Məhkəmə qərarları › İş №1(100)-300/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-300/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-300/2023 30.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu (məruzəçi hakim) və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi "Alyans" Vəkil Bürosunun vəkili Nümayəndə1, müdafiəçilər – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X11, Bakı şəhər 30 saylı vəkil bürosunun vəkili X5 və Şəmkir rayon vəkil bürosunun vəkili X6 iştirakları ilə xx xxxxx 1978-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, birinci qrup əlil, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən “Zirvə Market” mağazasının 3-cü xəzinəsində (kassasında) xəzinədar işlədiyi 2017-ci il avqust ayının ortalarından 15 sentyabr 2020-ci il tarixə qədər olan müddət ərzində qulluq mövqeyindən istifadə etməklə fiziki şəxs Zərərçəkmiş şəxs məxsus “Zirvə Market” mağazasında olan ümumillikdə 451.688,21 manat məbləğində 4591 adda olan qida və qeyri-qida məhsullarının dəyərini xəzinəyə mədaxil etmədən alıcılardan qəbul etdiyi nəğd pul vəsaitlərini və özünün şəxsi ehtiyacları üçün marketdən götürmüş olduğu qida və qeyri-qida məhsullarını müxtəlif vaxtlarda və müxtəlif üsullarla, o cümlədən, 2019-cu ilin yanvar ayının sonlarından 15 sentyabr 2020-ci il tarixə qədər olan müddət ərzində həmin marketdə xadimə işləyən Şahid3 köməkliyindən istifadə edərək qida və qeyri qida məhsullarının dəyərini xəzinə (kassa) aparatına mədaxil etmədən xəzinənin üzərində qurşadırılmış videokamerada görünüş etmək məqsədilə, guya alınmış əşyaların dəyərinin ödənilməsinin həyata keçirilməsini yalandan göstərmək üçün hər dəfə də özünün qabaqcadan vermiş olduğu 1(bir) manatlıq pul əskinasını Şahid3 qəbul edərək, ümumilikdə, 88.000 manat məbləğində qida və qeyri-qida məhsullarını yaşadığı fərdi yaşayış evinə göndərmiş, həmçinin 2017-ci ilin avqust ayının əvvəllərindən 2020-ci ilin sentyabr ayının ortalarına qədər olan müddət ərzində xəzinədə(kassada) olan nağd pul vəsaitlərini hissə-hissə götürərək vahid niyyətlə mənimsəyib ələ keçirməklə israf edərək Zərərçəkmiş şəxs 451.688,21 manat məbləğində külli miqdarda ziyan vuraraq ona etibar edilmiş əmlakı talamışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ilin avqust ayının ortalarından qohumu Zərərçəkmiş şəxs məxsus “Zirvə Market” mağazasında kassir kimi işə başlamışdır. Onun aylıq maaşı 300 manat təşkil etmişdir. İşlədiyi müddət ərzində mağazadan qida və qeyri-qida məhsulları və nağd pul mənimsənilmişdir. Barəsində olan cinayət işi məhkəmədə baxılan dövrdə dəymiş ziyanı tamamilə ödəmişdir. Əməlindən səmimi peşiman olduğunu, özünün 1-ci qrup əlil olmasını nəzərə alıb azadlığa çıxmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, sahibkarı olduğu “Zirvə Market” mağazasından 539.222,97 manat məbləğində qida və qeyri-qida məhsulları, nağd pul mağazada xəzinədar (kassir) işləyən Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmişdir. 2017-ci ilin avqust ayının ortalarında bibisi oğlu Azər Əliyevin həyat yoldaşı Təqsirləndirilən şəxs marketdə kassir kimi işə başlamışdır. Onun aylıq maaşı 300 manat təşkil etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs başqa “Zirvə” marketdə iki nəfər kassir işləmişdir. Yəni marketdə 3 kassa aparatı fəaliyyət göstərmişdir. Digər iki kassada Ədalət adlı işçi və hazırda adlarını xatırlamadığı iki işçi fəaliyyət göstərmişlər. Təqsirləndirilən şəxs ilə qohumluğunu nəzərə alıb etibar edərək onunla əmək müqaviləsi bağlamamışdır. Həmçinin, Laura ona pensiya alıcısı olduğunu deyərək pensiyasının kəsiləcəyini və bu səbəbdən, onunla müqavilə bağlamamasını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs xahişini nəzərə alaraq müqavilə bağlamamışdır. Təqsirləndirilən şəxs kassir qismində işlədiyi müddət ərazində mağazanın bir çox firmalarına borcları yaranmağa başlamışdır. O, həm kassir, həm nəzarətçi olaraq, həm də qohumu olmasına arxalanaraq Təqsirləndirilən şəxs digər kassalara da nəzarət etməsini xahiş etmişdir. Lauranın fəaliyyət göstərdiyi kassa nəzarətdən kənarda olmuş və Laura digər kassalara nəzarət etmək əvəzinə öz kassasında müstəqil olmasından istifadə edərək fəaliyyət göstərməyə başlamışdır. 2020-ci ilin iyun aylarında o, mağazaya İdris Məhərrəmov adlı kompüter proqramlarını bilən bir şəxsi işə götürmüşdür. O, kassa aparatlarının işlədiyi “1 C” proqramını yoxlayaraq “mağazadan qəbzlərlə satılmış malların geri qaytarılması proqramı vasitəsi ilə görünür. Ancaq hansı mallar ki, qəbzsiz satılıb onların geri qaytarılması proqramda görünmür”-deyə bildirmişdir. Buna görə də onlarda Təqsirləndirilən şəxs satmış olduğu malların bir hissəsinin qəbzini kassa aparatına vurmaması, həmin malın satışından əldə edilmiş pulları özünə götürərək kassaya geri mədaxil etməməsi ilə bağlı şübhə yaranmışdır. Lauranın bu hərəkəti nəticəsində mağazanın mal dövriyyəsində çatışmazlıq yaranmağa başlamışdır. Məsələn, mağazada olan məhsullardan əgər gündəlik misal üçün 5000 manat məbləğində satılırdırsa, həmin məbləğdən 1000 manatı kassaya vurulmayıb qəbz verilmədiyi üçün 1C proqramında görünməmişdir. Laura malları qəbzsiz satarkən malın kodunu qiymət müəyyən edən aparat vasitəsi ilə kompüterin yaddaşına qeyd edib ümumi məbləğ çıxarıb müştəridən həmin pulu alsa da həmin siyahını yaddaşa vurub qəbz vermədiyindən onun bu əməliyyatı “1C” Proqramında görünməmişdir. Bundan başqa o və qardaşı Şahid1 Lauradan şübhələndikləri üçün 4-5 ay müddətində mağazada quraşdırılmış video müşahidə kameralarının yaddaşına baxış zamanı Lauranın gün ərzində təxminən 100-150 nəfər müştəriyə mal satmasına baxmayaraq həmin müştərilərə çek verməməsini müəyyən etmişlər. Bu da Lauranın bu üsulla mağazadan oğurluq etməsinə onları əmin etmişdir. Buna görə də, onlar müqavilə əsasında Bakı şəhərindən dəvət etdikləri mütəxəssislərin iştirakı ilə mağazada olan qida və qeyri-qida məhsullarının inventarizasiyasını keçirmişlər. Təqsirləndirilən şəxs işlədiyi 3 saylı kassa aparatında 539.000 manat məbləğində çatışmazlıq olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs işə gəlməməsi və işdən yayınması səbəbindən onlar Lauradan çatışmamazlığın səbəbini soruşa bilməmişlər. Hətta qardaşı Həsən Lauranın iştirakı ilə mağazada yoxlama aparılmasını təklif etsə də, Laura bundan imtina edib işləmək istəmədiyini bildirmişdir. Bundan başqa, onlar müqavilə əsasında Bakı şəhərindən auditorlar dəvət edib yoxlama keçirtmişlər. Nəticə etibarı ilə, 2020-ci il 24 dekabr və 2021-ci il 28 aprel tarixlərində auditor hesabatları tərtib edilərək ona təqdim edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs auditor yoxlamalarında iştirak etməmişdir. Lakin, Lauranın iştirakı ilə bağlı tərəfindən dəfələrlə müraciətlər edilmiş, teleqram vurulmuş və mağazaya dəvət edilmişdir. Verilmiş audit rəyinə əsasən 539.222,97 manat həcmində ərzaq və qeyri-ərzaq mallarının əksik gəlməsini müəyyən edilmişdir. Buna görə də, tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilmiş və araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs tərəfindən 539.222,97 manat məbləğində mənimsəmə faktına yol verilməsinə ona görə əmindir ki, bu, auditor hesabatları, eləcə də, 2020-ci ilin may ayından həmin ilin sentyabr ayına qədər olan müddət ərzində qeydə alınmış video kamera görüntüləri ilə sübuta yetirmişdir. Təqsirləndirilən şəxs qohumu olmasını və dəymiş zərəri ödəməsini nəzərə alıb, onunla barışdığını, ondan şikayət və tələbi olmadığını və onun tutulmasının istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, “Zirvə Market” mağazasının müdiri, fərdi sahibkar Zərərçəkmiş şəxs olsa da, faktiki olaraq həmin mağazanı qardaşı ilə o, birlikdə işlədir. “Zirvə Market” mağazası 2016-cı ilin iyul ayından fəaliyyət göstərir. Market qida və qeyri-qida məhsullarının satışı ilə məşğul olur. Həmin mağazadan 539.222,97 manat məbləğində vəsaiti mağazada kassir olaraq fəaliyyət göstərən Təqsirləndirilən şəxs mənimsəmişdir. Belə ki, 2017-ci ilin avqust ayının ortalarında bibisi oğlu Azər Əliyevin həyat yoldaşı Təqsirləndirilən şəxs marketdə kassir kimi işə başlamışdır. Təqsirləndirilən şəxs aylıq maaşı 300 manat təşkil etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs başqa “Zirvə” marketdə iki nəfər kassir işləmişdir. Yəni marketdə 3 kassa aparatı fəaliyyət göstərmişdir. Digər iki kassada Ədalət və Ayxan işləmiş, Ayxan sonradan hərbi xidmətə getdiyindən onu Firuddin adlı kassir əvəz etmişdir. Təqsirləndirilən şəxs işə başlayan zamanı ona və qardaşı Raminə bildirmişdir ki, “ayağında ağrılar var və bütün günü ayaqüstü vəziyyətdə mağazanın şöbələrində işləyə bilməz.” Təqsirləndirilən şəxs ilə qohumluğu nəzərə alıb etibar edərək onunla əmək müqaviləsi bağlamamışlar. Həmçinin, Laura ona və qardaşına bildirmişdir ki, “pensiya alır, əgər müqavilə bağlansa, pensiyası kəsiləcəkdir.” Təqsirləndirilən şəxs kassir qismində işlədiyi müddət ərazində mağazanın bir çox firmalara borcları yaranmağa başlamışdır. O və Ramin həm kassir, həm nəzarətçi olaraq, həm də qohumları olmasına arxalanaraq Təqsirləndirilən şəxs digər kassalara da nəzarət etməsini xahiş etmişdir. Laura isə nəzarət yerinə mənimsəmə həyata keçirməyə başlamışdır. Onu da bildirmişdir ki, Lauranın fəaliyyət göstərdiyi kassa nəzarətdən kənarda olmuş və Laura digər kassalara nəzarət etmək əvəzinə öz kassasında müstəqil olmasından istifadə edərək qeyri-qanuni əməllərlə məşğul olmuşdur. 2020-ci ilin iyun ayında onlar mağazaya İdris Məhərrəmov adlı kompüter proqramlarını bilən şəxsi işə götürmüşlər. O, kassa aparatlarının işlədiyi “1 C” proqramını yoxlayaraq bildirmişdir ki, “anbarda qida-qeyri qida məhsullarının qalığı çox göstərir, düzgün göstərmir. Məsələn, gündəlik qida və qeyri-qida məhsulları satılsa da anbarda məhsul qalığı kimi göstərir.” Buna görə də onlarda şübhə yaranmışdır. O, yaranmış şübhəli vəziyyətə görə bütün kassaları, o cümlədən, qida və qeyri-qida məhsullarının qəbul şöbəsini yoxlamağı qərara almışdır. Bu məqsədlə, ilk öncə, qida və qeyri-qida məhsullarının qəbul şöbəsində video görüntü və qaimə-fakturalar əsasında yoxlama aparmışdır. Ona məlum olmuşdur ki, qida və qeyri-qida məhsullarının qəbul şöbəsində fəaliyyət göstərən şəxs heç bir qeyri-qanuni fəaliyyətlə məşğul deyildir. Onun qida və qeyri-qida məhsullarının qəbul edilməsi ilə bağlı heç bir qeyri-qanuni fəaliyyəti yoxdur. Bundan sonra kassalar üzrə yoxlamalara başlamışdır. Ona məlum olmuşdur ki, 1-ci və 2-ci kasslar üzrə heç bir qeyri-qanuni fəaliyyət, yəni mənimsəmə mövcud deyildir. Lakin 3-cü kassa üzrə, Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi kassa üzrə yoxlama aparan zaman ona məlum olmuşdur ki, Laura külli miqdarda mənimsə həyata keçirməklə qeyri-qanuni fəaliyyət göstərmişdir. Laura satmış olduğu malların bir hissəsinin qəbzini kasa aparatına vurmamış, həmin malın satışından əldə edilmiş pulları özünə götürərək kassaya geri mədaxil etməmişdir. Yəni, Lauranın bu hərəkəti nəticəsində mağazanın satış dövriyyəsində çatışmazlıq yaranmağa başlamışdır. Məsələn, mağazada olan məhsullardan əgər gündəlik 5000 manat məbləğində satılırdırsa, həmin məbləğdən 1000 manatı kassaya vurulmayıb qəbz verilmədiyi üçün “1C” proqramında görünməmişdir. Təqsirləndirilən şəxs qida və qeyri-qida məhsullarını qəbzsiz satarkən malın kodunu qiymət müəyyən edən aparat vasitəsi ilə komputerin yaddaşına qeyd edərək ümumi məbləğ çıxarıb müştəridən pulu alsa da, həmin siyahını yaddaşa vurub qəbz vermədiyindən, Lauranın bu əməliyyatı “1C” Proqramında öz əksini tapmamışdır. Bundan əlavə, Lauradan şübhələndikləri üçün o və qardaşı Ramin 4-5 ay müddətində mağazada quraşdırılmış video müşahidə kameralarının yaddaşına baxış zamanı müəyyən etmişdir ki, Lauranın işlədiyi kassadan misal olaraq gündəlik 300 nəfər vətəndaş alver edir, yəni müxtəlif çeşidlərdə mal alır. Həmin video görüntülərdən görünür ki, Laura gün ərzində təxminən, 300 nəfər müştəriyə məhsul satmasına baxmayaraq həmin müştərilərin 20 % hissəsinə çek verməmişdir. Bu da onları tam əmin etmişdir ki, Laura bu üsulla mağazadan mənimsəmə etmişdir. Buna görə də, onlar 20 sentyabr 2020-ci il tarixdə müqavilə əsasında Bakı şəhərində dəvət etdikləri mütəxəssislərin iştirakı ilə mağazada olan qida və qeyri-qida məhsullarının inventarizasiyasını keçirmişlər. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs işlədiyi 3 saylı kassa aparatında 539.000 manat məbləğində çatışmazlıq vardır. Bunun səbəbini Lauradan soruşa bilməmişlər, səbəb isə Təqsirləndirilən şəxs işə gəlməməsi və işdən yayınması olmuşdur. Hətta o, Lauranın iştirakı ilə mağazada yoxlama aparılması təklif etsə də, Laura bundan imtina edib işləmək istəmədini bildirmişdir. Bundan başqa, onlar müqavilə əsasında Bakı şəhərindən auditorlar dəvət edib yoxlama keçirtmişlər. Nəticə etibarı ilə, 24 dekabr 2020-ci il və 28 aprel 2021-ci il tarixlərində auditor hesabatları tərtib edilərək onlara təqdim edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs auditor yoxlamalarında iştirak etməmişdir. Lakin Lauranın iştirakı ilə bağlı dəfələrlə müraciətlər edilmiş, teleqram vurulmuş və mağazaya dəvət edilmişdir. Verilmiş audit rəyinə əsasən 539.222,97 manat həcmində ərzaq və qeyri-ərzaq mallarının əksik gəlməsi müəyyən edilmişdir. Buna görə də, qardaşı Zərərçəkmiş şəxs rəsmi olaraq hüquq mühafizə orqanlarına müraciət etmiş və araşdırma aparılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən 539.222,97 manat məbləğində mənimsəmə faktına yol verilməsinə ona görə əmindir ki, bu, auditor hesabatları, eləcə də, 2020-ci ilin may ayından həmin ilin sentyabr ayına qədər olan müddət ərzində qeydə alınmış video kamera görüntüləri ilə sübuta yetirmişdir. Təqsirləndirilən şəxs əlilliyə görə pensiya almasını bildirib onlardan xahiş etdiyi üçün əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, “Zirvə Market” mağazası 2016-cı ilin iyul ayından fəaliyyət göstərir. Market qida və qeyri-qida məhsullarının satışı ilə məşğul olur. O, marketdə 2018-ci il tarixdə, yəni mağaza fəaliyyətə başladıqdan çox sonra işləməyə başlamışdır. Həmin tarixdən 2018-ci ilin dekabr ayına qədər olan müddət ərzində mağazada işləmiş, 2019-cu ilin yanvar ayının sonlarından 2020-ci il 15 sentyabr tarixinə qədər olan müddət ərzində, yəni “Zirvə Market” mağazasında işləmədiyi vaxtlarda Təqsirləndirilən şəxs ilə 3-cü kassanın yanında söhbət edən zaman sonuncu ona “mağazadan sənə ötürdüyüm məhsulları, paraşoku, bahalı şokoladları evimə apar” deyə ona bildirmişdir. O, Lauraya həmin məhsulların ödəniş pullarının necə olacağını soruşan zaman sonuncu ona “sən get mən vuracam” deyə cavab vermişdir. Lakin, faktiki olaraq həmin pul vəsaitlərini kassaya mədaxil etməmişdir. O, həmin qida və qeyri-qida məhsullarını Təqsirləndirilən şəxs ailə üzvlərinə, xüsusilə kiçik qızı Aynura təhvil vermişdir. Əksər hallarda isə Təqsirləndirilən şəxs evində usta işlədiyi üçün sonuncunun evinin həyətində olan stolun üzərinə qoyaraq çıxıb getmişdir. Hər dəfə o, Lauranın evinə təxminən 60-70 manat dəyərində qida və qeyri-qida məhsullarını aparmışdır. Bu bəzən gün ərzində 2(iki) dəfə təkrar olunmuşdur. Bəzi hallarda Lauraya nəzarət edən administrator və ya digər şəxsləri gördükdə, həmin şəxslərin Lauraya nəzarət etməsini müşahidə etdikdə qida və qeyri-qida məhsullarını aparata vurmaq adı altında skayner aparatına tərəf uzatmış, lakin faktiki olaraq kassaya mədaxil etməmişdir. Mağazadan edilən mənimsənilən pul vəsaitinin məbləği, yəni qida və qeyri-qida məhsullarının məbləği, bəzi hallarda, 70-80 manat və ya 50-60 manat məbləğində təşkil etmişdir. O, Təqsirləndirilən şəxs evinə daşıdığı qida və qeyri-qida məhsullarının adlarını bildirmək istəmişdir: kolbasa-sosiska məhsulları, paketin içərisində olan təxmini qiyməti 15 manat təşkil edən “rafaello” şokoladları, bahalı Rusiya Federasiyası istehsalı olan kiloqramı təxminən 8 manat təşkil edən sosiska və kolbasa məhsulları, məsələn “Çerkezskiy servelat” kolbasaları, “Çerkezskiy” sosiskaları, təxmini qiyməti 22 manat təşkil edən “Ariel Avtomat 5 kiloqramlıq” qeyri-qida məhsulları, çəkisi ilə birlikdə ümumi qiyməti 25-30 manat təşkil edən çərəz məhsulları, həmin çərəz məhsullarından başqa çəkisi 500 qram təşkil edən ümumi qiyməti 15-20 manat olan quru meyvələri aparmışdır. O, həmin məhsulları, gün ərzində 1 dəfə, bəzi hallarda 2 dəfə, bəzi hallarda isə 3 dəfə aparmışdır. Həmin qida və qeyri-qida məhsullarını Təqsirləndirilən şəxs sözü ilə kiçik ölçülü səbətlərə yığaraq kassaya gətirmişdir. Təqsirləndirilən şəxs hansı məhsulları götürəcəyini əvvəlcədən ona bildirirmişdir. Əksər hallarda isə Laura əli ilə ona işarə edərək müəyyən məhsulları gətirməsini tapşırmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs 3-cü kassada fəaliyyət göstərmiş və arxa kassada oturduğu üçün qida və qeyri-qida məhsullarını çox rahat şəkildə mənimsəmişdir. O, Lauranın qida və qeyri-qida məhsullarını mənimsədikdən sonra sonuncu hədiyyə olaraq, yəni mənimsəyə köməklik etdiyi üçün öz istirahət günündə kiçik qızı Aynurla ona hədiyyə məhsullar göndərmişdir. Həmin məhsullara misal olaraq Laura şokolad məhsullarını, paketdə olan qiyməti ucuz olan peçenya məhsullarını və əl sabunlarını göndərmişdir. O, həmin hədiyyəlik məhsulları qəbul etdikdən sonra Aynuru evə göndərmişdir. Bütün bunlardan əlavə onu da qeyd etmişdir ki, o, maddi cəhətdən kasıb bir insandır. Təqsirləndirilən şəxs ilə qonşu olduğu üçün və onun maddi imkanının zəif olduğunu bildiyinə görə o, Lauraya lazımi köməklik göstərmişdir. Həmçinin, o, sonuncu dəfə Təqsirləndirilən şəxs göstərişi əsasında “Zirvə Market” mağazasından təxminən 15 sentyabr 2020-ci il tarixdə bazarlıq etmişdir. Həmin bazarlığa paraşok məhsulları, qiyməti təxminən 4,20 manat təşkil edən “fairy” qabyuyan məhsulu, qida məhsulu olaraq hazır paketdə satışda olan şirniyyat məhsulları, məsələn, vafli və paketdə olan peçenya məhsulları daxil olmuşdur. Sonuncu bazarlığın təxmini qiyməti təxminən 60-70 manat civarında olmuşdur. Belə ki, o, səhər saat 10 radələrində mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra Laura ona “get 1(bir) kiloqram meyvə qurusu, xurma yığ, get 1(bir) kiloqram şokolad gətir, get 1(bir) kiloqram vafli gətir.” Bütün bunları dedikdən sonra o, həmin qida və qeyri-qida məhsullarını Lauranın dediyi miqdarda gətirmişdir. Laura ona həmin məhsulları yığmağı aşağı səslə demişdir. O, Lauraya qulaq asaraq dediklərini tam icra etmiş və kiçik ölçülü səbətə yığaraq kassaya gətirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi kassaya yaxınlaşaraq səbəti təqdim etmişdir. Laura kassaya pul vəsaitini mədaxil etmədən, yəni məhsulları skayner aparatına vurmadan kassa aparatından keçirmişdir. Bəzi hallarda aşağı səslə “stola pul qoy get” demişdir. Laura bunu digər şəxslərin şübhələnməməsi üçün etmişdir. O da Lauranın göstərişi üzrə 1(bir) manat və ya 2(iki) manat məbləğində pul vəsaitini kassanın üzərinə qoyaraq çıxıb getmişdir. O, bunu şübhə edilməməsi üçün etmişdir. 15 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Laura evinin qapısından içəridə onunla söhbət edən zaman bildirmişdir ki, “marketdə sayım işi gedir, mağazaya gəlmə, gəlsən belə mənim yanıma yaxınlaşma.” Bundan sonra o, Lauranın kassasına yaxınlaşmamışdır. Heç bir qida və ya qeyri-qida məhsulunu kassadan keçirtməmişdir. Şahid3 bundan başqa ifadəsində onu da göstərmişdir ki, 2019-cu ilin yanvar ayının sonlarından başlayaraq Təqsirləndirilən şəxs o, mağazaya daxil olan vaxtdan üstü örtülü şəkildə ona “Əminə, get mənə “Ariel” paraşok məhsulu və saç şampunu məhsulunu gətir.” O, razılaşmışdır. O, ilk öncə, Təqsirləndirilən şəxs məqsədini başa düşməmişdir. O, kassaya gəldikdən sonra Laura ona “məhsulları özüm sonra vuracam, sən bunları bizim evə apar” demiş və onu yola salmışdır. Lakin faktiki olaraq həmin məhsulları kassaya vurmamışdır. Daha sonra bu hal dəfələrlə təkrar olunmuşdur. Ümumilikdə, 01(bir) il 09 ay ərzində Təqsirləndirilən şəxs “Zirvə Market” mağazasından təxminən 88.200 manat məbləğində qida və qeyri-qida məhsullarını mənimsəmişdir. Belə ki, gündə 2(iki) dəfə olmaqla, Təqsirləndirilən şəxs göstərişi əsasında gündəlik 140-150 manat məbləğində qida və qeyri-qida məhsullarını daşımışdır. Aylıq həmin məhsulların ümumi məbləği 4.200 manat təşkil etmişdir. 01(bir) il 09 ay ərzində isə mənimsənilən pul vəsaiti təxminən 88.200 manat məbləğində təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. Lauragilin onunla və digər qonşularla gediş-gəlişləri yoxdur. Təqsirləndirilən şəxs təxminən 2017-ci il tarixdən “Zirvə Market” mağazasında kassir olaraq işləməyə başlamışdır. Bundan sonra Lauragilin maddi vəziyyətlərində tamamilə dəyişiklik hiss olunmağa başlamışdır. Belə ki, Laura əvvəllər 1(bir) otaqlı evdə yaşamışdır. Təqsirləndirilən şəxs mağazada işlədikdən sonra həmin evdə ciddi dəyişikliklər olmağa başlamışdır. Belə ki, Laura həmin evi ciddi şəkildə təmir etdirməyə və evin məhlə hissəsindən yeni ev tikməyə başlamışdır. O və digər qonşular Təqsirləndirilən şəxs hansı maddi imkan əsasında evi tikdirməsini sual etməyə başlamışlar. Bir müddət sonra Təqsirləndirilən şəxs video görüntüsünün sosial şəbəkələrdə yayılmasından sonra o, sonuncunun “Zirvə Market” mağazasından mənimsəmə etməsinə tam əmin olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs “Zirvə Market” mağazasında işlədiyi müddət ərzində qızı Brilyant Əliyevanı evləndirmiş, daha sonra isə öz istək və tələblərinə uyğun olaraq qızını öz ərindən boşatdırmışdır. O, Təqsirləndirilən şəxs və övladlarının geyim və hərəkətlərində ciddi dəyişikliklərin öz əksini tapmağa başladığını bildirmişdir. Həmçinin, Lauranın və qızı Brilyantın bahalı qızıl-zinət əşyaları taxmasını və özlərini “varlı” insanlar kimi aparmağa başlamasını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır. Həmçinin, o və ailə üzvlərinin Azər Əliyevlə, Şahid1lə qohumluq münasibəti vardır. Belə ki, Azərlə Həsən, o cümlədən, Ramin onun anasının əmisi nəvələridir. Onların Azərin ailə üzvləri ilə gediş-gəlişləri yoxdur. Lauranın əri Azər əvvəllər Rusiya Federasiyasında işləmiş, lakin, orada “mənfi” ad qazandıqdan sonra geri qayıtmışdır. Azər Rusiya Federasiyasında qaynı, yəni arvadı Lauranın qardaşı Vüsalın yanında işləmiş, orada Vüsala qarşı dələduzluq etdikdən sonra Lauradan eşitdiyinə əsasən, Vüsal Azəri yanından qovmuş, Azər isə Azərbaycana geri qayıtmışdır. Təqsirləndirilən şəxs təxminən 2017-ci il tarixdən “Zirvə Market” mağazasında 3-cü kassada kassir olaraq işləməyə başlamışdır. Bundan sonra Lauragilin maddi vəziyyətlərində tamamilə dəyişiklik hiss olunmağa başlamışdır. Belə ki, Laura əvvəllər 1(bir) otaqlı evdə yaşamışdır. Təqsirləndirilən şəxs mağazada işlədikdən sonra həmin evdə ciddi dəyişikliklər olmağa başlamışdır. Hətta qonşular arasında “yəqin ki, Laura və ailəsi haradansa pul tapıbdır” məzmunlu söz-söhbət yaranmağa başlamışdır. Laura həmin evi ciddi şəkildə təmir etdirməyə və evin məhlə hissəsindən yeni ev tikməyə başlamışdır. O, Təqsirləndirilən şəxs etdiyi əməllər barədə eşitməyə başlamışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs video görüntüsünün sosial şəbəkələrdə yayılmasından sonra o, sonuncunun “Zirvə Market” mağazasından mənimsəmə etməsinə tam əmin olmuşdur. Həmçinin, Laura və qızı Brilyantın bahalı qızıl-zinət əşyaları taxmasını və özlərini “varlı” insanlar kimi aparmağa başlamasını bilavasitə şahidlik etmişdir. Təxminən 4(dörd) il bundan əvvəl, o, komplekt qızıl-zinyət əşyalarını, yəni saffir briliyant üzüyünü, kloununu və sırğasını təxminən 4.000 manat pul vəsaiti qarşılığında Lauraya satmışdır. Həmin alqısatqı onun evində həyata keçirilmişdir. Bu zaman orada onun anası Kübra Əliyeva da olmuşdur. Maddi imkanı olduğu üçün Laura həmin qızıl-zinət əşyalarını nağd qiymətə ondan satın almışdır. O, Təqsirləndirilən şəxs “Zirvə Market” mağazasından kassir işlədiyi müddət ərzində həmin mağazadan mənimsəmə etməsinə bilavasitə şahidlik etməsə də, eşitdiklərinə əsasən, deyə bilər ki, Təqsirləndirilən şəxs və ailə üzvlərinin maddi vəziyyətlərinin yaxşı olmalarının əsas səbəbi məhz Lauranın həmin mağazadan mənimsəmə etməsi olmuşdur. Lauragilin maddi vəziyyətlərinin dəyişməsinin başqa izahı yoxdur. Yəni Laura həmin mağazada işlədikdən sonra maddi vəziyyətində dəyişikliklər olmağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 və Şahid9 Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, “Zirvə Market” mağazası 2016-cı il tarixdən fəaliyyətə başlamışdır. Mağaza fəaliyyətə başladığı vaxtdan qida və qeyri-qida məhsullarının satışı ilə məşğuldur. O, işlədiyi vaxtdan şirkətin təsisçisi Zərərçəkmiş şəxs onu işə qəbul etmişdir. İşlədiyi müddət ərzində onun əsas işi çay məhsullarının, şirniyyat məshullarının və quru meyvələrin vətəndaşlara təqdim edilməsi, yəni tələb olunan miqdarda çəkilərək təqdim edilməsi olmuşdur. 2017-ci il oktyabr ayından başlayaraq 1-ci kassada kassir olaraq fəaliyyətə başlamışdır. Kassir olaraq 2(iki) həftə müddətində işləmişdir. Təxminən 2(iki) həftə sonra “Beta Tea” şirkətdən təklif gəlmiş və o, “Zirvə Market” mağazasında şirkətin təmçilçisi olaraq işləməyə davam etmişdir. Ümumilikdə, o, “Zirvə Market” mağazasında 2019-cu ilin sonlarına qədər işləmişdir. O, kassir olaraq rəsmi əmək müqavilə əsasında işləmişdir. Təqsirləndirilən şəxs müqavilə əsasında işləyib işləməməsi barədə onun heç bir məlumatı yoxdur. 1-ci kassada işlədiyi müddət ərzində o, Təqsirləndirilən şəxs 3-cü kassada kassir olaraq işlədiyini görmüşdür. O, 1-ci kassada ön tərəfdə olmuş, 2-ci kassa ondan arxada, 3-cü kassa da ondan arxada fəaliyyət göstərmişdir. Laura öz vəzifələrini düzgün icra etsə də, bəzi hallarda sonuncunun kassasında texniki problemlər baş vermiş, proqramda tez-tez problemlər yaranmışdır. Bu səbəbdən, onun kassasında texniki təmir işlərinə şahidlik etmişdir. Kassa “C1” proqramı üzrə fəaliyyət göstərmişdir. Bundan əlavə, o, Lauraya kassada yer dəyişikliyi təklif etsə də, sonuncu bunu qəbul etməyərək yalnız 3-cü kassada işləyəcəyini bildirmişdir. Bütün bunlardan əlavə, Təqsirləndirilən şəxs işə başladığı müddət ərzində maddi cəhətdən kasıb olmuş, lakin sonradan maddi imkanı yaxşılaşmağa başlamışdır. Hətta, o, Lauranın qızı Brilyant Əliyeva ilə rəfiqə olmuşdur. Brilyant əvvəl maddi cəhətdən kasıb olmuş, bu, onun geyimində aşkar surətdə özünü büruzə vermişdir. Lakin sonradan, yəni 2017-ci ilin noyabr ayından özünə bahalı marka telefon, yəni “İphone 8” almışdır. Həmçinin, Təqsirləndirilən şəxs dəfələrlə öz qızına və ailə üzvlərinə bahalı qonaqlıqlar təşkil etmişdir. Təqsirləndirilən şəxs 3-cü kassada işlədikdən qısa müddət sonra maddi cəhətdən vəziyyəti yaxşılaşmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs kassada işlədiyi müddət ərzində evində usta işləməyə başlamışdır. Laura evini yüksək səviyyədə bahalı metlak və aqlay məhsulları ilə təmir etmişdir. Bu barədə ona Vüqar adlı rayonda “Yumu” ləqəbi ilə işləyən taksi sürücüsü danışmışdır. Təqsirləndirilən şəxs evi yüksək səviyyədə təmirlidir. Evin zalında bahalı illistur quraşdırılmışdır. O, 1-ci kaasada işlədiyi müddət ərzində Təqsirləndirilən şəxs əri Azər Əliyev tez-tez Lauranın yanına gələrək Lauranın mobil telefonunu götürüb danışdıqdan sonra geri qaytarmışdır. Lauranın əri ən azı gündə 2(iki) dəfə mağazaya gəlmişdir. Arvadı Laura ilə arlarında olan söhbət barədə məlumatı yoxdur. Onu da əlavə etmişdir ki, o, Təqsirləndirilən şəxs külli miqdarda mənimsəmə faktına yol verməsini sonradan, yəni təxminən 2021-ci ilin qış aylarında eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, “Zirvə Market” mağazası 2016-cı il 23 iyul tarixdən fəaliyyətə başlamışdır. Mağaza fəaliyyətə başladığı vaxtdan qida və qeyri-qida məhsullarının satışı ilə məşğuldur. Zərərçəkmiş şəxs onunla rəsmi əmək müqaviləsi bağlayaraq onu işə qəbul etmişdir. İşlədiyi müddət ərzində onun əsas işi ayrı-ayrı şirkətlərə qida və qeyri-qida məhsullarının sifarişini həyata keçirmək olmuşdur. Həmçinin, anbara qida və qeyri-qida məhsullarının qəbul edilməsi, anbara girişçıxışa nəzarət edilməsi, anbardakı məhsulların kassalara paylanması və kassalardan çıxışına nəzarət edilməsinin təmin edilməsi və s. olmuşdur. Bu fəaliyyəti o, köməkçiləri Şahid2 və Şahid11 vasitəsilə həyata keçirmişdir. Mağazadan mənimsəmə faktını mağazanın operatoru Şahid2 aydınlaşdırmışdır. Belə ki, mağazada işləyən zaman 3-cü kassada fəaliyyət göstərən kassir Təqsirləndirilən şəxs işlədiyi kassadan külli miqdarda mənimsəmə faktlarına yol verməyə başlamışdır. Bu, Şahid2 tərəfindən video kameralara baxış keçirilən zaman müəyyən edilmişdir. İdris bu barədə dərhal Zərərçəkmiş şəxs qardaşı Şahid1 məlumat vermişdir. Belə ki, ilk öncə, qida və qeyri-qida məhsullarının sayı anbarda qalıq olaraq çox göstərməyə başlamışdır. İdris elektron proqramda, yəni anbar ticarət proqramı olan “1C” proqramında məhsulların sayının faktiki saydan artıq göstərməsini müşahidə etmişdir. Bu zaman anbarda olan müəyyən məhsullara baxış keçirtmişdir. O da şəxsən həmin baxışda iştirak etmişdir. Həmin baxışı ilk dəfə, təxminən, 2020-ci il avqust ayının sonlarında həyata keçirmişlər. Proqramda qeyd edilən siyahı üzrə məhsulların faktiki yerində olan məhsulların sayından xeyli miqdarda artıq göstərdiyini müəyyən etmişlər. Bu prosesi gündəlik satılan məhsullar üzrə dəfələrlə yoxlamışlar. Qeyriadi vəziyyət olması aşkar edildikdən sonra onlar ətraflı şəkildə Şahid1 məlumat vermişlər. Şahid1 mağazasının təsisçisi Zərərçəkmiş şəxs qardaşıdır və mağazanın fəaliyyətinə ümumi nəzarəti, həmçinin, məhsulların satışına nəzarəti həyata keçirir. Təxminən 3-4 gün sonra sayımın həyata keçirilməsinə dair qərar qəbul etmişlər. Sayımın dəqiq və əhatəli həyata keçirilməsini təmin etmək məqsədilə Gəncə şəhərindən bu sahədə təcrübəli olan “sayım qrupu” dəvət edilmişdir. 09-11 sentyabr tarixləri ərzində 7(yeddi) nəfərdən ibarət “sayım qrupu” mağazaya gəlmişdir. Sayım prosesi həyata keçirilmişdir. Onun özü, Zərərçəkmiş şəxs və Şahid1 də həmin sayım prosesində bilavasitə iştirak etmişlər. Həmçinin, mağazanın işçiləri, təxminən 20(iyirmi) nəfər şəxsi heyət onlara köməklik göstərmişdir. Faktiki olaraq 3-cü kassanın kassiri Təqsirləndirilən şəxs sayım prosesinə dəvət edilsə də, müxtəlif bəhanələr gətirərək sayım prosesində iştirak etməmişdir. Sayım prosesi başa çatmışdır. Nəticə etibarı ilə, 539.000 manat məbləğində məhsul çatışmazlığı müəyyən edilmişdir. Daha sonra onlar problemin qaynağını araşdırmağa başlamışlar. Əvvəlcə məhsulların qəbul otağı, yəni məhsul qəbulu prosesi yoxlanılmışdır. Heç bir çatışmazlıq müəyyən edilməmişdir. Bundan sonra Şahid2 rəhbərliyi ilə kassalara baxış keçirilməyə başlanılmışdır. 3-cü kassa üzrə pul mənimsənilməsinin həyata keçirildiyi müəyyən edilmişdir. Bundan sonra onlar video kameralara ciddi baxış keçirməyə başlamışlar. Nəticədə Təqsirləndirilən şəxs məhsulları kassaya mədaxil etmədən satış həyata keçirərək pul vəsaitlərini mənimsədiyi müəyyən edilmişdir. Onlar yalnız bir komputer üzrə deyil, 10 ədəd komputer üzrə yoxlama, yəni nəzarət həyata keçirməyə başlamışlar. Həmin komputerlər vasitəsilə hər 3(üç) kassaya nəzarət etməyə başlamışlar. Yalnız Təqsirləndirilən şəxs kassasından pul vəsaitlərinin mənimsənilməsinin həyata keçirildiyi müəyyən edilmişdir. Nəzarət ümumilikdə, 1(bir) ay müddətində həyata keçirilmişdir. 2020-ci ilin may ayının sonundan 2020-ci ilin sentyabr ayının 15-nə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs kassasında həyata keçirilmiş satış yoxlanılmışdır. Məlum olmuşdur ki, həmin qadın qida və qeyri-qida məhsullarını faktiki satsa da, həmin pul vəsaitlərini kassaya mədaxil etmədən pul vəsaitlərini mənimsəmişdir. Təqsirləndirilən şəxs sayımdan sonra təxminən 3-4 gün daxilində işdə olmuş və öz vəzifəsinin icrasına davam etmişdir. Laura bu müddət daxilində sayım prosesinin icra edildiyini bilmiş və yaranmış söz-söhbətlərdən özü-özündən şübhələnməyə başlamışdır. Müxtəlif bəhanələr gətiərək özü işdən uzaqlaşmağa başlamışdır. Bundan sonra faktiki olaraq öz vəzifəsini icra etməkdən yayınaraq iş fəaliyyətinə davam etməmişdir. Onun bildiyi və deyəcəkləri bunlardan ibarətdir. Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi kassa, yəni 3-cü kassa digər kassalara nisbətən nəzarətdən kənar və mənimsəmə üçün daha uyğun yerdə yerləşmişdir. Onlar Təqsirləndirilən şəxs işlədiyi kassaya təxminən 2020-ci ilin 20 sentyabr tarixdən satış prosesinin video görüntülərinə baxmağa başlamış və aydınlaşdırmışlar ki, Təqsirləndirilən şəxs qida və qeyri-qida məhsullarını satan zaman müəyyən hissəsini kasasaya mədaxil etməmişdir. Məsələn, müştəri mağazaya daxil olaraq 1(bir) kiloqram şəkər tozu və 1(bir) ədəd “pepsi” satın alır, kassir Təqsirləndirilən şəxs çekini istəyir. Bu zaman həmin məbləğ kassaya ötrülür, yəni satışa daxil olur. Kassir Təqsirləndirilən şəxs mənimsəmə edə bilmir. Bundan sonra növbəti müştəri mağazaya daxil olaraq müəyyən məhsulları Təqsirləndirilən şəxs kassasından satın alır. Çek istəmədən çıxıb gedir. Bu zaman Təqsirləndirilən şəxs həmin məhsulun məbləğini kassaya mədaxil etmir, yəni satışa göndərmir. Faktiki mənimsəməni həyata keçirir. «Baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “təqdim edilən hard diskin(sərt disk) ümumi həcmi 2 terabayt təşkil edir. Diskin xarici görünüşünün ümumi uzunluğu 11 sm, eni isə 7,6 sm təşkil edir və qara rəngdə olub, kvadratşəkillidir. Diskin daxilində olan video görüntünün ümumi həcmi 1,15 terabayt təşkil edir. Diskin daxilində 3644 ədəd fayl, 42 ədəd qovluq vardır. Diskdə olan fayllar 26 may 2020-ci il tarixdən 22 sentyabr 2020-ci il tarixə qədər olan müddət ərzində “Zirvə Market” mağazasının 3-cü kassasında baş verən prosesləri qeydə almışdır. Diskin içərisində olan faylların yerləşdirilməsi 29 sentyabr 2020-ci ildə saat 18:59-da həyata keçirilmişdir. Sərt diskin daxilində cinayət işi üzrə əhəmiyyət kəsb edən video görüntülər “xüsusi hallar” qovluğuna ayrıca yerləşdirilmiş və mənimsəmə faklarını aşkar surətdə özündə əks etdiri. “Xüsusi hallar” qovluğunun ümumi həcmi 49,2 meqabayt təşkil edir və daxilində 5(beş) ədəd fayl vardır. “Xüsusi hallar” qovluğuna daxil olduqda ilk faylın ümumi həcmi 2,50 meqabayt həcmindədir. Faylın adı “xüsusi hal.mp4” olmaqla, həmin fayla baxış keçirilən zaman məlum olur ki, həmin fayl 13 sentyabr 2020-ci il tarixdə saat 18:24-dən sonra baş verən prosesləri qeydə almışdır. Həmin video fayl bütövlükdə 55 saniyəlik müddəti əhatə edir. Həmin fayla baxış keçirən zaman məlum olur ki, video görüntünün 18:24:46-cı dəqiqəsindən başlayaraq 3-cü kassada kassir olaraq fəaliyyət göstərən Təqsirləndirilən şəxs sol əli kassadan götürdüyü istintaq məlum olmayan sayda pul vəsaitlərini bükülü vəziyyətdə sağ əlinə götürərək qarın nahiyəsində gizlədir. Video fayla baxış keçirən zaman iş üzrə əhəmiyyət kəsb edən digər hal və ya xüsusata rast gəlinmir. “Xüsusi hallar” qovluğunun daxilində olan 2-ci faylın adı “xüsusi hal.mp4” olmaqla, həmin fayla baxış keçirilən zaman məlum olur ki, həmin fayl 07 sentyabr 2020-ci il tarixdə saat 18:13-dən sonra baş verən prosesləri qeydə almışdır. Həmin video fayl bütövlükdə 78 saniyəlik müddəti əhatə edir. Həmin fayla baxış keçirən zaman məlum olur ki, video görüntünün 18:13:34-cü dəqiqəsindən başlayaraq 3-cü kassada kassir olaraq fəaliyyət göstərən Təqsirləndirilən şəxs sol əli ilə kassadan götürdüyü istintaq məlum olmayan sayda pul vəsaitlərini bükülü vəziyyətdə sağ əlinə götürərək aşağı tərəfə əyilir və fikri yayındırmaq məqsədilə 1-2 saniyəlik müddət həmin vəziyyətdə qaldıqdan sonra əvvəlki vəziyyətə qayıdaraq bükülü vəziyyətdə olan istintaqa məlum olmayan sayda pul vəsaitlərini sağ əli ilə qarın nahiyəsində gizlədir. Daha sonra pulu gizlətdiyi yerə tərəf əlini yerindən hərəkət etdirərək həmin pulun yerləşməsini təmin edir. Video fayla baxış keçirən zaman iş üzrə əhəmiyyət kəsb edən digər hal və ya xüsusata rast gəlinmir. “Xüsusi hallar” qovluğunun daxilində olan 3-cü faylın adı “xüsusi hal.mp4” olmaqla, həmin fayla baxış keçirilən zaman məlum olur ki, həmin fayl 16 sentyabr 2020-ci il tarixdə saat 19:06-dan sonra baş verən prosesləri qeydə almışdır. Həmin video fayl bütövlükdə 48 saniyəlik müddəti əhatə edir. Həmin fayla baxış keçirən zaman məlum olur ki, video görüntünün 19:06:41-ci dəqiqəsindən başlayaraq 3-cü kassada kassir olaraq fəaliyyət göstərən Təqsirləndirilən şəxs kassanın yanında dayanmış və əynində qırmızımtıl kofta geyinmiş əri X12 ilə söhbət etdikdən sonra sonuncu cibindən çıxardığı mobil telefonu sağ əli ilə arvadı Təqsirləndirilən şəxs tərəf ötürür. Bu zaman Təqsirləndirilən şəxs sağ əli ilə ehtiyatlı bir şəkildə mobil telefonu qəbul edərək heç bir danışıq aparmadan və ya mobil telefona baxmadan sol əlində tutduğu istintaq məlum olmayan miqdarda pul vəsaitini ehtiyatlı bir şəkildə mobil telefonun arxasına qoyduqdan sonra Təqsirləndirilən şəxs həmin telefonu ehtiyatlı bir şəkildə heç kəsin görməyəcəyinə əmin olduqdan sonra sağ əli ilə yenidən əri Azər Əliyevə geri qaytarır. Azər Əliyev heç bir danışıq aparmadan və ya mobil telefona baxmadan mobil telefonu sağ cibinə yerləşdirir. Bu proses19:06:53-cü dəqiqədə başa çatır. Təxminən 15 saniyə ətrafa baxdıqdan sonra Azər Əliyev mobil telefonu ehtiyatlı bir şəkildə sağ cibindən çıxararaq telefona baxır. Daha sonra o, sol əlində telefonu saxlayaraq sağ əli ilə sağ cibinə yerləşdirdiyi istintaqa məlum olmayan miqdarda pul vəsaitlərini cibində qaydaya salır. Daha sonra X24 Əliyevaya yaxınlaşmadan sol əlində mobil telefon sağ əli isə cibində mağazanı tək edir. Video fayla baxış keçirən zaman iş üzrə əhəmiyyət kəsb edən digər hal və ya xüsusata rast gəlinmir. “Xüsusi hallar” qovluğunun daxilində olan 4-cü faylın adı “xüsusi hal.mp4” olmaqla, həmin fayla baxış keçirilən zaman məlum olur ki, həmin fayl 09 sentyabr 2020-ci il tarixdə saat 18:13-dən sonra baş verən prosesləri qeydə almışdır. Həmin video fayl bütövlükdə 100 saniyəlik müddəti əhatə edir. Həmin fayla baxış keçirən zaman məlum olur ki, video görüntünün 18:14:50-ci dəqiqəsindən başlayaraq 3-cü kassada kassir olaraq fəaliyyət göstərən Təqsirləndirilən şəxs sol əli ilə kassadan götürdüyü istintaqa məlum olmayan sayda pul vəsaitlərini bükülü vəziyyətdə sağ əlinə götürərək aşağı tərəfə əyilir və fikri yayındırmaq məqsədilə 1-2 saniyəlik müddət həmin vəziyyətdə qaldıqdan sonra əvvəlki vəziyyətə qayıdaraq bükülü vəziyyətdə olan istintaqa məlum olmayan sayda pul vəsaitlərini sağ əli ilə qarın nahiyəsində gizlədir. Video fayla baxış keçirən zaman iş üzrə əhəmiyyət kəsb edən digər hal və ya xüsusata rast gəlinmir. “Xüsusi hallar” qovluğunun daxilində olan 5-ci faylın adı “xüsusi hal.mp4” olmaqla, həmin fayla baxış keçirilən zaman məlum olur ki, həmin fayl 3-cü faylda qeydə alınmış vəziyyətin yaxın görüntüsünü özündə ehtiva edir və Təqsirləndirilən şəxs əri Azər Əliyevə pul vəsaiti ötürməsi prosesini bir daha təsdiq edir. Belə ki, həmin video fayl 16 sentyabr 2020-ci il tarixdə saat 18:27-dən sonra baş verən prosesləri qeydə almışdır. Həmin video fayl bütövlükdə 185 saniyəlik müddəti əhatə edir. Həmin fayla baxış keçirən zaman məlum olur ki, video görüntünün 18:27:04-cü dəqiqəsindən başlayaraq 3-cü kassada kassir olaraq fəaliyyət göstərən Təqsirləndirilən şəxs sağ əlinə toplu şəkildə yığılmış, yəni içərisində 01(bir) ədəd 200 manatlıq pul əskinası, xeyli miqdarda 100 manatlıq və xeyli miqdarda 50 manatlıq pul əksinaslarının içərisindən 100 manatlıq pul əskinasını qatlayaraq 100 manatlıq əskinasın qoyulduğu kassa gözünə yerləşdirmək əvəzinə kassada toplu şəkildə səliqəli vəziyyətdə yığılmış manatlıq pul vəsaitlərinin arxasına yerləşdirir. Bundan sonra mağazaya daxil olan müştəri Təqsirləndirilən şəxs kassir olduğu kassadan “LD” nazik, qara rəngli siqareti satın aldıqdan sonra Təqsirləndirilən şəxs öz prosesinə davam edir. Təqsirləndirilən şəxs 18:28:15-ci dəqiqədən başlayaraq ayağa qalxır və video çəkilişdən yayınmaq məqsədilə həmin video kameranın tam qarşısında dayanaraq sağ əli ilə kassa aparatına müdaxilə edir, yəni qısa müddət əvvəl ayırdığı 100 manatlıq pul əskinasını xırda şəkildə qatlayaraq sol əlində saxlayır. Bundan sonra 18:28:34-cü dəqiqədən başlayaraq satış etməyə davam edir, lakin sol əlində bükülü vəziyyətdə pul əskinası olduğu üçün sol əlini tərpətmir və sağ əli ilə diqqət cəlb etmədən satış prosesini davam etdirir. Hətta, 18:28:54-cü dəqiqədən başlayaraq Təqsirləndirilən şəxs müştərinin aldığı məhsulları kassa aparatına mədaxil edən zaman sol əlini işlətməyərək sağ əli ilə həm qida və qeyriqida məhsullarını səliqəyə salır, həm də məhsulların kassa mədaxil aparatına vurulmasını təmin edir. Bundan sonra əlində bükülü vəziyyətdə olan pul vəsasitini 18:29:08-ci dəqiqədən başlayaraq sol cibinə tərəf yerləşdirir. Təqsirləndirilən şəxs həmin əsnada ayağa qalxdığı üçün video kameralara həmin proses aydın şəkildə qeyd olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs öz satış prosesinin icrasına davam edir. Bundan sonra o, 18:29:54-cü dəqiqədən başlayaraq əri Azər Əliyev tərəfindən ona təqdim edilmiş smartfon tipli mobil telefonu sağ əli ilə götürərək sol əlinə ötürür. Bundan sonra sol cibində gizlətdiyi bükülü vəziyyətdə olan pul vəsaitini mobil telefonun arxasına yerləşdirərək ehtiyatla əri Azərə tərəf ötürür. Bu proses 18:29:54-cü dəqiqədən başlayaraq18:30:01-ci dəqiqədə başa çatır. Video fayla baxış keçirən zaman iş üzrə əhəmiyyət kəsb edən digər hal və ya xüsusata rast gəlinmir. Videolara baxış keçirilməsi prosesində iştirak edən operator Şahid2 bildirdi ki, “xüsusi hallar” qovluğunun daxilində olan 3-cü və 5-ci faylların görüntü saatlarında fərq olması normaldır. Ona görə ki, həmin video kameraların qeyd alınma saatları fərqli quraşdırılmış və 2(iki) kamera üzrə qeydə alma saatları fərqlidir. Diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər hər hansı bir fakt və ya hal müəyyən edilməmişdir. «Axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, Qarabağ küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evi Şəmkir şəhərinin mərkəzindən üzü Gədəbəy magistral yolu istiqamətində yolun sol tərəfində yerləşir. Ev birmərtəbəli olmaqla yer səviyyəsindən bəzəkli və kiçik ölçülü mişar daşından inşa edilmişdir. Zirzəmidə məişət tipli əşya və ləvazimatlar, qab-qacaq, idman aləti, tozsoran və digər əşya və ləvazimatlar vardır. Fərdi yaşayış evinin arxasında geniş həyətyanı sahə və sahənin sağ istiqamətində 4(ədəd) PVC qapıları olan otaqlar vardır. Həmin sahənin olduğu ərazidə və otaqlarda qaynaq aparatı, Lucky Pro markalı Genişləndirici, ikili Su filteri, Espa marklı su nasosu, Girdrofon, İgnition markalı soba, Comfort RSR 28 markalı Kombi, Donar markalı ten, Super Power markalı elektrik generator, “Arshia” markalı qazan və “Samsung” markalı mikrodalğalı soba vardır. Axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən predmet, pul, qiymətli əşyalar götürülməmişdir. «Baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, Qarabağ küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinin xarici görünüşünün və daxilində olan əmlakların orta bazar qiymətlərini müəyyən etmək məqsədi ilə həmin fərdi yaşayış evində mütəxəssis qismində dəvət edilmiş “X10 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətdə qiymətləndirmə üzrə mütəxəssis vəzifəsində işləyən X3 iştirakı ilə baxış həyata keçirilmiş və nəticə olaraq, həmin fərdi yaşayış evində olan əşya və ləvazimatların orta bazar qiymətlərinin cəminin 56.980 (əlli altı min doqquz yüz səksən) manat təşkil etdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, Qarabağ küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinin xarici görünşünün və daxilində olan əmlakların orta bazar qiymətlərini müəyyən etmək məqsədi ilə həmin fərdi yaşayış evində mütəxəssisin iştirakı ilə baxış həyata keçirilən zaman “Nikon” markalı fotoaparatdan fotoşəkillər çəkilmişdir. «Diskə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” mobil telefon nömrəsindən Şahid3 istifadəsində olan “***-***-**-**” mobil telefon nömrəsinə 06 dekabr 2020-ci il tarixdən 03 may 2022-ci il tarixə qədər olan müddət ərzində mütəmadi zənglər edilmiş, 06 dekabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixə qədər olan zənglərin ümumi danışıq müddəti 31 saat 13 dəqiqə təşkil etmişdir. Həmçinin, 17 yanvar 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” mobil telefon nömrəsi ilə Şahid3 istifadəsində olan “***-***-**-**” mobil telefon nömrəsi arasında 140 saat 35 dəqiqə danışıq aparılmışdır. Eyni zamanda, 26 avqust 2021-ci il tarixdən 17 sentyabr 2021-ci il tarixə qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” mobil telefon nömrəsinə 3(üç) ədəd SMS göndərilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/6752 saylı rəyindən görünür ki, Şəmkir rayon prokurorluğu tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə vergi hesab fakturaları 03 cild, inventarizasiya aktı 01 cild, malların satışına dair kassanın “Z” hesabatları və 11.500 ədəd qaimələr Mərkəzə təqdim olunmuşdur. İş materiallarında olan sənədlərə və təqdim olunmuş sənədlərə əsasən, 30 sentyabr 2020-ci il tarixdə İnventarizasiya Aktı tərtib edilmişdir. İnventarizasiyanın doğruluğu məsul şəxslər tərəfindən imzalanmışdır. Bundan başqa aktivlər üzrə inventarizasiyanın nəticələrinə dair yekun aktda hərr bir mal çeşidləri üzrə alınmış malların uçotu, satılan malların uçotu, faktiki qalıq və əskikgəlmələr qeyd olunmuşdur. Təhqiqat zamanı təqdim olunmuş qaimə fakturalara, kassanın “Z” hesabatına, Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akta və sair sənədlərə əsasən miqdar üzrə aşağıdakılar müəyyən olunur: malların alınması 5.161.727,68 manat, satılan mallar 4.830,310,74 manat, uçot üzrə qalıq 331.416,94 manat, faktiki qalıq 160.279,79 manat, əskik gəlmə 171.137, 15 manat təşkil edir. Hazırki tədqiqatla iş materiallarında olan sənədlərə, təqdim olunmuş qaimə fakturalara, kassanın “Z” hesabatına, Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akta əsasən miqdar uçotu ilə malların çeşidləri üzrə “Zirvə market” mağazasında yaranmış çatışmazlıq 171.137,15 müəyyən edilir. Həmin müyyən olunmuş miqdara görə isə malların dəyəri alış qiyməti (maya dəyəri) ilə götürülməklə 451.688,21 manat məbləğində müəyyən olunur. Beləliklə yuxarıda göstərilənləri nəzərə alaraq iş materiallarında olan sənədlərə, təqdim olunmuş qaimə fakturalara, kassanın “Z” hesabatına, Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akta “Zirvə” mağazasında yaranmış çatışmazlıq 451.688,21 manat məbləğində müəyyən edilir. Qeyd olunur ki, yaranmış çatışmazlıqla bağlı məsuliyyət məsələsi hüquqi xarakterli olduğundan istintaq tərəfindən qiymət verilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1129 saylı rəyindən görünür ki, yaranmış çatışmazlıqla bağlı xx.xx.2020-ci il tarixli sərbəst auditor Azər Əliyev tərəfindən tərtib edilmiş hesabatda fiziki şəxs Zərərçəkmiş şəxs (VÖEN:**********)1 məxsus Şəmkir şəhəri S.Vurğun küçəsində yerləşən “Zirvə” marketdə 539.222,97 (beş yüz otuz doqquz min iki yüz iyirmi iki manat 97 qəpik) manat dəyərində ərzaq və qeyri ərzaq mallarından əksik gəlmə müəyyən olunmuşdur. Lakin audit yoxlaması zamanı ciddi maliyyə mühasibatlıq sənədlərinə (kassa məxaric və mədaxil qəbzlərinə, malların mağazaya qəbul edilməsinə dair qaimə-fakturalar mağazada fəaliyyət göstərən hər 3 kassanın fəaliyyətinə dair sənədlər-gündəlik hesabatlar, çıxarışlar) istinad edilibedilməməsini müəyyən etmək mümkün deyildir. Qeyd edilir ki, Auditor Hesabatının forması, məzmunu və tərtibolunma qaydaları Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təsdiq edilir. “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 saylı Qərarı ilə müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq təsdiq edilmiş ciddi hesabat blanklarının sırasında Auditor Hesabatının forması mövcud deyildir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları” Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2013-cü il tarixli Q-17 saylı Qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 1 nömrəli Əlavəsində ehtiyatların inventarizasiyası zamanı tərtib olunan sənədlərin forması əksini tapmışdır. İş materiallarında olan inventarizasiya sənədləri qeyd olun Qaydaların tələblərinə cavab verir. Yaranmış pul vəsaiti çatışmazlığı ekspertizaya təqdim edilmiş maliyyə-mühasibatlıq sənədləri ilə, o cümlədən, iş materiallarında olan sənədlərlə təqdim olunmuş qaimə fakturalarla, kassanın “Z” hesabatları ilə və “aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akt” ilə təsdiq edilir. Belə ki, Şəmkir Rayon Prokurorluğu tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə vergi hesab fakturaları 03 cild, inventarizasiya aktı 01 cild, malların satışına dair kassanın “Z” hesabatları və 11500 ədəd qaimələr Mərkəzə təqdim olunmuşdur. İş materiallarında olan sənədlərə və təqdim olunmuş sənədlərə əsasən 30 sentyabr 2020-ci il tarixdə İnventarizasiya AKTı tərtib edilmişdir və məsul şəxslər tərəfindən imzalanmışdır. Bundan başqa Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktda hər bir mal çeşidləri üzrə alınmış malların uçotu, satılan malların uçotu, faktiki qalıq və əskikgəlmələr qeyd olunmuşdur. Təhqiqat zamanı təqdim olunmuş qaimə fakturalara, kassanın “Z” hesabatına, aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akta və sair sənədlərə əsasən miqdar üzrə aşağıdakılar müəyyən olunur: malların alınması 5.161.727,68 manat, satılan mallar 4.830,310,74 manat, uçot üzrə qalıq 331.416,94 manat, faktiki qalıq 160.279,79 manat, əskik gəlmə 171.137, 15 manat təşkil edir. Hazırki tədqiqatla iş materiallarında olan sənədlərə, təqdim olunmuş qaimə fakturalara, kassanın “Z” hesabatına, Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akta əsasən miqdar uçotu ilə malların çeşidləri üzrə “Zirvə market” mağazasında yaranmış çatışmazlıq 171.137,15 müəyyən edilir.Həmin müyyən olunmuş miqdara görə isə malların dəyəri alış qiyməti (maya dəyəri) ilə götürülməklə 451.688,21 manat məbləğində müəyyən olunur. Beləliklə yuxarıda göstərilənləri nəzərə alaraq iş materiallarında olan sənədlərə, təqdim olunmuş qaimə fakturalara, kassanın “Z” hesabatına, Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akta “Zirvə” mağazasında yaranmış çatışmazlıq 451.688,21 manat məbləğində müəyyən edilir. 2017-ci ilin avqust ayından, 2020-ci ilin sentyabr ayınadək ünvan 4 ünvanda yerləşən “Zirvə market” mağazasına vurulmuş ziyan üzrə təqdim edilmiş materiallar və sübutlar əsasında çatışmazlıq faktı üzrə maddi məsul şəxs və ya şəxslərin dairəsinin müəyyən olunması məhkəmə-mühasibat ekspertizasının predmetinə aid deyildir. Yəni ki, 2017-ci ilin avqust ayından, 2020-ci ilin sentyabr ayınadək ünvan 4 ünvanda yerləşən “Zirvə market” mağazasına vurulmuş ziyan üzrə təqdim edilmiş materiallar və sübutlar əsasında çatışmazlıq faktı üzrə maddi məsul şəxs və ya şəxslərin dairəsinin müəyyən olunması hüquqi xarakter olduğundan istintaq tərəfindən qiymət verilməlidir. Əlavə məhkəmə-mühasibat ekspertiza tədqiqatı zamanı ciddi maliyyə mühasibatlıq sənədlərinə (qaimə fakturalar, kassanın “Z” hesabatları, “aktivlər üzrə inventarizasiyanın nəticələrinə dair yekun akt” və sair sənədlər) istinad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin audio və video yazıların məhkəmə ekspertizasının 15 sentyabr 2022-ci il tarixli, 4/1170 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01(bir) ədəd “Gold” markalı DVD-R diskdə olan videoyazılarda kadrdaxili və ya kadrlararası montaj əlamətləri müəyyən olunmamışdır. Cinayət işinə əlavə edilmiş 03 may 2022-ci il tarixdə Şahid3 və Şahid1 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək 2019-cu ilin yanvar ayının sonlarından 2020-ci il 15 sentyabr tarixinə qədər olan müddət ərzində, Təqsirləndirilən şəxs ilə birlikdə “Zirvə Market” mağazasından qida və qeyri-qida məhsullarını mənimsəməyə başladıqlarını, bu barədə Təqsirləndirilən şəxs ona “mağazadan sənə ötürdüyüm məhsulları, paraşoku, bahalı şokoladları evimə apar” deyə dəfələrlə tapşırıq və göstəriş verdiyini, hər dəfə Təqsirləndirilən şəxs evinə təxminən 60-70 manat dəyərində qida və qeyri-qida məhsullarını apardığını, umumilikdə, 01(bir) il 09 ay ərzində Təqsirləndirilən şəxs “Zirvə Market” mağazasından təxminən 88.200 manat məbləğində qida və qeyri-qida məhsullarını mənimsədiklərini bildirmişdir. “Üzləşdirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şahid Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı rəhbəri olduğu mağazada 2017-ci ilin yay aylarından işləməyə başladığını, işlədiyi müddət ərzində mağazadan təxminən 540.000 manat məbləğində mənimsəməyə yol verdiyini, mənimsəməni tək həyata keçirmədiyini, mənimsəməni qonşusu Əminə Saleh qızı ilə birlikdə etdiyini, Əminənin onun göstərişi əsasında mağazada olan qida və qeyri-qida məhsullarını yığaraq kassaya gətirdiyini və həmin məhsulları kassaya mədaxil etmədən sadəcə olaraq skayner aparatında vurmaqla, ödəniş çekləri çıxarmadan paketlərə yığdığını bildirmiş, 4 ay 15 günlük müddət ərzində mağazadan 86.799 manat məbləğində qida və qeyri-qida məhsullarını mənimsəyərək Şahid3 vasitəsilə evinə aparmasını qeyd etmişdir. Təqsirləndirilən şəxs üzünə qarşı Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsini təsdiq etməmişdir. “Üzləşdirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki,şahid Təqsirləndirilən şəxs və Şahid1 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı rəhbəri olduğu mağazada 2017-ci ilin yay aylarından işləməyə başladığını, işlədiyi müddət ərzində mağazadan təxminən 540.000 manat məbləğində mənimsəməyə yol verdiyini, mənimsəməni tək həyata keçirmədiyini, mənimsəməni qonşusu Əminə Saleh qızı ilə birlikdə etdiyini, Əminənin onun göstərişi əsasında mağazada olan qida və qeyriqida məhsullarını yığaraq kassaya gətirdiyini və həmin məhsulları kassaya mədaxil etmədən sadəcə olaraq skayner aparatında vurmaqla, ödəniş çekləri çıxarmadan paketlərə yığdığını bildirmiş, 4 ay 15 günlük müddət ərzində mağazadan 100.000 manat məbləğində qida və qeyri-qida məhsullarını mənimsəyərək Şahid3 vasitəsilə evinə apardırdığını, həmçinin, mağazada işlədiyi müddət ərzində kreditlə 01(bir) il ərzində ödəniş edərək Bakı şəhəri, Suraxanı rayonu ərazisində yeni tikili göydələn binadan ölçüsü 105 kvadrat metr təşkil edən mənzil satın aldığını, mənzilin qiymətinin təxminən 130.000- 150.000 manat arası təşkil etdiyini qeyd etmiş və “Zirvə market” mağazasından mənimsəmə etməyi aşkar edilən kimi dərhal həmin evi anası Rahilə xanımın adına bağışlama etdiyini əlavə etmişdir. Təqsirləndirilən şəxs üzünə qarşı Şahid1 vermiş olduğu ifadəsini təsdiq etməmişdir. “Üzləşdirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki,Şahid3 və şahid Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı onunla birlikdə 2019-cu il yanvar ayının sonlarından başlayaraq “Zirvə Market” mağazasından mənimsəmə etməyə başladıqlarını, bu barədə göstərişi -cü kassada kassir olaraq fəaliyyət göstərmiş Təqsirləndirilən şəxs verdiyini, sonuncunun kassadan göstərişi üzrə mağazadan gündəlik 50-60 manatlıq alış-veriş etdiyini, həmin bazarlıq məhsullarını Təqsirləndirilən şəxs evinə apardığını, hətta kameraya düşsün deyə, kassaya 1 və ya 5 manatlıq pul əskinası qoyduğunu, Təqsirləndirilən şəxs ona tərəf “get paraşok, şirniyyat məhsulları, konfetlərdən gətir” deyə müraciət etdiyini bildirmiş, Təqsirləndirilən şəxs göstərişi əsasında gün ərzində 1(bir) dəfə, 2(iki) dəfə və ya bəzən 3(üç) dəfə mağazadan mənimsəmə etdiyini, ümumilikdə, mağazadan təxminən 88.000 manat məbləğində qida və qeyri-qida məhsulunu mənimsədiklərini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzünə qarşı Şahid3 vermiş olduğu ifadəsini təsdiq etməmişdir. xx.xx.2020-ci il tarixli sərbəst auditor X14 tərəfindən tərtib edilmiş “sərbəst auditorun hesabatı” sənədindən görünür ki, “Zirvə market” mağazasında yaranmış çatışmazlıqla bağlı xx.xx.2020-ci il tarixli sərbəst auditor X14 tərəfindən tərtib edilmiş hesabatda fiziki şəxs Zərərçəkmiş şəxs (VÖEN:**********)1 məxsus Şəmkir şəhəri S.Vurğun küçəsində yerləşən “Zirvə” marketdə 539.222,97 (beş yüz otuz doqquz min iki yüz iyirmi iki manat 97 qəpik) manat dəyərində ərzaq və qeyri ərzaq mallarından çatışmazlıq gəlmə müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixli sərbəst auditor X7 tərəfindən tərtib edilmiş “sərbəst auditorun hesabatı” sənədindən və rəydən görünür ki, “Zirvə market” mağazasında yaranmış çatışmazlıqla bağlı xx.xx.2021-ci il tarixli sərbəst auditor X7 tərəfindən tərtib edilmiş hesabatda fiziki şəxs Zərərçəkmiş şəxs (VÖEN:**********)1 məxsus Şəmkir şəhəri S.Vurğun küçəsində yerləşən “Zirvə” marketdə 539.222,97 (beş yüz otuz doqquz min iki yüz iyirmi iki manat 97 qəpik) manat dəyərində ərzaq və qeyri ərzaq mallarından əksik gəlmə müəyyən olunmuşdur. Həmçinin, təqdim edilmiş sənədlərin və aparılan hesablamaları araşdırılması zamanı müəyyən edildi ki, “Zirvə” marketində kassir vəzifəsində işləmiş Təqsirləndirilən şəxs yoxlama dövründə ümumi kənarlaşdırma və çatışmayan pul məbləği 539.222,97 (beş yüz otuz doqquz min iki yüz iyirmi iki manat 97 qəpik) manat təşkil edir. 30 sentyabr 2020-ci il tarixli aktdan görünür ki, “Zirvə market” mağazasının müdiri Şahid1 və mühasib X4, fərdi sahibkar Zərərçəkmiş şəxs 12 sentyabr 2020-ci il tarixli İ- 01/2020-09 saylı əmrinə əsasən, Zərərçəkmiş şəxs məxsus Şəmkir şəhəri S.Vurğun küçəsində yerləşən “Zirvə” marketdə inventarizasiya keçirən zaman marketdə 4591 adda, ümumi alış qiyməti 539.222,97 manat həcmində ərzaq və qeyi-ərzaq mallarının əksik gəlməsi müəyyən edilmişdir. 4Ə-222 reyestr nömrəli bağışlama müqaviləsindən görünür ki, Şəmkir şəhəri, Qarabağ küçəsi, ev 16 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs və ünvan 5 ünvanında yaşayan Şahid4 Vəli qızı arqasında daşınmaz əmlakın bağışlanması haqqında müqavilə bağlanmış, hədiyyə verən qismində Təqsirləndirilən şəxs ümumi sahəsi 105.70 m2 olan ünvan 7, 189 saylı mənzili anası Şahid4 Vəli qızına hədiyyə etmişdir. Həmin məktuba əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sənədinin surətindən görünür ki, ümumi sahəsi 105.70 m2 olan ünvan 7, 189 saylı mənzil Təqsirləndirilən şəxs xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin 17 avqust 2022-ci il tarixli xx-xx/1301 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin elektron abonent bazasında təqdim edilmiş sənədlərə istinadən, ünvan 6 ünvanına məxsus **********890 saylı abonent kodu xx.xx.2020-ci il tarixli 42828725 nömrəli müqavilə əsasında Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin 06 oktyabr 2022-ci il tarixli xx-xx/1545 nömrəli məktubundan görünür ki, Şahid4 Vəli qızının adına ünvan 7 ünvanında yerləşən 189 nömrəli mənzil qeydiyyata alınmışdır. ünvan 7 ünvanında yerləşən 189 nömrəli mənzil "xxxx" MTK-nın xx.xx.2018-ci il tarixli 03 nömrəli protokolundan çıxarışa, xx.xx.2020-ci il tarixli 02 nömrəli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixində Təqsirləndirilən şəxsnnın adına ilkin qeydiyyatdan keçmişdir. Gədəbəy rayon notariat ofisinin xüsusi notariusu T.İ.İsmayılova tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli 4ə-222 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixində Şahid4 Vəli qızının adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. “X10 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 dekabr 2022-ci il tarixli YDQM 108/2022 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 6 yeni qaydalarla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Krılov küçəsi, ev 2, mənzil 14, mərtəbə 3 ünvanında yerləşən mənzilin qiymətləndirmə tarixinə olan bazar dəyəri 150.100 manat(yüz əlli min yüz manat) və 29 yanvar 2020-ci il tarixinə isə 134.250 manat müəyyən edilir. Şəmkir rayon məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 5(076)-246/2022-ci il nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, Qarabağ küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evində axtarış və götürmə istintaq hərəkətləri məcburi qaydada aparılmışdır. Şəmkir rayon məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 5(076)-247/2022-ci il nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir şəhəri, Qarabağ küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evinin xarici görünşünün və daxilində olan əmlakların orta bazar qiymətlərini müəyyən etmək məqsədi ilə həmin fərdi yaşayış evində mütəxəssisin iştirakı ilə baxış həyata keçirilməsinə icazə verilmişdir. Şəmkir rayon məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 5(076)-5/2023-cü il nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri, ünvan 6 (yeni qaydalarla Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən mənzilin və Təqsirləndirilən şəxs paylı mülkiyyət hüququna malik olduğu ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsinin təqsirləndirilən şəxsə aid hissəsinin üzərinə cinayət təqibi üzrə icraat başa çatanadək həbs qoyulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 16 dekabr 2022-ci ildən hesablanmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı ş., Suraxanı r., Qaraçuxur qəs., Ə.Mehbalıyev küç., ev 46, mənzil 189, Yeni Qaydalarla ünvan 11 ünvanında yerləşən mənzil üzərindən həbs götürülmüşdür. Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 aprel 2023-cü il tarixli, 987 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 13 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Qazax Tovuz regional filialının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs İ qrup əlildir və əliliyə görə əmək pensiyası alır. Şəmkir rayon konsultativ poliklinikasının xx.xx.2022-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon poliklinikasının psixonevroloji və narkoloji kabinetlərində qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid3 külli miqdarda israf etmə cinayət əməlində iştirakçılığı öz təsdiqini tapdığından, Şahid3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.2-ci maddələri ilə cinayət işi başlanmaqla ********* nömrəli cinayət işindən ayrıca icraata 230806033nömrəli cinayət işi ayrılmışdır.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 28 dekabr 2021-ci il tarixli, 9/6752 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 09 mart 2022-ci il tarixli, 9/1129 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin audio və video yazıların məhkəmə ekspertizasının 15 sentyabr 2022-ci il tarixli, 4/1170 nömrəli rəyi, ümumi həcmi 2 terabayt təşkil edən Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən hard(sərt) disk, həmin hard diskdən seçilmiş video görüntülərin olduğu 01(bir) ədəd DVD disk, audio və video yazıların məhkəmə ekspertizasına təqdim edilmiş eksperimental nümunə hesab edilən 01(bir) ədəd DVD disk, "xxxx" MMC-dən rayon prokurorluğuna cavab məktubu ilə daxil olmuş 1 ədəd CD disk, xx.xx.2020-ci il tarixli sərbəst auditor X14 tərəfindən tərtib edilmiş “sərbəst auditorun hesabatı” sənədi, xx.xx.2021-ci il tarixli sərbəst auditor X7 tərəfindən tərtib edilmiş “sərbəst auditorun hesabatı” sənədi və əlavə edilmiş rəy, 30 sentyabr 2020-ci il tarixli akt, Şahid3 dindirmə protokoluna əlavə edilmiş 1 ədəd disk, Şahid1 istintaqa təqdim etdiyi 1 ədəd disk, Zərərçəkmiş şəxs təqdim etdiyi 11500 ədəd vərəqdən ibarət qaimələr iş materiallarına uyğun olduğundan mötəbər sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs səlahiyyətlərə ünvanladığı notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, birinci qrup əlil olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, birinci qrup əlil olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və onu cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi ailəsinin ciddi məhrumiyyətlərə düçar edə bilər, bu əmələ görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ədalətli hesab edilə bilməz və məhkumun islah və yenidən tərbiyə olunmasına isə xidmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 70-ci maddəsində göstərilmişdir ki, “... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur.Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 16 dekabr 2022-ci ildən hesablanmışdır.Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir“Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlandığı müddət 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün təşkil edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında qətimkan tədbiri ilə əvəz edilməli və ondan başqa yerə getməmək haqqında iltizam alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 28 dekabr 2021-ci il tarixli, 9/6752 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 09 mart 2022-ci il tarixli, 9/1129 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin audio və video yazıların məhkəmə ekspertizasının 15 sentyabr 2022-ci il tarixli, 4/1170 nömrəli rəyi, ümumi həcmi 2 terabayt təşkil edən Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən hard(sərt) disk, həmin hard diskdən seçilmiş video görüntülərin olduğu 01(bir) ədəd DVD disk, audio və video yazıların məhkəmə ekspertizasına təqdim edilmiş eksperimental nümunə hesab edilən 01(bir) ədəd DVD disk, "xxxx" MMC-dən rayon prokurorluğuna cavab məktubu ilə daxil olmuş 1 ədəd CD disk, xx.xx.2020-ci il tarixli sərbəst auditor X14 tərəfindən tərtib edilmiş “sərbəst auditorun hesabatı” sənədi, xx.xx.2021-ci il tarixli sərbəst auditor X7 tərəfindən tərtib edilmiş “sərbəst auditorun hesabatı” sənədi və əlavə edilmiş rəy, 30 sentyabr 2020-ci il tarixli akt, Şahid3 dindirmə protokoluna əlavə edilmiş 1 ədəd disk, Şahid1 istintaqa təqdim etdiyi 1 ədəd disk, Zərərçəkmiş şəxs təqdim etdiyi 11500 ədəd vərəqdən ibarət qaimələrin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alımalıdır. Şəmkir rayon məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 5(076)-5/2023-cü il nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs paylı mülkiyyət hüququna malik olduğu ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsinin təqsirləndirilən şəxsə aid hissəsinin üzərinə cinayət təqibi üzrə icraat başa çatanadək həbs qoyulmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs paylı mülkiyyət hüququna malik olduğu ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsinin təqsirləndirilən şəxsə aid hissəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 750 (yeddi yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs paylı mülkiyyət hüququna malik olduğu ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsinin təqsirləndirilən şəxsə aid hissəsinin üzərinə qoyulmuş həbs götürülsün. İş üzrə maddi sübut hesab edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 28 dekabr 2021-ci il tarixli, 9/6752 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 09 mart 2022-ci il tarixli, 9/1129 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin audio və video yazıların məhkəmə ekspertizasının 15 sentyabr 2022-ci il tarixli, 4/1170 nömrəli rəyi, ümumi həcmi 2 terabayt təşkil edən Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən hard(sərt) disk, həmin hard diskdən seçilmiş video görüntülərin olduğu 01(bir) ədəd DVD disk, audio və video yazıların məhkəmə ekspertizasına təqdim edilmiş eksperimental nümunə hesab edilən 01(bir) ədəd DVD disk, "xxxx" MMC-dən rayon prokurorluğuna cavab məktubu ilə daxil olmuş 1 ədəd CD disk, xx.xx.2020-ci il tarixli sərbəst auditor X14 tərəfindən tərtib edilmiş “sərbəst auditorun hesabatı” sənədi, xx.xx.2021-ci il tarixli sərbəst auditor X7 tərəfindən tərtib edilmiş “sərbəst auditorun hesabatı” sənədi və əlavə edilmiş rəy, 30 sentyabr 2020-ci il tarixli akt, Şahid3 dindirmə protokoluna əlavə edilmiş 1 ədəd disk, Şahid1 istintaqa təqdim etdiyi 1 ədəd disk, Zərərçəkmiş şəxs təqdim etdiyi 11500 ədəd vərəqdən ibarət qaimələrin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 750 (yeddi yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar