Məhkəmə qərarları › İş №1(100)-302/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-302/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-302/2024 30.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), X7 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibləri: X8 və X10, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zzərərçəkmiş şəxsin hüquqi varisi X9, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Şahid1, təqsirləndirilən şəxsin müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1998-ci ildə Göygöl rayonu Çaykənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Göygöl rayonu, Çaykənd kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 10 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malik olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi Şahid1 məxsus “VAZ 21150” minik markalı, **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobililə Göygöl-Kəlbəcər avtomobil yolunun Göygöl rayonu Yeni Zod kəndi ərazisindən keçən hissəsində Kəlbəcər rayonu istiqamətində hərəkətdə olan zaman həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1ci bəndinə əsasən əks istiqamətli nəqliyyat axınlarını ayıran və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərən, dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayıran üfiqi nişanlanma xəttinin tələblərini pozaraq avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməyib, əks istiqamətdən gələn nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaradıb, həmin yolun əks istiqamətində öz hərəkət zolağı ilə hərəkətdə olan Şahid2 idarə etdiyi “Kamaz 53212” markalı ** BH *** dövlət qeydiyyat nişanlı yük avtomobillə toqquşmuş, nəticədə, idarə etdiyi avtomobildə olan sərnişinlər -Şahid1 alt çənə sümüyünün sınığı, alt çənə, sağ baldır, sol diz nahiyyələrinin yaraları, alın, üz, sol qulaq, sol kürək, hər iki bazu və sağ diz oynağı nahiyyələrinin sıyrıqları xəsarətləri ilə müşayiət edilən ehtiyatsızlıqdan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az Ağır zərər vurmaya aid edilən xəsarətlər, Zərərçəkmiş şəxs açıq kəllə-beyin travması, alın sümüyünün xətti formalı sınığı, baş-beyinin əzilməsi, sol körpücük sümüyünün sınığı, qarnın qapalı küt travması, dalağın cırılması (splenektomiya əməliyyatdan sonrakı vəziyyət), alın-təpə və sol diz oynağı nahiyyələrinin yaraları, sol göz, sol gicgah və sağ diz oynağı nahiyyələrinin sıyrıqları xəsarətləri ilə müşayiət edilən həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığa Ağır zərər vurmaya aid edilən xəsarətlər almasına, X5 isə həyat üçün təhlükəli olan sağlamlığa birlikdə AĞİR zərər vurmaya aid edilən alın nahiyəsinə uyğun hissədə başın yumşaq toxumalarına qansızma (hematoma), alın sümüyünün kəllə əsasına doğru uzanan qəlpəli sınığı, baş beyinin sərt qişasının zədələnməsi, baş beyinə qansızma, döş qəfəsinin qapalı küt travması, sol İ-İİ-İİİ qabırğaların ön qoltuq altı xətt üzrə, sağ İ-İİ-İİİ qabırğaların isə məmə xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin cırılması, sol körpücük və döş sümüyünün orta 1/3 hissədən sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, burun sümüyünün açıq sınığı, alt çənə, sağ əlin ovuc səthinin, sol diz oynağı nahiyyələrinin yaraları, alın və hər iki göz nahiyyələrinin hematoması, sağ əlin arxa səthinin və sol baldır nahiyələrinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər alaraq açıq küt kəllə-beyin travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, baş beyinə qansızma səbəbindən ehtiyatsızlıqdan sonuncunun həmin gün Göygöl rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, göstərdi ki, hadisə vaxtı idarə etdiyi VAZ-21015 markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil həmkəndlisi Şahid1 məxsusdur. 10 sentyabr 2023-cü il tarixdə, təxminən saat 17 radələrində Elgün onun yaşadığı ünvana həmin maşınla gəlmiş, birlikdə Hacıkənd qəsəbəsində yerləşən mağazaya getməyi təklif etmişdir. O da Elgünlə birlikdə gedərkən yolda qonşuluqda yaşayan Halayı və anası Xurmanı görüb onları da maşına götürmüş, Xuramanı öz evlərində düşürüb Halayı da özləri ilə aparmışlar. Göygöl rayonu Bənövşəli kənd sakini Firdovsi Bayramovla mobil telefonla əlaqə saxladıqda, Firdovsi ona Hacıkənd qəsəbəsində yerləşən mağazaya gedəcəyini dediyi üçün O, Elgünə demişdir ki, Firdovsidə mağazaya getmək istəyir, gedib onu da götürsünlər. Firdovsi gölün qırağında olacağını dediyi üçün Firdovsigilin yaşadığı evin qarşısına çatdıqda Firdovsini gözləmiş, təxminən 15-20 dəqiqə gözlədikdən sonra Firdovsi gəlmişdir. Firdovsini də götürüb birlikdə Hacıkənd qəsəbəsinə getmişlər. Həmin vaxt avtomobili həmkəndlisi Elgün idarə etmiş, o, qabaq oturacaqda, sağ tərəf arxa oturacaqda Halay, sol tərəf arxa oturacaqda isə Firdovsi əyləşmişdir. Elgün avtomobili Hacıkənd qəsəbəsində yerləşən mağazanın yaxınlığında saxlamış, Elgün və Firdovsi avtomobildən düşüb mağazaya girmişlər. Halay isə avtomobildən düşüb gözləmişdir. Yolda gələn zaman Elgün avtomobildə yanacaq olmadığını dediyi üçün avtomobili geriyə hərəkət etdirib yanacaq satılan yerdə saxlamışdır. Elgün avtomobilə yanacaq doldurub, ondan spirtli içki içibiçmədiyini soruşmuşdur. O, içmədiyini bildirmiş və avtomobili idarə etmişdir. Həmin vaxt avtombildə qabaq oturacaqda Elgün, arxa oturacaqda sağ tərəfdə Firdovsi, arxa oturacaqda sol tərəfdə isə Halay əyləşmişdir. Onlar Firdovsini yaşadığı Bənövşəli kəndinə düşürüb, yaşadıqları Çaykənd kəndinə getməyi razılaşmış, Göygöl rayonu Yeni Zod kəndində Bənövşəli kəndi istiqamətdə təxminən 60 km/saat surətlə hərəkətdə olan zaman qarşısına qəfil it çıxdığından, o, özünü itirərərk avtomobili əks hərəkət zolağına çıxartmışdır. Daha sonra isə nə baş verdiyini xatırlamır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, baş vermiş hadisədən peşmandır, törtədiyi hadisəyə görə vicdan əzabı çəkir. Zərərçəkmiş şəxslərlə və mərhumun arvadı olan hüquqi varislə barışıq əldə etmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisini qismində dindirilmiş X12 göstərmişdir ki, Firodovsi Məmmədov əri olmuş hadisəni törətmiş olan Bayramla ədavəti, düşmənçiliyi olmamışdır. Bayramı əvvəllər tanımamışdır, həmin şəxsin əri ilə necə tanış olduğunu bilmir. xx.xx.2023-cü il tarixdə Firdovsi kənddəki gölə balıq tutmağa getmiş, təxminən saat 20 radələrində yaşadığı evə gəlmişdir. Firdovsi kəndin mərkəzinə mağazaya gedib qayıdacığını bildirmiş, həmin vaxt qaynı Fizuli də onlara gəlmişdir. Təxminən yarım saat sonra qaynı Fizuli yol-nəqliyyat hadisəsi baş verdiyini, Firdovsinin xəsarət aladığını və xəstəxanaya aparıldığını bildirib təcili evdən çıxıb getmiş, arxası ilə o da Göygöl rayon mərkəzinə xəstəxanasına getmişdir. Xəstəxanada olan zaman ərinin öldüyünü bilmişdir. Sonradan öyrənmişdir ki, hadisəni törədən Bayram adlı şəxs qonşu kənddə yaşayır, yol nəqliyyat hadisəsi Göygöl rayonu “Beş Ulduz” adlanan yerdə baş vermiş, Bayramın idarə etdiyi VAZ-21015 markalı avtomobil Bənövşəli kəndinə gələrkən əks yola çıxmış və “Kamaz” markalı avtomobillə toqquşmuş hadisə vaxtı ərindən başqa avtomobildə olan şəxslərin hamısı xəsarət almışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq hüquqi varis Günel Bayramova göstərdi ki, təqsirləndirilən şəxslə barışmış ona dəymiş maddi zərər ödənilmişdir, Təqsirləndirilən şəxs heçbir şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini istəyir. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 10 sentyabr 2023-cü ildə saat 18 radələrində anası Xuramanla yaşadığı Göygöl rayonu, Çaykənd kəndində yerləşən evə gedərkən Elgün və Bayramla Bayramın yaşadığı evin qarşısında rastlaşmışlar. Onlara evə aparmağı təklif edəndən əvvəlcə anası evin yaxın olduğunu desə də təkrar təkid etdikdə razılaşmışdır. O və anası Elgünün idarə etdiyi avtomobilə əyləşmiş, evin qarşısında anası düşmüşdür. Bayram ona mağazaya siqaret almağa getdiklərini demiş, O da Elgün və Bayramla birlikdə getmişdir. O, avtomobildə arxada sol tərəf oturacaqda əyləşmiş, yolda olanda Bayram mobil telefonla kiminləsə danışmış, Göygöl rayonu, Bənövşəli kəndinə gəlmişlər. Orada Bayramın tanışı olan Firdovsinin arxasınca gəldiyini bilmiş, təxminən 5-10 dəqiqə Firdovsini gözləmişlər. Firdovsi avtomobildə arxa tərəf sağ oturacaqda əyləşmiş, Hacıkəndə gedib, mağazadan evə çörək almağı demişdir. Hacıkənd qəsəbəsində yerləşən marketə çatanda Elgün və Firdovsi avtomobildən düşüb mağazaya girmiş, Elgün ondan “nə içirsən?” soruşanda “bizon” enerji içkisi almasını demiş, avtomobildən düşüb orada gözləmişdir. Yolda Elgün avtomobildə yanacaq olmadığını bildirdiyi üçün Bayram avtomobilə yanacaq tökməsi üçün avtomobili geriyə doğru verib yanacaq satılan yerdə saxlamış və maşına yanacaq doldurmuşdur. Firdovsi ilə Elgün gəlmiş, Elgün maşını idarə etmək istəyəndə Bayram özünün idarə edəcəyini demiş, Elgün, Bayramdan içkili olub-olmamasını soruşanda Bayram içmədiyini bildirmiş və avtomobili idarə etmişdir. Qabaq oturacaqda Elgün, sağ tərəf arxa oturacaqda Firdovsi, sol tərəf arxa oturacaqda isə O, əyləşmişdir. Firdovsinin yaşadığı Bənövşəli kəndinə gedərkən avtomobil nə ilə toqquşmuş, arxa oturacaqda əyləşdiyi üçün toqquşmanın necə baş verməsini bilməmiş, xəstəxanada ayılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, sonradan hadisənin Bayramın əks yola çıxıb Kamazla toqquşması nəticəsində baş verdiyini öyrənmişdir. Təqsirləndirilən şəxsə barışmış, ona dəymiş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heçbir şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 10 sentyabr 2023-cü il tarixdə təxminən saat 18 radələrində yaşadığı evdə olarkən Bayrama zəng edəndə Bayram onu öz evlərinə çağırmışdır. O, da özünə məxsus “VAZ-21015” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb həmkəndlisi Bayramıgilə getmişdir. Bayramla evin qarşında söhbət edərkən həmkəndliləri Halay anası Xuramanı görmüşlər. Halay axsadığı və evlərinə gedən yol yoxuş olduğundan o, Halaygilə demişdir ki, aparıb düşürsün. Halayın anası Xuraman əvvəl etiraz etmiş, Bayramın təkidindən sonra onlar avtomobilə əyləşmişlər. Halayın anasını Xuramanı yaşadıqları ünvanın qarşısında düşürmüş, Halay avtomobildə arxada sol tərəf oturacaqda əyləşmişdir. Bayram “Fedya” ləqəbi ilə tanıdığı Firdovsi ilə mobil telefonla danışmış, “Fedya”nın çağırdığını, ora getməyi demişdir. Onlar Göygöl rayonu, Bənövşəli kəndinə Firdovsinin yaşadığı evin qarşısına getmiş, Bayram Firdovsiyə zəng edəndə Firdovsi evə çatdığını demişdır. 5-6 dəqiqə Firdovsinin gəlməyini gözləmiş, Firdovsi balıq tutmaqdan gəldiyini demiş, gəlib avtomobildə arxa tərəf sağ oturacaqda əyləşmişdir. Firdovsi Hacıkəndə mağazadan evə çörək almağı dediyi üçün onlar Hacıkənd qəsəbəsindəki marketə getmişlər. O və Firdovsi avtomobildən düşüb mağazaya girmiş, Halay və Bayrama da enerji içkisi almışdır. Yolda gələndə həmkəndlilərinə avtomobildə yanacaq olmadığını dediyi üçün Halay mağazaya gəlib ondan avtomobilə nə qədər yanacaq tökməyi soruşmuş, O isə 4 litr yanacaq vurmağı demişdir. Mağazadan çıxan zaman sükan arxasında Bayramın əyləşdiyini görmüş, Bayram avtomobili özü idarə edəcəyini demişdir. O, Bayramdan içkili olub-olmamasını soruşanda Bayram içmədiyini demiş, Bayrama avtomobildən düşməsini desə də sonuncu avtomobili özünün idarə edəcəyini demişdir. Həmin vaxt avtomobildə qabaq oturacaqda o, sağ tərəf arxa oturacaqda Firdovsi, sol tərəf arxa oturacaqda isə Halay əyləşmişdir. Onlar əvvəlcə Firdovsini yaşadığı Bənövşəli kəndinə düşürüb, sonra öz yaşadığı Çaykənd kəndinə getməyi razılaşmış, Göygöl rayonu Yeni Zod kəndi ərazisi ilə Bənövşəli kəndi istiqamətdə hərəkət edərkən Bayram dönmə əməliyyatını düzgün etmədiyindən o, Bayrama avtomobili düzgün idarə etməsini demişdir. Bundan qısa müddət sonra mobil telefonla məşğul olmuş, yola fikir verməmiş, toqquşmanın necə olmasını bilməmişdir. Özündə olmamış, xəstəxanada ayılmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxsla barışmışdır, heç bir şikayət və tələbi yoxdur, yüngül cəza verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində o, qardaşı Firdovsi ilə birlikdə yaşadığı evin yaxınlığında yerləşən göldən balıq tutmağa getmiş, təxminən 20 radələrində qardaşına məxsus evə gəlmişdir. Ondan bir qədər sonra qardaşı Firdovsi də evə gəlmiş, kəndin mərkəzinə mağazaya gedib qayadacağını deyib təkrar evdən çıxmışdır. Bir qədər keçmiş xatırlamadığı şəxs ona məxsus mobil nömrəyə zəng edib yol-nəqliyyat hadisəsinin baş verdiyini, Firdovsinin xəsarət aldığını və xəstəxanaya apardığını bildirmişdir. O, Firdovsinin arvadı Günelə bu barədə deyərək, tez evdən çıxıb Göygöl rayon mərkəzinə xəstəxanasına getmiş, arxasınca Günel də xəstəxanaya gəlmişdir. Onlar xəstəxanada olan zaman qardaşı Firdovsinin öldüyünü bilmişlər. Bayram qonşu kənddə yaşayır, Bayramla qardaşı arasında hər hansı bir ədavət olmamışdır, atasının əvvəllər meşəbəyi işlədiyi üçün onu tanımışlar. Sonradan eşitdiyinə görə yol nəqliyyat hadisəsi Göygöl rayonu “Beş Ulduz” adlanan yerdə baş vermiş, Bayram idarə etdiyi VAZ-21015 markalı avtomobillə əks yola çıxıb qarşı tərəfdən gələn “Kamaz” markalı avtomobillə toqquşmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, həmkəndlisi Şahid2 idarə etdiyi Kamaz markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Kəlbəcər rayonu, Oruclu kəndindən yaşadığı Yevlax rayonuna ona və qardaşı Sahaba məxsus iribuynuzlu heyvanları aparmışlar. Qardaşı Sahab yük avtomobilinin kabinə hissəsində sağ tərəfdə O isə qardaşının yanında orta hissədə əyləşmişdir. Göygöl rayonu, Yeni Zod kənd ərazisi ilə Göygöl şəhəri istiqamətdə hərəkətdə olarkən “Beş ulduz” adlanan yerdə yolun döngəli hissəsində əks istiqamətdə hərəkətdə olan markası və dövlət qeydiyyat nişanı sonradan bildiyi VAZ-21015 markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun döngəli hissəsində hərəkətdə olduqları zolağa çıxaraq, yük avtomobilinin qabaq tərəf sağ hissəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsindən dərhal sonra avtomobildən düşmüş O, qardaşı Sahab və ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə VAZ-21015 markalı avtomobildə olan xəsarət alan şəxsləri çıxarmış, yoldan ötən tanımadığı şəxslərin idarə etdikləri avtomobillərlə əyləşdirməyə köməklik etmişlər və xəstəxanaya apamışlar. Hadisə zamanı o, xəsarət almamış, yük avtomobilinin arxa yük hissəsində 12 baş iribuynuzlu heyvan olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da qardaşı ilə eyniməzmunlu ifadə verərək göstərmişdir ki, Göygöl rayonu, Yeni Zod kənd ərazisi ilə Göygöl şəhəri istiqamətdə hərəkətdə olarkən “Beş ulduz” adlanan yerdə yolun döngəli hissəsində əks istiqamətdə hərəkətdə olan markası və dövlət qeydiyyat nişanı sonradan ona məlum olan VAZ-21015 markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun döngəli hissəsində onların hərəkətdə olduğu zolağa çıxaraq, əyləşdikləri yük avtomobilinin sağ tərəf ön hissəsi ilə toqquşmuş hadisədən sonra o və qardaşı kamazdan düşüb xəsarət almış şəxsləri avtomobildən çıxarıb xəstəxanaya yollamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ifadəsində göstərdi ki, 10 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində oğlu Halayla yaşadığı Göygöl rayonu, Çaykənd kəndində yerləşən evinə gedən vaxt həmkəndliləri Elgün və Bayramla Bayramgilin evinin qabağında rastlaşmış, sonuncular onları evə aparmağı demişlər, əəvəl etiraz etsə də təkiddən sora O və oğlu Halay Elgünün idarə etdiyi VAZ-21015 markalı avtomobildə əyləşmiş, O, yaşadığı evin qarşısında avtomobildən düşmüşdür. Təxminən saat 21 radələrində xatırlamadığı kənd sakinlərindən biri ona zəng edərək yol-nəqliyyat hadisəsinin baş verdiyini, Halayın xəsarət aldığını və xəstəxanaya aparıldığını bildirmişdir. Sonradan isə yol nəqliyyat hadisəsinin Göygöl rayonu “Beş Ulduz” adlanan ərazisində baş verdiyini, Bayramın idarə etdiyi VAZ- 21015 markalı avtomobillə əks yola çıxıb Kamaz markalı avtomobillə toqquşduğunu öyrənmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus “Kamaz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşıyır dolanır. Həmin avtomobili “B1, B, C1, C, C1E, CE” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 10 sentyabr 2023-cü il tarixdə təxminən saat 09:40 radələrində idarə etdiyi yük avtomobili ilə Kəlbəcər rayonundan Yevlax rayonuna həmkəndlisi Şahid4 məxsus iribuynuzlu heyvanları aparmış, onunla birlikdə iribuynuzlu heyvanların sahibi həmkəndliləri Şahid4 və qardaşı Şahid3 olmuşdur. Göygöl rayonu, Yeni Zod kəndində Göygöl şəhəri istiqamətdə hərəkətdə olarkən “Beş ulduz” adlanan yerdə yolun döngəli hissəsində əks istiqamətdə hərəkətdə olan markası və dövlət qeydiyyat nişanı sonradan bildiyi VAZ-21015 markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun döngəli hissəsində onun hərəkət zolağına çıxmış, idarə etdiyi Kamaz markalı avtomobili sola doğru döndərərkən VAZ-21015 markalı avtomobil öz hərəkət zolağına doğru istiqamətlənərək onun idarə etdiyi yük avtomobilinin sağ tərəfi ilə ön hissəsindən toqquşmuşdur. Toqquşmadan sonra avtomobildəki şəxsləri çıxarmaq üçün yük avtombilini geriyə vermiş, hadisənin təsirindən özündə olmamışdır. Yanındakı Vahab, Sahab, eləcə də ətrafda olan tanımadığı şəxslər VAZ-21015 markalı avtomobildə olan şəxsləri çıxartmış, O isə dərhal DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edərək, yolnəqliyyat hadisəsinin baş verdiyini, xəsarət alan şəxslərin olduğunu demişdir. Xəsarət alan şəxsləri yoldan keçən tanımadığı şəxslər idarə etdikləri avtomobillərə əyləşdirərək apamışlar. Sonradan xəsarət almışəxslərdən birinin vəfat etdiyini öyrənmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 10 sentyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol” və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri Göygöl-Kəlbəcər avtomobil yolunun Göygöl rayonu Yeni Zod kəndi ərazisindən keçən hissəsidir. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21150” minik markalı **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobil Göygöl rayonu Yeni Zod kəndində Kəlbəcər rayonu istiqamətində hərəkətdə olan zaman qarşı hərəkət zolağına çıxaraq həmin yolda əks istiqamətdə Göygöl şəhərinə doğru hərəkətdə olan Şahid2 idarə etdiyi “Kamaz 53212” markalı ** BH *** dövlət qeydiyyat nişanlı yük avtomobillə toqquşmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 19 saylı rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər -alın nahiyəsinə uyğun hissədə başın yumşaq toxumalarına qansızma (hematoma), alın sümüyünün kəllə əsasına doğru uzanan qəlpəli sınığı, baş beyinin sərt qişasının zədələnməsi, baş beyinə qansızma, döş qəfəsinin qapalı küt travması, sol İ-İİ-İİİ qabırğaların ön qoltuq altı xətt üzrə, sağ İ-İİ-İİİ qabırğaların isə məmə xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızması, hər iki ağciyərin cırılması, sol körpücük və döş sümüyünün orta 1/3 hissədən sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, burun sümüyünün açıq sınığı, alt çənə, sağ əlin ovuc səthinin, sol diz oynağı nahiyyələrinin yaraları, alın və hər iki göz nahiyyələrinin hematoması, sağ əlin arxa səthinin və sol baldır nahiyələrinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidir - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. X1 ölümünə səbəb - açıq küt kəllə-beyin travması nəticəsində əmələ gələn kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, baş beyinə qansızma olmuşdur. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna olunmur. X1 meyitindən götürülmüş qanın məhkəməkimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilmədi. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 507 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər–açıq kəllə-beyin travması, alın sümüyünün xətti formalı sınığı, baş-beyinin əzilməsi, sol körpücük sümüyünün sınığı, qarnın qapalı küt travması, dalağın cırılması (Splenektomiya əməliyyatdan sonrakı vəziyyət), alın-təpə və sol diz oynağı nahiyyələrinin yaraları, sol göz, sol gicgah və sağ diz oynağı nahiyyələrinin sıyrıqları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 509 saylı rəyindən görünür ki, Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alt çənə sümüyünün sınığı, alt çənə, sağ baldır, sol diz nahiyyələrinin yaraları, alın, üz, sol qulaq, sol kürək, hər iki bazu və sağ diz oynağı nahiyyələrinin sıyrıqları - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizası xx.xx.2023-cü il tarixli 3411/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid aşkar edilməmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 10 oktyabr 2023-cü il tarixli 8/2927 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kamaz” markalı **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin sürücüsü Şahid2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21015 markalı **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənən qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Göygöl RPŞ-nin DYPBdən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-77/2-21316/23 saylı məktubdan görünür ki, “VAZ 21015” minik markalı **-MS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X3 adına qeydiyyatda olmaqla xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şahid1 adına sərəncamvermə hüququ barədə etibarnamə verilmişdir. Hadisə vaxtı həmin avtomobili idarə etmiş Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ-sürücülük vəsiqəsi yoxdur. İş materiallarında əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə rayonlararası Ruhi-Əsəb Dispanserdən verilmiş 3930 saylı xx.xx.2023-cü il tarixli, arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Göygöl rayonu Çaykən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş xx.xx.2023-cü il tarixli, 5-47- 15/3-2-435/2023 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu çaykən kəndində ata anası və bacıları ilə birlikdə yaşayır, Vətən müharibəsi dövründə arxa cəbhədə maddi və mənəvi köməklik göstərmişdir, müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərdiyi hadisədən qısa müddət əvvəl idarə etdiyi “Vaz 21015” markalı avtomobilin qarşısına qəfil it çıxmasına görə avtomobili qarşı hərəkət zolağına çıxarması və sonradan da idarəetməni itirərək qarşıdan gələn “Kamaz” markalı avtomobillə toqquşmasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı həmin hal təsdiq olunmamış, avtomobilin qarşında hansısa maneə olmasına görə idarəetmədən çıxması öz ifadəsindən başqa digər sübutla təsdiq olunmamışır. Həmçinin nəzərə alınmalıdır ki, şəxsin göstərdiyi kimi avtomobilin qarşısına hər hansı heyvan (maneə) çıxması şəxsin idarə etdiyi avtomobili qarşı hərəkət zolağına çıxarmasına əsas ola bilməzdi. Belə halda heyvanla toqquşma qaçılmaz olsa belə sürücünün hərəkətləri hərəkətdə olduğu zolağı dəyişməməklə hərəkət sürətinin azaldılmalısından ibarət olmalı idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan bir nəfər şəxsin ölümünə, bir nəfər şəxsin sağlamlığına Ağır digər, bir nəfər şəxsin isə sağlamlığıa Az ağır zərərvurmaya səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinib, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə və iş üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxxlərə dəymiş ziyanı tam olaraq ödəməsini, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən isə zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, həmçinin təqsirləndirilən şəxsin əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, “Vətən müharibəsi” dövründə arxa cəbhədə maddi və mənəvi köməklik göstərməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı ......təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi hallar araşdırılmalı, cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini və yuxarıda qeyd edilən Plenum qərarında nəzərdə tutulmuş halları - Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin ödənilməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, özünün törətdiyi cinayət əməlinə mənfi münasibətini, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan yüngülləşdirici halları və ağırlaşdırıcı hallar olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı hədd cəza təyin etməklə də cəzanın məqsədinə nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 22-ci bəndinin 2-ci abzasında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəzanın da təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxs X4 tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrasına əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 128 (bir yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətdə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar