Məhkəmə qərarları › İş №1(100)-300/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-300/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-300/2024 08.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər X4 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ağdərə rayonu, İmarət Qərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Tərtər rayonu, Çardaxlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə saat 13 radələrində sürücülük hüququ olmadan texniki cəhətdən saz vəziyyətdə olan və etibarnamə əsasında qohumu Şahid5 məxsus “Tofaş Şahin” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə müəyyən edilmiş hərəkət sürəti 60 km/saat olan Tərtər-Goranboy asfalt yolunun Seydimli kəndi ərazisindən keçən hissəsində 80 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 04-cü hissəsinin tələblərini, 36-cı maddəsinin 01-ci hissəsinin 03-cü bəndinin tələblərini və 64-cü maddəsinin 01-ci hissəsinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda lazımi diqqətlilik və ehtiyatlılıq göstərməyərək bunları etməmiş, idarəetməni itirib yoldan çıxaraq yolun sağ tərəfində olan su kanalına çırpılmış və ehtiyatsızlıqdan avtomobilin ön sağ oturacağında əyləşmiş sərnişin Bərdə rayonu Qarağacı kənd sakini, xx.xx.1990-cı il təvəllüdlü X6 ağciyərlərin, qaraciyərin, dalağın əzilmiş-cırılmış yaraları, qabırğaların çoxsaylı sınıqları, sağ dirsək nahiyəsinin əzilmiş-deşilmiş yarası, sağ bazu, sağ dirsək, sağ diz, sağ bud, döş qəfəsi nahiyələrinin sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına və aldığı həmin xəsarətlərdən döş qəfəsinin və qarının qapalı küt travması ilə əlaqədar çoxsaylı qabırğaların sınıqları ilə ağciyərin, qaraciyərin, dalağın yaralanmasından baş vermiş kəskin qan itirmə nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona ittiham elan olunan Azəraycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 7-8 ildir avtomobil idarə etsə də sürücülük vəsiqəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə birlikdə işlədikləri yerdən qohumu Şahid5 məxsus avtomobillə mağazaya gedib siqret alıb qayıdan zaman dostu Sahil Muradov ona zəng edərək özünü yaxşı hiss etmədiyini bildirib, “Abidənin dairəsi” adlanan yerdən onu götürməsini xahiş etmişdir. O, həmin yerə gedib Sahili götürüb işlədikləri yerə qayıdarkən yolda Sahil özünü pis hiss etdiyini deyib ağladığından fikri yanınmış və yolun Tərtər rayonu Seydimli kəndindən keçən hissəsində döngəni keçərkən avtomobilin surəti 90-100 km/saat olduğundan idarəetməni itirmiş və avtomobil yoldan çıxıb kanala çırpılmış, sonra isə iki dəfə fırlanaraq aşmışdır. Xəstəxanada olarkən dostu Salihin hadisə zamanı öldüyünü öyrənmişdir. Daha sonra o, zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, zərəçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmadığını, hadisə zamanı özünün də xəsarət aldığını, bundan əlavə xəstəliyinin olduğunu, eyni zamanda himayəsində iki azyaşlı uşağının olduğunu bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, hadisə ilə bağlı heç nə bilmir, mərhum oğlu Sahilin iş yoldaşı ona zəng edib Sahilin avtomobil qəzasına düşdüyünü deyəndən sonra xəstəxanaya getmiş və oğlunun hadisə zamanı öldüyünü öyrənmişdir. Bundan başqa o, əvvəllər təsirləndirilən şəxsdən şikayətçi olsa da hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Ceyhun və mərhum Sahil ilə birlikdə usta kimi şləmişlər, Ceyhun adətən kəndin içində onun avtomobilini idarə etmişdir. Hadisə baş verən gün Ceyhun onun xəbəri olmadan avtomobilini götürüb Sahilin arxasınca getmişdir. Sonra dostu ona zəng edib avtomobili ilə qəza olduğunu və qəza nəticəsində Sahilin öldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, iş yoldaşı Şahid1la birlikdə Goranboy-Tərtər yolunun Tərtər rayonu istiqamətində xidmətdə olan vaxtı yol nəqliyyat hadisəsi olduğunu görüb hadisə yerinə yaxınlaşmışlar. Onlar hadisə yerinə çatanda artıq avtomobildə olan şəxslərin ətrafdakı insanların köməyi ilə avtomobildən çıxarıldığını, birinin kənarda, birinin isə avtomobilin yanında ağzıüstə uzanıqlı vəziyyətdə olduğunu görmüşlər. Sonra ətrafdakı şəxslərin köməyi ilə təcili yardım çağırıb həmin şəxsləri xəstəxanaya göndərmişlər. Hadisənin baş verdiyi yer sərt döngə olduğundan sürücü idarəetməni itirib yolun kənarındakı kanala çırpılıb aşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Tərtər RPŞ-nin əməliyyat-istintaq qrupunun tərkibində olan vaxt Tərtər-Goranboy yolunun Tərtər rayon Seydimli kəndi istiqamətində yol-nəqliyyat hadisəsi olması ilə bağlı məlumat daxil olmuş və dərhal əməliyyat-istintaq qrupunun digər üzvləri ilə birlikdə hadisə yerinə getmişlər. Onlar hadisə yerinə çatanda artıq avtomobildə olan şəxslər xəstəxanaya göndərilmişdir. Hadisənin baş verdiyi yer sərt döngə olduğundan sürücü idarəetməni itirib yolun kənarında olan su kanalına çırpılıb aşmışdır. Məhkəmədə tədqiq edilən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, hadisə Tərtər rayonu Seydimli kəndində baş vermişdir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 20 nömrəli rəyindən görünür ki, X2 meyitinin bədənində aşağıdakı xəsarətlər- ağciyərlərin, qaraciyərin, dalağın əzilmiş-cırılmış yaraları, qabırğaların çoxsaylı sınıqları, sağ dirsək nahiyəsinin əzilmiş-deşilmiş yarası, sağ bazu, sağ dirsək, sağ diz, sağ bud, döş qəfəsi nahiyələrinin sıyrıqları vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəlqiyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X2 ölümünə səbəb döş qəfəsinin və qarının qapalı küt travması ilə əlaqədar çoxsaylı qabırğaların sınıqları ilə ağciyərin, qaraciyərin, dalağın yaralanması nəticəsində baş vermiş kəskin qan itirmə olmuşdur. X2 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotianzin, pirazanol, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 321 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- döş qəfəsinin qapalı travması, sağ Xİ-Xİİ qabırğaların yerdəyişən sınığı, İİ bel fəqərəsinin sağ çıxıntısının yerdəyişməyən, İİİ-İV bel fəqərələrin sağ yan çıxıntılarının yerdəyişən sınıqları, sol qamış sümüyünün yuxarı 1/3-nin qapalı, oynaqdaxili yerdəyişən sınığı, qapalı kəllə beyin travması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/3032 nömrəli rəyindən görünür ki, “Tofaş Şahin” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Tofaş Şahin” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Tofaş Şahin” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə tədqiq edilən Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 739 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra hər hansı psixi pozuntudan əziyyət çəkmir, o, hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmədə tədqiq edilən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs sərxoş olmamışdır. Məhkəmədə tədqiq edilən AZ Avtovaz Texniki Xidmət Sənaye Ticarət birliyi Tərtər texniki xidmət sahəsinin xx.xx.2023-cü il tarixli 599 nömrəli rəyindən görünür ki, qəza zamanı “Tofaş Şahin” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ümumilikdə 5648 manat məbləğində ziyan dəymişdir. Məhkəmədə tədqiq edilən “Elektron notariat” X1 Çıxarışdan görünür ki, “Tofaş Şahin” markalı minik avtomobili etibarnamə əsasında Şahid5 məxsusdur. Məhkəmədə tədqiq edilən Şahid5 ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16-11/2-4369/23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına DİN-nin MİS-də olan məlumata əsasən sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq edilən Tərtər RMX PHŞ-nin xx.xx.2023-cü il tarixli, PHŞ-6-75/2- 824/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanın narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında durmur. Məhkəmədə tədqiq edilən Tərtər rayon İHB-nın Çardaxlı kənd İƏD üzrə nümayəndəliyinin arayışlarından, xasiyyətnaməsindən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X7, oğulları xx.xx.2011-ci iltəvəllüdlü X10 və xx.xx.2016-ci il təvəllüdlü X12 ilə birlikdə Tərtər rayon Çardaxlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin xx.xx.2023-cü il tarixli, 04-01/08-573 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “İİV-infeksiyası. İV kilinik mərhələ. İİV-ensefalopatiya. Oroezofagial kandidoz. Generalizə olunmuş limfadenopatiya. Seboreyalı dermatit” diaqnozları ilə xx.xx.2022-ci il tarixdən İİV 22-098 kodu ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin daimi qeydiyyatındadır. Müşahidəyə götürülən tarixdən TDF/3TC/DTG sxemi üzrə antiretrovirus terapiya proqramına cəlb olunmuşdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən zərəçəkmiş şəxsin hüquqi varisi X5 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, “Tofaş Şahin” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınaraq Tərtər rayon PŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyindən onun əməli cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» özünün 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 17-ci bəndində məhkəmələrə tövsiyyə etmişdir ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu maddələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nın 59.1.4-cü, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikasının CM-nın 59.1.12-ci, səmimi etirafını, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, eyni zamanda QİÇS xəstəliyindən əziyyət çəkməsini isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və zərəçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 6 ildən artıq ola bilməz. Məhkəmə tərkibi yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, eləcə də Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddələrinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli, cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssəsinə daxil olub qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, xx.xx.2023-cü il tarixli qərarla təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İş üzrə maddi sübut qismində tanınıb Tərtər RPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılan “Tofaş Şahin” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında sahibi olan Şahid5 qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin, cinayət işinə əlavə edilmiş hesabatdan görünür ki, Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmə istintaqında 20 iş saatı həcmində dövlət hesabına həyata keçirmişdir. Ona görə də məhkəmə hesab edir ki, göstərilən hüquqi yardımla əlaqədar 120 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə daxil olub qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. İş üzrə maddi sübut qismində tanınıb Tərtər RPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılan “Tofaş Şahin” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında sahibi olan Şahid5 qaytarılsın. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 120 manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq Əliyev Hakimlər:

1. Roman Ələkbərli

2. Mikayıl Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar