Məhkəmə qərarları › İş №1(100)-301/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-301/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-301/2024 01.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X2 və Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1990-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2rda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: «Paranoid şizofreniya» psixi xəstəliyi nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməməklə və onu idarə edə bilməməklə anlaqsız vəziyyətdə olmuş Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və hadisə anında həmin xroniki ruhi xəstəlikdən əziyyət çəkməklə 4 yaşında uşaq olduğu vaxtlarda hazırda kirvəlik münasibətində olduğu Zərərçəkmiş şəxs2 və onun digər ailə üzvlərinin onu təhqir etməsini xəyalına gətirərək onlardan qisas alıb öldürmək məqsədilə 24 fevral 2023-cü il tarixdə, saat 01 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayanların mənzil toxunulmazlığını pozaraq Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə gizli surətdə mənzilə daxil olaraq fərdi yaşayış evinin yataq otağında yatmış və köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə özü ilə gətirdiyi soyuq silah hesab edilməyən kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı ilə bir neçə dəfə qəsdən zərbələr vuraraq ona alın nahiyəsinin mərkəzində tüklü-tüksüz hissə sərhədində 2,0x0,2sm ölçüdə, 1 (bir) ədəd kəsilmiş yara, sol çənə oynağı nahiyəsində 2,5x0,2 sm ölçüdə, 1 (bir) ədəd kəsilmiş yara, sol bazunun yuxarı üçdə birinin ön-bayır səthində 2,2x0,2 sm və 2,0x0,2 sm ölçülərdə 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 4 ədəd) ilə nəticələnən hər biri ayrı-ayrılıqda sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirdikdən sonra sonuncunun yanında çarpayıda yatmış və köməksiz vəziyyətdə olan azyaşlı, xx.xx.2014-cü il təvəllüdlü nəvəsi Zərərçəkmiş şəxs3 özünü müdafiə etmək imkanında olmamasından istifadə edərək onu yaxın qohumunun, yəni nənəsinin gözləri qarşısında xüsusi amansızlıqla öldürmək məqsədilə bıçaqla qəsdən bir neçə dəfə zərbələr vuraraq ona alın nahiyəsinin sağ yarısının tüklü-tüksüz hissə sərhədində 2,0x0,2 sm ölçüdə 1 (bir) ədəd kəsilmiş yara, sol qaşın bayır qurtaracağında 2,2x0,2 sm ölçüdə 1 (bir) ədəd kəsilmiş yara, boyunun sol yan səthində 2,0x0,2 sm ölçüdə cəmi 1 (bir) ədəd kəsilmiş yara, sol bazu nahiyəsinin yuxarı üçdə birinin bayır səthində 1,0x0,2 sm, 0,9x0,2 sm və 0,8x0,2 sm ölçülərdə, cəmi 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 6 ədəd) ilə nəticələnən hər biri ayrı-ayrılıqda sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, bu zaman həmin otaqda yatmış Zərərçəkmiş şəxs1 qışqırtı səsinə oyanaraq Təqsirləndirilən şəxs müqavimət göstərmək istəmiş, lakin sonuncu Zərərçəkmiş şəxs1 da bıçaqla qəsdən vuraraq ona döş qəfəsinin sol yan səthinin iki ədəd daxilə keçən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirmiş, həmin vaxt səs-küyə gələn evin digər sakinləri Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs əlindən bıçağı alaraq onu həyətə çıxarmaları, eləcə də zərərçəkmiş şəxslərin vaxtında Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq onlara göstərilən ixtisaslı tibbi yardım nəticəsində həyatda qalmaları səbəbindən Təqsirləndirilən şəxs cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, nəticədə Təqsirləndirilən şəxs hadisə zamanı düçar olduğu xroniki ruhi xəstəlikdən əziyyət çəkərək psixotik vəziyyətdə olmaqla törətdiyi cinayət əməli zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmamış, anlaqsız vəziyyətdə olmaqla mənzil toxunulmazlığını pozaraq xüsusi amansızlıqla köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 157.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsinə dair iş üzrə hərtərəfli, tam və obyektiv məhkəmə araşdırması aparılmış və ibtidai istintaq orqanının gəldiyi nəticə, yəni Təqsirləndirilən şəxs psixi pozuntular nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, yəni anlaqsız vəziyyətdə mənzil toxunulmazlığını pozaraq xüsusi amansızlıqla köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etməsi məhkəmə baxışında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs baş vermiş hadisənin mahiyyəti üzrə ifadə vermək təklif olunsa da, o, hadisəni xatırlamadığını, ibtidai istinaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsindən görünür ki, onun Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. Onların ailələri arasında yaxın münasibət vardır və onlar ailəvi dostdurlar. O, Natiqin böyük oğlu Rahibin uşağının kirvəsidir. Onun Natiq və ailəsi ilə əvvəllər heç bir problemi olmamışdır. O, təxminən üç-dörd ildir ki, psixioloji problemləri olduğu üçün müxtəlif vaxtlarda müalicə almışdır. O, hər dəfə başına gələn hadisənin səbəbini tapmağa çalışmışdır. O, hər dəfə müxtəlif şəxslərin baş vermiş hadisəyə görə günahkar olduğunu düşünmüşdür. Lakin hər dəfə fikrindən yayınmışdır. O, 23 fevral 2023cü il tarixdə saat təxminən 22-23 radələrində yaşadığı evdə fikirləşməyə başlamışdır. O, uşaqlığınadək olan vaxt ərzində ona qarşı edilmiş hərəkətləri fikirləşmişdir. O, 4 yaşında olanda Natiq, arvadı Sevda, oğlu Elvin və Rahibin evində olan zaman evin zirzəmisində onun üzünə tüpürdüklərini xatırlamışdır. O, həmin vaxt Sevdanın ona “siz küçüksünüz nə vaxtsa gözün açılanda biləcəksən mən kiməm” dediyini xatırlamışdır. O, bundan sonra onun psixologiyasında olan problemlərin hamısının səbəbinin həmin hadisə olduğunu düşünmüşdür. O, bu səbəbdən Natiq və ailəsindən qisas almaq, sonuncuları cəzalandırmaq qərarına gəlmişdir. O, bundan sonra dəqiq xatırlamadığı vaxtda Rusiya Federasiyasından gətirdiyi və yaşadığı evdə saxladığı bıçağı özü ilə götürmüşdür. 24 fevral 2023-cü il tarixdə saat 01 radələrində yaşadığı evdən çıxaraq Natiqgilin yaşadığı evə getmişdir. Onun məqsədi Natiq və Rahibi öldürüb sonunculardan qisas almaq olmuşdur. Natiqgil onlardan bir küçə aralı məsafədə qaldıqları üçün o, yaşadığı evdə əyninə qara rəngli jaket, qara rəngli qısaqol gödəkçə geyinib, başına isə papaq qoyaraq Natiqgilin evinə doğru getmişdir. Natiqgilin həyətlərinə bitişik olan boş həyətə girmişdir. Oradan isə hasarın üzərindən Natiqgilin evinin həyətinə daxil olmuşdur. Evin həyətinə girdikdən sonra oradan evin giriş qapısına getmişdir. Evin giriş qapısı açıq vəziyyətdə olmuşdur. O, həmin qapıdan içəri girdikdən sonra sol tərəfdə olan yataq otağının qapısını açmışdır. O, otağa daxil olan kimi yatağa yaxınlaşmışdır. Cibində olan bıçağı çıxarıb həmin bıçaq əlində yatağa yaxınlaşmışdır. Həmin yataqda Sevda və yanında balaca uşaq olduğunu görmüşdür. O, həmin uşağın Rahibin uşağı olduğunu düşünmüşdür. Həmin uşağın başı ona Rahibin sifətini xatırlatmışdır. Həmin uşaq ona Rahibin balacalığını, uşaqlığını xatırlatdığı üçün uşağı da bıçaqla vurmaq qərarına gəlmişdir. O, əlində olan bıçaqla ilk olaraq Sevdanı baş nahiyəsindən bir-iki dəfə bıçaqla vurmuşdur. Daha sonra isə Rahibin uşağını bıçaqla baş nahiyəsindən təxminən iki-üç dəfə vurmuşdur. Həmin vaxt Natiq arxadan ona yaxınlaşaraq onun qolundan tutmuşdur. O, Natiqi bıçaqla baş nahiyəsindən bir dəfə vurmaq istəmişdir. Natiq başını çəkdikdən sonra bıçaqla sonuncunu sol qarın nahiyəsindən bir, ya iki dəfə vurmuşdur. Natiq onun üzünü gördükdə onu tanıyaraq “Fuad, nə edirsən?” demişdir. Həmin vaxt Natiqgil ondan elə bil həmin hərəkəti gözləyirmişlər. O, Natiqi bıçaqla qarın nahiyəsindən vuran zaman Natiq əlindən tutmuşdur. Həmin vaxt səs-küyə Elvin və Rahibin gəldiklərini görmüşdür. Elvin və Rahib bıçağı onun əlindən almağa çalışan zaman bıçağı Elvinə vermişdir. Elvin və Rahib bıçağı onun əlindən almağa çalışan zaman bıçaq onun sağ əlinin barmağını kəsmişdir. Elvin və Rahib onu evdən çölə çıxarmışlar. O, həmin yerdən yaşadığı evə gəlmişdir. O, evə gəldikdən sonra qardaşı Xudat onun üzərinin qan olduğunu görmüşdür. Xudat artıq onun Natiqgili bıçaqla vurduğunu bilmişdir. Xudat ona əlini-qolunu bağlamaq istədiyini dedikdə o, Xudata heç nə deməmişdir. Xudat onun əlini-qolunu bağlamışdır. Daha sonra isə o, paltarlarını dəyişmişdir. Təxminən iki-üç saat keçdikdən sonra polis əməkdaşlarının onu axtardığını bildikləri üçün qardaşı Xudat və atası Elçin onu Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs bundan başqa ifadəsində onu da göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 baş nahiyəsindən bir-iki dəfə, Zərərçəkmiş şəxs3 baş nahiyəsindən üç dəfə və Zərərçəkmiş şəxs1 bədən nahiyəsindən iki dəfə bıçaqla vuraraq xəsarət yetirmişdir. O, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 sağlamlığına xəsarət yetirmək üçün istifadə etdiyi bıçağı Rusiya Federasiyasından gətirmişdir. Həmin bıçaq tünd qəhvəyi rəngli dəstəyi olan bıçaqdır. Həmin bıçaq təxminən bir ildən artıq olar ki, onda olmuşdur. Hadisə Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin yaşadığı evdə baş vermişdir. Hadisə təxminən 6-7 dəqiqə davam etmişdir. Həmin yerdə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Rahib və Elvin olmuşdur. Onun psixoloji problemlərinin, həyatında baş verən problemlərin səbəbkarları Natiq və ailə üzvləri olmuşdur. O, dörd yaşında olan zaman Sevda, Natiq, oğlu Elvin və Rahib evlərində anbarda onun üzünə tüpürmüş və həmin vaxtdan onun həyatı bağlanmışdır. O, 23 fevral 2023-cü il tarixdə fikirləşərək bunu öyrənmişdir. O, Natiq və ailəsini cəzalandırmaq, ona qarşı etdiklərinə görə sonuncuları cəzalandırmaq məqsədilə bıçaqla vuraraq sağlamlıqlarına xəsarət yetirmişdir. O, Sevdanın yanında olan uşağı Rahib olduğunu düşündüyünə görə qisas almaq üçün iki-üç dəfə uşağın baş nahiyəsinə bıçaqla vurmuşdur. Hadisə zamanı onun sağlamlığına hər hansı şəxs tərəfindən xəsarət yetirilməmişdir. Elvin və Rahib bıçağı onun əlindən almağa çalışan zaman əlində olan bıçaq sağ əlinin barmağını kəsmişdir (iş vərəqə: cild 1, səh. 57-59, 74- 76). Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qohumluq, kirvəlik münasibətləri var. Onun Təqsirləndirilən şəxsla hər hansı ədavəti və düşməçəliyi olmamışdır. Hadisə günü o, evdə olmuş, həmin vaxt Təqsirləndirilən şəxs onların evinə girmişdir. Evin yataq otağında o, arvadı Zərərçəkmiş şəxs2, nəvəsi Zərərçəkmiş şəxs3 olmuşlar. O, yataq otağından səs eşitmişdir. Həmin vaxt otaqda Təqsirləndirilən şəxs görmüşdür. O, Fuadı çağırmış və görmüşdür ki, Fuad özündə deyildir. Fuada demişdir ki, “burda nə gəzirsən?”. Fuad bıçaqla ona xəsarət yetirmişdi. Sonra görmüşdür ki, arvadının, onun və nəvəsinin üstündə qan vardır. Daha sonra onlar həkimə getmişlər. Təqsirləndirilən şəxs isə polisə təhvil verilmişdir. Həmçinin bildirir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, psixi xəstəliyi var. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və sonuncunun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə etiraz etmir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı daha ətraflı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onun Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Onların Təqsirləndirilən şəxs ailə üzviləri ilə ailəvi dostluqları vardır. Həmçinin Təqsirləndirilən şəxs onun böyük oğlu Rahibin uşağının kirvəsidir. Fuad sonuncu dəfə təxminən hadisə baş verəndən bir ay əvvəl onların evinə gəlmişdir. Fuad psixoloji problemləri olduğu üçün təxminən 2-3 ay əvvəl Gəncə şəhərində ruhi-əsəb dispanserində müalicə almışdır. 23 fevral 2023-cü il tarixdə saat təxminən 23 radələrində ailə üzvləri öz otaqlarına keçərək yatmağa hazırlaşmışlar. O, arvadı Zərərçəkmiş şəxs2 və nəvəsi Zərərçəkmiş şəxs3 ilə birlikdə bir otaqda yatmışlar. Arvadı Sevda və nəvəsi Xədicə qonaq otağına daxil olduqda solda yerləşən yataq otağında onunla birlikdə qalmışlar. Sevda və Xədicə yataq otağına daxil olduqda solda yerləşən yataqda yatmışlar. O isə otağa daxil olduqda sağda olan yataqda yatır. O, 23 fevral 2023-cü il tarixdə saat 23 radələrində təxminən bir saat telefonla oynayaraq videolara baxıb vaxt keçirmişdir. O, 24 fevral 2023-cü il tarixdə saat 01 radələrində yataqda olarkən otağın qapısının açılaraq içəri bir nəfər şəxsin girdiyini görmüşdür. O, ilkin olaraq həmin şəxsin oğlu Elvin olduğunu, qızı Xədicəni aparmaq üçün gəldiyini düşünmüşdür. Həmin şəxs arvadı Sevda və nəvəsi Xədicənin yatağına yaxınlaşmışdır. O, həmin vaxt anidən nəsə ağrı çəkəndə adamın çıxardığı kimi səs çıxdığını eşitmişdir. O, həmin vaxt təccüblənərək telefonun işığını yandırıb baxan zaman həmin şəxsin yatağın üzərinə çıxdığını görmüşdür. O, həmin vaxt təəccüblənərək telefonun işığını yandırıb baxan zaman həmin şəxsin əynində qara rəngli gödəkçə və başında papaq olduğunu görmüşdür. Həmin şəxs nəsə etdikdə Xədicənin qışqırtı səsi gəlmişdir. Həmin şəxs əlində olan bıçaqla Xədicəni vurmaq istədikdə o, cəld yatağından durub həmin şəxsə çataraq əlindən tutub Xədicəni vurmağının qarşısını almışdır. Həmin vaxt həmin şəxs əlində olan bıçaqla onu baş nahiyəsindən vurmaq istəmişdir. O, həmin şəxsin zərbəsindən yayınmışdır. Həmçinin həmin şəxsin üzünü görməyə çalışmışdır. O, həmin şəxsi çevirib üzünə baxmaq istədikdə Fuad olduğunu görmüşdür. O, Fuada “sən nə edirsən?” dedikdə Fuad bıçaqla onun sol yan tərəfindən bir dəfə vurmuşdur. O, Fuadın onu növbəti dəfə vurmağının qarşısını almaq üçün Fuadın əlindən tutub bıçağı bədənində saxlamışdır. Həmin vaxt oğlanları Rahib və Elvin səs-küyə otağa daxil olmuşlar. O, Rahib və Elvinə qışqıraraq “əlində bıçaq var, bıçağı alın” demişdir. Rahib və Elvin birlikdə Fuadın əlini-qolunu tutub bıçağı zorla sonuncunun əlindən almışlar. Həmin vaxt bıçaq yataq otağına düşmüşdür. Bundan sonra Rahib və Elvin Fuadı evdən çıxardıqdan sonra geri qayıtdıqda onların bədənlərində olan qanları görmüşlər. Rahib və Elvin bundan sonra Fuadın onları bıçaqladığını bilmişlər. Bundan sonra oğlanları Rahib və Fuad özlərinə məxsus olan avtomobillə onu, arvadı Sevda və nəvəsi Xədicəni xəstəxanaya gətirmişlər (iş vərəqə: cild 1, səh. 127-130). Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə qohum kimi, yəni kirvəlik münasibətləri ilə bağlı yaxşı münasibətləri olmuşdur. Baş vermiş hadisə günü o, yatırmış. Səs-küyə ayılmışdır. Həmin vaxt otaqda əri Zərərçəkmiş şəxs1, nəvəsi Zərərçəkmiş şəxs3 və özü olmuşdur. O, eşitmişdir ki, əri Zərərçəkmiş şəxs1 deyir ki, “ay Fuad, özünə gəl”. O, Təqsirləndirilən şəxs psixi xəstəliyinin olmasını bilmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs bıçaqla onları vurmuşdur. O, üzərində qan olduğunu görmüşdür. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə etiraz etmir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun hal-hazırda doqquz yaşı var. Baş vermiş hadisədən sonra, yəni Təqsirləndirilən şəxs elədiklərindən sonra bədənində ağrılar hiss etmişdir. Onu xəstəxanaya aparmışlar, həkimlər ona tibbi yardım göstərmişlər. Həmin vaxt bədənində kəsiklər olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı daha ətraflı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (iş vərəqə: cild 2, səh.64-66). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasıdır. Hadisə zamanı o, evdə olmuşdur. Həmin vaxt yataq otağından səs gəlmişdir. O, həmin səsə çıxmış və görmüşdür ki, Təqsirləndirilən şəxs oradadır. O, həmişədən Təqsirləndirilən şəxs psixi xəstəliyinin olduğunu bilmişdir. Baş vermiş hadisə zamanı yataq otağında anası, atası və qardaşının qızı Zərərçəkmiş şəxs3 olmuşlar. Onlar otağın işığını yandıranda Təqsirləndirilən şəxs orada olduğunu görmüşlər. Təqsirləndirilən şəxs bıçaqla anası Zərərçəkmiş şəxs2, atası Zərərçəkmiş şəxs1 və qardaşının qızı Zərərçəkmiş şəxs3 vurmuşdur. Şahid1 ibtidai istintaq zamanı daha ətraflı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 23 fevral 2023-cü il tarixdə saat 21 radələrindən etibarən o, ailə üzviləri ilə birlikdə yaşadığı ünvan 3 ünvanında olmuşdur. Həmin evdə atası Natiq, anası Sevda və qardaşı qızı Xədicə qonaq otağına girdikdə girişdən solda yerləşən yataq otağında birlikdə yatırlar. Qardaşı Elvin və arvadı həmin evdə digər yataq otağında qalırlar. Həmin axşam saat 22-23 radələrində ailə üzvlərinin hamısı öz otaqlarına yatmaq üçün getmişlər. O, 23 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixə keçən gecə saatı dəqiq bilmədiyi vaxtda anidən qonaq otağından səs gəldiyini eşitmişdir. O, dərhal yataq otağından çıxaraq atası Natiqgilin qaldığı yataq otağına getmişdir. O, həmin otağa daxil olduqda otağın işığının sönülü olduğunu görmüşdür. Həmçinin həmin vaxt atası Natiqlə Fuadın bir-birinin bədənlərinin müxtəlif hissələrindən tutub dartışdıqlarını görmüşdür. O, Fuadın arxa tərəfdən ortasına girərək bədənini qucaqlayıb kənara çəkdikdə qardaşı Elvin otağa daxil olmuşdur. Həmin vaxt ara qarışıq olduğu üçün hansısa formada işığın yandığını görmüşdür. Elvin Fuadı qucaqlayıb çəkən zaman Fuadın əlində bıçaq olduğunu görmüşdür. O, Elvinə qışqıraraq Fuadın əlində bıçaq olduğunu, ehtiyatlı olmasını demişdir. Həmin vaxt Elvin ona köməklik edib Fuadın qabaq tərəfdən üzbəüz bədən nahiyəsinə girib qucaqlayıb silkələyərək otaqdan çıxarmağa çalışmışdır. Həmin vaxt anidən taqqıltı səsi eşitmişdir. O, Fuadın əlində olan bıçağın düşdüyünü başa düşmüşdür. Elvin Fuadı ortasından tutub dartaraq evdən çölə çıxarmışdır. O da Elvinə köməklik edərək evdən həyətədək Fuadı çıxarmasına köməklik etmişdir. O, Elvin və Fuadı həyətdə qoyub atası Natiqgilin yanına qayıtmışdır. Onlar əvvəldən Fuadı tanıdığı üçün souncunun psixoloji problemləri olduğunu bilmişdir. O, atası Natiqgilin yatdığı otağa geri qayıtdıqda atası Natiqin və anası Sevdanın bədənlərinin müxtəlif hissələrinin qan içində olduğunu görmüşdür. Elvin dərhal atası Natiqi və anası Sevdanı özünə məxsus avtomobil ilə Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışdır. O, Fuadın təkrar geri qayıdıb uşaqlara nəsə etməsindən narahat olaraq evdə qalmışdır. Elvin getdikdən sonra isə uşaqlarla maraqlanan zaman atasıgillə bir otaqda qalan Elvinin qızı Xədicə qorxub qaçıb digər otaqda gizləndiyi üçün sonuncu ilə maraqlandıqda Xədicənin baş nahiyəsində və bədəninin müxtəlif hissələrində xəsarət olduğunu görmüşdür. Onlar əvvəlcədən təcili tibbi yardım çağırdıqları üçün həmin təcili tibbi yardım ilə o, Xədicəni xəstəxanaya aparmışdır. Onlar xəstəxanada olan zaman X5 də xəsarət yetirdiyini bilmişdir (iş vərəqə: cild 1, səh. 161-164). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 onun qızıdır, Zərərçəkmiş şəxs1 onun atası, Zərərçəkmiş şəxs2 isə anasıdır. Hadisə günü onlar yaşadıqları evdə olmuşlar. Həmin vaxt onlar yatırmışlar. Bu vaxt səs-küy gəlmiş və o, dərhal yataq otağına getmişdir. Yataq otağında anası, atası, qardaşı və qızı ilə birgə Təqsirləndirilən şəxs da olduğunu görmüşdür. Atasının, anasının və qızının üzərinin qan olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əlində bıçaq var idi. O, əvvəlcə elə bilmişdir ki, Təqsirləndirilən şəxs bıçaqla təkcə onun atasını vurmuşdur, lakin sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs bıçaqla həm də onun anasını və qızını vurmuşdur. Şahid2 ibtidai istintaq zamanı daha ətraflı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsindən görünür ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (iş vərəqə: cild 1, səh. 157-160). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 24 fevral 2023-cü il tarixli “hadisə yerinə baxış barədə protokol”dan görünür ki, hadisənin baş verdiyi ünvan 3 ünvanında yerləşən mənzil Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən hadisə baş verən yataq otağındakı yatağın ətrafında olan 1 ədəd üzərində qanabənzər ləkələr olan tünd qəhvəyi rəngli dəstəyi olan bıçaq götürülərək müvafiq qaydada qablaşdırılmışdır (iş vərəqə: cild İ, səh. 8-15). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 fevral 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi halları təsdiq edərək əyani şəkildə göstərmişdir (iş vərəqə: cild İ, səh. 90-97). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 fevral 2023-cü il tarixli “baxış keçirilməsi barədə protokol”dan görünür ki, hadisə yerindən aşkar edilərək götürülmüş 1 ədəd tünd qəhvəyi rəngli dəstəyi olan bıçağın tiyəsinin uzunluğu 11,5 santımetr, dəstəyinin uzunluğu 14 santımetrdir. Bıçağın üzərində qanabənzər ləkələrin olduğu müəyyən olunur (iş vərəqə: cild 1, səh. 102-104). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 25 fevral 2023-cü il tarixli, 175 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin sol yan səthinin iki ədəd daxilə keçən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 23 fevral 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (iş vərəqə: cild 1, səh. 172-174). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 03 mart 2023-cü il tarixli, 206 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin sağ yarısının tüklü-tüksüz hissə sərhəddində 2,0x0,2 sm ölçüdə, 1 (bir) ədəd kəsilmiş yara, sol qaşın bayırqurtaracağında 2,2x0,2 sm ölçüdə 1 (bir) ədəd kəsilmiş yara, boyunun sol yan səthində 2,0x0,2 sm ölçülərdə, cəmi 1 (bir) ədəd kəsilmiş yara, sol bazu nahiyəsinin yuxarı üçdə birinin bayır səthində 1,0x0,2 sm, 0,9x0,2 sm və 0,8x0,2 sm ölçülərdə, cəmi 3(üç) ədəd deşilmiş-kəsilmiş yaradan ibarətdir. Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş, yuxarıda qeyd olunan kəsilmiş və deşilmiş-kəsilmiş yaralar (cəmi 6 ədəd) deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 23 fevral 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (iş vərəqə: cild 1, səh. 214-216). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 06 mart 2023-cü il tarixli, 207 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər- alın nahiyəsinin mərkəzində tüklü-tüksüz hissə sərhəddində 2,0x0,2 sm ölçüdə, 1 (bir) ədəd kəsilmiş yara, sol çənə oynağı nahiyəsində 2,5x0,2 sm ölçüdə 1 (bir) ədəd kəsilmiş yara, sol bazunun yuxarı üçdə birinin ön-bayır səthində 2,2x0,2 sm və 2,0x0,2 sm ölçülərdə, cəmi 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaradan ibarətdir. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş yuxarıda qeyd olunan kəsilmiş və deşilmiş-kəsilmiş yaralar (cəmi 4 ədəd) deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 23 fevral 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (iş vərəqə: cild 1, səh. 211-213). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 25 fevral 2023-cü il tarixli, 176 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ əlin İİ və V barmaqlarının əsas falanqalarının ovuc səthinin kəsilmiş yaraları kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 23 fevral 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ əlin İİ barmağının əsas falanqalarının ovuc səthinin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ əlin V barmağının əsas falanqalarının ovuc səthinin kəsilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir (iş vərəqə: cild 1, səh. 175- 177). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ambulator ekspertizasının 11 may 2023-cü il tarixli, 271 sayı rəyindən görünür ki, cinayət işinin materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gəlmək mümkün olmadığından diaqnozun və psixi-psixoloji vəziyyətin dəqiqləşdirilməsi, qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs Stasionar Məhkəmə Psixiatrik Ekspertiza Şöbəsinə göndərilməsi zəruridir (iş vərəqə: cild 1, səh. 183-186). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Şəmkir Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə tibbi stasionara yerləşdirilməsi barədə qərar qəbul edilmişdir (iş vərəqə: cild 1, səh. 238-240). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli, 16/617 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir (iş vərəqə: cild İ, səh. 250-252). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 09 avqust 2023-cü il tarixli, 106 saylı stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda «paranoid şizofreniya» müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifikatorda - psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «Şizofreniya və ya digər birincili psixotik pozuntular» rubrikasında 6A20 kodu altında «Şizofreniya» olaraq qeyd edilir. Aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs idrak proseslərinin tədqiqi zamanı təfəkkürünün paralogikliyi, tənqidilik və proqnozlaşdırma funksiyalarının zəifləməsi, bir prosesdən digərinə keçməkdə çevik olmamaq kimi əlamətlər müəyyən edilir. İxtiyari yaddasaxlamasının bir qədər aşağı olması, emosional və assosiativ yaddaşın norma həcmində olduğu, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi müəyyən edilir. Ona verilən suallara bəzən mahiyyətinə uyğun olmayan, məntiqsiz cavablar verir. Bu zaman nitqində uzunçuluq özünü büruzə verir. Əhvali-ruhiyyəsi bir qədər dəyişkəndir, öz vəziyyətinə və yaranmış situasiyaya tənqidi münasibətinin olmadığı müəyyən edilmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Paranoid şizofreniya» xroniki psixi xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malik deyildir. Təqsirləndirilən şəxs hal-hazırda psixi durumuna görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Paranoid şizofreniya» xroniki psixi xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda deyildir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində psixotik vəziyyət hazırda da davam etdiyindən o, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal-hazırda da paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs düçar olduğu xroniki psixi patologiya hal-hazırda davam etdiyinə görə onun stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs psixiatrik müayinə zamanı onda müəyyən edilən psixi xəstəliyi ilə əlaqədar o, baş vermiş hadisə zamanı öz hərəkətlərini dərk etmək, ola biləcək nəticələrini proqnozlaşdırmaq və onları idarə etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən psixi xəstəlik əlamətləri (təfəkkürünün paralogikliyi, tənqidilik və proqnozlaşdırma funksiyalarının zəifləməsi, bir prosesdən digərinə keçməkdə çevik olmamaq və s.) onda əqli imkanlarının zəifləməsinə dəlalət etmir, onun idrak proseslərinin tədqiqi zamanı emosional və assosiativ yaddaşın norma həcmində olduğu müəyyən edildi. Buna görə də, belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı baş verən hadisələri yadda saxlayaraq təsvir etmək iqtidarındadır. Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs keçirdiyi emosional vəziyyət, onda müəyyən edilən psixi xəstəliklə şərtləşmişdir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları adekvat qavramaq qabiliyyətinə malik deyildir. O, hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları adekvat duymaq və qavramaq iqtidarında deyildir. Müayinə zamanı Təqsirləndirilən şəxs təlqinə qapılma və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs onda müəyyən edilmiş xəstəlik ilə əlaqədar hadisələri təhrif olunmuş formada təqdim edə bilər. O, öz hərəkətlərini, habelə ona qarşı edilən hərəkətləri dərk etmək, baş vermiş hadisələri adekvat olaraq qavramaq və düzgün təsvir etmək qabiliyyətinə malik deyildir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Lakin o, əziyyət çəkdiyi «paranoid şizofreniya» psixi xəstəliyinə görə baş vermiş hadisə zamanı, həmin hadisədən sonrakı dövrdə, habelə hazırda öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı qənaətinə gəlinir. Onun emosional vəziyyəti psixi xəstəliklə şərtləşdiyindən törətdiyi əməl zamanı öz hərəkətlərini tam dərk etmək iqtidarında olmamışdır (iş vərəqə: cild İ, səh. 254-261). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 20 oktyabr 2023-cü il tarixli, 152 saylı təkrar komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən kəskinləşmə mərhələsində olan “Paranoid şizofreniya” xroniki psixi xəstəliyindən əziyyət çəkdiyi üçün ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir, yəni onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür və hazırda da Təqsirləndirilən şəxs düçar olduğu psixi patologiya davam etdiyinə görə onun stasionar müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür (iş vərəqə: cild 2, səh. 143-150). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 fevral 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 39-40). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 25 fevral 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 86-89). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə icraat başlanmasına dair qərar qəbul edilmişdir (iş vərəqə: cild 2, səh. 151-155). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Şəmkir Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir (iş vərəqə: cild 2, səh. 200-204). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Şəmkir Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi məqsədilə psixiatriya stasionarına, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli psixiatriya xəstəxanasına yerləşdirilməsinə dair qərar qəbul edilmişdir (iş vərəqə: cild 2, səh. 192-197). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 may 2023-cü il tаriхli tələbnаməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 182). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (iş vərəqə: cild 1, səh. 200). Cinayət işinin materiallarına əlavə edilmiş 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan, tiyəsinin uzunluğu 11,5 santımetr, dəstəyinin uzunluğu 14 santımetr olan, tünd qəhvəyi rəngli dəstəyi olan bir ədəd bıçaq maddi sübut kimi tanınaraq, saxlanılması üçün Şəmkir Rayon Prokurorluğuna təhvil verilmişdir (iş vərəqə: cild 2, səh. 206-229). Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama aparıb toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 157.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətdiyi vaxt əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Odur ki, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən və öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyi dərk etmək və onları idarə etmək iqtidarında olmadığından, bu hal ona hazırda cəza təyin edilməsini və cəzanın icrasını istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. İş üzrə verilmiş və yuxarıda şərh olunan kompleks və təkrar komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizalarının rəylərindən göründüyü kimi, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinə görə isə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.2-ci maddəsinə əsasən 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.2-ci maddəsinə əsasən intensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti nəzərə alınaraq ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri və təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməlidir. Qərar qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınmış və Şəmkir Rayon Prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan, tiyəsinin uzunluğu 11,5 santımetr, dəstəyinin uzunluğu 14 santımetr olan, tünd qəhvəyi rəngli dəstəyi olan bir ədəd bıçaq məhv edilməlidir. Cinayət əməlini analaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilməli və cinayət işi üzrə ekspertiza xərci olan 31,50 (otuz bir manat əlli qəpik) manat dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 321, 344-348, 356 və 468-477-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 157.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri və təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin. Cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs ekspertiza xərcini ödəməkdən azad edilsin və cinayət işi üzrə ekspertiza xərci olan 31,50 (otuz bir manat əlli qəpik) manat dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut – Şəmkir Rayon Prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş üzərində qanabənzər ləkələr olan, tiyəsinin uzunluğu 11,5 santımetr, dəstəyinin uzunluğu 14 santımetr olan, tünd qəhvəyi rəngli dəstəyi olan bir ədəd bıçaq məhv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar