Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-301/2021 01.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X11, X7 və X8 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri – X9, X13 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bərdə şəhərində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə, xx xxxx 1998-ci il tarixdə Bərdə rayonu Zümürxaç kəndində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Zümürxan kəndində qeydiyyatda olmaqla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 19 aprel 2021-ci il tarixdə Bərdə rayonu Zümürxan kəndində Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2,055 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 ədəd şəffaf sellofan bükümdə və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,418 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə qanunsuz əldə edərək üzərində saxlamış, 19 aprel 2021-ci il tarixdə saat 17:50-də Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bərdə şəhəri H.Aslanov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən təmiz çəkisi 2,055 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,418 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2,055 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf sellofan bükümdə və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş təmiz çəkisi 0,418 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə satış məqsədilə qanunsuz əldə edərək saxlamış, 19 aprel 2021-ci il tarixdə saat 16 radələrində Bərdə rayonu Zümürxan kəndində atası X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək külli miqdarda, yəni təmiz çəkisi 2,055 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,418 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofan bükümdə Təqsirləndirilən şəxs1 100 (yüz) manat müqabilində satmış, 26 aprel 2021-ci il tarixdə saat 19:15 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bərdə şəhəri Bakı küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli idman şalvarının sol yan cibindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,508 qram, 1,277 qram, ümumi təmiz çəkisi 1,785 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin 2 ədəd şəffaf sellofan bükümlərdə və təmiz çəkisi 0,945 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı 1 ədəd şəffaf sellofan bükümdə və məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilən bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı 1 ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki il əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Mütəmadi olaraq narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metamfetamindən istifadə edir. Narkotik vasitələrin aludəçisi olduğundan Bakı şəhərində yerləşən narkoloji dispanserdə müalicə almışdır. Lakin müalicədən sonra yenidən narkotik vasitələrdən istifadə etmişdir. X12 əvvəllər tanımamış, həmin şəxs ilə arasında heç bir münasibət olmamışdır. 2021-ci ilin yanvar ayında o, balıq tutmaq üçün Bərdə rayonu, Zümürxan kəndində yerləşən gölün kənarına getdikdə tanımadığı kənd sakinləri onunla söhbət etmiş və Taryel adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu demişlər. O, həmin şəxslərdən Taryelin istifadəsində olan 50- 697-73-51 mobil nömrəsini öyrənərək öz istifadəsində olan ***-***-**-**, anasının istifadəsində olan ***-***-**-** mobil nömrələri, o cümlədən xatırlamadığı şəxslərin istifadələrində olan müxtəlif mobil nömrələr vasitəsilə həmin şəxsə zəng edib əlaqə saxlamışdır. Taryel ilə əlaqə saxlayarkən heroinin bir qramının 25 manata satıldığını öyrənmişdir. Əvvəlcədən aralarında baş tutan danışığa uyğun olaraq o, Taryelin Bərdə rayonu, Zümürxan kəndində yerləşən evinə getmişdir. O, Taryelin evinə çatdıqdan sonra həmin evin darvazasının arxasından Taryel ona “qızılı” rəngli kağızda 0,5 qram narkotik vasitə hesab edilən heroin vermişdir. O, bunun qarşılığında ona 15 manat pul verərək çıxıb getmiş və aldığı narkotik vasitəni elə həmin gün istifadə etmişdir. Bundan sonra o, yenidən narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metamfetamin istifadə etmək üçün Taryelə zəng edərək 100 manat müqabilində heroin və metamfetamin satmasını istəmişdir. Taryel ona yenidən yaşadığı evə gəlməsini söyləmişdir. 19 aprel 2021-ci il tarixdə saat 16:00 radələrində o, Taryelin yaşadığı Bərdə rayonu Zümürxan kəndində yerləşən evin darvazası qarşısına çataraq Taryelin mobil nömrəsinə zəng etmişdir. Bu zaman Taryel ona oğlu Əlinin heroin və metamfetamini gətirəcəyini demiş, darvazanın arxasından üzünü görmədiyi şəxs ona bir ədəd kağız paket verdikdən sonra o, 100 manat pulu həmin üzünü görmədiyi şəxsə verərək çıxıb getmişdir. Bundan sonra o, Bərdə-Tərtər magistral yoluna çıxaraq tanımadığı taksi avtomobilinə əyləşib Bərdə şəhərinə doğru yola düşmüşdür. Avtomobildə olarkən gizlicə paketin içərisinə baxmış, bu zaman bir ədəd sellofan bükümdə “kokos” kimi tanınan narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olmasından əmin olmuşdur. Daha sonra paketi əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Avtomobil dəmiryolu keçidini ötüb Bərdə şəhəri H.Aslanov küçəsinə doğru hərəkətdə olarkən sürücüdən avtomobili saxlamasını istəyərək yerə düşmüşdür. Bir neçə addım yol qət etdikdən sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, könüllü şəkildə Taryeldən aldığı narkotik vasitəni və psixotrop maddəni əynində olan gödəkçənin sağ yan cibindən çıxararaq təqdim etmişdir. Daha sonra sellofan bükümlərdəki narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metamfetamin elektron tərəzidə çəkilmiş və çəkilərinin müvafiq olaraq 2,78 qram və 0,55 qram olması müəyyən edilmişdir. O, narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün 100 manat müqabilində Bərdə rayonu Zümürxan kəndində yaşayan X5 əldə etdiyini, narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Аzərbаycаn Rеspublikаsının CM-in 228.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən, yəni ancaq CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Taryel ilə birlikdə Bərdə rayonu, Zümürxan kəndində yaşayır. Bərdə rayonu Alpoud kəndində yerləşən mal-qara bazarında və Bərdə-Tərtər magistral yolunun kənarında yerləşən avtomobil bazarında alğı-satqı ilə məşğul olaraq pul qazanmışdır. O, Təqsirləndirilən şəxs1 tanımamış, onunla arasında heç bir münasibət olmamışdır. O, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə satmamış, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələri haradan əldə etdiyini bilməmişdir. Bundan başqa o, 50-697-73-51 mobil nömrəsinin öz adına qeydə alınmasına baxmayaraq, həmin mobil nömrəni babası Vaqifə vermiş, sonradan isə özü istifadə etmişdir. O, Təqsirləndirilən şəxs1 ilə mobil telefonda danışmamış, həmin şəxsə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs1 ona atası Taryeldən heroin və metamfetamin alması müqabilində 100 manat pul verməsi, atasının 19 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadıqları evin darvazası qarşısına çağırması və atasının Təqsirləndirilən şəxs1 onun heroin və metamfetamini gətirəcəyini deməsi, həmin gün Təqsirləndirilən şəxs1 bir ədəd kağız paket verməsi ilə bağlı yalandır, sonuncuya hər hansı kağız paket verərək pul almamış, atası Taryelin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilərkən müəyyən edilən onun istifadəsində olan 50-697-73-51 mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 50-309-41-19 mobil nömrəsi arasındakı danışıqların özünə qarşı qurmacadır. O, 26 aprel 2021-ci il tarixdə özünə məxsus olan “VAZ-21010” markalı avtomobili təmir etdirmək üçün Bərdə şəhəri Bakı küçəsində yerləşən təmir sexinə getmişdir. Saat 19:00 radələrində sexdə olarkən üç nəfər mülki geyimli tanımadığı şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etdiklərini söyləyib onu Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. O da buna etiraz etməyərək polis şöbəsinə getmişdir. Polis şöbəsində ona müdafiəçi təqdim edilmiş və bundan sonra müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılacağı izah edilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ondan üzərində qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuş, o da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən ümumilikdə 6 manat pul, sağ yan cibindən isə 1 manat 20 qəpik pul, “Redmi” markalı mobil telefon, iki ədəd avtomobil açarı, bir ədəd alışqan, bir ədəd çəhrayı rəngli salfet və bir ədəd bıçaq çıxararaq masanın üzərinə qoymuş, həmin bıçağı meyvə doğramaq üçün istifadə etdiyini söyləmişdir. Daha sonra ondan əynində olan paltarların başqa ciblərinin olub-olmaması soruşulmuşdur. Bu zaman o, xəstə olduğuna görə göy rəngli cins şalvarın altından boz rəngli idman şalvarı geyindiyini və həmin idman şalvarının ciblərinin olduğunu demişdir. Polis əməkdaşları ona idman şalvarının ciblərində olan əşyaları təqdim etməyi təklif etmişlər. O, cins şalvarın kəmərini açaraq aşağı endirmiş və idman şalvarının sol yan cibindən üç ədəd sellofan büküm çıxararaq masanın üzərinə qoymuşdur. Ancaq həmin bükümlər ona məxsus olmamış, içərilərində nə olduğunu, cibinə necə və haradan düşdüyünü bilməmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılsa da, başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilərək götürülmüş üç ədəd sellofan büküm içərilərindəki kütlələr ilə birlikdə özünün və müdafiəçisinin iştirakları ilə elektron tərəzidə çəkilmişdir. Ardınca ona narkotik vasitələrdən istifadə edibetməməsi barədə sual verilmiş, o isə narkotik vasitə istifadəçisi olmadığını demişdir. Bundan sonra əynində olan boz rəngli idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüş üç ədəd sellofan büküm müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Polis əməkdaşları tərəfindən ona idarə etdiyi “VAZ-21010” markalı avtomobilə baxış keçiriləcəyi izah edilmiş, baxış zamanı avtomobildən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan başqa o, üzərindən aşkar edilmiş bükümlərin özünə məxsus olmadığını, həmin bükümlərin cibinə necə və haradan düşməsini bilmədiyini, heç kimə narkotik vasitə satmadığını, polis əməkdaşları tərəfindan ona heç bir təzyiq göstərilmədiyini, üzərindən aşkar edilmiş bıçağın ona mərhum babası Cabbardan yadigar qaldığını, bıçağı meyvə doğramaq üçün üzərində gəzdirdiyini və həmin bıçaqla heç kimə zərər yetirmədiyini bildirmişdir. Barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin X3 sahə polis nəfəri işləyir, polis baş serjantı rütbəsindədir. 19 aprel 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də həmin gün Təqsirləndirilən şəxs1 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə saat 18:00 radələrində Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Həmin gün saat 18:30 radələrində Bərdə rayon polis şöbəsinin X4 əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və X2 baş inspektor-kriminalisti, polis baş leytenantı Şahid3 iştirakları ilə Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında adlarını qeyd etdiyi polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Xanım İsayeva da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs1 isə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verilmiş və müsbət halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “gümüşü” rəngli kağız büküm çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisinə baxış keçirilən zaman aşkarlanan iki ədəd sellofan torbacıqların birindən narkotik vasitə - heroinə bənzər tünd qəhvəyi rəngli kütlə, digərindən isə psixotrop maddə - metamfetaminə bənzər ağ rəngli kütlə aşkar edilmişdir. Bundan sonra həmin bükümlər içərilərindəki kütlələr ilə birlikdə elektron tərəzidə çəkilməklə tünd qəhvəyi rəngli bükümün 2,78 qram, ağ rəngli bükümün 0,55 qram çəkiyə malik olması müəyyənləşmişdir. Ardınca əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, ancaq başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 həmin kütlələri haradan əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs1 bükümlərin içərisindəki kütlələrin “şüşə” və “kokos” olduğunu bildirərək 100 manat pul müqabilində Bərdə rayonu Zümürxan kəndində yaşayan Əli adlı şəxsdən aldığını söyləmişdir. Bunun ardınca içərisində narkotik vasitə hesab edilən heroinə və psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlələr olan bükümlər götürülüb zərfə qoyularaq üzəri möhürlənmiş və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılar ilə birlikdə protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin X3 sahə polis nəfəri işləyir, polis serjantı rütbəsindədir. 26 aprel 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də həmin gün Təqsirləndirilən şəxs2 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə saat 19:15 radələrində “VAZ-21010” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Həmin gün saat 19:35 radələrində Bərdə rayon polis şöbəsinin X2 baş inspektor-kriminalisti polis baş leytenantı Şahid3 və X4 əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakları ilə Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında adlarını qeyd etdiyi polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Zaur İsmayılov da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs2 isə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verilmiş və olduğu halda könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 6 manat pul, sağ yan cibindən 1 manat 20 qəpik pul, “Redmi” markalı mobil telefon, iki ədəd avtomobil açarı, bir ədəd alışqan, bir ədəd çəhrayı rəngli salfet və bir ədəd bıçaq çıxararaq masanın üzərinə qoymuş və bıçağı meyvə doğramaq üçün istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan paltarların başqa ciblərinin olub-olmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarın altından boz rəngli idman şalvarı geyindiyini və həmin şalvarın da ciblərinin olduğunu qeyd etmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 idman şalvarının ciblərində olan əşyaları da təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan idman şalvarının sol yan cibindən üç ədəd sellofan büküm çıxararaq masanın üzərinə qoymuş və bükümlərin özünə məxsus olmadığını, içərilərindəki kütlələrin nə olmasını və cibinə necə düşməsini bilmədiyini demişdir. Bundan sonra sellofan bükümlər elektron tərəzidə çəkilməklə ümumilikdə 3,3 qram çəkiyə malik olması müəyyənləşmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, ancaq başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edibetmədiyi soruşulduqda həmin şəxs narkotik vasitə istifadəçisi olmadığını söyləmişdir. Bunun ardınca içərisində narkotik vasitəyə bənzər kütlələr olan bükümlər və bir ədəd bıçaq götürülüb zərfə qoyularaq üzəri möhürlənmiş və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılar ilə birlikdə protokolu imzalamışdır. Təqsirləndirilən şəxs2 avtomobilində narkotik vasitə saxlaması şübhəsi olduğu üçün şəxsə idarə etdiyi “VAZ-21010” markalı avtomobilə də baxış keçiriləcəyi barədə məlumat verilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 videoçəkilişdən istifadə olunmaqla avtomobilinə baxış keçirilməsinə hər hansı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs2 heç bir etirazının olmadığını dediyi üçün şübhəli şəxsin özünün, onun, müdafiəçinin və əməliyyat müvəkkili Şahid1 iştirakları ilə avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Belə ki, avtomobilin qapısı açılaraq salondakı oturacaqlara və döşəmə hissəsinə, ardınca isə yük yerinə baxış keçirilmiş, ancaq avtomobilin qeyd olunan hissələrindən hər hansı şübhə doğuran əşya və ya predmet aşkar olunmamışdır. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslər ilə birlikdə həmin protokolu imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 az müddətdir ki, tanımış, onunla düşmənçiliyi və ədavəti olmamışdır. 19 aprel 2021-ci il tarixdə saat 16:00 radələrində Malik onun istifadəsində olan mobil telefona zəng edərək ondan şəxsi istifadəsi üçün narkotik vasitə istəmiş, o da sonuncunu yaşadığı Bərdə rayonu, Zümürxan kəndində yerləşən evinin qarşısına çağırmışdır. Malik onun yaşadığı evə çatdıqdan sonra ona təkrar zəng etmişdir. O, evinin darvazasının arxasından narkotik vasitələri Malikə vermiş və pulu da ondan almışdır. Oğlu Əli heç kimə narkotik vasitə satmamış, Malik narkotik vasitəni ondan almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 aprel 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 aprel 2021-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 aprel 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs2 26 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin 4(021)-39/2021 saylı 28.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 26 aprel 2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 aprel 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında prototokoldan görünür ki, şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 qatiq oğluna daxil olmuş məlumatla əlaqədar xərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 masaya doğru yaxınlaşıb üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükümü stolun üzərinə qoyaraq narkotik vasitə olmasını bildirmişdir. Həmin bükümün icərisinə baxış keçirilən zaman oradan iki ədəd sellofan torbacıqlarda olan narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Tünd qəhvəyi rəngli olan büküm elektron tərəzidə çəkilərək 2.78 qram olması müəyyən olunmuşdur. Həmin bükümün nə olması barədə Təqsirləndirilən şəxs1 verilən suala O, kakosdur deyərək cavab vermişdir. Digər selofan torbacıqda olan ağ rəngli kütlə elektron tərəzidə çəkilərək 0.55 qram olması müəyyən edilmişdir. Həmin torbacıqda olan kütlənin nə olması barədə verilən suala isə Təqsirləndirilən şəxs1 “şuşədir” deyərək cavab vermişdir. Həmin bükümlər birlikdə elektron tərəzidə çəkilərək ümumi çəkilsinin 3.32 qram olması müəyyən olunmuşdur. Ardınca şübhəli şəxsin üstü Bərdə rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən yoxlanılmışdır. Lakin onun üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirdi kı, o, həmin narkotik vasitəni Bərdə rayon Zümürxan kənd sakini Əli adlı şəxsdən 19.04.2021-ci il tarixdə 100 manat müqabilində aldığını bildirmişdir. Həmçinin əvvəllərdə həmin şəxsdən iki dəfə narkotik vasitə almasını bildirmişdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl Bölməsinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 aprel 2021-ci il tаriхli 16/362 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,055 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Həmin kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,418 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 27 aprel 2021-ci il tаriхli 16/383 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 3 ədəd sellofan bükülüyə bükülmüş kütlə” sözləri və imzalar olan zərfdəki 2 (iki) ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,508 qram, 1,277 qram, ümumi təmiz çəkisi 1,785 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, xarici əlamətlərinə və tərkiblərinə görə eyni deyildirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Həmin zərfdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,945 qram olan maddə (bitki tərkibli kütlə) narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranıdır. Tədqiqata təqdim edilmiş heroinlərin və həşiş qətranının hazırlanma mənbələri və tərkibləri müxtəlif olduğu üçün eynilik tədqiqatı aparılmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl Bölməsinin məhkəmə-ballistik ekspertizasının 27 may 2021-ci il tarixli 16/435 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 29 iyun 2021-ci il tarixli 760 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir. Nаrkоmаniya xəstəliyindən əzаb çəkmir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 03 avqust 2021-ci il tarixli 910 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 19 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Bərdə rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindəki bir ədəd “gümüşü” rəngli kağız bükümün içərisində olan iki ədəd sellofan bükümlərdə saxladığı narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metamfetamini təqdim etmiş, həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 26 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Bərdə rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki bir ədəd bıçağı və boz rəngli idman şalvarının sol yan cibindəki üç ədəd sellofan bükümdə saxladığı narkotik vasitə hesab edilən heroini və həşiş qətranını təqdim etmiş, həmin bıçaq və bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 02 avqust 2021-ci il tarixli cavabından görünür ki, Bərdə şəhəri, Füzuli küçəsi məhəllə 5 ev 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə satmış Bərdə rayonu Zümürxan kənd sakini X10 olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 əvvəllər nаrkоtik vаsitə və yа оnun prеkursоrlаrının satışı ilə məşğul olmadığı əməliyyat yolu ilə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 Bərdə rayonu, Zümürxan kəndində yerləşən gölün kənarında söhbət zamanı Taryel Aslanovun narkotik vasitələrin satışı ilə məşğul olmasını deyən kənd sakinlərinin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində keçirilən əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, həmin şəxslərin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa Taryel Aslanovun 2021-ci ilin əvvəllərində oğlu Təqsirləndirilən şəxs2 vasitəsilə Təqsirləndirilən şəxs1 narkotik vasitə satdığı müəyyən olunmuş, ancaq bu barədə məlumatlı olan şəxslərin dairəsini müəyyən etmək istiqamətində müsbət nəticə əldə edilməmişdir. Taryel Aslanovun və oğlu Təqsirləndirilən şəxs2 satışı ilə məşğul olduqları nаrkоtik vаsitə və yа оnun prekursоrlаrını əldə etdikləri mənbənin əməliyyat yolu ilə müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bıçaq ona mərhum babası Cabbar Aslanovdan yadigar qalmış, həmin bıçaqdan əvvəllər hər hansı cinayət əməlinin törədilməsində istifadə olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 26 iyul 2021-ci il tarixli 4340 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə şəhəri ünvan 2 ünvanda yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 10 iyun 2007-ci il və 25 iyul 2008-ci il təvəllüdlü olmaqla iki azyaşlı uşaq vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 17 iyun 2021-ci il tarixli 273 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu Zümürxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 26 iyul 2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 07 iyun 2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünr ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılarkən götürülmüş təmiz çəkisi 1,855 qram olan heroin və təmiz çəkisi 0,358 qram olan metamfetamin, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılarkən götürülmüş ümumi təmiz çəkisi 1,385 qram olan heroin, təmiz çəkisi 0,745 qram olan həşiş qətranı və 01 ədəd bıçaq, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk 05 avqust 2021-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində Təqsirləndirilən şəxs1 tanımadığını, həmin şəxs ilə arasında heç bir münasibətin olmadığını, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə satmadığını, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələri haradan əldə etməsini bilmədiyini, Təqsirləndirilən şəxs1 ilə mobil telefonda danışmadığını, Təqsirləndirilən şəxs1 ona atası Taryeldən heroin və metamfetamin alması müqabilində 100 manat pul verməsi, atasının 19 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadıqları evin darvazası qarşısına çağırması və atasının Təqsirləndirilən şəxs1 onun heroin və metamfetamini gətirəcəyini deməsi, həmin gün Təqsirləndirilən şəxs1 bir ədəd kağız paket verməsi ilə bağlı yalan danışdığını, sonuncuya hər hansı kağız paket verərək pul almadığını, atası Taryelin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, bundan başqa 26 aprel 2021-ci il tarixdə üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş bükümlərin özünə məxsus olmadığını, həmin bükümlərin cibinə necə və haradan düşməsini bilmədiyini, heç kimə narkotik vasitə satmadığı, Təqsirləndirilən şəxs1 isə narkotik vasitəni X5 alması ilə bağlı ifadələrinə tənqidi yanaşaraq ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi, ifadənin yerində yoxlanması və şahid ifadələri, telefon danışıqlarına dair məlumatlar, ilkin araşdırma materialları və iş üzrə toplanmış digər mötəbər dəlillərlə tam sübutlarla təkzib edildiyindən, həmin ifadələr inandırıcı hesab etməyib, təqsirləndirilən şəxslərin həmin ifadələrini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə şahid X6 Təqsirləndirilən şəxs1 narkotik vasitəni özünün satması, oğlu Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik satmaması ilə bağlı ifadəsinə də tənqidi yanaşaraq, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsi (birinci dəfə narkotik vasitəni Tayel Aslanovdan, ikinci dəfə isə Taryel Aslanova zəng etsə də lakin o, evdə olmadığını deyib narkotik vasitəni oğlu Təqsirləndirilən şəxs2 götürməsini bildirdiyi barədə) Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi protokolu və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla ilə təkzib edildiyindən və Təqsirləndirilən şəxs2 onun doğma oğlu olduğundan sonuncunun ifadəsini müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut kimi qəbul etmir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 оğlu Аzərbаycаn Rеspublikаsının CM-in 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikasının CM-in 228.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 əməlində isə Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır və həmin cinayətin törədilməsində onlar təqsirlidirlər. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağın olması Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən, ailəyə yeganə qazanc gətirən olması, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə onların törətdikləri cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onların təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı hökm çıxarılan gündən, yəni 01 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 19 aprel 2021-ci il tarixdə qismində tutulmuş, 21 aprel 2021-ci il tarixdə isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə azad edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 19 aprel 2021-ci il tarixdən 21 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi nəzərdə tutulduğundan, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 26 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinin tələbləri qaydasında cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə Bərdə rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılarkən götürülmüş təmiz çəkisi 1,855 qram olan heroin və təmiz çəkisi 0,358 qram olan metamfetamin, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılarkən götürülmüş ümumi təmiz çəkisi 1,385 qram olan heroin, təmiz çəkisi 0,745 qram olan həşiş qətranı və 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməldir. Narkotik vasitənin məhv edilməsi Bərdə rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. 02 ədəd “DVD” disk isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəflərinə aid olan 122,70 (bir yüz iyirmi iki manat yetmiş qəpik) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada, Təqsirləndirilən şəxs1 61 (altmış bir) manat 35 (otuz beş) qəpik və Təqsirləndirilən şəxs2 61 (altmış bir) manat 35 (otuz beş) qəpik tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 19 aprel 2021-ci il tarixdən 21 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu 26 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınıb Bərdə rayon polis şöbəsində saxlanılan təmiz çəkisi 1,385 qram olan heroin, təmiz çəkisi 0,745 qram olan həşiş qətranı və 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Bərdə rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. 02 ədəd “DVD” disk isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 122,70 (bir yüz iyirmi iki manat yetmiş qəpik) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada, Təqsirləndirilən şəxs1 61 (altmış bir) manat 35 (otuz beş) qəpik və Təqsirləndirilən şəxs2 61 (altmış bir) manat 35 (otuz beş) qəpik tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu, təqsirləndirilən şəxslər isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-301/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-301/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver