Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-302/2022 05.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X6 ibarət tərkibdə, X12 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs X7 iştirakları ilə xx xxx 1990-cı il tarixdə Bərdə rayonu, Hüseynbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Hüseynbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraqşəxsi istehlak miqdarından artıq miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in İ siyahısına daxil edilən təmiz çəkisi 15,439 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 avqust 2021-ci il tarixdəkeçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 23:30-daBərdə rayonu, Alaçadırlı kəndində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılıb orada üzərində şəxsi axtarış keçirilərkən onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 15,439 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X13 Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi özünütəqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, «kakos» kimi tanıdığı narkotik vasitə heroindən və «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etmişdir. 05 avqust 2021-ci il tarixdə saat 16:00 radələrində Bərdə şəhərində kafedə olan zaman həmyerlisi X10 vasitəsi ilə tanıdığı X16 yanında əvvəllər tanımadığı X15 ilə birlikdə kafeyə gəlmişdir. Aslan Fərəcovla görüşüb hal-əhval tutduqdan sonra sonuncu və onun yanındakı Mahmud Nəzərov kafedəki masaların birində əyləşmişdir. Təxminən 30 dəqiqə sonra kafeyə tanışı və həmyerlisi olan X17 gəlib Aslangilin masasında əyləşmişdir. Bundan sonra o, Aslangilin masasına yaxınlaşıb onlarla birlikdə əyləşmişdir. Masada söhbət zamanı Aslan Fərəcov Bakı şəhərində polislərlə problemi yarandığını, ümumi tanışları Asəf Səmədzadənin tüfəngdən havaya ətaş açdığını, buna görə də qaçıb Bərdəyə gəldiklərini, Bərdədə gizlənməyə yer axtardıqlarını bidirmişdir. Həmin zaman Aslan Fərəcov özü ilə gəzdirdiyi vinçester ov tüfənginin olduğunu da bildirmişdir. Daha sonra X2rı müvəqqəti olaraq gizlətməsini xahiş etmiş, sonuncu da axşam toyda olduğunu və toydan çıxandan sonra görüşüb bir şey fikirləşəcəyini bildirmişdir. Bundan sonra Rəşad Salahov toya getmiş, Aslangil isə kafedə qalmış və bu müddət ərzində o da kafedə olmuşdur. Saat 21:00 radələrində Rəşad Salahov geri qayıtmış və birlikdə Bərdə rayonu, Alaçadırlı kəndindəki kafeyə getmişlər. Orada bir qədər oturub kafedən çıxanda Baş Natrkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları onu, Aslan Fərəcovu, Rəşad Salahovu və Mahmud Nəzərovu saxlayıb birlikdə Bərdə Rayon Polis Şöbəsinə aparmışlar.Orada müdafiəçilərin iştirakı və videoçəklişlə hər dördünün, yəni onun, Aslan Fərəcovun, Mahmud Nəzərovun və Ərşad Salahovun üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı ona edilmiş təklifdən sonra o, Bərdədə təsadüfən tanış olduğu tanımadığı şəxsdən aldığı və əynindəki şalvarın sağ yan cibində saxladığı bir büküm heroini polis əməkdaşlarına təqdim etmişdir. O, heç kimə narkotik vasitə satmamış, üzərində aşkar olunmuş narkotiki öz istifadəsi üçün əldə etmişdir. Barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05 avqust 2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində tüfəngdən atəş açandan sonra hadisə yerindən qaçan X18, X16 və X1 istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanmış, əməliyyat qrupunun üzvləri olan həmkarları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Asəf Səmədzadə həmin gün səhər saatlarında idarə etdiyi «BMW 730» markalı avtomobillə birlikdə Bakı-Qazax yolunun Qaradağ rayon ərazisindən keçən hissəsində saxlanılıb Qaradağ Rayon Polis İdarəsinə aparılmış və orada şəxsi axtarış zamanı Asəf Səmədzadənin üzərindən və idarə etdiyi avtomobildən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan sonra Aslan Fərəcov və Mahmud Nəzərovun gizlənmək məqsədilə Bərdə rayonuna getmələri barədə məlumat əldə edilmiş və həmin məlumat əsasında keçirilmiş əməliyyat tədbiri zamanı hər iki şəxsin Bərdə şəhərində olduqları və orada Rəşad Salahov və Təqsirləndirilən şəxslə görüşdükləri müəyyənləşdirilmişdir. Əvvəlcə narkotik vasitələrin realizəsinin Bərdə şəhərində Rəşad və Tapdıq tərəfindən həyata keçirilməsinə dair məlumat olmamış, lakin əməliyyatın gedişində bu hal öz təsdiqini tapmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri Bərdə rayonuna getmiş və X22 Nəzərovun Bərdə rayonu, Alaçadırlı kənd ərazisində Rəşad Salahov və digər bir şəxs Təqsirləndirilən şəxslə birlikdə olması, həmçinin hadisə yerində atəş açılan bir ədəd tüfəngin Aslan Fərəcovun üzərində olmasını dəqiqləşdirmişlər. Bundan sonra həmin şəxslərin saxlanması üçün əməliyyat təbirləri həyata keçirilmiş və adları qeyd edilən şəxslər həmin ərazidə saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılmışdır. Orada araşdırmanın aparılması Nəcəf Aburşuya həvalə edilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulub hüquqlarının müdafiəsi üçün Bərdə rayonunda fəaliyyət göstərən vəkillər dəvət olunaraq hər dörd şəxsə təqdim olunmuş, bundan sonra videoçəkliş aparılmaqla Aslan Fərəcov, Mahmud Nəzərov, Rəşad Salahov və Təqsirləndirilən şəxs üzələrində şəxsi axtarış həyata keçirilmışdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilmiş təklifdən sonra əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümü təqdim edərək həmin bükümdə «kakos» olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün Bərdə rayonunda tanımadığı şəxsdən alıb əldə etdiyini bildirmişdir.Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda həqiqətən də bükümdə narkotik vasitə heroinə oxşar maddənin olması müşahidə edilmişdir. Bundan sonra aşkar edilmiş maddə təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra şəxsi axtarış və götürmənin keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolla tanış olan hər bir iştirakçı protokolu öz imzaları ilə təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1la oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 avqust 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2021-ci il tarixdə 23:30 radəllərində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(005)-776/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertiza X14 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 06 avqust 2021-ci il tarixli 16/812 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan heroinə bənzər kütlə» yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf rəngli polietilen kəsiyi bükümündəki 15,439 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 14 sentyabr 2021-ci il tarixli 6/3812 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Xəzər» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobildən, X10 üzərindən və idarə etdiyi «BMW» markalı avtomobildən, X15, X16, X17 və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazı və imzalar olan zərfdəki heroinlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə fərqli, metamfetaminlər xarici görünüşünə və kimyəvi komponentlərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15,309 qram narkotik vasitə heroin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmişdir İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin sabiq baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, X18, X16 və X3 məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin əsasla hər üç şəxsin müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin sabiq baş əməliyyat müvəkkili Şahid1 05 avqust 2021-ci il tarixli raportundan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 23:30-da Bərdə rayonu, Alaçadırlı kəndinin ərazisində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsininTəhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı X21 tərəfindən tərtib edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 06 avqust 2021ci il tarixli protokoldan görünür ki, həmin gün Bərdə Rayon Polis Şöbəsinininzibati binasında müdafiəçisinin iştirakı ilə videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəkiqara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X24 X20 X11 06 dekabr 2021-ci il tarixli 4898 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışdan vəTərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci ci il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.3, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3, 32.4, 312.1-ci maddələri iləndə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək və ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmsi və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 10 (on) ay sınaq müddəti müəyyən edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən yanlış olaraq narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin satışını həyata keçirmək üçün onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. Lakin ibtidai araşdırma orqanı yuxarıda qeyd edilənlərə, eləcə də qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraqkülli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in İ siyahısına daxil edilən təmiz çəkisi 15,439 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 avqust 2021-ci il tarixdəkeçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 23:30-daBərdə rayonu, Alaçadırlı kəndində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılıb orada üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 15,439 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə aşkar olunaraq götürülmüş və Təqsirləndirilən şəxs əməlini narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi və saxlanılması kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narkotik vasitənin çəkisinin şəxsi istehlak miqdarından artıq olması onun satış məqsədi ilə əldə edilib saxlanılmasına əsas vermir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxsna satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Belə ki, nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vastəni kimə və necə satması barədə də heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə saxlaması haqqında da heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə subutların qiymətləndirməsi qərarında da onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gələrkən heç bir dəlilə əsaslanmamış, əsassız olaraq onun narkotk vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gəlmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in İ siyahısına daxil edilən təmiz çəkisi 15,439 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 avqust 2021-ci il tarixdəkeçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 23:30-daBərdə rayonu, Alaçadırlı kəndində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılıb orada üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 15,439 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündəaşkar olmasına baxmayaraq, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı onun həmin narkotik vasitələri satış məqsədilə əldə edib üzərində daşımasına dair hər hansı mötəbər sübutun əldə edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə edilməsinə dair heç bir mötəbər sübut olmadığı halda, təkcə narkotik vasitənin çəkisinin çox olmasını əsəs gətirib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair yuxarıda qeyd edilən qanunda və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarında göstərilən digər xüsusatlar da müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraqşəxsi istehlak miqdarından artıq «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»-in İ siyahısına daxil edilən təmiz çəkisi 15,439 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 avqust 2021-ci il tarixdəkeçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 23:30-daBərdə rayonu, Alaçadırlı kəndində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılıb orada üzərində şəxsi axtarış keçirilərkən onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 15,439 qram çəkidə narkotik vasitə heroin satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxlaması müəyyən olunduğundan, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 15,439 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 avqust 2021-ci il tarixdəkeçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 23:30-daBərdə rayonu, Alaçadırlı kəndində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılıb orada üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıqmiqdarda 15,439 qram çəkidə narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün məhkəmə isintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə şəxsi axtarış keçirlməsi zamanı aparılmış videoçəkilişlə sübuta yetirilmişdir. Məhkəmə kollegyası hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 59-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının orta həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 05 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına saxlanılan tədqiqatdansonrakıqalıq çəkisi 15,309qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 120 manat 70 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına saxlanılan qalıq çəkisi 15,309 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 120 manat, 70 qəpikTəqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-302/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-302/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver