Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-30/2023 15.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkiliMüdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxx 1999-cu ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olan orta təhsilli, Gəncə şəhəri, Ü. Hacıbəyov küçəsi ev 3, mənzil 9-da qeydiyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsi ünvansız fərdi yaşayış evində yaşamış, barəsində xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz raypn Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası seçilmiş barəsində həbs qətimkan tədbiri seçilməklə halhazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilətəqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən külli miqdarda yəni, təmiz ümumi çəkisi 3.528 qram narkotik vasitə olan heroini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Nizami küçəsində yerləşən N.Nərimanov parkınınyaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhər BPİ-yə gətirilmiş və onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq qara rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret falqasının içərisində olan selofana bükülmüş içərisində külli miqdarda təmiz çəkisi 3.528 qrammaddə, kustar üsulla hazırlanmış, narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bu əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1- ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdirki, Gəncə şəhər BPİ-nin X1 əməliyyat müvəkkili Şahid3 adlı şəxslə tutulmamışdan təqribən 10 ay əvvəl tanış olmuş, sonuncu onanarkotik istifadəçisi olduğunu bildiyini, onunla əməkdaşlıq etməsini, etməyəcəyi təqdirdə onu həbs etdirəcəyini bildirmişdir. O, Sərxanın təklifi ilə ilk vaxtlar razılaşmasa da, sonradan narkotik aclığında olan zaman Sərxana zəng etmiş, ondan az miqdarda narkotik vasitə olan heroin almış və bunun müqabilində ona “iş”, yəni məlumat verəcəyinə dair söz vermişdir. Bundan sonra onların əməkdaşlığı başlamış, sərxan ona narkotik vasitə vermiş, o da bunun müqabilində Sərxana narkotikdən istifadə edənşəxslər, online qaydada və ya digər ənənəvi üsullarla narkotikləri satan adamlar barədə məlumat ötürmüşdür. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmamışdan bir neçə gün əvvəl Sərxanla aralarında sözlə mübahisə olmuş, sonuncu onu digər şəxslərə də məlumat ötürməkdə ittiham etmişdir. O, belə halın baş vermədiyini, yalnız onunla “işlədiyini” vurğulamışdır. Lakin Sərxan ona inanmamış və qısa müddət ərzində onu həbs etdirəcəyini bildirmişdir. Bundan az sonra polis əməkdaşları onu xx.xx.2021-ciil tarixdə tutmuş üzərindən Sərxanın ona verdiyi təqribən 3 qram çəkidə olan heroinaşkar edilərək götürülmüşdür. Onun bu hərəkəti polis tərəfindən rəsmiləşdirilmiş və barəsində cinayət işi başlanmışdır. Polis əməkdaşları bu əmələ görə onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün bütün lazimi hərəkətləri etsələr də, Gəncə şəhər prokurorunun müavini Rəsul müəllim onun həbs edilməsinə sanksiya verməmişdir. Buna görə Sərxan hədsiz əsəbiləşmiş, iş yoldaşlarına: “bu oğraşı yarım kilo ilə göndərim qoy ağlı başına gəlsin deyib”, özünün polis yoldaşlarına bu barədə söz vermişdir. Barəsində istintaq gedə-gedə Sərxan ona yenə zəng etmiş və onu təhdid etmişdir. xx.xx.2021-ci il tarixdə o, Sərxan yenidən ona zəng etmiş və aralarında olan söz-söhbətə son qoymaq üçün Gəncə Şəhəri Xətai prospektində yerləşən yanacaqdoldurma məntəqəsinin qabağında görüş təyin etmiş, onu da oraya dəvət etmişdir. O həmin ünvana getmiş, elə ora çatan kimi polis əməkdaşları tərəfindən həbs olunmuş, sonradan polislər onu yarım kilo heroin saxlaması ittihamı ilə məhkəməyə çıxarıb onun həbs edilməsinə nail olmuşlar. Məhkəmənin diqqətinə çatdırı ki, yarım kilo heroin almaq üçün tələb olunan məbləğnəinki onda, heç nəslində belə heç kəsdə olmamışdır. Polis əməkdaşı Sərxana məlumat ötürməsinə görə özünü günahkar hesab edir. Bunun özünün ən böyük səhvi kimi qəbul edir. Vurğulayır ki, onun yarım kilo heroinlə tutulmasına dair ittiham Sərxanın təkidi ilə polislər tərəfindən uydurululmuşdur. Sərxanın uydurma ittihamına görə də barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər BPİ-nin X1 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri, Məhsəti qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşayan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami prospektində yerləşən N.Nərimanov parkının yaxınlığında saxlanılaraq ünvan 6 ünvanında yerləşən Gəncə şəhəri BPİ-nə gətirilmiş, Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl üzərində qanunla qadağan olmunmuş narkotik vasitə olub- olmaması, əgər vardırsada təqdim etməsi bildirilmişdir. Şübəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirmiş, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan açıq qara rəngli cins şalvarın sağ yan cibində bir ədəd şəffaf selofanın içərisində olan gümüşü rəngli siqaret falqasına bükülmüş “Heroinə” bənzər kütləni təqdim etmiş, həmin heroinə bənzər kütlənin nə olması soruşulmuş, sübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin heroin olmasını bildirmiş, şübəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni bir gün əvvəl Bakı şəhəri N.Nərimanov prospektində tanımadığı şəxsdən 70 (yetmiş) manata alaraq özü istifadə edəcəyi üçün saxladığını bildirmiş, şübhəli şəxs həmin kütlədən heç kimə satmadığını, kütlədən istifadə etmədiyini, heç kimə vermədiyini bildirmişdir. Şəxsi axtarış zamanı müdafiəçinin iştirakıilə polis əməmkdaşıları tərəfindən bir ədəd şəffaf rəngli selofanın içərisində olan gümüşü rəngli siqaret falqasına bükülmüş olan kütlə açılmış, həmin kütlə açıldıqda içərisində ilk görünüşdən qəhvəyi rəngli narkotik vasitə olan “heroinə” oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satması barədə əməliyyatməlumatı daxil olmuş, lakin həmin narkotik vasitəni konkret olaraq kimlərə satmasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami prospektində yerləşən “Deluxe” otelin yaxınlığında saxlanılaraq ünvan 6 ünvanında yerləşən Gəncə şəhəri BPİ-yə gətirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl üzərində qanunla qadağan olmunmuş narkotik vasitə olubolmaması, əgər vardırsada təqdim etməsi bildirilmişdir. Şübəli şəxs Təqsirləndirilən şəxs üzərində “heroinə” adlı kütlə olduğunu bildirmiş, əl çantasının içərisindən ağ rəngli sellofanın üzəri şəffaf rəngli yapışqanlı sarğı ilə bükülmüş büküm müdafiəçinin və iştirakçıların iştirakı ilə onlar tərəfindən açılmış, bükümün içərisində qəhvəyi rəngdə, kəskin iyli, ilk gürünüşdən narkotik vasitə olan “heroinə” axşar kütlə aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdə olan “heroinə” oxşar kütləni xx.xx.2021ci il tarixdə Bakı şəhərində Xırdalan qəsəbəsində internet klubunda təsadüfən tanış olduğu İran vətəndaşından aldadaraq almışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə əvvəlki vəziyyətinə qaytarılaraq aptek tərəzisində çəkilmiş, “heroinə” oxşar kütlənin ümumi çəkisi 525 qram olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satması barədəəməliyyat məlumatı daxil olmuş, lakin həmin narkotik vasitəni konkret olaraq kimlərə satmasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərdən savayı məhkəmənin diqqətinə çatdırır ki, Təqsirləndirilən şəxs onunla hər hansı əlaqəsi olmamış, hadisə gününə qədər Əsgəri tanımamışdır. Əsgərin onunla bağlı dedikləri yalandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Bakcell MMC-dən əldə edilmiş məlumatlarla əlaqədar yenidən dindirilmiş, ikinci ifadəsində Şahid3 fakt qarşısında qalıb müəyyən detalları etiraf edərək göstərmişdir ki, ona məxsus olan ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ********** saylı nömrə arasında xx.xx.2021-ci il tarixdənxx.xx.2021-ci il tarixədək olan müddət ərzində çoxsaylı zənglər onun tərəfindən edilmişdir. Təqsirləndirilən şəxs onun tərəfindən qeyri-rəsmi agent kimi istifadə edilmiş, buna görə dövlət büdcəsindən hər hansı vəsait xəclənməmişdir.Əsgər 3 qram heroinlə tutulmamışdan əvvəl onların arasında problem yaranmış, buna görə də Əsgərlə münasibətinə son qoymuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, o Əsgərə gördüyü işin müqabilində narkotik verməmiş, 500 qram heroinlə tutulması ittihamı ilə əlaqədar da onun hər hansı rolu olmamışdır. xx.xx.2021-ci il tarixdə Əsgərə zəng edərək onu görüşə çağırmış, elə həmin vaxt da sonuncu polis əməkdaşları tərəfindən tutularaq polis idarəsinə aparılmışdır. Şəxsi axtarış zamanı Əsgərə məxsus çantanın içərisindən 500 qramdan bir az artıq heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1ifadəsində göstərmişdir ki, O Gəncə şəhər BPİ-nin X1 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri, Məhsəti qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşayan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitəni qanunsuz olaraq üzərində gəzdirməsi və satması ilə bağlı daxil olmuş əməliyyat məlumatın əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhər, Nizami prospektində yerləşən N.Nərimanovparkının yaxınlığında saxlanılaraq ünvan 9 ünvanındayerləşən Gəncə şəhəri BPİ-nə gətirildi. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi, satması və narkotik vasitələri qəbul etməsii ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verildi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl üzərində qanunla qadağan olmunmuş narkotik vasitə olub-olmaması, əgər vardırsada təqdim etməsi bildirildi. Şübəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirdi. Şəxsi axtarış zamanı şübhəli Şəxs Təqsirləndirilən şəxs əynində olan açıq qara rəngli cins şalvarın sağ yan cibində bir sellofanın içərisində olan gümüşü rəngli siqaret falqasına bükülmüş “heroinə” bənzər kütləni təqdim etdi. O həmin “heroinə” bənzər kütləni Bakı şəhəri N.Nərimanov prospektində tanımadığı şəxsdən 70 (yetmiş) manata alaraq özü istifadə edəcəyi üçün saxladığını bildirdi. Şübhəli şəxs həmin kütlədən heç kimə salmadığını, kütlədən istifadə etmədiyini, heç kimə vermədiyini bildirdi. Bundansonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilmədi.Bundan başqa Gəncə şəhəri, Məhsəti qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşayan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami prospektində yerləşən “Deluxe” otelin yaxınlığında saxlanılaraq ünvan 6 ünvanında yerləşən Gəncə şəhəri BPİ-nə gətirilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl üzərində qanunla qadağan olmunmuş narkotik vasitə olub-olmaması, əgər vardırsada təqdim etməsi bildirilmişdir. Şübəli şəxs Təqsirləndirilən şəxs üzərində “heroinə” oxşar kütlə olduğunu bildirmiş və onlar tərəfindən baxış keçirilərək aşkar edilmiş, sonra həmin aşkar edilmiş əl çantasının içərisindən ağ rəngli sellofanın üzəri şəffaf rəngli yapışqanlı sarğı ilə bükülmüş büküm müdafiəçinin və iştirakçıların iştirakı ilə onlar tərəfindən açılmış, bükümün içərisində qəhvəyi rəngdə, kəskin iyli, ilk gürünüşdən narkotik vasitə olan “heroinə” axşar kütlə vardır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdə olan “heroinə” oxşar kütləni xx.xx.2021-ci il tarixdə Bakı şəhərində Xırdalan qəsəbəsində internet klubunda təsadüfən tanış olduğu İran vətəndaşından aldadaraq almışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə əvvəlki vəziyyətinə qaytarılaraqaptek tərəzisində çəkilmiş, “heroinə” oxşar kütlənin ümumi çəkisi 525 qram olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satması barədə əməliyyatməlumatı daxil olmuş, lakin həmin narkotik vasitəni konkret olaraq kimlərə satmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2,Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəliqismində kimi tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəlişəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər BPİ-nin X1 rəisi Rəşad Abdullayevin 15 iyul 2021-ci il tarixli raportundan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 15:25-də Gəncə şəhəri, Nizami prospekti ”DELUXE” hotelin yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 iyun 2022-ci il tarixli “Bakcell MMC” tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna əsasən təqdim edilmiş 01 ədəd “CD” diskdən görünürki, xx.xx.2021-ci tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 45 dəfə telefon danışığı olmuşdur Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 iyul 2021-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində təhqiqatçı, polis polkovnik-leytenantı Etibar Abbasov, Gəncə şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Bundan sonra adları qeyd olunan şəxslərin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl üzərində qanunla qadağan olmunmuş narkotik vasitə olub- olmaması, əgər vardırsada təqdim etməsi bildirildi. Şübəli şəxs Təqsirləndirilən şəxs sağ çiynində asılı olan qara rəngli əl çantasının içərisində ağ rəngli sellofanın üzəri şəffaf rəngli yapışqanlı sarğı ilə sarınmış bir ədəd büküm ilk görünüşdən “heroinə” oxşar kütlə olduğunu bildirdi və tərəfimizdən baxış keçirilərək aşkar edildi. Sonra həmin aşkar edilmişəl çantasının içərisindən ağ rəngli sellofanın üzəri şəffaf rəngli yapışqanlı sarğı ilə bükülmüş büküm müdafiəçinin və iştirakçıların iştirakı ilə tərəfimdən açıldı, bükümün içərisində qəhvəyi rəngdə, kəskin iyli, ilk gürünüşdən narkotik vasitə olan “heroinə” axşar kütlə vardır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, həmin bükümdə olan “heroinə” oxşar kütləni xx.xx.2021-ci il tarixdə Bakı şəhərində Xırdalan qəsəbəsində internet klubunda təsadüfən tanış olduğu İran vətəndaşından aldadaraqalmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə əvvəlki vəziyyətinə qaytarılaraqaptek tərəzisində çəkilmiş, “heroinə” oxşar kütlənin ümumi çəkisi 525 qram oldu. Sonra həmin narkotik vasitəyə oxşar kütlə müdafiəçinin və bizim iştirakımızla zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürləndi. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş vəbu barədə protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının vermiş olduğu 11 iyul 2021-ci il tarixli 16/676 nömrəli rəyindən göürünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazıi və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 3,528 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 3,528 qram, tədqiqata sərf edildi – 0.2 qram, qalır 3,328 qram. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının vermiş olduğu 16 iyul 2021-ci il tarixli 16/708 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə....” sözlər və imzalar olankağız paketdəki, üzəri yapışqanlı lentlə sarınmış bir ədəd şəffaf rəngli polietilen torbadatəmiz çəkisi 503,306 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Qeyd: Heroinin təmiz çəkisi – 503,306 qram, tədqiqata sərf edildi – 0.2 qr, qalıq – 503,106 qram. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 01 noyabr 2021-ci il tarixli 1329 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehticaı var. Nakroloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 avqust 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni həqiqətən Bakı şəhəri ərazisindən tanımadığı şəxslərdən əldə edib-etməməsi müəyyən edilməmiş, həmçinin onun narkotik vasitələri satması barədə əməliyyat məlumatı olsa da, onun narkotik vasitələri satdığı şəxsləri və həmçinin narkotik vasitə əldə etdiyi İran Respublikasının vətəndaşını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs istifadəsində hər hansı mobil nömrə olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli, 4(044)-125/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin X9 Sistemindən daxil olmuş cavabdan görünür ki, Təqsirləndirilən şəxs ölkəsərhədlərini keçməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X2 X6 yoxlamanın 02 noyabr 2021-ci il tarixli 1329 nömrəli rəyindəngörünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranan narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-cil tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və axtarışda olması ilə bağlı tutulduğu 01 (bir) gün cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-cil tarixli 7(044)-16/2022 saylı qərarından qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilmiş və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-cil tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 03 ay 26 gün hissəsi 06 (altı) ay müddətinə azaldılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixlitələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Türkiyə Respublikasının İstanbul 7X12 tərəfindən oğurluq faktına əsasən Türkiyə Cümhuriyyətinin Cinayət Qanununun 142/2.H.2 maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 31/44 saylı məktubundangörünür ki, Türkiyə Respublikasının İstanbul 7 X12 tərəfindən xx.xx.2019- cu il tarixdə cinayət məsuliyyətinə cəlb edilmiş vətandaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Qanunvericiliyi ilə tənzimlənməsinə dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, işdə ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 3,278 qram heroin və 503,056 qram heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə baxışın video çəkilişi olan 01 ədəd DVD disk, xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə baxışın video çəkilişi olan 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 fevral 2022-ci il tarixl “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayətlərinəlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayətintörədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham öz təsdiqini tapmadığından əməl Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə bununla bağlı qənaətini aşağıdakı kimi əsaslandırır. İlk öncə vurğulanmalıdır ki, Təqsirləndirilən şəxslə Gəncə şəhər Baş Polis İdarəsinin X1 əməliyyat müvəkkili Şahid3 arasında əvvəllər sıx əlaqə olmuş, onların mobil telefonla və digər vasitələrlə sıx danışıqları aşkarlanmışdır. Bu xüsusatı Şahid3 məhkəmədə ilk əvvəl dindirilərkən tamamilə təkzib etsə də, sonradan Gəncə Ağır Cinayətlər məhkəməsinin apardığı araşdırma ilə təqsirləndirilən X10 İsmayılova arasında cəmi 15 gün ərzində 45 dəfə danışıqların olması müəyyən olunmuşdur. Bu xüsusat Şahid3 bildirildikdən sonra, sonuncu fakt qarşısında qalıb etiraf etməyə məcbur olmuşdur. O, bu zəngləri Əsgəri qeyri- rəsmi agent kimi istifadə etməsi ilə əlaqələndirmiş, lakin sonuncu ilə manasibəti pozulduğu üçün 2021-ci ilin iyul ayından onunla iş birliyinə son vermişdir. 15 iyul 2021-ci il tarixdə Əsgərə zəng etdiyini, onu görüşə çağırdığını, görüş yerində də Əsgərin o və digər polis əməkdaşları tərəfindən tutularaq polis idarəsinə aparılmasını məhkəmənin diqqətinə çatdırılmışdır. Son zamanlar münasibətlərinin pisləşməsini həm Təqsirləndirilən şəxs, həm dəŞahid3 təsdiq etmişlər. Məhkəmə bu məqamda qeyd edir ki, Təqsirləndirilən şəxs Şahid3 polis əməkdaşı olduğunu bilə-bilə, onunla münasibətinin kəskin olduğu dövrdə yarım kiloqradan artıq heroini özü ilə götürüb Sərxanın təyin etdiyi görüş yerinə getməsi inandırıcı olmamaqla yanaşı, məntiqli də deyil. Həmçinin qeyd olunan çəkidə narkotik vasitənin əldə edilməsi, buna görə pul ödənilməsi də Təqsirləndirilən şəxs münasibətdə mümkün görünmür. Çünki sonuncu kifayət qədər kasıb olmaqla yanaşı, qazancı yalnız az miqdarda narkotik əldə etməyə və qidalanmağa yetmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs 503,306 qram narkotik vasitə olan heroini, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlaması ittihamı üzrə sonuncunun təqsirini müəyyən etmir, bu ittihamın uydurma faktlar əsasında yarana bilmə ehtimalını da mümkünsüz saymır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və234.4.3-cü maddələri ilə elan olunmuş ittiham öz təsdiqini tapmadığından əməl Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Qeyd olunanlara hüquqi qiymət verərək məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Qeyd olunmalıdır ki, istintaq orqanı tərəfindən sözegedən ittihamla bağlı sadalanan qanunvericilik aktlarının tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona istinad edilən əməldə (503,306 qram narkotik vasitə olan heroini, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlaması) təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət Prosessual qanunvericiliyinin mütləq tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə də əməl olunmamış, normanın tələbləri kobud şəkildə pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası ciddi prosessual pozuntularla həyata keçirilən istintaq hərəkətlərinin nəticələrini qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirir və hesab edir ki, həmin sübut CPM- in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübut hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən Təqsirləndirilən şəxs məxsus çantadan narkotik vasitənin aşkar olunması halının sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutun həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması barədə qənaət qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 125.2.7-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəlivə ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilmədikdə təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkətvə ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır.Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakiməicraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və azadlıqları haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəflivə obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bütün vurğulananların işığında məhkəmə bir daha vurğulayır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 124.1-i maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanda istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə bu qayda əldə edilmiş məlumatların mötəbərliyini təmin etməyəyönəldilmişdir. CPM-də müəyyən edilmiş prosedura əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən sənədlər, əşyalar və məlumatlar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın ısası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Bu norma Azərbaycan RespublikasınınKostitusiyasının 63-cü maddəsinə əsaslanır. Konstitusiyanın 63-cü maddəsinin İVhissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların eləbir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 138.1-ci maddəsinə görə Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnızməhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallaraəsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-nin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən külli miqdarda yəni, təmiz ümumi çəkisi 503,306qram narkotik vasitə olan heroini, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasına dair ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən külli miqdarda yəni, təmiz ümumi çəkisi 503,306 qram narkotik vasitə olan heroini, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasına dair ittiham üzrə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPMin 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirənhallar da aydınlaşdırılmış olsun. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və yatəqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub- olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibiöz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəlivə ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Bununla belə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaqhərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqlanarkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqlanarkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotropmaddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsiüçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onlarınkülli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündəcəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədəncəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olması cəzasını yüngülləşdirən halkimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-cil tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun şübhəli şəxs qismində tutulduğu müddət həmin cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.Bundan başqa Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-cil tarixli 7(044)-16/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021ci il tarixli qərarı tətbiq edilmiş və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-cil tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 03 ay 26 gün hissəsi 06 (altı) ay müddətinə azaldılmışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərini nəzərə alaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserindən alınmış 02 noyabr 2021-ci il tarixli 1329 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranan narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqindən sonra qalan 3,278 qram və 503,056 qram narkotik vasitə heroin Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş və xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə baxışın video çəkilişi olan 01 ədəd DVD disk, xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə baxışın video çəkilişi olan 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlanc anbarında saxlanca verilmiş ekspertiza tədqiqindən sonra qalan 3,278 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, 503,056 qram narkotik vasitə heroin isə əmələ düzgün hüquqi qiymət verilənədək Gəncə şəhər BPİ-nin saxlanc anbarında saxlanılmalı və 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 300 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 95 manat 20 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası iləbəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-cil tarixli hökmü ilə təyin edilən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş09 (doqquz) ay 26 (iyirmi altı) gün hissəsi hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq qəti olaraq Təqsirləndirilən şəxs 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bu iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 05 gün ona təyin edilmiş qəti cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 15 iyul 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlanc anbarında saxlanca verilmiş ekspertiza tədqiqindən sonra qalan 3,278 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 503,056 qram narkotik vasitə heroin isə əmələ düzgün hüquqi qiymət verilənədək Gəncə şəhər BPİ-nin saxlanc anbarında saxlanılsın və 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 95 (doxsan beş) manat 20 (iyirmi) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə NazirliyininMəhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 50 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində GəncəAğır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-30/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-30/2023
15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver