Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-300/2025 28.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X23 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi - X13 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1971-ci il tarixdə Daşkəsən rayonu, Əmirvar kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Əmirvar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs arvadı X3 həmkəndlisi Şahid3 ilə ona xəyanət etməsindən şübhələnərək yaşadığı kənd sakinlərinin arasında utanc hissi keçirdiyi üçün qısqanclıq üzündən Atlas Ocaqverdiyevanı qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədini reallaşdırmaq üçün xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində birgə yaşadıqları Daşkəsən rayonu, Əmirvar kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən götürdüyü soyuq silah hesab edilməyən kustar üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı balta ilə yaşadıqları fərdi yaşayış evinin yataq otağında epilepsiya xəstəsi olan Atlas Ocaqverdiyevanın yatmış vəziyyətdə olması səbəbindən fiziki vəziyyəti ilə əlaqədar özünü müdafiə etmək üçün aktiv müqavimət göstərmək imkanından mərhum olmaqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan arvadına müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, eləcə də işgəncə və xüsusi ağrılar verdiyini dərk etməklə, yəni xüsusi amansızlıqla Atlas Ocaqverdiyevanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirməklə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin olunmayan burunun sıyrığı və sol bazunun qançırını, dərəcələrinə görə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid boyunun aşağı 1/3-nin sağ yarısının, döş qəfəsinin sol ön yarısının, sağ budun aşağı 1/3nin ön hissəsinin, sağ çiyin qurşağının və sağ sağrının yaralarını, dərəcələrinə görə ayrıayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid alt çənə sümüyünün açıq sınığı, sağ said sümüklərinin açıq yerdəyişmiş qəlpəli sınıqları, sağ kürək sümüyünün açıq sınığı, sol diz qapağının açıq sınığı xəsarətlərini, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol bud sümüyünün açıq sınığı və ölümünə səbəb olan xarici qanaxma ilə müşayiət edilən boyunun travmatik amputasiyası xəsarətlərini yetirməklə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X4 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə yaşadığı evə gəldikdə qapının bağlı olduğunu görüb qapını döyərkən arvadı X3 həyəcanlı halda əlində xəncərlə qapıya çıxaraq evdə heç kimin olmadığını demişdir. O, içəriyə keçdikdə həmkəndlisi Şahid3 qapının arxasında gizləndiyini görmüş və sonuncunu döymək üçün hücum çəkmişdir. Bu zaman Elvin onun ayaqlarına düşüb bir də belə hərəkət etməyəcəyini və qələt etdiyini deyib onu arxa otağa aparmışdır. Arxa otaqda Elvin onun boğazına bıçaq dirəmişdir. Bu hadisədən sonra o, bunu unutmamaq üçün evin divarına boya ilə “14 may” sözünü yazmışdır. xx.xx.2024-cü il tarixdə axşam tərəfi Atlasla Elvinin yenə də birlikdə tövlə tərəfdən gəldiklərini görmüşdür. Atlas evə gəldikdən sonra o, arvadı ilə mübahisə etmiş, sonuncu da ağacla onun qolundan vurmuşdur. Həmin gün gecə o, Atlasla söhbət etmiş və sonuncu Elvinlə dəfələrlə ona xəyanət etdiyini etiraf etmişdir. Atlasın bu hərəkətlərinə görə o və uşaqları kənd içində biabır olmuşlar. O, Atlasın sözlərindən bərk hirslənmiş, həyətə gedib baltanı götürmüş, daha sonra evə qayıdaraq Atlası balta ilə vurmuşdur. Həmin vaxt otağın işığı sönülü olmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, baltanı götürüb qayıdanda Atlas çarpayıda arxası üstə uzanmış vəziyyətdə olmuş, o, səssiz gəldiyi üçün sonuncu bunu bilməmiş və onun əlində balta olmasını görməmişdir. O, Atlasa balta ilə neçə dəfə xəsarət yetirdiyini, balta ilə vurduqdan sonra sonuncunun qışqırıbqışqırmadığını xatırlamamışdır. Atlasa balta ilə vurandan sonra sonuncu çarpayıdan yerə düşmüşdür. O, hadisəni törətdikdən sonra “102” qaynar xəttinə zəng edib qısqanclıq zəminində arvadını öldürdüyünü demişdir. Hadisə zamanı evdə o və Atlasdan başqa heç kim olmamış, oğlu Sadiq atları qaçdığı üçün sahədə olmuş, çünki həmin gün atın qaçmasından gec xəbəri olduğuna görə oğlunu atın arxası ilə gecə vaxtı göndərmişdir. xx.xx.2024-cü il tarixdə Elvini arvadı Atlasla evində tutmağı ilə bağlı arvadının qardaşı Natiqə demiş, Natiq isə ona “onun başını kəs” demişdir. Hadisə günü Atlasla söhbət etdikdən təxminən 20 dəqiqə sonra həyətdən baltanı götürüb evə girmişdir. Baltanı götürüb evə gəldikdən sonra Atlasın səsi gəlməmiş, o da sonuncu ilə söhbət etməmiş, birbaşa olaraq balta ilə vurmuş, lakin sonuncuya neçə zərbə vurduğunu xatırlamamışdır. xx.xx.2024-cü il tarixdə axşam tərəfi Atlasla Elvini tutandan sonra arvadı ağacla onu qolundan vurmuş, Elvin isə oradan qaçmışdır. Həmin gecə o, Atlasla söhbət edərkən sonuncu ona əvvəllər də Elvinlə xəyanət etdiyini etiraf edərək yaxşı elədiyini demiş, o isə arvadına uşaqlarının olduğunu və belə hərəkətlər etməməsini bildirmişdir. O, Atlasın dediklərini şəxsiyyətinə sığışdırmamış və sonuncunu öldürmək qərarına gəlmişdir. Gecə Atlasla söhbət etdikdən təxminən 20 dəqiqə sonra baltanı götürüb evə gəlmiş və çarpayının üzərində əyləşib 2-3 dəqiqə Atlası öldürüb-öldürməməyi fikirləşmiş, həmin vaxt Atlasın səsi çıxmamışdır. Balta götürmək üçün evdən çıxanda, yaxud evə qayıdanda Atlas qapının səsini eşidib ondan heç nə soruşmamış, balta ilə vurmamışdan qabaq da sonuncu ona hər hansı bir söz deməmiş, əksinə hərəkətsiz olmuşdur. Hadisə baş verən yerdə çarpayıları paralel olmuş və aralarında hərəkət etmək üçün yer də olmuşdur. Balta ilə vurmamışdan qabaq Atlas üzü yuxarı uzanmışdır. O, Atlasa ilk zərbəni boğaz nahiyəsindən vurmuş, bundan sonra sonuncu çarpayıdan yerə düşmüşdür. O, heç kimə Atlasın Daşkəsən şəhərində bir qadının evində başqa şəxslərlə ona xəyanət etdiyini deməmiş, heyvanları da heç vaxt Şahid3 sahəsinə keçib əkinə zərər vurmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayında dəqiq xatırlamadığı tarixdə Teymur ona zəng edərək Atlası əxlaqsızlıq ilə məşğul olarkən tutduğunu demişdir. O, ilkin olaraq Teymurun dediyinə inanmamış, Atlasın yaşadığı kəndə gəlmiş və Teymurun dedikləri barədə qonşulardan maraqlanmışdır. Qonşuların əksəriyyəti onu tanımamış və hamısı Teymurun Atlasa şər atdığını demişdir. Həmçinin qonşuların ona dediyinə görə Teymur mal nobatında olduğu zaman özlərinin mal-qarasını Elvinin qayınatasının çəpərinə saldığı üçün Atlasla Elvin evlərinin qarşısında mübahisə etmiş, həmin vaxt Teymur malqaranı başsız qoyub gəlmiş və çəpərin altında gizlənmişdir. Qonşulardan biri Teymuru səslədikdə sonuncu əli ilə qonşusuna səssiz olmasını demiş və qaça-qaça söyərək Elvinlə dalaşmağa başlamış, sonra isə ayrılmışdır. xx.xx.2024-cü il tarixdə gecə saat 3-4 radələrində kiçik qardaşı Ceyhun ona Atlasgilə getməyi demişdir. O, nə baş verdiyini soruşduqda Ceyhun Atlas və Teymurun dalaşdıqlarını demişdir. Atlasgilin evinə getdikdə ona Teymurun bacısını öldürdüyü məlum olmuşdur. İfadəsinin davamı olaraq Namiq Məsimov bildirmişdir ki, 2024-cü ilin may ayında Teymur ona zəng edərək Atlası Elvinlə tutduğunu demiş, o, bu barədə Evinlə danışa bilməmiş, lakin bacısı Atlasdan soruşduqda sonuncu heç kimlə münasibətinin olmadığını demişdir. 2024-cü ilin may ayından bəri Atlas və Teymur xəyanət səbəbi ilə bir-birləri ilə tez-tez dalaşmış, Teymurun ondan başqa kiməsə də Atlası əxlaqsızlıq ilə məşğul olarkən tutması barədə zəng edib deməsini bilməmişdir. Teymur 2024-cü ilin may ayında Atlası əxlaqsızlıq ilə məşğul olarkən tutması barədə dedikdən sonra o, bacısının qonşularından bu barədə maraqlanmış, bu hal öz təsdiqini tapmadığı üçün o, Teymura bacısı Atlasın adına nə üçün belə bir söz çıxardığını dedikdə yeznəsi yenə də Atlası əxlaqsızlıq ilə məşğul olarkən tutduğunu demişdir. O, Teymura əgər Atlas həqiqətən əxlaqsızlıq ilə məşğul olubsa sonuncudan boşanmasını demişdir. Bu hadisədən sonra dəqiq xatırlamadığı gündə kənd icra nümayəndəsi Rüfət müəllim ona zəng edərək Teymurgilin ailəsinin dağılacağını və gəlib buna mane olmağını bildirmişdir. Həmin vaxt Teymurun böyük oğlu İlham atası və anası Atlas arasındakı dava-dalaşa görə anasını aparmaq istəmiş, lakin Teymur Rüfət müəllimə zəng edib sonuncudan onun buna mane olmağını deməsini istəmişdir. O, həmin vaxt olan dava-dalaşın səbəbini bilməmiş, ola bilsin ki bu da xəyanətlə bağlı olmuşdur. O, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə o, pensiya təyin edilməsi üçün stasionar qaydada müalicədə olmuşdur. Bu zaman atası ona zəng edib həmkəndlisi Elvinin evə girdiyini və qapını arxadan bağladığını, qapını döyməsinə baxmayaraq açmadıqlarını, 1-2 dəqiqə qışqırdıqdan sonra qapını açaraq ona bıçaqla hədə-qorxu gəldiklərini, həmin vaxt atasının qeydə aldığı səs yazını sildirdiklərini demişdir. Onların evində Elvinin xx.xx.2024-cü il tarixədək girməsindən əvvəl dava-dalaş olmamış, lakin bundan sonra anası ilə atası teztez dalaşmağa başlamışlar. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, elə vaxtlar olmuş ki atası ilə anası dalaşıb deyə çağırdıqda Namiq dayısı onlara gəlmiş və valideynlərini barışdırmışdır. Bir dəfə dava-dalaşa görə polislər də gəlmişdir. Xatırladığı qədəri ilə anası ilə atası dalaşan zaman polislər atasını çağırmış, atası da polislərə Elvinin onun evinə girdiyini və barəsində xoşagəlməz sözlər danışdığını demişdir. Bildiyinə görə bir dəfə anası Teymura zəng edərək Elvinin nə edibsə yaxşı etdiyini demişdir. Elvinlə anası arasında olan söz-söhbətə görə kənddə olan tanışları və dostları ona yaxınlıq verməmişdir. Elvinlə arasında olan sözsöhbət barədə anasından soruşduqda sonuncu elə bir şeyin olmadığını demiş, lakin o, videoya inanmışdır. Həmin videonu atası qeydə almış, orada heç nə görünməsə də, anası ilə Elvinin səsləri gəlmiş, Elvin atası ilə video çəkməməsi üstündə mübahisə etmişdir. Həmin videonu da Elvin onun telefonundan silmişdir. Video barəsində bildiklərini atası Teymur ona demişdir. O, həmin videoya baxmış, Elvin sonradan həmin videonu silmişdir. O, atası ilə anasının davalarının şahidi olmuş, dava zamanı atası anasına Elvinin onların evinə nə üçün gəldiyini demiş, anası isə “Elvin gələndə nə olur?!” demişdir. O, bunun şahidi olmuşdur. Bəzən Elvin axşam vaxtı oturmaq üçün onlara gəlmiş, atası da həmin vaxt evdə olmuşdur. Amma bəzən o, dərsdən qayıdanda Elvinin onların qapısından keçdiyini görmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 qardaşı Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs evin qapısının bağlı olduğunu görüb döymüş, lakin qapını açan olmamışdır. Qapını yenidən döydükdə Elvin açmış və Teymurun boğazına bıçaq dirəmişdir. Qardaşı Teymur onu vurmamasını xahiş etmişdir. Bundan sonra Elvin Teymuru çarpayının üzərində oturdub telefonunu göstərmiş və “bax arvadın mənə neçə dəfə zəng edib” demişdir. xx.xx.2024-cü il tarixdə isə gecə radələrində ona zəng edib Teymurun Atlası öldürdüyünü demişlər. Atlasla qardaşı Teymur dava elədikləri müddətdə o, sonuncuların evinə getməmiş, xx.xx.2024-cü il tarixdən sonra Elvinə görə Atlasla Teymurun arasında tez-tez dava olmuş və bunu qardaşı Teymur zəng edib demişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, qardaşı Teymurun ona deməsinə görə həmkəndlisi Şahid3 onun evinə girib və Atlasla birlikdə Teymuru öldürməyə cəhd etmişdir. O, bununla bağlı “102” qaynar xəttinə yığmış, sahə müvəkkili Vidadi müəllimə və Əli müəllimə məlumat vermiş, prokurorun qəbulunda da olmuşdur. Dəqiq tarixini xatırlamasa da prokurorluqda qəbula o və Xanım Ocaqverdiyeva getmişdir. Bundan əlavə polis şöbəsinə də getmişlər, şöbənin qarşısında Atlasın qardaşları Namiq və Natiqlə görüşüb söhbət etmişlər. Bildiyinə görə Teymur Atlasın əxlaqsız hərəkətlər etməsi barədə sonuncunun qardaşına dedikdə Namiq “onu öldür, mən səni qurtaracam” demişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdəki hadisədən sonra Atlas Teymurla onları, yəni bacılarını düşmən etmişdir. O, Atlasla telefon vasitəsilə danışmış və sonuncu “sizdən öyrənmişəm, yaxşı edirəm” demişdir. O, polis şöbəsinə Elvinlə bağlı şikayət üçün getmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə işdə olarkən Təqsirləndirilən şəxs ona zəng edərək bacısı Atlası Elvinlə tutduğunu demiş, lakin o, sonuncuya inanmamış və əgər tutmuşsa bacısını öldürməsini demişdir. Teymur onun oraya gəlməsini demiş, o da kəndə getmişdir. Bu zaman orada qonşuların toplanıb söhbət etdiyini görmüş, Teymur da orada olmuşdur. Bir qədər sonra Teymur evdə həyəcanlı şəkildə hərəkət edərək Elvinlə Atlası tutduğunu demişdir. O, sonuncudan buna dair sübutunun olub-olmamasını soruşmuş, əgər sübutu varsa Atlası özünün öldürəcəyini demişdir. Teymur video və şəkillərinin olduğunu demişdir. O, yeznəsindən video və şəkilləri ona göstərməsini istədikdə Teymur onların silindiyini demişdir. Bundan sonra Teymur bir dəfə də ona zəng edib Atlasın əxlaqsızlıq ilə məşğul olduğunu bildirmiş və “nə fikirləşirsizin, bacınızı aparmırsız?” demişdir. O, yeznəsinə sübutu varsa bunu edəcəyini demişdir. İfadəsinin davamı olaraq Şahid6 bildirmişdir ki, Atlasın əxlaqsızlıq ilə məşğul olması barədə sadəcə Teymur ona zəng edib demiş, bacısından Elvinlə münasibətinin olubolmamasını soruşduqda sonuncu ağlayıb and içərək Elvinlə heç bir münasibətinin olmadığını demişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 Natiq Maarif oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Atlas Ocaqverdiyevanı və Təqsirləndirilən şəxs həmkəndli kimi tanımışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs iri buynuzlu heyvanı çəpəri dağıdıb onun təsərrüfatındakı sahəyə ziyan vurmuşdur. Buna görə o, Teymurgilə səslənmiş və həmin vaxt səsinə mərhum Atlas Ocaqverdiyeva çıxmışdır. O, Atlasdan malqarasını onların sahəsinə buraxmamalarını xahiş etmişdir. Atlas ona etiraz etməmişdir. Bu zaman Təqsirləndirilən şəxs kənardan çıxaraq ona qarşı nalayiq ifadələr işlətmişdir. Teymur kənd içində söyüşlə danışan şəxs kimi tanındığından o, sonuncuya heç nə demədən evinə getmişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, onun əvvəllər Teymur və Atlasla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Əvvəllər dəfələrlə Teymurun iri buynuzlu heyvanları onun əkin sahəsinə daxil olaraq ziyan vurmuşdur. O, hər dəfə Teymur və Atlasdan heyvanlarını onun sahəsinə buraxmamalarını xahiş etmiş, sonuncular da hər dəfə buraxmayacaqlarını demişlər. Atlas Ocaqverdiyeva ilə onun arasında heç bir sevgi münasibəti olmamış, Təqsirləndirilən şəxs ona qarşı nalayiq ifadələr işlədərək heyvanların ona məxsus olmadığını demişdir. Nə Teymur, nə də ki sonuncunun bacıları onun barəsində şikayət etməmişlər. Təqsirləndirilən şəxs yalan demiş, o, xx.xx.2024-cü il tarixdə sonuncunun evində olmamışdır. O, Təqsirləndirilən şəxs nə üçün Atlasla onun sevgi münasibətində olduğunu deməsini bilməmişdir. Eşitdiyinə görə Teymur Atlasın ona xəyanət etdiyi başqa şəxslərin də adını çəkmişdir. Teymur ona Atlasın Daşkəsən şəhərində Nazilə adlı qadının evində əxlaqsızlıq ilə məşğul olduğunu da demişdir. Teymurun heyvanlarının onun əkin sahəsinə girib ziyan vurması barədə polisə şikayət etməmiş, bu barədə sadəcə kənd icra nümayəndəsinə məlumat vermişdir. Kəndin sahə müvəkkili Elxan müəllim onu yanına çağırıb kənddə Atlasla onun barəsinə söz-söhbət yayıldığını deyib bunun doğru olub-olmadığını soruşmuş, o da yalan və böhtan olduğunu demişdir. Atlasla bağlı yayılan söz-söhbətə görə polis şöbəsinə çağırılmamış, izahat da verməmiş, səhhəti ilə bağlı hazırda mobil telefon işlətməmiş, yalnız 2013-cü ilədək işlətmişdir. ***-***-**-** saylı mobil nömrə yoldaşına, ***-***-**-** saylı mobil nömrə isə atasına məxsus olmuş, qonşu kimi də nə isə lazım olan zaman Teymura zəng çatmayanda Atlasa zəng etmişdir. ***-***-**-** saylı nömrəni Teymurun oğlu İlham işlətdiyi üçün həmin nömrəyə zəng etmişdir. Teymurla Atlasın ailəsində davaları olmuş, o, dəfələrlə bunun şahidi olmuş, lakin davalarının səbəbini bilməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin Samux rayon şöbəsinin xx.xx.2024cü il tarixli, 96 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki: Təqsirləndirilən şəxs bədəni üzərində - sol almacıq nahiyəsinin yarası, sol saidin qançırı xəsarət aşkar edilmiş, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğundurlar və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - ağac parçası ilə və ya hər hansı bir küt əşya ilə yetirilməsi mümkündür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin Samux rayon şöbəsinin xx.xx.2024cü il tarixli, 02 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakılar aşkar edildi: 1) Boyunun travmatik amputasiyası, alt çənə sümüyünün sınığı, sağ said sümüklərinin yerdəyişmiş qəlpəli açıq sınıqları, sol diz qapağı və bud sümüklərinin açıq sınıqları, sağ kürək sümüyünün açıq sınığı, boyunun aşağı 1/3nin sağ yarısının, döş qəfəsinin sol ön yarısının, sağ budun aşağı 1/3-nin ön hissəsinin, sağ çiyin qurşağının, sağ sağrının yaraları, burunun sıyrığı, sol bazunun qançırı, xarici qanaxma; 2) X1 bədəni üzərində aşkar edilmiş yuxarıda göstərilmiş xəsarətlər həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən törəniblər və ekspertizaya təqdim olunan üzərində qanabənzər ləkələr olan balta ilə yetirilməsi mümkündür; İ) Boyunun travmatik amputasiyası - həyatla bir araya sığmayan xəsarət olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir. Sol bud sümüyünün açıq sınığı - dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir; İİ) Alt çənə sümüyünün açıq sınığı, sağ said sümüyünün açıq yerdəyişmiş qəlpəli sınıqları, sağ kürək sümüyünün açıq sınığı, sol diz qapağının açıq sınığı - dərəcələrinə görə ayrı-ayrılıqda sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir; İİİ) Boyunun aşağı 1/3-nin sağ yarısının, döş qəfəsinin sol ön yarısının, sağ budun aşağı 1/3-nin ön hissəsinin, sağ çiyin qurşağının, sağ sarğının yaraları- dərəcələrinə görə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər; İV) Burunun sıyrığı və sol bazunun qançırı sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir; 3) X1 ölümünə səbəb boyunun travmatik amputasiyası, xarici qanaxma olmuşdur. Ölüm müayinədən 4-5 saat əvvəl baş vermişdir. Meyitin müayinəsi xx.xx.2024-cü il tarixdə saat 06:00-da aparılmışdır; 4) X1 cinsi əlaqədə olma əlamətləri, bədəni üzərində cinsi zorakılığa xarakterik xəsarətlər və ya xəsarət izləri aşkar edilmədi; 5) X1 qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri müəyyən edilmədi; 6) X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid olan morfin aşkar edilmişdir. Metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar və zəhərləyici maddələr aşkar edilməmişdir; 7) X1 bədəni üzərində aşkar edilmiş yuxarıda göstərilmiş xəsarətlər bir neçə zərbənin təsiri nəticəsində yaranması mümkündür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin Samux rayon şöbəsinin xx.xx.2024cü il tarixli, 02 nömrəli əlavə məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər mərhuma uzanmış, ayaq üstə və digər vəziyyətlərdə yetirilməsi istisna edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-nin xx.xx.2024-cü il tarixli, 26 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır; 2) Təqdim olunmuş bir ədəd balta üzərindəki ləkələrdə insan qanı əşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan mərhum X6 məxsus ola bilər; 3) Təqdim olunmuş hadisə yerindən götürülmüş qanabənzər nümunə üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan mərhum X6 məxsus ola bilər; 4) Təqdim olunmuş mərhum X6 məxsus paltarlar (bir ədəd mayka, bir ədəd tursik, bir ədəd busqalter, bir ədəd xələt) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər; 5) Təqdim olunmuş bir ədəd yorğan üzlüyü üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan mərhum X6 məxsus ola bilər; 6) Təqdim olunmuş şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus bir ədəd cins şalvar üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A(İİ) beta olduğundan mərhum X6 məxsus ola bilər; 7) Təqdim olunmuş şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus bir ədəd uzunqol jaket, bir ədəd uzunqol köynək üzərində qan aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X17 X25 Ambulator Şöbəsinin xx.xx.2024-cü il tarixli, 452 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki: Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuş, onun hərəkətləri Azərbaycan Respublikasının CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədikdən sonra və hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri müşahidə olunmur, onun hal-hazırda müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli törətməmişdən əvvəl emosional halından asılı olaraq əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur. Həmin vəziyyətin yaranma səbəblərindən biri zərər çəkmişin ona xəyanət etmə fikirləri ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamış, (keçirməmişdir), o, yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X20 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/757/758 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilmiş bir ədəd balta kustar üsulla hazırlanmış, təsərrüfat-məişət təyinatlı alətdir və soyuq silah hesab edilmir; 2) Təqdim olunan X1 əynində olmuş xələtin üzərində olan 07 ədəd “a”, “b”, “c” zədələri, busqalterin üzərində olan 01 ədəd zədə, maykanın üzərində 01 ədəd zədə, tumanın üzərində 01 ədəd zədə və hadisə yerindən götürülmüş mələfə üzərində 08 ədəd “d”, “e”, “f” zədələri bir tərəfi kəsici, çapıcı xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilən baltanın tiyəsinin və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik kəsilmə - çapılma zədələridir. Lakin təqdim edilmiş yuxarıda qeyd olunan paltarların səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş balta tiyəsinin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş paltarların üzərində mexaniki zədə aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X20 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/756 nömrəli məhkəmə-lifli materialların tədqiqi ekspertizasının rəyindən görünür ki, 1) Tədqiqata təqdim edilmiş X6 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının və bir ədəd yorğan örtüyünün, bir ədəd baltanın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir; 2) Tədqiqata təqdim edilmiş X6 məxsus 01 ədəd xələt üzərində tapılmış göy rəngli poliest kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlir; 3) Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərində tapılmış çəhrayı rəngli poliestr kimyəvi liflər cinsi əlamətlərinə görə X6 məxsus 01 ədəd xələtin tərkib liflərinə uyğun gəlirlər; 4) Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd pulloverin üzərində tapılmış çəhrayı rəngli poliestr kimyəvi liflər cinsi əlamətlərinə görə X6 məxsus 01 ədəd xələtin tərkib liflərinə uyğun gəlirlər; 5) Tədqiqata təqdim edilmiş 01 ədəd yorğan örtüyünün üzərindən tapılmış çəhrayı rəngli poliestr kimyəvi liflər cinsi əlamətlərinə görə X6 məxsus 01 ədəd xələtin tərkib liflərinə uyğun gəlirlər; 6) Tədqiqata təqdim edilmiş X6 məxsus digər geyim əşyalarının səthi üzərində tapılmış kənar lif mikrohissəcikləri arasında, Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur; 7) Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının səthi üzərində tapılmış kənar lif mikrohissəcikləri arasında, X6 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur; 8) Tədqiqata təqdim edilmiş, 01 ədəd baltanın səthi üzərində tapılmış kənar mikrohissəcikləri arasında, X6 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:46-da Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 iyun 2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Daşkəsən rayonu, Əmirvar kəndində yerləşən fərdi yaşayış evidir. Hadisə evin üçüncü otağında baş vermişdir. Qeyd edilən otağın birinci divarının yanında olan yatağın yanında 1 şərti nömrəsi ilə nömrələnmiş qadın meyiti vardır. Qadın meyiti ağzı aşağı sol yan səthə çəp uzanmış, qolları yerə düşmüş, sol qolu meyitin altında qalmış, sağ qolu bilək ilə dirsəyi arasında xəsarət almış şəkildə dirsəkdən qatlanmış vəziyyətdədir. Meyitin hər iki ayağı yatağın altına 27 sm girmiş şəkildədir. Sağ ayağı sol ayağının üstündə durmuş, həmçinin qatlanmış vəziyyətdədir. Meyitin baş nahiyəsi otağın giriş qapısından 245 sm, ikinci və üçüncü divarın kəsişməsindən isə 347 sm məsafədədir. Meyitin baş sağ yanında üzərində qana bənzər ləkələr olan üzərində üzlük olan yorğan və adyal vardır. Meyitin baş nahiyəsindən otaqda olan odun sobası istiqamətində 215 sm və 186 sm qan bənzər ləkə axıntısı izləri vardır. Meyitin baş nahiyəsindən 225 sm uzaqlıqda olan 2 şərti nömrə ilə nömrələnmiş üzərində qana bənzər ləkələr olan 1 ədəd dəstəyinin uzunluğu 73 sm, metal tilinin uzunluğu 18 sm olan balta vardır. Həmin balta ilə otağın giriş qapısı arasında 253 sm məsafədə, giriş qapısından daxil olduqdan sonra dördüncü divarda yerləşən ikinci pəncərədən 121 sm məsafədə yerləşir. Baxış zamanı şərti nömrə ilə nömrələnmiş 1 saylı qanabənzər ləkələr kosmetik çubuq üzərindəki pambıqla, şərti nömrə ilə nömrələnmiş 2 saylı üzərində qana bənzər ləkələr olan 1 ədəd dəstəyinin uzunluğu 73 sm, metal tilinin uzunluğu 18 sm olan balta müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, X3 meyitinin bədəni üzərində müxtəlif ölçüdə və sayda xəsarətlər aşkar edilmişdir. Baxış zamanı Atlas Ocaqverdiyevanın meyitinin əynində olmuş 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan ağ rəngli büstqalter, 1 (bir) ədəd üzərində qana bənzər ləkələr qırmızı rəngli mayka, 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qadın alt geyimi, 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan çəhrayı rəngli xələt müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi hadisə vaxtı əynində olan 1 (bir) ədəd bənövşəyi rəngli jaket, 1 (bir) ədəd mavi rəngli cins materialdan şalvar və 1 (bir) ədəd bənövşəyi köynək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, xx.xx.2024-cü il tarixdə X6 balta ilə xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış zamanı hadisə yerindən üzərində qana bənzər ləkələr olan uzunluğu 223 sm olan, eni 163 sm olan ağ rəngli bənövşəyi naxışlar olan bir ədəd mələfə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcısı olan diskdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 102 Xidməti-Zəng-mərkəzindən daxil olmuş diskə baxış zamanı bir ədəd səs yazısı olduğu müəyyən olundu. Səsyazısı 58 saniyə davam edir. Səsyazısı “102 xidməti”nin əməkdaşının, “102 xidməti Ələkbərova, buyurun” ifadəsi ilə başlayır. Daha sonra zəng edən şəxs təlaşlı şəkildə “X4 balta ilə doğradım, qısqanclıq zəminində, Şahid3 ilə əlaqədə olduğundan, sonra mən bunu bağışlamışdım, vaz keçmişdim, gedib damında mal sağırmış, hamam girirmişlər, doğradım tökdüm gəlsin məni aparsınlar” deyir. Polis əməkdaşı həmin şəxsdən adını və soy adını soruşduqda zəng edən şəxs “Təqsirləndirilən şəxs” deyir və 102 xidməti zəng mərkəzinin əməkdaşı zəng edənin adını təkrarlayaraq dəqiqləşdirir və ondan arvadının adını soruşduqda zəng edən şəxs “X9, başını kəsdim” ifadəsini işlədir. 102 xidməti zəng mərkəzinin Atlasın başını harada kəsməsi barədə zəng edən şəxsdən soruşduqda həmin şəxs “Əmirvar kəndi” ifadəsini deyir. Polis əməkdaşı həmin kəndin Daşkəsən rayonu olduğunu soruşduqda, zəng edən şəxs “Hə, bura Daşkəsəndir” deyir, polis əməkdaşı arvadının öldüyünü soruşduqda zəng edən şəxs cavab olaraq “hə, başını kəsdim, əlini kəsdim” ifadəsini işlədir. Daha sonra polis əməkdaşı “oldu, qeydə alındı, göndəririk polisi” ifadəsini işlədir və danışıq tamamlanır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin DVD diskdə əks olunmuş səs yazısının ona məxsus olduğunu, “102 xidməti” Zəng Mərkəzinə onun zəng etdiyini və törətdiyi cinayət əməlini, yəni Daşkəsən rayonu, Əmirvar kəndində yaşadıqları evdə arvadı Atlas Ocaqverdiyevanın başını kəsərək öldürməsini etiraf etmək məqsədi ilə zəng etdiyini bildirmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01:48 dəqiqədə DİN “102 xidməti” zəng mərkəzinə zəng etməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş müdafiə tərəfinin təqdim etdiyi bir ədəd informasiya daşıyıcı olan diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə “YouTube” sosial şəbəkə və video paylaşma sistemindən götürülmüş 01 (bir) ədəd videogörüntü vardır. Qeyd edilən videogörüntüyə baxış zamanı zərərçəkmiş şəxs X3 qardaşı Şahid6 “Xəzər Xəbər”-ə verdiyi müsahibəsində bacısı ilə qaynı Təqsirləndirilən şəxs arasında məluma baş vermiş hadisəyə qədər bir neçə dəfə ailə daxili münaqişənin olduğunu və bir dəfə də özünün gələrək həmin söz-söhbəti yoluna qoyduğunu bildirdiyi müəyyən edildi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli təqririndən görünür ki, həmin tarixdə təxminən saat 02 radələrində Daşkəsən rayonu, Əmirvar kənd sakini X3 yaşadığı evdə öldürülməsi barədə Daşkəsən RPŞ-dən məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 01:50-də Azərbaycan Respublikası DİN-nin “102” Xidmətindən daxil olmuş məlumatda özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin yaşadığı Daşkəsən rayonu, Əmirvar kəndində arvadı X4 balta ilə qəsdən öldürməsi, başını və qollarını kəsməsi, polislərin yaxınlaşmasını istəməsi barədə məlumat verməsi göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X8 barəsində RPŞ-nin İstintaq və təhqiqat qruplarında hər hansı cinayət işi və ya təqsirləndirici material olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X8 barəsində hər hansı təqsirləndirici və ya mülki iş materiallarına məhkəmədə baxılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Daşkəsən rayonu, Əmirvar kəndində yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxs qısqanclıq zəminində arvadı X6 balta ilə çox saylı bədən xəsarətləri yetirməklə sonuncunu öldürmüş, Təqsirləndirilən şəxs və Atlas Ocaqverdiyeva arasında son dövrlərdə ailə daxili mübahisələri olmuş, Atlas Ocaqverdiyevanın əxlaqsızlıq edib-etməməsi barədə heç bir məlumat olmamış, Atlas Ocaqverdiyeva barəsində əvvəllər əxlaqsız hərəkətləri ilə bağlı şikayətlər olmamış, Təqsirləndirilən şəxs, Atlas Ocaqverdiyeva və digər ailə üzvləri yaşadıqları Daşkəsən rayonu, Əmirvar kəndinin sakinləri arasında müsbət xarakterizə olunmuş, Təqsirləndirilən şəxs hadisənin necə baş verməsi barədə hər hansı şəxs və ya şəxslərə məlumat verməmiş, Təqsirləndirilən şəxs Atlas Ocaqverdiyevanı öldürməsində hər hansı bir şəxsin iştirakçılığı, təhrikçiliyi və sifarişi müəyyən edilməmiş, hadisə gecə saatlarında fərdi yaşayış evinin daxilində olduğundan və Daşkəsən rayonu, Əmirvar kəndində yaşayış evləri bir-birindən uzaq məsafədə olduğundan heç bir hadisə şahidi olmuş şəxs və ya şəxslər müəyyən edilməmiş, X7 rayonu, Əmirvar kəndində yaşayan Şahid3 ilə sevgi münasibətləri olmamış, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında ədavət və düşmənçilik olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiyya Federasiyası Minvod Şəhər Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Rusiyya Federasiyası Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hisəsi ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 76-cı maddəsinə əsasən xx.xx.2002-ci il tarixdə 07 (yeddi) ay 08 (səkkiz) gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur; Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Daşkəsən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Daşkəsən şəhər poliklinikasında narkoloji və ruhi-əsəb kabinetdə dispanser qeydiyyatında durmur. X8 isə Daşkəsən şəhər poliklinikasında ruhi-əsəb kabinetdə (G 40.) “Epilepsiya xəstəliyi, tez-tez baş verən qıcolma tutmaları” diaqnozu ilə dispanser qeydiyyatda durur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs və X8 həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs və X8 həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RİH başçısının Əmirvar kənd İƏDÜN-nin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həmin kəndə arvadı - xx.xx.1985-ci il təvəllüdlü X8, oğlu xx.xx.2004-cü il təvəllüdlü Şahid5, digər oğlu - xx.xx.2010-cu il təvəllüdlü Şahid1 ilə birlikdə yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Son dövrlər Təqsirləndirilən şəxs arvadı Atlas Ocaqverdiyevanın əxlaqsızlıq ilə məşğul olmasından şübhələndiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış protokolu ilə götürülmüş 1 (bir) ədəd cinayətin aləti olan balta, xx.xx.2024-cü il tarixli meyitə baxış protokolu ilə götürülmüş X3 əynində olmuş 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan ağ rəngli büstqalter, 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qırmızı rəngli mayka, 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qadın alt geyimi, 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan çəhrayı rəngli xələt, xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış protokolu ilə götürülmüş 1 (bir) ədəd mələfə, xx.xx.2024-cü il tarixli protokolla götürülmüş Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd bənövşəyi rəngdə olan jaket, 1 (bir) ədəd mavi rəngli cins materialdan olan şalvar və 1 (bir) ədəd bənövşəyi köynək iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Daşkəsən rayon prokurorluğunun maddi sübut otağına saxlanca verilmiş, Daşkəsən RPŞdən daxil olmuş 1 ədəd 102 xidməti ZM-nə edilmiş zənglərin səs yazısı olan disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X13 məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə düzgün tövsif edilsə də, ona qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə olan bənd çıxarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə əvvəldən sonadək, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində arvadı Atlas Ocaqverdiyevanı hər hansı bir bəhanə ilə deyil, məhz sonuncunun ona həmkəndlisi Şahid3 ilə xəyanət etməsi səbəbindən qəsdən öldürdüyünü, xx.xx.2024-cü il tarixdə Şahid3la Atlas Ocaqverdiyevanı özünə məxsus fərdi yaşayış evində birlikdə olarkən tutduğunu, xx.xx.2024-cü il tarixdə sonuncuları birlikdə tutduqdan sonra bu hadisəni unutmamaq üçün yaşadığı evin yan divarına boya ilə “14 may” sözünü yazdığını, bu hadisədən sonra arvadının qardaşları ilə bu barədə söhbət etdiyini, hətta kənd icra nümayəndəsinə bu barədə söylədiyini, xx.xx.2024-cü il tarixdən etibarən bir neçə dəfə arvadı ilə bu barədə söhbət edərkən aralarında mübahisə yarandığını, onların mübahisəsinə görə qayınlarının dəfələrlə gələrək onları sakitləşdirdiyini, hadisə günündən bir gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə də Şahid3la Atlas Ocaqverdiyevanı özünə məxsus fərdi yaşayış evində birlikdə olarkən tutduğunu, həmin gün arvadı Atlas Ocaqverdiyeva ilə xəyanət mövzusunda söhbət edərkən sonuncunun Şahid3la bir neçə dəfə ona xəyanət etdiyini etiraf edərək həmin şəxsin ondan yaxşı kişi olduğunu dediyini, həmin vaxtı aralarında mübahisə yarandığını və arvadının onu ağacla qolundan vurduğunu, arvadının bu sözlərini özünün şəxsiyyətinə sığışdırmadığını, kənd camaatı arasında biabır olduğunu və bir kişi kimi şəxsiyyəti alçaldığı üçün qısqanclıq niyyəti ilə Atlas Ocaqverdiyevanı qəsdən öldürdüyünü, daha sonra isə “102” qaynar xəttinə zəng edib qısqanclıq zəminində arvadını öldürdüyünü etiraf etdiyini göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs oğlu Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində atasının ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Şahid3la anası Atlas Ocaqverdiyeva arasında olan söz-söhbətə görə kənddə olan tanışlarının və dostlarının ona yaxınlıq vermədiklərini, xx.xx.2024-cü il tarixədək Şahid3 onların yaşadığı evə girməsindən əvvəl valideynləri arasında dava-dalaşın olmadığını, lakin bu hadisədən sonra anası ilə atasının tez-tez dalaşdıqlarını, bir neçə də dayılarının gələrək valideynləri arasında olan məsələni həll etməyə çalışdıqlarını, xx.xx.2024-cü il tarixdə atasının Şahid3la anası Atlas Ocaqverdiyevanı birlikdə tutarkən sonuncuları videoya çəkdiyini, özünün həmin videoya baxdığını və video da anasının xəyanət etdiyinin aydın göründüyünü, sonradan həmin videonu Şahid3 telefonu onun əlindən alaraq sildiyini bildirmişdir. Həm Təqsirləndirilən şəxs, həm də Şahid1 ifadəsində göstərdiyi xüsusatları (videogörüntünün olmasından başqa qalan hissədə) zərərçəkmiş şəxsin hüquqi varisi Namiq Məsimov, sonuncunun qardaşı Şahid6 və bacısı Bəsti Nəsibova, eləcə də Təqsirləndirilən şəxs bacıları Xanım Ocaqverdiyeva ilə Şahid4 da ifadələrində təsdiq etmişlər. Eyni zamanda Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində onunla Atlas Ocaqverdiyeva arasında sevgi münasibətlərin olmasını inkar etsə də, Təqsirləndirilən şəxs nə üçün Atlas Ocaqverdiyeva ilə onun sevgi münasibətində olduğunu deməsini bilmədiyini, Təqsirləndirilən şəxs arvadının ona xəyanət etdiyi başqa şəxslərin də adını çəkdiyini, yaşadığı kəndin sahə müvəkkili Elxan müəllimin onu yanına çağırıb kənddə onunla Atlas Ocaqverdiyeva barəsinə söz-söhbət yayıldığını deyərək bunun doğru olubolmadığını soruşduğunu, özünün də bunu yalan və böhtan olduğunu dediyini göstərmişdir. O cümlədən şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə dair iş materiallarında olan fotocədvəldən aydın görünür ki, ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yan divarında sarı boya ilə “14 may” yazının olması aşkar edilir. Habelə iş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs psixi statusunun müəyyən edilməsi zamanı ekspert komissiyası tərəfindən baş vermiş hadisənin motivi ilə bağlı verilmiş suallara cavab olaraq o, “namus məsələsidir, bu səbəbdən də balta ilə vurmuşam” kimi cavab vermişdir. Hətta həmin rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuş, həmin vəziyyətin yaranma səbəblərindən biri də zərər çəkmişin ona xəyanət etmə fikirləri ola bilər və o, yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. Eləcə də iş materiallarında olan DİN-in “102” xidməti-zəng mərkəzi sistemi tərəfindən təqdim edilmiş diskdəki səs yazısından görünür ki, Təqsirləndirilən şəxs həmin xidmətə zəng edərək arvadı Atlas Ocaqverdiyevanı məhz Şahid3 ilə əlaqədə olduğundan qısqanclıq zəminində öldürdüyünü bildirmişdir. Həmçinin iş materiallarında olan əməliyyat tapşırığına cavab məktubunda da Təqsirləndirilən şəxs arvadı Atlas Ocaqverdiyevanı hər hansı bir bəhanə ilə deyil, məhz qısqanclıq zəminində qəsdən öldürdüyü qeyd olunmuşdur. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamda göstərilən kimi deyil, yəni arvadı Atlas Ocaqverdiyevanın həmkəndlisi Şahid3la ona xəyanət etməsindən əsassız şübhələnməmiş, o cümlədən yaşadığı kənd sakinləri arasında utanc hissi keçirməsini bəhanə etməmiş, həmçinin arvadının xəyanət etməsini təxəyyülündə səbəbsiz yerə formalaşdırmamış, əksinə öz subyektiv qiymətləndirilməsinə əsasən ərsəyə gələn əsaslı şübhələrə görə iddia etdiyi qısqanclıq motivinin əsasını təşkil edən, yəni arvadının qeyrietik hərəkətləri ilə bağlı, eləcə də sonuncu barəsində cəmiyyət arasında əxlaq normalarına zidd, əxlaq qaydalarına uymayan fikirlərin yayılması ilə bağlı xx.xx.2024-cü il tarixdən etibarən mütəmadi olaraq xəyanət mövzusunda Atlas Ocaqverdiyeva ilə mübahisə etmiş, hətta xx.xx.2024-cü il tarixi, yəni iddia etdiyi kimi Şahid3la arvadını ilk dəfə birlikdə tutduğu tarixi unutmamaq üçün həmin tarixini yaşadığı evin yan divarında boya ilə yazmış (bu fakt onda xəyanətlə bağlı qısqanclıq motivinin formalaşmasının əsasıdır), o cümlədən həmin tarixdən etibarən özünü alçalmış bir kişi hesab edərək və kənd sakinləri arasında nüfuzdan düşdüyünü əsas gətirərək arvadının qardaşları ilə bir neçə dəfə bu mövzuda söhbət etmiş, sonuncular bir neçə dəfə onun yaşadığı evinə gələrək arvadı ilə onun arasında xəyanət ilə bağlı olan mübahisəyə müdaxilə edərək onları sakitləşdirmiş, habelə onunla arvadı arasında xəyanət mövzusunda yaranmış mübahisəyə görə bir neçə dəfə də polis əməkdaşları onun yaşadığı evinə gələrək onlarla profilaktiki söhbət aparmışlar. Nəticə etibarı ilə ər-arvad arasında artıq bir aya yaxın xəyanət mövzusu ilə bağlı davam edən gərgin münasibətlərin fonunda hadisə günü də məlum baş vermiş hadisədən bir neçə saat əvvəl başlanmış ailə daxili münaqişə səbəbindən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında yenidən mübahisə yaranmış, həmin vaxtı Təqsirləndirilən şəxs zərərçəkən Atlas Ocaqverdiyevanın ona həmkəndlisi Şahid3la xəyanət etməsini, eləcə də arvadının Şahid3 ondan yaxşı kişi olmasını açıq şəkildə bildirməsini qəbul etməyərək və arvadının həmin sözlərini şəxsiyyətinə sığışdırmayıb özünü alçalmış şəxs hesab edərək qısqanclıq üzündən ittiham olunduğu cinayət əməlini törətmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Atlas Ocaqverdiyevanın qeyri-etik hərəkətlərinə görə sonuncu ilə mübahisə edib onu qəsdən öldürməsindən ibarət cinayətin “əsaslı səbəb olmadan”, “xuliqanlıq niyyəti ilə” törədilməsi haqqında ibtidai istintaq orqanının nəticə çıxarmasını ziddiyyətli, yəni ittihamda təsvir edilmiş faktiki hallardan irəli gəlməyən hüquqi mövqe kimi qiymətləndirir və bu zaman xüsusilə onu qeyd etməyi vacib hesab edir ki, “ittihamın təsvirindən aşkar surətdə görünən, əməlin yanlış tövsif edilməsinə gətirib çıxaran hal odur ki, ibtidai istintaq orqanı “əsaslı səbəb” və sadəcə “səbəb” anlayışlarını eyniləşdirmiş, “səbəb”in mövcud olub-olmaması barədə qənaətini ilk növbədə təqsirkar şəxsin baş verənlərə subyektiv münasibətinə görə formalaşdırmalı olduğunu nəzərindən qaçırmışdır. Ona görə məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisənin törədilməsinə dair irəli sürdüyü dəlilər şəxsi xarakterli konkret səbəb kimi qəbul edilməli, ağlabatan kimi qəbul edilməli olan subyektiv qiymətləndirmə hesab olunmalı, o cümlədən təqsirləndirilən şəxsin kriminal davranışının məhz zərərçəkmiş şəxsin hərəkətlərindən törəyən konkret səbəb kimi də dəyərləndirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 3-cü bəndində göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CMnin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Həmin Qərarın 13-cü bəndində əsasən, CM-in 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Bununla da yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X4 xüsusi amansızlıqla qəsdən öldürməsi, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9cu maddələri ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu üçün onun barəsində Cinayət Məcəlləsinin 60.1ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 24 iyun 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təyinat əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertizalar ilə əlaqədar Təqsirləndirilən şəxs 127 (bir yüz iyirmi yeddi) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Daşkəsən rayon prokurorluğunun maddi sübut otağına saxlanca verilmiş cinayətin aləti olan 1 (bir) ədəd balta məhv edilməli; X3 meyitinin əynində olmuş 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan ağ rəngli büstqalter, 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qırmızı rəngli mayka, 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qadın alt geyimi, 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan çəhrayı rəngli xələt və hadisə yerinə baxış zamanı götürülmüş 1 (bir) ədəd mələfə zərərçəkmiş şəxsin hüquqi varisi X14 qaytarılmalı, götürülmədikdə məhv edilməli; Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd bənövşəyi rəngdə olan jaket, 1 (bir) ədəd mavi rəngli cins materialdan olan şalvar və 1 (bir) ədəd bənövşəyi köynək Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə məhv edilməli; Daşkəsən RPŞ-dən daxil olmuş 1 ədəd 102 xidməti ZM-nə edilmiş zənglərin səs yazısı olan disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işin materiallarında saxlanılmaıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 24 iyun 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 127 (bir yüz iyirmi yeddi) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Daşkəsən rayon prokurorluğunun maddi sübutların saxlanması otağına saxlanca verilmiş cinayətin aləti olan 1 (bir) ədəd balta məhv edilsin. X3 meyitinin əynində olmuş 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan ağ rəngli büstqalter, 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qırmızı rəngli mayka, 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan qadın alt geyimi, 1 (bir) ədəd üzərində qana bənzər ləkələr olan çəhrayı rəngli xələt və hadisə yerinə baxış zamanı götürülmüş 1 (bir) ədəd mələfə zərərçəkmiş şəxsin hüquqi varisi X14 qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd bənövşəyi rəngdə olan jaket, 1 (bir) ədəd mavi rəngli cins materialdan olan şalvar və 1 (bir) ədəd bənövşəyi köynək Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, götürülmədikdə məhv edilsin. Daşkəsən RPŞ-dən daxil olmuş 1 ədəd 102 xidməti ZM-nə edilmiş zənglərin səs yazısı olan disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-300/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-300/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver