Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-300/2022 07.07.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X1 ibarət tərkibdə, Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında hazırlıq iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə 17,415 qram olmaqla külli miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin miqdarı 0,225 qram olmaqla güclü təsir edən maddələrə aid tramadol hidroxlorid tərkibli dərman preparatını qəsdən qanunsuz olaraq əldə edib, daşıyaraq 17,415 qram olmaqla külli miqdarda psixotrop maddə olan metamfetamini özünə məxsus etibarnamə ilə idarə etdiyi “Niva 2121 minik” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan saxlanc yerində (bardaçokda), narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin miqdarı 0,225 qram olmaqla güclü təsir edən maddələrə aid tramadol hidroxlorid tərkibli dərman preparatını isə avtomobilin salonunda siqaret çəkilməsi üçün nəzərdə tutulmuş zibil qutusunda qəsdən satış məqsədi ilə saxlamış və 29 iyun 2021-ci il tarixdə saat 19 radələrində Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, onun idarə etdiyi “Niva 2121 minik” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan saxlanc yerindən (bardaçokdan) təmiz çəkisi 17,415 qram psixotrop maddə metamfetamin və avtomobilin salonunda siqaret çəkilməsi üçün nəzərdə tutulmuş zibil qutusundan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin miqdarı 0,225 qram olmaqla güclü təsir edən maddələrə aid tramadol hidroxlorid tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin müdafiəçisi X4 vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməklə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ, həmin Məcəllənin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin Məcəllənin 284-286-cı maddələrinin tələbləri pozulmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin vəsatətinə münasibət bildirərək ibtidai istintaqın yekununda cinayət işinin materialları ilə tanış edilərkən ona iş üzrə maddi sübutların təqdim edilmədiyini bildirmiş və vəsatətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətə münasibət bildirərkən vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, CPM-in 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin məcəllənin 285.1-ci maddəsinin tələblərinin pozulması halları müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 10 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi X5 həmin tarixdə cinayət işinin materialları ilə, eyni zamanda maddi sübutlarla tanış olmuşlar, lakin maddi sübut kimi tanınaraq Samux RPŞ-nin saxlanc yerinə təhvil verilmiş 17,365 qram psxiotrop maddə metafatemaninin və 0,225 qram olan bir ədəd tramadol hidroxlorid dərman preperatının, həçinin 0,072 qram metafetaminin Samux RPŞ-nin saxlanc yerindən götürülməsinə və yenidən təhvil verilməsinə dair cinayət işinin materiallarında heç bir rəsmi sənəd mövcud deyil. Azərbaycan Respublikası CPM-nin 285.1-ci maddəsinə əsasən Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir.. Həmin Məcəllənin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Yuxarıda qeyd edilənlərdən görünür ki, istinad edilən pozuntularla təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması Azərbaycan Respublikası CPM-in 303.3.1-ci maddəsinə, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin məcəllənin 285.1-ci maddəsinin tələblərinin pozulması CPM-in 303.3.8-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 29 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, məhkəmə çağırışların agəlməkdən boyun qaçırdığından Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və qətimkan tədbirinin dəyişdirilməsi haqqında” qərarına əsasən xx.xx.2022-ci il tarixdə həbs edilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixdən hesablanmaqla 01 (bir) ay müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.2-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətə uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-300/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-300/2022
07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver