Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-30/2025 15.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, zərər çəkmiş şəxslərin nümayəndəsi: “Nümayəndə və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ız fərdi yaşayış evində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Pentensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cinsi istismar məqsədi ilə zərərçəkmiş şəxsləri aldadaraq onların zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin məcbur etmə vasitəsi kimi hədəqorxu gələrək, onları insan alveri məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edərək, həmçinin zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər etmə cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə cinsi istismar və insan alveri məqsədini həyata keçirmək üçün şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikasının vətəndaşı Yılmaz adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, həmin məqsədin həyata keçirilməsi üçün sonuncu 2021-ci ilin oktyabr ayının sonlarında ünvan 3 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə Türkiyə Respublikasının İğdır şəhərindən “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq, ona həmin şəhərdə yerləşən və özünə məxsus hoteldə işə düzəltməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 04 noyabr 2021-ci il tarixdə, saat 16:36-da Azərbaycan Respublikasının dövlət sərhədinin “Sədərək” nəzarət buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparmış, həmin şəhərdə yerləşən “Qrant Təpə” hotelində yerləşdirdikdən sonra zərərçəkmişə məxsus məxsus ümumvətəndaş pasportunu götürüb saxlamaqla Təqsirləndirilən şəxs ilə birlikdə 13 noyabr 2021-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək olan müddət ərzində qeyd olunan hoteldə pul qarşılığında kişi müştərilərlə cinsi əlaqədə olması üçün təqdim etməklə, həmçinin Təqsirləndirilən şəxs eyni məqsədlə 2021-ci ilin dekabr ayının əvvəllərində Gəncə şəhərində, ünvanı istintaqa məlum olmayan “Bakı” çay evində işləyən tanışı Zərərçəkmiş şəxs3 ilə danışaraq, ona Türkiyə Respublikasının İğdır şəhərində xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 25 dekabr 2021-ci il tarixdə saat 18:42-də Azərbaycan Respublikasının dövlət sərhədinin “Sədərək” nəzarətburaxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra, Yılmaz adlı şəxslə birlikdə 26 dekabr 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək olan müddət ərzində sonuncuya məxsus “Qrant Təpə” hotelində kişi müştərilər ilə pul müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil etməklə, həmçinin eyni məqsədlə 2021-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, “NZS” qəsəbəsində ünvanı istintaqa məlum olmayan fərdi yaşayış evində yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq ona Türkiyə Respublikasının İğdır şəhərində yerləşən hoteldə xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 25 dekabr 2021-ci il tarixdə saat 18:41-də Azərbaycan Respublikasının dövlət sərhədinin “Sədərək” nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra Yılmaz adlı şəxslə birlikdə 26 dekabr 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək olan müddət ərzində sonuncuya məxsus “Qrant Təpə” hotelində kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil etməklə, həmçinin eyni məqsədlə 2022-ci ilin fevral ayının ortalarında Gəncə şəhəri, “Yeni Gəncə” qəsəbəsində istintaqa məlum olmayan ünvanda yaşayan tanışı Zərərçəkmiş şəxs4 ilə Türkiyə Respublikasının İğdır şəhərindən “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq, Türkiyə Respublikasının İğdır şəhərində yerləşən restoranda xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 24 fevral 2022-ci il tarixdə saat 22:30-da Azərbaycan Respublikasının dövlət sərhədinin Sədərək nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən “Qrant Təpə” hotelində yerləşdirdikdən sonra Yılmaz adlı şəxslə birlikdə 25 fevral 2022-ci il tarixdən 05 mart 2022-ci il tarixədək olan müddət ərzində sonuncuya məxsus “Qrant Təpə” hotelində kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə tamah niyyəti ilə, təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə cinsi istismar və insan alveri məqsədini həyata keçirmək üçün şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikasının vətəndaşı Yılmaz adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, həmin məqsədin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayının sonlarında Gəncə şəhəri, “Yeni Gəncə” qəsəbəsində istintaqa məlum olmayan ünvanda yaşayan Zərərçəkmiş şəxs4 ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq, Türkiyə Respublikasının İğdır şəhərində kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılıq verdikdən sonra onu 05 iyul 2022-ci il tarixdə saat 06:07-də Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına Beynəlxalq hava limanından keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən “Qrant Təpə” hotelində yerləşdirdikdən sonra Yılmaz adlı şəxslə birlikdə 07 iyul 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək olan müddət ərzində kişi müştərilər ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil etməklə, həmçinin eyni məqsədlə Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının əvvəllərində ünvan 3 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə Türkiyə Respublikasının İğdır şəhərindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən istifadə edərək telefon əlaqəsi saxlayaraq onun 13 noyabr 2021-cu il tarixdən 10 fevral 2022-ci il tarixədək olan müddət ərzində kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra onu, 17 iyul 2022-ci il tarixdə saat 03:25-də Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına Beynəlxalq hava limanından keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən “Qrant Təpə” hotelində yerləşdirdikdən sonra, Yılmaz adlı şəxslə birlikdə 12 iyul 2022-ci il tarixdən 18 noyabr 2022-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə qeyd olunan hoteldə pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə, həmçinin eyni məqsədlə Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayının sonlarında Gəncə şəhəri, “Yeni Gəncə” qəsəbəsində istintaqa məlum olmayan ünvanda yaşayan tanışı Zərərçəkmiş şəxs4 ilə Türkiyə Respublikasının İğdır şəhərindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən istifadə edərək telefon əlaqəsi saxlayaraq, onun 07 iyul 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İğdır şəhərində onun nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək, Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılıq verdikdən sonra onu 30 avqust 2022-ci il tarixdə saat 21:18-də Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına Beynəlxalq hava limanından keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən “Qrant Təpə” hotelində yerləşdirdikdən sonra Yılmaz adlı şəxslə birlikdə 31 avqust 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində qeyd olunan hoteldə pul müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə, təkarən insan alveri cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyi üçün, onun ibtidai istintaq orqanına verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakları ilə elan edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, o, heç kimi cinsi istismara məruz qoymamış və heç kimin pasportunu ələ keçirməmişdir. Zərərçəkmiş şəxs1 anası Aytən onun oğluna məktəbdə dərs demiş, Aytacı da bu formada tanımış, təxminən 1 il bundan əvvəl Aytac onunla birlikdə Türkiyə Respublikasının İğdır şəhərinə getmiş, Aytac özü Gəncə şəhərində fahişəliklə məşğul olmuş və Türkiyə Respublikasına da buna görə getmişdir. Aytac getdiyi zaman hansı işlə məşğul olmasını əvvəlcədən bilmiş, Zərərçəkmiş şəxs2 tanısa da onun Həbibə ilə yaxın münasibəti olmamış, Həbibənin xalası qızı Gülçini tanımış və Gülçinlə yaxşı münasibəti olmuşdur. O Yılmaz adlı Türkiyə vətəndaşına məxsus “Qrant Təpə” adlanan məkanda işləmiş, belə ki, onlar məkanda əyləşmiş və müştəri olduqda həmin müştərilərlə pul müqabilində görüşüb cinsi əlaqədə olmuşdur. Həbibəni də orada görmüş, Həbibənin özü müstəqil olaraq orada işləmişdir. Onu oraya Ləman adlı Azərbaycan Respublikası vətəndaşı aparmış, o Həbibəni orada heç kimlə görüşdürməmiş, onun özü orada fahişəliklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs3 Esi adlı Tovuz rayonundan olan qadın vasitəsilə tanımış, Təranənin özü Türkiyə Respublikasında hansı işlə məşğul olacağını bilmiş və buna görə oraya getmişdir. Təranə orada Ləman adlı şəxsin yanında fahişəliklə məşğul olmuş, o orada heç kimi fahişəliyə cəlb etməmiş, Təranə və Aytac onunla birlikdə Türkiyə Respublikasının İğdır şəhərinə getsələr də oraya fahişəliklə məşğul olmaq üçün gedəcəklərini əvvəlcədən bilmişlər. Həbibə isə müstəqil olaraq orada Ləmanın nəzarəti altında işləmişdir. O, orada heç kimi fahişəliyə cəlb etməmiş, onun özünü ilk dəfə Yılmazla tanış edən şəx Elif adlı Azərbaycan Respublikası vətəndaşı olmuş, bildiyinə görə Elif hazırda X3 Dubay şəhərindədir. Lakin Elifin adını tam olaraq bilməmişdir. O, Zərərçəkmiş şəxs4 təxminən 2021-ci ilin oktyabr-noyabr aylarında tanımış, Böyükxanımı o ilk dəfə “Qrant təpə” məkanında görmüş, belə ki, Böyükxanım özünü ona xanım kimi təqdim etmiş, hətta Sevda adlı bacısı da orada olmuş, Böyükxanımgil də onun işlədiyi “Qrant təpə” məkanında özləri müstəqil olaraq fahişəliklə məşğul olmuş və müştərilərlə görüşmüşlər. O, Zərərçəkmiş şəxs4 cinsi istismara məruz qoymamış, o ümumiyətlə heç kimi orada cinsi istismara məruz qoymamış və heç kimi məcburi olaraq orada işlətməmişdir. O özü müstəqil olaraq müştərilərlə pul müqabilində görüşüb cinsi əlaqədə olmuş, onun qeyd olunan qadınlarla heç bir əlaqəsi olmamış və həmin qadınların ondan asılılığı olmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə işsiz və maddi vəziyyətinin ağır olduğu müddət ərzində tanış olmuş, Ramilə ona Türkiyə Respublikasının, İğdır şəhərində yerləşən hoteldə iş olduğunu və özünündə həmin hoteldə işlədiyini bildirmişdir. Ramilə hoteldə işləyərək günə 50 manat məbləğində pul qazanacağını bildirərək, Türkiyə Respublikasına birlikdə getməyi təklif etmişdir. Bundan sonra Ramilə onu Təranə adlı qızla birlikdə Türkiyə Respublikasının İğdır şəhərində yerləşən hotelə aparmışdır. Onlar həmin məkana gedən zaman hotelin əslində Ramilənin onlara bildirdiyi kimi olmadığını, həmin məkanın birinci mərtəbəsinin “klub”, ikinci mərtəbəsinin isə hotel olduğunu görmüşlər. Daha sonra Ramilə onları bacısının evinə aparmış, onlara “xoş gəldin” hədiyyəsi kimi bacısına birdəfəlik 100 ABŞ dolları, həmçinin evdən istifadə üçün əlavə 100 ABŞ dolları məbləğində pul verməli olduqlarını bildirmişdir. Lakin pulları olmadığı üçün Ramilə onları kişilərlə cinsi əlaqədə olmaq üçün görüşdürmüşdür. Bunun müqabilində əldə etməli olduqları pulları Ramilə onlara verməyərək özündə saxlayaraq, həmin pulları bacısına vermişdir. Onlar Azərbaycana qayıtmaq istəyərkən imkan verməmiş, daha sonra O, Təranə ilə birlikdə həmin yerdən qaçmışlar. Əlavə olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 verilən suallara cavab olaraq göstərmişdir ki, Ramilə ilə uşağının vasitəsi ilə tanış olmuşdur. Belə ki, Ramilənin uşağı onun müəllimə olan anasının şagirdi olmuşdur. O, anasının şagirdlərilə kollektiv şəkildə Gədəbəy rayonuna gəzinti məqsədilə gedən zaman, söhbət əsnasında Ramiləyə yeni boşandığını və işə ehtiyacı olduğunu buldirmiş, Ramilə isə ona Türkiyə Respublikasında iş olduğunu, işin hotel təmizliyindən ibarət olduğunu, eyni zamanda günlük 40-50 manat pul qazanacağını bildirmişdir. Türkiyə Respublikasına gedən zaman, bacısının evində qalacaqlarından kirayə pulu da verməyəcəklərini, hətda getmək üçün bilet də alacağını bildirmişdir. Bundan sonra Ramilə onlar üçün bilet almış, Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına getmək üçün hava limanında Ramilə, həmçinin Təranə ilə də görüşüb tanış olmuşlar. Sonradan onlar birlikdə Naxçıvan Muxtar Respublikasına, oradan isə birlikdə avtomobillə İğdır şəhərinə getmişlər. İğdır şəhərinə getdikdə Ramilə onları bacısının evinə aparmışdır. Onlar Ramilənin dediyi hotelə gedən zaman həmin hotelin birinci mərtəbəsinin “klub” olduğunu görmüşlər. İlk öncə Ramilə həmin “klub”da əyləşən şəxslərə yaxınlaşaraq qızlardan birini seçməsini təklif etmiş və qızları kişilərlə görüşdürməyə görə həmin müştərilərdən əlavə pul almışdır. Onlar Ramiləyə hoteldə təmizlikçi işləməyə getdiklərini, kişilərlə görüşmək üçün getmədiklərini bildirib etiraz etsələr də, Ramilə məhəl qoymayaraq həmin məkanda işləyəcəklərini bildirmişdir.Ramilə onları həmin məkanın sahibi, adının Yılmaz olduğunu bildiyi şəxslə tanış etmiş və Yılmaz nə desə etməli olduqlarını bildirmişdir. Həmçinin onlara Yılmazın xasiyyətinin sərt olduğunu bildirərək, onlara hədə-qorxu gəlmişdir. Ramilə onları pul qarşılığında kişilərlə görüşdürmüş, həmin puldan özünə də götürmüş və eyni zamanda onları həmin məkana apardığı üçün Yılmaz Ramiləyə əlavə pul vermişdir. Onlar kişilərlə görüşmək müqabilində həmin şəxslərin verdikləri pulu birbaşa almamış, pulları Ramilə götürmüş, həmin puldan hər dəfə onlara cəmi 300 Türk lirası vermişdir. Oradan qayıtmağa pulları olmadığından, geri qayıtmaq üçün işləmək məcburiyyətində qalmışlar. Onların ümumvətəndaş pasportları da özlərində deyil, Ramilədə olmuşdur. İlk öncə sənədlərini Ramiləyə itməməsi üçün saxlamağa versə də, sonradan Ramilə onların sənədlərini geri qaytarmamışdır. O, Ramilənin onların sənədlərini mətbəxdə mebelin içərisinə qoyduğunu görmüş, daha sonra Təranə ilə danışıb birlikdə sənədlərini və pullarını da gizli şəkildə götürərək Azərbaycana qayıtmışlar. Şikayət ərizəsi verdikləri vaxt, həmçinin hal-hazırda da Ramilənin qardaşı və ailəsi onları təhdid edərək ondan ərizəsini geri götürməsini tələb etmişlər. Ramilənin atası onun anasının yanına gedərək, Ramilənin qardaşının onu bıçaqlayacağı ilə hədələyərək ərizəsini geri götürməsini istəmişdir. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. İbtidai istintaq orqanına verdiyi ifadəsini təsdiq etmişdir. O, ikinci dəfə Türkiyə Respublikasına öz istəyi ilə getmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Ramilə onları Türkiyə Respublikasına apardıqdan 10 gün sonra geri qayıtmışdır. Türkiyə Respublikasından qayıtdıqdan sonra DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yerləşən “Bakı” çay evində ofisiant kimi fəaliyyət göstərmiş, Ramilə də sözügedən çay evini işlədən “Esi” adlı qadının tanışı olduğu üçün müştəri kimi oraya gəlib-getməyə başlamışdır. Bundan sonra Ramilə ilə onun tanışlığı yaranmışdır. Ramilə söhbət əsnasında ondan gündəlik nə qədər qazandığını soruşmuş, o isə həmin çay evindən gündəlik 15 manat qazanc əldə etdiyini bildirmiş, Ramilə isə ona Türkiyə Respublikasında yaxşı işlər olduğunu, işləyib özü üçün yaxşı qazanc əldə biləcəyini bildirmiş və ona təklif etmişdir ki, birlikdə Türkiyə Respublikasının İğdır şəhərində işləyə bilərlər. O, ilk öncə ölkə ərazisini heç vaxt tərk etmədiyini bildirsə də, Ramilə bu barədə düşünməyini bildirmiş, sonrakı günlərdə Ramilə yenə də onun işlədiyi ünvana gələrək bu barədə söhbətlər etmiş, o isə razı olduğunu bildirərək, işin nədən ibarət olduğunu soruşduqda, Ramilə ona hoteldə təmizlikçi işləyəcəyini və gündəlilk təxminən 40-50 manat qazanc əldə edə biləcəyini bildirmişdir. Daha sonra Ramilə onun biletini alaraq, Türkiyə Respublikasının İğdır şəhərində yerləşən bacısının evinə aparmışdır. Ramilə onları işlə tanış edəcəyini bildirərək “klub”a aparmış, həmin məkanda çiçəkçi işlədiyini və onları müştərilərlə görüşdürəcəyini bildirmişdir. Onları kişilərlərlə görüşdükdən sonra alınan pulları isə ona verməmişdir. O, həmin yerdə 10 gün qaldıqdan sonra Ramiləyə həmin işdə işləyə bilmədiyini, biletini alıb onu yola salmasını bildirmişdir. O, sənədlərini Ramiləyə verməyərək gizlətmişdir. Ramilə ona biletin olmadığını bildirmiş, O isə, həmin yerdə taksi fəaliyyəti göstərən şəxsə yalvararaq onu hava limanına getməsinə köməklik etməsini xahiş etmişdir. Daha sonra isə Aytacla birlikdə həmin yerdən çıxaraq geri qayıtmışlar. Əlavə olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 verilən suallara cavab olaraq göstərmişdir ki, Ramilə onlara bacısıgildə qalacaqlarını bildirmişdir. Ramilə əvvəl həmin yerdə qalmağa görə pul verməyəcəklərini bildirsə də, sonradan onlardan qalmağa və yeməyə görə də pul almışdır. Ramilə onu Bakı şəhərinə, daha sonra isə Bakı şəhərindən İğdır şəhərinə aparmışdır. Aytacı Bakı şəhərində hava limanında olarkən görmüşdür. İlk dəfə ölkəni tərk etdiyi üçün hara getdiklərini tanımamışdır. Onlar İğdır şəhərinə getdikdən sonra, Ramilə onları “klub”a aparmış, o isə Ramiləyə onları başqa iş üçün gətirdiyini bildirdikdə, Ramilə artıq həmin məkana gəldiklərini və orada işləyəcəklərini bildirmişdir. O, ilk dəfə getdiyi və pulu olmadığı üçün işləmək məcburiyyətində qalmışdır. Onlar qayıtmaq istəyən zaman Ramilə imkan verməmiş, həmçinin taksi sürücülərinə də onları heç bir ünvana aparmaması barədə tənbehləmişdir. Onlar İğdır şəhərində 10 gün müddətində qalmışlar və 10 gündən sonra Aytacla birlikdə qayıtmışlar. Ramilədən şikayətçidir. Müştərilərlə “klub”un üzərində yerləşən hoteldə görüşmüşlər. Müştəriləri Ramilə tapmışdır. Onlar müştərilərlə görüşməkdən imtina edən zaman Ramilə məcbur edərək, onlara işləməli olduqlarını bildirmişdir. O, Ramilənin onları müştərilərlə görüşdürəcəyini bilməmiş və müştərilərlə görüşəcəyini bilsə getməkdən imtina edəcəkmiş. Ramilə həmin məkanda çiçəkçi işlədiyi üçün onları həmin masalarda əyləşdirərək, müştərilərlə onları görüşdürmüşdür. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ilk dəfə Türkiyə Respublikasına başqa bir qadınla getmiş, Turizm və Menecment Universitetini bitirdiyi üçün Türkiyə Respublikasının Aydın şəhərində yerləşən Quş adasında, ixtisasına uyğun olaraq hotellərdə işləmişdir. Həmin işlədiyi müddət ərzində Sərdar adlı Türkiyə Respublikası vətəndaşı ilə tanış olmuş, Sərdar ona qardaşı Yılmazın Türkiyə Respublikasının İğdır şəhərində hotel işlətdiyini bildirib, həmin məkanda ixtisasına uyğun işləyə biləcəyini bildirmişdir. O, həmin müddət atasının vəfat etməsilə əlaqədar Azərbaycana gəlmiş və bir müddət sonra maddi çətinlikləri ilə əlaqədar olaraq, Sərdara zəng etmiş, Sərdar isə onu qardaşı Yılmazın məkanına göndərmişdir. Türkiyə Respublikasına getməsi üçün bileti Yılmaz almışdır. Yılmazın məkanına getdikdən 10 gün sonra isə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, həmin məkana getdikdən sonra ümumvətəndaş pasportu əlindən alınmışdır. Yılmaz məkanı işlətmiş, Ramilə isə onları masalara apararaq müştərilərə satmışdır. Ramilə onları axşam saat 18:00-19:00 radələrində məcburi olaraq gecə klubuna düşürmüş və həmin məkanda masalara gedərək, müştərilərlə danışmış və daha sonra onları kişilərlə görüşdürərək satmışdır. Onların ümumvətəndaş pasportları, şəkilləri və videoları Yılmazda olduğu üçün, Yılmaz onları təhdid edərək, Ramilə nə desə onu etməli olduqlarını bildirmişdir. Əlavə olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 verilən suallara cavab olaraq göstərmişdir ki, Yılmaza onun borcu yaranmış və ona ixtisasına uyğun işləyəcəyini bildirmişdir. Yılmazın məkanına getdiyi 10 gün müddətində gecə klubuna düşməmişlər. Ramilə ilə tanış olduqdan sonra Yılmaz Ramilə nə desə onu etməli olduqlarını bildirmiş, Ramilə isə onlara gecə klubuna düşməli olduqlarını, işləməli olduqlarını bildirmişdir. Yılmaz həmin məkanı sadəcə işlədən olmuş, digər məsələlər ilə Ramilə məşğul olmuşdur. Yılmaz ona Azərbaycandan Türkiyəyə getməsi üçün biletini aldığı və digər xərclərini qarşıladığı üçün ilk öncə ona biletin pulunu ödəyənə qədər işləməli olduğunu, daha sonra isə onun ümumvətəndaş pasportunu verməyərək, şəkillərini və videolarını ailəsinə göstərəcəkləri ilə təhdid edərək çıxmağa imkan verməmişdir. Həmin məkanda təxminən 2 ay işləmiş və işlədiyi müddət ərzində Ramilə müştərilərlə danışmış, müştərilər qızları onlarla görüşdürdüyü üçün Ramiləyə 100 Türk lirası, onlara çatan pul isə Yılmaza verilmişdir. Onun borcu qurtardıqdan sonra ümumvətəndaş pasportunu ona verməmiş, daha sonra Azərbaycana qayıtmaq məcburiyyətində olmuş, sonradan həmin məkana qayıtması ilə bağlı təhdid olunduğu üçün yenidən ora qayıtmışdır. İkinci dəfə həmin məkana qayıtdıqdan sonra isə təxminən 3 ay müddətində həmin məkanda işləmişdir. İşlədiyi müddət ərzində yenə eyni qaydada, onlara gedib-gəlmək və yemək xərclərindən başqa əlavə pul verilməmişdir. Ramilə ilə barışmamış və ondan şikayətçidir. Həmin məkana getdikdən sonra Yılmazın qardaşı ilə danışmış, o ixtisası üzrə işləmək istədiyini bildirsə də, cavabında həmin məkanda işin fahişəlik olduğunu bildirmişlər. Ona fiziki təzyiq göstərməmişlər, sadəcə Ramilə və Yılmaz ona hədə-qorxu gəlmişlər. Ramiləni əvvəllər tanımamış, Yılmazın məkanında tanımışdır. Tək onun deyil, digər qızların da şəkilləri, videoları adıçəkilən şəxslərdə olmuş və həmin görüntüləri ailələrinə göstərməklə təhdid olunmuşlar. Həmin məkandan çıxıb Azərbaycana qayıtdıqdan sonra təhdid olunduğu üçün məcburiyyətdən yenidən həmin məkana qayıdıb işləməli olmuşdur. İbtidai İstintaq orqanına verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin ortalarında xalası qızı Gülçin vasitəsilə rəfiqəsi Rəxşəndə adlı qadınla tanış olmuş, o da Rəşxəndə ilə rəfiqə kimi münasibət saxlamış, təxminən 2021-ci ilin iyul ayının əvvəllərində hazırda yaşadığı evdə olan zaman mobil telefonun “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə Rəşxəndə ilə danışdıqda aralarında olan söhbət zamanı o işləmədiyini, maddi vəziyyətinin ağır olduğunu bildirmiş, həmin vaxt Rəşxəndə ona bildirmişdir ki, Türkiyə Respublikasına gedib-gəlir və orada yaxşı əlaqələri var, onlar Türkiyə Respublikasının Aydın şəhərində yerləşən Quş adasına gedib orada hotellərdə işləyə bilərlər. Bundan sonra o da, orada ixtisasına uyğun iş tapa biləcəyini fikirləşdiyi üçün Rəşxəndə ilə razılaşmış, lakin Rəşxəndəyə yol pulunun olmadığını bildirmiş, Rəşxəndə Türkiyə Respublikasında yaşayan sevgilisi Aziz adlı şəxsin onların yol xərclərini ödəyəcəyini bildirmiş, beləliklə o ümumvətəndaş pasportunun fotoşəklini Rəşxəndəyə göndərmiş, Rəşxəndə də ona bilet almışdır. Beləliklə onlar Bakı hava limanından keçməklə təyyarə vasitəsilə Türkiyə Respublikasının İzmir şəhərinə, oradan da Quş adasına getmiş, orada onları Türkiyə Respublikası vətəndaşı olan Aziz adlı şəxs qarşılamış, Rəxşəndə onu öz kirayədə qaldığı mənzilə aparmış, o Rəşxəndənin mənzilində qalaraq Azizin qardaşı oğlunun məkanında 30 gün müddətində işləmiş, həmin məkan gecə klubu kimi faəliyyət göstərmiş, o da, orada xidmətçi kimi işləmişdir. Lakin o ixtisasına uyğun işləmək istəmişdir. O, həmin məkanda Sərdar adlı Türkiyə Respublikası vətəndaşı ilə tanış olmuş, Sərdar ona qardaşı Yılmazın Türkiyə Respublikasının İğdır şəhərində “Qrant Təpə” adlanan məkan işlətdiyini bildirib telefon nömrəsini vermiş, Sərdar bildirmişdir ki, həmin məkanda həm restoran həm də hotel vardır. Sərdarın sözünə görə orada öz ixtisasına uyğun iş tapa biləcəkdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə o Azərbaycana qayıtmış, Rəşxəndə isə orada qalmışdır. 2021-ci ilin oktyabr ayının sonlarında hazırda yaşadığı evdə olan zaman o Yılmazla “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə əlaqə saxlamış və işləmək istədiyini bildirmişdir. Yılmaz heç bir problem olmadığını, gəlib burada öz ixtisasına uyğun iş tapa biləcəyini bildirmişdir. O da, Yılmazla razılaşdıqdan sonra, Yılmaz onun ümumvətəndaş pasportunun şəklini istəmiş, ümumvətəndaş pasportunun fotoşəklini göndərdikdən sonra Yılmaz onun yol biletini almışdır. O, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq Hava limanından təyyarə ilə Naxçıvan şəhərinə oradan da sərnişin avtomobili ilə Türkiyə Respublikasının İğdır şəhərinə getmiş, İğdır şəhərində Yılmaz onu qarşılayaraq məkana aparmış və burada işləyəcəyini söyləmişdir. O, hansı işdə işləyəcəyini soruşduqda Yılmaz ona uyğun bir iş tapacağını bildirmiş, Yılmaz onu restoranın üzərində yerləşən hotelə yerləşdirərək qeydiyyat üçün ümumvətəndaş pasportunu ondan almış, bundan təxminən 10 gün sonra Ramilə adlı qadınla birlikdə Yılmaz onun yanına gəlmiş, o həmin müddətdə sadəcə olaraq hoteldə olan iş fəaliyyətinə baxmış, lakin işləməmişdir. Yılmaz Ramilə ilə onu tanış edərək onun üzərində nəzarətin Ramilə tərəfindən həyata keçiriləcəyini bildirmiş, o, nə işləcəyini soruşduqda Ramilə bildirmişdir ki, axşamlar restoranda müştərilərlə birlikdə əylənəcəyək, əgər müştəri onu bəyənsə müştəri ilə görüşüb cinsi əlaqədə olacaqdır. O, Ramiləyə etriaz edərək ixtisasına uyğun iş axtardığını bildirmiş, Yılmaz ümumvətəndaş pasportunun onun özündə olmadığını, əgər dediklərini etməsə onu burada tanışları vasitəsilə həbs etdirəcəyini bildirmiş, o nə deyəcəyini bilməmiş, Ramiləgil onun üstünə qışqıraraq hədə-qorxu gəlməyə başlamışlar. O, məcbur qalıb Ramiləgilin dedikləri ilə razılaşmış, bundan sonra axşam saat 19 radələrində hoteldən restorana enərək orada masaların birində əyləşmiş, əgər onu bəyənən müştəri olsa müştəri ona görə Ramilə ilə danışaraq Ramiləyə pul vermişdir. Ramilə müştəridən 50-100 türk lirəsi pul almış, həmin pulun yarısını özünə götürmüş, ona qalan 25-50 türk lirəsinin isə hər dəfə hoteldə qaldığı üçün ondan almışdır. Ramilə aldığı puldan ona heç nə verməmiş, o, orada olduğu müddətdə Ramilə bir neçə dəfə Azərbaycan Respublikasına gedib gəlmiş, həmin vaxtlar ona orada Yılmaz nəzarəti həyata keçirmiş, Ramilə gəldikdə isə yenidən nəzarətə özü başlamışdır.Ümumvətəndaş pasportu da Ramiləgildə olduğu üçün o heç yerə gedə bilməmiş, polis əməkdaşları restorana yoxlama üçün gəldikdə, tez onu hoteldə olan otağa aparmışdırlar ki, onu orada heç kim görməsin. Təxminən bu qaydada Yılmaz və Ramilə onu xx.xx.2022-ci il tarixədək cinsi istismar etmiş, sonuncu dəfə Ramilə Azərbaycan Respublikasına getdiyi zaman, o Ramilənin xx.xx.2022-ci il tarixdə geri gələcəyini, həmçinin Ramilə geri gəlsə onu buraxmayacaqını bilmişdir. Ona görə də, Yılmaza yalvararaq evə getmək, ailəsini görmək istədiyini bildirmiş, Yılmaz onun pasportunu verərək Azərbaycana yola salmış, bundan sonra o, Ramiləgil barəsində şikayət etmək istəsə də, Ramilənin və Yılmazın ona gəldikləri hədələrdən qorxmuş, Yılmaz əgər şikayət edərsə onu öldütdürəcəyi ilə hədələmiş, o, ona görə də Ramiləgil barəsində şikayət etməyərək öz həyatına davam etmiş, lakin 2022-ci ilin iyul ayının əvvəllərində hazırda yaşadığı evdə olan zaman Ramilə “Whatsapp” vasitəsilə ona zəng vuraraq yenidən yanlarına gəlib işləməli olduğunu bildirmiş, bu zaman o, Ramiləyə etiraz edərək bir daha oraya gəlib həmin həyatı yaşamaq istəmədiyini bildirmiş, Ramilə ona əgər gəlməsə, onu bütün ailəsinin yanında rüsvay edəcəyini, başına oyunlar gətirəcəyini bildirmiş, Ramilə əlavə olaraq bildirmişdir ki, Yılmazın hotelində onun müştəri ilə cinsi əlaqədə olduğu yerdə videogörüntüləri var, əgər sözlərinə əməl etməsə həmin görüntüləri internetdə yayacaqdır. O, nə deyəcəyini bilməmiş və məcburiyyət qarşısında Ramilə ilə razılaşmışdır. Daha sonra pasportunun fotoşəklini Ramiləyə göndərmiş, Ramiləgildə ona bilet almışdır. Beləliklə o xx.xx.2022-ci il tarixdə Bakı hava limanından keçməklə təyyarə vasitəsilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, təxminən 24 saat avtobusla yol getdikdən sonra Türkiyə Respublikasının İğdır şəhərinə çatmış, burada onu Ramilə qarşılayaraq yenidən Yılmazın hotelinə aparmış, yenə də Ramiləgil onu əvvəlki qaydada müştərilərlə görüşdürməyə başlamaqla onu cinsi istismar etmişlər. O, məcbur olub Ramiləgilin dediklərini etmiş, çünki o Ramiləgilin hədələrindən çox qorxmuşdur. Bu dəfə getdikdə isə Ramiləgil onlardan asılı vəziyyətdə olduğunu anlayıb onun pasportunu almamışlar. Lakin Ramiləgilin sözündən də çıxa bilməmişdir. Ramilə yenə də hərdənbir Azərbaycan Respublikasına gedib gəlmiş, bu zaman da Yılmaz onlara nəzarəti həyata keçirmiş, müştərilərlə yalnız Yılmazın hotelində görüşmüşlər. Bu qaydada Yılmaz və Ramilə onu 18 noyabr 2022-ci il tarixədək cinsi istismar etmiş, Ramilə yenə də Azərbaycan Respublikasına getdikdə, o Yılmaza yalvarıb Azərbaycana gəlməyinə icazə almış, Yılmaz ona getməyini bildirsə də, əgər kiməsə bu barədə nəsə desə onun görüntülərini yayacağını və ailəsinin yanında rüsvay ediləcəyini bildirmişdir. Çünki o ailəsinə Türkiyə Respublikasında ixtisasına uyğun iş tapdığını bildirmiş və başına gələnlər barədə heç kimə bir söz deyə bilməmişdir. Sonuncu dəfə Azərbaycan Respublikasına gəldikdən bir müddət sonra, onu DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə dəvət etmişlər. Polis əməkdaşları ona hüquqlarını izah etmiş və təhlükəsizliyinin təmin olunacağını bildirmişlər. Buna görə də Ramilə və Yılmazın onun başına gətirdikləri barədə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdə ərindən boşandıqdan sonra iki uşağı ilə birlikdə Gəncə şəhərinə köçmüşdür. Həmin müddət ərzində adını Sevgi kimi tanıdığı, sonradan adının Ramilə olduğunu bildiyi şəxslə tanış olmuşdur. Ramilə ilə yaxın olmuş, Ramilənin Türkiyə Respublikasına gedib-gəldiyini bilmiş, lakin Türkiyəyə nə üçün getdiyi barədə məlumatı olmamışdır. Onun həmin dövrdə borcları olmuşdur. Ramilə Türkiyəyə getdikdən sonra Ramilə ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə danışıq zamanı maddi çətinlikləri barədə Ramiləyə demiş, Ramilə ona İğdır şəhərində hoteldə işlədiyini, bu yolla yaxşı qazanc əldə etdiyini və gəlib onunla birlikdə işləyib borclarını ödəməsini bildirmişdir. Ona öz şəklini və pasportunun şəklini göndərməsini bildirdikdən sonra o, özünün və pasportunun şəkilini göndərmiş, Ramilə isə ona biletin şəkilini göndərərək vaxtı bildirmişdir. Eyni zamanda Dəniz adlı yük avtomobili sürücüsünün şəklini ona göndərərək, həmin şəxsin onu götürəcəyini bildirmişdir. O, Naxçıvan Muxtar Respublikasına getmiş və oradan onu və tanımadığı təxminən 3-4 nəfər qızları sözügedən yük avtomobili sürücüsü götürüb, İğdır şəhərinə aparmışdır. Onları apardıqdan sonra Ramilə onun pasportunu götürüb, adını hotelə qeyd etdirəcəyini bildirmişdir. Bundan sonra onun pasportu 10 gün müddətində Yılmazda qalmışdır. Ramilə ona saat 18:00-da kluba düşəcəyini, kişilərlə görüşəcəyini bildirmiş, o, buna etiraz edərək başqa iş üçün gəldiyini bildirsə də, Ramilə işinin elə olacağını bildirmişdir. O, aşağı enən zaman həmin yerdə 20-30 nəfər qız olmuşdur. Həmin vaxt Ramilə onu masaya əyləşdirərək, müştəridən pul götürərək onu kişi ilə gorüşdürmüşdür. Ramilə kameraya görünməməsi üçün onu mətbəxdən otağa keçirmiş, müştəri isə başqa girişdən otağa keçmişdir. Ramilə müştəridən özü üçün, onu görüşdürmək və hotel üçün pul almışdır. Ramilə aldığı pulları Yılmaz ilə bölmüşdür. 10 gün sonra onun pasportunu geri qaytarsalar da, onun klubda açıq-saçıq şəkilləri və videoları olduğundan, həmin şəkilləri ailəsinə göstərəcəkləri ilə bağlı təhdid etildiyindən Azərbaycana qayıtdıqdan sonra, təkrar Türkiyəyə qayıtmaq məcburiyyətində olmuşdur. O, yenidən Türkiyəyə qayıdan zaman həmin məkanda işləmiş, sonradan Ramilə ilə Yılmaz pul məsələlərində razılaşa bilmədikləri üçün, Ramilə oradan çıxmış, o isə işləməyə davam etmişdir. Yılmaz onu döydüyü üçün həmin işdən çıxdığını bildirmişdir. Yılmazın məkanından çıxdıqdan sonra bacısı qızının yanına getmiş və orada evlənmişdir. Əlavə olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 verilən suallara cavab olaraq göstərmişdir ki, ilk dəfə Türkiyə Respublikasına gedən zaman onun biletini və digər xərclərini Ramilə qarşılamışdır. Ramilənin yanına gedib işin nədən ibarət olduğunu bildikdən sonra etiraz etsə də, Ramilə ona biletin və digər xərclənmiş pulları ödəmək üçün işləməli olduğunu bildirmiş, həmçinin pasportu da Ramilədə olmuşdur. Onun pasportu Ramilədə təxmini 10 gün qalmışdır. Görüşdüyü zamanlar müştəridən pulu özü almış, Ramilə isə müştəridən özü və hotel üçün ayrı-ayrılıqda əlavə pul almışdır. Müştəridən aldığı puldan Ramiləyə verməmişdir. Onun biletə 350 manat pul borcu olmuşdur. Borcunu ödədikdən sonra getmək istəmiş, Azərbaycana qayıtdıqdan sonra o, açıq paltarlarda olan şəkillərinin və videolarının ailəsinə göstəriləcəyi ilə təhdid edilmiş, o isə, həmin təhdidlərdən sonra təkrar həmin məkanda işləmək üçün Türkiyə Respublikasına qayıtmaq məcburiyyətində qalmışdır. Müştərilərlə Ramilə danışmış, onları satmaq və müştərinin masasında əyləşdirmək üçün pul almış, müştəri isə görüşdükdən sonra pulu onun özünə vermişdir. Ramilə onu işləmək üçün məcbur etmişdir. Onun ailəsindən olan şəxslər Türkiyədə olduğu üçün yenidən Türkiyə Respublikasına getmişdir. İşlədikləri məkanda mühafizəçilər olduğu üçün hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Rmilə Əmiraslanovadan şikayətçidir və ibtidai istintaq orqanına verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 fevral 2023-cü il tarixli, 4(005)-191/2023 saylı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 iyun 2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs və Yılmaz adlı şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 fevral 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs və Yılmaz şəxs tərəfindən aldatma yolu ilə həmçinin hədə-qorxu məcburetmə vasitələrindən istifadə edilməklə istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, İstintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs və Yılmaz şəxs tərəfindən aldatma yolu ilə həmçinin hədə-qorxu məcburetmə vasitələrindən istifadə edilməklə istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, İstintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs və Yılmaz adlı şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilməsi haqqında 24 aprel 2013-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə saat 18:41 dəqiqədə «AA1896304» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 12:13 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs3 xx.xx.2021-ci il tarixdə saat 18:42 dəqiqədə «AA1949309» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 12:10 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə saat 16:36 dəqiqədə «C03242204» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 14:24 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2022-ci il tarixdə saat 03:25 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 10:03 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə saat 22:30 dəqiqədə «C02191765» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 10:46 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2022-ci il tarixdə saat 15:38 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 18:05 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2022-ci il tarixdə saat 06:07 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 00:24 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarətburaxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2022-ci il tarixdə saat 21:18 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 13:42 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 18:37 dəqiqədə «C01893989» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 21:49 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin sənəddən istifadə etməklə xx.xx.2022-ci il tarixdə saat 15:23 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 18:40 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin sənəddən istifadə etməklə xx.xx.2022-ci il tarixdə saat 22:39 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 00:25 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin sənəddən istifadə etməklə xx.xx.2022-ci il tarixdə saat 21:17 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 23:17 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 noyabr 2022-ci il tarixli, AZ-İ № 226416 Doğum haqqında şəhadətnamənin kserosürətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X1 Əmiraslanovanın qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 dekabr 2014-cü il tarixli, AZ-İİİ № 447557 Doğum haqqında şəhadətnamənin kserosürətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 Əmiraslanovanın oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış 30 yanvar 2025-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs şikayətçidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 tərəfindən yazılmış 20 fevral 2025-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs şikayətçidirlər. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarı ilə Dövlət ittihamçısı vəsatətinə əsasən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 144-1.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 41.3-cü maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxsləri və eyni zamanda heç kimi cinsi istismara məruz qoymadığını, heç kimin pasportunu ələ keçirmədiyini, onun qeyd olunan qadınlarla heç bir əlaqəsi olmadığını və həmin qadınların ondan asılılığın olmadığını bildirməsinə dair göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlar iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamış və Təqsirləndirilən şəxs göstərdiyi sözügedən xüsusatlar eyni zamanda iş üzrə toplanmış çoxsaylı danılmaz sübutlarla (zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, üzləşdirmə protokolları, Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış protokolu, istintaq hərəkətlərinin protokolları, sənədlər və digər istintaq materialları) tam təkzib edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən hallara tənqidi yanaşaraq, həmin ifadələrin məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir və vurğulayır ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə belə hesab edir ki, təqsirləndirilən şəxsin göstərilən cinayəti etməkdə təqsirli olması tam sübuta yetir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə tövsif edilməli və o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını müvafiq olaraq Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş iki fərqli cinayət əməli törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 fevral 2023-cü il tarixli, 4(005)-191/2023 saylı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 iyun 2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs da törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsas yoxdur. Bundan əlavə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün on bir manat müəyyən edilmişdir. Həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 66 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 726 (yeddi yüz iyirmi altı) manat məbləğində pul köçürülməlidir. Bundan başqa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmə qeyd edir ki iş üzrə məcburi qaydada alınaraq dövlət nəfinə alına biləcək hər hansı əmlak məhkəmə tərəfindən müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1 maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144- 1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 3.4-cü maddəsi ilə isə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 66 (altmış altı) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 726 (yeddi yüz iyirmi altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-30/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-30/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver