofisin qabağına” sözlərini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Tovuz rayonu, Yanıqlı kəndində yaşayır, təxminən dörd il olar ki, əsasən yay vaxtları həmin kəndin ərazisində yerləşən «Su səsi» istirahət mərkəzinə gedib orada fəhləlik edir, təmizlik işləri ilə məşğul olur. Təqsirləndirilən şəxs həmin obyektin sahibi kimi tanımış, 2019-cu ilin may ayının ortalarında bağban işləyən Mehman adlı oğlan, Təqsirləndirilən şəxs və onun Eyvaz adlı qardaşı ilə birlikdə istirahət mərkəzinin həyətindəki gölün içinin, borularının təmizlik işləri ilə məşğul olarkən bir nəfər tanımadığı, sonradan adının Firuddin olduğunu bildiyi saqqal saxlayan, gözündə qara eynəyi olan şəxs yaxınlaşıb salam vermədən «hanı buranın yiyəsi» demişdir. Əvvəlcə həmin şəxsin müştəri olduğunu düşünsələr də həmin şəxsin bir az qəzəblə obyektin sahibini axtarması onlarda təəccüb yaratmış, həmin vaxt aralıda telefonla danışan Təqsirləndirilən şəxs onlara yaxınlaşıb Firudin adlı şəxsə «sən nə gəzirsən burada» deyərək soruşanda o, «mən səni çoxmu gözləyəcəm, sənin sənədinin düz olub olmamasının mənə fərqi yoxdur» deyə cavab vermiş, Təqsirləndirilən şəxs isə cavabında «mənim sənə heç bir verəcəyim yoxdur, mənim hər şeyim qanunidir, səhvim nədirsə onu göstər verim» bildirmişdir. Firuddin isə cavabında bir azda səsini yüksəldərək «bilirsən mən qanun-manun fırlamıram, sənə dediyimi verməlisən, verməyəcəksən burada daş daş üstündə qalmayacaq, hamısını sökdürəcəm» demiş, Təqsirləndirilən şəxs onun bu sözlərindən əsəbləşib üstünə getmək istəyəndə Eyvaz araya girib yaxınlaşmağa imkan verməmiş və Firuddinə «sən get başqa yerdə problem axtar, bizim səhfimiz yoxdur, varsa göstər səhvimizi düzəldək» demişdir. Bundan sonra Firuddin yenə də Təqsirləndirilən şəxs istədiyini verməsə buraları dağıtdıracağını deyərək hədələyib qapıya tərəf gedəndə onun arxasınca gedərək Firuddinin həyətin çıxışına qədər müşayət eləmiş və Firudin həyətdən çıxan zaman Təqsirləndirilən şəxs ünvanına bir daha nalayiq sözlər işlədərək «səni belə belə edib alacam, hələ harasıdır burada daş daş üstündə qalmayacaq» deyib dayanacaqdakı maşınlara tərəf getmişdir. O, Firudinin həmin vaxtı hansı maşına əyləşdiyinə fikir vermədiyindən bu barədə dəqiq bir məlumatı yoxdur. Firudin gedəndən sonra Təqsirləndirilən şəxsgilin yanına qayıdanda orda gedən söhbətlərindən belə başa düşmüşdür ki, həmin Firuddin Təqsirləndirilən şəxs obyektə görə pul tələb edir, o isə vermir. Ona görə də hər yerə yazır ki, guya obyekt qanunsuz tikilibdir. Bundan sonra, təxminən 2019-cu ilin iyun ayında həmin Firuddin adlı şəxs Ekologiya işçiləri ilə birlikdə «Su səsi» istirahət mərkəzinə gəlib suyun analizini yoxlatdırıb, hətta su götürüb analizə göndərmiş, ancaq suyun analizi təmiz çıxmasına baxmayaraq Firuddin adlı şəxs istədiyi pulu almaq üçün hər yerə ərizələr yazıb Təqsirləndirilən şəxs əl çəkmədiyini, pulu verməsə obyekti sökdürəcəyini demiş, bunu da obyektdə işləyənlərin hamısı bilmişdir. Təqsirləndirilən şəxs Firuddinin etdiyi bu haqsız hərəkətlərlə, yəni əsassız ərizələr yazmaqla onu diz çökdürmək istədiyini bilsə də ona heç bir vaxt pul verməyəcəyini demişdir. Sonra da Təqsirləndirilən şəxs Firuddinin ona qarşı etdiyi bu təhqiramiz hərəkətlərindən cana doyub gedib onu güllə ilə vurduğunu eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, iş üzrə Təqsirləndirilən şəxs təxminən 2000-ci illin əvvəllərindən hörmətli bir rayon sakini kimi tanımış, Rusiyadan qayıtdıqdan sonra Təqsirləndirilən şəxs Tovuz rayonunun Qovlar qəsəbəsində olan mağazasını icarəyə verdiyini öyrənmişdir. Həmin vaxtlar Rusiyada yaşayan Təqsirləndirilən şəxs rayonda olduğunu öyrənib onu Qovlar qəsəbəsində tapıb mağazasını ona icarəyə verməsini xahiş etmiş, razılaşdıqdan sonra ayı 100 ABŞ dollarına həmin mağazanı icarəyə götürərək mebel satışı ilə məşğul olmuşdur. 2007-ci ildə ona boclu olan bir şəxsə hədə-qorxu gəldiyinə görə Şəmkir polisi tərəfindən tutulmuş və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilərək 2011-ci ildə azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra Təqsirləndirilən şəxs Rusiyadan rayona köçdüyünü bilmiş və ona məxsus həmin mağazanı yenə də icarə işlətməkdə davam etmişdir. 2013-cü ildə Təqsirləndirilən şəxs ona Qovlar qəsəbəsində, Bakı-Qazax magistralının üstündə boş mağazası olduğunu həmin mağazanı şərik icarəyə götürərək mebel satışı ilə məşğul olmağı təklif etmişdir. Onlar razılaşdıqdan sonra həmin mağazanı şərik işlətməyə başlayanda, yəni 2013-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs işə başlanılması üçün həmin vaxt təxminən 31.000 manat dəyərində 40.000 ABŞ dolları pul qoymuş və şərikli olaraq işlərinə davam etmişlər. Həmin vaxtlar Təqsirləndirilən şəxs Yanıqlı kəndində «Su səsi» istirahət kompleksini tikdirdiyindən o, dəfələrlə həmin obyektə öz mağazalarından müxtəlif növ mebellər, eləcə də 200 stulluq komplekt stol-stul göndərmişdir. 2004-cü ilin sonlarında Təqsirləndirilən şəxs ona təklifi ilə Qovlar qəsəbəsinin içində ona məxsus mağazanı şərikli olaraq tikinti materiallarının satışı mağazası edərək bu qaydada Təqsirləndirilən şəxs məxsus həmin mağazanı tikinti materialı kimi, magistral yolun üstündə yerləşən başqa şəxsə məxsus mağazanı isə mebel mağazası kimi şərikli işlətmişlər. 2015-ci ilin fevral ayında və sonrakı aylarda dolların məzənnəsi qalxdıqdan sonra Təqsirləndirilən şəxs ona şərikli işə başlayanda pulu dollarla qoyduğunu və həmin 40.000 dolların əvvəlki məzənnəsi ilə yeni məzənnəsi arasındakı fərqi ortadakı puldan götürməli olduğunu bildirmişdir. O, etiraz edərək özünün də işə başlayanda dollarla pul qoyduğunu bildirmiş və bundan sonra Təqsirləndirilən şəxslə aralarında münasibətlər bir az soyusa da əlaqələri kəsilməmişdir. Dolların məzənnəsinin qalxması səbəbindən müxtəlif mebel firmalarına borclar yarandığından və qiymətlər qalxdığından 2016-cı ilin ortalarında magistral yolun üzərində olan mağazanı bağlayıb təhvil vermiş, Təqsirləndirilən şəxs özünə məxsus mağazanı isə sonuncu özü tək işlətməyə başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona onun vasitəsilə Rusiya Federasiyasında işlə təmin oluna bilər, aldığı maaşdan aylıq olaraq ona məxsus həmin 40000 dolların məzənnə fərqini ödəməsini təklif etmiş, lakin sonradan Təqsirləndirilən şəxs fikrini dəyişmişdir. Təqsirləndirilən şəxs psixi cəhətdən xəstəlik mövcud olduğundan və buna qarşı dərmanlar qəbul etdiyindən teztez fikrini dəyişmiş və bu səbəbdən aralarındakı münasibətlərdə soyuqluqlar olmuşdur. Heç yerdə işləməsə də 2018-ci ilədək rayonda yaşamış və 2018-ci ilin aprel ayında tikinti şirkətində iş taparaq Bakıya getmişdir. 2018-ci ilin dekabr ayında Bakıdan yaşadığı kəndə gedərkən rayonda polislər onu saxlayaraq axtarışda olduğunu deyib onu polis bölməsinə aparmışlar. Orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin dollar məzənnəsi ilə əlaqədar ona qarşı Tovuz rayon məhkəməsində iddia qaldırmış və məhkəmə 40.000 manat pulun onun tərəfindən Təqsirləndirilən şəxs ödənilməsinə dair qətnamə çıxarmışdır. Lakin bu proseslərdən isə onun məlumatı olmamışdır. 2016-cı ildə dolların məzənnəsi ilə bağlı banklarla arasında mübahisələr yarandığından hazırda xatırlamadığı tanışlarından birinin məsləhəti ilə Tovuz şəhərində hüquqşünas fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərli ilə tanış olmuş və onun təklifi ilə ona hüquqlarının müdafiə edilməsi üçün notarial qaydada etibarnamə vermiş və həmin vaxt bank tərəfindən tətbiq olunmuş əlavə cərimələrin məbləğinin azaldılmasında Firudin Ələkbərlinin bəzi rolu olmuşdur. Təqsirləndirilən şəxs iddasına əsasən ona qarşı həmin məhkəmə qərarı olduğunu öyrəndikdən sonra o, yenə də Firudin Ələkbərlinin ofisinə gedib Təqsirləndirilən şəxslə aralarında olan vəziyyəti ona danışmışdır. Firudin Ələkbərlinin həmin vaxta kimi Təqsirləndirilən şəxslə aralarında hansısa münasibətin olub-olmamasını dəqiq bilməmişdir. Firudin Ələkbərli ilə görüşdükdən sonra sonuncu ona Təqsirləndirilən şəxs tamamilə haqsız olduğunu və onun xeyrinə çıxarılmış məhkəmə qərarını ləğv etdirəcəyini bildirmişdir. Bundan sonra təxminən 2019-cu ilin yanvar ayında Firudin Ələkbərli həmin qətnamədən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verdiyini bildirmiş və məhkəmədən bildiriş gələcəyini demişdir. Lakin uzun müddət heç bir bildiriş gəlməmiş və o, 2019-cu ilin sentyabr ayınadək, yəni məlum qətl hadisəsinin baş verməsinədək dəfələrlə Firudin Ələkbərliyə zəng vuraraq vəziyyəti öyrənsə də o, həmin işlə məşğul olduğunu, müsbət nəticə olacağını ona bildirmişdir. 2019-cu ilin sentyabr ayının 14-də Tovuz rayonundakı tanışlarından Təqsirləndirilən şəxs Firudin Ələkbərlini güllələyərək öldürdüyünü eşitmiş, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs rayonun Yanıqlı kəndi ərazisində tikdirdiyi komplekslə bağlı Firudin Ələkbərli arasında münaqişələr yaranıb və cinayət hadisəsinin törədilməsinə də həmin münaqişə səbəb olub. Onunla olan mülki mübahisə ilə əlaqədar X33 Şamıyevlə görüşməsi və ya hər hansı bir formada əlaqə saxlaması barədə dəqiq məlumatı olmasa da bunu istisna da etmir. Təqsirləndirilən şəxs rayonun Yanıqlı kəndində olan həmin hovuzları 2015-2016-cı illərdə inşa etsə də, eyni zamanda 2016-cı ildən başlayaraq otel və koteclərin inşasını aparsalar da, həmin vaxtlar və sonrakı müddətlərdə də X33 Şamıyevdən şikayət etməsini eşitməmişdir. Şahid7 ifadəsinə əlavə olaraq bildirdi ki, o, Təqsirləndirilən şəxslə aralarında olan məsələni Firudin Ələkbərliyə danışdıqdan sonra, Firudin Ələkbərli ona Təqsirləndirilən şəxslə danışacağını, məsələni həll edəcəyini və bunun müqabilində ona 20000 manat pul verməli olduğunu bildirmişdir. O, bununla razılaşmış və bundan sonra X44 Şamıyevə zəng etmişdir. Onların arasındakı söhbətin tam olaraq nə olmasını bilməsə də, mübahisə olduğunu anlamış, Firudin Ələkbərlinin danışığından bilmişdir ki, Təqsirləndirilən şəxs bu gündən etibarən ondan pul istəməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, X8 2013-cü ildən hüquq müdafiəçisi kimi tanıyır, o, həmin il digər şəxslə olan torpaq mübahisəsinə görə onun hüquqlarını müdafiə etmiş, Firudin Ələkbərlinin istəyi ilə əvvəldən razılaşdıqları məbləğdən artıq pul ödəsə də, sonuncu onu get-gələ salaraq süründürməçiliyə yol vermişdir. İş üzrə Təqsirləndirilən şəxs da xeyirxah bir rayon sakini kimi uzun illərdir ki, tanıyır, Firudin Ələkbərli ilə Təqsirləndirilən şəxs arasındakı münaqişədən onun da məlumatı olmuşdur. Məlum cinayət hadisəsinin baş verdiyi gündən, yəni xx xxxxxxxx 2019-cu il tarixdən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs onunla görüşərək Firudin Ələkbərlinin ona hədə-qorxu gələrək pul tələb etdiyini, qərəzli olaraq ondan əl çəkmədiyini bildirərək bir ağsaqqal şəxs kimi bu məsələnin həll olunmasında köməklik göstərməyini ondan xahiş etmiş, bu səbəbdən o, Tovuz şəhərində, Firudin Ələkbərlinin işlədiyi ofisə gedərək onunla görüşüb Təqsirləndirilən şəxslə aralarında olan məsələnin həll olunmasını xahiş etmişdir. X15 bu məsələyə qarışmamasını, bu məsələnin Təqsirləndirilən şəxslə onun arasında olduğunu sərt şəkildə bildirdiyindən, aralarında olan söhbətin müsbət nəticə verməyəcəyini düşünmüş və geri qayıtmışdır. O, bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs Firudin Ələkbərlini həmin ofisdə güllələdiyini eşitmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, zərərçəkmiş şəxs mərhum Firudin Ələkbərli onun yaxın dostu olmuşdur. Firudin Ələkbərli ilə Təqsirləndirilən şəxs 2018-ci ilə qədər biri-birilərini ümumiyyətlə tanımamışlar. O, Ağ rəngli VAZ 2107 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Hətda o, dəfələrlə özünə məxsus avtomobillə Firudin Ələkbərli ilə Təqsirləndirilən şəxs restoranına gedib yemək yemiş, müəyyən vaxtlarda isə o, Firudin Ələkbərlini həmin restorana düşürmüş və özü geri qayıtmışdır. 2018-ci ildə X37 adlı vətəndaşın nümayəndəsi qismində məhkəmə iclaslarında onu təmsil etmək üçün etibarnamə almışdır. Belə ki, Hafiz Təqsirləndirilən şəxs pul borclu olmuş və bu barədə 2017-ci il tarixdə Tovuz rayon Məhkəməsi qətnamə çıxarmışdır. 2019-cu il tarixdə gecə saatlarında Qovlar polis bölməsinin Cinayət Axtarış bölməsinin rəisi İlham müəllim Hafizi tutmuş və sonradan buraxmışdır. İcra məmuri İnzibati qaydada Hafizi məhkəməyə vermiş, Tovuz rayon Məhkəməsi Hafizi cəzalandırmaq əvəzinə 3 il sonra apelyasiya müddətini bərpa edərək işi Apelyasiya məhkəməsinə göndərmişdir. O, bütün bu məlumatları Firudin Ələkbərli ilə yaxın dost olduğundan həm onun danışıqlarından bilmiş, həm də onun yanında şahidi olmuşdur. Apelyasiya müddəti bərpa olunduqdan sonra Təqsirləndirilən şəxs Hafizlə və onun nümayəndəsi olan Firudin Ələkbərli ilə aralarında mübahisə yaranmağa başlamış və Təqsirləndirilən şəxs pulunu tələb etmişdir. Bundan sonra X44 Şamıyevdən və sonuncuya məxsus istirahət mərkəzindən yazmağa başlamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq X13 bildirdi ki, Hafiz məsələsinə qədər Firudin Ələkbərli ilə Təqsirləndirilən şəxs biri-birilərini tanımamışlar. X20 və Təqsirləndirilən şəxs arasında yaranan mübahisənin səbəbkarı Şahid7 olmuş, belə ki, Hafiz gəlib rəhmətliyin onun Təqsirləndirilən şəxs borcu olmadığını bildirmişdir. Hafiz məsələsinə qədər göllə bağlı Firudin Ələkbərli tərəfindən heç bir şikayət olmamış, hətta o, Firudinlə birlikdə təxminən 6 dəfə göldə yemək yemiş, Firudin Ələkbərli onunla restorana gedən zaman Təqsirləndirilən şəxslə Firudin Ələkbərli arasında mübahisə olmamışdır. Təqsirləndirilən şəxs müdafiəçilərinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilməsini tələb etdikləri X16 ibtidai istintaq zamanı şahid qismində dindirilmiş ifadəsində bildirmişdir ki, “Təqsirləndirilən şəxs ilə 1986-cı ildə ailə qurmuş, tanıdığı ilk vaxtdan Təqsirləndirilən şəxs xarakterinə və şəxsi keyfiyyətlərinə bələd olmuş və onun xeyirxah, insanlara hörmətlə yanaşan, ailəyə bağlı, bir az da içinə qapanan şəxs olduğunu bilmişdir. Birgə nikahda yaşadıqları 34 il müddətində də Təqsirləndirilən şəxs sadaladığı xüsusiyyətləri həm o özü, həm də digər yaxınlar tərəfindən müşahidə edilmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs hələ onlar təzə ailə quran vaxtlardan Rusiya ilə bağlı şəxs olmuş, sonrakı müddətlərdə də əsas iş və qazanc yeri Rusiya ilə bağlı olmuşdur. 2000-ci illərin əvvəllərində Əli Rusiyadan qayıdıb Tovuzda iş quraraq burda yaşamağa başlamış, belə ki, yaşadıqları Tovuz rayonunun Yanıqlı kəndi ərazisində qardaşı Eyvaz Şamıyevlə birlikdə istirahət obyekti inşa etməyə başlamış, bundan əlavə, Təqsirləndirilən şəxs həmin ərazidə çimərlik hovuzu da inşa etdirmişdir. Restoran və istirahət kompleksi istifadəyə verilməsə də, çimərlik hovuzları istifadə olunmuşdur. Təqsirləndirilən şəxs iş fəaliyyəti barədə ətraflı məlumatı olmasa da, uzun illər birgə yaşadığı və xarakterini bildiyi biri kimi deyə bilər ki, o, həmişə qanundan çəkinib və həmişə qanuna riayət edən adam olmuşdur. Təxminən 2019-cu ilin mart ayından sonra evdə söhbətləri zamanı Əli Tovuz rayonunda olan bir hüquqşünasın qərəzli olaraq onun işlərinə maneçilik törətdiyini, əsassız və yalan ərizələr yazdığını və hərəkətlərini dayandırmaq üçün pul istədiyini bildirmişdir. Həyat yoldaşına bildirmişdir ki, qardaşı ilə məsləhətləşsin və əsəblərini gərginləşdirməməsi üçün bir az pul verib adamı yola salsın. Çünki tanıdığı ilk vaxtlardan Təqsirləndirilən şəxs psixologiyası həssas olmuş, əsəblərini normasında saxlamaq üçün müxtəlif sakitləşdirici dərmanlardan istifadə etmişdir. Birgə yaşadıqları müddətlərdə və hazırda da Əli psixoloji vəziyyətini nəzarətdə saxlamaq üçün dərmanlardan istifadə edir. Qeyd etdiyi söhbətlərdən sonra, yəni 2019-cu ilin mart ayından sonrakı müddətlərdə Əli həmin dərmanlardan daha çox istifadə etməyə başlamış və onun pisixologiyasında gərginliklərin yarandığı açıq şəkildə müşahidə olunmuş, əksər vaxtlarda səbəbini soruşduqda tam olaraq cavab vermədən həmin qərəzli ərizələr yazan şəxslə problemlərinin olduğunu demişdir. Hətta məlum hadisədən, yəni xx xxxxxxxx 2019-cu il tarixdən əvvəlki təxminən 10-15 gün ərzində Təqsirləndirilən şəxs psixoloji vəziyyətində əsaslı dərəcədə dəyişikliklər, sarsıntılar müşahidə olunmuş və gecələr də yuxu yatmadan bəzən evin içində, bəzən isə həyətdə gəzərək, hətta bunun səbəbi barədə soruşduqda anlaşılmayan cavablar verərək narahatlıq keçirmişdir. Məlum cinayət hadisəsindən əvvəlki günlər hiss etmişdir ki, onun və uşaqlarının təhlükəsizliyi barədə söhbətlər açaraq sanki kiminsə onları təhdid etdiyi barədə söhbətlər açmışdır. Lakin ətraflı danışmadığından konkret olaraq son günlər nələrin baş verdiyindən məlumatı olmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə axşam Təqsirləndirilən şəxs yenə də gərgin vəziyyətdə olmuş, rahat yuxu yata bilməmiş və səhər saat təxminən 07 radələrində bir az səhər yeməyi yemiş və yuxarıda bəhs etdiyi obyektin hansısa sənədi ilə bağlı Tovuz şəhərinə gedəcəyini bildirib öz avtomaşını ilə evdən çıxmış, saat 09 radələrində isə Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng vuraraq bildirmişdir ki, «Həvayət özünüzə, uşaqlara yaxşı baxın, o adam məndən əl çəkmədi və məni təhqir edərək elə vəziyyətə çatdırdı ki onu öldürdüm». Həyəcanlı şəkildə onun harda olduğunu, necə olduğunu soruşmuş və adını bilməsə də kimi öldürdüyünü təxmin etmişdir. Çünki qeyd etdiyi kimi Əli ona dəfələrlə Tovuz şəhərindən bir şəxsin onu hədələyərək pul tələb etdiyini, haqsız ərizələr yazaraq işinə mane olduğunu, pul verməsə ondan əl çəkməyəcəyini demişdi və həmin söhbətlərdən sonra Əlinin məhz həmin şəxsi öldürdüyünü düşünmüşdür. Lakin uzun illər birgə yaşadığı şəxs kimi Əlinin kimisə öldürəcəyini heç vaxt düşünməmiş və təsəvvür edə bilməmişdir. Sonradan adını eşitdiyi Firudin adlı həmin şəxs Əlini hansı həddə bezdirmişdir ki, o hisslərini idarə edə bilmədən həmin şəxsi öldürmüşdür. Sonradan ona məlum olmuşdur ki, Əli Firudin adlı həmin şəxsi tapança ilə vurub öldürüb və Əlinin tapançanı nə vaxt, haradan və kimdən əldə etdiyini, harda saxladığını bilməmiş, ümumiyyətlə nə vaxtsa Əlidə silah olduğunu bilsəydi və ya hiss etsəydi dərhal onu bu hərəkətlərindən daşındırar və yaxınlarına məlumat verməklə silahı ondan aldırıb təhvil verdirərdi. Çünki uzun illər psixoloji vəziyyətinə görə müalicə alan bir şəxs kimi Əlidə hansısa silahın olmasına heç cür razı ola bilməzdi. Həyat yoldaşı Təqsirləndirilən şəxs kiməsə hansısa bir şəkildə zərər vuracağına, hətta kimisə öldürəcəyinə heç vaxt inanmamış və düşünməmiş, Təqsirləndirilən şəxs belə hərəkətlər edəcəyi barədə nə ona, nə də digər ailə üzvlərinə heç vaxt fikir bildirməmişdir. Təqsirləndirilən şəxs psixi cəhətdən həssas adam olduğunu, bu diaqnozdan uzun müddət müalicə aldığını nəzərə alaraq düşünür ki, Firudin adlı həmin şəxsin davamlı haqsız hərəkətləri onu belə bir əməli törətməyə vadar etmişdir”. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxxxx 2019-cu il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yer Bakı-Tbilisi dəmir yol xəttinin sağ tərəfində həmin xəttdən 30 metr məsafədə, Tovuz rayonu, Ş.İ.Xətai küçəsi-1 ünvanda yerləşən üzərində «Hüquq məsləhətxanası»dır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxx 2019-cu il tarixli raportdan görünür ki, xx xxxxxxxx 2019-cu il tarixdə saat 09 radələrində X30 və X31 xidmətdə olan zaman Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq bir neçə dəqiqə əvvəl X8 iş otağında üstündə olan Makarov tipli tapança ilə atəş açaraq öldürdüyünü bildirmiş və 1 ədəd CK-5069P nömrəli Makarov tipli tapançanı, 16 ədəd güllələrini və 1 ədəd kaburanı təhvil vermişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X38-Təcrübi və Tədris Birliyinin xx xxxxxxxx 2019-cu il tarixli, 31 nömrəli ekspertiza rəyindən görünür ki, 1963-cü il təvəllüdlü X7 meyitində döş qəfəsinin sağ yan səthinin 1(ədəd) və qarın boşluğunun ön və sağ yan səthinin 3 (ədəd) qaraciyərin sağ payının, sağ böyrəyin aşağı qütbünün, nazik və yoğun bağırsaq müsariqələrinin zədələnməsi ilə müşayiət olunan kor odlu silah mərmi (güllə) yaralanması, sat sait nahiyyəsinin dəlik keçən odlu silah mərmi (güllə) yaralanması aşkar olunmuşdur. Həmin xəsarətlər həyatidir, ölümlə bir-başa səbəbli əlaqəlidir, ekspertiza təyin olunması haqqında qərarın təsfiri hissəsində göstərilən tarixdə, yəni X21 RMX-na gətirildiyi xx xxxxxxxx 2019-cu il tarixində əmələ gəlmişdir və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir; X7 meyitinin bədəni üzərində aşkar olunmuş kor odlu silah mərmi (güllə) yaralarının giriş dəlikləri döş qəfəsinin sağ yan, qarın nahiyəsinin sağ yan və ön səthində yerləşmişdir. Bu fikri həmin nahiyədə olan yaraların kənarlarının nahamar olması və yarada toxuma defektinin olması təsdiq edir. Yara kanalının istiqaməti haqqında mərmilərin tapıldığı nahiyələrə əsasən demək olar ki, yuxarıdan aşağıya, öndən arxaya və bir qədər sağdan sola doğru olmuşdur. Yara kanalı boyunca dəri, dərialtı piy təbəqəsi, əzələlər, qara ciyərin sağ payı, sağ böyrəyin aşağı qütbü, nazik və yoğun bağarsaqların müsariqələri zədələnmişdir; X7 ölümünə səbəb döş qəfəsinin sağ yan səthinin və qarın boşluğunun ön və sağ yan səthinin, qara ciyərin sağ payının, sağ böyrəyin aşağı qütbünün, nazik və yoğun bağarsaqların müsariqələrinin zədələnməsi ilə müşayiət olunan kor odlu silah mərmi (güllə) yaralanması nəticəsində inkişaf edən kəskin qanitirmə olmuşdur; X7 hadisə zamanı əynində olmuş paltarlardakı zədələrlə onun meyiti üzərində olan xəsarətlər üst-üstə düşürlər; X7 meyiti üzərində olan mərmilərin giriş dəliklərini və mərmilərin tapıldığı yerləri nəzərə alaraq demək olar ki, Firudin Ələkbərli oturaq və ya yarımoturaq vəziyyətdə, hücumedən, yəni atəş açan zaman onun ön və ön sağ yan tərəfində ola bilərdi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X38-Təcrübi və Tədris Birliyinin xx xxxxxxxx 2019-cu il tarixli, 607 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət-sağ əlin İ barmağının uc falanqasının sıyrığı küt əşyanın (alətin) təsirindən müayinədən bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 24246 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X9 və Təqsirləndirilən şəxs məxsus olan geyim əşyalarının səthi üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X9 məxsus qeyd edilən geyim əşyalarının səthləri üzərində Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsusolduğu qeyd edilən geyim əşyalarında Firudin Ələkbərlinin geyim əşyalarının tərkib lifləri aşkar olunmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 24137/24138/24245 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd tapança 1960-cı ildə İjevski mexaniki zavodunda istehsal olunmuş, 9 mm kalibrli, «Makarov» (PM) konstruksiyalı CK 5069 №-li yarımavtomatik tapançadır, yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır; Tədqiqata təqdim edilmiş 16 ədəd patronun 1 ədədi 1962, 15 ədədi 1983-cü ildə zavod üsulu ilə hazırlanmışdır, pistonları mərkəzdən alışan 9 mm kalibrli olmaqla həmin kalibrə malik «Makarov» (PM), «PA-63», «P64», «RK59», «P61» konstruksiyalı tapançalarda, «Steçkin» («APS)» konstruksiyalı avtomatik tapançalarda və s. odlu yivli döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş döyüş sursatlarıdır və təyinatı üzrə istifadəyə, yəni atəşə yararlıdırlar; Tədqiqata təqdim edilmiş 4 ədəd gilizin 1 ədədi 1982, 3 ədədi 1989-cu ildə zavod üsulu ilə hazırlanmışdır, pistonları mərkəzdən alışan 9 mm kalibrli olmaqla həmin kalibrə malik «Makarov» (PM), «PA-63», «P64», «RK59», «P61» konstruksiyalı tapançalarda, «Steçkin» («APS)» konstruksiyalı avtomatik tapançalarda və s. odlu yivli döyüş silahlarında döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridir, tədqiqata təqdim edilmiş 16 ədəd patronun gilizləri ilə hazırlanma üsuluna, təyinatına və digər bir sıra konstruktiv xüsusiyyətlərinə görə birbirlərinə uyğun gəlirlər. lakin 15 ədədi 1983-cü ildə, 1 ədədi 1962-ci ildə istehsal olunmuş həmin 16 ədəd patronun heç birinin gilizi və istehsal tarixlərinə görə bir birinə uyğun gəlmirlər. Həmin gilizlər tədqiqata təqdim edilmiş 9 mm kalibrli, «Makarov» (PM) konstruksiyalı CK 5069 №-li tapançadan atılmışlar; Tədqiqata təqdim edilmiş 4 ədəd güllə zavod üsulu ilə hazırlanmışdır, 9 mm kalibrli olmaqla həmin kalibrə malik «Makarov» (PM), «PA-63», «P64», «RK59», «P61» konstruksiyalı tapançalarda, «Steçkin» («APS)» konstruksiyalı avtomatik tapançalarda və s. odlu yivli döyüş silahlarında döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridir, tədqiqata təqdim edilmiş 16 ədəd patrona doldurulmuş güllələrlə hazırlanma üsuluna, təyinatına və digər bir sıra konstruktiv xüsusiyyətlərinə görə bir-birlərinə uyğun gəlirlər. Həmin güllələr tədqiqata təqdim edilmiş 9 mm kalibrli, «Makarov» (PM) konstruksiyalı CK 5069 №-li tapançadan atılmışlar. Tədqiqata təqdim edilmiş həmin tapança silahının lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodika olmadığından atəşin vaxtını və silahın sonuncu atəşlərdən əvvəl uzun müddət istifadəsiz və baxımsız saxlanılması əlamətlərini müəyyən etmə mümkün deyildir. Tədqiqata təqdim edilmiş Firudin Ələkbərliyə məxsus 1 ədəd boz qara rəngli gödəkcə, bir ədəd tünd yaşıl rəngli qısaqol yay köynəyi və 1 ədəd belində qəhvəyi rəngli cins şalvarın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan, tək-tək tam yanmamış barıt hissəciklərinin və mis metal izinin (sürtünmə zolağı) aşkar edilməsinə əsasən 1 ədəd qara tünd göy rəngli idman gödəkcənin ön və arxa hissəsində, sağ qolunun arxa aşağı hissəsində, 1 ədəd tünd yaşıl rəngli qısaqol yay köynəyinin ön və arxa sağ aşağı hissəsində, şalvarın sağ yan hissəsində olan zədələr giriş, gödəkcənin sağ qolunun arxa nisbətən yuxarı hissəsində olan zədə isə çıxış zədəsi olmaqla, yivli odlu silahdan açılmış atəşlər nəticəsində, diametri təxminən 9 mm olan, tərkibində mis metalı olan güllənin təsirindən, 1 metrdən yuxarı məsafədən, öndən-arxaya, arxadan-önə doğru, istiqamətdə yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş güllələrin təsirindən də yarana bilər. Tədqiqata təqdim edilmiş F.Ələkbərliyə məxsus 1 cüt qara rəngli corab və 1 cüt qara rəngli ayaqqabının üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Tədqiqata təqdim edilmiş F.Ələkbərliyə məxsus 1 cüt qara rəngli corab və 1 cüt qara rəngli ayaqqabının üzərində atəşin əlavə fakytoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə aşkar edilməmiş, Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir. Tədqiqata təqdim edilmiş paltarlarda F.M.Ələkbərliyə məxsus köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədənin yaranma xarakteri fiziki qüvvənin təsirindən yarana bilən cırılma zədəsidir. Lakin bu cırılma zədələri yaranma xarakteri nəzərə alınmaqla onların yaranma mexanizmi kriminalistik tədqiqatla müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş F.Ələkbərliyə məxsus 1 ədəd gödəkc, 1 ədəd cins şalvar, 1 cüt corab, 1 cüt ayaqqabı və Təqsirləndirilən şəxs məxsus geyim paltarlarına baxış keçirildiyi və onların üzərində hər hansı trasoloji zədələr aşkar edilmədi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X38-Təcrübi və Tədris Birliyinin xx xxxxxxx 2019-cu il tarixli, 724/2019-MTBŞ nömrəli rəyindən görünür ki, X7 ABO sistemi üzrə qan qrupu A beta/H/(İİ)-dir. Ekspertizaya təqdim edilmiş 03 ədəd çubuqlu pambıq tamponlar, Firudin Ələkbərliyə məxsus ayaqqabının sağ tayı, F.Ələkbərliyə məxsus gödəkcə, qısaqol köynək və cins şalvar, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Abeta /H/ (İİ) qruplu şəxsə, o cümlədən də F.Ələkbərliyə məxsus ola bilər. Ekspertiza təqdim edilmiş Ə.M,Şamıyevə məxsus gödəkcə və uzunqol köynək üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx xxxxxx 2019cu il tarixli 2509 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan həmin şəxs əvvəllər onda biruzə verən depressiv pozuntu ilə əlaqədar ambulator qaydada müalicələr qəbul etmiş, hal-hazırda da onda Yüngül ifadə olunan depressiv vəziyyət müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təisri altına düşmür. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs müəyyən edilən Yüngül ifadə olunan depressiv vəziyyət ilə əlaqədar o, ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Göstərilənlərlə əlaqədar yoxlanılan şəxs Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs Məməd oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intelektual-mnestik imkanları normaya uyğundur. Qıcığa qarşı həssaslıq, tez təsirlənmək, özünə qarşı hörmət tələb etmək, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən keçirdiyi emosional hal zərərçəkmiş şəxs X7 ona qarşı etdiyi, qərarın təsviri hissəsində göstərilən hərəkətlər nəticəsində yarana bilərdi. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində) olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 xx xxxxxx 2019-cu il tarixli, 2789 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya və xroniki alkaqolizm xəstəliyinin əlamətləri aşkar olunmur, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və xroniki alkaqolizm xəstəliyindən əzab çəkmir, narkomaniya və xroniki alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasının xx xxxxx 2021-ci il tarixli, 17/3928 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasında şəkərli diabet İİ tip, insulindən asılı forma, diabetik polineyropatiya, arterial hipertoniya İİ dərəcə, əlavə risk İV, sidik turşulu diatez, nevrosteniya diaqnozu ilə dispanser qeydiyyatındadır və hal-hazırda müalicə alır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti başçısının aparatının xx xxxxxxx 2019-cu il tarixli, 2-5/623 nömrəli məktubundan görünür ki, Tovuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyinə əsasən hovuzun suyu əhalinin içməli su ilə təmin edən su hövzəsindən 800 (səkkiz yüz) metr məsafədə yerləşən boş əraziyə axıdılır. Eyni zamanda hovuzdan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən götürülmüş su nümunələrinin analizinə əsasən bütün fiziki-kimyəvi göstəriciləri norma daxilində olduğu aşkarlanmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli “telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 ***-**-** saylı nömrə ilə zərər çəkmiş şəxs X7 istifadəsində olmuş 050 ***-**-** saylı nömrə arasında xx xxxxxx 2018-ci il tarixdə olmaqla bir dəfə 87 saniyə müddətində danışıq aparılmış, sonrakı müddətlərdə danışıqlar və ya hər hası məzmunda SMS yazışmaları müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Sattistika İnformasiya idarəsinin xx xxxxxxxx 2019-cu il tarixli, 012-24947-1219 nömrəli məktubundan görünür ki, cinayət törədilərkən istifadə olunmuş “Makarov” markalı CK 5069 nömrəli tapanşa silah xx.xx.1992-ci il tarixdə N nömrəli hərbi hissəsindən (Salyan) Kazarması) general Antonov tərəfindən oğurlandığına görə Bakı şəhər hərbi prokurorluğunda axtarış elan olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 7383 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 nömrəli Respublika Psixiatriya xəstəxanasında müalicədə olmayıb. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Rayonlararası Ruhi Xəstəxanasının xx xxxxxxx 2019-cu il tarixli, 1278 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax ruhi xəstəxanasında psixoloji qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz rayon X23 Hüquqi şəxsin xx xxxxxxx 2019-cu il tarixli, 595 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim-narkoloqun dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin xx xxxxxx 2019-cu il tarixli, xx/xx-11519 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tovuz rayon İcra Başçısının Yanıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 06 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış cinayət işi üzrə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, 01 ədəd 9 mm kalibrli “Makarov” konstruksiyalı PM modeli CK5069P nömrəli tapança, həmin modelli silaha aid 01 ədəd sandıqça, 04 ədəd giliz, 04 ədəd güllə, 13 ədəd patron, eksperimental atılmış 03 ədəd giliz, 03 ədəd güllə və 01 ədəd qobur, hadisə zamanı X7 əynində olmuş tünd göyümtülbozumtul rəngli jaket, açıq qəhvəyimtil-yaşımtıl rəngli qısaqol köynək, belində qəhvəyi rəngli dəri kəməri olan göy rəngli cins şalvar, bir cüt qara rəngli dəri ayaqqabı,Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli parçadan olan şalvar, bənövşəyi və boz rəngli yun parçadan olan kofta, tüng göy rəngli gödəkcə, X7 adına Cinayət və Təhqiqat Beynəlxalq ictimai siyasi hüquq qazetinin hüquq şöbəsinin müdiri olmasını təsdiq edən vəsiqə, X7 hüquqşünas olaraq ofisinin ünvanı və telefon nömrələri olan kart, telefon məlumatlarına dair 01 ədəd 9 mm kalibrli Makarov” konstruksiyalı PM modeli CK5069P nömrəli tapança, həmin modelli silaha aid 01 ədəd sandıqça, 04 ədəd giliz, 04 ədəd güllə, 13 ədəd patron, eksperimental atılmış 03 ədəd giliz, 03 ədəd güllə və 01 ədəd qobur saxlanılması üçün Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat İdarəsinin saxlama otağına, X7 və Təqsirləndirilən şəxs əynində olmuş paltarlar, X6 adına “Cinayət və Təhqiqat” Beynəlxalq ictimai siyasi hüquq qəzetinin hüquq şöbəsinin müdiri olmasını təstiq edən vəsiqə, X7 ofisinin ünvanı və telefon nömrələri olan kart, eləcə də komputer prosessoru, CD disk və video kasetlər, 1 ədəd «Samsung” markalı mobil telefon, Firuddin Ələkbərlinin adına olan AZE 14249792 nömrəli şəxsiyyət vəsiqəsi, TB-İ 086442 nömrəli diplom və C00447753 №-li pasport Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutların saxlama otağına verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxxxxxx 2019-cu il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması” protokolundan və xx xxxxxxxx 2019-cu il tarixli Tovuz rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması qənaətinə gəlir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı tövsiyələrini işin faktiki halları ilə, yəni cinayətin odlu silahdan atəş açılması nəticəsində törədilməsini, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Firudin Ələkbərliyə yetirdiyi bədən xəsarətlərinin sayı, xarakterini və həyat üçün mühüm orqanlara xəsarət yetirilməsi ilə lokalizasiyasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasındakı qarşılıqlı münasibətləri, sonuncular arasında hadisə baş verməmişdən əvvəl mübahisə predmetinin mövcudluğunu iş materiallarında olan obyektiv sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, onun yuxarıda qeyd olunan törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1 və 228.1-ci maddələri ilə tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Baxılan iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilmişdir. Qeyd olunan hal, şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaqları zamanı verdikləri ifadələrlə təsdiq olunmaqla yanaşı, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın məzmunundan da (.....X7 ayrı-ayrı dövlət orqanlarına çoxsaylı əsassız şikayətlərini dayandırmaq müqabilində 10.000 manat məbləğində pul tələb etməsi, aparılmış yoxlamalarla qanunsuzluq faktlarının təsdiqini tapmadığına baxmayaraq, tələb etdiyi pulu verməyəcəyi təqdirdə həmin istirahət kompleksini istənilən yolla sökdürəcəyi ilə bağlı çoxsaylı hədələri səbəbindən...) aydın görünür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, CM-nin 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, CM-nin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boyununa almasını, CM-in 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayətin törədilməsində odlu silahdan istifadə etməsi Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi və könüllü gəlib təqsirini boyununa alması yüngülləşdirici hal kimi nəzərə alınsa da, cinayətin törədilməsində odlu silahdan istifadə etməsi Azərbaycan Respublikası CM-in 61.1.10-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qəbul edildiyindən cəza təyin olunarkən bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törədilən cinayət əməlindən sonrakı zaman ərzində davranışını, yəni cinayəti törətdikdən sonra könüllü olaraq polisə orqanlarına gedərək cinayət törətməsini etiraf etməsini, cinayət əməlinə tənqidi münasibətini, əməlindən peşman olmasını onun şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin məcəllənin 228.1-ci maddəsində isə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 və 228.1-ci maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olaraq Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat İdarəsində saxlanılan 01 ədəd 9 mm kalibrli “Makarov” konstruksiyalı PM modelli CK5069P nömrəli tapança, həmin modelli silaha aid 01 ədəd sandıqça, 04 ədəd giliz, 04 ədəd güllə, 13 ədəd patron və 01 ədəd qobur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilməli, eksperimental atılmış 03 ədəd giliz, 03 ədəd güllə məhv edilməli, Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs əynində olmuş paltarlar Təqsirləndirilən şəxs yaxın qohumlarına, X7 əynində olmuş paltarlar, X6 adına “Cinayət və Təhqiqat” Beynəlxalq ictimai siyasi hüquq qəzetinin hüquq şöbəsinin müdiri olmasını təstiq edən vəsiqə, X7 ofisinin ünvanı və telefon nömrələri olan kart, eləcə də komputer prosessoru, CD disk və video kasetlər, 1 ədəd «Samsung” markalı mobil telefon, Firuddin Ələkbərlinin adına olan AZE 14249792 nömrəli şəxsiyyət vəsiqəsi, TB-İ 086442 nömrəli diplom və C00447753 №-li pasport Firudin Ələkbərlinin yaxın qohumlarına qaytarılmalı,telefon təlumatlarına dair 1 ədəd CD disk isə cinayət işi materiallarına əlavə olunması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 714,10 (yeddi yüz on dörd manat 10 qəpik) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübutlar - Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat İdarəsində saxlanılan 01 ədəd 9 mm kalibrli “Makarov” konstruksiyalı PM modelli CK5069P nömrəli tapança, həmin modelli silaha aid 01 ədəd sandıqça, 04 ədəd giliz, 04 ədəd güllə, 13 ədəd patron və 01 ədəd qobur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilsin, eksperimental atılmış 03 ədəd giliz, 03 ədəd güllə məhv edilsin, Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutların saxlanc otağında saxlanılan Təqsirləndirilən şəxs əynində olmuş paltarlar Təqsirləndirilən şəxs yaxın qohumlarına, X7 əynində olmuş paltarlar, X6 adına “Cinayət və Təhqiqat” Beynəlxalq ictimai siyasi hüquq qəzetinin hüquq şöbəsinin müdiri olmasını təstiq edən vəsiqə, X7 ofisinin ünvanı və telefon nömrələri olan kart, eləcə də komputer prosessoru, CD disk və video kasetlər, 1 ədəd «Samsung” markalı mobil telefon, Firuddin Ələkbərlinin adına olan AZE 14249792 nömrəli şəxsiyyət vəsiqəsi, TB-İ 086442 nömrəli diplom və C00447753 №li pasport Firudin Ələkbərlinin yaxın qohumlarına qaytarılsın, telefon təlumatlarına dair 1 ədəd CD disk isə cinayət işi materiallarına əlavə olunması nəzərə alınsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 714,10 (yeddi yüz on dörd manat 10 qəpik) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ( və ya) şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar